Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-130/2025 31.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1968-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkum olunmuş, Füzuli rayonu Zərgər kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə; xx xxxxxx 1997-ci ildə İran İslam Respublikasının Xudafərin şəhərində doğulmuş, İran İslam Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkum olunmamış, İran İslam Respublikasının Xudafərin şəhərində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 və İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 öz aralarında və qeyriləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın əldə edilməsi, saxlanılması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi, Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitənin Azərbaycan Respublikasında qəbul edilməsi və realizə olunmasının təşkili barədə əvvəlcədən vəd verilib razılaşaraq onun köməkçiliyi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs2 və cinayətkar qrupun üzvü olan digər İran İslam Respublikası vətəndaşları İran İslam Respublikasında külli miqdarda, yəni 9 kq 774,76 qram qurudulmuş marixuananı əldə etmiş, saxlamış, daşıyaraq 31 mart 2024-cü il tarixdə saat 02 radələrində Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin Beyləqan rayonu Əmirzeydili kəndi ərazisində yerləşən 20-ci sərhəd zastavasının 30-cu sahəsindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında keçməklə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmiş, bu barədə Təqsirləndirilən şəxs1 cinayətkar qrupun üzvü tərəfindən məlumat verildikdən sonra Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni götürmək üçün idarə etdiyi “Khazar” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobillə 31 mart 2024-cü il tarixdə saat 02 radələrində Beyləqan rayonu Əmirzeyidli kəndi ərazisinə getmiş, Təqsirləndirilən şəxs2 və qeyriləri tərəfindən Əmirzeyidli kəndində yerləşən 20-ci sərhəd zastavasının 30-cu sahəsinə gətirilmiş külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satış məqsədilə əldə edib, saxlayıb, daşıma üçün axtarmağa başlamış, lakin Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığından narkotik vasitəni əldə edə bilməmiş, bilavasitə cinayəti törətməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək narkotik vasitəni əldə etmə, saxlama və daşımağa cəhd etmiş, eyni zamanda həmin sahədə Təqsirləndirilən şəxs2 da sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılmış, hadisə yerindən cinayətkar qrupa məxsus iki ədəd bağlamada külli miqdarda 9 kq 774,76 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 29,234.4.1 və 29, 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, ailəsi ilə Füzuli rayonu Zərgər kəndində yaşayır. 31 mart 2024-cü ildən təxminən on gün əvvəl ona +98 935 962 62 16 telefonla bir nəfər zəng edərək Azərbaycan Respublikasında narkotik vasitə sata biləcəyini soruşmuş, o isə bu barədə fikirləşib cavab verəcəyini demişdir. 30 mart 2024-cü il tarixdə saat 15 radələrində özünə məxsus «Khazar» markalı, **-PR-*** qeydiyyat nişanlı avtomaşınla tanışı Muxamed Abdullayevlə birlikdə Araz çayında «Beton kanal» adlanın su kanalına balıq tutmağa getmişlər. Orada tilovlarını Araz çayna sallamışlar. Təxminən 15-20 dəqiqə orada olduqdan sonra Muxamedi maşınla aparıb öz evinə düşürmüş və özü də evinə getmişdir. Sonra İranlı şəxsə zəng edərək onun təklifi ilə razılaşdığını, narkotik vasitələri gətirib tilovları atdığı ərazidən bir qədər aralı istiqamətdə atmalarını, gedib oradan götürəcəyini bildirmişdir. Axşam balıq tilovlarını götürən zaman narkotiki də Muxameddən xəbərsiz götürəcəyini düşünmüşdür. 30 mart 2024-cü il tarixdə İran İslam Respublikası vətəndaşı ilə iran nömrəsi ilə əlaqə saxlamış, sonra isə iran vətəndaşı +**********57 telefondan "whatsApp" ani mesajlaşma proqramı ilə ona məxsus ***-***-**-** telefon nömrəsinə zəng edərək narkotik vastə qurudulmuş marixuana göndərəcəyini demişdir. Pula ehtiyacı olduğu üçün onunla razılaşmışdır. İranlı ona narkotik vasitənin qoyulduğu yerin konumunu göndərmişdir. 31 mart 2024-cü il tarixdə saat 02 radələrində idarə etdiyi avtomaşınla narkotik vasitəni götürmək üçün həmin yerə getmişdir. Sonra isə fikrini dəyişmiş və narkotik vasitəni götürmədən geri qayıdanda onu hərbiçilər tutmuşlar. İranlı ona 10 kiloqram qurudulmuş marixuana göndərəcəyini demişdir. Qaçaqmalçılıq cinayətində iştirak etmədiyinə görə özünü CM-nin 206.3.2-ci maddəsi ilə təqsirli bilmir. Lakin Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, hadisədən təxminən 10 gün əvvəl istifadəsində olan mobil telefonun whatsApp tətbiqinə İran İslam Respublikası operatoruna məxsus +98 935 *** ** ** nömrə ilə tanımadığı şəxsdən zəng gəlmiş, həmin şəxs ondan Rasim olub-olmadığı, sonra isə Azərbaycan Respublikasında narkotik vasitə sata biləcəyini soruşmuşdur. O isə bir qədər fikirləşib cavab verəcəyini demişdir. İki gün sonra həmin şəxs yenidən ona zəng edərək cavabını soruşmuş, o isə son qərar vermədiyini demişdir. 30 mart 2024-cü il tarixdə iranlı ilə yenidən danışarkən iranlı ona 10 kq narkotik vasitə olan qurudulmuş marixuana göndərə biləcəyini, narkotik vasitəni haradan qəbul edə biləcəyini soruşmuş, narkotik vasitəni maneə çəpərindən çölə atacaqlarını demişdir. O, 31 mart 2024-cü il tarixdə saat 02 radələrində idarə etdiyi avtomobillə hərəkət edərək narkotik vasitənin qoyulduğu yerə çatmış və orada avtomobildən düşdükdən sonra hərbi qulluqçular tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs2 ona CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 30 mart 2024-cü il tarixdə İran İslam Respublikasında yaşadığı Xumarlı rayonunun Qulubəyli kəndində olarkən həmkəndliləri Süleyman Salam oğlu və Abbasəd İnşallah oğlu evinin qarşısına gələrək ona Parsabad rayonunun Əlirzabad kəndindən Azərbaycan Respublikasının Beyləqan rayonunun Əmirzeyidli kəndinə narkotik vasitə keçirməyi və bunun qarşılığında çoxlu pul verəcəklərini təklif etmişlər. O, həmin şəxslərin təklifini qəbul etmiş, birlikdə Aslandüz rayonunun Hacılı kəndində yaşayan Bəhmən Vətəni adlı şəxsin yanına getmişlər. Bəhmən Vətəni ona və Abbasəd İnşallah oğluna içərisində təxminən 10 kiloqram narkotik vasitə olan 2 ədəd selofana bükülmüş bağlamalar vermiş, həmin bağlamaları İran İslam Respublikasının Parsabad rayonunun Əlirzabad kəndində yerləşən sərhəddən Azərbaycan Respublikasının Beyləqan rayonunun Əmirzeyidli kəndinə keçirməli olduqlarını, bunun müqabilində hər birinə ********* (yüz əlli milyon) İran İslam Respublikası rialı, yəni Azərbaycan manatı ilə təxminən 6150 (altı min yüz əlli) manat verəcəyini bildirmiş, içərisindən narkotik vasitə olan bağlamaları İran İslam Respublikası ilə Azərbaycan Respublikasının dövlət sərhədini ayıran Araz çayından keçib, Azərbaycan Respublikasının Beyləqan rayonunun Əmirzeyidli kəndində yerləşən və dövlət sərhədini bildirən tikanlı məftil hasarının üzərindən digər tərəfə, yəni Azərbaycan Respublikası ərazisinə atmalı olduqlarını bildirmişdir. Bəhmənlə razılaşaraq ona gecə saatlarında həmin bağlamanı oraya çatdıracaqlarını demişdir. 31 mart 2024-cü il tarixdə saat 00:30 radələrində Bəhmən onları şəxsi avtomobili ilə İran İslam Respublikasının Xumarlı rayonunun Qulubəyli kəndindən Parsabad rayonunun Əlirzabad kəndinə aparmışdır. Bəhmən Vətəni onları həmin kəndin yaxınlığından axan Araz çayının sahilinə aparmış, həmin çayı üzərək Azərbaycan Respublikasının ərazisinə keçmələrini bildirmişdir. O, Abbasəd İnşallah oğlu ilə çayı üzərək 31 mart 2024-cü il tarixdə saat 01:45 radələrində Azərbaycan Respublikasının ərazisinə keçmişlər. Araz çayının sahili boyu olan sıx qamışlıqla irəllədikdən sonra təxminən gecə saat 03:30 radələrində Beyləqan rayonunun Əmirzeyidli kəndində yerləşən və dövlət sərhədini bildirən tikanlı məftil hasarının yanına çatmışlar. X6 əlində olan narkotik vasitə bağlamasını ona verərək hər iki bağlamanı tikanlı məftillərin digər tərəfinə atmasını demişdir. O da qamışlıqdan çıxmış, bağlamaları tikanlı məftillərin digər tərəfinə atmaq istəyərkən dövlət sərhədini mühafizə edən hərbi qulluqçular onu görmüş, əlindəki bağlamaları hasarın digər tərəfinə atmağa cəhd etmiş, bağlamaların hasarın digər tərəfinə düşüb-düşmədiklərini dəqiq bilməmiş, hərbi qulluqçuları onu gördükdən sonra bir neçə dəfə “Dayan, qaçma” demiş və havaya atəş açmışlar. O isə həmin vaxt onların dediklərinə fikir verməmiş, cəld şəkildə arxaya gəldikləri qamışlıq əraziyə doğru qaçmış, arxaya doğru döndükdə Abbasədin orada olmadığını, İran İslam Respublikasına qaçdığını görmüşdür. Bu zaman hərbi qulluqçular silahdan atəş açaraq sol ayağından onu vurmuşlar, o isə həmin vaxt qamışlıq əraziyə girərək gizlənmiş, təxminən 10-15 dəqiqə sonra isə bir neçə hərbi qulluqçu onun yanına gəlmiş, dərhal ona ilkin tibbi yardım göstərərək xəstəxanaya təxliyyə etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri onların öz ifadələrindən əlavə məhkəmədə dindirilən şahidlərin ifadələri, iş ekspertiza rəyi, baxış protokolları və sair iş materialları ilə də tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsində tağım komandiri işləyir. xx.xx.2024-cü il tarixdə saat 02:20-də xidməti ezamiyyədə olduğu 20-ci sərhəd zastavasının şəxsi heyəti “Silaha” komandasına qaldırılmış, onlara 2 nəfər sərhəd pozucusunun İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkətinin müşahidə edildiyi, həmin şəxslərin saxlanılması üçün ərazi qapadılmalı və qeyd olunan şəxslərin təqibinə başlanılmalı olduğu bildirilmişdir. “Pusqu” sərhəd naryadında olan snayperçi əsgər Şahid3la birlikdə sərhəd zastavasının sol cinah 30-cu sahəsinə doğru hərəkət etmiş, təyin edilmiş yerə çatdıqdan sonra maskalanaraq ərazini müşahidədə saxlamışlar. Saat 02:30-da olduqları yerin yaxınlığından dövlət sərhəd xətti istiqamətində bir ədəd ağ rəngli “Khazar” markalı, “**-PR-***” nömrə nişanlı avtomobilin hərəkət etdiyini, həmin avtomobildə 2 nəfər şəxsin olduğunu görmüşlər. Həmin avtomobil onları təxminən 10 metr keçdikdən sonra qarşıda saxlamışdır. Avtomobildən iki nəfər şəxslər düşmüş, sərhəd xətti istiqamətində boylanaraq baxmış, həmin istiqamətdə irəliləmək istədikləri zaman “Dayan!” çağırış komandası verilərək qeyd olunan 2 nəfər şəxsi saxlamışlar. Saxlanılmış şəxslərin şəxsiyyətlərini dəqiqləşdirən zaman onların Beyləqan rayon sakinləri Təqsirləndirilən şəxs1 və Muxamed Abdullaev olduqları məlum olmuşdur. Həmin şəxslər sərhəd zastavasına aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 20-ci sərhəd zastavasının rəisi vəzifəsində işləyir. Daxil olmuş əməliyyat məlumatı əsasənda xx.xx.2024-cü il tarixdə saat 21:30-dan xx.xx.2024-cü il saat 03:00-dək sərhəd zastavasının sol cinah 30-31-ci sahələrində əsgər Şahid4la birlikdə sərhəd xidməti naryadına təyin edilmişlər. xx.xx.2024-cü il tarixdə saat 02:19-da “Texniki Müşahidə Məntəqəsi” sərhəd naryadında olan gizir İbrahim Mustafayev radiorabitə vasitəsilə 2 nəfər sərhəd pozucusunun İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 31-ci sahədən 30-cu sahə istiqamətində hərəkət etdiyinə dair məlumat vermişdir. “Rabitə Növbətçisi” xidmətinə sərhəd zastavasının şəxsi heyətinin “Silaha” komandasına qaldırılaraq ərazinin qapadılması və sərhəd pozucularının axtarışının həyata keçirilməsi barədə tapşırıq vermişdir. Dərhal naryad üzv ilə birlikdə qeyd olunan sahədə sərhəd pozucularının potensial olaraq keçmə ehtimalı olan yerə doğru hərəkət etmişlər. Orada maskalanaraq sərhəd pozucularının yaxınlaşmasını gözləmişlər. Ərazidə müşahidə apardıqları zaman ona 30-cu sahədə saat 02:40-da iki nəfər Azərbaycan Respublikası vətəndaşının saxlanılması barədə məlumat verilmişdir. Həmin şəxslərin Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Muxamed Abdullaev olması müəyyənləşdirilmişdir. Ərazidə müşahidəni davam etdirdikləri zaman saat 03:40-da İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədindən qanunsuz yolla keçməklə faktiki olaraq Azərbaycan Respublikası ərazisinə daxil olmuş, iki nəfər şəxslər yaxınlığından keçmişlər. Həmin şəxslərə “Dayan!” çağırış komandası verilmişdir. Həmin şəxslərdən biri əlində olan iki ədəd bağlamalardan əvvəlcə birini, daha sonra isə ikincisini yerə atmış, hər iki şəxs Azərbaycan Respublikasından İran İslam Respublikasına doğru olmaqla hər biri ayrı səmtlərdə geri istiqamətdə qaçmağa başlamışlar. Bu vaxt havaya xəbərdarlıq atəşi açsa da, sərhəd pozucuları dayanmadıqlarından həmin şəxsləri saxlamaq və ölkə hüdudlarından qaçıb uzaqlaşmasının qarşısını almaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 03:49-da sərhəd pozucularından birinin ayağına doğru silahından atəş açaraq onu ayaq nahiyyəsindən yaralamışdır. Digər şəxs isə ərazisinin qaranlıq olmasından, relyefindən və sıx qamışlıqkolluq olmasında istifadə edərək qaçıb uzaqlaşmış, dövlət sərhədindən Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətdə geri qayıtmışdır. Dərhal silah tətbiqi nəticəsində yaralanaraq yerə uzanmış vəziyyətdə olan şəxsə yaxınlaşaraq ilkin tibbi yardım göstərmiş, bir qədər sonra həmin yaralı olan İran İslam Respublikası vətəndaşı X8 ərazidən təxliyə edilərək Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Aparılan axtarış tədbirləri zamanı yaralanmış sərhəd pozucusunun olduğu yerdən bir qədər aralıda 2 ədəd qara rəngli bağlamalar aşkar edilmiş, sonradan bağlamaların içərisində narkotik vasitə olması məlum olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid4 da, Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 göstərdi ki, 31 mart 2024-cü il tarixdə o və Şahid6 «N» saylı hərbi hissənin əməkdaşları tərəfindən dəvət olunmaqla Təqsirləndirilən şəxs1 və başqalarının saxlanıldıqları əraziyə baxış keçirilməsində hal şahidi kimi iştirak etmişlər. Onların iştirakları ilə sərhəd mane çəpərindən çöl tərəfdə, su kanalının kənarına, kolluq və qamışlıqdan ibarət əraziyə baxış keçirilən zaman oradan balıq ovlamaq üçün tilovlar aşkar edilərək götürülmüşdür. Bundan başqa 31 mart 2024-cü il tarixdə saat 03-04 radələrində 20-ci sərhəd zastavasının Beyləqan rayonu Əmirzeyidli kəndi ərazisində yerləşən maneə çəpərinin içəri tərəfindən 02 ədəd qara rəngli bağlama aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 hadisə yerindən aşkar olunmuş 02 ədəd bağlamaları onun sifarişi ilə adını bilmədiyi İran İslam Respublikası vətəndaşı tərəfindən ona göndərildiyini bildirmişdir. 02 ədəd bağlamalara zastavanın xidməti otağında baxış keçirilərkən bağlamaların içərisindən dördbucaq və silindir formada şəffaf yapışqan selafonla sarılmış halda on iki ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə aşkar olunmuş, həmin maddələr elektron tərəzidə çəkilmiş, 10 kiloqramdan çox olması müəyyən olunmuş və qablaşdırılıb götürülmüşdür. Bu barədə onun iştirakı ilə protokol tərtib olunmuşdur. 31 mart 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və X1 ərazi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi ərazisində yerləşən 4-cü sərhəd komendantlığının 20-ci sərhəd zastavasının 30-cu sahəsinin arxa istiqamətidir, ərazidən su kanalı keçdiyi, ətraf ərazi sıx kolluq və qamışlıqdan ibarət olduğu göstərilmiş, ərazidən balıq ovlamaq üçün bir neçə alət və vasitələr aşkar edilmiş, həmçinin Təqsirləndirilən şəxs1 və X4 aşkar edilmiş əşyaların onlara məxsus olduğunu bildirmişlər. 31 mart 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi ərazisində yerləşən 4-cü sərhəd komendantlığının 20-ci sərhəd zastavasının 30-cu sahəsindən dövlət sərhəd xəttindən 800 metr aralı, maneə çəpərindən 100 metr içəridən Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan şəxslə birlikdə 31 mart 2024-cü il tarixdə qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirdikləri 2 ədəd qara rəngli bağlamalar aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs1 hadisə yerindən aşkar olunaraq götürülmüş 2 ədəd bağlamaları onun sifarişi ilə adını bilmədiyi İran İslam Respublikası vətəndaşı tərəfindən ona göndərildiyini bildirmiş, X4 isə aşkar olunmuş bağlamalardan məlumatlı olmadığını göstərmişdir. 31 mart 2024-cü il tarixli aşkar edilmiş bağlamaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, «N» saylı hərbi hissənin Beyləqan rayonunun Əmirzeyidli kənd ərazisində yerləşən 4-cü sərhəd komendatlığının 20-ci sərhəd zastavasının 30-cu sahənindən Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı tərəfindən gətirilmiş 2 (iki) ədəd qara rəngli bağlamalara baxış keçirilərkən bağlamaların içərisindən dördbucaq və slindir formada şəffaf yapışqan selafonla sarınmış halda on iki ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə aşkar olunmuş, aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə AMİN markalı elektron tərəzidə çəkilmiş, narkotik vasitə qurudulmuş qurudulmuş marixuanaya oxşar maddənin çəkisi 10 kq 300 qram olduğu məlum olmuş, baxış zamanı Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 hadisə yerindən götürülmüş 10 kq 300 qram narkotik vasitə qurudulmuş marixuananın əvvəlcədən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə razılaşdıqları, ona çatacaq narkotik vasitə olduğunu bildirmiş, X4 aşkar olunmuş narkotik vasitələrdən məlumatı olmadığını, saxlanıldığı hadisə yerinə balıq ovlamaq üçün getdiyini qeyd etmişdir. 02 aprel 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefonuna baxış keçirilərkən 31 mart 2024-cü il tarixdə saat 02:50-dən 04:33-dək Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonun whatsaap tətbiqində İran İslam Respublikası operatoruna məxsus +98 937 ***-**-** nömrəsi ilə iş üçün əhəmiyyətli olan aşağıdakı zənglər, səslər və google map proqramından kordinatlar aşkar olunmuşdur. -Belə ki, +98 937 ***-**-** nömrəsi: “Nə xəbər, xəbər var?” səs yazısını göndərmiş; (02:50) +98 937 ***- **-** nömrəsi: 03:00-da 1 halda, 03:01-də 1 halda, 03:03-də 1 halda zəng etmiş, lakin zənglər cavablandırılmamışdır. +98 937 ***-**-** nömrəsi: “Ay qaqa niyə cavab vermirsən? Cavab verda, uşaqlar qalıb simin qırağında, sən də telefonu bağlayırsan, telefonu söndürürsən. Belə iş olar?” səs yazısını göndərmiş; (03:05) +98 937 ***-**-** nömrəsi: “ Rasim telefonu götür, sən necə insansan?, telefonu götür camaata bir söz de, soyuqdan çıxıblar, oturublar telin dibində” səs yazısını göndərmiş; (03:06) +98 937 ***-**-** nömrəsi: 03:06-da 1 halda zəng etmiş, lakin zəng cavablandırılmamışdır. +98 937 ***-**-** nömrəsi: 03:06-da Təqsirləndirilən şəxs1lə 41 saniyə danışıq olmuşdur. +98 937 ***-**-** nömrəsi: “ İran İslam Respublikası mobil operatoruna məxsus +98 991 *** ** ** mobil nömrəsini və qaqa bu nömrəni yığ ” səs yazısını göndərmiş; (03:11) +98 937 ***-**-** nömrəsi: 03:11-də Təqsirləndirilən şəxs1lə 2 saniyə danışıq olmuşdur. +98 937 ***-**-** nömrəsi: 03:12-də Təqsirləndirilən şəxs1lə 57 saniyə danışıq olmuşdur. +98 937 ***-**-** nömrəsi: “ qaqaş sənə pramoy zəng edir, onu aç ” səs yazısını göndərmiş; (03:17) +98 937 ***-**-** nömrəsi: “ Ay qaqa sənə konum atıb bax, ona tez bax” səs yazısını göndərmiş; (03:21) +98 937 ***-**-** nömrəsi: 03:22-də Təqsirləndirilən şəxs1lə 27 saniyə danışıq olmuşdur. +98 937 ***-**-** nömrəsi: “ Google map proqramından kordinat ” göndərmiş; (03:24) +98 937 ***-**-** nömrəsi: “ Ay qaqa burdadılar bax, ora çatan kimi mənə de, deyim atsnlar, götür tez” səs yazısını göndərmiş; (03:24) +98 937 ***-**-** nömrəsi: 03:22-də Təqsirləndirilən şəxs1lə 18 saniyə danışıq olmuşdur. +98 937 ***-**-** nömrəsi: “ Google map proqramından kordinat ” göndərmiş; (03:40) +98 937 ***-**-** nömrəsi: “ Bu konuma bax, tez bu konuma, dəqiqdi” səs yazısını göndərmiş; (03:41) +98 937 ***-**-** nömrəsi: 03:41-də 1 halda, 03:43-də 1 halda, 03:45-də 1 halda zəng etmiş, lakin zənglər cavablandırılmamışdır. 98 937 ***-**-** nömrəsi: “ Bu konumu atdım ki, ha bunu tez aç” səs yazısını göndərmiş; (03:46) +98 937 ***-**-** nömrəsi: 03:48-də 1 halda, 03:52-də 1 halda, 04:01-də 1 halda, 04:03-də 1 halda, 04:10-da 1 halda, 04:22-də 1 halda zəng etmiş, lakin zənglər cavablandırılmamışdır. +98 937 ***-**-** nömrəsi: “ Ay Rasim sən balanın canı bir cavab ver” səs yazısını göndərmiş; (04:24) +98 937 ***-**-** nömrəsi: 04:32-də 1 halda, 04:33-də 2 halda zəng etmiş, lakin zənglər cavablandırılmamışdır. Bundan başqa, 31 mart 2024-cü il tarixdə saat 03:54-dən 12:06-dək Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonun whatsaap tətbiqində İran İslam Respublikası operatoruna məxsus +98 ***-***-**-** nömrəsi ilə iş üçün əhəmiyyətli olan aşağıdakı zənglər və səslər aşkar olunmuşdur. +98 ***-***-**-** nömrəsi: “ Qardaş telefona cavab ver başına dolanım” səs yazısını göndərmiş; (03:54) +98 937 ***-**-** nömrəsi: 05:35-də 1 halda, 11:47-də 1 halda, 12:06-da 1 halda zəng etmiş, lakin zənglər cavablandırılmamışdır. Bundan başqa, 31 mart 2024-cü il tarixdə saat 02:36-dan 03:12dək Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonun whatsaap tətbiqində İran İslam Respublikası operatoruna məxsus +98 ***-***-**-** nömrəsi ilə iş üçün əhəmiyyətli olan aşağıdakı zənglər, səslər və google map proqramından kordinatlar aşkar olunmuşdur. +98 ***-***-**-** nömrəsi: “Google map proqramından kordinat” göndərmiş; (02:36) +98 ***-***-**-** nömrəsi: “mənə bir dənə konum at görüm, hardasan” səs yazısını göndərmiş; (02:37) +98 ***-***-**-** nömrəsi: 02:46-da 1 halda, 02:52-də 1 halda, 03:12-də 1 halda zəng etmiş, lakin zənglər cavablandırılmamışdır. Bundan başqa, 27 mart 2024-cü il tarixdə saat 18:43-dən 31 mart 2024-cü il saat 03:09-dək Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonun whatsaap tətbiqində İran İslam Respublikası operatoruna məxsus +98 ***-***-**-** nömrəsi ilə iş üçün əhəmiyyətli olan aşağıdakı zənglər aşkar olunmuşdur. +98 ***-***-**-** nömrəsi: 27 mart 2024-cü ildə saat 18:43-də 1 halda, 18:44-də 1 halda, 19:10-da 1 halda, 19:11-də 1 halda zəng etmiş, lakin zənglər cavablandırılmamışdır. +98 ***-***-**-** nömrəsi: 27 mart 2024cü ildə saat 19:16-da 2 dəqiqə danışıq olmuşdur. +98 ***-***-**-** nömrəsi: 31 mart 2024cü ildə saat 03:06-da 1 halda zəng etmiş, lakin zəng cavablandırılmamışdır. +98 ***-***-**- ** nömrəsi: 31 mart 2024-cü ildə saat 03:09-da 20 saniyə danışıq olmuşdur. Bundan başqa, 27 mart 2024-cü il tarixdə saat 18:36-dan saat 18:49-dək Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonun whatsaap tətbiqində “Afət Belesuvar” kimi qeyd olunan Azercell mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsi ilə iş üçün əhəmiyyətli olan aşağıdakı zənglər aşkar olunmuşdur. “Afət Belesuvar” kimi qeyd olunan Azercell mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsi: “ İran İslam Respublikası mobil operatoruna məxsus +98 939 *** ** ** mobil nömrəsini” göndərmiş; (03:11) +“Afət Belesuvar” kimi qeyd olunan Azercell mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsi: 27 mart 2024-cü ildə saat 18:37-də 2 halda zəng etmiş, lakin zəng cavablandırılmamışdır. +“Afət Belesuvar” kimi qeyd olunan Azercell mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsi: 27 mart 2024-cü ildə saat 18:42-də 45 saniyə danışıq olmuşdur. +“Afət Belesuvar” kimi qeyd olunan Azercell mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsi: 27 mart 2024-cü ildə saat 18:45-də 37 saniyə danışıq olmuşdur. +“Afət Belesuvar” kimi qeyd olunan Azercell mobil operatoruna məxsus ***-***- **-** mobil nömrəsi: “ Rasim sən ona bir səsli mesajdan, zaddan at, o oxuyanda biləcək səninlə əlaqə saxlamaq lazımdır, mən də səs atıram, nəsə mesajım çatmadı, sən də səs at, mesaj göndər ona qoy bilsin bu nömrə sənindi ” səs yazısını göndərmiş; (02:37) Məhkəmə-bioloji ekspertizasının 01 aprel 2024-cü il tarixli, 3-16-16/2-7/515 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd qara rəngli polietilen bağlamalarda ümumi sayı 12 (on iki) ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 74,76 qram, 960,0 qram, 550,0 qram, 955,0 qram, 595,0 qram, 965,0 qram, 995,0 qram, 2000,0 qram, 610,0 qram, 1080,0 qram, 470,0 qram, 520,0 qram, ümumi çəkisi 9 kq 774,76 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2784 nömrəli və xx.xx.2024-cü il tarixli 2960 nömrəli rəylərindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacları yoxdur. Tələbnamədən və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 barəsində olan hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 05 may 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3 və 206.4-cü maddələri ilə təqsirli bilinərək 14 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinmiş, CM-nin 67.1-ci maddəsinə əsasən əvvəlki hökmlə təyin edilmiş və çəkilməmiş cəzası yeni hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirildməklə ona hökmlərin məcmusu üzrə 08 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Qaradağ Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qərarı ilə 9 ay 4 gün azadlıqdan məhrum etmə cəzasını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınaraq İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi barədə razılaşmaqla qabuqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmələri, Təqsirləndirilən şəxs2 ümumi cinayətkar niyyətə uyğun olaraq 9 kq 774 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, daşıyaraq 31 mart 2024-cü il tarixdə gecə saat 02 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddini qabaqcadan əlbir olan bir qrup şəxs halında nəzarət-buraxılış məntəqəsindən kənarda keçməklə narkotik vasitəni gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirməsi, bu barədə Təqsirləndirilən şəxs1 məlumat verməsi, Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni razılaşdıqları yerdən götürmək üçün idarə etdiyi avtomaşınla İran İslam Respublikası ilə Azərbaycan Respublikasının dövlət sərhədinin Beyləqan rayonu Əmirzeyidli kəndi yaxınlığından keçən hissəsinə getməsi, Təqsirləndirilən şəxs2 narkotik vasitəni Azərbaycan Respublikası ərazisinə keçirmiş olsa da, dövlət sərhəd xidməti əməkdaşlarının müdaxiləsi və onları saxlamaları səbəbindən Təqsirləndirilən şəxs1 narkotik vasitəni götürə bməyərək öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə cinayətin törədilməsinə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək narkotik vasitəni əldə etməyə, saxlama və daşımağa cəhd etməsi, hər ikisinin əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlilikləri tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs1 narkotik vasitəni götürmək üçün dövlət sərhəd xətti yaxınlığına getsə də, sonra fikrini dəyişərək geri qaydarkən sərhədçilər tərəfindən saxlanılması barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli CM-nin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Lakin qaçaqmalçılıq cinayətinə münasibətdə Təqsirləndirilən şəxs1 narkotik vasitənin qaçaqmalçılıq yolu ilə keçirilməsində birgə icraçı kimi iştirak etməmiş, narkotik vasitəni qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra Azərbaycan Respublikası ərazisində qəbul etməyi əvvəlcədən vəd etməklə narkotik vasitənin qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi kimi iştirak etmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 əməli qaçaqmalçılıq cinayətinə münasibətdə CM-nin 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs X5 əməli isə CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir, məhkəmə onun əməlində cinayətlərin təhlükəli residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 32.5,206.2, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 isə əməlində cinayətlərin residivi olduğundan cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onların həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətlərinin başlanğıcı 31 mart 2024-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Bundan əlavə məhkəmə Təqsirləndirilən şəxs1 CM-nin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-nin 63.3-cü maddəsinin tələbini nəzərə alır. Belə ki, CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bundan əlavə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza da təyin edilməli, CM-nin 52.1-1-ci maddəsinə əsasən məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerində saxlanılan 9 kq 774,16 qram qurudulmuş marixuana məhv edilməlidir. Ekspertiza xərci 72 (yetmiş iki) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 36 (otuz altı) manat alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 32.5,206.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CMnin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 31 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CMnin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edislin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 31 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın, CM-nin 52.1-1-ci maddəsinə əsasən məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerində saxlanılan 9 kq, 774,16 qram qurudulmuş marixuana məhv edilsin. Ekspertiza xərci 72 (yetmiş iki) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 36 (otuz altı) manat alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-130/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-130/2025
31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver