Məhkəmə qərarları › İş №1(099)-134/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-134/2022

03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-134/2022 03.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1977-ci Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Sabirabad şəhəri R.Şirinov küçəsi ev 12 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan İsmayılov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İsmayılov Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə, ümumi təmiz çəkisi 6,506 qram olan külli miqdarda narkotik vasitə heroini və ümumi təmiz çəkisi 0,298 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, yaşadığı ünvan 1 ünvanında yerləşən evə gətirmiş, orada heroini 5,443 qram, 0,095 qram, 0,195 qram, 0,104 qram, 0,094 qram, 0,575 qram olmaqla 6 ədəd, metamfetamini isə 0,095 qram, 0,083 qram, 0,120 qram olmaqla 3 ədəd kağız bükümlərdə satış məqsədi ilə qablaşdırıb, evin həyətyanı sahəsində sandığın içərisində bir ədəd polietilen torbada qanunsuz olaraq saxlamış, 14 avqust 2021ci il tarixdə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman qeyd olunan narkoik vasitələr aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş təqsirləndirilən şəxs İsmayılov Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o özünü CMin 234.4.3-cü maddəsi ilə təqsirli bilmir. Narkotik qəbul etdiyinə görə özünü təqsirli bilir. 14 avqust 2021-ci il tarixdə onu polislər görüblər. Evə baxış keçirilərkən o evdə olmamışdır. Evdə arvadı olmuşdur. Arvadı ona narkotiki sandıqdan tapdıqlarını demişdir. Sandıq ona aiddir. Sandıqda yarım qram heroin olub. Onu axran (gözətçi) işlədiyi stadiondan tapmışdır. O narkotik istifadəçisidir. O evə gələrkən anası Qəndəf ona polislər gəlib sandıqdan narkotik tapdıqlarını demişdir. 19 avqustda o özü polis şöbəsinə anası Qəndəfla getmişdir. Orada narkotikin nə qədər olmasını ona deməmişlər. Müstəntiq Elvin narkotiki haradan aldığını soruşmuş, o da narkotiki stadiondan tapdığını ona demişdir. O ifadəsində daha sonra göstərmişdir ki, latın qrafikası ilə oxumağı bilir. Məhkəmədə sanksiya verilərkən bəlkə də vəkil iştirak edib deyə bilmir. Evində yarım qram mal olduğuna görə özü könüllü getmişdir ki, onu tutsunlar. Təqsirləndirilən şəxs İsmayılov son sözlə çıxış edərkən də təkrar olaraq narkotik vasitənin ona aid olduğunu, lakin göstərilən qədər olmadığını bildirmişdir. Məhkəmədə CPM-in 327.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki ifadələri arasında əhəhmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs İsmayılovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs İsmayılov Təqsirləndirilən şəxs özünü ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. Tutulmamışdan son bir ay olar ki, Sabirabad şəhərində yerləşən stadionda gözətçi işləmişdir. O, uzun müddətdir ki, narkotik maddənin müxtəlif növlərindən istifadə etdiyini bildirmişdir. Hadisə ilə əlaqədar qeyd eetmişdir ki, stadionda gözətçi işlədiyi müddətdə, 2021-ci ilin iyul ayının sonlarında bir ədəd sellofan torba görmüşdür. O, stadionun həm də təmizliyinə nəzarət etdiyindən sellofan torbanı götürüb içərisindəkinin nə olmasına baxmış və sellofan torbanın içərisindəki bükümlərə bir-bir baxarkən, heroin və metamfetamin olduğunu görmüşdür. O da narkotik maddələrdən istifadə etdiyinə görə, sellofan torbanın içərisində olan ümumilikdə 9 ədəd bükümləri ürəyi istəyəndə çəksin deyə sellofan torba qarışıq cibinə qoymuşdur. O, işdən evə gəldikdən sonra, içərisində narkotik bükümləri olan sellofan torbanı yaşadığı evin həyətyanı sahəsində olan sandığın içərisində gizlətmişdir. 14 avqust 2021-ci il tarixdə evdə olmadığı zaman, Sabirabad rayon polis şöbəsinin əməkdaşları yaşadığı evə gəlmiş və həmin vaxt evdə olmamışdır. Həmin vaxt evdə anası Şahid5 olmuşdur. Ona görə də anası Şahid5 onun yaşadığı evdə narkotik vasitələr saxlaması barədə məlumat vermişlər, bu səbəbdən də evə və həyətyanı sahəyə baxış keçirilməli olduğunu bildirmişlər. Anası Şahid5 da evə və həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə yazıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt iki nəfər hal şahidi də dəvət olunmuşdur. Polis əməkdaşları iki hal şahidinin iştirakı ilə yaşadığı evə və həyətyanı sahəyə baxış keçirməyə başlamışlar. Baxış zamanı yaşadığı evin həyətyanı sahəsində olan sandığın içərisindən, bir ədəd sellofan torba içərisində gizlətdiyi, 6 ədəd bükümdə heroin və 3 ədəd bükümdə metamfetamin aşkar edilərək götürülmüşdür. Aşkar edilərək götürülmüş ümumilikdə 9 ədəd bükümdə narkotik tərkibli kütlələr bir ədəd kağız zərfdə qablaşdırılaraq ağzı möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokola anası, iki hal şahidi və polis əməkdaşları imza etmişlər. O, polis əməkdaşlarının yaşadığı evə gələrək ona məxsus narkotik vasitələri aşkar etdiyinə görə, qorxduğu üçün şöbəyə gəlməmişdir. Lakin sonradan polislərin onu axtardıqlarını düşünüb rayon polis şöbəsinə gəlmişdir. O, yaşadığı evdə narkotik vasitə saxlamasından ailə üzvlərinin və ya başqa şəxslərin məlumatlarının olmadığını bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs İsmayılov Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi məhkəmədə tədqiq edilmiş özünün ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən başqa, dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs İsmayılovun narkotik satması barədə əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyat məlumatı qeydə alındıqdan sonra təxirə salınmadan əməliyat tədbiri keçirmişlər. Bu barədə də məhkəməyə və prokurora məlumat göndərilmişdir. 14 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs İsmayılovun evinə getmişlər. Əməliyyatda polis əməkdaşları Şahid2 və Şahid3 iştirak etmişlər. Qapını Təqsirləndirilən şəxs anası açmışdır. Onun yazılı razılığına əsasən həyətə daxil olmuşlar. Baxışda hal şahidləri Həzi və Yaşar iştirak etmişlər. Baxış zamanı narkotik vasitə həyətdəki sandığın içindən aşkar olundu. Narkotiki sandıqdan Tural tapdı. Sənədləşməni müstəntiq hazırladı. Narkotik vasitələr qablaşdıdrılarkən anası heç bir etiraz etmədi. Təqsirləndirilən şəxs polis şöbəsinə könüllü gəlməsindən məlumatı olmamışdır. Dindirilmiş şahidlər Şahid2 və Şahid3 oxşar məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etdilər. Dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, avqust ayında stadionun yanında rəng verərkən polis əməkdaşları gələrək, bir həyətə baxış keçirəcəklərini bildirmişlər. Həyətə daxil olarkən Təqsirləndirilən şəxs anası orada olmuşdur. O “Allah öldürsün” dedi və sandığı göstərdi. Sandıq açılarkən bükümlər çıxdı. 6 bükümü ayrı qoydular. Sonra da həmin bükümlər qablaşdırıldı və bu barədə protokol tərtib edildi. Dindirilmiş şahid X2 eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdiklərini təsdiq etdi. Dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, polis əməkdaşları onun həyətinə gəlib həyətə baxmışlar. Sonra kimsə “tapıldı” demiş, o da baxarkən polisin əlində torba görmüşdür. Lakin torba tapılarkən o görməmişdir. Sonra da torbanı verdilər, əlində göstərərkən fotoşəkillər çəkildi. İzahatı alınmışdır. İzahatı ona oxunmuşdur. Ərizəsində və izahatında olan imzalar onundur. İzahatında narkotikin 9 büküm olması göstərilmişdir. Lakin orada 2 büküm narkotik olmuşdur. Məhkəmədə CPM-nin 329.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki ifadələri arasında əhəhmiyyətli ziddiyyətlər olduğu üçün) Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o ünvan 3 ünvanda oğlu Təqsirləndirilən şəxs İsmayılovla birlikdə yaşayır. Təqsirləndirilən şəxs bir neçə müddətdir ki, narkotik vasitələrdən istifadə etmişdir. 14 avqust 2021-ci il tarixdə Sabirabad rayon polis şöbəsinin əməkdaşları yaşadıqları evə gəlmişlər və oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrin evdə saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu, bu səbəbdən də evə və həyətyanı sahəyə baxış keçirilməli olduğunu bildirmişlər. Həmin vaxt oğlu Təqsirləndirilən şəxs evdə olmadığından, o, evə və həyətyanı sahəyə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazıb polis əməkdaşlarına təqdim etmiş və baxışın onun iştirakı ilə keçirilməsi bildirilmiş, o da razılaşmışdır. Həmin vaxt iki nəfər hal şahidi də dəvət olunmuşdur. Baxış onun, iki nəfər hal şahidi və polis əməkdaşlarının iştirakı ilə keçirilmişdir. Baxış zamanı həyətyanı sahədə, yaşayış evinin arxa tərəfində olan sandığın içərisində 9 ədəd bükümlərdə narkotik vasitələrə oxşar kütlələr aşkar edilərək götürülmüşdür. Aşkar edilərək götürülmüş kütlələr müstəntiq tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Daha sonra baxışın keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra, o da tərtib edilmiş protokola imza etmişdir. O, həyat yoldaşının vəfat etdiyini, o da oğlu ilə birlikdə yaşadığını, baxış zamanı həyətyanı sahədə sandığın içərisindən aşkar edilərək götürülmüş narkotik tərkibli kütlələrin oğlu Təqsirləndirilən şəxs məxsus olduğunu və Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələri sandığın içərisində saxlamasından, ümumiyyətlə həyətyanı sahədə narkotik olmasından məlumatının olmadığını bildirmişdir. İşdə olan Sabirabad rayon polis şöbəsini rəisi Namiq Camalova ünvanlanmş 14 avqust 2021-ci il tarixli raportdan görünür ki, həmin raportla Sabirabad rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Şahid1 Sabirabad şəhəri R.Şirinov küçəsi ev 12-də yaşayan İsmayılov Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması və satması barədə əməliyyat məlumatının daxil olduğunu göstərməklə onun ifşa olunması üçün təxirə salınmadan əməliyat-axtarış tədbirinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. İşdə olan 14 avqust 2021-ci il tarixli qərardan görünür ki, həmin qərara əsasən Sabirabad şəhəri R.Şirinov küçəsi ev 12-də yaşayan İsmayılov Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirə salınmadan əməliyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Sabirabad rayon məhkəməsinin əməliyat axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında 15 avqust 2021-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Sabirabad rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi polis polkovnik leytnantı Şahid1 “təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında 14 avqust 2021-ci il tarixli qərarına əsasən Sabirabad şəhəri R.Şirinov küçəsi ev 12-də yaşayan İsmayılov Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlini ifşa etmək məqsədi ilə onun yaşadığı evə və həyətyanı sahəsinə keçirilmiş əməliyyataxtarış tədbirləri “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna və Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin tələblərinə uyğun həyata keçirilmiş hesab edilmişdir. İşdə olan Şahid5 Sabirabad rayon Polis Şöbəsinini rəisinə ünvanlanmış ərizəsindən görünür ki, o həmin ərizəsində yaşadığı evə baxış keçiriməsinə etirazı olmadığını bildirmişdir. İşdə olan Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Sabirabad şəhəri R.Şirinov küçəsi ev 12 ünvanında yaşayan İsmayılov Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsi haqqında 14 avqust 2021-ci il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, baxış zamanı, evin həyətində olan sandıqdan bir ədəd polietilen torbanın içərisində 6 ədəd bükümdə narkotik vasitə heroinə oxşar, 3 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlələr aşkar olunaraq götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilmişdir. İşdə olan şəxsin könüllü gəlməsi haqqında 19 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İsmayılov 19 avqust 2021-ci il tarixdə rayon polis şöbəsinə gedərək özünü təqdim edib, 14 avqust 2021-ci il tarixdə yaşadığı ünvan 1 saylı evdən aşkar edilərək götürülmüş heroin və metafetaminin ona məxsus olduğunu bildirməklə əməlini könüllü etiraf etmişdir. İşdə olan Sabirabad rayon məhkəməsinin 20 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs İsmayılov vəkilinin iştirakı ilə keçirilən həmin məhkəmə iclasında özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək, əməlindən səmimi peşman olduğunu göstərib, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. Eyni zamanda onun hüquqlarını müdafiə edən vəkil Səxavət Məmmədli də Təqsirləndirilən şəxs İsmayılovun yaşayış yerinin olmasını, istintaqa səmimi ifadə verdiyini, əməlindən peşman olmasını və sair halların olmasını əsas gətirib ona qarşı həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 15 avqust 2021-ci il tarixli, 18/889 nömrəli rəyindən görünür ki, “X3 yaşadığı...” sözləri yazılmış kağız paketdəki 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,443 qram, 0,095 qram, 0,195 qram, 0,104 qram, 0,094 qram, 0,575 qram, ümumi təmiz çəkisi 6,506 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,095 qram, 0,083 qram, 0,120 qram, ümumi təmiz çəkisi 0,298 qram olan maddələr kustar üsulla hazırlanmış, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə metamfetamindir. Heroinin ümumi təmiz çəkisi 6,506 qramdan tədqiqata 0,24 qramı sərf edilmiş, 6,266 qramı qalıq qalmışdır. Metamfetaminin ümumi təmiz çəkisi 0,298 qramdan tədqiqata 0,12 qramı sərd edilmiş, 0,178 qramı qalıq qalmışdır. İşdə olan ibtidai istintaq orqanının 20 avqust 2021-ci il tarixli qərarından görünür ki, həmin qərarala qalıq çəkisi 6,266 qram narkotik vasitə olan heroin və qalıq çəkisi 0,178 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və saxlanması üçün Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş 11 noyabr 2021-ci il tarixli, 4422 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı İsmayılov Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs İsmayılov Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsində göstərmişdir ki, yaşadığı evin həyətyanı sahəsindəki sandığın içərisindən aşkar edilərək götürülmüş 9 bükümdə narkotik vasitə ona aid deyil. Orada yarım qram heroin olmuşdur. Həmin heroini özü istifadə etmək üçün saxlamışdır. Məhkəmə onun vermiş olduğu ziddiyətli ifadələri özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə məhkəmədə tədqiq edilmiş onun anası Şahid5 və hal şahidlərinin iştirakları ilə keçirilmiş baxış və götürmə aparılması haqqında protokolla, Təqsirləndirilən şəxs İsmayılovun könüllü gəlib təqsirini boynuna alması haqında olan protokolla, məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs İsmayılovun sandıqdan aşkar edilərək götürülmüş heroin və metamfetaminin ona məxsus olması barədə vəkilinin iştirakı ilə verdiyi ifadələri ilə, dindirilmiş şahidlərin ifadələri ilə, Sabirabad rayon məhkəməsində ona qarşı həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətə baxılması zamanı keçirilən məhkəmə iclasında əməlini səmimi etiraf eməsi haqqında verdiyi izahatı ilə, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs İsmayılovun ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi yuxarıda qeyd edilən ifadəsini səmimi, etirafedici və işin faktiki hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmədə Şahid5 ziddiyyətli ifadə verərək, polis əməkdaşlarının onun razılığı olmadan yaşadığı evin həyətinə daxil olduqlarını, həyətində olan sandıqdan narkotik vasitənin aşkar edilməsini görmədiyini, bunu ona polislərin dediyini, sandıqdan aşkar olunan bükümlərin 9 ədəd deyil, 2 ədəd olmasını göstərmişdir. Məhkəmə onun bu ifadəsi məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən, Təqsirləndirilən şəxs İsmayılov onun oğlu olmaqla onu müdafiə məqsədi daşıdığından və işin faktiki hallarına uyğun gəlmədiyindən həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir və onun ibtidai istintaq zamanı verdiyi ifadəsini sübut kimi qiymətləndirir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. Məhkəmə Təqsirləndirilən şəxs İsmayılovun yaşadığı evin həyətindəki sandıqdan aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 6,506 qram olan narkotik vasitə heroini, eləcə də ümumi təmiz çəkisi 0,298 qram olan psixotrop maddə metamfetamini bir-birindən çox da fərqlənməyən çəkilərdə heroini 0,095 qram, 0,195 qram, 0,104 qram, 0,094 qram, 0,575 qram olmaqla 6 ədəd, metamfetamini isə 0,083 qram, 0,120 qram olmaqla 3 ədəd kağız bükümlərdə bölərək saxlamasını onun həmin kütlələri məhz satış məqsədi ilə əldə etməsi kimi qiymətləndirir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs İsmayılov Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, təqsirləndirilən şəxs İsmayılov Təqsirləndirilən şəxs xx xxxxxx 1977-ci ildə ünvan 6 ünvanında qeydiyyatda olmaqla orada yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan Sabirabad rayon məhkəməsinin 20 avqust 2021-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən İsmayılov Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 19 avqust 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin məlumatından görünür ki, İsmayılov Təqsirləndirilən şəxs Sabirabad rayon məhkəməsinin 27 avqust 2012-ci il tarixli hökmünə əsasən CM-in 182.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan rayon məhkəməsinin 3 iyun 2014-cü il tarixli qərarına əsasən o 1 il 1 ay müddətə şərti olaraq vaxtından əvvəl cəzadan azad edilmişdir. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1.10-cu maddəsinə əsasən İsmayılov Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən onun cəzanı ağırlaşdıran halın olmasını müəyyən edilmədi. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs İsmayılov əvvəllər məhkum olunsa da onun məhkumluğu CM-in 83-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Ona görə də o məhkumluğu olmayan şəxs hesab olunur. Azərbaycan Respublikası CM-nin 60.1 maddəsinin tələbinə görə bu məcəllənin 59.1.8, 59.1.10 -59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə şərh olunan halları, İsmayılov Təqsirləndirilən şəxs cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halı nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə yaxın cəza təyin edilməli və o həmin cəzanı çəkməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən İsmayılov Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 19 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, İsmayılov Təqsirləndirilən şəxs barəsində CM-in 93.1.2-ci maddəsinin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Sabirabad Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 6,266 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,178 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə 49 manat 74 qəpik məhkəmə xərci İsmayılov Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: İsmayılov Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs İsmayılov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 19 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs İsmayılova qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs İsmayılovun barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sabirabad Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 6,266 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,178 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə 49 manat 74 qəpik məhkəmə xərci Təqsirləndirilən şəxs İsmayılovdan alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs İsmayılova isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar