Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-133/2025 17.03.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Pro Bono Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, əmək müqaviləsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində usta işləmiş, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 126.2.1 və 126.2.3-cü maddələri ilə xx xxxxx 1979-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əmək müqaviləsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində usta işləmiş, məhkum olunmamış, Sumqayıt şəhəri, Novxanı bağ massivi 1803A/1 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 3da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 126.2.1 və 126.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 10 iyul 2024-cü il tarixdə saat 22 radələrində Cəbrayıl şəhəri ərazisində yerləşən hərbi şəhərciyin yaxınlığında Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində münaqişə edərkən sonuncunun yumruqla onun sağ göz nahiyəsindən bir dəfə zərbə endirərək getməsindən sonra münaqişəni davam etdirmək və həmin hərəkətinə görə Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədi ilə həmin gün saat 23 radələrində "xxxx" MMC-də onunla birlikdə işləyən digər Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs işlədiyi "xxxx" MMC-nin Cəbrayıl şəhəri ərazisində yeni inşa etdiyi elektrik stansiyasının yaxınlığına tikintidə işləyən şəxslərin gecələməsi üçün nəzərdə tutulan konteynerlərin qarşısına gəlməklə konteynerlərin qarşısında işçilərin qidalanmaları üçün inşa olunmuş tikilidə masanın üzərinə qoyulmuş şüşə butulkanı sağ əlinə götürərək masanın baş tərəfində digər tərəfinə keçən Zərərçəkmiş şəxs tuşlamaqla zərblə ataraq həmin butulkanın sonuncunun başının sağ gicgah nahiyəsindən dəyməsi, həmin zərbənin təsirindən Zərərçəkmiş şəxs huşunu itirərək yerə yıxılmasından sonra isə qrupun digər üzvü Təqsirləndirilən şəxs2 aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs sağ gicgah nahiyəsindən eni 4x9 sm və uzunluğu 81 sm olan ağac parçası ilə qəsdən dəfələrlə zərbə endirməsi, ümumilikdə isə həm özünün, həm də Təqsirləndirilən şəxs2 endirdiyi ümumi cinayətkar niyyətlə əhatə olunan çoxsaylı zərbələrin məcmusu nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid baş beyinin ağır dərəcəli əzilməsi, sağ təpə-gicgah payında hemorragik kontuziya sahələri, sağ təpə-gicgah nahiyədə epidural hematoma, pnevmasefaliya, sağ gicgah sümüyünün basılmış-qəlpəli sınığı və sağ gicgah nahiyəsinin yumşaq toxumlarının şişkinliyi və qançırı (əzilməsi) ilə, eyni zamanda zərbələrin şiddətinə və çoxluğuna əsasən zərərçəkmiş şəxsə ağır iztirabların verilməsi ilə müşayiət olunan açıq kəllə beyin travması kimi xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına xüsusi amansızlıqla qəsdən ağır zərər vurmuşlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 126.2.1 və 126.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, Cəbrayıl rayonunda orta məktəb tikintisində fasad işində usta işləmişdir. Hadisə günü 10 iyul 2024-cü ildə axşam saat 23:00 radələrində işlədiyi Cəbrayıl rayonundan yaşadığı Sumqayıt şəhərinə getmək üçün yola çıxmışdır. Yolda gözləmişdir ki, oradan keçən maşınlardan biri onu əsas yola kimi aparsın. Həmin vaxt qara rəngli VAZ015 markalı avtomobil gəlib saxlamışdır. Ona demişdir ki, “səni qaradoka kimi apara bilərəm”. Özü isə çox sağol deyib arxa oturacaqda əyləşmişdir. Həmin vaxt orada Rövşən əyləşmiş, avtomobildə sürücü və qarşı oturacaqda da bir nəfər başqa şəxs olmuşdur. Yolda isə Rövşən ondan haradan olduğunu soruşmuş, o Rövşənə Sumqayıtdan olduğunu demişdir. Bundan sonra Rövşən ona suallar vermiş, “Arif Sumqayıtskini” tanıyıbtanımadığını soruşmuşdur. Özü isə Rövşənə tanımadığını demişdir. Rövşən birdə soruşanda isə demişdir ki, “bir Arif tanıyıram, o da şərəfsizin biridir”. Elə bunu demiş, Rövşən onun sağ gözünə yumruq vurmuşdur. Bu zaman maşını saxlamışlar, Rövşən maşından düşüb getmişdir. Özü isə gözünü tutub, maşından onun dalınca düşmüş, “hara getdin, niyə vurdun” demiş, dalınca getmişdir. Lakin onu itirmişdir, digər iki şəxs isə maşına oturub sürüb çıxıb getmişlər. Özü isə yenidən işlədiyi yerə qayıtmış, qaradokla işlədiyi yerin məsafəsi az olmuşdur. Uşaqlara da demişdir ki, “maşın keçəcək onu saxladın, soruşun görək kimdi məni vurub qaçan”. Həmin yoldaşlarda maşını saxladıb soruşanda, onlar iki nəfərin dalaşıb getdiklərini demişdir. Özü isə qaldığı yerə qayıtmışdır. Rövşənin qaldığı yer isə onlardan iki-üç km aralıda olmuşdur. Axşam qaranlıq olduğundan uşaqlara demişdir ki, “birlikdə gedək görək məni niyə vurub”. Elbrus, Azər, Araz, Namiq və özü getmişlər. Əvvəl Rövşəni tapa bilməmişlər, sonradan uşaqlar onu tapıb zəng vurub demişdir ki, “burdadır.” Özü isə Rövşənin yatdığı yerə getmişdir. Rövşəni görən kimi çöldə üstünə cummuş ki, “niyə məni vurmusan”. Rövşən isə qaçıb içəri girmişdir. Özü isə Rövşənin arxasınca içəri girmişdir. İçəridə ortada altı metr uzunluğunda stol olmuşdur. Stolun üstündə butulka görmüşdür. Həmin butulkanı da götürüb Rövşən qaçanda arxasınca atmışdır. Butulka Rövşənin arxasında boyun-bel nahiyyəsinə dəymişdir. Sonra butulka divara dəyib sınmışdır. Rövşənin isə ayağı dikə ilişib yıxılmışdır. Həmin vaxt isə uşaqlar onu tutub çölə çıxarmışlar. O çölə çıxanda isə Namiq içəri girib, Rövşən isə içəridə çöməli vəziyyətdə qalmış, Namiq onun başına vurmuşdur. Namiq həmin vaxt Rövşəni taxta ilə vururmuş. Sonra da onlar girib içəri Namiqi çölə çıxarmışlar. Bundan sonra çıxıb gəlmişlər. Rövşənin isə həmin vaxt başının sağ tərəfindən qan axırmış. Onlar içəri girəndə Rövşən içəridə yerdə uzanıb halsız qalmışdır və heçnə deməmişdir. Hadisə yerində Rövşən onları vurmamışdır. Namiqlə isə Rövşəni vurmaq barədə əvvəlcədən aralarında razılaşma olmamışdır. Namiq hadisə vaxtı içkili olmuş, özü də az miqdarda içmişdir. Hazırda çox peşmandır, Rövşənin müalicəsinə maddi köməklik etmiş, onunla barışmışdır, hadisənin belə yerə gəlib çıxacağını bilsə, heç ora getməzmiş. Uşaqlarının çörək pulun qazanmağa gedib, belə bir hadisə başına gəlib, Rövşən onu vurmuş, özü isə qisas almaq üçün getməmiş, məhkəmədən barəsində bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 126.2.1 və 126.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, 10 iyul 2024-cü ildə özü, Asif, Murad, Elbrus, Azər və Araz gedib axşam saat doqquz olarmış ki, yemək yemişlər. Çörəklərini yeyib qayıtmışlar qaldıqları yerə. Həmin vaxt Asif evə getdiyini deyib, paltarını dəyişib çıxıb getmişdir. Özü isə yerinə yatmağa girmişdir. Yarım saat keçdikdən sonra Asifdən orda olanlardan kiməsə zəng gəlmişdir. Demişlər ki, Asifi vurdular köməyə çağırır. Bundan sonra hamısı çölə qaçmış, özü də əynini geyinib çölə çıxmışdır. Məktəbin qabağından yol keçir, görmüş ki, uşaqlar ordadır, bir maşında tərpənir gedir. Gəlib ora çatıb soruşmuşdur ki, “nə olub?”. Uşaqlar isə Asifin gəldiyini, maşındakıların isə onu vurmadıqlarını demişlər. Sonra Asif gəlib yaxınlaşıb, gözünün altı isə şiş olmuşdur. Asif onu vuran adamın o maşınla gedənlərlə bir yerdə işlədiyini demişdir. Onlar isə demişlər ki, “gedib maşını tapaq, bir yerdə olacaqlar”. Ərazi böyük olduğundan özü, Araz və Mahir bir yerdə, qalanları isə bir getmişlər. Sonra özü Araz və Mahirdən ayrılmış, gedib “tupikə” çıxmış və geri qayıtmış, Mahirgilin arxasınca getmişdir. Görmüş ki, orda on beş nəfər adam var. Gəlib onlara çatıb görmüş ki, danışırlar, yerdən bir ağac parçası götürmüşdür. Hadisə olan yerə girəndə isə Asif orda olmuşdur. Asifi çölə çıxarmışlar. Zərərçəkmiş isə üzüquylu yerdə uzanmışdır. Elvin adlı oğlan isə onu arxadan qucaqlayıb çölə çıxarmışdır. Özü isə Rövşəni vurmamışdır. Rövşəni taxta ilə vurmamışdır. İçəri girəndə Rövşənin başından qan axdığını görmüşdür. Asifin də Rövşəni vurmağını görməmişdir. Elvinin onu tutmağına səbəb isə, elə düşünmüşdür ki, vurmaq istəyir, həm də demişdir ki, “Asif butulka ilə vurdu, sən vurma”. Özü içəri girəndə isə Rövşən hərəkət etməmişdir. Daha sonra isə ordan çıxıb qaldıqları yerə gəlmişlər. Taxtada isə qan izi falan olmamışdır. İfadələri isə dediyi kimi yazılmayıb, onu döyməmişlər, lakin təhqir etmişlər, sənədlərə qol çəkmişdir, bəlkə də qol çəkdiyi üçün onu döyməmişlər. Bu cinayətdə özünün günahı yoxdur, müstəntiq hadisələri şişirmişdir, barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-in 126.2.1 və 126.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, bildirmişdir ki, 10 iyul 2024-cü il tarixdə saat 23 radələrində o, yeni inşa olunan beş mərtəbəli binanın arxa hissəsində olan kanteynerlərin yanına gedib çatmış, iş yoldaşlarının həmin konteynerin yanında olduğunu və bu zaman oraya iş yoldaşları ilə birlikdə təxminən 15-16 nəfər şəxs toplaşdığını görmüşdür. O, həmin yerə çatan zaman özünü müdafiə etmək üçün yerdən təxminən eni 5x10 sm və uzunluğu 60-70 sm olan ağac parçası götürmüşdür. Sonra konteynerin giriş qapısından içəri daxil olmuş və həmin otaqda ortada masa və ətrafında taxadan stol olduğunu görmüşdür. O, həmin otağa daxil olan kimi sağ tərəfə getmişdir. Bu vaxt Təqsirləndirilən şəxs1 həmin otağa daxil olan kimi ortada olan masanın sol tərəfində olduğunu və orada olan şəxslərin onu tutduğunu görmüşdür. Lakin sonradan tanıdığı Zərərçəkmiş şəxs həmin otağa daxil olan zaman ortadakı masanın sağ tərəfində bir qədər qarşıda, yəni o, getdiyi tərəfdə çömbələrək (sallağı vəziyyətdə) oturduğunu görmüşdür. O, Zərərçəkmiş şəxs görən kimi Təqsirləndirilən şəxs1 yumruqla vurub qaçan oğlanın o, olduğunu bilmişdir. Buna görə də ona çatan kimi əlində olan 5x10 dedikləri ağac parçası ilə yuxarıdan aşağıya doğru Zərərçəkmiş şəxs baş nahiyəsindən bir dəfə zərbə vurmuş, həmin vaxt zərbənin sonuncunun başının konkret hansı hissəsindən dəydiyini bilməmişdir. Elə o, ağac parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən vuran kimi arxadan kimsə onu qucaqlamış və kənara çəkmişdir. Sonra da həmin şəxs və orada olan digər şəxslər onu dartaraq çölə çıxartmışlar. Bu zaman orada olan tanımadığı şəxs onun əlində olan 5x10 adlanan ağac parçasını almış və kənara atmışdır. Bundan sonra iş yoldaşları da həmin otaqdan çıxmışlar və onlar birlikdə öz qaldıqları yerə tərəf getməyə başlamışlar. Onlar həmin yerdən təxminən 100-110 metr uzaqlaşandan sonra elektrik enerjisi kəsilmiş və sonra elektrik enerjisinin nə vaxt bərpa olunduğunu bilməmişdir. Bundan sonra onlar qaldıqları yerə, yəni yeni inşa olunan orta məktəbin binasına qayıtmışlar. Onlar yeni inşa edilən orta məktəb binasında qaldıqları otaqda olan zaman Şahid4 ona “sən niyə Zərərçəkmiş şəxs baş nahiyəsindən 5x10 deyilən ağac parçası ilə zərbə vurdun. Həmin vaxt Təqsirləndirilən şəxs1 butulka ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən vurmuşdu, sənin vurmağına ehtiyac yox idi” sözləri demişdir. Bu zaman onunla Şahid4 arasında bir neçə dəqiqə bu formada sözlə mübahisə olmuş və otaq yoldaşları onları sakitləşdirmişlər. Bir qədər sonra Təqsirləndirilən şəxs1 çantasını götürmüş və yola çıxaraq yaşadığı evə getmişdir. 11 iyul 2024-cü il tarixdə saat 01-02 radələrində Zərərçəkmiş şəxs iki nəfər tanımadığı iş yoldaşı onların yanın gəlmiş və onlara “Zərərçəkmiş şəxs özünü piss hiss edir, başından axan qanın kəsilmir, tanış həkim varsa onu həmin həkimə aparmaq lazımdı” sözləri demişlər. Onlar da həmin şəxslər “tanış həkimimiz yoxdu, səhər açılsın baxarıq nə edirik” sözləri demişlər. Bundan sonra həmin şəxslər çıxıb getmişlər. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs2, həmin ifadələrini təsdiq etmədiyini, müstəntiqin ifadəni ona oxumaq üçün vermədiyini, ifadələri oxumadan imza etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Cəbrayıl rayonunda İES-in tikintisində işləmişdir. Hadisə günü gecə siqaretləri qurtardığından, siqaret almağa getmişlər. Maşınla gedərkən yolda Asifə rast gəlmişlər, maşını saxlayıb onu da maşına götürmüşlər. Həmin vaxt özləri maşında üç nəfər olmuş, özü arxada əyləşmiş, Asif də onun yanına minmişdir. Asifin içkili olduğunu görmüşdür. Maşında Asiflə söbhət etmiş, Sumqayıtdan olduğu üçün bir neçə şəxs adı çəkib, onları tanıyıbtanımadığını soruşmuşdur. Lakin yerə düşəndən sonra aralarında münaqişə baş vermişdir. Asif ona söyüş söydüyündən, bu zaman Asifi yumruqla vurmuşdur. Bundan sonra aralaşıb qaldığı yerə piyada getmişdir. Lakin qaldığı yerdə yeməkxanada olarkən Asif və Namiq çox adamla ora gəlmiş, Asif və Namiq içəri daxil olmuşdular. Orada butulka olmuş, Asif həmin butulkanı ona atmış, butulka başında dəymişdir və yerə yıxılmışdır. Namiqin isə ağacla yaxınlaşması yadındadır. Butulka “Sirab” su butulkası olmuş, daha əvvəl həmin suyu özü içib, butulkanı ora qoymuşdur. Ondan sonrası isə yadında qalmayıb. Aldığı xəsarətlərdən sonra öz anasını belə tanımamış uzun müddət, yaxınlarda ancaq özünə gələ bilmişdir. Atılmış butulka gicgahın sındırmış, onun üzərinə isə Namiq ağacla vurduğundan, həmin sınmış sümük sıxıb yuxarı sümüyünü də sındırmışdır. Hazırda tələbi odur ki, yenidən əməliyyata hazırlaşır, Asifin atası ona maddi köməklik etməyə söz verib, onlardan yalnız müalicə xərclərinin ödənilməsini istəyir. Hadisə vaxtı həmin yerdə dörd nəfər olmuşlar. Hadisəni bir-iki nəfər görə bilərmiş, çünki gecə olduğundan orada hamı yatmışdır. Təqsirləndirilən şəxslər ona maddi köməklik edib, lakin hazırda yenidən əməliyyat olunmalıdır. Əməliyyat xərclərin ödədikləri təqdirdə onlarla barışacaqdır. Daha sonra məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizələr göndərməklə bildirmişdir ki, ona dəymiş zərər təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş, onlarla barışmış, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdədə bu işlə əlaqədar şikayəti olmayacaqdır. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, hadisə günü yeməkxanada oturmuş, saat təxminən on bir olarmış, görmüş ki, iş yoldaşları qaçır. Özü də onların dalınca çıxmış, görmüş ki, Asif gəlir gözünün altı da şişib. Daha sonra onlar binaya tərəf getmiş, özü də onların arxalarınca. Asif, Namiq, Murad və Azərin getdiyini, üç nəfər Araz və Mahirin də bir getdiyini görmüş, özü də Araz və Mahirin arxasınca getmişdir. Daha sonra uşaqlar həmin yeri tapmış, özü də gələndə görmüş ki, söhbət edirlər. Orada salam verib demişdir ki, “söhbəti böyütməyək, gəlib üzür istəsin, məsələni bağlayaq”. Asif gəlib, onu vuran şəxsə nə səbəbə vurduğunu soruşmuşdur. O isə heçnə deməmişdir. Asif onu vurmaq istəyəndə isə Asifi tutmuşlar, o uşaq isə içəriyə qaçmışdır. Asif də onun dalınca içəri girmiş, Asif içəri girəndə mizin üstündə butulka olmuş, əl atıb həmin butulkanı götürüb, onu vuran adama atmışdır. Butulka onun başına dəymiş, bundan sonra yıxılmışdır yerə. Bu zaman Asifə çatıb onu tutmuş, çölə çəkmişdir. Arxaya dönəndə isə görmüş ki, ordakılar da Namiqi tutublar. Lakin Namiqin həmin adamı vurmasını görməmiş, əlində isə taxta olduğunu görmüşdür. Özü isə gəlib Namiqi də çölə çıxarmış, orada yaşlı bir kişidən də ona kömək etmələrini, bunları aparmaq istədiyini xahiş etmişdir. Bundan sonra qaldıqları yerə gəlmişlər. Orada da öz aralarında mübahisə olmuş, lakin ayırmışlar. Zərərçəkəni birinci Asif butulka ilə vurmuşdur. Asif butulkanı üç-dörd metr məsafədən atmış, butulka onun baş nahiyyəsinə dəymişdir. Həmin vaxt Namiq də içəri girmişdir. Butulka zərbəsindən isə zərərçəkmiş yıxılmışdır. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, hadisə yerində Təqsirləndirilən şəxs1 “məni vurub qaçan kim idi” sözləri demişdir. Zərərçəkmiş şəxs da ayağa duraraq “mən vurmuşam” sözləri demişdir. Təqsirləndirilən şəxs1 da onun üstünə getmiş, bu vaxt Zərərçəkmiş şəxs içəri qaçmış və Təqsirləndirilən şəxs1 da onun ardı ilə həmin yerə qaçmışdır. O, eləcə də orada olan şəxslər də onların ardı ilə içəri girmişlər və O, içəri girən zaman Təqsirləndirilən şəxs1 həmin otada olan masanın üzərindən şüşə butulkanı götürdüyünü və Zərərçəkmiş şəxs tərəf atdığını görmüşdür. Zərərçəkmiş şəxs masanın baş tərəfindən digər tərəfə keçmək istəyən zaman da həmin butulka gedib onun sağ qulağının arxa nahiyəsindən dəymişdir. Zərərçəkmiş şəxs da masanın baş tərəfindən digər tərəfinə keçərək, yerə oturmuşdur. Bu zaman o, Təqsirləndirilən şəxs1 arxadan qucaqlamış və dava-dalaş etmək lazım olmadığını deyərək, onu çölə çıxartmağa başlamışdır. Bu vaxt arxadan hay-küy səsi gəldiyini eşidərək, geri dönən zaman Təqsirləndirilən şəxs2 əlində eni 5x10 sm və uzunluğu 0,8-1 metr olan ağac parçası tutduğunu və bu zaman onu arxadan sonradan tanıdığı Şahid1 tutaraq geri çəkdiyini, Təqsirləndirilən şəxs2 isə əlində olan 5x10 dedikləri ağac parçası ilə yıxıldığı yerdə Zərərçəkmiş şəxs vurmaq istədiyini, lakin Şahid1 onu geri çəkdiyi üçün Təqsirləndirilən şəxs2 əlində olan 5x10 dedikləri ağac parçası ilə Zərərçəkmiş şəxs vura bilmədiyini görmüşdür. O, tez Təqsirləndirilən şəxs1 buraxmış və Təqsirləndirilən şəxs2 yanına gələrək, onun qolundan turaraq digər şəxslərin köməyi ilə çölə çıxartmaq istəmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 onların əlindən çıxmaq üçün dartınmış və onlara “məni buraxın” sözləri deyərək, Zərərçəkmiş şəxs tərəf getməyə çalışmışdır. Onlar Təqsirləndirilən şəxs2 sakitləşdirməyə və darta-darta çölə çıxartmağa başlamışlar. Bu vaxt kimsə Təqsirləndirilən şəxs2 əlində olan 5x10 dedikləri ağac parçasını almış və onu çölə çıxarmışlar. Bundan sonra o, orada olan şəxsləri çölə çıxartmış və bu zaman yalnız orada Mahir Tahirov qalmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs yaxınlaşmış və sonuncunun başının sağ tərəfindən qan axdığını görmüş, lakin həmin vaxt onun baş nahiyəsini Mahir Tahirov əski ilə tutduğu üçün qanın konkret hardan axdığını görməmişdir. Həmin vaxt X10 Bağırovun baş nahiyəsinin qanını kəsmək üçün ona təxminən 3-4 dəqiqə yardım etmişdir. Bu zaman o, kiminsə Zərərçəkmiş şəxs yaxınlaşmasından ehtiyat etdiyi üçün geri, yəni çölə tərəf getmişdir. Daha sonra yenidən geri qayıtmış və X9 Bağırovun vəziyyətinin necə olduğunu soruşmuşdur. Bu zaman Zərərçəkmiş şəxs özünə gəlmiş, lakin özün piss etdiyini demişdir. O da orada olan şəxslərə Zərərçəkmiş şəxs kömək etmələrini demiş və Mahir Tahirova digər iş yoldaşlarını qaldıqları yerə aparmalarını demişdir. Onlar həmin yeri tərk edərək, öz qaldıqları yerə tərəf getməyə başlamışlar. Həmin yerdən təxminən 45-50 metr uzaqlaşandan sonra elektrik enerjisi kəsilmiş və təxminən 5-10 dəqiqə sonra elektrik enerjisi yenidən bərpa olunmuşdur. Bundan sonra onlar qaldıqları yerə, yəni yeni inşa olunan orta məktəbin binasına çatmışlar. Qaldıqları otaqda o, Təqsirləndirilən şəxs2 “sən niyə Zərərçəkmiş şəxs baş nahiyəsindən 5x10 deyilən ağac parçası ilə zərbə vurdun. Həmin vaxt Təqsirləndirilən şəxs1 butulka ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən vurmuşdu, sənin onu ağac parçası ilə vurmağına ehtiyac yox idi. Onların aralarında mübahisə olmuşdu və gərək sən qoşulmayaydın, onlar öz mübahisələrini həll edərdilər. Sənin onların dava-dalaşına qoşulmağına və Zərərçəkmiş şəxs baş nahiyəsindən 5x10 deyilən ağac parçası ilə zərbə ilə vurmağına ehtiyac yox idi” sözləri demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 sərxoş olduğu üçün ona “əcəb etmişəm, düz etmişəm Zərərçəkmiş şəxs baş nahiyəsindən 5x10 deyilən ağac parçası ilə zərbə vurmuşam” sözləri demişdir. Bu zaman onunla Təqsirləndirilən şəxs2 arasında bir neçə dəqiqə bu formada söz ilə mübahisə olmuş və orada olan digər iş yoldaşları onları sakitləşdirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 çantasını götürərək yaşadığı evə getmək üçün yola çıxmış və geri qayıtmamışdır. Bundan sonra o, yatmışdır. İfadəsi elan olunduqdan sonra Şahid4 həmin ifadəsini təsdiq etdiyini, ifadənin doğru olduğunu bildirmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, hadisə günü çöldə oturmuş, uşaqlar ona Asifi vurduqlarını, onun dalaşdığını, yolda maşın saxladıqlarını, həmin maşının da bir nəfərin dalaşdığını, onları araladıqlarını, “sizin uşaq olduğunu” soruşduqlarını demişdir. Sonra maşının getdiyini, Asifin isə onların yanına gəldiyini görmüşdür. Görmüş ki, Asifin gözü şişib. Sonra Asif onu kiminsə vurub qaçdığını, o adamı axtarmaq üçün getdiyini demiş, özü də onun yanında getmiş ki, dava eləməsinlər. Hadisə yerinə çatmamışdan qabaq isə onlardan iki nəfərin Rövşənlə söhbət etdiyini, Asifi niyə vurduğunu soruşduqlarını görmüşdür. Asif isə çatanda yerdən əlinə daş götürmüş, lakin onun əlindən həmin daşı alıb yerə atmışlar. Rövşən isə qaldıqları yerdə içəriyə qaçmışdır. Bu zaman Asif də onun arxasınca içəriyə qaçmış, onlarda Asifin arxasınca. Asif içəri girib, ordakı butulkanı Rövşənə atmış, butulka Rövşənə dəymiş və o yıxılmışdır yerə. Özü isə Asifi arxadan qucaqlamışdır ki, çölə çıxarsın. Bu vaxt o və Asif içəridə sol tərəfdə olmuş, görmüş ki, Namiq sağ tərəfdən keçib, əlindəki taxta ilə Rövşənin başına vurur. Bundan sonra uşaqlarla Asif və Namiqi çölə çıxarmışlar. Özü isə qayıtmış içəri Rövşənin Elbrusla birlikdə qanın yumuşlar, yarasına quru dəsmal qoymuşlar ki, qanı kəsilsin. Sonra isə Asifi və Namiqi götürüb iş yerlərinə qayıtmışlar. Namiq Rövşəni vuranda Rövşən artıq yerdə uzanmışdır. Rövşən həmin vaxt hərəkətsiz olmuş, müqavimət göstərməmişdir. Ona elə gəlir ki, Rövşənin ürəyi getmişdir. Namiq girəndə Asif artıq Rövşəni vurmuş, Rövşən yerdə uzanıqlı vəziyyətdə Namiq onu taxta ilə vurmuşdur. Namiqin bir neçə zərbə vurduğunu görmüşdür. İşdə olan, 11 iyul 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş foto və videogörüntülərdən görünür ki, 10 iyul 2024-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs1 atdığı şüşə butulka və Təqsirləndirilən şəxs2 əlində olan 5x10 adlanan eni 4x9 sm və uzunluğu 81 sm olan ağac parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən vuraraq sonuncuya xəsarət yetirdikləri yerə 11 iyul 2024-cü il tarixdə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuş ki, hadisə yeri Cəbrayıl şəhəri ərazisində yeni inşa edilən “Elektrik stansiyası”nın inzibati binasının yaxınlığına qoyularaq tikinti işlərində işləyən fəhlələrin və ustaların gecələməsi üçün nəzərdə tutulan konteynerlərin qarşısında onların yemək yemələri üçün quraşdırılmış üst və yan tərəfləri tikinti materialları ilə bağlanmış tikili olmaqla ictimai yer hesab olunmur. (c İ, i.v 8-14) İşdə olan, 11 iyul 2024-cü il tarixli «Əşyanın təqdim edilməsi və götürülməsi haqqında» protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 10 iyul 2024-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs1 atdığı şüşə butulka və Təqsirləndirilən şəxs2 əlində olan 5x10 adlanan eni 4x9 sm və uzunluğu 81 sm olan ağac parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən vuraraq xəsarət yetirdikləri zaman sonuncunun əynində olmuş bir ədəd ağ rəngli (futbolka) qısaqol köynək və bir ədəd qara rəngli şort (şortik) iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq üzəri RPŞ-nin 147 nömrəli möhrü ilə möhürlənərək götürülmüşdür. (c İ, i.v 15-18) İşdə olan, şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü ildə şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 60) İşdə olan, 14 iyul 2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş və o, Biləsuvar RPŞ-nin MSY-dən azad edilmişdir. (c İ, i.v 89-90) İşdə olan, Cəbrayıl RPŞ-nin Cinayət axtarışı bölməsindən daxil olmuş xx.xx.2024cü il tarixli, 3-13-70/2-4743/2024 nömrəli əməliyyat tapşırığına cavab məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, 10 iyul 2024-cü il tarixdə saat 22 radələrində Yasin Məmmədov idarə etdiyi “VAZ 21015” markaklı 99OE436 dövlət qeydiyyat nişanlı avtomobillə iş yoldaşları Zərərçəkmiş şəxs və Ruslan Əliyev ilə birlikdə Cəbrayıl şəhərində yerləşən hərbi şəhərciki mağazaya gedən zaman Cəbrayıl şəhərində yeni inşa olunan orta məktəbin qarşısında Təqsirləndirilən şəxs1 avtomobil gözlədiyini görmüş və avtomobili saxlayaraq onu götürmüşdür. Təqsirləndirilən şəxs1 həmin avtomobildə arxadan Zərərçəkmiş şəxs yanında əyləşmiş və Yasin Məmmədov avtomobili idarə etmişdir. Bu vaxt Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 arasında sözlə mübahisə yaranmış və buna görə də Yasin Əliyev avtomobili saxlamışdır. Onlar avtomobildən yerə düşmüşlər və yerdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 sözlə mübahisə etməyə davam etmişlər. Bu zaman Ruslan Əliyev və Yasin Məmmədov onları ayırmış və Zərərçəkmiş şəxs mağazaya tərəf gedən zaman Təqsirləndirilən şəxs1 onun ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də Zərərçəkmiş şəxs geri qayıdaraq Təqsirləndirilən şəxs1 sağ göz nahiyəsindən yumruqla bir dəfə vurmuşdur. Sonra isə Zərərçəkmiş şəxs hərbi şəhərcikdə yerləşən dükana doğru getmiş, Təqsirləndirilən şəxs1 da onun ardı ilə getmiş, lakin hava qaranlıq olduğu üçün Zərərçəkmiş şəxs itirmişdir. Geri dönən zaman da Yasin Məmmədovun idarə etdiyi avtomobil ilə geri qayıtdığını görmüşdür. Bu səbəbdən də Təqsirləndirilən şəxs1 iş yoldaşı Azər Vəliyevin mobil telefonuna zəng edərək, ona qara rəngli 015 markalı avtomobil gəldiyini və həmin avtomobildə onu vurub qaçan şəxsin olub-olmamasına baxmasını demiş və özü də işlədiyi və qaldığı yeni inşa olunan orta məktəbə tərəf getməyə başlamışdır. Yasin Məmmədov idarə etdiyi avtomobil ilə yeni inşa olunan orta məktəbin qarşısından keçən zaman Təqsirləndirilən şəxs1 iş yoldaşları Şahid3 Rövşən oğlu, X6, Şahid4, X7, Şahid5 və Təqsirləndirilən şəxs2 onu saxlatdırmışlar. Yasin Məmmədov onlara Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs hərbi şəhərciyin yanında qaldıqlarını demiş və qaldığı konteynerə getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 da iş yoldaşlarının yanına gəlmiş və onlara Zərərçəkmiş şəxs tapmağa və sonuncunun onu yumruqla vurub xəsarət yetirməsinin səbəbini soruşmağa getmələrini demişdir. Həmin şəxslər də Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs axtarmağa getmişlər və onlar 10 iyul 2024-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs qaldığı Cəbrayıl şəhəri ərazisində inşa edilən “Elektrik stansiyası”nın inzibati binasının yaxınlığında yerləşən tikinti işlərində işləyən fəhlələrin və ustaların gecələməsi üçün nəzərdə tutulan konteynerlərin qarşısına gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs görmüş və əsəbi olduğu üçün sonuncunun üstünə hücum etmiş, lakin orada olan şəxslər onu tutmuşlar. Bu vaxt Zərərçəkmiş şəxs qorxmuş və qaldığı konteynerin içinə qaçmış, Təqsirləndirilən şəxs1 və digər şəxslər də onun ardı ilə həmin tikiliyə daxil olmuşlar. Zərərçəkmiş şəxs həmin tikilidə olan masanın sol tərəfinən digər başına tərəf qaçmış və Təqsirləndirilən şəxs1 onun ardı ilə qaça-qaça masanın üzərində olan boş şüşə butlkanı götürərərək Zərərçəkmiş şəxs atmışdır. Zərərçəkmiş şəxs masanın baş tərəfindən digər tərəfinə keçən zaman həmin butulka onun baş nahiyəsindən dəymiş və yerə düşərək qırılmışdır. Zərbədən sonra Zərərçəkmiş şəxs masanın baş tərəfindən digər tərəfinə keçərək sol çiyni üst yerə yıxılmışdır. Bu zaman Təqsirləndirilən şəxs2 əlində olan taxta parçası ilə yıxıldığı yerdə Zərərçəkmiş şəxs sağ gicgah nahiyəsindən bir dəfə zərbə vurmuş və Təqsirləndirilən şəxs2 əlində olan ağac parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən ikinci dəfə zərbə vurmaq istəyən zaman Şahid1 arxadan Təqsirləndirilən şəxs2 tutmuş və onu kənara çəkmişdir. (c İ, i.v 99-100) İşdə olan, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 23 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (c İ, i.v 126) İşdə olan, Sumqaytı ŞİHB-nın MKTİB-nin 16 saylı Mənzil kommunal sahəsi tərəfindən verilmiş arayış, xasiyyətnamə və şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 evlidir, himayəsində xx.xx.2013 və xx.xx.2014-cü il təvəllüldlü iki azyaşlı uşağı var, barəsində heç bir şikayət daxil olmayıb. (c İ, i.v 138-143) İşdə olan, xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsustaları Təqsirləndirilən şəxs2 üzünə deməklə bir daha ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Cəbrayıl şəhəri ərazisində yeni inşa edilən “Elektrik stansiyası”nın inzibati binasının yaxınlığına qoyularqa tikinti işlərində işləyən fəhlələrin və ustaların gecələməsi üçün nəzərdə tutulan 2 (iki) ədəd konteynerin qarşısında onların yemək yemələri üçün quraşdırılmış üst və yan tərəfləri tikinti materialları ilə bağlanmış tikilidə o, masanın üzərindən götürərək, atdığı şüşə butulka Zərərçəkmiş şəxs başının arxa nahiyəsindən dəydikdən sonra sonuncu sol ciyni üstə yerə yıxıldığını və bundan sonra Təqsirləndirilən şəxs2 əllində olan 5x10 dedikləri ağac parçası ilə yıxıldığı yerdə Zərərçəkmiş şəxs sağ gicgah nahiyəsindən bir dəfə zərbə vuraraq sonuncuya xəsarət yetirdiyini göstərmişdir. (c İ, i.v 150-154) İşdə olan, 27 iyul 2024-cü il tarixli «Əşyanın könüllü təqdim edilməsi və götürülməsi haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs1 əynində olmuş bir ədəd ağ rəngli qısaqol olmaqla sağ qolunda bir ədəd qırmızı və bir ədəd qarar rəngli zolaqları olan köynək və bir ədəd tünd göy rəngli olmaqla yan ciblərinin qarşı tərəfində 3 (üç) dənə kiçik xətt və bel nahiyəsində bağlamaq üçün ip olan idman (kətan) şalvarı iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (c İ, i.v 157-160) İşdə olan, 27 iyul 2024-cü il tarixli «Əşyanın könüllü təqdim edilməsi və götürülməsi haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs2 əynində olmuş bir ədəd boz və bənövşəyi rəngli zolaqlı, boğaz hissəsi üç düymədən ibarət olan qısaqol köynək və bir ədəd açıq qəhvəyi rəngli cins şalvar iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (c İ, i.v 163-166) İşdə olan, şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü ildə şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 180) İşdə olan, Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(072)-7/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 27 iyul 2024-cü ildən hesablanmışdır. (c İ, i.v 230-232) İşdə olan, 30 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 konteynerlərin yaxınlığından 1 (bir) ədəd təxminən 5x10 sm enində və 70-80 sm uzunluğunda ağac parçası götürdüyü yeri, həmçinin, qeyd olunan konteynerlərin qarşısında tikinti işlərində işləyən fəhlələrin və ustaların yemək yemələri üçün quraşdırılmış üst və yan tərəfləri tikinti materialları ilə bağlanmış tikiliyə daxil olduğu qapını, eyni zamanda, qeyd olunan yemək yeyilməsi üçün nəzrədə tutulan tikilidə əlində olan təxminən 5x10 sm enində və 70-80 sm uzunluğunda ağac parçası ilə Zərərçəkmiş şəxs sağ gicgah nahiyəsindən qəsdən bir dəfə zərbə vuraraq ona xəsarət yetirdiyi yerləri, Zərərçəkmiş şəxs sağ gicgah nahiyəsindən qəsdən bir dəfə zərbə vuraraq ona xəsarət yetirdikdən sonra orada olan şəxslər onu tutaraq çölə çıxaran zaman əlindəki ağac parçasını ondan alaraq atdıqları yeri və Zərərçəkmiş şəxs baş nahiyəsindən bir dəfə zərbə vurduğu həmin ağac parçasını ardıcıllıqla əyani olaraq göstərib təqdim etmiş, Təqsirləndirilən şəxs2 təqdim etdiyi yerlərin və sonuncunun Zərərçəkmiş şəxs baş nahiyəsindən vurduğu təxminən 5x10 sm enində və 70-80 sm uzunluğunda ağac parçasını fotoşəkli çəkilərək, bu barədə tərtib edilmiş protokola əlavə olunmuş və həmin ağac parçası iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. (c İ, i.v 248-254) İşdə olan, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 02 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (c İ, i.v 259) İşdə olan, 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (c İ, i.v 260) İşdə olan, 27 avqust 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 10 iyul 2024-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs baş nahiyəsindən vuraraq xəsarət yetirdiyi eni 4x9 sm və uzunluğu 81 sm olan 01 (bir) ədəd ağac parcası iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və həmin ağac parcasının Cəbrayıl RPŞ-nin saxlancına təhvil verilməsi nəzərə alınmışdır. (c İİ, i.v 36) İşdə olan, 04 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, hadisə hadisələrin baş verdiyi yerləri əyani olaraq göstərmişdir. (c İİ, i.v 48-54) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X5 rayon şöbəsindən Təqsirləndirilən şəxs1 barəsində olan xx.xx.2024-cü il tarixli 428 saylı canlı şəxsin məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilmiş xəsarətlər –sağ gözün altında qançır və yara, alın nahiyəsində sağda sıyrıq bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2024-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. (c İİ, i.v 55-56) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X5 rayon şöbəsindən Zərərçəkmiş şəxs barəsində olan xx.xx.2024-cü il tarixli 411 saylı canlı şəxsin məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – baş beyinin ağır dərəcəli əzilməsi, sağ təpə-gicgah payında hemorragik kontuziya sahələri, sağ təpə-gicgah nahiyədə epidural hematoma, pnevmasefaliya, sağ gicgah sümüyünün basılmış-qəlpəli sınığı və sağ gicgah nahiyəsinin yumşaq toxumlarının şişkinliyi və qançırı (əzilməsi) ilə müşayət olunan açıq kəllə beyin travması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissədə göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə, kənar şəxs (şəxslər) tərəfindən sağ gicgah nahiyəsindən şüşə materialından olan butulka, eləcə də, taxta parçası ilə vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilkidə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. (c İİ, i.v 59-63) İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Materialların məhkəmə ekspertizası”nın 04 sentyabr 2024-cü il tarixli 3-16-16/2-6/3987 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkibi və kənar lif mikrohissəciklərinin novü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs1 və həmçinin Təqsirləndirilən şəxs2 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Ekspert qarşısına qoyulan: - Əgər vasdırsa konkret olaraq paltarın hansı hissəsindədir? sualları isə təqdim edilmiş geyim əşyaları mövcud metodikaya uyğun olaraq qablaşdırılmadığı üçün cavablandırılmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 89 manatdır. (c İİ, i.v 64-68) İşdə olan, 09 sentyabr 2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsustaları Təqsirləndirilən şəxs1 üzünə deməklə bir daha ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. (c İİ, i.v 69-72) İşdə olan, xx.xx.2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsustaları Təqsirləndirilən şəxs2 üzünə deməklə bir daha ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. (c İİ, i.v 85-88) İşdə olan, xx.xx.2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirmiş, üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdiyi xüsustaları Təqsirləndirilən şəxs2 üzünə deməklə bir daha ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. (c İİ, i.v 93-94) İşdə olan, Saray və Novxanı bağlar ərazi üzrə 1 saylı Məhəllə komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 evlidir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c İİ, i.v 101-103) İşdə olan, “ambulator məhkəmə psixiatrik ekspretizası” ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatriya Ekspertizası Mərkəzində Təqsirləndirilən şəxs1 barəsində aparılan ekspertizanın 30 sentyabr 2024-cü il tarixli 2819 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, anamnesik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ. Yekun hissə. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertzası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır;
1. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur.
2. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur.
3. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir.
4. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində şərh olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. (c İİ, i.v 132-135) İşdə olan, “ambulator məhkəmə psixiatrik ekspretizası” ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatriya Ekspertizası Mərkəzinda Təqsirləndirilən şəxs2 barəsində aparılan ekspertizanın 30 sentyabr 2024-cü il tarixli 2820 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, anamnesik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətlərii müəyyən edilməmişdir. İİ. Yekun hissə. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertzası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır;
1. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur.
2. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur.
3. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir.
4. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində şərh olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. (c İİ, i.v 136-138) İşdə olan, xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan döymə inzibati xətasının tərkibi olduğu üçün onun barəsində həmin maddə ilə inzibati icraat açılması məqsədilə qəbul edilmiş qərarın surətinin RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. (c İİ, i.v 144-182) İşdə olan, xx.xx.2024 və xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmış, onlara qarşı heç bir iddia və tələbi yoxdur, gələcəkdədə bu işlə əlaqədar şikayəti olmayacaq. (c İİİ, i.v) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə onlara qarşı irəli sürülmüş ittihamı Təqsirləndirilən şəxs1 qismən, Təqsirləndirilən şəxs2 isə tam mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamın faktiki tərəfini qismən, Təqsirləndirilən şəxs2 isə ona elan olunmuş ittihamın faktiki tərəfini tam mübahisələndirdiyi və özlərinin müdafiəsi üçün dəlillər irəli sürdüyü üçün, məhkəmə tərkibi hesab edir ki, həmin ittihamlar üzrə hüquqi tövsifə qiymət verilməmişdən öncə, onların müdafiəsi üçün irəli sürdükləri dəlillər yoxlanılmalıdır. Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamın faktiki tərəfinə dair müdafiəsi üçün gətirdiyi dəlillər: hadisə yerində stolun üstündə butulka görmüş, həmin butulkanı da götürüb Rövşən qaçanda arxasınca atmış, butulka Rövşənin arxasında boyun-bel nahiyyəsinə dəymiş, Rövşənin isə ayağı dikə ilişib yıxılmış, həmin vaxt isə uşaqlar onu tutub çölə çıxarmışdır. Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın faktiki tərəfinə dair müdafiəsi üçün gətirdiyi dəlillər: Rövşəni taxta ilə vurmamış, içəri girəndə Rövşənin başından qan axdığını görmüş, özü içəri girəndə isə Rövşən hərəkət etməmiş, daha sonra isə ordan çıxıb qaldıqları yerə gəlmişdir. Təqsirləndirilən şəxslərin müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxs, şahid ifadələri (zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs1 tərəfindən atılmış butulka zərbəsi nəticəsində gicgahının sındığını, şahidlər Şahid3 və Şahid4 ifadələrində məhz Təqsirləndirilən şəxs1 atdığı butulkanın Zərərçəkmiş şəxs başına dəydiyini və nəticədə Zərərçəkmiş şəxs yıxıldığını bildirmişlər), eləcə də Zərərçəkmiş şəxs barəsində olan xx.xx.2024-cü il tarixli 411 saylı canlı şəxsin məhkəmə-tibbi ekspertizası rəyi (həmin rəydə Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – baş beyinin ağır dərəcəli əzilməsi, sağ təpəgicgah payında hemorragik kontuziya sahələri, sağ təpə-gicgah nahiyədə epidural hematoma, pnevmasefaliya, sağ gicgah sümüyünün basılmış-qəlpəli sınığı və sağ gicgah nahiyəsinin yumşaq toxumlarının şişkinliyi və qançırı (əzilməsi) ilə müşayət olunan açıq kəllə beyin travmasının olması müəyyən edilmiş, onun boyun-bel nahiyyəsində isə hər hansı bir xəsarətin olması aşkarlanmamışdır) tam təkzib edilir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində yuxarıda göstərilən xüsusatlar digər təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri ilə yanaşı onun özünü ibtidai araşdırma zamanı vermiş olduğu (şübhəli və təqsirləndirilən şəxs qismində, ifadələrin yerində yoxlanılması zamanı, barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə baxılarkən məhkəmə iclasında verdiyi) izahat və ifadələri istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə xx.xx.2024-cü ildə şübhəli (cild İ – i.v. 190-194), xx.xx.2024-cü ildə, xx.xx.2024-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 219-223, cild İİ – i.v. 214-218) qismində, xx.xx.2024-cü ildə ifadələrin yerində yoxlanılması istintaq hərəkəti zamanı (cild İ – i.v. 248-254) verdiyi ifadələrində, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatında (cild İ – i.v. 230-232) işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində və istintaq hərəkətində Təqsirləndirilən şəxs2 hadisə yerində Zərərçəkmiş şəxs otağa daxil olan zaman ortadakı masanın sağ tərəfində bir qədər qarşıda, yəni o, getdiyi tərəfdə çömbələrək (sallağı vəziyyətdə) oturduğunu gördüyünü, Zərərçəkmiş şəxs görən kimi Təqsirləndirilən şəxs1 yumruqla vurub qaçan oğlanın o, olduğunu bildiyini, buna görə də ona çatan kimi əlində olan 5x10 dedikləri ağac parçası ilə yuxarıdan aşağıya doğru Zərərçəkmiş şəxs baş nahiyəsindən bir dəfə zərbə vurduğunu, həmin vaxt zərbənin sonuncunun başının konkret hansı hissəsindən dəydiyini bilmədiyini bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə irəli sürdüyü dəlillərin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs2 məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 cinayət əməli iş üzrə dindirilmiş digər təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Bununla yanaşı Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü ildə müdafiəçinin iştirakı ilə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan izahat və dindirmə protokolları ilə tanış olsa da, həmin izahat və protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs2 ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspertiza rəyləri, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin” Siyahısına əsasən şəxsin sağlamlığına vurulmuş xəsarətin iki forması müəyyən edilmişdir. Biri həyat üçün təhlükəli olan xəsarətlər, ikincisi isə həyat üçün təhlükəli olmayan, lakin nəticələrinə görə ağır hesab edilən xəsarətlərdir. “Ağır, az ağır və yüngül xəsarət növlərinin” Siyahısının 1-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs yetirilmiş xəsarət, yəni baş beyinin ağır dərəcəli əzilməsi, sağ təpə-gicgah payında hemorragik kontuziya sahələri, sağ təpə-gicgah nahiyədə epidural hematoma, pnevmasefaliya, sağ gicgah sümüyünün basılmış-qəlpəli sınığı və sağ gicgah nahiyəsinin yumşaq toxumlarının şişkinliyi və qançırı (əzilməsi) ilə müşayət olunan açıq kəllə beyin travması həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarət dərəcəsinə aid edilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-in 126.2.1 və 126.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət əməli məhz onlar tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində onlar təqsirlidir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və qanuni yolla əldə edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs arasında mübahisə olmuş, nəticədə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 yumruqla onun sağ göz nahiyəsindən bir dəfə zərbə endirərək, sağ gözün altında qançır və yara, alın nahiyəsində sağda sıyrıq kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş və getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ona yumruq zərbəsi vurmuş Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədi ilə birlikdə işlədiyi iş yoldaşı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs işlədiyi tikintidəki şəxslərin gecələməsi üçün nəzərdə tutulan konteynerlərin qarşısına getmişlər. Təqsirləndirilən şəxs1 orada masanın üzərində olan şüşə butulkanı sağ əlinə götürərək masanın digər tərəfinə keçən Zərərçəkmiş şəxs tuşlamaqla zərbəylə ona tərəf atmış, butulkanın Zərərçəkmiş şəxs başının sağ gicgah nahiyəsindən dəyməsi, həmin zərbənin təsirindən Zərərçəkmiş şəxs huşunu itirərək yerə yıxılmasından sonra isə qrupun digər üzvü Təqsirləndirilən şəxs2 aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs sağ gicgah nahiyəsindən əlindəki ağac parçası ilə qəsdən dəfələrlə zərbə endirmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 endirdikləri çoxsaylı ardıcıl zərbələrin nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid baş beyinin ağır dərəcəli əzilməsi, sağ təpə-gicgah payında hemorragik kontuziya sahələri, sağ təpəgicgah nahiyədə epidural hematoma, pnevmasefaliya, sağ gicgah sümüyünün basılmışqəlpəli sınığı və sağ gicgah nahiyəsinin yumşaq toxumlarının şişkinliyi və qançırı (əzilməsi) ilə, eyni zamanda zərbələrin şiddətinə və çoxluğuna əsasən zərərçəkmiş şəxsə ağır iztirabların verilməsi ilə müşayiət olunan açıq kəllə beyin travması kimi xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına xüsusi amansızlıqla qəsdən birgə ağır zərər vurmuşlar. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarıdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası CM-in 126.2.1 və 126.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən Təqsirləndirilən şəxs1 özünün qismən etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir, onlar təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona vurulmuş ziyanı ödəməsini, CM-in 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə, əməlindən səmimi peşmançılıq çəkməsini isə CM-in 59.2-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona vurulmuş ziyanı ödəməsini, CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin onların cinayətin törədilməsində faktiki iştiraklarının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-in 126.2.1 və 126.2.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdırlar. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə etmələri, ona vurulmuş ziyanı ödəmələri kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda cəza təyin ilə bağlı məhkəmə onu da xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 baş vermiş hadisədən sonra zərərçəkmiş şəxs ilə barışmış, nəticədə zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən razı qaldığını bildirərək ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, habelə onlar zərərçəkmiş şəxslə barışıq əldə etmiş, bundan başqa, onlar zərərçəkmiş şəxsin müalicə xərclərini ödəmişlər. Başqa sözlə, onlar törətdikləri əməlin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan bütün mümkün hərəkətləri edərək cinayətdən əziyyət çəkən zərərçəkən şəxsin və sonuncunun ailəsinə qayğı və insani rəftar nümayiş etdirmişlər. Bütün bunlar isə təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməllərindən sonrakı müsbət davranışlarını özündə əks etdirir. Eyni zamanda qeyd edilən hallar hazırki iş üzrə əhəmiyyət kəsb edən halları təşkil edir və bu səbəbdən də cəza təyini zamanı onların nəzərə alınmaması, təqsirləndirilən şəxslərə sözügedən CM-in maddələrinin sanksiyası həddində yüngül cəzanın təyin edilməməsi ədalətsizliyə səbəb ola bilər. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ümumi cinayətkar məqsədin əldə edilməsindəki rolunun cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs2 ilə müqayisədə daha az əhəmiyyətli olması da nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə şüşə butulkanı zərblə atmaqla onun başının sağ gicgah nahiyyəsindən vurması, həmin zərbənin təsirindən Zərərçəkmiş şəxs huşunu itirərək yerə yıxılmasından, sonuncunun isə artıq köməksiz vəziyyətdə qalmaqla, heç bir müqavimət göstərmək imkanı olmadığı halda Təqsirləndirilən şəxs2 ona əlindəki ağac parçası ilə qəsdən dəfələrlə zərbə endirməsi kimi hərəkətləri cəza təyini zamanı Təqsirləndirilən şəxs1 münasibətdə fərqləndirilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs1 12 iyul 2024-cü il tarixdən 14 iyul 2024-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaq yolu ilə həmin müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, habelə Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı 27 iyul 2024-cü il tarixdən, Təqsirləndirilən şəxs1 isə cəza çəkmə müddətinin başlanğıcı 17 mart 2025-ci il tarixdən hesablanmalıdır. Habelə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs olunmalı və hər iki təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Cəbrayıl RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 01 (bir) ədəd ağac parçası məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ağadada oğlundan bərabər məbləğdə (hər birindən 44,50 (qırx dörd manat, əlli qəpik) manat) tutulub “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ağadada oğlu barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i:
Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 126.2.1 və 126.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 27 iyul 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 126.2.1 və 126.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 12 iyul 2024-cü il tarixdən 14 iyul 2024-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəza müddətinə daxil edilsin, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaq yolu ilə həmin müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 17 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 göndərilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Cəbrayıl RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 01 (bir) ədəd ağac parçası məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ağadada oğlundan bərabər məbləğdə (hər birindən 44,50 (qırx dörd manat, əlli qəpik) manat) tutulub “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev