Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-128/2023 19.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və X4 ibarət tərkibdə, X9 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxx 1992-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində minaaxtaran işləyən, məhkum olunmamış, Füzuli şəhəri, Xanlar küçəsi, ev 15-də qeydiyyatında olmaqla məcburi köçkün kimi Füzuli rayonu, 1 saylı Zobucuq qəsəbəsi, 295 nömrəli evdə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasındabaxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 31 avqust 2022-ci il tarixdə saat 14 radələrində minaaxtaran işlədiyi "xxxx" Məhdud Məsuliyyətli cəmiyyətinin yerləşdiyi Cəbrayıl rayonu Daş Veysəlli kəndindən onunla birlikdə minaaxtaran işləyən Şahid1 ilə eyni avtomobillə yaşadığı Füzuli rayonu 1 saylı Zobucuq qəsəbəsində yerləşən evinə qayıdarkən Şahid1 «Coni» adı ilə çağırmasına görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Cəbrayıl rayonu Şükürbəyli kəndinin ərazisində avtomobildən düşərək Şahid1lə dalaşmış, daha sonra hər ikisi eyni avtomobilə minərək yola davam etmişlər. Şahid1 yolda gələrkən bu barədə telefonla qohumu Zərərçəkmiş şəxs məlumat vermiş, Zərərçəkmiş şəxs onların arasında baş vermiş dava-dalaşa aydınlıq gətirmək məqsədi ilə həmin gün saat 15 radələrində yaşadığı Füzuli rayonu Kərimbəyli kəndindən Füzuli rayonu Zobucuq qəsəbəsinə dönən yola gələrək onu orada gözləmişdir. Həmin yerdə Ülvü Abbasov avtomobildən düşdükdən sonra Zərərçəkmiş şəxslə görüşərkən sonuncu ondan qohumu Şahid1lə nə üçün dalaşmasını soruşmuş, o isə Şahid1 üzr istədiyini bildirsə də, Zərərçəkmiş şəxs mübahisəni davam etdirməklə Təqsirləndirilən şəxsla dalaşaraq onu yerə yıxıb döyməyə başlamış, bu zaman Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən, məişət təyinatlı, qatlanan tipli cib bıçağı ilə şəxsi münasibətlər zəmnində Zərərçəkmiş şəxs qarın nahiyəsindən qəsdən bir zərbə vurub ona ön qarın divarının daxilinə keçən, nazik bağırsağın zədələnmələri və daxili qanaxma ilə müşayiət olunan, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən X7 ona CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə Füzuli rayonu 1 saylı Zobucuq qəsəbəsində yaşayır. 2022-ci ilin mart ayından Cəbrayıl rayonu Daş Veysəlli kəndində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində minaaxtaran işləyir. Nurlan və Zərərçəkmiş şəxslər də onunla birlikdə minaaxtaran işləmişlər. 31 avqust 2022-ci il tarixdə saat 14 radələrində Nurlanla birlikdə avtmobil ilə Cəbrayıl rayonundan Füzuli rayonuna getdikləri zaman o, Nurlanı zarafatyana «Coni» adı ilə çağırmışdır. Belə ki, başqa şəxslər də onu «Con» kimi çağırmışlar. Nurlan onu «Con» deyə çağırmasından əsəbləşərək onun ünvanına nalayiq sözlər demiş və aralarında mübahisə yaranmışdır. Sürücüdən avtomobili saxlamasını tələb etmişlər. Sürücü avtomobil Cəbrayıl rayonu Şükürbəyli kəndinin ərazisində yolun kənarında saxlamışdır. O və Nurlan avtomobildən yerə düşərək bir-birləri ilə mübahisə etməklə dalaşmışlar, Nurlanın sağ gözaltı nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Nurlan da yumruqla onun baş nahiyəsinə zərbələr vuraraq onu döymüşdür. Sürücü onları aralayıb tənbeh etmiş, sonra avtomobilə minərək yollarına davam etmişlər. Yol gələrkən Nurlanla dalaşdığına görə ona üzürxahlıq edərək barışmağa təşəbbüs göstərsə də, Nurlan ona əhəmiyyət verməmiş və onunla barışmamışdır. Yolda olduqları taksi sürücüsü Elminlə telefonla danışaraq onu evinə aparması üçün Kərimbəyli kəndinin ərazisində yerləşən “Şirinpetrol” yanacaqdoldurma məntəqəsinin yanına gəlməsini demişdir. Füzuli rayonu Zobucuq qəsəbələrinə dönən yolda sürücü avtomobili saxlamış, Nurlanla birlikdə avtomobilindən yerə düşüb piyada dayanacağa tərəf gedərkən Nurlan ona dayanmasını, onunla söhbət edəcəyini demişdir. Bu vaxt Nurlanın qohumu Zərərçəkmiş şəxs ona tərəf gələrək onunla görüşmüşdür. Nurlan Behbuda ona «Coni» deməsi səbəbindən mübahisə edərək dalaşdıqlarını və onu döyməsini demişdir. Bundan sonra Behbud onu yolun kənarında dayanmış «Kamaz» markalı avtomobilin yanına aparmış və orada ona demişdir ki, sən bilmirsən Nurlan mənim əmim oğludur? O, Behbuda Nurlanın onun əmisi oğlu olmasını bildiyini və onunla Cəbrayıl rayonu ərazisində dalaşdıqdan sonra ondan üzr istəməsini demişdir. Behbud ona «üzr istəməkdən keçib»-deyərək onun üzərinə hücum etmiş və qəsdən yumruqla baş nahiyəsinə zərbələr vurub onu yerə yıxaraq əlləri ilə boğmuşdur. Behbud onun halının pisləşməsini görüb buraxarkən üzərində olan cib bıçağının cibindən torpağın üzərinə düşməsini görüb ayağa duraraq bıçağı götürməklə tiyəsini açmış, lakin Behbud yenidən onun üzərinə gəldikdə bıçağı havada fırladarkən bıçaq Behbudun qarın nahiyəsinə dəymişdir. Sonra Behbud yerdən daş götürüb ona tərəf atmışdır. Həmin daşlardan bir neçəsi onun belinə dəyərək xəsarətlər yetirmişdir. O, Behbudun qarın nahiyəsinin qanadığını görüb bıçağı əynində olan qara rəngli cins şalvarın cibinə qoymaqla Zobucuq qəsəbələrinə dönən yolun kənarında yerləşən piyada dayanacağına tərəf qaçmışdır. Bu vaxt Zobucuq qəsəbəsi istiqamətidə hərəkətdə olan «Mersedes» markalı avtomobili saxlatmış və avtomobilə minərək yaşadığı qəsəbə istiqamətində, sonra isə yaşadığı evə getmişdir. Səhəri gün polis əməkdaşı yaşadığı yerə gələrək Füzuli rayon polis şöbəsinə aparmışlar. Əməlindən peşimandır. Hazırda Behbud ilə barışmış, onun müalicə xərclərini tam şəkildə ödəmişdir. Ülvü Abbasovun cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmədə göstərdi ki, ailə üzvləri ilə birlikdə Füzuli rayonu Kərimbəyli kəndində yaşayır. Füzuli rayonu 1 saylı Zobucuq qəsəbəsində yaşayan Təqsirləndirilən şəxsla eyni şirkətdə minaaxtaran işləyirlər. 31 avqust 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə olarkən əmisi oğlu, eyni zamanda qaynı Şahid1 ona zəng edərək onunla işinin olduğunu bildirmiş və yaşadığı kəndin yuxarı hissəsində yerləşən «Şirinpetrol» yanacaqdoldurma məntəqəsinin yanına gəlməsini xahiş etmişdir. O, piyada Füzuli rayonu Zobucuq qəsəbələrinə dönən yolun kənarına gedərək orada Nurlanı gözləmişdir. Təxminən 10-15 dəqiqə sonra Nurlan və Ülvi «Mercedes» markalı avtomobildən yerə düşmüşlər. Nurlan ona yaxınlaşıb Ülvinin Cəbrayıl rayonu ərazisində onun ünvanına nalayiq sözlərlə söyməsini və onu döyməsini bildirmişdir. O, Nurlanın sağ gözaltı nahiyəsində qançır xəsarəti görmüş və Ülviyə yaxınlaşıb ondan Nurlanı hansı səbəbdən döyməsini soruşduqda Ülvi ona Nurlanla dalaşdıqdan sonra ondan üzr istəməsini demişdir. O, isə Ülviyə sən bilmirsən Nurlan mənim əmim oğlumdur - sözlərini demiş və bu zəmində aralarında mübahisə yaranmış və dalaşmışlar. O, yumruqla Ülvinin sifət nahiyəsinə bir zərbə vuraraq onun boğazından yapışmışdır. Bu vaxt Ülvi cibindən bıçaq çıxararaq onun qarın nahiyəsinə bir zərbə vurmuşdur. Sonra Ülvi oradan getmişdir. Nurlan onun qan itirməsini görüb onu «Şirin petrol» yanacaqdoldurma məntəqəsinin qarşısına apararaq oradakı stolda oturtmuşdur. Bir neçə dəqiqə sonra əmisi, eyni zamanda qaynatası Şahid2 idarə etdiyi «VAZ-2108» markalı avtomobillə oraya gəlmişdir. İrzivan Nurlanla birlikdə onu avtomobilin arxa oturacağına uzandırmış və xəstəxanaya aparmaq üçün yola düşmüşdür. Yol gedərkən asfalt yolun Füzuli rayonu Aşağı Yağlıvənd kəndinin ərizsindən keçən hissəsində hadisə yerinə çağırılan Füzuli rayon mərkəzi xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili ilə qabaqlaşdıqlarına görə Şahid2 idarə etdiyi avtomobili saxlayaraq Nurlanla birlikdə onu tibbi yardım avtomobilinə mindirmişlər. O, X5 Mərkəzinə aparılmış, həmin xəstəxanada cərrah həkim olmadığından bir neçə dəqiqə sonra başqa bir təcili tibbi yardım avtomobili ilə Füzuli rayon mərkəzi xəstəxanasına aparılmış və həmin gün qarın nahiyəsindən əməliyyat olunmuşdur. Hazırda sağlamlığı normaldır. Təqsirləndirilən şəxs onun müalicəç xərclərini tam şəkildə ödəmişdir. Ülvi ilə barışmışdır, ondan şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Şahid1 məhkəmədə göstərdi ki, ailə üzvləri ilə birlikdə Füzuli rayonu Kərimbəyli kəndində yaşayır. Cəbrayıl rayonu Daş Veysəlli kəndində yerləşən "xxxx" şirkətində minaaxtaran işləyir. Ülvü Abbasov onunla yeni şirkətdə minaaxtaran işləyir. 31 avqust 2022-ci il tarixdə saat 14 radələrində yaşadığı kəndə getmək üçün Cəbrayıl rayonu Daş Veysəlli kəndindən iş yoldaş Təqsirləndirilən şəxsla birlikdə yola düşmüşlər. Cəbrayıl rayonu Şükürbəyli kəndinin ərazisinə çatanda Ülvi onu «Coni» adı ilə çağırmışdır. O, Ülviyə irad bildirərək bir daha onu «Coni» adı ilə çağırmamasını xahiş etmişdir. Ülvi isə ona onsuzda onu kənddə hamının «Con» kimi çağırmasını demişdir. Ülvi sürücüdən avtomobili saxlamasını tələb etmişdir. Sürücü avtomobili saxlamışdır. Ülvi avtomobildən yerə düşdükdən sonra onu da avtomobildən çəkib yerə salmış, avtomobildən bir neçə metr uzaqlaşdıqdan sonra yumruqla sağ gözaltı nahiyəsinə bir zərbə vuraraq ona xəsarət yetirmiş və söymüşdür. Onları aralaşdırmışlar. Sonra Füzuli rayonu istiqamətində yollarına davam etmişlər. Ülvü bir nəfərlə danışıb Zobucuq qəsəbələrinə dönən yola gəlməsini demişdir. O, Ülvinin onu döyməkdən ötrü adam çağırdığını düşünmüşdür. Ona görə də əmisi oğlu Behbuda zəng edərək «Şirinpetrol» yanacaqdoldurma məntəqəsinin qabağına çıxıb onu gözləməsini xahiş etmişdir. Füzuli rayonu Zobucuq qəsəbələrinə dönən yolda Ülvi ilə birlikdə avtomobildən yerə düşmüşlər. O, Behbudun Füzuli rayonu Zobucuq qəsəbələrinə dönən yolun sol tərəfində yerləşən «Melisa» adlı marketin pilləkənlərində oturmasını görmüşdür. Buhbud onları görən kimi ayağa qalxıb ona yaxınlaşmış və Ülvinin onu döyüb təhqir etməsini demişdir. Behbud ona həmin yerdə dayanıb gözləməsini və Ülvi ilə işinin olmasını demişdir. O, Füzuli rayonu Zobucuq qəsəbələrinə dönən yolda dayanmışdır. Behbud Ülviyə yaxınlaşmış, onu nə üçün döyməsini demiş, aralarında bübahisə yaranmış və dalaşmışlar. Bu zaman Ülvi Behbudun qarın nahiyəsinə bıçaqla bir dəfə zərbə vurmuşdur. Onlar aralaşmışlar və Ülvi oradan getmişdir. O, Behbudun qan itirməsini görüb atası İrzivana zəng edib onu «Şirinpetrol» yanacaqdoldurma məntəqəsinə çağırmışdır. Sonra isə təcili tibbi yardıma zəng edərək Ülvinin yaralı olması və hadisə yeri barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra atası İrzivan idarə etdiyi avtomobillə onların yanlarına gəlmişdir. Behbudu avtomobilin arxa oturacağına uzandırıb Füzuli rayon mərkəzi xəstəxanası istiqamətində apararkən yolda hadisə yeri istiqamətində gedən təcili tibbi yardım avtomobili ilə qarşılaşmışlar. Behbudu həmin avtomaşına qoyaraq X5 Mərkəzinə aparmışlar. Lakin orada cərrah olmadığından Behbudu Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılmışlar. Behbud orada cərrahi əməliyyat olunmuşdur. Şahid2 da məhkəmədə Şahid1 və Zərərçəkmiş şəxslə eyni məzmunlu ifadə verərək onların ifadələrində göstərdikləri xüsusatları təsdiq etdilər. Şahid3 məhkəmədə göstərdi ki, Füzuli rayonu 1 saylı Zobucuq qəsəbəsində yaşamaqla özünə məxsus avtomobil ilə taksi fəaliyyəti göstərir. Onunla eyni qəsəbədə yaşyan Təqsirləndirilən şəxsla münasibətləri yaxşıdır. 31 avqust 2022-ci il tarixdə saat 15 radələrində evdə olarkən Təqsirləndirilən şəxs ona zəng edərək hazırda yolda olduğunu, Zobucuq qəsəbələrinə dönən yola çatanda ona xəbər edəcəyini, avtomobilə ilə oraya gələrək onu evə aparmasını xahiş etmişdir. Təxminən 20 dəqiqə sonra Ülvi ona təkrar zəng edərək artıq qəsəbəyə yaxınlaşdığını bildirmişdir. O, idarə etdiyi VAZ-2106 markalı avtomobillə Zobucuq qəsəbələrinə dönən yola getmişdir. X10 ilə yolun kənarında dayanmış «KAMAZ» markalı avtomobilin yanına getmələrini görmüşdür. Eyni zamanda orada olan Nurlanın sağ gözaltı nahiyəsində qançır xəsarəti olduğunu görüb ondan hansı şəraitdə xəsarət almasını soruşmuş, Nurlan ona Cəbrayıl rayonundan gələrkən yolda Ülvi ilə dalaşmasını və Ülvinin onu döyməsini bildirmişdir. O, həmin vaxt Behbudun Ülvinin sifət nahiyəsinə yumruqla zərbə vurmasını, sonra isə qolu ilə boynunu sıxıb boğduğunu görmüş, onları aralamaq üçün yaxınlaşdıqda Behbud Ülvini buraxmış və Ülvünün bıçaqla Behbudun qarın nahiyəsinə vurduğunu görmüşdür. Nurlan təcili tibbi yardıma zəng edərək hadisə barədə məlumat vermişdir. Ülvinin isə oradan hansı avtomobillə getməsini görməmişdir. Məhkəmə-tibb ekspertizasının 01 sentyabr 2022-ci il tarixli, 318/22 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ön qarın divarının daxilə keçən, nazik bağırsağın zədələnmələri və daxili qanaxma ilə müşayət olunan bir ədəd kəsilmiş-deşilmiş yarası aşkar olunmuşdur. Qeyd olunan xəsarət kəsici-deşici əşyanın (alətin) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kəsici-deşici alətlə yetirilə bilərdi, bıçaq da belə alətlərdəndir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi-kriminalistik ekspertizasının 13 sentyabr 2022-ci il tarixli, 459- 2022/MTKŞ №-li rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində 01 ədəd kafi itilikli ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmiş bir ədəd zədə aşkar olunmuşdur. Həmin zədənin ekspertizaya təqdim edilmiş bıçağın təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı, qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. Bıçağın üzərində onun təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir. Məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 01 noyabr 2022-ci il tarixli, 30909 №-li rəyindən görünür ki, təqsirləndirilən şəxs Ülvü Abbasovda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır, əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Ülvü Abbasovun əqli-intellektual imkanları normaya uyğundur, hadisə vaxtı fizioloji affekt halında olmamış, öz hərəkətlərini tam dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətinə malik olumuşdur. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi 27 oktyabr 2022-ci il tarixli və məhkəmə baxaşı zamanı verdiyi xx.xx.2023-cü il tarixli ərizələrində Təqsirləndirilən şəxsla barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materillarında olan əmək müqaviləsindən və sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Azərbaycan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində minaaxtaran işləyir. Həmin cəmiyyət tərəfindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Ülvü Abbasov əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2022-ci ildə doğulmuş bir azyaşlı uşağı vardır. O, yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə müsbət səciyyələnir. Bundan əlavə həmin sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs atası X6 xx.xx.2007-ci il tarixdə ölmuşdur. X2 1-ci dərəcəli əlil olmaqla onun himayəsindədir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini CM-nin 59.1.8-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-nin 59.1.13-cü maddəsinə, minaaxtaran fəaliyyəti ilə məşğul olmaqla Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsində bilavasitə iştirak etməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-nin 60.1-ci maddəsinin tələblərini nəzərə alır. Belə ki, şəxsin əməlində cəzanı CM-nin 59.1.8, 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş yüngülləşdirici hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti CMnin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bundan əlavə məhkəmə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilmə şəraitini, xarakterini, şəxsiyyətini-yəni ilk məhkumluğunu, yaşayış yerindən müsbət səciyyələnməsin, cinayətin törədilməsindən sonrakı davranışını-yəni əməlindən səmimi peşmançılıq hissləri keçirməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsin, cinayət nəticəsində dəymiş ziyanı tamamilə könüllü olaraq ödəməsin, 1-ci dərəcəli əlil olan anasının onun himayəsində olmasını, habelə minaaxtaran fəaliyyəti ilə məşğul olmaqla Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsidə iştirak etməsini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində təyin olunan cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tədbiq edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Fizuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Füzuli Rayon Polis şöbəsində saxlanılan bir ədəd bıçaq məhv edilməli, bir ədəd idman şalvarı və bir ədəd köynək isə Zərərçəkmiş şəxs verilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351- 353, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tədbiq edilsin və 1 (bir) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Fizuli Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Füzuli Rayon Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq məhv edilsin, bir ədəd idman şalvarı və bir ədəd köynək iş üzrə Zərərçəkmiş şəxs verilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyəminir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-128/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-128/2023
19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver