Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-138/2022 10.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1969-cu il tarixdə Beyləqan rayonu, Əhmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Aşıqalılar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq dörd ədəd kiçik bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,39 qram, 0,45 qram, 0,56 qram və 0,74 qram, bir ədəd bağlamada təmiz çəkisi 530,0 qram, 17 ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 1,18 qram, 1,76 qram, 2,09 qram, 2,17 qram, 2,36 qram, 2,52 qram, 2,71 qram, 2,71 qram, 2,99 qram, 3,05 qram, 3,19 qram, 3,21 qram, 4,79 qram, 4,91 qram, 5,08 qram, 5,76 qram və 5,96 qram olmaqla, ümumi təmiz çəkisi 588,58 qram, yəni külli miqdar təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı (bundan sonra - qurudulmuş marixuana) əldə etmiş, Beyləqan rayonu, Aşıqalılar kəndində yerləşən yaşadığı evə (bundan sonra – yaşadığı ev) daşımış, onun dörd ədəd bükümlərdə, ümumi təmiz çəkisi 2,14 qram təşkil edən hissələrini əynində olmuş şalvarın sağ yan və sağ arxa ciblərində saxlamış və daşımış, bir ədəd bağlamada, təmiz çəkisi 530,0 qram təşkil edən hissəsini yaşadığı evin yataq otağındakı dolabda, qalan hissələrini isə bir ədəd elektron tərəzi ilə birlikdə həmin otaqdakı çarpayının döşəyi altında saxlamışdır. 24 avqust 2021-ci il tarixdə Beyləqan Rayon Polis Şöbəsinin (bundan sonra – Beyləqan RPŞ-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yaşadığı kəndin ərazisində saxlanıldıqdan və şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi və yaşadığı evə baxış keçirilərkən həmin qurudulmuş marixuanalar və bir ədəd elektron tərəzi saxlanıldığı göstərilmiş yerlərdən, həmçinin yaşadığı evin həyətindən cinayət məsuliyyəti yaradan həddə olmayan, kökü üstə və yaş vəziyyətdə olan bir ədəd çətənə bitkisi aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər qurudulmuş marixuanadan istifadə etmişdir. İş üzrə tutulmasından təxminən 5 ay əvvəl şəxən istifadə məqsədilə yaşadığı evin həyətində əkdiyi bir ədəd çətənə bitkisinə aqrotexniki qaydada qulluq etmiş, qurutduğu yarpaqlarından istifadə etmiş, yaşadığı evdə qurudulmuş marixuana saxlamamışdır. 24 avqust 2021-ci il tarixdə yaşadığı kəndin ərazisində hərəkətdə olarkən polis əməkdaşları onu üzərində narkotik vasitə olması şübhəsilə saxlamış, avtomobilə mindirilərkən tanımadığı polis əməkdaşı əynində olmuş şalvarın ciblərinə dörd ədəd bükümlərdə qurudulmuş marixuana qoymuş, oradan Beyləqan RPŞ-yə gətirilmişdir. Buna etiraz etsə də, nəticəsi olmamışdır. Polis əməkdaşları ona qarşı zor tətbiq etməsə də və hədə-qorxu gəlməsə də, polis əməkdaşlarının üzərinə narkotik vasitələr qoyması ilə razılaşmaq məcburiyyətində qalmışdır. Bu səbəbdən orada şübhəli şəxs qismində tutulduqdan sonra, həmçinin müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibində dörd ədəd bükümlərdə olmuş qurudulmuş marixuanaları polis əməkdaşlarına təqdim etmiş, həmin kütlələrin ona məxsus olduğunu demiş, hər hansı hala etiraz etməmişdir. Müdafiəçisinə də ondan aşkar edilmiş narkotik vasitələrin üzərinə polis əməkdaşları tərəfindən qoyulmasını deməmişdir. Bunun səbəbi barədə verilmiş suala cavab vermək istəmir. Bundan sonra polis əməkdaşları yazılı razılığı, həmçinin onun və müdafiəçisinin iştirakları ilə yaşadığı evə və həyətinə baxış keçirərkən həyətdə əkdiyi bir ədəd çətənə bitkisini aşkar etmişlər. Ona qarşı irəli sürülmüş ittihamda baxış zamanı yaşadığı evdən aşkar edildiyi göstərilmiş marixuanalar ona məxsus deyildir. Həmin kütlələrin yaşadığı evə polis əməkdaşları tərəfindən qoyulduğunu hesab etsə də, bu halın şahidi olmamışdır. İbtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə, hər hansı təsir olmadan izahat və ifadələr vermişdir. Bununla belə, ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrinin hazırki ifadəsi ilə ziddiyyət təşkil edən hissələrini təsdiq etmir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən şifahi qaydada verdiyi izahatında, bundan sonra yazılı qaydada verdiyi izahatında, eləcə də şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində bir-biri ilə eyni məzmunda, məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, 2021-ci ilin avqust ayının əvvəlində Beyləqan rayonu, İkinci Şahsevən kəndi ərazisindəki su kanalının kənarından keçərkən yerdən tapdığı beş ədəd kibrit qutularında olmuş qurudulmuş marixuanaları yaşadığı evin yataq otağındakı çarpayının üzərində olan döşəyin altına qoymuş, onun bir ədəd kibrit qutusundakı hissəsindən istifadə etmiş, digər bir ədəd kibrit qutusundakı hissəsini 24 avqust 2021-ci il tarixdə saat 15 radələrində şəxsi istifadə məqsədilə dörd ədəd bükümlərə bölüb əynindəki şalvarın sağ yan və sağ arxa ciblərinə, ayrı-ayrılıqda iki ədəd bükümlərdə olmaqla qoyub üzərində, üç ədəd kibrit qutularındakı hissəsini isə döşəyin altında saxlamışdır. İş üzrə üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilərkən həmin qurudulmuş marixuanalar saxladığını göstərdiyi yerlərdən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür (İ cild, səh. 29-31, 71-73, 87-91, 102-106). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Beyləqan RPŞ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 24 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs (bundan sonra - Hüseyn) narkotik vasitələrin satışı ilə məşğul olması, üzərində və yaşadığı evdə narkotik vasitələr saxlaması barədə ona daxil olmuş əməliyyat məlumatı üzrə qəbul etdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar əsasında yaşadığı kəndin ərazisində saxlayıb Beyləqan RPŞ-yə gətirmişlər. Orada videoçəkiliş aparılmaqla Hüseynin üzərinə şəxsi axtarış keçirilərkən sonuncu əynindəki şalvarın sağ yan və sağ arxa ciblərində ayrı-ayrılıqda iki ədəd kiçik bükümlərdə olmuş qurudulmuş marixuanaları təqdim etmiş, həmin kütlələr qablaşdırılıb götürülmüşdür. Bundan sonra Hüseynin yazılı razılığı, həmçinin özü, müdafiəçisi, hal şahidləri Şahid6 və Şahid7 iştirakları ilə yaşadığı evə və həyətinə baxış keçirilərkən həyətdə əkilmiş bir ədəd çətənə bitkisi, evin yataq otağındakı dolabdan bir ədəd bağlamada, ümumi çəkisi 540,0 qram olmuş qurudulmuş marixuana, həmin otaqdakı çarpayının döşəyi altından 17 ədəd kibrit qutusunda qurudulmuş marixuanalar və bir ədəd elektron tərəzi aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Hüseyn şifahi qaydada verdiyi izahatında həmin kütlələrin ona məxsus olduğunu göstərmiş və hər hansı hala etiraz etməmişdir. Göstərdikləri barədə tərtib edilmiş protokollara imza etmişdir. Baxış zamanı polis əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilməmiş, o cümlədən Hüseynin yaşadığı evə narkotik vasitə qoyulmamışdır. Sonuncunun bu barədə verdiyi ifadə yalandır, özünü müdafiə xarakteri daşıyır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Beyləqan RPŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və Rzayev X4 Ənvər Yusif oğlu ilə ifadəsində Təqsirləndirilən şəxs saxlanılması, üzərinə şəxsi axtarış, yaşadığı evə və həyətinə baxış keçirilməsinin əsası və nəticələri, hal şahidi qismində iştirak etmiş Şahid6 və Şahid7 isə Şahid3 ilə ifadəsində Təqsirləndirilən şəxs yaşadığı evə və həyətinə baxış keçirilməsinin əsası və nəticələri barədə eyni məzmunda ifadələr vermiş, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq etmişlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 24 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, onun qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında raport, “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə razılıq verməsi barədə yazılı ərizəsi, yaşadığı evə və həyətinə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotocədvəllərdən iş üzrə sonuncu barəsində əməliyyat-axtarış tədbiri, şəxsi axtarış, yaşadığı evə və həyətinə baxışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuanaların ona məxsus olmasını bildirdiyi, bununla bağlı hər hansı hala etiraz etmədiyi, əksinə yaşadığı evə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş fotocədvəllərdən yaşadığı evdə qurudulmuş marixuanaları saxladığı yerləri hər hansı təsir olmadan göstərdiyi müəyyən edilir (İ cild, səh. 5, 6, 10, 32- 69). - 24 avqust 2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs Beyləqan rayonu, Aşıqalılar kəndində yerləşən yaşadığı evinin həyətinə baxış keçirilərkən kökü üstə aşkar edilmiş, boyu 2,75 metr olmuş bir ədəd çətənə bitkisinə aqrotexniki qaydada qulluq edilmişdir (İ cild. səh. 70). - Məhkəmə-bioloji ekspertizasının 25 avqust 2021-ci il tarixli, 18/918-18/919 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış zərfdəki dörd ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,39 qram, 0,45 qram, 0,56 qram və 0,74 qram olmaqla, təmiz çəkisi 2,14 qram, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən ...” sözləri yazılmış zərfdəki bir ədəd bağlamada təmiz çəkisi 530,0 qram, 17 ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 1,18 qram, 1,76 qram, 2,09 qram, 2,17 qram, 2,36 qram, 2,52 qram, 2,71 qram, 2,71 qram, 2,99 qram, 3,05 qram, 3,19 qram, 3,21 qram, 4,79 qram, 4,91 qram, 5,08 qram, 5,76 qram və 5,96 qram olmaqla, ümumi təmiz çəkisi 586,44 qram təşkil edən maddələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, bir-biri ilə eyni tərkibli olan narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş yaş vəziyyətdə olan bir ədəd bitki nümunəsi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisidir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkiyə aqrotexniki qaydada qulluq olunmuşdur. Tədqiqata sərf edildikdən sonra qurudulmuş marixuananın ümumi qalıq çəkisi 588,14 qram, çətənə bitkisinin qalıq sayı bir ədəd təşkil edir. Ekspertiza xərci 99,48 manatdır (İ cild, səh. 79-81). - Məhkəmə-narkoloji ekspertizasının 25 noyabr 2021-ci il tarixli, 4675 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması və öz vəziyyətinə tənqidi münasibətinin olması nəzərə alınaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 191, 192). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs: - ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrinin iş üzrə üzərindən dörd ədəd bükümlərdə və yaşadığı evin yataq otağındakı çarpayının döşəyi altından üç ədəd kibrit qutularında aşkar edilmiş qurudulmuş marixuanaların ona məxsus olması barədə hissələri özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi kimi, müdafiəçisinin iştirakı ilə, hər hansı təsir olmadan, könüllü şəkildə verdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirilməli, qalan hissələri və məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissələri isə müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirilib sübut kimi nəzərə alınmamalıdır. - məhkəmə istintaqı zamanı verdiyi ifadəsində iş üzrə üzərindən və yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuanaların ona məxsus olmaması, üzərinə və yaşadığı evə polis əməkdaşları tərəfindən qoyulması barədə irəli sürdüyü dəlillər özünün ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, yaşadığı evə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotocədvəllər, yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edilmiş, boyu 2,75 metr olmuş bir ədəd çətənə bitkisinin aşkar edilməsindən ibarət işin faktiki halı, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələri, məhkəmə-bioloji ekspertizasının 25 avqust 2021-ci il tarixli, 18/918-18/919 nömrəli rəyi ilə tam təkzib edilir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Qurudulmuş marixuananın şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 5,0 qram, külli miqdarının (qramla) aşağı həddi isə 500,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə-narkoloji ekspertizasının 25 noyabr 2021-ci il tarixli, 4675 nömrəli rəyinə əsasən kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromundan (narkomaniya xəstəliyi) əziyyət çəkdiyi müəyyən edilsə də, əldə etdiyi ümumi təmiz çəkisi 588,58 qram təşkil edən qurudulmuş marixuananın təmiz çəkisi 2,14 qram təşkil edən hissəsini dörd ədəd kiçik bükümlərə bölüb, üzərində saxlayıb yaşadığı kəndin ərazisindəki ictimai yerdə gəzdirməsi, qalan təmiz çəkisi 586,44 qram təşkil edən hissəsini isə yaşadığı evdə bir ədəd bağlamada təmiz çəkisi 530,0 qram, 17 ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 1,18 qram, 1,76 qram, 2,09 qram, 2,17 qram, 2,36 qram, 2,52 qram, 2,71 qram, 2,71 qram, 2,99 qram, 3,05 qram, 3,19 qram, 3,21 qram, 4,79 qram, 4,91 qram, 5,08 qram, 5,76 qram və 5,96 qram olmaqla, bir ədəd elektron tərəzi ilə birlikdə saxlamasından ibarət işin faktiki halları həmin kütlələrə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir və müvafiq əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai araşdırma zamanı özünün verdiyi izahat və ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid1, Şahid2, Şahid6 və Şahid7 ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, yaşadığı evə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotocədvəllər, digər istintaq hərəkəti protokolları, mütəxəssis rəyi, məhkəmə-bioloji ekspertizasının 25 avqust 2021-ci il tarixli, 18/918-18/919 nömrəli rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış qurudulmuş marixuana və çətənə bitkisi qalığı, bir ədəd elektron tərəzi ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 148). - Beyləqan RİHB-nın Aşıqalılar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 sentyabr 2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, arvadı və bir nəfər yetkinlik yaşına çatmış uşağı ilə birlikdə yaşamış, yaşayış yeri üzrə normal xarakterizə olunmuşdur (İ cild, səh. 161, 162). Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddə yaxın müddətə, konkret olaraq 5 (beş) il 6 (altı) ay müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 24 avqust 2021-ci il tarixdən hesablanmalı və Beyləqan Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qərarı (İ cild, səh. 120-123) ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 25 noyabr 2021-ci il tarixli, 4675 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Beyləqan RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 588,14 qram təşkil edən qurudulmuş marixuana, bir ədəd çətənə bitkisi və bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokola bir ədəd diskin yaddaşına yazılaraq əlavə edilmiş videogörüntülər iş materiallarında saxlanılmalıdır. Cinayət işi materiallarında olan “Cinayət işi materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında” 26 noyabr 2021-ci il tarixli qərarla (İ cild, səh. 213, 214) cinayət işindən iş üzrə Təqsirləndirilən şəxs qurudulmuş marixuananı əldə etdiyi mənbə ilə bağlı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə başqa cinayət işinin ayrıldığı nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 24 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Beyləqan RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 588,14 qram təşkil edən qurudulmuş marixuana, bir ədəd çətənə bitkisi və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokola bir ədəd diskin yaddaşına yazılaraq əlavə edilmiş videogörüntülər iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-138/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-138/2022
10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver