Məhkəmə qərarları › İş №1(099)-131/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-131/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-131/2024 21.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Talışlı Röyalə Mirsaleh qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 və «Qanunçuluq» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Şirvan şəhəri, M.Mirzəyev küçəsi, ev 12 A, mənzil 8-də qeydiyyatda olmaqla Sabirabad rayonu Qaratoğay kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda, 2,676 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamış, 12 aprel 2023-cü il tarixdə saat 19:45 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şiran şəhəri, C.Qaryağdıoğlu küçəsində saxlanılaraq şəhər polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən bir ədəd polietilen kəsiyi bükümündə 2,676 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, özü narkotik vasitə heroin istifadəçisidir. 12 aprel 2023-cü il tarixdən təxminən iki ay əvvəl başqa şəxslərlə birlikdə Şirvan şəhərində qumar oynadıqları zaman polis işçiləri onları tutmaq istəmişlər. Lakin o qaçmağa müvəffəq olduğuna görə polis işçiləri onu tuta bilməmişlər. Ona görə də həmin hadisədən sonra polis işçiləri ona qarşı qərəzli münasibət bəsləmiş və onu tutmağa çalışmışlar. 12 aprel 2023-cü il tarixdə Şirvan şəhərində kənd evləri deyilən yerdə, C.Qaryağdıoğlu küçəsinin yaxınlığında dostunun evində qonaq olduğu zaman polis işçiləri həmin evə gələrək onu oradan götürüb polis şöbəsinə aparmışlar. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmamışdır. Onu 12 aprel 2023-cü il tarixdə gecə polis şöbəsində saxlamaqla döymüşlər. Birinci olaraq silah qoymuş və ondan silahı boynuna götürməsini tələb etmişlər. Lakin o, silahı boynuna götürməkdən imtina etmişdir. Bundan sonra polis işçiləri ona təzyiq edərək demişlər ki, sən həbs olunmalısan. Ona görə də cibinə narkotik vasitə heroin qoymuşlar. O, məcbur olub, narkotiki boynana götürməklə razılaşmışdır. Polis işçiləri onu döyərkən ayağından xəsarət almışdır. Lakin istintaq təcridxanasına daxil olarkən tibbi müayinə zamanı xəsarət alması barədə məlumat verməmişdir. Narkotik vasitə heroindən istifadə etsə də, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində isə göstərmişdir ki, Sabirabad rayonu Qaratoğay kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 2021-ci il tarixdən narkotik vasitə olan heroindən istifadə etmiş, belə ki, o, heroini falqaya qoyub çəkmiş, heroini tapanda qəbul etmişdir. 12 aprel 2023-cü il tarixdə saat 10 radələrində Sabirabad rayonu Qaratoğay kəndində yaşadığı evin yaxınlığında piyada gəzən zaman yerdə bir ədəd sellofan bükümdə narkotik vasitə heroini tapmışdır. Heroini sellofan bükümdə əynindəki qara rəngli cins şalvarının sağ yan cibinə qoyaraq istifadə etmək üçün saxlamışdır. Həmin gün saat 19:45 radələrində Şirvan şəhəri, C.Qaryağdıoğlu küçəsində piyada hərəkətdə olduğu zaman polis işçiləri tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamağında və narkotik vasitədən istifadə etməkdə şübhəli olduğunu və üzərində şəxsi axtarış aparacaqlarını demişlər. Polis əməkdaşları ilə birlikdə Şirvan şəhər polis şöbəsinə getmişdir. Polis şöbəsində vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılarkən əynindəki cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini təqdim etmişdir. Üzərində başqa narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Şifahi sorğu zamanı polis əməkdaşına bir ədəd sellofan bükümdə narkotik vasitə heroini tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Üzərində aşkar edilib götürülmüş 1 ədəd bükümdə narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, çəkisinin 2,83 qram olduğu müəyyən edilmişdir. Təqdim etdiyi narkotik vasitə heroin bükümlə birlikdə zərfdə qablaşdırılmış və götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materillarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəm istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Şirvan Şəhər Polis Şöbəsinin Cinayət axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə icraatına ünvan 1 ünvanında qeydiyyatda olan, Sabirabad rayonu, Qaratoğay kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə xx.xx.2023-cü il tarixdə saat 19:45 radələrində Təqsirləndirilən şəxs Şirvan şəhəri, C.Qaryağdıoğlu küçəsində hərəkət edən zaman saxlayıb şəhər polis şöbəsinə aparmışlar. Şəhər polis şöbəsində videoçəkiliş vasitəsilə vəkilin və polis əməkdaşı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinəbənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükümdə narkotik vasitə heroin olduğunu, onu öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin maddə qablaşdırılıb götürülmiəklə bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq-təsir göstərməmişdər, onu döyməmiş və üzərinə narkotik vasitə qoymamışlar. Təqsirləndirilən şəxs bu barədə dedikləri yalandır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Cinayət işinə əlavə edilmiş 12 aprel 2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar edilmişdir. Materialların məhkəmə ekspertizasının 13 aprel 2023-cü il tarixli, 18/411 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,676 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 21 iyul 2023-cü il tarixli, 4638 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının 06 may 2023-cüil tarixli, 1236 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilməmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2550 saylı arayışından və eyni tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs subaydır, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, 2,676 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi, yəni polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə heroin olmaması, narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulması, polis işçilərinin ona təzyiq göstərmələri səbəbindən narkotik vasitənin özünə məxsus olmasını etiraf etməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi ilkin ifadəsi işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən məhkəmə həmin ifadəsini obyektiv ifadə hesab etməklə sübut kimi qəbul edir. Bundan başqa, məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 2,676 qram narkotik vasitə heroini satış məqsədi ilə əldə etməyə görə ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilsə də, onun həmin maddəni satış məqsədi ilə əldə etməsi ibtidai istintaqda toplanılmış, həmçinin məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmaqla narkotik vasitə heroinin aşkar olunduğu ilk anda verdiyi izahatında və ifadələrində narkotik vasitə heroindən istifadə etdiyini, üzərində aşkar olunan heroini öz istifadəsi üçün saxladığını, hər hansı şəxsə satmaq məqsədinin olmadığını və ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitə heroini və ya onun bir hissəsini hər hansı şəxsə satması və ya satmaq barədə razılığa gəlməsi müəyyən edilməmişdir. Odur ki, məhkəmə işin faktiki hallarını - Təqsirləndirilən şəxs özünün narkomaniya xəstiəliyindən əziyyət çəkməsini, üzərində aşkar olunmuş heroinin miqdlarını, bir bükümdə olmasını, həmin maddəni satmaq barədə hər hansı şəxslə razılıq əldə etməməsini nəzərə alaraq onun psixotrop maddəni satmaq məqsədinin olmaması və öz istifadəsi üçün əldə etməsi barədə ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli, 2 №-li Qərarında da qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqları ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verəmklə və Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun qeyd olunan qərarına istinadən hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroini satış məqsədi ilə əldə etməsi təsdiq edilməmiş və onun həmin maddəni öz şəxsi istifadəsi üçün əldə etməsi sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmaqla ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 12 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd disk cinayət işinin materallarında saxlanılmalı, Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 2,626 qram narkotik vasitə heroin məhv edilməlidir. Ekspertiza xərci 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 12 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd disk cinayət işinin materallarında saxlanılsın, Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 2,626 qram narkotik vasitə heroin məhv edilsin. Ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar