Məhkəmə qərarları › İş №1(099)-135/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-135/2023

10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-135/2023 10.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X4 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1992-ci il tarixdə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağcabədi rayonunun Xocavənd kəndində qeydiyyatda olmaqla Rusiya Federasiyası, Moskva şəhəri, Stepan Razin küçəsi, ev 78 ünvanında faktiki yaşamış, əvvəllər məhkum olunmamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs 21 oktyabr 2013-cü il tarixdən rəsmi olaraq nikahda olduğu əri X2 boşanmaq istəməsindən hiddətlənərək, eləcə də yüngül əxlaqlı həyat tərzi keçirməsinə özlüyündə əmin olması səbəbindən ondan qisas almaq niyyəti ilə Rusiya Federasiyasında olduğu zaman Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək üçün 01 sentyabr 2022-ci il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasının Ağcabədi rayonuna gəlib, həmin gün saat 11:30 dəqiqələrdə Zərərçəkmiş şəxs anası Şahid1 ilə birlikdə yaşadığı rayonun Xocavənd kəndində yerləşən fərdi yaşayış evinə gələrək, evin həyətinə giriş qapısının bağlı olmasından əmin olduqdan sonra qonşuluqda yaşayan nənəsi Sara Səfərovaya məxsus olan həyətyanı sahədən keçməklə evin əsas giriş qapısına gəlmiş, Zərərçəkmiş şəxs ilə anası Şahid1 onun gələcəyini bildikləri üçün evin giriş qapısını bağlı saxlayaraq açmaması səbəbindən dəhlizin pəncərəsini yerdən tapdığı daş parçası ilə sındırmaqla anası Şahid1 pəncərəni açmasına nail olduqdan sonra həmin pəncərədən evə daxil olduqda, qonaq otağının pəncərəsindən həyətə tullanaraq qaçmağa çalışan Zərərçəkmiş şəxs arxasınca gedərək Vüsaləni evin alt hissəsində yerləşən, gizlənməyə çalışdığı qarajdan sol əli ilə çıxarıb qarajın giriş qapısının qarşısında, əvvəlcədən özü ilə gətirdiyi, istintaqla tapılması mümkün olmayan bıçağı sağ əlinə alaraq Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə həmin bıçaqla qəsdən ona dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid döş qəfəsinin sol yarısından döş boşluğuna keçərək plevranın zədələnməsi ilə müşahidə edilən deşilmiş-kəsilmiş yara, qarının sol yarısının ön divarından qarın boşluğuna keçərək böyük piyliyin zədələnməsi ilə müşahidə edilən deşilmiş-kəsilmiş yara, həmçinin dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid döş qəfəsinin sağ yan səthində boşluğa keçməyən deşilmiş-kəsilmiş yara, belin sol bayır səthində boşluğa keçməyən deşilmişkəsilmiş yara, belin sağ yarısının aşağı şöbəsində boşluğa keçməyən deşilmiş-kəsilmiş yara, sol bazunun yuxarı üçdə birinin iç səthində deşilmiş kəsilmiş yara, sol bazunun orta üçdə birinin arxa səthində deşilmiş kəsilmiş yara kimi ümumilikdə yeddi ədəd xəsarət yetirmiş, lakin bibisi Şahid3 və anası Şahid1 səs-küy salaraq ona mane olan zaman Zərərçəkmiş şəxs onun əlindən çıxaraq qaçmaqla qohumu Şahid4 idarə etdiyi VAZ 2106 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi Rayon Mərkəzi X3 X7 Yardım Şöbəsinə çatdırılaraq ona ixtisası tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən onu qəsdən öldürməyə yönəlmiş cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, son zamanlar bacısı Vüsalənin narkotik vasitələrdən istifadə etməsini, eləcə də yüngül əxlaqlı həyat tərzi keçirməsini eşitdiyindən 01 sentyabr 2022-ci il tarixdə yaşadığı Moskva şəhərindən Bakı şəhərinə, oradan da Ağcabədi rayonuna gəlmişdir. Həmin gün saat 11 radələrində o, VAZ-21011 markalı taksi ilə Xocavənd kəndinə Vüsalə ilə anasının birlikdə yaşadıqları evlərinə getmiş, qapı bağlı olduğundan anası Kəmaləni çağırıb qapını açmasını ona desə də anası qapını açmamışdır. O pəncərəyə dırmanaraq evə daxil olmuş, anasının əlində olan bıçağı almış, Vüsalənin qonaq otağının pəncərəsindən həyətə tullandığını görüb, o da Vüsalənin ardınca həmin pəncərədən həyətə tullanıb onun arxasınca qaçmış, Vüsaləni evin qabaq tərəfində qaraja girdiyini görüb onu oradan çıxarıb evin giriş qapısının qarşısına gətirərək, bıçaqla Vüsaləyə ardıcıl zərbələr vurmuşdur. Həmin vaxt anası Kəmalə evdən bayıra çıxıb hay-küy salmağa başlamış, həmçinin hay-küyə ətrafda yaşayan qonşular gəldiklərindən, Vüsalə onun əlindən çıxıb həyətarası keçid qapısından nənəsinin yaşadığı həyətə keçmiş, qonşular isə onu saxladıqları üçün o Vüsalənin arxasınca gedə bilməmişdir. Sonra o magistral yola doğru getmiş, orada bıçağı da atmışdır. O Vüsaləni öldürmək istəməmişdir. Vüsaləni bıçaqla vurarkən anası orada olmamışdır. Anası oraya gələrkən Vüsalə onun əlindən çıxıb qaçmışdır. Etdiyi əməldən peşmandır. Cinayət işinin materiallarında olan ifadənin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolundan və fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır. O ifadəsində bildirdiyi bütün halları ardıcıllıqla hadisə yerində göstərmiş və onun ifadəsinin yerində yoxlanılması zamanı əvvəllər verdiyi sərbəst ifadələr arasında hər hansı ziddiyyət aşkar edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan cinayət əməlini törətməsi məhkəmədə tədqiq edilmiş özünün ifadəsindən başqa, dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 01 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində o, Ağcabədi rayonunun Xocavənd kəndində anası ilə evdə olduğu vaxt qardaşı Toğrul oraya gələrək, pəncərədən evə girmiş, o da pəncərədən həyətə tullanmış, Toğrul da onun arxasınca tullanaraq, onu həyətdə tutub, əlində olan bıçaqla ona 7 dəfə zərbə vurmuşdur. Həmin vaxt orada heç kim olmamışdır. Sonra oraya anası, qohumları Arzuman gəlmişdir. Anası gələrkən Toğrul onu vurmamış, dayanmış, o da bundan istifadə edərək oradan qaçıb getmişdir. İstintaq vaxtı ifadəsini oxumamışdır. O latın qrafikasında oxuyub yaza bilmir. O qardaşı ilə barışmışdır. Ondan heç bir tələb və ya şikayəti yoxdur. Dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 01 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində o, Ağcabədi rayonunun Xocavənd kəndində qızı Vüsalə ilə evdə olduğu vaxt oğlu Toğrul oraya gəlmişdir. O Toğrulun qızına acığı tutduğunu bildiyindən onu evə buraxmaq istəməmiş, lakin Toğrul pəncərədən içəri daxil olmuş, Vüsalə isə pəncərədən həyətə tullanmış, Toğrul da onun arxasınca tullanmışdır. Sonra o da həyətə düşmüş, Toğrulun əlində bıçaq Vüsalənin yanında dayandığını görmüşdür. Həmin vaxt Toğrul Vüsaləni vurmağı dayandırmış, Vüsalə bundan istifadə edərək durub qaçaraq getmişdir. Müstəntiqin Toğrulun vurmasını görməsi barədə yazdığı ifadə düz deyil. O yazıları hərfhərf oxuyur. O Toğrulun Vüsaləni vurmasını görməmişdir. Vüsalə qaçdıqdan sonra o Vüsalə ilə birlikdə qohumları Ərzumanın avtomobili ilə X8 məntəqəsinə getmişlər. Orada Vüsaləyə tibbi yardım göstərilmişdir. Dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 01 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində Toğrulu anası Kəmalənin yaşadığı Xocavənd kəndində yerləşən evinə aparmışdır. O, Toğrulu düşürdükdən sonra geri qayıtmış, təxminən 5-6 dəqiqə sonra Toğrul ona zəng edib onu çağırmışdır. O Toğrulu düşürdüyü yerə gəldikdə qapı bağlı olmuşdur. Lakin həyətdən səs-küy gəlməsini eşitmiş, həmin vaxt Toğrulun qohumları, bibiləri də onun yanına gəlmiş, ona qapını açmasını demişlər. O da qapının bağlı olmasını dedikdən sonra hamısı onun avtomobilinə minərək, birlikdə yolu fırlanaraq evin arxa tərəfinə gedərək oradan içəri daxil olduqda Toğrulun Vüsalənin arxasınca qaçaraq onu tutub, bıçaqla zərbələr vurmasını görmüş, o Toğrula vurma demiş, həmin anda Toğrulun anası da oraya gəlib səs-küy saldığından Toğrul dayanmış və Vüsalə durub qaçmışdır. Vüsalə ilə Kəmalə onun avtomobilinə minmişlər. Sonra birlikdə rayon mərkəzi xəstəxanasına getmişlər. Toğrulun Vüsaləni bıçaqla vurduğu vaxt anaları Kəmalənin orda olmasını görməmişdir. Toğrul Vüsaləni buraxan anda Kəmalə oraya gəlmişdir. Dindirilmiş Şahid3 ifadəsində 01 sentyabr 2022-ci il tarixdə Toğrulun həyətlərində bacısı Vüsaləyə bıçaqla zərbələr vurmasını, sonra da anaları Kəmalənin oraya gələrkən Vüsaləni vurmağı dayandırmasını təsdiq etmişdir. Dindirilmiş Şahid2 Şahid3 göstərdiyi xüsusatları təsdiq etməklə oxşar məzmunlu ifadə verdi. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, Şahid1 ilə Şahid4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid4 ifadəsində göstərdiklərini Şahid1 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, Şahid3 ilə Şahid4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid4 ifadəsində göstərdiklərini Şahid3 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan hadisə yeri Ağcabədi rayonu, Xocavənd kəndi ərazisində yerləşən, Şahid1 məxsus fərdi yaşayış evinə baxış keçiriləsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, hadisə yeri Şahid1 məxsus həmin fərdi yaşayış evinin giriş qapısının qarşısıdır. Hadisə yerinin müayinəsi zamanı oradan, mənzilin dəhlizində olan döşəmə üzərindən pambıq tampona hopdurulmuş 2 ədəd qanabənzər nümunə, evin həyətindən, giriş qapısının qarşısından, üzərində qanabənzər ləkələr olan 8 ədəd daş parçası və torpaq hissələri müvafiq qaydada götürülərək qablaşdırılmışdır. Bundan başqa cinayət hadisəsi baş verən zaman Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd ağ rəngli zolaqları olan qara rəngli qısaqol köynək, 1 ədəd belində qara rəngli kəmər olan boz rəngli cins şalvar və 1 ədəd bənövşəyi rəngli busqalter, 1 ədəd iphone 5S markalı gümüşü rəngli mobil telefon, Şahid1 əynində olmuş 1 ədəd qara rəngli don, həmçinin Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 1 ədəd qara rəngli qısaqol köynək, bir ədəd qara rəngli idman şalvarı və istifadəsində olmuş 01 ədəd “huaweı” markalı mobil telefon müvafiq qaydada götürülərək qablaşdırılmışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 24 oktyabr 2022-ci il tarixli, 833 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində - döş qəfəsinin sol yarısından döş boşluğuna keçərək plevranın zədələnməsi ilə müşahidə edilən deşilmiş-kəsilmiş yara, qarının sol yarısının ön divarından qarın boşluğuna keçərək böyük piyliyin zədələnməsi ilə müşahidə edilən deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sağ yan səthində boşluğa keçməyən deşilmişkəsilmiş yara, belin sol bayır səthində boşluğa keçməyən deşilmiş-kəsilmiş yara, belin sağ yarısının aşağı şöbəsində boşluğa keçməyən deşilmiş-kəsilmiş yara, sol bazunun yuxarı üçdə birinin iç səthində deşilmiş kəsilmiş yara və sol bazunun orta üçdə birinin arxa səthində deşilmiş kəsilmiş yara xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər iti kənarlı alətin təsirindən törənmişdir, kənar şəxs tərəfindən bıçaqla vurulma nəticəsində yetirilə bilərdi, yetirilmə müddətləri 01 sentyabr 2022-ci il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərdən döş qəfəsinin sol yan səthindən döş boşluğuna keçərək plevranın zədələnməsi və qarının sol yarısının ön divarından qarın boşluğuna keçərək böyük piyliyin zədələnməsi ilə müşahidə edilən deşilmiş-kəsilmiş yaralar - dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya; yuxarıda göstərilmiş digər beş ədəd deşilmiş-kəsilmiş yaralar isə həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlılğa YÜNGÜL zərər vurmaya aiddirlər. Həmin xəsarətlər yetirilən anda hücum edən şəxslə zərərçəkmiş müxtəlif duruş vəziyyətlərində ola bilərdilər, lakin daha çox ehtimal olunan vəziyyət onların ayaqüstə olduqları vəziyyətdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 24 oktyabr 2022-ci il tarixli, 832 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində sol əlin kəsilmiş yara xəsarəti aşkar edilmişdir. Həmin xəsarət iti kənarlı əşyanın təsirindən törənməklə qərarda göstərilən şəraitdə əmələ gələ bilər, yetirilmə müddəti 01 sentyabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmədə tədqiq edilmiş kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji eskpertizasının 07 oktyabr 2022-ci il tarixli, 614/222 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhkükəliliyini dərk etmək və ya hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nın 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Aparılmış psixoloji müayinə zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuş, onun keçirdiyi bu emosional halın yaranma səbəblərindən biri bacısı Zərərçəkmiş şəxs yüngül həyat keçirməsi düşüncəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 03 noyabr 2022-ci il tarixli, 1638 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş lifli materialların kriminalistik ekspertizasının 28 oktyabr 2022-ci il tarixli, 6/5710 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid1 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən qısaqol köynəyin üzərindən aşkar edilmiş qara rəngli poliakrilonitril lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən qısaqol köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən cins şalvarın üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Şahid1 məxsus olduğu qeyd edilən donun üzərindən aşkar edilmiş boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 18 noyabr 2022-ci il tarixli, 724/2022-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 08 ədəd boz rəngli daş parçaları, müəyyən miqdar torpaq nümunələri, quru bitki qalıqları, kiçik daşlar, bir ədəd kəmər, 02 ədəd hadisə yerindən götürülmüş pambıq tamponlar, V.E. Quliyevaya məxsus bir ədəd busqalter, bir ədəd cins şalvar, bir ədəd qadın koftası, K.Ş. Səfərovaya məxsus bir ədəd don, Təqsirləndirilən şəxs məxsus bir ədəd idman şalvarı üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “B” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri AB(İV) qruplu şəxsə (şəxslərə), o cümlədən də Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa). Ləkələrdə qanın qarışıq olduğu halında isə həmçinin Balfa (İİİ) qruplu Şahid1 qarışmış qanının olması da inkar olunmur (əgər onun hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa). Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd qısaqol kofta üzərində qana bənzər şüphəli ləkə aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə trasoloji ekspertizasının 21 noyabr 2022-ci il tarixli, 3/1381 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, hadisə baş verən zaman Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd kofta, bir ədəd şalvar və bir ədəd busqalterin səthində olan zədələr vardır və həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən təsiri nəticəsində yaranmağa xarakterikdir. Həmin predmetə tiyəsi qeyd olunan xassəyə malik olan bıçaqlar da aiddir. Həmin geyim əşyalarının səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin öndən arxaya istiqamətdə, iti tərəfi zərərçəkmişə münasibətdə müxtəlif istiqamətlərdə olmaqla yetirilmişdir. Qeyd olunan geyim əşyalarının səthindəki zədələr Zərərçəkmiş şəxs bədənin məhkəmə tibbi müayinəsin nəticəsi olan məhkəmə-tibb ekspertizasının 24 oktyabr 2022-ci il tarixli, 833 saylı ekspert rəyində qeyd olunan xəsarətlərlə üst-üstə düşür. İşdə olan ibtidai istintaq orqanının 02 dekabr 2022-ci il tarixli qərarından görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş, mənzilin dəhlizində olan döşəmə üzərindən pambıq tampona hopdurulmuş 02 ədəd qanabənzər nümunə, evin həyətindən, giriş qapısının qarşısından, üzərində qanabənzər ləkələr olan 8 daş parçası, eləcə də müvafiq qaydada götürülərək qablaşdırılmış, cinayət hadisəsi baş verən zaman Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd ağ rəngli zolaqları olan qara rəngli qısaqol köynək, 1 ədəd belində qara rəngli kəmər olan boz rəngli cins şalvar və 1 ədəd bənövşəyi rəngli busqalter, Şahid1 əynində olmuş 1 ədəd qara rəngli don, həmçinin Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 1 ədəd qara rəngli qısaqol köynək, bir ədəd qara rəngli idman şalvarı maddi sübut hesab edilmişdir. İşdə olan Ağcabədi rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin verdiyi 05 oktyabr 2022-ci il tarixli 433 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsində narkoloji, ruhi-əsəb dispanseri və nevroloji kabinetlərdə qeydiyyatda durmur. Məhkəmədə Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə deyil, onu cəzalandırmaq üçün xəsarətlər yetirdiyini bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıyan ifadə olmaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan habelə məhkəmədə araşdırılmış zərərçəkmiş şəxsin və şahidlərin işin faktiki hallarına uyğun gələn ifadələri ilə, məhkəmədə tədqiq edilmiş zərəçəkmiş şəxsə bıçaqla 7 ədəd xəsarət yetirilməsini və həmin xəsarətlərdən 2 ədədinin bədənin mühüm orqanları yerləşən nahiyələrə nüfuz edən ağır dərəcəli bədən xəsarətlərinə aid olması haqqında məhkəmə tibbi ekspertizasının, məhkəmə kriminalistik və məhkəmə psixiatirik ekspertizasının rəyləri ilə, hadisə yerinə baxış və götürmə, təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması haqqında protokolla tamamilə təkzib edildiyindən məhkəmə həmin hissədə ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Beləliklə məhkəmədə mübahisəsiz surətdə təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs 21 oktyabr 2013-cü il tarixdən rəsmi olaraq nikahda olduğu əri X2 boşanmaq istəməsindən hiddətlənərək, eləcə də yüngül əxlaqlı həyat tərzi keçirməsinə özlüyündə əmin olması səbəbindən ondan qisas almaq niyyəti ilə Rusiya Federasiyasında olduğu zaman Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək üçün 01 sentyabr 2022-ci il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasının Ağcabədi rayonuna gəlib, həmin gün saat 11:30 dəqiqələrdə Zərərçəkmiş şəxs anası Şahid1 ilə birlikdə yaşadığı, rayonun Xocavənd kəndində yerləşən fərdi yaşayış evinə gələrək, evin həyətinə giriş qapısının bağlı olmasından əmin olduqdan sonra qonşuluqda yaşayan nənəsi Sara Səfərovaya məxsus olan həyətyanı sahədən keçməklə evin əsas giriş qapısına gəlmiş, Zərərçəkmiş şəxs ilə anası Şahid1 onun gələcəyini bildikləri üçün evin giriş qapısını bağlı saxlayaraq açmaması səbəbindən dəhlizin pəncərəsini yerdən tapdığı daş parçası ilə sındırmaqla anası Şahid1 pəncərəni açmasına nail olduqdan sonra həmin pəncərədən evə daxil olduqda, qonaq otağının pəncərəsindən həyətə tullanaraq qaçmağa çalışan Zərərçəkmiş şəxs arxasınca gedərək Vüsaləni evin alt hissəsində yerləşən, gizlənməyə çalışdığı qarajdan sol əli ilə çıxarıb qarajın giriş qapısının qarşısında, əvvəlcədən özü ilə gətirdiyi, istintaqla tapılması mümkün olmayan bıçağı sağ əlinə alaraq Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə həmin bıçaqla qəsdən ona dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid döş qəfəsinin sol yarısından döş boşluğuna keçərək plevranın zədələnməsi ilə müşahidə edilən deşilmişkəsilmiş yara, qarının sol yarısının ön divarından qarın boşluğuna keçərək böyük piyliyin zədələnməsi ilə müşahidə edilən deşilmiş-kəsilmiş yara, həmçinin dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid döş qəfəsinin sağ yan səthində boşluğa keçməyən deşilmiş-kəsilmiş yara, belin sol bayır səthində boşluğa keçməyən deşilmiş-kəsilmiş yara, belin sağ yarısının aşağı şöbəsində boşluğa keçməyən deşilmiş-kəsilmiş yara, sol bazunun yuxarı üçdə birinin iç səthində deşilmiş kəsilmiş yara, sol bazunun orta üçdə birinin arxa səthində deşilmiş kəsilmiş yara kimi ümumilikdə yeddi ədəd xəsarət yetirmiş, lakin bibisi Şahid3 və anası Şahid1 səs-küy salaraq ona mane olan zaman Zərərçəkmiş şəxs onun əlindən çıxaraq qaçmaqla qohumu Şahid4 idarə etdiyi VAZ 2106 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi Rayon Mərkəzi X3 X7 Yardım Şöbəsinə çatdırılaraq ona ixtisası tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən onu qəsdən öldürməyə yönəlmiş cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olmayaraq CM-nin 29,120.2.4-cü maddəsi ilə tövsif etmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 139-cu maddəsi bu normada göstərilmiş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin CM-nin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Hazırki iş üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlinə şamil edilməli olan CM-nin normaları xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd etməni nəzərdə tutan CM-nin 29, 120.2.4-cü maddəsidir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs hərəkətlərində “xüsusi amansızlıq” əlamətinin olması barədə fikrini onunla əlaqələndirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ümumilikdə 7 ədəd bıçaq zərbəsi vurub, həmin vaxt Zərərçəkmiş şəxs anası Kəmalə Quliyeva evin içərisindən həyətə çıxdıqda onların ana-övlad qismində yaxın qohumluq əlaqələrinə görə bir-birlərini əziz və dəyərli insan kimi qəbul etmələrini, öz qanunsuz hərəkətləri ilə onlara xüsusi əzab və iztirab verdiyini dərk etdiyi halda müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə qəsdən adam öldürməyə yönəlmiş hərəkətlərini dayandırmadan Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən bıçaq zərbələri endirməklə çoxsaylı xəsarətlər yetirmişdir. Həmçinin həmin halı Təqsirləndirilən şəxs qəddarlığının və rəhmsizliyinin, yəni seçdiyi həyatdan məhrum etmə üsulu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs xüsusi ağrılar və iztirab verməsinin (niyyətinin zərərçəkmişi məhz xüsusi ağrılar, iztirab verməklə qəsdən öldürməyə yönəlməsinin) göstəricisidir. Lakin məhkəmə belə qənaətə gəlir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs 7 ədəd bıçaq zərbəsi ilə çoxsaylı xəsarətlərin yetirilməsi faktını Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xüsusi ağrı və iztirab vermək niyyətini aşkarlayan xüsusat kimi deyil, müstəsna olaraq zərərçəkmişi həyatdan məhrum etmək niyyətində qətiyyətini (məqsədinə çatmaqda israrlı olmasını) göstərən hal kimi qiymətləndirilməlidir. Məhkəmənin həmin fakta məhz bu cür qiymət verməsi cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarına, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən CPM-nin 21.2 və 145.3-cü maddələrinin müddəalarına uyğun olaraq araşdırılıb qiymətləndirilmiş sübutların məcmusuna, onların həqiqi məzmununa uyğun olaraq müəyyən edilmiş faktik hallara əsaslanır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs məqsədi Zərərçəkmiş şəxs öldürmək olmuş, hadisə zamanı niyyətini həyata keçirərkən məqsədli şəkildə hərəkətlərinə ara verməmiş, əksinə ardıcıl bıçaq zərbələri vurmaqla qısa müddət ərzində onu öldürməyə səy göstərmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çox sayda, müxtəlif nahiyələrinə, fərqli xəsarətlər yetirməsi və hərəkətlərində qısa fasilələrin olması isə Zərərçəkmiş şəxs aktiv müqavimət göstərməsindən irəli gəlmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs çox sayda bıçaq zərbələrinin vurulması faktını, Təqsirləndirilən şəxs müstəsna dərəcədə rəhmsizliyi və qəddarlığı ilə deyil, onun baxışında vurulan zərbələrin, yetirilən xəsarətlərin zərərçəkmişin həyatdan məhrum edilməsi üçün kifayət etməməsi olmuşdur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs hərəkətlərində “xüsusi amansızlıq” əlamətinin olması barədə fikrini onunla əlaqələndirmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Vüsalə Səfərovanın gözü qarşısında bıçaqla vumaqla onu həyatdan qəsdən məhrum etməyə cəhd etmişdir. Məhkəmədə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlər qeyd edilən bu xüsusatı təsdiq etmədilər. Əksinə Təqsirləndirilən şəxs Vüsalə Səfərovaya əlində olan bıçaqla xəsarət yetirdikdən sonra anaları Şahid1 oraya gəlməsini və hay küy salmasını və həmin anda Vüsalə Səfərovanın durub qaçmasını təsdiq etmişlər. Məhkəmə qeyd edilən şəxslərin ibtidai istintaq vaxtı Təqsirləndirilən şəxs anaları Şahid1 gözü qarşısında Vüsalə Səfərovaya xəsarətlər yetirməsi barədəki ziddiyyətli ifadələrinə tənqidi yanaşır və həmin hissədə ifadələrə tənqidi yanaşır. Bundan başqa Şahid1 zərəçəkmiş şəxs Vüsalə Səfərovanın eləcədə Təqsirləndirilən şəxs doğma bacısı olmaqla onunla da yaxın qohum hesab olunur. Bu "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında əksini tapmış hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin Plenum qərarının 8-ci bəndində qeyd olunur ki, əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Plenum qərarının həmin müddəalarına və CM-nin 120.2.4-cü maddəsinin mənasına görə qəsdən adam öldürmə cinayətinin çoxsaylı zərbələr vurmaqla və xəsarətlər yetirilməklə törədilməsi özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Vacibdir ki, təqsirkar şəxsin niyyəti məhz zərərçəkmiş şəxsə bu üsulla xüsusi iztirab və ağrılar yetirməklə öldürmək olsun (xüsusi iztirab və ağrılar yetirməyi arzu etsin) və yaxud bunu arzu etməsə də, seçdiyi üsulun zərərçəkmiş şəxsə xüsusi iztirab və ağırlar yetirməsini dərk etdiyi halda, şüurlu surətdə buna yol versin, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin xüsusi iztirab və ağrılar çəkməsinə) münasibətdə onun birbaşa (CM-nin 25.2-ci maddəsi) və ya dolayı (CM-nin 25.3-cü maddəsi) qəsdlə hərəkət etməsi müəyyən olunsun. Lakin, hazırkı işdə qeyd olunanlara münasibətdə Təqsirləndirilən şəxs nə düzünə, nə də ki, dolayı qəsdi müəyyən olunmamışdır. Bundan başqa Plenum Qərarının həmin müddəalarına və CM-nin 120.2.4-cü maddəsinin mənasına görə qəsdən adamöldürmə cinayətinin zərərçəkmiş şəxsin yaxın adamlarının yanında törədilməsi özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Vacibdir ki, təqsirkar şəxsin niyyəti seçdiyi üsulla zərərçəkmiş şəxsi onun özünə yaxud yaxın qohumlarına xüsusi iztirab yetirməklə-öldürmək olsun (xüsusi iztirab yetrməyi arzu etsin) və yaxud bunu arzu etməsə də seçdiyi üsulun zərərçəkmiş şəxsə, onun yaxın qohumlarına iztirb yetirdiyini dərk etsin və şüurlu surətdə buna yol versin, yəni xüsusi amansılığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin, onun yaxınlarının xüsusi əzab çəkməsinə) münasibətdə onun bir başa və ya dolayı qəsdlə hərəkət etməsi müəyyən olunsun. Hazırki iş üzrə artıq qeyd olunduğu kimi Kəmalə Cəfərova hadisənin passiv müşahidəçisi olmaqla, yalnız oğlu Təqsirləndirilən şəxs qızı Vüsalə Səfərovaya xəsarətləri yetirib qurtardığı anda hadisə yerinə gəldiyi vaxt Təqsirləndirilən şəxs onu görüb zərbələri dayandırması və həmin anda Vüsalə Səfərovanın qaçıb getməsi Təqsirləndirilən şəxs Şahid1 emosional vəziyyətini, qızına qarşı edilən hərəkətlərdən xüsusi əzab çəkməsini görməmiş və dərk etməmişdir. Cinayət tərkibinin subyektiv cəhətinə aid həmin zəruri əlamətin müəyyən edilməməsi isə (tövsifedici hala münasibətdə) CM-nin yuxarıda təsvir olunan normalarına, o cümlədən 3-cü maddəsinə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərinin CM-nin 29,120.2.4-cü maddəsi ilə tövsifini istisna edir. Qeyd olunan və digər ağırlaşdırıcı (tövsifedici) əlamətlər olmadan qəsdən adam öldürməyə cəhd etməni cinayət olaraq məhz CM-nin 29,120.1-ci maddəsi nəzərdə tutmuşdur. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CMnin 29,120.1-ci maddəsi ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də cavab verən nəticə olduğundan onun əməli CM-nin 29,120.2.4-cü maddəsindən həmin məcəllənin 29,120.1-ci maddəsinə tövsif edilməlidir. CM-in 318-ci maddəsinə əsasən məhkəmə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin əməlini daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxx 1992-ci il tarixdə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olmuşdur. O həmin kənddə qeydiyyatda olmaqla Rusiya Federasiyası, Moskva şəhəri, Stepan Razin küçəsi, ev 78 ünvanında faktiki yaşamışdır. Qeydiyyatda olduğu yer üzrə müsbət səciyyələndirilir. İşdə olan Ağcabədi Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, həbsetmənin əvvəli 01 sentyabr 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir tələb və şikayəti yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halların olmasını müəyyən etmədi. Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələblərinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda CM-nin 63.4-cü maddəsinin tələbinə əsasən cinayətə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilmir. Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbinə görə isə həmin Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının 9-cu bəndinin 3-cü hissəsində göstərilirki,başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayət etməyə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçünün dördə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CMnin 120.1-ci maddəsinin sanksiyasında başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçünün (yəni 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının) dörddə üçü həddində (yəni 7 il 10 ay 15 gün müddətə), azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. CM-in 15.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət CM-in 29,120.1-ci maddəsi ilə olan əməli xüsusilə ağır cinayət hesab olunduğundan o, cəzasını CM-in 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 01 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CM-in 132-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübutların məsələsi də həll edilməlidir. Ona görə də cinayət işi üzrə maddi sübut olan və Ağcabədi Rayon Prokurorluğunda saxlanılan pambıq tampona hopdurulmuş 2 ədəd qanabənzər nümunə, üzərində qanabənzər ləkələr olan 8 ədəd daş parçası, Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd qısaqol köynək, 1 ədəd belində qara rəngli kəmər olan boz rəngli cins şalvar və 1 ədəd bənövşəyi rəngli busqalter, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 1 ədəd qara rəngli qısaqol köynək, bir ədəd qara rəngli idman şalvarı məhv edilməlidir. Şahid1 məxsus 1 ədəd qara rəngli don onun özünə qaytarılmalıdır. Cinayətin aləti olan bir ədəd bıçağın tapılıb cinayət işinə əlavə olunmasının mümkün olmaması nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan 244 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə sair maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44, 51-2, 132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 01 sentyabr 2022-ci il tarixdən hesab edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Ağcabədi Rayon Prokurorluğunda saxlanılan pambıq tampona hopdurulmuş 2 ədəd qanabənzər nümunə, üzərində qanabənzər ləkələr olan 8 ədəd daş parçası, Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd qısaqol köynək, 1 ədəd belində qara rəngli kəmər olan boz rəngli cins şalvar və 1 ədəd bənövşəyi rəngli busqalter, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 1 ədəd qara rəngli qısaqol köynək, bir ədəd qara rəngli idman şalvarı məhv edisin. Şahid1 məxsus 1 ədəd qara rəngli don onun özünə qaytarılsın. İş üzrə məhkəmə xərci olan 244 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar