Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-126/2023 03.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi, hakimlər Quliyev Nizami Fərzi oğlu (sədrlik edən) X7 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin hüquqi varisləri X4 və X2, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1970-ci ildə Sabirabad rayonu Bala Həşimxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Bala Həşimxanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263-1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 25 may 2022-ci il tarixdə saat 03:30 radələrində, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 37ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan, alkoqol sərxoşluğu vəziyyətində olmaqla özünə məxsus “VAZ 21074” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili Sabirabad rayonu Əliləmbəyli kəndi ərazisində yağışlı havada idarə edərkən həmin Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini, yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitlərinə zərər vurmamalı, mövcud vəziyyətdə diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzər alaraq avtomobili hərəkətin təhlükəsizliyin təmin edə biləcəyi surətlə idarə etməli, yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda, həmin tələbləri pozaraq yol şəraitini nəzərə almadan idarəetməni itirməklə, nəqliyyat vasitəsi hərəkət istiqamətində yolun sol kənarında olan “Sabir” su kanalına aşırmış, nəticədə o, ehtiyatsızlıqdan nəqliyyat vasitəsində olan iki nəfər şəxsin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ağız və burun dəliklərinin su ilə tutulması nəticəsində baş vermiş asfiksiyadan ölmünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 24 may 2022-ci il tarixdə saat 21 radələrində Namiq Penciyev ona zəng edərək daş maşını gələcəyini və maşını gözləmək üçün onu aparmasını xahiş etmiş, ona görə də o Namiqin yanına getmişdir. Orada Vüsalı görmüşdür. Namiq tez olduğundan kafeyə gedib çay içməyi təklif etmiş və onlar birlikdə Azada məxsus kafeyə getmişlər. Namiqlə Vüsal çay içmiş, o isə pivə içmişdir. Kafedə Qəmər adlı qadın xidmət etmişdir. Sonra onlar kafedən çıxıb gedərkən Namiq maşını sürmək üçün ona verməsini dediyindən o da maşını Namiqə vermişdir. Sonra da Namiq maşına benzin tökdürərək yola davam etmişdir. Beşlər kəndinə çatanda Namik maşını oynatmağa başlamış, 3 kilometrə yaxın məsafə getdikdən sonra ola bilsin ki, Namik yatmış və birdən Vüsal düşdük deyə qışqırmış, Namiq isə tormoz əvəzinə qaza basmış və avromobil kanala aşmışdır. O avtomobilin qapısının kauçukunu qoparıb, qapını açmış və paltarı islandığından bacısı oğlu Samirgilə getmiş və hadisə barədə ona danışmışdır. Sonra bacısı oğlu Nicat hadisə yerinə gedərək, Namiklə Vüsalın maşından çıxarmışlar. O ifadəsinə əlavə olaraq bildirmişdir ki, o maşın suya düşdükdən sonra maşının qabaq şüşəsini ayağı ilə itələyib çıxarmamışdır. Həmin vaxt maşında olan iki nəfərin maşından çıxdıqlarını güman edib, oradan getmişdir. O istintaq zamanı ona heç bir təsir və təzyiq olunmamışdır. Həmin vaxt maşını özünün sürməsi barədə verdiyi ifadəni təsdiq etmir. O maşın onun olduğu üçün qorxub elə məzmunda ifadə vermişdir. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 ilə qohum, Vüsal isə qonşu olmuşdur. Özünə məxsus avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmşdir. 24 may 2022-ci il tarixdə saat təxminən 21 radələrində o yaşadığı evdən özünə məxsus avtomobillə çıxmış, daha sonra qaz balonu doldurmaq üçün rayonun Nizamikənd kəndinə getmişdir. Qaz balonu doldurduqdan sonra evə qayıdarkən, yolda mağazada saxlayıb 02 ədəd spirtli içki olan “GO” və 01 ədəd “KULLER” markalı pivə almışdır. Bundan sonra həmin içkiləri avtomobil idarə edə-edə içmiş, sonra da avtomobili yol kənarında saxlayıb avtomobilində olan 250 qram arağı da içmişdir. Daha sonra evə gəlmişdir. Qaz balonunu evə qoyduqdan sonra kənd ərazisinə çıxmış, kənd ərazisində biraz gözlədikdən sonra Namik və Vüsalla rastlaşmışdır. Namik ona kəndə daş maşını gələcəyini və onları həmin maşını qarşılamağa aparmağı xahiş etmişdir. O ilkin olaraq onlara spirtli içki qəbul etdiyini və uzaq yola çıxa bilməyəcəyini desə də Namik israrla ona getməyini dediyi üçün onlarla razılaşmışdır. Daha sonra özünə məxsus avtomobillə onları rayonun Nizamikənd kəndinə aparmış, daş maşınını gözləyənə kimi Nizamikənd kəndində olan çayxanaların birində oturmuşlar. Onlar çay, o isə 1 bokal pivə içmişdir. Onlar orada təxminən gecə saat 03 radələrinə kimi gözləsələr də daş maşını gəlmədiyi üçün, o onlara artıq gec olduğunu və getməli olduğunu demişdir. Bundan sonra onlar birlikdə yaşadıqları kəndə qayıtmaq üçün onun avtomobilə minmişlər. Daha sonra kəndə tərəf hərəkətə başlamışlar. Həmin zaman güclü yağış yağmışdır. Rayonun Əliləmbəyli kəndinin avtomobil yolunda saatda təxminən 30 km sürətlə hərəkətdə olan zaman avtomobil anidən sürüşmüş və o idarəetməni itirmişdir. Bundan sonra avtomobil yolun sol kənarında olan su kanalına aşmışdır. Avtomobil suya aşdıqdan sonra o özünü itirmiş və sudan çıxmağa çalışmış, həmin anda Namik və Vüsalın avtomobildə hansı vəziyyətdə olmalarının xatırlamır. O özündə güc toplayıb avtomobilin ön şüşəsinə təpiklə vurub həmin istiqamətdə avtomobildən çıxmışdır. Avtomobildən çıxdıqdan sonra Vüsal və Namikin də avtomobildən çıxdıqlarını və qorxduqları üçün oradan evlərinə getdiklərini düşünmüşdür. Havanın soyuq olması, onun əynində olan paltarların su olması səbəbindən o həmin kənddə yaşayan qardaşı oğlu Samirin evinə getmişdir. Onlara gedib vəziyyəti izah etmişdir. Onlar daha sonra hadisə baş verən yerə getmişlər, o isə evdə qalmışdır. Səhərə yaxın ona Vüsal və Namikin rəhmətə getdiklərini bildirmişlər. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi məhkəmədə elan olunmaqla tədqiq edilmiş onun vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi, dindirilmiş zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələri, məhkəmədə dədqiq edilımiş ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, sənədlər və işin faktiki halları ilə ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun oğludur. 24 may 2022-ci il tarixdə Namik zəng edərək Vüsalı çağırmış, o etiraz etsə də Vüsal Namiqin yanına getmişdir. Həmin gün Vüsal evə gəlməmişdir. O Vüsala zəng etsə də ona zəng çatmamışdır. O buna görə bərk narahat olmuşdur. Səhər saat təxminən 7 radələrində küçəyə çıxarkən yolla bir neçə kənd sakininin Əliləmbəyli kəndi istiqamətində getdiklərini görüb, onlardan hara getdiklərini, nə baş verdiyini soruşmuş, onlar da Namikin avtomobil hadisəsi zamanı öldüyünü demişlər. Bir qədər sonra isə kənd sakinləri Vüsalın meyidini gətirmişlər. O Rasimlə barışmamışdır. Ona ağır cəza verilməsini tələb edir. Dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun oğludur. 25 may 2022-ci il tarixdə saat təxminən 05 radələrində kiçik oğlu Ramal onu yuxudan oyadıb qaynatası Üzeyirin ona zəng edərək rayonun Əliləmbəyli kəndində maşının su kanalına aşdığını demiş, sonra o Üzeyirlə danışmış, Üzeyir ona Namik və Vüsalın avtomobillə su kanalına düşdüklərini və onların rəhmətə getdiklərini demişdir. O oğlu Ramalla hadisənin baş verdiyi yerə getmişlər. Oraya çatanda oğlu Namikin və Vüsalın meyitlərini su kanalının kənarında Rasimə məxsus avtomobilin isə suda olduğunu görmüşdür. Rasim hadisə yerində olmamışdır. Sonra da Namikin meyidini oradan aparmışlar. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, hadisə vaxtı Namiq avtomobili idarə etməmişdir. Ona görə ki, Rasimi yaxşı tanıyır. Rasim avtomobilini “heç atasına da idarə etmək üçün verməz”. O Rasimlə barışmamışdır. Ona ağır cəza verilməsini tələb edir. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Sabirabad rayonu Şəhriyar kəndində yerləşən Azada məxsus “Azad” kafedə xidmətçi işləyir. 24 may 2022-ci il tarixdə saat təxminən 23 radələrində Azadla kafeni bağlamaq istəyərkən, Rasim kafeyə Vüsal və Namiklə birlikdə gəlmişlər. Rasim ona 1 bokal pivə içmək istədiyini bildirmiş, Azad Rasimə pivə, Namiq və Vüsala isə çay vermişdir. Sonra o telefonla danışmaq üçün kafedən çölə çıxmış və kafenin qarşısında telefonla danışarkən Rasimgil kafedən çıxmışlar. Namik avtomobilin qabaq, Vüsal isə arxa oturacağında oturmuşlar. Rasim isə maşının sükan arxasına keçərək, maşını sürüb getmişdir. Səhəri günü hadisə barədə bilmişdir. İbtidai istintaq zamanı ifadə verərkən ona heç bir təsir və ya təzyiq olunmamışdır. İfadəsi düzdür. Cinayət işinin materiallarında olan üzləşdirmədə istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 Təqsirləndirilən şəxs kafeyə gəlib və getdiyi zaman avtomobili Namikin deyil, onun özünün sürdüyünü üzünə qarşı bir daha təsdiq etmişdir. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Sabirabad rayonu Şəhriyar kəndində yerləşən “Azad” kafe ona məxsusdur. 24 may 2022-ci il tarixdə saat təxminən 23 radələrində ona məxsus kafedə xidmətçi işləyən Qəmərlə birlikdə olarkən, Rasim kafeyə Vüsal və Namiklə birlikdə gəlmişlər. Rasim ona 1 bokal pivə içmək istədiyini bildirmiş, o Rasimə pivə, Namiq və Vüsala isə çay vermişdir. Qəmər kafenin çölündə telefonla danışmış o isə kafenin içərisində olmuşdir. Bir qədər sonra Rasimgil kafedən çıxıb getmişlər. Səhəri günü Qəmər ona Rasimgilin qəzaya düşdüklərini və axşam avtomobili Rasimin sürdüyünü ona demişdir. Dindirilmiş Şahid7 Cəlal oğlu ifadəsində bildirmişdir ki, 25 may 2022-ci il tarixdə gecə Təqsirləndirilən şəxs özünə məxsus Vaz 21074 markalı avtomobillə onun işlədiyi mağazaya gəlmiş, maşından düşüb onu çağıraraq ondan 2 litr benzin istəmiş, o da Rasimə 2 litr benzin vermiş, Rasim də benzini maşınına tökmüşdür. Rasim ona 100 manatlıq verib, benzinin pulunu oradan çıxmağını istəmiş, o da Rasimə xırda pulunun olmadığını deyib pulu sonra verməsini demiş, Rasim də maşınının sükanı arxasında əyləşib avtomobili sürüb getmişdir. Onun maşınında iki nəfər oğlan da olmuşdur. Səhər çağı kənd camaatından Rasimin maşını kanala aşırması nəticəsində maşında olan Namiklə Vüsalın rəhmətə getdiklərini eşitmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid7 Cəlal oğlu arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə istintaq hərəkəti zamanı Şahid7 Təqsirləndirilən şəxs yanacaq almağa gəldiyi və getdiyi zaman avtomobili Namikin deyil, Rasimin özünün sürdüyünü üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. Dindirilmiş şahid X5 ifadəsində bildirmişdir ki, Rasim Pənciyev onun qardaşıdır. 25 may 2022-ci il tarixdə o saat təxminən 04 radələrində arvadı Səmayə onu yuxudan oyadaraq Rasimin gəlib, avtomaşınının su kanalına düşdüyünü Namiklə Vüsalın avtomaşınının içərisində qaldıqlarnı dediyindən Nicatın hadisə yerinə getdiyini bildirmişdir. O da dərhal oğlu Nicatın arxasınca Rasimin hadisəni törətdiyi yerə getmiş, orada Rasimə məxsus Vaz 2107 markalı avtomobilin su kanalına düşüb, arxası üstə qaldığını görmüşdür. Nicat suya düşüb, avtomobilin içərisində olan Vüsalı çıxarmışdır. Lakin Namiki çıxara bilməmişdir. O islandığı üçün orada qala bilməyib evinə getmişdir. Sonra Rasim ona hadisə zamanı avtomobili Namikin sürdüyünü bildirmişdir. Dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qaynıdır. 25 may 2022-ci il tarixdə gecə saat təxminən 04 radələrində evdə yatan zaman həyətdə ucadan ağlaşma səsi gəldiyini eşidib çölə çıxarkən, Rasimin həyətdə ağladığını görmüş, ondan nə olduğunu soruşmuş, Rasim maşınının kənddə olan su kanalına aşdığını, Namiklə Vüsalın da maşında qaldığını və kömək lazım olduğunu demiş, o da oğlu Nicata və əri Fədayiyə məlumat vermiş, onlar dərhal hadisə olan yerə getmişlər. Səhər vaxtı Nicat və Fədayi evə gəlib hadisə nəticəsində Namik və Vüsalın öldüklərini ona demişlər. O Rasimdən hadisə barədə soruşduqda avtomobili Namikin sürdüyünü və kanala aşırdığını ona demişdir. Dindirilmiş Şahid5 Fədayi oğlu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əmisidir. 25 may 2022-ci il tarixdə o saat təxminən 04 radələrində evdə yatdığı zaman anası onu yuxudan oyadaraq Rasimin Samirgilə gələrək, maşınının su kanalına düşdüyünü, Namiklə Vüsalın maşında qaldığını dediyini bildirdiyindən, o dərhal hadisə yerinə getmişdir. Orada maşının arxası üstə çevrilmiş vəziyyətdə su kanalında olduğunu görmüş və dərhal suya düşərək, əvvəlcə Vüsalın meyitini çıxarmışdır. Daha sonra Namiki də çıxarmağa çalışmış, lakin onu çıxara bilməmişdir. Həmin vaxt yoldan keçən traktoru saxlatdırıb, traktorun köməyi ilə avtomobili çevirmişlər. O yenidən avtomobilə daxil olmuş, meyitin ayaq tərəfi maşının arxa oturacağı tərəfdə, baş hissəsi maşının qabaq tərəfinə doğru, əli isə qabaq sağ oturacağının altında ilişmiş vəziyyətdə olmuşdur. O Namikin əynində olan köynəyini dartıb cırdıqdan sonra onun meyitini də oradan çıxartmışdır. O əmisi Rasimi orada görsə də onunla söhbət etməmişdir. Dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, 25 may 2022-ci il tarixdə o yaşadığı evdə yatdığı zaman həyətində saxladığı itlərin səs-küyünü eşidib çölə çıxarkən Bala-Həşimxanlı kəndi arasında olan su kanalının ətrafında kənd camaatının yığışdığını görüb, oraya getdikdə su kanalının içərisində arxası üstə çevrilmiş Vaz 2107 markalı avtomobil olduğunu, kanalın kənarında isə Zərərçəkmiş şəxs1 meyitini görmüşdür. Sonra yolla keçən traktoru saxlayıb, onun köməyi ilə maşını çevirmiş və Nicat Namikin də meyitini avtomobildən çıxarmışdır. Həmin vaxt Rasim də orada olmuşdur. Polis əməkdaşları Rasimi sorğu edərkən o avtomobili Namikin sürdüyünü demişdir. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, onun Rasimlə avtomobilin Namikin sürüb-sürməməsi barədə söhbətləri olmamışdır. Cinayət işinin materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş sxem və fotocədvəllərdən görünür ki, baxış hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmişdir. Hadisə Sabirabad rayonu Əliləmbəyli kənd ərazisindən keçən alsfalt-beton yolda baş vermişdir. Hadisə yerinə baxış Sabirabad rayonu Bala Həşimxanlı kənd istiqamətində dayandıqda aparılmışdır. Hadisənin baş verdiyi yol asfalt örtüklüdür. Hərəkət hissəsində yolun eni 6 metr, yolun 2 metr enində sağ və 2 metr enində sol ehtiyyat hissələri vardır, yolun sağ və sol tərəfində su kanalı yerləşir. Yolda hər hansı bir nişanlanma xətti aşkar edilməmişdir. “VAZ 21074” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət hissəsinin sol tərəfində yerləşən su kanalına aşmışdır. Hadisə yerində həmin nəqliyyat vasitəsinə xarakterik tormoz izləri aşkar olunmamışdır. İşdə olan alkaqolun qəbulu faktı və sərxoşluq vəziyyətinin təyin edən 25 may 2022-ci il tarixli 96 və 97 nömrəli tibbi müayinə protokolundan görünür ki, “VAZ 21074” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisə zamanı avtomobili idarə edərkən sərxoş vəziyyətdə olmuşdur. İşdə olan Sabirabad Rayon Polis Şöbəsinin DYPB-nin məktubundan görünür ki, Sabirabad rayonunun Bala Həşimxanlı kəndində yaşayan Təqsirləndirilən şəxs DİN-nin Mərkəzi məlumat sistemində sürücülük hüququnun olmadığı müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 14 iyun 2022-ci il tarixli 10 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitinin müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-baş beyin maddəsinin, ağciyərin ödemi, daxili orqanların doluqanlılığı. Ağciyər plevrasında və epikardda qansızmalar. Müayinə zamanı meyitin bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmadı. Zərərçəkmiş şəxs1 ölümündən az əvvəl spirtli içkilər və güclü təsir edici maddələr qəbul etməmişdir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb hadisə nəticəsində, ağız və burun dəliklərinin su ilə tutulması nəticəsində baş vermiş asfiksiya olmuşdur. Ölüm müayinədən 6-8 saat əvvəl baş vermişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 14 iyun 2022-ci il tarixli 11 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyitinin müayinəsi zamanı aşkar edilmiş xəsarətlər,baş beyin maddəsinin, ağciyərin ödemi, daxili orqanların doluqanlılığı. Ağciyər plevrasında və epikardda qansızmalar. Müayinə zamanı meyitin bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmadı. Zərərçəkmiş şəxs2 ölümündən az əvvəl spirtli içkilər və güclü təsir edici maddələr qəbul etməmişdir. Onun ölümünə səbəb hadisə nəticəsində, ağız və burun dəliklərinin su ilə tutulması nəticəsində baş vermiş asfiksiya olmuşdur. Ölüm müayinədən 6-8 saat əvvəl baş vermişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 13 iyul 2022-ci il tarixli 8/1705 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara görə, VAZ 21074 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək hadisə zamanı avtomobili Zərərçəkmiş şəxs2 idarə etdiyini göstərmişdir. Məhkəmə onun bu ziddiyyətli ifadəsini özünü müdafiə məqsədi daşıdığından, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan habelə məhkəmədə tədqiq edilmiş sübutlarla tamamilə təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokol və protokola əlavə edilmiş hadisə yerinin sxemindən görünür ki, hadisə yerinə baxış hal şahidlərinin və təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə keçirilmiş Təqsirləndirilən şəxs hadisə yerini göstərmış, lakin avtomobilin Namikin idarə etməsi barədə heç bir fikir bildirməmişdir. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhə edilən şəxs və təqsirləndirilən şəxs qismində dindirmə protokollarından görünür ki, o hər iki halda dindirilərkən hadisə zamanı avtomobili özü idarə etdiyini və idarə etməni itirdiyindən avtomobilin su kanalına aşırdığını bildirmişdir. Məhkəmədə tədqiq edilmiş təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarın surətindən görünür ki, bu prosessual məcburiyyət tədbirinin seçilməsi haqqında vəsatətə məhkəmədə baxılarkən, məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək, əməlindən peşman olduğunu göstərmişdir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində hadisə baş verən günü Təqsirləndirilən şəxs Namik və Vüsalla onun işlədiyi “Azad” adlı kafeyə gəldiklərini Rasimin pivə, Namiklə Vüsalın çay içdikdən sonra kafedən gedərkən Təqsirləndirilən şəxs sükan arxasında oturaraq avtomobili idarə edib, getdiyini təsdiq etmişdir. Dindirilmiş Şahid2 ifadəsində Şahid1 dediklərini təsdiq edərək hadisənin səhəri günü Qəmərin gecə Təqsirləndirilən şəxs hadisə törətdiyini, hadisə nəticəsində Namikin və Vüsalın öldüklərini, axşam kafedən gedərkən abtomobili Rasimin sürdüyünü ona deməsini bildirmişdir. Dindirilmiş Şahid7 hadisə baş verən gün gecə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə onun işlədiyi marketə gəldiyini, ondan benzin alıb avtomobilinə tökərək sükan arxasında özünün oturub oradan getdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan şahidlər Şahid1 və Şahid7 Təqsirləndirilən şəxslə üzlədirilmələri haqqında istintaq hərəkəti protokollarından görünür ki, adları qeyd edilən şahidlər Təqsirləndirilən şəxslə üzləşdirilərkən onlar ifadələrində qeyd etdiklərini onun üzünə qarşı bir daha təsdiq etmişlər. Bundan başqa məhkəmədə dindirilmiş şahidlər Fədayi Penciyev və Şahid4 ifadələrində hadisədən sonra Təqsirləndirilən şəxs onlara hadisə baş verən vaxt avtomobili Namikin idarə etdiyini bildirdiyini göstərmişlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 may 2022-ci il tarixdə cinayət törətməkdə şübhə edilən şəxs və 27 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü törətdiyi əmələ görə təqsirll bilmiş və səmimi etirafedici ifadə vermişdir. Lakin adları qeyd edilən şahidlər avqust ayının əvvəllərində şahid kimi dindirilərkən Rasimin hadisə baş verən günü onlara avtomobilin Namikin idarə etdiyini bildirməsi barədə ziddiyyətli ifadələr vermişlər. Məhkəmə şahidlərin bu ifadələrini Təqsirləndirilən şəxs qohumları olmaqla onu məsuliyyətdən qurtarmaq məqsədi daşıdığından, məhkəmədə heç bir sübutla təsdiq edimədiyindən, məhkəmədə elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə verdiyi səmimi etirafedici ifadəsi, dindirilmiş şahidlərin ifadələri, üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolları ilə təkzib edildiyindən məhkəmə həmin ifadələrə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı cinayət törətməkdə şübhə ediən şəxs və təqsirləndirilən şəxs qismində vediyi ifadəsini səmimi etirafedici və işin faktiki hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı vəədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, sənədləri və maddi sübutu Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilir. Onun əməli CM-nin 263-1.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan hüquqi sənədlərdən görünür ki,Təqsirləndirilən şəxs xx xxxx 1970-ci ildə Sabirabad rayonu Bala Həşimxanlı kəndində anadan olmuşdur. Sabirabad rayonu Bala Həşimxanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan Sabirabad Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli qərarının surətindən görünür ki, həbsetmənin əvvəli 25 may 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. CM-in “cəzanın anlayışı və məqsədi” adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinəəsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarıqaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları,o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydalarıəleyhinə inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib edilməməsi, digər təfəfdən isə yol nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçısının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndiriln şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CM-ın 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən zəhmətsevərliyi və nümunəvi daranışı ilə fərqlənməsi haqqında müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın olmasını müəyyən etmədi. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 25 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəza da təyin edilməlidir. İş üzrə 239 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 44, 52-1,346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-nin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli o tutulduğu andan, 25 may 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə 239 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu 20 (iyirmi) gün müddətində (həbsdə olan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-126/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-126/2023
03.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver