Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-136/2025 27.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Neymət Hüsən oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X25, X30 katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X11, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxx 1974-cü ildə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş (fəhlə), Lənkəran Rayon Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə (köhnə redaksiyada) təqsirli bilinərək 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2006-cı ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ağır və xüsusilə ağır cinayət törətmiş, Lənkəran rayonunun Viyən kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.4, 120.2.9 və 144.2.3-cü maddələrində (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2007-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə gedərək, orada fəaliyyət göstərən yeznəsi X21 3-cü Rabfakovskaya küçəsində işlətdiyi ərzaq mağazasında satıcı işləyərkən, əslən Şəmkir rayonundan olan iş yoldaşı X3 2012-ci ilin noyabr ayının əvvəlindən etibarən həmin mağazada satdığı məhsullara görə müştərilərdən qəbul etdiyi 500.000 (beş yüz min) rus rublundan az olmayan məbləğdə pul vəsaitini kassaya təhvil verməyib özünə xərcləməsi və bununla bağlı edilən xəbərdarlıqlara məhəl qoymayıb fərqli ünvanlarda gizlənməsi barədə məlumatı Cabir Cəfərovdan aldıqdan sonra 2013-cü ilin yanvar ayının əvvəlində Heydər İsmayılovu oğurlamaqla pulun qaytarılmasına nail olmaq məqsədi ilə, Cabir, onun qardaşı X33 və tanışı X22 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, bu məqsədlə əldə edilmiş razılığa və ümumi niyyətə uyğun hərəkət edərək, Cabir Cəfərovun mütəmadi əlaqə saxladığı və onların əsil niyyətindən xəbərsiz olan X4 qeyri-rəsmi yaşadığı Heydər İsmayılovun onunla 04 yanvar 2013-cü il tarixdə, axşam saatlarında Sankt-Peterburq şəhəri, “Lomonosovskaya” metrostansiyasının yanında görüşmək istəməsi barədə məlumatı aldıqdan sonra, həmin tarixdə saat 19 radələrində qrup üzvləri ilə birlikdə Cabir Cəfərovun idarə etdiyi “VAZ-21099” markalı, X179TA98 dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan əraziyə gedərək, orada gözləyərkən X27 Kudryaşova ilə metronun yaxınlığında Sankt-Peterburq şəhəri, Matyuşenko dalanı ərazisində görüşdüyünü müşahidə edib, Cabir Cəfərov idarə etdiyi avtomobili onlara yaxın məsafədə, yəni Sankt-Peterburq şəhəri, Babuşkino küçəsi ətrafında saxlayaraq qrup üzvləri ilə birlikdə qəfildən yaxınlaşıb, Heydər İsmayılovun qollarından və əynindəki paltarından tutaraq fiziki zor tətbiq etməklə, müqavimətini qırıb iradəsinə zidd olaraq onu “VAZ-21099” markalı avtomobilə əyləşdirib, əvvəlcə Sankt-Peterburq şəhəri, 3-cü Rabfakovski döngəsi, ev 8, mənzil 57 ünvanına aparmış, bir neçə saat orada saxladıqdan sonra qrup üzvləri ilə birlikdə eyni qaydada iradəsinə zidd olaraq Cabir Cəfərovun kirayə yaşadığı Sankt- Peterburq şəhəri, Oktyabrskaya sahili, ev 124, korpus 3, mənzil 172 ünvanına aparıb, 15 yanvar 2013-cü il tarixədək həmin ünvanda iradəsinə zidd olaraq saxlayaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamış, bu müddət ərzində özü və digər qrup üzvləri Heydər İsmayılova nəzarət etməklə mənzili tərk etməsinə imkan verməyərək, satışdan ələ keçirdiyi pulların yerini bildirməsinə nail olmaq üçün baş, sifət və bədəninin müxtəlif nahiyələrinə qəsdən vurmaqla həyatı və sağlamlığı üçün təhlükəli olmayan fiziki zor tətbiq etsələr də, bunun nəticəsiz olduğunu görüb, sonuncunun 04 yanvar 2013-cü ildən 15 yanvar 2013-cü ilədək qeyd olunan ünvanda saxlanıldığı müddətdə bundan xəbər tutub oraya gəlmiş tanışları, əslən Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsindən olan Şahid və Tacikistan Respublikasının vətəndaşı X44 Heydər İsmayılovu görərək, onun hansı məqsədlə mənzildə saxlanılmasını bildikdən sonra adam oğurluğu ilə bağlı cinayətkar hərəkətlərini Cabir Cəfərov, Zahir Cəfərov, Rahib Cəfərov, Şahid və Tohir Odiloviçlə davam etdirərək, onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, Heydər İsmayılovu qorxutmaq üçün meşəlik əraziyə aparmaqla bağlı Şahid təklifi ilə razılaşaraq, 15 yanvar 2013-cü il tarixdə, saat 00:00-dan saat 06:30-dək olan müddətdə aralarındakı razılaşmaya uyğun olaraq həmin mənzildə qalan Cabir Cəfərovdan başqa digər qrup üzvləri ilə birlikdə Heydər İsmayılovun əllərini arxadan yapışqan lentlə bağlayıb, onu iradəsinə zidd olaraq zorla mənzildən çıxarıb Zahir Cəfərovun idarə etdiyi “VAZ-21099” markalı, X179TA98 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirərək Şahid və Rahib Cəfərovun olduqları “VAZ- 21093” markalı, M532PX178 dövlət qeydiyyat nişanlı avtomobilin müşayiəti ilə Rusiya Federasiyası Leninqrad vilayəti, Luqa rayonunun Krasnıye Qorı kəndindən şimal-şərq istiqamətində 4,5 km və Vısokaya Qriva kəndindən 6 km məsafədə yerləşən meşə massivindəki əraziyə aparıb, Tohir Odiloviçlə birlikdə Heydər İsmayılovu avtomobildən düşürüb, qaranlıq hava şəraitində meşəlik əraziyə apararaq, orada sonuncu dəfə Heydər İsmayılovdan mağazaya ödəməli olduğu pulu harada saxladığını soruşarkan, sonuncunun onlara pulun qeyri-rəsmi münasibət saxladığı qadınla birlikdə kirayə yaşadığı evdə olduğunu bildirdiyinə görə Cabir Cəfərovla telefon əlaqəsi saxlayaraq bu barədə bildirdikdən və Heydər İsmayılovun onlara yalan danışdığını Cabir Cəfərovdan öyrəndikdən sonra qrup üzvləri ilə razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, Tohir Odiloviçlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Heydər İsmayılovu adam oğurluğu ilə bağlı qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə onun baş, boyun, döş qəfəsi və sağrı nahiyələrinə əl və ayaqla, habelə üzərində olan istintaqla müəyyən edilməmiş kəsici-deşici xassəyə malik predmetlə (bıçaqla) qəsdən çoxsaylı zərbələr vuraraq, ona yetirildiyi anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid boyunun sağ yan səthinin aşağı üçdə birində bir ədəd, döş qəfəsinin ön səthində sağda parasternal xətt boyunca iki ədəd, döş qəfəsinin ön səthində solda 10-11-ci sol qabırğaların zədələnməsi ilə müşayiət olunan bir ədəd, boyunun arxa səthində iki ədəd, boyunun arxa səthində sol daxili yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin arxa səthində sağda kürək xətti boyunca bir ədəd, bel nahiyəsində sağda bir ədəd, sol kürəkaltı nahiyədə iki ədəd, sağ bazuönünün arxa səthinin yuxarı üçdə birində bir ədəd, qarının sol yan səthində bir ədəd kəsilmiş-deşilmiş yaralar və sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən sağ baldırın ön səthinin aşağı üçdə birində sıyrıq, sağ ombanın (sağrı nahiyəsi) ön səthinin orta üçdə birində bir ədəd, sol ombanın (sağrı nahiyəsi) ön səthinin orta üçdə birində bir ədəd, həmçinin boynun orta üçdə birində dilaltı sümüyünün böyük buynuzlarının tam sınıqları, sağ plastinada və qalxanabənzər qığırdağının yuxarı buynuzunda kütləvi qanaxmalarla müşayiət olunan boyun nahiyəsinin qapalı küt zədəsi, frontal nahiyədə sol tərəfdə yerləşən yaralardan ibarət, iri qan damarlarının zədələnməsi (sol daxili yuxu arteriyası) və digər ölçülərdə olan qan damarlarının (boyunun sağ yan səthinin aşağı üçdə birində lokallaşmiş yara kanalları, döş qəfəsinin ön səthində sağda parasternal xətt boyunca, döş qəfəsinin ön səthində solda, boyunun arxa səthində, döş qəfəsinin arxa səthində sağda kürək xətti boyunca, bel nahiyəsində sağda, sol kürəkaltı nahiyədə, sağ bazuönünün arxa səthinin yuxarı üçdə birində, qarının sol yan səthində) zədələnməsi nəticəsində kəskin qanitirmə ilə nəticələnib ölümünə səbəb olan xəsarətlər yetirməklə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında X6 adam oğurluğu ilə bağlı öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.4, 120.2.9 və 144.2.3-cü maddələri ilə (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2007-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işləməyə getmişdir. Qayınları orada mağaza işlətdikləri üçün ona maddi cəhətdən kömək etmələri və onu işlə təmin etmələri üçün həmin şəhərə getmiş və Cabir Cəfərovun işlətdiyi ərzaq mağazasında yükdaşıyıcı, satıcı kimi işləmişdir. Onunla bərabər həmin mağazada Heydər İsmayılov və digər millətlərdən olan başqa şəxslər işləmişlər. Cabirlə birlikdə Sankt-Peterburq şəhəri, Oktyabrskaya sahili, ev 124 ünvanda yaşamışdır. Cabir həmin evi rus vətəndaşından kirayə götürmüşdür. 2012-ci ilin payız aylarında Cabir işlətdiyi mağazada hesabat sənədlərini yoxlatdırarkən külli miqdarda çatışmazlıq aşkar etmiş və bu çatışmazlığın Heydərin satış həyata keçirdiyi bölmədə olduğu müəyyənləşdirilmişdir. Cabir dəfələrlə Heydərlə danışaraq ələ keçirdiyi pulları geri qaytarmasını tələb etmiş, lakin Heydər hər dəfəsində bir yolla Cabirdən qaçmışdır. 2012-ci ilin payız aylarında Cabir ona bu barədə məlumat vermişdir. Heydər Cabirdən qaçdığı üçün Cabir son dövrlər əsəbi olmuş və bütün şəhərdə Heydəri axtarmışdır. 2013-cü ilin yanvar ayının əvvəllərində Cabir tanışı Rahib Cəfərova gəlib onu götürərək bildirdiyi yerə aparmasını tapşırmış, Cabir özü də Zahir Cəfərovla birlikdə avtomobillə yola çıxmış, “Lomonosovskaya” metrosunun yaxınlığına gəlmişlər. Heydər metrodan çıxanda Cabirin avtomobilini görüb əyləşmiş, bundan sonra Rahibin avtomobili ilə iş yerinə getmişdir. X49 Oktyabrskaya sahili, ev 124 ünvanında, doqquzuncu mərtəbədəki mənzilə aparmışlar. Cabirin Heydərlə söz-söhbəti olacağı üçün onu yaşadığı mənzilə aparacağından əmin olmuşdur. Həmin günü işdən çıxıb evə gələndə, Heydərin Cabirlə mətbəxdə yemək yediklərini görmüş, evdə söz-söhbət, davadalaş olmamış, səhəri günü iş yerinə getmiş, Heydər Cabirin mənzilində qalmışdır. Bir neçə gün səhərlər işə getmiş, axşam saatlarında evə gəldikdə Heydəri evdə görmüşdür. Evə gecələr gəldiyi üçün hər gün Heydəri evdə görmüş, gündüz vaxtı evdən çıxıbçıxmaması barədə bilməmiş, evdə olarkən onunla ünsiyyət qurmamışdır. 14 yanvar 2013cü il tarixdə axşam saatlarında Rahib avtomobili ilə iş yerinə gəlib onu işdən götürmüş, Cabirin yaşadığı binanın qarşısına gəlmişlər. Orada avtomobildən düşməmiş, çox gözləmədən Zahirin avtomobilinin arxasınca irəliləməyə başlamışlar. Sonradan məlum olmuşdur ki, digər avtomobildə Zahir, Heydər, Tohir Odiloviç və Şahid olmuşdur. Luqa rayonu istiqamətində irəlilədikdən sonra meşə massivi yaxınlığında Zahirgilin avtomobilini saxladığını görmüş, Heydər avtomobildən düşərək onun olduğu avtomobilə yaxınlaşmış, o da avtomobildən düşdükdən sonra Heydər ona mobil telefonla Cabirə zəng etməyini xahiş etmiş, Cabirə zəng edib telefonu Heydərə vermişdir. Heydər Cabirə pulları evdə gizlətdiyi yerləri dedikdən sonra telefon əlaqəsi kəsilmişdir. Budan sonra telefonu Heydərdən götürmüş, Tohir də onlara yaxınlaşmışdır. Heydərin Tohirə də pul borcu olmuşdur. Tohir də Heydərdən pulların yerini soruşmuş, Heydər pulların evdə olduğunu bildirmişdir. Həmin günü, yəni 15 yanvar 2013-cü il tarixdə gecə saatlarında Zahir, Rahib, Tohir və Qorxmazla birlikdə avtomobildən düşmüşlər. Heydərlə Tohirin söhbətinin uzandığını görüb, Rahiblə bərabər sonuncunun avtomobili ilə oradan uzaqlaşıb evinə getmiş, Heydərin aqibəti barədə məlumatı olmamışdır. Qorxmaz, Zahir, Tohir və Heydər orada meşə kənarında qalmışlar. Şəhərə geri qayıdarkən Zahirin avtomobillə yanlarından ötüb keçdiyini, avtomobildə Zahirdən başqa Qorxmazla Tohirin də olduqlarını görmüşdür. Rahib onu Cabirin yaşadığı binanın qarşısına aparmış, digərləri isə öz evlərinə getmişlər. Cabirin yaşadığı mənzilə gəlib orada qalmış, aralarında hər hansı söz-söhbət olmamışdır. Bir müddət şəhərdə yaşadıqdan sonra istirahət etmək məqsədilə 2013-cü ildə xatırlamadığı vaxt Lənkəran rayonuna qayıtmışdır. Sonradan ona məlum olmuşdur ki, Heydər naməlum şəxs tərəfindən öldürülmüş, Cabir, Zahir, Rahib və Qorxmaz adam oğurluğu cinayətinə görə məhkum olunmuşlar, Tohir barədə isə heç bir məlumatı olmamışdır. Heydərin kim tərəfindən öldürülməsi barədə heç bir məlumatı yoxdur, habelə onun oğurlanması cinayətində də heç bir iştirakı, ümumiyyətlə Heydərin Cabirin mənzilinə nə məqsədlə aparılmasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Cabir və Zahir Cəfərovlar arvadının qardaşlarıdır. X36 hər-hansı qohumluğu yoxdur. Səhv etmirsə, Rahib və Şahid Lənkəran rayonunun Lüvəsər kənd sakinləridir. Sankt-Peterburq şəhərinə 2012-ci ildən əvvəl bir dəfə 2007-ci ildə qayınının yanına getmişdir. Qayınları ilə münasibəti həmişə yaxşı olmuşdur. Heydər İsmayılov çox vaxt onlarda qalmış və buna səbəb onun qeyri-rəsmi münasibətdə olduğu Yuliya Kudryaşovanın içki içərək danışığını bilməməsi olmuşdur. Belə olan vaxtlarda adətən işdən qayıdanda Cabirlə Heydərin birlikdə əyləşib yemək yediklərini görür, özü də yemək yedikdən sonra uzanıb yatırmış. Bir dəfə mağazada Heydərin qayını Cabirə pul borcu olmasından danışılmış, lakin Cabir bu haqda ona ayrıca danışmamışdır. 04 yanvar 2013-cü il tarixdə adəti üzrə işə getmişdir. Onu işə həmişə Rahib avtomobili ilə aparıb-gətirmişdir. Qaldıqları evdən işə getmək üçün adətən “Lomonosov” adına metronun qarşısından keçməli idi. Həmin gün metronun qarşısından keçərkən Cabir, Zahir və Heydəri görmüşlər. Metrodan yola 20 metr məsafə olmuşdur. Avtomobildən düşüb Cabirgillə hal-əhval tutduqdan sonra qayıdıb maşına əyləşərək işə getmişlər. Axşam saat 11-12 radələrində Rahiblə işdən qayıdanda binanın qarşısında Zahir, Tohir, Qorxmaz və Heydəri görüb onlarla görüşmüşlər. Qorxmaz onlara bildirmişdir ki, bir yer var ora gedəcəyik. İki maşın tanımadığı ünvana getmişlər. Yolda Rahibin maşınının sobasında hava soyuq olduğundan problem yaranmış və dayanmışlar. Rahib maşının ön hissəsini açıb baxarkən, ona ac və yorğun olduğunu demiş, o da maşında yemək olduğunu bildirmiş, həmin yeməyi yedikdən sonra maşında mürgüləmişdir. Onu yuxudan Rahib oyatmışdır. Yolda maşınlarını yol polisi saxlamış və sənədləri qaydasında olduğu üçün onları buraxmışdır. Cabirlə Rahib ifadələrini təzyiq altında vermişlər, Qorxmaz da məhkəmədə yalan ifadə vermişdir. Onların ifadələri həqiqəti əks etdirmir. Belə ki, onun Heydərin ölümündə təqsiri yoxdur. 15 yanvar 2013-cü il tarixdən təxminən on beş-iyirmi gün sonra Azərbaycana gəlmiş, daha sonra yenidən Rusiyaya qayıdaraq, dörd-beş ay orada qalmışdır. Həmin müddət ərzində Cabir, Zahir, Rahib və Qorxmazın barəsində cinayət işi olmamışdır. Rusiya Federasiyasında olarkən istifadəsində mobil telefon olmuş, lakin istifadəsində olan nömrəni unutmuşdur. İstifadəsində olan telefon nömrəsi öz adına olmamışdır, nömrə almaq üçün lazım olan sənədi olmadığından qayını Cabir ona istifadə etməsi üçün mobil telefon nömrəsi vermişdir. İstifadəsində +7 911 098 86 53 saylı mobil nömrə olmamış, həmin nömrə adına rəsmiləşdirilən X12 tanımamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə on ildir ki, Bakıda dövlət səviyyəli, yəni qaçqınlar, məcburi köçkünlər üçün sosial binaların tikintisini həyata keçirən tikinti şirkətində işləməklə halal çörək qazanıb ailəsini saxlamasını, Rusiya Federasiyasında ona qarşı haqsızlıqlara yol verildiyini və bunu məhkəmədə nə dərəcədə sübut edə bilməsini, ölüm işinə getməsinə necə yol verdiyini, kasıb bir adam kimi balalarını kasıbçılıqla böyütməsini, azyaşlı uşağının belində yırtıq əmələ gəldiyindən xəstə olmasını, özünün avara qalıb başını itirdiyini bildirmişdir. Məhkəmə cinayət prosesi tərəflərini (zərərçəkmiş şəxsin hüquqi varisi və şahid) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 144.2.3-cü maddələrində (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X11 şahid qismində ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımır. 26 aprel 2013-cü il tarixdə evdən kənarda olduğu vaxt Leninqrad şəhərində yerləşən Azərbaycan Diasporundan zəng gəlmiş, uşaqları onu telefona çağırmış, telefonda əri Heydər İsmayılovun avtoqəza keçirməsi, xəsarətlər alması, yəni qollarının, ayağının çıxması, daha sonra isə vəfat etməsi bildirilmiş, həmin vaxt vəziyyəti pisləşmiş və təcili tibbi yardım gəlmişdir. Halhazırda da səhhətində problemlər vardır. Gülsənəm İsmayılova məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmamış, ümumiyyətlə qarşı tərəfdən bu məqsədlə ona qarşı hər-hansı səy göstərilməmişdir. Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla arasında ədavət və düşmənçiliyi yoxdur. Ülfəti dərindən tanımamış, onunla bacısı oğlu Rahib Cəfərovun vasitəsilə tanış olmuşdur. X29 əvvəllər tanımamış, oğurlandığı vaxt saxlanıldığı mənzilə daxil olanda tanımışdır. 1991-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işləmək üçün yollanmış, orada müxtəlif mağazalarda satıcı kimi işləmişdir. Ədavət və ya düşmənçiliyi olan şəxs olmamışdır. 2012-2013-cü illərdə bacısı oğlu Rahib ailəsi ilə birgə Sankt-Peterburq şəhərində yaşamışdır. Həmin illərdə Rahib evinə gəlib onunla görüşmüş, söhbət əsnasında azərbaycanlı olan bir nəfərin başqa azərbaycanlılara külli miqdarda pul borclu olduğunu bildirmişdir. Rahibin dediyinə görə həmin borclu Heydər olmuş və sonuncu Sankt-Peterburqda hansısa mənzildə yaşamışdır. Dəfələrlə Heydərə evdə işgəncələr verilsə də, ələ keçirdiyi pulları harada gizlətməsi barədə məlumat verməmişdir. Heydər azərbaycanlı olduğu üçün onunla səmimi söhbət edib, əsl həqiqəti öyrənmək istəyini, öz millətindən olan şəxsə işgəncə verməyin düzgün olmadığını bildirmiş, Rahib də onu həmin mənzilə apara biləcəyini demişdir. Öz millətindən olan şəxsə işgəncə verildiyinə görə çox tədirgin olmuşdur. 2013-cü ilin yanvar ayının əvvəllərində axşam saatlarında Rahiblə birlikdə sonuncuya məxsus avtomobillə Sankt-Peterburq şəhəri, Neva çayının yaxınlığında Oktyabrskaya Naberejnaya küçəsi, korpus 3 ünvanda yerləşən doqquzmərtəbəli binanın doqquzuncu mərtəbəsində 124 saylı mənzilə getmişlər. İçəri daxil olanda mənzildə Təqsirləndirilən şəxs, Cabir Cəfərov, Zahir Cəfərov və Tohir Odiloviç olmuşlar. Zahirdən başda digər şəxsləri ilk dəfə görmüş və orada onlarla tanış olmuşdur. Zahirlə münasibəti yaxın olmasa da, onu tanışları vasitəsi ilə əvvəllər görmüş və tanış olmuşlar. Mənzilə daxil olandan sonra Cabir və digərləri tədirgin olmuşlar, çünki Rahiblə xəbərsiz mənzilə gəlmişdir. Cabir nə baş verdiyini soruşduqda, Rahib Zahirə və digərlərinə qohumu olduğunu və Heydərlə danışaraq məsələni həll edəcəyini bildirmişdir. Bundan sonra Zahir ona digərlərinin, yəni Ülfət, Tohir və Cabirin yanında Heydərin külli miqdarda pulu Cabirdən oğurladığını və ona işgəncələr verilsə də, pulların yerini bildirmədiyini söyləmişdir. Heydəri görmək istədiyini bildirdikdə Zahir onu mətbəxə aparmışdır. Mətbəxdə Heydəri yerdə qarnı üzərində uzanıqlı vəziyyətdə, əlləri və iki ayağı belinə doğru lentlə bağlanmış vəziyyətdə görmüşdür. Heydərin əynində qara şalvar və qara rəngli köynək olmuş, üz və baş nahiyəsində qançır şəklində çoxsaylı xəsarətlər, alın nahiyəsində sıyrıqlar, eləcə də əllərində (biləklərində) bəzi zədələrin olduğunu müşahidə etmiş, üz və baş nahiyəsində qan ləkələri olmuşdur. Həmin vaxt Ülfət sağ ayağını Heydərin baş nahiyəsinə qoyaraq bir əlində siqaret çəkmiş, nalayiq ifadələr işlədərək onu tanımadığını, heç bir etiraf etmədiyini bildirib, hətta bir neçə təpik də vurmuşdur. Heydərdən nə baş verdiyini soruşduqda, ona təklikdə danışmaq istədiyini bildirmişdir. Bu sözdən sonra Heydərin ona nəsə deyə biləcəyini ümid edərək Ülfətlə digərlərinə baxıb, Heydərlə təklikdə danışmaq istədiyini bildirmişdir. Həmin vəziyyətdə aşkar şəkildə Ülfətlə digərlərinə etdikləri hərəkətlərin qanunsuz olduğunu, polis əməkdaşlarının hər an evə basqın edərək onları tuta biləcəyini bildirdikdə, ona kimsəyə bu barədə məlumat vermədiyi halda Heydərin vəziyyətindən kimsənin məlumatının olmayacağını bildirmişlər. Bir anlıq Ülfətlə digərlərinin ona nəsə edə biləcəklərindən qorxduğu üçün artıq söz deməmiş, hadisəni kimsəyə deməyəcəyini, lakin Heydərlə bir neçə dəqiqəlik təkbətək danışmaq istədiyini bildirmişdir. Ülfət, Rahib və digərləri ona lağ edərək Heydərə işgəncə verdikləri halda pulların yerini öyrənə bilmədiklərini, onun danışığının bir faydasının olmayacağını söyləmişlər. Ülfətlə digərləri otaqdan çıxdıqdan sonra bir neçə dəqiqə Heydərlə söhbət edərək nə səbəbə ona işgəncə verdiklərini soruşduqda, Heydər Cabirə məxsus külli miqdarda pul vəsaitini götürdüyünü, Gəncə şəhərində ailə üzvləri ilə danışdığını, tez bir zamanda qohumlarının Azərbaycandan pulu geri göndərəcəklərini bildirmiş, Heydərə səbirli olmasını söyləmiş və nə kimi köməklik edə biləcəyini soruşmuş, o da ailəsinin pulu göndərəcəyini bildirmişdir. Bundan sonra otaqdan çıxıb Ülfətlə digərlərinə Heydərin pulu Azərbaycandan geri göndərtdirəcəyini, onu buraxmalarını xahiş etmiş, Ülfət gülərək Heydərin onu aldatdığını, pulu qaytarmaq niyyətinin olmadığını, onun bu məsələ ilə maraqlanmamağını sərt şəkildə bildirmişdir. Bundan sonra həyəcanlı şəkildə Ülfət, Cabir, Zahir və Tohirlə sağollaşıb Rahiblə birlikdə oradan ayrılmış, sonuncu onu yaşadığı ünvana aparmışdır. Bundan sonra həmin mənzildə olmamış, bir neçə gün həmin hadisənin təsirindən çıxa bilməmişdir. Heydərə bir yolla köməklik etmək istəmiş, lakin polis orqanına zəng edib məlumat verməyə də qorxmuşdur, çünki eyni aqibətin onu da gözləyəcəyinə inanmışdır. 2013-cü il ilin yanvar ayının əvvəllərində Rahib mobil telefonuna zəng edərək Heydərin qohumlarının Azərbaycandan pul göndərənə qədər üç-dörd günlük gözləmək üçün boş mənzil axtardıqlarını bildirdikdə, pulsuz mənzil tapacağını, Leninqrad vilayətinin Luqa rayonunda yerləşən həyət evinin tanışına məxsus olduğunu, orada Heydəri saxlaya biləcəklərini bildirmişdir. Bunu deməkdə məqsədi Heydəri həmin həyət evinə apardıqdan sonra onu bir yolla oradan qaçırtmaq olmuşdur. Çünki, bir neçə gün idi ki, Heydərə necə köməklik edə biləcəyini düşünürmüş. Rahibin onunla təsadüfi danışığı, planlarını həyata keçirmək üçün bir şansı olmuşdur. Həyət evinin yerləşdiyi ərazini tanıdığı üçün Heydəri Ülfət və digərlərinin əlindən qaçırda biləcəkdi. Rahibə Luqa rayonunda həyət evini pulsuz bir neçə günlük onlara verə biləcəyini bildirdikdə, Rahib buna razı olacaqlarını demişdir. Luqa vilayətində Vladimir adlı yaxın tanışının boş bağ evi olmuşdur. Rahib ona razılıq verdikdən sonra həmin gün Vladimirə zəng etmiş və sonuncuya məxsus olan şəxsi evdə tanışlarının qalması üçün icazə istəmiş, lakin ona hadisə barədə heç bir məlumat verməmişdir. Vladimir həmin evdə bir neçə gün qalmağa razılıq vermişdir. Bundan sonra Rahibə zəng edərək Luqada yerləşən evə gedə biləcəklərini bildirmişdir. Bundan bir neçə gün sonra Rahib yenidən zəng edərək, onunla gedib evin yerləşdiyi yeri göstərməsini bildirmişdir. Həmin günü, yəni 14 yanvar 2024-cü il tarixdə axşam saatlarında Rahib öz avtomobili ilə onların evinə gəlmiş, birlikdə daha əvvəl Heydəri ziyarət etdiyi Sankt-Peterburq şəhəri, Oktyabrskiy sahilində yerləşən evə tərəf yollanmışlar. Binanın qarşısına gələndən bir müddət sonra girişdə Ülfət, Zahir, Tohir və Cabirin Heydəri qollarından tutaraq avtomobilə doğru gətirdiklərini görmüşdür. Heydərin əlləri bel nahiyəsindən lentlə bağlı vəziyyətdə, əynində isə ilk gördüyü gündəki paltarlar olmuşdur. Bundan sonra Cabirdən başqa digərləri X179TA98 dövlət qeydiyyat nişanlı “VAZ-21099” markalı avtomobilə əyləşmişlər. Eyni zamanda Heydər arxa sərnişin oturacağına əyləşmiş X45 yanında arxa oturacaqda əyləşmişlər, Zahir isə avtomobili idarə etmişdir. Rahiblə birlikdə sonuncuya məxsus avtomobilə əyləşmiş və Luqa rayonuna doğru yola düşmüşlər. Avtomobili Rahib idarə etmişdir. Yolda gedərkən bu vəziyyətin ona problem yaradıb-yaratmayacağını soruşduqda Rahib ona heç nə olmayacağını bildirmişdir. Sankt-Peterburqdan Luqa rayonu istiqamətində təxminən 50-60 km getdikdən sonra Ülfət və Heydərin əyləşdiyi avtomobil yoldan sağa, meşəyə tərəf dönmüşdür. Onlar avtomobillə arxaya dönüb həmin avtomobilin arxasınca getmişlər. Həmin avtomobil onların getdiyi magistral yoldan təxminən 60 metr aralıda dayanmışdır. Rahibə digər avtomobilin yalnış istiqamətdə getdiyini, geri dönməyi bildirdikdə, Rahib özlərinin nə etdiklərini bildiyini və qarışmamağını bildirmiş və avtomobili digər avtomobilin yanına sürmüşdür. Avtomobildən düşəndə X30 qollarından tutaraq avtomobildən çölə çıxardıqlarını görmüşdür. Ülfətin əsəbiləşərək yolüstü Heydəri yenidən döydükdən sonra avtomobilə mindirib həyət evinə aparacaqlarını düşünmüşdür. Güman etmişdir ki, Heydər yolda olarkən onlara nəsə söz demiş və buna görə əsəbiləşmişlər. Heydərin əynində qara şalvar, qara rəngli uzunqol köynək olmuş və qolları bel nahiyəsindən lentlə bağlanmışdır. Avtomobilin qarşısında dayanıb gözləmişdir. X50 təqribən dayandığı yerdən 20-30 metr aralıya aparmışlar. 15 yanvar 2024-cü il tarixdə, saat 02 radələrində yer qarla örtülmüş, səma açıq olmuş, qaranlıq hiss olunmamışdır. Olduğu yerdən Ülfət, Heydər, Tohir açıq-aydın görünmüşlər. Görmə məsafəsi aydın olmuş və hər hansı maneə olmamışdır. Meşə massivinin kənarı olsa da, ağaclar sıx olmadığından hadisəni aydın görmək mümkün olmuşdur. Avtomobilin qarşısında ayaq üstə, yanında Zahirlə, Rahib yaxınlıqda dayanmışdır. Tohir və Ülfət Heydəri ayaqüstə tutmuşlarə. Ülfət Heydərdən pulların harada olduğunu soruşmuş, əsəbi şəkildə Heydərlə danışmış və sonuncu gördüyü işgəncələrdən dolayı halsız vəziyyətdə, üz nahiyəsində çoxsaylı xəsarətlər olmuşdur. Ətraf ərazidə başqa kimsə olmadığından, gecə saatları olduğundan danışıqları aydın eşitmişdir. Ülfət mobil telefonla Cabirlə danışmışdır. Heydər Ülfətə pulları hamam otağında vannanın arxa tərəfindən gizlətdiyini, oraya baxmasını bildirmiş, Ülfət də bunları telefonla Cabirə bildirmiş, Cabir də Heydərin yaşadığı evdə qeyd edilən yeri yoxlamışdır. Diqqətlə baxdıqda Ülfətin bir əlində tiyəsi uzun olan ov bıçağı görmüşdür. Ülfətin həmin bıçağı haradan və nə vaxt özü ilə götürdüyünü bilməmişdir. Cabir mobil telefonla pulların qeyd edilən yerdə olmadığını bildirdikdə, Ülfət əsəbləşərək Heydərə yalan danışmamağı, bunun onun üçün yaxşı qurtarmayacağını bildirmişdir. Ülfət Heydərin ona yalan danışdığını deyərək əlində tiyəsi uzun olan ov bıçağı ilə onun qarın nahiyəsindən bir neçə bıçaq zərbəsi vurmuşdur. Tohir həmin vaxt Heydəri ayaq üstə tutmuşdur. Heydər aldığı xəsarətlərdən uca səslə bağırmasa da, inildəmişdir. Bundan sonra qorxaraq Heydərə tərəf bir qədər irəliləmiş, təqribən beş metr məsafədə yaxınlaşanda Ülfətin Heydərə pulların yerinin ona lazım olmadığını, yalan danışdığı üçün onu öldürəcəyini deməsini eşitmişdir. Bundan sonra Ülfət sağ əlindəki ov bıçağı ilə Heydərin döş qəfəsinə bir bıçaq zərbəsi vurmuş, Heydərin ayaq üstə dayandığını görüb yenidən bıçaqla boyun nahiyəsindən də bıçaq zərbəsi endirmiş və Heydər dizləri üstə yerə yıxılmışdır. Həmin vaxt Ülfətin Heydəri bıçaq zərbələri ilə öldürdüyünün şahidi olmuşdur. Heydər yerə yıxıldıqdan sonra Ülfət Tohirlə birlikdə Heydərin üzərini qarla örtmüşlər. Həmin vaxt həyəcanlanmış və heç nə deməmişdir. Heydərin yerdə əlləri bağlı şəkildə ölü olduğunu görmüşdür. Ülfət Heydərə əzab-əziyyət verərək, qarın nahiyəsi, döş qəfəsi və boyun nahiyəsinə zərbələr endirmiş, Tohir isə Heydəri sadəcə tutaraq ayaqüstə saxlamışdır. Ülfət Heydəri öldürdükdən sonra qarla bıçağı təmizləmişdir. Rahib ona bu barədə heç kimə məlumat verməməsini, əks təqdirdə Ülfətin onun da barəsində eyni hadisəni törədə biləcəyini, onun əvvəllər də adam öldürmə cinayətinə görə məhkumluğunun olduğunu və diqqətli olmağını bildirmişdir. Qorxduğu üçün heç bir müdaxilə edə bilməmişdir. Danışıqlardan eşitmişdir ki, Cabir həmin vaxt Heydərin evində olmuşdur. Bundan sonra Ülfət, Zahir, Tohir gəldikləri avtomobilə minib geri qayıtmışlar, o da Rahiblə bərabər avtomobillə evinə qayıtmışdır. Rahib yolda da, Ülfətin Heydəri öldürməsi barədə kimsəyə məlumat verməməyi, əks təqdirdə onu da eyni taleyin gözlədiyini bildirmişdir. Bu hadisədən təsirlənərək qorxduğu üçün heç kimə məlumat verməmişdir. Meşə massivinə gedərkən Ülfətin Heydəri öldürəcəyindən, ona bıçaq zərbələri endirəcəyindən məlumatı olmamış, bu cinayət hadisəsində hər hansı formada iştirak etməmişdir. Heydərin öldürülməsində Tohir köməklik edərək Heydəri ayaqüstə saxlamış, Ülfət də Heydərə çoxsaylı bıçaq zərbələri endirərək, onu öldürmüşdür. Rusiya Federasiyası İstintaq Komitəsinin Leninqrad vilayəti üzrə İstintaq İdarəsinə ifadə verərkən Ülfətin Heydəri öldürdüyünü bildiyi halda bu barədə heç bir ifadə verməmişdir. Ülfətin onun ailə üzvlərinə xələl yetirə biləcəyindən qorxmuşdur. Ona görə ifadələrində cinayət hadisəsinin şahidi olduğu halda, bu barədə heç bir ifadə verməmiş, guya Rahibdən Heydərin öldürüldüyünü eşitdiyini bildirmişdir. Rusiya Federasiyasında olarkən bir çox təzyiqlərdən qorxduğu üçün düzgün ifadələr verməmişdir, hazırda isə sərbəst şəkildə olan hadisələri xatırlayaraq düzgün ifadə vermişdir. Heydərin əlləri evdən çıxarılarkən bağlı vəziyyətdə olmuş və avtomobilə həmin vəziyyətdə mindirilmişdir. Ülfət və Tohir Heydəri meşə masivinə tərəf apararkən də Heydərin əlləri bel nahiyəsində lentlə bağlı olmuşdur. Ülfət arvadının qardaşı Cabirin göstərişi ilə Heydəri şəhərdə oğlurlayaraq Cabirin yaşadığı evə gətirmiş və orada ona işgəncələr vermişdir. Heydər Cabirə məxsus külli miqdarda pul vəsaitini ələ keçirib qaytarmadığı üçün Ülfət Heydərə işgəncə verərək öldürmüşdür. Cinayət hadisəsi törədilən zaman, yəni zərərçəkmişin sağlamlığına zərər vurulan zaman onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla, eləcə də təqsirkara qoşulub zərərçəkmişi öldürmək üçün ona kömək etmək məqsədilə hər hansı hərəkəti olmamışdır. Şahid məhkəmədə cinayət prosesi iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Rahib bacısı oğludur, Zahir və Cabir qardaşdırlar, Ülfət isə sonuncuların yeznəsidir. Rahib Zahir və Cabir dost olmuşlar. Heydəri tanımadığı mənzildə görəndə, o, döyülmüş vəziyyətdə olmuşdur. Onu həmin mənzilə Rahib aparmış və elə Rahiblə də oradan getmişdir. Heydəri öldürüldüyü yerə deyil, bir neçə gün saxlanılması üçün tutulmuş evə aparmaq fikiri ona məxsus olmuşdur. X38 öldürmək fikirləri əvvəl olmamış, hadisə anidən baş vermişdir. Belə ki, Heydəri saxlanılması üçün başqa mənzilə aparmaq barədə ona deyilmiş, hətta həmin evi də Heydərə kömək etmək üçün özü tapmışdır. Həmi gün özünün avtomobili olmamış, Rahiblə eyni maşında olmuşdur. Hadisədən sonra ona baş verənləri heç kimin bilməməsini tapşırmışlar, belə ki, tək Ülfət deyil, digərləri, yəni Zahir, Cabir, Tohir də onu öldürə bilərmişlər. Məhkəmədə sərbəst ifadə verdiyini, ona qarşı heç bir təzyiq və ya təsir olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bir daha bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Rusiya Federasiya Leninqrad vilayəti üzrə İstintaq Komitəsi İstintaq İdarəsinin Luqa şəhəri üzrə İstintaq Şöbəsinin xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, ölüm əlamətləri olan naməlum kişi meyitinin aşkar edilməsi faktı üzrə Rusiya Federasiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (cild 01, i.v. 01-02). Sankt-Peterburq üzrə Rusiya İstintaq Komitəsi Baş İstintaq İdarəsinin Neva rayonu üzrə İstintaq Şöbəsinin xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, X34, X33, X22, Təqsirləndirilən şəxs və Şahid barələrində Rusiya Federasiya Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsinin “a” bəndi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu) ilə cinayət işi açılmış, icraata alınmaqla araşdırılmağa başlanılmışdır (cild 01, i.v. 81-82). Luqa şəhəri üzrə İstintaq Şöbəsinin xx.xx.2013-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 19:30-da Leninqrad vilayətinin Luqa rayonunun Krasnıye Qorı kəndindən Şimal istiqamətində 4,5 km məsafədə, meşə maasivində bədənin, boyunun və ətrafların çoxsaylı-kəsilmiş deşilmiş yaraları şəklində zorakılıq nəticəsində ölüm əlamətləri olan X3 meyiti aşkar edilmişdir (cild 01, i.v. 89). Luqa şəhəri üzrə İstintaq Şöbəsinin xx.xx.2013-cü il tarixli protokolundan görünür ki, hadisə yeri Leninqrad vilayəti, Luqa rayonunun Krasnıye Qorı kəndindən Şimal istiqamətində 4,5 km məsafədə olan meşə massividir və oradan aşkar edilmiş meyit düzgün bədən quruluşuna, qənaətbəxş qidalanmaya malik kişi cəsədindən ibarətdir. Bədənin uzunluğu 170 sm, görünüşcə 40-50 yaşlı, saçları orta uzunluqda, tünd qəhvəyi rəngdədir çənə, dodaqlar və yanaq hissələrində uzunluğu 0,8 sm-ə qədər olan ağarmış tüklər var. Dəri səthləri normaldır, təmizdir, heç bir meyit bərkiməsi yoxdur. Meyitin üzərindən paltarlar tam çıxarılmayıb. Baxış keçirilərkən meyit çevrilib. Meyitin yatağı mamır və tökülmüş yarpaqlarla örtülmüş səthdən ibarətdir. Meyit yatağında meyitin qarnının yerləşdiyi nahiyədə hündürlüyü 2 sm-ə qədər qar səthi var. Meyitin üzünün meyit yatağında yerləşdiyi nahiyədə bioloji ifrazat izləri var. Kəllə sümüyünün sümükləri toxunduqda tamdır. Meyit ləkələri mavimtil, birləşmiş şəkildə, bədənin ön səthində yerləşir və basdıqda rəngini dəyişmir. Dəriyə toxunduqda aşkar şəkildə soyuq olduğu görünür. Üzün sol tərəfi sıxılıb, üzərində qanlı irin izləri var. Baxış keçirilərkən meyitin üzərində uzunluğu 1,8 sm-dən 5 sm-ə qədər olan xətti bıçaq yaraları aşkar edilmişdir. Aşkar edilmiş yaralara uyğun olaraq, meyitin geyimində bütöv xətti zədələr var. Hadisə yerinin sxemi və fotocədvəlləri protokola əlavə edilmişdir (cild 01, i.v. 98-134). Luqa şəhəri üzrə İstintaq Şöbəsinin xx.xx.2013-cü il tarixli protokolundan görünür ki, Leninqrad vilayəti, Luqa rayonu, Krasnıye Qorı kəndindən Şimal istiqamətində 4,5 km məsafədə, meşə maasivində bədənin, boyunun və ətrafların çoxsaylı-kəsilmiş deşilmiş yaraları ilə aşkar edilmiş naməlum meyit şahidlərin iştirakı ilə X23 tanınmaya təqdim edilmiş və sonuncu, yəni Heydər İsmayılovun xalası oğlu, eyni zamanda qayınının tanıması nəticəsində cəsədin X7 məxsus olması müəyyən edilmişdir (cild 01, i.v. 240-245). Leninqrad vilayəti üzrə İstintaq İdarəsinin xx.xx.2013-cü il tarixli protokollarından görünür ki, Rahib və Zahir Cəfərovlar hər biri ayrı-ayrılıqda şübhəli şəxs qismində verdikləri ifadələrində Təqsirləndirilən şəxs Rusiya Federasiyasında olarkən istifadəsində +7 911 914 96 90 mobil nömrəsinin olmasını bildirmişlər (cild 02, i.v. 67-74; cild 03, i.v. 10- 15). "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasında olarkən istifadəsində olduğu qeyd olunan +7 911 098 86 53 mobil nömrə X8, +7 911 914 96 90 mobil nömrə isə X24 adına rəsmiləşdirilmişdir. Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Baş İdarəsi Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə 3 nömrəli Əməliyyat-axtarış Şöbəsi (cinayət araşdırması) 8-ci Bölməsinin xx.xx.2014cü il tarixli arayışından görünür ki, X51-Peterburq şəhəri və Leninqrad vilayətində qeydiyyatda olmadığı üçün onun faktiki yerini müəyyən etmək olmamışdır (cild 04, i.v. 110- 111; cild 06, i.v. 206). Rusiya Səhiyyə və Sosial İnkişaf Nazirliyi Leninqrad vilayəti X46 Müəssisəsi Məhkəmə Tibbi-Ekspertiza Bürosunun məhkəmə-tibbi ekspertizasının xx.xx.2013-cü il tarixli, 170 nömrəli rəyindən görünür ki, X3 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı çoxsaylı kor biçaq yaraları:- boyunun sağ yan səthində aşağı üçdə birində (1), döş qəfəsinin ön səthində sağda parasternal xətt boyunca (2), döş qəfəsinin ön səthində solda 10, 11-ci sol qabırğaların zədələnməsi ilə (1), boyunun arxa səthində (2), boyunun arxa səthində sol daxili yuxu arteriyasının zədələnməsi ilə, döş qəfəsinin arxa səthində sağda kürək xətti boyunca (1), bel nahiyəsində sağda (1), sol kürəkaltı nahiyədə (2), sağ bazuönünün arxa səthinin yuxarı üçdə birində (1), qarının sol yan səthində (1) xəsarətlər aşkar edilmişdir. Heydər İsmayılovun ölümü çoxsaylı bıçaq xəsarətləri nəticəsində baş verib, buna iri qan damarlarının zədələnməsi (sol daxili yuxu arteriyası) və digər ölçülərdə olan qan damarlarının (boyunun sağ yan səthinin aşağı üçdə birində lokallaşmiş yara kanalları, döş qəfəsinin ön səthində sağda parasternal xətt boyunca, döş qəfəsinin ön səthində solda, boyunun arxa səthində, döş qəfəsinin arxa səthində sağda kürək xətti boyunca, bel nahiyəsində sağda, sol kürəkaltı nahiyədə, sağ bazuönünün arxa səthinin yuxarı üçdə birində, qarının sol yan səthində) zədələnməsi səbəb olub, bunların hər biri kəskin qan itkisinin inkişafı ilə qanaxma ilə müşayiət olunurdu. Müvafiq olaraq, bu xəsarətlər yalnız məcmu şəkildə qiymətləndirilə bilər və “İnsan sağlamlığına vurulan zərərin şiddətini təyin etmək üçün tibbi meyarlar “6.1.26. bəndinə (Rusiya Səhiyyə və Sosial İnkişaf Nazirliyinin xx.xx.2008-ci il tarixli, 194n nömrəli əmrinə əlavə) uyğun olaraq həyat üçün təhlükə əsasında sağlamlığa ciddi (ağır) zərər kimi təsnif edilir və bu xüsusi halda bu xəsarətlərin ölümün baş verməsi ilə səbəbli əlaqəsini göstərir. Boynun orta üçdə birində dilaltı sümüyünün böyük buynuzlarının tam sınıqları, sağ plastinada və qalxanabənzər qığırdağının yuxar buynuzunda kütləvi qanaxmalarla müşayiət olunan boyun nahiyəsinin qapalı küt zədəsi, tənəffüs yollarının selikli qişasının şişməsi səbəbindən ağciyərlərə verilən hava həcminin azalması səbəbindən ölümün başlanğıcını sürətləndirə bilərdi. Göstərilən zədə ağır küt cismin yan təzyiq mexanizminə təsiri (təsirləri) nəticəsində əmələ gəlmişdir. Frontal nahiyədə sol tərəfdə yerləşən 1 nömrəli yara zədələnmişdir, buna onun düzxətli, xırda dalğavari incəlmiş və əzilmiş kənarları, kəskin bucaqlı ucları, aponevrozdan qopması və altındaki toxumanın əzilməsi toxuma körpücükləri, yerindən çıxmış saç follikulların olması göstərir, bu yara məhdud sərt küt cismin (cismlərin) təsirindən əmələ gəlmişdir. Yaranın quruluşu, bitişik kənarı olan xətti, bəlkə də qövsvari qabırğanın (kənar, çıxıntı) hərəkini əks etdirir. Ölümün başlanması digər səbəbdən olduğu üçün boyun orqanlarının və sol tərəfdə frontal nahiyədə zədələnmənin nəticəsində insan sağlamlığına dəyən zərərin ağırlığını müəyyən etmək mümkün deyil. Sağ baldırın ön səthinin aşağı üçdə birində sıyrıntı, sağ ombanın ön səthinin orta üçdə birində (1), sol ombanın ön səthinin orta üçdə birində (1) qansızmalar küt zədə nəticəsində əmələ gəlmiş, bunu çıxıntılı anatomik birləşmələrin lokalizasiyası ilə göstərildiyi kimi məhdud təmas səthi olan küt sərt cismin (cismlərin) səbəb olduğu, kifayət qədər aydın sərhədlər, yerli xarakter və yaxınlıqdaki “çıxıntılı” anatomik zədələnmənin olmaması göstərir. Travmatik cismin (cismlərin) qrup və fərdi əlamətləri zədələrin quruluşunda özünü əks etdirməyib, buna görə də, onun xüsusiyyətləri və xarakteri barədə dəqiq ifadə vermək mümkün deyil. Qansızmaların silahsız əlin (yumruğun) və ya ayaqqabılı ayağın təsiri nəticəsində əmələ gəlməsini istisna etmək olmaz. Göstərilən xəsarətlər qısamüddətli sağlamlıq pozğunluğuna və ya yüngül əlilliyə səbəb olmur və “İnsan sağlamlığına dəyən zərərin ağırlığını təyin etmək üçün tibbi meyarlar”ın (Rusiya Səhiyyə və Sosial İnkişaf Nazirliyinin xx.xx.2008-ci il tarixli əmrinə 194n nömrəli əlavə) doqquzuncu bəndinə uyğun olaraq sağlamlığa zərər vurmayan xəsarətlər hesab edilir. Meyitin görünüşünə görə dəri nəm, kəskin şəkildə şişmiş və yerlərdə qopmuş epidermis ilə, yaşımtıl-qəhvəyidir, aydın şəkildə çürümüş damar şəbəkəsi ilə, meyit ləkələri müəyyən edilmir, meyitin donması yoxdur, başında olan tüklər dartıldıqda qopur, ətraf mühitin xüsusiyyətlərini nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, ölüm anından meyitin görünüşünü qeyd edənə qədər bir neçə həftədən bir neçə aya qədər vaxt keçib. Plevra boşluğundan qan, damardan qan və sidiyin məhkəmə-kimyəvi müayinəsi zamanı etil spirti, sidikdə barbitur turşusunun, fenotiazinın, 1,4–benzodeasepinin törəmələri, morfin, kodein, metadon, papaverin, atropin, kokain, imizin və onun analoqları, dimedrol, efedril aşkar edilməmişdir. Plevra boşluğundan qanda, damardan qanda və sidikdə metil, propil, butil, amil spirtləri aşkar olunmamışdır. Bütün göstərilən zədələr baş, boyun, döş qəfəsi, qarın və əzalar nahiyələrinə ən azı 17 travmatik təsir nəticəsində yaranmışdır ki, bu da xarici zədələrin sayı ilə təsdiqlənir (cild 06, i.v. 09-30). Leninqrad vilayəti X46 Müəssisəsi Məhkəmə Tibbi-Ekspertiza Bürosunun məhkəmətibbi ekspertizasının xx.xx.2013-cü il tarixli, 1867-13-170-25-268/2013 nömrəli rəyindən görünür ki, meyitin alın dərisinin fraqmentində müayinə olunmuş 1 nömrəli zədə məhdud sərt küt əşya(lar) nəticəsində yaranmış yaradır. Yaranın quruluşunda xətti, bəlkə də qövsvari, bitişik kənar ilə tilin (çıxıntının, kənarın) hərəkəti əks etdirilib. Dəri fraqmentlərində müayinə olunmuş 3-10 nömrəli zədələr kəsik-deşik yaralardır və kəsəndeşən yastı obyektin, məsələn bıçağın tiyəsi, təsiri nəticəsində yaranmışlar. Onun iz əmələ gətirən hissəsində bir tiyəsi, kəsən kənarı və küpü vardır. Sonuncunun aydın şəkildə müəyyən edilmiş tərəfləri və kifayət qədər qalınlığı var (dəriyə batırılma səviyyəsində təxminən 1,0-2,0 mm-ə qədər). Bıçaq küpünün tərəfləri assimetrik olaraq hərəkət edirdilər (bir qayda olaraq, bir tərəfi hərəkət edirdi), bu çox güman ki, zədənin şərtləri ilə bağlıdırsilahın tangensiyal tətbiqi ilə. Tədqiqat zamanı müxtəlif alətlərin hərəkətini göstərən əlamətlər müəyyən edilməmişdir. Bu halda bıçaq küpünün uclarının quruluşunda və genişliyindəki fərq müxtəlif zədə şəraiti ilə əlaqələndirilə bilər (əmələ gəlmə mexanizmi, iz qəbul edən səthlərin xüsusiyyətləri və s.). Çox güman ki, 10 nömrəli yaranın əmələ gəlməsi travmatik obyekt tərəfindən ən azı 2 təsiri nəticəsində olub. Boyun orqan kompleksində dilaltı sümüyünün orta üçündə böyük buynuzlarının tam sınığı və qalxanabənzər qığırdağının sağ plastinasına və yuxarı buynuzuna kütləvi qansızmalar müəyyən edilmişdir. Sağ buynuzun sınığı lokaldır (birbaşa), sol buynuzun sınığı-struktur xarakterlidir. Zədə sərt küt cismin, yan təzyiq mexanizminə uyğun olaraq zərbə (zərbələr) nəticəsində əmələ gəlmişdir. Boyun yumşaq toxumalarının zədələnməsinin təbiəti haqqında məlumatın olmaması səbəbindən bu halda bütünlüklə orqan kompleksinin zədələnməsinin formalaşma mexanizmini etibarlı şəkildə müəyyən etmək çətin görünür. Sol onuncu qabırğanın fraqmentində iki sınıq müəyyən edilmişdir. 1 nömrəli sınıq lokal (birbaşa), 2 nömrəli sınıq isə struktur (dolayı) xarakterlidir. Hər iki sınıq bir travmatik obyektlə məruz qalma nəticəsində yarana bilər. Ekspert-tanatoloqun bu çıxarışına əsasən, bu sınıqlar 10 nömrəli kəsik-deşik yarasına uyğundur. Döş sümüyünün ucunda on birinci qabırğada tam əyri eninə sınıq yerləşmişdir, sınıqlar müqayisə edilmir, bununla əlaqədar olaraq sınıqların əmələ gəlmə mexanizmini müəyyən etmək mümkün deyil (cild 06, i.v. 39- 51). Rusiya Federasiyası Ədliyyə Nazirliyi Şimali-Qərb Regional Məhkəmə X18 Büdcəli Müəssisənin məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2013-cü il tarixli, 1826/07-1 nömrəli rəyindən görünür ki, təqdim olunan yapışqan lentin (skotçun) hər bir təbəqəsində müqayisə obyektinin olduğu halda (şübhəli şəxsin geyimi) sonraki müqayisəli tədqiqatlar üçün (yararlı olan müxtəlif təbiətli (təbii və kimyəvi) və müxtəlif rəngli toxuculuq lif təbəqələrinin mikrohissəcikləri vardır (cild 06, i.v. 63-66). Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Baş İdarəsi Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Ekspert-Kriminalistik Mərkəzi 46-cı Bölməsinin məhkəmədaktiloskopik ekspertizasının xx.xx.2013-cü il tarixli, 46/E/273-13 nömrəli rəyindən görünür ki, xx.xx.2013-cü il tarixdə Leninqrad vilayəti, Luqa rayonu, Muraveyno kəndinin meşə massivində şəxsiyyəti məlum olmayan kişi meyitinin daktiloskopik kartında olan əl barmaqlarının (sağ əlin baş, şəhadət, orta, adsız, çeçələ barmaqları və sol əlin baş barmağı) dırnaq falanqlarında olan papilyar naxışlar 1963-cü il təvəllüdlü vətəndaş Heydər İsmayılovun adına daktiloskopik kartın surətində olan əl barmaqlarının dırnaq falanqlarında olan papilyar naxışlar eyni şəxsə məxsusdur (cild 06, i.v. 82-88). Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin molekulyar-genetik məhkəmə ekspertizasının xx.xx.2013-cü il tarixli, 14/E/310-13 nömrəli rəyindən görünür ki, Heydər İsmayılovun qan nümunəsinin genetik profili bütün tədqiq olunan 16 lokus üçün müəyyən edilmişdir: D8S1179-10, 13; D21S11-30, 30; D21S11-29, 30; D7S820-8, 10; CSF1PO-10, 12; D3S1358-16, 17; TH01-8, 9.3; D13S317-11, 12; D16S539- 9, 11; Penta E-15, 15; Penta D-9, 13 ; Vwa-17, 19; TPOX-8, 8; D18S51-13, 14; Amelogenin-X, Y; D5S818-11, 12; FGA-22, 23. Luqa rayon məhkəmə-tibbi şöbəsinin binasında Heydər İsmayılovun meyiti müayinə edilərkən, meyitin əlləri bir neçə dəfə yapışqan lent (skotç) ilə bağlanılmış, ondan götürülmüş yapışan lentin (skotçun) xarici səthində (obyekt №1) tər izlərinin olması və daxili səthində tər və qan izlərinin olması müəyyən edilmişdir. Obyektlərdə kifayət qədər miqdarda DNT olmaması və ya onun deqradasiya səbəbindən yuxarıda göstərilən izlərin genetik xüsusiyyətlərini müəyyən etmək mümkun olmadı. Yapışqan lentin (skotçun) xarici səthində aşkar edilmiş tər izlərinin (obyekt №1) və yapışqan lentin daxili səthində tər və qan izlərinin mənşəyinin zərərçəkmiş Heydər İsmayılova məxsus olub-olmamasını, yuxarıda göstərilən izlərin genetik profilini müəyyən etmək mümkün olmadı (cild 06, i.v. 102-108). Sankt-Peterburq şəhəri və Leninqrad Vilayəti üzrə Baş İdarəsinin məhkəmədaktiloskopik ekspertizasının xx.xx.2013-cü il tarixli, 5/E/D/1014-13 nömrəli rəyindən görünür ki, 153725 saylı cinayət işi üzrə Luqa rayon məhkəmə-tibbi şöbəsinin binasında Heydər İsmayılovun meyiti müayinə edilərkən ondan yapışqan lent (skotç) götürülmüşdür. Tədqiqat üçün təqdim olunan yapışqan lent (skotç) fraqmentlərinin səthlərində identifikasiya üçün yararlı hər hansı bir əl izi müəyyən edilməmişdir (cild 06, i.v. 120-123). Leninqrad vilayəti X46 Müəssisəsi Məhkəmə Tibbi-Ekspertiza Bürosunun məhkəməkriminalistik ekspertizasının xx.xx.2013-cü il tarixli, 387/13 nömrəli rəyindən görünür ki, meyitin alın dərisinin fraqmentində müayinə olunmuş 1 nömrəli zədə məhdud sərt küt əşya(lar) nəticəsində yaranmış yaradır. Yaranın quruluşunda xətti, bəlkə də qövsvari, bitişik kənar ilə tilin (çıxıntının, kənarın) hərəkəti əks etdirilib. Dəri fraqmentlərində müayinə olunmuş 3-10 nömrəli zədələr kəsik-deşik yaralardır və kəsən-deşən yastı obyektin, məsələn bıçağın tiyəsi, təsiri nəticəsində yaranmışlar. Onun iz əmələ gətirən hissəsində bir tiyəsi, kəsən kənarı və küpü vardır. Sonuncunun aydın şəkildə müəyyən edilmiş tərəfləri və kifayət qədər qalınlığı var (dəriyə batırılma səviyyəsində təxminən 1,0-2,0 mmə qədər). Bıçaq küpünün tərəfləri assimetrik olaraq hərəkət etmişlər (bir qayda olaraq, bir tərəfi hərəkət edirdi), bu çox güman ki, zədənin şərtləri ilə bağlıdır-silahın tangensiyal tətbiqi ilə. Tədqiqat zamanı müxtəlif alətlərin hərəkətini göstərən əlamətlər müəyyən edilməmişdir. Heydər İsmayılovun şərfində zolaqlı sviterində, qara sviterində, maykasında çoxsaylı zədələr aşkar edilmişdir ki, onların quruluşunda bıçağın iti (kəsmə) kənarını və ola bilər ki, küt hissəsinin hərəkətini əks etdirir. Zədə alətinin digər xarakterik xüsusiyyətləri parçaların aşağı iz-reseptiv xüsusiyyətlərinə görə (iplərin boş toxunması, parçanın yüksək açılması və aşınması) zədənin quruluşunda əks olunmamışdır. Heydər İsmayılovun hər iki şalvarında vizual müayinə zamanı zədələr aşkar edilməmişdir (cild 06, i.v. 135-159). Leninqrad vilayəti X46 Müəssisəsi Məhkəmə Tibbi-Ekspertiza Bürosunun məhkəməkriminalistik ekspertizasının xx.xx.2014-cü il tarixli, 55/14 nömrəli rəyindən görünür ki, Heydər İsmayılovun meyitindən götürülmüş dörd dəri parçasınin müayinəsi zamanı kəsikdeşik bıçaq xəsarətlərinin olması ehtimalı demək olar ki, istisna edilir (cild 06, i.v. 169- 181). Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsi Kriminalistika Mərkəzinin xx.xx.2013-cü il tarixli, 254674/**********259 nömrəli rəyindən görünür ki, daktiloskopik kartlarda olan əl barmaqlarının izləri 1963-cü il təvəllüdlü Heydər İsmayılova məxsusdur (cild 06, i.v. 216). Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə 3 nömrəli əməliyyat-axtarış şöbəsi (cinayət araşdırması) 11-ci bölməsinin xx.xx.2013-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixinədək və xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək olan müddətdə Rusiya Federasiyası ərazisində olmuşdur (cild 06, i.v. 223; 326). Rusiya Federasiyası İstintaq Komitəsi Leninqrad vilayəti üzrə İstintaq İdarəsi Xüsusi X15 üzrə (şəxsiyyət və ictimai təhlükəsizlik əleyhinə cinayətlər üzrə) 1-ci Şöbəsinin xx.xx.2013-cü il tarixli qərarından görünür ki, həmin tarixdə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış verilmiş və axtarış işi açılmışdır (cild 06, i.v. 228). Luqa şəhəri üzrə İstintaq Şöbəsinin xx.xx.2013-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində evi tərk etməmək və düzgün davranış barədə yazılı vəsatət formasında həbs qətimkan tədbiri seçilmişdir (cild 06, i.v. 230-231). Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Luqa rayonu üzrə İdarəsi Cinayət-X10 görünür ki, Təqsirləndirilən şəxs barəsində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş və onun Azərbaycan Respublikasının Yağar-Qazmalar kəndinə yollanması müəyyən edilmişdir (cild 06, i.v. 238). Leninqrad vilayəti üzrə İstintaq İdarəsi Xüsusilə X39 üzrə (şəxsiyyət və ictimai təhlükəsizlik əleyhinə cinayətlər üzrə) 1-ci Şöbəsinin xx.xx.2014-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsinin “a” bəndi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu) və 105-ci maddəsinin 2-ci hissəsinin “j” bəndində (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmişdir (cild 07, i.v. 28-30; cild 16, i.v. 49-52). Leninqrad vilayəti üzrə İstintaq İdarəsi Xüsusilə Mühüm İşlərin (şəxsiyyət və ictimai təhlükəsizlik əleyhinə cinayətlər üzrə) İstintaqı üzrə 1-ci Şöbəsinin xx.xx.2014-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslərinin yerinin müəyyən edilməsi məqsədilə hazırki cinayət işi üzrə ibtidai istintaq dayandırılmışdır (cild 07, i.v. 64-68). Leninqrad vilayəti üzrə İstintaq İdarəsi Xüsusilə Mühüm İşlərin (şəxsiyyət və ictimai təhlükəsizlik əleyhinə cinayətlər üzrə) İstintaqı üzrə 1-ci Şöbəsinin xx.xx.2015-ci il tarixli “hüquqi yardım haqqında” sorğusundan görünür ki, yaranmış istintaq zərurəti ilə əlaqədar Təqsirləndirilən şəxs səciyyəvi xüsusiyyətlərini təsvir edən materialların hüquqi yardım qaydasında Azərbaycan Respublikasından həmin istintaq şöbəsinə təqdim edilməsi xahiş olunmuşdur (cild 07, i.v. 79-82). Luqa vilayəti üzrə Şöbənin Cinayət-X31 Kəşfiyyat Rotasının xx.xx.2014-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tapılması ilə əlaqədar onun barəsində açılmış axtarış işinə xitam verilmişdir (cild 07, i.v. 90). xx.xx.2014-cü il tarixli “gəlmə haqqında iltizam”dan görünür ki, Təqsirləndirilən şəxs ekstradisiya yoxlanışı və Rusiya Federasiyası hüquq-mühafizə orqanların sorğusu üzrə təslim etmə haqqında məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikası hüquqmühafizə orqanları əməkdaşlarının ilkin tələbi əsasında gəlmək öhdəliyi götürmüşdür (cild 07, i.v. 91). Leninqrad vilayət prokurorunun xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Rusiya Federasiyası İstintaq Komitəsi Leninqrad Vilayəti üzrə İstintaq İdarəsi Xüsusilə Mühüm İşlərin (şəxsiyyət və ictimai təhlükəsizlik əleyhinə cinayətlər üzrə) İstintaqı üzrə 1-ci Şöbəsinin ibtidai istintaqın dayandırılması haqqında qərarı ləğv edilmişdir (cild 07, i.v. 103- 107). Sankt-Peterburq şəhəri Nevski Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünün surətindən görünür ki, 2012-ci ilin noyabr ayının əvvəlindən xx.xx.2013-cü il tarixədək olan müddətdə müttəhim X22 barəsində cinayət işi ayrıca icraata ayrılmış şəxsin bir müddət əvvəl X17 tərəfindən mənimsənilən 500.000 (beş yüz min) rubldan az olmayan məbləğdə pul vəsaitini geri alması məqsədilə barələrində cinayət işi ayrıca icraata ayrılmış şəxslərlə (X34, X33, Şahid, Təqsirləndirilən şəxs, X44) Heydər İsmayılovun oğurlanmasına yönəlmiş cinayət sövdələşməsinə daxil olmuşdur. Barəsində cinayət işi ayrıca icraata ayrılmış şəxs (Təqsirləndirilən şəxs) Leninqrad vilayəti, Luqa rayonu, Krasnıye Qorı kəndindən şimal-şərq istiqamətində 4,5 km məsafədə, yəni Leninqrad vilayətinin Luqa rayonunun Vısokaya Qriva kəndindən təxminən 6 km məsafədə yerləşən əraziyə çatdıqda avtomobili saxlamağı tələb edərək zərərçəkmiş Heydər İsmayılov və barəsində cinayət işi ayrıca icraata ayrılmış digər şəxslə (X44) birlikdə həmin avtomobildən düşmüşdür. Sonra onlarla birgə magistral yolun kənarında yerləşən meşəlik əraziyə getmiş, burada barələrində cinayət işi ayrıca icraata ayrılmış həmin şəxslər, yəni Təqsirləndirilən şəxs və Tohir Odiloviç istintaqla müəyyən edilməmiş şəraitdə zərərçəkmiş Heydər İsmayılovu qətlə yetirmişlər. Həmin hökmlə X53 Federasiyası Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsinin “a” bəndi (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi) ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur (cild 07, i.v. 116- 122). Sankt-Peterburq şəhəri Nevski Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünün surətindən görünür ki, X34, X33, X35 və digər şəxs birgə razılaşdırılmış şəkildə hərəkət edərək 04 yanvar 2013-cü il tarixdə, saat 19:00 radələrində Sankt- Peterburq şəhəri, dalan Matyuşenko, ev 8 tərəfdən yaxınlaşaraq müqavimət göstərən X6 “Lomonosovskaya” metro stansiyasının yaxınlığında iradəsinə zidd olaraq zorla X179TA98 dövlət qeydiyyat nişanlı “VAZ-21099” markalı avtomobilə əyləşdirmişlər. X19 tutduqdan sonra saxlanılması məqsədilə Cabir Cəfərovun idarə etdiyi avtomobillə əvvəlcə Sankt-Peterburq şəhəri, 3-cü Rabfakovski döngəsi, ev 8, mənzil 57 ünvanında yerləşən mənzilə, sonra isə elə həmin gün Sankt-Peterburq şəhəri, Oktyabrskaya Naberejnaya, ev 124, korpus 3, mənzil 172 ünvanda yerləşən mənzilə apararaq, orada iradəsinə zidd olaraq 15 yanvar 2013-cü il tarixədək saxlamışlar. Bundan başqa, Cabir Cəfərov və ŞƏXS1 (barəsində cinayət işi ayrıca icraata ayrılmış) həmin müddət ərzində Heydər İsmayılovun üzərində nəzarəti həyata keçirmiş və onun həmin mənzili tərk etməsinə imkan verməmişdirlər. Cabir Cəfərov, Zahir Cəfərov, Rahib Cəfərov, ŞƏXS1 (barəsində cinayət işi ayrıca icraata ayrılmış), habelə axtarışı ilə bağlı barəsində cinayət işi ayrıca icraata ayrılmış, bu cinayət əməlini törətmək məqsədilə qoşulmuş ŞƏXS2 (barəsində cinayət işi ayrtıca icraata ayrılmış) Heydər İsmayılova qarşı cinayət əməllərini törətməyə davam edərək 15 yanvar 2013-cü il tarixdə, saat 01:10-dan saat 06:30-dək olan müddətdə zərərçəkmişi mənzildən çıxararaq X179TA98 rayon dövlət qeydiyyat nişanlı, “VAZ- 21099” markalı avtomobilə əyləşdirib qabaqcadan əlbir olan bir qrup şəklində zərərçəkmiş X40 Cəfərovun idarə etdiyi, Şahid da əyləşərək hərəkət marşrutunu göstərdiyi M532PX178 dövlət qeydiyyat nişanlı “VAZ-21093” markalı avtomobilin müşayiəti ilə Zahir Cəfərovun idarə etdiyi, habelə ŞƏXS1 və ŞƏXS2-nin olduğu həmin avtomobildə Vısokaya Qriva kəndindən 6 km məsafədə və Leninqrad vilayəti, Luqa rayonu, Krasnıye Qorı kəndindən şimal-şərq istiqamətində 4,5 km məsafədə yerləşən meşəlik əraziyə apararaq, burada onu bu iş üzrə sübutetmə predmetinə daxil olmayan şəraitdə qətlə yetirmişlər. Məhkəmə iclasında doğru şəkildə müəyyən edilmişdir ki, müttəhimlər Cabir Cəfərov, Zahir Cəfərov, habelə Rahib Cəfərov və digər ŞƏXS1 04 yanvar 2013-cü il tarixdə əvvəlcədən əldə edilmiş razılıq əsasında hərəkət edərək X1 borcunu qaytarmağa məcbur etmək məqsədilə zərərçəkmişi iradəsinə zidd olaraq “Lomonovskaya” metro stansiyasının yaxınlığında tutub əvvəlcə bir mənzilə, sonra isə digər mənzilə aparmış və burada 15 yanvar 2013-cü il tarixədək iradəsinə zidd saxlamışlar. Hökmün məzmunundan məlum olmuşdur ki, ŞƏXS1 və ŞƏXS2 dedikdə barələrində ayrıca cinayət işi açılmış və axtarışda olan Təqsirləndirilən şəxs və X44 nəzərdə tutulmuşdur. Sözü gedən hökmlə Cabir Cəfərov, Zahir Cəfərov, Şahid Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsinin “a” bəndi (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi) ilə təqsirli bilinərək, Cabir və Zahir Cəfərovlar 6 (altı) il müddətə, Şahid 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar (cild 07, i.v. 124-134). Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının X58 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2015-ci il tarixli, xx.xx.2024-cü il tarixli arayışları və xasiyyətnamələrindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonunun Viyən kəndində yaşayır, ailə tərkibi arvadı, xx.xx.2005-ci il təvəllüdlü qızı, xx.xx.2007-ci il təvəllüdlü oğlundan ibarətdir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 07, i.v. 147-148; cild 09, i.v. 208-209). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2015-ci il tarixli məktubu, Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2015-ci il tarixli tələbnaməsi, Baş Prokurorluğun xx.xx.2024-cü il tarixli məhkum haqqında portal çıxarışı və hökmün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Xalq Məhkəməsinin 1-216/1995 nömrəli, xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci maddəsi (qəsdən adamöldürmə) ilə (Azərbaycan SSR X60 Heyətinin 1984-cü il 18 iyun tarixli fərmanı redaksiyasında) təqsirli bilinərək 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2006-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 07, i.v. 152; 155-156; 158-164; cild 09, i.v.143-144; 179-197). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.7-ci maddəsinə (Azərbaycan SSR X60 Heyətinin 1984-cü il 18 iyun tarixli fərmanı redaksiyasında) əsasən on ildən artıq müddətə azadlıqdan məhrum olunmağa məhkum edilmiş şəxslər, əgər onlar cəzanı (əsas və əlavə cəzanı) çəkib qurtardıqları gündən səkkiz il ərzində yeni cinayət törətməmişlərsə məhkumluğu olmayan şəxslər hesab edilirlər. Təqsirləndirilən şəxs verilmiş ittihamda hazırki cinayət işi üzrə əməli 15 yanvar 2013cü il tarixdə törətməsi və bununla əlaqədar xx.xx.2013-cü il tarixdə cinayət işinin açılması göstərilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24-cü maddəsində (Azərbaycan SSR X60 Heyətinin 1984-cü il 18 iyun tarixli fərmanı redaksiyasında) göstərilmişdir ki, “xüsusilə təhlükəli olan dövləti cinayətlər ... qəsdən adam öldürmək (94-96-cı maddələr) üstündə əvvəllər məhkum edilmiş şəxs və bu cinayətlərdən hansının üstündə birinci dəfə məhkum edilməsindən asılı olmayaraq göstərilən cinayətlərdən hər hansı birini yenidən edən şəxs məhkəmənin hökmü ilə xüsusilə təhlükəli peşəkar cani hesab edilə bilər”. Bundan başqa, Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 18.3.3-cü maddəsinə görə, qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin xüsusilə təhlükəli residivi sayılır. Beləliklə, Təqsirləndirilən şəxs əməllərində cinayətin xüsusilə təhlükəli residivi vardır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2015-ci il tarixli və X59 Nazirliyi Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsi Miqrasiya Məsələləri üzrə İdarəsinin xx.xx.2018-ci il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olması müəyyən edilmişdir (cild 07, i.v. 165; cild 08, i.v. 157). Leninqrad vilayəti üzrə İstintaq İdarəsi Xüsusilə X42 üzrə 1-ci İstintaq Bölməsin xx.xx.2019-cu il qərarından görünür, cinayət işi üzrə ibtidai istintaq Təqsirləndirilən şəxs cinayət prosesində iştirak edə bilməməsi səbəbindən dayandırılmışdır (cild 08, i.v. 189- 192). Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsi Miqrasiya Məsələləri üzrə İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı olan Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə P3945781 seriya nömrəli xarici pasport verilmiş, onun Sankt-Peterburq və Leninqrad vilayəti ərazisində yaşayış və qeydiyyat yeri olmamışdır. X59 Nazirliyinin elektron qeydlərində Təqsirləndirilən şəxs Rusiya Federasiyasının vətəndaşlığına mənsubluğu ilə bağlı heç bir məlumat yoxdur (cild 08, i.v. 197-198). Leninqrad vilayəti üzrə İstintaq İdarəsi Xüsusilə Mühüm İşlərin (şəxsiyyət və ictimai təhlükəsizlik əleyhinə cinayətlərə dair) Təhqiqatı üzrə 1-ci Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür, Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi ilə əlaqədar hazırki cinayət işi üzrə ibtidai istintaq təzələnmişdir (cild 08, i.v. 199-201). Leninqrad vilayəti üzrə İstintaq İdarəsi Xüsusilə Mühüm İşlərin (şəxsiyyət və ictimai təhlükəsizlik əleyhinə cinayətlərə dair) Təhqiqatı üzrə 1-ci Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür, cinayət işi xarici dövlətin səlahiyyətli orqanlarına verilməsi məsələsinə baxılması üçün həmin şöbəyə verilmişdir (cild 08, i.v. 209-211). Leninqrad vilayəti üzrə İstintaq İdarəsi Xüsusilə Mühüm İşlərin (şəxsiyyət və ictimai təhlükəsizlik əleyhinə cinayətlərə dair) Təhqiqatı üzrə 1-ci Şöbəsinin “Tapşırıq” və məktubundan görünür, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsinin ”a” və 105-ci maddəsinin 2-ci hissəsinin “j” bəndləri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində olan cinayət işi sonuncunun Rusiya Federasiyası ərazisində törətdiyi əməllərə görə cinayət təqibinin həyata keçirilməsindən ötrü Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına göndərilməsi üçün Rusiya Federasiyası Baş Prokurorluğuna göndərilmişdir (cild 08, i.v. 212-232; 235; cild 17, i.v. 181-197; 204). Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddələrinin çıxarışından məlum olur ki, həmin Məcəllənin 126-cı maddəsinin 2-ci hissəsinin ”a” bəndi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu, 105-ci maddəsinin 2-ci hissəsinin “j” bəndi isə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə cinayət əməllərini nəzərdə tutur (cild 08, i.v. 229-232). Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubu və Lənkəran Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsinin ”a” və 105-ci maddəsinin 2-ci hissəsinin “j” bəndləri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ibtidai istintaqın aparılması üçün Lənkəran Rayon Prokurorluğuna göndərilmiş və icraata qəbul olunaraq istintaqı davam etdirilmişdir (cild 09, i.v. 02-03). Lənkəran Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə törədildiyi müəyyən edilmiş cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 144.2.3-cü maddələrinə (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) tövsif edilmişdir (cild 09, i.v. 04-05). Lənkəran Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs olduğu yer məlum olmadığından cinayət işi üzrə ibtidai istintaq dayandırılmış, cinayət işi materiallarının təsdiq edilmiş surətləri Azərbaycan dilinə tərcümə edilməsi üçün Baş Prokurorluğun X9 təhvil verilmiş, materiallar tərcümə olunaraq pokurorluğa daxil olduğundan xx.xx.2024-cü il tarixli qərarla ibtidai istintaq təzələnmişdir (cild 09, i.v. 06-07; 22). Lənkəran Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi məqsədilə tutulması qərara alınmış və barəsində axtarış elan edilmişdir (cild 09, i.v. 32-33). Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və eyni tarixli protokolundan görünür ki, həmin tarixdə saat 16:15 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində tutularaq şöbəyə aparılmışdır (cild 09, i.v. 39-40). Lənkəran Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarı və protokolundan görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə, saat 16:15-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 144.2.3-cü maddələrində (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 09, i.v. 41-45). Lənkəran Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 144.2.3cü maddələri ilə (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 09, i.v. 59-60). Lənkəran Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid arasında üzləşdirmə istintaq hərəkəti icra olunmuş və onlar ifadələrində bildirdikləri xüsusatları bir-birinin üzünə qarşı söyləmişlər (cild 112-119). Lənkəran Rayon Məhkəməsinin 4(049)-120/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 22 iyul 2024cü il tarixdən hesablanmaqla 3 (üç) ay 26 (iyirmi altı) gün müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 09, i.v. 132-138). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir (cild 09, i.v. 140). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X54 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2674 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır və ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsirinə düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur, hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak etmək iqtidarındadır, idrak prosesləri, dünyagörüşü intellektual imkanlarının normaya uyğun olması müəyyən edilməklə, adaptivlik, ünsiyyətçillik, özünəməxsus mövqeyə və prinsipə malik olmaq və s. kimi fərdi psixi xüsusiyyətlərə malikdir, qeyd edilən hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuş, psixi-emosional halında iş üçün mühüm əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamış, cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 09, i.v. 211-215). Lənkəran Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi” və “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək” haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 144.2.3-cü maddələrindən (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) həmin Məcəllənin 120.2.1, 120.2.2 120.2.4, 120.2.9 və 144.2.3cü maddələrinə (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) tövsif edilmiş, ona Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 120.2.4, 120.2.9, 144.2.3-cü maddələri ilə (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) yenidən ittham elan edilmişdir (cild 09, i.v. 223-261). Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 26 (iyirmi altı) saat 30 (otuz) dəqiqə iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməllərin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, 125ci maddəsinin 7-ci bəndinə görə isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X20 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, o, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, onlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməməsi, qayını Cabir Cəfərovun işçisi Heydər İsmayılov ilə aralarında pulla bağlı, yəni sonuncunun Cabirə məxsus pulları ələ keçirməsi səbəbindən Cabirin Heydərə qarşı əsəbi olması barədə məlumatı olsa da, Heydərin oğurlanmasında iştirak etməməsi, ölümündə təqsiri olmaması, məhkəməyə ünvanladığı vəsatətlərində şahid Yuliya Kudryaşovanın şəxsin tanınması istintaq hərəkəti zamanı təqdim edilmiş fotoşəkillər üzrə Heydərə Sankt-Peterburq şəhəri, “Lomonosovskaya” metrostansiyasının yaxınlığında hücum edərək saxlayan şəxslərdən onu tanıması, lakin Heydərin qətlə yetirildiyi ərazidə olduğu barədə deməməsi, iş materiallarındakı sərhədkeçmə məlumatlarında 10 sentyabr 2012-ci il tarixdən 19 yanvar 2013-cü ilədək və 11 aprel 2013-cü il tarixdən 29 sentyabr tarixədək olan müddətdə Rusiya Federasiyası ərazisində olması qeyd olunsa da, əslində 11 aprel 2013-cü ildən həmin ilin iyul ayınadək Rusiya ərazisində olması və həmin müddət ərzində Cabir, Zahir, Rahib və Qorxmazın barəsində cinayət işinin olmadığı, +7 911 098 86 53 saylı mobil nömrənin onun istifadəsində olmaması, beləliklə də, ona verilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.4, 120.2.9-cu maddələrinin (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) əsassız və qərəzli olduğundan xaric edilməsi barədə dedikləri törətdiyi əməllərdə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri (məhkəmədə dindirilməklə əldə olunmuş və elan olunmaqla tədqiq olunmuş ifadələr), ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəni onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş X5 Rusiya Federasiyası İstintaq Komitəsinə verdiyi ifadəsindən görünür ki, qeyri-rəsmi birlikdə yaşadığı Gəncə şəhər sakini X17 ilə 2011-ci ildə tanış olmuş, bir evdə yaşamışlar və bu izdivacdan bir oğlu dünyaya gəlmişdir. Heydər İsmayılov tanışı Cabir Cəfərovun mağazasında şərab-araq bölməsində işləmişdir. Heydərin tanışlarından Cabir, Zahir, Romanı görmüş və onlar bir neçə dəfə evlərində qonaq olmuşlar. Heydərlə aralarında onun ailəyə baxmaması səbəbindən narazılıqlar olmuş, bundan sonra Heydər ara-sıra evə gəlməməyə başlamışdır. 2012-ci ilin noyabr ayının əvvəlində Heydər Cabir, Zahir və Roma ilə birlikdə evə gəlmişlər və evdə pulların harada ola biləcəyini soruşduqda, hansı pul haqqında danışdığını soruşmağa başlamış, Heydər, həmçinin onunla birlikdə olan Zahir, Cabir və Roma otaqlarda pul axtarmağa başlamışlar. Baş verənlərdən çox təəccüblənmiş, çünki söhbətin nədən getdiyini başa düşməmişdir. Onlar heç nə tapmadıqdan sonra mənzildən getmişlər. Həmin şəxslər bir neçə gün sonra yenə də mənzilə Heydərlə birlikdə gəlmişlər. Heydər ona Cabirin nəyəsə görə Heydərin əvəzinə 800.000 (səkkiz yüz min) rubl cərimə ödədiyini, habelə mağazada daha 800.000 (səkkiz yüz min) rubl məbləğində pulun çatışmadığını aşkar etdiyini, həmin pulları Cabirə qaytarmalı olduğunu bildirmişdir. Həmin gün də evi axtarmışlar, lakin pul tapılmamışdır. Üçüncü dəfə yenə də 2012-ci ilin noyabr ayının sonunda Heydər həmin şəxslərlə yenidən mənzilə gəlib pulların yerini axtarmışlar, lakin tapa bilməmişlər. 2012-ci ilin dekabr ayının ortalarında axşam və ya hətta gecə onun yaşadığı mənzilə yenə də Cabir, Roma və Zahir gəlib mənzildə axtarış etmişlər və mənzildən hər hansı məbləğdə pul tapmadıqları üçün çıxıb getmişlər. Cabir ona Heydərə işlədiyi müddətdə gündə 1.200 (bir min iki yüz) rubl əməkhaqqı verdiyini, Heydərin onlardan qaçdığını, sonuncunun gəldiyini bildirməsini, əks təqdirdə nəticəsinin onun üçün pis olacağını bildirmişdir. 04 yanvar 2013-cü ildə Heydər onun mobil telefonuna zəng edib görüşməyi təklif etmiş, onunla münasibətinə son qoymaq üçün görüşməyə razılıq vermiş, bu barədə Cabirə dedikdə, sonuncu ona Heydərlə görüşə getməsini bildirmişdir. 04 yanvar 2013-cü il tarixdə, saat 19 radələrində Sankt-Peterburqda yerləşən “Lomonosovskaya” metrosunun yaxınlığına getmişdir. Heydər metroya giriş binasının yanında dayanmış, onu gördükdə işarə ilə getməyini göstərmiş və onu metronun giriş binasının arxasına aparmışdır. Həmin vaxt Heydərə birgə yaşamaq istəmədiyini deməyə başladıqda Cabir və tanımadığı qeyri-rus millətindən olan iki şəxs Heydərə yaxınlaşmışlar. Cabirin yanındakı adını bilmədiyi hündür kişi qaçaraq gəlib Heydərin paltarından tutaraq, “sakit ol, hər şey normal olacaq, niyə sən bizdən qaçdın?” sözlərini deyib dərhal Heydərin qoluna girmişlər. Heydər onların əlindən çıxıb qaçmağa çalışsa da, bərk tutaraq Heydəri saxladıqları üçün əllərindən çıxa bilməmişdir. Digərləri yəni, Zahir və digər adını bilmədiyi şəxs onu dairəyə almış, ona və Heydərə “maşına gedək” deyə bildirmişlər. Onların arxasınca avtomobilə tərəf getmişdir. Heydəri Cabir və adını bilmədiyi şəxs qollarından tutub avtomobilə tərəf apamışlar. Heydər qaça bilməyəcyini görüb avtomobilə əyləşmişdir. Avtomobildə arxada sağ tərəfə əyləşmiş, arxa oturacağın ortasında adını bilmədiyi şəxslə Heydər, sükan arxasında Cabir, yan tərəfində isə Zahir əyləşmişdir. Avtomobillə Babuşkino küçəsi ilə gedib Rabfakovskaya və ya Obuxovskaya sahilyanı küçəsinə çıxmış, 3-cü Rabfakovskiy döngəsinə dönüb, avtomobili hündürmərtəbəli binaların yanında saxladıqdan sonra həmin binaların birinə daxil olub dörd və ya beşinci mərtəbəyə qalxıb birlikdə mənzilə daxil olmuşlar. Cabir, Zahir və Heydər başqa otağa, o və adını bilmədiyi digər şəxs başqa otağa gedib orada əyləşmişlər. Otaqda bir qədər gözlədikdən sonra Cabir otağa girib ona evinə getməsini bildirmiş, o da evinə getmiş, Heydər isə həmin mənzildə qalmış və sonuncunu bir daha görməmişdir. Daha sonra 2013-cü ilin yanvar ayının birinci yarısında onun evinə yenə Zahir, həmçinin onunla görünüşcə azərbaycan milliyyətinə aid daha iki kişi gəlib, ona Heydərin pulların girəcəkdə çəkilmiş üzlüyün arxasında ola biləcəyini bildirdiyini deyib, sonuncu dəfə mənzildə qeyd edilən yerdə pulları axtarmağı xahiş etmişlər, icazə vermişdir, lakin axtarışın bir nəticəsi olmamışdır. Yuliya Kudryaşova xx.xx.2014-cü il tarixli ifadələrin yerində yoxlanılması zamanı Matyuşkino dalanı tərəfdən, yəni “Lomonosovskaya” metrostansiyasının vestibülü tərəfdən torpaq sahəsinə göstərərək Heydər İsmayılovun iradəsinə zidd olaraq Cabir Cəfərov, Zahir Cəfərov və tanımadığı daha iki nəfər tərəfindən tutulma şəraitini göstərmiş, daha sonra Heydəri Babuşkino küçəsinə çıxarıb, yolu keçərək keçmiş “Sputnik” kinoteatrının binasının yanında avtomobillərin park yerinə getdiklərini və orada avtomobilə əyləşdiyini bildirmişdir. 27 fevral 2014-cü il tarixli şəxsin tanınması istintaq hərəkəti zamanı Yuliya Kudryaşova təqdim edilmiş fotoşəkillər üzrə Heydər İsmayılova hücum edənlərdən Təqsirləndirilən şəxs tanımışdır (cild 01, i.v. 159-176, 183-197; cild 10, i.v. 135-148, 154-168). Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş X21 Rusiya Federasiyası İstintaq Komitəsinə şahid, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən görünür ki, 2011-ci ilin sonu 2012-ci ilin əvvəlində X17 ilə tanış olmuş, Heydər onun mağazasında satıcı olaraq işə düzəlmiş, təxminən 2012-ci ilin payızında Heydərin alıcıları aldatdığını hiss etdiyinə görə onu işdən qovmuş, ertəsi gün hesablama apararkən kassada təxminən 150.000 (bir yüz əlli min) rubl əskik olduğunu görmüş, pul vəsaiti məhz Heydərin işlədiyi bölmədə əskik olmuş, mağazaya borcu olanlardan Mixayıl adlı şəxs pul borcunu satıcı Heydərə verdiyini bildirmiş, bundan sonra Heydərə zəng etmiş, Heydər pulları qaytaracağına söz versə də, sözünə əməl etməmiş, daima söhbətdən qaçmış, gah pulu götürdüyünü, gah götürmədiyini, arvadı Yuliya Kudryaşovanın kredit götürüb borcunu qaytaracağını bildirmiş, lakin heç bir müsbət nəticə əldə olunmamış, 2013-cü ilin əvvəlində yaranmış vəziyyəti Heydərin Qələndər adlı qohumu ilə üçü birlikdə müzakirə etmişlər, Qələndərin yanında Heydər yenə onları aldatmış, bütün hadisələr Oktyabrskaya sahilində kirayə tutduğu mənzildə baş vermişdir. Heydər onunla birgə həmin mənzilə gəlmiş, Heydəri oradan buraxmamış, evdən gedəndə onun evdən qaçmamağı və ona pulları qaytarması məqsədi ilə mənzildə hər zaman Heydərlə birgə kimsə qalmışdır. Heydər sonradan onun əlindən qaçmış, iyirmi günə yaxın Heydəri tapa bilməmiş, sonra Yuliya ona zəng edərək Heydərlə “Lomonosovskaya” metrostansiyasının qarşısında görüşü olduğunu demiş, həmin görüşə qardaşı Zahir, qohumu Ülfət, tanışı Rahiblə birlikdə getmiş, metronun qarşısında Heydəri tutub əvvəlcə həmin vaxt yaşadığı, yəni Rabfakovskaya küçəsindəki, sonra isə Sankt- Peterburq şəhəri, Oktyabrskaya sahili, ev 124 ünvanında yerləşən mənzilə aparmış, yenə onlardan qaçmağını istəmədikləri üçün bir neçə gün həmin mənzildə saxlamışlar və bu müddət ərzində daima Heydərdən pulları harada gizlətdiyini soruşmuşlar. Heydər əvvəlcə heç nə deməmiş, sonra onlar növbə ilə Heydəri döyməyə başlamışlar və Heydər pulların harada olduğuna dair müxtəlif ünvanları sadalamağa başlamışdır. Qeyd olunan yerlərə gedərək yoxlamış, ancaq pulları tapmamışlar. Heydər əsasən pulların Yuliya ilə birgə yaşadığı mənzildə bu və ya digər yerdə olduğunu demiş, Yuliyanın mənzilinə gedib evində pulları axtarmaq üçün icazə istəmişlər. Yuliya heç vaxt onların ziyarətlərini mənfi qarşılamamış və problemsiz mənzilə buraxmışdır. Ancaq mənzildə pulları tapmamışlar. Ümumilikdə Yuliyanın mənzilində dörd-beş dəfə olmuşdur. 2013-cü ilin yanvar ayında pulu harada gizlətdiyini öyrənmək üçün Heydəri saxladıqları mənzildə olmuş Şahid Heydəri qorxutmaq üçün Leninqrad vilayətində yerləşən bağ evinə aparmağı təklif etmiş, bağa səfəri digər iştirakçılarla, yəni Zahir Cəfərov, Rahib Cəfərov, Təqsirləndirilən şəxs və Tohir Odiloviçlə planlaşdırmış, məqsəd Heydəri qorxutmaq olmuşdur. Heydəri fiziki işgəncə xarakterli şifahi təhdidlərlə qorxudaraq, ona psixoloji cəhətdən təzyiq göstərmək və oğurladığı pulları geri qaytarmaq niyyətində olmuşlar, onun öldürülməsi və ya ona hər hansı ağır bədən xəsarətinin yetirilməsi barədə söhbət getməmişdir. Heydərin pulları harada gizlətdiyini dediyi halda onun sözlərinin həqiqiliyini yoxlayıb pulu tapmaq üçün bağa getməmiş, Qorxmazdan tələb olunan tək şey bağ evini tapmağa kömək etmək və yolu göstərməkdən ibarət olmuş, Qorxmazın Heydərə hədə-qorxu gəlmək prosesində iştirakı planlaşdırılmamışdır. Bağ evi şəhərdən təxminən 100-150 km məsafədə yerləşmişdir. Qorxmazın bağ evinə Heydəri Qorxmaz özü, sonuncunun bacısı oğlu Rahib, onun qardaşı Zahir, qohumu Ülfət və işçisi Tacikistan Respublikasında anadan olmuş “Toxa” kimi tanıdığı Tohir Odiloviç yollanmışlar. Onna məxsus dövlət nişanı 179-98 olan, “VAZ-21099” markalı avtomobildə getmişlər. Heydəri bağ evinə gecə saatlarında aparmışlar, o isə həmin vaxt öz mənzilində qalmışdır. Qorxmazın bağ evinə getdikdən təxminən iki saat sonra Ülfət ona zəng edərək telefonu Heydərə vermişdir. Telefon danışığı zamanı Heydər ona pulların Yuliya ilə birgə yaşadığı, Sedova küçəsindəki mənzildə olduğunu demiş, o, Yuliyanın evinə getmiş, ona hər şeyi izah etmiş və Heydərin işarə etdiyi yerlərdə pulları axtarmağa başlasa da, pulları tapmamışdır. Yuliyanın mənzilində olarkən yenidən Ülfətlə zəngləşmiş, sonuncu ona Heydəri bıçaqla iki dəfə vurduğunu və pulların harada olduğunu deməyə hazır olduğunu bildirdikdən sonra telefonu Heydərə vermişdir. Heydər möhkəm qışqıraraq pulların qapının örtüsündə olduğunu demiş, həmin yerləri yoxlamağa başlamış, lakin heç nə tapa bilmədiyi üçün Ülfətə zəng edib bu barədə demiş, bu vaxt Heydər telefonun dəstəyinə qışqırmağa başlayaraq yaxşı axtarmağı bildirmiş, bundan sonra isə əlaqə kəsilmişdir. Heydər telefonun dəstəyinə qışqıranda onun döyüldüyünü düşünmüşdür. Bir neçə saatdan sonra Ülfət evinə gəlmiş, Heydər onunla birgə olmamışdır. Heydərin harada olduğunu soruşduqda, Ülfət Heydərin artıq sağ olmadığını demiş, baş verənlərlə bağlı suallarına cavab olaraq Heydərə ən azı iki bıçaq zərbəsi endirdiyini və Heydərin öldüyünü bildirmişdir. Bir neçə gündən sonra avtomobilində dəqiq şəkildə təsvir edə bilməyəcəyi bıçağı tapmışdır. Ülfətlə danışıqlarından belə başa düşmüşdür ki, Heydərə bıçaq zərbələrini Ülfət özü yetirmişdir. Ülfətin hərəkətləri nəticəsində Heydər vəfat etmişdir. Həmçinin Ülfət ona bağ evinə onun avtomobili ilə getdikləri üçün, Heydəri qətlə yetirdiyi bıçağı həmin avtomobilinin saxlanc yerinə qoyduğunu demişdir. Həmin söhbətdən bir gün sonra bıçağı saxlanc yerindən götürüb Oktyabrskaya sahilindəki evin yaxınlığındakı zibil yeşiyinə atmışdır. Bıçaq çexola bükülmüş olmuş və bıçağı çexoldan çıxarmamışdır. Ülfətə Heydəri qətlə yetirməsi ilə bağlı hər hansı göstəriş verməmişdir. Ülfət bu hadisəni onun göstərişi olmadan şəxsən törətmişdir. Ülfətin məsuliyyətə cəlb olunacağından qorxduğu üçün onun Heydəri qətlə yetirməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Cabir Cəfərov xx.xx.2013-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı ifadəsində dediklərini əyani şəkildə göstərmişdir (cild 04, i.v. 04-09, 11-13, 18-19, 22-26, 193-198; cild 08, i.v. 114-119; cild 13, i.v. 04-09, 13-15, 22-23, 27-33, 241-247; cild 14, i.v. 93-96). Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş X24 Rusiya Federasiyası İstintaq Komitəsinə şahid, şübhəli və təqsirləndirilən, X14 şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrindən görünür ki, onlar digər şahidlər Yuliya Kudryaşova və Cabir Cəfərovla eyni məzmunda ifadə vermişlər. Zahir Cəfərov ifadəsində əlavə olaraq göstərmişdir ki, 2013-cü ilin yanvar ayının ortalarında Cabir ona zəng edib, axşam şəhərdən getməyin vaxtı olduğunu demiş və sürücü kimi adamları öz avtomobili ilə aparmağını istəmiş, təxminən saat 00:30-da Cabirin “VAZ-21099” markalı avtomobili ilə onun evinə gəlmişdir. Şahid onun avtomobilinə əyləşmiş və ona yol göstərməli olmuşdur. Anladığı qədəri ilə, onlar Qorxmazın Sankt- Peterburq şəhərindən təxminən 100-130 kilometr aralıda yerləşən bağ evinə doğru harasa getmişlər. Bağa səfəri Cabir digər iştirakçılarla, yəni o, Rahib Cəfərov, Təqsirləndirilən şəxs və özbəklə (Cabirin işçisi olan Tohir Odiloviç) planlaşdırmış, məqsəd Heydər İsmayılovu qorxutmaq olmuşdur. Heydəri fiziki işgəncə xarakterli şifahi təhdidlərlə qorxudaraq, ona psixoloji cəhətdən təzyiq göstərmək və oğurladığı pulları geri qaytarmaq niyyətində olmuşlar. Heydərin öldürülməsi və ya onun sağlamlığına hər hansı ağır bədən xəsarətinin yetirilməsi barədə söhbət getməmişdir. Heydəri avtomobilə əyləşdirmişlər, Ülfət arxasıyca sürən Rahibin avtomobilinə əyləşmiş, Cabir özü mənzildə qalacağını demişdir. Avtomobili qabaqda özü sürmüş, ardınca Rahib avtomobillə onu izləmişdir. Leninqrad vilayətinin Luqa şəhərinə tərəf az məsafə getmişlər. Magistral yollarla təxminən 150 km getdikdə, arada dayanmış və Ülfət avtomobilinə əyləşmişdir. Təxminən bir kilometr sürdükdən sonra sağa qarla örtülmüş meşə yoluna dönmüşlər, bu yolla daha bir kilometr gedib dayanmışlar. Maşınlardan düşəndə Ülfətlə özbək Heydəri maşınlardan təxminən 10 metr aralıda olan meşəyə aparmışlar. Heydərin əlinin bağlı olub-olmadığını görməmişdir. Rahib və o, maşınların yanında qalmış və eyni zamanda Heydərin qışqırtısını eşitmişlər. Səsi eşitməmək üçün avtomobilə əyləşmiş, bir müddət sonra Rahib də ona qoşulmuşdur. Heydərin qışqırtısını eşitməmək üçün musiqini daha ucadan açmışlar və Ülfət yanlarına gələnə qədər avtomobildə əyləşmişlər. Qorxmaz da kənara çəkilib yanlarına gəlmiş və bu mənzərəyə baxa bilmədiyini demişdir. Nə o, nə də Rahib Ülfətlə özbək və Heydər arasındakı meşədə baş verənlərə baxmışlar. Eyni zamanda ona aydın olmuşdur ki, Ülfətlə özbək Heydərə işgəncə verirlər, ancaq necə işgəncə verdiklərini, kiminsə əlində bıçaq görməmişdir. Ülfət və özbək Heydərə təxminən on beş dəqiqə işgəncə vermiş, sonra maşınlara qayıtmışlar, amma Heydər gəlməmişdir. Əvvəlcə Ülfət, bir müddətdən sonra özbək meşədən çıxmış, özbəklə Ülfət onun, qalanları isə Rahibin idarə etdiyi avtomobilə əyləşmişlər. Ülfət əvvəlcə Heydəri meşədə qoyub getdiyini, Sankt-Peterburq şəhərinə yaxınlaşanda isə Heydəri öldürdüyünü demişdir. Bu barədə danışarkən Ülfət Heydəri bıçaqla vurduğunu və nəticədə sonuncunun öldüyünü demişdir. Sankt-Peterburqa 40 km-ə yaxın qalanda Ülfət Rahibi çağırmış, avtomobillər dayanmış və Ülfət Rahibin idarə etdiyi avtomobilə oturmuşdur (cild 02, i.v. 67-74, 84-89, 98-99, 107-108; cild 03, i.v. 10-15, 19- 21, 25-26; cild 08, i.v. 136-140; cild 11, i.v. 84-92, 105-111, 123-124, 137-138; cild 12, i.v. 17-23, 27-29, 35-38; cild 17, i.v. 109-112). Həmçinin, Rahib Cəfərov xx.xx.2013-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı ifadəsində dediklərini əyani şəkildə göstərmiş, habelə xx.xx.2013-cü ildə şəxsin tanınması istintaq hərəkəti zamanı fotoşəkil üzrə təqdim edilən şəxslərdən Təqsirləndirilən şəxs tanıyaraq Heydər İsmayılovun qətlində əli olan şəxs olduğunu bildirmişdir (cild 02, i.v. 77-79, 100-102, cild 11, i.v. 96-100, 130-134). Yuxarıda ifadələri elan olunmuş şəxslərdən Cabir, Rahib və Zahir Cəfərovların ifadələrində qeyd olunanlar, habelə məhkəmə iclasında dindirilmiş Şahid ifadəsində dedikləri Rusiya Federasiyası Sankt-Peterburq şəhəri Nevski Rayon Məhkəməsinin onların barəsində olan 24 iyun və və 03 oktyabr 2014-cü il tarixli hökmləri ilə bir daha öz təsdiqini tapmışdır. Sözü gedən hökmlərin məzmunu aidiyyəti hissədə hazırki hökmün təsviri hissəsində əks olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs 10 sentyabr 2012-ci il tarixdən 19 yanvar 2013-cü ilədək və 11 aprel 2013-cü il tarixdən 29 sentyabr tarixədək olan müddətdə Rusiya Federasiyası ərazisində olmasını təkzib etməsi, yəni 11 aprel 2013-cü ildən həmin ilin iyul ayınadək Rusiya ərazisində olması və həmin müddətdə Cabir, Zahir, Rahib, Qorxmazın barəsində cinayət işinin olmaması barədə dediklərinə münasibət bildirərək qeyd edir ki, cinayət işinin materiallarında məlum hadisə ilə əlaqədar Luqa şəhəri üzrə İstintaq Şöbəsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən ölüm əlamətləri olan naməlum kişi meyitinin aşkar edilməsi faktı üzrə Rusiya Federasiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) ilə cinayət işi başlanılaraq icraata qəbul edilməsinə dair qərar və adları qeyd olunan şəxslərin həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində çıxarılmış hökmlərin olması səbəbindən əsassızdır. Təqsirləndirilən şəxs Rusiya Federasiyasında olarkən +7 911 098 86 53 saylı mobil nömrənin onun istifadəsində olmaması barədə dediklərinə gəlincə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, doğrudur iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli məktubundan həmin mobil nömrənin X8 adına rəsmiləşdirilməsi görünsə də, şahid ifadələrində həmin nömrənin Cabirlə Ülfətin istifadəsində olması qeyd olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs özü məhkəmə iclasında ona ünvanlanmış suala cavab olaraq bildirmişdir ki, Rusiya Federasiyasında olarkən istifadəsində olan mobil telefon nömrəsini xatırlamasa da, həmin nömrəni qayını Cabir ona vermişdir. Belə olan halda, Təqsirləndirilən şəxs ifadəsi bu hissədə də öz təsdiqini tapmamışdır. Bundan başqa, cinayət işinin materiallarında olan Leninqrad vilayəti üzrə İstintaq İdarəsi Mühüm Məsələlərin Araşdırılması (şəxsiyyətə və ictimai təhlükəsizliyə dair cinayətlər barədə) üzrə 1-ci Şöbəsinin xx.xx.2014-cü il tarixli “abunəçi və abunəçi qurğuları arasında bağlantılar haqqında məlumatdan ibarət sənədlərə baxış” protokolundan görünür ki, 15 yanvar 2013-cü il tarixdə gün ərzində Cabir Cəfərovun istifadəsində olmuş +7 965 753 05 44 mobil nömrəsi ilə müxtəlif, həmçinin +7 911 098 86 53 saylı mobil nömrə arasında çoxsaylı telefon danışıqları olmuşdur (cild 04, i.v. 147-160). Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə ona verilmiş ittihamdan məhz onun özünün əsaslandırdığı səbəblərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.4, 120.2.9-cu maddələrinin (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) xaric edilməsi barədə vəsatətini qanuni və əsaslı hesab etməmişdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməlin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “j” bəndi “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə”, 126-cı maddəsinin 2-ci hissəsinin ”a” bəndi “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu”, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi “bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə”, 144.2.3-cü maddəsi “bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam oğurluğu” (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutur. Belə olan halda Təqsirləndirilən şəxs əməlləri doğru olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “j” bəndindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci; Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsinin ”a” bəndindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddələrinə (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) tövsif edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2002-ci il 12 dekabr tarixli, 3 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Ali Məhkəmə Plenumunun xx.xx.2024-cü il tarixli, 14 nömrəli Qərarında qeyd olunur ki, qəsdən adam öldürmə cinayəti Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları Cinayət Məcəlləsinin 34-cü maddəsində şərh edilmişdir. Qəsdən adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” əlaməti ilə törədilməsi məsələsi həll edilərkən Cinayət Məcəlləsinin 34.2-ci maddəsi ilə yanaşı, bu əlamətin təfsirini nəzərdə tutan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 06 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalı və “qabaqcadan əlbir olan bir qrup şəxs” dedikdə, “bir qrup şəxs” tərəfindən törədilən cinayətlərdə olduğu kimi şəxsin həyatdan məhrum edilməsinə bilavasitə yönələn hərəkətlərin yerinə yetirilməsində ən azı iki nəfər şəxsin (icraçının) iştirak etməsi, lakin cinayətin obyektiv cəhətini təşkil edən həmin hərəkətlərin icrasına başlanılanadək onlar arasında zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinə dair razılaşmanın əldə olunması başa düşülməlidir. Cinayət hüquq nəzəriyyəsinə görə adam oğurluğu cinayətinin obyektini insanın şəxsi azadlığı təşkil edir. Əlavə obyekt qismində isə şəxsin həyatı və sağlamlığı çıxış edir. Yaşından, sosial statusundan, milliyətindən, irqindən və sairədən asılı olmayarq istənilən şəxs bu cinayətdən zərərçəkmiş ola bilər. Bu cinayətinin obyektiv cəhətini isə zərərçəkmiş şəxsin iradəsinə zidd və iradəsindən kənar surətdə onu daimi və müvəqqəti yaşadığı, yaxud faktiki olduğu yerdən qanunsuz olaraq başqa yerə aparıb saxlama təşkil edir. Zərərçəkmiş şəxsi onun iradəsinə zidd olaraq oğurlama fiziki zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə edilən hərəkətləri özündə ehtiva edir. Belə hərəkətlərə zərərçəkmiş şəxsin əl-qolunu, ayaqlarını bağlama, nəfəs yollarını tutma, torbaya salma və s. daxildir. Həmçinin, qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 144-cü maddəsində nəzərdə tutulmuş adam oğurluğu cinayəti formal tərkiblidir, yəni şəxs tutulduğu və başqa yerdə saxlandığı andan başa çatmış sayılır. Oğurlama hərəkətlərinə şəxsin tutulması, bir yerdən başqa yerə aparılması və orada saxlanılması, yaxud bu hərəkətlərdən yalnız biri daxildir. Zərərçəkmiş şəxsin saxlanma müddətinin (bir saat, iki gün, bir ay və s.) əməlin tövsifü üçün heç bir əhəmiyyəti yoxdur. Bu cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu iki və ya daha çox şəxsin bu cinayətin törədilməsi üçün qabaqcadan razılığa gəlməklə birgə iştirak etməsini nəzərdə tutur. Bu əlamət üzrə məsuliyyətin qaranması üçün iştirakçılardan hər biri cinayətin törədilməsində (icrasında) bilavasitə iştirak etməlidir. Başqa sözlə, iştirakçılardan hər biri bu cinayətin icraçısı qismində çıxış etməlidir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 144.2.3-cü maddələrində (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə eyni zamanda iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs yeznəsi Cabir Cəfərov, onun qardaşı Zahir Cəfərov və tanışı Rahib Cəfərovla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, bu məqsədlə əldə edilmiş razılığa və ümumi niyyətə uyğun hərəkət edərək, Cabirin mütəmadi əlaqə saxladığı və onların əsil niyyətindən xəbərsiz olan X2 görüşmək istəməsi barədə məlumatı aldıqdan sonra xx.xx.2013-cü il tarixdə, saat 19 radələrində qrup üzvləri ilə birlikdə Cabirin idarə etdiyi “VAZ-21099” markalı, X179TA98 dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan əraziyə gedib, orada Heydəri qollarından və əynindəki paltarından tutaraq fiziki zor tətbiq etməklə, müqavimətini qırıb iradəsinə zidd olaraq “VAZ-21099” markalı avtomobilə əyləşdirib, əvvəlcə Sankt-Peterburq şəhəri, 3-cü Rabfakovski döngəsi, ev 8, mənzil 57 ünvanına aparmaları, bir neçə saat orada saxladıqdan sonra qrup üzvləri ilə birlikdə eyni qaydada iradəsinə zidd olaraq Cabirin kirayə yaşadığı Sankt-Peterburq şəhəri, Oktyabrskaya sahili, ev 124, korpus 3, mənzil 172 ünvanına aparıb, 15 yanvar 2013-cü il tarixədək həmin ünvanda iradəsinə zidd olaraq saxlamaları qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu; bundan sonra cinayətkar hərəkətlərini Cabir, Zahir, Rahib, Qorxmaz və Tohir Odiloviçlə davam etdirərək, onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, Heydəri qorxutmaq üçün əllərini arxadan yapışqan lentlə bağlayıb, iradəsinə zidd olaraq zorla mənzildən çıxarıb 15 yanvar 2013-cü il tarixdə Rusiya Federasiyası Leninqrad vilayəti, Luqa rayonunun Krasnıye Qorı kəndindən şimal-şərq istiqamətində 4,5 km və Vısokaya Qriva kəndindən 6 km məsafədə yerləşən meşə massivindəki əraziyə aparıb, orada Tohirlə birlikdə Heydərin baş, boyun, döş qəfəsi və sağrı nahiyələrinə əl və ayaqla, habelə üzərində olan istintaqla müəyyən edilməmiş kəsicideşici xassəyə malik predmetlə (bıçaqla) qəsdən çoxsaylı zərbələr vuraraq, ona yetirildiyi anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid boyunun sağ yan səthinin aşağı üçdə birində bir ədəd, döş qəfəsinin ön səthində sağda parasternal xətt boyunca iki ədəd, döş qəfəsinin ön səthində solda 10-11-ci sol qabırğaların zədələnməsi ilə müşayiət olunan bir ədəd, boyunun arxa səthində iki ədəd, boyunun arxa səthində sol daxili yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin arxa səthində sağda kürək xətti boyunca bir ədəd, bel nahiyəsində sağda bir ədəd, sol kürəkaltı nahiyədə iki ədəd, sağ bazuönünün arxa səthinin yuxarı üçdə birində bir ədəd, qarının sol yan səthində bir ədəd kəsilmiş-deşilmiş yaralar və sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən sağ baldırın ön səthinin aşağı üçdə birində sıyrıq, sağ ombanın (sağrı nahiyəsi) ön səthinin orta üçdə birində bir ədəd, sol ombanın (sağrı nahiyəsi) ön səthinin orta üçdə birində bir ədəd, həmçinin boynun orta üçdə birində dilaltı sümüyünün böyük buynuzlarının tam sınıqları, sağ plastinada və qalxanabənzər qığırdağının yuxarı buynuzunda kütləvi qanaxmalarla müşayiət olunan boyun nahiyəsinin qapalı küt zədəsi, frontal nahiyədə sol tərəfdə yerləşən yaralardan ibarət, iri qan damarlarının zədələnməsi (sol daxili yuxu arteriyası) və digər ölçülərdə olan qan damarlarının (boyunun sağ yan səthinin aşağı üçdə birində lokallaşmiş yara kanalları, döş qəfəsinin ön səthində sağda parasternal xətt boyunca, döş qəfəsinin ön səthində solda, boyunun arxa səthində, döş qəfəsinin arxa səthində sağda kürək xətti boyunca, bel nahiyəsində sağda, sol kürəkaltı nahiyədə, sağ bazuönünün arxa səthinin yuxarı üçdə birində, qarının sol yan səthində) zədələnməsi nəticəsində kəskin qanitirmə ilə nəticələnib ölümünə səbəb olan xəsarətlər yetirməsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə kimi qiymətləndirilmiş və əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 144.2.3-cü maddələri ilə (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 318.1-ci maddəsində göstərilmişdir ki, “məhkəmə baxışı zamanı cinayət işinə ... yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsə ... qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələri ilə (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) də ittiham verilmiş, lakin dövlət ittihamçısı məhkəməyə vəsatət təqdim edərək, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında adam öldürmə cinayətini törətdiyi X47 Federasiyası Cinayət Məcəlləsinin yalnız 105-ci maddəsinin 2-ci hissəsinin “j” bəndi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) ilə ittiham verildiyi, bundan başqa, Rusiya Federasiyasından Təqsirləndirilən şəxs barəsində 153725 nömrəli cinayət işinin yalnız Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “j” bəndi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 126-cı maddəsinin 2-ci hissəsinin ”a” bəndi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu) ilə Rusiya Federasiyası Baş Prokurorluğunun vasitəsilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi, belə olan halda Təqsirləndirilən şəxs sorğu edən tərəf olan Rusiya Fedarasiyasının Baş Prokurorluğuna heç bir rəsmi məlumat verilmədən, əlavə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9-cu maddələri ilə (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) ittiham irəli sürülməsi onun vəziyyətinin ağırlaşdırılması, habelə müdafiə hüququnun kobud qaydada pozulmasına səbəb olacağından, ona verilmiş ittihamdan Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9-cu maddələri (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) üzrə imtina etmiş, məhkəmənin 27 yanvar 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9-cu maddələri ilə (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) aparılan cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 144.2.3-cü maddələrində (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir, cinayət əməllərini qəsdən törətmişdir, əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan xəstə uşağının olmasını, özünün yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal əməllərində cinayətin xüsusilə təhlükəli residivinin olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələrində göstərilir ki, residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır, həmçinin, xüsusilə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarı). “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 144.2.3-cü maddələrinin (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və ya şərti məhkum etmənin tətbiq edilməsi üçün əsaslar yoxdur. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “j” bəndinin sanksiyasında bir ildən iki ilədək azadlığın məhdudlaşdırılması ilə səkkiz ildən iyirmi ilədək azadlıqdan məhrum etmə cəzası, 126-cı maddəsinin 2-ci hissəsinin ”a” bəndinin sanksiyasında iki ilədək azadlığın məhdudlaşdırılması və ya məhdudlaşdırılmaması ilə beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) 120.2.1-ci maddəsinin sanksiyasında on iki ildən on beş ilədək, həmin Məcəllənin 144.2.3-cü maddəsinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 12.1 və 12.5-ci maddələrinin tələbinə görə, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Bu Məcəllənin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini Rusiya Federasiyasının ərazisində törətdiyindən və onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12-ci maddəsinin müddəaları nəzərə alınmaqla Cinayət Məcəlləsinin 120.2.1 və 144.2.3-cü maddələri ilə (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) tövsif olunduğundan, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “j” bəndinin sanksiyasında bir ildən iki ilədək azadlığın məhdudlaşdırılması ilə səkkiz ildən iyirmi ilədək azadlıqdan məhrum etmə cəzası, 126-cı maddəsinin 2-ci hissəsinin ”a” bəndinin sanksiyasında iki ilədək azadlığın məhdudlaşdırılması və ya məhdudlaşdırılmaması ilə beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) 120.2.1-ci maddəsinin sanksiyasında on iki ildən on beş ilədək azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 144.2.3-cü maddəsinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının müəyyənləşdirildiyi nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) 120.2.1-ci maddəsi ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “j” bəndinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddi, yəni səkkiz il, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsinin (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi, yəni on beş ilədək azadlıqdan məhrum etmə cəzası (səkkiz ildən on beş ilədək azadlıqdan məhrum etmə cəzası); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) 144.2.3-cü maddəsi ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsinin ”a” bəndinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddi, yəni beş il, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinin (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi, yəni 12 ilədək azadlıqdan məhrum etmə cəzası (beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası) təyin olunmalıdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməllərini törətdiyi vaxt, yəni 04-15 yanvar 2013-cü il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 144.2.3-cü maddələrinin sanksiyası daxilində cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10-cu maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə şamil edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarının 1-1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklərin edilməsi, o cümlədən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş cəzaların yüngülləşdirilməsi, işlərə baxılarkən zamana görə cinayət qanunun tətbiqi məsələsini ortaya çıxarmaqla, onun düzgün, vahid mövqedən həll edilməsini tələb edir. Bununla əlaqədar cəzanın təyini məsələsinin həllində aşağıdakılar nəzərə alınmalıdır:- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin eyni zamanda həm ağır, həm də xüsusilə ağır cinayətlər törətməsini, bu cinayətlərin xarakterini, yüksək ictimai təhlükəlilik dərəcəsini, işin hallarını, o cümlədən cinayət əməllərinin ağır nəticələrə səbəb olmasını, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirilərək xüsusi amansızlıqla törədilməsini, əməllərində cinayətlərin xüsusilə təhlükəli residivinin olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının müddəti yuxarı həddə yaxın təyin edilməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 144.2.3-cü maddələrində (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4 və 15.5-ci maddələrinə əsasən ağır və xüsusilə ağır cinayətlər hesab olunduğundan, 56.1.4-cü maddəyə görə, o, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs törətdiyi həm ağır, həm də xüsusilə ağır cinayət əməllərinin yuxarıda qeyd olunan hallarından başqa, həmçinin qəsdən adam öldürmə cinayətini müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə törətməsini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə (xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər) əsasən, məhkəmə hesab edir ki, o, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının bir hissəsini həbsxanada çəkməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər, üzərinə həbs qoyulmuş əmlak və maddi sübut yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, onun məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 22 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 144.2.3-cü maddələrində (xx.xx.2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 120.2.1-ci maddəsi ilə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 144.2.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının ilk 2 (iki) ilini həbsxanada, qalan hissəsini xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 iyul 2024-cü il tarixdən hesablansın. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırki hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-136/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-136/2025
27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver