Məhkəmə qərarları › İş №1(099)-130/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-130/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-130/2024 21.08.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X14, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Saatlı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X7 (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) və zərərçəkmiş şəxsin hüquqi varisinin (mülki iddiaçının) nümayəndəsi-“Kermur” İxtisaslaşdırılmış Vəkil Bürosunun vəkili Nümayəndə Şirinbalayeviçin iştirakı ilə xx xxxxxx 1986-cı ildə Rusya Federasiyası, Novokuznetski şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, işləməyən, məhkumluğu olmayan, Saatlı şəhəri, M.Ağayev küçəsi, ev 17-də qeydiyyatda olmaqla Saatlı şəhəri, H.Əliyev prospekti bina 282, mənzil 5-də yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə X16 qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2015-ci il tarixdə, saat 01:50-dən 02:18-ə kimi olan vaxt ərzində, tanışları X24, X11, X12 və X20 birgə Rusiya Federasiyası, Moskva vilayəti, Mıtişi şəhəri, Uqolnaya küçəsində yerləşən “Nebo” kafesində spirtli içki qəbul etmiş, qeyd olunan vaxtda Rusiya Federasiyasının vətəndaşı 21 mart 1975-ci il təvəllüdlü X21 də həmin kafedə başqa masada oturub spirtli içki qəbul etmiş, 04 oktyabr 2015-ci il tarixdə, saat 01:40-da əvvəldən bir-birini tanımayan Dmitriy Şarov və Elşad Musayev birlikdə kafedən çıxmış və kafenin qarşısında onların arasında mübahisə yaranmış, mübahisə zamanı Dmitriy Şarov və Elşad Musayev bir-birlərinə yumruqla qarşılıqlı zərbələr vurduqdan X43 kafeyə qayıdıb Dmitriy Şarovla aralarında baş vermiş dava haqqında Təqsirləndirilən şəxs bildirmiş, bundan X43in xəbəri olmadan Elvin X9 dostu Elşad Musayevə qarşı qanunazidd hərəkətlərinə görə ondan qisas almaq üçün şəxsi qərəzlik zəminində Dmitriy Şarovu öldürmək qərarına gələrək cinayətkar niyyətini reallaşdıraraq kafenin çıxışında Dmitriy Şarovla münaqişə etdikdən sonra həmin yerdə əlində olan soyuq silah hesab edilməyən turist bıçağının tiyəsi ilə qəsdən Dmitriy Şarovun bədənin müxtəlif nahiyələrinə zərbələr vuraraq sağlamlığa ağır zərər vuran və ölümün baş verməsi ilə birbaşa səbəb-nəticə əlaqəsində olan ağır bədən xəsarətlərinə aid edilən ölçüsü 5,2 sm olan sağ xarici qabırğalarla qarınarası nahiyə venasının zədələnməsi ilə sağ qasıq nahiyəsinin ondan uzanan yara kanalı ilə xətti yarası, ölçüsü 8,2 sm olan sağ ağ ciyərin orta payının zədələnməsi ilə sağda döş qəfəsinin ondan uzanan yara kanalı ilə xətti yarası, ölçüsü 7,2 sm olan qara ciyərin sağ payının zədələnməsi ilə sağda döş qəfəsinin ondan uzanan yara kanalı ilə xətti yarası, ölçüsü 6,2 sm olan sol ağ ciyərin yuxarı payının zədələnməsi ilə solda döş qəfəsinin ondan uzanan yara kanalı ilə xətti yarası, sağlamlığa ağır zərər vuran və ölümün baş verməsi ilə birbaşa səbəb-nəticə əlaqəsində olmayan bədən xəsarətləri kateqoriyasına aid edilən ölçüsü 4,7 sm olan daxili orqanları zədələməyən qarın boşluğuna nüfuz edən solda döş qəfəsinin ondan uzanan yara kanalı ilə xətti yarası, ölçüsü 4,2 sm olan daxili orqanları zədələməyən qarın boşluğuna nüfuz edən ön qarın divarının sağda ondan uzanan yara kanalı ilə xətti yarası, sağlamlığa yüngül zərər vuran və ölümün baş verməsi ilə birbaşa səbəb-nəticə əlaqəsində olmayan bədən xəsarətləri kateqoriyasına aid edilən ölçüsü 1,2 sm olan sinə boşluğuna nüfuz etməyən döş qəfəsinin sağda ondan uzanan yara kanalı ilə xətti yarası, ölçüsü 5,3 sm olan qarın boşluğuna nüfuz etməyən ön qarın divarının ondan uzanan yara kanalı ilə xətti yarası, ölçüsü 4,3 sm olan qarın boşluğuna nüfuz etməyən ön qarın divarının ondan uzanan yara kanalı ilə xətti yarası, ölçüsü 5,3 sm olan qarın boşluğuna nüfuz etməyən ön qarın divarının ondan uzanan yara kanalı ilə xətti yarası, ölçüsü 4,7 sm olan qarın boşluğuna nüfuz etməyən sol qarınla qabırğalararası nahiyənin ondan uzanan yara kanalı ilə xətti yarası, ölçüsü 6,2 sm olan qarın boşluğuna nüfuz etməyən sol qasıq nahiyəsinin ondan uzanan yara kanalı ilə xətti yarası, sağlamlığa zərər vurmayan və ölümün baş verməsi ilə səbəb-nəticə əlaqəsində olmayan solda ön-yan boyun nahiyəsinin üç səthi yarasından ibarət xəsarətlər yetirmiş, nəticədə aldığı xəsarətlərdən Dmitriy Şarov hadisə yerində ölmüş, bununla da Təqsirləndirilən şəxs Dmitriy Şarovu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, verilmiş mülki iddianı qəbul etməyib ifadəsində göstərmişdir ki, o, ailəlidir, himayəsində iki azyaşlı uşağı vardır, rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olmuşdur. Əvvəllər Rusya Federasiyasının vətəndaşı olmuş və uzun müddət Rusiya Federasiyası, Moskva vilayəti, Mıtişi şəhərində yaşamış, 2003-cü ildə Rusiyadan Azərbaycana qayıtmış, valideynləri Azərbaycan Respublikasının vətəndaşları olduğundan sonradan o da Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmiş və halhazırda Azərbaycan Respublikasının vətəndaşıdır. O, 2005-ci ildə işləmək üçün Rusiyanın Mıtişi şəhərinə getmiş, 2008-ci ildə orada narkotiklə bağlı üç il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2011-ci ildə cəzasını çəkib qurtardıqdan sonra Azərbaycana qayıtmışdır. Əvvəllər Rusiyada yaşadığı vaxtlarda soyadı “Abbasov” olmuş, sonradan Rusiyadan deport olduğu üçün soyadını dəyişib arvadının soyadını “Cəfərov” soyadını götürmüşdür. 2012-ci ilidə işləmək üçün yenidən Rusiyanın Mıtişi şəhərinə gedib orada yaşamış və Mıtişi şəhəri, Uqolnaya küçəsində yerləşən "Asfiş" topdan satış bazasında işləmişdir. İşlədiyi yerdə ondan başqa azərbaycanlılar və digər millətdən olan insanlar da işləmiş, onlardan bəziləri ilə tanış olmaqla münasibəti yaxşı olmuş, bəziləri ilə demək olar ki, münasibəti olmamışdır. X36 Nikoloyeviçi də tanımış, onunla eyni məhəllədə yaşamış və münasibətləri o qədər də yaxşı olmamışdır. Aralarında yaranmış mübahisə zamanı Dmitriy Şarovu öldürməkdə özünü təqsirli bilir və hadisədən uzun müddət keçdiyindən hadisəni tam olaraq xatırlamır. Həmin hadisə 2015-ci ilin oktyabr ayında baş vermiş, həmin vaxt o, Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. Baş vermiş hadisə ilə bağlı belə xatırlayır ki, 03 oktyabr 2015-ci il tarixdə əmək haqqını almış, saat 18 radələrində iş yoldaşları Elşad, Zamir (Zamirbek), Aleksandr və Yunusla birlikdə istirahət etmək üçün iş yerinin yaxınlığında (Mıtişi şəhərində) olan "Nebo" kafesinə gedib oturub yemək yeyib araq içmişlər. Həmin vaxt kafedə Dmitriy Şarovun tanışları ilə başqa stolda oturub yeyib-içmələrini görmüşdür. Dediyi kimi Dmitriy Şarovla münasibəti yaxşı olmamış, buna səbəb isə Dmitriy Şarovun millətpərəst olmaqla Rusiyada yaşayan digər millətin nümayəndələrinə, o cümlədən azərbaycanlılara qarşı münasibəti yaxışı olmamış, həmin hadisədən bir ay əvvəl Dmitriy Şarov onu azərbaycanlıların şəhərdən çıxması ilə bağlı hədələmiş və aralarında mübahisələri olmaqla əlbəyaxa olub dalaşmışlar. X23 arvadı erməni olduğu üçün də, onun azərbaycanlılara qarşı münasibəti çox aqresiv olmuşdur. Həmin gün, yəni hadisə baş verən gün-04 oktyabr 2015-ci il tarixdə, gecə saat 02 radələrində Elşad Musayev kafedən çölə çıxmış, onun nəyə görə çölə çıxmasını bilməmişdir. Təxminən 10-15 dəqiqə X43 üzü-gözü qan içində kafeyə daxil olmuş və o, bunu görüb ona yaxınlaşıb nə baş verdiyini soruşmuş, Elşad da kafenin çıxışında Dmitriy Şarovla mübahisə etdiyini və Dmitriyin onu vurduğunu bildirmiş, Elşad bu barədə Aleksandra da demişdir. O, Dmitriyin Elşadı döyülməsini eşidib bərk əsəbiləşmiş və bu hərəkətinə görə Dmitriy Şarovu döyərək cəzalandırmaq qərarına gəlmiş, həmin vaxt üzərində işdən balıq qutularını açmaq üçün istifadə etdiyi bıçaq olmuş, işdən çıxıb birbaşa kafeyə gəldiyindən həmin bıçaq cibində qalmışdır. Həmin vaxt o, cibində olan bıçaqla Dmitriy Şarovu vurmaq fikri olmamış, sadəcə olaraq onu döyərək cəzalandırmaq istəmişdir. Sonra o, Elşad və Aleksandr kafenin çıxışına tərəf gedib qapını açıb çölə çıxmaq istəmiş, lakin Dmitriyi Şarovun yanında olan tanımadığı cavan oğlan qapını tutduğundan onlar çölə çıxa bilməmiş, həmin vaxt kafenin qapısından arxa tərəfdə dayanmış Dmirtiy Şarov onları görüb söyüş söyüb təhqir etməyə başlamışdır. Bundan sonra onlar birlikdə birtəhər qapını açıb çölə çıxmış, kafenin qarşısında onlar (özü və Elşad) Dmirtiy Şarovla dalaşmağa başlamışlar. Dalaşma vaxtı o, bıçağı cibindən çıxarıb əlində tutmuşdur ki, Dmirtiy Şarovu bıçaqla vursun, lakin həmin vaxt onu bıçaqla vurub öldürmək fikri olmamışdır. Onda bıçaq olmasından Elşadın və Aleksandrın xəbəri olmamış, ortalıq çox qarışıq olduğundan əlində bıçaq olmasını onlar görməmiş, həmçinin onun Dmirtiy Şarovu bıçaqla vurmaq istəməsini onlar bilməmişlər. Qapıdan çölə çıxan kimi Elşad və Dmirtiy qarşılıqlı olaraq biri-birini yumruqla vurmuş, dalaşma zamanı o da yaxınlaşıb əlində tutduğu bıçaqla Dmiritiy Şarovun bədəninə çoxsaylı zərbələr vurmuş, həmin vaxt ona neçə dəfə bıçaqla vurduğunu hazırda xatırlamır. O, Dimitry Şarovun hərəkətlərinin qarşısını almaq məqsədi ilə ona çoxsaylı bıçaq zərbələri vurmuşdur. Dmiritiy Şarovu bıçaqla vurduqdan sonra kənara çəkilmiş, həmin vaxt əlindən bıçaq yerə düşmüş, sonra o, yerdən bıçağı götürərkən Elşad əlinin qan olmasını və bıçağı görüb “Elvin sən nə etdin” soruşmuş, o da Dimitry Şarovu vurduğunu demişdir. Əvvəllər o, Dmitriy Şarovda odlu silah görmüş, lakin hadisə vaxtı Dimirty Şarovun əlində odlu silah və ya bıçaq görməmişdir. O, Dimitry Şarovu bıçaqla vurarkən bıçağı öz əlini də kəsmişdir. Sonra o, həmin bıçağı hadisə yerinin yaxınlığında olan su arxına atmışdır. Hadisədən sonra o, kafenin qarşısında tanışı Svetlana adlı qadınla rastlaşmış, Svetlana əlini sarımış, sonra onun (Svetlananın) yaşadığı evə gedib orada gecələmiş, səhərisi gün avtobusla Belarusiyaya getmiş, oradan təyyarə ilə Gürcüstana getmiş, daha sonra oradan Azərbaycana qayıtmışdır. Həmin vaxtdan sonra törətdiyi cinayətlə bağlı axtarışda olmasını bilməmiş, 28 aprel 2023-cü il tarixdə tutulmuşdur. Hazırda törətdiyi əməlindən peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da məhkəmədə verdiyi ifadəsinə ümumən uyğun ifadələr vermiş, həmçinin bu ifadələrində göstərmişdir ki, o, dostu X30 Şarov vurduğu üçün onu (Dmitriy Şarovu) öldürmək qərarına gəlmişdir. Bundan əvvəl də o, Dmitriy Şarovla mübahisə edib dalaşmışdır. Dmitriy Şarov fiziki cəhətdən güclü olduğundan ona gücü çatmayacağına görə, həm də Elşadı vurduğundan ondan qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlmiş və bu səbəbdən o, dalaşarkən Dmitriy Şarovu bıçaqla vurmuşdur. Dmitriy Şarov onun işlədiyi müəssisənin yaxınlığında yaşamaqla oradakı azərbaycan millətindən olan şəxsləri çox incidən, ayrı seçkilik yaradan, mütəmadi olaraq haqsız yerə onlardan pul tələb edən şəxs olmuşdur. Əvvəllər o, Dmitriy Şarovda odlu silah gördüyündən həmin gün də onda silah olmasını düşünmüş, lakin hadisə günü Dimirty Şarovda silah görməmişdir. Dmitriy Şarovu öldürmək qərarına gəlməsini Elşad Musayev və Aleksandr Şadrin bilməmiş, hadisədən sonra onun əlinin qan və bıçağın olduğunu gördüklərindən sonra onlar başa düşmüşlər ki, o, Dmitriy Şarovu bıçaqla vurmuşdur. Dmitriy Şarova işdən götürdüyü bıçaqla xəsarət yetirmiş, ona ən az 10 bıçaq zərbəsi vurmuş, çünki onun tez ölməsini və müqavimət göstərməməsini istəmişdir. Dmitriy Şarova bıçaqla xəsarət yetirən zaman o, alkoqol qəbul etsə də, özündə olmuşdur. İstintaq orqanı tərəfindən ona təqdim olunan, 04 oktyabr 2015-ci il tarixə “Nebo” kafesinin qarşısında hadisənin baş verdiyi anlara aid videogörüntülərdə Dmitriy Şarovu bıçaqla xəsarət yetirən şəxs özüdür. Dmitriy Şarov dostu Elşad Musayevi vurduğu üçün o, onu öldürmək qərarına gəlib onu bıçaqlayıb öldürmüşdür. Hazırda törətdiyi əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X7 ifadəsində göstərmişdir ki, mərhum X21 atasıdır. Atası ailəsi ilə birlikdə Mıtişi şəhəri, Olimpiyskiy prospekti ev 26/2, mənzil 88-də qeydiyyatda olmaqla yaşamışdır. X41 ilə anası Larisa Aleksandrovna 1996-cı ildə evlənib 2006-cı ildə boşansalar da, sonradan 2014-cü ilin payızına qədər birlikdə yaşamışlar. Atası Dmitriy fərdi qaydada sürücü işləmiş, həmçinin o, məsuliyyətli, xeyirxah, təmkinli, həyat sevən, dava və münaqişəyə girməyən, başqa millətlərdən olan insanlara qarşı da xeyirxah, nəzakətli insan olmuşdur. Təqsirləndirilən şəxs tanımamış, X32 da Təqsirləndirilən şəxsla hər hansı münasibətinin olması barədə məlumatı yoxdur. X32 Mıtişi şəhərində yaşayan azərbaycanlılara qarşı pis münasibətdə olmasına dair Təqsirləndirilən şəxs dedikləri yalandır. Həmçinin X32 üzərində odlu silah və ya bıçaq gəzdirməsini görməmiş, belə hallar olmamışdır. X37 son dəfə 01 oktyabr 2015-ci il tarixdə görmüş, 03 oktyabr 2015-ci il tarixdə, saat 11 radələrində atası Dmitriy anası Larisanın mobil telefonuna zəng etmiş, anası onun səsindən sərxoşluq olduğunu başa düşüb sağollaşaraq dəstəyi asmışdır. 04 oktyabr 2015-ci il tarixdə X32 bıçaqlanaraq, yəni 12 bıçaq zərbəsi vurularaq öldürülməsi barədə məlumatı nənəsindən öyrənmişdir. Sonradan ona məlum olmuşdur ki, 04 oktyabr 2015-ci il tarixdə, gecə saatlarında aralarında olan münaqişə zəminində X37 azərbaycanlı Elvin adlı şəxs (Təqsirləndirilən şəxs) bıçaqlayaraq öldürmüşdür. X32 öldürülməsi ilə bağlı ona maddi və mənəvi ziyan dəymiş, yəni atasının dəfni ilə bağlı ona 136.692 rubl miqdarında maddi ziyan dəymiş, həmçinin atasının ölümü ilə bağlı o, mənəvi sarsıntısı keçirmiş və hesab edir ki, buna görə də ona 10.000.000 rubl miqdarında mənəvi ziyan dəymişdir. Həmçinin o, hüquqi yardımla bağlı müqavilə əsasında nümayəndəyə (vəkilə) Azərbaycan manatı ilə 3000 (üç min) manat pul ödəmişdir. O, iş üzrə bununla bağlı Təqsirləndirilən şəxs qarşı mülki iddia vermiş, həmçinin onun adından nümayəndə də əlavə mülki iddia vermişdir. O, verilmiş mülki iddianın tam olaraq ödənilməsini, yəni iddia ərizəsində göstərilən məbləğində pul vəsaitin cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs alınıb ona verilməsini tələb edir. Hazırda onun təqsirləndirilən şəxslə heç bir barışığı yoxdur və o, Təqsirləndirilən şəxs ağır cəzanın, yəni ittiham olunduğu maddənin (CM-nin 120.1-ci maddəsinin) sanksiyasında nəzərdə tutulan 14 il müddətə azadlıqdan məhrumetmə cəzasının verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş, şahid X24 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, RF, Moskva vilayəti, Mıtişi şəhərində yaşamaqla "Aysfiş" topdan satış bazasında sürücü işləyir. Həmin müəssisənin anbarında işləyən bəzi şəxslərlə, o cümlədən azərbaycanlı Elvin Abbasovla (Cəfərovla), Zamir adlı qırğız və Aleksandr Şadrinlə ünsiyyəti olmaqla onlarla yaxın münasibətləri olmuşdur. Onlar 03 oktyabr 2015-ci il tarixdə əmək haqqını aldıqdan sonra saat 18 radələrində o, Elvin , Zamir və Aleksandrla birlikdə yeyib-içmək məqsədilə Mıtişi şəhərində olan "Nebo" kafesinə getmişlər. Ora getməzdən əvvəl pivə içişlər, kafedədə oturub yemək yeyib araq içib müxtəlif mövzularda söhbət etmişlər. Kafedə olduqları vaxt özlərinin arasında və ya başqa şəxslərlə onların heç bir münaqişələri olmamışdır. 04 oktyabr 2015-ci il tarixdə, təxminən saat 01:45-də özünü pis hiss etdiyindən siqaret çəkmək üçün çölə çıxmışdır. Küçədə zolaqlı sviter geyinmiş güclü bədən quruluşlu bir kişi (sonradan ona məlum olmuşdur ki, həmin şəxs X8) və siqaret çəkən bir cavan oğlanı görmüş, sonra aralarında dialoq yaranmış, nə həmin oğlanı, nə də Dmitriy Şarovu şəxsən tanımamış, güclü alkoqol sərxoşluğu vəziyyətində olduğundan onlarla nə haqqında danışdığını xatırlamır. Yalnız onu xatırlayır ki, yaxınlıqda park edilmiş "BMW" markalı bir maşına yaxınlaşmışlar və maşının üstünlükləri barədə danışmağa başlamışlar. X17 maşının arasından keçib "Nebo" kafesinin girişinə tərəf gedərkən təsadüfən onun (Elşad Musayevin) ayağını tapdalamış, bu zaman o, sol əli ilə Dmitriy Şarovun dirsəyindən tutmuş, Dmitriy Şarov isə qəfil ona tərəf çevrilib yumruğu ilə onun başına vurmuş, o da əsəbiləşərək sağ yumruğu ilə Dmitriy Şarovun baş nahiyəsinə bir zərbə endirmiş, Dmitriy Şarov arxaya getmiş və orada olan cavan oğlan onu tutmuşdur. X28 tərəf gəlmiş və o, arxaya çəkilib onu sakitləşməsini istəmiş, lakin o, sakitləşməyib ona yaxınlaşmağa çalışmış, o da Dmitriy Şarovun ona zərbə endirəcəyini başa düşdüyündən onun hərəkətlərinin qarşısını almaq üçün maşının ətrafında fırlanıb kafenin mərkəzi girişindən kafeyə girmiş, tanımadığı cavan oğlan "Nebo" kafesinin mərkəzi girişinin yanında dayanıb Dmitriy Şarovu kafeyə buraxmamışdır. O, kafedə Aleksandr Şadrini görüb ona küçədə Dmitriy Şarovun yumruqla onun üz nahiyəsinə zərbə endirdiyini deyib oturduqları masanın yanına getmiş, lakin oturduğu adamlardan heç kəs orada olmamışdır. Sonra o, Elvini axtarmağa başlamış və onu barın yanında durduğunu görüb ona yaxınlaşıb küçədə Dmitriy Şarovun yumruqla onun üz nahiyəsinə zərbə endirdiyini, Dmitriy Şarovun onu yenə vuracağından qorxaraq kafeyə girdiyini demişdir. Bundan sonra o, kafenin çıxışına doğru gedib orada Aleksandrı və Elvini gözləmişdir ki, birlikdə kafedən küçəyə çıxsınlar. Daha sonra onlar birlikdə kafenin mərkəzi çıxış qapısına tərəf gedib qapını açmağa çalışmış, lakin küçədə duran cavan oğlan onların çıxmaqlarına imkan verməmiş, buna baxmayaraq qapını açmağa nail olub küçəyə çıxmışlar. Küçədə kafenin girişində Dmitriy Şarov sağ ayağı ilə onun dizindən vurmuş, bu zaman o, əsəbiləşərək Dmitriy Şarovun bədəninə yumruq zərbələri endirməyə başlamış və ona ən azı 10 dəfə zərbə endirmiş, həmin anda Elvin də Dmitriy Şarovu döymüş, həmin vaxt Elvin sol əli ilə Dmitriy Şarovun paltarından tutub sağ əli ilə onun bədən nahiyəsinə sürətlə çoxsaylı zərbələr (ən azı 11 zərbə) endirmiş, həmin anda o, Elvinin əlində bıçaq görməmiş, lakin həmin zərbələrdən X42un paltarında, bədənində qan izləri və qanın axdığını görmüşdür. X38 zərbələr endirdikdən sonra ona daha zərbə endirməyib təxminən bir metr kənara çəkilmişdir. Sonra Elvin onun (Elşad Musayevin) sol qolundan-paltarından tutub "Nebo" kafesinin əks tərəfinə dartıb aparıb qışqıraraq ondan çıxıb getməyi tələb etmiş, sonra Elvin onu buraxıb yolun sağ tərəfində yerləşən yaşayış evinin yanına qaçıb taksi çağırmış, o da həmin taksi ilə evinə gedib paltarlarını dəyişib yatmışdır. 04 oktyabr 2015-ci il tarixdə saat 12 radələrində Elvin ona zəng etmiş və saat 14 radələrində gəlib onunla görüşüb ona Dmitriy Şarovun öldüyünü demiş, onun niyə belə düşündüyünü soruşanda Elvin bıçaqla Şarova 10-dan çox zərbə endirdiyini demişdir. Baş vermiş hadisə ilə bağlı cinayət məsuliyyətinə cəlb olunacağından qorxub Elvinə onunla ünsiyyətdə olmayacağını bildirib ondan ayrılıb qardaşının evinə getmişdir. X31 vurarkən istifadə etdiyi bıçağı hara tulladığını görməmiş, həm də kafedə olarkən onun üzərində bıçaq olmasını bilməmişdir. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş, şahidlər X26 və X12 ibtidai istintaq zamanı baş vermiş hadisə ilə bağlı şahid Elşad Musayevin ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş, şahid X11 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımış və münasibətləri yaxşa olmuş, lakin Dmitriy Şarovu əvvəllər görsə də, şəxsi tanışlığı olmamışdır. "Nebo" kafesində olduqları vaxt Elvinlə digər qonaqların arasında münaqişə olmamış, lakin özü Belarusiyadan olan cavan oğlanla tualet otağına girməsi ilə bağlı sözlü mübahisəsi düşmüş, həmin vaxt o, güclü alkoqol sərxoşluğu vəziyyətində olmuş, həmin oğlanın yanında isə əvvəllər küçədə gördüyü güclü bədən quruluşlu zolaqlı sviter geyinmiş bir nəfər kişi, yəni Dmitriy Şarov olmuşdur. Kafedə olarkən o, Dmitriy Şarovun qədəhi sındırıb qırıntılarını masanın üzərinə tökməsini görmüş, həmin vaxt kafenin əməkdaşları Dmitriy Şarova yaxınlaşıb kafeni tərk etməsini xahiş edib onu çıxışa doğru aparmış, o da ayağa qalxıb onların arxasınca gedib Dmitriy Şarova yaxınlaşıb onu evinə qədər aparmağı təklif etmiş, lakin o, imtina etmişdir. 04 oktyabr 2015-ci il tarixd, saat 01:50 radələrində Elşad Musayev qaçıb kafeyə girib küçədə dava getdiyini dediyindən o da nə baş verdiyinə baxmağa getmiş və kafenin çıxışında qapının yanında dayanmış Aleksey onu küçəyə, Dmitriy Şarovu isə kafeyə buraxmamışdır. Sonra o, geri qayıdıb kafenin zalına daxil olarkən Elşad Musayevi və Təqsirləndirilən şəxs görmüş və onlar birlikdə kafenin giriş qapısına gedib qapını açmağa çalışmış, küçə tərəfdən qapının yanında dayanmış Aleksey adlı cavan onu kafedən çıxmağa qoymamış, sonra o, qapını aralayıb çölə çıxarkən Aleksey onu əlləri ilə sinəsindən itələmiş, o da əsəbiləşib onu sinəsindən geri itələmiş, Aleksey də geri-asfalta yıxılmış, bundan sonra üçü də kafedən küçəyə çıxmışlar. Sonra çöldə X33 Musayev və Təqsirləndirilən şəxs arasında dava düşmüş, həmin an o və Aleksey kafenin giriş qapısından bir az sağa tərəf çəkilmişlər. Orada Aleksey onun sinəsindən vurmuş, o da yumruğu ilə Alekseyin başından vurmuş və Aleksey asfalta yıxılmışdır. Sağ tərəfində Dmitriy Şarov, Elşad Musayev və Təqsirləndirilən şəxs arasında dava getdiyini görmüş, həmin vaxt Aleksey ayağa qalxmağa çalışarkən o, sağ ayağı ilə Alekseyin çiynindən zərbə endirmişdir. Sonra o, yaxınlaşıb Təqsirləndirilən şəxsla və Dmitriy Şarovu ayırmağa çalışmış, həmin vaxt Alekseyin ayağa qalxıb üstünə qaçdığını görüb Təqsirləndirilən şəxs aralanıb Alekseyi dayandırmışdır. Sonra Təqsirləndirilən şəxs Elşad Musayevin qolundan tutub yolun digər tərəfinə dartıb apardığını görmüş, həmin vaxt Dmitriy Şarov kafenin girişinin sağ tərəfindəki divarın yanında yerə oturmuş və qan içində olduğunu görüb qorxaraq yola qaçmış, yolda maşın saxlamış və sürücüdən yaralı Dmitriy Şarovu xəstəxanaya aparmağı xahiş etmiş, lakin maşının sürücüsü imtina edərək getmişdir. Sonra o, Dmitriy Şarovun yanına qayıtmış, həmin vaxt kafedə olan adamlar çölə çıxıb təcili tibbi yardım briqadasını çağırmışlar. Bundan sonra o, oradan taksi ilə qardaşının evinə getmişdir. Hadisə zamanı o, Təqsirləndirilən şəxs əlində bıçaq görməmiş və onun Dmitriy Şarova bıçaq xəsarətləri yetirilməsini bilməmişdir. Evə gəldikdən sonra paltarının üzərində qan damcılarının olduğunu görüb kafenin qarşısında baş verənləri xatırlayıb Təqsirləndirilən şəxs Dmitriy Şarova bıçaqla xəsarətlər yetirdiyini başa düşmüşdür. İşdə olan, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 oktyabr 2015-ci il tarixli protokolla müəyyən edilir ki, qeyd olunan cinayət hadisəsi Rusiya Federasiyası, Moskva vilayəti, Mıtişi şəhəri, Uqolnaya küçəsində yerləşən “Nebo” kafesinin qarşısında (kafenin giriş hissəsində) baş vermiş və baxış zamanı hadisə yerində bir ədəd qara rəngli bıçaq aşkar edilib qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 26 dekabr 2015-ci il tarixli, 3756 №-li rəyi ilə müəyyən olunur ki, mərhum X13 meyitindən götürülmüş qan H antiqeni ilə müşayət olunan Aβ qrupuna aiddir. Hadisə yerinə baxış zamanı əldə olunan bıçağın üzərində insan qanı, bıçağın sapında isə tərlə qarışıq qan aşkarlanıb. Qrupun müəyyənləşdirilməsi zamanı bıçağın kəskin (kəsici) tərəfində zərərçəkmiş Dmitriy Şarova məxsus olduğu ehtimal edilən, H antiqeni ilə müşaiyət olunan Aβ qrupuna məxsus A və H antigenləri aşkarlanıb. Yuxarıda qeyd olunan bıçağın sapında A, B və H antigenləri aşkarlanıb. Qarışıq izlərdə müəyyən edilmiş xüsusiyyətlərin hər birini mənşəyini qrup xüsusiyyətlərinə göstərilən antigenlər aid olan şəxsin (şəxslərin) həm qanı, həm də təri ilə izah etmək mümkündür. Əgər qan və tər eyni insana aiddirsə, o, ABO qan qrupuna aid şəxsdir. Əgər qan və tər ayrı-ayrı şəxslərə aiddirsə, bu zaman ABO sistemi üzrə istənilən qan qrupuna aid olan, qeyd olunan antigenlərə sahib şəxslərin həm qanı, həm də tərinin qarışması istisna edilmir. Əldə edilən nəticə, bunun zərərçəkmiş Dmitriy Şarovun qanının və tərinin qarışığı olmasını istisna etmir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 26 dekabr 2015-ci il tarixli, 3757 №-li rəyi ilə müəyyən olunur ki, mərhum X13 meyitindən götürülmüş qan H antiqeni ilə müşaiyət olunan Aβ qrupuna aiddir (bax: № 3756-2015-ci il “Ekspert rəyi”). Hadisə yerinə baxış zamanı əldə olunan futbolka (siviter) üzərində zərərçəkmiş Dmitriy Şarova məxsus olduğu ehtimal edilən, H antiqeni ilə müşaiyət olunan Aβ qrup insan qanı aşkarlanıb. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 26 dekabr 2015-ci il tarixli, 3758 №-li rəyi ilə müəyyən olunur ki, mərhum X13 meyitindən götürülmüş qan H antiqeni ilə müşaiyət olunan Aβ qrupuna aiddir (bax: № 3756-2015-ci il “Ekspert rəyi”). Dmitriy Şarovun meyitin əynində olmaqla götürülmüş futbolka (siviter), şalvar, qısa tuman, bir cüt corab, bir cüt idman ayaqqabısı üzərində zərərçəkmiş Dmitriy Şarova məxsus olduğu ehtimal edilən, H antiqeni ilə müşaiyət olunan Aβ qrup insan qanı aşkarlanıb. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 05 oktyabr 2015-ci il tarixli, 819 №-li rəyi ilə müəyyən olunur ki, mərhum X13 meyitinin məhkəmə tibbi tədqiqatı zamanı aşağıdakılar müəyyən olunmuşdur: Sağ qasıq nahiyəsinin xətti yarası № 10, ondan çıxan yara kanalı ilə, sağ xarici qalça venasının zədələnməsi ilə. Yara kanalı qabaqdan arxaya, sağdan sola, bir az yuxarıdan aşağıya doğru gəlir. Sağda döş qəfəsinin xətti yarası № 1, ondan çıxan, uzunluğu təxminən 8,2 sm olan yara kanalı ilə, sağ ağciyərin orta payının zədələnməsi ilə. Yara kanalı qabaqdan arxaya, yuxarıdan aşağıya və bir az sağdan sola doğru gəlir. Sağda döş qəfəsinin xətti yarası № 3, ondan çıxan, uzunluğu təxminən 7,2 sm olan yara kanalı ilə, qaraciyərin sağ payının zədələnməsi ilə. Yara kanalı qabaqdan arxaya, yuxarıdan aşağıya, sağdan sola doğru gəlir. Solda döş qəfəsinin xətti yarası № 4, ondan çıxan, uzunluğu təxminən 6,2 sm olan yara kanalı ilə, sol ağciyərin yuxarı payının zədələnməsi ilə. Yara kanalı qabaqdan arxaya, yuxarıdan aşağıya, soldan sağa doğru gəlir. Qarın boşluğunda 80 ml tünd maye qan və 40 qram tünd qırmızı qan laxtaları. İkitərəfli hemotoraks (sağ plevral boşluqda 40 ml maye qan, sol plevral boşluqda 30 qram tünd qırmızı qan laxtaları və 50 ml maye qan). Solda döş qəfəsinin xətti yarası № 5, ondan çıxan, uzunluğu təxminən 4,7 sm olan, qarın boşluğuna nüfuz edən yara kanalı ilə, daxili orqanların zədələnməsi olmadan. Yara kanalı qabaqdan arxaya, yuxarıdan aşağıya, soldan sağa doğru gəlir. Sağda qabaq qarın divarının xətti yarası № 6, ondan çıxan, uzunluğu təxminən 4,2 sm olan, qarın boşluğuna nüfuz edən yara kanalı ilə, daxili orqanların zədələnməsi olmadan. Yara kanalı qabaqdan arxaya, sağdan sola və bir az aşağıdan yuxarıya doğru gəlir. Sağda döş qəfəsinin xətti yarası № 2, ondan çıxan, uzunluğu təxminən 1,2 sm olan, döş qəfəsinə nüfuz etməyən yara kanalı ilə. Yara kanalı qabaqdan arxaya, yuxarıdan aşağıya doğru gəlir. Qabaq qarın divarının xətti yarası № 7, ondan çıxan, uzunluğu təxminən 5,3 sm olan, qarın boşluğuna nüfuz etməyən yara kanalı ilə. Yara kanalı qabaqdan arxaya və bir az aşağıdan yuxarıya doğru gəlir. Qabaq qarın divarının xətti yarası № 8, ondan çıxan, uzunluğu təxminən 4.3 sm olan, qarın boşluğuna nüfuz etməyən yara kanalı ilə. Yara kanalı qabaqdan arxaya və bir az soldan sağa doğru gəlir. Qabaq qarın divarının xətti yarası № 9, ondan çıxan, uzunluğu təxminən 5.3 sm olan, qarın boşluğuna nüfuz etməyən yara kanalı ilə. Yara kanalı qabaqdan arxaya və bir az aşağıdan yuxarıya doğru gəlir. Sol qalça nahiyəsinin xətti yarası № 11, ondan çıxan, uzunluğu təxminən 4.7 sm olan, qarın boşluğuna nüfuz etməyən yara kanalı ilə. Yara kanalı qabaqdan arxaya, yuxarıdan aşağıya, soldan sağa doğru gəlir. Sol qasıq nahiyəsinin xətti yarası № 12, ondan çıxan, uzunluğu təxminən 6,2 sm olan, qarın boşluğuna nüfuz etməyən yara kanalı ilə. Yara kanalı qabaqdan arxaya, yuxarıdan aşağıya, soldan sağa doğru gəlir. Sol almacıq nahiyəsində qançır, habelə, alın nahiyəsində sağda və solda üç qançır. Solda alt çənənin və burnun üst hissəsinin sıyrığı. Sol körpücükaltı nahiyənin sıyrığı. Solda boynun qabaq-yan səthinin üç səthi yarası (№ 14, № 15, № 16). Üst dodağın yarası (№ 13). Daxili orqanların qeyri- bərabər qan dolğunluğu. Endokard altında qansızma. Məhkəmə histoloji tədqiqat zamanı: Leykositar reaksiya və rezorbsiya olmadan yara № 3, 5, № 6-dan yumşaq toxumalarda infiltrasiya edici qansızmalar; sağ qalça venasının perivenoz fibroz- piy toxumasında rezorbsiya olmadan qan laxtası şəklində diffuz təbəqələşdirici qansızmalar. Məhkəmə kimyəvi tədqiqat zamanı: qanda 3,0%o miqdarında etil spirti aşkar edilmişdir. Hər hansı narkotik və dərman maddəsi aşkar edilməmişdir. Yara kanallarının uzunluğunun dəridəki yaraların uzunluqlarından çox olması; yaraların düz kənarlarla və şaquli divarlarla düzbucaqlı formasında olması; yaraların P-varı və iti uclu olması, yaranın künclərində birləşdirici toxuma aralıqlarının olmaması ona işarə edir ki, döş nahiyəsinin, qarnın və sağ qasıq nahiyəsinin (№ 1-12) yaraları kəsici -dəlici yaralardır. Nəticələrin 1.1, 1.3 və 1.4-cü bəndlərində qeyd olunan, müəyyən edilmiş döş nahiyəsi, qarın və sağ qasıq nahiyəsi yaraları bıçaq tipli kəsici-dəlici alətin iti tiyəsi ilə ən azı 12 dəfə təsir göstərilməsinin nəticəsidir. Nəticələrin 2-ci bəndində sadalanan əlamətlər bunu təsdiq edir. Nəticələrin 1.1 və 1.3-1.8-ci bəndlərində qeyd olunan xəsarətlər şəxs həyatda ikən yetirilib. Xəsarətlərin morfoloji xüsusiyyətləri, yumşaq toxumalarda, dəridəki yara nahiyələrində, yara kanallarının divarlarında qansızmaların olması, döş və qarın boşluqlarında qanın olması, məhkəmə histoloji tədqiqatların məlumatları, dəri örtüklərinin və paltarın bulaşması şəklində xarici qanaxma əlamətləri bunu təsdiq edir. Dmitriy Şarovun ölümü döş və sağ qasıq nahiyəsinin, sağ və sol ağciyərin, qaraciyərin sağ payının və sağ xarici qalça venasının zədələnməsi ilə, kəskin qanitirmə ilə ağırlaşmış çoxsaylı nüfuz edən kəsici-dəlici yaraları nəticəsində baş vermişdir. Nəticələrin 1.1-1.2 və 1.9-1.10-cu bəndlərində qeyd olunan əlamətlər bunu təsdiq edir. Rusiya Səhiyyə və Sosial İnkişaf Nazirliyinin 197n saylı xx.xx.2008-ci il tarixli əmri ilə təsdiq edilmiş "İnsan sağlamlığına vurulan zərərin ağırlıq dərəcəsinin müəyyən edilməsi üzrə tibbi meyarların" 6.1.9-cu bəndinə əsasən, 1.1-ci bənddə qeyd olunan xəsarətlər həyata təhlükə əlaməti üzrə sağlamlığa ağır zərərin vurulması əlamətlərini daşıyır. Sağlamlığa vurulmuş ağır zərərlə ölümün baş verməsi arasında birbaşa səbəb-nəticə əlaqəsi var. Kəsici-dəlici alətin parametrlərinin müəyyən edilməsi üçün daha informativ olan yara № 12 və ondan çıxan yara kanalıdır. Bu yaranın parametrlərini və zədələnmə yerində yaranın yerləşdiyi yerə uyğun olan paltarın qalınlığını nəzərə alaraq, belə bir fikir irəli sürmək olar ki, xəsarətlər tiyəsinin daxil olan hissəsinin maksimal uzunluğu ən azı 6.5 sm, maksimal eni isə, təxminən 2.2 sm təşkil edən kəsicidəlici alətlə yetirilib. Zərərçəkmişin paltarına bol miqdarda qanın hopduğunu, hadisə yerində qan gölməçəsinin olduğunu nəzərə alsaq, döş nahiyəsində, qarında və sağ qasıq nahiyəsində müəyyən edilmiş kəsici-dəlici yaralar (№ 1-12) fışqırmayan bol xarici qanaxma və orta dərəcəli daxili qanaxma ilə müşayiət olunmuşdur. Rusiya Səhiyyə və Sosial İnkişaf Nazirliyinin 197n saylı xx.xx.2008-ci il tarixli əmri ilə təsdiq edilmiş "İnsan sağlamlığına vurulan zərərin ağırlıq dərəcəsinin müəyyən edilməsi üzrə tibbi meyarların" 6.1.9-cu bəndinə əsasən, daxili orqanların zədələnməsi olmadan, döş qəfəsinin və qarnın nüfuz edən kəsici -dəlici yaraları həyata təhlükə əlaməti üzrə sağlamlığa ağır zərərin vurulması əlamətlərini daşıyır. Ölümün baş verməsi ilə səbəb-nəticə əlaqəsi yoxdur. Rusiya Səhiyyə və Sosial İnkişaf Nazirliyinin 197n saylı xx.xx.2008-ci il tarixli əmri ilə təsdiq edilmiş "İnsan sağlamlığına vurulan zərərin ağırlıq dərəcəsinin müəyyən edilməsi üzrə tibbi meyarların" 8.1-ci bəndinə əsasən, nəticələrin 1.4-cü bəndində qeyd olunan döş və qarın nahiyəsinin nüfuz etməyən kəsici -dəlici yaraları sağlamlığa yüngül zərərin vurulması əlamətlərini daşıyır, çünki, adətən, sağ insanlarda sağlamlığın 21 gündən az davam edən qısamüddətli pozulması ilə müşayiət olunur. Ölümün baş verməsi ilə səbəbnəticə əlaqəsi yoxdur. Nəticələrin 1.5-ci bəndində qeyd olunan xəsarətlər ölüm baş verməzdən bir az öncə məhdud təmas səthinə malik sərt küt əşyalarla ən azı altı dəfə təsirin göstərilməsi nəticəsində əmələ gəlib. Onların morfoloji xüsusiyyətləri (göyümtülbənövşəyi rəngi və aydın qançır konturlarının olmaması, sıyrıqların tünd qırmızı yumşaq səthi) bunu təsdiq edir, sağ insanlarda, adətən, sağlamlığa zərər vurmayan xəsarətlər kimi dəyərləndirilir (Rusiya Səhiyyə və Sosial İnkişaf Nazirliyinin 197n saylı xx.xx.2008-ci il tarixli əmri ilə təsdiq edilmiş "İnsan sağlamlığına vurulan zərərin ağırlıq dərəcəsinin müəyyən edilməsi üzrə tibbi meyarların" 9-cu bəndinə əsasən). Ölümün baş verməsi ilə səbəb əlaqəsi yoxdur. Nəticələrin 1.6-cı bəndində qeyd olunan xəsarətlər ölüm baş verməzdən bir az öncə iti kəsici kənarı və ya ucu olan sərt küt əşyanın bir dəfə və daha çox təsir göstərməsi nəticəsində əmələ gəlmişdir. Onların morfoloji xüsusiyyətləri (xətti forması, qırmızımtıl, yumşaq səthi) bunu təsdiq edir, sağ insanlarda, adətən, sağlamlığa zərər vurmayan xəsarətlər kimi dəyərləndirilir (Rusiya Səhiyyə və sosial inkişaf nazirliyinin 197n saylı xx.xx.2008-ci il tarixli əmri ilə təsdiq edilmiş "İnsan sağlamlığına vurulan zərərin ağırlıq dərəcəsinin müəyyən edilməsi üzrə tibbi meyarların" 9-cu bəndinə əsasən). Ölümün baş verməsi ilə səbəb əlaqəsi yoxdur. Nəticələrin 1.7-ci bəndində qeyd olunan xəsarətlər ölüm baş verməzdən bir az öncə iti kəsici kənarı və ya ucu olan sərt küt əşyanın bir dəfə və daha çox təsir göstərməsi nəticəsində əmələ gəlmişdir. Onların morfoloji xüsusiyyətləri (yaraların uzunluğunun onların dərinliyindən çox olması, yaranın xətti forması, yaranın iti ucları, yaranın uclarında divarlar arasında birləşdirici toxuma aralıqlarının olmaması) bunu təsdiq edir, sağ insanlarda, adətən, sağlamlığa zərər vurmayan xəsarətlər kimi dəyərləndirilir (Rusiya Səhiyyə və Sosial İnkişaf Nazirliyinin 197n saylı xx.xx.2008-ci il tarixli əmri ilə təsdiq edilmiş "İnsan sağlamlığına vurulan zərərin ağırlıq dərəcəsinin müəyyən edilməsi üzrə tibbi meyarların" 9-cu bəndinə əsasən). Ölümün baş verməsi ilə səbəb əlaqəsi yoxdur. Nəticələrin 1.8-ci bəndində qeyd olunan xəsarətlər ölüm baş verməzdən bir az öncə məhdud təmas səthi olan iti kəsici kənarı və ya ucu olan sərt küt əşyanın bir dəfə və daha çox təsir göstərməsi nəticəsində əmələ gəlmişdir. Onların morfoloji xüsusiyyətləri (kənarlarının sıyrıqlarla örtülü olması, yaranın ucunda divarlar arasında birləşdirici toxuma aralıqlarının olması) bunu təsdiq edir, Rusiya Səhiyyə və Sosial İnkişaf Nazirliyinin 197n saylı xx.xx.2008-ci il tarixli əmri ilə təsdiq edilmiş "İnsan sağlamlığına vurulan zərərin ağırlıq dərəcəsinin müəyyən edilməsi üzrə tibbi meyarların" 8.1-ci bəndinə əsasən, sağlamlığa yüngül zərərin vurulması əlamətlərinə malikdir, çünki, adətən, sağ insanlarda sağlamlığın 21 gündən az davam edən qısamüddətli pozulması ilə müşayiət olunur. Ölümün baş verməsi ilə səbəb -nəticə əlaqəsi yoxdur. Məhkəmə tibbi ekspertizası zamanı meyitin pozasının dəyişdiyinə işarə edən mötəbər məlumat müəyyən edilməmişdir. Döş qəfəsinin və qarnın, sağ və sol ağciyərin, qaraciyərin və sağ xarici qalça venasının zədələnməsi ilə nüfuz edən kəsici-dəlici yaraları vurulduqdan X42un ölümü ilk on-iyirmi dəqiqə ilə ölçülən qeyri-müəyyən qısa müddət ərzində baş verə bilərdi. Bu müddət ərzində zərərçəkmişin, qanitirmə həcminin artması səbəbi ilə huşunu itirənə qədər, sərbəst şəkildə hər hansı aktiv hərəkət etməsi imkanı istisna olunmur. Dəridəki yaralardan yara kanallarının müxtəlif istiqamətdə olması və xəsarətlərin müxtəlif anatomik nahiyələrdə olması belə fikir irəli sürməyə imkan verir ki, xəsarətlər yetirildiyi zaman zərərçəkmişin və hücum çəkənin qarşılıqlı yerləşməsi dəyişmişdir. Xəsarətlər yetirilərkən Dmitriy Şarov daha çox bədəninin qabaq səthi ilə travma vuran alətə doğru durmuşdu və xəsarətlərin yetirilməsi üçün istənilən əlverişli pozada ola bilərdi. Erkən meyit hallarının kəskinlik dərəcəsinin meyitə aşkar edildiyi yerdə baxış protokolunun təqdim edilmiş surətində göstərilən təsvirinə əsasən, xx.xx.2015-ci il saat 7:00 dəqiqəyə olan vəziyyətə görə, daha dəqiq desək, adaşəkilli, solğun bənövşəyi rəngli meyit ləkələri bədənin və ətrafların arxa səthində yerləşir, üstünə basdıqda itir və 1 dəqiqə ərzində bərpa olunur; üz, yuxarı ətraf və aşağı ətraf əzələlərində zəif ifadə olunan meyit donması; düz bağırsaqda +310C temperatur (meyit səviyyəsində havanın temperaturu +30C olmaqla), habelə, ölüm səbəbini nəzərə alaraq, belə bir fikir irəli sürmək olar ki, Dmitriy Şarovun ölümü baş verdiyi andan etibarən, meyitə baxışın əvvəlinə qədər meyitin aşkar edildiyi yerdə təxminən 4-8 saat vaxt keçə bilərdi. Zərərçəkmişin köynəyində zədələnmələrin yerləşməsi zərərçəkmişin bədənindəki xəsarətlərin yerləşməsi ilə üst- üstə düşmür. Bu, xəsarətlər yetirilərkən köynəyin parçasının yerdəyişməsi ilə əlaqəli ola bilər. Paltardakı zədələnmələr, morfoloji xüsusiyyətlərini və miqdarını nəzərə alsaq, ola bilsin ki, oxşar texniki xarakteristikalara malik olan, kəsici-dəlici xüsusiyyətlərə malik əşyanın ən azı 14 dəfə təsir göstərməsi nəticəsində əmələ gələ bilərdi. Sağ qasıq nahiyəsində dəridəki yaraların (№ 10) yerləşməsi alt paltarının parçasındakı zədələnmə ilə (XV), sol qasıq nahiyəsindəki yara (№ 12) alt paltarının parçasındakı zədələnmə ilə (XVİ) üst- üstə düşür. Müəyyən edilmiş xəsarətlər, onların morfoloji xüsusiyyətlərini, yumşaq toxumalarda qansızmaların xarakteristikalarını nəzərə alsaq, qeyri- müəyyən qısa müddət ərzində, ola bilsin ki, bilavasitə olaraq biri digərinin ardınca yetirilə bilərdi. Məhkəmə tibbi məlumatlara əsaslanaraq, aşkar edilmiş bütün xəsarətlərin əmələ gəlməsi ardıcıllığı barədə daha mötəbər fikir bildirmək mümkün deyil. Ölüm anında Dmitriy Şarov güclü alkoqol sərxoşluq vəziyyətində olmuş, yəni onun qanında 3.0%0 miqdarında etil spirtinin olması bunu təsdiq edir. İşdə olan, məhkəmə-tibbi (kriminaslitik) ekspertizasının 26 yanvar 2016-cı il tarixli, 14-16 №-li rəyi ilə müəyyən olunur ki, 1975-ci il təvəllüdlü X13 meyitindən götürülüb təqdim edilmiş dəri preparatlarında və solda 7-8 qabırğaların qığırdaq hissəsi fraqmentində kəsici-dəlici xəsarətlər aşkar edilmişdir. Bu xəsarətlər ola bilsin ki, bir ədəd müstəvi xüsusiyyətlərinə malik, bir iti qırağı, bir əks-küt, düzbucaqlı kəsiyə malik qırağı olan vasitə ilə (əşya ilə) təkrarlanan təsiri nəticəsində yetirilə bilərdi. Tədqiq olunmuş xəsarətlərin morfoloji xüsusiyyətləri belə fikir irəli sürməyə imkan verir ki, vasitənin daxil olan hissəsinin eni təxminən 26,65-27 mm-dən çox deyil. Eksperimental və müqayisəli tədqiqatlar aparılarkən müəyyən olunmuşdur ki, 1975-ci ildə anadan olmuş Dmitriy Şarovun meyitindən preparatlardakı tədqiq edilmiş kəsici-dəlici xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçaq tiyəsinin təsirindən əmələ gəlməsi mümkünlüyü istisna olunmur. İşdə olan, məhkəmə-daktiloskopik ekspertizasının 05 noyabr 2015-ci il tarixli, 6/1-55 №-li rəyi ilə müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, hadisə yerindən götürülən bıçaq üzərində heç bir əl izi aşkar edilməmişdir. İşdə olan, məhkəmə-molekulyar-genetik ekspertizasının 26 yanvar 2016-cı il tarixli, 6190/16 №-li rəyi ilə müəyyən olunur ki, X13 sağ və sol əllərinin dırnaqlarının kəsiklərindən yumalar hazırlanmış və insan qanının olması üçün “Seratec” alman şirkətinin istehsalı olan “Seratec HemDirect Hemoglobin” testlərindən istifadə etməklə tədqiqat aparılmışdır. Təqdim olunan maddi sübutların üzərində qan olması müəyyən edilib. Dmitriy Şarovun sağ və sol əllərinin dırnaqlarının kəsiklərindən bioloji mənşəli izlərdən, Dmitriy Şarovun qan nümunəsindən ayrılmış DNT preparatları kişi cinsinin DNT-sini təmsil edir. Dmitriy Şarovun sağ və sol əllərinin dırnaqlarının kəsiklərindən bioloji mənşəli izlərdən, Dmitriy Şarovun qan nümunəsindən ayrılmış DNT preparatları gücləndirilmiş fraqmentlərin tam uyğunluğu tapıldı, bu da allelləri Dmitriy Şarovun genom tipinə aid etməyə imkan verir, yuxarıda göstərilən obyektlərdə qan izlərinin Dmitriy Şarova məxsus olmasını istisna etmir. Statistik əhəmiyyətin qiymətləndirilməsi göstərir ki, bu qan izləri həqiqətən də ən azı 99,9 (13)% ehtimalı ilə Dmitriy Şarova məxsus ola bilər. (Ehtimalın hesablanmasında bundan sonra Mərkəzi Avropa əhalisi üçün tədqiq olunan lokusların allelik tezliklərinin dəyərlərinin mühafizəkar qiymətləndirilməsi istifadə edilmişdir). Tərin varlığını müəyyən etmək bir genetikin vəzifəsi deyil və məhkəmə bioloji tədqiqatlara aiddir. İşdə olan, məhkəmə-kriminalistik ekspertizasının 28 dekabr 2015-ci il tarixli, 4944/11- 1 №-li rəyi ilə müəyyən olunur ki, X13 meyitinin dırnaq lövhələrinin kəsiklərində və dırnaqaltı tərkibdə bərkidilən müxtəlif təbiətli və müxtəlif rəngli tekstil liflərinin mikrohissəcikləri vardır və həmin hissəciklər 2 parça daktiloskopik lentin yapışan hissəsinə köçürüldü. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 10 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onlar idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs inadkarlıq, əsəbilik, məsuliyyətsizlik, prinsipiallıq, söz götürməmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında situasiya ilə əlaqədar gərginlik, hirslilik kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır, o, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, məhkəmə-ballistik ekspertizasının 07 avqust 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq-zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 38 qəpik təşkil edir. İşdə olan, “Əşyalara (sənədlərə) baxış keçirilmə haqqında” 16 oktyabr 2015-ci il tarixli protokolla müəyyən edilir ki, istintaq orqanı tərəfindən 07 oktyabr 2015-ci il tarixdə Moskva vilayəti, Mıtişi şəhəri, Silikatnaya küçəsi, ev 39E ünvanında yerləşən “Nebo” kafesindən götürülmüş 10 və 11 nömrəli kameraların videoyazısı olan DVD-R diskə baxış keçirilmişdir. Baxış zamanı videoyazının yuxarı sol küncdə kameranın nömrəsini, tarixi və vaxtı bildirən “xx/xx/2015 00:00:00 SUN CAM10” qeydi var və bu tarix və vaxt həqiqətə uyğundur. Videoyazı səs müşayiəti ilə təchiz olunmamış və təsvirlər ağ-qara tonlardadır, kamera “Nebo” kafesinə paralel gedən avtomobil yolu istiqamətində yönəlmişdir, həmçinin “Nebo” kafesinin park yerinin küncünü əhatə edir. 04 oktyabr 2015-ci il tarixdə, saat 01:47:34-də X21 “Nebo” kafesindən küçəyə çıxarırlar, Dmitriy Şarovun yanlnda küçədə X11 və istintaqla müəyyən olunmayan Aleksey adlı bir nəfər qalır, onlar öz aralarında söhbət edir. 04 oktyabr 2015-ci il tarixdə, saat 01:47:34 saniyədə Dmitriy Şarov “BMW” markalı avtomobilin sürücü tərəfdən qapısına yaxınlaşır və onu açmağa çalışır. İstintaqla müəyyən olunmayan Aleksey adlı bir nəfər və X24 ona yaxınlaşır. X42 “BMW” markalı avtomobil ilə Elşad Musayevin arasından keçərkən, sol ayağı ilə Elşad Musayevin sağ ayağını tapdalayır. Elşad Musayev sol əli ilə Dmitriy Şarovun dirsəyindən tutub dəstəkləyir. Sonra 04 oktyabr 2015-ci il tarixdə, saat 01:51:53 saniyədə Dmitriy Şarov çevrilərək, sağ əli ilə Elşad Musayevin üz nahiyəsinə zərbə endirir, sonuncu müvazinətini itirir, lakin yıxılmır. X43 sağ əli ilə Dmitriy Şarovun üz nahiyəsinə zərbə endirir. Dmitriy Şarov müvazinətini itirir, lakin yıxılmır, belə ki, Aleksey onu tutub saxlayır. Elşad Musayev “BMW” markalı avtomobilin ətrafı ilə dövrə edib, “Nebo” kafesinə gedir. Dmitriy Şarov və Aleksey kafenin yanında küçədə qalırlar. Sonra 04 oktyabr 2015-ci il tarixdə, saat 01:53:35 saniyədə Elşad Musayev və Təqsirləndirilən şəxs kafedən küçəyə çıxırlar. X4rın nahiyəsinə ayaq zərbəsi endirir. Bu zaman Təqsirləndirilən şəxs Dmitriy Şarovun sağ tərəfində, Elşad Musayev isə Dmitriy Şarov ilə üzbəüz dayanır. Bundan sonra Təqsirləndirilən şəxs sol əli ilə Dmitriy Şarovun koftasından yapışaraq, sağ əli ilə bıçağın tiyəsi ilə sonuncunun qarın nahiyəsinə çoxsaylı zərbələr endirməyə başlayır. X42, Elşad Musayev və Təqsirləndirilən şəxs videomüşahidə kamerasının görmə sahəsindən yox olurlar. 04 oktyabr 2015-ci il tarixdə, saat 01:53:45 saniyədə Təqsirləndirilən şəxs Dmitriy Şarova bıçaq zərbələri endirəndən sonra, Təqsirləndirilən şəxs əlindən bıçaq yerə düşür, sonra sonuncu sağ əli ilə həmin bıçağı qaldırır, sol əli ilə Elşad Musayevin koftasından tutub, sonuncunu “Nebo” kafesindən əks istiqamətə, yolun əks tərəfinə çəkib aparır, bundan sonra onlar videomüşahidə kamerasının görmə sahəsindən yox olurlar. 04 oktyabr 2015-ci il tarixdə, saat 02:00:46 saniyədə Təqsirləndirilən şəxs yolun əks tərəfindən Dmitriy Şarova doğru gəlir və yolun əks tərəfinə geri qayıdır. Videoyazı 04 oktyabr 2015-ci il tarixdə, saat 02:46:20-də başa çatır. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 07 avqust 2023-cü il tarixli qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində CM-nin 120.2.1, 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələri ilə cinayət təqibinin başlanması CPMnin 39.1.2-ci maddəsinə əsasən istisna (rədd) edilmiş, X15 zərərçəkmiş Dmitriy Şarovun sağlamlığına yüngül zərər vurması xüsusat üzrə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş, X2 cinayət hadisəsi baş verdikdən sonra Təqsirləndirilən şəxs hadisə yerindən evinə aparması və onun istintaqdan yayınmasına kömək etməsi xüsusat təsdiqini tapmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, iş üzrə götürülmüş bir ədəd bıçaq, bir ədəd futbolka (siviter), bir ədəd şalvar, bir ədəd alt paltarı, bir cüt corab, bir cüt krosovka (ayaqqabı), bir ədəd gödəkcə, qabırğa qığırdaqları, dırnaq kəsikləri, dırnaq və saç nümunələri iş üzrə maddə sübut kimi tanınmış və saxlanması üçün Saatlı rayon prokurorluğunun maddi sübutlar otağını təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Yekaterina Şarovanın, şahidlər Elşad Musayev, Yunus Xalimov, Aleksandr Şadrin və Zamirbek Bektaşovun ifadələri yalnız özlərinin birbaşa şahid olduğu hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla, o cümlədən videoyazı ilə təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadəni mötəbər sübut hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (məhkəmədə verdiyi ifadəsində göstərilən-onun əvvəlcədən Dmitriy Şarovu öldürmək niyyətinin olmaması, dalaşarkən Dmitriy Şarovu öldürmək niyyəti ilə deyil, yalnız cəzalandırmaq məqsədi ilə cibində saxladığı bıçağı çıxarıb Dmitriy Şarovu bıçaqlamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi Yekaterina Şarovanın, şahidlər Elşad Musayev, Yunus Xalimov, Aleksandr Şadrin və Zamirbek Bektaşovun ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni onun əvvəlcədən Dmitriy Şarovu öldürmək niyyətinin olmaması, dalaşarkən Dmitriy Şarovu öldürmək niyyəti ilə deyil, yalnız cəzalandırmaq məqsədi ilə cibində saxladığı bıçağı çıxarıb Dmitriy Şarovu bıçaqlamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi Yekaterina Şarovanın, şahidlər Elşad Musayev, Yunus Xalimov, Aleksandr Şadrin və Zamirbek Bektaşovun ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən 04 oktyabr 2015-ci il tarixə “Nebo” kafesinin qarşısında hadisənin baş verdiyi anlara aid videogörüntülərlə (məhkəmədə tədqiq olunarkən Təqsirləndirilən şəxs həmin videogörüntülərdə Dmitriy Şarova bıçaqla çoxsaylı xəsarətlər yetirən şəxsin özü olduğunu bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi (həmin ifadəsində o, dostu Elşad Musayevi vurduğu üçün Dmitriy Şarovu öldürmək qərarına gəlib onu bıçaqlayıb öldürdüyünü bildirib ittihamda göstərilən digər xüsusatları təsdiq etmişdir) ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Dmitriy Şarovu qəsdən öldürmüşdür. Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə görə qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmədən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarının 2, 3 və 4-cü bəndlərində izah edilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəlmiş olur, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən məhkəmədə dindirilmiş şəxslərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmədə elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2015-ci il tarixdə, saat 01:40 radələrində aralarında olan şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qisas almaq niyyəti ilə X16 qəsdən öldürmək qərarına gələrək bu məqsədlə üzərində saxladığı bıçağı çıxarıb Dmitriy Şarova çoxsaylı (12 ədəd) bıçaq zərbələri vurub ölümünə səbəb olan yara ilə müşayiət olunan, həyatı üçün təhlükəli olan, qəsdən sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Dmitriy Şarovu qəsdən öldürmüşdür. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 120.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Saatlı Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 12 aprel 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikasının ərazisində cinayət törətməsi və məhkum olunması barədə məlumatlar yoxdur. İşdə olan, AA ******* №-li şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1986-cı ildə Rusiya Federasiyasında doğulmuş və Azərbaycan Respublikasının vətəndaşıdır. İşdə olan, AZ-İ 763715 №-li nikah haqqında şəhadətnaməninin, AZ-İİİ 713179 və AZ- İV 388018 №-li doğum haqqında şəhadətnamələrin surətləri ilə müəyyən olunur ki, X18 X10 ilə nikaha daxil olarkən “Cəfərov” soyadını qəbul etmiş və Təqsirləndirilən şəxs evli olmaqla himayəsində 14 mart 2016-cı il təvəllüdlü X19 və 17 dekabr 2019-cu il təvəllüdlü X22 vardır. İşdə olan, Saatlı rayon MKTB-dən verilmiş 13 aprel 2023-cü il tarixli arayış və xasiyyətnaməsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Saatlı şəhəri, M.Ağayev küçəsi ev 17-də qeydiyyatda olmaqla Saatlı şəhəri, H.Əliyev prospekti bina 282, mənzil 5də müvəqqəti yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə təmizlik və abadlıq işlərində iştirak etmiş, ondan şikayət daxil olmamışdır) xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Habelə işdə olan sənədlərə əsasən, mərhum, 21 mart 1975-ci il təvəllüdlü X21 Rusiya Federasiyasının vətəndaşı olmaqla subay olmuş, sürücü işləmiş, məhkum olunmamış, Moskva vilayəti, Mıtişi şəhəri, Silikatnaya küçəsi, ev 47, korpus 3, mənzil 3-də qeydiyyatda olmaqla yaşamış və yaşadığı müddətdə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə müəyyən edilmiş həddə cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətdiyinə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Yekaterina Şarovanın baş vermiş cinayət hadisəsi nəticəsində (cinayət qanuni ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar) ona vurulmuş maddi ziyana görə 136.692 Rusiya rublu (Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2015-ci il tarixə uyğun olan məzənnəsinə müvafiq olaraq 0.0158 AZN *136.692 RBL, yəni 2159 /iki min bir yüz əlli doqquz/ manat 73 qəpik) məbləğində və mənəvi ziyana görə 10.000.000 Rusiya rublu (Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2015-ci il tarixə uyğun olan məzənnəsinə müvafiq olaraq 0.0158 AZN *10.000.000 RBL, yəni 158000 /bir yüz əlli səkkiz min/ manat) məbləğində, habelə huquqi yardımla bağlı nümayəndəyə (vəkilə) ödənilmiş 3000 (üç min) manat pul vəsaitinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutulub ona verilməsi barədə verdiyi mülki iddia maddi ziyan hissəsində tam, mənəvi ziyan hisssində qismən təmin edilməlidir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi Yekaterina Şarova mülki iddia ərizəsində və nümayəndəsi vasitəsilə əlavə müraciətində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən X32 öldürməsi nəticəsində ona atasının dəfn olunması ilə bağlı (yas mərasiminin keçirilməsi və qəbir baş daşının hazırlanması və sair xərclərlə bağlı rəsmi sənədlərin surətləri iddia ərizəsinə əlavə edilmişdir) təxminən 2159 (iki min bir yüz əlli doqquz) manat 73 qəpik mindarında maddi ziyan dəymiş, eləcə də bu cinayət işə üzrə hüquqlarının müdafiəsi ilə bağlı müqavilə bağladığı vəkilə (nümayəndəyə) 3000 manat pul vermiş (hüquqi yardımla bağlı vəkillə bağlanmış müqavilənin surəti işdə vardır), habelə X32 öldürməsi ilə bağlı o, mənəvi sarsıntı keçirmiş və bununla bağlı ona vurulan mənəvi zərəri 158000 (bir yüz əlli səkkiz min) manat miqdarında qiymətləndirir. Beləliklə, zərərçəkmiş şəxsin hüquqi varisi Yekaterina Şarova hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona cəmi 5159 (beş min bir yüz əlli doqquz) manat 73 qəpik mindarında maddi ziyan, 158000 (bir yüz əlli səkkiz min) manat miqdarında mənəvi zərər dəymiş və ümumilikdə isə ona 163.159 (bir yüz altmış üç min bir yüz əlli doqquz) manat 73 qəpik miqdarında zərər dəymişdir. Məhkəmə hesab edir ki, mülki iddiaçı Yekaterina Şarova X36un qızıdır və baş vermiş cinayət hadisəsi nəticəsində atasını itirməklə ona maddi, həm də mənəvi ziyan dəymiş və bu səbəbdən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin hüquqi nəticələri də eyni zamanda mülki iddiaçı Yekaterina Şarovaya da şamil olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 181-ci maddəsinin müddəalarına əsasən fiziki şəxsə ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmçinin mülki iddia verən şəxs ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda çəkilən xərcləri, o cümlədən zərərçəkmiş şəxsin dəfni ilə bağlı xərcləri tələb etməyə haqlıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 4-cü bəndində izah verilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin Qərarın 10-cu bəndində bildirilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bu baxımdan hazırki iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar zərərçəkmiş şəxsin hüquqi varisi Yekaterina Şarovaya mənəvi ziyan dəyməsi, yəni Təqsirləndirilən şəxs Dmitriy Şarovu qəsdən öldürməsi nəticəsində mərhum X5 Şarovanın psixoloji sarsıntı keçirməsi heç bir şübhə yaratmadığından məhkəmə hesab edir ki, Yekaterina Şarovanın mənəvi zərərlə bağlı mülki iddiası (zərərin məbləği ağlabatan və ədalətli olmaqla) qismən təmin edilməlidir. Beləliklə, məhkəmə heyəti qarara gəlir ki, həmin mülki iddia zərərçəkmiş şəxsin hüquqi varisinə cəmi 5159 (beş min bir yüz əlli doqquz) manat 73 qəpik mindarında maddi ziyan vurulması hissəsində tam, 158000 (bir yüz əlli səkkiz min) manat miqdarında mənəvi ziyan vurulması hissəsində 5.000 (beş min) manat məbləğində olmaqla qismən təmin edilməklə cəmi 10159 (on min bir yüz əlli doqquz) manat 73 qəpik məbləğində pul vəsaiti mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs alınıb mülki iddiaçı (zərərçəkmiş şəxsin hüquqi varisi) Yekaterina Şarovaya verilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Saatlı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd bıçaq, bir ədəd futbolka (siviter), bir ədəd şalvar, bir ədəd alt paltarı, bir cüt corab, bir cüt krosovka (ayaqqabı), bir ədəd gödəkcə, qabırğa qığırdaqları, dırnaq kəsikləri, dırnaq və saç nümunələri hökm qanuni quvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-34 (otuz dörd) manat 38 qəpik Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X3 mülki iddiası maddi ziyan hissəsində tam, mənəvi ziyan hisssində qismən təmin edilsin. Həmin mülki iddia zərərçəkmiş şəxsin hüquqi varisinə cəmi 5159 (beş min bir yüz əlli doqquz) manat 73 qəpik miqdarında maddi ziyan vurulması hissəsində 5159 (beş min bir yüz əlli doqquz) manat 73 qəpik məbləğində tam, 158000 (bir yüz əlli səkkiz min) manat miqdarında mənəvi ziyan vurulması hissəsində 5.000 (beş min) manat məbləğində qismən təmin edilsin və cəmi 10159 (on min bir yüz əlli doqquz) manat 73 qəpik məbləğində pul vəsaiti mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs alınıb mülki iddiaçı (zərərçəkmiş şəxsin hüquqi varisi) X6 verilsin. İş üzrə maddi sübutlar olan və Saatlı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd bıçaq, 1 (bir) ədəd futbolka (siviter), 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd alt paltarı, 1 (bir) cüt corab, 1 (bir) cüt krosovka (ayaqqabı), 1 (bir) ədəd gödəkcə, qabırğa qığırdaqları, dırnaq kəsikləri, dırnaq və saç nümunələri hökm qanuni quvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-34 (otuz dörd) manat 38 qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar