Məhkəmə qərarları › İş №1(099)-127/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-127/2022

27.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-127/2022 27.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-ci il tarixdə Yardımlı rayonu Vərov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu Turkoba kəndində qeydiyyatda olan və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 02 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində yaşadığı Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs mobil telefonda Bakı şəhər sakini X3 ilə danışaraq ona xəyanət etməsini düşünərək aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sillə, yumruq, təpik zərbələri və taxta parçası ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə qəsdən vuraraq Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, sol tərəfli hemiparez və üz sinirinin sol tərəfli parezi ilə müşayiət olunan baş beynin və beyin kötüyünün ağır dərəcəli əzilməsi, sol beyin yarımkürəsinin sıxılması ilə müşayiət olunan sol beyin yarımkürəsinin subdural hematoması və sağ qaşüstü nahiyənin yumşaq toxumalarının əzilməsi ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2012-ci ildə Masallı rayonu Ərkivan qəsəbə sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, 2013cü il və 2016-cı il təvəllüdlü ümumi övladları dünyaya gəlmişlər. 2018-ci ildə arvadının ona xəyanət etdiyini hiss etmiş, sonuncu istifadəsində olan mobil telefonla tanımadığı oğlan ilə danışmasını tutmuş, arvadı ilə bu barədə söhbətlər etmiş, lakin Ülviyyə telefon vasitəsilə tanımadığı şəxslərlə danışıb əlaqə saxlamışdır. 02 sentyabr 2021-ci il tarixdə səhər saat 7 radələrində evdən çıxıb fəhləlik etmək üçün muzd işinə getmişdir. Həmişə işdən evə axşam saatlarında geri qayıtmış, lakin həmin günü işini tez yekunlaşdırdığından saat 13 radələrində gəlmişdir. Dəhlizə daxil olmuş, həmin vaxtı azyaşlı övladları evdə olan digər otaqda səsləri gəlmiş, yataq otağına keçmək istəyəndə Ülviyyə ilə üz-üzə gəlmişlər. Ülviyyə onu görən kimi əlində olan mobil telefonu üzərində gizlətməyə çalışdığı vaxt telefonda olan “WhatsApp” proqramında tanımadığı oğlan şəkilini görmüş, həmin vaxtı mobil telefonu əlindən almaq istəmişdir. Lakin Ülviyyə mobil telefonu verməmiş və ona müqavimət göstərmişdir. Ülviyyə ilə az müddət mobil telefonu almaq üstündə dartışdıqdan sonra mobil telefonu əlindən almış və dərhal evin həyətinə düşmüş, telefona baxdıqda arvadının mesaj yazdığı tanımadığı oğlanın şəkilini və nömrəsini görmüş, mobil telefonu həyətdə gizlətmiş, evə daxil olmuş, azyaşlı övladlarının arvadı ilə aralarında yaranacaq mübahisəni görməmələri üçün onlara həyətə çıxartmış, orada oynamaqlarını demişdir. Uşaqlar həyətə çıxdıqdan sonra arvadı Ülviyyə mobil telefonunu geri qaytarmasını istəmiş, lakin mobil telefonu qaytarmamışdır. Bundan sonra aralarında sözlə mübahisə yaranmış, Ülviyyənin başqa oğlanla danışmasına bərk əsəbləşib sonuncunu sillə, yumruqla bədəninin müxtəlif nahiyələrindən vurmağa başlamış, qısa müddət döydükdən sonra sakitləşmiş, lakin Ülviyyə yenidən onunla sözlə mübahisə etməyə başlamışdır. Bundan sonra Ülviyyəni yaşadıqları evin yataq otağında yerə yıxıb uzatmış, bədəninin müxtəlif nahiyyələrinə sillə, yumruq və sonda əsəbi sakitləşməyib həmin otaqda olan taxta parçası ilə bir neçə dəfə zərbələr vurmuşdur. Sonra arvadının əmisi Haşimə zəng vuraraq məlumat vermiş, sonuncu və qayınanası evə gəlmişlər. Ülviyyənin vəziyyəti həmin vaxt normal olmuşdur. O, evdən çıxıb getmişdir. saat 17 radələrində Haşim zəng edib Ülviyyənin vəziyyətinin pisləşdiyini və xəstəxanaya aparacaqlarını demişdir. Bir müddət sonra polis əməkdaşları zəng vuraraq polis şöbəsinə çağımışlar. Hazırda arvadı və qayınanası ilə barışıblar, sonuncuların ondan hər hansı bir şikayət və tələbləri yoxdur, iki azyaşlı övladı var, əməlindən peşimandır, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə dindirilərək ifadəsində göstərmişdir ki, qızı ÜlviyyəSəlimova 2012-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş və həmin nikahdan iki azyaşlı övladları dünyaya gəlmişdir. Qızının həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında bir neçə dəfə ailə daxili münaqişələri olmuş, hər dəfəsində evin böyüyü kimi onlara bir-biriləri ilə mehriban olmalarını bildirmişdir. 02 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində işlədiyi çörək bişirən sexdə olarkən qaynı Şahid1 zəng edərək kürəkəni Bəhruzun zəng edib təcili çağırdığını bildirmişdir. Dərhal işdən çıxıb yaşadığı evə getmiş, evə çatdıqda Bəhruzun evdə olduğunu görmüşdür. Həmin vaxtı azyaşlı nəvələri həyətdə oynamışlar, qızı Ülviyyə isə özünə məxsus yataq otağında uzanıb halsız vəziyyətdə olmuşdur. Bəhruzdan qızı Ülviyyənin işlətdiyi mobil telefonu tutmuş, “bax xəyanətin tutdum” sözlərini demişdir. Qızının Bəhruz tərəfindən döyüldüyünü bilmişdir. Ülviyyədən səhhətinin necə olduğu və nə baş verməsini soruşsa da sonuncu sakitcə “yaxşıyam” cavabın vermiş və Bəhruz tərəfindən döyüldüyünü bildirmişdir. Bəhruz qaynı Haşım ilə öz aralarında hadisə barədə söhbət etmişlər. Bir neçə dəqiqə sonra Bəhruz və qaynı Haşım yaşadığı evdən çıxıb getmişlər, bundan sonra Ülviyyə öz huşunu itirmişdir. Nə baş verdiyini anlamamış, dərhal qızını yataqdan yerə özü düşürtdükdə bədənini açmışdır. Həmin vaxtı qızının baş və bədəninin müxtəlif nahiyələrinin xəsarətlər olduğunu görmüşdür. Dərhal Haşıma zəng edib qızın vəziyyətinin pis olduğunu demiş, qardaşı Sehrana da zəng edib evinə gəlməsini bildirmişdir. Bundan çox keçməmiş Haşım gəlmiş, qaynı Haşım və sonradan gəlmiş qardaşı Sehranın köməkliyi ilə huşsuz vəziyyətdə olan qızı X5 Təbabət Klinikasına aparmışlar. Daha sonra Ülviyyənin vəziyyəti ağır olduğu üçün onu Bakı şəhərində yerləşən Respublika Neyrocərrahiyə xəstəxanasına aparmışlar və qızının ağır xəsarət olması məlum olmuşdur. Hazırda Bəhruzla barışımışlar, ondan hər hansı bir şikayət və tələbləri yoxdur. Barışmalarını, həmçinin Bəhruzun iki azyaşlı uşaqları saxlayaraq baxması üçün azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərilən xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “baxış keçirilməsi haqqında” 02 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən arvadı Zərərçəkmiş şəxs xəsarət yetirmə hadisəsi Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən birmərtəbəli fərdi yaşayış evinin otağında baş vermişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 980 nömrəli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, sol tərəfli hemiparez və üz sinirinin sol tərəfli parezi ilə müşayiət olunan baş beynin və beyin kötüyünün ağır dərəcəli əzilməsi, sol beyin yarımkürəsinin sıxılması ilə müşayiət olunan sol beyin yarımkürəsinin subdural hematoması və sağ qaşüstü nahiyənin yumşaq toxumalarının əzilməsi müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti tibbi sənədlərdə qeyd olunan 02 sentyabr 2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan kompleks məhkəmə-tibb ekspertizasının 22 noyabr 2021-ci il tarixli 939\KEŞ nömrəli rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və özünün məhkəmə-tibbi müayinəsinə əsasən, onun “Qapalı kəllə-beyin travması. Baş beyin və beyin kötüyünün ağır dərəcəli əzilməsi. Sol beyin yarımkürəsinin kəskin dövr subdural hematoması. Disloksion sindrom” xəstələyindən əziyyət çəkdiyi müəyyən edilmişdir. Qeyd edilən xəstəliklə əlaqədar yataq rejiminin olduğunu, nitqinin tam aydın olmadığını, sol yuxarı və aşağı ətraflarında hərəkət məhdudluğunu nəzərə alaraq onunla hal-hazırda istintaq hərəkətlərinin keçirilməsi məqsədəmüvafiq sayılmır. İş materiallarında olan istintaq orqanının 30 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Qanuni nümayəndə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan “İfadəsinin yerində yoxlanılması” haqqında 10 sentyabr 2021ci il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs sağlamlığına qəsdən zərər vurması hadisəsinin baş verdiyi yeri əyani göstərmiş və arvadına xəsarət yetirmə barədə ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan yaşayış yeri üzrə arayış, xasiyyətnamə və ölüm haqqında şəhadətnamə surətindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, Masallı rayonu, Ərkivan qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır, 2013-cü il təvəllüdlü Gülay və 2016-cı il təvəllüdlü Rza adlı azyaşlı övladları himayəsindədirlər. Təqsirləndirilən şəxs atası X1 13 yanvar 2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan istintaq orqanının 15 sentyabr 2021-ci il taixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən istifadə etdiyi bir ədəd taxta parçası iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Masallı rayon polis şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyindən ünvanlanmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarında olan protokol və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 04 sentyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin qərarda Təqsirləndirilən şəxs həbsetmənin əvvəli 03 sentyabr 2021-ci il tarixdən hesablanması göstərilmişdir. İş materiallarında olan natarial qaydada təsdiq edilmiş 10 yanvar 2022-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Təqsirləndirilən şəxsla barışıblar, ona qarşı heç bir iddia və tələb yoxdur, dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilib, yüngül cəza ilə azadlığa buraxılması xahiş olunur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliyi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 126.1-cü maddəsi ilə düzgün tövsif edilərək ittiham edilmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59-1.4-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə (zərərçəkmiş şəxsin qanuni nümayəndəsi) barışıq əldə etmələri, həmçinin hiyaməsində iki azyaşlı övladının olması təqsirləndirlən şəxs- Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən peşiman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə məhkum olunmasını, məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.12-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxsə cəza təyin edilərkən bu hal nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirə bilərlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə yuxarıda qeyd edilən qanunun tələblərini və Ali Məhkəmə Plenumunun tövsiyyələrini rəhbər tutaraq Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə CM-in 62-ci maddəsinin tətbiq edilərək barəsində təqsirləndirildiyi maddədə müəyyən ediləndən daha yüngül cəza azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədə uyğundur. Bu cəza Təqsirləndirilən şəxs islah olunmasına və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 sentyabr 2021-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətin bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq onlara qəti cəza təyin edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Eyni zamanda məhkəmə iş üzrə maddi sübut olan- Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən istifadə etdiyi və Masallı rayon polis şöbəsində saxlanılan bir ədəd taxta parçası məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal saxlanıldıqları Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad olunması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini barədə nəticəyə gəlir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 05 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 sentyabr 2021-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla ona təyin olunmuş 05 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 9 ay 18 gün müddət çıxılsın və üzərində qəti olaraq 04 (dörd) il 02 (iki) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad olunsun. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut olan- Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən istifadə etdiyi və Masallı rayon polis şöbəsində saxlanılan bir ədəd taxta parçası məhv edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar