Məhkəmə qərarları › İş №1(099)-129/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-129/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-129/2025 13.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X11, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-“Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhər 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxxxxx 1969-cu ildə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada sürücü işləyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə məhkum olunmuş və məhkumluğu olan, Astara şəhəri, S.Vurğun küçəsi, ev 106-da qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 206.3.2-ci maddəsi ilə xx xxxxxxxx 1984-cü ildə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, fərdi qaydada sürücü işləyən, məhkum olunmamış, Astara şəhəri, S.Vurğun küçəsi, ev 317-də qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X9 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs2 digər şəxslərin köməkliyi ilə xeyli miqdar təşkil edən malların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən sənədlərdən, gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə qaçaqmalçılıq yolu ilə keçirilməsi qərarına gələrək, 2023-cü ilin iyul ayının ortalarında idarə etdiyi “DAF” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və ona qoşulmuş **-ZC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu nəqliyyat vasitəsi ilə İran İslam Respublikasında (bundan sonra İran) fəaliyyət göstərən “Shams Plast” TEB şirkətinin adından Bakı şəhərində “X20” MMC-nin ünvanına göndərilən məhsul qismində İranda əldə etdiyi, xx.xx.2023-cü il tarixli, 208 nömrəli invoys və eyni tarixli CMR sənədlərində “LDPE Compand 2420H HS code **********” xüsusatlar qeyd edilməklə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli, 500 №-li “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi qərarına əsasən 0% dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb olunan, xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına əsasən “ilkin formalarda etilen polimerləri” mal mövqeyində polietilen xammalı qismində nəzərdə tutulan yük müşayiət sənədlərini gömrük nəzarətinə təqdim edərək faktiki olaraq 15% dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb olunan və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına əsasən 3923 21 000 0 saylı kod ilə təsnifləşdirilərək “Malların nəqli və ya qablaşdırılması üçün plastmasdan, etilen polimerlərindən məmulatlar” mal mövqeyinə aid 74.260 manat dəyərində 28700 kq sellofan torba məhsulunu xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə qəsdən qaçaqmalçılıq yolu ilə keçirdikdən sonra, cinayətkar hərəkətini davam etdirib digər şəxslərin köməyi ilə hüquqpozma faktının aşkar edilməsinin qarşısının alınması və cinayətin izlərinin itirilməsi məqsədilə idarə etdiyi gömrük nəzarətinə təqdim edilən yük müşayiət sənədlərində qeyd olunmuş “ilkin formalarda etilen polimerləri” mal mövqeyi ilə eynilik təşkil edən “polietilen xammalı” ilə yüklənmiş “DAF” markalı, 07BK324/07ZB456 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İrandan gətirərək gömrük sərhədindən gömrük nəzarətindən sənədlərdən və eyniləşdirmə vasitələrində aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirdiyi sellofan torba yükü ilə yüklənmiş TKPNV35L065900453 ban nömrəli, **-ZC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu dartıcıya yedəklənmiş içərisində “polietilen xammalı” yükü olan WKESD**********09 ban nömrəli, **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə dəyişdirdikdən sonra, təyinat gömrük məntəqəsində gömrük nəzarətini həyata keçirəcək gömrük əməkdaşlarını yanıltmaq, cinayətin izlərini itirmək, bu şəkildə öz cinayətkar niyyətlərini gizlətmək və dəyişdirdiyi qoşquların hərəkət trayektoriyasının şübhə doğurmaması məqsədilə qoşquya bağlanılan GPS qurğusunun dəmir trosunun kəsilərək həmin qurğunu içərisində sellofan torba olan qoşqudan söküb, faktiki olaraq “polietilen xammalı” ilə yüklənmiş qoşquya kustar üsulla quraşdırdıqdan sonra içərisində “polietilen xammalı” olan qoşqu ilə təyinat gömrük məntəqəsi üzrə Bakı Baş Gömrük İdarəsinə doğru hərəkət edib, sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə xeyli miqdarda-74.260 (yetmiş dörd min iki yüz altmış) manat dəyərində olan malı gömrük sərhədindən qanunsuz keçirməklə qaçaqmalçılıq etmişdir. Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Eyni zamanda ittiham aktına əsasən istintaq orqanı tərəfindən X12 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumi cinayətkar niyyətə uyğun olaraq tamah məqsədilə xeyli miqdar dəyərində malların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən sənədlərdən, gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə öncədən aralarındakı razılığa əsasən 2023-cü ilin iyul ayının ortalarında Təqsirləndirilən şəxs2 idarə etdiyi 99HM837/99ZC352 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İranda fəaliyyət göstərən “Shams Plast” TEB şirkətinin adından Bakı şəhərində “X20” MMC-nin ünvanına göndərilən məhsul qismində İrandan əldə etdiyi, xx.xx.2023-cü il tarixli, 208 nömrəli invoys və eyni tarixli CMR sənədlərində “LDPE Compand 2420H HS code **********” xüsusatlar qeyd edilməklə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi qərarına əsasən 0% dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb olunan, xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına əsasən “ilkin formalarda etilen polimerləri” mal mövqeyində polietilen xammalı qismində nəzərdə tutulan yük müşayiət sənədlərini Təqsirləndirilən şəxs2 vasitəsi ilə gömrük nəzarətinə təqdim edərək faktiki olaraq 15% dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb olunan və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına əsasən 3923 21 000 0 saylı kod ilə təsnifləşdirilərək “Malların nəqli və ya qablaşdırılması üçün plastmasdan, etilen polimerlərindən məmulatlar” mal mövqeyinə aid 74.260 manat dəyərində 28700 kq sellofan torba məhsulunu xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə qəsdən qaçaqmalçılıq yolu ilə keçirdikdən sonra, cinayətkar planın davamı olaraq aralarındakı razılaşmaya əsasən hüquqpozma faktının aşkar edilməsinin qarşısının alınması və cinayətin izlərinin itirilməsi məqsədilə Təqsirləndirilən şəxs2 idarə etdiyi gömrük nəzarətinə təqdim edilən yük müşayiət sənədlərində qeyd olunmuş “ilkin formalarda etilen polimerləri” mal mövqeyi ilə eynilik təşkil edən “polietilen xammalı” ilə əvvəlcədən yüklənmiş “DAF” markalı, 07BK324/07ZB456 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında İran İslam Respublikasından gətirərək gömrük sərhədindən gömrük nəzarətindən sənədlərdən və eyniləşdirmə vasitələrində aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirdiyi sellofan torba yükü ilə yüklənmiş TKPNV35L065900453 ban nömrəli, **-ZC-*** dövlət qeydiyyat nişanlı qoşqunu dartıcıya yedəklənmiş içərisində polietilen xammalı yükü olan WKESD**********09 ban nömrəli, **-ZB-*** dövlət qeydiyyat nişanlı qoşqu ilə dəyişdirilməsinə nail olduqdan sonra, təyinat gömrük məntəqəsində gömrük nəzarətini həyata keçirəcək gömrük əməkdaşlarını yanıltmaq, cinayətin izlərini itirmək, bu şəkildə öz cinayətkar niyyətlərini gizlətmək və dəyişdirdiyi qoşquların hərəkət trayektoriyasının şübhə doğurmaması məqsədilə qoşquya bağlanılan GPS qurğusunun dəmir trosunun kəsilərək həmin qurğunu içərisində sellofan torba olan qoşqudan sökülməsinə və faktiki olaraq polietilen xammalı ilə yüklənmiş qoşquya kustar üsulla quraşdırılmasına və aralarındakı razılaşmağa uyğun olaraq sellofan torba yükünü cinayətdən xəbərsiz anası X3 yaşadığı evə bitişik olan ünvan 2 ünvanında yerləşən anbara boşaldılmasına, Təqsirləndirilən şəxs2 içərisində polietilen xammalı olan qoşqu ilə təyinat gömrük məntəqəsi üzrə Bakı Baş Gömrük İdarəsinə doğru hərəkət etməsinə nail olub, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə xeyli miqdarda, yəni 74.260 (yetmiş dörd min iki yüz altmış) manat dəyərində olan malı gömrük sərhədindən qanunsuz keçirməklə qaçaqmalçılıq etmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxs Vüqar Hümbətovun Azərbaycan Respublikası CM-nin 206.3.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edən kifayət qədər mötəbər sübutlar əldə olunmamışdır. Habelə məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən və özündə cinayət hadisəsinin olmasını ehtiva edən hadisə ilə bağlı Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlini törətməkdə təqsirliyi onun özünün və şahidlərin ifadələri ilə, həmçinin iş üzrə toplanmış digər təkzibedilməz sübutlarla tam təsdiq olunur, eyni zamanda Vüqar Hümbətovun həmin cinayət əməlini törətməkdə təqsirsizliyi onun özünün və iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə, həmçinin iş üzrə toplanmış digər təkzibedilməz sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 260.3.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, xeyli müddətdir ki, yük maşının sürücüsü işləyir, əsasən də İrandan Azərbaycana və başqa yerlərə yük aparıb-gətirmişdir. İdarə etdiyi nəqliyyat vasitəsi “DAF” markalı yedəkli yük maşınıdır (“DAF” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı nəqliyyat vasitəsi və ona qoşulmuş **-ZC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu yük nəqliyyat vasitəsi) və həmin yük maşını Astara rayon sakini Asif Hümbətova məxsusdur. Həmin yük maşınını Asifdən icarəyə götürüb işlətmiş, hər ay Asifə icarə haqqı vermişdir. Digər Təqsirləndirilən şəxs1 tanıyır, münasibətləri yaxşıdır, Vüqar Asifin qardaşıdır, bildiyinə görə Vüqarın da yük maşınları vardır, Vüqar özü də sürücü kimi yük maşını idarə etmiş, həm onun maşınlarını başqa sürücülər də idarə etmişlər. Özü Vüqarın yox, onun qardaşı Asifə məxsus yük maşınını idarə etmişdir. Özündən başqa Sahib adlı şəxs də (X18) Asifə məxsus yük maşının sürücüsü olmuş və o da idarə etdiyi yük maşını ilə İrandan yük daşımaqla məşğul olmuşdur. Onun Asiflə münasibətləri yaxşı olmuşdur. O, sürücü kimi əvvəllər dəfələrlə Bakıda olan “Baku Polimer” şirkətinin (“X20” MMC-nin) sifarişi ilə İrandan olan politelin xammal göndərən şirkətdən (“Shams Plast” şirkətindən) politelin xammalı yükü və ya rulonda bağlanmış sellfan torbalar olan yükü gətirmişdir. 24 sentyabr 2023-cü il tarixdə o, yenə də yük gətirmək üçün İrana getmiş, orada iranlı “Hüseyn” adlı şəxsin sifarişi ilə politelin xammalı yükünü İran şirkətindən götürüb Bakıda olan şirkətinə gətirməliymiş. O, İranda olarkən Sahib də yük gətirmək üçün İranda olmuşdur. Həmin vaxt o, Sahiblə görüşüb söhbət edərkən Sahib ona xammalın əvəzinə hazır sellofan torba yükləməsini təklif etmiş o da sənədlərdə xammal yazıldığını, bunu necə edəcəyini demiş, Sahib də bu məsələni özünün həll edəcəyi bildirmişdir. Bu söhbətdən sonra Sahib İran şirkətinin nümayəndəsi olan “Hüseyn” adlı şəxslə danışdıqdan sonra onun maşınına sellofan torba yüklənmişdir. Sahib ona bildirmişdir ki, İrandan sellofan torba yükünü “xammal yükü” sənədləri ilə Azərbaycana gətiriləndən sonra həmin yük dəyişdirilərək ona “xammal yükü” veriləcək ki, aparıb Bakıdakı şirkətə təhvil versin və bu işə görə də Sahib ona 2000 manat pul verəcəyini demişdir. Sahib ondan əvvəl İrandan Azərbaycana qayıtmış, özü isə 28 sentyabr 2023-cü il tarixdə idarə etdiyi yük maşını ilə İran gömrüyündən keçib Astara gömrük postuna daxil olmuşdur. Gömrük postunda yükün sənədlərini gömrük əməkdaşına təqdim etmiş, sonra maşın rentgen aparatında yoxlanılarkən gömrük əməkdaşı yükdən şübhələndiyini bildirib yükə baxış keçirilməsi üçün onu yükboşaltma məntəqəsinə göndərmişdir. Yükboşaltma yerində gömrük əməkdaşları tərəfindən özünün iştirakı ilə maşının yük yeri açılıb yükə baxış keçirilmişlər. Baxış zamanı maşında olan yükün sellofan torba yükü olması məlum olmuşdur. Həmin vaxt gömrük əməkdaşları ondan sənədlərdə “xammal yükü” yazıldığı demiş və sənədləri yenidən yoxlanmağa başlanmışdır. Sənədlər yoxlanıb başa çatdıqdan sonra gömrük əməkdaşları maşının yük yerini ploblayıb ona icazə vermişlər ki, maşını sürüb gömrükdən getsin, o da maşını sürüb gömrükdən çıxdıqdan sonra Sahibə zəng edib çatdığını bildirmişdir. Həmin gün Sahibin təklifi ilə Astara-Bakı yolunda “Dayan dincəl” məntəqəsinin yanında görüşüb Sahiblə birlikdə özünün idarə etdiyi maşına qoşulmuş sellofan torba dolu olan qoşqu ilə Sahibin idarə etdiyi maşına qoyulmuş xammal olan qoşqunu dəyişdirmişlər. Həmçinin o, qoşquların üzərində olan dövlət qeydiyyat nişanlarını dəyişmiş, yəni içərisində sellofan torba olan qoşqunun üzərində olan dövlət qeydiyyat nişanını çıxarıb xammal olan qoşqunun üzərinə taxmış, həm də içərisində sellofan torba olan qoşqunun üzərində olan GPRS qurğusunu və blompu kəsməklə açıb xammal olan qoşqunun üzərinə yerləşdirmişdir. Bundan sonra o, xammalla dolu qoşqu qoşulmuş “DAF” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı maşını idarə edib Bakı şəhərinə gedib “İpək Yolu” gömrük postuna getmiş, Sahib isə sellofan torba olan qoşqunu idarə etdiyi maşına qoşub Astara şəhərinə aparıb malı hara boşaltdığını bilməmişdir. O, idarə etdiyi maşınla “İpək Yolu” gömrük postuna (Bakı Baş Gömrük İdarəsinə) daxil olub sənədləri təqdim etmiş və orada gömrükçülər tərəfindən yoxlama zamanı maşının qoşqusunun dəyişdirilməsi aşkar olunmuşdur. İlkin sorgu-sual zamanı o, əvvəl Sahibin adını verməmiş, Sahibin idarə etdiyi maşının sahibi, yəni Vüqar Hümbətovun adını verib xammal dolu qoşqunun Vüqar gətirib dəyişdiyini bildirmişdir. Belə deməsinə səbəb isə ona qarşı təzyiqlərin olması, həm də Vüqarın bu işi gömrükdə qaydasına qoya biləcəyini düşünməsi olmuşdur. Lakin əsl həqiqətdə isə o, bu işi Sahibin təklifi ilə Sahiblə birlikdə etmişdir. Sahiblə aralarında olan razılığa əsasən Sahib hazır sellofan torbanı satıb ona da pul verəcəyini demiş, sonradan Sahib sözünə əməl edib ona 2.000 manat pul da vermişdir. 2023-cü ilin sonlarında Sahib vəfat etmiş və bundan sonra o, ifadə verərkən Sahibin bu işdə iştirak etməsini etiraf etmişdir. O, 2022-ci ildən Asif Hümmətova məxsus 99HM837/99ZC352 dövlət qeydiyyat nişanlı yük maşınını aylıq icarə götürüb işlətmişdir. O, 2023-cü ilin sentyabr ayında həmin maşınla İrana getmiş, İranda olarkən yükü olan “Hüseyn” adlı şəxs sifariş vermişdir. Onun idarə etdiyi maşın Vüqarın qardaşı Asifin olmuş, hər iki qardaş onlara məxsus maşınları ilə bağlı daim sürücülərlə, o cümlədən onunla əlaqə saxlamış, Asif olmayanda işlə bağlı məsələləri Vüqara demişlər. Ona görə də o, dəfələrlə Vüqarla telefonda danışmış, o cümlədən 2023-cü ilin sentyabr ayında da onun Vüqarla telefon danışığı olmuşdur. Lakin həmin telefon danışığı gətirdiyi yükün dəyişdirilməsi ilə bağlı olmamışdır. Həmçinin o, İranda olarkən Vüqarla görüşməmiş, Vüqarın İrana gedib-gəlməsindən heç bir məlumatı belə olmamışdır. Həmçinin Vüqarın da sürücü kimi yük daşımaları ilə məşğul olmasını bilir, lakin onun haradan və nə yük daşıması barədə məlumatı yoxdur. Sahibin idarə etdiyi maşına qoşulmuş xammal dolu qoşqunun məhz Vüqara və ya Asifə aid olmasını bilmir, amma özünün idarə etdiyi maşın və qoşqu Asifə məxsusdur. İranda olarkən götürəcəyi yükü ona “Hüseyn” adlı şəxs sifariş vermiş və o, İran şirkətindən xammal yükü götürməli olduğu halda, Sahib kiminləsə danışdıqdan sonra maşına sellofan yükü yüklənmiş, həm də yükə aid sənədləri İran şirkətin nümayəndəsi ona vermişdir ki, yükü aparsın. Sənədlərdə hansı yükün yazılmasını bilməmiş, Astara gömrüyündə yoxlama zamanı maşında olan yüklə (sellofan yükü ilə) sənədlərdə yazılmış yükün fərqli olması ona deyilməmişdir. Dəyişdirilmiş sellofan yükünü özü İrandan gətirmiş, xammal yükünün isə haradan və kimin gətirməsini bilməmiş, güman edir ki, həmin yükü elə Sahibin özü İrandan nə vaxtsa gətirmişdir. Bir daha bildirir ki, yükün dəyişdirilməsi Sahibin təklifi ilə onun və Sahibin iştirakı ilə olmuş, başqa şəxs iştirak etməmiş və bu barədə heç kimə heç nə deməmişdir. Hazırda həmin əməlindən peşmandır. İbtidai istintaq zamanı da Təqsirləndirilən şəxs2 işin mahiyyəti üzrə məhkəmədə verdiyi ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda yaşayır, yük maşını sürücüsüdür, yüklərin dışınması ilə, həm də özünə məxsus yük maşınları başqa şəxslərə icarəyə vermək işi ilə də məşğuldur. X26 da yük maşının sürücüsü, həm də özünə məxsus yük maşınları başqa şəxslərə icarəyə vermək işi ilə məşğuldur. Digər Təqsirləndirilən şəxs2 tanıyır, münasibətləri yaxşı olmuşdur. Əhməd qardaşı Asifə məxsus yük maşınını götürüb yük daşımaları ilə məşğul olmuşdur. Əhmədin ona məxsus yük maşınlarını (nəqliyyat vasitələrini) idarə etməsini xatırlamır. O, qardaşı Asiflə birlikdə onlara məxsus yük maşınların sürücüləri ilə daim ünsiyyətdə olmuş, onlara kömək lazım olanda köməklik etmişlər. O, özünə məxsus maşınlarla bağlı sürücülərlə olan işləri özü təşkil etmiş, qardaşı Asif də özünə aid maşınlarla bağlı məsələləri özü həll etmiş, qardaşı olmayanda o, qardaşının maşınlarının sürücülərinə, maşınların texniki təminatına nəzarət etmiş, başqa məsələlərə qarışmamışdır. Həmin sürücülər çox vaxt İrandan Azərbaycana, Türkiyəyə və Rusiyaya müəyyən yüklərin daşınması ilə məşğul olmuşlar. Özü də idarə etdiyi yük maşını ilə İrandan əsasən tikinti malları, o cümlədən poliletilen məhsulları, sellofan torbalar, polietilen xammalı və sair məhsullar gətirmişdir. O, çox vaxt “Volvo” markalı, 07BJ818 dövlət qeydiyyat nişanlı yük maşını idarə etmiş, qardaşına məxsus maşınları, o cümlədən “DAF” markalı (07BK324 dövlət qeydiyyat nişanlı) yük maşınını idarə etməmişdir. Təqsirləndirilən şəxs2 idarə etdiyi “DAF” markalı, ağ rəngli (**-HM-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və **-ZC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu) yük nəqliyyat vasitəsi, həm də Sahib adlı şəxsin idarə etdiyi yük nəqliyyat vasitəsi X26a məxsus olmuşdur. Bildiyinə görə hər iki sürücü sifariş əsasında İrandan polietilen xammalı və sellofan torba məhsulu və sair bu kimi məhsullar daşımaqla məşğul olmuşlar. O, 2023-cü sentyabr ayında idarə etdiyi “Volvo” markalı nəqliyyat vasitəsi ilə İrana gedib-gəlmiş, gələndə yükünün nə olmasını dəqiq xatırlamır. O, İranda olarkən Əhməd və ya Sahiblə görüşməmişdir. Onların həmin tarixdə İrana getmələrindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 İrandan gətirdiyi sellofan yükünün polietilen xammal yükü ilə dəyişdirilməsi təklifinin onun verməsi və onun iştirakı ilə yükün dəyişdirilməsi barədə əvvəllər vermiş olduğu ifadəsi tamamilə yalandır. O, heç vaxt bu məsələ ilə bağlı Əhmədlə, nə də Sahiblə danışmamış, onların etdikləri hərkətlərdən heç bir məlumatı da olmamışdır. Dediyi kimi özünün və qardaşı Asifin maşınlarını idarə edən sürücülərlə, o cümlədən Əhmədlə onun arasında telefon danışıqların olması mümkündür, lakin həmin telefon danışıqları yalnız maşınların texniki məsələləri ilə bağlı və ya digər şəxsi işlərlə bağlı olmuş, hansısa yükün dəyişdirilməsi ilə bağlı olmamışdır. Əhmədin İrandan gətirdiyi yükün sonradan dəyişdirilməsində onun heç bir iştirakı və məlumatı olmamış, ona görə də bununla bağlı ona verilmiş ittiham üzrə özünə təqsirli bilmir. İbtidai isntiaq zamanı da Təqsirləndirilən şəxs1 işin mahiyyəti üzrə məhkəmədə verdiyi ifadəsinə uyğun, eyni məzmunlu ifadələr verərək bildirmişdir ki, qardaşı Asifə məxsus yük maşını idarə edən sürücü Təqsirləndirilən şəxs2 İrandan gətirdiyi sellofan yükünün polietilen xammal yükü ilə dəyişdirilməsində onun heç bir iştirakı və məlumatı olmamış, o, verilmiş ittihamda göstərilən cinayəti törətməmişdir. Eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, habelə Vüqar Hümbətovun ona verilmiş ittihamda göstərilən cinayəti törətməkdə təqsirsizliyi məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı şahid X13 ifadəsində göstərmişdir ki, o, Astara gömrük postunun əməkdaşıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Vüqar Hümbətovu əvvəllər tanımamışdır. 28 sentyabr 2023-cü il tarixdə növbədə olmuş, həmin gün, gecə saatlarında İrandan Azərbaycan Respublikasına Təqsirləndirilən şəxs2 idarə etdiyi “DAF” markalı, (99HM837/99ZC352” dövlət qeydiyyat nişanlı) yük nəqliyyat vasitəsi daxil olmuşdur. Onun xidməti fəaliyyətinə gömrük nəzarətinin təşkili üsul və vasitələrinə görə, idxal üzrə və tranzit keçmək üçün gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin sənədlərinə baxış keçirildikdən sonra, nəqliyyat vasitəsinə rentgen qurğusu vasitəsilə rentgen nəzarəti daxil olduğundan o, daxil olmuş bu maşına da, bütün maşınlar kimi rentgen vasitəsilə baxış keçirilmişdir. O, əvvəl nəqliyyat vasitələrinin qoşqusundakı yükə dair təqdim edilmiş sənədlərdə qeyd edilən adlara baxış keçirib həmin məhsulun hansı kateqoriya mal olduğunu dəqiqləşdirdikdən sonra, yük nəqliyyat vasitəsinə də rentgen qurğusunda baxış keçirmişdir. Həmin nəqliyyat vasitəsinin CMR və invoys sənədində yükün adı “LDPE Compand 2420H HS code **********” kimi qeyd edilmişdir. Həmin sözləri internet axtarış portalında axtardıqda “Low density poliethylene” sözü çıxmışdır. Həmin söz isə, “aşağı sıxlıqlı polietilen” anlayışı kimi qəbul edilir. İşlədiyi müddətdə əvvəllər də İrandan bu və buna bənzər mallar gəldiyi üçün artıq aşağı sıxlıqlı polietilen xammalı olduğu məlum olduğundan həmin məhsulun adını internet axtarış portalında axtardıqda qranul şəkilli xam polietilenə dair fotoşəkillər tapmaq mümkündür. Lakin nəqliyyat vasitəsinin qoşqusuna rentgen vasitəsilə baxış keçirərkən qoşqudakı yükün aralıqlı və cizgili xarakterli olmasını görmüş və bu da onda məhsulun hazır məhsul olmasına kifayət qədər şübhələr yaratmışdır. O, sürücü Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsindəki yükün hansı növ məhsul olduğunu soruşmuş, sürücü də xırda diyircək plastmas məhsulu, yəni xammal olduğunu demişdir. Gördüyü cizgilər xırda diyircək tipli məhsula, yəni xammala uyğun olmadığı üçün həmin nəqliyyat vasitəsini ikinci dəfə skan nəzarətindən keçirmiş, yenə də şübhəli cizgilər görmüşdür. Belə bir vəziyyətdə qoşqunun açılaraq yükə baxış keçirilməsi qərara alınmış və bu halı şöbə rəisinə məruzə edilib ona rentgendə baxış keçirdiyi həmin nəqliyyat vasitəsindəki yükün hazır mala bənzər olduğunu, sənədlərdə isə xammal məhsulunun bəyan edildiyini bildirmişdir. Bundan sonra nəqliyyat vasitəsi yoxlama qrupuna yönləndirilmiş və gömrük əməkdaşı Vəli Seyidmalıyev tərəfindən yoxlama aparılmış və həmin yoxlamada özü də iştirak etmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusu açılıb baxıldıqda yükün həqiqətən də hazır məhsul, yəni sellofan torba məhsulu olması məlum olmuşdur. Yoxlamanı keçirmiş gömrük əməkdaşı Vəli Seyidmalıyev sonradan onunla danışarkən bu məhsulun adı və kodu aşkar olunan məhsula uyğun olmasını deyib nəqliyyat vasitəsini buraxacağını bildirmişdir. Nəqliyyat vasitəsinin buraxılması məsələsi onun səlahiyyətinə aid edilmədiyindən həmin gömrük əməkdaşına bu barədə bir söz deyə bilməmiş, lakin öz rəisinə uyğunsuzluq olduğunu məruzə edib aidiyyəti üzrə aşkar edilən malın şəkilini göndərmişdir. Daha sonra yoxlama nəticəsində nəqliyyat vasitəsində olan sellofan yükü xammal yükü kimi bəyan edilsə də, faktiki olaraq hazır sellofan torba məhsulu olması aşkar edilmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, o, Astara gömrük postunun əməkdaşıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Vüqar Hümbətovu əvvəllər tanımamışdır. 28 sentyabr 2023-cü il tarixdə növbədə olduğu vaxt İrandan Azərbaycan Respublikasına Təqsirləndirilən şəxs2 idarə etdiyi “DAF” markalı yük maşını (99HM837/99ZC352 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi) Astara gömrük postunun ərazisinə daxil olduqdan sonra yük maşını rentgen yoxlamasına yönləndirilmişdir. Rentgen yoxlaması zamanı gömrük əməkdaşı Şahid3 həmin nəqliyyat vasitəsində olan yükün təqdim edilmiş sənədlərin koduna uyğun olmadığını müəyyən etdiyindən nəqliyyat vasitəsi təkrar rentgen yoxlamasına cəlb etmiş və yekunda nəqliyyat vasitəsini yoxlama qrupu tərəfindən yoxlanılması üçün yoxlama qrupuna yönləndirmiş və həmin yoxlamada o da iştirak etmişdir. Gömrük əməkdaşı Şahid3 ona nəqliyyat vasitəsində olan yükün invoys sənədindəki mal kodunun xammala uyğun olduğunu, lakin yükün isə başqa tipli məhsula uyğun olduğunu bildirmişdir. O, cmr və invoys sənədləri ilə tanış olmuş, yük olan qoşqunun qapısını açdırıb yükə baxış keçirmişdir. Baxış zamanı Zəminə xanım və sürücü Təqsirləndirilən şəxs2 da onun yanında olmuşdur. Qoşqunun qapısı açıldıqdan sonra, qoşquda olmuş yükün sellofan torba yükü olduğu məlum olmuşdur. O, sənədlərdə yükə dair qeyd edilmiş məlumatların adını və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə məlumatlarını, yəni XİFMN kodunu VAİS sistemi üzrə araşdırmış və həmin kod etilen polimerlərinin digər kateqoriyasına aid olmuşdur. Həmin məhsulun qeyd etdiyi HS kodunu Google internet axtarış portalında da axtarmış və sellofan torba şəkilləri görmüş, buna görə uyğunsuzluq olmadığını fikirləşib yükün buraxılmasını qərara alıb nəqliyyat vasitəsini buraxılmasını sistem üzərində təsdiq etmişdir. O, nəqliyyat vasitəsini yoxlayıb qoşqudakı yükün sellofan torba olduğunu gördükdən sonra, sənəddəki yük adını və kodunu “Google” vasitəsilə yoxlamış, həm sellofan torba, həm də xammala aid şəkillər görmüş və buna görə sənədin yükə uyğun olduğunu düşünüb buraxmışdır. Həmin vaxt yükün faktiki sahibinin və kim tərəfindən sifariş verildiyini həmin vaxt bilməmiş, yüklə bağlı heç kəsi tanımamışdır. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, o, Astara gömrük postunun əməkdaşıdır. Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, təqsirləndirilən şəxs X24 rayon sakini kimi tanımış və aralarında heç bir münasibəti olmamışdır. Xidməti fəaliyyəti konkret olaraq İrandan Azərbaycan Respublikasına daxil olan və təyinatı Astara şəhəri və Astara rayonu ərazisi olan yük nəqliyyat vasitələrinin qoşqularının açılaraq qoşqudakı yüklərin boşaldılması prosesində iştirak etməklə faktiki olaraq idxal edilmiş yüklərin gömrük nəzarətinə təqdim edilən yük müşayiət sənədləri ilə eynilik təşkil edib-etməməsinin yoxlanılmasından ibarət olmuş, eyni zamanda sənədlərin yoxlanılmasını da sənəd məmuru qismində təşkil etmişdir. 28 sentyabr 2023-cü il tarixdə İrandan Azərbaycan Respublikasına gələn Təqsirləndirilən şəxs2 idarə etdiyi “DAF” markalı, (99HM837/99ZC352” dövlət qeydiyyat nişanlı) yük nəqliyyat vasitəsində faktiki olaraq ölkəyə idxal edilmiş yük ilə Bakı Baş Gömrük İdarəsində təyinat məntəqəsində aşkar edilmiş yük fərqli kateqoriyalarda olmuşdur. Sonra həmin nəqliyyat vasitəsində olan yükün Astara təyinatlı olmadığını, Bakı Baş Gömrük İdarəsinə daşınmalı olan yük olduğunu məlum olmuşdur. Bu nəqliyyat vasitəsinin “skan” nəzarəti zamanı sənədlərlə uyğunsuzluq aşkar edilməsi, sonra 1-ci bölmənin əməkdaşı tərəfindən yoxlanılmasına baxmayaraq gömrük nəzarətindən buraxıldığını sonradan eşitmişdir. Həmin vaxt xəstə olduğu üçün gömrük hospitalında olmuş, sağalıb Astaraya qayıtdıqdan sonra aşkar edilmiş problemlə bağlı məlumatı olmuşdur. Vüqarı və onun qardaşı Asifin İrandan polietilen xammalı və polietilendən hazırlanan hazır məhsullar idxal edən şəxslər olmasını bilir. Bildiyinə görə həmin şəxslərə aid maşınlarla İrandan gələn əksər yüklər Samir Cəfərovun adına idxal edilmişdir. Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanında yerləşən torpaq sahəsində iki anbar var. Onların idxal etdiyi bütün yüklər yalnız həmin anbarlara boşaldılır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, o, Astara gömrük postunun əməkdaşıdır. Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, təqsirləndirilən şəxs X24 rayon sakini kimi tanımış və aralarında heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 idxalçı kimi tanıyır. Vüqarın qardaşı Asifi əvvəllər tanımamış, son vaxtlar tanımağa başlamış, İrandan gələn yüklərin sifariş verilməsi və idxal işlərini Vüqar təşkil etdiyi üçün daha çox Vüqarı tanımışdır. Bildiyinə görə onların ünvan 4 ünvanında həyətyanı sahəsində iki anbarları vardır. Son bir ildən çox olar ki, Təqsirləndirilən şəxs1 idxal etdiyi bütün yüklər yalnız həmin anbarlara boşaldılmış və yüklərinin açılışında Vüqar, həm də Samir adlı şəxs də iştirak etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, “X20” MMC-də direktor vəzifəsində çalışır. Şirkət həm istehsalat fəaliyyəti ilə, həm də ticarət fəaliyyəti ilə məşğuldur. Direktor kimi onun işi yüklərin və istehsal üçün xammalın sifariş verilməsi, malların və istehsal olunmuş məhsulun satışı ilə bağlı müxtəlif alıcı şirkətlərlə və sahibkarlarla danışığı həyata keçirmək və sairədən ibarətdir. İstehsalatda istifadə edilən məhsullar arasında xam polietilen qranul halında olan məhsuldur və bu məhsulu həmişə İrana sifariş verərək İrandan idxal edir. 2018-ci ildən bəri xam poiletilen məhsulunu yalnız İranın “Shams Plast” adlı şirkətinə sifariş verir. Həmin şirkətdən sifarişlərlə bağlı əlaqə saxladığı şəxs “Hüseyn” adlı iranlıdır. Sifariş miqdarı ilin müxtəlif zamanlarına və sifarişlərin miqdarına münasibətdə dəyişir. Şirkətin istehsal etdiyi məhsullar ərzaq məmulatlarının qablaşdırılması üçün qida üçün şəffaf streç rulonları, sənaye streçləri yapışqan skoç, kassa çekləri kimi məhsullardan ibarətdir. Sadaladığı məhsullar arasında yalnız qida üçün şəffaf streç rulonları və sənaye streçlərinin xammalı İrandan sifariş verib idxal etdiyi xam polietilen məhsulundan alınır. Satılan mallar isə, həmin məhsullardan əlavə həmçinin sellofan torbalardır. Sellofan torbaları isə adətən istehsal olunmuş şəkildə İrandan idxal edir. İranın “Shams Plast” şirkətinə 28700 kq ilkin polimer xam məhsulu şəxsən onun tərəfindən sifariş verilmiş və yükün daşınması prosesini yük göndərən şirkət təşkil etmişdir. Bildiyinə görə əvvəllər İrandan həmin şirkətin məhsulunun daşınması və təyinat nöqtəsinə çatdırılmasını Vüqar adlı şəxs təşkil etmişdir. Şirkətin adına sifariş verilərək ölkə ərazisinə idxal edilən yükün daşındığı 99HM837/99ZC352 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs2 tanıyır. Əhməd əvvəllər də şirkətin sifariş üzrə idxal etdiyi malların daşınmasını təşkil etmiş, son vaxtlar isə sifariş olunan yükləri həmin sürücü gətirməmişdir. Vüqar adlı həmin şəxslə idxal edilən xam məhsulun sellofan torba yükünə və ya əksinə yerdəyişmə qaydasında dəyişdirilməklə ölkə ərazisinə idxal edilməsi və ya daşınaraq çatdırılması ilə bağlı aralarında belə məzmunda danışıq olmamışdır. Sifarişi həmişə yük göndərən şirkət tərəfindən göndərilmişdir. Şirkətin idxal etdiyi yüklərə münasibətdə gömrük işlərini müqavilə üzrə “Denta SP” adlı broker təşkil edir. Sifariş verdiyi malların daşınaraq təyinatı üzrə çatdırılmasını göndərən şirkət təşkil edir deyə broker şirkət yalnız təyinat gömrük məntəqəsində malların çıxarılmasını təşkil edir. Bundan başqa, yükün çıxarılması prosesində şirkətin nümayəndəsi Ramin Dadaşov iştirak etmiş, sonuncu dəfə idxal edilən sifarişini də həmin şəxs gömrükdən çıxararaq anbara daşınması təşkil etməli olmuşdur. Məhkəmə iclasında şahid X14 ifadəsində göstərmişdir ki, o, Astara Gömrük İdarəsinin skanlaşdırma şöbəsinin rəisi vəzifəsində xidmət edir. 28 sentyabr 2023-cü il tarixdə İrandan Azərbaycan Respublikasına gələn Təqsirləndirilən şəxs2 idarə etdiyi “DAF” markalı (99HM837/99ZC352” dövlət qeydiyyat nişanlı) yük nəqliyyat vasitəsi Astara postunda rentgen yoxlaması zamanı gömrük əməkdaşı Şahid3 nəqliyyat vasitəsində olan yüklə yükə dair sənədlərdə olan uyğunsuzluğu aşkar etməsi barədə ona məlumat vermiş, o da nəqliyyat vasitəsini yoxlama qrupuna göndərməyi tapşırmışdır. Sonradan Şahid3 yoxlama qrupunun qoşqunu açdığını və qoşqudakı yükün həqiqətən də sənədlərlə uyğunsuz olmasını, buna baxmayaraq yoxlama qrupunun əməkdaşı tərəfindən qoşqudakı sellofan yükünün HS kodunun sənədlərdə qeyd edilən HS koduna uyğun olduğunu bildirib nəqliyyat vasitəsinin buraxdığını ona bildirmişdir. Yoxlama qrupunda iştirak etmiş əməkdaş Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin əməkdaşıdır və həmin bölmənin əməkdaşlarının fəaliyyəti və qərarları faktiki olaraq onun rəhbəri olduğu şöbənin nəzarət sahəsinə aid deyil və onlara nəzarət edə bilməz. Həmin əməkdaşlar bilavasitə Rəsmiləşdirmə Mərkəzinin rəisi Elcan Maniyevin nəzarətindədirlər. Səhəri günü, onun əməkdaşının uyğunsuzluq aşkar etməsinə baxmayaraq yükün buraxılması barədə əvvəlcə Əməliyyat şöbəsinin rəisi Tural Mailova bildirmiş, daha sonra, Rəsmiləşdirmə Mərkəzinin rəisi Elcan Maniyevdən də sənədlərdə xammal olmasına baxmayaraq faktiki yükün sellofan torba olmasına rəğmən hansı səbəbdən buraxılmasını soruşmuşdur. Ona verilən məlumata əsasən sənədlərdəki yükün kodunun həm xammala, həm də hazır məhsula uyğun olduğuna görə həmin nəqliyyat vasitəsi buraxılmışdır. Daha sonra həmin nəqliyyat vasitəsinin müvafiq olaraq Bakı Baş Gömrük İdarəsinə yenidən yoxlanılması ilə bağlı rəhbərliyə məruzə edilmiş və həmin nəqliyyat vasitəsi Bakı Baş Gömrük İdarəsində təkrar yoxlanılarkən yük nəqliyyat vasitəsinin qoşqusunun başqa qoşqu ilə dəyişdirildiyi aşkar edilmişdir. Məhkəmə iclasında şahid X21 ifadəsində göstərmişdir ki, o, Astara Gömrük İdarəsinin Rəsmiləşdə Mərkəzinin rəisi vəzifəsində işləyir. 28 sentyabr 2023-cü il tarixdə İrandan Azərbaycan Respublikasına gələn Təqsirləndirilən şəxs2 idarə etdiyi “DAF” markalı, (99HM837/99ZC352” dövlət qeydiyyat nişanlı) yük nəqliyyat vasitəsi Astara postunda yük barədə təqdim edilmiş sənədlər əsasında ********** XİFMN kodlu LDPE COMPAND 2420H adlı məhsuldur. Həmin məhsula dair qeyd edilmiş məlumatların müvafiq kateqoriyası polietilen xammalı məhsuluna uyğun gəlsə də, yük ilkin olaraq rentgen nəzarəti üzrə yoxlanılan zaman məlumatların xammala aid olduğu, yükdəki görüntülərin isə başqa tipli, aşkar surətdə cizgiləri görünən sellofan torba yükünə bənzər olduğu skan şöbəsinin əməkdaşı tərəfindən müəyyən edilmiş, yükün açılaraq baxılması üçün yük nəqliyyat vasitəsi anbara göndərilmişdir. Mərkəzin 1-ci şöbəsinin əməkdaşı Vəli Seyidmalıyev tərəfindən yoxlama qrupu qismində həmin nəqliyyat vasitəsinin qoşqusuna baxış keçirilmiş, yükün həqiqətən də sənədlərdə qeyd ediləndən fərqli olaraq hazır sellofan torba yükü olduğu məlum olmuş, lakin, uyğunsuzluq aşkar edilməsinə baxmayaraq yekun olaraq Vəli Seyidmalıyev tərəfindən yük gömrük nəzarətindən buraxılmışdır. Həmin hadisə 28 sentyabr 2023-cü il tarixdə gecə vaxtı olduğundan o, işdə yox, evində olmuş və bu nəqliyyat vasitəsi ilə bağlı ona məruzə edilməmişdir. Nəqliyyat vasitəsinin qoşqusundakı yükdə skan nəzarətinin əməkdaşı tərəfindən uyğunsuzluq müəyyən edilməsi səbəbindən qoşqunun açılaraq baxış keçirilməsindən və baxış nəticəsində qoşquda sellofan torba olduğunun müəyyən edilməsindən səhəri gün xəbəri olmuşdur. Vüqar və Asif Hümmətovları tanıyır, aralarında rayon sakini kimi münasibəti vardır. Vüqar və Asifin nəqliyyat vasitələri ilə İrandan Azərbaycana polietilen xammalı və hazır sellofan torba yükü idxal etdiyini bilir. Vüqar və Asifin maşınları ilə idxal edilən yüklər Samir Cəfərovun adına idxal edilmişdir. İşdə olan, “X1 Sistemi”ndən götürülmüş məlumatlara əsasən Təqsirləndirilən şəxs2 99HM837/99ZC352 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 24 sentyabr 2023-cü il tarixdən 28 sentyabr 2023-cü il tarixə kimi İranda olmuş, habelə Təqsirləndirilən şəxs1 18 sentyabr 2023-cü il tarixdə “Volvo” markalı, 07BJ818 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İran istiqamətində ölkə ərazisini tərk etmiş və 25 sentyabr 2023-cü il tarixdə Astara gömrük postundan keçməklə ölkə ərazisinə daxil olmuşdur. İşdə olan, “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 30 sentyabr 2023-cü il tarixli protokolla müəyyən olunur ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və gömrük əməkdaşının iştirakı ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi 99HM837/99ZC352 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dartıcısı və qoşqusuna baxış keçirilmişdir. Baxış zamanı nəqliyyat vasitəsinin üzərinə bərkidilmiş birkalardakı məlumatlarla texniki qeydiyyat şəhadətnamələrində qeyd edilmiş məlumatlar müqayisə edilmiş və 99ZC352 dövlət qeydiyyat nişanlı qoşqunun texniki qeydiyyat şəhadətnaməsində yazılmış ban nömrəsinin TKPNV35L065900453 nömrəli, həmin qoşqunun üzərindəki faktiki ban nömrəsinin isə WKESD**********09 nömrəli olmaqla uyğunsuzluq təşkil etməsi müəyyən edilmişdir. Baxışda iştirak edən sürücü Təqsirləndirilən şəxs2 İrandan gələrkən idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusunun üzərində gömrük orqanı tərəfindən vurulmuş GPS nəzarət qurğusunu qoşqunun konstruksiyasında olan banına bitişik girintili dəmir hissəciyi ilə üst-üstə düşən qoşqunun qapısını açmaq üçün nəzərdə tutulan əl tutacağının girintili yerinə keçirildiyini, bu şəkildə qapını açmağın mümkün olmadığı bildirərək İrandan gələrkən idarə etdiyi nəqliyyat vasitəsinin TKPNV35L065900453 ban nömrəli qoşqusunu faktiki olaraq dəyişdirməli olduğunu həmin demir hissəciyini dəmir kəsən alətlə (laqonda ilə) kəsdiyini, GPS nəzarət qurğusunu çıxardığını və həmin qurğunu dəyişdirilmiş WKESD**********09 ban nömrəli digər qoşqunun qapısını açmaq üçün nəzərdə tutulan əl tutacağının üzərindən keçinməklə əl tutacağını qapı ilə birləşdirən şilindir formalı dəmir hissəciyə keçirib bağladığını göstərmişdir. Vizual baxış nəticəsində GPS nəzarət qurğusunun bu şəkildə bağlanıldığı halda qoşqusunun qapısının qoşqunun banına bərkidilmədiyi və bu səbəbdən qapının istənilən şəkildə açılıb-bağlanıla biləcəyi müəyyən edilmişdir. Baxışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “X1 sisteminə baxış keçirilməsi haqqında” 29 sentyabr 2023-cü il tarixli protokolla müəyyən olunur ki, sürücü X18 18 fevral 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixə kimi 07BJ790 dövlət nömrə nişanlı “Scania” R480 markalı yük maşını idarə edilməklə Azərbaycan Respublikasından İrana və əksinə hərəkət edilmişdir. 07BK324 dövlət nömrə nişanlı “DAF” FTXF 105.460T markalı yük maşını 06 iyul 2023-cü il tarixdə 19 iyul 2023-cü il tarixədək Təqsirləndirilən şəxs2 tərəfindən idarə edilməklə Azərbaycan Respublikasından İrana və əks istiqamətdə hərəkət edilmişdir. 99HM837 dövlət qeydiyyat nişanlı “DAF” XF105/460 markalı yük maşını 23 iyun 2022-26 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2, 24 iyul 2022-28 iyul 2022-ci il tarixdə Elton Babayev, 01 avqust 2022-ci il tarixdə Əkrəm Mirzəhüseynli, 13 avqust 2022-20 avqust 2022-ci il tarixlərdə Təqsirləndirilən şəxs2, 16 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən idarə edilmişdir. İşdə olan, “X1 sisteminə baxış keçirilməsi haqqında” 16 oktyabr 2023-cü il tarixli protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 adına “Velton” markalı, 99ZA382 dövlət qeydiyyat nişanlı, “Scania” markalı 07BJ790 dövlət qeydiyyat nişanlı, “Berger” markalı 07ZA414 dövlət qeydiyyat nişanlı, “Renault” markalı 07BK325 dövlət qeydiyyat nişanlı, “Volvo” markalı 44ZA414 dövlət qeydiyyat nişanlı yük nəqdiyyat vasitələri, habelə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinə (BD3346688 və BD222524 №-li) və digər sənədlərə əsasən X15 adına “DAF” markalı, 07BK324 dövlət qeydiyyat nişanlı yəhərli dartıcı yük maşını, “Panay” markalı 99ZC352 dövlət qeydiyyat nişanlı yarımqoşqu, “Krone” markalı 07ZB456 dövlət qeydiyyat nişanlı və başqa yük nəqdiyyat vasitələri olmuşdur. İşdə olan, “Telefon danışıqlarına baxış keçirilməsi haqqında” 16 sentyabr 2024-cü il tarixli protokolla müəyyən olunur ki, "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair məlumatlara əsasən Təqsirləndirilən şəxs2 istifadəsində olan 050/487-98-05 nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan 077/575-75-77 nömrəsi arasında 2023-cü ilin may ayından 2023-cü ilin sentyabr ayının 29-na dək çoxsaylı telefon danışıqları, o cümlədən 29 sentyabr 2023-cü il tarixdə 44 saniyə telefon danışığının olması müəyyən edilmişdir. İşdə olan, “Telefon danışıqlarına və anten məlumatlara baxış keçirilməsi haqqında” 16 sentyabr 2024-cü il tarixli protokolla müəyyən olunur ki, "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair məlumatlara əsasən Təqsirləndirilən şəxs1 istifadəsində olan 077/575-75-77 nömrəsi xx.xx.2023-cü il tarixdə saat 23:05-dək Astara şəhər bələdiyyəsi ətrafında istifadədə olmuş, xx.xx.2023-cü il tarixdə saat 23:49-dan xx.xx.2023-cü il saat 00:22-dək Astara rayonun Ərcivan kəndi ətrafında, daha sonra isə 04:48-dən etibarən isə yenidən Astara şəhər bələdiyyəsi ətrafında istifadədə olmuşdur. Habelə xx.xx.2023-cü il tarixdə saat 04:48-də 127 saniyə (2 dəqiqə 11 saniyə) internet üzərindən danışıq aparılmış, 04:49-da Təqsirləndirilən şəxs2 istifadəsində olan 050/487-98-05 nömrəsi ilə 44 saniyə danışıq aparılmış, 04:50-də isə 10800 saniyə(180 dəqiqə), 07:50-də 6543 saniyə (109 dəqiqə), 09:39-da 2864 saniyə(47 dəqiqə), 10:28-də 752 saniyə (12 dəqiqə), 10:41də 2708 saniyə(45 dəqiqə) internet üzərindən danışıq aparılmışdır. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 20 mart və 16 sentyabr 2024-cü il tarixli qərarlarla müəyyən edilir ki, 99HM837/99ZC352 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində saxlanılan polietilen xammalı (“ilkin formalarda etilen polimerləri”), “DAF” markalı, 99HM837 dövlət qeydiyyat nişanlı Yəhərli dartıcı nəqliyyat vasitəsi və üzərində 99ZC352 dövlət qeydiyyat nişanlı olmaqla WKESD**********09 ban nömrəli Yarımqoşqu nəqliyyat vasitəsi işi üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin duracağında saxlanılır. Habelə 99HM837 dövlət qeydiyyat nişanlı «DAF» markalı nəqliyyat vasitəsinə və 99ZC352 dövlət qeydiyyat nişanlı yarımqoşquya aid qeydiyyat şəhadətnamələri, telefon danışıqlarına dair məlumatların yazıldığı 2 (iki) ədəd CD disk, videoçəkilişlərə dair 2 (iki) ədəd CD disk, gömrük bəyannaməsi, ixrac sənədləri və hesab fakturası iş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir. X29 İdarəsinin əməkdaşı X4 əməlində cinayət tərkibi olmadığından, eləcə də “X20” MMC-nin əməkdaşlarının qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakları müəyyən edilmədiyindən onların barəsində CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və cinayət işinin icraata qəbul edilməsi haqqında” 19 sentyabr 2024-cü il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən Astara Gömrük İdarəsinin bir qrup əməkdaşlarının barəsində CM-nin 206.3.2 və 308.1-ci maddələri ilə cinayət işi ayrılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə iş üzrə dindirilmiş şahidlər Zəmirə Hüseynova, Əbdülləzim Seyidov, Şahid2, Nurlan Nuriyev, Şahid4 və Elcan Maniyevin ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Məhkəmə bu baxımdan tədqiq olunmuş sübutları təhlil edib iş üzrə ilkin olaraq dindirilmiş şahidlər Zəmirə Hüseynova, Əbdülləzim Seyidov, Şahid2, Nurlan Nuriyev, Şahid4 və Elcan Maniyevin ifadələri Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinayətini törətməsini təsdiq edən sübutlar kimi, yəni Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin faktiki halları, yəni nəqliyyat vasitəsində olan sellofan yükü xammal yükü kimi bəyan edilsə də, faktiki olaraq hazır sellofan torba məhsulunun aşkar edilməsi, təyinat gömrük məntəqəsində gömrük nəzarəti ilə yükün yoxlanması zamanı nəqliyyat vasitəsinin qoşqusunda olan yükün xammal yükü kimi bəyan edilməsi, dartıcı nəqliyyat vasitəsinə yedəkləşmiş qoşqunun qeydiyyat şəhadətnaməsində yazılmış ban nömrəsi ilə qoşqunun üzərində olan ban nömrəsinin uyğunsuz olmasının müəyyən edilməsi, içərisində xammal yükü olan bu qoşqunun içərisində sellofan torba məhsulu olan qoşqu ilə dəyişdirilməsi, qoşquya bağlanmış GPS qurğusunun dəmir trosunun kəsilərək həmin qurğunu içərisində sellofan torba olan qoşqudan sökülüb, faktiki olaraq polietilen xammalı ilə yüklənmiş qoşquya kustar üsulla quraşdırılması və nəticədə sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə xeyli miqdarda malın gömrük sərhədindən qanunsuz keçirməklə qaçaqmalçılıq cinayətini törətməsini təsdiq edən sübutlar kimi qəbul edir, eyni zamanda məhkəmə bu şahidlərin ifadələrini cinayətin Təqsirləndirilən şəxs1 törətməsini istisna edən sübutlar kimi, yəni həmin şahidlərin heç birinin ifadəsində törədilmiş cinayətdə Təqsirləndirilən şəxs1 iştirakını birbaşa və ya dolayısı ilə təsdiq edən halların göstərilməməsi, bəzi şahidlərin ifadələrində Təqsirləndirilən şəxs1 polietilen xammalı və hazır polietilen məhsullarının idxalı ilə məşğul olmasının göstərilməsi onun qeyd olunan cinayətdə iştirakı ilə əlaqəli olması kimi qiymətləndirilmədən sübut kimi qəbul edir. Habelə məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə tərəfindən tədqiq edilib hüquqi qiymət verilmiş sübutlarla, yəni şahidlər Zəmirə Hüseynova, Əbdülləzim Seyidov, Şahid2, Nurlan Nuriyev, Şahid4 və Elcan Maniyevin ifadələri və digər iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə şahid kimi, lakin bilavasitə cinayət törətməkdə şübhəli şəxs kimi verdiyi izahat və ifadəsini özü-özünün əleyhinə verilmiş ifadə kimi (həm də cinayətin açılmasına yönəlmiş hərəkət kimi nəzərə alınıb) qəbul edərək hesab edir ki, bu izahat və ifadə iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Əvvəla Təqsirləndirilən şəxs2 verdiyi həmin izahat və ifadəsində özünə aid hissədə göstərilənlər istisna olunmaqla digər şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs1 bu cinayətdə iştirakı ilə bağlı göstərilənləri müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində tam təkzib etmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 faktiki olaraq şübhəli şəxs olmasına baxmayaraq və öz huquqlarını tam anlamadan, özü-özünün əleyhinə, eləcə də digər şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs1 bu cinayətdə iştirakı ilə bağlı ifadə verməsi onun müdafiə hüququnun pozulması ilə müşayiət edilən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsində göstərilən hallarda, o cümlədən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının … pozulması ilə (125.2.3cü maddəsi) əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Hazırki işdə Təqsirləndirilən şəxs2 şahid kimi yazılsa da, faktiki olaraq şübhəli şəxs qismində dindirilmiş və onun şübhəli şəxsə şamil edilən heç bir hüququ təmin edilməmiş, sonradan isə şübhəli və təqsirləndirilən şəxs kimi (bu halda hüquqları tam təmin edilməklə) ifadə verərək şahid kimi verdiyi ifadəsində digər şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs1 bu cinayətdə iştirakı ilə bağlı hissədə göstərilənləri tam təkzib etmişdir. Belə halda istintaq orqanı Təqsirləndirilən şəxs2 şahid kimi verdiyi ifadəsinin Təqsirləndirilən şəxs1 verilmiş ittihama aid hissədə sübut kimi qəbul etmiş, lakin Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs kimi verdiyi ifadələrinin Təqsirləndirilən şəxs1 bəraətverici hissədə isə sübut kimi qəbul etməmiş və bu ziddiyətin nədən ibarət olmasını əsaslandırmamışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs2 şahid kimi verdiyi ifadəsinin Təqsirləndirilən şəxs1 verilmiş ittihama aid hissədə sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham verilməsi üçün qəbul edilmiş və məhkəmədə tədqiq olunmuş digər sübutları da tədqiq edib həmin sübutlara da hüquqi qiymət vermişdir. Belə ki, iş üzrə müəyyən edilmişdir ki, “X20” MMC-nin direktoru Şahid4 tərəfindən polimer xammalı məhsulu İranın “Shams Plast” adlı şirkətinə sifariş verilmiş, həmin yükün daşınmasını “Hüseyn” adlı iranlı təşkil etmiş, daha sonra yükün (“polimer xammalı” yükü adı altında sellofan torba yükünün) daşınmasını 99HM837/99ZC352 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs2 icra etmişdir. Təqsirləndirilən şəxs1 polimer xammalı məhsulun və ya sellofan torba məhsulunun sifariş verməsi, həmin məhsulların İran şirkətindən qəbul edilməsi və daşınmasında iştirakı təsdiq olunmur (Şahid4 və Təqsirləndirilən şəxs2 ifadələri, yükə dair sənədlər və s.). Həmçinin Təqsirləndirilən şəxs2 idarə etdiyi 99HM837/99ZC352 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi Asif Hümmətova məxsus olsa da, istintaq oraqın tərəfindən həmin nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs1 nəzarəti altında olmaqla onun yüklərin daşınmasını təşkil etməsi, Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 arasında çoxsaylı telefon danışıqların olması onların qeyd olunan cinayəti birgə törətmələri kimi qiymətləndirilmişdir. Lakin Asif və Təqsirləndirilən şəxs1ların yük maşınlarının ayrı-ayrı sürücüləri, o cümlədən Təqsirləndirilən şəxs2 istifadə edilməsi üçün verilməsi və bu maşınların üzərində nəzarəti ümumi olaraq həyata keçirmələri, o cümlədən Təqsirləndirilən şəxs1 Asif Hümmətova məxsus yük maşınların texniki vəziyyətinə köməklik etməsi, eləcə də telefon danışıqlarının məzmununun nədən ibarət olmasının məlum olmaması nəzərə alınaraq bu sübutların Təqsirləndirilən şəxs1 qeyd olunan cinayətin törədilməsində iştirakı kimi qiymətləndirilməsi mümkün deyil, bu sübutlar yalnız mülahizə xarakterli olub konkret hər hansı faktı ya təsdiq, ya da inkar etmir. Ona görə də məhkəmə həmin sübutları Təqsirləndirilən şəxs1 qeyd olunan cinayətin törədilməsində iştirak etməsini təsdiq edən sübut kimi qəbul etmir. Habelə istintaq orqanı tərəfindən sürücü X10 18 fevral 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək 07BJ790 dövlət qeydiyyat nişanlı “Scania” R480 markalı yük maşınını idarə etməsi və bu maşınla İrandan müəyyən yüklər daşıması, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Volvo” markalı, 07BJ818 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 18 sentyabr 2023-cü il tarixdə İrana getməsi və 25 sentyabr 2023-cü il tarixdə Astara gömrük postundan keçməklə ölkə ərazisinə daxil olması və “DAF” markalı, 07BK324 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Sahib Hacıyev tərəfindən idarə edilməməsi faktları sübut kimi qəbul edib Təqsirləndirilən şəxs2 idarə etdiyi 99HM837 dövlət qeydiyyat nişanlı dartıcıya qoşulmuş içərisində sellofan torba yükü olan TKPNV35L065900453 ban nömrəli, 99ZC352 dövlət qeydiyyat nişanlı qoşqunun içərisində “polietilen xammalı” yükü olan WKESD**********09 ban nömrəli, 07ZB456 dövlət qeydiyyat nişanlı qoşqu ilə dəyişdirilməsində Sahib Hacıyevin iştirakının istisna olunması və bunun məhz Təqsirləndirilən şəxs1 iştirakı ilə edilməsini qəbul etmişdir. Lakin nəzərə alınmamışdır ki, yəhərli dartıcı nəqliyyat vasitəsi və yarımqoşqu ayrı-ayrı nəqliyyat vasitələri olmaqla (bu hal nəqliyyat vasitələriin qeydiyyat şəhadətnamələri ilə də təsdiq olunur) onların birlikdə (yarımqoşqunun məhz həmin yəhərli dartıcı nəqliyyat vasitəsinə aid olmaqla-qoşulmaqla) istifadə edilməsi yanlışdır. Çünki istənilən yəhərli dartıcı nəqliyyat vasitəsinə istənilən yarımqoşqu nəqliyyat vasitəsi qoşula bilər və onların biri-birinə aid olmasının heç bir texniki aidiyyəti yoxdur. Belə olan halda sürücü Sahib Hacıyevin idarə etdiyi “Scania” R480 markalı, 07BJ790 dövlət qeydiyyat nişanlı və sürücü Təqsirləndirilən şəxs1 idarə etdiyi “Volvo” markalı, 07BJ818 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə məhz hansı qoşqunun (burada məsələ onların hansı yəhərli dartıcı nəqliyyat vasitəsini idarə etmələri deyil, hansı yarımqoşqunun yəhərli dartıcı nəqliyyat vasitəsinə qoşulmasından ibarət olmaqla), o cümlədən “polietilen xammalı” yükü olan WKESD**********09 ban nömrəli, 07ZB456 dövlət qeydiyyat nişanlı yarmqoşqunun qoşulması iş üzrə əldə edilmiş sübutlarla müəyyən edilməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs2 idarə etdiyi 99HM837 dövlət qeydiyyat nişanlı dartıcıya qoşulmuş içərisində sellofan torba yükü olan TKPNV35L065900453 ban nömrəli, 99ZC352 dövlət qeydiyyat nişanlı yarımqoşqunun içərisində “polietilen xammalı” yükü olan WKESD**********09 ban nömrəli, 07ZB456 dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə dəyişdirilməsində Sahib Hacıyevin və ya Təqsirləndirilən şəxs1 iştirakı dəqiq məlum deyil. İstintaq orqanın belə nəticəyə gəlməsi, yəni içərisində “polietilen xammalı” yükü olan WKESD**********09 ban nömrəli, 07ZB456 dövlət qeydiyyat nişanlı yarımqoşqunun məhz Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsi ilə gətirilib Təqsirləndirilən şəxs2 idarə etdiyi 99HM837 dövlət qeydiyyat nişanlı dartıcıya qoşulmuş içərisində sellofan torba yükü ilə yüklənmiş TKPNV35L065900453 ban nömrəli, 99ZC352 dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə dəyişdirilməsi yanlış nəticədir, çünki hər iki şəxsin bunu etməsi texniki cəhətdən mümkündür, eyni zamanda məhz hansı dartıcı maşınla yarımqoşqunun gətirilib dəyişdirilməsi də məlum deyil. Ona görə də məhkəmə istintaq oraqının Təqsirləndirilən şəxs1 ittiham verilməsi üçün qəbul etdiyi yuxarıda göstərilən hallara dair sübutları, yəni içərisində sellofan torba yükü ilə yüklənmiş TKPNV35L065900453 ban nömrəli, **-ZC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun içərisində “polietilen xammalı” yükü olan WKESD**********09 ban nömrəli, **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə dəyişdirilməsinin məhz Təqsirləndirilən şəxs1 iştirakı ilə edilməsini ehtiva edən sübutlarda kifayət qədər əsaslı şübhələrin olması baxımından onları ittihamyönümlü sübutlar kimi qəbul etmir. Həmçinin istintaq orqanı tərəfindən belə nəticəyə gəlinmişdir ki, WKESD**********09 ban nömrəli, 07-ZB4-56 dövlət qeydiyyat nişanlı yarımqoşqu nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs1 məxsus olmuşdur. Lakin işdə olan sənədlərlə, o cümlədən istinaq orqanın “X1 Sistemi”ndən götürülmüş məlumatlara baxış keçirilməsi haqqında 16 oktyabr 2023-cü il tarxli protokolla müəyyən edilir ki, WKESD**********09 ban nömrəli, 07-ZB4-56 dövlət qeydiyyat nişanlı yarımqoşqu, eləcə də TKPNV35L065900453 ban nömrəli, **-ZC- *** dövlət qeydiyyat nişanlı yarımqoşqu nəqliyyat vasitələri X16 məxsus olmuşdur. Ona görə də içərisində “polietilen xammalı” yükü olan WKESD**********09 ban nömrəli, **-ZB- *** dövlət qeydiyyat nişanlı yarımqoşqu nəqliyyat vasitəsinin Təqsirləndirilən şəxs1 məxsus olmasına və ya istifadə etməsinə dair ittiham tərəfinin sübutu qəbul edilməməlidir. Bundan başqa ittihamda göstərilir ki, “Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la aralarındakı razılaşmaya uyğun olaraq içərisində sellofan torba yükü olan yarımqoşqu nəqliyyat vasitəsi ilə içərisində polietilen xammalı yükü yarımqoşqu nəqliyyat vasitəsi dəyişdirildikdən sonra Təqsirləndirilən şəxs1 sellofan torba yükünü cinayətdən xəbərsiz anası X3 yaşadığı evə bitişik olan ünvan 2 ünvanında yerləşən anbara boşaldılmasına, Təqsirləndirilən şəxs2 içərisində polietilen xammalı olan qoşqu ilə təyinat gömrük məntəqəsi üzrə Bakı Baş Gömrük İdarəsinə doğru hərəkət etməsinə nail olub, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə xeyli miqdarda olan malı gömrük sərhədindən qanunsuz keçirməklə qaçaqmalçılıq etmişdir”. İttihamda göstərilən digər hallarla yanaşı, həm də “Təqsirləndirilən şəxs1 sellofan torba yükünü cinayətdən xəbərsiz anası X3 yaşadığı evə bitişik olan Astara şəhəri, S.Vurğun küçəsi, ev 317 ünvanında yerləşən anbara boşaldılmasına nail olması” qənaətinə gəlməsini təsdiq edən heç bir dəlil əldə edilməmiş, yalnız qeyd olunan anbara baxış zamanı ayrı-ayrı növlərdən ibarət sellofan torba və polietilen xammalı məhsulları aşkar edilmişdir ki, həmin məhsullar da Təqsirləndirilən şəxs1 deyil, həmin məhsulların idxalı ilə məşğul olan vət. Samir Cəfərova məxsus olması müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, verilmiş ittihamda göstərilən “Təqsirləndirilən şəxs1 sellofan torba yükünü cinayətdən xəbərsiz anası X3 yaşadığı evə bitişik olan Astara şəhəri, S.Vurğun küçəsi, ev 317 ünvanında yerləşən anbara boşaldılmasına nail olması”na (bu ifadə anlaşılmaz olmaqla, həm də verilmiş ittihamla-qaçaqmalçılıqla əlaqəli olması konkret olaraq müəyyən edilməmişdir) dair xüsusat öz təsdiqi tapmır. Bundan başqa Təqsirləndirilən şəxs1 təklifi ilə və Təqsirləndirilən şəxs2 bu təkliflə razılaşıb idarə etdiyi nəqliyyat vasitəsi ilə İrana gedib oradan sellofan torba yükü gətirməsi və həmin yük gətiriləndən sonra Təqsirləndirilən şəxs1 özünə məxsus nəqliyyat vasitəsi ilə gətirdiyi polimer xammal məhsulu ilə dəyişdirilməsində iştirakının olması qəbul edilməsi belə, Təqsirləndirilən şəxs1 əməlinin qaçaqmalçılıq cinayəti kimi qiyəmətləndirilməsi mümkün deyil. Əvvəla Təqsirləndirilən şəxs2 gətirdiyi sellofan torba yükü dövriyyəsi qadağan olunmuş məhsul deyil, həm də Təqsirləndirilən şəxs1 bu məhsulu gətirməsini təklif etməsi də, belə bir təklifin edilməsi qaçaqmalçılıq cinayətində əvvəlcədən vəd etməklə iştirakını istisna edir, eləcə də Təqsirləndirilən şəxs2 gətirdiyi sellofan torba yükünü qaçaqmalçılıq yolu ilə, yəni sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə keçirməsindən sonra (artıq qaçaqmalçılıq cinayəti başa çatdıqdan sonra) qaçaqmalın predmeti olan sellofan torba yükü məhsulun (baxmayaraq ki, həmin məhsulun qanuni yolla keçirilməsi qeydə alınmışdır) Təqsirləndirilən şəxs1 gətirdiyi polimer xammalı məhsulu ilə əvəz olunmasında iştirakında sonuncunun əməli qaçaqmalçılıq kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 ittiham verilməsi üçün istinad etdiyi sübutları, yəni Təqsirləndirilən şəxs2 idarə etdiyi 99HM837/99ZC352 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin Asif Hümmətova məxsus olsa da, həmin nəqliyyat vasitəsinin idarəçiliyində (o cümlədən WKESD**********09 ban nömrəli, 07ZB456 dövlət qeydiyyat nişanlı yarımqoşqu Təqsirləndirilən şəxs1 idarəçiliyində olmamışdır) Təqsirləndirilən şəxs1 iştirakı, Təqsirləndirilən şəxs2 şahid kimi verdiyi ifadəsi, telefon danışıqlarına dair məlumatlar (məzmunu məlum olmayan), Təqsirləndirilən şəxs1 18 sentyabr 2023-cü il tarixdən 25 sentyabr 2023-cü il tarixədək və Təqsirləndirilən şəxs2 da 24 sentyabr 2023-cü il tarixdən 28 sentyabr 2023-cü il tarixədək İranda olmaları və onların orada görüşmələrinin ehtimal olunması, Sahib Hacıyevin “DAF” markalı nəqliyyat vasitəsini idarə etməməsi əsası ilə içərisində polietilen xammalı yükü olan WKESD**********09 ban nömrəli, 07ZB456 dövlət qeydiyyat nişanlı yarımqoşqunun həmin nəqliyyat vasitəsinə qoşulmamasının (Sahib Hacıyevin yük gətirməsi üçün idarə edib İrana getdiyi yəhərli dartıcı yük maşının markası müəyyən edilsə də, hansı dövlət qeydiyyat nişanlı yarımqoşqunun yəhərli dartıcı yük maşina qoşulması müəyyən edilməmişdir) ehtimal olunmasına dair sübutları kifayət qədər mötəbər sübut hesab etmir və bu sübutlara istinad edilib Təqsirləndirilən şəxs1 CM-nin 206.3.2-ci maddəsi ilə ittihamın verilməsini əsassız hesab edir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, ittiham tərəfin Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq cinayəti törətməsi ilə bağlı təqdim etdiyi (yuxarıda göstərilən) sübutlar mahiyyəti etibarilə əsaslı şübhələrdən kənar sübut standartlarına malik olan sübutlar deyil. Ona görə də bu sübutlar mənbəyi etibarilə mötəbər sayıla bilən sübutlar kimi qəbul edilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 29 və 30-cu bəndərində izah verilir ki, ittiham hökmü çıxarılarkən hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə təqsirləndirilən şəxsə istinad edilən CM-in maddəsinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi göstərilən bu və ya digər hal nəzərdən qaçırılmamalı və yaxud qeyrimüəyyən ifadələrlə (“məlum olmayan” “istintaqla müəyyən edilməyən” kimi söz birləşmələrindən istifadə olunmaqla) təsvir edilməsinə yol verilməməlidir. Məsələn, CM-in 206.1-ci maddəsinin dispozisiyasında qaçaqmalçılıq cinayəti alternativ üsullarla, o cümlədən gömrük nəzarətindən kənar və ya gömrük nəzarətindən gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların gömrük sərhədindən xeyli miqdarda keçirilməsi kimi təsbit edildiyindən, cinayətin təsvirində əməlin bu üsullardan hansı biri ilə törədilməsini aşkarlayan hərəkətlər (faktiki hallar) aydınlığı ilə təsvir olunmalıdır. Habelə CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Hazırki iş üzrə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq cinayətini törətməsini bildirən konkret faktlar üzrə hər hansı hərəkətlər etməsi mötəbər sübutlarla müəyyən edilməmiş, sadəcə olaraq onun bu cinayəti törətməsini özündə ehtiva edən hallar ittihamda göstərilməklə kifayətlənmişdir. Ona görə də məhkəmə əldə olunmuş sübutlarla Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmünün çıxarılmasını mümkünsüz hesab edir. Eyni zamanda məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni Təqsirləndirilən şəxs2 və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 206.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Belə ki, məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs2 ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, yalnız digər şəxslərin köməkliyi ilə özü tək icra etməklə törətmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılıq etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə o, bu cinayəti tək icra etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, şəxsiyyəti məlum olmayan bir nəfər şəxsin (“Hüseyn” adlı iranlının) köməkliyi ilə Təqsirləndirilən şəxs2 yük müşayiət sənədlərində qeyd olunmuş “ilkin formalarda etilen polimerləri” mal mövqeyi ilə eynilik təşkil edən “polietilen xammalı” ilə yüklənmiş “DAF” markalı, 07BK324/07ZB456 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İrandan gətirilib gömrük sərhədindən gömrük nəzarətindən sənədlərdən və eyniləşdirmə vasitələrində aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirdiyi sellofan torba yükü ilə yüklənmiş TKPNV35L065900453 ban nömrəli, 99ZC352 dövlət qeydiyyat nişanlı qoşqunu dartıcıya yedəklənmiş içərisində “polietilen xammalı” yükü olan WKESD**********09 ban nömrəli, 07ZB456 dövlət qeydiyyat nişanlı qoşqu ilə dəyişdirdikdən sonra, təyinat gömrük məntəqəsində gömrük nəzarətini həyata keçirəcək gömrük əməkdaşlarını yanıltmaq, cinayətin izlərini itirmək, bu şəkildə öz cinayətkar niyyətlərini gizlətmək və dəyişdirdiyi qoşquların hərəkət trayektoriyasının şübhə doğurmaması məqsədilə qoşquya bağlanılan GPS qurğusunun dəmir trosunun kəsilərək həmin qurğunu içərisində sellofan torba olan qoşqudan söküb, faktiki olaraq polietilen xammalı ilə yüklənmiş qoşquya kustar üsulla quraşdırdıqdan sonra içərisində polietilen xammalı olan qoşqu ilə təyinat gömrük məntəqəsi üzrə Bakı Baş Gömrük İdarəsinə doğru hərəkət edib, sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə xeyli miqdarda-74.260 manat dəyərində olan malı gömrük sərhədindən qanunsuz keçirməklə qaçaqmalçılıq etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətidir. Azərbaycan Respublikası CPM-nin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Beləliklə, məhkəmə cinayət təqibi zamanı əldə olunmuş sübutları, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilən sübutları əlaqəli şəkildə təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinayətini qabaqcadan əlbir olan bir qrup halında deyil, tək özünün icraçılığı ilə törətdiyindən onun bu əməli verilmiş ittihamda göstərilən CMnin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və onun təqsirliliyi tam sübuta yetirilmiş, habelə qeyd olunan cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə, yuxarıda göstərilən sübutları və işin faktiki hallarını, cinayətin ittiham aktında göstərildiyi kimi, yəni Təqsirləndirilən şəxs1 CM-nin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsini təsdiq edən heç bir mötəbər sayıla bilən sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, istintaq orqanı tərəfindən verilmiş bu ittihama aid sübutlar ehtimallara əsaslanmaqla yalnız mülahizə (ehtimal) xarakteri daşıyır və məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin cinayəti törətməkdə iştirakına dair kifayət qədər mötəbər sübutlar olmadığından onun bu əməli qanunla nəzərdə tutulan qaydada sübuta yetmir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Cinayət mühakimə icraatın prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslığına dair meyarlarla birlikdə götürməklə baxıldıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslansın. Yalnız belə olduqda, məhkəmə CPM-nin 28-ci maddəsində ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Eyni zamanda cinayət qanunvericiliyinin və digər hüquqi aktların qaçaqmalçılıq cinayəti ilə bağlı müddəaları baxımından məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs1 CM-nin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törətdilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti, cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və ya heç olmasa birinin mövcud olması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmçinin şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan Hüquqlarının və X7 X5 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəs törədildiyi anda milli və beynəlxalq hüquqla cinayət hesab edilməmiş hər hansı bir hərəkəti və ya hərəkətsizlik təşkil edən əmələ görə təqsirli bilinə bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən bəraətin əsasları məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən hallardan biri olduqda, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə (bu Məcəllənin 42.1.4-cü maddəsi) bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddısinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. İşdə olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 aprel 2024-cü il tarixli qərarı ilə müəyyən edilir ki, istintaq orqanın Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatəti və təqdimatı təmin edilməmişdir. İşdə olan, istintaq orqanın “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 06 aprel 2024-cü il tarixli qərarla müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət işi üzrə təqdim olunmuş sübutları əlaqəli şəkildə təhlil edərək hesab edir ki, cinayət təqibi orqanı tərəfindən verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs1 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən ona Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə bəraət verilməli və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İşdə olan, istintaq orqanın “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” 09 aprel 2024-cü il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 olduğu yer məlum olmadığına görə barəsində axtarış elan edilmişdir. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, istintaq orqanı tərəfindən kifayət qədər əsaslar olmadan (təqsirləndirilən şəxsin yaşadığı ünvan və olduğu yerə dəqiq məlum olmasına və onun istintaq orqanına gətirilməsi üçün digər məcburiyyət tərbirinin görülməsinin mümkün olmasına baxmayaraq), Təqsirləndirilən şəxs2 “olduğu yer məlum olmaması” əsası ilə barəsində axtarış edilmişdir. İşdə olan, istintaq orqanın “Könüllü gəlmə haqqında” 10 may 2024-cü il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 10 may 2024-cü il tarixdə könüllü olaraq istintaq orqanına gəlib özünü təqdim etmişdir. İşdə olan, istintaq orqanın “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 10 may 2024-cü il tarixli qərarla müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə, məhkəmə hökmü və qərarının surətləri ilə müəyyən olunur ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 noyabr 2008-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixdə qərarı ilə çəkilməmiş 01 il 01 ay 02 gün cəzasından şərti olaraq vaxtında əvvəl azad edilmiş, 28 avqust 2020-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən (ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzasını çəkil qurtardığı gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir) 19 noyabr 2008-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxsdir, eyni zamanda Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən CM-nin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin residivi vardır və Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivi olması CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. İşdə olan, Astara RİHB-nın Astara şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 07 sentyabr 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Astara şəhəri, S.Vurğun küçəsi, ev 106-da qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cinayətin açılmasına kömək etməsi və könüllü olaraq istintaq orqanına gəlib özünü təqdim etməsini CM-nin 59.1.10-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 206.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə olan cəza həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona cərimə növündə cəza təyin edilməlidir. Eyni zamanda iş üzrə Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivi olması cəzanı ağırlaşdıran hal olmaqla cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli olmasına baxmayaraq, məhkəmə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, yəni Təqsirləndirilən şəxs2 cinayətin açılmasına kömək etməsi və könüllü olaraq istintaq orqanına gəlib özünü təqdim etməsini, eləcə də işin faktiki hallarını, o cümlədən qaçaqmalçılıq cinayətinin predmetinin sellofan torba yükü olması və həmin yükün gömrük nəzarətindən qanunauyğun buraxılmasını nəzərə alıb hesab edir ki, həmin hallar CM-nin 62-ci maddəsində nəzərdə tutulan müstəsna hallar kimi qəbul edilməklə Təqsirləndirilən şəxs2 residivə görə cəza, CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin edilməlidir. Hazırkı hökmün Təqsirləndirilən şəxs2 barəsində olan hissədə icrası Astara rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və DGK-nini Bakı Baş Gömrük İdarəsinin duracağında park edilmiş “DAF” markalı, 99HM837/99ZC352 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində olan “xam polietilen məhsulu” (“ilkin formalarda etilen polimerləri”) hökm qanuni qüvvəyə mindikdən sonra 29 sentyabr 2023-cü il tarixdə olan malların və yüklərin gömrük rüsumu tarifinə uyğun gömrük rüsumu ödənilməklə qanuni sahibi “X20” MMC-nin nümayəndəsinə, habelə maddi sübutlar olan və DGK-nin Bakı Baş Gömrük İdarəsinin duracağında saxlanılan “DAF” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı nəqliyyat vasitəsi və **-ZC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Asif Hümmətova təhvil verilməlidir. Həmçinin iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, “DAF” markalı, **- HM-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı nəqliyyat vasitəsinə və **-ZC-*** dövlət qeydiyyat nişanlı yarımqoşquya aid qeydiyyat şəhadətnamələrin surətləri, telefon danışıqlarına dair məlumatların yazıldığı 2 (iki) ədəd CD disk, videoçəkilişlərə dair 2 (iki) ədəd CD disk, gömrük bəyannaməsi, ixrac sənədləri və hesab fakturası cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42, 132, 344-347, 349, 350-353, 356, 358, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona cinayətin predmeti olan “Malların nəqli və ya qablaşdırılması üçün plastmasdan, etilen polimerlərindən məmulatlar” mal mövqeyinə aid 74.260 (yetmiş dörd min iki yüz altmış) manat dəyərində “sellofan torba məhsulu”n dəyərinin 40 (qırx) faizi-29.704 (iyirmi doqquz min yeddi yüz dörd) manat miqdarında cərimə cəzası təyin edilsin. Hökmün icrası Astara Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilsin və o, Azərbaycan Respublikası adından təqsirsiz hesab edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin duracağında park edilmiş “DAF” markalı, 99HM837/99ZC352 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində saxlanılan “polietilen xammalı” (“ilkin formalarda etilen polimerləri”) hökm qanuni qüvvəyə mindikdən sonra 29 sentyabr 2023-cü il tarixdə olan malların və yüklərin gömrük rüsumu tarifinə uyğun gömrük rüsumu ödənilməklə qanuni sahibi “X20” MMC-nin nümayəndəsinə təhvil verilsin. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin duracağında saxlanılan “DAF” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı nəqliyyat vasitəsi və üzərində **-ZC-*** dövlət qeydiyyat nişanlı olmaqla WKESD**********09 ban nömrəli yarımqoşqu nəqliyyat vasitəsi hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi X16 təhvil verilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, “DAF” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı nəqliyyat vasitəsinə və **-ZC-*** dövlət qeydiyyat nişanlı yarımqoşquya aid qeydiyyat şəhadətnamələrin surətləri, telefon danışıqlarına dair məlumatların yazıldığı 2 (iki) ədəd CD disk, videoçəkilişlərə dair 2 (iki) ədəd CD disk, gömrük bəyannaməsi, ixrac sənədləri və hesab fakturası cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar