Məhkəmə qərarları › İş №1(099)-13/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-13/2022

09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-13/2022 09.06.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər- Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi6, X2, Müdafiəçi8, Müdafiəçi9, Müdafiəçi10, Müdafiəçi11 və Müdafiəçi12 iştirakları ilə,

1. xx xxx 1984-cü ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Saatlı rayonu Şirinbəyli kəndində qeydiyyatda olan və yaşayan, iş üzrə 03 oktyabr 2020-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə;

2. xx xxxxx 1999-cu ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Saatlı rayonu Şirinbəyli kəndində qeydiyyatda olmaqlə həmin ünvanda yaşayan, iş üzrə 03 oktyabr 2020-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə;

3. 10 avqust 2003-cü ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Saatlı rayonu Məzrəli kəndində qeydiyyatda olmaqla Saatlı şəhəri, M.P.Vaqif küçəsində yerləşən yataqxanada yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3

Azərbaycan Respublikası CM-in 204.1, 234.4.1, 234.4.3 və 235.4.2-ci maddələri ilə;

4. xx xxxxxx 1994-cü ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Füzuli rayonu Horadiz kəndində qeydiyyatda olmaqla Füzuli rayonu, 4-cü Zobucuq qəsəbəsi, ev 244 yaşayan, barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4

Azərbaycan Respublikası CM-nin 204.1, 234.4.1, 234.4.3 və 235.4.2-ci maddələri ilə;

5. xx xxxx 1982-ci ildə İmişli rayonu Qaraqaşlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, İmişli rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olan, iş üzrə 22 mart 2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs7

Azərbaycan Respublikası CM-nin 204.1, 234.4.1, 234.4.3 və 235.4.2-ci maddələri ilə;

6. xx xxxx 1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan, iş üzrə 04 oktyabr 2020-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs6

Azərbaycan Respublikası CM-nin 204.1, 234.4.1, 234.4.3 və 235.4.2-ci maddələri ilə;

7. 25 avqust 1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayət Məhkəməsinin xx.xx.2017ci il tarixli hökmü ilə CM-nin 180.2.1, 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cü ildə Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında qanuna əsasən cəzası 04 ilə endirilmiş, xx.xx.2019-cu ildə Xəzər rayon məhkəməsinin qərarı ilə cəzadan 08 ay 14 gün vaxtandın əvvəl şərti azad olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, iş üzrə 03 oktyabr 2020-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs5

Azərbaycan Respublikası CM-nin 204.1, 228.4, 234.4.1, 234.4.3 və 235.4.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq

MÜƏYYƏNETDİ:

Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq faktiki müəyyən edilmiş 467,34 qram narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, daşımış və saxlamış, aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 narkotik vasitə qurudulmuş marixuananı satmaq üçün 02 oktyabr 2020-ci il tarixdə yetkinlik yaşına çatmadığını əvvəlcədən bilmədiyi, xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs3 vasitəsilə müştəri tapmış, sonra isə narkotik vasitəni alacaq şəxslərin bəyənib keyfiyyətinə dair seçim etmələri üçün Təqsirləndirilən şəxs1 qurudulmuş marixuananı bir neçə ədəd kiçik ölçülü bükümlərə bölüb şərti nömrələməklə Təqsirləndirilən şəxs2 vasitəsilə Təqsirləndirilən şəxs3 və narkotik vasitəni almalı olan Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 çatdıraraq satmaq barədə ümumi razılıq əldə edildikdən sonra həmin gün saat 21.00 radələrində Saatlı rayonu Şirinbəyli kəndində həmin narkotik vasitənin faktiki aşkar olunmuş 53,41 qram çəkidə olan hissəsini satmaq məqsəd ilə Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 isə bir qədər aralıda dayanmış Təqsirləndirilən şəxs4 idarə etdiyi «VAZ 2107» markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobillə gəlmiş Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 narkotik vasitə qurudulmuş marixuananı saxta olmasını əvvəlcədən bilmədiyi 7500 manat pulun müqabilində sataraq əldə etdiyi pul əskinaslarını dərhal sonra Təqsirləndirilən şəxs1 təhvil vermişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakıları ilə bağlı daxil olmuş məlumat əsasında 03 oktyabr 2020-ci il tarixdə saat 00:05 radələrində Saatlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq rayon polis şöbəsinə gətirilmişlər. Onların üzərlərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananın satışından əldə etdikləri 8 ədəd A00583302 nömrəli və 8 ədəd A08911161 nömrəli 200 nominalda, 4 ədəd C75457779 nömrəli və 24 ədəd C40365396 nömrəli 100 nominalda, 18 ədəd B24102923 nömrəli 50 nominalda, 30 ədəd B59452712 nömrəli 20 nominalda Azərbaycan manatına oxşar həqiqi pul əskinaslarından surəti çıxarılaraq eyni axınlı çap üsulu ilə rəqəmsal çap qurğusunda (çoxaldıcı qurğu, printer) hazırlanmış, eyni nominallı həqiqi pul əskinaslarından aşkar şəkildə fərqlənməyən ümumilikdə 7500 manat məbləğində saxta pullar Elur Abdullayevin əynindəki pencəyin sağ yan cibindən, satış məqsədilə qanunsuz olaraq əldə edib üstündə gəzdirdiyi bir ədəd «10 manat»lıq pul əskinasına bükülmüş təmiz çəkisi 1,64 qram və bir ədəd salfet kağızına bükülmüş təmiz çəkisi 7,29 qram olmaqla, ümumi çəkisi 8,93 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana isə onun əynindəki şalvarın ön sağ cibindəki dəri pul qabının içərisindən aşkar edilərək götürülmüşdür. Bundan əlavə 03 oktyabr 2020-ci il tarixdə saat 11:25-də keçirilmiş baxış nəticəsində Təqsirləndirilən şəxs1 Saatlı rayonu Şirinbəyli kəndində alaq otlarının arasında satış məqsədilə gizlətdiyi bir ədəd polietilen torbada, üstündən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana ilə eyni tərkibli olan, 405 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd SF-400 markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Eyni zamanda aralarında tanışlıq münasibətləri olan, Sumqayıt şəhər sakinləri Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 8 ədəd A00583302 və 8 ədəd A08911161 nömrəli 200 nominalda, 4 ədəd C75457779 və 24 ədəd C40365396 nömrəli 100 nominalda, 18 ədəd B24102923 nömrəli 50 nominalda, 32 ədəd B59452712 nömrəli 20 nominalda Azərbaycan manatına oxşar həqiqi pul əskinaslarından surəti çıxarılaraq eyni axınlı çap üsulu ilə rəqəmsal çap qurğusunda (çoxaldıcı qurğu, printer) hazırlanmış, eyni nominallı həqiqi pul əskinaslarından aşkar şəkildə fərqlənməyən ümumilikdə 7540 manat məbləğində saxta pulları satış məqsədilə əldə etmiş, həmin pulları həqiqi pul əskinasları kimi təqdim etməklə qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə qurudulmuş marixuananı alqı-satqı görüntüsü yaradıb dələduzluq yolu ilə talamaq barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, bu məqsədlə həmin pulları da özləri ilə götürməklə 02 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs6 məxsus «VAZ- 21144» markalı, **-BT-*** qeydiyyat nişanlı avtomobillə yaşadıqları Sumqayıt şəhərindən Saatlı rayonuna gələrək orada Təqsirləndirilən şəxs7 tanışı, Saatlı rayon sakini, yetkinlik yaşına çatmadığını əvvəlcədən bilmədikləri, xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs3 və sonuncunun tanışı Təqsirləndirilən şəxs4 ilə də saxta pulları həqiqi pul əskinasları kimi təqdim etməklə sataraq qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə qurudulmuş marixuananı alqı-satqı görüntüsü yaradıb dələduzluq yolu ilə talamaq barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girmişlər. Aralarındakı vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 02 oktyabr 2020-ci il tarixdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanıdığı Təqsirləndirilən şəxs2 ilə görüşərək Sumqayıt şəhərindən gələn tanışlarının narkotik vasitə olan qurudulmuş marixuana almaq istədiklərini ona bildirmiş, Təqsirləndirilən şəxs2la bu barədə razılaşdıqdan sonra narkotik vasitəni bəyənib keyfiyyətinə dair seçim etmələri üçün qurudulmuş marixuananın şərti nömrələnməklə bölündüyü bir neçə ədəd kiçik ölçülü bükümləri Təqsirləndirilən şəxs2 təhvil alıb daşımaqla Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 çatdıraraq ümumi razılıq əldə edildikdən sonra həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs4 idarə etdiyi «VAZ 2107» markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobil ilə Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6lə birlikdə Saatlı rayonu Şirinbəyli kəndinə gedərək Təqsirləndirilən şəxs1 tərəzi ilə çəkib Təqsirləndirilən şəxs2 verdiyi, faktiki müəyyən edilmiş 53,41 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı saxta olmasını əvvəlcədən bildikləri, Təqsirləndirilən şəxs5 üzərində olan 8 ədəd A00583302 və 8 ədəd A08911161 nömrəli 200 nominalda, 4 ədəd C75457779 və 24 ədəd C40365396 nömrəli 100 nominalda, 18 ədəd B24102923 nömrəli 50 nominalda, 30 ədəd B59452712 nömrəli 20 nominalda Azərbaycan manatına oxşar həqiqi pul əskinaslarından surəti çıxarılaraq eyni axınlı çap üsulu ilə rəqəmsal çap qurğusunda (çoxaldıcı qurğu, printer) hazırlanmış, eyni nominallı həqiqi pul əskinaslarından aşkar şəkildə fərqlənməyən kağızlar, yəni ümumilikdə 7500 manat məbləğində saxta pulları həqiqi pul əskinasları kimi təqdim etməklə, həmin pulları Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs5 qəbul edərək Təqsirləndirilən şəxs2 verərək, narkotik vasitəni Təqsirləndirilən şəxs2 birlikdə qəbul edib, alqı-satqı görüntüsü yaradaraq dələduzluq yolu ilə birgə taladıqdan dərhal sonra narkotik vasitəni Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6lə və Təqsirləndirilən şəxs4 sonuncunun idarə etdiyi nəqliyyat vasitəsi ilə daşımaqla Saatlı rayonu Naharlı kəndi ərazisində onları gözləyən Təqsirləndirilən şəxs7lə görüşmüşlər. Bundan sonra saxta narkotik vasitə alqı-satqısında, yəni narkotik vasitənin talanmasında iştirakına görə Təqsirləndirilən şəxs7 Təqsirləndirilən şəxs4 50 manat, Təqsirləndirilən şəxs3 mükafat olaraq bir ədəd 50 manatlıq həqiqi pul əskinası və 2 ədəd B59452712 nömrəli 20 nominalda Azərbaycan manatına oxşar həqiqi pul əskinaslarından surəti çıxarılaraq eyni axınlı çap üsulu ilə rəqəmsal çap qurğusunda (çoxaldıcı qurğu, printer) hazırlanmış, eyni nominallı həqiqi pul əskinaslarından aşkar şəkildə fərqlənməyən saxta pul, Təqsirləndirilən şəxs5 isə taladıqları narkotik vasitənin bir hissəsi olaraq Təqsirləndirilən şəxs3 bir ədəd polietilen torbanın içərisində ümumilikdə təmiz çəkisi 42,89 qram qurudulmuş marixuana vermiş, narkotik vasitədən bir ədəd kağız bükümdə 10,52 qram çəkidə qurudulmuş marixuananı isə Təqsirləndirilən şəxs6 götürməklə talanmış narkotik vasitəni öz aralarında bölmüşlər. Bundan sonra Təqsirləndirilən şəxs7 naməlum istiqamətdə getmişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə Təqsirləndirilən şəxs4 məxsus «VAZ 2107» markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobildə getdikləri zaman 03 oktyabr 2020-ci il tarixdə saat 03.00 radələrində Saatlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra keçirilmiş baxış nzamanı Təqsirləndirilən şəxs3 üzərindən narkotik vasitənin talanması ilə bağlı ona mükafat qismində Təqsirləndirilən şəxs7 tərəfindən verilmiş bir ədəd 50 manatlıq həqiqi pul əskinası və 2 ədəd B59452712 nömrəli 20 nominalda saxta pul, həmçinin taladıqları narkotik vasitədən Təqsirləndirilən şəxs5 tərəfindən verilmiş, Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobildə birlikdə daşıyaraq saxladıqları bir ədəd polietilen torbanın içərisində 17,22 qram, bir ədəd kibrit qutusunda 7,64 qram, iki ədəd kağız bükümlərində ayrı-ayrılıqda 9,25 qram və 8,56 qram-ümumilikdə 42,89 qram olan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs6 aid narkotik vasitə ilə eyni tərkibli olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana «VAZ 2107» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq 03 oktyabr 2020-ci il tarixdə saat 17.10 radələrində Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 olduqları, Təqsirləndirilən şəxs6 idarə etdiyi «VAZ-21144» markalı, **-BT-*** qeydiyyat nişanlı avtomaşın saxlanılmıqla polis şöbəsinin inzibati binasının həyətində keçirilmiş baxış zamanı nəqliyyat vasitəsinin ön sol qapısının içlik hissəsindən bir ədəd kağız bükümdə taladıqları 10,52 qram çəkidə, Təqsirləndirilən şəxs1 aid narkotik vasitə ilə eyni tərkibli olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs5 üzərindən isə qanunsuz olaraq əldə edib gəzdirdiyi, zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən ov bıçağı aşkar olunmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, özü narkotik vasitə istifadəçisidir. Onda cəmi 405 qram narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Həmin miqdarda qurudulmuş marixuananı tutulmasından iki-üç ay əvvəl tapmış və öz istifadəsi üçün saxlamışdır. Məhəmməd onun xəbəri olmadan həmin qurudulmuş marixuananı 7500 manat pula sataraq pulu ona vermişdir. O isə Məhəmmədin narkotiki satmasına öz etirazını bildirmişdir. Çünki narkotiki özünün istifadə etmək məqsədi olmuşdur. Sonradan isə ona verilən 7500 manat pulun saxta olmasını bilmişdir. Onda başqa, artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana olmamış və həmin miqdarda qurudulmuş marixuananı satmaq barədə Məhəmmədlə heç bir söhbəti olmamışdır. O, Sumqayıt şəhərindən gəlmiş Amil, Rakif və Pərviz adlı şəxsləri tanımır, onlara narkotik vasitə qurudulmuş marixuana satmamışdır. Polis işçiləri onları saxlayanda onun üzərində narkotik vasitə olmamışdır. Polis işçilərinin təzyiqi altında üzərində narkotik olmasını etiraf etmişdir. Lakin Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Saatlı rayonu Şirinbəy kəndində yaşayır. 2020-ci ilin iyul ayında yaşadığı kənddə çöl sahədə əkdiyi yonca bitkisinə suvarmaq üçün gedərkən çöl sahədə “meşə” adlanan yerin yaxınlığında kolların arasında 3 ədəd çətənə bitkisi görmüşdür. Özü istifadə etmək üçün və müştəri taparsa, satmaq üçün həmin çətənə bitkilərini kötükdən çıxarıb aparıb özünə məxsus çöl sahədə qurumaq üçün gizlətmiş, 3 gün sonra gedib həmin bitkinin lazımi hissələrini toplayıb bir ədəd kisəyə yığmış, gövdəsini isə su kanalına atmışdır. Həmin bir ədəd kisədəki narkotik vasitəni yaşadığı kənddə çöl sahədə gizlətmişdir. 01 oktyabr 2020ci il tarixdə isə narkotikin yerini dəyişib kəndin giriş hissəsində yol kənarından keçən su kanalının kənarında kolların arasında gizlətmişdir. 02 oktyabr 2020-ci il tarixdə saat 15 radələrində qonşuluqda yaşayan Alinin oğlu Məhəmməd onu narkotik istifadə edərkən görmüş və ona tanışları olduğunu, əgər narkotiki varsa birlikdə sata biləcəklərini demişdir. O, Məhəmmədə “birdən problem olar” dedikdə Məhəmməd heç bir problem olmayacağını, satıb pul əldə edəcəklərini bildirmişdir. Həmin gün axşam saatlarında Məhəmməd ona zəng edərək narkotik alanların gəldiyini bildirib onu kəndin girişinə çağırmış, o, Məhəmmədin dediyi yerə getmiş, Məhəmməd təsadüfən onu narkotiki gizlətdiyi yerin yaxınlığına çağırmışdır. Orada o, uzaqdan 3 nəfər şəxsin narkotik almağa gəldiklərini görmüş, lakin həmin şəxslərin yanına getməmişdir. Məhəmməd gedib həmin şəxslərlə danışdıqdan sonra ona demişdir ki, həmin şəxslərin 7500 manat pulları vardır, onlar isə narkotikin bir kiloqramını 6000 manata satacaqlarını əvvəlcədən demişlər, ona görə də evdən gətirdiyi tərəzi ilə narkotikdən Məhəmməd ilə birlikdə çəkib 1 kq 608 qramını bir ədəd sellofan torbaya yığmışlar və Məhəmməd narkotiki aparıb onlara verib pulu alıb gətirib ona vermiş, o, orada pulu sayarkən 7500 manat olduğunu görsə də pulların saxta olduğunu görmüşdür. Bu barədə Məhəmmədə dedikdə Məhəmməd birlikdə narkotiki alan şəxsin evinə getməyi təklif etmiş, o və Məhəmməd həmkəndlisi İlkinlə birlikdə Saatlı şəhərinə Məhəmmədin narkotiki satdığı, sonradan adını bildiyi Cavid adlı şəxsin evinə getmişlər, lakin Cavid evdə olmamış, sonra isə polis əməkdaşları gəlib onların üçünü də Saatlı RPŞ-yə aparmışlar, orada üstlərinə şəxsi axtarış aparılarkən onun üstündən satdıqları narkotikə görə aldıqları 7500 manat saxta pul, həmçinin öz istifadəsi üçün götürdüyü bir ədəd «10 manat»lıq pul əskinasına və bir ədəd salfetə bükdüyü narkotik vasitə aşkar edilmiş, aşkar edilən narkotik vasitə və pulları polis əməkdaşları qablaşdırıb götürmüşlər, bununla bağlı protokol tərtib edilərək ucadan oxunmuş, doğru yazıldığı üçün o, digər şəxslər kimi protokolda imza etmişdir Məhəmmədlə əvvəlcədən pul bölgüsü barədə razılaşmasalar da əldə etdikləri pulu yarı bölmək barədə fikirləşmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Təqsirləndirilən şəxs1 405 qram narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Təqsirləndirilən şəxs1 həmin marixuananı öz istifadəsi üçün saxlamışdır. Cavid ona narkotik vasitə olsa, ala biləcəyini demişdir. O da 405 qram qurudulmuş marixuananı satmaq qərarına gəlmişdir. Cavidlə razılaşmaqla həmin narkotik vasitəni ona 7500 manata satmışdır. Elnurda bundan artıq miqdarda, yəni ittihamda göstərilən 1kq 600 qram qurudulmuş marixuana olmamışdır. O, 7500 manat pula 405 qram qurudulmuş marixuananı satmışdır. Cavid narkotiki almağa axşam gəlmişdir. Ona görə də onun kimlə gədməsini görməmişdir. Lakin Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Saatlı rayonu Şirinbəy kəndində yaşayır, Saatlı şəhər sakini Təqsirləndirilən şəxs3 təxminən 2 aya yaxındır tanıyır, Cavidlə münasibəti normal olmuşdur. Həmkəndlisi Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətində təxminən 4-5 gün olar fəhlə işləyir, orada işləyərkən söhbət əsnasında Elnur ona tanıdığı şəxslərdən kimə narkotik vasitə olan marixuana lazım olsa, neçə kiloqram və yaxud tonla lazım olsa ona xəbər etməsini, həmin şəxsə və ya şəxslərə narkotik vasitə sata biləcəyini bildirmişdir. Həmin şəxsə və ya şəxslərə narkotik vasitəni onun vasitəsilə satacağına görə qarşılığında ona da pul verəcəyini söyləmiş, lakin nə qədər pul verəcəyini deməmişdir. O da maddi cəhətdən sıxıntısı olduğundan yaxın bildiyi şəxslərə bu barədə demişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 17 radələrində Cavid ona mobil telefonla zəng edib Bakı şəhərindən qonaqlarının gəldiyini, qonaqlarına narkotik vasitə olan marixuana lazım olduğunu, lakin almamışdan əvvəl nümunə üçün istifadə etmək istədiklərini demiş, Cavid telefonda ondan harada görüşə biləcəklərini soruşduqda o, Cavidə Saatlı şəhərindən rayonun Şirinbəy kəndinə gedən avtomobil yolunda “Şirinbəy” yazısı olan yerdən, “Araz” marketə çatmamış olan sıradan sağa 200 metr getdikdə sağ tərəfdən birinci küçədə görüşə biləcəklərini söyləmişdir. Bir qədər sonra Cavid «VAZ 2107» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yanında olan sonradan Təqsirləndirilən şəxs4 kimi tanıdığı şəxslə gəlib onunla görüşmüş, o, Caviddən narkotiki gətirmək üçün avtomobilini istəmiş və avtomobili idarə edərək Elnurun yaşadığı evə gedib narkotik istəyənin olduğunu və ona yəni Cavidə narkotik vasitə sata biləcəklərini demiş, Elnur əvvəlcə idarə etdiyi avtomobilin kimin olduğunu soruşmuş, o, avtomobilin narkotik alan şəxsin olduğunu söyləmişdir. Cavidə az sonra kəndin içərisində “Dərələyəz” kafesinin yanındakı kafenin yaxınlığında görüşüb narkotik vasitəni gətirəcəyini dedikdən sonra Cavid və avtomobildə olan İlkin çıxıb getmişlər. 15 dəqiqədən sonra Elnurun yaşadığı evə piyada getmiş, Elnur ona ağ sellofan verib həmin sellofanın içərisində bir neçə bükümdə narkotik vasitə olan marixuana olduğunu və nümunələrin ayrı-ayrılıqda nömrələndiyini demiş, o da Elnurun ona verdiyi narkotik vasitəni götürüb piyada kəndin mərkəzindəki “Dərələyəz” kafesinin yanındakı kafenin yanına getmiş, Cavidin orada onu gözlədiyini görmüşdür. Həmin ağ sellofanı Cavidə verərək çıxıb getmişdir. Sellofan torba şəffaf olduğundan bükümlərin üzərində 1,2,3,7,8 və 9 nömrələri yazıldığını görmüş, təxminən yarım saatdan sonra Elnur ona dediyi üçün istifadəsində olan mobil nömrədən 5-6 dəfə Cavidə zəng edib “nə oldu?” “niyə səndən xəbər çıxmadı?” demişdir. Cavid də ona az sonra əlaqə saxlayıb cavab deyəcəyini demişdir. Bir qədər sonra Cavid onunla görüşmək istədiyini və ilk əvvəl 10000 manatlıq narkotik istədiyini demiş, lakin az sonra Cavid ona zəng edib 7500 manat pulunun olduğunu və həmin pul dəyərində narkotik vasitə ala biləcəyini demiş, o, Elnurun yaşadığı evə gedib Cavidin ona dediklərini Elnura demişdir. Elnur da Cavidin istədiyi qədər narkotik sata biləcəyini deyib biraz sonra küçənin yanına gələcəyini bildirmişdir. Bir neçə dəqiqədən sonra Cavid onların yanına gəlib çatmış, gəldiyi avtomobildə Caviddən başqa 3 nəfər də şəxs olmuş, onlardan biri Pərviz- qara saqqallı, uzun saçlı, orta boylu, Rakif - isə hündür boylu, arıq bədən quruluşlu şəxs olmuş, İlkin isə avtomobili idarə etmişdir. Qeyd etdiyi arıq bədən quruluşlu, hündür boylu şəxslə, qara saqqallı, uzun saçlı, orta bədən quruluşlu şəxs onunla narkotik vasitənin qiyməti barədə söhbət etmişlər, Elnurun əvvəldən ona dediyindən bildiyi üçün onlara narkotik vasitə olan marixuananın 1 kiloqramını 6000 manata sata biləcəyini demiş, həmin tanımadığı iki nəfər şəxs üzərlərində nə qədər pul olduqlarını öyrənmək üçün ciblərindən pul çıxarıb Cavidə vermişlər, Cavid pulu sayaraq ona “get narkotiki gətir” demiş, o isə orada yulğunun yaxınlığına tərəf təxminən 15 metr aralanıb Elnurun yanına getmiş, Elnur əvvəldən qiyməti dediyi üçün gedib onlara “1 kq 680 qram narkotik var, 9000 manata satıram, siz 8500 manat verərsiniz” sözlərini demiş, Elnur da yulğunluğun yanında əlində fanar dayanıb onu gözləmişdir. Həmin iki nəfər şəxs “7500 manat pulumuz var, onu verək, sabah da Caviddən 1000 manatı da götürərsən” dedikdə o, razı olmamış, çünki Elnurun sözünü onlara demişdir. Həmin şəxslərdən biri ona “onda narkotikin üstündən 100-150 qram götür ki, 7500 manatlıq olsun” demiş, ona görə Elnurun yanına gedib narkotikin üzərindən götürüb Elnura vermiş və əlində qara rəngli torba və torbanın altında tərəzi ilə birlikdə onların yanına qayıtmış, həmin iki nəfər şəxs torbanı açıb içərisinə baxmışlar, sonra o, hamının yanında gətirdiyi tərəzi ilə narkotiki çəkərkən çəkisinin 1 kq 608 qram olduğunu görmüşlər. O, həmin iki nəfər şəxslə razılaşmış, Cavid ona 7500 manat pul vermiş, o da narkotiki hündür boylu şəxsə, Rakifə vermişdir. Bundan sonra Cavid telefonun işığını ona tərəf tutub “pulu say, təhvil al” demiş, o da pulu sayaraq 7500 manat olduğunu bilmiş, sonra gedib 7500 manat pulu sayıb Elnura vermiş, yaşadığı evə getmək istəyərkən Elnur onu səsləyib “qaçma” demişdir. O, geri qayıdıb Elnurdan nə olduğunu soruşduqda Elnur az əvvəl ona satdıqları narkotik vasitənin müqabilində aldıqları 7500 manat pulun saxta olduğunu bildirmişdir. O, Elnura pulun saxta olub-olmamasından başı çıxmadığını dedikdə Elnur ona “pul sənin üstündə partladı, pulun hamısını mənə sən verəcəksən” demişdir. Elnur 1 saat ərzində pulunun çatmayacağı təqdirdə onu hədələmişdir. Bundan sonra Elnur ondan Cavidin yaşadığı evi tanıyıb-tanımadığını soruşmuş, o, tanıdığını demiş, Elnurla birlikdə Cavidin yaşadığı Saatlı şəhəri, M.P.Vaqif küçəsindəki yataqxanaya getmişlər. Cavidin atası ilə söhbət edib olanları atasına danışmışlar və atası onlara “saxta pulu mənə verin, saxta pulu da sizə verənləri mən sizə tapıb gətirəcəm” demiş, o, dəfələrlə Cavidin istifadəsində olan mobil nömrəyə zəng etsə də, Cavid mobil nömrəsinə cavab verməmişdir. Oradan çıxıb Şirinbəyli kəndində gedərkən yolda polis əməkdaşları onların avtomobilini saxlatdırıb onu və Elnuru Saatlı polisinə aparmışlar. Saatlı polis şöbəsində otaqların birində üzərində şəxsi axtarış aparmışlar, şəxsi axtarış zamanı onun üzərindən heç nə aşkarlanmamış, sonra tərtib edilmiş protokol ucadan oxunmuş, doğru yazıldığı üçün o, şəxsi axtarışda iştirak edən şəxslər kimi protokolda imza etmişdir. Sonra səmimi olaraq olanları polis işçilərinə bildirmişdir. Saatlı RPŞ-də narkotik vasitəni satdığı iki nəfər şəxs ona ayrı-ayrılıqda 3 nəfər şəxslə tanınmaya təqdim edilərkən o, həmin şəxsləri digər şəxslərin içərisindən tanımışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in CM-in 204.1, 234.4.1, 234.4.3, 235.4.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Saatlı şəhərində yaşayır. Saatlı rayon Şirinbəy kənd sakini Təqsirləndirilən şəxs2 əvvəldən tanımış, İlkin isə uşaqlıq dostudur. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində tanışı Nuri ona zəng edərək şəhərdən qonaqlarının gəldiyini, qonaqlarına narkotik lazım olduğunu demişdir. İlkinin idarə etdiyi «VAZ-2107» markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobillə “Dərələz” kafenin qarşısına getmişlər. Orada Sumqayıt şəhərindən gəlmiş Amil, Pərviz və Rakif adlı şəxslərin də olduğunu görmüşdür. Həmin şəxslər narkotik almaq üçün gəldiklərini demişlər. Ancaq əvvəl nümunə üçün istifadə etmək istədiklərini, sonra isə narkotiki alacaqlarını demişlər. O, Məhəmmədə zəng edib şəhərdən gələn qonaqların narkotik almaq istədiklərini, lakin almamışdan əvvəl nümunə üçün yoxlamaq istədiklərini demişlər. O, Təqsirləndirilən şəxs4lə birlikdə təyin olunmuş yerə gedib Məhəmmədlə görüşmüşdür. Məhəmməd onlara gözləmələrini demiş, özü isə onlardan ayrılaraq getmiş və təxminən yarım saat sonra əlindəki sellofan torbada bir neçə bükümdə narkotik vasitə olan marixuananı gətirib ona vermişdir. O, nümunələri Məhəmməddən götürmüş və İlkinlə birlikdə avtomobillə Amil, Pərviz və Rakif olan kafeyə getmiş, içərisində bükümlər olan sellofan torbanı onlara vermişdər. Amil, Pərviz və Rakif nümunələri yoxlayıb, «1» rəqəmi ilə işarələnmiş bükümdəki nəşədən almaq istədiklərini demişlər. Pərviz Rakif və Amil ilə saxta puldan istifadə etməklə narkotik almaq barədə razılaşmışlar. Rakif və Pərviz narkotiki almağa getmək üçün onların olduqları avtomobilə minmişlər. Amil isə kafedə qalmışdır. İlkinin idarə etdiyi «VAZ-2107» markalı avtomobil ilə gedərək saat 21 radələrində Məhəmmədlə görüşmək üçün təyin olunmuş yerə çatmışlar. Avtomaşının içində olan zaman narkotikin saxta pul ilə alınacağı barədə söhbət olmuş və Təqsirləndirilən şəxs5 7540 manat saxta pulu cibindən çıxarıb ona vermişdir. O, həmin pulu saymış 40 manatı artıq olduğuna görə Pərvizə qaytarmışdır. Görüş yerinə gəlib çatdıqdan sonra Məhəmmədi «VAZ-2107» markalı avtomaşına dəvət etmişdir. Məhəmməd avtomobilə əyləşmişdir. Avtomaşında narkotik vasitənin alqı-satqısı, yəni qiymət və çəki barədə söhbət olmuşdur. Məhəmməd demişdir ki, pulu əvvəlcədən verin, sayım baxım. O, da saxta 7500 manat pulu çıxarıb, telefon işiğında pulu sayılmış və Məhəmmədə vermişdir. Məhəmməd pulu gördükdən sonra getmiş və bir qədər sonra əlində tərəzi və nəşə olan torbanı gətirmişdir. Yulğunluğun yanında Məhəmməddən başqa bir nəfər də olmuş, lakin onu görməmişdir. Sonradan həmin şəxsin Elnur olduğunu bilmişdir. Məhəmməd gətirdiyi tərəzi ilə narkotiki çəkərkən çəkisinin 1 kq 608 qram olduğunu görmüşdür. Məhəmməd narkotiki Rakifə vermiş və həmin ərazini tələsik tərk etmişdir. Onlar isə oradan getmişlər. Yolda olarkən Amil ağ rəngli, «VAZ-21014» markalı avtomobillə gəlib onların olduğu avtomobili keçmiş və əli ilə işarə edib arxasıyca gəlməyi bildirmişdir. İlkin də avtomobili Amilin idarə etdiyi avtomobilin arxasınca hərəkət etdirmişdir. Yolda olarkən Məhəmməd ona zəng edib 7500 manat pulun saxta olduğunu demiş, o da bundan sonra telefonu söndürmüşdür. Yolda dayanmışlar. Pərviz və Rakif avtomobildən düşmüş, narkotik vasitə olan qara torbanı Pərvizdən və ya Rakifdən hansısa götürmüş və Amilin idarə etdiyi avtomobilin yanına getmişlər. Narkotik olan qara torba «VAZ-21014» markalı avtomobilin yük hissəsinə qoyulmuşdur. O, Amil, Rakif və Pərviz qara torbadan narkotik götürüb tüstü halında çəkmişlər. Lakin İlkin nəşə çəkməmiş, kənarda dayanmışdır. Narkotik alqı-satqısı baş tutduğuna görə Amil ona 90 manat pul verdi, həmin vaxtı ona verilən pulun 40 manatının saxta olmasını bilməmişdir. Verilən iki ədəd 20 manatlıq pul əskinası original puldan seçilmirmiş. Amil ona 2.000 manat söz verdiyinə görə əlavə olaraq da növbəti gün 800 manat pul göndərəcəyini demişdir. Bundan sonra Pərviz ona yaxınlaşıb Məhəmməddən alınmış narkotik vasitədən bir selofan torbada qablaşdırılmış vəziyyətdə ona qurudulmuş marixuananı təqdim etmiş və demişdir ki, «çəkərsiz». O, da həmin narkotiki götürüb avtomaşının salonunda arxaya tullamış, avtomaşında səsgücləndiricinin yeri boş olduğuna görə həmin büküm yük yerinə düşmüşdür. İlkin də narkotiki avtomobilə qoymasını görmüşdür. Bundan sonra onlardan ayrılıb İlkinlə birlikdə Saatlı şəhərinə getmişdir. Pərvizgilin hara getdiklərini bilməmişdir. Saatlı şəhərində olarkən polis işçiləri onların avtomobilini saxlatdırıb avtomobillə birlikdə İlkini və onu Saatlı polis şöbəsinə gətirmişlər. Saatlı polis şöbəsində şəxsi axtarış zamanı üzərindən Amilin ona verdiyi 1 ədəd 50 manatlıq və 2 ədəd 20 manatlıq pul əskinasları aşkar edilmişdir. İlkinə məxsus avtomaşına baxış keçirilərkən Pərvizgilin onlara verdikləri qurudulmuş marixuana aşkar olunmuş və götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs5 ona Azərbaycan Respublikası CM-in 204.1, 228.4, 234.4.1, 234.4.3 və 235.4.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 02 oktyabr 2020-ci il tarixdə Saatlıya getməmişdən əvvəl dostu Rakif xəsətə yanına getməli olduğunu demişdir. Yolda Amili də avtomaşına götürmüşlər. Sumqayıt şəhərindən Saatlıya getməkdə əvvəlcədən narkotik almaq məqsədləri olmamışdır. Saatlı rayonu Şirinbəyli kəndinə getmişlər. Onun üzərində printer vasitəsi ilə çıxardığı 7500 manat saxta pul olmuşdur. Yoldaşları Amil və Rakifin pulun saxta olması barədə məlumatları olmamışdır. Şirinbəyli kəndində Amilin tanışı Cavidlə narkotik barədə söhbət etmişlər. Cavid onlara demişdir ki, nə qədər nəşə olsa alarsınız? Onlar da Cavidə demişlər ki, nə qədər olsa, götürərik. Cavid narkotikin bir kiloqramını 15 min manata verdiyini demişdir. İlkinin avtomaşını ilə Rakiflə birlikdə gedib Məhəmməddən narkotiki almışlar. İlkin pulun saxta olduğunu bilməmişdir. Cavidə narkotik verməmişlər. Lakin Təqsirləndirilən şəxs5 ibtidai istintaqda verdiyi və məhkəmə baxışında tədqiq olunan ifadəsində göstərmişdir ki, qurudulmuş marixuananı son bir ildir siqaret kimi çəkməklə qəbul etmişdir. Təqsirləndirilən şəxs6 on il olar tanıyır, aralarında dostluq münasibətləri vardır, Amili isə iki-üç aydır tanıyır. xx.xx.2020-ci il tarixdə Amil və Rakiflə birlikdə Rakifin idarə etdiyi «VAZ-21114» markalı, **-BT-*** nömrəli avtomaşınla Sumqayıtdan Sabirabada getmişlər. Oradan isə Amilin deməsinə əsasən Saatlı rayonu Şirinbəy kəndinə kafeyə getmişlər. Rakifin avtomobilində hər üçü nəşə çəkmişlər. Həmin kafenin yanına gələndə onları artıq «VAZ-2107» markalı maşında Təqsirləndirilən şəxs3 gözləmişdir. Cavid maşından düşərək onlarla görüşmüşdür. Cavidin yanındakı adamları isə tanımamışdır. Cavid Amil ilə söhbət etdikdən sonra Amil onlara birinin Cavidlə getməsini söyləmiş, Rakif də “birimiz yox ikimiz gedək” deyərək ona qoşulmuşdur. Kafedən çöldə Amil ona saxta 7500 manatı verərək “Cavidə verərsən” demiş, o, həmin pulu nəşənin alqı-satqısından əvvəl maşında Cavidə vermiş, Cavid də pulun saxta olduğunu bilmişdir. Alqı-satqı zamanı Cavid düşüb əvvəllər tanımadığı Məhəmmədlə danışaraq söhbət etmiş, hər şey hazır olandan sonra onlar da maşından düşmüşlər, Məhəmməd tərəzidə torbanı çəkmiş, nəşə olan torbanın çəkisi dəqiq yadında deyil, lakin 1 kiloqramdan artıq olmuşdur. Alqı-satqıdan sonra Cavid Amilə zəng etmiş, Amilin tapşırığı ilə yolda tanımadığı bir ərazidə görüşmüşlər. Görüşdükləri yerdə nəşə çəkmişlər, Amil Cavidə və Cavidin yanında olan sürücüyə köməkliyə görə pul vermişdir. O, isə alınan narkotikdən bir qədər götürüb hədiyyə kimi Cavidə vermişdir. Bundan sonra Amil nəşə olan torbanı götürüb maşından düşərək “bir işim var, gedim görüm zəngləşərik” demişdir. O da Rakiflə Tərtərə əsgər yanına baş çəkməyə getmək istəmiş, ona görə də Amil ilə ayrılmışlar. Daha sonra polis əməkdaşları onları yaxalamışdır. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs3 pulun saxta olmasını əvvəlcədən bilmişdir, Cavid pulu sayıb ondan götürmüşdür. Təqsirləndirilən şəxs6 pulun saxta olub-olmadığını bilməsi barədə məlumatı yoxdur. Saxta pulu ona Amil vermiş, lakin Amilin həmin pulu necə əldə etdiyini bilmir. Soyuq silah hesab edilən bıçağı xatırlamadığı yerdən tapmış, daima üstündə daşımış, bıçağı yan tərəfdən şalvarın kəmər olan hissəsinə keçirmişdir. Polis əməkdaşları tərəfindən də saxlanılan zaman həmin bıçaq üzərində olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs6 özünü Azərbaycan Respublikası CM-in 204.1, 234.4.1, 234.4.3 və 235.4.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, hadisədən bir-iki gün əvvəl Pərvizlə cəbhədə yaralanmış dostlarına baş çəkməyə getmək barədə razılaşmışlar. 02 oktyabr 2020-ci il tarixdə Sumqayıt şəhərindən Şirvan şəhərində yerləşən hospitala gedərək xəstəyə baş çəkmişlər. X7 getmişlər. Saatlıda kafedə Amilin tanışları ilə görüşüb söhbət etmişlər. Sonra İlkinin avtomobili ilə Pərviz və Cavidlə birlikdə Məhəmmədin evinin yanına getmişlər. Orada İlkin və Pərviz maşından düşüb Məhəmmədlə görüşmüşlər. O isə avtomaşından düşərək kənarda telefonla danışmışdır. İlkin və Pərvizin Məhəmmədlə nə barədə danışdıqlarını bilməmişdir. O, narkotik vasitənin alqı-satqı yerinə Pərvizin sözü ilə İlkin və Cavidlə birlikdə getmişdir. X3, İlkin və Pərviz almışlar. Gecə qaranlıq oldğuna görə narkotikin avtomobilə kim tərəfindən qoyulmasını bilməmişdir. Sonra oradan Amilin yanına getmişlər. Pərvizin və Cavidin Məhəmməddən narkotik aldıqlarını bilməmişdir. Sonda onun idarə etdiyi avtomaşında Amil ilə birlikdə Sumqayıt şəhəri istiqamətində yol gedərkən polis işçiləri onları saxlatmışlar. Həmin vaxt onun avtomobilində 10 qram narkotik vasitə olmuşdur. Polis işçiləri ona CM-nin 234.1-ci madldəsi ilə məsuliyyətə cəlb olunacağını vəd etmişlər. Ona görə də sənədlərə imza etmişdir. Onun avtomobilində aşkar olunan 10 qşram narpkotik vasitənin saxta pula alınan narkotikə aidiyyəti olmamışdır. O, özünün narkotik vasitə istifadəsində təqsirli bilir.Narkotiki almaq üçün pulu ona Pərviz vermişdir. O da pulu Məhəmmədə vermişdir. İlkinin avtomaşınından aşkar olunmuş 42 qram qurudulmuş marixunana saxta pula alınmış narkotikin bir hissəsi olub. O, həmin narkotikdən özü üçün götürmüşdür. Lakin Təqsirləndirilən şəxs6 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 20.00 radələrində Saatlı rayonuna Amil və Pərvizlə birlikdə özünə məxsus «VAZ-21014» markalı **-BT-*** nömrə nişanlı avtomaşınla çatmışlar. Saatlıya çatanda hava artıq qaralmışdır, Saatlını tanımadığına görə Amilin göstərişləri ilə Saatlı rayonu Şirinbəy kəndində getmişlər, Amil Cavidə zəng etmişdir. Cavid onlarla görüşə «VAZ-2107» markalı avtomaşınla gəlmiş, avtomaşını İlkin adlı Cavidin tanışı idarə etmiş, Amil onun maşınından düşüb onlarla görüşmüş, təxminən 10 dəqiqə söhbətdən sonra o, və Pərviz də maşından düşərək Cavid və İlkinlə salamlaşmışlar. Amil onlara “biriniz Cavidlə gedin bir şey var götürsün gəlin” demiş, o da Pərviz tək getməsin deyə onlara qoşulmuş, özü və Pərviz İlkinin idarə etdiyi «VAZ-2107» markalı avtomaşına arxa oturacağa, Cavid isə qabaq oturacağa əyləşmişdir. Maşınla təyin olunmuş yerə çatarkən maşından düşmüşlər. Cavid Məhəmmədə zəng etmiş, Məhəmməd gəlib narkotik olan torbanı Cavidə vermiş, əvəzində Cavid ona pulu vermişdir. Cavid avtomaşına oturduqdan sonra onlar da oturub birlikdə yola düşmüşlər. X11 zəng edərək hara gəlməyi soruşmuş, Amil də ona istiqamət demişdir, lakin həmin yeri tanımadığına görə izah edə bilmir. Amil ona məxsus olan «VAZ-2114» markalı avtomaşını idarə edərək onların yanına gəlib əl ilə işarə edərək onun arxasınca gəlməklərini bildirmişdir. Çöllük ərazidə heç kimin olmadığı yerdə, yoldan kənarda Amil avtomaşını dayandırdığına görə onlar da dayanmış, maşından düşüb hər üçü aldıqları narkotikdən siqaret kimi doldurub istifadə etmişlər. Bundan sonra o, Pərviz və Amil ilə birlikdə özü idarə etdiyi «VAZ-21014» markalı **-BT-*** nömrəli avtomaşınla yola düşmüşlər, magistral yola çıxmışlar, Amili düşürdükdən sonra maşını kənara çəkib bir az istirahət etmişlər. Tərtərə yola düşəndə polis əməkdaşları tərəfindən saxlanılmışlar. Avtomaşınında aşkar edilmiş narkotik vasitəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etmiş və maşının sol qapısında saxlamışdır. Narkotik vasitə olan qurudulmuş marixuananın alqı-satqısında maddi marağı olmamış, Amil ilə yoldaşlıqları xətrinə onun göstərişlərini icra etmiş, bundan əlavə aldıqları narkotikdən özü də istifadə edəcəkmiş, narkotik vasitənin alışında istifadə olan 7500 manat saxta pulun mənbəyi barədə məlumatı yoxdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs7 ona Azərbaycan Respublikası CM-in 204.1, 234.4.1, 234.4.3 və 235.4.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 02 oktyabr 2020-ci il tarixdə Sumqayıt şəhərindən o, Göranboya, Pərvizlə Rakif isə Tər-Tərə getməli olmuşlar. Həmin gün Pərviz və Rakiflə birlikdə Sumqayıt şəhərindən Saatlıya getmişlər. Orada kafedə Cavidlə görüşüb çay içmişlər. Kafedə o təklikdə qalmışdır. Rakiflə Pərviz isə öz tanışları ilə görüşməyə getmişlər. Bir qədər sonra gəlmişlər. Sumqayıt şəhərindən Saatlıya gələndə Pərvizdə pul olması barədə məlumatı olmamışdır. O, Cavidə 50 və 20 manatlıq pul verməmişdir. Lakin Təqsirləndirilən şəxs7 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, Sumqayıt şəhərində ailəsiylə birlikdə yaşayır. Özü əvvəllər narkotik vasitə qurudulmuş marixuananı siqaret kimi çəkib istifadə etmişdir, hazırda istifadə etmir, tövbə etmişdir. Təqsirləndirilən şəxs6 3 ildir tanıyır, aralarında normal münasibətlər olmuşdur. Təqsirləndirilən şəxs5 Rakifin üzündən tanımışdır, türmə uşağı olmuşdur. Təqsirləndirilən şəxs3 isə Saatlı uşağı kimi tanımışdır. 02 oktyabr 2020-ci il tarixdə Pərviz və Rakiflə birlikdə Sumqayıtdan Saatlıya gəlmişlər, məqsədləri İmişli rayonunda əkin üçün torpaq sahəsinə baxmaq olmuşdur. Belə ki, Rakiflə birlikdə həmin torpaq sahəsində arpa əkmək istəmişlər, yolüstü Saatlı rayonunda dayanıb çayxanada oturub çay içmişlər. Bir müddət sonra Təqsirləndirilən şəxs3 çayxanaya gəlmiş, orada Pərviz və Rakiflə söhbət etmişdir. Həmin söhbətin məzmununu bilməmiş, həmin söhbətdən sonra Rakif və Pərviz ona “sən bizi gözlə bir yer var gedək-gələk” deyərək ikisi birlikdə çıxıb getmişlər, o, isə orada onları gözləmişdir. Təxminən bir saat sonra Rakif ona xatırlamadığı nömrədən zəng edərək «gəl bizi burdan götür» demiş, çünki Rakifin **-BT- *** nömrəli maşını çayxananın qarşısında, açarı da üstündə olmuşdur. O da maşını götürüb getmiş, Rakiflə Saatlı rayonu, Naharlı kəndi ərazisində görüşmüşlər. Həmin vaxt onlar “VAZ-2107” markalı avtomobildə olmuşlar, Rakif, Pərviz və Cavidlə həmin ərazidə görüşmüş, ondan ya Rakif, ya da Pərviz 200 manat pul istəmiş, o da vermişdir. Sonra Cavidgil çıxıb getmişlər, onlar üçü qalmışlar. Bu hadisədən dərhal sonra o, Pərviz və Rakif onların kəndinə, yəni İmişli rayonu, Qaraqaşlı kəndinə yollanaraq gecəni kənddə qalmışlar. xx.xx.2020-ci il tarixdə saat 09.00 radələrində evdə hər üçü səhər yeməyi yemişlər, səhər yeməyindən sonra Pərviz və Rakif «888» nömrəli avtomaşınla çıxıb getmişlər. O, həmçinin bildirmişdir ki, Saatlıya elə-belə çay içməyə düşmüşlər, Rakifgil də öz işləri ilə bağlı gedəndə onların işinə qarışmamışdır, saxta puldan və nəşədən məlumatlı olmamışdır, Pərviz və Rakifdə bıçaqlar olduğunu bilməmişdir. Pərvizin çiynində çanta olmuş, lakin içində nə olduğunu bilməmişdir. xx.xx.2020-ci il tarixdə Saatlıya gedəndə çayxanada Nuri ilə görüşmüş, zəngləşmişdir, Saxta puldan xəbəri yoxdur, onda heç vaxt saxta pul olmamışdır, barəsində ifadə verənlər yalan danışırlar. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 çayxanaya onunla görüşməyə kimin dəvət etdiyini hazırda xatırlamır. Həmçinin bildirmişdir ki, o, narkotik vasitə əldə etməmişdir, onun barəsində deyilənlər yalandır, onun heç nədən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiklərindən xəbəri yoxdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və ya şübhəli şəxs qismində saxlanılan zaman polis əməkdaşları tərəfindən döyülməmiş və heç bir qanunsuz hərəkətə məruz qalmamışdır. xx.xx.2020-ci il tarixdə baş vermşi hadisədən sonra Pərviz və Rakifin tutulmağını eşitdiyi üçün bir az qorxmuş, buna görə də həmin ərəfədə istifadəsində olmuş telefonunu çöllük ərazidə itirmiş, telefonunu itirməyi ilə bağlı hüquq-mühafizə orqanına ərizə ilə müraciət etməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası CM-in 204.1, 234.4.1, 234.4.3 və 235.4.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxslərdən əvvəllər yalnız Cavidi tanımış, onunla Saatlıda qonşuluqda yaşamışlar. Özünə məxsus VAZ-2107 markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, xx.xx.2020-ci il tarixdə Cavidi taksi kimi Saatlı rayonu, Şirinbəyli kəndi yaxınlığındakı «Dərələyəz» kafesinə aparmışdır. Cavid orada Sumqayıtdan gələn şəxslərlə görüşmüşdür. Sonra Cavidi və həmin şəxslər Məhəmməddən narkotiki almaq üçün aprmışdır. Maşında yol gedərkən narkotik almaq üçün verəcəkləri pulun saxta olması barədə söhbət olmuşdur. Şirinbəyli kəndində Cavid, Rakif və Pərviz maşından düşüb Məhəmmədlə görüşmüşlər. O, həmin vaxt onlara yaxınlaşmamış, kənarda avtomaşının kapotunun üstündə oturub siqaret çəkmişdir. Həmin şəxslər ondan bir qədər kənarda narkotik alqı-satqısı etmişlər. Sonra Cavid, Pərviz və Rakifi gəldikləri yerə aparmışdır. X9 zəng edərək verdiyi pulun saxta olduğunu demiş, Cavid də bundan sonra telefonu söndürmüşdür. Bir qədər getdikdən sonra avtomaşınları dayandırmışlar. Pərviz və Rakif onun maşınından düşüb Amilə yaxınlaşmışlar. Pərviz Cavidə alıdığı narkotikdən bir qədər verərək «çəkərsən» demişdir. Cavid də həmin narkotik götürüb avtomaşının salonunda arxaya atmışdır. Arxada səsgücləndirinin yeri boş olduğuna görə narkotik yük yerinə düşmüşdür. Saatlı şəhərində yolda olduqları zaman onları polis əməkdaşları saxlamışlar. Avtomaşına baxış zamanı Cavidə məxsus narkotik vasitə aşkar olunmuş, Cavidin üzərindən isə 90 manat aşkar olunmuş, daha sonra baxışla bağlı protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs4 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində isə göstərmişdir ki, «VAZ-2107» markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomaşın anasının mülkiyyətində olsa da, etibarnamə ilə özü idarə edir, daimi iş yeri yoxdur, əsasən taksi fəaliyyəti göstərməklə dolanır. Təqsirləndirilən şəxs3 uzun müddətdir tanıyır, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs3gilə qonaq kimi getmiş, lakin onların evində qalmamış, iki gün idarə etdiyi avtomaşında gecələmişdir. xx.xx.2020-ci il tarixdə saat 21.00 radələrində Cavidin təklifi ilə ona sürücülük etmişdir. Cavid Şirinbəyli kəndində bir adamda içərisində narkotik olan torba olduğunu, həmin torbanı götürüb Amil adlı şəxsə təqdim edəcəyini demiş, o, qorxaraq Cavidə «məni nəyə görə zibilə salırsan?» demiş, Cavid də «sən heç nedən qorxma, sənin heç nəyə aidiyyətin olmayacaq, taksi kimi gedibgəlib pulunu alacaqsan» demişdir. Maddi vəziyyəti pis olduğuna görə Cavidin təklifi ilə razılaşmış, Cavid ona bu işə görə 200 manat verəcəyini bildirmişdir. O da kasıb olduğundan 200 manatın onun üçün yaxşı pul olduğunu, həmçinin pulu olmadığına görə Füzuliyə qayıda bilmədiyini nəzərə alıb fikirləşmişdir ki, pul qazanıb yanacaq töküb yaşadığı Füzuliyə qayıdar. xx.xx.2020-ci il tarixdə axşam saatlarında Cavidin tapşırığı ilə onu Saatlı rayonu, Şirinbəyli kəndi yaxınlığındakı «Dərələyəz» kafesinə aparmış, kafedən çöldə Cavid Sumqayıtdan gəldikləri deyilən Pərviz, Rakif və Amil ilə görüşmüş. Onları əvvəl tanımamış, həmin görüş zamanı tanış olmuşdur. Pərviz saqqallı, uzun saçlı, Rakif uzun və arıq bədən quruluşlu olmuş, Amil adlı şəxsin isə saçları seyrək, orta boylu, yaşı təxminən 30-35 olmuşdur. Cavid həmin şəxslərlə danışıb qurtardıqdan sonra onun yanına gəlmiş, Cavid sonradan tanıdığı Məhəmmədə zəng edib Sumqayıtdan gələnlərin narkotik vasitə qurudulmuş marixuana almaq istədiklərini, narkotiki almaq istəyən adamların əvvəlcə nümunə kimi narotiki alıb yoxlamaq istədiklərini bildirmişdir. Bu danışıqdan sonra o, Cavidin tapşırığı ilə Cavidi Şirinbəyli kəndinə gedən yolda «Araz» marketin yaxınlığına aparmış, Cavid Məhəmmədlə görüşmüş, Məhəmməd narkotiki gedib gətirmək üçün Caviddən onun avtomobilini istəmiş, o, Caviddən Məhəmmədin maşın sürməyi bacarıbbacarmadığını soruşmuş, Cavid ona «narahat olma sürə bilir ver getsin» demişdir. Maşını sürmək üçün Məhəmmədə verdikdən təxminən 20 dəqiqə sonra Məhəmməd maşını qaytarmış və əliboş gələrək nümunə üçün narkotiki bir azdan gətirəcəyini demişdir. Təxminən 30 dəqiqə sonra «Dərələyəz» kafesinin yaxınlığında Məhəmməd sellofan torbanın içində kağıza bükülmüş vəziyyətdə bir neçə bükümdən ibarət narkotik vasitə marixuana gətirmiş, həmin bükümlər rəqəmlə işarələnmiş, Cavid həmin bükümləri «Dərələyəz» kafesində Amilə vermişdir. Daha sonra həmin şəxslər narkotiki siqaret kimi çəkib yoxlamışlar. Cavid özü də nümunə kimi verilmiş marixuanadan siqaret kimi çəkmişdir. O, isə narkotik istifadə etmədiyinə görə çəkməmişdir. Məhəmməd Cavidə teztez zəng edib hansı narkotiki bəyəndiklərini soruşmuş, Cavid də məcbur olub cavabı öyrənmək üçün Sumqayıtdan gələnlərin yanına «Dərələyəz» kafesinə onunla birgə getmişdir. Sumqayıtdan gələn 3 nəfər şəxsdən hansısa bir rəqəmi ilə işarələnmiş bükümdə olan narkotiki bəyəndiyini demiş, daha sonra Cavid onlardan «narkotiki almağa pulunuz varmı» deyə soruşduqda Pərviz pulları olduğunu deyərək cibindən 7500 manat çıxarıb Cavidə vermişdir. Həmin vaxt Pərviz Cavidə pulun saxta olduğunu demiş, Cavid də «eybi yox qoy qalsın» demişdir. Onun avtomaşını ilə Məhəmmədlə görüşə getmişlər. O, avtomaşını idarə etmiş, Cavid onun yanında qabaq oturacaqda, Pərviz və Rakif arxa oturacaqda əyləşmişlər. Pərviz və Rakif özləri ilə bıçaq və dubinka da götürmüşlər. Amil, isə onlarla getməmişdir. O, avtomaşını idarə edib Şirinbəyli kəndinə getmiş, Cavid, Rakif və Pərviz maşından düşüb Məhəmmədlə görüşmüşlər. O, həmin vaxt onlara yaxınlaşmamış, kənarda avtomaşının kapotunun üstündə oturub siqaret çəkmişdir. Həmin şəxslər ondan bir qədər kənarda narkotik alqı-satqısı etmişlər. Hava qaranlıq olduğundan onların hərəkələrini tam aydın görə bilməmişdir, həmçinin kənarda daha bir adamın əlində fanar dayanıb onları müşahidə etdiyini görmüş, bir neçə dəqiqə sonra Cavid, Pərviz və Rakif tələsik formada maşına yaxınlaşıb ona «tez sür gedək» demişlər. Onlar qayıdanda Pərvizin əlində içində mariuxana olan torba olmuşdur. İzi itirmək üçün Cavidin dediyi yolla kənd arası yarı torpaq yarı asfalt yolla hərəkətə başlamış, yolda olarkən Cavid Amilə zəng edərək gedəcəkləri istiqaməti soruşmuş, bir qədər sonra Amil ağ rəngli 888 nömrəli «VAZ- 21014» markalı avtomaşınla onun avtomaşınına yaxınlaşaraq əl ilə işarə edərək arxasıyla getməyini bildirmişdir. X9 zəng edərək verdiyi pulun saxta olduğunu demiş, Cavid də bundan sonra telefonu söndürmüşdür. Bir qədər getdikdən sonra avtomaşınları dayandırmışlar. Amil ağ rəngli 888 nömrəli «VAZ-21014» markalı avtomaşında tək olmuşdur. Pərviz və Rakif onun maşınından düşüb Amilə yaxınlaşmışlar. Üzü saqqallı olan Pərviz narkotiki Amilə vermiş, Cavid və digər üç nəfər alınmış narkotikdən siqaret kimi çəkmişlər. O, isə çəkməyərək kənarda dayanmışdır. Amil ona taksi fəaliyyətinə görə 50 manat, Cavidə isə 90 manat vermişdir. Bundan əlavə Pərviz Cavidə alıdığı narkotikdən bir qədər verərək «çəkərsən» demişdir. Cavid də həmin narkotik götürüb avtomaşının salonunda arxaya atmış, arxaya atanda səsgücləndirinin yeri boş olduğuna görə yük yerinə düşmüşdür. O, avtomaşında narkotik daşımağına etiraz etmiş, Cavid də aparıb kiməsə hədiyyə edəcəyini demişdir. Qayıdanda ona verilən 50 manatdan 10 manat dəyərində maşınına yanacaq vurmuş, yolda olarkən Saatlı şəhərində onları polis əməkdaşları saxlamışlar. Avtomaşına baxış zamanı Cavidə məxsus narkotik vasitə aşkar olunmuş, Cavidin üzərindən isə 90 manat aşkar olunmuş, daha sonra baxışla bağlı protokol tərtib olunmuşdur. O, həmçinin bildirmişdir ki, Sumqayıtdan gələn uşaqlar Cavidə həmin işə görə 2000 manat söz vermişlər, həmin söhbətin harada baş verməsini xatırlamır, Pərvizlə Cavidin arasında saxta pulla bağlı danışıq olmuş, belə ki, Cavid narkotiki almağa pulları olub-olmadığını soruşduqda Pərviz «var ama saxtadır» demiş, Cavidin də həmin işdə marağı olduğu üçün pulun saxta olmasını bilsə də etiraz etməmişdir. Cavid həmin işin görülməsi müqabilində ona 200 manat söz versə həmin pulu verməyərək «mənim özümə pul versələr sənə də verəcəm» demiş, ona Amil cəmisi 50 manat pul vermişdir. Təqsirləndirilən şəxs4 ifadəsində onu da göstərmişdir ki, 50 manat pulu ona narkotik vasitənin alınmasında köməklik etdiyinə görə xidmət haqqı kimi Təqsirləndirilən şəxs7 vermişdir. Fotoşəkil əsasında tanınma zamanı da Amilin şəklini tanımışdır. Həmin pul saxta deyilmiş, pul saxta olsaydı həmin pula Saatlı rayonunda yanacaq dolduran zaman bu aşkar olunarmış. Çünki məntəqədə pulun həqiqiliyinə baxılmış və saxtalıq aşkar olunmamışdır. Yanacaq doldurma məntəqəsində 50 manatı da qəbul edib ona 40 manat geri qaytarmışlar. O, saxta pula narkotik almağa getdiyini dərk etmiş, Cavidlə əvvəlcədən şərtini kəsmişdir ki, bu işə görə 200 manat pul istəyir. Cavid də bununla razılaşmışdır. Bu işə görə polis tərəfindən tutula biləcəklərini fikirləşməzmiş. Fikirləşib ki, polis haradan biləcək ki, onlar nə işlə məşğuldurlar. Hadisə ilə bağlı o, Cavidlə, şəhərdən narkotik almağa gələn Pərviz, Rakif, Amil isə öz növbəsində Cavidlə razılamışdılar. Onun gözünün qabağında maşının içində Pərviz alqı-satqıdan əvvəl saxta pulu Cavidə vermişdir. Onun narkotik almaqda marağı olmamışdır. Etdiyim əməli dərk edirmiş, lakin ona maraqlı olan 200 manat pul qazanmaq olmuşdur. Bütün bu işlər əvvəlcədən razılaşdırılmışdır. Sumqayıtdan gələn hər üç nəfər, yəni Amil, Pərviz və Rakif pulun saxta olmasını bilmişlər. Pərviz Cavidə onun maşınının içində saxta pulu verəndə Rakif də arxa oturacaqda oturmuşdur və bütün baş verənləri görürmuş. Onlar arasında baş tutmuş söhbətin qulaq şahidi olduğuna görə bütün başa verənləri başa düşürmüş. Onların da söhbətindən aydın olmuşdur ki, Amil, Pərviz və Rakif Sumqayıtdan gələndə özləri ilə hazır saxta pul götürmüşlər. Şahid1 məhkəmədə göstərdi ki, Saatlı rayonu Sarıcalar kəndində ərzaq dükanında satıcı işləyir, Təqsirləndirilən şəxs1 uzun müddətdir tanıyır. xx.xx.2020-ci il tarixdə saat 21- 22 radələrində işlədiyi dükanında olarkən tanışı Elnur İlkin və sonradan tanıdığı Məhəmməd adlı şəxslərlə oraya gəlmişlər. Elnurun xahişi ilə onları öz avtomobili ilə Saatlı rayonunda sonradan tanıdığı Vəkilgilin qapısında düşürmüşdür. Məhəmməd maşından düşən kimi Vəkilllə mübahisə edərək «oğlun bizə saxta pul verib onun başını kəsəcəm» sözlərini demiş, o da Məhəmmədi sakitləşdirmişdir. Sonra isə oradan getmişdir. Növbəti gün ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Məhəmməd cinayət törətdiklərinə görə saxlanılmışlar. Şahid3 məhkəmədə göstərdi ki, Təqsirləndirilən şəxs3 onun oğldudur. Cavid yetkinlik yaşına çatmamışdır. Cavid Təqsirləndirilən şəxs4lə dostluq etmişdir. Cavidin son vaxtlar xoşagəlməyən uşaqlara qoşulduğunu hiss etmiş, onu tez-tez danlamışdır. xx.xx.2020-ci il tarixdə axşam saatlarında evdə olduğu zaman tanımadığı şəxslər «Hyundaı» markalı avtomaşınla onun evinə gəlmiş və Cavidi soruşmuşlar. O isə Cavidin harada olduğunu bilmədiyini demişdir. Həmin şəxslərdən biri oğlu Cavidin onlara saxta pul verdiyini, onun başını kəsəcəyini demişdir. O əsəbiləşərək onlarla mübahisə etmiş və Cavidə zəng etmişdir. Lakin Cavidin telefonu sönülü olduğuna görə zəng çatmamışdır. Həmin şəxslər Cavidin evdə olmadığını görüb çıxıb getmişlər. Daha sonra oğlunun törətdiyi cinayətlə bağlı Saatlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanması barədə ona məlumat verilmişdir. Şahid7 Fazil oğlu məhkəmədə göstərdi ki, Saatlı rayon polis şöbəsində cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 oktyabr 2020-ci il tarixdən 03 oktyabr 2020-ci il tarixə keçən gecə Saatlı rayon Şirinbəy kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyat-axtarış tədbirləri keçirilməklə 03 oktyabr 2020-ci il tarixdə saat 00:05 radələrində Saatlı şəhəri, M.P.Vaqif küçəsində Təqsirləndirilən şəxs1, onun yanında olan, Şirinbəy kənd sakinləri Təqsirləndirilən şəxs2 Alı oğlu və Şahid2 ilə birlikdə saxlanılmışlar. Onları Saatlı rayon polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslərin üzərlərində narkotik vasitə olmasına şübhə olduğundan təhqiqatçı tərəfindən əvvəlcə Təqsirləndirilən şəxs1 üstündə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki şalvarın ön sağ cibindən bir ədəd dəri pul qabının içərisində bir ədəd salfet bükülüsü və bir ədəd 10 manatlıq pul əsginasının bükülüsü aşkar edilmiş, həmin bükümlər açıldıqda hər ikisinin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olduğu müəyyən edilmişdir. Həmin kütlələrin çəkisi elektron tərəzi ilə ölçülərək qeyd edilmiş, hər iki kütlə araşdırma zərurəti ilə bağlı bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Bundan başqa həmin vaxt Təqsirləndirilən şəxs1 əynindəki pencəyin sağ yan cibindən 16 ədəd 200 manatlıq, 28 ədəd 100 manatlıq, 18 ədəd 50 manatlıq və 30 ədəd 20 manatlıq pul əsginaslarından ibarət ümumilikdə 7500 manat pul aşkar edilmiş, həmin pulların seriyaları təkrarlandığı üçün onlar həmin pulların saxta olmasından şübhələnmişlər, ona görə də həmin pullar araşdırma zərurəti ilə bağlı bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs2 və Şahid2 üzərlərində şəxsi axtarış keçirilmiş, lakin qanunsuz əşya aşkar olunmamışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üstündən aşkar edilmiş 7500 manat pul saxta puldur, həmin pulu ona Təqsirləndirilən şəxs2 ondan aldığı narkotik vasitə qurudulmuş marixuananın müqabilində vermişdir. Məhəmməd də Elnurun dediklərini təsdiq edərək həmin saxta pulu ona Elnurdan alıb Cavid adlı şəxsə satdığı narkotik vasitə qurudulmuş marixuanaya görə Cavid adlı şəxsin ona verdiyini bildirmişdir. Şəxsi axtarış zamanı foto və video çəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs1 və yanındakı şəxslər Cavid adlı şəxs barəsində onlara ətraflı məlumat verdikdən sonra həmin şəxsin Təqsirləndirilən şəxs3 olduğunu dəqiqləşdirib təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərini davam etdirmişlər. 03 oktyabr 2020-ci il tarixdə saat 02-03 radələrində Saatlı şəhəri ərazisində «VAZ 2107» markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobili müəyyən edib saxlamışlar, həmin vaxt avtomobilin sükanı arxasında şəxsiyyətini sonradan dəqiqləşdirdikləri Təqsirləndirilən şəxs4, ön sağ oturacaqda isə Təqsirləndirilən şəxs3 əyləşmişdir. Onlar hər iki şəxsi Saatlı rayon polis şöbəsinə dəvət etmişlər və avtomobili də şöbəyə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üstlərində şəxsi axtarış keçirilsə də, onların üstündən narkotik vasitəyə oxşar kütlə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 bildirmişdir ki, Sumqayıt şəhərindən gələn şəxslərin ona verdikləri 7500 manat pul müqabilində Məhəmməddən narkotik vasitə qurudulmuş marixuana alıb həmin şəxslərə vermiş, bunun müqabilində həmin şəxslər aldıqları narkotik vasitədən ona bir ədəd sellofan bükümündə pay kimi vermişlər, həmçinin ona 1 ədəd 50 manatlıq və 2 ədəd 20 manatlıq əsginaslardan ibarət olmaqla 90 manat pul verərək sonradan 800 manat da pul verəcəklərini vəd etmişlər. Təqsirləndirilən şəxs3 həmin vaxt pul əsginaslarının şalvarının cibində olduğunu, həmin şəxslərin ona pay kimi verdikləri bükümün isə Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobilin yük yerində olduğunu söyləmiş, daha sonra Təqsirləndirilən şəxs3 əynindəki şalvarın ön sol cibindən 1 ədəd 50 manatlıq və 2 ədəd 20 manatlıq pul əsginasları aşkar edilərək bir ədəd zərfdə qablaşdırılmaqla götürülmüşdür. Daha sonra şöbənin həyətində «VAZ 2107» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan bir ədəd ağ rəngli polietilen torba aşkar edilmiş, həmin torbanın içərisində qeyd olunan kütlədən başqa iki ədəd ayrı-ayrılıqda dəftər vərəqinin bükümündə və bir ədəd kibrit qutusuna doldurulmuş vəziyyətdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr də olduğu müəyyən edilmişdir. Orada həmin kütlələrin çəkiləri elektron tərəzi ilə ölçülərək qeyd edilmiş, sonra həmin kütlələrin hamısı araşdırma zərurəti ilə bağlı qablaşdırılaraq götürülmüş, eləcə də pul əsginasları bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Baxış və götürmə zamanı foto və video çəkilişdən istifadə edilmiş, sonra bu barədə protokol tərtib edilib ucadan oxunmuş, protokolun düzgün tərtib olunması bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. 03 oktyabr 2020-ci il tarixdə saat 10-11 radələrində Təqsirləndirilən şəxs1 iştirakı ilə keçirilmiş baxışda o da iştirak etmiş, belə ki, Saatlı rayonunun Şirinbəy kəndində baxış zamanı kollektorun digər tərəfində yerləşən sahədə alaq otlarının arasında Təqsirləndirilən şəxs1 bir ədəd sellofan torbanı götürərək içərisində narkotik vasitə marixuana olduğunu bildirmiş, həmin sellofan torba açıldıqda içərisində yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan marixuanaya oxşar kütlənin olduğu müəyyən edilmiş, həmin kütlə aşkarlandığı torbada qablaşdırılaraq möhürlənmiş, bundan başqa həmin yerdə bir ədəd elektron tərəzi aşkar edilmiş, Təqsirləndirilən şəxs1 aşkar edilən narkotik vasitəni həmin yerdə özü gizlətdiyini və həmin tərəzini narkotik vasitə satarkən istifadə etdiyini, həmin tərəzi ilə Təqsirləndirilən şəxs2 satdığı narkotik vasitəni də çəkdiyini söyləmişdir. Baxış zamanı orada aşkar edilən həmin narkotik vasitəyə oxşar kütlə və bir ədəd elektron tərəzi araşdırma üçün əhəmiyyətli olduğundan qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs3 Sumqayıt şəhərindən gəlmiş şəxslər barədə məlumat verdiyi üçün onlar həmin şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirmişlər. Həmin məqsədlə 03 oktyabr 2020-ci il tarixdə nahardan sonrakı saatlarda Saatlı şəhəri ərazisində «VAZ 21144» markalı, **-BT-*** qeydiyyat nişanlı avtomobili, içərisində şəxsiyyətlərini sonradan dəqiqləşdirdikləri Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 ilə birlikdə müəyyən edib saxlamışlar, həmin şəxsləri Saatlı RPŞ-nə dəvət etmişlər və həmin şəxslərin olduqları avtomobili də polis şöbəsinin həyətinə aparmışlar. Şöbənin həyətində Təqsirləndirilən şəxs6 idarə etdiyi «VAZ 21144» markalı **-BT-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən bir ədəd qara rəngli dəmir beysbol dəyənəyi, üç ədəd - bıçaq aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Sonra həmin avtomobilin salonunda ön sol qapının içlik hissəsindən içərisində siqaret dənələrinin yanında narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olan bir ədəd kağız bükülüsü aşkar edilmiş, həmin kütlə də araşdırma ilə bağlı bir ədəd zərfə qoyularaq qablaşdırılıb möhürlənməklə götürülmüşdür. Avtomobildən araşdırma üçün maraq kəsb edən başqa heç bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Orada baxış zamanı Təqsirləndirilən şəxs6 üstündən araşdırma marağı kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Saxlanılarkən avtomobildə olmuş Təqsirləndirilən şəxs5 üstünə baxış keçirilən zaman isə onun çiyin nahiyəsindən asdığı qara rəngli çantanın içərisindən bir ədəd dəstək hissəsi əyri formada olan qatlanmayan bıçaq və bir ədəd kəmərinə taxılmış, dəstək hissəsi qara rəngli taxtadan olan qatlanmayan bıçaq aşkar edilmiş, hər iki bıçaq araşdırma ilə bağlı bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Həmin baxış zamanı foto və video çəkiliş həyata keçirilmiş, bu barədə protokol tərtib edilmişdir. Şahid qismində dindirilmiş Saatlı rayon polis şöbəsinin əməkdaşı X5 da Şahid7lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. “Şəxsi axtarış və götürmə aparılması barədə” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və satması barədə Saatlı RPŞ-nə daxil olmuş əməliyyat məlumatı ilə bağlı Təqsirləndirilən şəxs1 Saatlı şəhəri M.P.Vaqif küçəsində sonradan şəxsiyyətləri müəyyən edilmiş Təqsirləndirilən şəxs2 və Şahid2la birlikdə olarkən sonuncuların da Təqsirləndirilən şəxs1 qanunsuz narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqələrinin olduğuna şübhələr olduğundan onlar üçü də Saatlı RPŞ-nə gətirilmişlər, şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 əynindəki şalvarın qabaq sağ cibindən aşkar edilmiş dəri pulqabının içərisində bir ədəd salfet kağızına bükülmüş və bir ədəd B34472611 nömrəli 10 manatlıq pul əskinazına bükülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmiş, həmin bükülülərdəki narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr ayrı-ayrılıqda MH-696 markalı elektron tərəzidə çəkilərkən salfet bükümdəki kütlənin çəkisinin 5.736 qram, 10 manatlıq pul əskinazı bükümündəki kütlənin çəkisinin 1.743 qram olduğu müəyyən edilmiş, həmin 2 ədəd bükümdəki marixuanaya oxşar kütlələr məhkəmə-bioloji ekspertizaya göndərilməsindən ötrü 1 ədəd zərfdə qablaşdırılıb götürülmüş, bundan əlavə Təqsirləndirilən şəxs1 əynindəki pencəyinin sağ yan cibindən 16 ədəd, 8 ədədi A00583302 və 8 ədədi A0891161 nömrəli 200 manatlıq, 28 ədəd, 4 ədədi C75457779 və 24 ədədi C40365396 nömrəli 100 manatlıq, 18 ədəd B24102923 nömrəli 50 manatlıq və 30 ədəd B59452712 nömrəli 20 manatlıq pul əskinazları aşkar edilib bir ədəd zərfdə qablaşdırılaraq götürülmüş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş ümumilikdə 7500 manat pulun saxta olduğunu və həmin saxta pulu Təqsirləndirilən şəxs2 satdığı narkotik vasitəyə görə Məhəmmədin ona verdiyini bildirmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 və Şahid2 üstündən hər hansı bir narkotik vasitəyə oxşar kütlə və ya qanunsuz saxlanılan əşya və predmet aşkar olunmamış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 göstərdiklərini təsdiq edərək Elnurun üzərindən aşkar edilmiş 7500 manat pulu ona Cavid adlı şəxsin satdığı narkotik vasitəyə görə verdiyini bildirmişdir. “Baxış və şəxsi axtarış aparılması barədə” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Saatlı rayonu Şirinbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitəyə oxşar kütlə və öz deməsinə görə Təqsirləndirilən şəxs2 satdığı narkotik vasitəyə görə sonuncunun ona verdiyi 7500 manat saxta pul aşkar edilib götürülmüş, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 göstərdiklərini təsdiq edərək, Elnurdan aldığı narkotik vasitəni 7500 manata Cavid adlı şəxsə satdığını bildirmiş, ona görə də keçirilmiş tədbir nəticəsində şəxsiyyəti müəyyən edilmiş Təqsirləndirilən şəxs3 Saatlı şəhəri ərazisində sonradan şəxsiyyəti müəyyən edilmiş Təqsirləndirilən şəxs4 idarə etdiyi VAZ- 21070 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən müəyyən edilərək onlar avtomobillə birlikdə Saatlı RPŞ-nə gətirilmişlər, bununla bağlı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üstünə şəxsi axtarış aparılmış, lakin onların üstündən narkotik vasitəyə oxşar kütlə aşkar edilməmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 Nuri və Yaşar adlı şəxslərin vasitəsi ilə tanımadığı Sumqayıt şəhərində yaşadıqlarını qeyd etdikləri şəxslərə verdikləri 7500 manat pulun müqabilində Təqsirləndirilən şəxs2 narkotik vasitə alıb verdiyini, bunun müqabilində narkotik vasitə alan şəxslərin ona 90 manat, 1 ədəd 50 manatlıq və 2 ədəd 20 manatlıq pul əskinazlarını, həmçinin aldıqları narkotik vasitədən bir ədəd sellofan bükümdə verdiklərini, sonradan isə əlavə olaraq 800 manat pul verəcəklərini dediklərini bildirdi. Təqsirləndirilən şəxs3 ona verilmiş narkotik vasitənin Təqsirləndirilən şəxs4 avtomobilinin yük yerində olduğunu, pul əskinazlarının isə şalvarının cibində olduğunu bildirərək əynindəki şalvarın qabaq sol cibindən həmin pul əskinazlarını təqdim etmiş, həmin əskinazlar 1 ədəd A72849929 nömrəli 50 manatlıq və 2 ədəd B59452712 nömrəli 20 manatlıq əskinazlar olduğu müəyyən edilmiş, bundan sonra Saatlı RPŞ-nin inzibati binasının həyətində saxlanılan VAZ-21070 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı yük yerindən 1 ədəd ağ rəngli polietilen torba aşkarlanmış, həmin torba açılarkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə, 2 ədəd dəftər vərəqindən ibarət büküm və 1 ədəd kibrit qutusu aşkar edilmiş, həmin 2 ədəd bükümlər və 1 ədəd kibrit qutusu açılarkən içərilərində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmiş, həmin kütlələr ayrıayrılıqda MH-696 markalı elektron tərəzidı çəkilərkən sellofan torbadakı kütlənin çəkisinin 14.841 qram, 1 ədəd kibrit qutusundakı kütlənin çəkisinin 6.842 qram, 2 ədəd dəftər vərəqindəki kütlələrin çəkilərinin ayrı-ayrılıqda 6.665 qram və 6.115 qram olduğu müəyyən edilmiş, qeyd olunan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr məhkəməbioloji ekspertizasına göndərilməkdən ötrü 1 ədəd zərfdə qablaşdırılıb götürülmüş, aşkar edilmiş pul əskinazları da digər zərfdə qablaşdırılaraq götürülmüşdür. “Baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il protokoldan görünür ki, Saatlı rayonu Şirinbəy kənd sakini Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutularkən ilkin araşdırma zamanı vermiş olduğu izahatında həmkəndlisi Təqsirləndirilən şəxs2 vasitəsilə 7500 manata (saxta pullar) satmış olduğu narkotik vasitədən savayı yaşadığı kənddə kəndin mərkəzi yolunun sağ kənarında olan kənd sakinlərinə məxsus fərdi yaşayış evlərinə paralel olan kollektorun digər tərəfindəki sahənin kənarında alaq otlarının arasında sellofan torbada narkotik vasitə olan marixuananı (nəşəni) gizlətdiyini və onun yanında narkotik vasitə çəkməsi üçün elektron tərəzinin olduğunu bildirmiş, Təqsirləndirilən şəxs1 adını qeyd etdiyi ərazidə narkotik vasitəni gizlədərək saxlanılmasına əsaslı şübhələr olduğundan Saatlı RPŞ-nin inzibati binasının həyətindən müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə həmçinin konvoy qrupunun müşayiəti ilə Saatlı rayonunun Şirinbəy kəndinə gedilmiş, Təqsirləndirilən şəxs1 göstərdiyi marşrut üzrə hərəkət edilmiş və onun göstərdiyi yerdə Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə yolun sol tərəfindəki sahəni göstərərək narkotik vasitə marixuananı tərəzi ilə birlikdə həmin yerdə gizlətdiyini bildirmiş, həmin yer kənd sakinlərinə məxsus fərdi yaşayış evlərinə paralel olan kollektorun digər tərəfində yerləşmiş, daha sonra həmin yerə gedilərkən Təqsirləndirilən şəxs1 alaq otlarının arasında bir ədəd sellofan torbanı götürərək içərisində narkotik vasitə marixuana olduğunu bildirmiş, həmin sellofan torba açıldıqda içərisində yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan marixuanaya oxşar kütlənin olduğu müəyyən edilmiş, həmin kütlə aşkarlandığı torbada qablaşdırılaraq möhürlənmiş, həmin yerdə ağ rəngli üzərində SF-400 CAPA CİTY sözləri yazılmış elektron tərəzi aşkar edilmiş, Təqsirləndirilən şəxs1 həmin tərəzini narkotik vasitə satarkən istifadə etdiyini və həmin tərəzi ilə satdığı narkotik vasitəni də çəkdiyini bildirmiş, elektron tərəzi də iş üçün əhəmiyyətli olduğundan sellofana qoyularaq möhürlənmiş, sellofan bükülüdəki kütlə və elektron tərəzi müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. «VAZ 21144» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 üstünə baxış keçirilməsi ilə bağlı tərtib edilmiş “Baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Saatlı RPŞ-nin həyətində olan Təqsirləndirilən şəxs6 idarə etdiyi «VAZ 21144» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən bir ədəd qara rəngli üzərində BAT yazısı olan dəmir dəyənək, bir ədəd dəstək hissəsinə kəndir dolanmış bıçaq, bir ədəd dəstək hissəsi taxtadan olmaqla üzərinə qara rəngli lent sarılmış qatlanmayan bıçaq, bir ədəd üzərində pələng formasında şəkli olan qatlanan bıçaq aşkar edilərək götürülmüşdür. Baxışın davamı olaraq avtomobilin salonunda ön sol qapının içlik hissəsi adlanan yerdə isə bir ədəd kağız bükülüdə siqaret dənələrinin yanında narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmiş, həmin kütlə bir ədəd zərfə qoyularaq möhürlənib götürülmüşdür. Bundan başqa həmin avtomobildən əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. Baxış zamanı avtomobili idarə edən Təqsirləndirilən şəxs6 üzərində hər hansı bir əşya aşkar olunmamışdır. Həmin vaxt avtomobildə olan Təqsirləndirilən şəxs5 üzərinə baxış zamanı çiyin nahiyəsindən asdığı qara rəngli çantanın içərisindən bir ədəd dəstək hissəsi əyri formada qarşı hissəsi kəsici hissəyə malik qatlanmayan bıçaq və bir ədəd kəmərinə taxılmış, dəstək hissəsi qara rəngli taxtadan olan qatlanmayan bıçaq aşkar edilərək götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 03 oktyabr 2020-ci il tarixli 18/983 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 üstündən götürülmüş 1 ədəd “10 manat”lıq pul əskinası bükümündə təmiz çəkisi 1,64 qram, 1 ədəd salfet kağızı bükümündə təmiz çəkisi 7,29 qram- ümumi təmiz çəkisi 8,93 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr ona çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs1 gizlətdiyi 1 ədəd polietilen torbadakı təmiz çəkisi - 405,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs3 olduğu VAZ 21070 markalı avtomobildən götürülmüş kağız paketdə 1 ədəd mtorbada təmiz çəkisi 17,24 qram, 2 ədəd kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 9,35 qram və 8,56 qram- ümumi təmiz çəkisi 42,89 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs1 üstündən götürüldüyü və gizlətdiyi qeyd edilən marixuanalar ilə Təqsirləndirilən şəxs3 saxladığı qeyd edilən marixuanalar eyni tərkiblidir. Məhkəmə-bioloji ekspertizasının 03 oktyabr 2020-ci il tarixli 18/985 nömrəli rəyində qeyd edilmişdir ki, VAZ 21144 markalı, **-BT-*** qeydiyyat nişanlı avtomobildən (Təqsirləndirilən şəxs6 məxsus və Təqsirləndirilən şəxs5 da olduğu avtomaşın) götürülmüş, 1 ədəd kağız paketdə təmiz çəkisi - 10,52 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-bioloji ekspertizasının 08 dekabr 2020-ci il tarixli 7/816 nömrəli rəyində qeyd edilmişdir ki, təqdim olunmuş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və “VAZ- 2144” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər. Sənədlərin məhkəmə-texniki ekspertizasının 12 oktyabr 2020-ci il tarixli, 5/752 nömrəli rəyindən görünür ki, təqdim edilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş pul əskinazları- 8 ədəd A 00583302 və 8 ədəd A 08911161 nömrəli 200 nominalda; 4 ədəd C 75457779 və 24 ədəd C 40365396 nömrəli 100 nominalda, 18 ədəd B 24102923 nömrəli 50 nominalda, 30 ədəd B 59452712 nömrəli 20 nominalda Azərbaycan manatına oxşar tədqiqat obyektləri; Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 2 ədəd B 59452712 nömrəli 20 nominalda Azərbaycan manatına oxşar tədqiqat obyektləri dövriyyədə olan həqiqi 20, 50, 100 və 200 nominalda Azərbaycan manatı pul əskinaslarına uyğun deyildirlər. A 72849929 nömrəli 50 nominalda Azərbaycan manatı dövriyyədə olan eyni nominalda həqiqi Azərbaycan manatı pul əskinasına uyğundur. Elnur Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş pul əskinazları” yazısı olan zərfdəki 8 ədəd A 00583302 və 8 ədəd A 08911161 nömrəli 200 nominalda; 4 ədəd C 75457779 və 24 ədəd C 40365396 nömrəli 100 nominalda, 18 ədəd B 24102923 nömrəli 50 nominalda, 30 ədəd B 59452712 nömrəli 20 nominalda Azərbaycan manatına oxşar tədqiqat obyektləri; “Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş pul əskinazları” yazısı olan zərfdəki 2 ədəd B 59452712 nömrəli 20 nominalda Azərbaycan manatına oxşar tədqiqat obyektləri həqiqi pul əskinaslarından surəti çıxarılaraq eyni axınlı çap üsulu ilə rəqəmsal çap qurğusunda (çoxaldıcı qurğu, printer) hazırlanmışdır. Sənədlərin əlavə məhkəmə-texniki ekspertizasının 12 mart 2021-ci il tarixli 5/168 nömrəli rəydə qeyd edilmişdir ki, “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş pul əskinazları” yazısı olan zərfdəki 8 ədəd A 00583302 və 8 ədəd A 08911161 nömrəli 200 nominalda, 4 ədəd C 75457779 və 24 ədəd C 40365396 nömrəli 100 nominalda, 18 ədəd B 24102923 nömrəli 50 nominalda, 30 ədəd B 59452712 nömrəli 20 nominalda Azərbaycan manatına oxşar tədqiqat obyektləri; “Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş pul əskinazları” yazısı olan zərfdəki 2 ədəd B 59452712 nömrəli 20 nominalda Azərbaycan manatına oxşar tədqiqat obyektləri eyni nominallı həqiqi pul əskinasından aşkar şəkildə fərqlənmir. Məhkəmə-ballistik ekspertizasının 05 0ktyabr 2020-ci il tarixli, 18/986 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs5 götürülmüş bir ədəd bıçaq ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatı təyişdirilən əlavə dəyişikliklər edilməmişdir və soyuq silah hesab edilir. Təqdim edilmiş digər bıçaqlar və beysbol idman oyununda istifadə olunandəyənək soyuq silah hesab edilmir. Məhkəmə-narkoloji ekspertizasının rəylərindən görünür ki, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacları yoxdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 945 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs7 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 119 saylı rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs4 yüngül əqli gerilik (yüngül debillik dərəcəsində oliqofreniya) aşkar olunur. Təqsirləndirilən şəxs4 cinayət törətdiyi vaxt yüngül əqli gerilik (yüngül debillik dərəcəsinə görə oliqofreniya) qeyd olunmuşdur. Təqsirləndirilən şəxs4 qeyd olnan əqli gerilik öz ifadə dərəcəsinə görə onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs4 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs4 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə-psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 468 saylı rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs3 fərdi-psixoloji xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Təqsirləndirilən şəxs3 əqli və psixi inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar olunmadı. Saatlı rayon məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli qərarı ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə Saatlı rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid6 03 oktyabr 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Saatlı Rayon Məhkəməsinin 04 oktyabr 2020-ci il tarixli «həbs qətimkan tədbirinin seçilməsi» barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, əməlindən peşmançılıq çəkdiyini bildirmişdir. Saatlı Rayon Məhkəməsinin 04 oktyabr 2020-ci il tarixli «həbs qətimkan tədbirinin seçilməsi» barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, əməlindən peşmançılıq çəkdiyini bildirmişdir. Saatlı Rayon Məhkəməsinin 04 oktyabr 2020-ci il tarixli «ev dustaqlığı qətimkan tədbirinin seçilməsi» barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs3 elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, əməlindən peşmançılıq çəkdiyini bildirmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. xx.xx.2021-ci id tarixli tələbnamədən görünür ki, Amil Abdullayin məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs2 Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apelyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə hökm dəyişdirilməklə 01 il 05 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Saatlı rayon İcra və Probasiya Şöbəsinin 04 dekabr 2020-ci il tarixli arayışında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 həmin cəzanın icra olunması üçün 04 noyabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Bununla da o xx.xx.2020-ci ildə həbs olunana kimi həmin cəzasının 10 ay 29 gününü çəkmiş, 6 ay 15 gününü çəkməmişdir. « 08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.5-ci maddəsinə əsasən həmin qərar qanuni qüvvəyə minənədək azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər cəzadan azad olunurlar. Odur ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən həmin cəza nəzərə alınmamalıdır. Təqsirləndirilən şəxs5 Bakı Ağır Cinayət Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 180.2.1, 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cü ildə Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında qanuna əsasən cəzası 04 ilə endirilmiş, xx.xx.2019cu ildə Xəzər rayon məhkəməsinin qərarı ilə cəzadan 08 ay 14 gün vaxtandın əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs3 Ağcabədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzaçəkmə müddətinin əvvəli 12 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Ağcabədi rayon məhkəməsinin 25 aprel 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, həmin hökm qanuni qüvvəyə minmişdir. Ailə tərkibi haqqında arayışdan və sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs7 ailəlidir, himayəsində 2010 və 2012-ci illərdə doğulmuş iki azyaşlı uşaqları vardır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. Təqsirləndirilən şəxs4 subaydır, yaşayış yerindən müsbət səciyyələnir. Ailə tərkibi haqqında xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir, xx.xx.2006 və xx.xx.2008-ci il təvəllüdlü uşaqları vardır. Yaşayış yerindən müsbət səciyyələnir. Eyni tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 subaydır. Yaşayış yerindən müsbət səciyyələnir. Təqsirləndirilən şəxs3 subaydır, yaşayış yerindən müsbət səciyyələnir. Təqsirləndirilən şəxs5 subaydır, yaşayış yerindən müsbət səciyyələnir. Təqsirləndirilən şəxs6 ailəlidir, yaşayış yerindən müsbət səciyyələnir. İşdə olan xx.xx.2013-cü il tarixli stasionar xəstənin kitabçasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs4 «Yüngül dərəcəli əqli gerilik» diaqnozu ilə müalicə olunmuşdur. Təqsirləndirilən şəxs7 iş üzrə 22 mart 2021-ci il tarixdə tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilməklə həmin vaxtdan həbsdə saxlanılır. Təqsirləndirilən şəxs1 iş üzrə 03 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilməklə həmin vaxtdan həbsdə saxlanılır. Təqsirləndirilən şəxs2 iş üzrə 03 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilməklə həmin vaxtdan həbsdə saxlanılır. Təqsirləndirilən şəxs3 iş üzrə 03 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, barəsində Saatlı rayon məhkəməsinin 04 oktyabr 2020-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 Ağcabədi rayon məhkəməsinin 24 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs5 iş üzrə 03 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, barəsində Saatlı rayon məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Rakif Abiyev iş üzrə 04 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, barəsində Saatlı rayon məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs4 22 may 2021-ci il tarixdə ittiham elan olunmaqla barəsində həmin tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə satış məqsədi ilə qanunsuz olaraq faktiki müəyyən edilmiş 467,34 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmələri, daşımaları və saxlamaları, Təqsirləndirilən şəxs2 tanışı, yetkinlik yaşına çatmadığını bilmədikləri Təqsirləndirilən şəxs3 vasitəçiliyi ilə faktiki müəyyən edilmiş 53,41 qram narkotik vasitə qurudulmuş marixuananı Sumqayıt şəhər sakinləri Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs7 saxta olduğunu bilmədikləri 7500 manat pula satmaları, sonradan isə onlara narkotik vasitəyə görə verilmiş pulun saxta olmasının məlum olması; Sumqayıt şəhər sakinləri Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək satış məqsədi ilə saxta pul hazırlamaları, hazırlamış olduqları saxta puldan istifadə etməklə, dələduzluq yolu ilə talamaqla narkotik vasitələri ələ keçirmək məqsədi ilə hər üçü bir qrup şəxs halında birləşməklə 2 oktyabr 2020-ci il tarixdə Sumqayıt şəhərindən Saatı rayonu Şirinbəyli kəndində gələrək orada Təqsirləndirilən şəxs7 tanışı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə də saxta puludan alqı-satqıda istifadə etməklə narkotik vasitəni talamaqla əldə etmək barədə razılaşmaları, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 2 oktyabr 2020-ci il tarixdə saat 21 radələrində sonuncunun idarə etdiyi avtomaşınla gedərək Saatlı rayonu Şirinbəyli kəndində Təqsirləndirilən şəxs2la görüşmələri, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs5 ona verdiyi 7500 manat saxta pulu ümumi niyyətlə Təqsirləndirilən şəxs2 verməklə alqı-satqı görüntüsü yaratmaqla qurudulmuş marixuanı ondan alması, beləiklə də qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitəni talamaqla əldə etmələri, əldə etdikləri narkotik vasitənin 42,89 qramını Təqsirləndirilən şəxs3 vermələri, 10,52 qramını Təqsirləndirilən şəxs6 götürməsi, əməllərində cinayət tərkibinin və cinayət hadisəsinin olması, təqsirlilikləri tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Məhəmməd Şaişikovun pulun saxta olmasını bilmədən 7500 manata satmış olduqları, eləcə də Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 onlardan həmin məbləğdə saxta puldan istifadə etməklə əldə etdikləri narkotik vasitə qurudulmuş marixuananın əməliyyat-axtarış tədbirləri nəticəsində 42,89 qramının Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 olduqları avtomobildə, 10,52 qramının isə Rafik Əliyevə məxsus avtomobğildə-cəmi 53,41qramının əldə edilməsi mükün olmuş, qalan hissəsi isə əldə edilməmişdir. Beləliklə də alqısatqı predmeti olmuş narkotik vasitə qurudulmuş marixuananın çəkisini dəqiq müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək narkotik vasitə qurudulmuş marixuananı satmalarından sonra satış məqsədi ilə qanunsuz olaraq əldə etdib saxladıqları qurudulmuş marixuanadan 413,93 qramı (Təqsirləndirilən şəxs1 üzərində aşkar olunmuş 8,93 qram +otluq sahədə saxladıqları 405 qram) aşkar olunaraq götürülmüşdür. Həm satılmış narkotik vasitə qurudulmuş marixuananın faktiki olaraq əldə edilmiş 53,41 qram hissəsi, həm də Təqsirləndirilən şəxs1 aşkar olunmuş 413,93 qram qurudulmuş marixuanalar həm ayrı-ayrılıqda, həm də birlikdə külli miqdar təkil etmirlər, lakin şəxsi istehlak miqdarından artıqdırlar. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları» na əsasən qurudulmuş marixuananın 5 qramı şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı isə külli miqdar hesab edilir. Göstərilənlərlə yanaşı ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin ifadələrinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda-1,608 kq çəkidə narkotik vasitə qurudulmuş marixuananı satmağa görə, eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs6 həmin miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz əldə etməyə, saxlamağa və daşımağa görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə, eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs6 saxta puldldan istifadə edərək alqı-satqı görünüşü yaratmaqla 1,608 kq çəkidə, külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı talamaqla əldə etməyə görə CM-nin 235.4.2-ci maddəsi ilə ittiham verilmişdir. Lakin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən 7500 manat məbləğində saxta pula satılmış narkotik vasitə qurudulmuş marixuananın yalnız 53,41 qramı əldə edildiyindən təqsirləndirilən şəxslərin hər birinin əməlinə həmin miqdarda narkotik vasitəyə əsasən hüquqi qiymət verilməlidir. Yəni ifadələrdə 1,608 ka narkotik vasitə olan qurudulmuş marixuananın alqı-satqısından söhbət getsə də, faktiki olaraq keçirilmiş əməliyyat-axtarış tədbirləri və ibtidai istintaq zamanı həmin miqdarda qurudulmuş marixuananın əldə edilməsi mümkün olmamışdır. Alqı-satqı predmeti olmuş 53,41 qram qurudulmuş marixuananın əldə edilməsi və ekspertiza tədqiqatına təqdim edilməsi mümkün olmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs1 özündə qalan, satılmamış 413,93 qram qurudulmuş marixuananın əldə edilməsi və ekspertiza tədqiqatına təqdim edilməsi mümkün olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə ümumilikdə 417,34 qram çəkidə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşımaya və bir qrup şəxs halında faktiki əldə edilmiş 53,41 qram çəkidə qurudulmuş marixuananı satmağa görə ittiham verilə bilər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs7 də qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə bir qrup şəxs halında 53,41 qram narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz əldə etmə, saxlama və daşımağa görə ittiham verilə bilər. Faktiki əldə edilmiş qurudulmuş marixunana həm ayrı-ayrılıqda, həm də birlikdə külli miqdar təşkil etmədiyi halda, ifadələr əsas götürülməklə, ehtimallara əsasən təqsirləndirilən şəxslərə 1,608 kq çəkidə, külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanınsız olaraq satış məqsədi ilə əldə etməyə, saxlamağa, satmağa və daşımağa görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının 3-cü bəndində də göstərilir ki, şəxsin Azərbaycan Respublikası CM-nin 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, güclü təsir edən və ya zəhərli maddə olduğunun… aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya hər hansı maddə olması, onun miqdarı dəqiq müəyyən edilmədikdə (bu barədə ekspertiza rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında məsuliyyətə cəlb oluna bilməz. Odur ki, təqsirləndirilən şəxslərin hər birinin ittihamından CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham xaric olunmalıdır. Eyni ilə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməlləri ehtimallara əsasən külli miqdarda- 1,608 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı saxta puldan istifadə etməklə talamağa görə Azərbaycan Respublikası CM-nin 235.4.2-ci maddəsinə tövsif edilmişdir. Lakin məhkəmə hesab edir ki, həmin şəxslərin saxta puldan istifadə etməklə taladıqları narkotik vasitə qurudulmuş marixuananın miqldarı (53,41 qram) külli miqdar təşkil etmədiyindən onların əməlləri CM-nin 235.4.2-ci maddəsindən həmin cinayəti qabaqcadan əlbir olub bir qrup şəxs halında törətdiklərindən CM-nin 235.3.1-ci maddəsinə tövsif olunmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qeyd olunan məbləğdə saxta pulun hazırlanmasında və əldə edilməsində iştirak etməsələr də, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5la qabaqcadan cinayət əlaqəsinə girərək 7500 manat məbləğində saxta puldan istifadə edilməklə alqı-satqı görüntüsü yaratmaqla narkotik vasitənin talanmasında iştirak etmişlər. Odur ki, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5la yanaşı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 də CM-nin 204.1-ci maddəsi ilə düzgün olaraq ittiham verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 CM-nin 204.1, 234.4.1 və 235.3.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs5 isə CM-nin 204.1, 228.4, 234.4.1 və 235.3.1-ci maddələri ilə təqsirli bilinməklə onlara cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını CM-nin CM-nin 59.1.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs4 yüngül dərəcəli debillik xəstəliyinin olmasını CM-nin 59.2ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs7 himayəsində iki azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs5 cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Əməlində cinayətlərin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs6 cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 03 oktyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1-ci maddələsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 03 oktyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs7 CM-nin 204.1, 234.4.1 və 235.3.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 mart 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs5 CM-nin 204.1, 228.4, 234.4.1 və 235.3.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 03 oktyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs6 CM-nin 204.1, 234.4.1 və 235.3.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 04 oktyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 CM-nin 204.1, 234.4.1 və 235.3.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən ona Ağcabədi rayoln məhkəməsinin 24 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs3 cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı, birinci hökmə əsasən çəkdiyi cəza və hazırkı iş üzrə ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı 03 oktyabr 2020-ci il tarixdən hesablanmalı, CMnin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs4 CM-nin 204.1, 234.4.1 və 235.3.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı, məhkəmə iclas zalında həbsə aınmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 09 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs7 CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan 467,02 qram qurudulmuş marixuana, «SF-400» markalı elektron tərəzi, 7500 manat saxta pul əskinazları, 2 ədəd B59452712 nömrəli 20 manatlıq saxta pul əskinazları, 5 ədəd bıçaq və 1 ədəd dəyənək məhv edilməli, 50 manat pul Təqsirləndirilən şəxs3 ailəsinə verilməlidir. Ekspertiza xərci 381 manat 70 qəpik pulun 57 manat 40 qəpiyinin məhkəmə kriminalistik ekspertizasının keçirilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 ittihamları ilə, 146 manatının pul nişanlarının tədqiqi ekspertizasının keçirilməsi ilə əlaqədar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 ittihamları ilə, qalan 178 manat 30 qəpiyinin isə təqsirləndirilən şəxslərin hər birinin ittihamları ilə bağlı olması nəzərə alınaraq Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 hər birindən 83 manat 38 qəpik, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs7 hər birindən isə 42 manat 98 qəpik alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs5 verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi xaric olunsun. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 204.1, 228.4, 234.4.1 və 235.3.1ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 204.1-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 234.4.1-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CMnin 235.3.1-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs5 cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs5 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və çəzaçəkmə müddətinin başlanğıcı 03 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs7 verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi xaric olunsun. Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası CM-nin 204.1, 234.4.1 və 235.3.1ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 204.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 234.4.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, 235.3.1-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs7 cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs7 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və çəzaçəkmə müddətinin başlanğıcı 22 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs7 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs7 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs6 verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi xaric olunsun. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 204.1, 234.4.1 və 235.3.1ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 204.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 234.4.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, 235.3.1-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs6 cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və çəzaçəkmə müddətinin başlanğıcı 04 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs6 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi xaric olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 03 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi xaric olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 03 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi xaric olunsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 204.1, 234.4.1 və 235.3.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 204.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 234.4.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, 235.3.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 cinayətlərin məcmusu üzrə 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Ağcabədi rayon məhkəməsinin 24 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasını hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və hazırda Ağcabədi rayon məhkəməsinin 24 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə növünə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və çəzaçəkmə müddətinin başlanğıcı 03 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi xaric olunsun. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 204.1, 234.4.1 və 235.3.1ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 204.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 234.4.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, 235.3.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və çəzaçəkmə müddətinin başlanğıcı 09 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan 467,02 qram qurudulmuş marixuana, «SF-400» markalı elektron tərəzi, 7500 manat saxta pul əskinazları, 2 ədəd B59452712 nömrəli 20 manatlıq saxta pul əskinazları, 5 ədəd bıçaq və 1 ədəd dəyənək məhv edilsin, 50 manat pul Təqsirləndirilən şəxs3 ailəsinə verilsin. Ekspertiza xərci 381 manat 70 qəpik Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 hər birindən 83 manat 38 qəpik, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs7 Əlibala oğlunun hər birindən 42 manat 98 qəpik alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar