Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-127/2025 03.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nuriyev Aqil Abdul oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkilləri X4 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.1977-ci ildə Beyləqan rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkuluğu ödənilməmiş, Beyləqan rayonu 1-ci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1976-cı ildə Beyləqan rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu 1-ci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “Salami” adlı İran İslam Respublikası vətəndaşı olması güman edilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, xüsusi ilə külli miqdarda narkotik vasitə heroin, külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda psixotrop maddə metamfetamini Salami adlı şəxs tərəfindən Sabirabad rayonu Bulaqlı kəndi ərazisində qoyulduğu yerdən götürülüb satılaraq əldə ediləcək puldan 4000 manatını Salamiyə göndərilməsi, 1000 manatını Təqsirləndirilən şəxs1 verilməsi, qalan məbləği isə Təqsirləndirilən şəxs2 qalması barədə razılaşdıqdan sonra, aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 10 iyun 2024-cü il tarixdə axşam saatlarında, cinayətdən xəbərsiz olan tanışı Şahid4 idarə etdiyi “Opel Astra” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Təqsirləndirilən şəxs2 göndərdiyi məkan koordinatlarına (location) uyğun olaraq Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonu Bulaqlı kəndi ərazisindən keçən hissəsinə gəlmiş, 11 iyun 2024-cü il tarixdə saat 01:35 dəqiqədə Təqsirləndirilən şəxs1 təyinat nöqtəsinə çatıb, həmin yerə qoyulmuş narkotik vasitələri əldə edib avtomobilə doğru daşıyarkən həmin vaxt Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün cinayət başında yaxalanaraq, Sabirabad şəhəri, Heydər Əliyev prospekti 91 ünvanında yerləşən Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada saat 03:15 dəqiqədə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman, əlində olan 01 ədəd qara rəngli polietilen torbadan hər birinin üzəri sarı rəngli yapışqan lentlə bağlanmış 02 ədəd polietilen torba bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4220.0 qram, 4450,0 qram olmaqla, ümumi çəkisi 8670,0 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana, üzəriləri sarı rəngli yapışqan lentlə bağlanmış 02 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 1505,0 qram, 1015,0 qram olmaqla, ümumi çəkisi 2520,0 qram olan maddə kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə olan heroin, 01 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bükülüdə təmiz çəkisi 125,567 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır. xx.xx.2024-cü il tarixdə Əyyam ona zəng vuraraq bir nəfər şəxsin ona 500 qram qurudulmuş marixuana göndərəcəyini, həmin marixuananı götürə biləcəyini xahiş etmiş. O Əyyama narkotik vasitəsinin 500 qram olduğu təqdirdə götürəcəyini, əgər 500 qramdan çox olduqda götürməyəcəyini demiş, Əyyam da ona and içərək 500 qram qurudulmuş marixuana olduğunu bildirmiş və narkotik vasitəsinin qoyulduğu yerin konumunu atmışdır. Bundan sonra o, tanışı Rizvan adlı taksi sürücüsü yaşadığı Beyləqan rayonundan Sabirabad rayonuna getmişlər, orada Əyyamın ona göndərdiyi konum əsasında Sabirabad rayonunun Şirvan şəhəri istiqamətində olan asfalt yolla getmişdirlər. Daha sonra yolun sağ tərəfində işlək vəziyyətdə olmayan yanacaq doldurma məntəqəsinin yaxınlığında dayanmışdırlar. O Rizvana maşını yol kənarında saxlamasını bildirmişdir. Avtomobildən düşüb bağlamının olduğu yerə getmiş, bağlamanın orada böyük olduğunu görüb götürməyərək geri qayıtmışdır. O narkotik vasitəsi olduğu yerdən biraz aralandıqdan sonra polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları onu şöbəyə aparmışlar, şöbədə polislərə 500 qram narkotik vasitə üçün gəldiyini demiş, polislər onu döyərək taksi sürücüsünü də məsuliyyətə cəlb edəcəklərini dedikləri üçün məcbur qalıb polis əməkdaşlarının verdiyi külli miqdarda narkotik vasitələri əldə etməsininə dair etirafedici ifadələr vermiş və videoçəkilişlə keçirilən baxışda narkotiki əldə etməsini bildirmişdir. Təqsirləndirilən şəxs2 onun telefonu vasitəsi ilə tutmuşlar, yolda gedərkən Əyyama yolun videolarını göndərmişdir. Onunla birlikdə tutulan taksi sürücüsünün narkotik vasitələrindən məlumatı olmamışdır. Əyyamın dediyi yerdən götürəcəyi 500 qram marixuananın kimə çatacağını bilmir. Narkotik vasitələr 500 qaramdan artıq olduğu üçün götürməmiş, əgər 500 qram olsaydı həmin narkotik vasitəsini götürəcəkdi. Heç bir iranlı ilə telefonla danışmamış, bütün danışıqları Əyyam aparmışdır. Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ona zəng vuraraq İran vətəndaşının Sabirabad rayonu ərazisinə narkotik vasitə atdığını, həmin yerə özünün getmək istəmədiyini, onun gedib həmin narkotiki götürməsini ondan xahiş etmiş və işinin qarşılığında ona 1000 manat pul verəcəyini bildirmişdir. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə Beyləqan rayonundan taksi ilə Sabirabada getmiş, orada Əyyamın göndərdiyi konuma əsasən Sabirabad rayonunun Şirvan şəhəri istiqamətində olan asfalt yolla getmiş. Daha sonra yolun sağ tərəfində işlək vəziyyətdə olmayan yanacaq doldurma məntəqəsinin yaxınlığında avtomobili saxlatdırmışdır. O, avtomobildən düşərək konum əsasında yanacaqdoldurma məntəqəsinə doğru getmiş və orada olan ağacların birinin arxa tərəfində bir ədəd qara rəngli böyük sellofan torba görmüşdür. Narkotik vasitələrin həmin sellofan torbada olmasını bilmiş və həmin torbanı götürüb əlində avtomobilə doğru gedən zaman polis əməkdaşları onu saxlayaraq Sabirabad rayon polis şöbəsinə aparmışlar. Üzərində şəxsi axtarış keçirilərkən əldə etdiyi torbadan müxtəlif növlü külli miqdarda narkotik vasitələr aşkar edilmiş, o, hadisə barədə bildirmiş və həmin narkotik vasitələr qablaşdırılaraq götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, “500 qram narkotki vasitə marixuana üçün getməsi, narkotik vasitəsinin 500 qramdan artıq olduğunu görüb götürməməsi, polis əməkdaşlarının onu döyməsi, taksi sürücüsünü də məsuliyyətə cəlb edəcəklərini dedikləri üçün məcbur qalıb polis əməkdaşlarının verdiyi külli miqdarda narkotik vasitələri əldə etməsininə dair etirafedici ifadələr verməsi xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünün müdafiə xarakteri daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları onun cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd olunan xüsusatları işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uzun müddətdir ki tanıyır. İran İslam Respublikasında olarkən Salami adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, bir-biriləri ilə “whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlamışlar. xx.xx.2024-cü il tarixdə Salami onunla “whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlayaraq Sabirabad rayonu ərazisinə 500 qram narkotik vasitə qurudulmuş marixuana qoydurduğunu, həmin narkotiki dörd min manat pul qarşılığında ona verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 “whatsapp” mobil tətbiqi vasitəsilə zəng etmiş və tanışının ona 500 qram narkotik vasitə marixuana göndərəcəyini, Bakı şəhərində olduğu həmin narkotiki götürməsini ona da narkotik vasitəsindən verəcəyini təklif edərək razılaşmışlar. Salaminin ona göndərdiyi narkotik vasitələrin olduğu yerin konumunu Təqsirləndirilən şəxs1 göndərmişdir. Sonradan Bəxiyarın polislər tərəfindən tutulduğunu eşitmişdir. Səhərisi günü polislər onu Bakı şəhərində işlədiyi kafedən tutaraq aparmışlar. Bəxtiyara 500 qram marixuana götürməsini demiş, həmin narkotik vasitəsini onunla birlikdə çəkməyi təklif etmişdir. Narkotik vasitəsinin çox olmasından məlumatı olmamışdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Sabirabad rayon polis şöbəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, 10 iyun 2024-cü il tarixdə Beyləqan rayonu 1ci Şahsevən kəndində yaşayan Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitəni üzərində gəzdirməsi, istifadə etməsi, həmçinin də satışında şübhəli olması barədə məlumat daxil olmuş, bununla bağlı əməliyyat qurupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 Sabirabad rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşdürlər. Artıq, xx.xx.2024-cü il tarixdə, saat 01:35-də Təqsirləndirilən şəxs1 Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun kənarında, Sabirabad rayonu Bulaqlı kəndi ərazisində istifadə olunmayan yanacaqdoldurma məntəqəsinin yanında əlində qara rəngli sellofan bağlama ilə piyada getdiyini müşahidə edib ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 əlindəki bağlama və gəldiyi “Opel” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücüsü ilə birlikdə rayon polis şöbəsinə gətirmişdirlər. Polis şöbəsində müdafiəçisinin iştirakı və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 daşıdığı qara rəngli sellofan bağlamada müxtəlif növ narkotik vasitə və psixotrop maddələr olduğunu bildirmişdir. Daha sonra həmin bağlamanı masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin bağlamalara baxış keçirilən zaman qara rəngli sellofan bağlamanın içərisində hər birinin üzəri sarı rəngli yapışqan lentlə sarınmış 03 ədəd polietilen torbada qurudulmuş marixuanaya oxşar kütlələr, 01 ədəd polietilen torbada narkotik vasitə heroinə oxşar kütlə, 01 ədəd polietilen torbada psixotrop maddə metamfetaminə oxşar kütlələr olması müəyyən edilmişdir. Aşkar edilmiş torbalarda olan narkotik vasitə və psixotrop maddələrə oxşar kütlələrə baxış keçirilmiş, daha sonra isə qablaşdırılmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə və psixotrop maddələr olan qara rəngli sellofan bağlamanı “whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə yazışdığı İran İslam Respublikası vətəndaşının “whatsapp”da göndərdiyi işarələnmiş məkana, yəni Sabirabad rayonu Bulaqlı kəndi ərazisinə gedərək, orada yol kənarında istifadə edilməyən yanacaqdoldurma məntəqəsinin arxasında gizlədilmiş yerdən götürüb İran İslam Respublikasının vətəndaşının deyəcəyi ünvana aparacağını və müqabilində 1000 manat pul alacağını bildirmişdir. Şahid qismində dindirilmiş Sabirabad rayon polis şöbəsinin əməkdşları Şahid1 və Şahid2 oğlu eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər Məhkəmə iclasında elan və tədqiq olunmuş Şahid4 ifadəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs1 onu Sabirabad rayonu ərazisinə aparmasını xahiş etmişdir. Bundan sonra Bəxtiyarla birlikdə Sabirabad rayonu ərazisinə doğru yola düşmüşdürlər. 11 iyun 2024-cü ilə keçən gecə saatlarında Sabirabad rayonu ərazisinə çatıb yolda hərəkət edərkən Sabirabad rayonundan Bakı şəhəri istiqamətindəki yolun sağ tərəfində köhnə, fəaliyyəti dayandırılmış yanacaqdolduma məntəqəsinin yaxınlığında Bəxtiyar ona avtomobili dayandırmasını bildirmişdir. O isə heçnə deməyərək avtomobili yolun sağ tərəfində dayandırdıqda Bəxtiyar bir neçə dəqiqə gözləməsini deyərək, yolun kənarındakı ağaclıq sahəyə gedib qayıdacağını bildirmişdir. O Bəxtiyarın təbii ehtiyacı üçün avtomobili dayandırdığını və ona görə də ağaclıq sahəyə getdiyini düşünmüşdür. Bir neçə dəqiqə sonra qəfildən mülki geyimli şəxslərin qaçaraq avtomobilə yaxınlaşdığını görmüşdür. Həmin şəxslər onu avtomobildən çıxarıb polis əməkdaşları olduqlarını bildirmişdirlər. O isə heçnə deməyərək nə baş verdiyini anlamağa çalışmışdır. Daha sonra kənardan Bəxtiyar və yanında bir neçə nəfər şəxsin gəldiyini, Bəxtiyarın əlində böyük qara rəngli sellofan torba olduğunu görmüşdür. Daha sonra isə onları Sabirabad RPŞ-yə gətirmişdirlər. Orada olan zaman Bəxtiyarın əlindəki sellofan torbada narkotik olduğunu bilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə fiziki-kimyəvi-bioloji ekspertizasının 11 iyun 2024-cü il tarixli 3-16-16/2-18/582-583 saylı rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış...” sözləri yazılmış və imzalar olan qara rəngli polietilen torba bağlamada: -2 ədəd üzəri yapşqan lentlə bağlanmış polietilen torba bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri-1505,0 qram, 1015,0 qram, ümumi çəkisi-2520,0 qram olan maddə kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroindir; -1 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bükülüdə təmiz çəkisi-125,567 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; -2 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri-4220,0 qram, 4450,0 qram, ümumi çəkisi-8670,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: 1. Heroinin ümumi çəkisi-2520,0 qram, tədqiqata sərf edildi – 0,2 qram (hər ob-0,1q), qalıq – 2519,8 qram. 2. Metamfetaminin təmiz çəkisi- 125,567qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 125,467 qram. 3. Marixuananın ümumi çəkisi-8670,0 qram, cəmi tədqiqata sərf edildi – 0,2 qram ( hər ob – 0,1 qr) qalıq – 8669,8 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpikdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 12 iyul 2024cü il tarixli 4791 nömrəli rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 12 iyul 2024cü il tarixli 4791 nömrəli rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin və opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 11 iyun 2024-cü il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərində saxladığı 01 ədəd qara rəngli polietilen torbanın içərisində hər birinin üzəri sarı rəngli yapışqan lentlə sarınmış 02 ədəd polietilen bükülülərdə qurudulmuş marixuana, 01 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen bükülüdə psixotrop maddə metamfetamin, üzəriləri sarı rəngli yapışqan lentlə bağlanmış 02 ədəd polietilen torbada heroinə oxşar maddələr aşkar edilərək götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefon iş üçün sübut əhəmiyyətli olduğu üçün götürülmüşdür. İş materiallarında olan 11 iyun 2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokolda qeyd edilmişdir ki, “whatsapp” ani mesajlaşma tətbiqinə daxil olduqda Narimanov Ayyam adı yazılmış səhifəyə daxil olduqda Təqsirləndirilən şəxs1 tərəfindən Əyyama göndərilmiş səs yazısında “ə mən çıxıram gedəm gördün götü boş sənsən, indi gördün, mən uzaq başı yarım saat ləngitdim sənin işini, sənində işin bu du osturanqulu” , Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1 yönləndirilmiş səs yazısında “dayanda qardaş, dayan qoy yazı versin, konum şəkil gəlib qoy yazını da versin”, Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 göndərilmiş səs yazısında “görək də qoy yazını atıb kamazla boşaldırlar ee denen, yabalayırlar denən onu qaqa”, Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1 yönləndirilmiş 3 ədəd şəkildə asfalt yolun kənarında köhnə yanacaqdoldurma məntəqəsi görsənir, həmin yanacaqdoldurma məntəqəsinin sağ tərəfi işarələnmişdir. Bundan Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 göndərilmiş səs yazısında “ə səsin başın gedib, belə konum olur ə, konum belə olmur ee konum xəritə ilə göstərir düz maşın gedir konumun yanına, belə şey yoxdu əə, mən nə bilirəm bura haradı”, Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1 yönləndirilmiş səs yazısında “qardaş düz yolun qırağına qoydurmuşam, bax düz yolun qırağıdı ba, yəni əmməgəri yoxdu”, Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 göndərilmiş səs yazısında “qardaş bildim ee bu hansı zaprafkadı, hansı yoldadı, bunun konumu yoxdur əə, konum ata bilmir qardaş bu”, bundan sonra Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1 “Mestopolojenie https://maps.google.com/?q=39.970032,48.535744” linki yönləndirilmiş, Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1 göndərilmiş səs yazısında “qaqa sən gijdillaqsan ee, sənin başın gedib ee, bilmirsən başın çıxmır, konumdu da atıb, konum nətər olur ee”, daha sonra Təqsirləndirilən şəxs2 tərəfinən Təqsirləndirilən şəxs1 whatsaap ani mesajlaşma tətbiqinə “noldu” mesajı göndərilmiş, zəng edilmiş, yenə “noldu” mesajı göndərilmiş, Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 göndərilmiş səs yazısında “əə konuma gedirəm, pozursan konumu, qoy gedim, imkan ver baxım danışacam sənə deyecəm, ölmə”, “əə bu düz trasın qırağındadı, maşını orda nətər saxlayım, nətər düşüm götürüm,çıxım trasa çıxanda, maşın gəlməsin getməsin çox apşrvinni yerdədi ee brat”, Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1 göndərilmiş səs yazısında “noldu indi kapotu qaldırırsan guya maşın xarabdı biraz orasına burasına bax”, “maşını biraz qabaqda saxlasın sən gəl götür, getsin qabağa gəl min dənə”, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 2 dəfə zəng etmiş, Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 göndərilmiş səs yazısında “orda nə yumurtlayırsan ee, imkan ver qoy mən görüm işimi görə bilirəm, məni az yıqda qardaş, telefonu mən söndürürəm qaranlığa düşsün sən imkan vermirsən, mən səni yığmayınca yığma məni” sözlərini işlətdiyi məlum olmuşdur. İş materiallarında olan 06 sentyabr 2024-cü il tarixli Azercel MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə aparılmış telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx/xx/2024,17:37:04,**********02,**********52,Çıx sivyaza mən hazıram xx/xx/2024,17:57:00,**********02,**********52,Qapıya çatdım xx/xx/2024,17:57:51,**********02,**********52,Qalmışam qapıda xx/xx/2024,14:44:57,**********02,**********52,Məni yığ xx/xx/2024,16:03:14,**********02,**********60,Mən sənin səsinə qulaq asıram sən də qulaq as də niyə hörmətsizlik,edirsən xx/xx/2024,18:36:49,**********02,**********60,Ramin qaqa mənə vaçapda zəng vur sənnən işim var xx/xx/2024,19:30:16,**********02,**********60,Başqa işim var sənnən vacibdi məni yığ. xx/xx/2024,22:14:05,**********02,**********52,Mənə kart at xx/xx/2024,23:15:37,**********02,**********52,Məni yığ xx/xx/2024,13:21:37,**********02,**********52,Gəlirsən bizə xx/xx/2024,13:30:46,**********02,**********52,Mənə zəng vur xx/xx/2024,13:31:00,**********02,**********52,Təcili məni yığ xx/xx/2024,17:59:31,**********02,**********52,Gəlirsən qaqa xx/xx/2024,19:51:44,**********02,**********52, SƏN ALLAHİN ADİ GƏL xx/xx/2024,15:23:05,**********02,**********52,Vatçaba gəl qaqa xx/xx/2024,21:23:04,**********02,**********88,Qaqa işin düzelib yarı yeşik 50 m verəssən.cavab gözləyir o adam. xx/xx/2024,01:36:59,**********02,**********72,Qapını açırsan qaqa burdayam xx/xx/2024,10:47:19,**********02,**********29,25 manat pulum çatmır. təcili qadan alaram 25 manat m10 öz nömrəmə at ərkim sənə çatır gözlətirəm xx/xx/2024,08:40:53,**********52,**********02,Vacibdu yigarsan xx/xx/2024,16:11:03,**********52,**********02,Zamiki yig xx/xx/2024,12:18:30,**********02,**********52,Gəlirsən? xx/xx/2024,19:36:45,**********02,**********52,30 man verən var xx/xx/2024,19:36:56,**********02,**********52,Bəyaqkı xx/xx/2024,20:00:55,**********02,**********52,Qaqa məni yığ xx/xx/2024,20:09:12,**********02,**********52,Hardasan gənə xx/xx/2024,20:19:08,**********02,**********52,Seki sen ALLAHİN adı məni aldatma xx/xx/2024,20:23:51,**********02,**********52,Qulağımın dibində deyirsən amma nəbilim məni qoyursan köt əyağına qaqa valla xx/xx/2024,20:24:41,**********02,**********52,Zeg vur bir söz de qaqa xx/xx/2024,20:25:20,**********02,**********52,Sən ALLAH ZƏNG VUR MƏNƏ xx/xx/2024,20:25:49,**********02,**********52,Ürəyimi partlatma qadan alım xx/xx/2024,20:26:57,**********02,**********52,Si*əsən onun için dilxor edirsən məni valla xx/xx/2024,20:29:02,**********02,**********52,Sən osmanın canı məni aldatma qaqa xx/xx/2024,20:32:35,**********02,**********52,Ceyhun səni ant verirəm bir birimizin evində kəsdiyimiz çörəyə məni aldatma xx/xx/2024,20:34:46,**********02,**********52,Yoxsa məjburam telefonu satam camatın pulunu verəm qaqa ma bunu elə xx/xx/2024,20:35:50,**********02,**********52,Səni ALLAHA and verdim mənə düz bir söde zəng vur xx/xx/2024,20:41:07,**********02,**********52,Gəlləm əvəzinə ot ver satım cammatın pulunu verim yekə adamsan xx/xx/2024,20:42:28,**********02,**********52,Çatıram sizə tərəf xx/xx/2024,20:45:12,**********02,**********52, qadan alaram xx/xx/2024,20:45:12,**********02,**********52,Qaqa çatıram sizə düzəlmir otu ver satım camatın pulunu verim sənin xx/xx/2024,20:45:12,**********02,**********52, qadan alaram xx/xx/2024,22:34:21,**********02,**********52,20 manat yara sağaldısa o da müfəqqətidi. xx/xx/2024,18:37:54,**********02,**********52,Ceki mənə zəng vur vacib xx/xx/2024,18:31:46,**********02,**********63,Ot düzəlib hardasan xx/xx/2024,18:58:11,**********02,**********63,Mən sənnən danışanda adam gözdüyürdüm gəldi getdik rayona xx/xx/2024,17:27:38,**********02,**********46,Məni yığ vacib xx/xx/2024,14:13:13,**********02,**********12,Salam qardaş məni vacib yığ xx/xx/2024,14:13:55,**********02,**********12,1 yekə vacibdi xx/xx/2024,10:37:40,**********02,**********82,Vatçapa bax xx/xx/2024,20:39:29,**********02,**********46,Qaqa gələssən qqdalım xx/xx/2024,21:07:42,**********02,**********46,Qaqa ALLAHA and olsun vəziyətim çox pisdi .gətir o dediyinnən gənə xx/xx/2024,21:07:48,**********02,**********46,siqaret pulu olur də qardan.nolar ki qaqa xx/xx/2024,18:47:24,**********02,**********46,Geki salam. daşda otda istəyən var.yekə oğlansan gətir verim gənə siqaret pulu eliyirəm də qaqa SMS mesajları göndərilmişdir. İş materiallarında olan 21-22 avqust 2024-cü il tarixli Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin «cinayət işinin bahlanılmasının rədd edilməsi haqqında» qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və X2 Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən döyülmələri faktı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan 11 iyun 2024-cü il tarixli «maddi sübut kimi tanınması haqqında» qərarla görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 2519 qram narkotik vasitə heroin, 125,467 qram psixotrop maddə metamfetamin və 8669,8 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış saxlanılmasından ötrü Sabirabad RPŞ-nin sübutlar otağına təhvil veril verilmişdir. İş materiallarında olan 11 iyun 2024-cü il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Sabirabad rayon məhkəməsinin 12 iyun 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 oğlunun ətrafında aparılan əməliyyat-axtarış tədbirlərinin həyata keçirişlməsinə dair Sabirabad RPŞ-nin qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan 13 iyun 2024-cü il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs olunmasının əvvəli 13 iyun 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Lənkəran AĞİR Cinayətlər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən, xx.xx.2019-cu il tarixli hökm dəyişdirilməklə onun əməli Aərbaycan respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və CM-nin 206.2, 234.1, 66.2-ci maddələri ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. xx.xx.2022-ci il tarixdə Qobustan rayon məhkəməsinin qərarı ilə 05 ay 25 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Beyləqan rayon, Birinci Şahsevən kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 aprel 2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Beyləqan rayon, Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından və iki yetkinlik yaşına çatmış uşaqlarından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Beyləqan rayon, Birinci Şahsevən kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 iyul 2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Əliyev X1 rayon, Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından və üç yetkinlik yaşına çatmış uşaqlarından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 30 sentyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi, cinayət işi üzrə əməlin töbvsif edilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsi, telefona baxış keçirilməsi istintaq hərəkətləri keçirilməsini əks etdirən 02 ədəd DVD disklər maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Həmin tarixli qərarla Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyənedilməsi məqsədi ilə cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4-1-ci maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə baxışında dövlət ittihamçısı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsindən imtina etdiyinə görə məhkəmə tərəfindən həmin hissədə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilmiş və məhkəmə istintaqı CM-nin 234.4-1-ci maddəsi ilə davam etdirilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onlar tərəfindən törədilmişdir, bu cinayətlərə görə onlara ittiham verildiyi CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidirlər və onların təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli CM-in 234.4-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq xüsusi ilə külli miqdarda narkotik vasitə heroin, külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda psixotrop maddə metamfetamin əldə edib, daşıma cinayət əməlini törətmişlər. Göstərilən hallar təqsirləndirilən şəxslərin narkotik vasitə və psixotrop maddələri götürməsi və həmin narkotik vasitələrə münasibətdə satış niyyətində olması barədə nəticələrə gəlməyə tam əsas verir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 ilk məhkumluğunu, yaşayış yerindən müsbət xarakterizə olmasını, məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır, Təqsirləndirilən şəxs1 əməlini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran halları müəyyən etmir. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə cinayəti Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, törətdiyi əməllərə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4-1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdırlar. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidirlər. CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəylərinə görə Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəylərinə görə Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs olunmasının əvvəli 10 iyun 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Lakin işdə olan digər prosessual sənədlər, protokollar və işin faktiki halları ilə müəyyən olunur ki, Bəxtiyatr Əliyev 10 iyundan 11 iyun 2024-cü il tarixə keçən gecə, artıq 11 iyun 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs1 cəza verilərkən həbsetmənin əvvəli 11 iyun 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - Sabirabad RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq ekspertiza tədqiqatından sonrakı qalıq 2519 qram narkotik vasitə heroin, 125,467 qram psixotrop maddə metamfetamin və 8669,8 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş materiallarına əlavə olunmuş şəxsi axtarış keçirilməsi, telefona baxış keçirilməsi istintaq hərəkətləri keçirilməsini əks etdirən 02 ədəd DVD disklər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik tutularaq dövlət nəfinə keçirilməsini, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 10 iyun 2024-cü il və Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəlinin 13 iyun 2024-cü il tarixdən hesablanmasını əsaslı sayır. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikası 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikası 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq – Sabirabad Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 8669,8 qramı qurudulmuş marixuana, 2519,8 qramı heroin narkotik vasitəsi və 125,467 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş materiallarına əlavə olunmuş şəxsi axtarış keçirilməsi, telefona baxış keçirilməsi istintaq hərəkətləri keçirilməsini əks etdirən 02 ədəd DVD disklər cinayət təqibi üzrə materiallarına saxlama müddəti ərzində işdə salanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 və Əyyam Nəimanova hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Aqil Nuriyev Ayşən Vəliyev
Məhkəmə qərarları › İş №1(099)-127/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-127/2025
03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver