Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-137/2023 13.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx xxx 1981-ci ildə Füzuli rayonunun Horadiz kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 19 sentyabr 2021-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Füzuli rayonunun Horadiz kəndində qeydiyyatda olmaqla Füzuli rayonu, 2 saylı Zobcuq qəsəbəsində yerləşən 130 nömrəli evdə yaşamış, barəsində 09 sentyabr 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri, xx xxxx 1991-ci ildə Füzuli rayonunun Zərgər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Füzuli rayonunun Zərgər kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi köçkün şəhərciyi, bina 6, mənzil 25-də yaşamış, barəsində 21 sentyabr 2022ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokofrans əlaqə sistemindən istifadə edilməklə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmiş, lakin məhkumluğunun ödənilməməsinə baxmayaraq islah olunmamış, 2022-ci ilin sentyabr ayının əvvəllərində məlum olmayan mənbədən 01 ədəd ağ rəngli polietilen torbada satış məqsədilə, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,015 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımaqla yaşadığı Füzuli rayonu, 2 saylı Zobucuq qəsəbəsində yerləşən 130 nömrəli evə gətirib qanunsuz olaraq saxlamış, həmin psixotrop maddəni qanunsuz olaraq üzərində daşımaqla 04 sentyabr 2022-ci ildə, saat 20:30 radələrində Füzuli rayonu, “Zobucuq” qəsəbəsində yerləşən “Şirin Petrol” yanacadoldurma məntəqəsinin yaxınlığına gətirib orada tanışı Şahid6 30 manat pulun müqabilində satmış, 05 sentyabr 2022-ci ildə, gecə saat 01:30 radələrində Cəbrayıl rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Şahid6 Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yaxınlığında qurulmuş polis postundan piyada keçərkən saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman onun əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi- 1,015 qram psixotrop maddə aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, qanunsuz yolla qazanc əldə etmək üçün 07 sentyabr 2022-ci ildə, saat 16 radələrində tanışı, rayon sakini Təqsirləndirilən şəxs2 ilə Füzuli rayonu, Fin qəsəbəsinin girişində görüşərək, sonuncudan 220 (iki yüz iyirmi) manat pulun müqabilində təkrarən satış məqsədi ilə külli miqdarda, ümumi təmiz çəkisi 4,193 qram narkotik vasitə heroin və külli miqdar təşkil edən, ümumi təmiz çəkisi 10,959 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq almış, əvvəlcədən aralarında olan razılaşmaya əsəsən 220 (iki yüz iyirmi) manat pulun 89 (səksən doqquz) manatını həmin gün, saat 15:51-də Təqsirləndirilən şəxs2 məxsus "xxxx" ASC-yə aid “Leobank” adlı plastik kartın sonuncunun hesabına köçürmüş, qalan 130 (yüz otuz) manat pulu isə sonra verəcəyinə söz vermiş, Təqsirləndirilən şəxs1 təkrarən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində daşıdığı külli miqdarda narkotik vasitə heroini və külli miqdar təşkil edən psixotrop maddə metamfetamini əynində olan qara rəngli idman şalvarının cibində qanunsuz olaraq saxlamış, onun cinayət əməlinin törədilməsindən xəbərsiz, taksi fəaliyyəti ilə məşğul olan, tanışı Şahid1 idarə etdiyi VAZ-2106 markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında əyləşib Füzuli rayonunun Kərimbəyli kəndinin yaxınlığında yeləşən “Melisa” adlı marketin qarşısına qanunsuz olaraq daşımış, həmin gün saat 17 radələrində Cəbrayıl rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, şəxsi axtarış keçirilərkən idman şalvarının cibində saxladığı 1 ədəd polietilen kəsiyinə bükülmüş sellofan torbacıqda təmiz çəkisi - 10,856 qram (nəm halda) və 1 ədəd təmiz çəkisi-0,103 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, eləcə də “Winston” adlı siqaretin qutusundan 1 ədəd kağız bükümdə təmiz çəkisi-0,287 qram və 4 ədəd polietilen kəsiyi bükümündə, ümumi təmiz çəkisi-3,467 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, həmçinin Şahid1 idarə etdiyi avtomobildə Təqsirləndirilən şəxs1 əyləşdiyi sol arxa oturacağının qarşısından, döşəmənin üzərindən sonuncuya məxsus “Pall Mall” adlı siqaretin qutusundan 1 ədəd sellofan torbacıqda polietilen kəsiyi bükümündə, təmiz çəkisi-0,726 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Cəbrayıl rayon polis şöbəsinin əməkdaşları tərəfindən 19 sentyabr 2022-ci ildə, saat 18 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini satan Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Qaradağ rayonunda saxlanılaraq rayon polis şöbəsinə gətirilib istintaq orqanına təqdim olunmuşdur. Təqsirləndirilən şəxs2 qanunsuz yolla qazanc əldə etmək üçün 2022-ci ilin avqust ayının əvvəllərində məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədilə külli miqdarda, ümumi təmiz çəkisi 10,959 qram narkotik vasitə heroin və külli miqdar təşkil edən, ümumi təmiz çəkisi 4,193 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib qanunsuz olaraq üzərində daşıyaraq yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanına gətirib saxlamış, satış məqsədilə əldə etdiyi qeyd olunan çəkilərdə olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 07 sentyabr 2022-ci ildə saat 16 radələrində tanışı, rayon sakini Təqsirləndirilən şəxs1 Füzuli rayonu, Fin qəsəbəsində sonuncuya 220 (iki yüz iyirmi) manat pulun müqabilində qanunsuz olaraq satmış, təkrarən satış məqsədi ilə külli miqdarda, ümumi təmiz çəkisi 4,193 qram narkotik vasitə heroin və külli miqdar təşkil edən, ümumi təmiz çəkisi 10,959 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satmışdır. Cəbrayıl rayon polis şöbəsinin əməkdaşları tərəfindən 19 sentyabr 2022-ci ildə, saat 18 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini satan Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Qaradağ rayonunda saxlanılaraq rayon polis şöbəsinə gətirilib istintaq orqanına təqdim olunmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki 07 sentyabr 2022-ci ildə günorta saatlarında rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılmış, orada yazılan sənədlərə təzyiq nəticəsində imza etmiş, onun üzərində külli miqdar narkotik vasitənin olmasını polis əməkdaşı yazmış, İsmətlə narkotik vasitə barədə alış-verişi olmamış, o saxlanılandan 12 gün sonra İsmət tutulmuş, üzərinə baxış zamanı vieoçəkiliş aparılmışdır. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, 2022-ci ilin sentyabr ayının əvvəllərində 01 ədəd ağ rəngli polietilen torbada tapdığı 1 qram psixotrop maddə olan metamfetamini xx.xx.2022-ci ildə, saat 20:30 radələrində Füzuli rayonu, “Zobucuq” qəsəbəsində yerləşən “Şirin Petrol” yanacadoldurma məntəqəsinin yaxınlığına gətirib orada tanışı Şahid6 30 manat pulun müqabilində satmış, xx.xx.2022-ci ildə, saat 16 radələrində rayon sakini “Sətin” adı ilə tanıdığı şəxslə rayonun Fin qəsəbəsinin girişində görüşərək, sonuncuya 220 (iki yüz iyirmi) manat pul verib ondan ümumi təmiz çəkisi 4,193 qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 10,959 qram psixotrop maddə olan metamfetamin almış, 07 sentyabr 2022-ci ildə saat 17 radələrində Cəbrayıl rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq rayon polis şöbəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan idman şalvarının cibində saxladığı psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, saxlanılaraq polis şöbəsinə gətirilərkən, orada sorğu-sual edilərkən və izahatı alınarkən ona hər hansı bir təsir-təzyiq olmamış, polis əməkdaşı tərəfindən tərtib olunan protokola heç bir etirazı olmadan imza etmiş, sorğu-sual zamanı narkotik vasitəni və psixotrop maddəni “Sətin” adı ilə tanıdığı Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid6 tanımamış, lakin rayon sakini Təqsirləndirilən şəxs1la münasibəti normal olmuşdur. 19 sentyabr 2022-ci ildə saat 17 radələrində Bakı şəhərində yaşadığı binanın blokuna daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə aparılmış, üzərinə baxış keçirilən zaman üzərində qanunla qadağan olunmuş heç bir predmet aşkar olmamış və şöbədə polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını bildirmiş, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayının əvvəllərində saat 22 radələrində Bakı şəhəri, Sabuncu rayonu, Qaraçuxur qəsəbəsində yerləşən TTY şöbəsinə getmiş, oradan piyada geri qayıdan zaman qəsəbənin ərazisindən keçən dəmir yolunun yaxınlığında bir ədəd ağ rəngli sellofan torbanın içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu görüb götürmüş, narkotik vasitənin az bir hissəsini istifadə etmiş, 2022-ci ilin sentyabr ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs1 bir neçə dəfə ona zəng edərək, istifadə etmək üçün narkotik vasitə axtardığını, lakin tapa bilmədiyini demiş, Ramilə “narahat olma məndə var” deyərək xx.xx.2022-ci ildə saat 16:30 radələrində Füzuli rayonunun Bala Bəhmənli kəndində Ramillə görüşərək tapdığı bir ədəd polietilen bükümdə olan narkotik vasitə heroinin qalan hissəsini və bir ədəd polietilen bükümdə olan psixotrop maddə metamfetamini Ramilə pay vermişdir. 19 sentyabr 2022-ci ildə saat 17 radələrində Bakı şəhərində yaşadığı binanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə aparılmış, orada sorğu-sual edilərkən bir ay əvvəl küçədən tapdığı narkotik vasitəni və psixotrop maddəni tanışı Təqsirləndirilən şəxs1 satmadığını, pay verdiyini, polis şöbəsində ona qarşı heç bir qanun pozuntusuna yol verilmədiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməllərin törədilməsində təqsirkar olub-olmamalarını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında Cəbrayıl rayon polis şöbəsinin CAB-in rəisi vəzifəsində işləyən Şahid2 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabuncu rayonu, Sabunçu qəsəbəsində yaşayan Şahid6 Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 0509.2022-ci ildə ona əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, qrupun üzvləri rayon ərazisində əməliyyat-axtarış tədbirləri keçirərkən Şahid6 həmin gün gecə saatlarında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Şahid6 üzərində “Redmi 9” markalı mobil telefon, əynindəki şalvarın cibində olan “Pall mall” markalı siqaret qutusunun içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüş, sorğu-sual zamanı Şahid6 həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu və onu 04 sentyabr 2022-ci ildə saat 19 radələrində 30 (otuz) manat pul müqabilində Seymur adlı şəxsdən aldığını bildirmiş, həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən onun Füzuli rayonunun Horadiz kəndində qeydiyyatda olmaqla rayonun 2-ci Zobucuq qəsəbəsində yaşayan, Təqsirləndirilən şəxs1 olduğu məlum olmuş, xx.xx.2022-ci ildə saat 17:00 radələrində əməliyyat-axtarış tədbirləri davam etdirilərkən Təqsirləndirilən şəxs1 rayon sakini Şahid1 idarə etdiyi “VAZ 2106” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobillə rayonunun Zobucuq qəsəbəsində hərəkətdə olarkən sürücü və avtomobillə birgə saxlanılaraq polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkilişlə sonuncunun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarın cibindən sellofana bükülmüş halda 11 (on bir) qram narkotik vasitə heroinə, 4 (dörd) ədəd sellofan kəsiyinə bükülü halda isə 5 (beş) qram psixotrop maddə olan metamfetaminə oxşar kütlələr olduğu aşkar olunaraq götürülmüş, sonuncu psixotrop maddənin bir hissəsini istifadə etdiyini, az bir hissəsini isə 2-3 gün əvvəl tanışı Şahid6 onun 4169 7413 5166 3065 nömrəli bank hesabına 30 (otuz) manat pul göndərməklə ona satdığını bildirmiş, sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitəni və psixotrop maddəni rayonun Zərgər kənd sakini Təqsirləndirilən şəxs2 aldığı məlum olmuş, sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə sürücü Şahid1 üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun üzərində qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmiş, lakin idarə etdiyi avtomobilə baxış keçirilərkən avtomobilin arxa sağ oturacağının altından bir “Pall Mall” adlı siqaret qutusunun içərisində 1 qram çəkidə kristal formalı psixotrop maddə hesab edilən metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüş, Şahid1 həmin maddənin ona məxsus olmadığını bildirmiş, Füzuli rayonunun Zərgər kənd sakini Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci ildə saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonunda saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun üzərində 2 ədəd mobil telefon, bank kartları, şəxsiyyətini təsdiq edən sənəd, eləcə də Qarabağ Müharibəsinin iştirakçısı olması haqqında vəsiqə və siqaret qutusu olmuş, lakin üzərində qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmiş, sorğusual zamanı 2022-ci ilin avqtust ayının əvvəllərində Bakı şəhərində Qaraçuxur qəsəbəsində dəmir yolunun yaxınlığından sellofan torbanın içərisində narkotik vasitəni və psixotrop maddə tapdığını, heroinin bir hissəsini özü istifadə etdiyini, qalan hissəsini psixotrop maddə ilə birlikdə xx.xx.2022-ci ildə Füzuli rayonunun Bala Bəhmənli kəndində tanışı Təqsirləndirilən şəxs1 pay verdiyini bildirmişdir. Keçirilən əməliyyat-axtarışları tədbirləri zamanı saxlanılan şəxslərin üzərinə keçirilən şəxsi axtarış və avtomobilə baxışla bağlı ptotokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmış, protokolların tərtibi zamanı tərəflərin heç bir etirazı olmamış, saxlanılan şəxslərə qarşı heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 və Şahid4 da Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş, hazırda narkomaniya xəstəliyi ilə bağlı məcburi müalicədə olan Şahid6 istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilməklə tədqiq olunarkən müəyyən olunur ki, o, ifadəsində psixotrop maddə metamfetamin qəbul etdiyini, istifadə etdiyi psixotrop maddəni Füzuli rayon sakini Seymur adlı şəxsə məxsus ***-***-**-** mobil nömrəyə zəng edib onunla görüşərək 20-30 manat pulun müqabilində aldığını və ya Seymurun bank kartına onun dediyi məbləği köçürdükdən sonra sonuncunun psixotrop maddəni qoyduğu yerə gedərək oradan götürdüyünü, sonuncu dəfə 04 sentyabr 2022-ci ildə axşam saatlarında Füzuli rayonu, Zobucuq” qəsəbəsində “Şirin Petrol” yanacadoldurma məntəqəsinin yaxınlığında onunla görüşərək ona 30 manat pul verib ondan 1 qram metamfetamin almış və həmin gün gecə saatlarında Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olarkən rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirildiyini, müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilərkən üzərində aşkar edilən metamfetamini Seymur adlı şəxsdən əldə etdiyini göstərmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 07 sentyabr 2022-ci il tarixli təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərardan görünür ki, Füzuli rayonunun Horadiz kəndində qeydiyyatda olmaqla 2 saylı Zobucuq qəsəbəsində yerləşən 130 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumata əsasən onun ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 5(072)-032/2022 nömrəli qərarından görünür ki, Cəbrayıl rayon polis şöbəsinin CAB-nin rəisi, polis baş leytenantı X3 rayonunun Horadiz kəndində qeydiyyatda olmaqla 2 saylı Zobucuq qəsəbəsində yerləşən 130 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs1 cinayət əməlinin ifşa olunması məqsədi ilə “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 07 sentyabr 2022-ci il tarixli qərarı qanuni hesab edillmişdir. İş materiallarında olan 07 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən, yəni əynində olan idman şalvarının sol yan cibindən 1 ədəd polietilen kəsiyinə bükülmüş 11 (on) bir qram narkotik vasitə hesab olunan heroinə bənzər kütlə, sağ yan cibindən “Winston” adlı siqaretin qutusunda 4 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda 1 (bir) qram, 1 (bir) qram, 2 (iki) qram və 1 (bir) qram psixotrop maddə hesab olunan metamfetaminə oxşar kütlə, həmçinin 1 (bir) ədəd siqaret kağızı bükümdə çəkisi müəyyən edilməyən psixotrop maddə hesab olunan metamfetaminə oxşar kütlə və 1 (bir) ədəd siqaret kağızı bükümdə çəkisi müəyyən edilməyən narkotik vasitə hesab olunan heroinə oxşar kütlə aşkar olunaraq götürülmüş, şəxsi axtarış keçirilməsi zaman videokamera ilə qeydə alımış videogörüntülər əks olunan bir ədəd disk protokola əlavə edilmişdir. İş materiallarında olan 07 sentyabr 2022-ci il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi və saxlanılan zaman sərnişin qismində əyləşdiyi Şahid1 idarə etdiyi “Vaz 2106” markalı 50BV-227 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ oturacağının altından bir qutu “Pall Mall” adlı siqaret qutusunun içində 1 (bir) ədəd siqaret kağızına bükülmüş çəkisi 1 (bir) qram olan psixotrop maddə metamfetaminə oxşar kütlə və 1 (bir) ədəd siqaret kağızı bükümündə çəkisi müəyyən edilməyən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüş, baxış keçirilməsi zaman videokamera ilə qeydə alımış videogörüntülər əks olunan bir ədəd disk protokola əlavə edilmişdir. İş materiallarında olan Cəbrayıl rayon polis şöbəsinin CAB-in 19 sentyabr 2022-ci il tarixli, 4428 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərəkə götürülmüş ayrı-ayrı bükümlərdə olmaqla külli miqdarda, yəni cəmi təmiz çəkisi 4,193 qram psixotrop maddə olan metamfetamini və ayrı-ayrı bükümlərdə olmaqla külli miqdarda, yəni cəmi təmiz çəkisi 10,959 qram narkotik vasitə olan heroini satan (pay verən) şəxsin və ya şəxslərin şəxsiyyətini müəyyən etmək məqsədilə tərəfimizdən bir sıra zəruri əməliyyataxtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitələri ona satan (pay verən) onun həmyerlisi əslən Füzuli rayonunun Zərgər kənd sakini Təqsirləndirilən şəxs2dur. İş materiallarında olan 19 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə və ya psixotrop maddə, eyni zamanda qanunla qadağan olunmuş digər əşya və ya predmet aşkar olunmadığı məlum olmuş və şəxsi axtarış keçirilməsi zaman videokamera ilə qeydə alımış videogörüntülər əks olunan bir ədəd disk protokola əlavə edilmişdir. İş materiallarında olan 17 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, 05 oktyabr 2022-ci ildə Şahid6 aşkar edilərək götürülmüş 1,015 qram psixotrop maddə olan metamfetaminin, həmçinin 07 oktyabr 2022-ci ildə Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş ayrı-ayrı bükümlərdə olmaqla cəmi təmiz çəkisi 4,193 qram psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 4,808 qram çəkidə qalığı, Təqsirləndirilən şəxs1 aşkar edilərəkə götürülmüş ayrı-ayrı bükümlərdə olmaqla cəmi təmiz çəkisi 10,959 qram olan narkotik vasitə heroinin tədqiqatdan sonrakı 10,859 qram çəkidə qalığı maddi sübut kimi tanınaraq Cəbrayıl RPŞ-də saxlanılır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 05 sentyabr 2022-ci il tarixli 18/966 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Şahid6 üzərindən” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-1,015 qram olan ağımtıl rəngli maddə psixotrop maddə metamfetamindir. 01 ədəd plastik borulu şüşə lampanın içərisində metamfetaminin izləri vardır. Metamfetamin - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə tətbiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan kompleks məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının 08 sentyabr 2022-ci il tarixli 18/987-18/988 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs1 üzərindən” sözləri yazılmış və imzalar olan kağız paketdə 1 ədəd polietilen kəsiyinə bükülmüş sellofan torbacıqda təmiz çəkisi-10,856 qram (nəm halda) və 1 ədəd kağız bükümdə təmiz çəkisi-0,103 qram, ümumi çəkisi-10,959 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ Siyahı). Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 1 ədəd kağız bükümdə təmiz çəkisi-0,287 qram, 4 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-0,677 qram, 1,252 qram, 0,515 qram, 0,736 qram, ümumi çəkisi-3,467 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində: “Şahid1 idarə etdiyi” sözləri yazılmış və imzalar olan kağız paketdə 1 ədəd sellofan torbacıqda polietilen kəsiyi bükümündə təmiz çəkisi- 0,726 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ Siyahı). Tədqiqata təqdim olunmuş 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi- 0,125qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə tətbiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ Siyahı). Tədqiqata təqdim olunmuş üzərində: “Şahid6 məxsus” sözləri yazılmış 1 ədəd MEMə məxsus kağız paketdəki ağ rəngli kağız paketin içərisində 1 ədəd bükümdə təmiz çəkisi- 0,965 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 2 bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli deyildir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 5 bükümdə, Şahid1 idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş 1 bükümdə və Şahid6 üzərindən götürülmüş 1 bükümdə cəmi 7 ədəd bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. İş materiallarında olan “mobil telefonlara baxış keçirilməsi haqqında” protokollardan və protokollara əlavə olunmuş disklərdən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Xioami Redmi-9T” markalı, Təqsirləndirilən şəxs2 məxsus, Mİ A2 Lite markalı və Şahid6 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonların yaddaş kitabçasına, zənglər siyahısına və mesajlar (SMS-lər) bölməsinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 2022-ci ilin sentyabr ayının 04-dən 08-nə kimi olan müddət ərzində Şahid6 istifadə etdiyi ***-***-**-** nömrəli ilə Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** nömrə arasında, eləcə də sonuncu ilə Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** nömrə arasında, o cümlədən digər şəxslər arasında, eyni zamanda 2022-ci ildə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İİR-nın mobil operatoruna məxsus nömrələr arasında, həmçinin digər şəxslərlə narkotik vasitələrin və psixotrop maddənin alqı-satqısı ilə bağlı çox saylı zənglər və mesajlar olmuşdur. İş materiallarında olan “baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs1, Şahid6 və Təqsirləndirilən şəxs2 adına müxtəlif Banklarda hesab kartları olmuş və onlar həmin kart vasitəsi ilə bir-birinə narkotik vasitələrin və psixotrop maddənin alqı-satqısı ilə bağlı müəyyən məbləğlərdə pul köçürmüşlər. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 10 noyabr 2022-ci il tarixli 6701 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 OPİOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan aslılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 10 noyabr 2022-ci il tarixli 6715 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN və psixostimlyatorların birgə qəbuledilməsi nəticəsində yaranan aslılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri qismən etirafedici və şahidlərin isə istintaq zamanı və məhkəmədə verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri ifadələrini məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri, eyni zamanda məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, onların törətdiyi cinayət əməli kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının rəyləri tədqiq olunarkən müəyyən olunur ki, “Vət. Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 5 bükümdə, Şahid1 idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş 1 bükümdə və Şahid6 üzərindən götürülmüş 1 bükümdə, cəmi 7 ədəd bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Bu faktlar Şahid6 üzərində aşkar edilən psixotrop maddə metamfetaminin məhz Təqsirləndirilən şəxs1 ona satması, Şahid6 isə həmin psixotrop maddəni Təqsirləndirilən şəxs1 alması faktını bir daha təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə verdikləri ifadələrində göstərdikləri xüsusatlar müdafiə xarakteri daşımaqla onların cinayət məsuliyyətindən yayınmağa yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə gəldiyi nəticələri mövcud qanunvericiliyin və Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi, Təqsirləndirilən şəxs1 əməlləri isə CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onlar həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin tövsifini məsələsini müzakirə edərək Təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin, Təqsirləndirilən şəxs1 isə əməlinin CM-in 234.4.2 və 234.4.3-cü maddələrinin dispozisiyası şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində və Təqsirləndirilən şəxs1 CM-in 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onların əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Eyni zamanda, onların barəsində CMin 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Füzuli Rayon Məhkəməsinin 05 aprel 2021--ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzaçəkmə müddətinin başlanğıcı 19 sentyabr 2020-ci ildən hesablanmaqla 01 (bir) il müddətə azadılqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 sentyabr 2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanın çəkilmə müddəti 19 sentyabr 2021-ci ildə başa çatsa da, onun törətdiyi əməl “az ağır” cinayət hesab olunduğundan məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu 20 sentyabr 2023-cü ildə başa çatmalı olduğu halda, Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini 05 sentyabr 2022-ci ildə törətmişdir, yəni cinayəti məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş dövrdə törətmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən sonra iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Hazırda iş üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş şəxs hesab olunur. Təqsirləndirilən şəxs1 məhkumluqları qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən isə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli, digər Təqsirləndirilən şəxs1 isə CM-in 56.1.3-cü maddəsinə müvafiq olaraq ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 subaydır, məcburi köçkün olmaqla anası və ailə üzvləri ilə birlikdə Füzuli rayonunun Horadiz kəndində qeydiyyatdadır, Füzuli rayonu, 2 saylı Zobcuq qəsəbəsində yerləşən 130 nömrəli evdə yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarında əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Füzuli rayonunun Zərgər kəndində doğulmuş, Bakı şəhəri, Qaradağ rayonu, Müşvüqabad qəsəbəsi, Məcburi köçkün şəhərciyi, bina 6, mənzil 25-də müvəqqəti qeydiyyatda olmaqla valideynləri, arvadı və iki azyaşlı uşaqları ilə birgə orada yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və hərbi xidmətə sağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 828 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 2020-ci ilin oktyabr ayının 23- dən noyabrın 01-nə kimi N və N nömrəli hərbi hissələrdə səfərbərliklə bağlı həqiqi hərbi xidmət keçmiş, həmin müddətdə Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyi tərəfindən verilmiş 21 yanvar 2021-ci il tarixli, Mİ 005839 nömrəli Vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Müharibə iştirakçısı kimi həmin Birliyin üzvüdür. İş materiallarına əlavə edilmiş Vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 250s nömrəli, 21 aprel 2022-ci il tarixli, Sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”lərin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2014 və xx.xx.2022-ci ildə doğulmuş 2 (iki) uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun himayəsində 2 azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də Vətən Müharibəsi iştirakçısı olmasını, anasının ürək xəstəliyindən əziyyət çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk məhkumluğunu, həmçinin ailədə yeganə qazanc gətirən şəxs olmaqla shimayəsində heç bir yerdə işləməyən arvadının olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, lakin məhkəmə onun əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə maddi sübutlar məsələsini həll edərkən belə hesab edir ki, ekspertiza tədqiqatından sonra iş üzrə maddi sübut kimi tanınaraq Cəbrayıl rayon polis şöbəsində saxlanılan və təmiz çəkisi 10,859 qram narkotik vasitə heroin və təmiz çəkisi 3,893 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Xioami Redmi-9T” markalı və Təqsirləndirilən şəxs2 məxsus, 1 ədəd Mİ A2 Lite markalı mobil telefon onların yaxın qohumuna qaytarılmalıdır. Qeyd edilənlərlə yanaşı, ekspertiza tədqiqatının dəyəri olan 98 (doxsan səkkiz) manat 48 qəpik – hər birindən 49 (qırx doqquz) manat 24 qəpik olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq Dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 07 sentyabr 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 19 sentyabr 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 98 (doxsan səkkiz) manat 48 qəpik – hər birindən 49 (qırx doqquz) manat 24 qəpik olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınaraq Cəbrayıl rayon polis şöbəsində saxlanılan və təmiz çəkisi 10,859 qram narkotik vasitə heroin və təmiz çəkisi 3,893 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Xioami Redmi-9T” markalı və Təqsirləndirilən şəxs2 məxsus, 1 ədəd Mİ A2 Lite markalı mobil telefon onların yaxın qohumuna qaytarılsın. Hökmdən həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Cəlil Nəbiyev Hakimlər: Cavid Səfərli Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-137/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-137/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver