Məhkəmə qərarları › İş №1(099)-129/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-129/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-129/2023 08.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi1 iştirakları ilə xx.xx.1990-cı ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.1985-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 qohumu digər Təqsirləndirilən şəxs1 və digər şəxslə külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq digər şəxs tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Biləsuvar şəhəri, Q. Həsənova küçəsində yerlşən üzərində “Şuşa, Bəhrəmtəpə, İran sərhəddi, Biləsuvar” sözləri yazılı istiqamətləndirici yol nişanının yanında gizlədilmiş bir ədəd bükümdə olan külli miqdarda 1005 qram narkotik vasitə heroini satış məqsədilə əldə etməkdən ötrü 29 avqust 2022-ci il tarixdə saat 00:30 radələrində cinayətlərdən xəbərsiz olan Şahid1 idarə etdiyi VAZ-2107 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin yerə gəlmiş, Təqsirləndirilən şəxs1 qeyd edilən narkotik vasitəni gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, sürücü Şahid1 görmədiyi şəraitdə avtomobilin arxa oturacağında əyləşmiş Təqsirləndirilən şəxs2 saxlamaq üçün vermiş, o isə həmin bükümü avtomobilin arxa oturacağının altına qoyub gizlədərək saxlamış və Lənkəran şəhəri istiqamətində daşıyarkən Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən X7 Kompleksinin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, avtomobilə baxış zamanı qeyd edilən bir ədəd bükümdə, külli miqdarda,1005 qram narkotik vasitə heroin avtomobilin arxa oturacağının alt hissəsindən aşkar edilərək götürülmüşdür Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, özü narkotik vasitələrin bir-iki ildir ki, istifadəçisidir. Təqsirləndirilən şəxs1 onun qohumu və həmkəndlisidir. Onunla birlikdə usta işləyib. Özü maşın ustası olmuş, həmçinin özünə məxsus motosikleti var. Hadisə günü 28 avqust 2022-ci ildə Sərxanla birlikdə Göyşaban kəndindən Biləsuvar rayonuna taksi ilə getmişdir. Məqsədi isə orada olan motosiklet ustasından karbirator almaq olmuşdur. Sərxan onunla yol yoldaşı kimi getmişdir. Həmin usta ilə əvvəlcədən danışmış, belə ki, axtardığı ehtiyyat hissəsini yaxınlıqda tapa bilməmişdir. Usta ona həmin ehtiyyat hissəsini 80 manata satacağını bildirmişdir. Yola çıxarkən isə üzərində pulu olmamış, lakin Sərxanın ona borc pul verəcəyi ilə aralarında razılaşma olmuşdur. Həmin taksi sürücüsü isə Hacı adlı həmkəndlisi olmuşdur. Eyni zamanda Hacı ilə gediş-gəlişlə bağlı Sərxan danışmış, 40 manata aralarında razılıq olmuşdur. Taksi sürücüsü ilə Biləsuvar rayonunda olan yanacaqdoldurma məntəqəsinin yaxınlığınadək getmişlər, orada isə Sərxan maşından düşüb ayaqyoluna gedib-qayıtmışdır. Maşında özü arxa oturacaqda, Sərxan isə qabaq oturacaqda oturmuşdur. Lakin özü həmin vaxt maşında gözləmiş, maşından yerə düşməmişdir. Həmin yerdə biraz gözləmişlər, lakin karbirator satan şəxs gəlib çıxmamışdır. Ehtiyyat hissəsini satan şəxs ilə telefonda danışmışdır, həmin şəxs isə şəkil atmış və bildirmiş ki, bu yolun üstə gəlin. Sərxan isə həmin yeri tapmış, yol löhvəsinə 50-60 metr qalmış Sərxan həmin vaxt maşından ayaqyoluna düşmüşdür. Sərxan maşından düşərkən taksi sürücüsünə qarşıdan dönüb qayıtmağını, qayıdanda isə onu da götürməyini bildirmişdi. Taksi sürücüsü isə yolu yaxşı tanımırmış, Sərxan maşından düşərkən ona qarşıdan geriyə dönmə olduğunu bildirmişdir. Sürücü isə Sərxanın dediyi kimi qarşıya getmiş, oradan geri dönüş edib Sərxanı da maşına götürmüşdür. Həmin vaxt isə Sərxan yolu digər tərəfə keçmişdir. Sərxan maşına qayıdıb minərkən əlində heçnə görməmiş, lakin ona kağız parçası verərək, usta nömrəsi olduğunu bildirmiş, bu ustada axtardığı ehtiyyat hissəsinin ola biləcəyini demişdir. Həmin ustanın isə Astarada olduğunu Sərxan bildirmiş, lakin özü ustanı yığmamış, yol boyu gedərkən yığmağı düşünmüşdür. Bundan sonra isə geriyə qayıtmaq fikrinə gəlmişlər. Taksi ilə geri Göyşaban kəndinə qayıdarkən Biləsuvar rayonu ərazisində olan dairədə polis əməkdaşları tərəfindən maşın saxlanılmışdır. Polis əməkdaşları basqın edər şəkildə maşından onları düşürüb, polis şöbəsinə aparmışlar. Şöbədə olarkən ilk əvvəl onları rəisin otağına aparmışlar, orada onlara şübhəli şəxs olduqlarını bildirmişlər. Şöbədə üzərlərinə vəkilin iştirakı ilə baxış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Səhərə yaxın isə maşına baxış keçirmişlər, bu zaman maşından bir ədəd ağ büküm çıxarmışlar. Onlara həmin bükümün arxasınca gəldiklərin demişlər. O, isə bükümdən xəbərdar olmadığını bildirmişdir. Maşına baxış keçirilənədək isə onları polis əməkdaşları döymüşlər. Hətta oradakı polislərdən biri də onlara yalan danışdıqlarını bildirmişdir. Baxışda isə polislər bildirmişlər ki, malı göstər, daha sonra arxa otracağın altından bükümü çıxarmışlar. Özləri isə həmin bükümlə bağlı heçnə deməmişlər, polis əməkdaşları isə demişlər ki, bu büküm sizindir. Özü isə sonadək bükümdən məlumatsız olduğunu bildirmişdir. Eyni zamanda polis əməkdaşları ona təzyiq edərək, bükümün Sərxana məxsus olmasını dedirməyə çalışmışlar, lakin o, demişdir ki, “mənlik deyil”. Ona məxsus telefonla Sərxan danışıq aparmamış, narkotik vasitənin isə kimə məxsus olmasını bilmir. Sərxan ona heçnə verməmiş, narkotik maşından çıxanadək onu görməmişdir. Barəsində cəza təin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, bir neçə gün əvvəl Sərxan onun telefonun internetindən istifadə edib bir tanışı ilə əlaqə saxlamışdır. Sərxan onun telefonundan istifadə edərək kiminləsə «Vatsapp» sosial şəbəkəsi vasitəsilə yazışmışdır. Amma sonra yazışmalarını silirmiş və o, Sərxanın kiminlə, nə barədə yazışmasını bilmirmiş. Bir neçə gündən sonra, yəni 28 avqust 2022-ci il tarixdə axşamtərəfi yenə də Sərxan onların evinə gəlmişdir. Yenə də onun mobil telefonunun internetindən istifadə edərək kiminləsə yazışmağa başlamışdır. Sonra isə Sərxan ona demişdir ki, “bir dostumla görüşməyə gedirəm, sən də gəl, mənimlə gedək, sən mənim yanımda olarsan, mən sənin telefonunun internetindən istifadə edəcəm”. O da razılaşmışdır. Ancaq hara getdiklərini soruşmamış, Sərxan da ona deməmişdir. Sonra Sərxan öz telefonu ilə taksi sürücüsü Hacıya zəng edib çağırmışdır. Hacı ilə nə danışdığını bilməmişdir. Bir qədər sonra Hacı gəlmiş və onlar yaşadıqları Göyşaban kəndində poçtun yanında görüşüb Hacının avtomobilinə minmişdirlər. Sərxan qabaq oturacaqda, o, isə arxa oturacaqda əyləşmişdir. Onlar yola düşəndə saat 22 radələri olarmış. Onun mobil telefonu Sərxanda imiş və Sərxan kiminləsə mobil telefonda «Vatsap» sosial şəbəkəsində yazışırmış. Onlar Biləsuvar şəhəri istitqamətində gəlmişlər. Biləsuvara çatanda artıq gec imiş. Sərxan öz mobil telefonunda bir yol plakatının fotoşəklini sürücüyə, yəni Hacıya göstərib demişdir ki, “bu plakatın yanına getməliyik”. Həmin şəkilə o da baxmışdır. Şəkil yol plakatının şəkili imiş, plakatda Şuşa, Biləsuvar və İran yazıları var imiş. Hacı demişdir ki, Biləsuvarı tanımır və bu plakatın harda olduğunu bilmir. Daha sonra Sərxan özü yolu göstərmişdir. Onlar Biləsuvar şəhərinin girişində «Azpetrol» yanqacaqdoldurma məntəqəsinin yanından dönüb asfalt yolla hərəkətlərini davam etdirmişdirlər. Bir qədər getdikdən sonra həmin plakatı yolun sağında görmüşdülər. Sərxan həmin plakatın yanında Hacıya avtomobili saxlamağını tapşırmışdır. Hacı avtomobili saxlamışdır. Sərxan demişdir ki, “mən burda düşürəm, ayaqyoluna çıxım, siz də qabaqdan dönüb qayıdın gəlin”. Sonra Sərxan avtomobildən düşmüşdür. O, isə avtomobildən düşməmişdir. Elə zənn etmişdir ki, Sərxan həqiqətən də orada ayaqyoluna çıxır. Hacı avtomobili idarə edib bir qədər irəli sürüb dönüb geri qayıtmışdır. Sərxan yolun qırağında dayanmışdır. Hacı avtomobili onun yanında saxlamışdır. O, Sərxanın əlində heç bir əşya görməmişdir. Sərxan yenə də qabaq oturacaqda əyləşmişdir. Sonra Hacıya demişdir ki, “sür, gedək, evə”. Hacı da avtomobili idarə edərək hərəkətə başlamışdır. Sərxan onun mobil telefonunu özünə qaytarmışdır. O da telefonu şalvarının cibinə qoymuşdur. Avtomobil bir qədər getdikdən sonra yol patrul xidməti əməkdaşları qarşıda işarə verərək avtomobili saxlatdırmışdılar. Hacı da avtomobili saxlamışdır. Hacı avtomobildən düşüb yol patrul xidməti əməkdaşlarına tərəf getmişdir. Həmin vaxtı Sərxan əlində bir ədəd ovucdan bir az böyük bağlamanı ona uzadıb demişdir ki, ala, qoy, sideniyanın arasına. O, başa düşməmişdir. Sərxandan soruşmuşdur ki, bu nədir? Sərxan isə cavab verməyib bağlamanı arxa oturacağa tullamışdır. O da bağlamanı götürüb oturacağın altına qoymuşdur. Bu zaman polis əməkdaşları gəlib onları tutmuşdular. Həmin vaxtı onun cibindəki mobil telefon sınıb zədələnmişdir. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib hər üçünü avtomobillə birlikdə polis şöbəsinə gətirmişdilər. Polis şöbəsində müdafiəçilərin iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış keçirlərkən polis əməkdaşı avtomobildə narkotik vasitə və yaxud qanunla qadağan edilmiş digər əşya olub-olmadığını soruşmuşdur. Hacı demişdir ki, avtomobildə belə əşya yoxdur. Amma o, demişdir ki, yol patrul xidməti əməkdaşları avtomobili saxlayarkən Sərxan ona bir bağlama vermiş, o da həmin bağlamanı arxa oturacağın alt hissəsinə atmışdır. Daha sonra avtomobilin arxa oturacağının altından həmin bir ədəd bağlama aşkar olunaraq götürülmüşdü. Həmin bağlama açıb baxılmışdır. Bildirilmişdir ki, bağlamanın içərisində narkotik vasitə heroin vardır. Həmin bağlama elektron tərəzidə çəkilmiş və çəkisi 1115 qram gəlmişdir. Sərxandan həmin bağlama barədə soruşanda Sərxan demişdir ki, o, Ruhidə kağız parçası vermişdir. Bundan başaq o, ifadəsində bildirmişdir ki, aşkar edilərək götürülmüş külli miqdarda, 1005 qram narkotik vasitə heroin barədə heç bir məlumatı olmamış, həmin narkotik vasitənin əldə edilməsi üçün heç kimlə razılaşmamış, həmin narkotik vasitəni kimin göndərməyindən, pulunun hansı formada verilməsindən və İran İslam Respublikasından göndərilib-göndərilməməsi barədə heç bir məlumatı olmamışdır. Habelə özünə məxsus olan “Huawei” markalı mobil telefonun 29 avuqst 2022-ci il tarixdə saxlanılan zaman əlindən yerə düşərək zədələnmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs2, həmin ifadələrini təsdiq etmədiyini əvvəlcə savadının olmadığını bu səbəbdən elə ifadələr verdiyini, daha sonra isə əməliyyatçıların ona təzyiq göstərdiyini, ifadə verərkən isə əməliyyatçıların yanında olmadığını, niyə elə ifadələr verdiyini bilmədiyini, bundan başqa məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan və tətqiq edilmədən öncə isə müdafiəçisi tərəfindən verilmiş sualları cavablandırarkən müstəntiq tərəfindən ona heç bir təzyiqin edilmədiyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadələrini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə xalasıgildə kafel vurmuşdur. İşdən çıxdıqdan sonra isə Ruhidi görmüşdür. Ruhid ona taksi lazım olduğunu bildirmiş, Biləsuvara gedəcəyini demişdir. Həmin vaxt Ruhidə 135 manat verəcəyi olmuşdur. O, da bu səbəbdən taksi sürücüsü Hacıya zəng etmişdir. Saat 22:00-da isə kənddə poçtun qarşısından birlikdə yola çıxmışlar. Ruhidlə birlikdə getməkdə məqsədi həm ona yol-yoldaşı olmaq, həmdə 135 manat verəcəyi olmuşdur. Ruhidə borcu onun bibisigildə biryerdə işlədiyinə görə yaranmışdır. Daha sonra Biləsuvara gedib çatmışlar. Yol boyu Ruhid öz telefonu ilə yazışmışdır. Yolda gedərkən isə Ruhiddən telefonunu almamışdır. Elə bir hal olmayıbki, Hacı maşını Biləsuvara çatanda Azpetrol yanacaqdoldurma məntəqəsinin qabağında saxlasın. Çünki Ruhidin yazışdığı adam Ruhidə şəkil ataraq ora gəlməyini bildirmişdir. Orada Hacı ilə birlikdə maşından düşüb siqaret çəkmiş, daha sonra maşına minmişlər. Ruhid yazışdığı adama zəng vurmuş, lakin ona zəng çatmamışdır. Bundan sonra Ruhidə göndərilmiş şəkilə baxmışdır. Ruhid ona plakat deyil, yazı şəkli göstərmişdir. Şəkilə baxdıqdan sonra isə Hacıya demişdir ki, sür qabağa, həmin vaxt zülmət qaranlıq olmuşdur. O, Hacıya şəkili göstərmiş, o istiqamətdə getdikdə isə yazını görmüşlər. Ətrafda da heçnə olmamış, eyni zamanda geriyə qayıtmaq üçün yol da olmamışdır. Bu səbəbdən Hacıya maşını saxladıb ayaqyolu üçün düşmüş, Hacıya isə gedib qabağa ordan geriyə dönərək, gəlib onu da götürəcəyini bildirmişdir. O, düşdükdən sonra Hacı gedib qabaqdan geriyə dönmüş və gəlib onu da maşına götürmüşdür. Biraz qabağa gəldikdən sonra Ruhidə nömrə vermiş ki, zəng edib həmin şəxsdən axtardığı ehtiyyat hissəsinin olub-olmamasını soruşsun, olarsa gedib ondan götürsünlər. Lakin polis əməkdaşları onları saxlayıb, şöbəyə aparmışdır. Şöbədə isə üstbaşlarını şumon etmişlər. Üstündən isə heçnə aşkar edilməmişdir. Onları şöbəyə saat 12yə qalmış gətirmişlər. Gecə saat 2-3 radələrində isə videoçəkiliş olmuşdur. Çəkilişdə isə demişdir narkotikdən xəbəri yoxdur. Narkotiki maşının arxa qapsının açıb oturacağın birləşən yerindən çıxarmışlar. Əlavə olaraq bildirmişdir ki, saxlanılarkən üzərində 0,2-0,3 qram patı olmuşdur, polis əməkdaşları tərəfindən də aşkarlanmışdır. Lakin polis patını götürdükdən sonra yoxa çıxarmışdır. Ruhidlə aralarında narkotik vasitə ilə bağlı heç bir söhbət olmamış, yol boyu demək olar ki, danışmamışlar. İfadə verməmişdən qabaq, polis əməkdaşları tərəfindən döyülmüş, Ruhidə qarşı istintaq zamanı ona müstəntiq tərəfindən təzyiqlər olunduğu üçün o formada ifadələr vermişdir. Əlavə olaraq bildirmişdir ki, Hacı ilə münasibəti həmkəndli kimi salam sağoldan ibarət olmuş, lakin Ruhidlə yaxın olmuş, birevli olmuşlar, biri-birilərinə xalanəvəsi demişlər, ona Ruhid Hacıdan yaxındır. Özünü yalnız patı istifadəçisi kimi təqsirli bilir. Aşkar edilmiş narkotik vasitədən məlumatı yoxdur, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun uzaq qohumudur, xalanəvəsi sayılırlar. Ruhidlə yaxın münasibəti var. 28 avqust 2022-ci il tarixdə axşam vaxtı o, məhlələrində Ruhidlə görüşmüşdür. Ruhid ona Biləsuvar rayonuna getməli olduğunu və taksi lazım olduğunu bildirmişdir. O, Ruhiddən nə məqsədlə Biləsuvar rayonuna getdiyini soruşmamışdır. O da tanıdığı taksi sürücüsü Hacıya zəng edib çağırmışdır. Hacı ilə danışıb yaşadıqları Göyşaban kəndində poçtun yanında görüşmüşdülər. O, Ruhidə demişdir ki, başqa adam da gedəcək? Ruhid də demişdir ki, “yox, tək gedirəm”. O da Ruhidə özünün də getmək istədiyini bildirmişdir. Ruhid də etiraz etməmişdir. Ona görə də o da Hacının idarə etdiyi avtomobilə əyləşmişdir. O, qabaq oturacaqda, Ruhid isə arxa oturacaqda əyləşmişdir. O, Hacıdan yol haqqı nə qədər verəcəklərini soruşmuşdur. Hacı da demişdir ki, “nə istəsəniz, verərsiniz”. Onlar yola düşəndə saat 22 radələri olarmış. Yol boyu Ruhid öz mobil telefonu ilə «Vatsap» sosial şəbəkəsində kiminləsə yazışırmış. Onlar Biləsuvara çatanda artıq gec imiş. Ruhid öz mobil telefonunda bir yol plakatının fotoşəklini sürücüyə, yəni Hacıya göstərib demişdir ki, “bu plakatın yanına getməliyik”. Həmin şəkilə o da baxmışdır. Şəkil yol plakatının şəkili imiş, plakatda Şuşa, Biləsuvar və İran yazıları var imiş. Hacı demişdir ki, o, Biləsuvarı tanımır və bu plakatın harda olduğunu bilmir. Onlar yol ilə hərəkət edərkən Biləsuvar şəhərinin girişində «Azpetrol» yanqacaqdoldurma məntəqəsinin yanından dönüb asfalt yolla hərəkətlərini davam etmişlər. Bu zaman o, yolun kənarında həmin plakatı görmüşdür. Demişdir ki, bu şəkildəki plakatdır. Ruhid sürücüyə demişdir ki, saxla. O, demişdir ki, yaxşı oldu, elə ayaqyoluna getmək istəyirmiş. Hacı avtomobili saxlamışdır. Ruhid ona demişdir ki, “plakatın yanında bir büküm var, onu da götürərsən”. O da Ruhidlə razılamışdır. O, avtomobildən düşmüşdür. Ruhid isə avtomobildə qalmışdır. O, düşüb ayaqyoluna çıxmışdır. Həmin vaxtı Hacı da avtomobili sürüb bir qədər qabaqdan dönüb geri qayıtmışdır. O da plakatın yanında ovucdan bir az böyük qara rəngli bükümü görüb götürmüşdür. Hacı gəlib avtomobili yanında saxlamışdır. O da yenə qabaq oturacaqda əyləşmişdir. Plakatın yanından götürdüyü bükümü iki oturacağın arasından arxa oturacaqda əyləşən Ruhidə uzatmışdır. Ruhid də bükümü alıb özündə saxlamışdır. Hacı da avtomobili Lənkəran istiqamətində sürməyə başlamışdır. Avtomobil bir qədər getdikdən sonra yol patrul xidməti əməkdaşları qarşıda işarə verərək avtomobili saxlatdırmışlar. Hacı da avtomobili saxlamışdır. Hacı avtomobildən düşüb yol patrul xidməti əməkdaşlarına tərəf getmişdir. Bu zaman polis əməkdaşları gəlib onları tutmuşlar. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib hər üçünü avtomobillə birlikdə polis şöbəsinə gətirmişdilər. Polis şöbəsində müdafiəçilərin iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış keçirlərkən Ruhid dedmişdir ki, “avtomobili polislər saxlayarkən Sərxan ona bir bağlama vermiş, oda həmin bağlamanı arxa oturacağın alt hissəsinə atmışdır”. Daha sonra avtomobilin arxa oturacağının altından həmin bir ədəd bağlama aşkar olunaraq götürülmüşdür. Həmin bağlama açıb baxılmış və içərisində narkotik vasitə heroinə bənzər maddə olmuşdur. Həmin bağlama elektron tərəzidə çəkilmiş və çəkisi 1115 qram gəlmişdir. Bundan başqa o, ifadəsində bildirmişdir ki, Ruhid düz danışmır. O, Ruhidin mobil telefonu ilə heç kimlə yazışmamışdır. Biləsuvara gəlməyi də Ruhid təklif etmişdir. Ruhid telefonda kiminləsə özü yazışırmış. Plakatın fotoşəklini də sürücü Hacıya Ruhid özü öz telefonunda göstərmişdir. Amma plakatın yanından bağlamanı o, götürmüşdür. Əslində bağlamanı Ruhid özü düşüb götürmək istəyirmiş, o, demişdir ki, həm düşüb bağlamanı götürər, həm də ayaqyoluna çıxar. Bağlamanı plakatın yanından götürüb avtomobilə əyləşən kimi də bağlamanı iki oturacağın arasından arxada oturan Ruhidə vermişdir. Habelə plakatın yanından götürdüyü bağlamanı Ruhidə verərkən sürücü Şahid1 bunu görüb-görməməsini bilmədəyini, həmin vaxtı qaranlıq olduğunu, avtomobildə işıq yanmadığını, bağlamanı səssiz Ruhidə verdiyini və Hacının bunu görmədiyini zənn etdiyini bildirmişdir. Plakatın yanından götürdüyü bükümün üzərində kağız olduğunu, bağlamanın içərisində nə olduğunu bilmədiyini, ona görə də, avtomobilə baxışda Ruhidə kağız parçası verdiyini bildirmişdir. Habelə ifadəsinə əlavə olaraq Şahid1 idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş külli miqdarda, 1005 qram narkotik vasitə heroin barədə heç bir məlumatının olmadığını, həmin narkotik vasitənin əldə edilməsi üçün heç kimlə razılaşmadığını, həmin narkotik vasitəni kimin göndərməyindən, pulunun hansı formada verilməsindən və İran İslam Respublikasından göndərilib-göndərilməməsi barədə heç bir məlumatının olmadığını bildirmişdir. Habelə Təqsirləndirilən şəxs2 məxsus “Huawei” markalı mobil telefonun 29 avuqst 2022-ci il tarixdə onlar saxlınılan zaman polis əməkdaşları tərəfindən sındırıldığını bildirmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1, həmin ifadələrini təsdiq etmədiyini, ifadə verməmişdən qabaq döyüldüyünü, onu polis əməkdaşları Hacınıda məsuliyyətə cəlb edəcəklərini bildirdikləri və Hacı ilə təhdid etdikləri üçün o formada ifadələr verdiyini bildirmiş, lakin Hacıya münasibətdə Ruhidin ona daha yaxın olduğu təqdirdə Hacını müdafiə edib Ruhidə qarşı nə səbəbə ifadələr verdiyini izah edə bilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, əvvəllər Biləsuvar RPŞ-nin NMQ-nun baş əməlliyat müvəkkili vəzifəsində işləyib, hazırda isə Masallı RPŞ-də təhqiqatçıvəzifəsində işləyir. 28 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona məlumat daxil olmuşdur. Bundan sonra tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilmiş, daha sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. 29 avqust 2022-ci il tarixdə tərəflərindən əməliyyat tədbiri keçirilməyə başlanılmış, əməliyyat tədbirinə uyğun olaraq Təqsirləndirilən şəxs1 içərisində olması ehtimal edilən “VAZ2107” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixdə saat 00:25 radələrində Biləsuvar şəhəri, Q.Həsənova küçəsində tərəflərindən əməliyyat müşahidəsinə götürülmüşdür. Qeyd olunan avtomobil təxminən 10 dəqiqə sonra Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Biləsuvar rayon İdman Kompleksinin qarşısında YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Avtomobil saxlanıldıqdan sonra onlar avtomobilə yaxınlaşmışlar. Avtomobildə Təqsirləndirilən şəxs1 başqa biri sürücü olmaqla iki nəfər şəxsin olduğunu da müəyyən etmişlər. Onlar həmin şəxslərə özlərini tədqim edib, onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün saxlanıldıqlarını izah etmişlər. Daha sonra isə həmin şəxsləri avtomobillə birlikdə Biləsuvar RPŞ-nə gətirmişlər. RPŞ-də Təqsirləndirilən şəxs1 ilə saxlanılan digər şəxslərin Təqsirləndirilən şəxs2 və Şahid1 RPŞ-nin xidməti otaqlarının birində növbəli olaraq ayrı-ayrılıqda müdafiəçilərin iştirakları ilə videoçəkilş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Lakin şəxsi axtarış zamanı onların üzərlərindən narkotik vasitə və yaxud qanunla qadağan olunmuş hər hansı predmet aşkar olunmamışdır. Bundan sonra RPŞ-nin inzibati binasının həyətində Təqsirləndirilən şəxs2, Şahid1, Təqsirləndirilən şəxs1, müdafiəçilərin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla Şahid1 idarə etdiyi “VAZ 2107” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2, Şahid1 və Təqsirləndirilən şəxs1 avtomobildə qanunla qadağan olunmuş hər hansı əşya, predmet, narkotik vasitə və yaxud psixotrop maddə olub-olmaması soruşulmuşdur. Şahid1 və Təqsirləndirilən şəxs1 avtomobildə qanunla qadağan olunmuş hər hansı əşya, narkotik vasitə və yaxud psixotrop maddə olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs2 isə polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl Təqsirləndirilən şəxs1 ona bir ədəd bağlama verərək, həmin bağlamanı arxa oturacağın arasında gizlətməyini bildirdiyini, özünün də həmin bağlamanı avtomobilin arxa oturacağının altında gizlətdiyini bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 qeyd olunan bağlamını gizlətdiyi yeri göstərməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 avtomobilin sol arxa qapısına yaxınlaşaraq gizlətdiyi bir ədəd bükümün arxa oturacaqlarının altında olduğunu bildirib, həmin yeri polis əməkdaşlarına əyani şəkildə göstərmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən göstərilən yerə baxış keçirilən zaman, oradan bir ədəd sellofana büküm aşkar olunmuşdur. Qeyd olunan büküm açılıb baxılan zaman içərisində narkotik vasitə heroinə bənzər maddə olması məlum olmuşdur. Daha sonra isə həmin büküm elektron tərəziyə qoyularaq çəkilmiş və qablaşdırılmışdır. Soruğu zamanı Təqsirləndirilən şəxs2 qeyd olunan bükümü ona Təqsirləndirilən şəxs1 verdiyini və həmin bükümü Təqsirləndirilən şəxs1 tapşırığı ilə özünün avtomobilin arxa oturacağının altında gizlətdiyini, lakin həmin bükümdə nə olduğunu bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 isə qeyd olunan bükümdən heç bir məlumatının olmadığını, Təqsirləndirilən şəxs2 yalnız kağız parçası verdiyini bildirmişdir. Şahid1 taksi fəaliyyəti ilə məşğul olduğunu, Biləsuvar rayonuna taksi kimi gəldiyini və avtomobildən aşkar olunaraq götürülmüş həmin büküm barəsində heç bir məlumatının olmadığını, qeyd olunan bükümü əvvəlcə görmədiyini bildirmişdir. Bundan başqa 29 avqust 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı YPX-nin əməkdaşları Şahid1 idarə etdiyi “VAZ-2107” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili saxladıqdan sonra onlar qeyd olunan avtomobilə yaxınlaşarkən Təqsirləndirilən şəxs1 əlində olan mobil telefonu hər iki tərəfindən tutaraq əydiyini və sındırdığını görmüşdür. Daha sonra isə həmin mobil telefonun Təqsirləndirilən şəxs2 məxsus olduğunu öyrənmişlər. Saxlanılarkən və polis şöbəsinə gətirilərkən təqsirləndirilən şəxslərə qarşı hər hansı bir təzyiq və təsir göstərilməmişdir, onların bu barədə bildirdikləri tamamilə yalan və böhtandır. Narkotik vasitənin aşkar edildiyi avtomobil isə onun sürücüsü Hacının da içində olmaq şərtilə YPX-nin əməkdaşları tərəfindən şöbənin həyətinə gətirilib və qapıları baxış keçirilənədək bağlı saxlanılmışdır. Məhkəmə iclasında şahidlər Şahid3 və Şahid4 oğlu Şahid2 oğlunun ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Biləsuvar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2 xx.xx.2022ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, istifadəsi və satışı barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 3) İşdə olan, «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2022-ci il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Biləsuvar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 6-7) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 01:15-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 25) İşdə olan, xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd “FCM” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə və yaxud qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. (c İ, i.v 32-34) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 01:45-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 69) İşdə olan, xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “HUAVEİ” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə və yaxud qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. (c İ, i.v 76-78) İşdə olan, xx.xx.2022-ci il tarixli baxış keçirilməsi və maddi sübutun götürülməsi protokolundan və videoçəkilişdən görünür ki, Şahid1 idarə etdiyi “VAZ-2107” markalı **- BV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə narkotik vasitə olması şübhəsi yarandığından Təqsirləndirilən şəxs2, Şahid1, Təqsirləndirilən şəxs1, müdafiəçilərin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılmaqla Şahid1 idarə etdiyi “VAZ-2107” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2, Şahid1 və Təqsirləndirilən şəxs1 avtomobildə qanunla qadağan olunmuş hər hansı əşya, predmet, narkotik vasitə və yaxud psixotrop maddə olubolmaması soruşulmuşdur. Şahid1 və Təqsirləndirilən şəxs1 avtomobildə qanunla qadağan olunmuş hər hansı əşya, narkotik vasitə və yaxud psixotrop maddə olmadığını bildirmişdilər. Təqsirləndirilən şəxs2 isə polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl Təqsirləndirilən şəxs1 ona bir ədəd bağlama verərək, həmin bağlamanı arxa oturacağın altında gizlətməyini bildirdiyini, özünün də həmin bağlamanı avtomobilin arxa oturacağının altında gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 qeyd olunan bağlamını gizlətdiyi yeri göstərməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 avtomobilin sol arxa qapısına yaxınlaşaraq gizlətdiyi bir ədəd bükümün arxa oturacağın altında olduğunu bildirib, həmin yeri əyani şəkildə göstərmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən göstərilən yerə baxış keçirilən zaman, oradan bir ədəd qara rəngli sellofana büküm aşkar olunmuşdur. Qeyd olunan büküm açılıb baxılan zaman içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Həmin büküm elektron tərəziyə qoyularaq çəkilmiş və çəkisinin 1,115 qram olması görünmüşdür. Soruğu zamanı Təqsirləndirilən şəxs2 qeyd olunan bükümü ona Təqsirləndirilən şəxs1 verdiyini və həmin bükümü Təqsirləndirilən şəxs1 tapşırığı ilə özünün avtomobilin arxa oturacağının altında gizlətdiyini, lakin həmin bükümdə nə olduğunu bilmədiyini, bildirmişdir. Təqsirləndirilən şəxs1 isə qeyd olunan bükümdən heç bir məlumatının olmadığını, Təqsirləndirilən şəxs2 yalnız kağız parçası verdiyini bildirmişdir. Şahid1 taksi fəaliyyəti ilə məşğul olduğunu, Biləsuvar rayonuna taksi kimi gəldiyini və avtomobildən aşkar olunaraq götürülmüş həmin büküm barəsində heç bir məlumatının olmadığını, qeyd olunan bükümü əvəllcədən görmədiyini bildirmişdir. (c İ, i.v 79-81) İşdə olan, materialların fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 19/888 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "... VAZ 2107 markalı **-BV-*** nömrəli avtomobildən aşkar olunmuş narkotik vasitə heroinə bənzər maddə ... sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bağlamada təmiz çəkisi: -1005,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1005,0 qram, tədqiqata sərf edildi 0.1 qram, qalıq 1004,9 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. (c İ, i.v 90-92) İşdə olan, 30 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək, Təqsirləndirilən şəxs1 yalan danışdığını, ona məxsus olan mobil telefonla Təqsirləndirilən şəxs1 «Vatsap» sosial şəbəkəsində kiminləsə yazışdığını, Biləsuvar rayonuna gəlməyi də Sərxanın təklif etdiyini, plakatın fotoşəklini də sürücüyə Sərxanın özünün öz telefonunda göstərdiyini və plakatın yanından bağlamanı da onun götürdüyünü, polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl Təqsirləndirilən şəxs1 ona bir ədəd bağlama verərək, həmin bağlamanı arxa oturacağın arasında gizlətməyini bildirdiyini, özünün də həmin bağlamanı avtomobilin arxa oturacağının altında gizlətdiyini, yol nişanının yanında avtomobili saxlamasını sürücüyə Təqsirləndirilən şəxs1 tapşırdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 isə ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək, Ruhidin mobil telefonu ilə heç kimlə yazışmadığını, Biləsuvar rayonuna gəlməyi də Ruhidin təklif etdiyini, Ruhidin özünün telefonda kiminləsə yazışdığını, plakatın fotoşəklini də sürücü Hacıya Ruhidin özünün öz telefonunda göstərdiyini, plakatın yanından bağlamanı özünün götürdüyünü, əslində isə bağlamanı Ruhid özünün düşüb götürmək istədiyini lakin özünün ayaqyoluna çıxmaq zərurəti yarandığından özünün düşüb bağlamanı götürdüyünü, bağlamanı plakatın yanından götürüb avtomobilə əyləşən kimi arxada oturan Ruhidə verdiyini, palkatın yanında avtomobili saxlamasını sürücüyə Təqsirləndirilən şəxs2 tapşırdığını bildirmişdir. (c İ, i.v 127-130) İşdə olan, Biləsuvar Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərarından görünür ki, Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs1 ətrafında müvafiq əməliyyat axtarış tədbirinin keçirilməsinə dair 28 avqust 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (c İ, i.v 174) İşdə olan, 30 avqust 2022-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi və saxlanca təhvil verilməsi haqqında qərardan görünür ki, narkotik vasitə heroinin tədqiqatdan sonrakı 1004,9 qram qalığı, cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. (c İ, i.v 178-179) İşdə olan, xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu ildə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə 05 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2019-cu ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılıb. Məhkumluğu ödənilmişdir. (c İİ, i.v 7-8) İşdə olan, xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə 08 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci ildə Qaradağ rayon Məhkəməsinin həmin tarixli qərarı ilə 09 ay vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2019-cu ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılıb. Məhkumluğu ödənilməmişdir. (c İİ, i.v 5-6) İşdə olan, xx.xx.2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman ondan aşkar olunub götürülmüş bir ədəd qara rəngli korpuslu “TCL” markalıdır. Mobil telefonda «Azərcell» mobil operatoruna məxsus ***-***-**-** saylı və «Azərfon» mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrələr vardır. Mobil telefona baxış keçirilən zaman mobil telefonda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumata rast gəlinməmişdir. (c İİ, i.v 13) İşdə olan, xx.xx.2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ondan aşkar olunub götürülmüş bir ədəd göy rəngli korpuslu “HUAWEİ” markalı mobil telefona baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin telefonun üzərində «Azərcell» mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrə vardır. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 götürülmüş göy rəngli korpuslu bir ədəd HUAWEİ” markalı mobil telefon işlək vəziyyətdə deyildir. Qeyd olunan mobil telefonun işə salınması mümkün olmadığından telefonun «adlar», «zənglər», «şəkillər», «mesajlar» proqramlarına və digər proqramlarına baxış baxış keçirilməsi mümkün olmamışdır. (c İİ, i.v 15) İşdə olan, xx.xx.2022-ci il tarixli Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Ağayev X2 rayonu, Göyşaban kəndində yaşayır. Onun barəsində nümayəndəliyə yazılı olaraq heç bir şikayət daxil olmamış, özünü intizamlı kənd sakini kimi göstərir. (c İİ, i.v 19-20) İşdə olan, ambulator-məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 904 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 TiRYƏK alkoloidlərini tərkibində saxlayan narkotik maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Ərazi narkoloji kabinetində xx.xx.2022ci ildən “toksikomaniya” diaqnozu ilə qeydiyyatdadır. (c İİ, i.v 31) İşdə olan, ambulator-məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 903 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 TiRYƏK alkoloidlərini tərkibində saxlayan narkotik maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Ərazi narkoloji kabinetində 2011-ci ildən “Opium narkomalığı” diaqnozu ilə qeydiyyatdadır. (c İİ, i.v 33) İşdə olan, xx.xx.2022-ci il tarixli Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Nəsirov X3 rayonu, Göyşaban kəndində yaşayır. Onun barəsində nümayəndəliyə yazılı olaraq heç bir şikayət daxil olmamış, özünü intizamlı kənd sakini kimi göstərir. (c İİ, i.v 19-20) İşdə olan, 28 noyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək, 29 avqust 2022-ci il tarixdə axşam saatlarında Biləsuvar şəhərində ona məxsus olan avtomobildə olan zaman Ruhidin Təqsirləndirilən şəxs1 öz mobil telefonunu uzadıb, telefonda ona nəsə şəkil göstərərək həmin plakatın yanına gedəcəklərini bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 məxsus mobil telefondakı yol nişanın fotoşəkilini ona göstərib, həmin yol nişanın harada yerləşdiyini soruşduğunu bildirmişdir. (c İİ, i.v 71-73) İşdə olan, 28 noyabr 2022-ci il tarixli şahidin ifadəsinin yerində yoxlanması barədə protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs1 yuxarıda üzərində “Şuşa, Bəhrəmtəpə, İran sərhəddi, Biləsuvar” sözləri yazılı yol nişanının yanından avtomobilə mindikdən sonra ona “sür, gedək Lənkərana” dediyini, özünün də avtomobili işə salıb gəldiyi istiqamətdə geri qayıtdığını, hazırda göstərib təqdim yerdə isə YPX-nin əməkdaşlarının onu saxladığını bildirir. (c İİ, i.v 79-80) İşdə olan, 30 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid1 Rəhimli oğlunun idarə etdiyi “VAZ-2107” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əldə etdiyi mənbəni, cinayətin digər iştirakçılarını müəyyən etmək məqsədi ilə hazırki cinayət işindən həmin fakta görə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin ayrıca icraata ayrılması, Şahid1 barəsində cinayət təqibinin başlanması rədd edilmiş və Biləsuvar rayon PŞ-nin MSY-dən azad edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı nəzərə alınmışdır. (c İİ, i.v 101-114) İşdə olan, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan və ona əlavə edilmiş tibb kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci ildə Bakı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi müayinə zamanı onlarda xəsarət aşkar olunmamışdır. (c İİİ, i.v 54-63) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəsi üçün gətirdiyi dəlillər: Göyşaban kəndindən Biləsuvar rayonuna taksi ilə getməkdə məqsədlərinin orada olan motosiklet ustasından karbirator almaq olmuş, ehtiyyat hissəsini satan şəxs ilə telefonda Təqsirləndirilən şəxs2lə danışmış, şəkil atmış və bildirmiş ki, bu yolun üstə gəlin, Sərxan isə həmin yeri tapmış, yol löhvəsinə 50-60 metr qalmış Sərxan həmin vaxt maşından ayaqyoluna düşmüş, daha sonra maşına əyləşmiş, geri Lənkərəna qayıtmışlar, lakin polis əməkdaşları tərəfindən saxlanılaraq, şöbəyə gətirilmişlər. Avtomobildən aşkar edilmiş narkotik vasitə heroindən heç bir məlumatları olmamış, qeyd olunan narkotik vasitənin əldə olunması və daşınması üçün heç kimlə razılıq əldə etməmişlər, aralarında narkotik vasitə ilə bağlı heç bir söhbət olmamış, Təqsirləndirilən şəxs1 saxlanılarkən üzərində 0,2-0,3 qram patı (metamfetamin) olmuş, polis əməkdaşları tərəfindən də aşkarlanmış, lakin polis patını götürdükdən sonra yoxa çıxarmış, polis əməkdaşları tərəfindən onlara fiziki təzyiqlər və təhdidlər edilmiş, pis rəftara məruz qaldıqları üçün biri digərinə qarşı etirafedici ifadələr vermişlər. Təqsirlərdirilən şəxslərin irəli sürdüklər ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalmaları ilə bağlı irəli sürdükləri dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özləri, istər onların vəkilləri ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda onlar bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı müdafiəçinin suallarına cavab olaraq söylədiyi səsli nitqində polis əməkdaşlarından narazılığının olmadığını, ona qarşı qanunsuz hərəkətlər edilmədiyini, şikayətinin olmadığını bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs2 də şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı müdafiəçinin suallarına cavab olaraq söylədiyi səsli nitqində polis əməkdaşları tərəfindən tutularkən işgəncə, döymə, təhqir etməyə məruz qalmadığını narazılığının olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən təqsirləndirilən şəxslərə qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Bundan başqa təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən döyülmələri ilə bağlı bildirdikləri, məhkəmə tərəfindən yoxlanılmış, lakin onların saxlanıldıqdan sonra daxil olduğu Bakı İstintaq Təcridxanasından verilmiş sorğuya cavab məktubları və tibb kitabçaların surətində göstərilən məlumatlarla (həmin məlumatlarda ilkin tibbi müayinə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bədənində xəsarət aşkar olunmamış) təkzib edilmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə özlərinə qarşı verdikləri ifadələrin məhz fiziki təzyiq, təhdid və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxslərin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, təhdidlərə, pis rəftara məruz qalmaları ilə bağlı göstərdikləri xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onlardan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdikləri ifadələrində göstərilən xüsusatlar; Biləsuvar rayonuna getməkdə məqsədlərinin Ruhidə məxsus motosikletə ehtiyyat hissəsi almağın olması, avtomobildən aşkar edilmiş narkotik vasitə heroindən heç bir məlumatlarının olmaması, qeyd olunan narkotik vasitənin əldə olunması və daşınması üçün heç kimlə razılıq əldə etməmələri, aralarında narkotik vasitə ilə bağlı heç bir söhbət olmaması, Təqsirləndirilən şəxs1 saxlanılarkən üzərində 0,2-0,3 qram “patı” (metamfetamin) olması, polis əməkdaşları tərəfindən də aşkarlanması, lakin polis “patı”nı götürdükdən sonra yoxa çıxarması, daha sonra onlara fiziki təzyiqlər, pis rəftar, təhdidlər edilməsi və nəticədə rəsmiləşdirilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özlərinin ibtidai araşdırma zamanı vermiş olduqları izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onların bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə xx.xx.2022-ci ildə şübhəli (cild İ – i.v. 104-106) və xx.xx.2022-ci ildə təqsirləndirilən (cild İ – i.v. 142-144) şəxs qismində verdiyi ifadələrində, işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində Təqsirləndirilən şəxs1 Ruhidin təklifi ilə birlikdə Biləsuvar rayonuna yol yoldaşı kimi getdiklərini, lakin Ruhiddən nə məqsədlə Biləsuvar rayonuna getdiyini soruşmadığını, tanıdığı taksi sürücüsü Hacıya zəng edib çağırdığını, saat 22 radələrində yola çıxdıqlarını, yol boyu Ruhidin öz mobil telefonu ilə «Vatsap» sosial şəbəkəsində kiminləsə yazışdığını, Ruhid öz mobil telefonunda bir yol plakatının fotoşəklini sürücüyə, yəni Hacıya göstərib “bu plakatın yanına getməliyik” deməsini, həmin şəkilə onun da baxdığını, plakatda Şuşa, Biləsuvar və İran yazıları olduğunu, yolun kənarında həmin plakatı gördüyünü, Ruhidin isə sürücüyə saxla deməsini, özünün isə ayaqyoluna getmək istəməsini, Ruhidin ona “plakatın yanında bir büküm var, onu da götürərsən” deməsini, Ruhidlə razılaşıb, avtomobildən düşüb, ayaqyoluna çıxmasını, plakatın yanında ovucdan bir az böyük qara rəngli bükümü görüb götürməsini, plakatın yanından götürdüyü bükümü iki oturacağın arasından arxa oturacaqda əyləşən Ruhidə uzatmasını, Ruhidin də bükümü alıb özündə saxlamasını bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə xx.xx.2022-ci ildə şübhəli (cild İ – i.v. 113-115) və xx.xx.2022-ci ildə təqsirləndirilən (cild İ – i.v. 156-158) şəxs qismində verdiyi ifadələrində, eləcə də üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış, avtomobilə baxış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin istintaq hərəkətində və ifadələrində Təqsirləndirilən şəxs2 Sərxanın onun telefonundan istifadə edərək kiminləsə «Vatsapp» sosial şəbəkəsi vasitəsilə yazışıb, sonra yazışmalarını sildiyini, Sərxanın kiminlə, nə barədə yazışmasını bilmədiyini, 28 avqust 2022-ci ildə yenə də Sərxanın onların evinə gəlib onun mobil telefonunun internetindən istifadə edərək kiminləsə yazışmağa başladığını, sonra isə Sərxan “bir dostumla görüşməyə gedirəm, sən də gəl, mənimlə gedək, sən mənim yanımda olarsan, mən sənin telefonunun internetindən istifadə edəcəm” deməsini, onunla razılaşdığını, Sərxanın öz telefonu ilə taksi sürücüsü Hacıya zəng edib çağırdığını, Hacının avtomobilinə minib saat 22 radələrində yola düşdüklərini, mobil telefonu ilə Sərxan kiminləsə «Vatsap» sosial şəbəkəsində yazışdığını, Sərxan mobil telefonda bir yol plakatının fotoşəklini sürücüyə, yəni Hacıya göstərib “bu plakatın yanına getməliyik” deməsini, bir qədər getdikdən sonra həmin plakatı yolun sağında gördüklərini, Sərxanın həmin plakatın yanında Hacıya avtomobili saxlamağını tapşırdığını, Sərxanın həmin yerdə ayaqyolu adı ilə maşından düşdüyünü, daha sonra maşına əyləşərək Hacıya “sür, gedək, evə” deməsini, daha sonra Sərxanın onun mobil telefonunu özünə qaytarmasını, bir qədər getdikdən sonra yol patrul xidməti əməkdaşları qarşıda avtomobili saxladan zaman Sərxan əlində bir ədəd ovucdan bir az böyük bağlamanı ona uzadıb ala, qoy, sideniyanın arasına deməsini, Sərxandan nə olduğunu soruşduqda Sərxan isə cavab verməyib bağlamanı arxa oturacağa tulladığını, özünün isə bağlamanı götürüb oturacağın altına qoyduğunu həm sözügedən istintaq hərəkətləri zamanı səsli nitqi ilə, həm də ifadələrində bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bununla yanaşı təqsirləndirilən şəxslərin barəsində Biləsuvar Rayon Polis Şöbəsində cinayət təqibi başlanan andan, barələrində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdikləri bütün izahat və ifadələrində avtomobildən aşkar edilmiş narkotik vasitə heroindən heç bir məlumatlarının olmaması, Biləsuvar rayonuna motosiklet ehtiyyat hissəsi almaq məqsədilə getmələri ilə bağlı fikir ifadə etməmişlər. Ümumiyyətlə onlar məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə vermələrini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təsirə, pis rəftara və hədə-qorxuya məruz qalmalarını bildirməklə biri-birinə qarşı verdikləri ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərin irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Bundan başqa təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı Biləsuvar rayonuna getməkdə məqsədlərinin Ruhidə məxsus motosikletə 80 manata ehtiyyat hissəsi almaq olması barədə irəli sürdükləri xüsusatlar, saxlanıldıqdan dərhal sonra üzərlərinə keçirilən şəxsi axtarış zamanı onların heç birində hər hansı bir məbləğdə pulun aşkar edilməməsi, həmin ehtiyyat hissəsi satan şəxslə danışıqlarını təsdiq edən hər hansı bir sübutun məhkəməyə təqdim edilə bilməməsi, əksinə saxlanılarkən digər şəxslə danışıqların aparıldığı mobil telefonun tərəflərindən sındırılaraq yararsız hala salınması, gecə vaxtı üzərində “Şuşa, Bəhrəmtəpə, İran sərhəddi, Biləsuvar” sözləri yazılı yol nişanının yanına kimdənsə ehtiyyat hissəsi almaq üçün getmələrinin ümumiyyətlə inandırıcı və ağlabatan olmaması, Təqsirləndirilən şəxs1 isə saxlanılarkən üzərində 0,2- 0,3 qram “patı” (metamfetamin) olması, onun üzərinə keçirilmiş şəxsi axtarış protokolu və videoçəkilişlə (həmin vidoçəkilişdə üzərindən yalnız mobil telefon aşkar edilir, başqa da hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilmir) eləcə də işin digər faktiki halları ilə tam təkzib olunur. Artıq bu hallar təqsirləndirilən şəxslərin məhkəmə baxışı dövründə verdikləri ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyini təsdiq etmiş, ümumiyyətlə onların qeyd olunan mərhələdə verdikləri ifadələr yalan olmaqla məhz real faktların örtbasdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə əsl həqiqəti gizlətməklə cinayət məsuliyyətindən yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək istəmişlər. Lakin təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı vermiş olduqları ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Bununla yanaşı onlar müdafiəçisi ilə birlikdə xx.xx.2022-ci ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsalar da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişlər. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma dövründə verdikləri ifadələrlə məhkəmə baxışında verdikləri ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onların ibtidai araşdırma dövründə verdikləri qeyd olunan ifadələrini (avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə heroinindən özlərinin məlumatlarının olmaması, qeyd olunan narkotik vasitənin əldə olunması və daşınması üçün heç kimlə razılıq əldə etməmələri istisna olmaqla) cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Bundan başqa Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 qarşı ifadələrini məhz müstəntiq tərəfindən taksi sürücüsü Şahid1 da məsuliyyətə cəlb edilməsi hədəsi nəticəsində verməsi ilə əlaqələndirsə də, məhkəmə araşdırması zamanı onun Şahid1 münasibətdə məhz Təqsirləndirilən şəxs2lə yaxın münasibətdə, hətta aralarında qohumluq münasibəti olmaqla xala nəvələri olduğu təqdirdə hansı səbəbdən Şahid1 müdafiə etmək məqsədilə Təqsirləndirilən şəxs2 qarşı ittihamedici ifadələr verməsinin səbəbini isə ümumiyyətlə izah edə bilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçilərinin iştirakı ilə biri digərini ifşa etməklə aşkar edilmiş narkotik vasitənin Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 isə öz növbəsində Təqsirləndirilən şəxs1 məxsus olmasını, həmin narkotik vasitənin əldə edilməsi zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 özünə məxsus mobil telefon vasitəsilə digər şəxslə danışaraq narkotik vasitənin olduğu yerin fotoşəklinin sonuncuya göndərildiyini, Təqsirləndirilən şəxs2 göstərişi əsasında həmin bükümü avtomobildən düşüb götürərək sonuncuya verdiyini, Təqsirləndirilən şəxs2 isə öz növbəsində Təqsirləndirilən şəxs1 ona məxsus mobil telefon vasitəsilə digər şəxslə danışaraq narkotik vasitənin olduğu yerin fotoşəklinin ona göndərildiyini, polis əməkdaşları tərəfindən avtomobil saxlanılarkən həmin bükümün Təqsirləndirilən şəxs1 tərəfindən ona gizlətmək məqsədilə verildiyini etiraf etmişlər və onların bu ifadələri iş üzrə CPM-nin 125.2ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Bu ifadələrin təhlili göstərir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitənin realizə edilməsi istiqamətində fəal hərəkətlər etmişlər. Belə ki, həm cinayət işinin materialları əsasında, həm də təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı vermiş olduqları ifadələri əsasında təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxslər öz aralarında və digər şəxslə cinayət əlaqəsinə girərək artıq ölkə ərazisində mövcud olmuş külli miqdarda narkotik vasitə heroinin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin vasitə ilə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdələrinə götürmüşlər. Məhkəmə təqsirləndirilən şəxslərin həmçinin aşkar olunmuş – ittihamda təsvir olunmuş maddənin biri-digərinə münasibətdə ona aid olması, aralarında bununla bağlı heç bir danışığın və razılaşmanın olmaması ilə bağlı ifadələrinə də münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxslərin bu hissədə də söylədikləri həqiqətə uyğun deyil, onların müvafiq ifadə vermələri isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Göstərilənləri məcmu halda təhlil edib nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həqiqətən də öz aralarında və digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmə, saxlama, daşıma cinayətlərini törətmişlər. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları bu cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - həmin maddənin (heroin) şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının aşağı həddi isə 2 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişlər. Ona görə də, təqsirləndirilən şəxslər CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, onlara həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Habelə məhkəmə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən ağır cinayət törətdiyindən məhkəmə cinayətin təhlükəli residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs1 ona istinad edilən cinayət əməlini, ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən altı il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmamasını və ağırlaşdıran halın olmasını (Təqsirləndirilən şəxs1 münasibətdə), aşkar edilmiş narkotik vasitənin çəkisini, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin onların cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlandıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onların faktiki həbsə alındığı andan, 29 avqust 2022-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyatda olmaları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1004,9 qram narkotik vasitə heroin məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə (hər birindən 32,50 manat olmaqla) alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 29 avqust 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 29 avqust 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Biləsuvar Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1004,9 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə (hər birindən 32,50 manat olmaqla) alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar