Məhkəmə qərarları › İş №1(099)-130/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-130/2022

24.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-130/2022 24.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1968-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, əvvələr məhkum məhkum olunmamış, Lənkəran şəhər 4-li uşaq bağçasında gözətçi işləyən, 2-ci qrup əlil, Lənkəran şəhəri, Azad Mirzəyev küçəsi, ev 47-də qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 24 sentyabr 2021-ci il tarixdə Lənkəran şəhərində məlum olmayan mənbədən və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq, təmiz çəkisi külli miqdar təşkil edən 23,382 qram tiryəkdən kustar üçulla hazırlanmış narkotik vasitə heroin əldə edib, ayrı-ayrılıqda təmiz çəkiləri 13,933 qram və 9,449 qram olan hissələrə bölüb iki ədəd sellofan bükümdə satış üçün hazırlayaraq, üstündə saxlamaqla Lənkəran şəhəri, Rövşən Bayramov küçəsi ilə hərəkətdə olub daşıdığı zaman, cinayət törətməsi barədə məlumat almış Daxili İşlər Nazirliyinin Baş narkotiklərlə mübarizə idarəsinin cənub bölgəsində regional şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərit nəticəsində həmin gün saat 13 radələrində Lənkəran şəhəri həmin küçədə yerləşən 2№-li şəhər orta məktəbinin yaxınlığındakı ərazidə saxlanılaraq, Regional polis şöbəsinin ünvan 1 ünvanda yerləşən inzibati binasına gətirmiş və üstündə şəxsi axtarış aparılan zaman əynindəki köynəyinin sağ cibində iki sellofan bükümdə ümumi təmiz çəkisi 23,382 qram olan külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 sentyabr 2021-ci il tarixdə narkotik vasitə qəbul etmək istəmiş və Lənkəran şəhərində Mikrorayon ərazisində tanımadığı şəxsdən heroin əldə etmişdir. Sonra polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, üzərində az miqdarda heroin olmuş, lakin polis əməkdaşları tərəfindən əlavə edilərək heroinin miqdarı artırılmışdır. Özü narkomaniya xəstəsidir, narkotik vasitələrin satışı ilə məşğul olmur, heroini öz istifadəsi üçün almışdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi həmin ifadələri elan edilmişdir. Lakin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 24 sentyabr 2021-ci il tarixdə Lənkəran şəhərində tanımadığı şəxsdən 150 manat müqabilində iki bağlamada heroin almışdır. X5 küçəsinə tərəf getdiyi zaman 2 saylı orta məktəbin yanından keçəndə polis əməkdaşları saxlamış və özlərini Narkotiklərlə Mübarizə İdarəsinin Regional Şöbəsinin əməkdaşları kimi təqdim edib bildirmişlər ki, narkotik maddələrlə məşğul olduğunu bilirlər, bunun üçün araşdırma üçün polis şöbəsinə dəvət etmişdilər. Saxlanıldığı zaman aldığı narkotik maddə bükümləri əynindəki köynəyinin sağ döş cibində olmuş, polis şöbəsinə gətirilib üstü axtarılana qədər narkotiki üstündən atmaq imkanı olmamışdır. Şəxsi axtarış zamanı üstündə qanunsuz saxlanılanları təqdim etmək təklif olunmuş və o, köynəyinin sağ cibindəki iki bükümdə heroini təqdim etmişdir. Tutduğu əməldən peşimandır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Baş narkotiklərlə mübarizə idarəsinin cənub bölgəsində regional şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 2021-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlanılması və satışı barədə məlumat daxil olmuşdur. 24 sentyabr 2021-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmış. Həmin gün saat 13 radələrində Təqsirləndirilən şəxs şəhərin Rövşən Bayramov küçəsində şəhər 2 saylı orta məktəbin yaxınlığında piyada tək getdiyi vəziyyətdə aşkar etmişlər, yaxınlaşıb polis əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi bağlı cinayət törətməsi barədə məlumatları vardır. Bundan sonra Təqsirləndirilən şəxs şöbəyə dəvət etmişlər, orada üzərinə axtarış keçirilən zaman üzərində qanunsuz əşya olduğu halda təqdim edilməsi təklif olunduqda, Səfail köynəyin sağ cibindən iki ədəd sellofan bükümdə rənginə və formasına görə narkotik vasitə heroinə oxşar maddələri çıxarıb təqdim etmişdir. Həmin narkotiki öz istifadəsi üçün Lənkəran şəhərində tanımadığı şəxsdən 150 manata aldığını demişdir. Sonra narkotik vasitəyə oxşar maddələr ekspertiza tətqiqatının aparılması məqsədilə qablaşdırılaraq götürülmü və protokol tərtib edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Baş narkotiklərlə mübarizə idarəsinin cənub bölgəsində regional şöbəsinin əməkdaşı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışında iş üzrə Şahid4 ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Şahid4 həmin ifadəsində göstərmişdir ki, özü narkotik alüdəçisidir. Narkotik vasitə lazım olanda tanışı Təqsirləndirilən şəxs müraciət edirmiş, çox az çəkilərdə narkotik vasitə alıb istifadə edirmiş. İmkanı olmayanda narkotik vasitələri pulsuz alırmış, lakin maddi imkanı olanda Səfailə kontur göndərməklə və ya siqaret alıb verməklə narkotik almasının dəyərini əvəzləşdirirmiş. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 24 sentyabr 2020-ci il tarixli 19/961 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kutlələr qablaşdırıldı və möhürləndi…» sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümlərdə ayr-ayrılıqda təmiz çəkiləri 13,933 qram və 9,449 qram, ümumi təmiz çəkisi 23,382 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, xarici görünüşünə və kimyəvi tərikblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqatdan sonrakı qalıq- 23,282 qram. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan 25 sentyabr 2021-ci il tarixli 1037 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin onun İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 25 sentyabr 2021-ci il tarixli 950 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, saxlanılandan sonra Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. İş materiallarında olan 24 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki köynəyinin sağ cibindən iki ədəd sellofan bükümü çıxarıb təqdim edərək içində «kokos» adı ilə tanınan heroin olduğunu, həmin gün Lənkəran şəhərində mikrorayon ərazisində tanımadığı şəxsdən 150 manata aldığını bildirmişdir. Bükümlər kağız zərfə qoyulub bağlanmış, möhürlənmiş və üstündə yazılı qeydlər aparılaraq imzalanmışdır. İş materiallarında olan 27 noyabr 2021-ci il tarixli CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefonla SMS-lər vasitəsilə narkotik vasitələrin əldə etmə, saxlama, daşıma və satışının təşkili mövzusunda digər şəxslərlə danışıqlar həyata keçirmişdir. İş materiallarında olan Lənkəran şəhər Psixatriya Xəstəxanasının 14 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarında olan Lənkəran şəhər Narkoloji Xəstəxanasının 14 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarında olan 09 dekabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonrakı qalıq- 23,282 qram narkotik vasitə heroin Lənkəran rayon-şəhər polis şöbəsində və şəxsi axtarış aparılması zamanı qeydə alınmış videogörüntünü əks etdirən 1 (bir) ədəd DVD cinayət işi materiallarında saxlanılır. Həmin qərarda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman ondan götürülmüş “Nomi” markalı mobil telefon, “Kapitalbank”ın plastik kartı və 8 manat pul əskinaslarının özü və ya ailə üzvlərinə qaytarılması göstərilmiş və qeyd olunan əşyaların onun oğlu X2 təhvil verilməsi nəzərə alınmalıdır. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxsn ətrafında əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair təhqiqat orqanının 24 sentyabr 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan 24 sentyabr 2021-ci il tarixli protokolla Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin 26 senyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 24 sentyabr 2021-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X4 xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan yaşayış yerindən verilmiş xasiyyətnamədə Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinə qonşulardan və inzibati orqanlardan yazılı və ya şifahi şikayət olmaması səbəbindən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı Regional ərazi filialının arayışından görünür ki, Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlilliyə görə pensiya alır. İş materiallarında olan Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 31 avqust 2021-ci il tarixli xəstənin ambulator tibbi kartasının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs Allahverdli oğlu xəstəxanada “UİX sərginlik stenokardiyası İİİ tip” diaqnozu ilə müalicə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “əldə etdiyi narkotik vasitə heroinin miqdarının az olmasını, polis şöbəsinə aparıldıqdan sonra polis əməkdaşları tərəfindən əlavə olunaraq narkotikin miqdarının artırılması, narkotiki satış məqsədi ilə əldə etməməsi” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə əldə etmişdir. Məhkəmə, onun ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. İş materiallarında olan Lənkəran Rayon Prokurorluğunun 08 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılandan sonra qanunsuz təsirə məruzə qalması araşdırılmış 237C-21 nömrəli materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı «Heroin» müvafiq olaraq narkotik vasitədir, onuın 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə məhkum olunmasını, oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etiməsini, yaşayış və iş yerindən müsbət xarakterizə olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ağırlığını, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən olunmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş olduğundan məcburi müalicə təyin olunmamalı, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Lənkəran şəhər Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 23,282 qram narkotik vasitə heroin məhv edilməlidir. Şəxsi axtarış aparılması zamanı qeydə alınmış videogörüntünü əks etdirən 1 (bir) ədəd DVD cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərcinin ondan tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 24 sentyabr 2021-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 sentyabr 2020-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkololi kabinetində qeydiyyata alınsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Lənkəran şəhər Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 23,282 qram narkotik vasitə heroin məhv məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan – Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı qeydə alınmış videogörüntünü əks etdirən 1 (bir) ədəd DVD cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar