Məhkəmə qərarları › İş №1(099)-132/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-132/2022

18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-132/2022 18.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər-Bakı şəhər 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1994-cü ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, orta təhsilli, işləməyən, Salyan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 79-da qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 32.5,206.3.2, 228.4, 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə, xx xxxxxx 1996-cı ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, orta təhsilli, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi, döngə 9, ev 9-da qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs2 qanunsuz olaraq zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağını əldə etmiş, saxlamış və gəzdirmiş, həmçinin o, tanışı Təqsirləndirilən şəxs1 ilə və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlanması və daşınmasına razılaşaraq, qrupun digər üzvləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilib Ələt-Astara avtomagistral yolunun Astara rayonunun ərazisindən keçən hissəsinin 198-ci kilometrliyində, üzərində “Ərçivan çay” sözləri yazılmış lövhənin yaxınlığında külli miqdarda-4970,8 qram narkotik vasitə olan tiryək, külli miqdarda-2127,85 qram narkotik vasitə olan qurudulmuş marixuana, külli miqdarda-238,95 qram narkotik vasitə olan heroin və təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda-99,88 qram təşkil edən 2497 ədəd narkotik vasitə olan metadon həblərinin gizlədilməsi barədə qrupun digər üzvünün məlumatından sonra həmin yerdən qeyd olunan narkotik maddələri birgə götürülüb əldə olunması, saxlanması və daşınması barədə qrup üzvləri ilə razılaşıb aralarında rol bölgüsü aparıldıqdan sonra o, 05 may 2021-ci il tarixdə, saat 01 radələrində Təqsirləndirilən şəxs1lə birlikdə tanışları X2 idarə etdiyi VAZ-21723 markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara avtomagistral yolunun Astara rayonunun ərazisindən keçən hissəsinin 198-ci kilometrliyində, üzərində “Ərçivan çay” sözləri yazılmış lövhənin yaxınlığına getmiş, orada o,Təqsirləndirilən şəxs1lə birlikdə avtomobildən düşüb “Ərçivan çay” sözləri yazılmış lövhənin yaxınlağından içərisində külli miqdarda narkotik maddələr olan bir ədəd torbanı götürərkən, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı Dövlət Təhlükəsizliyi Xidmətinin (bundan sonra DTX-nin) əməkdaşı kimi tədbirin keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirib onu və Təqsirləndirilən şəxs1 cinayət başında yaxalamaq istəyərkən özünü təqdim edib Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşıhakimiyyət nümayəndəsi olduğunu bildirsə də, o, Zərərçəkmiş şəxs hakimiyyət nümayəndəsi olduğunu bildiyi halda xidməti vəzifəsini yerinə yetirməsinə mane olmaq məqsədi ilə Zərərçəkmiş şəxs zor tətbiq edərək qabaqcadan əldə edib üzərində gəzdirməklə saxladığı soyuq silah hesab edilən ov bıçağı ilə sol əl nahiyəsinə qəsdən zərbə endirib Zərərçəkmiş şəxs sol əlinin arxa səthinin kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirib müqavimət göstərmiş, daha sonra o, DTX-nin əməkdaşları tərəfindən tərksilah edilib tanışı Təqsirləndirilən şəxs1lə birlikdə saxlanılıb, eləcə də hadisə yerində olan bir ədəd torba da götürülüb DTX-nin Astara rayon şöbəsinə aparılıb orada üzərilərinə baxış keçirilərkən onlara məxsus həmin torbadan külli miqdarda-4970,8 qram narkotik vasitə olan tiryək, külli miqdarda-2127,85 qram narkotik vasitə olan qurudulmuş marixuana, külli miqdarda-238,95 qram narkotik vasitə olan heroin və təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda-99,88 qram təşkil edən 2497 ədəd narkotik vasitə olan metadon həbləri, habelə əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən ov bıçağı aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlanması və daşınmasına razılaşaraq, qrupun digər üzvləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilib Ələt-Astara avtomagistral yolunun Astara rayonunun ərazisindən keçən hissəsinin 198-ci kilometrliyində, üzərində “Ərçivan çay” sözləri yazılmış lövhənin yaxınlığında külli miqdarda-4970,8 qram narkotik vasitə olan tiryək, külli miqdarda-2127,85 qram narkotik vasitə olan qurudulmuş marixuana, külli miqdarda-238,95 qram narkotik vasitə olan heroin və təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda-99,88 qram təşkil edən 2497 ədəd narkotik vasitə olan metadonun gizlədilməsi barədə qrupun digər üzvünün məlumatından sonra həmin yerdən qeyd olunan narkotik maddələri birgə götürülüb əldə olunması, saxlanması və daşınması barədə qrup üzvləri ilə razılaşıb aralarında rol bölgüsü aparıldıqdan sonra 05 may 2021-ci il tarixdə, saat 01 radələrində o, Təqsirləndirilən şəxs2la birlikdə tanışları X2 idarə etdiyi VAZ-21723 markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara avtomagistral yolunun Astara rayonunun ərazisindən keçən hissəsinin 198-ci kilometrliyində, üzərində “Ərçivan çay” sözləri yazılmış lövhənin yaxınlığına getmiş, orada o, Təqsirləndirilən şəxs1lə birlikdə avtomobildən düşüb “Ərçivan çay” sözləri yazılmış lövhənin yaxınlağından içərisində külli miqdarda narkotik maddələr olan bir ədəd torbanı götürərkən, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı saxlanılıb, eləcə də hadisə yerində olan bir ədəd torba da götürülüb DTX-nin Astara Rayon Şöbəsinə aparılıb orada üzərilərinə baxış keçirilərkən onlara məxsus həmin torbadan külli miqdarda-4970,8 qram narkotik vasitə olan tiryək, külli miqdarda-2127,85 qram narkotik vasitə olan qurudulmuş marixuana, külli miqdarda- 238,95 qram narkotik vasitə olan heroin və təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda-99,88 qram təşkil edən 2497 ədəd narkotik vasitə olan metadon həbləri aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 228.4, 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib (CM-nin 32.5,206.3.2 və 315-ci maddələri ilə özünü təqsirli bilməyib, CM-nin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilib) ifadəsində göstərmişdir ki, o, salyanlı olan və Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs1, həm də Salyan rayon sakini Şəhriyar adlı şəxsi (X9) tanımış, onlarla münasibəti yaxşı olmuşdur. Rəsmi olaraq heç bir yerdə işləməmiş, iş olanda fəhləliklə məşğul olmuşdur. Özü narkotik maddələrdən istifadə etməmiş, Sadiq və Şəhriyarın narkotiklərdən istifadə etmələri barədə məlumatı yoxdur. Həmçinin Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Dəqiq xatırlamadığı tarixdə tanımadığı bir nəfər şəxs gizlin telefon nömrəsi ilə ona zəng edib təklif etmişdir ki, Astara rayonunun Ərçivan kəndinin ərazisində, avtomobil yolunda üzərində «Ərçivan çay» sözləri yazılmış lövhənin yaxınlığına kisədə qoyulmuş narkotik maddələri götürüb satmasını, əldə olunun qazancın yarısını salafan torbaya qoyub onun deyəcəyi yerə qoymasını demiş, o da razılaşmışdır. 04 may 2021-ci il tarixdə həmin tanımadığı şəxs ona Azərbaycan telefon nömrəsi ilə (Azərbaycan Respublikasında fəaliyyət göstərən mobil telefon operatoruna aid olan) zəng edib məlumat vermişdir ki, içərisində narkotik maddələr olan kisə avtomobil yolunda, üzərində “Ərçivan çay” sözləri yazılmış lövhənin yaxınlığına Ərçivan körpüsünün altına qoyulmuşdur. Həmçinin mobil telefonuna həmin yerin fotoşəkli də göndərilmişdir. Avtomaşını olmadığını üçün o, tanışı Şəhriyara təklif etmişdir ki, maşını ilə onu Astara rayonuna aparsın, orada tanışı ilə görüşüb işlərini bitirəndən sonra yeyib-içəcəklər. Şəhriyar onunla razılaşıb tanışı Təqsirləndirilən şəxs1 də özü ilə götürəcəyini demiş, o da etiraz etməmişdir. Bundan sonra həmin gün gecə saatlarında Şəhriyar Sadiqlə birlikdə onun yanına gəlmiş və onlar Şəhriyarın idarə etdiyi avtomaşınla Astara rayonuna getmişlər. Şəhriyar və Sadiq onun narkotik maddələr götürmək üçün Astaraya getdiyini bilməmişlər. Onlar gecə saat 01 radələrində (05 may 2021-ci il tarixdə) Astara rayonuna çatıb Ərçivan kəndinin ərazisində, avtomobil yolunda hərəkətdə olarkən yolun kənarında üzərində “Ərçivan çay” sözləri yazılmış lövhənin yaxınlığına çatanda o, tualetə getmək istədiyini bildirib Şəhriyara avtomaşını saxlamasını demiş, Sadiq də tualetə getmək istədiyini bildirmiş və Şahriyan həmin yerdə avtomaşını saxlamışdır. Sonra o və Sadiq avtomaşından düşüb yolun kənarına keçmiş, elə həmin vaxt 8-9 nəfər mülki geyimlə şəxslər, yəni sonradan DTX-nin əməkdaşları olduğunu bildiyi şəxslər onların üzərinə hücum edib şillə və təpiklə onları döyərkən o, özünü müdafiə etmək məqsədi ilə üzərində olan bıçağı çıxarıb əli ilə sağa-sola hərəkət etdirmiş, həmin vaxt bıçaqla DTX-nin bir əməkdaşının (Zərərçəkmiş şəxs) əlinə yüngül xəsarət yetirmişdir. Bundan sonra DTX-nin əməkdaşları onu və Sadiqi tutub DTX-nin Astara rayon şöbəsinə gətirmiş, avtomaşında olan Şəhriyarın isə hara getməsindən məlumatı olmamışdır. Şöbədə DTX-nin əməkdaşları onun və Sadiqin qarşısına bir ədəd kisəni qoyub kisənin içərisində narkotik maddələrin olmasını və kisənin onlardan götürdüklərini, kisənin içərisində olan nrakotik maddələrin də onlara məxsus olmasını bildirmiş, o və Sadiq narkotik maddələrin onlara aid olmadığını, həmin yerdən kisəni götürmədiklərini demişlər. Sonra DTX-nin əməkdaşları onu və Sadiqi ayrı-ayrı otaqlara aparıb orada döymüş və kisənin içərisində aşkar olunmuş narkotik maddələrin onlara məxsus olmasını, həmin narkotik maddələri götürmək üçün Şəhriyarın avtomaşını ilə həmin yerə gəlmələrini demələrinə məcbur etmişlər. Bundan sonra o, DTX-nin əməkdaşlarının dediyi kimi izahat vermişdir. Sonradan da o, verdiyi izahata uyğun ifadə vermişdir. Əslində isə o, Astara rayonuna narkotik maddələri götürmək üçün getsə də, Sadiq və Şəhriyarın bundan xəbərləri olmamış, onun təklifi ilə yeyib-içmək və Astara gəzmək məqsədi ilə onlar onunla birlikdə Astara rayonuna gəlmişlər. Onun İran vətəndaşı olan hər hansı şəxslə heç bir əlaqəsi olmamış, həmçinin İran vətəndaşı olan hər hansı şəxslə narkotik maddələrin göndərilməsi ilə bağlı danışıqları, eləcə də telefon danışıqları, vatsapp və sms yazışmaları olmamışdır. Tutulan vaxt üzərində 051/801-52- 72 saylı mobil telefon nömrəsi olan “Nokia” markalı mobil telefon olmuş, sonradan həmin telefon ailəsinə qaytarılmışdır. Tutulmamışdan əvvəl tanımadığı şəxs onunla 051/801-52-72 saylı mobil telefon nömrəsinə zəng edib əlaqə saxlamış və narkotik maddələr olan kisənin qoyulduğu yerin fotoşəkli də həmin telefon nömrəsinə vatsappla göndərilmiş, o, tanımadığı həmin şəxsin onun telefon nömrəsini haradan əldə etməsini bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, əslən Salyan rayonundan olan Təqsirləndirilən şəxs1 və Salyan rayon sakini Şəhriyar Abbasov tanıyır. 04 may 2021-ci il tarixdə Şəhriyar ona zəng edib Sadiqlə birlikdə olduğunu, istirahət etmək üçün Astara rayonuna gedəcəklərini, onun da onlarla birlikdə getməsini təklif etmiş, o da razılaşmışdır. Sonra Şəhriyar və Sadiq gəlib yoldan onu da götürdükdən sonra yolda Şəhriyar Sadiqə və ona yaxşı bir təklifi olduğunu, yəni Astara raronunun ərazisində bir yerə dəyəcəklərini, həmin yerdən narkotik maddələr götürəcəklərini və bunun müqabilində ona və Sadiqə hərəsinə 150 manat pul verəcəyini demişdir. Maddi vəziyyəti yaxşı olmadığından o, Şəhriyarın təklifi ilə dərhal razılaşmış, sonra Sadiq də Şəhriyarın təklifi ilə razılaşmışdır. Bundan sonra onlar Şəhriyarın idarə etdiyit avtomaşınla Astara rayonuna yola düşmüşlər. Yolda Şəhriyar telefonda vatsappla İran vətəndaşı kimi bildiyi şəxslə danışmış, həmin şəxs Şəhriyara narkotikin qoyulduğu yerin fotoşəklini və səs yazıları göndərirmişdir. Həmin şəxsin kim olduğunu o, bilməmiş, həmin şəxslə yalnız Şəhriyar danışmışdır. 05 may 2021-ci il tarixdə, saat 00:30 radələrində Şəhriyar İran vətəndaşı ilə danışıb və həmin şəxsin göndərdiyi fotoşəkillə narkotik vasitənin qoyulduğu yeri dəqiqləşdirib onlara narkotik vasitənin Ələs-Astara avtomagistralının 198-ci kilometrində yolun kənarında “Ərçivan çay” yazılmış lövhənin yanında olduğunu, ancaq dərhal oraya yaxınlaşmağın təhlükəli olduğunu bildirmişdir. Bundan sonra Şəhriyar idarə etdiyi avtomobillə bir neçə dəfə həmin yerin yaxınlığından keçərək dövrə vurmuş, sonra narkotikin qoyulduğu yerin yaxınlığında, həmin yerdən təqribən 80-100 metr kənarda maşını saxlamışdır. Şəhriyar telefonunda olan fotoşəkli bir daha ona və Sadiqə göstərib fotoşəkildə göstərilən yerdən narkotik vasitəni götürüb maşına qayıtmalarını demişdir. Sonra o və Sadiq maşından düşmüş, Şəhriyar isə maşının işıqlarını söndürüb yolun kənarında gözləməyə başlamışdır. Maşından düşərkən Şəhriyar onlara bir daha xəbərdarlıq edib hər an hər bir təhlükə ola biləcəyini, ona görə də ehtiyatlı olmalarını demiş, həmçinin İran vətəndaşının adamının, yəni həmin narkotik vasitəni sərhəddən keçirən şəxsin həmin yerdə dayanıb gözləyə biləcəyini, belə olan halda həmin yerə yaxınlaşmamalarını, həmin şəxs oradan getdikdən sonra gedib narkotik vasitəni qoyulmuş yerdən götürmələrini tapşırmışdır. Maşından düşərkən o, maşında olan bıçağı da hər ehtimala qarşı özü ilə götürmüşdür. Sonra Sadiq və o, maşından düşüb fotoşəkildə göstərilən yerə yaxınlaşmışlar. Həmin yer “Ərçivançay” sözü yazılmış lövhənin yanındakı körpünün altı olmuşdur. Onlar həmin yerə çatdıqda torbanın körpünün altında olduğunu görüb götürmək istəyərkən DTX-nin əməkdaşları onlara yaxınlaşmış, bu zaman Sadiq qorxub hadisə yerindən qaçmağa çalışmış, lakin onu DTX-nin əməkdaşları tutub saxlamışdır. Həmin vaxt o, əlindəki bıçaqla DTX-nin əməkdaşına xəsarət yetirməyə cəhd edib bıçaqla ona qarşı gələn şəxslərə zərbə endirmiş, oradakı bir nəfərin əlini bıçaqla kəsmiş, sonra DTX-nin əməkdaşları onu da tutub bıçağı əlindən almışlar. Daha sonra DTXnin əməkdaşları onları DTX-nin Astara rayon şöbəsinin inzibati binasına gətirmişlər. Orada onun və Sadiqin iştirakı ilə torbaya baxış keçirilmiş və torbanın içərisindən bir ədəd bağlamada marixuanaya, beş ədəd bağlamada tiryəkə, bir ədəd bağlamada heroinə oxşar maddələr və 250 konvalyutda metadona oxşar həblər aşkar edilmişdir. Aşkar edilmiş maddələr həmin kisədə qablaşdırılmış və üzəri möhürlənmişdir. Sonra onun və Sadiqin təqdim etdiyi mobil telefonlar, həmçinin saxlanılan zaman əlində olmuş bir ədəd bıçaq DTX-nin əməkdaşları tərəfindən götürülmüş, sonra sənədləşmə aparılmışdır. Şifahi sorğu zamanı o, Sadiqlə birlikdə Şəhriyarın təklifi ilə, narkotik maddələri götürmələri müqabilində hər birinə 150 manat veriləcəyinə razılaşıb Astara rayonuna gəldiklərini bildirmişdir. Saxlanılarkən və bundan sonra DTX-nin əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiqlər olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə baxışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq etdiyini bildirib əlavə verdiyi ifadəsində göstərmişdir ki, ifadələrində Sadiq və Şəhriyarın onunla birlikdə narkotik maddələri götürmək məqsədi ilə Astara rayonuna getmələri barədə yazılanları təsdiq etmir, DTX-nin əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün o, onların dedikləri kimi ifadə vermişdir. Əslində isə o, Astara rayonuna narkotik maddələri götürmək üçün getsə də, Sadiq və Şəhriyarın bundan xəbərləri olmamış, onun təklifi ilə yeyib-içmək və gəzmək məqsədi ilə onlar onunla birlikdə Astara rayonuna getmişlər. İstifadəsində olmuş mobil telefon nömrəsinə göndərilmiş sms və mesajlarların kim tərəfindən göndərildiyini xatırlamır. O, verilmiş ittihamlar üzrə qaçaqmalçılıq cinayətinə görə özünü təqsirli bilmir, lakin tanımadığı şəxsin təklifi ilə satmaq məqsədi ilə narkotik maddələr götürmək üçün Astara rayonuna getdiyinə, özünü müdafiə edərkən bıçaqla DTX-nin əməkdaşına yüngül xəsarət yetirdiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, əslən salyanlı olsa da, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır, həm də Salyan rayonuna tez-tez gəlib-gedir. Rəsmi olaraq heç bir yerdə işləməmiş, iş olanda fəhləliklə məşğul olmuşdur. Təqsirləndirilən şəxs2 və Şəhriyar adlı şəxsi (X6) Salyan şəhər sakini kimi tanıyır və onlarla münasibəti yaxşı olmuşdur. 04 may 2021-ci il tarixdə Şəhriyar ona Şükranın onun birlikdə Astara rayonuna gedib bir nəfər tanışı ilə görüşəcəyini, sonra yeyibiçəcəklərini bildirib onlarla birlikdə Astara rayonuna getməyi təklik etmiş, o da etiraz etməmişdir. Həmin gün axsam saatlarında o, Şükran və Şəhriyar birlikdə Şəhriyarın idarə etdiyi avtomaşınla Astara rayonuna getmiş və gecə saat 01 radələrində Astaya çatmışlar. Onlar avtomaşınla Astara rayonunun Ərçivan kəndinin ərazisində yolda olarkən təbii ehtiyaclarını ödəmək üçün Şəhriyar avtomaşını yolun kənarında saxlamış, Şükran və o, avtomaşından düşüb yolun kənarına keçmiş, elə həmin vaxt 8-9 nəfər mülki geyimlə şəxslər, yəni sonradan DTX-nin əməkdaşları olduğunu bildiyi şəxslər onların üzərinə hücum edib şillə və təpiklə onları döymüş, onların döyüldüyünü görən Şəhriyar avtomaşını sürüb oradan uzaqlaşıb getmişdir. Bundan sonra DTX-nin əməkdaşları onu və Şükranı tutub DTX-nin Astara rayon şöbəsinə aparmışlar. Şöbədə DTX-nin əməkdaşları onun və Şükranın qarşısına bir ədəd kisəni qoyub kisənin içərisində narkotik maddələrin olmasını və kisənin onlardan götürüldüyünü, kisənin içərisində olan narkotik maddələrin də onlara məxsus olmasını bildirmiş, onlar isə narkotik maddələrin onlara aid olmadığını bildirmişlər. Tutulduqları yerdən həmin kisəni onlar götürməmiş, kisəyə əlləri belə dəyməmişdir. Sonra DTX-nin əməkdaşları onu və Şükranı orada döymüş və kisənin içərisində aşkar olunmuş narkotik maddələrin onlara məxsus olmasını, həmin narkotik maddələri götürmək üçün Şəhriyarın avtomaşını ilə həmin yerə gəlmələrini demələrinə məcbur etmişlər. Bundan sonra o, DTX-nin əməkdaşlarının dediyi kimi izahat verib narkotik maddələr götürmək üçün Şükran və Şəhriyarla birlikdə gəldiyini bildirmiş, sonra da izahatına uyğun ifadə vermişdir. Əslində isə o, Şəhriyarın təklifi ilə yeyib-içmək və gəzmək məqsədi ilə onlarla birlikdə Astara rayonuna getmişdir. Şəhriyarın və Şükranın isə başqa hansı məqsədlə Astara rayonuna getmələri barədə məlumatı olmamış, sonradan bilmişdir ki, Şükran narkotik maddələr götürmək məqsədi ilə Astara rayonuna getmişdir. Onun İran vətəndaşı olan hər hansı şəxslə heç bir əlaqəsi olmamış, həmçinin İran vətəndaşı olan hər hansı şəxslə narkotik maddələrin göndərilməsi ilə bağlı danışıqları, eləcə də telefon danışıqları, vatsapp və sms yazışmaları olmamışldır. Tutulan vaxt üzərində 050/554-94-48 saylı mobil telefon nömrəsi olan “İphone” markalı mobil telefon olmuş, sonradan həmin telefon ailəsinə qaytarılmışdır. Məhkəmədə əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün (CPM-nin 327.1.3-cü maddəsinə əsasən) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi 06 may 2021ci il tarixli ifadələrində göstərmişdir ki, o Salyan rayonundan olan Təqsirləndirilən şəxs2 və Şəhriyar Abbasovu bir neçə il olar ki tanıyır. Özü narkotiklərdən istifadə etmədiyindən Şükran və Şəhriyarın narkotiklərdən istifadə edib-etmədiyini bilmir. O, iş axtarmaq üçün bir həftə əvvəl Salyan rayonuna gəlmişdir. 04 may 2021-ci il tarixdə rayon mərkəzində Şəhriyar maşınla hərəkət edərkən küçədə onu görüb maşınına götürmüşdür. O, Şəhriyardan haraya getdiyini soruşmuş, Şəhriyar da gəzmək üçün Astara rayonuna getdiyini, əgər istəyirsə onu da apara biləcəyini demiş, o da razılaşmışdır. Şəhriyar gedərkən yolüstü Şükranı da götürəcəklərini demişdir. O, Şükranı da tanıdığımdan onun da onlarla birlikdə getməsinə etiraz etməmiş, sonra gedib Şükranı da maşına götürmüşlər. Yolda Şəhriyar onlara yaxşı bir təklifi olduğunu, yəni Astara rayonunun ərazisində bir yerə dəyəcəklərini, həmin yerdən narkotik vasitə götürəcəklərini və bunun müqabilində ona və Şükrana, hərəsinə 150 manat pul verəcəyini demişdir. Maddi vəziyyəti yaxşı olmadığından o, həm də Şükran Şəhriyarın təklifi ilə razılaşmış və onlar Şəhriyarın dediyi ünvana yola düşmüşlər. Yolda Şəhriyar mobil telefonda vatsappla İran vətəndaşı kimi bildiyi şəxslə danışmış və həmin şəxs Şəhriyara narkotik vasitənin qoyulduğu yerin fotoşəklini və səs yazıları göndərirmişdir. O, həmin şəxsin kim olduğunu bilməmiş, həmin şəxslə yalnız Şəhriyar danışmışdır. 05 may 2021-ci il tarixdə, saat 00.30 radələrində Şəhriyar fotoşəkillə narkotik vasitənin qoyulduğu yeri dəqiqləşdirib onlara narkotik vasitənin Ələs-Astara avtomagistralının 198-ci kilometrində yolun kənarında “Ərçivan çay” yazılmış lövhənin yanında olduğunu demişdir. Həmçinin Şəhriyar dərhal oraya yaxınlaşmağın təhlükəli olduğunu bildirib bir neçə dəfə həmin yerin yaxınlığından keçərək orada dövrə vurmağa başlamış, sonra narkotik vasitənin qoyulduğu yerin yaxınlığında, həmin yerdən təqribən 80-100 metr kənarda maşını saxlamışdır. Şəhriyar telefonunda olan fotoşəkli bir daha ona və Şükrana göstərib fotoşəkildə göstərilmiş yerdən narkotik vasitəni götürüb maşına qayıtmalarını tapşırmış, özü isə maşının işıqlarını söndürüb maşında oturub yolun kənarında onları gözləməyə başlamışdır. Maşından düşərkən Şəhriyar onlara bir daha xəbərdarlıq edib hər an hər bir təhlükə ola biləcəyini, ehtiyatlı olmalarını, İran vətəndaşının adamının, yəni həmin narkotik vasitəni sərhəddən keçirən şəxsin orada dayanıb gözləyə biləcəyini, belə olan halda həmin yerə və şəxsə yaxınlaşmamalarını, həmin şəxs oradan getdikdən sonra gedib narkotik vasitəni oradan götürmələrini demişdir. Sonra o və Şükran maşından düşüb fotoşəkildə göstərilən yerə, “Ərçivançay” sözü yazılmış lövhənin yanındakı körpünün altına yaxınlaşmışlar. Onlar həmin yerə çatıb torbanın körpünün altında olduğunu görüb torbanı götürmək istəyərkən DTX-nin əməkdaşları onlara yaxınlaşmış, bu zaman o, qorxub oradan qaçmağa çalışmış, lakin onu və Şükranı tutub DTX-nin Astara rayon şöbəsinin inzibati binasına gətirmişlər. Orada onun və Şükranın iştirakı ilə, həm də videoçəkilişlə torbaya baxış keçirilmiş və torbanın içərisindən bir ədəd bağlamada marixuanaya, beş ədəd bağlamada tiryəkə, bir ədəd bağlamada heroinə oxşar maddələr və 250 konvalyutda metadona oxşar həblər aşkar edilmişdir. Aşkar edilmiş maddələr həmin kisədə qablaşdırılmış və üzəri möhürlənmişdir. Sonra onun və Şükranın təqdim etdiyi mobil telefonlar, həmçinin saxlanılan vaxt Şükrana aid olan bir ədəd bıçaq DTX-nin əməkdaşları tərəfindən götürülmüş, sonra sənədləşmə aparılmışdır. Şifahi sorğu zamanı o, Şükranla birlikdə Şəhriyarın təklifi ilə, narkotik maddələri götürmələri müqabilində onların hər birinə 150 manat veriləcəyinə razılaşıb Astara rayonuna gəldiklərini bildirmişdir. Saxlanılarkən və bundan sonra DTX-nin əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiqlər olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 26 noyabr 2021-ci il tarixli ifadəsində göstərmişdir ki, o, iş üzrə verdiyi əvvəlki ifadəsini təsdiq etmir. 04 may 2021-ci il tarixdə həmyerlisi Şəhriyar ona zəng edib onlara gəlməsini bildirmiş, o da Şəhriyargilə getmişdir. Şəhriyar ona Şükranın Astara rayonuna gedib orada bir nəfər tanışı ilə görüşəcəyini, sonra yeyibiçəcəklərini bildirib onlarla birliklə yeyib-içmək üçün Astaraya getməsini təklif etmiş, o, da cənub bölgəsində heç vaxt olmadığından, həm də yeyib-içmək həvəsi ilə Şəhriyar və Şükranla birlikdə Astara rayonuna getməyə razılaşmışdır. Sonra onlar Şəhriyarın idarə etdiyi maşınla gedib Şükranı götürüb Astara rayonunun Ərçivan kəndinin yaxınlığına gəlmişlər. Həmin yerdə təbii ehtiyaclarını ödəmək üçün Şəhriyar maşını saxlamış, Şükran və o, maşından düşüb yolun kənarına keçmiş, həmin vaxt 8-9 nəfər mülki geyimli şəxslər onların üzərinə hücum edib onları döyməyə başlamışlar. Onların tutulduqlarını görən Şəhriyar avtomaşını sürüb oradan uzaqlaşıb getmişdir. Sonra həmin şəxslər onu və Şükranı DTX-nin Astara rayon şöbəsinə gətirmişlər. Şöbədə bir kisə-bağlama qarşılarına qoyulub həmin kisənin onlara məxsus olması bildirilmiş, daha sonra videoçəkiliş olmuşdur. Həmin kisədə aşkar olunmuş narkotik vasitənin ona heç bir aidiyyəti yoxdur, həmçinin Şükran da kisədən çıxan narkotik vasitə barədə ona heç bir məlumat verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə baxışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini təsdiq etməyib, 26 noyabr 2021-ci il tarixli ifadəsini təsdiq etdiyini bildirib əlavə verdiyi ifadəsində göstərmişdir ki, DTX-nin əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün o, onların dedikləri kimi ilkin ifadə vermişdir. Əslində isə o, Astara rayonuna narkotik maddələri götürmək üçün deyil, Şəhriyarın təklifi ilə yeyib-içmək və gəzmək məqsədi ilə Astara rayonuna getmişdir. Aşkar olunmuş narkotik maddələrin ona heç bir aidiyyəti yoxdur və o, heç bir cinayət əməli törətməmişdir. O, verilmiş ittihamlar üzrə özünü təqsirli bilmir və ona bəraət verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, telefon danışıqlarına dair məlumatlar, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DTX-nin əməkdaşıdır. 04 may 2021-ci il tarixdə, daxil olmuş əməliyyat məlumatı əsasında cinayət törətməkdə şübhəli olan şəxslərin cinayət başında yaxalanmaları üçün özünün də daxil olduğu DTX-nin əməkdaşlarından ibarət əməliyyat qrupu Astara rayonuna getmişlər. Onlara verilən əməliyyat məlumatı İran vətəndaşı olan naməlum şəxsin Astara rayonunun ərazisinə narkotik vasitə qoyacağı və Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərin də həmin yerə gedib narkotik vasitəni götürəcəkləri barədə olmuşdur. Əməliyyat qrupu Astara rayonuna 05 may 2021-ci il tarixdə, saat 01 radələrində çatıb dərhal əməliyyat tədbirinə başlamışdır. Həmin ərazi Ələt- Astara avtomagistralının 198-ci kilometrində “Ərçivançay” yazısı olan lövhənin yaxınlığı olmuşdur. Bir az sonra əməliyyat qrupunun dayandığıı mövqeyə yaxın yerdə maşın dayanmış və maşından iki nəfər şəxs, yəni sonradan adları məlum olan Şükran və Sadiq adlı şəxslər maşından düşüb “Ərçivançay” yazısı olan lövhəyə tərəf getmişlər. Şükran əlindəki telefonla qarşısına işıq salmaqla qabaqda, Sadiq isə onun arxasınca hərəkət etmişlər. Həmin vaxt əməliyyat qrupu onları kənardan müşahidə edib nəzarətdə saxlamışdır. Şükran və Sadiq orada olan körpünün altına doğru hərəkət edib yerdən torbanı götürərkən əməliyyat qrupu onlara yaxınlaşıb DTX-nin əməkdaşları olmalarını bildirib dayanmalarına göstəriş verilmiş, həmin anda o, Şükrana yaxınlaşmış, bu zaman Şükran üzərindən bıçaq çıxarıb üzərinə gəlmiş, yanında olan Sadiq kənara qaçmış, Şükran isə əlindəki bıçaqla onun dayandığı istiqamətinə bir neçə zərbə endirmiş, o, həmin zərbələrdən yayınsa da, sonuncu zərbə onun sol əlinin üst hissəsinə dəymiş və əlindən qan axmağa başlamışdır. Şükran onun sol əlinin üst hissəsinə xəsarət yetirdikdən sonra yenidən bıçaqla xəsarət yetirmək istəmiş, lakin o, Şükranın əllərindən tutub bıçağı əlindən alıb onu zərərsizləşdirmişdir. Həmçinin Sadiq də digər əməkdaşlar tərəfindən tutulub saxlanılmışdır. Həmin vaxt səs-küy olduğunu görən, yolda dayanmış maşının sürücüsü maşını idarə edib oradan uzaqlaşmışdır. Əməliyyat qrupu tərəfindən saxlanılan şəxslər Şükran və Sadiq, həmçinin hadisə yerində olan bir ədəd torba, eləcə də Şükrana aid bir ədəd bıçaq götürüldükdən sonra müvafiq sənədləşmələri aparılması üçün DTX-nin Astara rayon şöbəsinə getmişlər. Şöbədə təhqiqatçı tərəfindən videoçəkilişlə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərinə və hadisə yerindən götürülmüş torbaya baxış keçirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində qadağan olunmuş əşyalar aşkar edilməmiş, lakin onlara məxsus olan, yəni hadisə yerindən onların götürmək istədikləri həmin torbanın içərisində ayrı-ayrı bağlamalarda narkotik maddələrə oxşar kütlələr və çoxsaylı dərman həbləri aşkar edilmişdir. Sonra aşkar olunmuş kütlələr, dərman həbləri və Təqsirləndirilən şəxs2 aid olan bir ədəd bıçaq qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus mobil telefonlar da təhqiqatçı tərəfindən götürülmüş, sonra aparılmış baxış və götürmə ilə bağlı sənədləşmə aparılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin yerə içərisində narkotik maddələr olan torbanı götürmək üçün gəldiklərini bildirmiş, həmçinin saxlanılan vaxt Təqsirləndirilən şəxs2 bıçaqla müqavimət göstərib ona xəsarət yetirdiyini etiraf etmişdir. Hadisə olan gün aldığı xəsarətlə bağlı ona ilkin tibbi yardım göstərilmiş, daha sonra istintaq orqanının göstərişi ilə tibbi ekspertizasından keçmiş və yüngül dərəcəli xəsarət alması müəyyən edilmişdir. Hazırda tam sağalmış, sağlamlığı ilə narahatçılığı yoxdur. Zərərçəkmiş şəxs kimi Təqsirləndirilən şəxs2 qarşı qanunamüvafiq cəza tədbirinin görülməsini məhkəmədən xahiş edir. İşdə olan, “Baxış və götürmə aparılması haqqında” 05 may 2021-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə, saat 01 radələrində Azərbaycan Respublikası DTX-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ələt-Astara avtomagistral yolunun Astara rayonunun ərazisindən keçən hissəsinin 198-ci kilometrliyində, üzərində “Ərçivan çay” sözləri yazılmış lövhənin yaxınlığında saxlanılıb DTX-nın Astara rayon şöbəsinin inzibati binasına aparılmış, həmçinin hadisə yerindən bir ədəd sintetik kisə, eləcə də Təqsirləndirilən şəxs2 məxsus bir ədəd bıçaq götürülüb DTX-nın Astara rayon şöbəsinin inzibati binasına gətirilmişdir. Şöbədə DTX-nin təhqiqatçısı Yunis Ələkbərov tərəfindən videoçəkilişlə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərinə və onlara aid olan bir ədəd kisəyə (torbaya) baxış keçirilmişdir. Baxış zamanı kisənin içərisində ayrı-ayrı bağlamalarda 2127,85 qram qurudulmuş marixuanaya, 4970,8 qram tiryəkə, 238,95 qram heroinə və 2497 ədəd metadona oxşar kütlələr aşkar edilmişdir. Aşkar olunmuş kütlələr və Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd bıçaq qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. İşdə olan, 05 may 2021-ci il tarixli ekspert arayışı ilə müəyyən olunur ki, təmiz çəkisi 2127,85 qram, qalıq çəkisi 2127,75 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təmiz çəkisi 4970,80 qram, qalıq çəkisi 4970,55 qram olan qəhvəyi rəngli maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. 2497 ədəd həbin tərkibindəki ümumi təmiz çəkisi 99,88 qram, qalıq çəkisi 2493 həbdə 99,72 qram olan əsas komponent narkotik vasitə-metadondur. Quru halda təmiz çəkisi 238,95 qram, qalıq çəkisi 238,85 qram olan bej rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 07 may 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş ağ rəngli sintetik kisədə 2(iki) ədəd qara rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri-1018,54 qram və 1109,21 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Təqdim olunmuş iki ədəd qara rəngli polietilen torbada olan marixuanaların ümumi çəkisi-2127,75 qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidir. Ekspertiza tədqiqatından sonra qalıq marixuana 2127,65 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 66 (altmış altı) manat 46 qəpik təşkil edir. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 07 may 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Zərflər üçün № 95” dairəvi möhür əksi olan ağ rəngli sintetik kisənin içərisində bir ədəd qara rəngli sellofan torbada olan 5 ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkisi 996,7 qram 990,1 qram, 995,8 qram, 991,1 qram, 996,85 qram ümumi təmiz çəkisi 4970,55 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. İki ədəd sellofan bükümdə təmiz çəkisi 6,280 qram, 232,67 qram ümumi təmiz çəkisi 238,85 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ümumi sayı 2493 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı 99,72 qram (1 ədəd həbdə 0,4 qram) təşkil edir. Həblər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 238,75 qram, qalıq tiryək 4970,3 qram və qalıq metadon həbləri 2489 ədəddir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İşdə olan, məhkəmə-tibbi ekspertizanın 07 may 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sol əlinin arxa səthinin kəsilmiş yaraları-iti kənara malik olan alətin (alətlərin) və ya əşyanın (əşyaların) təsirindən törənmişdir, o cümlədən ekspertizaya maddi sübut qismində təqdim olunmuş bıçaq və ya ona oxşar bıçaqlar təsirindən törənməsi istisna olunmur, törənmə müddəti müayinədən 1-2 gün əvvələ uyğun olmaqla, qərarda göstərilən müddətdə yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığına qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan, məhkəmə-ballistik ekspertizanın 15 iyul 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deçici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 02 avqust 2021-ci il tarixli rəyləri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 opioidlərin və kannabiodlərin periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmirlər və narkomaniyadan məcburi müalicəyə ehtiyacları yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmaları məsləhət görülür. İşdə olan, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin 09 iyul 2021-ci il tarixli məktubu ilə (istintaq orqanının əməliyyat tapşırığına cavab) müəyyən olunur ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X2 qabaqcadan əlbir olub bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddəlirin satışı ilə məşğul olmaları, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə əldə etmələri müəyyən edilmiş, lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 digər cinayət əməllərinin törədilməsində iştiraklarının olubolmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdikləri narkotik vasitələri nə vaxt, kimdən və hansı şəraitdə əldə etmələri istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. İşdə olan, “Azərcell MMC-dən daxil olmuş diskə (telefon danışıqlarına dair məlumat olan) baxış keçirilməsi haqqında” 01 oktyabr 2021-ci il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050/554-94-48 saylı mobil telefon nömrəsi ilə aparılmış danışıqlarda iş üzrə əhəmiyyət kəsb edən hər-hansı məlumatlar (ittihama aid) aşkar edilməmişdir. İşdə olan, “Azərcell MMC-dən daxil olmuş diskə (telefon danışıqlarına dair məlumat olan) baxış keçirilməsi haqqında” 11 oktyabr 2021-ci il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 051/801-52-72 saylı mobil telefon nömrəsi ilə 077/233-01-90 saylı mobil nömrə istifadəçisi arasında 17 yanvar 2021-ci il tarixdə əlaqə olmuş və həmin nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 051/801-52-72 saylı mobil nömrəyə “Gelsin getsin mecin narmalni suse goturde bir saata yada gorsek otur mene gorusende sene diyecem nie duz qoseleme didim” məzmunlu, 19 mart 2021-ci il tarixdə “Sukran acde telfonude nos bele elisen gor nedirem bide 5 diy varimdi bide meti goture bilersen? Sabax da bide 5 verim ya daki para alinar?” məzmunlu mesaj göndərmişdir. İşdə olan, «Maddi sübut hesab edilməsi haqqında» 09 may, 18 noyabr 2021-ci il tarixli və “Sübutların qiymətlərindirilməsi haqqında” 18 noyabr 2021-ci il tarixli qərarlarla müəyyən edilir ki, ekspertiza tədqiqatdan sonra qalıq 2127,65 qram qurudulmuş marixuana, qalıq 238,75 qram heroin, qalıq 4970,3 tiryək, 2489 ədəd metadon həbi, bir ədəd soyuq silah hesab olunan bıçaq, habelə telefon danışıqlarına dair 02 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmışdır. Həmin maddi sübutlardan narkotik maddələr saxlanılması üçün DİN-nin BMCMİ-nin maddi sübutlar otağına təhvil verilmiş və disklər cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan, istirntaq orqanının “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” və “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” 14 iyul 2021-ci il tarixli qərarlarla müəyyən edilir ki, X10 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb olunmuş və istintaqdan qaçıb gizləndiyinə və olduğu yerə məlum olmadığına görə barəsində axtarış elan olunmuşdur. İşdə olan, “Cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılması haqqında” 09 dekabr 2021-ci il tarixli qərarla müəyyən olunur ki, bu cinayət işinin materiallarından X3 barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, telefon danışıqlara dair məlumatları, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsəsən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə heyəti bu baxımdan tədqiq olunmuş bütün sübutları, eyni zamanda cinayət təqibi orqanı tərəfindən təqsirləndirilən şəxslərə ittiham verilməsi üçün qəbul edilmiş və məhkəmədə tədqiq olunmuş sübutları təhlil edib və bir-biri ilə müqayisə edib aşağıdakı nəticəyə gəlir: Belə ki, məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (özü Astara rayonuna narkotik maddələri götürmək üçün getsə də, Sadiq və Şəhriyarın bundan xəbərlərinin olmaması, onun təklifi ilə yeyib-içmək və gəzmək məqsədi ilə onların onunla birlikdə Astara rayonuna getmələri, aşkar olunmuş narkotik vasitələrin Sadiq və Şəhriyara heç bir aidiyyətinin olmamasına aid hallar istisna olmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni özü Astara rayonuna narkotik maddələri götürmək üçün getsə də, Sadiq və Şəhriyarın bundan xəbərlərinin olmaması, onun təklifi ilə yeyib-içmək və gəzmək məqsədi ilə Sadiq və Şəhriyarın onunla birlikdə Astara rayonuna getmələri, aşkar olunmuş narkotik vasitələrin Sadiq və Şəhriyara heç bir aidiyyətinin olmaması, DTX-nin əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün ibtidai istintaq zamanı onların dedikləri kimi ifadə verməsi, saxlanılan vaxt DTX-nin əməkdaşları onu döydükləri üçün özünə müdafiə etmək məqsədilə əlindəki bıçağı sağa-sola hərəkət etdirərkən bıçağın DTX-nin əməkdaşına dəyməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs ifadəsi, maddi sübutlar, ekspertiza rəyləri, telefon danışıqlarına dair məlumatlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, o cümlədən baxış və götürmə haqqında protokol (videoçəkilişlə aparılmış baxış və götürmə zamanı Təqsirləndirilən şəxs2 tanışı Sadiqlə birlikdə narkotik maddələr götürmək üçün Astara rayonuna gəldiklərini göstərmişdir), eləcə də Təqsirləndirilən şəxs2 özü tərəfindən yazılmış izahatı, daha sonra verdiyi ifadələri (həmin izahat və ifadələrdə o, tanışı Şəhriyarın təklifi ilə digər tanışı Sadiqlə birlikdə Şəhriyarın idarə etdiyi maşınla sonuncunun dediyi yerə, yəni Astara rayonunun ərazisinə gedib orada gizlədilmiş yerdən içərisində narkotik maddələr olan kisəni götürüb Şəhriyara çatdırılması müqabilində hər birinə 150 manat pul veriləcəyinə razılaşıb Şəhriyarın idarə etdiyi maşınla Astara rayonunun Ərçivan kəndinin ərazisinə getmələrini, orada yolun kənarında üzərində “Ərçivan çay” yazılmış lövhənin yaxınlığında, Ərçivan körpüsünün altında gizlədilmiş yerdən bir ədəd kisəni götürərkən DTX-nin əməkdaşları tərəfindən saxlanılmalarını, həmin vaxt müqavimət göstərib üzərində olan bıçağı çıxarıb onu tutmaq istəyən DTX-nin əməkdaşına bıçaqla xəsarət yetirməsini və ittihamda göstərilən digər halları göstərmişdir) ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (Astara rayonuna narkotik maddələri götürmək üçün deyil, Şəhriyarın təklifi ilə yeyib-içmək və gəzmək məqsədi ilə Astara rayonuna getməsi, aşkar olunmuş narkotik maddələrin ona heç bir aidiyyətinin olmaması və heç bir cinayət əməli törətməməsinə aid hallar istisna olmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi 26 noyabr 2021-ci il tarixli ifadələrində göstərdiyi xüsusatlar, yəni Astara rayonuna narkotik maddələri götürmək üçün deyil, Şəhriyarın təklifi ilə yeyib-içmək və gəzmək məqsədi ilə Astara rayonuna getməsi, aşkar olunmuş narkotik maddələrin ona heç bir aidiyyətinin olmaması, DTX-nin əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün onların dedikləri kimi ifadə (06 may 2021-ci il tarixli) verməsi, sonradan verdiyi ifadəsinin (26 noyabr 2021-ci il tarixli) doğru olması, heç bir cinayət əməli törətməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs ifadəsi, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, o cümlədən baxış və götürmə haqqında protokol ilə (videoçəkilişlə aparılmış baxış və götürmə zamanı Təqsirləndirilən şəxs1 tanışı Şükranla birlikdə narkotik maddələr götürmək üçün Astara rayonuna gəldiklərini göstərmişdir), habelə Təqsirləndirilən şəxs1 özü tərəfindən yazılmış izahatı, daha sonra verdiyi 06 may 2021-ci il tarixli ifadələri (həmin izahat və ifadələrdə o, tanışı Şəhriyarın təklifi ilə digər tanışı Şükranla birlikdə Şəhriyarın idarə etdiyi maşınla sonuncunun dediyi yerə, yəni Astara rayonunun ərazisinə gedib orada gizlədilmiş yerdən içərisində narkotik maddələr olan kisəni götürüb Şəhriyara çatdırılması müqabilində hər birinə 150 manat pul veriləcəyinə razılaşıb Şəhriyarın idarə etdiyi maşınla Astara rayonunun Ərçivan kənndinin ərazisinə getmələrini, orada yolun kənarında üzərində “Ərçivan çay” yazılmış lövhənin yaxınlığında, Ərçivan körpüsünün altında gizlədilmiş yerdən bir ədəd kisəni götürərkən DTX-nin əməkdaşları tərəfindən saxlanılmalarını və ittihamda göstərilən digər halları göstərmişdir) ilə, eləcə də Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri (həmin ifadələrində o, tanışı Sadiq və digər şəxslə bağlı ittihamda göstərilən xüsusatları tam olaraq təsdiq etmişdir) ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə və ibtidai istintaq zamanı verdiyi (26 noyabr 2021-ci il tarixli) ifadələrində yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması, habelə cinayətkar qrupun digər üzvlərinin əməllərinin ört-bastır etməsi kimi qiymətləndirir. Həmçinin məhkəmə Zərərçəkmiş şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmələrinə, habelə Təqsirləndirilən şəxs2 soyuq silah əldə edib saxlama və gəzdirmə, eləcə də hakimiyyət nümayəndəsinə müqavimət göstərmə cinayət əməlləri törətməsinə münasibətdə sübut kimi qəbul edir. Habelə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma cinayətini törətmələri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin”, “Tiryək”, “Marixuana-Kannabis” və “Metadon” olan maddələr narkotik vasitələrdir. Heroinin 0,15 qramdan, tiryəkin 0,5 qramdan, «Marixuana-Kannabis»in, o cümlədən qurudulmuş marixuananın 5 qramdan, metadonun 0,02 qramdar artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, heroinin 2 qramı, tiryəkin 50 qramı, qurudulmuş marixuananın 500 qramı və metadonun 1,6 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus olmaqla götürülmüş 4970,8 qram tiryək, 2127,85 qram qurudulmuş marixuana, 238,95 qram heroin və təsiredici maddəsinin ümumi miqdarı 99,88 qram təşkil edən 2497 ədəd metadon şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Habelə məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və iş üzrə müəyyən olunmüş hallarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslərin öz aralarında və digər şəxslərlə əvvəlcədən razılaşaraq qazanc əldə etmələri müqabilində külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşımaları onların məhz həmin narkotik vasitələri əvəzli olaraq yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, eləcə də digər iş materiallarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış, daşımış, habelə Təqsirləndirilən şəxs2 soyuq silah hesab olunan bıçaq əldə etmiş, saxlamış, gəzdirmiş və həmin soyuq silahdan istifadə etməklə hakimiyyət nümayndəsinə müqavimət göstərmişdir. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində CM-nin 228.4, 234.4.1, 234.4.3, və 315-ci maddələrində və Təqsirləndirilən şəxs1 əməlində CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin tərkib əlamətləri vardır və onların törətdiyi bu əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 CM-nin 228.4, 234.4.1, 234.4.3, və 315-ci maddələrində və Təqsirləndirilən şəxs1 CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə baxışında müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq CM-nin 228.4, 234.4.1, 234.4.3, və 315-ci maddələri ilə və Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Habelə təqsirləndirilən şəxslərə elan olunmuş ittihama əsasən onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik edərək həmin maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirmə cinayəti (Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsi) ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmuşlar. Belə ki, istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma, habelə həmin maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə tanışları X9 və şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş və bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyrilərinin satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Ələt-Astara avtomagistralının Astara rayonu ərazisindən keçən hissəsinin 198-ci kilometrliyində yerləşən və üzərində “Ərçivan çay” sözləri qeyd edilmiş lövhənin yaxınlığına qanunsuz olaraq daşıyıb orada gizlətməklə saxladığı külli miqdarda narkotik vasitələri cinayətkar qrupun digər üzvü Şəhriyar Abbasovun göstərişi ilə qabaqcadan vəd etdiyi qaydada götürülüb onun idarə etdiyi avtomobilə daşınması üçün sonuncunun avtomobili ilə həmin yerə gəlib içərisində külli miqdarda narkotik maddələr olan torbanı götürərkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 DTX-nin əməkdaşları tərəfindən tutulmuşlar. Lakin məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslərin ittihamda göstərilən qaçaqmalçılıq cinayətini törətmələri təsdiqini tapmır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrində göstərmişdir ki, onlar iranlı kimi adı çəkilən (iranlı olması, yəni İİR-nın vətəndaşı olması güman edilən) şəxs və ya şəxsləri tanımamış, həmçinin tanışları olan Şəhriyar adlı şəxsin də iranlı kimi təqdim olunan şəxsi tanıması barədə məlumatları olmamış, iranlı kimi təqdim olunan naməlum şəxslə və ya başqa şəxslərlə cinayət əlaqəsinə girib İrandan narkotik maddələrin gətirilməsində (qaçaqmalçılıq yolu ilə keçirilməsində) iştirak etməmiş, həm də iranlı kimi təqdim olunan naməlum şəxs və ya başqa şəxslərin İrandan Azərbaycana narkotik maddələr göndərməsi, gətirilməsi (qaçaqmalçılıq yolu ilə keçirilməsi) barədə məlumatları olmamışdır. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin qaçaqmalçılıq cinayəti törətməsi ilə bağlı yeganə sübut kimi onların ibtidai istintaq zamanı verdikləri ifadələri (həmin ifadələrdə onlar tanışları olan Şəhriyar adlı şəxsi dediklərinə əsaslanıb narkotik maddələrin İrandan Şəhriyarın tanışı olan bir nəfər iranlının göndərməsini bildirilmişlər) götürülmüş, baxmayaraq ki, sonradan təqsirləndirilən şəxslər qaçaqmalçılıq cinayətini törətmədiyini bildirib tam başqa məzmunlu ifadələr vermişlər. Məhkəmə hesab edir ki, istinaq orqanı tərəfindən yalnız göstərilən sübuta (ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin başqa şəxsin sözlərinə uyğun verdikləri ifadələrə) əsaslanaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq cinayəti törətmələri ilə bağlı ittihamın verilməsi əsassızdır. Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinin tələbinə əsasən şübhəli və təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Habelə həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxslərə elan olunmuş qaçaqmalçılıq ittihamı ilə bağlı cinayət qanunvericiliyinin aşağıda göstərilən müddəalarını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinə əsasən qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların külli miqdarda keçirilməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törətdilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti, cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və ya heç olmasa birinin mövcud olması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Azərbaycan Respublikasının CM-nin 206-cı maddəsinin obyektiv cəhəti malların ölkənin gömrük sərhədindən keçirilməsinin müəyyən edilmiş qaydalarının və şərtlərinin pozulmasında, bununla da dövlətin hüquqi və fiziki şəxslərinin qanunla qorunan hüquq və mənafelərinə ziyan vurulmasından ibarətdir. Cinayətin törədilməsi, icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. Hazırki iş üzrə müəyyən olunmuş qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini narkotik maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi təşkil edir. Bu isə o deməkdir ki, təqsirkar şəxsin Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirləndirilməsi üçün onun məhz bu cinayətin törədilməsində qabaqcadan əlbir olan qrupun tərkbində qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini təşkil edən hərəkətlərin qrupun üzvləri ilə birlikdə icra edilməsi və ya digər formada, o cümələdən köməklik etməsi ilə bağlı əvvəlcədən vəd verməklə iştirakı ilə qaçaqmalını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi tələb olunur. Lakin məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən olunmuş hallardan görünür ki, təqsirləndirilən şəxslər narkotik maddələrin İrandan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslərlə, o cümlədən İran vətəndaşı olması güman edilən naməlum şəxslə birgə iştirak etməmiş (əvvəlcədən vəd verməklə köməkçi kimi iştirak etməmiş), onlarla birlikdə (o cümlədən qabaqcadan əlbir olmaqla) cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri icra etməmişlər. Belə olan halda təqsirləndirilən şəxslərin hərəkətlərinin qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirakları kimi CM-nin 32.5,206.3.2-ci maddəsi ilə tövsif olunması iş üzrə olan sübutlarla uzlaşmır və belə qiymətləndirmə əsassızdır. Həmçinin iş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq cinayətini törətmələrinə yeganə sübutu kimi ittiham tərəfi təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ilkin ifadələrini götürmüş, başqa sübutlar əldə edilməmiş, habelə məhkəmədə tədqiq olunmuş sübutlarla da təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olub bir qrup şəxs halında verilmiş ittihamda göstərilən qaçaqmalçılıq cinayəti etməsi də tam təkzib olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində göstərmişdir ki, onlar verilmiş ittihamda göstərilən qaçaqmalçılıq cinayətini törətməmiş və bununla bağlı ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etmirlər. Habelə iş üzrə tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslərin qaçaqmalçılıq cinayətini törətmələrini təsdiq edən hər hansı bir fakt, o cümlədən onların narkotik maddələrin İrandan Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi ilə bağlı kimlərləsə, o cümlədən İran vətəndaşı olması güman edilən naməlum şəxslə hər hansı bir formada qabaqcadan əlbirliyi təsdiq olunmur. Belə olan halda, təqsirləndirilən şəxslərin qaçaqmalçılıq cinayəti etmələri, yəni onların qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi kimi iştiraklarının CM-nin 32.5,206.3.2-ci maddəsi ilə tövsif olunması məhkəmədə araşdırılmış sübutlarla uzlaşmır, yəni həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı onların bu cinayəti törətmələrini təsdiq edən obyektiv sübutlar olmamış, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, məhkəmə istintaqı zamanı da onların qaçaqmalçılıq cinayətinin icraçısı, təşkilatçı, təhrikçi və ya köməkçi kimi iştirakları ilə bağlı hərəkətlər etmələri də öz təsdiqini tapmamışdır. Məhkəmə yuxarıda göstərilən sübutları və işin faktiki hallarını, cinayətin ittiham aktında göstərildiyi kimi, yəni Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 32,5,206.3.2-ci maddəsində nəzərdə tutulan cinayəti törədilmələrini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, istintaq orqanı tərəfindən verilmiş bu ittihama aid sübutlar ehtimallara əsaslanmaqla yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İnsan Hüquqlarının və X4 X1 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Kovensiyasının 7-ci maddəsinə əsasən heç kəs törədildiyi anda milli və beynəlxalq hüquqla cinayət hesab edilməmiş hər hansı bir hərəkəti və ya hərəkətsizlik təşkil edən əmələ görə təqsirli bilinə bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə heyəti cinayət təqibi zamanı əldə olunmuş sübutları, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilən sübutları əlaqəli şəkildə təhlil edərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 32,5,206.3.2-ci maddəsi ilə təqsirləndirildikləri ittiham üzrə onların bu cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən cinayət işi üzrə həmin hissədə CM-nin 32.5,206.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bəraət verilməlidir. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 228.4, 234.4.1, 234.4.3 və 315-ci maddələrində nəzərdə tutulan cinayətləri və Təqsirləndirilən şəxs1 CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətmişlər. İşdə olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qərarları ilə müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli tutulduqları vaxtdan, yəni 05 may 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamələrlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. İşdə olan sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, habelə Təqsirləndirilən şəxs1 ünvan 2 ünvanda yaşamışdır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 59 və 61ci maddələrdə göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onların CM-nin ittiham olunduqları maddələrin (CMnin 32.5,206.3.2-ci maddəsi istisna olunmaqla) sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99- 1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilən cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərinə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 05 may 2021-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutlar otağında saxlanılan 4970,3 qram (4 kq 970,3 qram) narkotik vasitə olan tiryək, 2127,65 qram (2 kq 127,65 qram) narkotik vasitə olan qurudulmuş marixuana, 238,75 qram narkotik vasitə olan heroin və 2489 ədəd narkotik vasitə olan metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X5 X7 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. Habelə Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və DİN-nin BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutlar otağında saxlanılan və 1 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə olunmuş, istintaq hərəkətləri ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-195 (bir yüz doxsan beş) manat 46 qəpik təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs2 97 (doxsan yeddi) manat 73 qəpik və Təqsirləndirilən şəxs1 97 (doxsan yeddi) manat 73 qəpik tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 132, 344-347, 349, 351- 353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.4, 234.4.1, 234.4.3 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 5 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 05 may 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 05 may 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutlar otağında saxlanılan 4970,3 qram (4 kq 970,3 qram) narkotik vasitə olan tiryək, 2127,65 qram (2 kq 127,65 qram) narkotik vasitə olan qurudulmuş marixuana, 238,75 qram narkotik vasitə olan heroin, 2489 ədəd narkotik vasitə olan metadon həbləri və 1 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Həmçinin iş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə olunmuş, istintaq hərəkətləri ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-195 (bir yüz doxsan beş) manat 46 qəpik təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs2 97 (doxsan yeddi) manat 73 qəpik və Təqsirləndirilən şəxs1 97 (doxsan yeddi) manat 73 qəpik tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Oruc Cəlilov Hakimlər: Xamməd Nuriyev Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar