Məhkəmə qərarları › İş №1(099)-129/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-129/2022

18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-129/2022 18.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısıh Bababəy oğlunun, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçilər Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxx 1996-cı ildə Astara rayonu, Züngüləş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki övlad atası, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Züngüləş kəndində qeydiyyatda olan və hazırda həmin ünvanda yaşayan, Astara rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli qərarı ilə barəsində 04 ay həddində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə xx xxxxxxxx 1987-ci ildə Astara rayonu, Züngüləş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki övlad atası, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Züngüləş kəndində qeydiyyatda olan və hazırda həmin ünvanda yaşayan, Astara rayon Məhkəməsinin 08 sentyabr 2021ci il tarixli qərarı ilə barəsində 04 ay həddində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxararaq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında sonuncunun istintaqa məlum olmayan tarixdə, Lənkəran rayonundan istintaqa məlum olmayan mənbədən əldə etdiyi, tərkibində narkotik maddələr olan narkotik tərkibli çətənə (kannabis) növünə aid 36 ədəd bitki toxumunu Təqsirləndirilən şəxs2la birlikdə 2021-ci ilin may ayının əvvəllərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının 58-ci kvartalının ərazisində 0,006 ha torpaq sahəsində torpaq üzərində mülkiyyət hüququnu pozub qanunsuz olaraq əkərək, kök üstə bitən 36 ədəd bitkilərə aqrotexniki qaydada qulluq edib becərib yetişdirməklə kultivasiya etmiş, 06 sentyabr 2021-ci il tarixdə Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən çətənə bitkilərinin əkildiyi əraziyə baxış keçirilən zaman ümumi təmiz çəkisi -7775,0 qram olan, əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan 36 ədəd çətənə (kannabis) bitki kolları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2, həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında Lənkəran rayonundan istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi, tərkibində narkotik maddələr olan narkotik tərkibli çətənə (kannabis) növünə aid 36 ədəd bitki toxumunu Təqsirləndirilən şəxs1la birlikdə 2021-ci ilin may ayının əvvəllərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının 58-ci kvartalının ərazisində 0,006 ha torpaq sahəsində torpaq üzərində mülkiyyət hüququnu pozub qanunsuz olaraq əkərək, kök üstə bitən 36 ədəd bitkilərə aqrotexniki qaydada qulluq edib becərib yetişdirməklə kultivasiya etmiş, 06 sentyabr 2021-ci il tarixdə Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən çətənə bitkilərinin əkildiyi əraziyə baxış keçirilən zaman ümumi təmiz çəkisi -7775,0 qram olan, əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan 36 ədəd çətənə (kannabis) bitki kolları aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 2021-ci ilin may ayının əvvəllərində həmkəndlisi Emillə bir yerdə çətənə kollarının toxumlarını Hirkan Milli Parkının meşəlik ərazisində əkmək qərarına gəlmişlər. Bir neçə gün keçdikdən sonra o, Emillə yaşadıqları kənddə görüşüb, meşə ərazisinə tərəf yola düşmüşlər və özləri ilə su da aparmışlar. Onlar meşəlik ərazidə çətənə kollarını əkmək üçün bir yer seçib, həmin yeri otlardan təmizləmişlər. Daha sonra onlar birlikdə çətənə kollarının toxumlarını yerə basdıb onları suvarmışlar. Təxminən bir ay keçdikdən sonra o, Emillə birlikdə toxumları əkdikləri yerə getmişlər və çətənə bitkilərinin artıq yerdən çıxdığını görmüşlər. O və Emil bitkilərə mütəmadi qulluq edib, bitkilərin çıxdığı torpağı alaq otlarından təmizləyib, onlara su vermişlər. Bundan sonra onlar bir dəfə də eyni qaydada kolların bitdiyi yerə gedərək, kollara qulluq etmişlər. Onun və Emilin məqsədi əkdikləri çətənə bitkilərinə qulluq edib, həmin bitkilərin yarpaqlarını qurudaraq özləri üçün istifadə etmək olmuşdur. 06 sentyabr 2021-ci il tarixdə polis əməkdaşları onu Bakı şəhəri, Lökbatan qəsəbəsi ərazisində saxlayaraq ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, onu Astara rayon Polis Şöbəsinə dəvət etmişlər. Orada o, Astara rayonu, Züngüləş kəndinin ərazisində, meşəlik ərazidə Emillə birlikdə çətənə kolları əkdiyini etiraf etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə çətənə kollarını əkdiyi əraziyə gedib, orada videoçəkilişlə baxış keçirmişlər. Baxış zamanı 36 ədəd çətənə kolları aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, o və digər iştirakçılar protokolu imzaları ilə təstiq etmişlər. O Milli Parkın torpağını çəpərləməmişdir. Əməlindən peşmandır. Öhtəsində 2 nəfər azyaşlı uşaqlarının olmasının cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Təxminən 1 il yarım əvvəl Lənkəran rayonunda yerləşən kafelərin birində tanımadığı, adını bilmədiyi şəxsdən 36 ədəd çətənə bitkisinin toxumunu almış və həmin toxumları özündə saxlamışdır. 2021-ci ilin may ayının əvvəllərində həmkəndlisi Cavadla bir yerdə çətənə kollarının toxumlarını Hirkan Milli Parkının meşəlik ərazisində əkmək qərarına gəlmişlər. Bir neçə gün keçdikdən sonra o, Cavadla yaşadıqları kənddə görüşüb, meşə ərazisinə gedərək orada çətənə kollarını əkmək üçün bir yer seçib, həmin yeri otlardan təmizləmişlər. Daha sonra onlar birlikdə çətənə kollarının toxumlarını yerə basdıb onları suvarmışlar. Lakin həmin ərazini çəpərləməmişlər.Təxminən bir ay keçdikdən sonra o, Emillə birlikdə toxumları əkdikləri yerə getmişlər və çətənə bitkilərinin artıq yerdən çıxdığını görmüşlər. O Cavadla bitkilərə mütəmadi qulluq edib, bitkilərin çıxdığı torpağı alaq otlarından təmizləyib, onlara su vermişlər. Bundan sonra onlar bir dəfə də eyni qaydada kolların bitdiyi yerə gedərək, kollara qulluq etmişlər. Onların məqsədi əkdikləri çətənə bitkilərinə qulluq edib, həmin bitkilərin yarpaqlarını qurudaraq özləri üçün istifadə etmək olmuşdur. 06 sentyabr 2021-ci il tarixdə polis əməkdaşları onu saxlayaraq ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, onu Astara rayon Polis Şöbəsinə dəvət etmişlər. Orada o, Astara rayonu, Züngüləş kəndinin ərazisində, meşəlik ərazidə Cavadla birlikdə çətənə kolları əkdiyini etiraf etmişdir. Əməlindən peşmandır. Öhtəsində 2 nəfər azyaşlı uşaqlarının olmasının cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” 21 noyabr 2021-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs2, Astara rayonun Züngüləş kəndində Hirkan Milli Parkının meşə ərazisində, ifadənin yerində yoxlanılması zamanı, təqdim etdiyi şərait onun əvvəl verdiyi ifadəyə tam uyğundur. İstintaq hərəkəti açıq hava şəraitində təbii işıq altında aparılmış, ifadənin yerində yoxlanılması zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya və predmet aşkar edilib götürülməmişdir. İstintaq hərəkəti zamanı heç bir təklif və şikayət daxil olmamışdır. İşdə olan üzləşdirmədə istintaq hərəkəti protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş və üzləşdirmə zamanı hər iki təqsirləndirilən şəxs törətdikləri cinayət əməlini bir daha etiraf etmişlər. Dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Astara rayonun Züngüləş kənd sakini Təqsirləndirilən şəxs1 rayonun Züngüləş kəndində yerləşən Hirkan Milli Parkının ərazisində narkotik tərkibli çətənə bitkilərinin əkib becərməsi barədə icraatına əməliyyat məlumatı daxil olmuş, məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs1 cinayət əməlini ifşa etmək məqsədilə 06 sentyabr 2021-ci il tarixdə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs1 olduğu yer, yəni Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində olması müəyyən edilməklə o Bakı şəhərində saxlanılaraq Astara rayon polis şöbəsinə gətirilmiş və orada Təqsirləndirilən şəxs1 Astara rayonun Züngüləş kəndində meşə ərazisində həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə çətənə kolları əkib becərdiklərini etiraf edərək, həmin yeri təqdim edə biləcəyini bildirmişdir. Ona görə də 06 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1la birlikdə əməliyyat qrupunun tərkibində xidməti avtomobillə Züngüləş kəndinin meşə ərazisinə getmişlər. Opada videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı təxminən 50-300 sm ölçülərdə, 36 ədəd kultivasiya edilmiş halda çətənə bitkisinə oxşar kollar aşkar edilmişdir. X2 kolların çətənə kolları olmasını, kollara aqrotexniki qaydada qulluq göstərilməsini bildirmişdir. Aşkar edilmiş həmin bitkilər yerindən çıxarılmış və qablaşdırılaraq 2 ədəd bağlamada yerləşdirilib, bağlamaların üzəri Astara RPŞ-nin 84 saylı möhürü ilə möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş bitkilərin çətənə bitkisi olduğunu, həmin çətənə bitkilərini tanışı Təqsirləndirilən şəxs2la birlikdə əkdiklərini, daha sonra bitkilərə qulluq etdiklərini bildirmişdir. Daha sonra həmin tarixdə saat 15 radələrində əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs2 Astara rayonun Züngüləş kəndində saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Şöbədə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf edərək, 1 il əvvəl 36 ədəd çətənə toxumlarını yığıb özündə saxladığını, Təqsirləndirilən şəxs1 çətənə toxumlarını əkib becərməyi, daha sonra istifadə edəcəklərini təklif etməsini və həmin toxumıları n birlikdə əkib beçərdiklərini etiraf etmişdir. O ifadəsində əlavə olaraq göstərmişdir ki, çətənə kollarının əkildiyi ərazi çəpərlənməmiş vəziyyətdə olmuşdur. Dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə verdi. Dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Hirkan Milli parkına məxsus Şindan meşəbəylyinin dördüncü dolayının yegeri vəzifəsində işləyir.21 noyabr 2021-ci il tarixdə Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakları ilə onun nəzarət etdiyi ərazidə baxış keçirilmiş, həmin baxışda o, da iştirak etmişdir. Baxış zamanı, əvvəllər tanıdıqı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 meşə ərazisində, kənardan görünməyən yerdə sahəni göstərərək, orada çətənə kolları əkib-becərdiklərini, bitkilərə qulluq etdiklərini bildirmişlər. Həmin ərazi Hirkan Milli parkının ərazisidir və o, həmin ərazinin yegeridir. O, hər gün meşə ərazisini gəzib dolaşsa da orada Cavadla Emilin həmin ərazidə çətənə kollarının əkib becərməsini görməmişdir. O ifadəsində əlavə olaraq göstərmişdir ki, onların çətənə kolları əkdikləri ərazinin ətrafı çəpərlənməmiş vəziyyətdə olmuşdur. Dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, hazırda ailə üzvləri ilə birlikdə yaşayır, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkında hüquqşünas vəzifəsində işləyir. Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, Astara rayonun Züngüləş kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 36 ədəd bitki toxumunu 2021-ci ilin may ayının əvvəllərində Astara rayonun Züngüləş kəndində yerləşən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli parkının Şindan meşəbəylinin 58-ci kvartalının ərazisində 0,006 ha torpaq sahəsini özbaşına zəbt edib orada qanunsuz olaraq əkib, kök üstə bitən 36 ədəd bitkilərə aqrotexniki qaydada qulluq edib becərib yetişdirməklə kultivasiya etmişlər. 06 sentyabr 2021-ci il tarixdə Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən çətənə bitkilərinin əkildiyi əraziyə baxış keçirilən zaman əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan 36 ədəd çətənə bitki kolları aşkar edilərək götürülmüşdür. Daha sonra 21 noyabr 2021-ci il tarixdə Hirkan Milli Parkının yegeri Şahid4 iştirakı ilə həmin əraziyə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Hirkan Milli parkının Şindan meşəbəylinin 58-ci kvartalının ərazisində 0,006 ha torpaq sahəsini özbaşına zəbt edib orada qanunsuz olaraq çənətə kolları əkib becərmələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zəbt etdikləri 0,006 ha torpaq sahəsi Hirkan Milli Parkının ərazisidir və həmin ərazi kənd təsərrüfatlı torpaq sahəsi deyil. Cinayət işinin materiallarında olan baxış və götürmə aparılması barədə 06 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 12:40-dan saat 13:20-dək olan müddət ərzində Astara RPŞ əməkdaşlarının, Təqsirləndirilən şəxs1 və dəvət olunmuş X2in iştirakları ilə videoçəkiliş vasitəsilə Astara rayonun Züngüləş kəndində Hirkan Milli Parkının meşə ərazisində baxış keçirilmiş. Baxış keçirilən yer dağlıq-meşəlik ərazidə yerləşirmiş, hər tərəfi müxtəlif növ ağaclar və kol birkilərlə əhatələnmiş ərazi olmuş, kənardan həmin ərazi görünmürmüş. Baxış zamanı Təqsirləndirilən şəxs1 həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə əkib becərdiyi çətənə kollarının yerini göstərmişdir. Əraziyə baxış zamanı təxminən 50-300 sm ölçülərdə, 36 ədəd kultivasiya edilmiş halda çətənə bitkisinə oxşar kollar aşkar edilmişdir. Aşkar edilmiş həmin bitki iştirakçıların köməkliyi ilə dartılıb yerindən çıxarılmış və həmin bitkilər ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılaraq 2 ədəd bağlamada yerləşdirilib, bağlamaların üzəri Astara RPŞ-nin 84 saylı möhürü ilə möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş bitkilərin çətənə bitkisi olduğunu, həmin çətənə bitkilərini tanışı Təqsirləndirilən şəxs2la birlikdə əkdiklərini bildirmişdir. İşdə olan 06 sentyabr 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, həmin tarixdə Astara rayonun Züngüləş kəndində Hirkan Milli Parkının meşə ərazisininə baxış keçirilərkən təxminən 50-300 sm ölçülərdə, 36 ədəd kultivasiya edilmiş halda çətənə bitkisinə oxşar kollar aşkar edilmişdir. Həmin çətənə kollarına aqorotexniki qaydada qulluq edilmiş, suvarlanmış, torpaq alaq otlardan təmizlənmiş, yumşaldılmışdır. İşdə olan baxış keçirilməsi haqqında 21 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və təqsirləndirilən Təqsirləndirilən şəxs2 iştirakları ilə Hirkan Milli Parkının Astara rayonun Züngüləş kəndi ərazisində baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik tərkibli çətənə bitkilərinin əkib-becərdikləri 0,006 ha torpaq sahəsi Milli Parkın Şindan meşəbəyliyinin 58-ci kvartalının ərazisidir. İşdə olan ibtidai istintaq orqanının qərarından görünür ki, Hirkan Milli Parkı ərazisində əkilib becərilmiş 36 ədəd çətənə kolları , baxış və götürmə aparılması haqqında istintaq hərəkətləri qeydə alınaraq köçürülmüş 2 ədəd DVD disklər maddi sübut kimi tanınmışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 06 sentyabr 2021-ci il tarixli 19/888 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Astara rayonu Züngüləş kəndi ərazisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə əkdikləri çətənə bitkisinə oxşar kollar…» sözlər və imzalar olan bağlamada, içərisində ümumi sayı 10 (on) ədəd, 60 sm – 250 sm hündürlüklərində yaş vəziyyətdə təmiz çəkisi 3240,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Astara rayonu Züngüləş kəndi ərazisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə əkdikləri çətənə bitkisinə oxşar kollar…» sözlər və imzalar olan bağlamada, içərisində ümumi sayı 26 (iyirmi altı) ədəd, 60 sm – 250 sm hündürlüklərində yaş vəziyyətdə təmiz çəkisi 4535,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 20 sentyabr 2021-ci il tarixli 1015 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixi və fiziki asılılıq olmadan narkotik maddələrdən istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 20 sentyabr 2021-ci il tarixli, 1016 nömrəli məhkəmə narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniyadan xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının rəhbərliyinin xx.xx.2021-ci il tarixli 533/HMP saylı məktubundan görünür ki, Astara rayon Züngüləş kənd sakinlərinin narkotik xassəli çətənə kollarını əkdikləri 0,006 ha torpaq sahəsi Milli Parkın Şindan meşəbəyliyinin 58-ci kvartalının ərazisidir həmin ərazi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi deyildir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. Məhkəmədə işə mahiyyəti üzrə baxılarkən Dövlət ittihamçısı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş CM-nin 188.1-ci maddəsi üzrə cinayət təqibindən imtina etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri CM-nin 188.1-ci maddəsi üzrə dövlət ittihamçısının onların barələrində cinayət təqibindən imtina etdiyinə görə CPM-nin 41.3 və 73-2.1-ci maddələrinə əsasən qeyd edilən maddə ilə cinayət təqibinə xitam verilmişdir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində CM-nin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində onlar, təqsirlidirlər. Ona görə də onlar CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 29 iyul 2996-cı ildə Astara rayonunun Züngüləş kəndində doğulmuşdur. Həmin kənddə qeydiyyatda olmaqla orada yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Himayəsində 07 noyabr 2018-ci il təvəllüdlü oğlu Eynəli və 10 mart 2020-ci il təvəllüdlü oğlu Tunar vardır. Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 1987-ci ildə Astara rayonunun Zəngüləş kəndində doğulmuşdur. Həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Himayəsində 17 may 2007-ci il təvəllüdlü qızı Fidan, 15 dekabr 2008-ci il təvəllüdlü oğlu Ramil vardır. X5 Vətən müharibəsi işirakçısı olmaqla Azərbaycan Respublikası Prezdentinin müvafiq sərancamlarına əsasən Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlı rayonlarının azad olunmasına görə medalları ilə təltif olunmuşdur. İşdə olan Astara rayon məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli qərarlarından görünür ki, həmin qərarlara əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ev dustaqlığında saxlama müddətinin əvvəli 06 sentyabr 2021-ci il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN-nin BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvəllər məhkum olunmamışlar. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda məhkəmə CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını, CM-in 59.2-ci maddəsinə əsasən X5 Vətən müharibəsi iştirakçısı olmaqla Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlı rayonlarının azad olunması medalları ilə təltif edilməsini, yaşayış yerindən müsbət səciyyələndirilməsini onun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halın olmasını müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halın olmamaqla, yüngülləşdirən halın olmasını nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməli və onlar həmin cəzanı çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq barələrində CM-in 62 və 70-ci maddələrinin tətbiq edilməsini mümkün hesab etmir. Məhkəmə təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onlara qarşı seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilməklə həbs qətimkan tədbiri ilə əvəz edilməli və onlar dərhal məhkəmə islac zalından həbs edilməlidir. CM-in 56.1.2 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 06 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs1 barəsində CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eləcə də Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Astara rayon Polis Şöbəsində saxlanılan 36 ədəd çətənə bitkiləri məhv edilməli və iki ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 65 manat təqsirləndirilən şəxslərin hər birindən 32 manat 50 qəpik alnmaqla dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 44, 132, 344-349, 351- 353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: İ.Təqsirləndirilən şəxs1 CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 qarşı seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o məhkəmə iclas zalından dərhal həbs edilsin. Seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. O ərazi narkoloji kabinetində qeydiyyata alınsın.

2. Təqsirləndirilən şəxs2 CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 qarşı seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o məhkəmə iclas zalından dərhal həbs edilsin. Seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. O ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Astara rayon Polis Şöbəsində saxlanılan 36 ədəd çətənə bitkiləri məhv edilsin. İki ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 65 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 32 manat 50 qəpik alnmaqla dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar