Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-133/2022 12.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, 1 dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1981-ci ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Saatlı rayonu Nəsimi kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 12 dekabr 2020-ci il tarixdə saat 12 radələrində, qardaşı Şahid6 məxsus Saatlı rayonu Nəsimikənd kəndi ərazisində yerləşən fermada çoban işləmiş, Sabirabad rayonu Moranlı kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gələrək sonuncunu küçəyə çağırıb, satın aldığı 35 baş qoyunlara görə borclu olduğu 2200 manat məbləğində pulu qaytarmasını, yaxud da yenidən fermaya qayıdıb, pulun əvəzində çoban kimi işini davam etdirməsini tələb etmiş, Zərərçəkmiş şəxs onun tələblərini yerinə yetirməkdən imtina etdiyindən, aralarında mübahisə baş vermiş, şəxsi münasibətlər zəminində baş vermiş həmin mübahisə zamanı, o, Zərərçəkmiş şəxs evinin qarşısına gəldiyi, qardaşı Şahid6 məxsus VAZ-21011 markalı, **-KL-*** qeydiyyat nişanlı avtomobildən götürdüyü bıçaqla Zərərçəkmiş şəxs, həmin vaxt hadisə yerində olan, sonuncunun arvadı Şahid2 və anası Şahid3 gözləri qarşısında, onlara müstəsna dərəcədə qəddarlıq göstərərək, xüsusi iztirab və əzab verdiyini dərk etməklə, sinə nahiyəsindən qəsdən bir dəfə vuraraq, Zərərçəkmiş şəxs döş qəfəsinin sol ön səthində sol məmə xətti üzrə 6-cı qabırğa səviyyəsində, döş boşluğuna keçən, ürəyin perikard qişasını yaralayan, daxili qanaxma, sol tərəfli hemopnevmotoraksla müşayiət olunan bir ədəd yara xəsarətləri ilə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirməklə, xüsusi amansızlıqla qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Saatlı rayonu Nəsimi kəndində qardaşı Şahid6 məxsus fermer təsərrüfatında yaşamaqla çobançılıq edir, heç bir təhsili yoxdur, ailə qurmamışdır. Zərərçəkmiş şəxs dörd-beş il bundan əvvəl onların fermasında çobanlıq etmişdir. Son üç ildə isə Fikrət fermaya gəlib, xırdabuynuzlu heyvanları nisiyə alıb bir il ərzində borcunu qaytarmışdır. Sonuncu dəfə isə Fikrət ondan 35 baş yaşlı qoyunları 3000 manata almış, həmin pulu bir il ərzində ödəyəcəyinə söz vermişdir. Fikrət pulun 800 manatını versə də, qalan 2200 manatını verməmiş, uzatmışdır. Həmin ərəfələrdə Fikrət onların fermasında çobanlıq etmişdir. 10 dekabr 2020-ci il tarixdə Fikrət başqa fermada çobanlıq edəcəyini demişdir. O isə bu halda Fikrətdən aldığı qoyunların pulunu verməsini tələb etmişdir. Səhəri günü, yəni xx.xx.2020-ci il tarixdə isə balaca qardaşı Rəşid xırda buynuzlu heyvanları çöl sahəyə aparmışdır. Fikrət isə iribuynuzlu heyvanları çöl sahəyə aparmışdır. Təxminən saat 17 radələrində Fikrət mal-qaranı çöl sahədən fermaya gətirmiş, o da Fikrətə demişdir ki, fermadakı evdə qalsın. Lakin Fikrət itini və əşyalarını da götürüb yaşadığı, Sabirabad rayonu Moranlı kəndinə getmişdir. Səhəri günü, xx.xx.2020-ci il tarixdə saat 11 radələrində qardaşı Rövşənin dostu Talehdən xahiş etmişdir ki, qardaşının avtomobili ilə onu Fikrətin yaşadığı Moranlı kəndinə aparsın. Birlikdə Moranlı kəndinə gəlmişlər. Fikrəti səsləyib küçəyə çağırmışdır. İlk əvvəl Fikrətin arvadı Güllü küçəyə çıxmış, Güllüdən xahiş etmişdir ki, Fikrəti çağırsın, 5-10 gün fermada çobanlıq etsin, malqaraya baxsın. Onlar da təzə çoban tapdıqdan sonra isə Fikrət istədiyi yerə çıxıb gedə bilər. Həmin vaxt Güllü və Fikrətin qardaşı öz-özlərinə demişlər ki, Fikrət atdan yıxılıb beli əzilib işləyə bilməz. O da demişdir ki, yalan deyirlər, Fikrət başqa müdirin yanına getmək istədiyi üçün yalandan atdan yıxıldığını qeyd edirlər. Sonra tanımadığı bir iki nəfər qadın da yanlarına gəlmiş, həmin vaxt Fikrətin qardaşı ona söyüş söydüyü üçün o da onun cavabını qaytarmışdır. Bu zaman Fikrətin qardaşı üzərinə gəlmiş və əlbəyaxa olmuşdur. Fikrətin arvadı da onu döyməyə çalışmış, Taleh isə az da olsa, ona köməklik edərək həmin şəxslərə imkan verməmişdir ki, onu döysünlər, bəlkə də Taleh olmasaydı, onlar onu öldürəcəkdi. Bu zaman evdən çıxan bir nəfər qız əlində bıçaq üzərinə gəldiyini görmüş, həmin vaxt Fikrət də arxadan saçından tutub dartmışdır. O da qızın ona yaxınlaşmasını görüb tez bıçağı əlindən alaraq anidən geriyə dönüb bıçağı arxada dayanan şəxsin sol tərəfinə bir dəfə vurmuş və bıçağı yerə tullamışdır. Həmin vaxt orada olan şəxslər qışqırmağa başlamışlar ki, Fikrəti bıçaqla vurdular. Həmin anda bilmişdir ki, o, Fikrəti bıçaqla vurmuşdur. Sonra həmin şəxslərin başı Fikrətə qarışdıqları üçün ara sakitləşmişdir. O da Talehə demişdir ki, avtomobili sürsün evə qayıtsınlar. Avtomobil isə işə düşmədiyi üçün Taleh avtomobili idarə edə bilməmiş, sonra bir nəfər polis əməkdaşı yanlarına gəlmiş, avtomobili isə traktora qoşqu edib yanacaqdoldurma məntəqəsinə gətirmişdir. Sonra onu, qardaşı oğlu İslamı və Talehi Qaragüney polis bölməsinə gətirmişlər. O da səmimi olaraq baş verənləri etiraf etmişdir. Fikrəti vurduğu bıçaq onların həyətində qalmışdır. Onun məqsədi Fikrətlə danışıb onu ya fermaya qaytarmaq, yada borcunu almaq olmuşdur. Fikrəti bıçaqla vurmaq məqsədi olmamışdır. Lakin Fikrət və onun ailə üzvləri onu döyüb, saçını yolduğuna və söyərək təhqir etdiklərinə görə özünü müdafiə etmək üçün Fikrəti bıçaqla vurmuşdur. Fikrətin hadisə yerində olan qohumlarına əzab vermək məqsədi olmamışdır. Əgər Fikrətin arvadı, qohumları və özü onu döyməsə idilər, heç vaxt Fikrəti bıçaqla vurmazdı. Əməlindən peşmandır. Hadisədən sonra heyvanlarını sataraq Fikrətin müalicə xərclərini tam ödəmişdir. Bundan əlavə Fikrətə 4000 manat pul vermiş və ona olan əvvəlki borcundan da imtina etmişdir. Fikrətlə barışmışlar, ondan və ailəsindən üzrxahlıq etmişdir. Qadın olmasını və çobanlıqla məşğul olmasını, ailə vəziyyətinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmədə göstərdi ki, Sabirabad rayonu Moranlı kəndində yaşayır. Təqsirləndirilən şəxsın qardaşı Rəşidlə təxminən 15 ildən artıqdır ki, dostluq etmiş, təxminən 3-4 il əvvəl Rəşidin qardaşı Rövşənə məxsus, Saatlı rayonu Nəsimikənd kəndində yerləşən fermasına gedib onlara təxminən 3-4 gün ərzində köməklik etmişdir. Bundan əlavə son 3 ildə hər il Rəşiddən ucuz qiymətə yaşlı qoyunları alıb növbəti il ərzində həmin qoyunların pulunu qaytarmışdır. Sonuncu dəfə 2019-cu ildə Rəşiddən 35 ədəd yaşlı qoyunları 3000 manata almış və qoyunların pulunu növbəti bir il ərzində qaytaracağına söz vermişdir. Qoyunları Rəşiddən alsa da, həmin vaxt Rəşidin bacısı Ruhiyyə yanlarında olmuşdur. Həmin qoyunları 2020-ci ilin yay aylarında satıb 800 manat pul əldə etmişdir. Çünki qoyunların çoxu xəstələnib ölmüşdür. Həmin pulu Ruhiyyəyə vermiş və Ruhiyyədən xahiş etmişdir ki, yerdən qalan 2200 manat borcunu imkan olduqda qaytaracaq. Hətta Ruhiyyəyə təklif etmişdir ki, işlədiyi digər fermada aldığı puldan hər ay ona 100-150 manat pul verə bilər. Lakin Ruhiyyə razılaşmamış və pulun hamısını istəmişdir. O da maddi vəziyyəti yaxşı olmadığını və özünə məxsus motosikleti satıb borcunu ödəyə biləcəyini demişdir. Ruhiyyə də qismən razılaşmışdır. Həmin günü gecəni onların fermasında qalmış, səhəri günü isə öz motosikleti ilə fermadan çıxıb yaşadığı Moranlı kəndində gəlmişdir. Təxminən 2020-ci ilin oktyabr ayının sonlarında Rəşid zəng edib xahiş etmişdir ki, ona məxsus fermada onun işlərində köməklik etsin. Sonra Rəşidlə razılaşmışdır ki, ona siqaret və çörək verdikdən sonra, əlavə olaraq heyvanlarına baxdığı üçün 200 manatda pul verəcək, o da heyvanlarına çobanlıq edəcəkdir. Özü Rəşidə demişdir ki, əgər imkanı yaxşı olsa, ayda 200 manat deyil, 100 manat verər, digər 100 manat pulunu borcundan çıxar. Təxminən 9 gün ərzində həmin fermada iribuynuzlu heyvanlara baxmışdır. Rəşid onunla ilk əvvəl danışanda demişdir ki, 40 baş iri buynuzlu heyvanları örüş sahəsinə aparıb, gətirəcək. Lakin sonradan Rəşid ona 40 deyil, 76 baş iribuynuzlu heyvanları vermişdir ki, onlara çobanlıq etsin. O da Rəşidə demişdir ki, heyvanın sayı çoxdur, onlara baxmaqda çətinlik çəkir, heyvanlar isə bərbad vəziyyətdədir. Rəşid demişdir ki, 4-5 gün çətinlik olacaq, sonra heyvanların sayını azaldacaq, hər şey qaydasına düşəcək. Bir neçə gün sonra Rəşidlə telefon əlaqəsi saxlayıb demişdir ki, fermada işləyə bilməz, əvvəlki iş yerinə çağırırlar, həmin yerə gedir. Rəşid də demişdir ki, heç bir yerə getməsin, onu çətin vəziyyətdə qoymasın. Həmin günü axşam saat 17 radələrində heyvanları tövləyə salarkən Rəşidin bacısı Ruhiyyə yaxınlaşıb heyvanları sayaraq təhvil almış və acıqlı şəkildə demişdir ki, 2200 manat borcunu gətirib qaytarsın. O da Ruhiyyəyə qadın olduğu üçün heç nə deməmişdir. Sonra fermadakı evə gəlmiş və Rəşidin azyaşlı övladı ilə vaxtını keçirmişdir. Evdə olarkən Ruhiyyə yaxınlaşıb demişdir ki, hansı fermaya işə gedirsə, həmin ferma sahibi onun 2200 manat borcunu versin, o da çıxıb getsin. O da ferma sahibi Bəşirə zəng edib ondan 2200 manat pul istəmiş, Bəşir də telefonda demişdir ki, narahat olmasın, pul verilər. Lakin Ruhiyyə demişdir ki, 2200 manat pul dərhal çatmalıdır. Həmin günü gecəni fermada qalmış, səhərisi gün Ruhiyyənin qardaşı Rövşən də fermaya gəlmişdi. Ruhiyyə öz-özünə demişdir ki, motosikleti bir yerdə bağlasınlar ki, Fikrət qaçıb getməsin. O da Ruhiyyəyə demişdir ki, əgər onlara motosiklet lazımdısa, 1500 manata almış, götürüb həmin pulun əvəzində borcundan çıxsınlar. Həmin günün səhərisi heyvanları örüş sahəsinə aparmış, axşamı yenə heyvanları tövləyə gətirib salmışdır. Həmin gün atdan yıxıldığı üçün belində ağrılar olmuşdur. Həmin günü axşam saatlarında Rəşid də evə gəlmiş, Ruhiyyə isə qoyunlara baxmaq üçün evdən çıxıb getmişdir. Rəşid isə spirtli içki almaq üçün atla kənddəki mağazaya getmişdir. O da görmüşdür ki, evdə heç kim yoxdur, ona görə də dərhal paltarlarını və öz itini motosikletə yığmış və öz yaşadığı Moranlı kəndinə gəlmişdir. O, telefonda Rəşidə zəng edib demişdir ki, evə qayıtmış, iki gündən sonra geri gələcək. Sonra telefonu evdə qoyub, yuyunmağa getmişdir. Həmin vaxt isə Rəşidin bacısı Ruhiyyə qardaşının telefonu ilə ona zəng etmiş, arvadı ilə nalayiq söyüşlərlə danışmışdır, hətta uşaqları da söyüb təhqir etmişdir. O, hamamdan çıxdıqdan sonra arvadı bu barədə ona demiş, o da demişdir ki, narahat olmasın. Əgər sabah Ruhiyyə gəlsə, özləri onun cavabını versinlər. Həmin günün səhərisi, yəni xx.xx.2020-ci il tarixdə səhər saat 10 radələrində yaşadığı evin həyətində motosikletin təkərlərini təmir edən zaman pəncərədən görmüşdür ki, Ruhiyyə ağ rəngli niva markalı avtomobillə evin həyətinə gəlmişdir. O, özü çölə çıxmamışdır ki, qadınlar özləri söhbət etsinlər. Səslərindən eşitmişdir ki, arvadı X5 yaxınlaşıb demişdir ki, axşam nə qələtlər edib söyüş söymüşdür. Sonra onların sözlə mübahisəsi olmuş və arvadı Güllü, övladının kirvəsi Zabilin arvad Elnurə Ruhiyyə ilə bir-birinin ünvanına nalayiq sözlər demişlər, hətta deyəsən bir-birinin saçlarınıda yolmuşlar. Ruhiyyə nalayiq söyüşlər söydüyü üçün Zabil onun ağzını tutmuşdur ki, söyüş söyməsin. Həmin anda eşitmişdir ki, arvadı Güllü ucadan qışqıraraq deyir ki, Ruhiyyənin əlində bıçaq var, kənara çəkilsinlər. O da bu zaman Ruhiyyəyə yaxınlaşıb onu sakitləşdirmək istəmiş, həmin anda arvadı Güllü Ruhiyyənin qolundan tutub saxlamışdır ki, kiməsə bıçaqla xəsarət yetirməsin, ona yalvarmış, Ruhiyyə etmə demişdir. Lakin Ruhiyyə öldürəcəyəm-deyərək dayanmamış, Güllü onu tutub saxlamağa gücü çatmadığını görərək qışqırmış və ətrafdakıları köməyə çağırmışdır. O, Ruhiyəyə yaxınlaşan anda, Ruhiyyə qolunu çəkərək Güllünün əlindən çıxmış və Güllünün yanında bir dəfə bıçağı onun sinə nahiyyəsinə salıb çıxarmışdır. Həmin anda paltarından qan gəldiyi üçün kənardan dayanan qohumlar hamısı ətrafına yığışmışdır. Bıçaq isə Ruhiyyənin əlində qalmışdır. Sonradan isə baş verənləri xatırlamamış, özünə gələrkən bilmişdir ki, Şirvan şəhər xəstəxanasındadır. Ruhiyyə onun müalicə xərclərini və dəymiş ziyanı tamamilə ödəmişdir. Ruşiyə ilə barışmışdır, ondan şikayət və tələbi yoxdur, məhkəmədən Ruhiyəyə həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Şahid2 məhkəmədə göstərdi ki, əri Zərərçəkmiş şəxs Saatlı rayonu Nəsimi kənd sakini Təqsirləndirilən şəxs qardaşı Rəşidin fermasında işləmişdir. 11 dekabr 2020-ci il tarixdə axşam saatlarında əri Fikrət evdə olduğu zaman Ruhiyyənin qardaşı Rəşidin mobil telefonu ilə Fikrətin telefon nömrəsinə zəng etdiyini görmüşdür. Həmin vaxt Fikrət hamamda olduğu üçün telefona o cavab vermişdir. Telefonda Ruhiyyə ilə danışanda Ruhiyyə ona əri Fikrətin onlara 2200 manat borcu ola-ola nə səbəbə yanlarında yox, başqa fermada işlədiyini demişdir. O isə Ruhiyəyə narahat olmamasını, Fikrət işləyib, onlara olan borclarını az-az qaytaracağını bildirmişdir. X6 borclarını dərhal qaytarmasını tələb etmişdir. Bu zaman Ruhiyyə telefonda onlara qarşı nalayiq sözlər işlədtiyi üçün o, telefonu həmin vaxt onlarda olan, uşaqlarının kirvəsi Zabilə vermişdir. Zabil nə qədər çalışsa da, Ruhiyyəni telefonda sakitləşdirə bilməmişdir. Ona görə də Zabil məcbur qalıb telefonu söndürmüşdür. Sonra Fikrət hamamdan çıxmış və ona Ruhiyyənin zəng edərək onları təhqir etməsi barədə demişlər. 12 dekabr 2020-ci il tarixdə səhər saat 10 radələrində yaşadığı evdə olan zaman Ruhiyyə ağ rəngli, Niva markalı avtomobillə evlərinin həyətinə gəlmişdir. Bu zaman o, qabağa çıxmış və Ruhiyyəyə yaxınlaşıb demişdir ki, axşam nə qələtlər edib söyüş söymüşdür. Sonra sözlə mübahisələri olmuş və kirvələri Zabilin arvadı Elnurə də onlara yaxınlaşmış və Ruhiyyəni nə qədər çalışsalar da, sakitləşdirə bilməmişlər. Həmin vaxt Ruhiyyə onunla birlikdə Elnurəni də nalayiq küçə sözləri ilə təhqir etməyə başlamışdır. Həmin vaxt Zabil Ruhiyyənin ağzını tutmuşdur ki, biədəb söyüşlər söyməsin, ətrafda adamlar vardır. Ruhiyyə demişdir ki, Fikrəti çağırın buraya, 2200 manat borclarını versin. Həmin vaxt əri Fikrət də onlara yaxınlaşmış və Ruhiyyəni sakitləşdirməyə çalışmışdır. Bu zaman Ruhiyyənin gəldiyi Niva markalı avtomobilə tərəf getdiyini və avtomobilin qabaq sərnişin ayaqaltısından bir ədəd dəstəyi qara olan, mətbəx bıçağını əlinə götürdüyünü görmüşdür. Ona görə də tez qışqırmış, Ruhiyyənin əlində bıçaq olduğunu demişdir. Bunu deyib Ruhiyyəyə tərəf getmiş və onun qollarından tutmuşdur ki, əlindəki bıçaqla heç kimi vura bilməsin. Ruhiyəyə yalvarmış, Ruhiyyə, etmə-demişdir. Lakin Ruhiyyə öldürəcəyəm deyərək dayanmamış və qolunu onun əlindən çıxarmağa çalışmışdır. Ruhiyyəyə gücü çatmadığını, onu saxlaya bilmədiyini görüb, həyəcanlanmış və qışqıraraq ətrafdakıları köməyə çağırmışdır. Bu anda əri Fikrət onlara yaxınlaşdıqda Ruhiyyə qolunu dartıb onun əlindən çıxarmış və əlində olan bıçaqla Fikrətin sinə nahiyyəsinə bir dəfə zərbə vurmuş, bıçağı Fikrətin sinəsinə salıb çıxarmışdır. Həmin vaxt ətrafa qan fışqırmış və bunu görüb çığırmışdır ki, Ruhiyyə Fikrəti vurdu. Bu zaman hamısı Fikrətə tərəf qaçmış və onu qaynı Hikmət və kirvələri Zabil qucaqlarına alıb qohumları Xudaverdinin qapısına aparmışlar və orada da Xudaverdinin idarə etdiyi VAZ- 2106 markalı avtomobili ilə Şirvan şəhər xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər əri Fikrəti əməliyyat etmişlər. X4 müalicə xərclərini ödəmiş və ona əlavə olaraq müalicəsini davam etdirmək üçün pul da vermişdir. Rühiyyə ilə barışmışlar. Şahid7 da məhkəmədə Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid X2 məhkəmədə göstərdi ki, ailə üzvləri ilə birlikdə Sabirabad rayonu Moranlı kəndində yaşayır. 11 dekabr 2020-ci il tarixdə axşam saatlarında əri Zabilin dayısı oğlu Fikrətgildə olduqları zaman Fikrətin telefonuna zəng gəlmişdir. Fikrət özü hamamda olduğundan telefona arvadı Güllü cavab vermişdir. Güllü telefonda danışdığı şəxslə mübahisə etmiş, sonra isə telefonu Zabilə vermişdir. Zabil də telefonda söyən qadına xanım sakit olun, söyüş söyməyin, ayıbdı-demişdir. Bir qədər sonra Fikrət hamamdan çıxanda Güllü Ruhiyyənin zəng edərək onları təhqir etməsi barədə Fikrətə demişdir. 12 dekabr 2020-ci il tarixdə səhər saat 10 radələrində Fikrət gildə olduqları zaman həyətdə səs-küy eşitmiş və həyətə çıxanda Güllünün bir nəfər qadınla, adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs ilə sözlə mübahisə etdiyini, həmin Ruhiyyə adlı qadının biədəb küçə sözləri işlətdməsini görmüş və onlara yaxınlaşaraq Ruhiyyəni nə qədər çalışsa da, sakitləşdirə bilməmişdir. Həmin vaxt Ruhiyyə Güllü ilə birlikdə onu da nəlayiq küçə sözləri ilə təhqir etməyə başlamış, bunu görüb əri Zabil Ruhiyyəni sakitləşdirməyə çalışmış və onun ağzını tutmuşdur ki, sakit dursun, qonşulardan ayıbdır, söyüş söyməsin. Lakin Ruhiyyə çox pis ədəbsiz küçə sözləri işlətməkdə davam etmiş, həmin vaxt Fikrət də ona yaxınlaşmış və Ruhiyyəni sakitləşdirməyə çalışmışdır. Həmin vaxt Ruhiyyənin gəldiyi ağ rəngli Niva markalı avtomobilin qabaq sərnişin yerinin ayaqalı hissəsindən 01 ədəd dəstəyi qara rəngli olan mətbəx bıçağı götürdüyünü görmüşdür. Bu zaman Güllü qışqıraraq Ruhiyyənin əlində bıçaq olduğunu demiş və Ruhiyyəyə tərəf gedərək onun bıçaqla heç kimi vurmaması üçün qollarından tutmuş və yalvarmaqla dayanmasını xahiş etmişdir. Lakin Ruhiyyə dartınıb onun əlindən çıxmağa çalışmışdır. Güllü Ruhiyəni saxlaya bilmədiyinə görə qışqırımış və kömək etmələrini demişdir. Fikrət isə onlara yaxınlaşanda Rühiyyə Güllünün əlindən çıxaraq yaxınlıqda olan Fikrətin sinə nahiyyəsinə bir dəfə zərbə vurmuş, bıçağı sinəsinə salıb çıxarmışdır. Həmin vaxt ətrafa qan fışqırmış və Fikrətin paltarı təmiz qan olmuşdur. Bunu görüb Güllü çığırmışdır ki, Ruhiyyə Fikrəti bıçaqla vurdu. Bu zaman hamısı Fikrətə tərəf qaçmış və onu əri Zabillə birlikdə qucaqlarında tanışları Xudaverdinin qapısına aparmışlar və oradan da Xudaverdinin idarə etdiyi VAZ-2106 markalı avtomobili ilə Şirvan şəhər xəstəxanasına aparmışlar. Şahid4 və Şahid3 da məhkəmədə Elnurə Eynullayeva ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Şahid6 məhkəmədə göstərdi ki, ailə üzvləri ilə birlikdə Sabirabad rayonu Nəsimi kəndində yaşayır. Özünə məxsus fermada iri və xırdabuynuzlu heyvanlar saxlayır. Sabirabad rayonu Moranlı kənd sakini Zərərçəkmiş şəxs üç-dörd il əvvəl ona məxsus, Saatlı rayonu Nəsimikənd kəndində yerləşən fermaya gəlib 3-4 gün ərzində köməklik etmişdir. Bundan başqa Fikrət son 3 ildə hər il qardaşı Rəşiddən ucuz qiymətə yaşlı qoyunları alıb növbəti il ərzində həmin qoyunların pulunu qaytarmışdır. Sonuncu dəfə 2019-cu ildə Fikrət 35 ədəd yaşlı qoyunları 3000 manata almış, lakin qoyunların pulunu növbəti 1 il ərzində qaytaracağına söz versədə, bu günə qədər borcunun ancaq 800 manatını qaytara bilmiş, qalan 2200 manatını isə bu günə qədər qaytara bilməmişdir. Fikrət qoyunları qardaşı Rəşidin özündən almış, lakin həmin vaxt bacısı Ruhiyyə də yanlarında olmuşdur. Fikrət söz vermişdir ki, uzağı arpa biçininə qədər onlara borclu olduğu 2200 manatı qaytaracaqdır. Lakin arpa biçini vaxtı Fikrət xahiş etmişdir ki, imkanı yoxdur, ona bir qədər də möhlət versinlər. Sonra Fikrət qardaşı Rəşiddən xahiş etmişdir ki, heç bir yerdə işləmir, fermada ona iş versinlər. Qardaşı Rəşid də razılaşmış və Fikrət fermada heyvanlarına çobanlıq etməyə başlamışdır. Fikrət heç 10 gün işləməmişdir ki, onlara demişdir ki, başqa bir fermada iş tapıb orda işləmək istəyir. Bacısı Ruhiyyə də Fikrətə demişdir ki, hansı fermaya işə gedirsə, həmin ferma sahibi onun 2200 manat borcunu versin, sonra çıxıb getsin. Lakin həmin ferma sahibi Fikrətin onlara olan 2200 borcunu bəri başdan verməyi boynuna götürməmişdir. 11 dekabr 2020-ci il tarixdə bacısı Ruhiyyə Rəşidin telefonu ilə Fikrətə zəng etmiş və Fikrətin arvadı Güllü ilə telefonda sözlə mübahiə etmişlər. Səhəri günü onun və qardaşı Rəşidin xəbəri olmadan bacısı Ruhiyyə taksi sürücüsü Talehi zəng edib fermaya çağırmış və onun avtomobili ilə Fikrətin yaşadığı kəndə getmiş ki, Fikrətin onlara olan 2200 manat borcunu alsın. Lakin həmin vaxt Fikrət və onun ailəsi ilə bacısı Ruhiyyə mübahisə etmiş və mübahisə zamanı bıçaqla Fikrəti vurub ona xəsarət yetirmişdir. O və qardaşı Rəşid bunu sonradan bilmişlər və bacıları Ruhiyyəni danlamışlar. Məhkəmə-tibb ekspertizasının 16 dekabr 2020-ci il tarixli, 744 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol ön səthində sol məmə xətti üzrə 6-cı qabırğa səviyyəsində, döş boşluğuna keçən, ürəyin perikard qişasını yaralayan, daxili qanaxma, sol tərəfli hemopnevmotoraksla müşayiət olunan bir ədəd xəsarət müəyyən edilmişdir. Həmin xəsarət kəsici-deşici alətin, bıçağın təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə-trosoloji ekspertizasının 16 fevral 2021-ci il tarixli, 3/140 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məxsus iki ədəd köynəyin üzərində kəsici, ucu deşici xassəyə malik alətin (bıçaq və s.) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədələr aşkar olunmuşdur. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 712 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən dövrdə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmiş, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir, əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cinayət əməlini törədərkən psixiemosional vəziyyətində hirslilik yaranmış və fizioloji affekt vəziyyətində olmamışdır. İfadəni yerində yoxlama zamanı Təqsirləndirilən şəxs 12 dekabr 2020-ci il tarixdə saat 12 radələrində Sabirabad rayonu Moranlı kəndində Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyi yeri göstərmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Saatlı rayonu Nəsimikənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs ictimai işlərdə fəallıq göstərmiş və onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Eyni zamanda saatlı rayon Nəsimikənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 02 iyun 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Nəsimikənd kəndinin sakinlərinə məxsus pay torpaqlarında torpaq icarəyə götürüb qardaşı ilə birlikdə fermada yaşayır. Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdiyi ərizəsində ona cinayət əməli nəticəsimndə dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilməsini, Təqsirləndirilən şəxs ilə barışdığını, onldan şikayət və tələbinin olmadığını göstərmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən xüsusi amansızlıqla ağır zərər vurması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hadisə zamanı Zərərçəkmiş şəxs yaxın qohumu hesab olunan arvadı Şahid2 Təqsirləndirilən şəxs əlinə bıçaq götürməsini görərək onun qollarından tutub yalvarmaqla öz hərəkətlərini dayandırmasını xahiş etməsinə baxmayaraq, Təqsirləndirilən şəxs qolunu Şahid2 əlindən çıxarmaqla yanında olan Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsindən bıçaqla vuraraq ona döş boşluğuna keçən, ürəyini zədələyən, yetirildiyi anda həyat üçün təhlükəli olan bədən xəsarəti yetirməsini xüsusi amansızlıq kimi qiymətləndirir. Ona görə də hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-nin 59.1.13-cü maddəsinə, qadın olmasını və ilk məhkumluğunu isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən törədilmiş cinayətin məqsəd və motivini, cinayətin baş verməsinə səbəb olan halları və şəraiti- yəni Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarında mübahisənin Fikərt Abbasovun nisyə olaraq almış olduğu xırdabuynuzlu heyvanlara görə borclu olduğu pulu ödəməməsi səbəbindən yaranmasını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı eyin həyətinə ondan borclu olduğu pulu almaq məqsədi ilə getsədə, orada Zərərçəkmiş şəxs arvadı və başqa qohumları ilə aralarında mübahisə yaranması və Zərərçəkmiş şəxs qohumlarının onu döyməyə cəhd etmələri səbəbindən Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs bir zərbə vurmasını, Təqsirləndirilən şəxs cinayətin törədilməsindən sonrakı davranışınıyəni əməlindən səmimi peşmançılıq hissiləri keçirməsini, Zərərçəkmiş şəxs ona olan borcundan imtina etməklə yanaşı onun bütün müalicə xərclərini, cinayət əməli ilə dəymiş ziyanı tamamilə ödəməsini, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini və həyat şəraitiniyəni əvvəllər məhkum olunmamasını, qadın olaraq gənc yaşlarından etibarən çobanlıq etməklə hər hansı təhsilinin olmamasını, ailə qurmamasını, həyat tərzinin yalnız çöl, oba şəraitində xırda və iribuynuzlu mal-qara otarmaqdan ibarət olmasını, azadlıqdan məhrum olmaqla yaşadığı mühitdən ayrılmasının onun həyat şəraitinə daha mənfi təsir göstərə biləcəyini, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza çəkməklə islah oluna biləcəyini, eyni zamanda zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Eyni zamanda Təqsirləndirilən şəxs 12 dekabr 2020-ci il tarixdən 14 dekabr 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 2 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilərək təyin olunan cəzadan çıxılmalıdır. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Saatlı rayonunun inzibati ərazisinin hüdludlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalı, ona təyin edilən cəzanın icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Sabirabad Rayon Polis Şöbəsinə saxlanılan, Zərərçəkmiş şəxs məxsus 2 ədəd köynəklər məhv edilməlidir. Ekspertiza xərci 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tədbiq edilməklə 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın. Ona təyin edilən cəzanın icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Sabirabad Rayon Polis Şöbəsində saxlanılan 2 ədəd köynək məhv edilsin. Ekspertiza xərci 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-133/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-133/2022
12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver