Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-127/2024 11.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X12, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 avqust 2014-cü il tarixli, 1(101)-732/2014 nömrəli ilə hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 3 fevral 2016-cı il tarixli, 1(003)-66/2016 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) ay müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bu hökmlə təyin edilmiş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 avqust 2014cü il tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş hissəsi 5 (beş) il, 16 (on altı) gün azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında birləşdirilməklə qəti olaraq 5 (beş) il, 2 (iki) ay, 16 (on altı) gün müddətə azadlıqdan məhrum cəzasına məhkum edilmiş, 19 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 01 may 2023-cü il tarixdə Azərbaycan Respublikası İzibati Xətalar Məcəlləsinin 570-ci maddəsinə əsasən dövlət sərhəddini pozmağa cəhd etdiyi üçün inzibati qaydada tudulmuş, 02 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 4(009)-309/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa Sabir adlı İran İslam Respublikasının vətəndaşı kimi məlum olan şəxslə sonuncunun istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlayıb şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan şəxslərə istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Füzuli rayonunun Mahmudlu kəndində, magistral yolun kənarında olan qəbirstanlığın girişinə daşıtdırıb gizlədilməsini təmin etdiyi iki ədəd bağlamanın içərisində olan külli miqdarda-30235 qram narkotik vasitə qurudulmuş marixuananın satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 30 aprel 2023-cü il tarixdə, saat 23 radələrində 300-400 manat pul müqabilində narkotik vasitəni gizlədildiyi yerdən götürüb, sonradan deyiləcəyi yerə qoymasına dair təklifi qəbul edib 1 may 2023-cü il tarixdə, saat 01 radələrində Bakı şəhərindən Füzuli rayonunun Mahmudlu kəndində gedərək magistral yolun kənarında olan qəbirstanlığın girişində gizlədilmiş içərisində narkotik vasitə qurudulmuş marixuana olan iki ədəd bağlamanı saat 5 radələrində satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb, daşıyarkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılmış, onun əlində olan iki ədəd bağlamadan külli miqdarda- 30235 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə özünü qismən təqsirli bilərək demişdir ki, evdə oturan zaman təxminən saat 10-11 arası olardı, ona zəng gəlmiş, telefonu götürmüş, zəng edən şəxs onu tanıdığını və nömrəsini tapdığını demişdir. Zəng edən şəxsin adını bir neçə dəfə soruşsa da, həmin şəxs adımı nə edirsən demiş, sonra isə adının Samir olduğunu bildirmişdir. Samir adlı şəxsə onu tanımadığını demiş və onu hardan tanıdığını soruşmuş, həmin şəxs bir az uzun söhbətdi, sonra söhbət edərik demişdir. Samir adlı şəxs, “300 qram nəşə var onu götürə bilərsən” demiş, o, isə Samirə məhkumluğdan təzə çıxdığını demiş, Samir ona hörmət edecəyini bildirmişdir. Samirə maşını da olmadığını demiş, Samir isə maşın tapmağını, benzin pulu da verəcəyini demişdir. O, məhəllə uşağına kəndə heyvan almağa getdiyini demiş, narkotik vasitə götürmək üçün getdiyini deməyə utanmışdır. Məhəllə uşağını da aldadaraq özü ilə aparmışdır. Samirin dediyi yerə getmişlər, həmin yer qəbirstanlığın içərisi olmuş, həmin yeri özü də bilməmiş və ora çatanda çaşbaş qalmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı ünvanda doğulmuşdur. Avtomobili idarə edən qonşusudur, kəndə təzə köçmüşdür. Ona zəng gələndə həmin qonşusu yanında olduğu üçün, həmin qonşusuna onunla getməyi demişdir. 300 qram nəşəni götürüb deyilən yerə qoyacaqdı, həmin şəxs isə ona 300-400 manat pul verəcəkdi. 300 qram “nəşəyə” görə həmin yerə getmişdir, ancaq oradan 30 kilo narkotik vasitə marixuana çıxmışdır. Narkotik vasitəni götürmək üçün Füzuli rayonu, Mahmudlu kəndinə getmişlər, həmin yerin konumun Samir ona “whatsapp”da atmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə marixuananı Füzuli rayonundan götürmüşdür. Onun nə “whatsapp” olan telefonu, nə də avtomobili olmayıb, narkotik vasitəni götürmək üçün həmkəndlisi Şahid1la Füzuli rayonuna yol yoldaşı kimi getmişdir. Şahid1 mobil telefonuna zəng gəlmiş, Şahid1 Füzuli rayonuna getməli olmuş o, da Şahid1 “gecə yarısı tək getmə, mən də səninlə gedirəm” demişdir. Şahid1 ona, nəşə var onu götürmək üçün getdiyini demiş, o, yenə də ona “tək getmə, mən də səninlə gedirəm” demişdir. Narkotik vasitə marixuananı götürə bilməmişlər, mənzil başına çatmamışlar. Avtomobildən düşən kimi onları saxlamışlar. İran İslam Respublikası vətəndaşı Samir adlı şəxsi tanımamışdır. Narkotik vasitəyə görə 2014cü ildə həbs olunmuşdur. Həbsdən çıxdıqdan sonra narkotik vasitə marixuanadan istifadə etmişdir. 2023-cü ilin may ayının 1-də gecə saat 4-5 radələrində Füzuli rayonunda saxlanılmışlar. Şahid1 əslən Naxçıvan şəhərindəndir, ancaq Kürdəxanıda yaşayır. Şahid1 bu iş üzrə həbs olunmuş, daha sonra isə həbsdən azad olunmuşdur. Füzuli rayonuna getməyi Şahid1 ona təklif etmişdir. Şahid1 ona, 1 ay sonra onu həbsdən çıxartdıracağını demişdir. Bu iş üzrə Şahid1 2 aya yaxın həbsdə olmuşdur. Şahid1 ona Füzuli rayonunda 300 qram nəşə olduğunu, onu götürmək üçün getdiyini demiş, o da Eminə “rayon yeridir, axşam saat 11-12-dir tək getmə birlikdə gedək” demiş, Emin də ona birlikdə gedək demişdir. Hər şeyi öz boynuna götürdüyü üçün Emini buraxmışlar. Emin tutulanda ona hər şeyi təkcə boynuna almağını təklif etmiş, bundan sonra Emin X10nin yanında da hər şeyi təkcə boynuna götürməyi ona təklif etmişdir. Müstəntiq Emil ona hər şeyi üstünə götürməsini deməmişdir. Emin vəkilinin yanında ona yenə hər şeyi boynuna götürməyi demiş, vəkili də ona “səni həbsdən çıxaracağıq” demişdir. Buna görə də ifadəsində tək olduğunu, Eminin olmadığını demişdir. Yazışmalar Şahid1 gəlmiş, onun “Whatsapp”lı telefonu olmamışdır. Emin telefonlarına cavab vermədiyi üçün Eminin ona köməklik etməyəcəyini bilmişdir. Samir adlı iranlını tanımamışdır. Narkotiklə bağlı heç kimlə əlaqə saxlamamışdır. Emini 2022-ci ildən tanımışdır, Kürdəxanıda qonşusudur. Narkotik vasitənin foto şəkili və narkotik vasitənin yeri Eminə konumla göndərilmişdir. Emin telefona baxa-baxa getmişdir. Eminin mobil nömrəsi ***-***-**-**-dir. Eminə Bakı İstintaq Təcridxanasından zəng vurmuş, ancaq Emin telefonlarına cavab verməmişdir. Məhkəmədə belə ifadə verəcəyini Eminə deməmişdir. Keçən məhkəmə iclasına qədər Eminlə bir dəfə danışmış, Eminə ona müəyyən şeyləri alıb göndərməsini demiş, ancaq Emin ona heç nə alıb göndərməmişdir. Emin onun oğluna da “atanı çıxaracam, hər şey yaxşı olacaq” demişdir. Mobil nömrəsi ***-***-**-**-dir. Onun mobil telefonu 18 manatlıq “Katel” markalı telefon olmuşdur. “İphone” markalı mobil telefon Eminə məxsus olmuşdur. Eminlə telefonla danışmağa ehtiyac olmayıb, çox vaxt məhəllədə olmuşlar. Eminlə mobil telefonla mesajlaşması olmuşdur. Tutulandan sonra istintaq zamanı Eminin narkotik vasitə marixuana götürməkdən xəbəri olmadığını demişdir. İstintaq zamanı müstəntiqə 300 qram nəşəyə görə gəldiyini demişdir. Emin özünə məxsus olan “Kia Cadenza” markalı, 90-990 qeydiyyat nişanlı avtomobili ilə onu Füzuli rayonuna aparmışdır. İzahatındakı imza özünə məxsusdur, ibtidai istintaq vaxtı təhqiqatçının imzalatdırdığı sənədlərə müstəntiq onu imzalatmamışdır. Şahid3 Füzuli rayonunda qəbirstanlıqda demişdir ki, “4 gündür narkotik vasitəni gecələr gətirib qoyur bura, səhər də aparır, 4 gündür avara olmuş, bir nəfər gəlib götürməmişdir”. Narkotik vasitəni götürmək üçün özü avtomobildən düşmüşdür. Şahid1 avtomobildə oturub telefonda olan yazışmaları sildiyini bildirmişdir. Şahid1 yaşda ondan balacadır, Şahid1 maddi imkanı ondan yaxşıdır. Narkotik vasitəni götürəndən sonra Şahid1 ona 300-400 manat pul verəcəkdir. Təcridxanada onlar üçün şərait yaratmışlar, orada Şahid1 ona demişdir ki, “mən sənə baxaram, səni burdan çıxaracağam”. Şahid1 tələbə uşaqları olduğunu, birinin 900 manat, digərinin isə 2000 manat ödənişi olduğunu demişdir. Şahid1 narahat olmamağını ödənişləri ödəyəcəyini demişdir. Şahid1 həbsdən çıxandan sonra heç birini ödəməmişdir. Tutulandan sonra Şahid1la aralarında bu söhbət olmuşdur. Şahid1la üzləşməsi olmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid1 narkotik vasitədən xəbəri olmuşdur. Narkotik vasitə ilə bağlı danışıqları Şahid1 aparmışdır. Şahid1 danışıqları özünə məxsus mobil telefonu ilə aparmışdır. Narkotik vasitənin yeri Şahid1 konum vasitəsi ilə atılmış və narkotik vasitənin foto şəkili göndərilmişdir. Şahid1 konum atan şəxsin dostu Sabir olduğunu demişdir. Orada 300 qram narkotik vasitə marixuana olmalı idi. Şahid1 ona 250-300 manat pul verməli idi. Şahid1 onunla getməyinə görə ona pul verəcəkdi. Avtomobili Şahid1 özü idarə etmişdir. Narkotik vasitəni götürməyə özü düşmüşdür. Saxlanılan zaman birinci o saxlanılmış, daha sonra Şahid1 yaxınlaşmışlar. Saxlanılan zaman Şahid1 avtomobili sürüb oradan uzaqlaşmamışdır. Şahid1 “sənə köməklik edəcəyəm” demişdir. Şahid1 uşaqlarının universitetdə oxuduqlarını demiş, Şahid1 da uşaqlarının illik təhsil pullarını verəcəyini demişdir. Şahid1 külli miqadarda pul verdiyini, onu da həbsdən çıxaracağını demişdir. Şahid1 prokurorluqda pul verdiyini demiş, orada kimə pul verdiyini deməmişdir. X3muş, müstəntiq özü Şahid1 telefonunun kodunu açıb baxmış, telefonda ayrı-ayrı yazışmalar da olmuş, həmin yazışmaları da Şahid1 göstərmişdir. Müstəntiq telefona baxan zaman onlar otaqda bir stol araxasında üz-üzə oturmuşdular. Şahid1 vəkili bir xanım olmuş, daha sonra cavan oğlan gəlmiş təcridxanaya, onunla da görüşmüşdür. Şahid1 vəkili ona hər şey yaxşı olacağını, hansı müəssisəyə getsə onun üçün şərait yaradacaqlarını demişdir. Narkotiki öz üzərinə götürdüyü üçün ona köməklik edəcəkdilər. Şahid1 vəkili təcridxanada onunla görüşüb, vəkil cavan oğlan olmuş, ancaq vəkilin adını xatırlamamışdır. Şahid1 vəkili müstəntiqlə bir yerdə təcridxanaya gəlmişdir. Vəkil onunla görüşəndə köməkliklə bağlı heç bir şəxsin adı çəkilməmişdir. Həyətində toyuq saxlamağa belə yer yoxdur. Aşkarlanan narkotik vasitəni götürməyə Şahid1la bir yerdə getmişlər. Narkotik vasitə dalınca Şahid1 getmiş, o da Şahid1la birlikdə getmişdir. Narkotik vasitə ilə bağlı danışıqları Şahid1 aparmışdır. Narkotik vasitəni təşkil edən adamla Şahid1 danışmışdır. Narkotik vasitə 300 qram marixuana olmalı idi. Şahid1 kömək üçün getmiş, Şahid1 tək getməyə qoymamışdır. Şahid1 ona 150-300 manat pul verməli idi. İşi özü boynuna çəkmiş, buna görə də onu həbs etmişlər. Narkotik vasitəni ona görə boynuna götürmüşdür ki, Şahid1 ona köməklik edəcəkdi. Şahid1 onun həbsdən buraxılmağı ilə bağlı ona köməklik edəcəkdi. Şahid1la mal-qara saxlmaqla bağlı söhbətləri olmamışdır. Narkotik vasitəni özü avtomobildən düşüb götürmüşdür. Narkotik vasitənin yerini Şahid1 telefonuna göndərmişdilər. Bundan əlavə Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Emin ona Füzuli rayonundan 300 qram narkotik vasitə götürməyi bildirmişdir. Emin narkotik vasitəni götürməyi müqabilində ona 50-100 manat pul verməli olmuşdur. Emin onlarda çay içən zaman onun mobil telefonuna sms gəlmiş, sonra Emin ona Füzuli rayonuna getdiyini və onunla birlikdə getməyini demişdir. Emin onun pula ehtiyacı olduğunu demişdir. Emin onlara gəlmiş, onların evində oturub söhbət etmişlər. Eminin yaşadığı evlə onların evinin arasında olan məsafə təxminən 4 dəqiqəlik yoldur. Onu saxlayan zaman əlində heç bir şey olmamışdır. Avtomobildən düşüb gedən zaman onu saxlamışlar. Avtomobildən 15 metr aralanmış onu saxlamışlar. 300 qram narkotik vasitəni 3-cü qəbrin yanından götürməli olmuş, həmin qəbrin kimin olduğunu bilməmişdir. Emin telefonuna gələn konumu ona göstərmişdir. Qəbrə çatmamış onu saxlamışlar. Ümumiyyətlə əvvəllər heç vaxt Füzuli rayonunda olmamışdır. 01 may 2023-cü il tarixdə saat 15:03-də 077-322-2463 saylı mobil nömrədən Eminin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Emin mənəm Rəşad hardasan, pulum Muratda, mən də ağırıda qalmışam. Hardadı bu Murad zəng də çatmır” məzmunlu sms gəlməsindən xəbəri olmamış, Rəşad məhlə uşağı olmuş, evinin rənglənməsi üçün Rəşaddan boya almış, lakin 30 manat borcu qalmışdır. Ola bilsin ki, Rəşad həmin pulu ondan istəmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tam təqsirli bilərək ifadələrində göstərmişdir ki, təxminən 2 ay əvvəl tanış olduğu Bakı şəhəri, Kürdəxanı qəsəbə sakini Şahid1la 30 aprel 2023-cü il tarixdə, saat 23 radələrində yaşadığı ünvan 1 ünvanında olarkən istifadəsində olan telefona əvvəllər tanımadığı nömrədən zəng gəlmiş, həmin şəxs onunla salamlaşmış, hal-əhval tutmuşdur. Həmin şəxsdən kim olduğunu soruşduqda həmin şəxs bildirmişdir ki, onu tanıyır, lakin o, həmin şəxsi tanımır. Həmin şəxsin adını soruşduqda sonuncu ona adını deməmiş, “Nə edirsən adımı? Sənin nömrəni bir yaxşı oğlandan almışam.” cavabını vermişdir. Həmin şəxsdən nə məqsədlə ona zəng etdiyini soruşmuş, sonuncu ona demişdir ki, onun əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşadığını bilir və bunun üçün adını demədiyi şəxsdən onun nömrəsini almışdır. Həmin vaxt Şahid1 onun yanında olmuş, o isə sonuncuya əvvəllər məhkum olunduğunu deməmiş, narkotik vasitələrə görə məhkum olunduğu üçün utanmış və bu məlumatı Şahid1la paylaşmamışdır. Bu səbəbdən həmin şəxslə danışa-danışa oturduğu yerdən qalxıb kənara çəkilmiş və başqa otağa keçmişdir. Buna görə də Şahid1 onun həmin şəxslə danışığını eşitməmişdir. Həmin şəxsdən bir daha kim olduğunu, adının nə olduğunu, onun nömrəsini haradan tapdığını soruşmuş, həmin şəxs adının Sabir olduğunu demişdir. Həmin şəxsdən hansı Sabir, haradan zəng etdiyini soruşmuş, həmin şəxs ona çox sual verməməsini və onun təklifinə qulaq asmasını istəmişdir. Təklifin nə olduğunu soruşmuş, Sabir Füzuli rayonunda əvvəlcədən gizlədilmiş yerdə narkotik vasitə olduğunu, narkotik vasitəni oradan götürməsini və sonradan deyəcəyi yerə qoymasını təklif etmiş, bunun müqabilində ona 300-400 manat pul verəcəyini demişdir. Sabirdən hansı növdə və nə qədər narkotik vasitə olacağını soruşmuş, Sabir ona 300 qram qurudulmuş marixuana olacağını demişdir. Əvvəllər narkotik vasitələrə görə məhkum olunduğu üçün düşünmüşdür ki, 300 qram narkotik vasitəyə görə onu elə bir ciddi cəza gözləmir. Həm də onun pula ehtiyacı olduğunda, Sabirin təklifi ilə razılaşmışdır. Sabirə avtomobilinin və həmin yerə getmək üçün maddi imkanının olmadığını demiş, Sabir isə ondan bu problemi özünün həll etməsini istəmişdir. Sabirə bir şey fikirləşib cavab verəcəyini demişdir. Onların bu telefon danışığı təxminən 10-15 dəqiqə çəkmiş və Sabirlə sağollaşdıqdan sonra Şahid1 yanına qayıtmışdır. Şahid1 ondan 15 dəqiqədir haraya getdiyini soruşmuş, o, Şahid1 yalandan demişdir ki, dostu Sabir ona zəng edib Füzuli rayonuna iribuynuzlu heyvanlar, yəni mal-qara almağa çağırır. Şahid1 onun əvvəllər malqara işi ilə məşğul olduğunu, lakin mal-qara almağa maddi vəsaitinin olmadığını bilmişdir. Buna görə də ondan mal-qaranı hansı pulla alacağını soruşmuşdur. Şahid1 mal-qaranı Sabirin öz pulu ilə alacağını, o, həmin mal-qaranı aparıb Bakı şəhərində satandan sonra sonuncunun pulunu qaytaracağını demişdir. Şahid1 onu mal-qara almaq üçün öz avtomobili ilə Füzuli rayonuna aparmasını xahiş etmişdir. Şahid1 nə vaxt getməli olduqlarını soruşmuş o, mümkündürsə elə indi getməli olduqlarını, səhər bazara çatmalarını, həmin gün qayıtmaq istədiyini demişdir. 1 may 2023-cü il tarixdə, saat 1 radələrində Şahid1la birlikdə sonuncunun qara rəngli, “Kia” markalı avtomobili ilə Bakı şəhərindən Füzuli rayonu istiqamətində yola çıxmışlar. Sabirin tapşırığına əsasən sonuncu ilə başqa nömrədən “WhatsApp” tətbiqindən istifadə etməklə əlaqə saxlamalı olmuşdur. Bu barədə də düşünmüşdür ki, Eminin telefonundan istifadə etsin. Onlar təxminən 2 saat yol qət etdikdən sonra təbii ehtiyacları üçün avtomobildən düşmüş, bu vaxt Sabirlə danışdığı mobil telefon nömrəsinin izlənildiyini və tutula biləcəyini düşünmüş, telefonu sadə və ucuz olduğu üçün telefonunu və sim-kartı avtomobildən düşdüyü yerdə Eminin görmədiyi şəraitdə yol kənarına uzağa atmışdır. Həmin vaxt Eminin avtomobili harada saxladığını xatırlamır, həmin yer hər hansı kafe və ya ictimai iaşə obyekti olmamış, çöllük bir yer olmuş və yaxınlığında heç nə olmamışdır. bir qədər getdikdən sonra özünü elə aparmışdır ki, guya telefonunu itirmiş, Emin nə baş verdiyini soruşduqda telefonunu itirdiyini demişdir. Emin avtomobili saxlamış və onlar telefonu axtarmışlar. Təxminən 10 dəqiqə sonra Eminə telefonunu yəqin təbii ehtiyacları üçün düşəndə itirdiyini demişdir. Bundan sonra onlar yollarına davam etmiş və Eminin telefonundan istifadə etməklə Sabirlə əlaqə saxlamış, Sabir Eminin telefonuna “konum” göndərmiş, onlar həmin “konum” üzrə gedib Füzuli rayonunun Mahmudlu kəndində yerləşən qəbirstanlığa çatmışlar. Sabir içərisində narkotik vasitə, yəni qurudulmuş marixuana olan bağlamanın qəbirstanlığa girişdən 3-cü məzar daşının yanında olduğunu ona demişdir. Qəbirstanlığın yanında dayananda Eminə Sabirin gəlib onları qarşılayacağını və evinə aparacağını demişdir. Bundan sonra o, Eminin telefonunda olan Sabirlə yazışmalarını və sonuncunun nömrəsini telefondan silmiş, telefonu Eminə qaytarmış, Emin telefonu ilə oynamağa başlamışdır. Eminə təbii ehtiyacı üçün düşüb qayıdacağını demiş, avtomobildən düşüb qəbirstanlığa daxil olmuş, 3-cü məzar daşının yanına yaxınlaşmış və orada 2 ədəd qara rəngli bağlama görmüşdür. Lakin həmin bağlamalar çox böyük olmuşdur. Nə edəcəyini bilməmiş, telefonu olmadığından Sabirlə əlaqə saxlaya bilməmiş, ani qərar qəbul etməli olmuş, düşünmüşdür ki, 300 qram narkotik vasitəyə görə Sabir ona 300-400 manat pul təklif edibsə, bu qədər narkotik vasitəyə görə daha çox pul verər. Lakin narkotik vasitəni Eminə necə deyəcəyini bilməmiş, fikirləşmişdir ki, bağlamalarla avtomobilə yaxınlaşanda Eminə hər şeyi açıb danışar, Emini də özünə şərik edər, Emin onun təklifi ilə razı olmasa Emini yola salar və bir yolunu tapıb onları Bakı şəhərinə aparar. Bağlamaları əlinə götürmüş, oradan uzaqlaşmaq istəyəndə iki nəfər şəxs onu saxlamış və onlardan biri onun qoluna qandal vurmuş, digəri isə Eminə tərəf qaçmışdır. Nə baş verdiyini soruşduqda onu saxlayan həmin şəxs özünü Dövlət Sərhəd Xidmətinin əməkdaşı kimi təqdim etmiş və yanındakı Dövlət Sərhəd Xidmətinin digər əməkdaşı ilə bayaqdan onu pusquda izlədiyini demişdir. Bundan sonra qolu qandallı şəkildə Emin də Dövlət Sərhəd Xidmətinin digər əməkdaşı tərəfindən saxlanılaraq həmin yerə gətirilmiş, sonuncu nə baş verdiyini soruşmuş, o, heç nə deməmişdir. Dövlət Sərhəd Xidmətinin əməkdaşları Eminə demişlər ki, "guya sən bilmirsən buraya nə üçün gəlmisən. Narkotik vasitə götürməyə". Emin çaş-baş qalmış və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına demişdir ki, onun heç bir narkotik vasitədən xəbəri yoxdur. O, da Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına Eminin bu işdən xəbərinin olmadığını demişdir. Bundan sonra həmin bağlamaların içərisinə baxılmış və orada narkotik vasitə qurudulmuş marixuananın olduğu məlum olmuşdur. Daha sonra əraziyə Dövlət Sərhəd Xidmətinin digər əməkdaşları gəlmişlər. Dövlət Sərhəd Xidmətinin əməkdaşları əvvəllər tanımadıqları iki nəfər şəxsi onlara hal şahidi kimi təqdim etmiş və hər bir şəxsin hüquq və vəzifələri izah edilmişdir. Hal şahidləri ilə onların münasibətlərinə aydınlıq gətirilmiş, onlar hal şahidlərini əvvəllər tanımamışlar. Hal şahidlərinin onlarla heç bir münasibəti, xüsusən düşmənçilik və ədavətləri olmamışdır. Hal şahidlərinin iştirakı ilə bağlamanın içərisinə baxış zamanı oradan narkotik vasitə, marixuana aşkar olunaraq götürülmüş, müvafiq qaydada qablaşdırılmış, möhürlə möhürlənmişdir. Onların üzərilərinə şəxsi axtarış keçirilmiş, ondan şəxsiyyət vəsiqəsi, Emindən isə mobil telefonu götürülmüşdür. Sonra onlar bağlamalarla birlikdə hərbi hissəyə aparılmış, baxışların keçirilməsi barədə protokol tərtib edilmiş, onlar və hal şahidləri, həmçinin baxışda iştirak edən digər şəxslər hər bir hərəkətin düzgün olduğuna əmin olduqdan sonra protokolu öz imzaları ilə təsdiq etmişlər. Onlar Sabirlə aralarında Azərbaycan dilində danışmış, ləhcəsində qəribə heç nə hiss etməmişdir. Sabir ona İran İslam Respublikası vətəndaşı olduğunu deməmiş və Sabirin danışığından iranlı olduğunu hiss etməmiş, narkotik vasitənin isə qaçaq yolla keçirilməsi barədə ümumiyyətlə ona heç nə deməmişdir. Sabirin istifadəsindəki nömrəni xatırlamır, nə də ki, həmin nömrəni heç yerə yazmamışdır. Həmin nömrə "xxxx" MMC-yə məxsus olmuşdur. Sabirlə əlaqə saxladığı nömrə adına rəsmiləşdirilməmiş, xatırlamadığı Kürdəxanı qəsəbə sakinlərinin birindən almışdır. Nömrəni o, çox nadir hallarda istifadə etmiş, ona görə də nömrəni xatırlamamışdır. Eminə həmin nömrəni verməmiş və həmin nömrədən Eminə zəng etməmişdir. Həmin nömrə "xxxx" MMC-yə məxsus olmuşdur. Sabirlə yazışmaları və onun nömrəsini Eminin telefonundan siləndən sonra bu ağlına gəlmişdir ki, Sabirlə necə əlaqə saxlayaq. Həmin vaxt heç özü də bu barədə nə edəcəyini bilməmiş, düşünmüşdür ki, bir yol tapar, ya da Sabir onu özü tapar. Hadisə yerinə baxış keçirilən zaman narkotik vasitəni götürmək üçün həmin yerə gəldiklərini Emin deməmiş, bu sözləri o demişdir. Emin həmin vaxt hadisənin şokundan ümumiyyətlə heç nə danışmamışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək törətdiyi cinayət əməlini etiraf etmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ziddiyyətli ifadələrdə narkotik vasitəni ümumiyyətlə götürməməsi, 300 qram narkotik vasitə üçün Füzuli rayonu, Mahmudlu kəndinə getməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 01 may 2023-cü il tarixdə əməliyyat rəisi mayor Fərzənd Allahverdiyev tərəfindən 6 gizir 3 zabit olmaqla müşavirə keçirmiş, ərazidə narkotik vasitələrin gizlədilməsi barədə məlumat aldığını bildirmiş və müxtəlif ərazidə pusqu xidməti təyin olunması barədə göstəriş vermişdir. Onlar da 19-cu sərhəd zastavasının 4-cü sahəsində saat 02:00-dan saat 06:30-a qədər pusqu xidmətinə təyin olunmuşlar. Gecə saat 05radələrində Horadiz istiqamətinə bir avtomobil gəlib dayanmış və avtomobildən bir nəfər düşüb 5 dəqiqə əraziyə baxıb sonra avtomobilə əyləşib getmişlər. Avtomobil getdikdən 10 dəqiqə sonra təkrar avtomobil gəlib qəbirstanlığın yanında dayanmış və bir nəfər avtomobildən düşürək köhnə qəbirstanlıq tərəfdə nəsə axtarmağa başlamışdır. Onlar dərhal yaxınlaşmışlar, həmin şəxsin əlində qara bağlama qəbir daşının arxasından çıxan zaman dayan çağrışı vermiş, dayan çağrışı verən kimi həmin şəxs əlində olan torbanı yerə tullamış və yerində dayanmışdır. Həmin şəxsi tutmuş, gizir Şahid2 avtomobilə tərəf qaçmışdır. Avtomobillə onların arasında olan məsafə təxminən 100 metr olmuşdur. Şahid2 avtomobildə olan şəxsi gətirmişdir. Dərhal verdikləri məlumat əsasında əməliyyatın rəisi gəlmiş və məlum olmuşdur ki, narkotik vasitənin dalınca gələnlər Təqsirləndirilən şəxs və Şahid1 olmuşdur. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, birinci Təqsirləndirilən şəxs saxlamışlar, daha sonra Şahid1 saxlamışlar. Ərazi elə bir ərazidir ki, avtomobilin saxlanıldığı yerdən, Muradın saxlanıldığı ərazi görsənmir. Gizir Şahid2 bildirmişdir ki, avtomobilə yaxınlaşıb, avtomobilin aynasın döyüb özünü təqdim etmiş, Şahid1 isə həmin vaxtı telefonla oynamışdır. Hər ikisi ilə bağlı videoçəkliş olmuşdur. Ərazidə heç bir yaşayış evi yoxdur. Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxslə taksi kimi əraziyə gəlmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə dalınca gəldiyini demiş, Şahid1 isə bu işdən xəbəri olmadğını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs Şahid1 bu işdən xəbəri olub-olmadığını soruşmamışlar, əməliyyatın rəisi soruşmuşdur. Murad Əlievdən nə qədər narkotik vasitə dalınca gəldiyini soruşmamış, onu soruşmaq səlahiyyətləri olmamışdır. İki torbada narkotik vasitə aşkarlanmış, torbaların içinə açılıb baxılmışdır. Mühafizəni təşkil etdikləri üçün, tutulan şəxsləri təhvil verdikdən sonra uzaqlaşmışlar. Narkotik vasitəni hara aparacaqlarını bilməmişdir. Aşkarlanan narkotik vasitə qara torbalarda olmuşdur. Hər iki torbanı Təqsirləndirilən şəxs əlinə götürmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitə dalınca gəldiyini videoçəkilişdə özü etiraf etmişdir. X22 videoçəkiliş edib, həmin videoçəkiliş var. Şahid1 heç bir məlumatı olmadığını, 100 manat məbləğində taksi kimi gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs özü Şahid1 onun narkotik vasitə götürməsindən xəbəri olmadığını bildirmişdir. Narkotik vasitələri təhqiqatçı qablaşdırıb, avtomobilə qoymuşdur. Narkotik vasitəni götürüb qaçmaq istəyərkən, dayan çağrışı verib həmin şəxsi olduğu yerdə saxlamış, əməliyat və təhiqat gələndən sonra saxlanılan şəxsi onlara təhvil vermiş və onlar narkotiki götürmüşlər. Təqsirləndirilən şəxs yalan ifadə verir, o, saxlanılan zaman torba onun əlində olmuşdur. Şahid1 indi harda olduğunu bilməmiş, bir dəfə Şahid1la Bakı İstintaq Təcridxanasında üzləşmələri keçirilmiş, ondan sonra məlumatı olmamışdır. Təqsirləndirilən şəxs yalan ifadə verir, onu saxladıqları vaxt, Füzuli rayonunda qəbirstanlıqda o, “4 gündür narkotik vasitəni gecələr gətirib qoyuram bura, səhər də aparıram, 4 gündür avara olmuşam, bir nəfər gəlib götürmür” kimi ifadələr işlətməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 01 may 2023-cü il tarixdə saat 02:00dan saat saat 06:30 radələrinədək əməliyyat məlumatı əsasında xüsusi xidmət təşkil edilmişdir. Xüsusi xidmət təşkil olunarkən 4-cü sərhəd komendantlığının 19-cu sərhəd zastavasının 4-5-ci sahələrinin arxa istiqamətində pusqu xidməti təşkil edərkən təqribən saat 05:30 radələrində bir şübhəli avtomobil diqqətlərini çəkmiş, həmin avtomobil üzü Horadiz istiqamətində dayanmış, bir nəfər avtomobildən aşağı düşüb ərazini müşahidə edib yenidən avtomobilə əyləşmiş, üzü Horadiz istiqamətinə hərəkət etmişdir. Avtomobil getdikdən 5 dəqiqə sonra həmin avtomobil yenidən Bakı istiqamətindən gəlib qəbirstanlığın yanında yolun kənarında avtomobili saxlamış, avtomobil dayanandan sonra bir nəfər şəxs avtomobildən düşərək qəbir daşları arasında nəsə axtarmağa başlamışdır. Həmin vaxt dərhal sərhəd zastavasının rəisinə məlumat vermişlər və həmin istiqamətə hərəkət etmişlər. Həmin istiqamətdə hərəkət edərkən bir nəfər şəxsin, yəni Təqsirləndirilən şəxs iki bağlamanı götürərkən dayan komandası vermişlər, dayan komandası verdikdən sonra Təqsirləndirilən şəxs əlində olan bağlamaları atmış və qaçmağa cəhd göstərərkən gizir Şahid3 onu saxlamışdır. O, isə avtomobil olan istiqamətə hərəkət etmişdir. Avtomobilə doğru gedərkən sürücü tərəfdə oturan şəxs mobil telefonla oynamış, yaxınlaşıb özünü təqdim etdikdən sonra avtomobildən düşməsini tələb etmiş, şəxs avtomobildən düşdükdən sonra onu Təqsirləndirilən şəxs saxlanıldığı yerə gətirmiş və hərbi hissənin əməliyyatçılarına məlumat vermişdir. Hərbi hissənin əməliyyatçıları gəldikdən sonra videoçəkiliş aparılmış, videoçəkiliş aparılarkən saxlanılan şəxslərin gözlərinin qabağında bağlamalar açılmış və Təqsirləndirilən şəxs narkotik vasitə dalınca gəldiyini bildirmişdir. Daha sonra saxlanılan şəxslər hərbi hissəyə aparılmış və hərbi hissənin özündə videoçəkilişlər aparılmışdır. Verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, avtomobil Kia markalı avtomobil olmuşdur Təqsirləndirilən şəxs özü narkotik vasitə olan bağlamaların arxasınca gəldiyini etiraf etmişdir. Digər şəxsin adın xatırlamamış, həmin şəxs isə xəbəri olmadığını demiş, Təqsirləndirilən şəxs mal-qoyun almağa gəldiyini bildirmişdir. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 1 aprel 2023-cü il tarixdə axşam Muradgildə evdə oturmuşlar, Murada zəng gəlmiş, Murad çölə çıxıb telefonla danışıb gəlmiş, Murad dostu Sabirin zəng etdiyini, Füzuli rayonuna mal-qara almağa getmək lazım olduğunu demişdir. Murad Sabirin tanışı olduğunu, əvvəl də Sabirlə iş gördüyünü bildirmişdir. Muradla bir ay əvvəl bu barədə söhbət etmişlər ki, mal-qara alıb saxlasınlar. Sonra Murad demişdir ki, “Füzuli rayonuna gedə bilərik”, o, da Muradla gedə biləcəyini demişdir. Muraddan mal-qara almağa pulu olub-olmamasını soruşmuş, Murad pulun olmadığını, ancaq əvvəllər Sabirlə iş gördüyünü, gedib mal-qara alıb gətirib, satıb sonra Sabirin pulunu qaytaracaqlarını demişdir. Daha sonra Murad ona bildirmişdir ki, indi çıxa bilərik, razılaşmışlar. Ancaq Murada tez qayıtmaqlarını bildirmişdir. Murad da onun təzə evləndiyini bilmişdir. 01 aprel 2023-cü il tarixdə gecə təxminən saat 1 radələrində özünə məxsus “Kia Cadenza” markalı avtomobili ilə yola çıxmışlar. Bakı şəhərinə nisbətən malqara rayonda daha ucuzdur. Yola çıxdıqdan sonra bir iki yerdə saxlayıb ayaq yoluna düşmüşlər. Murad tezdən orada olmalı olduqlarını demişdir. Muradın telefonu sadə telefon olmuş, markasın dəqiq bilməmiş, Murad arada onun telefonu ilə danışmışdır. Bir xeyli yol gedikdən sonra Murad telefonu itirdiyini demiş, maşını saxlayaraq içinə baxmalarını demiş, o, da maşını saxlayıb içinə baxmışlar, lakin telefonu tapa bilməmişlər. Murad dostunun konum atacağını, həmin yerə gedəcəklərini, dostunun gəlib onları qarşılayacağını demişdir. Konum atılmış, konum göstərdiyi yerdə, yəni Füzuli rayonu, Mahmudlu kəndində qəbirstanlığın yanında yolun kənarında avtomobili saxlamışdır. Murad çölə dəyibgələcəyini demişdir. Murad maşından düşmüş o, isə telefonda başını qatmış, 5 dəqiqə keçməmişdir ki, kimsə maşına yaxınlaşaraq ona maşından düşməyini demişdir. O, da elə bilmişdir ki, həmin şəxs Muradın dostudur. O, maşından düşən vaxt qolunu burub qandallamış, onu qəbirstanlığa aparmış, Muradın orada olduğunu görmüşdür. Murada nə məslədir demiş, ancaq Murad ona heç nə deməmişdir. Onu aparan guya bilmirsən bura niyə gəlmisən demişdir. Murad onun heç nədən xəbəri olmadığını demişdir. Daha sonra iki nəfər də onların yanına gəlmişdir. Sonra narkotik vasitə olan torbaları açıb baxmışlar və narkotik vasitələr olan iki ədəd torbanın ağzını bağlayıb onları aparmışlar. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Bakı İstintaq Təcridxanasında Muradla üzləşdirmə zamanı sənədlərə imza etmişdir. Əvvəllər mal-qara işi ilə məşğul olmamışdır. Murad əvəllər mal-qara işi ilə məşğul olmuşdur. Murad özü ona mal-qara alveri etdiyini demişdir. Murad Sabirin onun dostu olduğunu, bir iki dəfə Sabirlə iş gördüyünü demişdir. Murada “dostun sənə köməklik edirsə mən də sənə köməklik edərəm” demişdir. Muraddan pulunun olub-olmadığını soruşmuş, Murad gedib ordan mal-qara gətirib satıb, sonra pulunu göndərəcəkdir. Murad onun telefonu ilə həmin adamla danışmışdır. Mobil telefonuna həmin adam konum göndərmişdir. Tutulduqları yerə konumla getmişlər. Murad telefonla danışan zaman yer barədə danışmamışdır. Qəbirstanlığın yanına getdiklərini bilməmişdir. Füzuli rayonunda heç vaxt olmamışdır. Muradın iki oğlu və ata-anası vardır. Murad gecə ilə gedək tezdən orda olaq demişdir. Onları bir gün orda saxlamışlar, avtomobilə baxış keçirtmişlər, sonra isə onları Bakı şəhərinə gətirmişlər. Həqiqəti danışmışdır. İstintaq materiallarında sənədlərə özü imza etmişdir. Heç bir işgəncəyə və təzyiqə məruz qalmamışdır. Gecə saat 12-01 radələrində yola çıxımışlar. Yoldaşlığa görə Muradla getmişdir. Muradla bir yerdə narkotik vasitə istifadə etməmişdir. Muradla mal-qara saxlamaqla bağlı söhbətləri olmuş, Muradın həyətində heyvan saxlamaq üçün yer də olmuşdur. Onun həyətində toyuq saxlamağa belə yer yoxdur. Muradla Kürdəxanıda yaşadığı məhəllədə tanış olmuşdur. Muradla onu Bakı İstintaq Təcridxanasında üzləşdirmişlər. Günahsız olduğu üçün Muradla onu üzləşdirmişlər. Nakotik vasitə və psixotrop maddələrdən istifadə etməmişdir. Narkotik vasitələrin yanında foto şəkilini çəkmişlər, videoçəkilişin olub-olmadığını bilməmişdir. İş materilları ilə tanış olmamış, foto şəkilləri iş materiallarında görməmişdir. Tutulan vaxt, onunla Muradı aparan zaman günahsızlığının ortaya çıxmasını gözləmişdir. Təhqiqatçının məhkəmədə niyə belə ifadə verdiyini bilməmişdir. “İphone” markalı mobil telefon onun olmuşdur. Tutulan vaxt mobil telefonunu almışlar və telefona baxmışlar. Telefona baxıb ondan heç nə soruşmamışlar. Telefonun parolun özü açmış, şifrəni onlara da demişdir. Telefonun şifrəsi 085-dir. Sonrakı dövürdə telefon açılmamışdır. Telefonu sonra ona qaytarmışlar, o da telefonu düzəltdirib satmışdır. Sonradan telefonun kodunu yığmış, ancaq telefon açılmamışdır. Təcridxanada müstəntiq və vəkillərin iştirakı ilə Muradla üzləşdirilmişdir. Muradla eyni otaqda üzbə-üz oturmuşlar və sənədlər tərtib olunmuşdur. Üzləşmə zamanı Muradin vəkili də iştirak etmişdir. Mobil nömrəsi ***-***-**-**-dir. Bundan əlavə Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, 01 may 2023-cü il tarixdə saat 15:03-də 077-322-2463 saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Emin mənəm Rəşad hardasan, pulum Muradda, mən də ağrıda qalmışam. Hardadı bu Murad zəng də çatmır” məzmunlu sms yazılmasından xəbəri olmamışdır. Rəşadı tanımış, Rəşad da onlarla birlikdə eyni məhlədə yaşamışdır. Rəşad hazırda cəza çəkir. Dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, tarixi dəqiq xatırlamamış, ancaq hərbi hissədən məlumat vermişlər ki, narkotik vasitəyə görə Füzuli rayonu, Mahmudlu kəndinə yaxınlaşacaqlar, gecə ilə gedib baxış keçirtmişlər. Həmin vaxtı iki nəfər saxlanılmışdır. İki nəfər saxlanılan şəxslərdən biri markasını xatırlamadığı qara rəngli avtomobildə oturmuş, digər saxlanılan şəxs avtomobildən kənarda əlində narkotik olan bağlama ilə saxlanılmışdır. Daha sonra hərbi hissədə narkotik vasitələrə baxış keçirilmiş, orada iki bağlama olmuşdur. Bağlamalardan biri bərbad vəziyyətdə olduğu üçün ağ rəngdə torbaya qoyulmuşdur. Bağlamalar qablaşdırılaraq üzəriləri möhürlənmiş və imzalanmışdır. Verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, narkotik vasitələr qablaşdırılan zaman imza etmişdir. İki nəfər saxlanılmış, həmin vaxtı saxlanılan şəxslər danışmamışlar. Saxlanılan şəxslər tutulandan sonra onlar hadisə yerinə çatmışlar. Hadisə yerinə gedən zaman iki nəfər saxlanılmışdır. Hadisə yerində foto şəkil çəkmişlər. İbtidai istintaq zaman verdiyi ifadəsini təsdiq etmiş, həmin ifadədəki imza özünə məxsusdur. Dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, ayı, günü xatırlamamış, ancaq narkotik vasitə əldə edən şəxslərin saxlanılması ilə bağlı onu hal şahidi kimi dəvət etmişlər. Hadisə yerinə gedəndən sonra iki nəfərin saxlanıldığını görmüşdür. Hadisə yerində həmçinin iki ədəd bağlama olmuş, bağlamaları açıb içinə baxmışlar. Verilən suallara cavab olaraq şahid Taleh Alsanov bildirmişdir ki, saxlanılan şəxslərdən birindən telefon götürdüklərini görmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, həmin ifadədəki imza özünə məxsusdur. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, 2023-cü ilin may ayında Füzuli rayonu, Mahmudlu kəndinin qəbirstanlığın yanında əməliyyatçılar tərəfindən avtomobil və iki nəfər saxlanılmışdır. Şəxslərin saxlanılan yerdə özləri ilə danışmış, hər ikisinə narkotik vasitənin kimə məxsus olması barədə sual vermiş, hər ikisi narkotik vasitənin özlərinə məxsus olduğunu demişdir. Səhv etmirsə videoçəkiliş aparılmışdır. Saxlanılan şəxslər Təqsirləndirilən şəxs və Şahid1 hər ikisi bildirmişlər ki, narkotik vasitə dalınca gəlmişlər, ancaq bu qədər narkotik vasitə gözləməmişlər. Verilmiş suallara cavab olaraq şahid Fuad Primov bildirmişdir ki, cinayət işinin materiallarında olan imzalar özünə məxsusdur. Şəxsi axtarış zamanı foto şəkillər çəkilmişdir. Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokolda qeyd olunanları özü yazmışdır. Protokolda qeyd olunanları özü təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs izahatında qeyd olunan narkotik və 300-400 manatla bağlı yazılanları özü yazmış, ancaq mal-qara söhbəti yadına düşməmişdir. Saxlanılan avtomobil Kia markalı avtomobil olmuşdur. İzahatı özü yazmış, lakin bəzi yazılar yadına düşməmişdir. İzhat alınan zaman mal-qara söhbəti olmamışdır. Ayaq yoluna düşmək söhbəti də olmuşdur. Hər ikisi narkotik vasitə dalınca gəldiklərini bildirmişlər. İki nəfərdən biri yol boyu “whatsapp”da danışmışdır. Füzuli rayonu, Mahmudlu kəndi ərazisində mal bazarı olmamışdır. Foto şəkilləri əməliyatçılar çəkmişlər, yəqin ki, foto şəkillər onlar da vardır. X4 Xidmətinin N nömrəli hərbi hissənin əməliyyatçıları olmuşlar. İlkin araşdırmada izahatı, onlara nə formada deyirlərsə o formada da qeyd edirlər. Malqara söhbəti yadına düşmüş, ancaq həmin ərazidə mal bazarı olmamışdır. İşin müstəntiqi kimin olduğunu dəqiq bilməmiş ya Rövşən ya da Emil olmuşdur. Müstəntiq onu sonradan idarəyə çağırıb hər hansı bir sənədə imza etdirməmişdir. Ondan imza nümunəsi götürməsinə etiraz etməmişdir. Ola bilməz kimsə onun imzasını və yazdığı sənədi dəyişdirsin. Mobil telefona baxış keçirmişlər. Telefonun “İphone” markalı telefon olmasını xatırlamamışdır. Mobil telefonda iranlı ilə yazışmalar olmuşdur. O, hadisə yerinə gələnə qədər əməliyyatçılar telefonu açmışdılar. Təhqiqatçı kimi birinci işi olduğundan təcrübəsizlik edərək gördüyü smsləri qeyd etməmişdir. Telefonda konum olmuşdur. Bundan əlavə şahid Fuad Primov verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə qablaşdırılan zaman Təqsirləndirilən şəxs və Şahid1 iştirak etmişlər. Narkotik vasitə qablaşdırılan zaman Təqsirləndirilən şəxs və Şahid1 imza edibetməmələrini xatırlamamışdır. Narkotik vasitə olan bağlama əvvəl saxlanılan şəxsin yanında açılır, saxlanılan şəxsə təqdim olunur. Heç bir işdə maddi sübutun üzərinə saxlanılan şəxsə imza çəkdirməmişlər. Tez-tələsik imza etdiyinə görə imzaları fərqlənmişdir. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş X7 ifadəsində demişdir ki, 01 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və Şahid1 barələrində cinayət işi başlanılmış və istintaq hərərkətləri aparılmışdır. İlkin materillarla tanış olarkən hər ikisi narkotik vasitələrin onlara məxsus olması barədə izahat vermişlər. İstintaq dövründə ifadə verərək bildirmişlər ki, narkotik vasitənin Şahid1 aidiyyəti yoxdur, narkotik vasitə Təqsirləndirilən şəxsdir. Təqsirləndirilən şəxs Şahid1 aldadaraq onu mal-qara almaq adı ilə Füzuli rayonuna aparmış və yalnız saxlanıldıqdan sonra Şahid1 məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Füzuli rayonuna narkotik vasitə dalınca getmişdir. İstintaq Təcridxanasında ümumiyyətlə istintaq dövründə narkoloji rəylərin elan olunması, ibtidai istintaqın bitməsi ilə bağlı məlumatın verilməsi və cinayət işinin materialları ilə tanış olma istintaq hərəkətləri keçirilmiş, onların birlikdə hardasa görüşməsi və onların “bu formada ifadə verək” demələri ilə bağlı məlumatı olmamışdır. İş materiallarında olan imzalar Təqsirləndirilən şəxs, Şahid1 və onların müdafiəçiləri tərəfindən həyata keçirilib və burada heç bir saxtalaşdırmadan söhbət gedə bilməz. Verilmiş suallara cavab olaraq şahid Emil İsmayılzadə bildirmişdir ki, X18 Əsgərovun müdafiəçisi olub onunla görüşə gedə bilərdi. Müdafiəçi Nurəddin Sadıqovu həmin vaxt Şahid1 təqdim etmək üçün apara bilər, Təqsirləndirilən şəxs isə istintaq hərəkəti keçirilməsi üçün yox sadəcə olaraq söhbət etmək üçün də istintaq otağına çağıra bilərdi. X16 Əsgərova təqdim etmiş, həmin vaxtı Təqsirləndirilən şəxslə bağlı heç bir istintaq hərəkəti keçirilməmiş və onların arasında heç bir əlaqənin yaranmasına şərait yaratmamışdır. Müdafiəçi Nurəddin Sadıqovun təqdim olunması tarixini xatırlamamışdır. Ola bilər başqa iş üzrə də Bakı İstintaq Tərcridxanasına getmişdir. İş materillarında imzalar saxtalaşdırla bilməz, iş materilları otağında seyfdə olmuş, saxta imzaların necə çəkilməsini bilməmişdir. X11 Təqsirləndirilən şəxs aldığı izahatı xatırlamamışdır. Narkotik vasitənin foto və videoçəkilişin ona verməmişlər. İlkin sənədləşmənin aparılması nümunələrin üzərində işlənilir, ola bilər hadisə yerinə baxış protokolunda yazılanlar texniki səhv kimi qalmış, o da həmin yazılara diqqət etməmişdir. İş materillarında olan imzalar tərəfindən saxtalaşdırılmamış və ekspertin niyə belə rəy verdiyini bilməmişdir. Belə bir hal ola bilər ki, Şahid1la Murad X1 yanına çağırsın, ancaq heç bir istintaq hərəkəti aparılmasın. “İphone” marakalı telefon Şahid1 aşkarlanmış, Təqsirləndirilən şəxs ifadə verərkən, səhf etmirsə ifadəsində “biz yolda olarkən dayandıq, məndə həmin vaxt sadə telefon olub, izlənilib saxlanılmağımızdan qorxub telefonu atdım” demişdir. “İphone” marakalı telefonu açıb baxmışdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və istintaq qrupunun yaradılması haqqında” 02 may 2023cü il tarixli qərardan görünür ki, Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Elçin Abuzərli tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin komandiri, polkovnik Samir Salamovun 1 may 2023-cü il tarixli, 3-38-16/2-1425/2023 nömrəli məktubu ilə daxil olmuş Təqsirləndirilən şəxs və Şahid1 şəxsiyyəti istintaqa “Sabir” adlı İran İslam Respublikasının vətəndaşı kimi məlum olan şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmələri, şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin istintaqa məlum olmayan vaxtda və yerdən külli miqdarda narkotik vasitəni qanunsuz olaraq qaçaqmalçılıq yolu ilə dövlət sərhədindən keçirmələri, Təqsirləndirilən şəxs və Şahid1 qeyd olunan narkotik vasitəni 1 may 2023-cü il tarixdə, saat 5 radələrində satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb, daşıyarkən saxlanılmalarını təsdiq edən kifayət qədər dəlillərin mövcudluğu barədə daxil olmuş materiallarında əsasında Təqsirləndirilən şəxs və Şahid1 barələrində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, şəxsiyyəti istintaqa “Sabir” adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyrilərinin barələrində həmin Məcəllənin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış, iş üzrə ibtidai istintaqın aparılması üçün Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin istintaq şöbəsinin müstəntiqləri-ədliyyə mayoru X7, ədliyyə kapitanı X8 və ədliyyə baş leytenantı X9 ibarət istintaq qrupu yaradılmış, cinayət işi üzrə istintaqın aparılması Emil İsmayılzadənin icraatına verilməklə istintaq qrupuna rəhbərlik ona tapşırılmışdır.(cild 1, i.v.1-90) -“cinayət işinin icraata qəbul edilməsi haqqında” 02 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 barələrində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, şəxsiyyəti istintaqa “Sabir” adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyrilərinin barələrində həmin Məcəllənin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilərək, istintaq qrupunun üzvü Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin istintaq şöbəsinin müstəntiqləri-ədliyyə mayoru X7, ədliyyə kapitanı X8 və ədliyyə baş leytenantı X14 ilə birlikdə dərhal həmin cinayət işinin ibtidai istintaqına başlanılmışdır.(cild 1, i.v.3) -Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N №-li hərbi hissəsinin komandiri, polkovnik Samir Salamov tərəfindən Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis polkovnik-leytenantı Elçin Abuzərliyə ünvanlanmış məktubdan görünür ki, 01 may 2023-cü il tarixdə N nömrəli hərbi hissəsinin 4-cü sərhəd komendantlığının 19-cu sərhəd zastavasının 4-cü sahəsinin arxa istiqamətində Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs və Şahid1 ərazidə şübhəli şəxs qismində saxlanılmışdılar. Təqsirləndirilən şəxs və Şahid1 izahatları alınaraq toplanmış materiallar və şəxsi axtarış zamanı onlara məxsus aşkar olunmuş 2 (iki) ədəd qara rəngli salafana bükülmüş ümumi çəkisi 31500 (otuz bir min beş yüz) qram narkotik vasitə olan marixuanaya bənzər maddə hüquqi qiymət verilməsi üçün göndərilmişdir.(cild 1, i.v.7) -“əməliyyat tədbirlərinin keçirilməsi barədə” 30 aprel 2023-cü il tarixli qərardan görünür ki, 30 aprel 2023-cü il tarixdə Füzuli rayonu, Mahmudlu kəndi yaxınlığında qəbristanlıq əraziyə külli miqdarda narkotik vasitələrin keçirildiyi, həmçinin qeyd olunan ərazidə gizlədildiyi barədə əməliyyat məlumatı daxil olmuşdur, narkotik vasitələrin sifarişçilərinin saxlanılması məqsədilə 2-ci SD-nin əməkdaşlarından ibarət Füzuli rayonu, Mahmudlu kəndi yaxınlığında qəbristanlıq ərazisində “Pusqu” sərhəd naryadı xidməti təşkil olunmuşdur.(cild 1, i.v.8) -19-cu sərhəd zastavasının rəisi, baş leytenant Hüseyn Zeynallı tərəfindən N nömrəli hərbi hissənin kömandiri, polkovnik Samir Salamova ünvanlanmış 01 may 2023-cü il tarixli “raport” da göstərilmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında 01 may 2023-cü il tarixdə təxminən saat 05 radələrində Füzuli rayonu, Mahmudlu kəndinin girişində 19-cü sərhəd zastavasının 4-cü sahəsinin arxa istiqamətinə DS xəttindən 1300 metr, MÇ-dən 500 metr arxada, 53/3 nömrəli SN-dan 100 metr sağda “Pusqu” SN tərəfindən 2 nəfər saxlanılmışdır. Saxlanılan şəxslər Təqsirləndirilən şəxs və Şahid1 olmuşlar. Saxlanılan Təqsirləndirilən şəxs üzərindən 2 ədəd qara rəngli bağlama aşkar olunmuşdur. Həmin bağlamalara baxış keçirilərkən ümumi çəkisi 30 kq olan narkotik vasitə marixuana aşkar olunmuşdur. Həmçinin ərazidə Şahid1 məxsus “Kia Cadenza” markalı avtomobil saxlanılmışdır.(cild 1, i.v.9) -“inzibati qaydada tutma haqqında” 01 may 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 saat 06:30-da Azərbaycan Respublikası İzibati Xətalar Məcəlləsinin (bundan sonra- İzibati Xətalar Məcəlləsi) 570-ci maddəsinə əsasən dövlət sərhəddini pozmağa cəhd etdiyi üçün inzibati qaydada tutulmuşdur.(cild 1, i.v.13) -“inzibati qaydada tutma haqqında” 01 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 06:35-də İzibati Xətalar Məcəlləsinin 570-ci maddəsinə əsasən dövlət sərhəddini pozmağa cəhd etdiyi üçün inzibati qaydada tutulmuşdur.(cild 1, i.v.14) -“hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 01 may 2023-cü il tarixli protokoldan görünür ki, baxış aparılan yer Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 4-cü sərhəd komendantlığının 19cu sərhəd zastavasının 4-cü sahəsinin arxa hüdududur. Ərazi mürəkkəb relyefə malikdir, ərazi sıx qamışlıq və kol bitkiləri ilə əhatələnib. Hadisə yeri Füzuli rayonu Mahmudlu kənd qəbirstanlığında, 53/3 nömrəli sərhəd nişanından 100 metr sağda, dövlət sərhəd xəttindən 1300 metr aralıda, mühəndis çəpərindən 500 metr arxa ərazidə yerləşən sıx qamışlıq və kolluq ərazidir. Baxış zamanı Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs saxlanıldığı yeri əlləri ilə göstərmiş və bildirmişdir ki, həmin yerə içərisində narkotik vasitə olan bağlamaları əldə etmək üçün gəliblər. Baxış zamanı Təqsirləndirilən şəxs və Şahid1 saxlanıldığı yerin yaxınlığından 2 (iki) ədəd qara rəngli bağlama aşkar edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs və Şahid1 qeyd olunan bağlamaları götürdükdən sonra sərhədçilər tərəfindən saxlanıldığını, həmin bağlamaların içərisində narkotik vasitə olmalı olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid1 tərəfindən əldə edilmiş 2 ədəd qara rəngli bağlamalara baxış keçrilməsi üçün götürülmüşdür. Baxış zamanı çəkilmiş fotoşəkillər və video görüntülər protokola əlavə edilmişdir.(cild 1, i.v.17-19) -“narkotik vasitəyə baxış keçirilməsi haqqında” 01 may 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin 19-cu sərhəd zastavasında yerləşən xidməti otaqların birində təbii işıqlandırma şəraitində keçirilmişdir. Hadisə yerində Təqsirləndirilən şəxs və Şahid1 tərəfindən götürülmüş 2 (iki) ədəd qara rəngli bağlama açılaraq içərisinə baxış keçriiən zaman bağlamanın içərisində dördbucaq, kürə və slindir formada şəffaf yapışqan sellofanla sarınmış halda 7 (yeddi) ədəd bükümdə ümumi çəkisi 31 (otuz bir) kq, 500 (beş yüz) qram olan içərisində narkotik vasitəyə bənzər maddə qurudulmuş marixuana müəyyən edilmişdir.(cild 1, i.v.21-22) -“cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 02 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 08:15-də şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.60) -“cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 02 may 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 həmin tarixdə saat 08:30-da şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.72) -“məhkəmə-bioloji ekspertizası” nın 02 may 2023-cü il tarixli, 7/633 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş qara rəngli polietilen torbalarda ayrıayrılıqda təmiz çəkiləri - 3840,0 qram, 4590,0 qram, 4725,0 qram, 4205,0 qram, 4455,0 qram, 4795,0 qram, 3625,0 qram, ümumi çəkisi 30235 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.(cild 1, i.v.87-89) -“mobil telefona baxış keçirilməsi haqqında” 03 may 2023-cü il tarixli protokoldan görünür ki, 1 (bir) ədəd “İphone” markalı “İOS” sistemli mobil telefon işlək vəziyyətdədir. Mobil telefon bir simkartlıdır və "xxxx" mobil operatoruna aid ***-***-**-** saylı mobil nömrə quraşdırılmışdır. Keçirilmiş baxış zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir.(cild 1, i.v.94) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 03 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 4 (009)-309/2023 nömrəli qərarında görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu andan, yəni 01 may 2023-cü il tarixdən hesablanmışdır.(cild 1,i.v.98-99,139-142) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 03 may 2023-cü il tarixli qərardan görünür ki, Şahid1 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 4 (009)-310/2023 nömrəli qərarında görünür ki, Şahid1 barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu andan, yəni 01 may 2023-cü il tarixdən hesablanmışdır. (cild 1,i.v.111-112, 143- 146) -“maddi sübut kimi tanınma haqqında” 08 may 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Şahid1 saxlanılan zaman onlardan götürülmüş ekspertiza tətqiqatından sonra təmiz halda qalıq qalan çəkisi 30234,65 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və təhqiqat idarəsinin maddi sübutlar otağına təhvil verilmişdir.(cild 1,i.v.172-173) -“ibtidai istintaqın davam etdirilməsinin həvalə edilməsi haqqında” 3 may 2023-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və təhqiqat idarəsinə həvalə edilmişdir.(cild 1,i.v.176-177) -"xxxx" MMC-dən daxil olmuş Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan smslərdən görünür ki, 01 may 2023-cü il tarixdə saat 15:03-də 077- 322-2463 saylı mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Emin mənəm Rəşad hardasan, pulum Muratda, mən də ağrıda qalmışam. Hardadı bu Murad zəng də çatmır” məzmunlu sms gəlmişdir.(cild 1,i.v.242-243) -“ambulator məcburi-narkoloji tibbi yoxlama”nın 22 iyul 2023-cü il tarixli, 4662 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomanoya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild 2,i.v.1-2) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X19 daxil olmuş 08 avqust 2023-cü il tarixli, xx/xx-9220 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2010-28 oktyabr 2010-cu il tarixlərdə xəstəxanada könüllü surətdə stasionar müalicə olunmuşdur.(cild 2,i.v.17) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X19 daxil olmuş 08 avqust 2023-cü il tarixli, 10252 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır.(cild 2,i.v.18) -“sübutların qiymətləndirilməsi haqqında” 08 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi aparılmış istintaqla kifayət qədər sübuta yetirildiyi üçün ona 03 may 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi xaric edilməklə həmin xüsusat üzrə Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş, Şahid1 barəsində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə aparılan cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən təqsiri sübuta yetirilmədiyinə görə xitam verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və həbsdən azad edilməsi barədə qərar qəbul edilməsi qərara alınmışdır.(cild 2,i.v.19-37) -“cinayət təqibinə hissəvi xitam verilməsi haqqında” 08 avqust 2023-cü il tarixli qərardan görünür ki, Şahid1 barəsində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə aparılan cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən təqsiri sübuta yetirilmədiyinə görə xitam verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmişdir.(cild 2,i.v.39-40) -“təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilməsi, əlavələr edilməsi və ona yenidən ittiham elan olunması haqqında” 08 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmşdir.(cild 2,i.v.46-47) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş istintaq materiallarından, yəni; -Bakı İstintaq Təcridxanasından daxil olmuş 24 noyabr 2023-cü il tarixli, 3-16- 17/38/2-7999/2023 nömrəli məktubdan görünür ki, 08 avqust 2023-cü il tarixdə saat 15:05dən saat 16:20-dək Azərbaycan Respublikası Dövlət Sərhət Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Emil İsmayılzadə, vəkil Nurəddin Sadıqovun iştirakı ilə həbs edilmiş şəxslər Şahid1 və Təqsirləndirilən şəxs ilə Bakı İstintaq Təcridxanasının istintaq otağında görüşmüşdür. -“məhkəmə-xətşünaslıq ekspertizası”nın 30 yanvar 2024-cü il tarixli, 4/2073 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş cild 1. i.v. 23-24 olan 01 may 2023-cü il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokolun 2-ci vərəqində “inzibati qaydada tutulan:” sözünün qarşısında olan imza; 25-26-da olan “İzahat”ın 1-ci vərəqinin aşağı hissəsində olan imza və 2-ci vərəqində “saxlanılan şəxs:” sözünün qarşısında olan imza; Cild 2. i.v. 46-47-də olan 08 avqust 2023-cü il tarixli “təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilməsi, əlavələr edilməsi və ona yenidən ittiham elan olunması haqqında” qərarın 2-ci vərəqində “Təqsirləndirilən şəxs” sözünün qarşısında olan imza; i.v. 48-50-də olan “Təqsirləndirilən şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi barədə bildiriş”in 1-ci vərəqinin aşağı hissəsində olan imza, 2-ci vərəqinin aşağı hissəsində olan imza, 3-cü vərəqində “Təqsirləndirilən şəxs” sözünün qarşısında olan imza; i.v. 51-də olan 08 avqust 2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, bu barədə yazılı bildirişin və qərarın surətinin təqdim edilməsi barədə” protokolun imza hissəsində “Təqsirləndirilən şəxs" sözünün qarşısında olan imza; i.v. 52-də olan 08 avqust 2023-cü il tarixli “barəsində cinayət işi başlanılmış şəxsə "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6 (3) maddəsinin izah edilməsi haqqında” protokolda imza hissəsində “Təqsirləndirilən şəxs” sözünün qarşısında olan imza; i.v. 53-də olan 08 avqust 2023-cü il tarixli “Təqsirləndirilən şəxsə cinayət işində etiraz edilə bilən şəxslər barədə məlumatların verilməsi haqqında” protokolda imza hissəsində “Təqsirləndirilən şəxs” sözünün qarşısında olan imza; 54-60da olan 08 avqust 2023-cü il tarixli “Təqsirləndirilən şəxsi dindirmə protokolu”nun 1-ci vərəqində “İmza” qrafasında olan imza, 2-ci vərəqində “İmza” qrafasında olan imza və vərəqin aşağı hissəsində soldan sağa 1-ci imza, 2-ci vərəqinin aşağı hissəsində soldan sağa 1-ci imza, 3-cü vərəqinin aşağı hissəsində soldan sağa 1-ci imza, 4-cü vərəqinin aşağı hissəsində soldan sağa 1-ci imza, 5-ci vərəqinin aşağı hissəsində soldan sağa 1-ci imza, 6-cı vərəqində “Təqsirləndirilən şəxs.” sözünün qarşısında olan imza-Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş Cild 1. i.v. 23-24-də olan 01 may 2023-cü il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokolun 2-ci vərəqədə “Protokolu tərtib etdi: baş leytenant sözünün qarşısında olan imza, i.v. 25-26-da olan izahatın 2-ci vərəqində “İzahatı aldı:” sözününü qarşısında olan imza- X13 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. -“məhkəmə-xətşünaslıq ekspertizası”nın 31 may 2024-cü il tarixli, 4/801 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 23-24-cü vərəqələrində olan 01 may 2023-cü il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protolun 2-ci vərəqində “inzibati qaydada tutulan:” qrafasındakı imza, 25-26-da olan “İzahat”ın 1-ci vərəqinin aşağı hissəsində olan imza və 2-ci vərəqində “saxlanılan şəxs:” qrafasındal imza; cinayət işinin 2-ci cildinin i.v. 46-47-də olan 08 avqust 2023-cü il tarixli “təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilməsi, əlavələr edilməsi və ona yenidən ittiham elan olunması haqqında” qərarın 2-ci vərəqində “Təqsirləndirilən şəxs” qrafsındakı imza; i.v. 48-50-də olan “Təqsirləndirilən şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi barədə bildiriş”in 1-ci və 2-ci vərəqələrin aşağı hissəsində olan imzalar, 3-cü vərəqində “Təqsirləndirilən şəxs” qrafsındakı imza; i.v. 51-də olan 08 avqust 2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, bu barədə yazılı bildirişin və qərarın surətinin təqdim edilməsi barədə” protokolun imza hissəsində “Təqsirləndirilən şəxs" qrafsındakı imza; i.v. 52-də olan 08 avqust 2023-cü il tarixli “barəsində cinayət işi başlanılmış şəxsə "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6 (3) maddəsinin izah edilməsi haqqında” protokolda imza hissəsində “Təqsirləndirilən şəxs” qrafsındakı imza; i.v. 53-də olan 08 avqust 2023-cü il tarixli “Təqsirləndirilən şəxsə cinayət işində etiraz edilə bilən şəxslər barədə məlumatların verilməsi haqqında” protokolda imza hissəsində “Təqsirləndirilən şəxs” qrafsındakı imza; 54-60-da olan 08 avqust 2023-cü il tarixli “Təqsirləndirilən şəxsi dindirmə protokolu” da Təqsirləndirilən şəxs adından olan imzalar (8 ədəd)-Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 23-24-cü vərəqələrində olan 01 may 2023-cü il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokolun 2-ci vərəqəində “Fuad Primov” qrafasındakı imza, i.v. 25- 26-da olan izahatın 2-ci vərəqində“Fuad Primov” qrafasındakı imza, i.v 27-də olan izahatda “İzahatı aldı:” “Fuad Primov” qrafasındakı imza- X13 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. -Azərbaycan Respublikası Baş Prokurorluğunda qəbul olunmuş 19 aprel 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X10nin barəsində cinayət işinin başlanılması rədd edilmişdir. -Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsindən daxil olmuş 05 iyun 2024-cü il tarixli, 3-38-16/2-4204/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı 2 may 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında, eləcə də narkotik vasitəyə baxış keçirilməsi haqqında istintaq hərəkətləri aparılan zaman hər hansı foto və videoçəklişdən istifadə edilməmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlili, yəni: -məhkəmə istintaqında verdiyi ziddiyyətli ifadələrdə narkotik vasitəni ümumiyyətlə götürməməsi, 300 qram narkotik vasitə üçün Füzuli rayonu, Mahmudlu kəndinə getməsi məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə-bioloji ekspertizasının rəyi, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsində törətdiyi cinayət əməlini eitraf etmişdir. Bundan əlavə “məhkəmə-bioloji ekspertizası”nın rəyindən görünür ki, tədqiqata təqdim olunmuş qara rəngli polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 3840,0 qram, 4590,0 qram, 4725,0 qram, 4205,0 qram, 4455,0 qram, 4795,0 qram, 3625,0 qram, ümumi çəkisi 30235 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən marixuana narkotik hesab edilir. Siyahılara əsasən qurudulmuş marixuananın xeyli miqadarı (təmiz halda qramlarla) 10 qram daxil olmaqla aşağı həddi, külli miqdarı (təmiz halda qramlarla) 1000 qram daxil olmaqla aşağı həddi, xüsusilə külli miqdarı 100000 qram daxil olmaqla aşağı həddi hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs külli miqdarda-30235 qram çəkidə qurudulmuş marixuananı əldə edib, saxlayıb daşıması, həmin külli miqdarda narkotik vasitə qurdulmuş marixuananın aşkar edilib qablaşdırılaraq götürülməsi, onun qurudulmuş marixuananın satışı ilə məşğul olduğunu və qeyd edilən kütləni satış məqəsi ilə qanunsuz əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa Sabir adlı İran İslam Respublikasının vətəndaşı kimi məlum olan şəxslə sonuncunun istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlayıb şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan şəxslərə istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Füzuli rayonunun Mahmudlu kəndində, magistral yolun kənarında olan qəbirstanlığın girişinə daşıtdırıb gizlədilməsini təmin etdiyi iki ədəd bağlamanın içərisində olan külli miqdarda-30235 qram narkotik vasitə qurudulmuş marixuananın satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 30 aprel 2023-cü il tarixdə, saat 23 radələrində 300-400 manat pul müqabilində narkotik vasitəni gizlədildiyi yerdən götürüb, sonradan deyiləcəyi yerə qoymasına dair təklifi qəbul edib 1 may 2023-cü il tarixdə, saat 01 radələrində Bakı şəhərindən Füzuli rayonunun Mahmudlu kəndində gedərək magistral yolun kənarında olan qəbirstanlığın girişində gizlədilmiş içərisində narkotik vasitə qurudulmuş marixuana olan iki ədəd bağlamanı saat 5 radələrində satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb, daşıyarkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılmış, onun əlində olan iki ədəd bağlamadan külli miqdarda-30235 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 12-cü bəndində göstərilmişdir ki, Sinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi Sinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və 12 “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən Sinayət Məcəlləsinin 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2ci maddəsinin mənasına görə, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Şərh edilənlər Təqsirləndirilən şəxs qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini təsdiq edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Mövcud olan halda məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və ilkin məhkəmə iclasında verdiyi ifadələrini inandırıcı hesab edir və narkotik vasitəni ümumiyyətlə götürməməsi, 300 qram narkotik vasitə üçün Füzuli rayonu, Mahmudlu kəndinə getməsi hissələrini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə istintaq zamanı alınmış “məhkəmə-xətşünaslıq ekspertizası”nın rəylərindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 23-24-cü vərəqələrində olan 01 may 2023-cü il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protolun 2-ci vərəqində “inzibati qaydada tutulan:” qrafasındakı imza, 25-26-da olan “İzahat”ın 1-ci vərəqinin aşağı hissəsində olan imza və 2-ci vərəqində “saxlanılan şəxs:” qrafasındal imza; cinayət işinin 2-ci cildinin i.v. 46-47-də olan 08 avqust 2023-cü il tarixli “təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilməsi, əlavələr edilməsi və ona yenidən ittiham elan olunması haqqında” qərarın 2-ci vərəqində “Təqsirləndirilən şəxs” qrafsındakı imza; i.v. 48-50-də olan “Təqsirləndirilən şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi barədə bildiriş”in 1-ci və 2-ci vərəqələrin aşağı hissəsində olan imzalar, 3-cü vərəqində “Təqsirləndirilən şəxs” qrafsındakı imza; i.v. 51-də olan 08 avqust 2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, bu barədə yazılı bildirişin və qərarın surətinin təqdim edilməsi barədə” protokolun imza hissəsində “Təqsirləndirilən şəxs" qrafsındakı imza; i.v. 52-də olan 08 avqust 2023-cü il tarixli “barəsində cinayət işi başlanılmış şəxsə "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6 (3) maddəsinin izah edilməsi haqqında” protokolda imza hissəsində “Təqsirləndirilən şəxs” qrafsındakı imza; i.v. 53-də olan 08 avqust 2023-cü il tarixli “Təqsirləndirilən şəxsə cinayət işində etiraz edilə bilən şəxslər barədə məlumatların verilməsi haqqında” protokolda imza hissəsində “Təqsirləndirilən şəxs” qrafsındakı imza; 54-60-da olan 08 avqust 2023-cü il tarixli “Təqsirləndirilən şəxsi dindirmə protokolu” daTəqsirləndirilən şəxs adından olan imzalar (8 ədəd)-Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 23-24-cü vərəqələrində olan 01 may 2023-cü il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokolun 2-ci vərəqəində “Fuad Primov” qrafasındakı imza, i.v. 25- 26-da olan izahatın 2-ci vərəqində “Fuad Primov” qrafasındakı imza, i.v 27-də olan izahatda “İzahatı aldı:” “Fuad Primov” qrafasındakı imza- X13 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Həmin rəylə bağlı məhkəmənin müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırma nəticəsində qəbul olunmuş qərarla X10nin barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı dövlət ittihamçısı ibtidai istintaq zamanı yol verilmiş nöqsanlara görə X10nin barəsində xüsusi qərar qəbul olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Emin Əsərov barəsində göstədiyi hallarla bağlı məhkəmə tərkibi qeyd edir ki, cinayət işinin materiallarının İİ cildinin 39-40-cı səhifələrində olan “cinayət təqibinə hissəvi xitam verilməsi haqqında” 08 avqust 2023-cü il tarixli qərardan görünür ki, Şahid1 barəsində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə aparılan cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən təqsiri sübuta yetirilmədiyinə görə xitam verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmişdir. Məhkəmə icasında çıxış edən dövlət ittihamçısı Şahid1 barəsində araşdırma aparılması üçün toplanmış materialların surətlərinin Cinayət-Prosessual Məcəlləsinin 207-ci maddəsinə əsasən Respublika Baş Prokurorluğuna göndərilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” protokol, “narkotik vasitəyə baxış keçirilməsi haqqında” protokol, “məhkəməbioloji ekspertizası”nın rəyi, “ambulator məcburi-narkoloji tibbi yoxlama”nın rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq qalan 30234,65 qram narkotik vasitə qurudulmuş marixuananın, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 16 may 2023-cü il tarixli tələbnamədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 avqsut 2014-cü il tarixli, 1(101)-732/2014 nömrəli hökmünün, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3 fevral 2016-cı il tarixli, 1(003)-66/2016 nömrəli hökmünün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 avqust 2014-cü il tarixli ilə hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3 fevral 2016-cı il tarixli, 1(003)-66/2016 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) ay müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bu hökmlə təyin edilmiş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 avqust 2014-cü il tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş hissəsi 5 (beş) il, 16 (on altı) gün azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında birləşdirilməklə qəti olaraq 5 (beş) il, 2 (iki) ay, 16 (on altı) gün müddətə azadlıqdan məhrum cəzasına məhkum edilmiş, 19 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir.(cild 1, i.v.162-166) Göründüyi kimi Təqsirləndirilən şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmişdir. -Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 may 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Kürdəxanı qəsəbəsi, İlqar Quliyev küçəsi, ev 1 ünvanında qeydiyyatdadır, yaşayış yeri üzrə xarakterizə olunmamışdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 avqust 2014-cü il tarixli ilə hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3 fevral 2016-cı il tarixli, 1(003)-66/2016 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) ay müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bu hökmlə təyin edilmiş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 avqust 2014-cü il tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş hissəsi 5 (beş) il, 16 (on altı) gün azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında birləşdirilməklə qəti olaraq 5 (beş) il, 2 (iki) ay, 16 (on altı) gün müddətə azadlıqdan məhrum cəzasına məhkum edilmiş, 19 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Onun məhkumluğu ödənilməmiş və götürülməmişdir. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinin tələblərinə görə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, baxılan iş üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ağır cinayəti törətmiş Təqsirləndirilən şəxs əməli əvvəllər qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələblərinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivini yaradır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 7-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilib-ödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Residivin müəyyən edilməsi zamanı nəzərə alınmayan halları təsbit edən Cinayət Məcəlləsinin 18.4-cü maddəsində əvvəllər Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər xüsusi olaraq göstərilmədiyindən, belə məhkumluq yalnız Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilən şərtlərə cavab vermədikdə (məsələn, şəxs əvvəllər ehtiyatsızlıqdan törədilən cinayətə görə şərti məhkum edildikdə) və yaxud 18.4-cü maddəsində göstərilən hallara aid olduqda (yəni, şəxs əvvəllər yetkinlik yaşına çatmadan törətdiyi cinayətə və yaxud böyük ictimai təhlükə törətməyən cinayətə görə və yaxud əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan-islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama kimi cəzalara şərti məhkum edildikdə) residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair” 6 sentyabr 2010-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən cinayətlərin residivi yeni cinayətin törədildiyi vaxt şəxsin üzərində əvvəllər qəsdən cinayət törətməyə görə (ödənilməyən və yaxud götürülməyən) məhkumluğun olubolmamasına görə müəyyən olunduğundan, hökm çıxarıldığı tarixə məhkumluğun ödənilməsi cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına mane olan hal kimi nəzərdən keçirilə bilməz. Hökmün çıxarıldığı tarixə məhkumluq Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürüldüyü halda da cinayətlərin residivinin müəyyən edilməsi ilə bağlı məsələ eyni cür həll olunmalıdır. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq əvvəlki hökmün çıxarılmasına qədər, habelə həmin hökmün qüvvəyə minməsinədək törədilmiş cinayətlə əlaqədar cinayətlərin məcmusu qaydasında cəza təyin edilərkən (Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 6 sentyabr 2010-cu il tarixli qərarı, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şərh olunmasına dair” 8 iyul 2008ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarları ilə yalnız hökmün qanuni qüvvəyə minməsindən sonra şəxsin cinayət-hüquqi anlamda əvvəllər məhkum edilmiş şəxs kimi nəzərdən keçirilməsinə yol verildiyindən) əvvəlki hökm təqsirləndirilən şəxsin əvvəl məhkum olunmuş şəxs kimi qəbul edilməsinə, nəticə etibarı ilə cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına əsas yaradan akt kimi qiymətləndirilə bilməz. Hökmün təsviri-əsaslandırıcı hissəsində müvafiq əsaslar gətirilməklə cinayətlərin residivinin Cinayət Məcəlləsinin 18-ci maddəsində nəzərdə tutulmuş məhz hansı növünün müəyyən olunduğu qeyd edilməlidir. Cinayət Məcəlləsinin 18-ci maddəsinin mənasına görə residivin müəyyən edilməsi ilə əlaqədar şəxsin əvvəlki hökmlə təqsirli bilindiyi cinayətdə icraçısı olması və yaxud cinayətin törədilməsində təhrikçi, köməkçi, təşkilatçı qismində iştirak etməsi, həmin cinayətin başa çatmış cinayət olubolmaması əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan 7 iyun 2019-cu il tarixli qərarına əsasən məhkəmə baxışının hədlərini müəyyən edən Cinayət- Prosessual Məcəlləsinin 318.1-ci maddəsi cəzanı ağırlaşdıran halların müəyyən edilməsi məsələsində məhkəməni ibtidai araşdırmanı aparmış orqanın mövqeyindən asılı etmir və məhkəmə cəzanı ağırlaşdıran halları, o cümlədən cinayətlərin residivini ittiham aktında göstərilib-göstərilməməsindən asılı olmayaraq cəzanı ağırlaşdıran hal qismində müəyyən edə və cəzanın təyin edilməsi zamanı nəzərə ala bilər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin isə cinayətlərin təhlükəli residivini yaratmasını Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar qismində nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır və böyük ictimai təhlükə törətməyən cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cinayətlərin təhlükəli residivinə görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə inzibati qaydada tutulduğu vaxtdan, 01 may 2023cü il tarixdən hesablanmalı və Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 4 (009)-309/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 avqust 2014-cü il tarixli, 1 (101)-732/2014 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 7(005)-149/2020 nömrəli qərarı ilə narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Odur ki, “ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə təyin edilməsi və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 152 (bir yüz əlli iki) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 152 (bir yüz əlli iki) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və təhqiqat idarəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza tətqiqatından sonra təmiz halda qalıq qalan çəkisi 30234,65 qram narkotik vasitə olan qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə inzibati qaydada tutulduğu vaxtdan, 01 may 2023-cü il tarixdən hesablansın. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 4 (009)-309/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 152 (bir yüz əlli iki) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və təhqiqat idarəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza tətqiqatından sonra təmiz halda qalıq qalan çəkisi 30234,65 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-127/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-127/2024
11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver