Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-138/2023 16.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Nəbiyev Cəlil Cabbar oğlu, məhkəmə iclasının katibi Ağayev Elmar Sakit oğlunun katibliyi ilə, dövlət ittihamcısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Sübhan oğlu, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 2008-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 9-cu sinif şagirdi, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Səpnəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «valideyinin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında acıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 15 iyun 2022-ci il tarixdə saat 20 radələrində Lənkəran rayonu, Səpnəkəran kəndində yerləşən, ailə üzvləri ilə birlikdə yaşadığı evdə olarkən bacısı Şahid1 qonşuluğunda yaşayan və bacısına sevgi münasibəti bəsləyən Zərərçəkmiş şəxs yaşadığı evə getməsini anası Qanuni nümayəndə məlumat aldıqdan sonra anasının vasitəsi ilə evə çağıtdırdığı bacısı Şahid1 həmin gün saat 21:30 radələrində evə Zərərçəkmiş şəxsla birlikdə qayıtdığını görüb, özü və anası bacısı Şahid1 iradlarını bildirərkən, müdaxilə edən Zərərçəkmiş şəxs onların ailə işlərinə qarışmamasını bildirdikdə,sonuncu onun ünvanına nalayiq ifadələr işlətdiyinə görə, bu zəmində, yəni şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı mətbəxdən götürdüyü, istintaqa məlum olmayan, kəsici-deşici xassəyə malik, iti kənarlı və uclu predmetlə (bıçaqla) yaşadığı evinin həyətində qəsdən Zərərçəkmiş şəxs qarın və sağ bazu oynağı nahiyələrinə hərəsinə bir dəfə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid sağ bazu oynağı nahiyəsində 1 (bir) ədəd kəsilmiş yara və yetirildiyi anda insan həyatı üçün təhlükəli olan, həyat fəaliyyəti üçün əhəmiyyətli orqanların yerləşdiyi qarın boşluğuna nüfuz edib, nazik bağırsağı zədələyən, hemoperitenium, daxili və xarici qanaxma ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid qarının 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarasından ibarət xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Hüseynəli onun qonşusudur, əvvəllər aralarında hər hansı bir düşmənçilik və ədavət olmamışdır. Kənddə gəzən sözsöhbətlərdən eşitmişdir ki, Hüseynəli bacısı Fatiməni sevir və onunla telefonla danışmaq istəyir.15 iyun 2022-ci il tarixdə saat 20 radələrində evə gəlmiş və bacısı Fatimənin evdə olmadığını görmüş, anasınıdan Fatimənin harada olduğunu soruşmuş, cavabında anası Fatimənin qonşuluqda yaşayan Hüseynəligildə olduğunu, sonuncunun anası X2 hərbi xidmətə yollanması ilə bağlı keçirilən tədbirə dəvət olunacaq şəxslərə dəvətnamə yazmağa çağırdığını demişdir. Anasına Fatiməni evə çağırmasını bildirmiş, anası ilə cavabında Fatimənin yolda olduğunu, evə gəldiyini demişdir. Saat 21 radələrində Fatimə evə gəlmiş, onu Hüseynəli və bacısı Mələk evə kimi yola salmışlar. Anası Fatiməni danlamış və bu zaman Hüseynəli söhbətə qoşulmuş, aralarında mübahisə yaranmış, tutaşmışlar. Hüseynəli onu nalayiq sözlərlə söymüş, anası Hüseynəlini həyətdən çıxartmışdır. Hüseynəlinin söyüşlərinə əsəbləşmiş və mətbəxtdən bıçağı götürüb pəncərədən həyətə tullanmış, bıçaqla Hüseynəlinin qarnından bir dəfə və sağ çiynindəndən bir dəfə vurmuş, Hüseynəli yerə yıxılmış, anası və Kamilə onları ayırmış, səs-küyə gələn Hüseynəlinin atası Sübhan isə təcili tibbi yardıma zəng etmişdir. Özü isə hadisə yerindən uzaqlaşıb piyada Lənkəran ŞRPŞ-yə gələrkən yolda bıçağı ətrafda olan xatırlamadığı kolluqlar tərəfə atmışdır. Könüllü olaraq polis şöbəsinə getmiş və törətdiyi əməli etiraf etmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, bacısı Fatiməni ona qısqandığı üçün bu əməli törətmiş, törətdiyi əməldən peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi bu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dinidirlmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxsla qonşudur. Musanın bacısı Fatimə onun bacısı Mələklə yaxşı münasibələri olmuş, gediş-gəlişləri olmuşdur. 01 iyul 2022-ci il tarixdə hərbi xidmətə yollanması ilə bağlı yığıncaq keçirmək qərarına gəlmiş, həmin yığıncağa çağırılmalı olan şəxslərə dəvatnamə yazmaq lazım olduğuna görə 15 iyun 2022-ci il tarixdə anası qonşuluqda yaşayan Fatiməni evlərinə çağırmışdır ki, onlarda dəvatnamə yazmaqda köməklik etsin. Həmin gün saat 18 radələrində Fatimə onların evlərinə gəlmiş və bacısı Mələk ilə birlikdə dəvətnamə yazmışlar. Saat 20 radələrində Fatimənin anası Elnarə onlara zəng edib Fatiməni evə çağırmış, bacısı Mələk ilə birlikdə Fatiməni evlərinə ötürmüş, o, küçədə qalmış, Mələk Fatiməni yaşadığı evinin həyətinə aparmışdır. Bir-iki dəqiqədən sonra Mələk onu çağıraraq Fatiməni qardaşı Musanın və anası Elnarənin döyməsini bildirmiş və onu köməyə çağırmışdır. Dərhal Fatiməgilin həyətinə gəlmiş, onları ayırmış və sakitləşdirməyə çalışmışdır. Bu zaman Musa onun qarışmasına etiraz edərək aralarında mübahisə baş vermiş və Elnarə oğlu Musanı evə aparmış, evin giriş qapısını içəridən bağlamışdır. Lakin Musa yaşadıqları bir mərtəbəli evinin pəncərəsindən həyətə tullanaraq üstünə hücum etmiş, əvvəl sağ çiynindən bıçaqla bir dəfə, daha sonra qarnının sol tərəfindən də bir dəfə bıçaqla vurmuşdur. Həmin vaxt yerə yıxılmış, əynindəki qısaqol köynək cırılmışdır. Hadisə yerinə gələn atası Subhan təcili tibbi yardıma zəng etmiş və onu Lənkəran rayon Mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada ona ilk tibbi yardım etdikdən sonra əməliyyat olunmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Musanın 18 yaşına çatmayan şəxs və gənc olmasını, onunla barışmasını nəzərə alıb ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə notariat qaydada təsdiq olunmuş ərizə ilə müraciət edrək Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Musa onun doğma qardaşıdır. Hüseynəli isə qonşuluqda yaşayır. 15 iyun 2022-ci il tarixdə saat 17 radələrində qonşuluqda yaşayan Hüseynəlinin anası Kamilə oğlunun hərbi xidmətə yollanması ilə bağlı keçirilən yığıncağa çağırlmalı olan şəxslərə dəvətnamə yazmaq üçün anası Elnarənin vasitəsilə onu evlərinə çağırmış, anası Elnarə də onunla razılaşmışdır. Saat 20 radələrində anası ona zəng etmiş, təcili evə gəlməsini ona bildirmişdir. Saat 21 radələrində evə gəlmiş, Hüseynəli öz bacısı Mələklə birlikdə onu evlərinə yola salmışlar. Evdə anası və qardaşı Musa Hüseynəligilə getdiyi üçün onu danlamışlar. Bunu eşidən Hüseynəli anası və qardaşı Musa ilə mübahisə etməyə başlamış, Hüseynəli anası və qardaşı Musanı nalayiq ifadələr ilə söyüb təhqir etmiş, anası onları aralamış və Musanı evə gətirib qapıları bağlamışdır ki, onlar dalaşmasınlar. Lakin Musa buna baxmayaraq mətbəxtdən bıçaq götürmüş və bir mərtəbəli evin mətbəxtinin pəncərəsindən həyətə tullanmış, Hüseynəlinin üstünə hücum etmiş, onun qarnından bir dəfə bıçaqla vurmuş, sonra evdən qaçıb getmişdir. Hüseynəlinin atası Sübhan təcili tibbi yardım çağırmış və Hüseynəlini Lənkəran rayon mərkəzi xəstəxanasına aparmışlar. Bir neçə saatdan sonra eşitmişdir ki, qardaşı Musa könüllü olaraq polis şöbəsinə gedib təslim olmuşdur. Hazırda qardaşı Musa və Hüseynəli barışmışlar, münasibətləri yaxşıdır. Hadisə baş verən zaman orada Hüseynəlinin atası Sübhan, anası Kamilə, uzaq qohumları Afət Qənbərova və Hüseynəlinin bacısı Mələk olmuşlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X5, X3 və Şahid3 ifadələrində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi təsdiq edərək Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 15 sentyabr 2022-cı il tarixli 1242 №-li rəyinə əsasən, X1 bədənində qarın boşluğuna nüfuz edən, nazik bağırsağı zədələyən, hemoperitenenium, daxili və xarici qanaxma ilə müşaiyyət olunan 1 ədəd kəsilmiş-deşilmiş yara, sağ bazu oynağı nahiyyəsində 1 ədə kəsilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarətlər kəsici-deşici əşyanın təsirindən törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, iti kənarlı və uclu alətlə (ola bilsin ki, bıçağın təsirindən) qarın və sağ bazu oynağı nahiyyələrinə vurma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti tibbi sənəddə göstərilən tarixə, xx.xx.2022-ci ilə uyğun gəlir və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə qarın boşluğuna nüfuz edən, nazik bağırsağı zədələyən, hemoperitenium, daxili və xarici qanaxma ilə müşayiət olunan 1 ədəd kəsilmişdeşilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər xəsarət isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilmiş16 iyun 2022-ci il tarixli “ifadələrin yerində yoxlanılması haqqında” protokoldan və fotocədvəldən görünür ki, hadisə Lənkəran rayonu, Səpnəkəran kəndində baş vermiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğu yeri əyani olaraq hadisə yerində göstərmişdir. İş materiallarında olan istintaq zamanı cinayətin baş verdiyi şəraitdə istifadə olunmuş bıçağın taplması istiqamətində və ümumiyyətlə Təqsirləndirilən şəxs kimdənharadan bıçaq alması və üzərində bıçaq və ya hər hansı bir soyuq silah gəzdirməsi barədə verilmiş əməliyyat tapşırığa əsasən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticələri barədə 14 iyul 2022-ci il tarixli raportdan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs yaşadığı evinin mətbəxtindən bıçaq götürüb hadisə törətmiş,Təqsirləndirilən şəxs soyuq silah gəzdirməsi müəyyən edilməmişdir. Bundan başqa hadisə yerinə kənar şəxslər toplaşmamış və bıçağın tapılması mümkün olmamışdır. İş materiallarında olan 07 iyul 2022-ci il tarixli, 499 saylı arayışdan görünür ki, Qənbərov X6 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. İş materiallarında olan 16 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 00.25 radələrində könüllü olaraq istintaqa gəlmişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İşdə olan məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. İş materiallarında olan arayışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2008-ci ildə Lənkəran rayonu Səpnəkəran kəndində doğulmuşdur. (15 yaş). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi vaxt və hazırda yetkinlik yaşına çatmayan şəxsdir. İş materiallarında olan 16 iuyn 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuş, 17 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə tərəfimdən barəsində “valideynin nəzarətinə vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.2, 59.1.10 və 59.1.12-ci maddələrinə əsasən cinayət əməlini yetkinlik yaşına çatmayan dövrdə törətməsini, könüllü gəlib təqsirini boynuna almasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayət əməlinin məhz onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir.Əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. CM-nin 84.2 və 85.1.4-cü maddələrinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə onlara cəza və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər, o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər. Habelə bu Məcəllənin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı, ona həmin maddədə müəyyən edilən azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Habelə məhkəmə, Təqsirləndirilən şəxs könüllü gəlib təqsiri boynuna almasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.10 və 59.1.12-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edib, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, cəza təyini zamanı barəsində həmin Məcəllənin 60-cı maddəsinin müddəalarının tətbiq edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın müddəti ittiham olunduğu CM-nin 126.1-ci maddəsinə münasibətdə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin - 8 il müddətə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən, yəni 6 ildən artıq olmamalıdır. Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixdən 17 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmaldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan yüngülləşirən hallar təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin ictimai təhlükəliliyini azaldan hallardır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, törətdiyi cinayət əməlini səmimi etiraf edib peşimançılıq çəkməsini, gəncliyini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, şəxsiyyətini, ictimai təhlükəli olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza cəkmədən və cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “valideyn nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə, sınaq müddətində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və təhsil yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək kimi vəzifələri qoyulsun, sınaq müddətində davranışına nəzarət yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç ) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixdən 17 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab edilsin və üzərində 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə, sınaq müddətində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və təhsil yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək kimi vəzifələri qoyulsun, sınaq müddətində davranışına nəzarət Lənkəran rayonu İcra və Probasiya şöbəsinə həvalə olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş «valideyin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-138/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-138/2023
16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver