Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-125/2025 12.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Süleymanov Elxan Xasay oğlu (sədrlik edən), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1999-cu ildə Beyləqan rayonu, Birinci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, Beyləqan rayonu, Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 dekabr 2025-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 1 nömrəli məhkəmə iclas zalında açıq məhkəmə baxışı iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tanışı Şahid6 ilə narkotik vasitələrin birgə istehlakı barədə razılaşıb 23 mart 2024-cü ilin tarixdə Beyləqan rayonu, Birinci Şahsevən kəndində tanışı Şahid5 satış məqsədi olmadan qanunsuz olaraq dörd ədəd kibrit qutusunda qablaşdırılmış ümumi təmiz çəkisi 16,8 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, aralarındakı razılaşmaya uyğun olaraq həmin narkotik vasitənin iki ədəd kibrit qutusunda qablaşdırılmış hissəsini- 5,96 qram qurudulmuş marixuananı Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində yerləşən Daşburun dəmiryol stansiyasının yaxınlığında Şahid6 vermiş, iki ədəd kibrit qutusunda qablaşdırılmış 10,84 qram qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlamaqla daşımışdır. Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid6 23 mart 2024-cü il tarixdə saat 20:30-da Beyləqan rayonu, Milabad qəsəbəsi ərazisində saxlanılaraq Beyləqan rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən bir ədəd siqaret dənəsinə qablaşdırılaraq saxlamaqla daşıdığı təmiz çəkisi 0,14 qram, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən iki ədəd kibrit qutusunda qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkiləri 2,08 qram və 2,34 qram, 07 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,24 qram, 0,19 qram, 0,15 qram, 0,21 qram, 0,26 qram, 0,13 qram və 0,22 qram olmaqla ümumi təmiz çəkisi 5,96 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs 24 mart 2024-cü il tarixdə saat 00:15-də Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən Birinci Şahsevən kəndi ərazisində saxlanılaraq Beyləqan rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən onun əynində olan yaşıl rəngli gödəkcəsinin sol yan cibindən iki ədəd kibrit qutusunda təmiz çəkiləri 1,22 qram, 6,11 qram və beş ədəd bükümlərdə təmiz çəkiləri 0,53 qram, 0,66 qram, 0,93 qram, 0,38 qram və 1,01 qram olmaqla cəmi 10,84 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Beyləqan rayonu, Şahsevən kəndində bazardan evə gələrkən polis əməkdaşları avtomobildən enib onu döyüb saxlamışlar. Polis əməkdaşları onu saxlayarkən üzərində heç bir narkotik vasitə olmamışdır. Ziya adlı polis əməkdaşı Beyləqan RPŞ-nin rəis müavininin otağında onu döyərək cibinə narkotik vasitə qoymuş və ondan Şahid6 narkotik vasitə satmasını etiraf etməyi tələb etmişdir. O, polis əməkdaşlarına Şahid6 gətirilməsini, onunla üzləşmək istədiyini və ona narkotik satdığını üzünə deməsini bildirmiş, lakin Şahid6 onunla üzləşdirməmişlər. Polis əməkdaşları ona qarşı zor tətbiq edərkən üzərindəki gödəkcə cırılmış, eləcə də, bədən səthində xəsarətlər əmələ gəlmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək bildirmişdir ki, o, narkotik vasitədən ay ərzində üç-dörd dəfə istifadə etmişdir. Narkotik vasitəni mobil telefon vasitəsi ilə 20-25 manata alıb müəyyən edilmiş yerə atdırıb oradan götürüb istifadə etmişdir. Narkotik satan şəxsi isə “İnstaqram” vasitəsi ilə tapmışdır. Narkotik vasitə satan şəxsin Beyləqan rayonu ərazisində olduğunu bilmiş, lakin həmin şəxsi tanımamışdır. Hər dəfə narkotik vasitə satan şəxsdən təxminən şəxsi istifadəsi üçün bir və ya iki qram narkotik vasitə almışdır. Şahid5 Beylaqan rayonu Birinci Şahsevən kəndində taksi sürücüsü kimi tanımışdır. Şahid5 onun narkotik vasitədən istifadə etdiyini bilməmiş, eyni zamanda o da Şahid5 narkotik vasitə istifadəçisi olduğunu bilməmişdir. Şahid6 tanıyır. Onlar bir neçə dəfə birlikdə qurudulmuş marixuana istifadə etmişlər. Lakin, Şahid6 ilə narkotik vasitələri haradan əldə etmələri barədə danışmamışlar. İbtidai istintaq zamanı vəkili gecə saat 03 radələrində onun yanına gəlmiş, ibtidai istintaq zamanı vəkili ilə danışmağa imkanı olmamışdır. O, vəkilə narkotik vasitəni cibinə atdıqlarını bildirsə də, vəkili ona cavab olaraq “Ola bilməz. Narahat olma” deyib harasa getmişdir. Bundan sonra o, vəkilini görməmişdir. Daha sonra Beyləqan rayon məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı işə baxılarkən məhkəməyə “yüklənildiyini” və döyüldüyünü bildirmişdir. Polis əməkdaşları onu saxlayarkən üzərinə videoçəkilişlə axtarış keçirilməmiş, tutulduqdan sonra polislər onu şəxsi maşınlarına əyləşdirib polis şöbəsinə gətirib təxminən üç saat sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Həmin vaxt Şahid6 narkotik vasitəni ondan aldığını bildirmişdir. Çəkilişdən öncə polis əməkdaşları narkotik vasitəni boynuna almadığı təqdirdə evindən narkotik vasitə çıxaracaqları ilə onu hədələdiklərinə görə o, videoçəkiliş zamanı narkotik vasitənin onun olduğunu bildirmişdir. Onu əməliyyat müvəkkilləri Ziya, İlkin və Mahir döymüşlər. Tutulduğu gün o, narkotik vasitədən istifadə etməmiş, üzərində heç bir narkotik vasitə olmamışdır. X14 X9 muzeyinin qarşısında saat 00:15 radələrində saxlayıb polis şöbəsinə gətirmişlər, polis şöbəsində isə çəkiliş gecə saat 03 radələrində olmuşdur. O, Şahid6 narkotik vasitə satmamış, saxlanıldığı gün onunla əlaqəsi olmamışdır. Saxlanılan zaman əməliyyat müvəkkilləri Ziya və Toğrul orada olmuşdur. Saxlanılarkən əynində göy rəngdə gödəkçə və ağ rəngdə cins olmuşdur. Onu saxlayarkən dartışdıqlarından paltarlarında yırtıqlar yaranmışdır. Eyni zamanda polis əməkdaşları onu avtomobilə əyləşdirmək üçün diziüstə yerlə sürümüşlər. Narkotik vasitə olan kibrit qutusunu onun cibinə Toğrul qoymuşdur. Polis əməkdaşları çəkiliş zamanı kibrit qutularını cibindən çıxarıb ona aid olduğunun deməyini, bunun müqabilində köməklik edəcəklərini ona bildirmişlər. Hadisə vaxtı onun sol cibindəki bükümləri Ziya, sağ cibindəki qutunu isə cibinə Toğrul qoymuşdur. Mürsələ narkotik vasitəni pul müqabilində verməmiş, onunla birgə narkotik vasitə alıb istifadə etmişlər. Özündə pul olmadığı halda Mürsəl, Mürsəldə pul olmadığı halda isə o, narkotik alıb birlikdə istifadə etmişlər. Mürsəllə birlikdə narkotik vasitə qurudulmuş marixuana alıb birlikdə istifadə etmiş, yerdə qalan hissəsini isə aralarında bölmüşlər. Ona qalan narkotik vasitəni də sonradan istifadə etmiş, saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM-nin) 327.1.3-cü maddəsinə əsasən onun təqsirləndirilən şəxs qismində verdiyi ifadə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş və həmin ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, özü rəsmi olaraq heç bir yerdə işləmir, lakin ailəsini dolandırmaq üçün fərdi əməklə məşğul olur. Təxminən 1 ildir ki narkotik vasitə qurudulmuş marixuana istifadə edir. O istifadə etdiyi narkotik vasitələri həmkəndlisi Səyyəddin adlı şəxsdən alır. Şahid6 tanımışdır, onunla yoldaşlıq münasibəti olmuşdur, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təxminən 10 gün bundan əvvəl o yaşadığı Beyləqan rayonu, 1-ci Şahsevən kəndində olan zaman Mürsəl istifadəsində olan ***-***-**-** mobil nömrəsi iləonun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək ona qurudulmuş marixuana lazım olduğunu bildirmişdir. O ona marixuana tapıb sata biləcəyini demişdir. O ona bir kibrit qutusunu 100 manata satacağını bildirmişdir. Mürsəl razılaşmış və ona 2 kibrit qutusu marixuana satmağıı bildirmişdir. O Mürsələ Beyləqan rayonu, 1-ci Şahsevən kəndinə gəlməyini və burada marixuananı ona verəcəyini bildirmişdir. Sonra o telefonu söndürmüş və Səyyəddinə zəng edərək ona iki kibrit qutusu qurudulmuş marixuana lazım olduğunu bildirmişdir. Səyyəddin bir kibrit qutusunu 100 manat qarşılığında ona sata biləcəyini bildirərək iki kibrit qutusu qurudulmuş marixuana üçün 200 manat pul istəmişdir. O onunla razılaşmış və marixuananı hazırlamasını bildirmişdir. Həmin gün saat 16 radələrində Mürsəl Beyləqan rayonu, 1-ci Şahsevən kəndinə gəlmiş vəona zəng edərək kənddə olduğunu bildirmişdir. O, ona Daşburun stansiyasında olduğumu bildirib onu stansiyaya çağırmışdır. Mürsəl Daşburun stansiyasına gəlmiş və orada onunla görüşmüşdür. Mürsəl ona 200 manat pul verib ona 2 kibrit qutusu qurudulmuş marixuana verməyini bildirmişdir. O, 200 manat pulu almış və onu orada 10 dəqiqə gözləməyini bildirmişdir. Sonra o aralaşıb 1-ci Şahsevən kəndi 2 saylı məktəbin yanına getmişdir. O, orada Səyyəddinlə görüşmüş və ona 200 manat pul verərək ona iki kibrit qutusu qurudulmuş marixuana verməsini bildirmişdir. Səyyəddin pulu almış və cibindən iki kibrit qutusu çıxararaq ona vermişdir. O kibrit qutularının içərisinə baxıb içərilərində qurudulmuş marixuana olduğunu görmüş və onları cibimə qoyub Mürsəlin yanına gəlmişdir. O içərilərində qurudulmuş marixuana olan 2 ədəd kibrit qutusunu Mürsələ vermişdir. Mürsəl kibrit qutularını açıb içərilərinə baxmış və cibinə qoyub onunla sağollaşıb getmişdir. 23 mart 2024-cü il tarixdə o narkotik vasitə çəkmək istəmişdir. O, Səyyəddinə zəng edərək ona iki kibrit qutusu narkotik vasitə qurudulmuş marixuana lazım olduğunu bildirmişdir. Səyyəddin bir qutunu 100 manat satdığını bildirib ona 200 manat pul verməli olduğunu demişdir. O, razılaşmış və Səyyəddin onu 1-ci Şahsevən kəndi 2 saylı məktəbin yanına çağırmışdır. O, məktəbin yanına gedib orada Səyyəddinlə görüşmüşdür. O, Səyyəddinə 200 manat pul vermiş və Səyyəddin cibindən iki kibrit qutusu çıxararaq ona vermişdir. O kibrit qutularının içərisinə baxıb içərilərində qurudulmuş marixuana olduğunu görmüş və onları cibinə qoyub sağollaşıb oradan uzaqlaşıb yaşadığı evə getmişdir. O Səyyəddindən aldığı içərisində qurudulmuş marixuana olan kibrit qutusundan birini götürüb içərisində olan narkotik vasitələri lazım olduqda çəkməyi üçün xırda-xırda bükümlərə bölmüşdür. O 5 büküm narkotik vasitə düzəltdikdən sonra yerdə qalan narkotik vasitəni yenədə kibrit qutusunun içərisində saxlamışdır. Bundan sonra o 2 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaları və bükümləri əynində olan gödəkçənin sol yan cibinə qoymaqla üzərində gəzdirməyə başlamışdır. 24 mart 2024-cü il tarixdə, saat 00:15 radələrindəo həmin qurudulmuş marixuananı çəkmək istəmiş və yaşadığı evin darvazasının çölünə küçəyə çıxmışdır. O, küçə ilə yavaş-yavaş yeriyərək evdən uzaqlaşan zaman mülki formada olan üç nəfər şəxs ona yaxınlaşaraq Beyləqan rayon polis şöbəsinin əməliyyat müvəkkilləri olduqlarını bildirib özlərini təqdim etmişlər. Onlar onun qanunsuz olaraq narkotik vasitələrin istifadə etməkdə, üzərində saxlamaqla daşımaqda və satışını həyata keçirməkdə şübhəli olduğunu bildiriblər. Bu zaman o, üzərində narkotik vasitələr olduğu üçün tutulmaqdan qorxmuş və qaçmağa başlamışdır. Polis əməkdaşları da onun qaçdığını görüb onu tutmaq üçün arxasınca qaçmışlar. O, qaçan zaman ayağı ilişmiş və arxın içərisinə yıxılmışdır. Bu zaman arxın içərisində olan dəmir onun əynində olan paltarları cırmış və sağ dizini yaralamışdır. Bu zaman polis əməkdaşları onu tutublar. Polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığını görüb onu Beyləqan rayon polis şöbəsinə gətiriblər. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətiriblər. Polis geyimində olan və özünü Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Qoşqar Hacıyev kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqla daşımaqda və satışını həyata keçirməkdə şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o ərizə ilə müraciət edərək maddi imkanının olmadığına görə dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. X5 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Müstəntiq onun üzərinə aparılacaq şəxsi axtarış zamanı video çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə Qoşqar Hacıyev məlumat vermişdir. X10 Şahid6 saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman üzərindən qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edildiyini, Mürsəlin həmin maddələrin bir kibrit qutusunu 100 manat pul qarşılığında təxminən 10 gün əvvəl məndən aldığını bildirdiyini mənə dedi. Mən həqiqətən də bir kibrit qutusu 100 manat pul qarşılığında Mürsələ iki kibrit qutusu qurudulmuş marixuana satdığımı bildirdim. Sonra üzərimdə qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olubolmadığını yoxlamaq üçün X10 tərəfindən üzərinə şəxsi axtarış keçirilməyə başlandı. Müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan yaşıl rəngli gödəkçənin sağ yan cibindən bir ədəd adapter aşkar edilmişdir. Sonra müstəntiq tərəfindən əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibinə baxış keçirilmişdir. Baxış zamanı əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibindən 02 ədəd kibrit qutusu və 05 ədəd büküm aşkar edilərək götürülmüşdür. X10 tərəfindən həmin kibrit qutuları və 05 ədəd büküm açılaraq ayrı-ayrılıqda içərilərinə baxış keçirilmiş və hər birinin içərisində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə qurudulmuş marixuana olduğu məlum olmuşdur. X10 həmin maddələrin nə olduğunu və haradan aldığını ondan soruşmuşdur. O isə həmin maddələrin narkotik vasitələr olduğunu və Səyyəddindən aldığını bildirmişdir. Sonra axtarış davam etdirilmiş əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə baxış keçirildi və cibimdə olan mənə məxsus “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Sonra üzərinə şəxsi axtarış davam etdirilmişdir. Əynində olan şalvarın ciblərinə baxış keçirilən zaman şalvarın ciblərindən 01 ədəd 100 manatlıq və 04 ədəd 1 manatlıq əskinaslar, 02 ədəd 20 qəpik pullar, 01 qutu Maqna markalı siqaret, bir qutu kibrit, 2 manatlıq Azercell ödəmə kartı aşkar edilmişdir. Axtarış zamanı üzərindən qanunla qadağan olunan digər hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Sonra üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusu və 05 ədəd büküm ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və kibrit qutularının çəkilərinin 4,09 qram və 9,18 qram, bükümlərin çəkilərinin isə müvafiq olaraq 1,12 qram, 0,54 qram, 0,90 qram, 0,65 qram və 1,27 qram olduğu müəyyən edilmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, həmin ifadəni polis əməkdaşlarının təzyiqi altında vermişdir. Hal-hazırda məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə, CPM-nin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-nin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş Beyləqan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 Qalib oğlu ifadəsində göstərmişdir ki, o, Şahid5 polis şöbəsinə gətirilməsində və onun üzərinə şəxsi axtarış aparılmasında iştirak etmişdir. Rəşad Novruzovun xidməti otağında Şahid5 üzərinə baxış zamanı Səyyədindən Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə sual verilmiş və şəxs cavab olaraq Turquta narkotik vasitə satdığını bildirmişdir. Verilən suallara cavab olaraq Şahid3 ifadəsinə davam edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilməsində iştirak etməmişdir. Şifahi sorğu-sual zamanı Səyyəddin Turquta narkotik vasitə satdığını bildirmişdir. O, Səyyəddin və Mürsəlin saxlanılmasında iştirak etmişdir. Səyyəddinə heç bir təzyiq göstərilməmişdir. O, Mürsəlin saxlanılmasında, onun üzərində keçirilən şəxsi axtarış istintaq hərəkətində iştirak etmiş, həmin vaxt sonuncunun üzərindən narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Beyləqan RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti Şahid4 ifadəsində göstərmişdir ki, o, polis şöbəsində olarkən növbətçi ona zəng edərək video çəkilişlə şəxsi axtarış aparılması zərurəti ilə əlaqədar istintaq otağına getməyi bildirmişdir. O, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmiş, onu ilk dəfə polis şöbəsində olarkən görmüş, onun üzərinə şəxsi axtarış aparılmasını kamera ilə video görüntüyə almışdır. Verilən suallara cavab olaraq Şahid4 ifadəsinə davam edərək bildirmişdir ki, video çəkiliş zamanı təqsirləndirilən şəxsin verdiyi ifadəsini xatırlamır. Video çəkiliş təxminən bir saat çəkmişdir. Çəkiliş zamanı vəkil iştirak etmiş, vəkillə danışmaq imkanı yaradılmışdır. Həmin vaxt təqsirləndirilən şəxs vəkilinə şikayət etməmiş, təqsirləndirilən şəxsə qarşı zor tətbiq edilməsini görməmiş, ona və ya digər şəxslərə təzyiq göstərilməmişdir. Şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar edilmiş, lakin hal-hazırda narkotik vasitənin növünü və çəkisini uzun müddət keçməsi ilə əlaqədar xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax RPŞ-nin CAB-ın baş əməliyyat müvvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etdiyi vaxtdan uzun müddətdən keçdiyindən hadisə barədə təfərrüatlı məlumat verə bilmir, lakin xatırlayır ki, Təqsirləndirilən şəxs Beyləqan rayonu Birinci Şahsevən kəndi ərazisində saxlayarkən gecə saatları olmuş, Turqut qaçaraq onlardan yayınmağa çalışmışdır. Təqsirləndirilən şəxs qaçarkən Birinci Şahsevən kənində X11 Gəray Əsədov adına ev muzeyinin həyətində əməliyyatda iştirak edən əməkdaş tərəfindən saxlanılmışdır. Qaçarkən Təqsirləndirilən şəxs üzərindəki geyimlər ərazidə olan məhəccərə ilişmişdir. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə davam edərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs cibindən aşkar edilmiş narkotik vasitənin neçə bükümdə olduğunu xatırlamır. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış aparılarkən üzərində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri Şahid5 aldığını bildirmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olduğundan 25 mart 2024-cü il tarixdə səhər saat 08 radələrində dayanacaqda durmuşdur. Həmin vaxt polis əməkdaşı Ziya və onunla birlikdə dörd nəfər polis əməkdaşı onun avtomobilinə videoçəkilişlə yaxınlaşıb onu polis şöbəsinə çağırmışlar. Onlar birlikdə Beyləqan RPŞ-yə gəlmişlər. Beyləqan RPŞ-yə gedərkən onun xəbəri olmadan polis əməkdaşları onun cibinə kibrit qutusunda narkotik vasitə qoymuşlar. O, Beyləqan RPŞ-yə çatanda cibində narkotik vasitə olduğunu görmüşdür. Polis şöbəsində polis əməkdaşları ona Təqsirləndirilən şəxs narkotik vasitə satdığını bildirmişlər. O, isə heç kimə narkotik vasitənin satmadığını polis əməkdaşlarına bildirdikdə sonuncular ona qarşı fiziki zor tətbiq edərək, onu döyüb qabırğasını sındırıb narkotik vasitə satdığının etiraf etməyini istəmişlər. Onun Təqsirləndirilən şəxs narkotik vasitə satdığını etiraf etməsi üçün onu döymüşlər. Verilən suallara cavab olaraq Şahid5 ifadəsinə davam edərək bildirmişdir ki, ona saxlanılma səbəbini izah etmədən səhər saat 07-08 radələrində saxlayıb birbaşa Beyləqan RPŞ-yə aparmışlar. Beyləqan RPŞ-də Ziya və digər polis əməkdaşları tərəfindən ona təzyiq göstərilmişdir. Həmin vaxt Turqutun vəziyyətindən ona da polis əməkdaşları tərəfindən təzyiq göstərildiyini başa düşmüşdür. Belə ki, Təqsirləndirilən şəxs onun üzünə belə baxmaq istəməmiş, onun üst-başı pis vəziyyətdə olmuşdur. Polis əməkdaşlarının onun “üzünə durmaq” üçün məhz Təqsirləndirilən şəxs seçmələrinin səbəbi isə sonuncunun biraz xəstə olmasıdır. Çünki, polis əməkdaşları normal uşaq tapıb onun üzünə durdura bilməzmişlər. Özü heç vaxt Təqsirləndirilən şəxsla narkotik vasitə qəbul etməmişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu bilməmişdir. Məhkəmədə Şahid5 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün CPM-nin 327.1.3 və 329.1-ci maddələrinə əsasən onun xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmiş və həmin ifadəsində Şahid5 göstərmişdir ki, 23 noyabr 2024cü ildə saat 18 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib ondan ona narkotik vasitə olan qurudulmuş marixuana satmağını istədi. Turqut özü də qurudulmuş marixuana istifadəçisidir. Onun bu barədə məlumatı vardır. Turqut da onun qurudulmuş marixuana istifadə etdiyini bilirdi. Buna görə də ona zəng edib ona qurudulmuş marixuana satmağını istəmişdir. Turqut ona zəng etdikdə o, ona marixuana sata biləcəyini və Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində yerləşən 2 nömrəli tam orta məktəbin yanına gəlməsini bildirdi. Biraz sonra Turqut həmin yerə gəldi. O, idarə etdiyi özünə məxsus “Vaz 2106" markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobildən yerə düşdü, Turqut ondan üzərində nə qədər qurudulmuş marixuana olduğunu soruşdu. O, ona üzərində bir kibrit qutusunun yarısı qədər qurudulmuş marixuana olduğunu bildirdi. Üzərindəki qurudulmuş marixuananın çəkisi təxminən təxminən 2 qram olardı. O, Turquta həmin qurudulmuş marixuananı verdi və Turqut qarşılığında ona 45 manat pul verdi. O da etiraz etməyərək onunla sağollaşdı və oradan uzaqlaşıb getdi. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunduqdan Şahid5 verilən suallara cavab olaraq göstərmişdir ki, ona təzyiq olduğundan, oğlunu narkotiklə tutacaqları ilə hədə-qorxu gəldiklərindən o, ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitə verdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitə satmamış və ya verməmişdir. Polis əməkdaşlarının Təqsirləndirilən şəxs məhz onun adının çəkməsinin istəmələrinin səbəbini isə bilmir. Onun Təqsirləndirilən şəxsla aralarında heç vaxt mübahisəsi olmamışdır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Turqutla birlikdə Daşburun qəsəbəsinə gəlib narkotik vasitə olan marixuana əldə etmişdir. Narkotik vasitə əldə etmək üçün özü on manat, Turqut isə beş manat pul qoymuşdur. Onlar birlikdə narkotik vasitə əldə edib istifadə etmişlər. Narkotik vasitənin yerdə qalan hissəsini o, özü tək istifadə etmək üçün götürüb yaşadığı kəndə getmiş, kəndə çatmağına 10 dəqiqə qalmış avtomobilini yolun kənarında saxlayıb narkotik vasitə istifadə etmək istəmişdir. Kəndlərinə çatmağa təxminən 10 dəqiqə qalmış o, yol kənarında saxlayıb narkotiki çəkib sonra yoluna davam etmək istəmişdir. O, narkotik vasitəni istifadə edərkən əməliyyatçılar onu saxlamışlar. Daha sonra əməliyyatçılar onun üstünü axtarmışlar və üzərində narkotik vasitə tapa bilməmişlər. Onu polis şöbəsinə gətirib döyərək narkotik vasitəni hardan aldığı barədə ona sual vermişlər. Daha sonra onu döyüb ondan narkotik vasitəni Turqutdan aldığının deməyini istəmişlər. Polis əməkdaşları onu döyərək evindən 05 kq narkotik vasitə çıxaracaqları ilə hədələdiklərindən məcbur qalıb polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Verilən suallara cavab olaraq Şahid6 ifadəsinə davam edərək bildirmişdir ki, polis əməkdaşları onu saat 19:30 radələrində saxlamışlar. O, Təqsirləndirilən şəxs pul qarşılığında narkotik vasitə almamışdır. Onu döyənlər polis əməkdaşları İlkin və Ziya olmuşlar. Ona polis əməkdaşları tərəfindən təzyiq olduğundan o, Təqsirləndirilən şəxs adını çəkmişdir. O, narkotik vasitəni fərqli mənbələrdən əldə etmişdir. Təqsirləndirilən şəxsla birlikdə əldə etdiyi narkotik vasitədən Turqutun üzərində qalmamışdır. Məhkəmədə Şahid6 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün CPM-nin 327.1.3 və 329.1-ci maddələrinə əsasən onun xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmiş və həmin ifadəsində Şahid6 göstərmişdir ki, o, Beyləqan rayonu, 1-ci Şahsevən kənd sakini kimi tanıdığı Turqut adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilirdi. Buna görə də, o, istifadəsində olan 051-783- 47-11 mobil nömrəsi ilə Turqutun istifadəsində olan hazırda xatırlamadığı nömrəyə zəng edərək ona qurudulmuş marixuana lazım olduğunu bildirərək ona marixuana sata bilib-bilməyəcəyini soruşdur. Turqut ona marixuana tapa biləcəyini və bir kibrit qutusunu 100 manata satacağını bildirdi. O, Turqutla razılaşdı və ona 2 kibrit qutusu marixuana satmasını bildirdi. Turqut Beyləqan rayonu, 1-ci Şahsevən kəndinə getməyini və orada marixuananı ona verəcəyini bildirdi. Həmin gün saat 16 radələrində o, Beyləqan rayonu. 1-ci şahsevən kəndinə gedib Turquta zəng edərək kənddə olduğunu ona bildirdi. Turqut Daşburun stansiyasında olduğunu bildirib onu oraya çağırdı. O, Daşburun stansiyasına getdi və orada Turqutla görüşdü. O, Turquta 200 manat pul verib ona 2 kibrit qutusu qurudulmuş marixuana verməsini bildirdi. Turqut ona verdiyi 200 manat pulu aldı və onu orada 10 dəqiqə gözləməyini ona bildirdi. O, razılaşdı və Turqut aralaşıb getdi. Təxminən 10-15 dəqiqə sonra Turqut qayıdıb gəldi və ona 2 ədəd kibrit qutusu verdi. O, kibrit qutularını açıb içərilərinə baxdı və hər birisinin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu gördü. O, kibrit qutularını cibinə qoydu və Turqutla sağollaşıb ayrıldı. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunduqdan Şahid6 verilən suallara cavab olaraq göstərmişdir ki, polis əməkdaşlarının təzyiqi altında həmin məzmunda ifadə vermişdir. Hal-hazırda məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: İşdə olan, 24 mart 2024-cü il tarixdə Beyləqan RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili, polis kapitanı Ənvər Cəfərli tərəfindən imzalanmış raportdan görünür ki, Fərhadlı X6 RPŞ-yə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman üzərindən narkotik vasitəyə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Şahid6 üzərindən aşkar edilmiş kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu və 1 kibrit qutusu miqdarında narkotik vasitəni 100 manat pul müqabilində Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Təqsirləndirilən şəxs 24 mart 2024-cü il tarixdə saat 00:15-də Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində saxlanılaraq Beyləqan RPŞ-yə gətirilmişdir. (Cild 1, i.v. 20;) İşdə olan, 24 mart 2024-cü il tarixdə Beyləqan RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili, polis kapitanı Ənvər Cəfərli tərəfindən imzalanmış raportdan görünür ki, 24 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaxınlaşıb rayon polis şöbəsinə dəvət edildiyi zaman Təqsirləndirilən şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq qaçmağa başlamışdır. Təqsirləndirilən şəxs qaçan zaman ayağı ilişib yıxılmış, əynində olan üst geyimləri cırılmış və sağ diz nahiyəsindən sıyrıq xəsarətləri almışdır. (Cild 1, i.v. 21;) İşdə olan, 24 mart 2024-cü il tarixli cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulmasına dair qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 mart 2024cü il tarixdə, saat 01:00 radələrində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, i.v. 29-30;) İşdə olan, “Şəxsi axtarış və götürmə haqqında” 24 mart 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş CD diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs Şahid6 saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman üzərindən qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edildiyini, Mürsəlin həmin maddələrin bir kibrit qutusunu 100 manat pul qarşılığında təxminən 10 gün əvvəl ondan aldığını bildirdiyi bildirmişdir. Təqsirləndirilən şəxs həqiqətən də bir kibrit qutusu 100 manat pul qarşılığında Mürsələ iki kibrit qutusu qurudulmuş marixuana satdığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli gödəkçənin sağ yan cibindən bir ədəd adapter aşkar edilmişdir. Sonra şəxsi axtarış davam etdirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibindən 02 ədəd kibrit qutusu və 05 ədəd büküm aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş 02 ədəd kibrit qutusu və 05 ədəd kağız büküm açılaraq baxış keçirimiş və həmin kibrit qutuları və bükümlərin hər birinin içərisində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitələr olduğunu və Səyyəddindən aldığını bildirmişdir. Sonra axtarış davam etdirilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın ciblərinə baxış keçirilən zaman şalvarın ciblərindən 01 ədəd 100 manatlıq və 04 ədəd 1 manatlıq əskinaslar, 02 ədəd 20 qəpik pullar, 01 qutu Maqna markalı siqaret, bir qutu kibrit, 2 manatlıq “Azercell” ödəmə kartı aşkar edilmişdir. Sonra şəxsi axtarış davam etdirildi, lakin üzərindən qanunla qadağan olunan digər hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusu və 05 ədəd büküm ayrı-ayrılıqda elektron tərəzidə çəkildi və kibrit qutularının çəkilərinin 4,09 qram və 9,18 qram, bükümlərin çəkilərinin isə müvafiq olaraq 1,12 qram, 0,54 qram, 0,90 qram, 0,65 qram və 1,27 qram olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar 02 ədəd kibrit qutusu və 05 ədəd bükümün içərisində olan tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr video çəkiliş vasitəsilə, müdafiəçinin iştirakı ilə götürülmüş, protokollaşdırılaraq, zərfə qoyulduqdan sonra qablaşdırılmışdır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmişdir. (Cild 1, i.v. 39-40;) İşdə olan, Məhkəmə-bioloji ekspertizanın 24 mart 2024-cü il tarixli, 3-16-16/2-18/317 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid6 üzərində” sözləri və imzalar olan kağız paketdə 01 ədəd yarımçıq halda siqaret dənəsində təmiz çəkisi -0,14 qram, 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi -2,08 qram, 2,34 qram, 07 ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi– 0,24 qram, 0,19 qram, 0,15 qram, 0,21 qram, 0,26 qram, 0,13 qram, 0,22 qram, ümumi çəkisi – 5,96 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: marixuananın ümumi çəkisi-5,96 qram, cəmi tədqiqata istifadə olundu-0,20 qram, qalıq-5,76 qram. Aparılmış tədqiqatın dəyəri 31,95 (otuz bir manat, doxsan beş qəpik) manadır. (Cild 1, i.v. 51-53;) İşdə olan, Məhkəmə-bioloji ekspertizanın 24 mart 2024-cü il tarixli, 3-16-16/2-18/318 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri və imzalar olan kağız paketdə 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi - 1,22 qram, 6,11 qram, 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi– 0,53 qram, 0,66 qram, 0,93 qram, 0,38 qram, 1,01 qram, ümumi çəkisi –10,84 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə marixuanalar və Şahid6 aşkar edilmiş narkotik vasitə marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkiblidir. (xx.xx.2024-cü il tarixli 3-16-16/2- 18/317 №li rəyə əsasən birgə tədqiqat aparılıb). Qeyd: marixuananın ümumi çəkisi-10,84 qram, cəmi tədqiqata istifadə olundu-0,14 qram, qalıq-10,70 qram. Aparılmış tədqiqatın dəyəri 31,95 (otuz bir manat, doxsan beş qəpik) manadır. (Cild 1, i.v. 56-58;) İşdə olan, 25 mart 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. (Cild 1, i.v. 81;) İşdə olan, Beyləqan Rayon Məhkəməsinin 25 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 24 mart 2024-cü il tarixdən hesablanmışdır. (Cild 1, i.v. 107-111;) İşdə olan, 26 mart 2024-cü il tarixli üzləşdirmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid5 arasında üzləşdirmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs iki dəfəyə dörd kibrit qutu olan qurudulmuş marixananı hər qutu üçün 100 manat pul ödəməklə Şahid5 aldığını, həmin aldığı marixuanalardan ilk iki qutunu Şahid6 200 manat satdığını bildirmişdir. Şahid5 isə cəmi bir kibrit qutusunun içərisində təxminən iki qram narkotik vasitə qurudulmuş marixuananı 45 manat pul qarşılığında Təqsirləndirilən şəxs satdığını bildirmişdir. (Cild 1, i.v. 129-131;) İşdə olan, 06 aprel 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə keçirilmiş məhkəmə bioloji ekspertizalarının tədqiqatından sonra narkotik vasitə qurudulmuş marixuananın qalıq qalmış-20,37 qram, 5,56 qram, 10,56 qram, çətənə toxumunun qalıq qalmış 0,11 qramı, polietilen torbada olan torpaq nümunəsinin içərisində nəm halda 0,24 qram olan bitki mənşəli hissəciklər tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmayan marixuana və 01 ədəd taxta parçasının iş üzrə maddi sübut kimi tanınması və saxlanması üçün Beyləqan rayon polis şöbəsinin maddi sübutların saxlancına təhvil verilməsi qərara alınmışdır. (Cild 1, i.v. 166-168;) İşdə olan, Təqsirləndirilən şəxs barəsində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (Cild 2, i.v. 51-52;) İşdə olan, Beyləqan Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay müddətinə, yəni 24 avqust 2024-cü il tarixədək uzadılmışdır. (Cild 2, i.v. 105-111;) İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 26 aprel 2024-cü il tarixli, 2730 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, i.v. 125-126;) İşdə olan, məhkəmə-psixatrik ekspertizasının 10 may 2024-cü il tarixli, 1317 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda rekurrent affektiv pozuntu remissiya vəziyyəti aşkar olunur. Təqsirləndirilən şəxs qeyd edilən rekurrent affektiv pozuntu törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 2, i.v. 143-144;) İşdə olan, məhkəmə-tibbi ekspertizasının 27 mart 2024-cü il tarixli, 232/24 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ diz oynağı nahiyəsində sıyrıqlar olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir. Müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. (Cild 2, i.v. 146-147;) İşdə olan, Beyləqan Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 4(020)- 45/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay müddətinə, yəni 24 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. (Cild 2, i.v. 199-204;) İşdə olan, Beyləqan RİHB-nin Birinci Şahseven kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əsədov X7 rayonu, Birinci Şahseven kəndində yaşadığı müddət ərzində kənd camatı və öz yaşıdları arasında özünə məxsus hörmət qazanmışdır. Onun barəsində Beyləqan RİHB-nin Birinci Şahseven kənd İƏD-si üzrə nümayəndəliyinə heç bir ərizə və ya şikayət daxil olmamışdır. (Cild 2, i.v. 206- 207;) İşdə olan, 23 sentyabr 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə dair “Şəxsi axtarış və götürmə haqqında” 24 mart 2024-cü il tarixli protokola əlavə edilmiş 01 ədəd DVD disk iş üçün sübut əhəmiyyəti kəbs edən məlumatları özündə daşıdığından iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması qərara alınışdır. (Cild 2, i.v. 208;) İşdə olan, 24 sentyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin məcəllənin 234.4.2-ci maddəsinə tövsif edilməsi, ekspertizanın texniki imkanları daha dəqiq olduğu üçün Təqsirləndirilən şəxs ittiham elan olunan zaman məhkəmə-bioloji ekspertizasının 24 mart 2024- cü il tarixli, 3-16-16/2-18/317 nömrəli və 24 mart 2024-cü il tarixli, 3-16-16/2-18/318 nömrəli rəylərində göstərilən çəkilərin əsas götürülməsi, bəzi istintaq sənədlərində Təqsirləndirilən şəxs doğum tarixi texniki səhv olaraq 18 sentyabr 1998-ci il kimi yazıldığından onun doğum tarixi xx xxxxxxxx 1999-cu il kimi oxunması qərara alınmışdır. (Cild 2, i.v. 213-233;) İşdə olan, 26 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə elan olunmuş ittihama dəyişiklik edilərək, onun Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə yenidən ittihamın elan edilməsi qərara alınmışdır. (Cild 2, i.v. 236- 237;) İşdə olan, 03 saylı İstintaq Təcridxanası tərəfindən göndərilmiş 27 yanvar 2025-ci il tarixli, 3-16-2010/2-34 nömrəli məktubundan və ona əlavə edilmiş tibbi kitabçanın kseroksundan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixdə 03 saylı İstintaq Təcridxanasına daxil olarkən ilkin tibbi baxış zamanı, o, zədə aldığını bildirmişdir. Bədən səthinin müayinəsində sağ diz nahiyyəsində bənövşəyi rəngli qançır və qərtməkli yara izlənilmişdir. (Cild 3, i.v. 76-78;) İşdə olan, Beyləqan Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, 1(020)-4/2025 nömrəli hökmündən görünür ki, 2024-cü ilin mart ayının ortalarında Beyləqan rayonu, Birinci Şahsevən kəndində tanışı Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə satış məqsədilə qanunsuz olaraq iki ədəd kibrit qutusunda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə olan 5,96 qram qurudulmuş marixuananı 200 manat pulun qarşılığında əldə etdikdən sonra həmin narkotik vasitənin bir qismini xırda bükümlərdə və bir ədəd siqaret dənəsində qablaşdırmaqla, həmin narkotik vasitənin qalan hissəsini iki ədəd kibrit qutusunda üzərində saxlamaqla daşıdığına görə Şahid6 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə məhkəməyə verilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 (bir) il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (Cild 4;) İşdə olan, Şirvan Apellyasiya Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 1(106)-570/2025 nörməli qərarından görünür ki, Beyləqan Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, 1(020)-4/2025 nömrəli hökmündən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, 1(020)-4/2025 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (Cild 4;) İşdə olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 1(099)- 124/2025 nömrəli hökmündən görünür ki, Şahid5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə məhkəməyə verilmiş, Şahid5 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə bəraət verilmişdir. Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Turquta və ya qeyrisinə qurudulmuş marixuana vermədiyini və satmadığını bildirmişdir. Şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs da verdiyi ifadəsində Şahid5 narkotik vasitə almadığını bildirmişdir. (Cild 4;) İşdə olan, Şirvan Apellyasiya Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli, 1(106)- 373/2025 nömrəli qərardan görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)- 124/2025 saylı, 04 fevral 2025-ci il tarixli bəraət hökmü ləğv edilmiş, Şahid5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 03 il, 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Şahid5 25 mart 2024-cü il tarixdən 04 fevral 2025-ci il tarixədək həbsdə olduğu 10 ay, 10 gün müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla, ona təyin edilmiş cəza müddətinə daxil edilmiş və üzərində 02 il, 07 ay, 20 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmişdir. (Cild 4;) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü müdafiə üçün irəli sürdüyü dəlilləri yəni, Səyəddin Məmişovdan narkotik vasitə almaması, 1-2 qram narkotik vasitə əldə etməsi, həmin narkotik vasitəni Şahid6 ilə birlikdə istifadə etdikdən sonra çox kiçik hissəsini (bir dəfəlik istifadə miqdarında) üzərində gəzdirməsi, daha sonra həmin narkotik vasitəni də təklikdə istifadə etməsi, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmaması, polis əməkdaşlarının ona zor tətbiq edərək üzərinə itthamda qeyd olunan narkotik vasitələri qoyması barədə göstərdiklərini təqsirləndirlən şəxsin şəxsi mülahizələrinə əsaslanan, məhkəmədə tədqiq olunan sübutlarla o cümlədən, 24 mart 2024-cü il tarixli “axtarış və götürmə aparılması haqqında” protokol və protokola əlavə edilmiş CD diskdə olan videogörüntülər, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, digər sənədlər və iş materialları ilə təkzib olunan, onun əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına yönəlmiş özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və həmin hissələrdə sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə əlavə şahid qismində dindirilmiş Şahid5 və X4 məhkəmə istintaqı zamanı verdikləri ifadələrə tənqidi yanaşaraq qeyd edir ki, həmin şəxslər Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə maraqlı şəxslər olduğundan (hər üç şəxsə verilmiş ittiham zəncirvari olaraq bir-birilə sıx bağlıdır) onların ifadələrində göstərdikləri xüsusatlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən kənarda qalmasına yönəlməklə dolayısıyla özlərinin də barələrindəki cinayət işləri hüquqi mənafelərinin müdafiəsinə xidmət etmişdir. Bununla belə cinayət işi materiallarını nəzərdən keçirən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Şahid5 iki müxtəlif tarixlərdə yəni, 2024-cü ilin mart ayının ortalarında və 23 mart 2024-cü il tarixdə narkotik vasitə olan qurudulmuş marixuana əldə etməsi ilə bağlı nəticəyə gələrkən yanlışlığa yol vermişdir. Belə ki, Təqsirləndirilən şəxs və Şahid6 məhkəmə istintaqı zamanı ifadələrində narkotik vasitənin miqdarı və hansı mənbədən əldə olunması ilə bağlı işin faktiki hallarını təhrif etsələr də, həmin ifadələrində 23 mart 2024-cü il tarixdə birgə istifadə üçün narkotik vasitə əldə etdiklərini, həmin narkotik vasitəni istifadə etdikdən sonra yerdə qalan hissəsini növbəti dəfə istifadə etmək üçün özləri ilə götürdüklərini (Şahid6 yalnız özünün götürdüyünü bildirmişdir) qeyd etmişlər. Məhkəmə Təqsirləndirilən şəxsla Şahid5 arasında olan telefon danışıqlarının tarixçəsini təhlil edərək (Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-373/2025 nömrəli xx.xx.2025-ci il tarixli hökmündə göstərilənlərə əsasən) eləcə də, Fərhad Mürsəllinin üzərində aşkar edilmiş qurudulmuş marixuana ilə Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş qurudulmuş marixuananın eyni tərkibli olmasını, mütəmadi olaraq narkotik vasitə qurudulmuş marixuana istifadə edən Şahid6 əldə etdiyi narkotik vasitəni uzun müddət (ən azı 7-8 gün) istifadə etmədən üzərində saxlamasının inandırıcı olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsla Şahid6 üzərində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanalar Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd edildiyi kimi müxtəlif vaxtlarda deyil, eyni vaxtda, yəni 23 mart 2024-cü il tarixdə əldə edilmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmə çıxışları zamanı dövlət ittihamçısının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə irəli sürülmüş ittihamı həmin Məcəllənin 234.2-ci maddəsi ilə müdafiə etməsi də, məhz təqsirləndirilən şəxs tərəfindən qeyd olunan narkotik vasitələrin eyni vaxtda əldə edilməsi ilə əlaqədar gəldiyi nəticə ilə bağlı olmuşdur. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş İ siyahısının əsasən narkotik vasitə olan qurudulmuş marixuananın xeyli miqdarının aşağı həddi 5 qram, külli miqdarının aşağı həddi 500 qram olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitələri tanışı Şahid6 ilə birlikdə istifadə etmək üçün 23 mart 2024-cü il tarixdə birgə vəsaitləri hesabına tanışı Şahid5 əldə etmiş, narkotik vasitənin bir qismini istifadə etdikdən yerdə qalan hissəsini Şahid6 ilə bölərək üzərlərində saxlamaqla daşımışlar. Beləliklə Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar (təqsirləndirilən şəxsin narkotik vasitə istifadəçisi olmaqla narkomaniya xəstəliyindən əzab çəkməsi, üzərində aşkar edilmiş narkotik vasitənin aludəçisi olduğu narkotik vasitə ilə eyni növdən olması, əldə etdiyi narkotik vasitənin miqdarının xeyli miqdarın aşağı həddindən cəmi üç dəfə artıq olması, qeyd olunan narkotik vasitəni tanışı Fərhad Mürsəlli ilə birgə istehlakı üçün əldə etməsi, bundan hər hansı qazanc əldə etməməsi) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalı, o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirlən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəza təyin edərkən onun şəxsiyyətini xarakterizə edən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli az ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməklə və məhkəmənarkoloji ekspertizasının 26 aprel 2024-cü il tarixli, 2730 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Beyləqan Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 10,70 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-nə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 52-1, 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə, 24 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Beyləqan Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan ekspert tədqiqatından sonrakı qalıq çəkisi 10,70 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Elxan Süleymanov Hakimlər: Cavanşir Nəbiyev Esmira Məmmədova
Məhkəmə qərarları › İş №1(099)-125/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-125/2025
12.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver