Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-126/2024 10.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər- Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və onun qanuni nümayəndəsi Şahid5 iştirakları ilə xx xxxx 1978-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 83, mənzil 3-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, nömrəsiz evdə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 177.2.2, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5, və 185.1-ci maddələri ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, L.Tolstoy küçəsi ev 1-də qeydiyyatda qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmək məqsədilə 2022-ci ilin dekabrın 6-a keçən gecə ünvan 1 ünvanın qarşısına gəlib orada dayanmış, Zərərçəkmiş şəxs1 məxsus VAZ-2106 markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından və açarın üzərində olmasından istifadə edib avtomobilin mühərrikini işə salıb həmin yerdən uzaqlaşaraq talama məqsədi olmadan həmin avtomobili qanunsuz olaraq ələ keçirib qaçırmışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 07 dekabr 2022-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Baksol yaşayış massivində yerləşən, Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsız daxil olub evin pəncərəsini sındırıb içəri qanunsuz daxil olaraq oradan dəyəri 800 manat olan 01 ədəd “LG” markalı televizoru, dəyəri 400 manat olan 01 ədəd “Ceyran” sobasını, ümumilikdə 2500 manat dəyərində olan müxtəlif qadın geyimlərini, dəyəri 100 manat olan 01 ədəd qab-qacaq dəstini gizli taladıqdan sonra, vahid niyyətlə əhatə olunan qəsdlə, 09 dekabr 2022-ci il tarixdə, axşam saatlarında həmin ünvana eyni üsulla qanunsız daxil olaraq evin həyətindən hər birinin dəyəri 50 manat olmaqla ümumilikdə 250 manat dəyərində 05 ədəd dəmir qaz borusunu, dəyəri 100 manat olan dəmir masanı, dəyəri 50 manat olan 01 ədəd əl arabasını, dəyəri 50 manat olan 01 ədəd kabab bişirmə manqalını, hamamda olan istilik sisteminə aid ümumilikdə 500 manat dəyərində aksesuarları gizli olaraq talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 4.750 (dörd min yeddi yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə silah qismində istifadə edilən əşya tətbiq etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək qərarına gəlib 18 dekabr 2022-ci il tarixdə, saat 10 radələrində başlarına gözlük açılmış qara rəngli papaqlar geyinərək Salyan şəhəri, C.Cabbarlı küçəsi 49 saylı evin darvazasınının açıq olmasından istifadə edib həyətə, oradan isə evin giriş qapısının kilidlə bağlı olmadığından istifadə edib yaşayış sahəsinə qanunsuz olaraq girməklə evə daxil olub orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 evin zal otağında gözləmiş, o, isə yataq otağına daxil olub çarpayıda yatan hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib sonuncuya yaxınlaşıb yuxudan ayıldığını görüb üzərində olan bıçağı silah qismində istifadə edib tətbiq etməklə sonuncunun sinə nahiyəsinə tutub səs salmamağı işarə edib qonşu otaqda yatan yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 onun adamının (Təqsirləndirilən şəxs2) əlində olduğunu, pul və qızılları verməyəcəyi halda onun və Zərərçəkmiş şəxs3 həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq ediləcəyi ilə hədələmiş, həmin vaxt Zərərçəkmiş şəxs3 yataq otağından çıxıb qışqırdığından o, Təqsirləndirilən şəxs2la evdən hər hansı bir əşya götürməyərək qaçıb getməklə quldurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 29 dekabr 2022-ci il tarixdə, axşam saatlarında ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus fərdi evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq evin zirzəmisinin plastik qapısını açma yolu ilə içəri qanunsuz daxil olaraq oradan evin taxta döşməsini sındıraraq yuxarı qalxıb evin qonaq otağından hər birinin qiyməti 900 manat olmaqla ümumilikdə 1800 manat dəyərində iki ədəd “Samsunq” markalı televizoru, dəhlizdə olan bir ədəd 1.300 manat dəyərində kombini, mətbəxdən bir ədəd 500 manat dəyərində mikrodalğalı soba, üç ədəd hər birinin qiyməti 200 manat olan ümumilikdə 600 manat dəyərində soba, bir ədəd 5.000 manat dəyərində qızıldan kişi saatı, bir ədəd 1.500 manat dəyərində briliyant qaşlı qızıl kişi üzüyü, yataq otağından üç ədəd hər birinin dəyəri 200 manat olan ümumilikdə 600 manat dəyərində xrustal vazları, bir ədəd 1.000 manat dəyərində servis dəstini, üç ədəd hər birinin dəyəri 100 manat olan ümumilikdə 300 manat dəyərində qazanı, iki ədəd hər biri 400 manat olan ümumilikdə 800 manat dəyərində ev telefonunu, bir ədəd 50 manat dəyərində vayfay aparatı, bir ədəd 200 manat dəyərində krosnu aparatı, bir neçə ədəd 1.000 manat dəyərində qadın-uşaq geyimləri, üç ədəd hər biri 400 manat olan ümumilikdə 1.200 manat dəyərində elektrik cihazları, bir ədəd 500 manat dəyərində tikiş maşını, bir ədəd 1.000 manat dəyərində qəlyan aparatı və bir ədəd 500 manat dəyərində nərd-taxtanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 17.850 (on yeddi min səkkiz yüz əlli) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə silah qismində istifadə edilən əşya tətbiq etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək qərarına gəlib 18 dekabr 2022-ci il tarixdə, saat 10 radələrində başlarına gözlük açılmış qara rəngli papaqlar geyinərək Salyan şəhəri, C.Cabbarlı küçəsi 49 saylı evin darvazasının açıq olmasından istifadə edib həyətə oradan isə evin giriş qapısının kilidlə bağlı olmadığından istifadə edib yaşayış sahəsinə qanunsuz olaraq girməklə evə daxil olub orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, evin zal otağında gözləmiş, Təqsirləndirilən şəxs1 isə yataq otağına daxil olub çarpayda yatan hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib sonuncuya yaxınlaşıb yuxudan ayıldığını görüb üzərində olan bıçağı silah qismində istifadə edib tətbiq etməklə sonuncunun sinə nahiyəsinə tutub səs salmamağı işarə edib qonşu otaqda yatan yetkinlik yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs3 onun adamının əlində olduğunu, pul və qızılları verməyəcəyi halda onun və Zərərçəkmiş şəxs3 həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq ediləcəyi ilə hədələmiş, həmin vaxt Zərərçəkmiş şəxs3 yataq otağından çıxıb qışqırdığından o, Təqsirləndirilən şəxs1la evdən hər hansı bir əşya götürməyərək qaçıb getməklə quldurluq etmişdir. Bundan başqa, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda-0,363 qram narkotik vasitə olan heroin əldə edib, üzərində saxlayıb daşımaqla, 18 dekabr 2022-ci il tarixdə, saat 10 radələrində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 qarşı quldurluq cinayətini törətdikdən sonra hadisə yerindən qaçıb gedərkən saat 10:20 radələrində ünvan 4 ünvanında yerli sakinlər tərəfindən saxlanıldıqdan sonra, hadisə yerinə çağırılmış Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən quldurluq cinayəti törətməkdə şübhəli bilindiyi üçün tutulub Salyan Rayon Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda-0,363 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5, və 185.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib (oğurluq cinayəti üzrə özünü qismən təqsirli, maşın qaçırma cinayəti üzrə özünü təqsirli, quldurluq cinayəti üzrə özünü qismən təqsirli bilib), mülki iddianı qəbul etməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsirndə azyaşlı uşaqları yoxdur, Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 83, mənzil 3-də qeydiyyatda olsa da, uzun müddətdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində M.Aslanov küçəsinə yeni tikililər olan nömrəsiz evdə yaşamış, əvvəllər Biləcəri qəsəbəsində səyyari balıq satışı ilə məşğul olmuş, sonradan heç bir yerdə işləməmiş, iş olanda fəhləliklə məşğul olmuşdur. Təqsirləndirilən şəxs2 xeyli müddətdir ki, tanıyır, münasibətləri yaxşı olmuşdur. 05 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində yaşadığı Biləcəri qəsəbəsindən çıxıb tanışları ilə görüşmək üçün əvvəllər balıqçı kimi işlədiyi Pirallahı rayonuna getmişdir. Bir müddət orada olduqdan sonra geri qayıtmaq istəmiş, lakin nəqliyyat vasitəsi tapmadığına görə yaşadığı ünvana qayıda bilməmişdir. Həmin ərazidə yaşayan tanışı Sənanın maşınının qapısı həmişə açıq olduğunu bildiyi üçün ağlına gəlmişdir ki, Sənanın maşınında yatıb səhər çıxıb yaşadığı ünvana getsin. Sonra o, Sənanın maşını saxladığı yerə (ünvan 5 ünvana) getmiş, maşının qapısı açıq olmuş və qapını açıb avtomobilə əyləşmiş, lakin hava soyuq olduğu üçün avtomobildə yata bilməmiş, həmin vaxt açarın maşında olduğunu görüb fikirləşmişdir ki, maşını sürüb yaşadığı ünvana getsin. Həmin gün gecə saatlarında maşını işə salıb Pirallahı rayonundan çıxıb üzü şəhərə doğru hərəkət etmiş, yolda maşına 20 manatlıq benzin də doldurub yoluna davam edib yaşadığı Biləcəri qəsəbəsinə çatıb orada evlərin arasında küçədə (Biləcəri qəsəbəsi, N.Mustafayev küçəsində) maşını saxlayıb (park edib), əsas yola çıxıb yoldan keçən taksi ilə yaşadığı evə (Biləcəri qəsəbəsi, M.Aslanov küçəsinə olan evinə) getmişdir. Maşını qaçırması barədə Sənana heç bir məlumat verməmişdir. Tanışı Sənanın maşınını oğurlamamış, sadəcə gecə olduğundan və hava soyuq olması səbəbindən evinə getməsi üçün maşından istifadə etmişdir. Bu hərəkəti ilə cinayət törətməsini bilməmiş, hazırda bu əməlindən peşmandır. O, 07 dekabr 2022-ci il tarixdə, axşam saatlarında Binəqədi rayonu ərazisində “Baksol” adlanan yaşayış sahəsində kafelərin birində yeyib içdikdən sonra içkili vəziyyətdə həmin ərazidə yerləşən, kimə məxsus olmasını bilmədiyi bağ evinin işıqlarının yanmadığını görüb, oradan oğurluq etmək fikrinə gəlib həmin həyətə hasardan aşıb daxil olmuşdur. Sonra evin pəncərəsini sındırmaqla açıb içəri girmiş və evdən bir ədəd televizor və bir ədəd “Ceyran” markalı sobanı götürüb oradan çıxmışdır. Həmin evdən qadın üçün geyim əşyaları və qab-qacaq dəsti oğurlamamışdır. Oğurladığı əşyaları tanımadığı şəxsin taksi maşını ilə yaşadığı evə gətirmişdir. Səhərisi günü Sabunçu rayonu ərazisində köhnə mallar satılan bazarda televizoru tanımadığı şəxsə 150 manata satmış, “Ceyran” sobası isə evində qalmışdır. Oğurluq etdiyi evin həyətində gördüyü dəmir əşyarı oğurlamaq qərarına gəlib 09 dekabr 2022-ci il tarixdə, axşam saatlarında hasardan aşıb evin həyətinə girib həyətdəki beş ədəd dəmir qaz borularını əl arabasına yığıb metal qəbulu məntəqəsinə aparıb 38 manata satmışdır. 17 dekabr 2022-ci il tarixdə tanışı Aydınla görüşüb söhbət edərkən qərara almışlar ki, birlikdə Salyan rayonuna gedib həm gəzsinlər, həm də istifadələri üçün narkotik maddə alsınlar. Aydın narkotik istifadəçisidir, özü də narkotik maddələrdən istifadə edəndir. 18 dekabr 2022-ci il tarixdə, səhər saatlarında o, Aydınla birlikdə taksi maşına ilə Bakı şəhərindən çıxıb Salyan şəhərinə gəlmişlər. Məqsədləri Salyan şəhərində xəstəxananın arxa hissəsində yerləşən məhəllələrdən keçib “Plastmas” adlanan qəsəbəyə gəlib orada üzdən tanığı, narkotik satan şəxslərlə rastlaşsa həmin şəxslərdən istifadələri üçün narkotik maddə almaq olmuşdur. Sonra o, Aydınla piyada xəstəxananın arxa hissəsindəki küçədən keçib gedərkən Salyan şəhər sakini kimi tanıdığı Rəşad adlı şəxsin (Şahid5) evinin qarşısından keçərkən evin küçə qapısının açıq olmasını və həyətdə isə heç kimin olmadığını, həyətdə bir ədəd velosipedin olduğunu görüb fikirləşmişdir ki, həyətə girib velosipedi oğurlayıb alacağı narkotiklə dəyişsin. Sonra Aydınla kafeyə getmiş, Aydın kafedə qalmış, özü isə Rəşadın evi olan yerə qayıtmışdır. O, hara getməsini Aydına deməmiş, ona bir ev var, ora dəyib gələcəyini bildirib, həm də şəhəri tanımadığına görə Aydına onu küçədə, əvvəl olduqları yerdə gözləməsini deyib Aydından ayrılıb Rəşadın evinin yanına gəlmişdir. Sonra o, Rəşadın yaşadığı evin həyətinə, sonra isə evin içərisinə daxil olmuşdur. Evin yataq otağına daxil olduqda yataqda olan bir nəfər qadın onu görüb qışqırmağa başlamış, o isə qadına qışqırmamağını deyib ondan pulları verməyisini tələb etmiş, qadın evdə pullarının olmadığını bildirmişdir. Qadının qışqırıq səsinə o biri otaqdan bir nəfər oğlan uşağı gəlib onu görüb qışqırmağa başlamışdır. Evdə belə səs-küy yarandığına görə o, başqa heç bir hərəkət etməyib tələsik evdən küçəyə çıxıb oradan uzaqlaşmışdır. Küçəyə çıxarkən Aydının kafenin qarşısında telefonla danışdığını görmüş, lakin ona yaxınlaşmayıb oradan uzaqlaşmış, Aydının isə hara getməsindən xəbəri olmamışdır. O, qaçıb uzaqlaşdıqdan sonra rayon xəstəxanasına tərəf gedib xəstəxananın həyətinə daxil olmuş, həyətdə tanımadığı bir nəfər kişinin telefonu ilə Aydına zəng edib Salyandan çıxıb Bakıya getdiyini demişdir. Sonra oradan çıxıb Salyan avtovağzalına gəlib tanımadığı taksiyə əyləşib Astara-Bakı magistral avtomobil yoluna çıxmış, oradan da başqa bir taksi maşını ilə Bakı şəhərinə getmişdir. İki gün sonra Aydının yaşadığı evə gedib anası ilə söhbət edərkən Aydının narkotiklə bağlı Salyanda polislər tərəfindən tutulduğunu eşitmişdir. O, Evə girərkən başında maska və əlində bıçaq olmamışdır. Rəşadın evinə oğurluq məqsədi ilə girməsindən Aydının məlumatı olmamış, evə girməsini Aydın bilməmiş, o, evə girib çıxdıqdan sonra Aydının harada olmasını bilməmiş və onunla görüşməmişdir. Ona görə də törətdiyi bu əməli Aydınla birlikdə törətməsinə dair verilmiş ittihamı qəbul etmir. 29 dekabr 2022-ci il tarixdə, axşam saatlarında o, Binəqədi rayonu, Mədən 1 ərazisində yerləşən yaşayış evlərindən birinin işıqlarının yanmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlib evin hasarını aşıb həyətə daxil olmuşdur. Evin dəmirdən olan qapısı bağlı olduğundan evin zirzəmisinin plastik qapısını açıb içəri girib oradan da taxtadan olan döşəməni sındırıb otağa qalxmışdır. Həmin evdən bir ədəd kombi, bir ədəd mikrodalğalı soba, bir ədəd soba, bir ədəd qəlyan avadanlığı, nərd taxtası, bir ədəd kreslo aparatı, bir ədəd vayfay aparatı, iki ədəd ev telefonu, üz qırxan aparatı və bir ədəd qənd qabı oğurlamış və həmin əşyaları köhnə əşyalar satılan bazara aparıb orada tanımadığı bir şəxsə 225 manata satmışdır. Həmin evdən oğurluğu tək etmiş, tutulduqdan sonra həmin evdən oğurluq etdiyini özü etiraf etmişdir. Lakin o, Zərərçəkmiş şəxs5 verdiyi iddiada göstərilən çoxsaylı əşyaları, o cümlədən televizor, qızıl qol saatı və başqa qızıllar, xrustal qab-qacaq və paltarlar oğurlamamışdır. Ona görə də göstərilən cinayət əməli ilə bağlı zərərçəkmiş şəxsin ona qarşı verilən mülki iddianı qəbul etmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, 05 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində Biləcəri qəsəbəsində yaşadığı ünvandan çıxıb əvvəllər balıqçı kimi işlədiyi Pirallahı rayonuna getmiş, orada gecə saatlarında geri qayıtması üçün nəqliyyat vasitəsi tapa bilmədiyinə görə tanışı Sənanın maşınında yatıb səhər yaşadığı ünvana getmək qərarına gəlib ünvan 8ənanın maşınının həmişə açıq olduğunu bildiyi üçün qapını açıb avtomobilə əyləşmiş, hava soyuq olduğundan avtomobildə yata bilməmiş və açarın maşının üstündə olduğunu görüb həmin avtomobillə evinə qayıtmaq qərarına gəlib avtomobili işə salıb Pirallahı rayonundan üzü şəhərə doğru hərəkətə başlamış, yolda yanacağın az olduğunu görüb maşına 20 manatlıq benzin avtomobilə doldurub yoluna davam etmişdir. O, Biləcəri qəsəbəsi, N.Mustafayev küçəsində yaşayış evlərinin arasında avtomobili park etdikdən sonra əsas yola çıxıb taksi ilə Biləcəri qəsəbəsi, M.Aslanov küçəsində yaşadığı ünvana getmişdir. O, 07 dekabr 2022ci il tarixdə, axşam saatlarında Binəqədi rayonu, Baksol massivində yerləşən kafelərin birində yeyib-içdikdən sonra içkili vəziyyətdə orada yerləşən bağ evinin birinin işıqlarının yanmadığını görüb oradan oğurluq etmək fikri ilə həmin həyətə hasardan aşaraq keçib yaşayış evində heç kimin olmadığına əmin olmuşdur. Sonra o, həmin evin pəncərəsini sındırıb içəri girmiş və evdən bir ədəd “LG” markalı televizoru, bir ədəd “Ceyran” sobasını, müxtəlif cür qadın üçün geyim əşyalarını, bir ədəd qab-qacaq dəstini götürüb həyətin qapısını içəri tərəfdən açıb çölə çıxmışdır. Həmin əşyaları sürücüsünü tanımadığı taksi maşınına yükləyib yaşadığı evin həyətinə gətirmiş, səhərisi günü bir ədəd “Ceyran” sobasından başqa qalan əşyaları taksi maşını ilə Sabunçu rayonu ərazisində yerləşən köhnə mallar satılan bazara aparıb orada tanımadığı bir nəfərə 150 manata satmışdır. Oğurluq etdiyi həmin evin həyətində dəmirdən düzəldilmiş stol, kabab bişirilməsi üçün dəmir manqal, dəmirdən borular və yük əl arabasını gördüyündən bu əşyaları oğurlamaq qərarına gəlmişdir. O, 09 dekabr 2022-ci il tarixdə, axşam saatlarında içkili vəziyətdə hasardan aşaraq həmin evin həyətinə keçmiş və həyətdəki dəmirdən stolu, dəmir manqalı, dəmir boruları və həyətdəki hamamdan plastik materialdan olan aksesuarları həyətin giriş qapısından çölə yığmış və qapını bağlayıb oradan bir qədər uzaqlaşmış, sonra sürücüsünü tanımadığı yük maşınına bu əşyaları yükləyib Binəqədi rayonu, “Baksol” ərazisində yerləşən metal qəbulu məntəqəsinə aparıb orada yerləşən metal qəbulu məntəqəsində işləyən şəxsə 38 manata satmışdır. O, Salyan şəhəri ərazisində tanışı Təqsirləndirilən şəxs2la birlikdə quldurluq cinayəti də etmişdir. Belə ki, Biləcəri qəsəbə sakini Təqsirləndirilən şəxs2 2 ildir tanıyır, Aydın da narkotik istifadəçisidir. 2022-ci ilin dekabr ayının əvvəllərindən başlayaraq yaşadıqları Biləcəri qəsəbəsində qəbul etmək üçün narkotik maddə tapmaq çətinləşmişdir. Dekabrın 17-də axşam saatlarında kafelərin birində oturub Aydınla görüşüb söhbət edərkən Biləcəri qəsəbəsində artıq narkotik tapmaq olmadığını bildirib, ertəsi gün səhər saatlarında Salyan rayonuna narkotik maddə almaq üçün gedəcəyini demiş, Aydın da onunla birlikdə Salyan rayonuna getmək istədiyini bildirmişdir. Ertəsi gün, dekabrın 18-də səhər saat 07 radələrində o, Aydınla görüşüb birlikdə taksi avtomaşınına əyləşib Salyan şəhərinə yola düşmüşlər. Saat 09:30 radələrində Salyan şəhərinə çatdıqdan sonra taksidən düşüb piyada Salyan rayon mərkəzi xəstəxanası istiqamətində getmişlər ki, xəstəxananın arxa hissəsində yerləşən sakit məhəllələrdən keçib “Plastmas” adlanan qəsəbəyə gedib qarşısına çıxa biləcək narkoman tanışlarından özlərinə bir qədər qəbul etmək üçün narkotik əldə etsinlər. Onlar “Plastmass” qəsəbəsi istiqamətində gedərkən Salyan şəhər sakini kimi tanıdığı Şahid5 evinin qarşısından keçərkən qabaq hissəsi əzilmiş “Cip” markalı avtomobilin onun qapısı ağzında olduğunu, evin küçə qapısının açıq olduğunu, həyətdə heç kimin olmadığını, həyətdə bir ədəd qara rəngli velosiped olduğunu görüb o, Aydına təklif etmişdir ki, bir az əvvəl Rəşadın həyətində gördükləri velosipedi oğurlayıb aparıb narkotiklə dəyişsinlər. Aydın da razılaşmış və onlar yaxınlıqdan keçən su kanalının sahilinə gəlib heç kimin görə bilməyəcəyi bir yerdə dayanıb, orada Aydın həm özünün, həm də onun başında olan qara rəngli qış idman papaqlarının göz hissələrini alışqanla yandırıb hər iki papaqda gözlüklər açıb maska düzəltmiş, daha sonra əynindəki idman gödəkçəsinin qaytağını çıxardıb papaqların aşağı hissələrini alışqanla yandırıb deşiklər açıb qaytaqları həmin deşiklərdən keçirtmişdir. Sonra hərə öz maskasını cibinə qoyub geri qayıdıb Rəşadın yaşadığı evin qarşısına gəlib qabaqda o, arxadan Aydın gələrək küçə qapısından Rəşadgilin həyətinə girmişlər. Aydın həyətdəki velosipedi götürüb küçəyə çıxmaq istəyərkən o, əl atıb evin giriş qapısını yoxlamış və qapının açarla bağlı olmadığını görüb qapını ehtiyatla aralayıb Aydına da işərə etmişdir ki, ardınca evə girsin. Sonra hər ikisi evə girib zala daxil olmuş, Aydın sol tərəfdəki otağa keçmiş, o, isə sağ tərəfdəki otağın qapısını açıb otağın işığını yandırdıqda buranın yataq otağı olduğunu, yataqda isə bir nəfər qadının olduğunu görmüşdür. O, yataq otağına keçib qadının yatdığı çarpayıya yaxınlaşanda qadın yuxudan ayılıb onu görüb qışqırmağa başlamış, o isə ona səs salmamağı tapşırıb evdə olan qızıl və pulları verməyini tələb etmiş, qadın evdə pul olmadığını, qızılların isə lombardda olduğunu demişdir. Qadının qışqırıq səsinə qonşu otaqdan zala bir nəfər təxminən 14-15 yaşlarında oğlan uşağı çıxıb orada Aydını görüb onun üstünə qışqırmağa başlamış, evdə səs-küy düşdüyünü gördükdə o, yataq otağından zala çıxmışdır. Ev sahibinin oğlu əlinə bıçaq alıb qorxudan üstlərinə qışqırıb evdən çıxıb getməyi tələb etdikdə, o, Aydına evdən çıxıb qaçmaq lazım olduğunu demiş, sonra o və Aydın tələsik evdən həyətə, oradan isə küçəyə çıxıb küçə qapısından sağ tərəfə dönüb qaçmağa başlamışlar. Həyətdən küçəyə çıxarkən Aydın ilə bir-birlərinə ilişdiklərindən Aydının ayağı burxulduğu üçün yerə yıxılmışdır. Aydın Salyan şəhərini tanımadığından yerdən qalxanadək ona özü hansı istiqamətdə qaçsa arxasınca gəlməsini tapşırıb qaçaraq Rəşadgilin evindən təxminən 40-50 metr sonra sola dönən ensiz piyada çığırına dönmüş, həmin vaxt Aydının arxasınca qaçaraq gəldiyini görmüşdür. Daha sonra o, qaçıb yaxınlıqdakı su kanalının qırağına çatıb ensiz dəmir piyada körpüdən keçib kanalın bəndi üzərinə qalxmış və geri baxanda artıq Aydının arxasınca gəldiyini görməmişdir. O, bəndin üzərinə qalxdıqdan sonra sol tərəfə dönüb kanalın qırağı ilə qaçmağa başlamış və həmin vaxt əynindəki üst geyimləri, yəni 2 ədəd jaketi əynindən çıxardıb qış idman papağı ilə birlikdə yerə atıb yaxınlıqdakı rayon xəstəxanası istiqamətində qaçıb oradan uzaqlaşmışdır. Daha sonra xəstəxananın qapısından xəstəxananın ərazisinə girib təcili yardım şöbəsinin binası qarşısından keçib doğum şöbəsinin binasına daxil olmuş, sonra xəstəxananın içərisində dəhlizlərlə gedib xəstəxana binasının əsas qapısından xəstəxananın həyətinə çıxmışdır. Xəstəxananın həyətində bir kişi və iki qadını görüb onlardan zəng etmək üçün telefon vermələrin xahiş etmiş, sonra telefonla Aydının 055/957-88-40 və 070/379-78-00 saylı mobil telefon nömrələrinə zəng etsə də, telefon nömrələri zəngləri qəbul etməmişdir. Həmin vaxt Aydının tutulmasını düşünüb özü ələ keçməmək üçün oradan çıxıb avtobusula Salyan rayon avtovağzalına gəlmiş, orada tanımadığı taksiyə əyləşib Noxudlu kəndi istiqamətində gedib Astara-Bakı magistral avtomobil yoluna çıxmış, oradan Astara rayonu istiqamətində gedən “Ford” markalı sərnişin mikroavtobusu saxladıb Masallı rayonu istiqamətində getmişdir. Masallı rayon mərkəzinə avtomagistraldan ayrılan körpünün üzərində avtobusdan düşüb yenidən yolun qarşı tərəfinə keçib Bakı şəhəri istiqamətində gedən “Mersedes” markalı minik avtomobilini saxladıb Bakı şəhərinə getmişdir. İki gün sonra Aydının yaşadığı evə gedib anası ilə söhbət edərkən Aydının Salyan rayonunda polislər tərəfindən tutulduğunu bilmişdir. O, 29 dekabr 2022-ci il tarixdə, axşam saatlarında Binəqədi rayonu, Mədən 1 ərazisində yerləşən kafelərin birində 200 qram araq içmiş və sonra həmin ərazidə gəzişən zaman yaşayış evlərindən birinin işıqlarının yanmadığını görüb fikirləşmişdir ki, ev yiyəsizdir, sahibi evdə yoxdur, evə girib oğurluq etsin. Sonra ətrafda heç kim olmadığını görüb həmin yaşayış evinin daş hasarını aşıb həyətə oğurluq məqsədi ilə keçmiş, həyətdə bir qədər dayanmış, ev sahibinin evdə olmadığına tam əmin olduqdan sonra evin dəmirdən olan qapısını aça bilməyəcəyindən, pəncərələrinin dəmir barmaqlığını sındırsa ətrafdan kimsə səsi eşidə biləcəyinə görə evin zirzəmisinin plastik qapısını açıb içəri girmiş, oradan da taxtadan olan döşəməni sındırıb otağa qalxmışdır. Sonra o, evin qonaq otağından iki ədəd “Samsunq” markalı televizoru, dəhlizdəki bir ədəd kombini, mətbəxdən üç ədəd mikrodalğalı sobaları, yataq otağından üç ədəd xrustal vazları, bir ədəd servis dəstini, 3 ədəd qazanı, iki ədəd ev telefonunu, bir ədəd vayfay aparatı, bir ədəd krosnu aparatı, bir neçə ədəd geyimləri, bir neçə ədəd elektrik cihazlarını, qəlyan və nərd taxtanı götürüb həyətə, oradan isə çölə yığmışdır. Bundan sonra həmin əşyaları taksi maşınına yığıb Sabunçu rayonunda yerləşən köhnə əşyalar satılan bazarın yanına aparıb orada oğurladığı əşyaları tanımadığı bir şəxsə 225 manata satmışdır. O, əşyaları satdığı şəxsə əşyaların özünə məxsus olduğunu bildirmiş və əldə etdiyi pulları özü üçün xərcləmişdir. O, həmin evdən tək özü oğurluq etmiş və etdiyi oğurluqla bağlı heç kimə bildirməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri, ifadəsinin yerində yoxlanılmasına dair protkollar elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, o, ittihamda göstərilən tarixlərdə olan cinayətlərini tək törətmişdir. O, Zərərçəkmiş şəxs1 məxsus avtomobili evinə getmək üçün qaçırmış, sonra avtomobili küçədə saxlayıb evinə getmiş və saxladığı yerdə avtomobil aşkar olunub sahibinə qaytarılmışdır. Salyan şəhərində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 yaşadıqları evə oğurluq üçün tək girmiş, həmin vaxt tanışı Aydın evə girməmiş, küçədə olmuş və onun evə girməsindən Aydının məlumatı olmamışdır. Zərərçəkmiş şəxs4 evinə tək girmiş və evdən onun dediyi qədər məbləğdə olan əşyaları oğurlamamış, evdən yalnız bir ədəd televizor və bir ədəd soba, beş ədəd dəmir boru və əl arabasını oğurlayıb satmışdır. Zərərçəkmiş şəxs5 da evinə tək girmiş və həmin evdən bir ədəd kombi, bir ədəd mikrodalğalı soba, bir ədəd soba, bir ədəd qəlyan avadanlığı, nərd taxtası, bir ədəd kreslo aparatı, bir ədəd vayfay aparatı, iki ədəd ev telefonu, üz qırxan aparatı və bir ədəd qənd qabı oğurlayıb tanımadığı şəxsə satmışdır. Zərərçəkmiş şəxs5 ona qarşı verilən mülki iddiada göstərilən məbləğdə oğurluq etməmiş, həmin evdən televizor, qızıl qol saatı və başqa qızıllar, xrustal qab-qacaq və paltarlar oğurlamamışdır. Maddi imkanı olmadığına görə oğurladığı əşyaların dəyərini sahiblərinə (zərərçəkmiş şəxslərə) qaytara bilməmişdir. Hazırda törətdiyi cinayətlərə görə əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, ünvan 10 ünvanında qeydiyyatda olmaqla anası ilə birlikdə həmin ünvanda yaşayır, subaydır, heç yerdə işləmir. Xeyli müddətdir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də heroin və metamfetamindən istifadə etmişdir. İstifadəsi üçün narkotik maddə əldə etdiyinə görə 2023-cü ilin yanvar ayında Binəqədi Rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 8 ay müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum olunmuşdur. Salyan rayon sakini Təqsirləndirilən şəxs1 bir neçə il əvvəl tanımış, aralarında dostluq münasibətləri olmuşdur. 18 dekabr 2022-ci il tarixdə, səhər saatlarında Yaşarın dəvəti ilə onunla birlikdə Salyan rayonuna qonaq getmişdir. Salyan şəhərinə çatandan sonra tanımadığı kafedə oturub yemək yemişlər, sonra Yaşar işi olduğunu deyib harasa getmiş, onun hara getməsini bilməmişdir. Sonra o, kafenin qarşısına çıxıb küçədə dayanıb telefonla danışarkən Yaşarın qaçaraq getdiyini görmüş, bundan sonra 5-6 nəfər ona yaxınlaşıb qaçan şəxsi gördüyünü soruşmuş və onun salyanlı olmadığını bilib üzərinə cumub onu döyməyə başlamışlar. Sonra polis əməkdaşları gəlib onu tutub polis şöbəsinə aparmışlar. Narkotiklərin istifadəçisi olsa da, tutulan vaxt üzərində heç bir narkotik maddə olmamışdır. Polis şöbəsində ona qarşı təzyiqlər olmuş və üzərinə bir büküm narkotik maddə qoyulub həmin narkotikin ona mxsus olmasını bildirməyə məcbur etmişlər. Sonra polis əməkdaşları vəkilin iştirakı və videoçəkilişlə üzərində axtarış aparılmış, axtarış zamanı polislər tərəfindən üzərinə qoyulmuş narkotik maddə aşkar olunub götürülmüşdür. Şifahi sorğu zamanı o, həmin narkotik maddənin özünə məxsus olmasını, yerdən tapdığını, istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Əslində isə üzərində aşkar olunmuş narkotik maddə ona məxsus deyil. Həmçinin Salyan şəhərində olarkən o, Yaşarla birlikdə heç bir evə girməmiş, onun evə girməsi ilə bağlı deyilənləri təsdiq etmir. Polis şöbəsində üzləşmə zamanı o, zərərçəkmiş qadının evinə girmədiyini, heç bir uşaq görmədiyini, başında maska və əlində bıçaq olmadığını bildirmiş, həm də Yaşarın da onun evə birgə girmələri barədə dediklərini inkar etmişdir. Polis şöbəsində tanınması üçün təqdim olunarkən də, onu tanıması deyən şəxslər polislərin onu göstərdikdən sonra onu tanıdığını və guya evə girən şəxsin o olduğunu bildirmişlər. Polis əməkdaşları onu döyüb məcbur etdikləri üçün onlarla razılaşıb ifadə vermişdir. Əslində isə o, evə girməmiş, üzərində də narkotik maddə olmamışdır. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri (CPM-nin 327.1.3-cü maddəsinə əsasən) elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, heç yerdə işləmir, təxminən 01 ildir narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 30 yanvar 2023-cü il tarixdə məhkəmənin hökmü ilə CM-nin 234.1-ci maddəsilə 8 ay müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum olunmuşdur. Salyan rayon sakini Təqsirləndirilən şəxs1 2 ildir ki, tanıyır, aralarında dostluq münasibətləri vardır. 18 dekabr 2022-ci il tarixdə, səhər saat 07 radələrində Yaşar məhəlləyə gəlib onu evdən çağırıb birlikdə Salyan şəhərinə getməyi təklif edib Salyan şəhərində yaşayan tanışından bir qədər narkotik alacağını, istifadə etmək üçün ona da bir qədər verəcəyini bildirmiş, o da razılaşmış və birlikdə Salyan rayonuna gedən taksi ilə Salyan şəhərinə getmişlər. Salyan şəhərinə saat 09:30 radələrində çatıb “Salyan dairəsi” adlanan yerdə taksidən düşüb piyada getməyə başlamışlar. O, Salyan şəhərində əvvəllər olmadığından şəhəri tanımamış, Yaşarla hansı istiqamətdə getdiyini bilməmiş, xatırlamadığı bir aptekin yanından keçərkən yerdəki sellofan büküm diqqətini cəlb etmiş və həmin bükümü yerdən götürüb baxdıqda içərisində “kokos” (heroin) olduğunu görüb özü qəbul etmək üçün bükümü cibinə qoymuş, lakin bu barədə Yaşara biz söz deməmişdir. Yaşarla birlikdə Salyan şəhərində sakit bir məhəlləyə gəlmiş, həmin məhəllədə yalnız fərdi yaşayış evləri olmuş, səhər saatları olduğundan küçədə heç kim olmamışdır. Onlar orada olan fərdi yaşayış evinin qarşısından keçərkən Yaşar küçə qapısının qarşısında dayanıb onu küçədə gözləməyi tapşırıb özü həmin həyətin küçə qapısını açıb həyətə girmiş, bir neçə dəqiqədən sonra Yaşar qapıdan küçəyə boylanıb onu da həyətə çağırmış, o da həyətə girmiş və Yaşar ona onu burada (həyətdə) gözləməyi tapşırıb özü evin giriş qapısını açıb evə girmiş, özü isə həyətdə qalıb Yaşarı gözləməyə başlamışdır. Bir neçə dəqiqədən sonra evdən qadın və uşaq qışqırıq səsləri gəldiyini eşitmiş, sonra Yaşar tələsik evdən həyətə çıxıb ona qışqıraraq qaçıb getmək lazım olduğunu bildirmiş, sonra onlar tələsik həyətdən küçəyə çıxıb sağ tərəfə qaçmağa başlamışlar. Həmin vaxt onun ayağı burxulduğu üçün yerə yıxılmış, yerdən qalxıb axsayaraq Yaşarın arxasınca qaçmış, həmin vaxt Yaşar artıq qaçıb xeyli qabağa getmiş və o, Yaşarın qaçdığı istiqamətdə qaçmağa başlayıb bir qədər uzaqlaşdıqdan sonra arxadan bir nəfər çatıb badalaq vurub onu yerə yıxmış, sonra təpik və yumruqla yerdə onu döyməyə başlamışdır. O, ayağa qalxıb onu döyən adamın əlindən çıxıb qaçıb getmək üçün özündə olan ağ rəngli plastik dəstəyi olan bıçağı cibindən çıxardıb özünü müdafiə etmək üçün qarşısında sağa-sola fırlamağa başlamış, sonra çevrilib dəmir körpüdən keçib su kanalının sahilinə qalxıb bir qədər qaçaraq yaxınlıqdakı bir həyətə girmişdir. Onu təqib edən şəxs də arxasınca gəlib həmin həyətə girib orada tutub saxlamağa çalışmış, o isə əlindəki bıçağı öz qarşısında sağa-sola fırlayıb özünü müdafiə etməyə çalışsa da, sonradan adı ona məlum olan Fərid yerdən dəmir parçasını götürüb vurub bıçaqı əlindən yerə salmışdır. Bundan sonra hadisə yerinə gəlmiş polis əməkdaşları onu tutub Salyan RPŞ-nə aparmışlar. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet və narkotik vasitə varsa təqdim etsin. Bundan sonra o, üzərində “kokos”, yəni heroin olduğunu bildirib əynindəki şalvarın sağ yan cibindən bir az əvvəl tapıb cibinə qoyduğu bir ədəd bükümdə olan heroini, şalvarının sol cibindən isə özünə məxsus “Samsung” markalı mobil telefonu çıxarıb polislərə təqdim etmişdir. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş heroinin özünə məxsus olduğunu yerdən tapdığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş heroin elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri, ifadəsinin yerində yoxlanılmasına dair protokol elan olunduqdan sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, o, ittihamda göstərilən cinayət əməllərini törətməmişdir. O, tutulan vaxt üzərində heç bir narkotik maddə olmamışdır. Tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq halları, yəni döyülməsi halları olmuş və o, üzərində aşkar olunmuş narkotik maddənin (heroinin) özünə məxsus olduğunu bildirmişdir. Əslində üzərində aşkar olunmuş narkotik maddə (heroin) üzərinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Həmçinin o, Yaşarla birlikdə Salyan şəhərində hansısa evə girib oğurluq etmələri ilə bağlı qabaqcadan razılaşması olmamamış, Yaşarın girdiyi evə girməmiş, həmin vaxt küçədə olan tanımadığı bir kafenin qarşısında olmuşdur. Tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı olan təzyiqlər nəticəsində o, ona təqdim olunun baçığın da özünə məxsus olmasını bildirmişdir. Ona görə də o, verilmiş ittihamda göstərilən cinayətləri törətməkdə özünü təqsirli bilmir və ona bəraət verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş, Zərərçəkmiş şəxs1 ibtidi istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 11 ünvanında yaşayır Sənan , Zeynalov həyat yoldaşıdır. Əri Sənan 10 il əvvəl VAZ-2106 markalı **-GL-*** dövlət qeydiyat nişanlı avtomobil almış və 06 fevral 2018-ci il tarixdə həmin avtomobil onun (Zərərçəkmiş şəxs1) adına rəsmiləşmiş, hal-hazırda o, bu avtomobilin mülkiyyətçisidir. Sənan həmişə avtomobili işlədiyi balıq mazağazasının qarşısında park edir, avtomobilin qapısı açıq olmaqla, açarları da üstündə saxlayır. 05 dekabr 2022-ci il tarixdə o, Sənanla birlikdə mağazanı bağlayıb yaşadıqları evə getmiş, avtomobil isə həmişə olduğu kimi mağazanın qarşısında qapısı açıq və mühərrikin işə salınması üçün istifadə olunan açarı da üzərində qalmışdır. 06 dekabr 2022-ci il tarixdə, səhər saat 10 radələrində işlədiyi mağazaya gəlmiş və avtomobilin park olunduğu yerdə olmadığını görüb Sənanın avtomobili götürüb harasa getməsini zənn edib ona zəng vurub soruşanda Sənan evdə olduğunu, heç yerə getmədiyini bildirmişdir. Sonra Sənan da mağazaya gəlmiş və avtomobilin park etdiyi yerdə olmadığını gördükdən sonra avtomobili Pirallahı ərazisində axtarmış, lakin avtomobili tapa bilmədikləri üçün Sənan polisə məlumat vermişdir. İşdə olan, Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı 17 aprel 2024-cü il tarixli ərizəsi ilə müəyyən edilir ki, istintaq orqanı tərəfindən VAZ-2106 markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil tapılıb ona qaytarılmış və ona dəymiş ziyan ödənilmiş və hazırda Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, iki ilə yaxındır ki, Binəqədi rayonun “Baksol” massivində olan həyət evində yaşamır, ara-sıra evə gəlib baş çəkir. Sonuncu dəfə o, 16 dekabr 2022-ci il tarixdə, saat 10:30-da evə anası ilə birlikdə gəlmiş, evin qapısının və pəncərəsinin açıq olduğunu görüb evə baxdıqdan sonra evdən bir ədəd 800 manat dəyərində “LG” markalı televizorun, 01 ədəd 100 manat dəyərində qab-qacaq dəstinin, 2500 manat geyim əşyalarının, 01 ədəd 400 manat dəyərində olan “Ceyran” peçinin, hər birinin qiyməti 50 manat olan 05 ədəd 5 metrlik qaz borularının, 01 ədəd 100 manat dəyərində dəmir stolun, 01 ədəd 50 manat dəyərində hamam aksesuarının yerində olmadığını, oğurlandığını müəyyən etmişdir. Həmin oğurluq nəticəsində ona cəmi 4750 manat miqdarında maddi ziyan dəymişdir. İşdə olan, Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladığı 17 aprel 2024-cü il tarixli ərizəsi ilə müəyyən edilir ki, evindən oğurluq nəticəsində ona cəmi 4750 manat miqdarında ziyan dəymiş və həmin ziyan tam ödənilməmişdir. Hazırda o, Təqsirləndirilən şəxs1 qarşı şikayətçi olmaqla ona vurulmuş ziyanın tam ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Salyan şəhəri, C.Cabbarlı küçəsi, ev 49-da yaşayır. Şahid5 əridir. X11 şəhərində icarəyə götürdüyü marketi işlədir, hər gün səhər saat 07 radələrində oğlu Məmməd ilə birlikdə işə gedir, saat 12 radələrində günorta yeməyinə gəlir. Nahar fasiləsindən sonra oğlu Məmməd evdə qalır, Rəşad isə digər oğlu Musa ilə birlikdə işə gedir. Yaşadığı evin həyətinin küçə qapıları örtülü olsa da, açarla bağlanmır. 18 dekabr 2022-ci il tarixdə Rəşad və oğlu Məmməd səhər saatlarında işə getmişlər. Həmin vaxt evdə o, kiçik qızı ilə öz yataq otağında, oğlu Musa isə qonşu otaqda yatmışdır. Təxminən saat 10 radələrində yataq otağının qapısının açıldığını və otağın işığının yandırıldığını hiss edib yuxudan ayılmış, həmin vaxt başının üstündə bir nəfər başı maskalı şəxsin əlində bıçaqla dayandığını görüb heç bir şey anlamayıb qorxudan qışqırmaq istədikdə bu şəxs barmağını ağzına aparıb səs salmamağı işarə edib bıçağı da sinəsinə dirəmiş, sonra sakit səslə uşağının da əlində olduğunu bildirib ondan qızıl-ziynət əşyaları və pulları verməyini tələb etmiş, əks halda qonşu otaqda oğlunu öldürəcəkləri ilə hədələmişdir. O, qorxu və həyəcan içində, için-için ağlaya-ağlaya and-aman edib evində qızıl-zinət əşyaları olmadığını, qızılları lombarda qoyduqlarını, evdə nağd pul da olmadığını deyib oğluna toxunmamalarına yalvarmışdır. Başının üzərində dayanmış şəxs ondan yataqdan durmağı tələb etdikdə o, qışqıraraq otaqdan çıxamağını tələb edib paltarını geyinmək istədiyini demişdir. Qışqırıq səsindən həmin şəxs sanki bir qədər özünü itirib otağın qapısına tərəf çəkilib otaq qapısının astanasında dayanıb oradan bir daha yataqdan qalxıb paltarını geyinməyi tələb etmiş, o da şokda olduğundan və qorxu hissi güc gəldiyindən yenidən onun üzərinə qışqırıb otaqdan çıxmağını bildirmişdir. Həmin vaxt onun qışqırıq səsini eşidən oğlu Musanın yatdığı otaqdan qonaq otağına çıxıb orada olan ikinci şəxsin üzərinə qışqırdığını eşitmişdir. O, başını çevirib qonaq otağı tərəfə boylandıqda orada daha bir nəfərin olduğunu, onun da başına maska geyindiyini və əlində bıçaq olduğunu görmüşdür. Musanın qışqırıq səsini eşidən onun otağında olan birinci şəxsin geriyə çevrildiyini görüb o, cəld yatağından qalxıb otağının qapı astanasında dayanmış üzü maskalı əli bıçaqlı şəxsi var gücü ilə arxaya doğru itələyib onu yataq otağından çıxarıb otağının qapınısı örtüb qıfılını bağlamışdır. Musanın səsini eşidən həmin şəxslərin evdən həyətə çıxıb qaçdıqlarını, Musanın da onların ardınca getdiklərini qapı arxasından eşitmişdir. Sonra o, mobil telefonla əri Rəşada zəng vursa da, ona zəng çatmamış, daha sonra qayınanasına zəng edib evə üzü maskalı şəxslərin basqın etdiklərini demişdir. Bir neçə dəqiqə gözləyib evdə kənar heç kimin olmadığına əmin olduqdan sonra yataq otağının qapısını açıb digər otağa keçmiş və pəncərədən Rəşadın tələsik küçə qapısından həyətə gəldiyini və evə girdiyini görmüşdür. Rəşad halının pis olduğunu görüb üzünə su vurub onu sakitləşdirməyə, basqın etmiş şəxslərin tapılıb tutulacaqlarını demişdir. Bir qədər özünə gəldikdən sonra Rəşad ilə birlikdə Salyan RPŞ-nə gedib baş vermiş hadisə ilə bağlı ərizə yazmışdır. Sonradan ona məlum olmuşdur ki, evə basqın edən şəxslər tutulmuş, həmin şəxslərdən biri Yaşar adlı şəxs olmuş, bu şəxsi əri Rəşad tanımış, digər şəxsi isə tanımamışlar. Evdən heç nə götürülməsə də, həmin şəxslərin evə girib onu hədələyib pul, qızıl tələb etmələri nəticəsində o, çox həyəcan keçirmiş, xeyli müddət bu hadisənin şokundan çıxa bilməmişdir. Evinə basqın etmiş şəxslərə qarşı hər hansı maddi tələbi olmasa da, onlara qarşı şikayətçi olmaqla onların qanuni cəzalandırılmalarını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, ata-anası və bacı-qardaşı ilə birlikdə Salyan şəhəri C.Cabbarlı küçəsi ev 49-da yaşayır. 18 dekabr 2022-ci il tarixdə, səhər saatlarında evdə otağında yatarkən anasının otağından gələn qışqırıq səslərinə yuxudan oyanmış və anası Elnarənin kiməsə “qızılımız yoxdur, pulumuz yoxdur” deyib qışqırmasını eşitmişdir. Anasının qışqırıq səsində həyəcən hiss etdiyindən yataqdan qalxıb otaqdan zala çıxdıqda zalın ortasında maskalı bir nəfərin dayandığını görüb evə yad adamın girdiyini bilib qorxub qışqırmışdır. Onu görən həmin adam cəld zaldan həyətə çıxmışdır. Bu vaxt anasının yenidən öz otağında qışqırdığını eşitmiş və dərhal anasının yataq otağından daha bir nəfərin çıxdığını görmüşdür. Anası Elnarənin otağından çıxan adamın əlində uzun tiyəsi olan bıçaq, başında və üzündə isə qara rəngli maska olduğundan o, qorxmuş və həmin adama “sizi öldürəcəm” deyə qışqırmışdır. Bundan sonra həmin adam da yoldaşının ardınca evdən həyətə çıxmışdır. O, onların ardınca həyətə çıxmış, lakin həyətdə heç kimi görməmişdir. Bu zaman atası tələsik həyətə girib onu görüb nə baş verdiyini soruşmuşdur. O, atasına demişdir ki, evə üzü maskalı 2 nəfər girib anasından pul və qızıl tələb etmişlər, onu görüb qaçıb getmişlər. Atası da həmin şəxsləri tutmaq üçün həyətdən küçəyə qaçmışdır. Atası getdikdən bir neçə dəqiqə sonra o, da küçəyə çıxmış və küçənin başında insanların toplaşdığını görüb həmin istiqamətdə getmişdir. Həmin yerə çatdıqda görmüşdür ki, bir nəfər yerdə uzanıb, onun ətrafında isə xeyli insan toplaşıb, atası və atasının əmisi oğlu Fərid də buradadırlar. O, yerdə uzanıqlı vəziyyətdə qalmış adama baxdıqda onu tanımış, bu bir az əvvəl evdə olan iki nəfərdən bir idi, çünki yerdə qalmış adamın bədən quruluşu, boyu və əynindəki paltarı o, öz otağından çıxanda zalda gördüyü birinci adamın paltarı ilə eyni idi. Bir azdan polis əməkdaşları gəlib yerdə uzanıqlı vəziyyətdə qalmış həmin adamı tutub polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında zərərəçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 12 ünvanında yaşasa da, ünvan 13erləşən fərdi yaşayış evi də ona məxsusdur və orada heç kim yaşamır. O, həmin həyət evinə tez-tez gedib gəlir, sonuncu dəfə 02 yanvar 2023-ci il tarixdə, axşam saatlarında həyət evinə getmiş və evin zirzəmisinin plastik materialdan olan qapısının açıq olduğunu gördükdə evə kiminsə girdiyini başa düşmüşdür. Evə girdikdə isə evin otaqlarında əşyaların dağıdılmış vəziyyətdə olduğunu, yataq otağının döşəməsinin söküldüyünü gördükdə kiminsə evə oğurluq məqsədi ilə girdiyini başa düşmüşdür. Sonra baxanda görmüşdür ki, evə girən şəxs əvvəl zirzəminin qapısını açıb ora daxil olmuş, oradan isə döşəməni sındırıb evə girmişdir. O, əvvəl 102 zəng xidmətinə zəng edib evindən oğurluq olması barədə polisə məlumat vermiş, sonra ərazi üzrə 4-cü polis şöbəsinə (Binəqədi RPİ-nin) gedib ərizə ilə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları evinə gəlib baxış keçirib səndləşmə aparmışlar. Sonra o, evdə olan əşyaların yerində olub-olmamasını dəqiq yoxladıqdan sonra ona məlum olmuşdur ki, evin qonaq otağından 02 ədəd hər birinin qiyməti 900 manat olan “Samsunq” markalı televizorlar, dəhlizdə qoyulmuş markasını bilmədiyi 1300 manat dəyərində kombi aparatı, 500 manat dəyərində 01 ədəd mikrodalğalı soba, 03 ədəd hər birinin qiyməti 200 manat olan sobalar, 01 ədəd kişi üçün 42 qram qızıldan olan 5.000 manat dəyərində qol saatı, 01 ədəd brilyant qaşlı 1500 manat dəyərində qızıl kişi üzüyü, yataq otağından üç ədəd hər birinin dəyəri 200 manat olan xurustal vazlar, bir ədəd 1000 manat dəyərində servis dəsti, 3 ədəd hər birinin dəyəri 100 manat olan qazanlar, iki ədəd hər birinin 400 manat dəyəri olan ev telefonları, bir ədəd 50 manat dəyərində vayfay aparatı, bir ədəd 200 manat dəyərində krosnu aparatı, bir neçə ədəd 1000 manat dəyərində paltarlar, üç ədəd hər birinin 400 manat dəyəri olan elektrik qızdırıcı cihazları, bir ədəd 500 manat dəyərində qədimi tikiş maşını, bir ədəd 1000 manat dəyərində qəlyan aparatı və bir ədəd 500 manat dəyərində nərd taxta oğurlanmışdır. Öz hesablamalarına görə evindən yuxarıda adlarını göstərdiyi əşyaların oğurlanmasına görə ona cəmi 17.850 manat maddi ziyan dəymişdir. Polisə şikayət etdikdən bir müddət sonra ona məlumat verilmişdir ki, oğurluq edən şəxs, yəni Yaşar adlı şəxs (Təqsirləndirilən şəxs1) tutulmuşdur. Ona vurulmuş ziyan ödənilmədiyindən o, evindən edilmiş oğurluqla bağlı Təqsirləndirilən şəxs1 qarşı 17.850 manat məbləğində mülki iddia qaldırmış və həmin iddianın tam olaraq ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, o, Salyan şəhəri, C.Cabbarlı küçəsi ev 51-də yaşayır, onunla eyni məhəllədə əmisi oğlu Şahid5 ailəsi ilə birlikdə yaşayır. 18 dekabr 2022-ci il tarixində, səhər saatlarında o, Rəşadla birlikdə yaşadıqları evlərinin yaxınlığında, təxminən 100 metr məsafədə iki küçənin kəsişdiyi yerdə kanalizasiya xətti çəkmək üçün traktor gətizdirib qazıntı işləri aparmışlar. Həmin vaxt Rəşadgilin küçə qapısının zərblə çırpıldığını eşidib hər ikisi çevrilib həmin istiqamətə baxdıqda Rəşadgilin həyətindən bir nəfərin tələsik küçəyə çıxıb əks istiqamətdə qaçdığını, onun ardınca daha bir nəfərin həyətdən küçəyə çıxıb həmin istiqamətə axsayaraq qaçdığını görmüşdür. Sonradan tanınmaya təqdim edilərkən o, qaçan şəxslərdən birini tanımış, həmin vaxt bilmişdir ki, bu şəxsin adı Aydındır. Həmin Aydın adlı oğlan arxada qaçan şəxs olmuş və bu şəxs (Aydın) papağını başından çıxarıb əynindəki gödəkçənin cibinə qoyduğunu aydın şəkildə görmüşdür. Həmin şəxslərin əks istiqamətə qaçıb yolun sol tərəfində olan dar və ensiz piyada yoluna döndüklərini görüb əmisi oğlu Rəşada avtomobillə həmin şəxsləri təqib edib heç olmasa birini tutub saxlamağa çalışacağını demiş, Rəşad da evlərinə gedib vəziyyəti öyrənəcəyini bildirib qaçaraq evlərinə doğru getmiş, özü isə Rəşadın avtomobilinə minib qaçan şəxlərə çatmaq üçün onların ola biləcəyini ehtimal etdiyi istiqamətə sürmüşdür. Bir neçə döngədən sonra küçənin ortası ilə iki nəfərin iti addımlarla getdiklərini görüb həmin şəxslər bir az əvvəl Rəşadgilin həyətindən çıxıb qaçan şəxslər olduğunu yəqin edib avtomobili bu şəxslərin yaxınlığında saxlayıb avtomobildən düşüb onların üzərinə qaçmış, lakin həmin şəxslər geri çevrilib onun gəldiyini görüb qaçmağa başlamışlar. Onlardan biri qaçıb uzaqlaşsa da, Aydın qaçıb uzaqlaşa bilməmiş və o, arxadan çatıb onun qolundan yapşıb özünə tərəf çevirib saxlamağa çalışmışdır. Həmin vaxt qabaqda qaçan şəxs dayanıb qışqıraraq Aydına “bıçaqla onu vur, gəl mənə çat” deyib qaçıb yaxınlıqdakı dəmir körpüdən keçib bəndin üzərinə qalxıb gözdən itmişdir. Bundan sonra Aydın cibindən bıçaq çıxarıb üstünə gəlib onu bıçaqla vurmağa çalışmış, həmin vaxt bıçaq onun sağ əlinin üstünü azacıq kəsmişdir. O, ikinci bıçaq zərbəsindən yayınıb Aydına bir neçə təpik zərbəsi vurmuş və atdığı təpik zərbələrin bir neçəsi Aydına dəymişdir. Sonra o, Aydının üstünə cumub tutub yerə yıxmağa saxlamağa çalışsa da, Aydın fiziki cəhətdən güclü olduğundan və əynindəki gödəkcəni çıxarıb kənara ataraq aktiv müqavimət göstərdiyindən o, Aydını tutub yerə yıxa bilməmişdir. Dalaşarkən o, Aydının sifət və baş nahiyələrinə yumruqla bir neçə zərbə vurmuş, lakin heç cür onun müqavimətini qıra bilməmiş və Aydın əlindən çıxıb qaçmağa başlamış və yaxınlıqdakı dəmir körpüdən keçib bəndin üzərinə qalxıb sağ tərəfə qaçıb getmişdir. Həmin vaxt qonşuluqda yaşayan Samidin ona tərəf gəldiyini görüb Rəşadgilin həyətinə girmiş iki nəfərdən birini tutmağa çalışdığını deyib, ona yolda saxladığı avtomobilin mühərriyini söndürüb köməyə gəlməyini tapşırıb qaçmış şəxsin ardınca körpüdən keçib bəndin üzərinə qalxıb yenidən həmin şəxsi təqib etməyə başlamışdır. X5 həyətinə girdiyini görüb o da onun ardınca Muradgilin həyətinə girmişdir. Aydın bu dəfə əynindəki idman gödəkcəsini də çıxardıb kənara atıb əlindəki bıçaqla yenidən onun üstünə gəlmiş və o, yorulduğundan Aydını tutub saxlamağa gücü çatmayacağını görüb yaxınlıqda olan metal borunu əlinə götürüb boru parçası ilə Aydının əlindən vurub bıçağı yerə sala bilmişdir. Az sonra həmin yerə Samid də gəlmiş və onlar birlikdə köməkləşib Aydını tutub yerə yıxıb saxlaya bilmişlər. Həmin vaxt həyətin sahibi Murad evindən çıxıb qışqırıb onlara həyətindən çıxıb getməyi tələb etmiş, bu səbəbdən o, Aydına məxsus bıçağı və gödəkcəni yerdən götürüb Samid ilə birlikdə Aydını Muradgilin həyətindən çıxarıb əvvəl olduqları yerə aparmışlar. Həmin yerə çatıb bir az əvvəl Aydının onunla həmin yerdə dalaşarkən əynindən çıxardıb kənara atdığı gödəkcəni də yerdən götürərkən gödəkcənin cibindən qara rəngli idman papağı yerə düşmüş və o, həmin papağı da götürüb baxanda papağın iki yerdən gözlüklərin kəsilib açıldığını görmüşdür. Həmin vaxt ora xeyli sayda qonşu sakinlər toplaşmış və kimsə zəng edib hadisə barədə polisə məlumat verdiyindən az sonra ora polis əməkdaşları gəlib Aydını tutub aparmış, özü də polis şöbəsinə gəlib Aydına məxsus 2 ədəd gödəkcəni, 1 ədəd idman papağını və 1 ədəd bıçağı polis əməkdaşlarına təqdim etmiş və bununla bağlı sənədləşmə aparılmışdır. Sonradan istintaq zamanı digər şəxslər sırasında Aydının tanınması ona təklif edilmiş, o da tanınmaya təqdim edilən şəxslərin arasında dayanmış Aydını göstərib 18 dekabr 2022-ci il tarixdə, səhər saatlarında əmisi oğlu Rəşadgilin həyətindən çıxıb qaçan zaman gördüyünü, sonra məhz onu tutub saxladığını bildirmişdir. Məhkəmə iclasında şahidlər Şahid6 və Şahid7 Şahid4 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Salyan şəhəri, C.Cabbarlı küçəsi, ev 49-da yaşayır. 18 dekabr 2022-ci il tarixdə, səhər saatlarında yaşadığı evin yaxınlığında, küçədə kanalizasiya çəkdirmək üçün əmisi oğlu Fəridlə birlikdə traktor gətizdirib qazıntı işləri apararkən təsadüfən çevrilib evinə tərəf baxanda həyətin küçə qapısından iki nəfər şəxsin küçəyə çıxıb əks istiqamatdə qaçdıqlarını görmüşdür. Həmin şəxslərin kim olmalarını bilməmiş, onların başında maska-papaq olmuşdur. Həmin şəxslərin qaçaraq uzaqlışdıqlarını görüb əmisi oğlu Fəridə avtomobilinə minib həmin şəxslərin arxasınca getməsini tapşırıb, özü qaçaraq evinə getmiş və həyətinə girəndə oğlu Musanın həyətdə dayanıb ağladığını görüb nə baş verdiyini soruşanda Musa evlərinə iki nəfər maskalı adam girib anasından qızıl və pul tələb etmələrini, sonra qaçıb getmələrini demişdir. Sonra arvadı Elnarə də evi iki nəfər tanımadığı şəxsin girdiyini, onların başında maska, əllərində bıçaq olduğunu və ondan qızıl pul tələb etmələrini, qışqırdığı üçün onlarn qaçıb evdən çıxıb getmələrini bildirmişdir. Sonra o, küçəyə çıxmış və bir neçə döngədən sonra evdən təxminən 300-350 metr məsafədə yolun ortasında əmisi oğlu Fəridi görüb onun yanına getmiş, bu zaman tanımadığı bir nəfər şəxsin yerdə uzanıq vəziyyətdə, onun başının üstündə Fərid və qonşuları Samid və Muradın dayanmalarını görmüşdür. Fərid ona həyətdən çıxan şəxslərdən birini tutduğunu bildirib yerdə uzanmış şəxsi göstərmişdir. Bir azdan olduqları yerə polis əməkdaşları gəlmiş və saxlanılmış həmin şəxsi tutub polis şöbəsinə aparmışlar. Sonradan ona məlum olmuşdur ki, evinə girən şəxslərdən biri tanıdığı Yaşar adlı şəxs olmuş, tutulan Aydın adlı şəxsi isə əvvəllər tanımamışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, Salyan Rayonu Mərkəzi Xəstəxanasında mühafizəçi işləyir. 18 dekabr 2022-ci il tarixdə, səhər saatlarında işdə olmuşdur. Həmin gün bazar günü olduğundan xəstəxanaya gələn-gedən az olmuşdur. O, xəstəxananın giriş qapısında xidmətdə olarkən üzdən tanıdığı Salyan şəhər sakini Yaşar adlı şəxsin (Təqsirləndirilən şəxs1) həyəcanlı halda iti addımlarla əsas qapıdan xəstəxananın ərazisinə girdiyini görmüşdür. Yaşarın bir əlində siqaret olmuş, o biri əli isə ya kəsilmiş, ya da əzilmiş vəziyyətdə olmasını görmüşdür. Yaşarın iti addımlarla yeriməsi, həm də tez-tez çevrilib geri baxmasına görə fikirləşmişdir ki, yəqin Yaşar kimdənsə qaçır. Həmin gün hava soyuq olmasına baxmayaraq Yaşarın əynində yalnız köynək olmasını görüb şübhələnmiş və Yaşarın arxasınca gedib onun hara getməsini müşahidə etmişdir. Yaşar tez-tez geri çevrilib baxmaqla iti addımlarla xəstəxananın təcili yardım şöbəsinin qarşısından keçib doğum şöbəsi istiqamətdə gedib gözdən itmiş və o, bir daha Yaşarı görməmişdir. Həmin vaxtdan təxminən bir saat sonra polis əməkdaşları tərəfindən xəstəxananın təcili yardım şöbəsinə bir nəfər xəstə gətirilmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, bir az əvvəl iki nəfər naməlum şəxs xəstəxananın yaxınlığındakı həyət evlərindən birinə girmişlər, sonra onlardan biri orada olan şəxslər tərəfindən tutulub polisə təhvil verilmiş, digər şəxs isə qaçmışdır. Sonra o, xəstəxanada olan polis əməkdaşlarından birinə yaxınlaşıb bir az əvvəl xəstəxana ərazisində Yaşar adlı şəxsin şübhəli halda hərəkət etdiyini, havanın soyuq olmasına baxmayaraq onun əynində nazik köynək olduğunu bildirmişdir. İşdə olan, Zərərçəkmiş şəxs1 Bakı şəhəri Pirallahı RPİ-nə yazdığı 06 dekabr 2022cü il tarixədək olan müddətdə gecə saatlarında ona məxsus VAZ-2106 markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlandığı yerdən, yəni Piİrallahı rayonu Əzizbəyov küçəsi 7 ünvanından naməlum şəxs və ya qəxslər tərəfindən qaçırılmışdır. Avtomobilin tapılmasına və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmalarını xahiş edir. İşdə olan, “Baxış keçirilməsi barədə” 11 dekabr 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Biləcəri qəsəbəsi, N.Mustafayev küçəsində yaşayış evlərinin arasında, küçədə VAZ-2106 markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmiş və təhqiqat orqanı tərəfindən hal şahidləri və Zərərçəkmiş şəxs1 iştirakı ilə avtomobilə baxış keçirildikdən sonra (zərərçəkmiş şəxsin heç bir şikayəti və vəsatəti olmamaış) avtomobil sahbi Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İşdə olan, Zərərçəkmiş şəxs4 Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PB-nə yazdığı 16 dekabr 2022-ci il tarixli ərizəsi ilə müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Baksol yaşayış massivində yerləşən fərdi yaşayış evinə naməlum şəxslər girib evindən bir ədəd “LG” markalı televizoru, bir ədəd “Ceyran” sobasını, üç ədəd xalça, qab-qacaq və geyim əşyaları oğurlanmışdır. Cinayət törətmiş şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunmalarını xahiş edir. İşdə olan, Zərərçəkmiş şəxs5 Bakı şəhəri, Binəqədi RPİ-nin 4-cü PB-nə yazdığı 02 yanvar 2023-cü il tarixli ərizəsi ilə müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə naməlum şəxs və ya şəxslər girib evindən iki ədəd “Samsung” markalı televizor, bir ədəd kombi, bir ədəd mikrodalğalı soba, üç ədəd soba, bir ədəd qızıldan kişi saatı və bir ədəd brilyant qaşlı qızıl kişi üzüyü oğurlanmışdır. Oğurluq etmiş şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunmalarını xahiş edir. İşdə olan, Zərərçəkmiş şəxs2 Salyan RPŞ-nə yazdığı 18 dekabr 2022-cü il tarixli ərizəsi ilə müəyyən edilir ki, həmin tarixdə üzləri örtülü olan iki nəfər naməlum şəxslər Zərərçəkmiş şəxs2 yaşadığı evə daxil olub bıçaqla onu öldürəcəkləri ilə hədələyib ondan qızıl və pul tələb etmiş, qorxub qışqırdığı zaman həmin şəxslər qaçıb evdən çıxmışlar. Evinə daxil olmuş şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunmalarını xahiş edir. İşdə olan, Salyan RPŞ-nin əməkdaşının 18 dekabr 2022-cü il tarixli “Raport”u ilə müəyyən edilir ki, həmin tarixdə bir nəfər naməlum şəxsin Salyan şəhəri, C.Cabbarlı küçəsində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olması, ev sahiblərinə hədə-qorxu gəlib pul, qızıl-zinət əşyaları tələb etməsi, sonra evdən çıxıb qaçarkən ev sahibinin qohum və qonşuları tərfindən yolda tutulub saxlanılması barədə şöbəyə daxil olmuş məlumat əsasında bir qrup polis əməkdaşı həmin ünvana getmiş və orada vətəndaşlar tərəfindən tutulub saxlanılmış, üz və baş nahiyəsində xəsarətləri olan və özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxs polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilib aidiyyəti üzrə təhvil verilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması barədə” 18 dekabr 2022-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Salyan RPŞ-nin İB-nin müstəntiqi İlqar İsmayılov tərəfindən müdafiəçi Elman Hənifəlinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki şalvarının cibindən bir ədəd büküm çıxarıb təqdim etmiş və həmin bükümün içərisində narkotik maddə olan heroinə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərində aşkar olunan heroinin özünə məxsus olmasını və bir gün əvvəl Salyan şəhərində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb müstəntiq tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “Təqdim edilən əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” 18 dekabr 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, həmin tarixdə Salyan şəhəri, C.Cabbarlı küçəsi, ev 51-də yaşayan Şahid4 iki ədəd gödəkcə, bir ədəd bıçaq və bir ədəd idman papağı təqdim edib həmin əşyaların 18 dekabr 2022-ci il tarixdə, saat 10 radələrində ünvan 3 yaşayan qohumu Şahid5 həyətindən çıxıb qaçan iki nəfərdən birinə məxsus olduğunu, həmin şəxsləri təqib edərkən sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs2 tutub saxlayarkən aralarında baş vermiş dalaşma zamanı Təqsirləndirilən şəxs2 əvvəlcə əynindəki qolsuz gödəkcəni, sonra idman gödəkcəsini çıxarıb kənara atdığını, qaçıb getmək üçün əlindəki bıçaqla ona hücum etdiyini, daha sonra Təqsirləndirilən şəxs2 tutub saxladıqdan sonra ona məxsus gödəkcələri və bıçağı hadisə yerindən götürərkən qolsuz gödəkcənin cibindən yerə düşmüş idman papağını götürdüyünü bildirib bu əşyaları istintaqa təqdib etmiş və həmin əşyalar qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Təqdim edilən əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” 18 dekabr 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, həmin tarixdə Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X3 “Raport”la istintaqa təqdim etdiyi bir ədəd qara rəngli qış idman papağı, bir ədəd qara rəngli kapüşonlu və bir ədəd tünd göy rəngli kapüşonlu jaketlər (18 dekabr 2022-ci il tarixdə, saat 10 radələrində Salyan şəhəri, C.Cabbarlı küçəsi, ev 49-da yaşayan X1 qarşı naməlum şəxs tərəfindən quldurluq edilməsi faktı üzrə “isti izlər”lə həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı hadisə yerinə yaxın ərazidən keçən su kanalının bəndi üzərindən biri-birindən 15- 20 metr məsafədə aşkar edilib götürülmüş) qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında” 18 dekabr 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkilərlə müəyyən olunur ki, həmin tarixdə istintaq orqanı tərəfindən Salyan şəhəri, C.Cabbarlı küçəsi, ev 49-da yerləşən fərdi yaşayış evinə hal şahidlərinin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən izlər və əşyalar götürülməmişdir. İşdə olan, “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 19 dekabr 2022-ci il tarixli protokollar və bu protokollara əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, həmin tarixdə istintaq orqanı tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tanınması üçün təqdim olunmuş beş nəfər şəxslərin arasında sağdan 2-ci yerdə olan şəxsi (Təqsirləndirilən şəxs2) Zərərçəkmiş şəxs2 tanıyaraq həmin şəxsin (Təqsirləndirilən şəxs2), tanınması üçün təqdim olunmuş beş nəfər şəxslərin arasında soldan 2-ci yerdə olan şəxsi (Təqsirləndirilən şəxs2) Zərərçəkmiş şəxs3 tanıyaraq həmin şəxsin (Təqsirləndirilən şəxs2) 18 dekabr 2022-ci il tarixdə, saat 10 radələrində digər bir şəxslə birlikdə yaşadıqları evə girib hədə-qorxu gələrək onlardan qızıl və pul tələb edən şəxs olduğunu bildirmişlər. İşdə olan, “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 19 dekabr 2022-ci il tarixli protokol və bu protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, həmin tarixdə istintaq orqanı tərəfindən Şahid4 tanınması üçün təqdim olunmuş beş nəfər şəxslərin arasında sağdan 3-cü yerdə olan şəxsi (Təqsirləndirilən şəxs2) tanıyaraq həmin şəxsin 18 dekabr 2022-ci il tarixdə, saat 10 radələrində Salyan şəhəri, C.Cabbarlı küçəsi, ev 49-da yaşayan qohumu Şahid5 həyətindən küçəyə qaçıb çıxan, sonra onu təqib edib tutub polisə təhvil verilən şəxs olduğunu bildirmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 19 dekabr 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 ...” sözləri yazılmış kağız paketdəki 1 ədəd sellofan torbacıqda polietilen kəsiyi bükümündə təmiz çəkisi- 0,363 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 0,313 qamdır. Ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təşkil edir. İşdə olan, “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 21 dekabr 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəllə müəyyən edilir ki, həmin tarixdə istintaq orqanı tərəfindən bir ədəd bıçaq ona oxşar digər iki ədəd bıçaqla Təqsirləndirilən şəxs2 tanımaya təqdim edilmiş və o, 1 rəqəmi ilə nömrələnmiş bıçağı tanıyıraq tanışı Yaşar adlı şəxslə birlikdə 18 dekabr 2022-ci il tarixdə Bakı şəhərindən Salyan rayonunu gələrkən həmin bıçağın üzərində olduğunu, həmin gün saat 10 radələrində tanışı Yaşarla birlikdə Salyan şəhəri, C.Cabbarlı küçəsində Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə girərkən də həmin bıçağın üzərində olduğunu, hadisə yerindən qaçarkən onu təqib edib tutmağa çalışan şəxsin qarşısında məhz həmin bıçağı əlində tutub sağa-sola fırlatdığını, daha sonra onun tutan şəxsin dəmir parçası ilə əlinə vurub əlindən həmin bıçağı yerə saldığını bildirmişdir. İşdə olan, “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 21 dekabr 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəllə müəyyən edilir ki, həmin tarixdə istintaq orqanı tərəfindən bir ədəd idman papağı (gözlük yeri kəsilmiş) və ona oxşar digər iki ədəd idman papağı Təqsirləndirilən şəxs2 tanımaya təqdim edilmiş və o, təqdim edilmiş üç ədəd papağı tanımadığı və heç birinin ona məxsus olmadığını bildirmişdir. İşdə olan, “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 21 dekabr 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəllə müəyyən edilir ki, həmin tarixdə istintaq orqanı tərəfindən bir ədəd idman gödəkcəsi və ona oxşar digər iki ədəd idman gödəkcəsi Təqsirləndirilən şəxs2 tanımaya təqdim edilmiş və o, 3 rəqəmi ilə nömrələnmiş idman gödəkcəsini tanıyıb həmin gödəkcənin ona məxsus olmasını, tanışı Yaşar adlı şəxslə birlikdə 18 dekabr 2022-ci il tarixdə Bakı şəhərindən Salyan rayonunu gələrkən həmin gödəkcənin əynində olmasını, həmin gün saat 10 radələrində tanışı Yaşarla birlikdə Salyan şəhəri, C.Cabbarlı küçəsində Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə girərkən də həmin gödəkcənin əynində olmasını, hadisə yerindən qaçarkən onu təqib edib tutmağa çalışan şəxslər onu tutub döyərkən həmin gödəkcənin çəkib əynindən çıxartdıqlarını bildirmişdir. İşdə olan, “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 21 dekabr 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəllə müəyyən edilir ki, həmin tarixdə istintaq orqanı tərəfindən bir ədəd gödəkcə və ona oxşar digər iki ədəd idman gödəkcəni Təqsirləndirilən şəxs2 tanımaya təqdim edilmiş və o, 3 rəqəmi ilə nömrələnmiş gödəkcəsini tanıyıb həmin gödəkcənin ona məxsus olmasını, tanışı Yaşar adlı şəxslə birlikdə 18 dekabr 2022-ci il tarixdə Bakı şəhərindən Salyan rayonuna gələrkən həmin gödəkcənin əynində olmasını, həmin gün saat 10 radələrində tanışı Yaşarla birlikdə Salyan şəhəri, C.Cabbarlı küçəsində Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə girərkən də həmin gödəkcənin əynində olmasını, hadisə yerindən qaçarkən onu təqib edib tutmağa çalışan şəxslər onu tutub döyərkən həmin gödəkcəni çəkib əynindən çıxartdıqlarını bildirmişdir. İşdə olan, “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” 24 dekabr 2022-ci il tarixli protokollar və bu protokollara əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, həmin tarixdə istintaq orqanı tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tanınması üçün dörd nəfər şəxsin fotoşəkilləri təqdim edilmiş, Zərərçəkmiş şəxs2 4-cü fotoda olan şəxsin (Təqsirləndirilən şəxs1), Zərərçəkmiş şəxs3 2ci fotoda olan şəxsin (Təqsirləndirilən şəxs1) 18 dekabr 2022-ci il tarixdə, saat 10 radələrində digər bir şəxslə birlikdə yaşadıqları evi girib hədə-qorxu gəlib qızıl və pul tələb edən şəxs olduğunu bildirmişlər. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 19 dekabr 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, məhkəmə-ballistik ekspertizasının 26 dekabr 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində bir ədəd bıçaq-kustar üsul ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Ekspertiza tədqiqatının dəyəri 57 manat 40 qəpik təşkil edir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 30 dekabr 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs2 bədən səthi üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş, 03 fevral 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd qara rəngli idman papağı (kustar üsulla hazırlanmış maska) üzərində aşkar edilmiş tük nümunələri və 01 (bir) ədəd qara rəngli idman papağı (kustar üsulla hazırlanmış maska) üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs2 məxsusdur. İşdə olan, Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş, 03 apel 2023-cü il tarixliı ekspert rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd qara rəngli papaqdan kustar üsulla hazırlanmış maska üzərində aşkar edilmiş tük nümunələri və 01 (bir) ədəd göy rəngli kapşonlu gödəkcə üzərində mövcud olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs1 məxsusdur. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd qara rəngli kapşonlu gödəkcə üzərində mövcud olan bioloji mənşəli materiallar, Təqsirləndirilən şəxs2 məxsusdur. İşdə olan, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 mart 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş bir ədəd “Ceyran” sobasının istifadədə olmasını nəzərə almaqla orta bazar qiyməti təxminən 40,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İşdə olan, Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş, 07 iyul 2023-cü il tarixliı ekspert rəyi ilə müəyyən olunur ki, ekspertiza nəticəsində, 29 dekabr 2022-ci il tarixdə ünvan 14 ünvanında X2 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götrülmüş 04 ədəd pambıq tamponda olan qanabənzər ləkələrin insan mənşəli qan nümunəsi olduğu və həmin qan nümunələrinin (Binəqədi RPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-46/2-25/2023 №) Təqsirləndirilən şəxs1 (xx/xx/1978 Salyan) məxsus olduğu müəyyən edilmişdir (eyni yumurta əkizi istisna olmaqla). İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 27 fevral və 26 may 2023-cü il tarixli rəyləri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunan cinayət əməllərini törədərkən anlaqlı vəziyyətdə olmuşlar. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 26 dekabr 2022-ci il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 08 iyul 2023-cü il tarixli qərarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq 0,313 qram heroin, bir ədəd bıçaq, iki ədəd gödəkcə, iki ədəd papaq, iki ədəd idman gödəkcəsi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. Həmçinin istintaq orqanı tərəfindən iş üzrə maddi sübutlar olan VAZ-2106 markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs1 və bir ədəd “Ceyran” markalı soba sahibi Zərərçəkmiş şəxs4 qaytarılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, telefon danışıqlarına dair məlumatları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, eləcə də şahidlər Şahid4, Şahid5, Şahid6, Şahid7 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri (Təqsirləndirilən şəxs1 ifadələrində göstərilən-Salyan şəhərində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 yaşadıqları evə tək girməsi, evə girərkən üzərində bıçaq və başında maskanın olmaması, evə girən vaxt Aydının küçədə olması evə girməməsi və onun evi girməsindən Aydının məlumatının olmaması, evdən çıxdıqdan sonra Aydınla rastlaşmaması, Zərərçəkmiş şəxs4 evdən onun dediyi qədər məbləğdə olan əşyaları oğurlamaması, evdən yalnız beş ədəd dəmir boru və əl arabasını oğurlaması, Zərərçəkmiş şəxs5 evindən televizor, qızıl qol saatı və başqa qızıllar, xrustal qab-qacaq və paltarlar oğurlamaması, həmin evdən ona qarşı verilən mülki iddiada göstərilən məbləğdə oğurluq etməməsinə aid hallar, eləcə də Təqsirləndirilən şəxs2 ifadələrində göstəriləntanışı Yaşarla birlikdə Salyan şəhərinə gəzmək məqsədi ilə getməsi, Salyan şəhərində tanımadığı kafedə olarkən Yaşarın harasa getməsi və onun hara getməsindən məlumatının olmaması, Yaşarla birlikdə Salyan şəhərində hər hansı məqsədlə, o cümlədən oğurluq məqsədi ilə heç bir evə girməməsi, onun evə girməsi ilə bağlı ev sahibinin (Zərərçəkmiş şəxs2) dediklərinin yalan olması, tutularkən üzərində narkotik maddənin olmaması, tutulduqdan sonra polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün haradansa götürüb ona təqdim olunan gödəkcənin, maska papağın və bıçağın, eləcə də üzərində aşkar olunmuş heroinin ona məxsus olmaması, heroin bükümünü üzərinə polis əməkdaşlarının qoyması, heç bir cinayət əməli törətməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni Salyan şəhərində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 yaşadıqları evə tək girməsi, evə girərkən üzərində bıçaq və başında maskanın olmaması, evə girən vaxt Aydının küçədə olması, evə girməməsi və onun evə girməsindən Aydının məlumatının olmaması, evdən çıxdıqdan sonra Aydınla rastlaşmaması, Zərərçəkmiş şəxs4 evdən onun dediyi qədər məbləğdə olan əşyaları oğurlamaması, evdən yalnız beş ədəd dəmir boru və əl arabasını oğurlaması, Zərərçəkmiş şəxs5 evindən televizor, qızıl qol saatı və başqa qızıllar, xrustal qab-qacaq və paltarlar oğurlamaması, həmin evdən ona qarşı verilən mülki iddiada göstərilən məbləğdə oğurluq etməməsinə dair hallar, habelə təqsirləndirilən şəxs Aydın Məzərovun məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdikləri xüsusatlar, yəni tanışı Yaşarla birlikdə Salyan şəhərinə gəzmək məqsədi ilə getməsi, Salyan şəhərində tanımadığı kafedə olarkən Yaşarın harasa getməsi və onun hara getməsindən məlumatının olmaması, Yaşarla birlikdə Salyan şəhərində hər hansı məqsədlə, o cümlədən oğurluq məqsədi ilə heç bir evə girməməsi, onun evə girməsi ilə bağlı ev sahibinin (Zərərçəkmiş şəxs2) dediklərinin yalan olması, tutularkən üzərində narkotik maddənin olmaması, tutulduqdan sonra polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün haradansa götürüb ona təqdim olunan gödəkcənin, maska papağın və bıçağın, eləcə də üzərində aşkar olunmuş heroinin ona məxsus olmaması, heroin bükümünü üzərinə polis əməkdaşlarının qoyması, heç bir cinayət əməli törətməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, eləcə də şahidlər Şahid4, Şahid5, Şahid6, Şahid7 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, o cümlədən videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokol, habelə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ittihamda göstərilən cinayəətləri tam etiraf edən ifadələri və Təqsirləndirilən şəxs2 ittihamda göstərilən cinayəti qismən etiraf edən ifadələri, eləcə də Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi, habelə təqsirləndirilən şəxslərin ifadələrinin yerində yoxlanmasına dair protokollarla tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər onlara verilmiş ittihamda göstərilən cinayətləri törətmişlər. Habelə məhkəmə Təqsirləndirilən şəxs2 satış məqsədi ilə olmadan qanunsuz olaraq narkotik maddə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunla təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Təqsirləndirilən şəxs2 götürülmüş 0,363 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirərək qaçırmış, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli yolla talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz olaraq girməklə silah qismində istifadə edilən əşya tətbiq etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz olaraq girməklə silah qismində istifadə edilən əşya tətbiq etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. İşdə olan, Salyan Rayon Məhkəməsinin 20 dekabr 2022-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 dekabr 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, istintaq orqanının “Şübhəli şəxsin tutulmasından ötrü barəsində axtarış elan edilməsi haqqında 23 yanvar 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 axtarış elan edilmişdir. İşdə olan, “Axtarışda olan şəxsin saxlanması barədə” 27 yanvar 2023-cü il tarixli prootkolla müəyyən edilir ki, Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində 27 yanvar 2023-cü il tarixdə, ünvan 15 ünvanın qarşısında Təqsirləndirilən şəxs1 tutulub aidiyyəti üzrə istintaqa təhvil verilmişdir. İşdə olan, Salyan Rayon Məhkəməsinin 29 yanvar 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 27 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan, Salyan MİTTİB-nin MMC-dən verilmiş 14 fevral 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 83, mənzil 3-də qeydiyyatda olmaqla yaşadığı müddətdə qənaətbəxş (MİTTİBnin MMC-yə ondan şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən olunur ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 07 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən 30 yanvar 2023-cü il tarixli hökm üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 30 yanvar 2023-cü il tarixli hökmdə göstərilən cinayət əməlini hazırki iş üzrə olan cinayət əməlindən əvvəl 24 may 2022-ci il tarixdə törətməsi və həmin əməlinə görə 30 yanvar 2023-cü il tarixli hökmlə məhkum olunması nəzərə alınaraq məhkəmə hesab edir ki, qeyd olunan hökm üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu olsa da, hazırki iş üzrə törədilmiş cinayət əməllərinə münasibətdə o, məhkumluğu olmayan şəxs kimi qəbul edilməlidir. İşdə olan, Biləcəri qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, L.Tolstoy küçəsi ev 1-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (nümayəndəliyə ondan şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və Təqsirləndirilən şəxs1 ittiham olunduğu CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5, və 185.1-ci maddələrinin və Təqsirləndirilən şəxs2 ittiham olunduğu CM-nin 181.2.1, 181.2.3, 181.2.5 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətlərə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindikləri üçün onlar həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Eyni zamanda CM-nin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 07 ay 27 gün müddət azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya tam toplanılmaqla Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməli, habelə CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 30 yanvar 2023-cü il tarixdən 26 sentyabr 2023-cü il tarixədək 07 ay 27 gün həbsdə saxlanılması müddəti (30 yanvar 2023-cü il tarixli hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını faktiki olaraq çəkməsi nəzərə alınaraq) azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 18 dekabr 2022-ci il tarixdən və Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 27 yanvar 2023-cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadıqları ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə Təqsirləndirilən şəxs1 cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs4 4.750 manat məbləğində maddi ziyan vurulmuş və həmin ziyan tam ödənilməmişdir. İş üzrə Təqsirləndirilən şəxs1 cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs5 17.850 manat məbləğində maddi ziyan vurulmuş və həmin ziyan ödənilməmişdir. İş üzrə Zərərçəkmiş şəxs5 tərəfindən 05 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 qarşı vurulmuş maddi ziyana görə 17.850 (on yeddi min səkkiz yüz əlli) manat məbləğində mülki iddia verilmiş, habelə həmin mülki iddianın verilməsi ilə bağlı 143 (bir yüz qırx üç) manat 55 (əlli beş) qəpik dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs1 qarşı verdiyi mülki iddianı tam həcmdə müdafiə etdiyini və həmin miqdarda mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 181-ci maddəsinin müddəalarına əsasən əmlakına vurulmuş ziyana görə fiziki şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, habelə ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, törədilmiş cinayət nəticəsində (cinayət qanuni ilə nəzərdə tutulmuş əməl nəticəsində) Zərərçəkmiş şəxs5 cəmi 17.850 (on yeddi min səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vurulmuş və həmin ziyan ödənilməmiş, habelə mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs5 həmin mülki iddianın verilməsi ilə bağlı ödədiyi dövlət rüsumu 143 (bir yüz qırx üç) manat 55 (əlli beş) qəpik təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs5 verdiyi 17.850 (on yeddi min səkkiz yüz əlli) manat məbləğində mülki iddia tam təmin edilməli və mülki iddianın verilməsi ilə bağlı ödənilmiş 143 (bir yüz qırx üç) manat 55 (əlli beş) qəpik dövlət rüsumu da nəzərə alınmaqla cəmi 17.993 (on yeddi min doqquz yüz doxsan üç) manat 55 (əlli beş) qəpik məbləğində pul vəsaiti mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs1 alınıb mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs5 verilməlidir. Həmçinin iş üzrə zərərçəkmiş şəxslərə cinayət əməli nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə təqsirləndirilən şəxslərə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 123.32.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Bakı şəhəri, Binəqədi RPİ-nin maddi sübutlar otağında saxlanılan 0,313 qram narkotik vasitə olan heroin, 1 (bir) ədəd bıçaq, 2 (iki) ədəd gödəkcə, 2 (iki) ədəd papaq (maska), 2 (iki) ədəd idman gödəkcəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Habelə istintaq orqanı tərəfindən iş üzrə maddi sübutlar olan VAZ-2106 markalı, **- GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 və 1 (bir) ədəd “Ceyran” markalı sobanın sahibi Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-99 (doxsan doqquz) manat 74 (yetmiş dörd) qəpik məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni məhkum Təqsirləndirilən şəxs1 49 (qırx doqquz) manat 87 (səksən yeddi) qəpik və məhkum Təqsirləndirilən şəxs2 49 (qırx doqquz) manat 87 (səksən yeddi) qəpik pul vəsaiti tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5, və 185.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-ci maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 27 yanvar 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 7 (yeddi) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya tam toplanılmaqla Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 7 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 30 yanvar 2023-cü il tarixdən 26 sentyabr 2023-cü il tarixədək 7 (yeddi) ay 27 (iyirmi yeddi) gün həbsdə saxlanılması müddəti azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 18 dekabr 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs5 verdiyi 17.850 (on yeddi min səkkiz yüz əlli) manat məbləğində mülki iddia tam təmin edilsin və mülki iddianın verilməsi ilə bağlı ödənilmiş 143 (bir yüz qırx üç) manat 55 (əlli beş) qəpik dövlət rüsumu da nəzərə alınmaqla cəmi 17.993 (on yeddi min doqquz yüz doxsan üç) manat 55 (əlli beş) qəpik məbləğində pul vəsaiti mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs1 alınıb mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs5 verilsin. İş üzrə zərərçəkmiş şəxslərə izah edilsin ki, cinayət əməli nəticəsində dəymiş ziyanın ödənilməsi tələbi ilə təqsirləndirilən şəxslərə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları vardır. İş üzrə maddi sübutlar olan və Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan 0,313 qram narkotik vasitə olan heroin, 1 (bir) ədəd bıçaq, 2 (iki) ədəd gödəkcə, 2 (iki) ədəd papaq (maska), 2 (iki) ədəd idman gödəkcəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Habelə istintaq orqanı tərəfindən iş üzrə maddi sübutlar olan VAZ-2106 markalı, **- GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 və 1 (bir) ədəd “Ceyran” markalı sobanın sahibi Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-99 (doxsan doqquz) manat 74 (yetmiş dörd) qəpik məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni məhkum Təqsirləndirilən şəxs1 49 (qırx doqquz) manat 87 (səksən yeddi) qəpik və məhkum Təqsirləndirilən şəxs2 49 (qırx doqquz) manat 87 (səksən yeddi) qəpik pul vəsaiti tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-126/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-126/2024
10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver