Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-127/2023 30.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli X9 Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Yardımlı rayonunun Şovut kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 19 (on doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin ünvanda yaşamış, hazırda Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1991-ci ildə Füzuli rayonunun Pirəhmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, qeyri-rəsmi evli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 181.3.2-ci maddəsi ilə təqsirli bilinərək 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Füzuli rayonu, 1-ci Zobucuq qəsəbəsi, ev 17-də yaşamış, hazırda Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək 26 dekabr 2017-ci ildə, gecə saat 02 radələrində Füzuli rayonu, 3-cü Zobucuq qəsəbəsində, Kərimbəyli-Alıxanlı avtomobil yolunun sol kənarında yerləşən Şahid3 məxsus yanacaqdoldurma məntəqəsinə piyada gələrək orada tanınmamaları üçün özləri ilə əvvəlcədən götürdükləri masqanı üzlərinə geyinib həmin gün işdə olan və məntəqənin dəmir vaqonunda istirahət edən operator Zərərçəkmiş şəxs olduğu vaqonun qapısını döyüb ona yalandan avtomobilinin benzini qurtardığı üçün plastik qabda benzin almaq istədiyini demiş, sonuncu plastik qabda benzin satmadığını dedikdə, o, operatorun qapını açması məqsədilə ona, özünün benzin kalonunun mühərrikini işə salıb yanacaq götürəcəyəni dediyi üçün, Zərərçəkmiş şəxs qapını açmağa razılaşmış, sonuncu qapını açdıqda onlar Zərərçəkmiş şəxs pulunu ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs2la birlikdə içəri keçərək hücuma məruz qalmış şəxs Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib o, silah qismində istifadə etdiyi taxta parçası ilə, Təqsirləndirilən şəxs2 isə təpik və yumruqla onun baş-qol nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə bir neçə güclü zərbə vuraraq ona qapalı kəllə-beyin travması, başın alın, təpə, ənsə nahiyələrinin əzilmiş-cırılmış yaraları, hər iki əlin küt travması, sağ əldə beşinci barmağın əzilmiş-cırılmış yarası, sağ əldə şişkinlik və hərəkət məhdudluğu xəsarətləri ilə müşaiyət olunan və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməkdə ifadə olunan zorakı hərəkətlər etmiş, zərbənin təsirindən qapının ağzında yerə yıxılan Zərərçəkmiş şəxs halsız vəziyyətdə yerdə uzandığını görüb, əlini sonuncunun əynindəki şalvarının cibinə salıb 600 manat pulu zorla götürərkən özünə gələn Zərərçəkmiş şəxs əli ilə onun üzündə olan masqanı dartıb yerə salmış, o, 600 manat pulu götürdükdən dərhal sonra Təqsirləndirilən şəxs2la birlikdə oradan qaçıb getməklə quldurluq cinayət əməlini törətmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 181.2.1. və 181.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək törətdiyi cinayət hadisəsi barəsində ifadəsində göstərmişdir ki, 2017-ci ilin dekabrın 25-də tanışı Təqsirləndirilən şəxs2la birlikdə kafeyə gedərək orada yemək yeyib xeyli miqdarda spirtli içki qəbul etmiş, pula ehtiyacı olduğu üçün gecə saatlarında Nicatla birlikdə piyada onun yaşadığı qəsəbənin yaxınlığındakı asfalt yola yaxın məsafədə yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş, həmin vaxt onun və Nicatın üzündə masqa olmuş, Nicat bir az kənarda qalmış, özü isə orada olan dəmir vaqona yaxınlaşkən qapısının bağlı olduğunu görüb, qapını əli ilə döymüş, kimsə içəridən ona səs vermiş, ona “maşının benzini qurtarıb, yolda qalıb, benzini qabla alacaqdır” sözlərini demiş, həmin şəxs qaba benzin vurmadığını dedikdə, “onda matoru özü işə salıb yanacaq vuracaqdır cavabını verərkən, içəridə olan şəxs qapını açmış, həmin vaxt o, oradan əlinə götürdüyü taxta parçası ilə həmin şəxsin baş nahiyəsinə bir zərbə vurmuş, zərbənin təsirindən həmin şəxs qapının ağzında yerə yıxılmış, tərpəndiyini görüb əlindəki taxta parçası ilə onun qol və sair nahiyələrinə bir-iki zərbə vurmuş, sonra əlini halsız vəziyyətdə yerdə qalan şəxsin əynində olan şalvarın cibinə salaraq onun pulunu götürərkən həmin şəxs əl atıb üzündə olan ikiqat masqanın birini çıxarmış, sonra pulu götürüb cibinə qoyaraq Nicatla oradan uzaqlaşmış, yolda götürdüyü pulu sayarkən 600 manat olduğunu görmüş, Nicat istəmədiyi üçün ona həmin puldan verməmiş, hadisə zamanı onun və ya Nicatın əlində hər hansı bir bıçaq olmamış, bıçaqla zərər çəkmiş şəxsə hər hansı bir xəsarət yetirilməmişdir. Hazırda əməlindən peşmanlıq keçirməsini nəzərə alaraq məhkəmədən ona ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadələrini təsdiq etməklə ona Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək digər Təqsirləndirilən şəxs1 ifadəsinə uyğun ifadə vermiş və əlavə olaraq göstərmişdir ki, zərər çəkmiş şəxsə heç bir bədən xəsarəti yetirməmiş, onun olduğu vaqona girməmiş, nə onun, nə də ki, Təqsirləndirilən şəxs1 əlində bıçaq olmamış, sonuncunun yanacaqdoldurma məntəqəsindən nə qədər pul əldə etdiyini bilməmişdir. Hazırda əməlindən peşmanlıq keçirməsini nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda verilən ittihamlar üzrə cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməllərin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, Füzuli rayonu, 3-cü Zobucuq qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsində operator işləyir. 26 dekabr 2017-ci ildə gecə saat 02 radələrində növbədə olarkən tanımadığı şəxs ona yaxınlaşaraq maşınlarında benzinin qurtardığını, yolda qaldıqlarını, plastik qabda onlara benzin verməsini xahiş etmiş, olduğu dəmir vaqonun qapısını açıb çölə çıxarkən qapının sağında bir nəfərin üzündə ağ rəngli masqa olduğunu, solda da üzünü görmədiyi digər bir şəxsin olduğunu görmüş, onlardan biri gözləmədiyi halda əlindəki ağaca oxşar alətlə baş nahiyəsinə bir zərbə vurmuş, zərbənin təsirindən vaqonun içərisinə səndələyib çəkilmiş, həmin iki nəfər üzü masqalı cavan, dolu, orta boylu və onun yanındakı, digər nisbətən arıq olan şəxs içəri girərək biri əlindəki ağac parçası, digəri isə təpik və yumruqla onun başına və bədəninin müxtəlif nahiylərindən zərbələr vurmağa başlamış, vurulan ardıcıl zərbələrin təsirindən yerə yıxılmış, üzündə ağ masqa olan şəxs əlini salıb onun əynindəki cins şalvarın sol yan cibində olan 600 manat pulunu götürən zaman əl atıb onun sifətindəki masqanı dartıb yerə salmış, lakin həmin vaxt vaqonun işığı sönülü olduğu üçün hər iki şəxsin üzünü görə bilməmiş, onlar pulu götürəndən sonra vaqondan çıxıb qaçmış, az sonra özünə gəlib ayağa duraraq işığını yandıran zaman üst-başının, vaqonun içinin qan içində olduğunu, yerdə bir ədəd ağ rəngli masqa və bir ədəd qatlanmayan bıçaq olduğunu görmüş, səs-küy salsa da səsini eşidən olmamış, sonra qaçaraq yaxınlıqda olan evinə gedərək hadisə barədə onlara məlumat verib vaqona qayıtmış, oğlu Aqşin DİN-nin 102 xidmətinə məlumat vermiş, polislər gəlib hadisə yerinə baxış keçirmiş, təcili tibbi yardım maşını ilə gəlib onu xəstəxanaya aparmışlar. Hazırda təqsirləndirilən şəxslər ona dəymiş ziyanı ödəmədikləri üçün onları bağışlamadığını bildirmiş və məhkəmədən onlara ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 və Şahid2 məhkəməyədək icraatı zamanı verdikləri ifadələrini təsdiq etməklə zərər çəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, 26 dekabr 2017-ci ildə, gecə saat 03 radələrində evində yatarkən ona zəng gəlmiş, zəng edən şəxs Füzuli rayonu, 3 saylı Zobucuq qəsəbəsinin kənarında yerləşən ona məxsus yanacaq doldurma məntəqəsində olduğunu, iki nəfər masqalı şəxsin işdə olan Zərərçəkmiş şəxs hücum edərək ona xəsarət yetirdiklərini, cibindən pulunun aparıldığı barədə məlumat vermiş, hadisə yerinə gələrkən orada xeyli sayda polis əməkdaşlarının olduğunu görmüş və Zərərçəkmiş şəxs xəstəxanaya aparıldığını eşitmiş, yanacaq doldurma məntəqəsində olan vaqonun içərisindəki döşəmədə, çarpayının üstündə və divarlarda geniş həcmdə qan ləkələri, eləcə də döşəmədə bir ədəd qara rəngli dəstəyi olan qatlanmayan bıçaq və bir ədəd ağ rəngli kişi masqası olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Füzuli rayon polis şöbəsinin post patrul xidməti bölməsində polis nəfəri vəzifəsində işləyən Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, 25 dekabr 2017-ci ildə xidmətdə olarkən gecə saat 02:15-də polis şöbəsinin növbətçi hissəsindən telefonla ona Füzuli rayonu, 3 saylı Zobucuq qəsəbəsi ərazisində yerləşən yancaq doldurma məntəqəsinə üzü masqalı şəxslərin hücum edərək orada operator işləyən şəxsi döyüb xəsarət yetirmələri barədə məlumat daxil olmuş, dərhal hadisə yerinə getmiş, yanacaq doldurma məntəqəsində operator işləyən, üzdən tanıdığı Zərərçəkmiş şəxs adlı şəxsin başından xəsarət aldığını, dəmir vaqonun içərisinə baxdıqda hər yerdə qan ləkələrinin, döşəmədə bir ədəd ağ rəngli kişi masqası və bir ədəd iri bıçağın olduğunu görmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, 26 dekabr 2017ci ildə, gecə saat 03 radələrində evində yatarkən Elşənin oğlu Aqşin ona zəng edərək atasının iş yerində döyüldüyünü, tez hadisə yerinə gəlməsini xahiş etmiş, hadisə yerinə gələrkən Aqşin və onun əmisi Rövşən orada olmuş, iki nəfər üzü masqalı şəxsin gecə vaxtı yanacaq doldurma məntəqəsinə gələrək orada işləyən həmkəndlisi Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirdiklərini, cibindən pulunu çıxardıqlarını, sonuncunun təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldığını bilmiş, içəri keçib vaqona baxarkən hər yerin qan olduğunu, içəridə döşəmədə bir ədəd ağ rəngli kişi masqası və bir ədəd bıçaq olduğunu görmüşdür. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 26 dekabr 2017-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Füzuli rayonu, 3-cü Zobucuq qəsəbəsinin kənarından keçən Füzuli rayonunun Kərimbəyli-Alıxanlı yolunun sol kənarında yerləşir, yola tərəf olan hissədə bir ədəd benzin kalonkası, ondan təxminən 3 metr qəsəbəyə doğru operatorun oturduğu yaşıl rəngli, bir qapısı və bir pəncərəsi olan dəmir vaqon vardır. Vaqonun içərisində bir ədəd dəmir çarpayı, bir ədəd televizor, bir ədəd elektrik qızıdırıcısı vardır. Döşəmə və yataq üzərində geniş həcmli qanabənzər ləkələr, döşəmə üzərində bir ədəd ağ rəngli, plastik materialdan olan kişi üz masqası və bir ədəd qatlanmayan mətbəx bıçağı vardır. xx.xx.2017-ci ildə, saat 02 radələrində Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qeyd olunan cinayət əməlini törətmiş, yəni Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli basqın edib, silah qismində istifadə etdikləri taxta parçası ilə hücuma məruz qalmış Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməklə onun əynindəki şalvarın cibindən 600 manat pulunu quldurluq yolu ilə ələ keçirmişlər. İş materiallarında olan Füzuli rayon polis şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Füzuli RPŞ-nin CAB-nin əməkdaşlarının DİN-nin BCAİ ilə birlikdə keçmiş illərdən bağlı qalmış cinayətin açılması istiqamətində keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, həmin cinayəti Füzuli rayonu, 1 saylı Zobucuq qəsəbəsi, 16 nömrəli evdə yaşamış, Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə təqsirli bilinib 12 il müddətə azadlıqdan məhrum edilərək hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs2 və Yardımlı rayonunun Şovut kəndində qeydiyyatda olan, CM-nin 120.1, 120.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinib 19 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olaraq törətmişlər. Onların qeyd edilən cinayət hadisəsini törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı, digər sübut əhəmiyyətinə malik dəlillərlə öz təsdiqini tapmışdır. Belə ki, əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, qeyd edilən cinayət hadisəsinin baş verdiyi zaman Təqsirləndirilən şəxs2 müqavilə sahibi X6 ***-***-**-** saylı mobil nömrədən istifadə etmiş, mobil nömrənin cinayətin baş verdiyi ərəfədə hansı ərazidə aktiv olmasını və giriş-çıxış zənglərini müəyyən etmək üçün DİN-nin BİKİ-dən daxil olmuş 1 ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 hadisədən əvvəl, yəni 24 və ya 25 dekabr 2017-ci ildə Bakı şəhərindən Füzuli rayonu, 1-ci Zobucuq qəsəbəsinə Təqsirləndirilən şəxs1la birlikdə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə hadisənin baş verməsindən bir neçə saat əvvəl, yəni xx.xx.2017-ci ildə, saat 00:18-də 1-ci Zobucuq qəsəbəsində aktiv olmuş və müqavilə sahibi X5 olan və həmin vaxt Füzuli rayonu, 5-ci Zobucuq qəsəbəsində yaşayan X7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 40 saniyə danışıq aparılmışdır. Əməliyyat-qeydiyyat işi üzrə X7 izahatı alınarkən Təqsirləndirilən şəxs2 tanıdığını bildirərək, onun istifadəsində olmuş ***- ***-**-** saylı mobil telefona ***-***-**-** saylı mobil nömrədən zəng edən şəxsin Təqsirləndirilən şəxs2 olduğunu təsdiq etmiş, Elçin Xudiyev həmin vaxt Bakı şəhərində fəhlə işləmiş, o, yeni ili ailəsi ilə keçirmək üçün xx.xx.2017-ci ildə axşam saatlarında taksi ilə Bakı şəhərindən Füzuli rayonuna gələrkən Təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrədən ona zəng etmiş, ondan harada olduğunu soruşmuş və özünün də dostu Teymurla birlikdə 1-ci Zobucuq qəsəbəsində olduğunu deyərək onunla görüşmək istədiyini bildirmiş, sonuncu gecə saat 23:30 radələrində yaşadığı 5-ci Zobucuq qəsəbəsinə çatmış, gec olduğu üçün Təqsirləndirilən şəxs2la görüşməmiş, xx.xx.2022-ci ildə, saat 00:18dəqiqədə Təqsirləndirilən şəxs2 ona təkrar zəng edib harada olduğunu soruşduqda, o, yorğun olduğunu və sabah görüşməyi təklif etmiş, Elçin səhər saat 11 radələrində Nicatla görüşərkən, ondan Teymurun harada olduğunu soruşmuş, Nicat ona Teymurun səhər tezdən getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 qardaşı X2 izahatı alınarkən qardaşı Nicatla birlikdə Teymur adlı dostunun onlara qonaq gəldiyini təsdiq etmiş, bununla da daxil olmuş əməliyyat məlumatları əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 hadisə zamanı Təqsirləndirilən şəxs1la qabaqcadan aralarında olmuş razılaşmaya uyğun olaraq hadisə yerinə birlikdə gedərək hadisəni birlikdə törətmişlər. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində və sonradan onunla aparılan əməliyyat xarakterli şifahi söhbətlərdə yanacaqdoldurma məntəqəsinə iki nəfər üzü masqalı şəxsin basqın etdiyini, həmin şəxslərdən birinin yerli sakinlərə məxsus ləhcədə danışdığını bildirmişdir. Keçirlimiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayəti törədərkən istifadə etdikləri maskaları haradan əldə etmələrini müəyyən etmək mümkün olmamış, lakin cinayət törədilərkən onların yanında kənar şəxs olmamışdır. İş materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefona daxil və xaric olan zənglərə dair siyahıya baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 hadisədən əvvəl, yəni 24 və ya 25 dekabr 2017-ci ildə Bakı şəhərindən Füzuli rayonu, 1-ci Zobucuq qəsəbəsinə, Təqsirləndirilən şəxs1la birlikdə gəlmiş, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrə hadisənin baş verməsindən bir neçə saat əvvəl, yəni xx.xx.2017-ci ildə, saat 00:18-də 1-ci Zobucuq qəsəbəsində fəaliyyət göstərən anten dairəsində aktiv olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 25 fevral 2018-ci il tarixli, 27 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onda qapalı kəlləbeyin travması, başın alın, təpə, ənsə nahiyələrinin əzilmiş-cırılmış yaraları, hər iki əlin küt travması, sağ əldə 5-ci barmağın əzilmiş-cırılmış yarası, sağ əldə şişkinlik və hərəkət məhdudluğu xəsarətləri aşkar olunmuş, bu xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarix və şəraitdə, yəni 26 dekabr 2017-ci ildə əmələ gələ bilərdi və qeyd olunan xəsarətlər ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilirlər. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 18 yanvar 2018-ci il tarixli, 315 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq-kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab olunmayan, təsərrüfatməişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 23 yanvar 2018-ci il tarixli, 9/48 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş yastıq üzü və zərfin daxilində yerləşən 2 ədəd ayrı-ayrı bükümlərdə olan tənzif kəsikləri üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələr qanın qrup göstərici ABO sistemi üzrə tədqiq edildikdə “B” antigeni alınmış, aqqlyutinin isə alınmamışdır. Belə olan halda bu qan ləkələri B alfa (İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. İş üzrə maddi sübut kimi tanınan və hadisə yerinə baxış keçirilərkən hadisə yerindən götürülmüş bir ədəd qatlanmayan mətbəx bıçağı, bir ədəd masqa və qan ləkləri olan zərf Füzuli rayon polis şöbəsində saxlanılır. İş üzrə maddi sübut kimi tanınan “hadisə yerinə baxışı keçirilməsi”, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində verdikləri ifadələri, eləcə də onların idadələrinin yerində yoxlanmasını özündə əks etdirən 4 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə (təqsirləndirilən şəxslərin qismən etirafedici, zərər çəkmiş şəxsin və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-in 181..2.1 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilmiş və onlar həmin maddələrlə təqsirli bilinərək cəzalanmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin tövsifini məsələsini müzakirə edərək onların Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələrinin dispozisiyası şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət təqibi ilə bağlı onlara elan edilmiş ittihamda nəzərdə tutulan ictimai təhlükəli əməlin törədilməsini, həmin əməlin törədilməsində təqsirləndirilən şəxslərin qəsdən iştirak etmələrini, törədilmiş əməlin onlara aid edilməsini təsdiq edən, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb cinayətin tamah məqsədi ilə törədilməsi qənaətinə gəlir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onların əməli cinayət qanununa uyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən olunmadı. İş materiallaında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.2, 221.3-cü maddələri ilə təqsirli bilinib 19 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Hüseynov X3 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin olunmuş azadıqdan məhrum etmə cəzasını hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. İş materiallaında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.3.2-ci maddəsi ilə təqsirli bilinib 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını hazırda Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini barəsində olan xx.xx.2019-cu il tarixli hökmdən, Təqsirləndirilən şəxs2 isə barəsində olan 23.08. 2021-ci il tarixli hökmdən əvvəl törətmişlər. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməli, CM-in 66.3-cü maddəsinə əsasən hazırki hökm üzrə Təqsirləndirilən şəxs1 təyin olunan cəza Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanaraq onların üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, CM-nin 66.5-ci maddəsinə əsasən ona əvvəlki hökm ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsi hazırkı hökm üzrə qəti cəza müddətinə hesablanaraq Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 24 fevral 2019-cu ildən, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli isə xx.xx.2019-cu ildən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırda ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkdiklərini nəzərə alaraq, hesab edir ki, onlar hazırki hökmlə təyin olunmuş qəti cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxsləri bağışlamadığını, ona dəymiş ziyanın ödənilmədiyini və onlara ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Hüseynov X4 rayonunun Şovut kəndində qeydiyyatda olmaqla orada yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Cümşüdov X8 rayonunun Pirəhmədli kəndində qeydiyyatda olmaqla, rayonunun Birinci Zobucuq qəsəbəsi, ev 17-də yaşamış və yaşayış yeri üzrə mənfi xarakterizə olunmuşdur. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Füzuli rayon polis şöbəsində saxlanılan bir ədəd qatlanmayan mətbəx bıçağı, bir ədəd masqa və üzərində qan ləkləri olan bir ədəd zərf hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan “hadisə yerinə baxışı keçirilməsi”ni, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində verdikləri ifadələri, eləcə də onların idadələrinin yerində yoxlanmasını özündə əks etdirən 4 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 67 (altmış yeddi) manat 20 qəpik hər birindən 33 (otuz üç) manat 60 qəpik olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 132, 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə Təqsirləndirilən şəxs1una təyin olunan cəza ilə ona Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 19 (on doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanaraq onun üzərində qəti olaraq 20 (iyirmi) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 10 dekabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 19 (on doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsi hazırkı hökm üzrə qəti cəza müddətinə hesablanaraq onun cəzaçəkmə müddətinin əvvəli 24 fevral 2019-cu ildən hesablasın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə Təqsirləndirilən şəxs2una təyin olunan cəza ilə ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanaraq onun üzərində qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 23 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsi hazırkı hökm üzrə qəti cəza müddətinə hesablanaraq onun cəzaçəkmə müddətinin əvvəli 16 may 2019-cu ildən hesablasın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli rayon polis şöbəsində saxlanılan bir ədəd qatlanmayan mətbəx bıçağı, bir ədəd masqa və üzərində qan ləkləri olan bir ədəd zərf hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan “hadisə yerinə baxışı keçirilməsi”, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində verdikləri ifadələri, eləcə də onların idadələrinin yerində yoxlanmasını özündə əks etdirən 4 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 67 (altmış yeddi) manat 20 qəpik hər birindən 33 (otuz üç) manat 60 qəpik olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Cəlil Nəbiyev
2. Cavid Səfərli
3. Müşfiq Məmmədov