Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-129/2024 04.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9 və onun nümayəndəsi Nümayəndə və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Astara rayonu Şümrüd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Astara rayonu Şümrüd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdə Astara rayonu Şümrüd kəndində yerləşən ailəsi ilə birgə yaşadığı X7 məxsus yaylaq sahəsində sonuncu ilə birlikdə təsərrüfat işləri gördükdən sonra heyvanları tövləyə qaytarmaq üçün meşəyə getdikdən sonra Eynəli Əzizovun onun arvadı Şahid1 ilə evdə tək qalmasından istifadə edərək sonuncuya sataşıb intim münasibətdə olmaq istəməsini meşədən qayıtdıqdan sonra arvadı Şahid1 ona bildirməsindən hiddətlənərək qisas almaq niyyətilə Eynəli Əzizovu öldürmək qərarına gəlib, niyyətini həyata keçirmək üçün yaylaqdan çıxıb qohumu X1 obasına tərəf gedən Eynəli Əzizova saat 16:21-də zəng edərək meşə ərazisində dərədə mal-qaranın hürkmək səslərinin gəlməsini, yəni mal-qaraya canavar hücum etməsini yalandan bildirib köməyə çağırdıqdan sonra, Eynəli Əzizovun dərəyə tərəf gəlməsindən əmin olub sonuncunu qəsdən öldürməkdə ifadə olunan cinayətkar niyyətini icra etmək üçün həmin yerə kəsə yolla gedərək sonuncu ilə qarşılaşıb, arvadı Şahid1 sataşdığı üçün Eynəli Əzizovla mübahisə edən zaman özü ilə əvvəlcədən götürdüyü soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı çapıcı xassəyə malik olan balta ilə Eynəli Əzizovun bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirib, sonuncuya xüsusi ağrılar, əzab və işgəncə verdiyini dərk edərək və bunu arzu edərək, yəni xüsusi amansızlıqla ümumilikdə Eynəli Əzizova ölümünə səbəb olmaqla insan həyatı üçün təhlükəli olan, dərəcələrinə görə sağlamlığa ağır zərər vurmaya aid alın, sol gicgah nahiyəsinin kəllə boşluğuna keçən, alın və sol gicgah sümüklərinin, beyinin sərt və yumşaq qişalarını zədələyən, beyin toxumasına və onun qişalarının altına yayılmış qansızmalar, sağ yuxu arteriyası və venasını, sol peritonarxası qanaxma, sol böyrəyin zədələnməsi, daxili və xarici qanaxma törədən çapılmış yaralar, alın, sol gicgah, boyun, bel, döş qəfəsi nahiyələrində çapılmış yaralar xəsarətlərini yetirməklə Eynəli Əzizovu xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən, CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilib ifadəsində göstərmişdir ki, özünün Eynəli ilə münasibəti həmişə yaxşı olub, aralarında heç bir narazılıq olmayıb. Hərbi xidmətdən qayıtdıqdan sonra da Eynəli ilə münasibəti yavaş-yavaş daha da yaxşılaşıb, onunla təsərrüfat işlərində işləmiş, heyvandarlıqla məşğul olmuşlar. Belə ki, o, Eynəlinin qoyunlarına baxıb. Buna görə də şəriklik ediblər. Eynəli demişdir ki, “30 qoyun doğduqda onun balaların iki yerə böləciyik”. Bundan başqa Eynəli iribuynuzlu heyvanlarını da baxmağı üçün gətirmiş, lakin onlara baxdığına görə Eynəli ona heç bir şey verməyib. Sonradan Eynəli bütün təsərrüfat işlərini idarə etmək üçün ona vermiş, demiş ki, buna görə əlavə hörmət də edəcək, lakin heç bir hörmət etməmişdir. Eynəli ilə beləcə üç il işlədikdən sonra qoyunları təhvil verib, çıxıb evinə getmişdir. O, getdikdən sonra Eynəli təzə çoban tutmuş, həmin çoban dörd ay işlədikdən sonra getmişdir. Bundan sonra Eynəli onların evinə gəlib demiş ki, “mənə köməklik edin, heyvanlara baxın, yayda isə heyvanlarımı satacam”. Həmin vaxt Eynəli heyvanları da onlarda qoyub getmişdir. Bu hadisə keçən ilin mart ayında olub. Sonra isə özü çıxıb daş karxanasına işləmək üçün getmişdir. Eynəli isə sonradan gəlib onlardan heyvanlarını aparmışdır. Özü də daş karxanasından işləməkdən qayıdıb gəlmişdir. O, gəldikdən sonra Eynəli yenə də heyvanlarına baxmağı təklif etmiş, özü isə Eynəli ilə razılaşmamışdır. Həmin vaxt Eynəli təklif etmiş ki, “gəl, heyvanları satım sənə”. O isə Eynəliyə heyvanların hamısını almağa imkanının olmadığını, 20 baş qoyun ala biləcəyini bildirmişdir. Bundan sonra Eynəlidən 20 baş qoyunu almış, bu zaman Eynəli təklif etmiş ki, 10-15 baş qoyununa baxsın, onun da evində qalsın. Eynəlinin bu təklifi ilə də razılaşmışdır. Düşünmüş ki, payıza kimi qalıb, sonra da öz qoyunlarını da satıb, özünə ev tikdirər. Bundan sonra Eynəli təklif etmiş ki, “kənddəsən, qalx yaylağa evimə, orda qal, heyvanlara bax”. O da yoldaşı ilə birlikdə Eynəlinin yaylaqda olan evinə qalxmış, orada həm heyvanlara baxmış, həm də qalmışdır. İki ay həmin yerdə qalmışlar, ora isə gələn–gedən olmamışdır. Sonradan isə Eynəli ora gəlib, usta çağırıb, orada tövlə tikdirmişdir. Həmin vaxtlar usta da, Eynəli də orada qalıb. Bundan sonra qardaşı, yeznəsi və atası gəlmişlər yaylağa, qoyunları qırxmışlar. Daha sonra yoldaşı və qardaşı ilə birlikdə orada qalmışlar. Bundan sonra da qardaşı toya getmək üçün çıxıb getmişdir, yoldaşı, körpə uşağı, Eynəli və özü orada qalmışdır. Cəmil də həmin vaxt orada olmuşdur. Hadisə günü birlikdə işləmişlər, özü çıxıb meşəyə heyvanların dalınca getmiş, Eynəli isə orada qalmışdır, reyka zad kəsmişdir. Cəmil demiş ki, “Eynəli, gəl birlikdə gedək, maşın yoxdur sonra getməyə”, Eynəli isə getməmiş, özü isə dağdan heyvanları gətirməyə getmişdir. Eynəli də orada qalmışdır. Eynəli həmişə onun evində olub, ondan belə bir hərəkət gözləməzmiş. Təxminən 40 dəqiqə sonra qaldıqları yerə qayıtmış, görmüş ki, arvadı ağlayır, qapı isə açıqdır. Arvadından nə baş verdiyin soruşmuş, arvadı bu zaman Eynəlinin ona sataşdığını demişdir. O isə buna inana bilməmiş, demiş ki, gözləsin, heyvanları bağlayıb gələcək. Bundan sonra heyvanları Eynəlinin sahəsinə buraxmış, ona zəng vurmuşdur. Eynəliylə danışanda demişdir ki, heyvanlara canavar gəlib, deyəsən, gəlsin ora. Bundan sonra Eynəli gəlmiş, özü də yola çıxmış, təpədə rastlaşmışlar. Bu zaman Eynəliyə niyə belə etdiyini soruşduqda, Eynəli isə demiş ki, “məndən belə bir şey gözləyirsən”. Sonra isə Eynəli onunla mübahisə etmiş, demiş ki, “sən özündən çox razısan, özünü tutmusan, məndən uzaqlaşmaq istəyirsən”. Həmin vaxt Eynəliyə daş karxanasında daş atıb gəldiyini, nə ilə özünü tutduğunu demişdir. Daha sonra Eynəliyə arvadının onun qızı yaşda olduğunu, özünün də ailəsinin olduğunu demiş, həmin vaxt Eynəli ondan ailəsinin adını çəkməməyi demiş, mübahisə etmişlər, Eynəli isə “bugünə kimi kiminlə istəmişəm onunlada cinsi əlaqədə olmuşam, bundan belə də olacam” demiş, mübahisə etmişlər. Eynəlinin əlində çomağı olmuş, özündə isə balta. Eynəliyə demiş ki, “sənin qohum-əqraban da onun üçün səninlə işləmir”. Eynəli isə əlindəki çomaqla onun başına vurmuş, lakin zərbə ona dəyməmişdir. Bundan sonra Eynəlini tutmuş, kurtkası əlinə keçmiş, onu aşağı itələmişdir. Bundan sonra balta ilə Eynəlini vurmuş, neylədiyini isə bilməmişdir. Eynəli yıxılandan sonra onun telefonun götürüb sındırıb, meşəlik ərazidə basdırmışdır. Daha sonra qayıdıb evə gəlib, quzuları ayırmışdır. Öz yaşadığı yerdə elektrik olmadığından və telefonunda enerji olmadığından Sahibin komasına getmiş, ora da telefonunu elektrik enerjisinə qoymuş, sonra evə gəlmişdir. Səhəri isə yavaş-yavaş ona zənglər gəlmiş, özü isə qorxduğundan Eynəlini öldürməyi barədə heç nə deməmişdir. Sonradan isə şöbədə olarkən etiraf etmişdir. Balta ümumiyyətlə həmişə özündə olub, meşəyə, dağa gedəndə özü ilə aparmışdır. O, düşünüb ki, mərhum Eynəli onun bildiyi hərəkəti edibsə, balta ilə onu öldürəcək. İlkin zərbəni vurarkən əlbəyaxa olmuşlar, kurtkası əlinə keçmiş, onu üzü aşağı itələyəndən sonra Eynəli ona tərəf dönmüş, özü isə, səhv etmirsə, boğazına zərbə vurmuşdur. Vurduğu bu zərbədən sonra mərhum Eynəli yerə yıxılmışdır. Mərhum Eynəli yıxılandan sonra ona 1-2 zərbə yenidən vurmuş, lakin bilməmiş harasına dəyib. Çünki birinci zərbədən sonra yıxılanda özünü itirmişdir. Balta ilə birinci dəfə Eynəlinin boğazının sol tərəfinə vurmuş, sonuncu yıxılmış, sonra isə boğazının sağ tərəfinə, üçüncü zərbəni isə başına vurmuşdur. Sonra telefonun götürüb meşəyə tərəf qaçmışdır. Eynəli yıxılandan sonra o, Eynəliyə çoxlu zərbələr vurmamış, telefonu götürməyə qayıtmış, Eynəlini baltanın tini ilə dartıb yoldan kənara çıxarmışdır. Eynəli orda uçurumun kənarında olmuş, meşəyə tərəf düşüb getməsin deyə, onu balta ilə kənara çəkmişdir. Baltanın tini iti olmuş, birinci dəfə çəkəndə balta çıxmış, daha sonra baltanı salıb birdə çəkmişdir. Həmin vaxt isə Eynəli ölməmiş, nəfəsi çıxmamışdır. Özü mərhumun yanında olan zaman o hələ də ölməmişdir. Həmin vaxt onun böyründə cızıqlar ola bilərdi, çünki Eynəliyə əl vurmamaq üçün onu baltanın tiniylə çəkmişdir. Hadisədən sonra baltanı atıb gizlətmişdir. Baltanı evə qayıdarkən evdən yuxarıda yıxılmış ağacın altında gizlətmişdir. Daha sonra gəlib evdə üstünü təmizləmiş, əynindəki kurtkanı yuyub asmış. Üzərində başqa qan ləkəsi olmamışdır. Sonradan isə kənd bilmiş ki, Eynəli itib. Ondan soruşduqda demiş ki, Eynəli dünən çıxıb gedib. Sonra camaatla birlikdə Eynəlini axtarmış, həmin gün axşam üstü kəndə getmiş, sabahısı da polis şöbəsinə. Özü mərhuma əzab verməmiş, mərhumu balta ilə yoldan kənara çəkmişdir. Eynəlini vurarkən ona əzab vermək fikrində olmamış, həmin vaxt çox əsəbi olmuşdur. Əməlindən peşman deyil. Səhvi odur ki, Eynəlini öldürdükdən sonra dərhal polisə zəng vurmamışdır. Bu qədər cəza almağı elə bir adama görə düzgün deyil. Əməlini CM-nin 120.1-ci maddəsinə tövsif etməklə, ona aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, atasının ögey dayısı Eynəli Əzizovla münasibətləri yaxşı olmuşdur. Eynəlinin Şümrüd kəndində təsərrüfat sahəsi, mal-qarası, kəndin meşəlik ərazisində malqara saxladığı yaylaq sahəsi olmuş, son 3 ildə Eynəli ilə şərikli işləmişdir. 01 may 2023-cü il tarixdə yaylaqda Eynəli, o və ailə üzvləri qalmışdır. Eynəli ilə tövlədə bir qədər iş görmüş, saat təxminən 16 radələrində qoyunları gətirmək üçün meşəyə getmişdir. Eynəli isə evdə qalmış, arvadı Nazpəri də evdə olmuşdur. Qoyunları gətirdikdən sonra arvadı Nazpərinin ağladığını görmüş, sonuncudan ağlamasının səbəbini soruşanda Nazpəri Eynəlinin ona sataşmaq istədiyini, lakin Eynəlidən qaçdığını demişdir. Həmin vaxt Eynəli yenicə evdən çıxıb kəndə qayıtmışdır. Nazpəri Eynəlinin sataşmaq istədiyini dedikdən sonra ağlamağa başlamış, “mən ona dayı deyirdim, onun belə adam olduğunu bilmirdim, onun övladı yaşdasan, necə belə iş tuta bilər” demişdir. Bir az fikirləşib biyabır olmamaq üçün və camaat lağ etməsin deyə Nazpəriyə bu barədə heç kimə heç nə deməməyi tapşırmışdır. Sonra qoyunları ayırıb tövləyə salacağını Nazpəriyə yalandan deyib evdən çıxmışdır. Məqsədi Eynəlini öldürmək olmuş, çünki sonuncunun Nazpəriyə qarşı etdiyi əxlaqsızlığı qəbul edə bilməmişdir. Evdən çıxan kimi Eynəlinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng edib harada olduğunu soruşmuş, Eynəli Hilaban yolu ilə Qulamhüseynin evinə tərəf getdiyini demişdir. Eynəliyə yalandan heyvanların səsinin gəldiyini, deyəsən canavar hücumuna məruz qaldığını deyib təpəlik əraziyə, yəni sonuncunu öldürdüyü yerə gəlməsini istəmiş, Eynəli yolunu dəyişib ora getdiyini demişdir. Artıq Eynəlinin meşəliyə düşüb dərəyə tərəf gedəcəyindən əmin olub, evin yanında olan oduncaqları doğradığı yerdən təsərrüfatda istifadə etdiyi baltanı götürmüş, məqsədi Eynəlini öldürmək olmuşdur. Hilaban yolu ilə təxminən 300 metr meşəlik tərəfə düşərək, kəsə yolla gedib dərəni qalxaraq təpəyə çatmışdır. Təpəyə çatanda Eynəli ilə rastlaşıb sonuncun qabağını kəsmişdir. Eynəliyə “bu nə hərəkətdir etmisən?” deyərək arvadına sataşmasının səbəbini soruşmuş, Eynəli gülərək “məndən elə şey gözləyirsən?” demişdir. Bundan sonra elə şey gözləmədiyini deyərək Eynəlini təhqir etmiş, sonra Eynəli onu təhqir edib “bilmirsən mən kiməm? bu günə qədər kiminlə istəmişəm cinsi əlaqədə olmuşam (kobud tərzdə), kiminlə də istəyərəm cinsi əlaqədə olaram (kobud tərzdə)” deyərək təhqirlərə davam etmişdir. Eynəli bu sözü dedikdən sonra çomaqla onu vurmaq istəmiş, lakin əlində olan baltanı qabağa verdiyi üçün çomaq baltanın sapına dəysə də ona dəyməmişdir. Bundan sonra sol əli ilə çomağı tutmuş, sağ əli ilə isə Eynəlinin çiynindən tutub dartmış, Eynəlini arxa tərəfə çevirib itələmiş, lakin sonuncu yıxılmamışdır. Eynəli ona tərəf dönən zaman sağ əlində olan balta ilə sonuncunun boynunun sağ tərəfinə zərbə vurmuşdur. Zərbə dəydikdən sonra Eynəli üzü aşağı yıxılmış və ağacın dibinə üzü aşağı vəziyyətdə yıxılıb qalmışdır. Bundan sonra baltanı qaldırıb iki-üç zərbə də Eynəlinin başına vurmuş, lakin həmin vaxt əsəbi və həyəcanlı olduğu üçün konkret olaraq Eynəlinin bədəninin hansı nahiyələrinə və neçə balta zərbəsi vurması yadında qalmamışdır. Bundan sonra Eynəlinin əynində olan kurtkanın sağ yan cibindən telefonunu çıxarıb, Eynəlinin başqa heç bir əşyasına dəyməmişdir. Təxminən 5-6 metr getdikdən sonra hirsi soyumamış, Eynəlinin arvadına qarşı etdiklərini qəbul etmədiyi üçün geri qayıdıb bir balta zərbəsi də Eynəlinin kürək nahiyəsindən vurmuşdur. Təpəyə qalxıb telefonu sındırmış, parçalara ayırıb üzü dağ tərəfə qaçmışdır. Qaçdıqca hadisə yerindən xeyli uzaqlaşmış və telefonun parçalarını fərqli yerlərdə basdırmışdır. Lakin hava dumanlı olduğundan və hadisənin təsirindən konkret olaraq telefonun parçalarını hara basdırdığı yadında qalmamışdır. Telefonu hissələrə ayırıb basdırmaqda məqsədi izi itirmək, cinayətin onun tərəfindən törədilməsindən heç kimin şübhələnməməsi olmuşdur. Bundan sonra evə qayıtmış, həmin vaxt güclü yağış başlamış, baltanın üzərindəki qan ləkələrini təmizləmək üçün baltanı yol boyu yaş vəziyyətdə olan ot və yarpaqlara sürtüb qanını təmizləmiş, sonra baltanı yuyaraq qanını təmizləmişdir. Evin yuxarısına tərəf təxminən 300-400 metr qalxıb baltanı qurumuş ağac kötüyünün altında basdırmış, üzərini torpaqla örtmüşdür. Bunu da etməkdə məqsədi izi itirmək və cinayətin onun tərəfindən törədilməsindən heç kimin şübhələnməməsi olmuşdur. Sonra evə gəlmiş, arvadı Nazpəriyə paltarlarını yumağı tapşırmışdır. Yeməyini yedikdən sonra yaşadığı evdə işıq olmadığı üçün arvadının əmisi Sahimin evinə telefonu enerjiyə taxmaq üçün getmiş, lakin hadisə barədə heç kimə heç nə deməmiş, özünü soyuqqanlı aparmışdır. Sahimin evindən qayıdıb yatmışdır. Səhəri gün, yəni 02 may 2023-cü il tarixdə səhər saatlarında atası Polada zəng edib inəyin xəstə olduğunu deyərək bunu Eynəliyə bildirməyi xahiş etmiş, Polad Eynəlinin evə gəlmədiyini demiş, sonra Eynəliyə zəng etmiş, lakin zəng çatmamışdır. Bunları etməkdə məqsədi iz azdırmaq olmuş, belə etsə hadisəni onun törətdiyindən heç kimin şübhələnməyəcəyini düşünmüşdür. Bundan sonra günorta saatlarında Sahimə zəng edib Eynəlinin telefonuna zəng çatmadığını demiş, Qulamhüseynin evinə gedərək, Eynəlinin oraya gəlib-gəlmədiyini soruşmasını istəmişdir. Bütün bunları etməkdə məqsədi izi azdırmaq olmuş, Eynəlini axtarmaq görüntüsü yaradaraq heç kimin ondan şübhələnməyəcəyini düşünmüşdür. Günortadan sonra Eynəlinin qardaşı Əlal ona zəng edərək Eynəlinin harada olduğunu soruşanda sonuncuya Eynəlinin dünən axşam vaxtı evdən çıxıb Hilabana qayınatası Qulamhüseynin evinə getdiyini bildirmiş və Eynəlinin harada olmasını bilmədiyini demişdir. Əlal isə DİN-nin 102 mərkəzinə zəng edərək Eynəlinin itkin düşməsi barədə məlumat vermiş, bundan sonra kənd sakinləri Eynəlini axtarmaq üçün meşə ərazisini gəzməyə başlamışlar. Özünü şübhəli aparmadan meşədə Eynəlini axtarmış, Eynəlinin meyitinin tapılmaması üçün onunla birlikdə Eynəlini axtaran şəxsləri qəsdən başqa istiqamətdə aparmışdır. Lakin 03 may 2023-cü il tarixdə səhər saatlarında Eynəlinin meyiti tapılmışdır. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs həmin ifadələrin özü tərəfindən verildiyini, ifadələrinin doğru olduğunu və təsdiq etdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 02 may 2023-cü il tarixdə səhər saatlarında Aslanın atası Polad zəng edərək Eynəlinin harada olduğunu soruşmuş, ona zəng çatmadığını, inəyin xəstə olduğunu bildirmişdir. Bundan sonra Aslanın özü də ona zəng vuraraq Eynəlini soruşmuş, inəyin xəstə olduğunu demişdir. Polada və Aslana Eynəlinin evə gəlmədiyini, evdə olmadığını, yerinin isə onların bilməli olduğunu demişdir. Aslanla danışanda isə Aslan anidən and içmiş ki, “vallah bilsəm o gedəndə dalınca gedərdim”. Sonra Aslana zəng edib danışmış, Aslan Eynəlinin evdən çıxdığını, lakin hara getdiyini bilmədiyini demişdir. Daha sonra qohumları demişdir ki, Aslan deyib ki, gecə orada adam görmüşdür. Buna görə Aslana zəng vurmuş, Aslan ona da demişdir ki, “gecə burda iki adam görmüşəm”. Bu sözləri Aslan Cəmilin də yanında demişdir. Eynəlidən xəbər çıxmadığına görə kənd camaatı Eynəlini axtarmağa başlamış, 102-yə zəng vurub məlumat vermişlər və 03 may tarixdə Eynəlinin meyiti meşədə aşkar edilmişdir. Aslanla barışmamış, ondan şikayətçidir, Aslana ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsini tələb edir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, hadisədən qabaq üçdörd gün ərzində Eynəli tövlə tikdirmək üçün yaylağa gəlmiş, həmin gün Cəmil, Polad, Raman, həmçinin Eynəli tövlə tikmişlər. Səhər toy olduğuna görə qaynı Raman kəndə getmiş, Cəmil, Aslan, Eynəli və özü isə evdə qalmışlar. Sonra işlərini bitirmişlər, Cəmil bir cığırla getmiş, Eynəli isə digər cığırla gedəcəyini demişdir. Bundan sonra Cəmil getmiş, Eynəli isə orda qalmış, həmin vaxt Aslan da onunla birlikdə olmuşdur. Eynəli ilə Aslan həyətdə tövlə üçün taxta qapı düzəltməklə məşğul olmuş, onlara həyətdə çay vermiş, içəri keçib evdə uşaqları ilə məşğul olmuşdur. Eynəli ilə Aslan çay içdikdən sonra Aslan qoyunları gətirmək üçün getmiş, Eynəli isə həyətdə əl-üzünü yuyan zaman əynində olan köynəyi çıxarmış, sonra gəlib evə girmişdir. Eynəli qurulanmaq üçün dəsmal istəmiş, həmin vaxt soruşmuş ki, Aslan hanı, demişdir ki, Aslan qoyunların dalınca gedib, daha sonra Eynəli onun üstünə gələrək demişdir ki, “Aslanı neynirsən, mən burdayam”. Eynəliyə demişdir ki, “qızın yaşdayam sən neynirsən?” Həmin vaxt boşqab götürmək istəmiş, Eynəli isə əlindən tutmuş, bu zaman boşqabda yerə düşüb sınmışdır. Sonra Eynəli onun dodağından, boynundan öpmüş, daha sonra əynində olan xalatın zəncirbəndini açmağa başlamışdır. Eynəliyə müqavimət göstərmək istəsə də, gücü çatmamış, Eynəli fiziki cəhətdən xeyli güclü olmuşdur. Eynəli bir əli ilə onun ağzını tutmuş və yerə yıxmış, əli ilə Eynəlinin əlini tutaraq mane olmaq istəsə də, gücü çatmamışdır. Eynəli onun xalatının zəncirbəndini açdıqdan sonra boğazından öpməyə başlamışdır. Həmin vaxt həyətdən səs gəlmiş və Eynəli səs eşitdikdən sonra onun üstündən qalxıb “əgər Aslana bu barədə desən səni rüsvay edəcəm” deyərək digər otağa keçmişdir. Aslan görməsin deyə dərhal xalatın zəncirbəndini bağlamış, Eynəli isə digər otağa keçib paltarını geyinmişdir. Sonra isə on aylıq uşağını götürüb həyətə bulağın başına düşmüş, Eynəlidə onun yanına yaxınlaşıb deyib ki, “səndən xoşum gəlir, səndə razılaşmadın, heç kimə heçnə demə”. Sonra Eynəli evinə gedəcəyini deyib çomaq götürüb Hilaban yolu ilə kəndə getmiş və bundan sonra Aslan gəlmişdir. Aslan onun ağladığını, üz-gözünün qırmızı olduğunu görüb nə üçün ağladığını soruşanda sonuncuya Eynəlinin ona sataşdığını, onun yaxşı adam olmadığını burdan köçmək istədiyini demişdir. Aslan bunu eşidib ağlamış, biyabır olmasınlar deyə bu barədə heç kimə heç nə deməməyi tapşırmışdır. Sonra Aslan qoyunları ayırıb tövləyə salacağını deyərək evdən çıxmışdır. Aslan evdən çıxıb gedəndə evdə olduğu üçün Aslanın hara getdiyini, əlinə nə götürdüyünü görməmişdir. Təxminən 1 saat sonra Aslan gəlib qoyunları tövləyə saldığını demiş. Sonra Aslan çay içib meyvə yedikdən sonra telefonunu enerjiyə taxmaq üçün Sahimin komasına getmiş, orada telefonu enerji ilə doldurduqdan sonra evə qayıtmışdır. Səhəri günü Aslan Polada zəng edib, Eynəlinin ora gəlibgəlmədiyini soruşmuş, heyvanın xəstə olduğunu demişdir. Birdə görmüş ki, Eynəlinin qohumları gəlib Aslanla birlikdə Eynəlini axtarmağa getmişlər. Bilmiş ki, Eynəli yoxa çıxmış, Aslandan soruşmuş o isə ağlayıb heçnə deməmişdir. Eynəlinin meyiti tapıldıqdan sonra sonuncunun Aslan tərəfindən öldürüldüyündən şübhələnmişdir. Sonra isə Aslanı görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel ayının axırları dördüncü gün Cəlilabada getmişdir. Həmin vaxt ögey dayısı Eynəli zəng vurub onu Kijəbədən yaylağa aparmasını xahiş etmişdir. Həmin gün axşam özündən əlavə üç nəfərlə birlikdə gəlib Eynəlini özünə məxsus maşın ilə evdən götürüb öz evinə aparmışdır. Həmin vaxt maşınında dörd ədəd boru, dam dəmiri, biraz da mismar olmuşdur. Eynəli həmin gün onun evində qalmış, səhəri məktəbə işə getmiş, məktəbdən qayıdıb yenə onun evinə gəlmiş və axşamı da onun evində qalmışdır. Eynəli səhəri gün altıncı gün yaylağa gedəcəyini demişdir. Həmin vaxt Qulam da ona zəng vurub onu aparmağı xahiş etmişdir. Daha sonra Raman, Şirvan və İntiqamı da özü ilə götürüb həmin şəxslərlə birlikdə yaylağa getmişlər. Yaylağa çatanda Cəmil orada olmuşdur. Həmin gün orada qoyunları qırxmışlar, özü, dayısı Eynəli və Cəmil isə içəri girib çay içmişlər. Saat təxminən üç-dörd radələrində Şirvanla İntiqam piyada kəndə qayıtmış, axşamüstü, öz maşınına balaca nəvəsini də mindirib evinə qayıtmışdır. Cəmil, Eynəli, Raman, Aslan və gəlini Nazpəri isə yaylaqda qalmışdır. Sabahısı gün bazar günü Eynəli zəng vuraraq 5 litr benzin istəmiş, Aslanın Pəlikəş kəndinə gələrək benzini götürəcəyini demiş, habelə Eynəli həmkəndlisi Sirdaşdan mismar alaraq göndərməyi tapşırmışdır. Sonra Eynəli zəng etsə də, şəbəkə zəif olduğu üçün zəng çatmamış, Eynəli bu səbəbdən onun arvadı Qönçəgülə zəng edib bu barədə demişdir. Eynəli ilə telefonda danışanda sonuncu mayın 1-i onun evinə gələcəyini demişdir. xx.xx.2023-cü il tarixdə məktəbə işə getmiş, səhər tezdən Raman toya gedəcəyi üçün evə qayıtmışdır. İkinci gün təxminən səhər saatlarında oğlu Aslan zəng edərək heyvanlardan birinin xəstə olduğunu demiş və Eynəliyə zəng çatmadığını bildirib sonuncunun evinə zəng vurmağı xahiş etmişdir. O, Eynəlinin arvadı Samirəyə zəng edib Eynəlini soruşmuş, Samirə Eynəlinin evə gəlmədiyini bildirmiş, sonra Əlala zəng edib qardaşı Eynəlinin orada olub-olmadığını soruşmuş, Əlal Eynəlidən xəbəri olmadığını demişdir. Bundan sonra bir neçə nəfərə zəng edib Eynəlini soruşmuş, hər kəs Eynəlidən xəbəri olmadığını demişdir. Bundan sonra haray düşmüş Eynəli axtarmağa getmişlər. Əlal da yaylağa gəlmiş və DİN 102 xidmətinə məlumat verdiyi üçün polis əməkdaşları da Eynəlini axtarmışlar. Polislər onları çağırmış asfalta gəldikdə, demişlər ki, maşının bizə lazımdı, rəis müavini onu da aparmağını demişdir. Həmin vaxt Seydəli adlı əmisi oğlu zəng vurmuş ki, bəs tapıldı Eynəlini öldürüblər. Getmişlər hadisə yerinə orada cəsədi görmüşdür. Eynəlini kim öldürüb bilmir, indi də heç bilmir, uşağını isə görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, hadisə ilə bağlı bildirir ki, 29 aprel 2023-cü ildə Eynəli, atası Polad, əmisi Şirvan, yeznəsi İntiqamla birlikdə yaylağa getmişlər. Onlar orada qoyunları qırxıb qayıtmışlar. Özü, Eynəli, Cəmil, qardaşı Aslan və onun arvadı isə yaylaqda qalmışlar. Orada çəpər zad eləmişlər, balaca tövlə tikmişlər. Eynəli ilə qardaşı arasında isə problem olmamışdır. Üç gün yaylaqda qalmışdır. Bir may tarixində isə yaylaqdan qayıdıb toya getmişdir. May ayının ikisi isə qardaşı Aslan atası Polada zəng edib, Eynəlinin yoxa çıxdığını demişdir. Həmin gündən yaylağa gedib Eynəlini axtarmağa başlamışlar. Üçü may tarixində isə adını bilmədiyi Dürüyə sakini Eynəlini tapdığını demişdir. Birlikdə hadisə yerinə getmişlər, orada Eynəlinin cəsədini görmüşdür. Eynəlini uzaq məsafədən görmüş, yaxın getməyə polislər qoymamışlar. Deyilənə görə Eynəlini qardaşı Aslan namus üstə vurub. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, qardaşı Eynəlinin Şümrüd kəndində yaylaq sahəsi olmuş və Təqsirləndirilən şəxs Eynəlinin təsərrüfatına baxmışdır. 02 may 2023-cü il tarixdə Şahid2 zəng edərək qardaşı Eynəlinin Şümrüd kəndinə gəlib çatmadığını bildirmişdir. Bundan sonra bütün dost-tanışa zəng edərək Eynəlini maraqlanmış, lakin zəng etdiyi şəxslər Eynəlinin harada olmasını bilmədiklərini demişlər. Sonra narahat olduğundan Eynəlini axtarmaq üçün saat 11:00 radələrində yaylağa getmiş, orada müəyyən adamlarla qardaşı Eynəlini axtarmağa başlamışlar. Aslan da orada olmuş, həmin vaxt onu kənara çəkərək demişdir ki, “dayı bundan iki-üç ay əvvəl yaylaqdakı evə işıq düşmüş, sonra gecə itlər hürmüş, iki dənə saqqallı adamın belində meşok təpəyə tərəf qaçdığını görmüşdüm, sonra mən Pəlikeşə yığıncağa gedib qayıdanda telefonuma zəng gəlmiş, iki nəfərin də ağacın yanında olduğunu gördüm, həmin adamlar qaçıb getmişlər”. Bu sözləri Aslan ona demiş, lakin nə səbəbə dediyin başa düşməmişdir. Daha sonra axtarışları davam etmişlər, oradakı hər yeri ələk-vələk etmişlər, Eynəlini tapa bilməmişlər. Saat 14:00 ərəfələrində isə 102 xidmətinə zəng vurub məlumat vermişdir. Polislər kəndə gəlmiş, özü də yaylaqdan düşmüş aşağı, Aslan da ora gəlmişdir. Axşamı isə yenidən yaylağa qayıtmış, gecəni orada qalmışdır. Səhər saat 10:00-11:00 radələrində zəng edib demişlər ki, Eynəli tapılıb. Özünü də hadisə yerinə aparmışlar, iki-üç metrlikdən qardaşının meyitini görmüşdür. Polis rəisi onu Astara Rayon Polis Şöbəsinə çağıranda isə Aslandan şübhələndiyini demişdir. Çünki Aslan qardaşı Eynəliyə demişdir ki, səni öldürərlər. O hardan bilir, ola bilər ki, xəbəri vardı. Özü isə Aslanın qardaşı Eynəlini öldürdüyünə inana bilmir. Qardaşının axtarışında Aslan da iştirak etmişdir. Nazpərini də Eynəli itən gün görmüş, onunla danışmışdır. Nazpəri demişdir ki, “Eynəlini həmin gün gördüm, heçnə demədi, çay içdi, ona çomax verdim getdi”. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərmişdir ki, mərhum Eynəli onun əmisidir. Əmisi Eynəli tarix dəqiq xatirində qalmayıb, lakin həftənin altıncı günü tövlə tikmək üçün Şümrüd kəndindəki yaylağa çağırmış, iki gün orada qalıb, tövlə tikib, işlər görmüşdür. İki gecə qalıb, üçüncü gün isə işlərini qurtarmış, yaylaqdan çıxmışdır. Eynəli isə həmin vaxt gedəcəyini demişdir. Gedib evinə çatmış, səhərisi gün digər əmisi zəng vurub Eynəlinin yoxa çıxdığını demişdir. Gedib yaylağa camaatla birlikdə Eynəlini gəzmişlər, lakin tapa bilməmişlər. Sonra polislər gəlib onu şöbəyə aparmışlar. Yarı yolda isə xəbər gəlmişdir ki, Eynəlinin meyiti meşəlik ərazidə aşkar edilmişdir. Yaylaqdan çıxarkən Eynəlini görmüş, Eynəli ona Hilaban yolu ilə gecəyəni demişdir. Eynəlini meşədə axtararkən Aslan da onlarla birlikdə olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Eynəli barəsində əvvəllərdə eşitmişlər ki, yaxşı adam deyil, belə-belə hərəkətlər edir. Lakin bu eşitdiklərinə inanmamışlar, düşünmüşlər ki, dayılarıdır, onlara qarşı belə hərəkətlərə yol verməz. Onun başqa qadınlarla ünsiyyətdə olması barədə çox eşitmişlər, lakin buna inanmamışlar. Eynəli 01 may 2023-cü ildə saat 03:00-də Poladı soruşmuş, özü isə ona harada olmasını bilmədiyini, yaylaqdan düşdüyünü demişdir. Ondan sonra Eynəli demiş ki, Cəmil adlı şəxslə gələcək evə tərəf, Namiq də onları qarşılayacaqdır. Daha heçnə bilmir, nə Eynəli ona, nə də ki, o Eynəliyə zəng vurmuş, onu görməmişdir. Sonra isə camaat evinə gəlib Eynəlini soruşub, onu axtarmağa çıxmışdır. Hadisədən məlumatı olmamışdır. Yalnız gəlini, məhkəmədə ifadə verdikdən sonra, gəlib ona demişdir ki, Eynəli ona sataşdığı üçün Aslan onu öldürüb. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində göstərmişdir ki, o, Eynəlinin ikinci arvadıdır. 01 may 2023-cü ildə Eynəli ilə telefonda danışmışdır. Eynəli demişdir ki, saxladığı heyvanların yarısı gəlib, yarısı gəlməyib. İtən heyvanlar barədə maraqlanmış, özü isə gedib həmin heyvanları tapmışdır. Ondan sonra Eynəli ilə danışmış, Eynəli demişdir ki, heyvanları dağa gətirmək lazımdır, Ağ körpü tərəfə sür gətir, özü onları qarşıladacaqdır. Heyvanları Eynəlinin dediyi yerə aparmış, lakin ora heç kim gəlməmişdir. Həmin vaxt Eynəli ona heyvanları ora buraxıb qayıtmağı demiş, o isə dediklərini etmişdir. Axşamçağı isə Eynəli danışmış, heyvanların yaylağa gəldiyini demişdir. 02 may 2023-cü ildə isə qardaşına zəng vurub Eynəlini soruşmuşlar, demişlər ki, burada yoxdur. 03 may 2023-cü ildə isə camaatdan eşitmişdir ki, Eynəlini qətlə yetiriblər. Sonradan isə bilmiş ki, onu Aslan öldürüb. Nə səbəbə öldürməsindən isə məlumatı yoxdur. İşdə olan, hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Astara rayon Şümrüd kəndində yerləşən Eynəli Əzizovun meyitinin aşkar edildiyi meşə ərazisi olmuşdur. Yağışlı hava şəraitindən dolayı ərazi palçıqlı və sürüşkən olmuş, Eynəli Əzizovun meyiti təpəlikdən bir qədər aşağıda ağacın dibində aşkar edilmişdir. Meyitin əynində olan paltarlar yağışın təsirindən yaş vəziyyətdə olmuş, meyitin əlləri yağış suyunun təsirindən ağarmışdır. Meyitin sol qolu yuxarı tərəfdə qalmış, ağacın dibinə sağ böyrü üstə düşmüşdür. Baxış zamanı iş üçün əhəmiyyətli olduğundan, qanabənzər ləkələr pambıq tampona hopdurularaq götürülmüş, həmçinin qanabənzər ləkələrin olduğu yarpaqlar götürülmüşdür. (c İ, i.v 7-16) İşdə olan, meyitə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Eynəli Əzizovun meyiti üzərində sol gicgah nahiyəsində 3 ədəd bir-birinə paralel boylama istiqamətli 11x2,0 sm, 10x1,0 sm, 10x1,0 sm, alın nahiyəsində 4,0x1,3 sm, boyunun yuxarı 1/3-nin sağ səthində 9,0x3,0 sm, belin yuxarı sol arxa səthində 11x3,0 sm, döş qəfəsin aşağı 1/3-nin sol tış səthində 2,0x0,3 sm ölçülərdə kənarları hamar, sıyrıqlı, bir ucu iti, digər ucu küt olub “n” şəkilli, mənfəzi açıq, dəri, yumşaq toxumalar, əzələlər və sümüklərin zədələnməsi ilə müşahidə olunan xəsarətlər aşkar edilmiş, başqa hər hansı xəsarət aşkar edilməmişdir. (c İ, i.v 20-29) İşdə olan, hadisə yerinə əlavə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, baxış iştirakçıları “Hilaban” deyilən ərazinin yolu ilə Eynəli Əzizova məxsus yaylaq sahəsinə getmiş, yaylaq sahəsində olan komanın içərisinə baxılan zaman cinayətin aləti ola biləcək hər hansı əşya və ya predmet, o cümlədən tavanda və döşəmədə hər hansı qanabənzər ləkələr, həmçinin tövlələrdə də iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı hal aşkar edilməmişdir. Daha sonra baxış iştirakçıları Eynəli Əzizovun meyitinin aşkar edildiyi yerə yaylaqdan başqa yolla hərəkətə başlamış, Eynəli Əzizovun meyitinin aşkar edildiyi yerdə torpaq örtüyü az miqdarda qazılmış, yarpaqlar təmizlənmişdir. Bu zaman yarpaqlar və torpaq qatının altından laxtalanmış qanabənzər ləkələr aşkar edilmiş, bununla da hadisənin məhz həmin yerdə baş verməsi bir daha təsdiq olunmuşdur. Baxış zamanı iş üçün əhəmiyyət kəsb etdiyindən Eynəli Əzizovun meyitinin aşkar edildiyi yerdə üzərində laxtalanmış qanabənzər ləkələrin olduğu ağac parçası müvafiq qaydada götürülmüşdür. (c İ, i.v 54-65) İşdə olan, şübhəli şəxsin tutulması haqqında 04 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2023-cü ildə şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 84-85) İşdə olan, 04 may 2023-cü il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan paltarlar-01 ədəd boz rəngli cins şalvar, 01 ədəd göy-boz rəngli köynək, 01 ədəd şabalıdı-qara rəngli papaqlı gödəkçə, 01 ədəd yaşıl rəngli kurtka, eləcə də ona məxsus “Xoimi Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim edilmişdir. (c İ, i.v 94-95) İşdə olan, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və video-çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadəsini hadisənin baş verdiyi yerdə təsdiq etməklə əyani şəkildə göstərmişdir. (c İ, i.v 98-101) İşdə olan, Astara Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 4(018)-61/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 may 2023-cü ildən hesablanmışdır. (c İ, i.v 129-131) İşdə olan, baltaya baxış keçirilməsi xx.xx.2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, cinayətin aləti olan balta tiyə və küpdən ibarət olmaqla, həm tiyəsi, həm də dəstəyi üzərində işlənmə və çirklənmə izləri müşahidə edilmişdir. (c İ, i.v 139-141) İşdə olan, əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, tanınmalı olan əşya Təqsirləndirilən şəxs tərəfindən ifadənin yerində yoxlanması zamanı aşkar olunub təqdim edilmiş balta olmuşdur. Həmin balta eyni növdən olan baltalarla bir yerdə nömrələnmiş vəziyyətdə təqdim edilmiş, Təqsirləndirilən şəxs tanınması üçün 03 ədəd balta təqdim edilmiş, cinayətin aləti olan balta “3” nömrəsi ilə işarələnmiş, digər baltalar isə müvafiq olaraq “1” və “2” nömrələri ilə işarələnmişdir. Əşyalar təqdim edildikdən sonra tanıyan şəxsə onun tanıya bildiyi əşyanı (əşyaları) göstərmək və həmin əşyanı məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olunmuş, tanıyan şəxs Təqsirləndirilən şəxs təqdim edilən əşyaları nəzərdən keçirərək X8 öldürmək üçün istifadə etdiyi və sonuncuya zərbələr endirdiyi baltanın “3” nömrəsi ilə işarələnmiş balta olduğunu, həmin baltanın ona məxsus olduğunu və gündəlik təsərrüfatda istifadə etdiyini bildirmişdir. (c İ, i.v 142-144) İşdə olan, X6 hadisə zamanı əynində olan paltarlara baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Eynəli Əzizovun əynində olan tuman, şalvar və ayaqqabı üzərində qanabənzər ləkələr müşahidə edilməmiş, gödəkçə, qısaqol köynək, düyməli köynək və mayka üzərində zədələr və qanabənzər ləkələr müşahidə edilmişdir. (c İ, i.v 145-149) İşdə olan, Təqsirləndirilən şəxs məxsus paltarlara baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, cins şalvar üzərində zədə və qanabənzər ləkələr müşahidə edilməmiş, köynək üzərində zədə müşahidə edilsə də, qanabənzər ləkələr müşahidə edilməmiş, gödəkçə üzərində zədə və qanabənzər ləkə müşahidə edilmiş, kurtka üzərində zədə müşahidə edilmiş, qanabənzər ləkə müşahidə edilməmişdir. (c İ, i.v 150-153) İşdə olan, 12 may 2023-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, X9 zərərçəkmiş şəxs X6 hüquqi varisi qismində tanınmışdır. (c İ, i.v 177) İşdə olan, Azərbaycan Respublikası DİN-nin X2 İdarəsindən daxil olmuş xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c İ, i.v 243-244) İşdə olan, diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X6 istifadəsində olmuş ********** saylı mobil nömrə ilə müxtəlif vaxtlarda və müxtəlif zaman kəsiyində müxtəlif şəxslərlə danışıqlar aparılmışdır. Hadisənin baş verdiyi gün, yəni 01 may 2023-cü il tarixdə Eynəli Əzizovun sonuncu telefon danışığı saat 15:12də arvadı Samirə Əzizovanın istifadəsində olan ********** saylı mobil nömrə ilə aparılmış, həmin vaxtdan sonra hər hansı telefon danışığı aparılmamışdır. Həmçinin, Eynəli Əzizovun aparılmış telefon danışıqları zamanı anten dairəsinin, yəni olduğu məkanın xx.xx.2023-cü il tarixdə Astara rayonu Kijəbə qəsəbəsi, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə isə Astara rayonu Hamuşam kəndi dairəsi olduğu (Astara rayonu Şümrüd kəndində "xxxx" MMC-yə məxsus dairənin olmaması səbəbindən həmin kəndin əhatə dairəsində olan danışıqların anteni Astara rayonu Hamuşam kəndi göstərir) müəyyən edilmişdir. (c İİ, i.v 12-13) İşdə olan, 25 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində xəsarətlərin aşkar edilməsi ilə bağlı daxil olmuş məlumat əsasında aparılan araşdırma nəticəsində hər hansı bir şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən, toplanmış 85C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (c İİ, i.v 58-60) İşdə olan, diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Eynəli Əzizovun istifadəsində olan ********** saylı mobil nömrəyə sonuncu zəng hadisənin baş verdiyi gün, yəni 01 may 2023-cü il tarixdə, saat 16:21-də edilmiş və 33 saniyə danışıq aparılmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs istifadəsində olan qeyd edilən nömrədən Şahid2 istifadəsində olan ********** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 07:50-də zəng olunmaqla 84 saniyə danışıq aparılmış, eləcə də digər saatlarda qarşılıqlı zəng olunmaqla danışıqlar aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan digər mobil nömrə ***-***-**-** saylı mobil nömrə ilə Eynəli Əzizovun istifadəsində olmuş ********** saylı mobil nömrə arasında çoxlu danışıqların aparıldığı, sonuncu danışığın isə xx.xx.2023-cü il tarixdə saat 21:15-də 115 saniyə ərzində aparıldığı, bundan sonrakı vaxtlarda isə qeyd edilən nömrələr arasında danışıq aparılmadığı müəyyən edilmişdir. (c İİ, i.v 115-116) İşdə olan, diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X6 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə müxtəlif vaxtlarda çoxlu sayda danışıqların aparıldığı, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Eynəli Əzizovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə sonuncu zəngin hadisənin baş verdiyi gün, yəni 01 may 2023-cü il tarixdə, saat 16:21-də edildiyi və 33 saniyə danışıq aparıldığı müəyyən edilmiş, bundan sonra Eynəli Əzizovun istifadəsində olmuş mobil nömrəyə hər hansı zəngin daxil olmadığı aşkar edilmişdir. (c İİ, i.v 119-120) İşdə olan, xx.xx.2023-cü il tarixli 292/2023-MTBŞ saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd ağac parçası, 01 ədəd çubuqlu pambıq tampon, qurumuş yarpaqlar, kağız paket, Eynəli Əzizova məxsus qısaqol mayka, alt mayka, köynək və gödəkçə üzərində insan qanı ləkələri aşkar edilmişdir. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “H” antigeni, bəzi ləkələrdə həmçinin alfa və beta aqqlyutininləri alınmışdır. Bu qan ləkələri X7 məxsusdur. (c İİ, i.v 131-136) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 210-MTKŞ/2023 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X7 məxsus paltarların (qısaqol mayka tipli köynək, açıq qəhvəyi rəngli uzunqol köynək, qolsuz qara rəngli mayka) arxa səthində hər birində 03 ədəd dəlib-keçən, gödəkçənin sol qolun arxa səthində yuxarıda 01 ədəd tam dəlib keçməyən və arxa səthinin sol yuxarı nahiyəsində 01 ədəd dəlib keçən zədələr aşkar edilmişdir. Bu zədələr kəsilmişçapılmış zədələr olub, iti kənara malik kəsici-çapıcı əşyanın təsirindən törənə bilərdi və bu zədələrin ekspertizaya təqdim edilmiş baltanın ülgücünün təsirindən törənmələri inkar olunmur. Eynəli Əzizova məxsus paltarlarda aşkar edilmiş kəsilmiş-çapılmış xarakterli zədələr qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. Eynəli Əzizova məxsus trusikdə, şalvarda və bir cüt ayaqqabıda əhəmiyyət kəsb edən hər hansı zədə aşkar edilməmişdir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus uzunqol gödəkçənin sağ qolun dairəvi tikişində öndə və köynəyin sağ yan tikişinin yuxarı hissəsini və onunla əlaqələnən qol tikişinin yuxarı hissəsini əhatə edən sökülmələr vardır. Bu sökülmələr küt qüvvə təsiri ilə qeyd edilən paltarların müvafiq nahiyələrinin gərilibdartılması nəticəsində müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Təqsirləndirilən şəxs məxsus kapuşonlu gödəkçənin kapuşonunun ön səthində solda aşağıda, tək üst materialını əhatə edən məhdud cırılma vardır. Bu cırılma küt yaranma mexanizminə malikdir, ola bilsin gödəkçənin müvafiq nahiyəsinin hər hansı bir predmetə ilişib dartılması nəticəsində müxtəlif şəraitlərdə əmələ gəlmişdir. Təqsirləndirilən şəxs məxsus şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar edilməmişdir. Ekspertizaya təqdim olunmuş balta zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlıdır və soyuq silah hesab edilmir. (c İİ, i.v 138-146) İşdə olan, məhkəmə-tibb ekspertizasının 07 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X6 ölümü zorakıdır. Ölüm başın alın, sol gicgah, boyun və bel nahiyələrini, alın və sol gicgah sümüklərinin, sağ yuxu arteriyası və venasını, sol böyrəyi zədələyən, baş beyin toxumasına və mədəciklərə yayılmış qansızma törədən çapılmış yaralar nəticəsində baş vermişdir. Eynəli Əzizovun ölümü ilkin meyit əlamətlərinə görə meyitin məhkəmə-tibbi müayinəsindən 2-3 gün əvvəl baş vermişdir. Eynəli Əzizovun meyitində alın, sol gicgah nahiyəsinin kəllə boşluğuna keçən, alın və sol gicgah sümüklərinin, beyinin sərt və yumşaq qişalarını zədələyən, beyin toxumasına və onun qişalarının altına yayılmış qansızmalar, sağ yuxu arteriyası və venasını, sol peritonarxası qanaxma, sol böyrəyin zədələnməsi, daxili və xarici qanaxma törədən çapılmış yaralar, alın, sol gicgah, boyun, bel, döş qəfəsi nahiyələrində çapılmış yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyati olub, yaraların kənarlarının formasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər çapıcı xüsusiyyətli alətin, o cümlədən ekspertizaya təqdim edilmiş baltanın tiyəsinin kəsici kənarının təsirindən əmələ gələ bilərdi, hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. Eynəli Əzizovun meyiti üzərində çapılmış yaralardan başqa digər xəsarətlər aşkar edilməmiş, həmçinin sonuncunun meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində alkoqol, narkotik və güclü təsiredici maddələr aşkar edilməmişdir. (c İİ, i.v 153- 158) İşdə olan, Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığının cavabından görünür ki, X10 01 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs arvadı Şahid1 sataşmış, bu barədə sonuncu Təqsirləndirilən şəxs məlumat verdikdən sonra Təqsirləndirilən şəxs Eynəli Əzizovu öldürmək qərarına gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Eynəli Əzizova zəng edərək guya canavarların mal-qaraya hücum etdiyini yalandan bildirib yaylağa gəlməsini istəmiş, sonuncu gəldikdən sonra Təqsirləndirilən şəxs arvadına sataşdığı üçün Eynəli Əzizova özü ilə götürdüyü balta ilə zərbələr vuraraq öldürmüş, baltanı isə yaylaqdan kənarda gizlətmişdir. (c İİ, i.v 204) İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1958 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə ünsiyyətcil olmaqla özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda heç bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22.1-ci maddələrinin təsiri altına düşmür, o hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq və prosessual hərəkətlərdə iştirak etmək və öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuş, o, hadisə zamanı psixi-emosional halında hirslilik, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt halında olmamışdır. (c İİ, i.v 233-236) İşdə olan, Astara RİHB-nın Pəlikeş kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı, xx.xx.2019-cu il təvəllüdlü və xx.xx.2022-ci il təvəllüdlü uşaqlarından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c İİ, i.v 238-239) İşdə olan, xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayətin törədilməsi zamanı alət kimi istifadə edilmiş 01 ədəd təsərrüfat-məişət təyinatlı soyuq silah hesab olunmayan balta, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan paltarlar-01 ədəd cins şalvar, 01 ədəd köynək, 01 ədəd papaqlı gödəkçə və 01 ədəd kurtka, Eynəli Əzizova məxsus hadisə zamanı əynində olmuş paltarlar-01 ədəd tuman, 01 ədəd gödəkçə, 01 ədəd qısaqol köynək, 01 ədəd mayka, 01 ədəd düyməli köynək, 01 ədəd şalvar və 01 cüt ayaqqabı, Təqsirləndirilən şəxs məxsus “Xiaomi Redmi” markalı mobil telefon, telefon danışıqları və anten dairələri barədə məlumatları əks etdirən, habelə toy şənliyi görüntülərini əks etdirən disklər, hadisə yerinə baxış zamanı üzərində qanabənzər ləkələr hopdurulmuş 01 ədəd pambıq tampon, üzərində laxtalanmış qanabənzər ləkələr olan yarpaqlar və ağac parçası, qanabənzər ləkələrin hopduğu zərf maddi sübut qismində tanınmış, 01 ədəd təsərrüfat-məişət təyinatlı soyuq silah hesab olunmayan balta, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan paltarlar, Eynəli Əzizova məxsus hadisə zamanı əynində olmuş paltarlar, Təqsirləndirilən şəxs məxsus “Xiaomi Redmi” markalı mobil telefon, hadisə yerinə baxış zamanı üzərində qanabənzər ləkələr hopdurulmuş 01 ədəd pambıq tampon, üzərində laxtalanmış qanabənzər ləkələr olan yarpaqlar və ağac parçası, qanabənzər ləkələrin hopduğu zərf Astara rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılması, telefon danışıqları və anten dairələri barədə məlumatları əks etdirən, habelə toy şənliyi görüntülərini əks etdirən disklərin cinayət işinə əlavə edilməsi qərara alınmışdır. (c İİİ, i.v 227) İşdə olan, Azərbaycan Respublikası Medalının Vəsiqələrinin, fəxri fərman, təşəkkürnamənin surətlərindən görünür ki, Şahid4 Vətənə Müharibəsində iştirak etmiş, “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad olumasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları və fəxri fərman, təşəkkürnamə ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: Eynəlini vurarkən ona əzab vermək fikrində olmamış, həmin vaxt çox əsəbi olmuş, onun böyründə cızıqlar ola bilər, çünki Eynəliyə əl vurmamaq üçün onu baltanın tiniylə çəkmiş, özü mərhuma əzab verməmiş, mərhumu balta ilə yoldan kənara çəkmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü dəlillərlə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs irəli sürdüyü yuxarıda göstərilən dəlilərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar, iş üzrə keçirilmiş Məhkəmə-tibb ekspertizasının 07 saylı xx.xx.2023-cü il tarixli rəyi, cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri, lokalizasiyası və həyat üçün mühüm orqanlara xəsarət yetirilməsi ilə tam təkzib edilir. Belə ki, sözügedən rəylə müəyyən edilmişdir ki, törədilmiş cinayət hadisəsi nəticəsində X6 ölümü zorakı olmaqla, ölüm başın alın, sol gicgah, boyun və bel nahiyələrini, alın və sol gicgah sümüklərinin, sağ yuxu arteriyası və venasını, sol böyrəyi zədələyən, baş beyin toxumasına və mədəciklərə yayılmış qansızma törədən çapılmış yaralar nəticəsində baş vermişdir. Eynəli Əzizovun meyitində alın, sol gicgah nahiyəsinin kəllə boşluğuna keçən, alın və sol gicgah sümüklərinin, beyinin sərt və yumşaq qişalarını zədələyən, beyin toxumasına və onun qişalarının altına yayılmış qansızmalar, sağ yuxu arteriyası və venasını, sol peritonarxası qanaxma, sol böyrəyin zədələnməsi, daxili və xarici qanaxma törədən çapılmış yaralar, alın, sol gicgah, boyun, bel, döş qəfəsi nahiyələrində çapılmış yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyati olub, yaraların kənarlarının formasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər çapıcı xüsusiyyətli alətin, o cümlədən ekspertizaya təqdim edilmiş baltanın tiyəsinin kəsici kənarının təsirindən əmələ gələ bilərdi, hər bir xəsarət ayrıayrılıqda dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. Bundan başqa cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə (cild İ – i.v. 86-90) şübhəli (cild İ – i.v. 54- 56) və xx.xx.2023-cü il, xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İ – i.v. 118-122, cild İİİ – i.v 43-47 ) şəxs qismində verdiyi ifadələrində bildirmişdir ki, hadisə vaxtı Eynəli ona tərəf dönən zaman sağ əlində olan balta ilə sonuncunun boynunun sağ tərəfinə zərbə vurmuşdur. Zərbə dəydikdən sonra Eynəli üzü aşağı yıxılmış və ağacın dibinə üzü aşağı vəziyyətdə yıxılıb qalmışdır. Bundan sonra baltanı qaldırıb iki-üç zərbə də Eynəlinin başına vurmuş, təxminən 5-6 metr getdikdən sonra hirsi soyumamış, Eynəlinin arvadına qarşı etdiklərini qəbul etmədiyi üçün geri qayıdıb bir balta zərbəsi də Eynəlinin kürək nahiyəsindən vurmuşdur. Məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, hadisə zamanı Eynəli ona tərəf dönmüş, özü isə, səhv etmirsə, boğazına zərbə vurmuşdur. Vurduğu bu zərbədən sonra mərhum Eynəli yerə yıxılmışdır. Mərhum Eynəli yıxılandan sonra ona 1-2 zərbə yenidən vurmuş, balta ilə birinci dəfə Eynəlinin boğazının sol tərəfinə vurmuş, sonuncu yıxılmış, sonra isə boğazının sağ tərəfinə, üçüncü zərbəni isə başına vurmuşdur. Eynəli orda uçurumun kənarında olmuş, meşəyə tərəf düşüb getməsin deyə, onu balta ilə kənara çəkmişdir. Baltanın tini iti olmuş, birinci dəfə çəkəndə balta çıxmış, daha sonra baltanı salıb birdə çəkmişdir. Həmin vaxt isə Eynəli ölməmiş, nəfəsi çıxmamışdır. Özü mərhumun yanında olan zaman o hələ də ölməmişdir. Həmin vaxt onun böyründə cızıqlar ola bilərdi, çünki Eynəliyə əl vurmamaq üçün onu baltanın tiniylə çəkmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu yuxarıda qeyd edilən ifadələrində də ölmüş zərərçəkmiş şəxs Eynəli Əzizovu əlindəki balta ilə boynunun sağ tərəfinə zərbə vurduqdan və sonra Eynəli Əzizov üzü aşağı yıxıldıqdan sonra baltanı qaldırıb iki-üç zərbə də Eynəlinin başına vurduğunu, təxminən 5-6 metr getdikdən sonra hirsi soyumayaraq geri qayıdıb bir balta zərbəsi də Eynəlinin kürək nahiyəsindən vurduğunu etiraf etmiş, məhkəmə istintaqı zamanı da həmin ifadələrini təsdiq edərək, əlavə zərbələr vurarkən hələ Eynəli Əzizovun sağ olduğunu, sonuncunun ölmədiyini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs çapıcı alət olan təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən balta ilə ölmüş zərərçəkmiş şəxs Eynəli Əzizovun bədəninə yuxarıda sadalanan və hər biri ayrı-ayrılıqda dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid xəsarətləri yetirərkən zərərçəkmiş şəxsə əzab, işgəncə verməklə, aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar yetirmişdir. Göstərilən xəsarətlərin sayı, xarakteri, lokalizasiyası və ən əsası həyat üçün mühüm orqanlara xəsarət yetirilməsi, cinayətin aləti kimi təqsirləndirilən şəxs tərəfindən çapıcı alət olan təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən baltanın seçilməsi, həmin balta ilə Eynəlinin başına və boğazına zərbələr vurduqdan və təxminən 5-6 metr getdikdən sonra hirsi soyumamayaraq, Eynəlinin arvadına qarşı etdiklərini qəbul etmədiyi üçün geri qayıdıb bir balta zərbəsi də Eynəlinin kürək nahiyəsindən vurması, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməsi kimi işin təkzibedilməz halları ona dəlalət edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ölmüş zərərçəkmiş şəxs Eynəli Əzizovu xüsusi amansızlıqla qəsdən öldürmüşdür. Göstərilən halları nəzərə alıb məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı dindirilərkən ifadəsinə, yəni Eynəli Əzizov hadisə yerində uçurumun kənarında olduğundan, meşəyə tərəf düşüb getməsin deyə, onu baltanın tini ilə çəkməsi, sonuncuya zərbə vurmamasına münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxsin bu hissədə söylədikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Qəsdən adam öldürmə cinayəti birbaşa törədilən zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəlmiş olur, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmçinin bu Qərarın 8-ci bəndində göstərilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ümumiyyətlə hər bir adamöldürmə əməli insanın həyatdan məhrum edilməsi ilə nəticələnən qəddar və amansız cinayətdir. Lakin qanunvericilikdə sadəcə amansızlıqla deyil, xüsusi amansızlıqla törədilən qətl cinayətləri ağırlaşdırıcı hallarda törədilən qəsdən həyatdan məhrumetmə əməllərinə aid edilir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, yaxın qohumu olan qardaşı Şahid4 “Vətən Müharibəsi”ndə aktiv döyüşlərdə iştirak etməklə, medallarla, fəxri fərman və təşükkürnamə ilə təltif edilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 04 may 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Astara rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd təsərrüfat-məişət təyinatlı soyuq silah hesab olunmayan balta, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan paltarlar – 01 ədəd cins şalvar, 01 ədəd köynək, 01 ədəd papaqlı gödəkçə və 01 ədəd kurtka, Eynəli Əzizova məxsus hadisə zamanı əynində olmuş paltarlar – 01 ədəd tuman, 01 ədəd gödəkçə, 01 ədəd qısaqol köynək, 01 ədəd mayka, 01 ədəd düyməli köynək, 01 ədəd şalvar və 01 cüt ayaqqabı, hadisə yerinə baxış zamanı üzərinə qanabənzər ləkələr hopdurulmuş 01 ədəd pambıq tampon, üzərində laxtalanmış qanabənzər ləkələr olan yarpaqlar və ağac parçası, qanabənzər ləkələrin hopduğu zərf məhv edilməli, iş materiallarında olan telefon danışıqları və anten dairələri barədə məlumatları əks etdirən, habelə toy şənliyi görüntülərini əks etdirən disklər cinayət işinin materiallarında saxlanılmalı, Astara rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Xioami Redmi” markalı mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə ekspertiza xərci, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 04 may 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Astara rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd təsərrüfat-məişət təyinatlı soyuq silah hesab olunmayan balta, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan paltarlar – 01 ədəd cins şalvar, 01 ədəd köynək, 01 ədəd papaqlı gödəkçə və 01 ədəd kurtka, Eynəli Əzizova məxsus hadisə zamanı əynində olmuş paltarlar – 01 ədəd tuman, 01 ədəd gödəkçə, 01 ədəd qısaqol köynək, 01 ədəd mayka, 01 ədəd düyməli köynək, 01 ədəd şalvar və 01 cüt ayaqqabı, hadisə yerinə baxış zamanı üzərinə qanabənzər ləkələr hopdurulmuş 01 ədəd pambıq tampon, üzərində laxtalanmış qanabənzər ləkələr olan yarpaqlar və ağac parçası, qanabənzər ləkələrin hopduğu zərf məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan telefon danışıqları və anten dairələri barədə məlumatları əks etdirən, habelə toy şənliyi görüntülərini əks etdirən disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Astara rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Xioami Redmi” markalı mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-129/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-129/2024
04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver