Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-136/2024 28.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1999-cu ildə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 263-1.1-ci maddələri ilə məhkum olunmuş və məhkumluğu olan, Xaçmaz şəhəri, Natavan küçəsi ev 52-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonunun Qala kəndində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu “Yaşar” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddələrin əldə olunması, saxlanması, daşınmasına və satışına razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə 64 ədəd sellofan torbalarda qablaşdırılmış cəmi, külli miqdarda-98,880 qram (98 kq 880 qram) narkotik vasitə olan qurudulmuş marixuananın və 14 ədəd sellofan torbalarda qablaşdırılmış cəmi, külli miqdarda-58,835 qram (58 kq 835 qram) narkotik vasitə olan tiryəkin Beyləqan rayonunun İkinci Şahsevən kəndinin ərazisində gizlədilməsi barədə məlumat verilməsindən sonra o, 27 aprel 2023-cü il tarixdə qeyd olunan cinayət əməlindən xəbərsiz, taksi fəaliyyəti ilə məşğul olan X3 idarə etdiyi VAZ-2106 markalı, **- DA-*** qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşib həmin əraziyə gedib qeyd olunan yerdən 64 ədəd sellofan torbalarda qablaşdırılmış cəmi, külli miqdarda-98,880 qram (98 kq 880 qram) narkotik vasitə olan qurudulmuş marixuananı və 14 ədəd sellofan torbalarda qablaşdırılmış cəmi, külli miqdarda-58,835 qram (58 kq 835 qram) narkotik vasitə olan tiryəki götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb üzərində, eləcə də cinayətkar qrup üzvləri arasında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq həmin maddələri cinayətkar qrupun digər üzvlərinə çatdırılması (realizə edilməsi) məqsədi ilə narkotik maddələr qablaşdırılmış torbaları sərnişin qismində əyləşdiyi VAZ-2106 markalı, **-DA-*** qeydiyyat nişanlı avtomobilə yükləyib daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəsinin əməkdaşları tərəfindən 28 aprel 2023cü il tarixdə, saat 01 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayonunun İkinci Şahsevən kəndinin ərazisində Təqsirləndirilən şəxs sərnişin olduğu VAZ-2106 markalı, **-DA-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcənin cibindən 01 ədəd bükümdə külli miqdarda-300 qram narkotik vasitə olan tiryək, habelə Təqsirləndirilən şəxs sərnişin olduğu və Ramiz Hacıyevin idarə etdiyi VAZ-2106 markalı, **-DA-*** qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin arxa sərnişin və arxa yük yerindən 64 ədəd sellofan torbalarda, ayrı-ayrılıqda 4510,0 qram, 3830,0 qram, 6990,0 qram , 3640,0 qram, 3590,0 qram, 3305,0 qram, 3520,0 qram, 1270,0 qram, 1230,0 qram, 1215,0 qram, 1220,0 qram, 1135,0 qram, 1180,0 qram, 1100,0 qram, 1205,0 qram, 1235,0 qram, 1230,0 qram, 1210,0 qram, 1205,0 qram, 1180,0 qram, 1210,0 qram, 1170,0 qram, 1185,0 qram, 1225,0 qram, 1220,0 qram, 1195,0 qram, 1195,0 qram, 1210,0 qram, 1205,0 qram, 1145,0 qram, 1215,0 qram, 1235,0 qram, 1210,0 qram, 1200,0 qram, 1215,0 qram, 1220,0 qram, 1205,0 qram, 1255,0 qram, 1290,0 qram, 1270,0 qram, 1325,0 qram, 1270,0 qram, 1285,0 qram, 1290,0 qram, 1315,0 qram, 1300,0 qram, 1290,0 qram, 1315,0 qram, 1235,0 qram, 1285,0 qram, 1230,0 qram, 1300,0 qram, 1300,0 qram, 1295,0 qram, 1255,0 qram, 1305,0 qram, 1220,0 qram, 1325,0 qram, 1290,0 qram, 1355,0 qram, 1305,0 qram, 1230,0 qram, 1225,0 qram və 1255,0 qram olmaqla cəmi külli miqdarda-98,880 qram (98 kq 880 qram) narkotik vasitə olan qurudulmuş marixuana və 14 ədəd sellofan torbalarda, ayrı-ayrılıqda 4335,0 qram, 3935,0 qram, 4270,0 qram, 4080,0 qram, 4685,0 qram, 3735,0 qram, 4245,0 qram, 4060,0 qram, 4200,0 qram, 4160,0 qram, 4080,0 qram, 4410,0 qram, 4140,0 qram və 4500,0 qram olmaqla cəmi, külli miqdarda-58,835 qram (58 kq 835 qram) narkotik vasitə olan tiryək aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, Xaçmaz şəhəri, Natavan küçəsi ev 52-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonunun Qala kəndində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, fəhləliklə məşğul olmuşdur. Həmçinin 2-ci Qarabağ müharibəsində iştirak etdikdən sonra psixi xəstəliyə tutulmuş və bir müddət həmin xəstəlikldə bağlı xəstəxanada müalicə olunmuşdur. Təxminən on ildir ki, o, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də “nəşə” adlanan narklotik maddədən (marixunadan) istifadə etmişdir. Tutulmamışdan bir müddət əvvəl sosial şəbəkədə özünü iranlı və “Yaşar” adı ilə təqdim edən şəxslə tanış olmuş və onunla vatsap vasitəsilə danışarkən istifadəsi üçün marixuana istəmiş, həmin şəxs də ona marixuana təşkil edəcəyini bildirmişdir. Sonra həmin şəxslə əlaqə saxlayan vaxt bu şəxs ona təxminən 10 kq marixuana göndərəcəyini, gedib dediyi yerdən marixuananı götürməsini, başqa bir yerə qoyulmasını və buna görə ona 12 min manat veriləcəyini bildirmiş, o da razılaşmışdır. 27 aprel 2023-cü il tarixdə iranlı “Yaşar” adlı şəxs ona vatsapla zəng edib dediyi 10 kq marixuananın Beyləqan rayonu ərazisində olduğunu gedib götürməsini bildirmiş, o, həmin yerə getməyə pulu olmadığını demiş, bundan sonra “Yaşar” onun Beyləqana gedib-gəlməyinə görə 100 manat pulu bank kartı vasitəsilə ona göndərmişdir. Həmçinin “Yaşar” narkotik maddənin qoyulduğu yerin məkanı barədə məlumatı telefonuna göndərmişdir. Pulu alandan sonra o, Bakıdan tanımadığı şəxsin taksi maşını ilə Beyləqan rayonuna getmişdir. Beyləqan rayonuna çatandan sonra narkotikin qoyulduğu yerə (Beyləqan rayonunun İkinci Şahsevən kəndinin ərazisinə) getməsi üçün taksi axtarmış və orada tanımadığı bir nəfər şəxslə, yəni sonradan adını bildiyi Ramiz adlı şəxslə (Ramiz Hacıyevlə) danışıb İkinci Şahsevən kəndinə getmişdir. Taksi sürücü onun hansı məqsədlə getdiyini bilməmiş, taksi sürücüsünə həmin kəndə gedib orada tanışı olan bir nəfərlə görüşmək üçün getdiyini demişdir. Taksi sürücü ilə razılaşmışdır ki, onu İkinci Şahsevən kəndinə apardıqdan sonra o, zəng edən vaxt gəlib onu götürüb rayon mərkəzinə aparsın, Ramiz də razılaşıb onu maşını ilə İkinci Şahsevən kəndinə aparmış və axşam saatlarında kəndə çatıb yolun kənarında taksidən düşüb “Yaşar”ın ona göndərdiyi məkana əsasən narkotik maddənin gizlədildiyi yerə tərəf gedib ora çatıb içərisində narkotik maddə olan torbaları oradan götürməmiş, polis əməkdaşları onu orada tutmuş, sonra da polislər həmin ərazidə olan torbaları taksi sürücü Ramizin maşınına yığıb onu və taksi sürücüsü Ramizi polis şöbəsinə aparmışlar. Polis şöbəsində polis əməkdaşları ona qarşı təzyiqlər edib hədə-qorxu gəlmiş, sonra bir ədəd bükümdə tiryəki onun cibinə qoyub həmin tiryəkin özünə məxsus olmasını bildirməsini tələb etmiş, o da qorxusundan üzərində olan tiryəkin özünə məxsus olmasını deyəcəyi ilə razılaşmışdır. Bundan sonra polis şöbəsində polis əməkdaşları vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə onun üzərində axtarış keçirilmiş və üzərindən bir ədəd bükümdə tiryək aşkar olunmuş və o, həmin tiryəkin özünə məxsus olmasını, istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra polis əməkdaşları özünün, Ramizin və vəkilin iştirakı ilə, həm də videoçəkilişlə Ramizin maşınına baxış keçirmişlər. Baxış zamanı maşının arxa yük yerində və arxa oturacağın üzərində olan sayını bilmədiyi qədər torbaların içərisində marixuana və tiryək aşkar etmişlər. Şifahi sorğu o, aşkar olunan marixuanadan məlumatı olduğunu və “Yaşar” adlı şəxsi dediyi yerdən marixuananı götürmək üçün gəldiyini, tiryəkdən isə məlumatı olmadığını bildirmişdir. Torbalarda aşkar olunan tiryək ona məxsus deyil, həmin tiryək iranlı “Yaşar” adlı şəxsə məxsusdur. O, “Yaşar” adlı şəxsin göndərdiyi məkanda göstərilən yerə 10 kq marixunanı götürüb məqsəd ilə Beyləqan rayonuna gəlmiş, lakin həmin marixuananı götürə bilməmiş, gəldiyi taksi maşınından düşəndən sonra polis əməkdaşları onu tutmuşdur. “Yaşar” adlı şəxslə aralarında olan razılaşmasına əsasən o, 10 kq marixuananı götürüb Bakı şəhərinə aparıb, sonradan ona deyəiləcək yerə qoyduqdan sonra ona 12 min manat pul verilməliymiş. O, tutulduqdan sonra polis əməkdaşları onu döyməmiş, lakin ona qarşı təzyiqlər edərək cibinə bir ədəd bükümdə tiryək qoymuşlar. O, marixuna narkotik maddəni götürmək üçün Beyləqana getdiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, 10 ildir ki, “nəşə”dən istifadə edir və “nəşə”ni tanımadığı şəxslərdən alalıb istifadə etmişdir. Üç əvvəl vatsap sosial ünsiyyət proqramı vasitəsilə İran vətəndaşı, adını “Yaşar” kimi bildiyi şəxslə tanış olmuş və sonuncu dəfə-27 aprel 2023-cü il tarixdə narkotik maddəni ondan almışdır. On gün əvvəl iranlı “Yaşar” onunla əlaqə saxlayıb 160 kiloqrama yaxın narkotik vasitə göndərəcəyini, dediyi ünvana gedib həmin narkotik maddələri götürüb Bakı şəhərinə çatdırması müqabilində ona narkotikin hər kioqramı 300 manatdan olmaqla 12.000 manat pul və 1.800 manat dəyərində “nəşə” də verəcəyini bildirmiş, o da razılaşmışdır. Sonra “Yaşar” ona narkotik maddələrin Beyləqan rayonun İkinci Şahsevən kəndinin ərazisinə qoyulduğu, gedib oradan narkotik maddələri götürüb bakı şəhərinə gətirməli olduğunu demiş, həm də “Yaşar” onun Beyləqana gedibgəlməsi üçün bank kartına 180 manat pul da göndərmişdir. Bu razılaşmadan sonra o, 27 aprel 2023-cü il tarixdə səhər saatlarında taksi ilə Bakıdın Beyləqan rayonuna getmiş və rayon mərkəzində taksi axtarmışdır ki, İkinci Şahsevən kəndinin ərazisinə gedib narkotik maddələri götürsün. Həmin vaxt o, əvvəllər tanımadığı taksi sürücü Ramiz Hacıyevi görüb ona yaxınlaşıb onu İkinci Şahsevən kəndinə aparmasını, orada olan qohumu ilə görüşüb geri qayıdacağını demiş, taksi sürücüsü Ramiz də ondan 6 manat alacağını bildirmişdir. X14 idarə etdiyi VAZ-2106 markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu İkinci Şahsevən kəndinə aparmışdır. Axşam saatlarında kəndə çatdıqdan sonra o, Ramizə 40-45 dəqiqə sonra zəng edəcəyini və gəlib onu həmin yerdən götürməsini xahiş etmiş, Ramiz də razılaşıb rayonun mərkəzinə qayıtmışdır. Axşam saat 22 radələrində o, kinci Şahsevən kəndininin ərazisində “Yaşar” dediyi yerə getmiş və orada xeyli sayda torbalar olduğunu görmüş, sonra “Yaşar” zəng edib torbaları gördüyünü demiş, “Yaşar” da ona içərisində narkotik maddələr olan həmin torbaları götürüb Bakıya qayıtmağı tapşırmışdır. Bundan sonra o, taksi sürücü Ramizə zəng edib olduğu yeri deyib çağırmış, Ramiz gələnədək torbaları yolun qırağına daşımışdır. Ramiz gəldikdən sonra o, həmin torbaları maşına yükləmiş, həmin vaxt Ramiz torbaların içərisində nə olmasını soruşmuş, o da paltar olduğunu demişdir. Bir az sonra orada polis əməkdaşları onu və taksi sürücü Ramizi saxlayıb narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli olduqları bildirib onu və taksi sürücü Ramizi maşınla birlikdə Beyləqan RPŞ-nə aparmışlar. Polis şöbəsinə apıralarkən o, polis əməkdaşlarına maşina yüklədiyi torbaların içərsində narkotik maddələr olduğunu etiraf etmişdir. Polis şöbəsində polis əməkdaşları tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı özü əynindəki gödəkcənin cibindən 1 ədəd bükümdə olan tiryəki polis əməkdaşlarına təqdim etmişdir. Şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş kütlənin tiryək olduğunu, tanışı “Yaşar” adlı iranlıdan aldığını və həmin narkotik maddəni Bakı şəhərinə aparıb iranlının deyəcəyi yerə çatdırdıqdan sonra ona 12.000 manat pul veriləcəni, həmçinin gəldiyi taksi maşınında da narkotik maddələr olduğunu, taksi sürücüsü Ramizin bu işdən məlumatı olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən vəkilin, özünün və taksi sürücü Ramizin iştirakı ilə, həm də videoçəkilişlə Ramizin VAZ-2106 markalı, **-DA-*** qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa yük yerindən və arxa oturacaqdan beş ədəd polietilen torbalər və həmin torbaların içərisindən 64 ədəd bağlamada qurudulmuş marixuanaya oxşar və 14 ədəd bağlamada tiryəkə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı o, aşkar olunmuş narkotik maddələri “Yaşar” adlı İran vətəndaşından aldığını, həmin narkotik maddələri Beyləqan rayonun ərazisindən götürüb Bakı şəhərinə deyiləcək ünvana çatdıracağı təqdirdə ona 12.000 manat pul verilməli olduğunu, taksi sürücü Ramiz Hacıyevin bundan məlumatının olmadığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən tutularkən üzərində bir bükümdə tiryəkin olmamış, tutulduqdan sonra bir ədəd bükümdə tiryək polislər tərəfindən cibinə qoymuşdur. O, narkotik maddələrin gizlədildiyi yerə getsə də, oradan içərisində narkotik maddələr olan bağlamaları götürə bilməmiş, polis əməkdaşları ona hədə-qorxu gəldikləri üçün üzərində və maşında aşkar olunun bağlamalarda olan tiryək və marixuananın özünə məxsus olmasını bildirmişdir. Aşkar olunmuş bağlamalarda olan narkotik maddələrdən yalnız 10 kq marixuana ona məxsus olmuşdur. Ona görə də o, bağlamalarda aşkar olunmuş 10 kq marixuanadan başqa, bağlamalarda olan tiryək və marixunaya, həm də üzərində aşkar olunmuş tiryəkə görə verilmiş ittiham üzrə özünə təqsirli bilmir, lakin 10 kq marixuana götürmək üçün Beyləqana getdiyini görə özünü təqsirli bilir və əməlindən peşmandır. Həmçinin hazırda onun psixi xəstəlikdən əziyyət çəkməsi və 2-ci Qarabağ müharibəsində iştirakının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı şahid X8 ifadəsində göstərmişdir ki, o, Beyləqan şəhərində yaşayır və özünə məxsus VAZ-2106 markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. 27 aprel 2023-cü il tarixdə, axşam saatlarında taksi kimi istifadə etdiyi avtomobillə Beyləqan şəhərinin mərkəzində dayanıb müştəri gözlədiyi vaxt əvvəllər tanımadığı, sonradan adının Tərlan kimi bildiyi şəxs maşınına sərnişin kimi əyləşib onu Beyləqan rayonunun İkinci Şahsevən kəndinə aparmasını, orada qohumu ilə görüşüb geri qayıdacağını bildirmiş, o da razılaşıb X11 kəndinə aparmışdır. Kəndə çatandan sonra Tərlan ona 45-50 dəqiqədən sonra zəng edəcəyini və gəlib onu aparmasını demiş, o da razılaşıb rayon mərkəzinə qayıtmışdır. Təxminən 30-40 dəqiqədən sonra Tərlan ona zəng etmiş və o, İkinci Şahsevən kəndinə getmişdir ki, Tərlanı götürüb “Daşburun”a aparıb oradan Bakıya yola salsın. O, İkinci Şahsevən kəndinə çatandan sonra Tərlan yükü olduğunu, maşının yük yerinə və arxa oturacağın üzərinə yük yığacağını demiş, o da etiraz etməmiş, sonra Tərlan maşının yük yerinə və arxa sərnişin oturasağın üzərinə iri həcmli torbaları yığmış, həmin torbaların içərsində nə olmasını bilməmişdir. Tərlan torbaları maşına yığdıqdan sonra bir qrup polis əməkdaşları əvvəlcə Tərlanı, sonra onu saxlayıb narkotik maddələr əldə etməkdə şübhəli olduqları bildirmiş, o da polis əməkdaşlarına Tərlanı tanımadığını, onu taksi sürücüsü kimi kəndə gətirdiyini, Tərlanın maşına yığdığı torbaların içərisində nə olmasını bilmədiyini demişdir. Polis əməkdaşları Tərlanı və onu maşını ilə birlikdə Beyləqan polis şöbəsinə aparmışlar. Polis şöbəsində üzərində axtarış olmuş və üzərindən narkotik maddələr və ya başqa qadağan edilən əşyalar aşkar edilməmişdir. Sonra polis əməkdaşları tərəfindən özünün, Tərlanın iştirakı ilə və videoçəkilişlə maşınına baxış keçirilmiş və maşının yük yerindən və arxa oturacağın üzərindən iri həcmli torbalar, həmin torbaların içərisində çoxsaylı bağlamalarda narkotik maddələr aşkar olunmuşdur. Baxış zamanı Tərlan maşında aşkar olunan torbaların və həmin torbaların içərisində olan narkotik maddələrin özünə məxsus olmasını sürücünün, yəni özünün bu işlərdən məlumatı olmadığını bildirmişdir. Həqiqətən də onun X10 kəndinin ərazisinə narkotik maddə götürmək məqsədi ilə getməsindən məlumatı olmamış, polis əməkdaşları onları saxlayan vaxt ona məlum olmuşdur ki, Tərlan narkotik maddələr götürmək üçün onun maşını ilə həmin əraziyə gəlmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəsinin (bundan sonra QBRŞ-nin) əməkdaşıdır. Əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. 27 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş və bu məlumat əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Belə ki, 27 aprel 2023-cü il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs Beyləqan rayonun İkinci Şahsevən kəndinin ərazisində olacağı barədə məlumat əldə edildikdən sonra əməliyyat qrupu həmin ünvana getmiş və orada VAZ-2106 markalı, **-DA-*** qeydiyyat nişanlı avtomobilin yanında bir nəfərin, avtomobildə isə sürücünün olması, eyni zamanda avtomobilin yük yerinə iri həcmli torbaların yığılması müşahidə edilmiş, daha sonra əməliyyət qrupu tərəfindən həmin şəxslər saxlanılmışlar. Maşının yanında saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs və sürücü isə özünü X8 olduqlarını bildirmişlər. Sonra saxlanılan şəxslərə X5 dövriyyəsində şübhəli olduqları bildirilib onları avtomobillə birlikdə Beyləqan RPŞ-nə gətirmişlər. Şöbədə təhqiqatçı Nəcəf Aburşu tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən 1 ədəd büküm çıxarıb təqdim etmiş, həmin bükümün içərisində tiryəkə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütlənin tiryək olduğunu, tanışı “Yaşar” adlı iranlıdan aldığını və həmin narkotik maddəni Bakı şəhərinə aparıb iranlının deyəcəyi yerə çatdırdıqdan sonra ona 12.000 manat pul veriləcəni, həmçinin gəldiyi taksi maşınında da narkotik maddələr olduğunu, taksi sürücüsünün (Ramiz Hacıyevin) bu işdən məlumatı olmadığını bildirmişdir. Bundan sonra aşkar olunmuş kütlə qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən müdafiəçinin, Təqsirləndirilən şəxs və sürücünün (Ramiz Hacıyevin) iştirakı ilə, həm də videoçəkilişlə VAZ-2106 markalı, **-DA-*** qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa yük yerindən və arxa oturacaqdan beş ədəd iri həcmli polietilen torbalər və həmin torbaların içərisindən 64 ədəd bağlamada qurudulmuş marixuanaya oxşar və 14 ədəd bağlamada tiryəkə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik maddələri “Yaşar” adlı İran vətəndaşından aldığını, həmin narkotik maddələri Beyləqan rayonun ərazisindən götürüb Bakı şəhərinə deyiləcək ünvana çatdıracağı təqdirdə ona 12.000 manat pul verilməli olduğunu, taksi sürücü Ramiz Hacıyevin bundan məlumatının olmadığını bildirmişdir. Aşkar olunmuş tiryəkə və qurudulmuş marixuanaya oxşar kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, sonra sonra protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahidlər Şahid2, Şahid4 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, DİN-nin BNMİ-nin QBRŞ-nin əməkdaşının 27 aprel 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs Beyləqan rayonunun ərazisində X5 dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında 27 aprel 2022-ci il tarixdə, saat 22 radələrində QBRŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Beyləqan rayonunun İkinci Şahsevən kəndinin ərazisində yolun kənarında dayanmış VAZ-2106 markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs və həmin avtomobilin sürücüsü X1 avtomobillə birlikdə Beyləqan RPŞ-nə gətirilmişlər. İşdə olan, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 27 aprel 2023-cü il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs X5 dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarışın tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan, Beyləqan Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 27 aprel 2023-cü il tarixli qərarı qanunauyğun hesab edilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 aprel 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə QBRŞ-nin təhqiqatçısı Nəcəf Aburşu tərəfindən müdafiəçi Vəkil Quliyevin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən 1 ədəd büküm çıxarıb təqdim etmiş və həmin bükümün içərisində narkotik maddə olan tiryəkə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs İran vətəndaşı olan adını “Yaşar” kimi bildiyi şəxsdən üzərində aşkar olunmuş və avtomobildə olan narkotik maddələr aldığını, həmin narkotik maddələri Beyləqan rayonun ərazisindən götürüb Bakı şəhərinə deyiləcək ünvana çatdıracağı təqdirdə ona 12.000 manat pul verilməli olduğunu bildirib, VAZ-2106 markalı, **-DA-*** qeydiyyat nişanlı avtomobildə olan narkotik maddələri təqdim edə biləcəyini bildirmişdir. Aşkar olunmuş tiryəkə oxşar kütlə qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, “Avtomobilə baxış keçirilməsi və götürmə haqqında” 27 aprel 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə QBRŞ-nin təhqiqatçısı Nəcəf Aburşu tərəfindən müdafiəçi Vəkil Quliyevin, Təqsirləndirilən şəxs və X3 iştirakı ilə, həm də videoçəkilişlə Ramiz Hacıyevə məxsus VAZ-2106 markalı, **-DA-*** qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa yük yerindən 02 ədəd, arxa oturacaq zissədən 03 ədəd polietilen torbalər və həmin torbaların içərisindən 64 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar və 14 ədəd bağlamada narkotik vasitə olan tiryəkə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik maddələri İran vətəndaşı olan adını “Yaşar” kimi bildiyi şəxsdən aldığını, həmin narkotik maddələri Beyləqan rayonun ərazisindən götürüb Bakı şəhərinə deyiləcək ünvana çatdıracağı təqdirdə ona 12.000 manat pul verilməli olduğunu, taksi sürücü Ramiz Hacıyevin bundan məlumatının olmadığını bildirmişdir. Aşkar olunmuş tiryəkə və qurudulmuş marixuanaya oxşar kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, materialların məhkəmə ekspertizası və məhkəmə-biloji ekspertizasının 28 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, birinin üzərinə yapışdırılmış kağızda “Şübhəli şəxs Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi avtomobildən aşkar olunmuş kütlə” sözləri yazılmış 05 ədəd sintetik kisələrin içərisindəki üzərləri yapışqan lentlə sarınmış ümumilikdə 64 ədəd sellofan torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 4510,0 qram, 3830,0 qram, 6990,0 qram, 3640,0 qram, 3590,0 qram, 3305,0 qram, 3520,0 qram, 1270,0 qram, 1230,0 qram, 1215,0 qram, 1220,0 qr, 1135,0 qram, 1180,0 qrm, 1100,0 qram, 1205,0 qram, 1235,0 qram, 1230,0 qram, 1210,0 qram, 1205,0 qram, 1180,0 qram, 1210,0 qram, 1170,0 qram, 1185,0 qr, 1225,0 qram, 1220,0 qram, 1195,0 qram, 1195,0 qram, 1210,0 qrm, 1205,0 qr, 1145,0 qram, 1215,0 qr, 1235,0 qram, 1210,0 qram, 1200,0 qram, 1215,0 qram, 1220,0 qram, 1205,0 qram, 1255,0 qram, 1290,0 qram, 1270,0 qram, 1325,0 qram, 1270,0 qram, 1285,0 qram, 1290,0 qram, 1315,0 qram, 1300,0 qram, 1290,0 qram, 1315,0 qram, 1235,0 qram, 1285,0 qram, 1230,0 qr, 1300,0 qram, 1300,0 qram, 1295,0 qram, 1255,0 qrm, 1305,0 qram, 1220,0 qram, 1325,0 qram, 1290,0 qr, 1355,0 qram, 1305,0 qram, 1230,0 qram, 1225,0 qram və 1255,0 qram olmaqla ümumi təmiz çəkisi- 98 kiloqram 880,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 64 ədəd sellofan torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə.” Sözləri yazılmış 01 ədəd zərfin içərisindəki 01 ədəd şəffaf rəngli sellofan torbada, təmiz çəkisi-300,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir.Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Tiryəkə bənzər kütlə” sözləri yazılmış 01 ədəd sintetik kisənin içərisindəki üzərləri yapışqan lentlə sarınmış 14 ədəd sellofan torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 4335,0, qram, 3935,0 qram, 4270,0 qram, 4080,0 qram, 4685,0 qram, 3735,0 qram, 4245,0 qram, 4060,0 qram, 4200,0 qram, 4160,0 qram, 4080,0 qram, 4410,0 qram, 4140,0 qram və 4500,0 qram olmaqla ümumi çəkiləri 58 kiloqram 835,0 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir.Tədqiqata təqdim olunmuş 15 ədəd sellofan torbalarda olan tiryəklər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq qurudulmuş marixuana 98 kq 873,60 qram və qalıq tiryək 59 kq 133,50 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 103 manat 65 qəpik təşkil edir. İşdə olan, “Telefon danışıqlarına dair məlumatlara bıxış keçirilməsi haqqında” 20 may 2023-cü il tarixli protokolla müəyyən edilir ki, "xxxx" MMC-dən daxil olmuş məlumatları əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş 050/377-50-87 və 051/716-33-27 saylı mobil telefon nömrələri ilə müxtəlif telefon nömrələri arasında iş üçün əhəmiyyət kəsb edən aşağıdakı məzmunda SMS yazışmaları-xx.xx.2022-ci il saat 02:34:54-də “Qaqaw tema lazimdi 1 dene alinar”, xx.xx.2022-ci il saat 02:36:37-də “Yox gagaw me nde tema olmur bideki bu nomreni teze almiwam”, xx.xx.2022-ci il saat 02:39:24-də “Qaqaw narahat olma isa oz uwaqimizdi 1 qr torpaq yari daw lazimdi alinar Bawva donum vezyet pisdi”, xx.xx.2022-ci il saat 02:49:04-də “Ay brat qazi adamam sen canin konturumda qutaracaq agridan olurem komek ele bawiva donum”, xx.xx.2022-ci il saat 02:52:16-da “1 qram torpaq yari daw brat watsapda yazram sene wifiye”, xx.xx.2022-ci il saat 00:21:34-də “Men birde cixmiyimda brat sabah bidene şey verecem sene söz verrem”, xx.xx.2022-ci il saat 01:26:01-də “Kisi olll eee so..mm o 20 manatada kisi ol qeh.. olma yoxunuydu deyerdin 1 dene goturerdik bolerdik”, xx.xx.2022-ci il saat 15:23:57-də “Qaqaw senin qebuluva duwmek olacaq axi .1 dene ot lazimdi.o birisini biri gun verersen.qonaqim var.bawva donum elaqe saxla”, xx.xx.2022-ci il saat 21:07:10-da “**********625902 kapital”, xx.xx.2022-ci il saat 03:09:54-də “Yari daw qaqa ozume 2 miz oturariq zaratka qutarir tez de taksi sifariw edim”, xx.xx.2022-ci il saat 03:14:26-da “Alınır prosda 30 manat dı günorta kı kanal götürmür” aşkar olunmuşdur. İşdə olan, “Maddi sübut hesab edilməsi haqqında” 01 may 2023-cü il tarixli və “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 12 avqust 2023-cü il tarixli qərarlarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 98 kq 873,60 qram qurudulmuş marixuana və qalıq 59 kq 133,50 qram tiryək iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün DİN-nin BMCMİ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı 02 ədəd DVD disk və telefon danışıqlarına dair məlumatlar olan 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məhkəmə-narkoloji ekspertizasının 17 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, məhkəmə-psixiatrik ekspertizasının 25 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs hal-hazırda üzvi şəxsiyyət pozuntusu formasında psixi pozuntu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs göstərilən hallar barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə bu iş üzrə prosessual fəaliyyət qabiliyyətli hesab edilir. Təqsirləndirilən şəxs ekspertizadan keçirilən zaman ona ittiham olunan əməl barəsində soruşulduqda qərarın təsviri hissəsində göstərilən əməli etiraf edərək göstərilən əməli pul təklifi olduğu üçün şirnikləşdiyini etiraf etmiş, hal-hazırda peşman olmasını qeyd etmişdir. İşdə olan, “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 12 avqust 2023-cü il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən X3 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən onun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İşdə olan, “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 12 avqust 2023-cü il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr əldə etmə mənbəyinə görə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Ramiz Hacıyev, Hacıbaba Əkbərov, Şahid2, Şahid4 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (polis əməkdaşları tərəfindən tutularkən üzərində bir bükümdə tiryəkin olmaması, tutulduqdan sonra bir ədəd bükümdə tiryəkin polislər tərəfindən cibinə qoyulması, narkotik maddələrin gizlədildiyi yerə getsə də, oradan içərisində narkotik maddələr olan bağlamaları götürə bilməməsi, polis əməkdaşları ona hədə-qorxu gəldikləri üçün üzərində və maşında aşkar olunmuş bağlamalarda olan tiryək və marixuananın özünə məxsus olmasını bildirməsi, aşkar olunmuş bağlamalarda narkotik maddələrdən yalnız 10 kq marixuananın ona məxsus olmasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Ramiz Hacıyev, Hacıbaba Əkbərov, Şahid2, Şahid4 və Şahid3 ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni polis əməkdaşları tərəfindən tutularkən üzərində bir bükümdə tiryəkin olmaması, tutulduqdan sonra bir ədəd bükümdə tiryəkin polislər tərəfindən cibinə qoyulması, narkotik maddələrin gizlədildiyi yerə getsə də, oradan içərisində narkotik maddələr olan bağlamaları götürə bilməməsi, polis əməkdaşları ona hədə-qorxu gəldikləri üçün üzərində və maşında aşkar olunmuş bağlamalarda olan tiryək və marixuananın özünə məxsus olmasını bildirməsi, aşkar olunmuş bağlamalarda narkotik maddələrdən yalnız 10 kq marixuananın ona məxsus olmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Ramiz Hacıyev, Hacıbaba Əkbərov, Şahid2, Şahid4 və Şahid3 ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlər (həmin vaxt o, üzərində və avtomobildə aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını bildirməklə ittihamda göstərilən bütün xüsusatları təsdiq etmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, ittihamda göstərilən bütün halları təsdiq etmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik maddələrin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin narkotik maddələrin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Bakı şəhər Nərimanov Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilib narkotik vasitələri İran vətəndaşı vasitəsilə əldə etdiyini, həmin narkotik maddələri İran vətəndaşının dediyi ünvana qoymaq müqabilində pul əldə edəcəyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadələrin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana və “Tiryək” olan maddələr narkotik vasitələrdir. Qurudulmuş marixuananın 5 qramdan və tiryəkin 0,5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, qurudulmuş marixuananın 500 qramı və tiryəkin 50 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 11-ci bəndində izah edilir ki, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 98 kq 880,0 qram narkotik vasitə olan qurudulmuş marixuana və 59 kq 135,0 qram narkotik vasitə olan tiryək şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ayrı-ayrı növlərdən ibarət olmaqla külli miqdarda narkotik vasitələri əldə etməsi və həmin narkotik maddələrin realizə olunması üçün cinayətkar qrupun digər üzvləri ilə aralarında olan razılaşmaya əsasən bu maddələrin cinayətkar qrupun üzünə çatdırmaq məqsədilə (qazanc əldə etmək üçün) əldə edib saxlayıb daşıması onun həmin maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 27 aprel 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə və məhkəmə hökmlərinin surətləri ilə müəyyən olunur ki, Bakı Hərbi məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CMnin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.3 və 263-1.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 02 il 06 ay müddətə nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə 7000 manat miqdarında cərimə cəzasına və 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CMnin 67.1 və 69.3-cü maddələrinə əsasən, 20 sentyabr 2021-ci il tarixli hökmlə təyin edilmiş cəza hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə hökmlərin məcmusu üzrə qəti olaraq Təqsirləndirilən şəxs 02 il 06 ay müddətə nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə 03 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və 7000 manat miqdarında cərimə cəzası təyin edilmiş və bu hökm 30 may 2023cü il tarixdə qanuni qüvvəyə minmişdir. İşdə olan, Xasmaz Rayon İcra və Probasiya Şöbəsinin 08 fevral 2024-cü il tarixli arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Sabunçu Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli hökmü və hakimin göstərişi 18 iyul 2023-cü il tarixdə şöbəyə daxil olmaqla qeydiyyata götürülmüş, lakin Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildiyindən qeyd olunan hökmlə təyin edilmiş cəzalar (02 il 06 ay müddətə nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə 03 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və 7000 manat miqdarında cərimə cəzası) çəkilməmiş qalmışdır. Məhkəmə hesab edir ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən (azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir) 20 sentyabr 2021-ci il və 28 mart 2023-cü il tarixli hökmlər üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Eyni zamanda Təqsirləndirilən şəxs 20 sentyabr 2021-ci il və 28 mart 2023-cü il tarixli hökmlərdə göstərilən cinayət əməllərini hazırki iş üzrə olan cinayət əməlindən əvvəl törətməsi və həmin əməllərinə görə 28 mart 2023-cü il tarixli hökmlə (CM-nin 67.1-ci maddəsinin müddəaları nəzərə alınmala) məhkum olunması və bu hökmün 30 may 2023cü il tarixdə qanuni qüvvəyə minməsi nəzərə alınaraq məhkəmə hesab edir ki, qeyd olunan hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu olsa da, hazırki iş üzrə törədilmiş cinayət əməlinə (27 aprel 2023-cü il tarixdə cinayət törədərkən Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır) münasibətdə o, məhkumluğu olmayan şəxs kimi qəbul edilməlidir. İşdə olan, Xaçmaz şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16 may 2023cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Natavan küçəsi ev 52-də qeydiyyatda olmaqla yaşamış və yaşadığı müddətdə müsbət (birgəyaşayış qaydalarına əməl etmiş, özünü intizamlı aparmış, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmiş və ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Müdafiə Nazirliyi mərkəzi Hərbi Həkim Komissiyasının 23 avqust 2012-ci il tarixli, 23379 №-li “X4”nin surəti ilə müəyyən edilir ki, xx xxxxxxxx 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs aşkar edilmiş diaqnoz: “Mülayim dərəcə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, isterik daxilolmalarla, bayılma halları, ifadə olunmuş deprssiv sindromla. Hər iki diz nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. İşdə olan, Azərbaycan Respublikası medalının №1-3136 saylı vəsiqəsinin surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla müvafiq medalla təltif olunması, habelə Təqsirləndirilən şəxs “şəxsiyyət pozuntusu formasında psixi pozuntu” xəstəliyindən əziyyət çəkməsi CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəza həddində cəzalandırılması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 27 aprel 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 7000 (yeddi min) manat miqdarında cərimə və 2 (iki) il müddətə nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmanın iki günü hesabı ilə hesablanmaqla 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla CM-nin 66.3, 66.4 və 66.5-ci maddələrinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 02 il 06 ay müddətə nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə 01 il 11 ay 28 gün müddət azadlıqdan məhrumetmə cəzası və 7000 (yeddi min) manat miqdarında cərimə cəzası yeni təyin edilmiş cəzaya əlavə cəza tam, əsas cəzalar qismən və tam toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 02 il 06 ay müddətə nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası və 7000 manat miqdarında miqdarında cərimə cəzası təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası BMCMİ-ninmaddi sübutlar otağında saxlanılan 98873,60 qram (98 kq 873,60 qram) qurudulmuş marixuana və 59133,50 qram (59 kq 133,50 qram) tiryək heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X5 X6 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə olunmuş, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı iki ədəd DVD disk və telefon danışıqlarına dair məlumatlar olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-103 manat 65 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 7000 (yeddi min) manat miqdarında cərimə və 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmanın iki günü hesabı ilə hesablanmaqla 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 66.3, 66.4 və 66.5-ci maddələrinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrumetmə cəzası və 7000 (yeddi min) manat miqdarında cərimə cəzası yeni təyin edilmiş cəzaya əlavə cəza tam, əsas cəzalar qismən və tam toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və 7000 (yeddi min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş 7000 (yeddi min) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 27 aprel 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlar otağında saxlanılan 98873,60 qram (98 kq 873,60 qram) narkotik vasitə olan qurudulmuş marixuana və 59133,50 qram (59 kq 133,50 qram) narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Həmçinin iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə olunmuş, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı 2 (iki) ədəd DVD disk və telefon danışıqlarına dair məlumatlar olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-103 (bir yüz üç) manat 65 (altmış beş) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-136/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-136/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver