Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-133/2023 02.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Astara rayon məhkəməsinin 11 avqust 2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən külli miqdarda -3026,589 qram çəkidə narkotik vasitə olan heroini (bundan sonra-heroin) və külli miqdarda -162,607 qram çəkidə psixotrop maddə olan metemfetamini (bundan sonra – metamfetamin) satış məqsədilə qanunsuz olaraq əldə edib bir hissəsini üzərində saxlayaraq daşımış, bir hissəsini satmış, qalan hissəsini isə Astara şəhəri, S.Vurğun küçəsi, ev 27 ünvanında yerləşən yaşadığı evdə hissələrə bölərək satış məqsədi ilə saxlamış, 21 sentyabr 2022-ci il tarixdə 01 ədəd bükümdə - 0,051 qram çəkidə narkotik vasitə heroini tanışı, Astara rayonu, Ərçivan qəsəbə sakini Şahid10 5 manata satmış, 01 ədəd bükümdə -0,413 qram çəkidə narkotik vasitə heroini digər tanışı Astara şəhər sakini Şahid11 20 manata satmış, Şahid10 21 sentyabr 2022-ci il tarixdə Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara şəhəri ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş və üzərində keçirilmiş şəxsi axtarış zamanı 01 ədəd bükümdə təmiz çəkisi -0,051 qram olan narkotik vasitə heroin onun əynində olan şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş, Şahid11 21 sentyabr 2022-ci il tarixdə Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara şəhəri ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd bükümdə təmiz çəkisi -0,413 qram olan narkotik vasitə heroin onun əynində olan şalvarın sol yan cibindən aşkar edilərək götürülmüş, 21 sentyabr 2022-ci il tarixdə, saat 17:25-də Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Astara şəhəri, Kaverin küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq Astara RPŞ-yə gətirilmiş, üzərinə aparılan şəxsi axtarış zamanı ayrı-ayrılıqda təmiz çəkiləri -0,458 qram, -0,415 qram və -0,421 qram olmaqla ümumi təmiz çəkisi -1,294 qram olan narkotik vasitə heroin onun əynində olan şalvarın sağ yan cibindən, həmin tarixdə Astara şəhəri, S.Vurğun küçəsi, ev 27 ünvanında yerləşən yaşadığı evə keçirilmiş baxış zamanı 01 ədəd qara rəngli sellofan bağlamanın içərisindən 08 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -2860,0 qram, -120,0 qram, -14,387 qram, -4,797 qram, -4,859 qram, -4,839 qram, -4823 qram və 2,826 qram olmaqla ümumi təmiz çəkisi -3016,531 qram olan heroin və 01 ədəd sellofan bükümdə təmiz çəkisi -148,086 qram olan metamfetamin evin yataq otağında olan dolabın içərisindən, 02 ədəd kibrit qutusunun içərisindən 09 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,991 qram, - 0,829 qram, -0,447 qram, -0,538 qram, -0,519 qram, -0,474 qram, -0,513 qram, -0,614 qram, və -3,375 qram olmaqla ümumi təmiz çəkisi 8,300 qram olan heroin və 04 ədəd kibrit qutusunun içərisindən 22 ədəd bükümlərdə ayrıq-ayrılıqda təmiz çəkiləri -0,926 qram, -0,939 qram, -1,075 qram, -1,045 qram, -0,942 qram, -1,023 qram, -0,926 qram, - 0,506 qram, -0,518 qram, -0,524 qram, -0,484 qram, -0,466 qram, -0,532 qram, -0,512 qram, -0,497 qram, -0,499 qram, -0,523 qram, -0,527 qram, -0,531 qram, -0,508 qram, - 0,513 qram və -0,505 qram olmaqla ümumi təmiz çəkisi 14,521 qram olan metamfetamin yataq otağında olan dolabın üzərindəki plastik qutunun içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkomandır, özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddə ilə təqsirli bilir, onun evinə narkotiki polis əməkdaşları qoymuşlar. Günay adlı şəxsi polis şöbəsində görmüş, ona polis şöbəsində narkotik vasitə verilmiş və Günay bildirmişdir ki, narkotik vasitəni güya ondan alıb, lakin o, Günaya narkotik satmamışdır. Dünyamin adlı şəxsi də narkoman kimi tanımış, onunla birlikdə narkotik istifadə etmiş, lakin ona narkotik vasitə satmamışdır. O, narkotik vasitələrdən heroin istifadə etmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları onu 21 sentyabr 2021-ci il tarixdə küçədə tutduqlarını desələr də əslində onu evində qardaşı ilə birlikdə tutub Polis Şöbəsinə aparmışlar. Qardaşına CM-in 234.1-ci maddəsi ilə cəza verilmişdir. Evində polis əməkdaşları tərəfindən saxlanılarkən onda 3 kiloqram yox, 50 qram heroin və 20 qram da metamfetamin olmuş, qalan narkotik vasitələr ona aid olmamışdır. Onda olan heroin və metamfetaminin neçə bükümdə olmasını xatırlamır. Onu şöbəyə apararkən üzərində narkotik vasitə olmamış, lakin polis əməkdalarının vediyi bükümləri üzərinə götürərək ona məxsus olmasını bildirmiş, daha sonra evinə gəlib evində axtarış apararkən ona məxsus 50 qram heroin və 30 qram metamfetaminlə yanaşı polis əməkdaşlarının qoyduğu narkotik vasitələr də çıxmışdır. Polis əməkdaşları onu döydüklləri, fiziki təzyiqlərə məruz qoyduqları üçün etirafedici ifadələr vermişdir. Özündə olan narkotiki Bakı şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almış, həmin kütlələri almaq üçün həmin şəxsə 400 manat pul vermişdir. Ona elan olunmuş ittihamda göstərilmiş 3 kiloqram çəkidə heroinin içində özünə aid 50 qram heroin də olmuşdur, həmin narkotik vasitələrin hansı səbəbdən eynilik təşkil etdiyini bilmir. Qardaşını da tutuacaqarı ilə hədələdiklərindən evindən çıxan heroinin və metamfetaminin də ona məxsu olmasını bildirmişdir. Narkotik vasitələrin istifadəçisi olduğunu və üzərində 50 qram heroin, 20 qram metamfetamin olmasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddə ilə cəza verilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 21 sentyabr 2022-ci il tarixdə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən və yaşadığı evə vidoçəkiliş zamanı baxış keçirilərkən şifahi və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində yazılı qaydada verdiyi izahatı, müvafiq olaraq 22 və 23 sentyabr 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, uzun müddətdir ki, heroindən, bəzən də metamfetamindən istifadə edir. 2022-ci ilin oktyabr ayının sonlarında Bakı şəhərində olan zaman bir nəfər narkomanla tanış olmuş, həmin şəxs onun narkoman olduğunu bildikdən sonra onunla bir qədər söhbət edərək münasibət yaratmış və o, həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu, külli miqdarda heroinin olduğunu bilmiş, həmin şəxsi tanıdıqdan sonra özü də narkotik vasitələrin satışı ilə məşğul olmaq qərarına gəlmiş və sonuncuya Astara rayonunda yaşadığını, orada narkotik vasitənin tez bir zamanda satılacağını bildirib, satmağı üçün ona narkotik vasitə verməsini istəmiş və həmin şəxsdən 3 kiloqramdan bir qədər artıq çəkidə narkotik vasitə olan heroin və yarım kiloqrama yaxın çəkidə psixotrop maddə olan metamfetamin almış, pulu isə həmin kütlələri satdıqdan sonra verəcəyinə razılaşmış, bir neçə gün sonra Astara şəhərində yerləşən yaşadığı evə gəlmiş, narkotik vasitəni yataq otağında gizlətmiş, 21 sentyabr 2022-ci il tarixdə, təxminən saat 17 radələrində yaşadığı evi tərk etmiş, həmin vaxt üzərində satış məqsədilə daşıdığı 03 ədəd bükümdə heroin olmuş, Astara şəhəri, Kaverin küçəsində piyada hərəkətdə olan zaman polislər onu yaxalayıb Astara RPŞ-nin inzibati binasına gətirmişlər. Orada videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan idman şalvarının sağ yan cibindən 03 ədəd bükümdə heroin bükümlərini təqdim etmiş, şifahi sorğu zamanı o, yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmiş, yaşadığı evə baxış keçirilməsinə etiraz etməmiş, bundan sonra polislərin və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə yaşadığı evə baxış keçirilmiş, baxış zamanı o, yataq otağında olan dolabın içərisində heroin və metamfetamin saxladığını bildirmiş, dolaba baxış keçirilmiş və içərisindən 1 ədəd qara rəngli sellofan bükümün içərisindən 11 ədəd bükümdə heroin və 01 ədəd bükümdə metamfetamin aşkar edilmiş, həmçinin dolabın içərisində qoyduğu plastik qutunun içərisindən 06 ədəd kibrit qutusu və 01 ədəd folqa büküm aşkar edilmişdir. O, həmin kibrit qutularının içərisinə heroin və metamfetamin qoymuşdur. Baxış zamanı 02 ədəd kibrit qutusunda müxtəlif bükümlərdə heroin, 04 ədəd kibrit qutusunda müxtəlif sayda olan bükümlərdə metamfetamin aşkar edilmişdir. Həmçinin folqa bükümün içərisindən heroin aşkar edilmişdir. O, tutulduğu ərəfələrdə həyəcanlı olmuş, həmin səbəbdən də tarixi düzgün qeyd etməmiş, belə ki, narkotik vasitə və psixotrop maddələri 2022-ci ilin oktyabr ayının sonlarında Bakı şəhəri ərazisində əldə etmişdir. Narkotik vasitə və psixotrop maddəni aldığı şəxslə həmin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmağı ilə bağlı qabaqcadan razılıq əldə etməmiş, sadəcə olaraq həmin şəxsə narkotik vasitə və psixotrop maddələri satdıqdan sonra pulunu verəcəyini demişdir. Tutulmazdan öncə, daha doğrusu 21 sentyabr 2022-ci il tarixdə, günorta saatlarında Günayı yaşadığı evin yaxınlığında görmüş və Günayın narkotik vasitə almaq üçün gəldiyini bilmiş, Günay ona yaxınlaşıb, ağrılarının olduğunu bildirmiş, o, da Günaya 20 manata 1 bükümdə narkotik vasitə olan heroin satmışdır. 21 sentyabr 2022-ci il tarixdə, saat təxminən 08 radələrində yuxudan oyanıb çölə çıxarkən qarşısına münasib biri çıxsa satmaq məqsədi ilə üzərində bir neçə bükümdə heroin və metamfetamin də olmuş, təxminən saat 09 radələrində velosipedlə hərbi şəhərcikdə hərəkətdə olan zaman Dünyamın qarşısına çıxmış və ondan 5 manat qarşılığında narkotik vasitə olan heroin istəmişdir, o, da Dünyaminə 5 manata 1 büküm heroin vermişdir. O, 2022-ci ilin sentyabr ayında Günaya və Dünyaminə 1-2 dəfə narkotik vasitə satmışdır. Günaydan və Dünyamindən başqa da həmin narkotik vasitə və psixotrop maddədən Astara şəhəri ərazisində bir neçə nəfər şəxsə satmış, lakin həmin şəxslərin kim olduğunu xatırlamır. Əvvəllər heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, 2022ci ilin oktyabr ayının sonlarında narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini əldə etdikdən sonra həmin kütlələri satmaq qərarına gəlmişdir. 2022-ci ilin sentyabr ayının əvvəllərindən başlayaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olur. Yaşadığı evdə narkotik vasitə və psixotrop maddə saxlamasından ailə üzvlərinin heç bir məlumatı olmamış,19 sentyabr 2022-ci il tarixdə, təxminən saat 15 radələrində velosipedlə yaşadığı evə gedərkən anidən velosipeddən yerə yıxılmış və nəticədə alnında və dirsəyində xəsarətlər yaranmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərində şəxsi istifadəsi üçün 50 qram çəkidə heroin və 20 qram çəkidə metamfetamin olduğunu, Dünyamin və Günay adlı şəxslərə narkotik vasitə satmadığını, ümumiyyətlə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, ona elan olunmuş ittihamda göstərilən çəkidə heroin və metamfetaminin onda olmadığını, polis əməkdaşlarının fiziki təzyiqi və hədəsi ilə həmin kütlələr barədə etirafedici ifadələr verdiyini göstərməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin CABın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir, 21 sentyabr 2022-ci il tarixdə icraatına Astara rayonun Ərçivan qəsəbə sakini Şahid10 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, məlumat əsasında əməliyyat qrupu yaradılmış, Şahid10 Astara şəhərində yerləşən Mərkəzi bazarın yaxınlığında saxlanılaraq saat 11 radələrində Astara RPŞ-yə gətirmiş, video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış aparılmış, sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin zərli kağızına bükülmüş 1 ədəd kütləni çıxarıb təqdim etmiş, həmin kütlənin qəhvəyi rəngli heroinə bənzər kütlə olması müəyyən edilmiş, şifahi sorğu zamanı Şahid10 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə heroini Astara şəhər sakini Firudin adlı şəxsdən 5 manata aldığını bildirmişdir. Firudin adlı şəxsin Astara şəhər sakini Təqsirləndirilən şəxs əməliyyat yolu ilə müəyyən olunmuş, həmin gün saat 17 radələrində Astara şəhəri İ.Kaverin küçəsində Təqsirləndirilən şəxs piyada hərəkət saxlanılıb Astara RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxslə bağlı istintaq hərəkətlərində iştirak etməsə də ona məlum olmuşdur ki, polis əməkdaşları tərəfindən üzərinə keçirilən şəxsi axtarış zamanı üstündən 3 büküm narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, daha sonra isə yaşadığı evinə baxış keçirilən zaman narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar kütlələr aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Astara rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə onda da əməliyyat məlumatları olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunda ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir, 21 sentyabr 2022-ci il tarixdə Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonun Ərçivan qəsəbə sakini Şahid10 Astara şəhəri Mərkəzi bazarın yaxınlığında saxlanılaraq Astara RPŞ-yə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı bir bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüş, Şahid10 ilə şifahi söhbət apararkən həmin narkotik vasitə heroinə oxşar kütləni Astara şəhər sakini Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Buna görə əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin tədbirdə o, da iştirak etmiş, belə ki, həmin gün keçirilən əməliyyat tədbiri zamanı saat 17 radələrində Təqsirləndirilən şəxs Astara şəhəri İ.Kaverin küçəsində piyada hərəkət edən zaman saxlanılaraq Astara RPŞ-yə gətirilmiş, video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış aparılmış, həmin şəxsi axtarış zamanı o, iştirak etməsə də eşitmişdir ki, Təqsirləndirilən şəxs üzərindən şəffaf sellofana bükülmüş 3 ədəd kütlə - qəhvəyi rəngli heroinə bənzər kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmçinin yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmiş, əməliyyat tədbirlərinin davamı olaraq həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda video çəkiliş vasitəsilə axtarış aparılmış, həmin axtarış zamanı o, da iştirak etmiş, baxış zamanı Təqsirləndirilən şəxs aid bir mərtəbəli evdə, öz yataq otağının girişində, sol tərəfdə olan güzgülü dolabın içərisində narkotik vasitə saxladığını bildirmiş, güzgülü dolaba baxış keçirilən zaman dolabın içərisindən bir ədəd qara rəngli sellofan və 01 ədəd kiçik ölçülü plastik qutu aşkar edilmiş, qara sellofanın içərisində 01 ədəd ağ sellofan paketdə və 10 ədəd sellofan bükümlərdə qəhvəyi rəngli, spesifik iyə malik heroinə bənzər kütlələr və 01 ədəd şəffaf sellofan bükümdə metamfətaminə bənzər kütlə aşkar edilmiş və aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmişdir. Bundan sonra plastik qutunun içərisinə baxış keçirilmiş, baxış zamanı plastik qutunun içərisindən 06 ədəd kibrit qutusu və 01 ədəd gümüşü rəngli folqa büküm aşkar edilmiş, aşkar edilmiş 02 ədəd kibrit qutusunda ümumilikdə 08 ədəd müxtəlif rəngli sellofan bükümlərdə narkotik vasitə olan heroinə bənzər kütlələrin olması, 01 ədəd folqa bükümdə də narkotik vasitə olan heroinə bənzər kütlənin olması müəyyən edilmiş, digər 4 ədəd kibrit qutusunda isə ümumilikdə 22 ədəd bükümdə kristal formada psixotrop maddə olan metamfetaminə bənzər kütlələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, yaşadığı evdən aşkar edilmiş heroinə bənzər və metamfetaminə bənzər kütlələri 2 gün öncə Bakı şəhəri ərazisindən tanımadığı şəxsdən almış, narkotik vasitə və psixotrop maddələri satdıqdan sonra pulunu verəcəkmiş, narkotik vasitə və psixotrop maddələrdən bir neçə nəfərə vermiş, yaşadığı evdə narkotik vasitə və psixotrop maddə olmasından ailə üzvlərinin xəbəri olmamışdır. Təqsirləndirilən şəxs qarşı nə özü, nə də digər polis əməkdaşları tərəfindən hər hansı fiziki təzyiq edilməmiş, ona qarşı qanunzuluğa yol verilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin əməkdaşı Şahid5 Təqsirləndirilən şəxs qarşı nə özü, nə də digər polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilmədiyini qeyd edərək Şahid4 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin əməkdaşı Şahid6 Təqsirləndirilən şəxs saxlanılmasında və üzərində şəxsi axtarış keçirilməsində iştirak etdiyini, ona qarşı nə özü, nə də digər polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilmədiyini qeyd edərək Təqsirləndirilən şəxs evinə baxşı keçirilməsi ilə bağlı Şahid4 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin əməkdaşı Şahid7 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir, 21 sentyabr 2022-ci il tarixdə Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri zamanı üzərindən narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş Şahid10 bildirmişdir ki, narkotik vasitəni Astara şəhər sakini Təqsirləndirilən şəxs almışdır. Odur ki, həmin gün keçirilən əməliyyat tədbirinin davamı zamanı saat 17 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs Astara şəhəri İ.Kaverin küçəsində piyada hərəkət etdiyini gördükdə, Təqsirləndirilən şəxs qaçmaq istəmiş, o və digər polis əməkdaşları Firudinin qarşısını kəsib, saxlayıb, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğuna görə Astara RPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış, sonuncu əynində olan qara rəngli şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 3 ədəd kütləni çıxarıb təqdim etmiş, həmin kütlələrin heroinə bənzər kütlə olması müəyyən edilmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3 ədəd kütlənin narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün və satış məqsədilə üzərində daşıyaraq saxladığını, həmçinin yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən o, iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həbs olunan müddətədək onunla birlikdə yaşamış, oğlunun narkoman olduğunu bilirmiş, lakin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilməmişdir. 21 sentyabr 2022-ci il tarixdə axşam saatlarında yaşadığı evdə olmadığı zaman mobil telefonuna zəng gəlmiş və ona bildirmişlər ki, polis əməkdaşları oğlu Firudinlə birlikdə yaşadığı evə gəlmiş və evinə baxış keçirmişlər. Bundan sonra ona məlum olmuşdur ki, Firudin 21 sentyabr 2022-ci il tarixdə Astara RPŞ-nin əməkdaşları tərəfindən Astara şəhəri ərazisində saxlanılaraq rayon polis şöbəsinə aparılmış, orada Firudinin üzərinə axtarış keçirilmiş, axtarış zamanı Firudinin üzərindən narkotik vasitə aşkar edilmiş və Firudin evdə də narkotik vasitə saxladığını bildirmiş, həmin səbəbdən də polis əməkdaşları oğlu Firudinin iştirakı ilə yaşadığı evə baxış keçirmiş, baxış zamanı Firudinin yataq otağından külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə külli miqdarda heroin və metamfetamin saxlamasından onun məlumatı olmamış, Firudinin narkotik vasitə və psixotrop maddələri haradan əldə etdiyini bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 21 sentyabr 2022-ci il tarixdə, təxminən saat 08 radələrində yuxudan oyandıqda bədənində güclü ağrılar olmuş, buna görə də o, narkotik vasitə olan heroin almaq məqsədilə Astara şəhərində yerləşən “qaradok” adlanan hərbi şəhərciyin ərazisinə getmiş, bir neçə dəfə orada Astara şəhər sakini, tanışı Təqsirləndirilən şəxs öz istifadəsi üçün heroin aldığından Firudinin velosipedlə ona tərəf gəldiyini görüb ona yaxınlaşıb 5 manat pulunun olduğunu bildirərək ondan heroin istəmiş, Firudin də ona 5 manat pulun qarşılığında 1 ədəd bükümdə narkotik vasitə olan heroin vermişdir. Sonra isə ondan uzaqlaşaraq getmişdir. Həmin gün onu polis əməkdaşları saxlamış, Firudindən aldığı heroin üzərindən çıxmış və o, da həmin heroini həmin gün, yəni ki, 21 sentyabr 2022-ci il tarixdə Astara şəhəri ərazisində Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 2013-cü ildən bəri narkotik vasitə olan heroindən istifadə edir, adətən istifadə üçün narkotik vasitə olan heroini Astara şəhər sakini Təqsirləndirilən şəxs almışdır. Firudini uzun müddətdir ki, tanıyır, Firudin narkotik vasitələrin istifadəçisidir, həm də satışı ilə məşğuldur. O, sonuncu dəfə Firudinlə 21 sentyabr 2022-ci il tarixdə, təxminən saat 13 radələrində Firudinin yaşadığı evin yaxınlığında görüşmüş və Firudindən 20 manat dəyərində 1 qramdan da az çəkidə narkotik vasitə olan heroin almışdır. Həmin tarixdə, o, saat 20 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və bu barədə ifadə vermişdir. O, əvvəllər də dəfələrlə Firudindən narkotik vasitə almış, o, adətən Firudinlə telefon vasitəsilə əlaqə saxlayırmış və Firudinlə görüşüb narkotik vasitə alırmış, ya da ki, Firudinin yaşadığı evin yaxınlığına gedib Firudindən narkotik vasitə alırmış. Firudinin həmin kütlələri haradan əldə etdiyini bilmir, sadəcə olaraq öz istifadəsi üçün Firudindən narkotik vasitə olan heroin almışdır. Təqsirləndirilən şəxs ondan başqa kimlərə narkotik vasitə və ya psixotrop maddə satdığını bilmir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Şahid10 barəsində tərtib edilmiş, sonuncunun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 21 sentyabr 2022-ci il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və Şahid10 şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitə heroini Təqsirləndirilən şəxs almasını bildirməsi, bundan sonra iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi 03 bükümdəki heroini və evinə baxış keçirlərkən bir neçə bükümdə heroini və metamfetamini könüllü olaraq təqdim etdiyi, hər hansı hala etiraz etmədiyi müəyyən edilir. (səh. 3-10; 25-27;30; 33-40;55-56;57-60) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:40-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 27. ) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 21 sentyabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 3 ədəd kütləni çıxarıb təqdim etmiş, həmin bükümlərdə heroinə bənzər kütlələrin olması müəyyən edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmiş, sonuncunun təqdim etdiyi bükümlər götürülərək elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3 ədəd kütlənin narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün və satış məqsədilə üzərində daşıyaraq saxladığını, həmçinin yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmişdir. (i.v. 55-55) -“baxış keçirilməsi və götürmə aparılması” haqqında 21 sentyabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, 21 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda videoçəkiliş vasitəsilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs yaşadığı birmərtəbəli evdə yerləşən yataq otağının girişində, sol tərəfdə olan güzgülü dolabda narkotik vasitə saxladığını bildirmiş, həmin güzgülü dolaba baxış keçirilən zaman dolabın içərisindən bir ədəd qara rəngli sellofan və 01 ədəd kiçik ölçülü plastik qutu aşkar edilmiş, qara sellofanın içərisində 01 ədəd ağ sellofan paketdə və 10 ədəd sellofan bükümlərdə qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlələr və 01 ədəd şəffaf sellofan bükümdə kristal formada psixotrop maddə olan metamfətaminə bənzər kütlə aşkar edilmiş, həmin bükümlər elektron tərəzidə çəkilmiş, bundan sonra plastik qutunun içərisinə baxış keçirilmiş, baxış zamanı plastik qutunun içərisindən 06 ədəd kibrit qutusu və 01 ədəd gümüşü rəngli folqa büküm aşkar edilmiş, aşkar edilmiş 02 ədəd kibrit qutusunda ümumilikdə 08 ədəd müxtəlif rəngli sellofan bükümlərdə narkotik vasitə olan heroinə bənzər kütlələrin olması, 01 ədəd folqa bükümdə də heroinə bənzər kütlənin olması müəyyən edilmiş, digər 4 ədəd kibrit qutusunda isə ümumilikdə 22 ədəd bükümdə kristal formada metamfetaminə bənzər kütlələrin olması müəyyən edilmiş, həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, yaşadığı evdən aşkar edilmiş heroinə bənzər və metamfetaminə bənzər kütlələri 2 gün öncə Bakı şəhəri ərazisindən tanımadığı şəxsdən aldığını, narkotik vasitə və psixotrop maddələri satdıqdan sonra pulunu verəcəyini, narkotik vasitə və psixotrop maddələrdən bir neçə nəfərə verdiyini, yaşadığı evdə narkotik vasitə və psixotrop maddə olmasından ailə üzvlərinin xəbərinin olmadığını bildirmişdir. (i.v. 58-60) -Məhkəmə fiziki-kimyəvi ekspertizasının 22 sentyabr 2022-ci il tarixli, 19/1007 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Astara rayonu Ərçivan qəsəbə sakini Şahid10 üzərindən aşkar olunmuş kütlə” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: - 0,051 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Astara şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,458 qr: -0,415 qr: -0,421 qram: ümumi təmiz çəkisi: -1,294 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Astara şəhər, S.Vurğun küçəsi ev 27-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş 1 ədəd plastik qutunun içərisində kibrit qutularında narkotik vasitə heroinə bənzər və metamfetaminə bənzər kütlələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki, ümumilikdə 9 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,991 qr: - 0,829 qr: -0,447 qr: -0,538 qr: -0,519 qr -0,474 qr: -0,513 qr: -0,614 qr: -3,375 qram: ümumi təmiz çəkisi: -8,300 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər və 22 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: - 0,926 qr: - 0,939 qr: -1,075 qr: -1,045 qr: -0,942 qr -1,023 qr: -0,926 qr -0,506 qr: -0,518 qr: - 0,524 qr: -0,484 qr: -0,466 qr: -0,532 qr: -0,512 qr: -0,497 qr: -0,499 qr: -0,523 qr: -0,527 qr: - 0,531 qr: -0,508 qr: -0,513 qr: -0,505 qram, ümumi təmiz çəkisi: -14,521 qram olan ağ rəngli kristalşəkilli olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Astara şəhər, S.Vurğun küçəsi ev 27-də q/o və yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinə bənzər və metamfetaminə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 08 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri: -2860,0 qr: -120,0 qr: -14,387 qr: -4,797 qr: -4,859 qr -4,839 qr: - 4,823 qr: -2,826 qram: ümumi təmiz çəkisi: -3016,531 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər və 1 ədəd bükümdə təmiz çəkisi: - 148,086 qram olan ağ rəngli kristalşəkilli olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus ümumi sayı 20 büküm ümumi təmiz çəkisi: - 3026,125 qram olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus ümumi sayı 23 büküm ümumi təmiz çəkisi: -162,607 qram olan metamfetaminlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus ümumi sayı 20 büküm olan heroinlərlə Şahid10 məxsus 1 büküm heroin xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. (i.v.70-73) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 92-93) - Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il traixli, 4(018)-84/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v. 108-110) -X8 tibbi yoxlamanın 22 sentyabr 2022-ci il tarixli, 996 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən “POLİNARKOMANİYA” xəstəliyi aşkar olunur. Polinarkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (i.v. 111) - Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 349 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs alın, sağ dirsək nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (i.v. 113-114) -Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il traixli, 4(018)-86/2022 saylı qərarından görünür ki, Astara RPŞ-nin rəis müavini Vilayət Allahverdiyev tərəfindən qəbul edilən “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir . (i.v. 138-140) -Astara RPŞ-nin vəzifəli şəxsinin imzaladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddəni harda və kimdən əldə etməsini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olarkən kimlərlə əlbir olmasını müəyyən etmək üçün əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. (i.v. 151) -“Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Azercell Telecom” MMC-nin xx.xx.2022-ci il tarixli, 21043 saylı məktubu ilə Astara RPŞ-yə göndərilmiş CD diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 20:00:02-də Şahid11 məxsus **********94 saylı nömrədən Təqsirləndirilən şəxs məxsus **********37 saylı mobil nömrəyə “Fedya ikidene besdiy getire bilersen ya seher gelersen. indi imkan varsa bir saata görüsey. yoxdursa seher gelersen. mene he yox de” məzmunlu mesaj göndərilmişdir. (i.v. 180) - Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il traixli, 4(018)-911/2022 saylı qərarından görünür ki, Şahid10 Azərbaycan Respublikasl İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 01 ay müddətinə inzibati həbs edilmişdir. (i.v. 192- 196) -Məhkəmə fiziki-kimyəvi ekspertizasının 18 oktyabr 2022-ci il tarixli, 19/1029 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərlərində “Təqsirləndirilən şəxs məxsus 20 büküm heroinlər və 23 büküm metamfetaminlər Rəy N 19/1007...” və “Şahid11 məxsus 1 büküm heroin Rəy N 19/1009...” sözlər və imzalar olan bir ədəd paketdəki və bir ədəd zərfdəki ümumilikdə sayı 21 büküm olan heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. (i.v. 199- 201) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 01 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (i.v. 211-212) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində şəxsi istifadəsi üçün 50 qram çəkidə heroin və 20 qram çəkidə metamfetamin olduğunu, Dünyamin və Günay adlı şəxslərə narkotik vasitə satmadığını, ümumiyyətlə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, ona elan olunmuş ittihamda göstərilən çəkidə heroin və metamfetaminin onda olmadığını, polis əməkdaşlarının fiziki təzyiqi və hədəsi ilə həmin kütlələr barədə etirafedici ifadələr verdiyini deməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ilkin və sonrakı ifadələrində Bakı şəhərindən tanımadığı şəxsdən 3 kiloqrama yaxın heroin və yarım kiloqrama yaxın metamfetamin aldığını, həmin kütlələri evində müxtəlif hissələrə böldüyünü, Şahid10 və Şahid11 narkotik vasitə satıdığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı Bakı şəhərindən narkotik vasitə və psixotrop maddə əldə etdiyini (çəkiləri barədə fərqli fikirlər söyləsə də) göstərmiş, lakin Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə verdiyi ifadəsində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyi müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələrinin bir hissəsi yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərindən və evindən heroin və metamfetamin aşkar edilərək götürülmüş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs cibində olan 3 büküm heroinə bənzər kütləni, həmçinin evində olan heroin və metamfetamini könüllü təqdim etmiş, onunla şifahi sorğu zamanı narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmasını, Bakı şəhərindən satmaq məqsədi ilə aldığını və s. halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Dünyamin İrahimova və Şahid11 da bir daha Təqsirləndirilən şəxs müvafiq olaraq 5 manat və 20 manat dəyərində narkotik vasitə aldıqlarını bildirmişlər. Bundan əlavə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizanın 18 oktyabr 2022-ci il tarixli, 19/1029 saylı rəyi ilə müəyyən edilmişdir ki, Şahid11 üzərindən aşkar edilimiş 01 ədəd bükümdə olan heroinlə Təqsirləndirilən şəxs üzərində və evində aşkar edilmiş heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Bundan əlavə “diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Şahid11 istifadəsində olan mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə sonuncudan pul qarşılığında narkotik vasitə tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onların məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - saxlanılarkən polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edildiyi, həmçinin hədələndiyi üçün həmin narkotik vasitə və psixotrop maddə barədə etirafedici ifadələr verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və hədələrə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və baxış istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətlərinin olmadığını bildirmiş, eyni zamanda onların saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Həmçinin məhkəmə iclaında tədiqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 349 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs alın, sağ dirsək nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Həmin xəsarətlərin əmələ gəlməsinin 2-3 gün əvvələ uyğun gəlməsi ona əsas verir ki, Təqsirləndirilən şəxs həmin xəsarətləri şübhəli şəxs qismində tutulmamışdan bir-iki gü əvvəl almışdır. Məhkəmə qeyd edilən məhkəmə tibbi ekspertiza rəyini, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmaları ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onlardan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Hazırki cinayət işinə məhkəmədə baxılanadək Təqsirləndirilən şəxs üzərində və evində aşkar edilmiş narkotik vasitənin çəkisini mübahisələndirməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dəfələrlə ifadə verərək özünü ona irəli sürülmüş ittiham üzrə təqsirli bilmişdir. Lakin o, məhkəmə istintaqında fərqli məzmunda ifadə verərək ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etmiş, saxlamış, hətta Şahid10 və Şahid11 satmışdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda – heroin və metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlaması və satması onun məhz həmin maddələrin qalan hissəsini də qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid9, Şahid10 və Şahid11 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” və “baxış keçirilməsi haqqqında” 21 sentyabr 2022-ci il tarixli protokollar, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, mobil operatorlardan daxil olmuş diskə baxış keçirlməsi protokolu, digər istintaq hərəkəti protokolları, məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının 22 sentyabr 2022-ci il tarixli və 18 oktyabr 2022-ci il tarixli rəyləri, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, Astara RPŞ-nin səlahiyyətli əməkdaşının tərtib etdiyi 07 oktyabr 2022-ci il tarixli raport, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetamin və heroin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Astara rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ilə təqsirli bilinib 11 ay 28 gün müddətində azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci il tarixdə Xəzər rayon məhkəməsinin hökmü ilə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-cı il tarixdə cəza müddəti başa çatdığında qeydiyyatdan çıxarılmışdır.(i.v 155) - Astara rayon İcra Hakimiyyəti Başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, ailə tərkibi həyat yoldaşı, xx.xx.2009 və xx.xx.2012-ci il təvəllüdlü iki azyaşlı uşağından ibarətdir. Yaşayış yeri üzrə normal səciyyələndirilir. (i.v. 134-136). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində iki azyaşlı uşaqlarının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) və Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivinin cəzasını ağırlaşdıran hal olduğunu nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 21 sentyabr 2022-ci il tarixdən hesablanmalı və Astara Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 22 sentyabr 2022-ci il tarixli, 996 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 120 (bir yüz iyirmi) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Astara RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3025,556 qram heroin və 161,917 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış aparılarkən qeydə alınmış videoçəkilişin köçürüldüyü 01 ədəd CD disk, Azercell Telecom MMC-dən daxil olmuş 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 21 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Astara RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3025,556 qram heroin və ümumi təmiz çəkisi 161,917 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olduğu 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-133/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-133/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver