Məhkəmə qərarları › İş №1(099)-139/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-139/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-139/2025 26.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X14, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəra Rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Beyləqan rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşamış, 31 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 aprel 2024-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ceçilmiş və Beyləqan Rayon Polis Şöbəsinin MSY-də həbsdən azad edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, 1(099)-761/2024 nömrəli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan olunmuş, 09 dekabr 2024-cü il tarixdə tutularaq həbsə alınmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı xeyli miqdarda üzərində saxlayaraq daşımış, 31 mart 2024-cü il tarixdə saat 17:15 radələrində Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi ərazisində saxlanılaraq Beyləqan Rayon Polis Şöbəsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli qış gödəkçəsinin sağ yan cibindən iki ədəd kibrit qutusunda qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkisi 3,91 qram və 4,04 qram, gödəkçənin sol yan cibindən 06 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,45 qram, 0,16 qram, 0,45 qram, 0,38 qram, 0,34 qram, 0,27 qram olmaqla ümumilikdə xeyli miqdarda-10,00 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham ilə özünü təqsirli bilməmiş, narkotik vasitə istifadəçisi olduğu üçün özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, saxlanılan zaman üzərində yarım karopka narkotik vasitə qurudulmuş marixuana olmuş, həmin narkotik vasitəni özü istifadə etmək üçün Teymur adlı şəxsdən 80 manat pulun müqabilində almışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə qurudulmuş marixuananı kibrit karopkası ilə Teymur adlı şəxsdən almış, bir dəfəlik istifadə etmək üçün almışdır. Polis əməkdaşları onu saxlayan zaman üzərində kibrit qutusunun yarısında narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Teymurdan narkotik vasitə qurudulmuş marixuananı alan zaman Teymur ona narkotik vasitə qurudulmuş marixuananın miqdarını deməmişdir. Polis əməkdaşları onu saxlayan zaman saat 16 radələri olardı. Polis əməkdaşları onu saxlayandan sonra polis şöbəsinə aparmışlar. Üzərində iki kibrit qutusunda narkotik vasitə olmamışdır. Üzərindən polis əməkdaşları tərəfindən götürülmüş digər iki kibrit qutusunu polis şöbəsində rəisin müavini Mahir adlı polis üzərinə qoymuşdur. Polis şöbəsində ona hədə-qorxu gəlib demişlər ki, «bunu qəbul etməsən evindən avtomat çıxardarıq». Onun üzərindən aşkar olunmuş kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Polis əməkdaşları iki kibrit qutusundan əlavə də 7 bükümdə narkotik vasitə qurudulmuş marixuananı da üzərinə qoymuşdular. Özünə məxsus olan qurudulmuş marixuana açıq vəziyyətdə olmuş, bükümlərdə olmamışdır. Mahir üzərinə narkotik vasitə qoyan zaman digər polis əməkdaşları da orada olmuşlar. Narkotik vasitəni Teymur adlı şəxsdən özü istifadə etmək üçün almışdır. Bundan əlavə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər də Teymurdan qurudulmuş marixuana almışdır. Teymur ona qurudulmuş marixuana vermiş, Teymur işdən çıxdığı üçün o, Teymura siqaret pulu vermişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamış və satış məqsədi ilə üzərində narkotik vasitə qurudulmuş marixuana saxlamamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs dörd uşağının olmasının nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ilkin izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, 14 oktyabr 2024-cü il tarixli ifadəsində özünü ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, Beyləqan rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, özünü dolandırmaq üçün fərdi əməklə məşğul olur. O, təxminən iki aya yaxındır ki, narkotik vasitə qurudulmuş marixuana istifadə edir. O, həmin müddət ərzində cəmi 4-5 dəfə narkotik vasitə istifadə etmişdir. O, həmin narkotik vasitələri Beyləqan şəhər sakini Teymur adlı şəxsdən bir kibrit qutusunda 80 manat pul qarşılığında alıb istifadə etmişdir. Təxminən 11-12 gün əvvəl o, narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmək istəmişdir. Buna görə də o, istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Teymurun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək ona narkotik vasitə olan qurudulmuş marixuana lazım olduğunu bildirmişdir. Teymur ona bir kibrit qutusu qurudulmuş marixuananı 80 manat pul müqabilində sata biləcəyini bildirmiş və o, razılaşmışdır. Təxminən 1 saat sonra Teymur ona zəng edib yaşadığı küçəyə gəlməyini bildirmişdir. O, dərhal Teymurun yaşadığı Beyləqan şəhəri, Əliağa Vahid küçəsinə getmiş və Teymura zəng edərək yaşadığı küçədə olduğunu bildirmişdir. Teymur evdən küçəyə çıxmış və onunla salamlaşıb ona bir kibrit qutusu vermişdir. O, qutunu açıb içərisinə baxmış və içərisində qurudulmuş marixuana olduğunu görmüşdür. Sonra o qutunu cibinə qoymuş və Teymura 80 manat pul verib çıxıb getmişdir. O, həmin marixuanadan bir dəfə istifadə etmiş, yerdə qalanını isə kibrit qutusunun içərisində əynində olan gödəkçənin cibində saxlayıb daşımağa başlamışdır. Bundan sonra, mart ayının axırlarında o, yenə də narkotik vasitə olan qurudulmuş marixuana almaq istəmişdir. Buna görə də o istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Teymurun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək ona narkotik vasitə olan qurudulmuş marixuana lazım olduğunu bildirmişdir. Teymur yenə də ona bir kibrit qutusu qurudulmuş marixuananı 80 manat pul müqabilində sata biləcəyini bildirmiş və o razılaşmışdır. Təxminən 1 saat sonra Teymur ona zəng edib yaşadığı küçəyə gəlməyini bildirmişdir. O, dərhal Teymurun yaşadığı Beyləqan şəhəri, Əliağa Vahid küçəsinə getmiş və Teymura zəng edərək yaşadığı küçədə olduğunu bildirmişdir. Teymur evdən küçəyə çıxmış və onunla salamlaşıb ona bir kibrit qutusu vermişdir. O, qutunu açıb içinə baxan zaman içərisində qurudulmuş marixuana olduğunu görüb qutunu cibinə qoymuş və Teymura 80 manat pul verib çıxıb getmişdir. O, həmin kibrit qutusunda olan marixuanaları lazım olduqda rahat istifadə etməyi məqsədilə təxminən 8-9 bükümə bölmüşdür. O, həmin bükümlərdən bir neçəsini arabir istifadə etmiş və yerdə qalan 6 ədəd bükümü Teymurdan aldığı içərisində narkotik vasitə olan kibrit qutusu ilə birlikdə üstündə daşımağa başlamışdır. 31 mart 2024-cü il tarixdə, saat 15 radələrində o, Teymurla Beyləqan şəhəri, 20 Yanvar küçəsi ərazisində yerləşən Çinar adlı kafedə oturub çay içən zaman onun üstündə pulu olduğu üçün yenə də qurudulmuş marixuana almaq istəmişdir. O, Teymura ona yenə də qurudulmuş marixuana lazım olduğunu bildirmişdir. Teymur onu kafedə gözləməyini və gedib ona qurudulmuş marixuana gətirəcəyini bildirmişdir. Sonra o kafedə gözləməyə başlamış və Teymur kafedən çıxıb harasa getmişdir. Təxminən 10-15 dəqiqə sonra Teymur qayıtmış və ona bir kibrit qutusu vermişdir. O, qutunun içərisinə baxıb əynində olan gödəkçəsinin sağ yan cibinə, Teymurdan ilk dəfə aldığı içərisində qurudulmuş marixuana olan kibrit qutusunun yanına qoymuş və bunun qarşılığında Teymura 80 manat pul vermişdir. O, narkotik vasitəni Teymurdan aldıqdan sonra Beyləqan şəhəri ərazisinə çıxıb piyada gəzməyə başlamışdır. O, həmin gün, saat 17:15-də Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsində piyada gəzərkən üç nəfər mülki formada olan şəxs ona yaxınlaşaraq Beyləqan Rayon Polis Şöbəsinin əməliyyat müvəkkilləri olduqlarını bildirib özlərini təqdim etmişlər. Onlar onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə, üzərində saxlamaqla daşımaqda və satışını həyata keçirməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığını görüb onlarla birlikdə Beyləqan Rayon Polis Şöbəsinə gəlməyini bildirmişlər. O, etiraz etmədən onlarla bigə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa aparmışlar. Polis geyimində olan və özünü Beyləqan Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi X5 təqdim edən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlamaqla daşımaqda və satışını həyata keçirməkdə şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək onu şübhəli şəxs qimsində tutduğunu bildirib şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. X8 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. O, Fərhad Hümbətovun hüquqlarını müdafiə etməsinə heç bir ertirazı olmadığını bildirdikdən sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılması barədə Rəşad Novruzov məlumat vermişdir. Müstəntiq üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, əlini əynində olan boz rəngli qış gödəkçəsinin sağ yan cibinə salaraq bir ədəd kibrit qutusunu, daha sonra əynində olan boz rəngli qış gödəkçəsinin sol yan cibinə salaraq altı ədəd qızılı rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Müstəntiq ondan üzərində başqa nəsə olubolmamasını, təqdim etdiyi predmetlərin nə olduğunu soruşmuşdur. O, həmin kütlələrin narkotik vasitə olduğunu bildirdikdə X4 həmin kütlələrin narkotik vasitələrin hansı növünə aid olması, haradan əldə etdiyini, hansı məqsədlə üzərində daşımağını soruşmuşdur. O, həmin kütlərlərin təbii ot, nəşə kimi bildiyi narkotik vasitə olduğunu, Beyləqan rayon sakini Teymur adlı şəxsdən əldə etdiyini, istifadə etmək məqsədilə üzərində daşıdığını bildirmişdir. Daha sonra həmin kütlələrə baxış keçirilərək bir ədəd kibrit qutusunda və altı ədəd qızılı rəngli kağız bükümdə olan kütlələrin tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilərək kibrit qutusunda olan kütlənin qutu ilə birlikdə ümumi çəkisinin 6,79 qram, kağız bükümlərdə olan kütlələrin bükümlərlə birlikdə ümumi çəkilərinin 0,66 qram, 0,77 qram, 0,47 qram, 0,69 qram, 0,77 qram və 0,57 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr iştirakçıların və müdafiəçinin iştirakı ilə götürülmüş, protokollaşdırılmış, ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və üzərinə o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalar edilmişdir. Daha sonra onun üzərində şəxsi axtarış davam etdirilərək əynində olan boz rəngli qış gödəkçəsinin cibləri yoxlanılan zaman gödəkçənin sağ yan cibindən iki ədəd kibrit qutusu, iki ədəd 0,20 manat və iki ədəd 0,10 manat olmaqla 0,60 manat dəmir pul aşkar edilmişdir. Aşkar edilmiş kibrit qutularının içərisinə baxış keçirilən zaman bir ədəd kibrit qutusunda kibrit dənələri olması, digər kibrit qutusunda isə tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra onun əynində olan boz rəngli gödəkçənin sol iç cibindən “Kent” markalı siqaret qutusu aşkar edilmişdir. Siqaret qutusunun içərisinə baxış keçirilərək içərisində siqaret dənələri olması müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirilərək onun əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən bir ədəd 5 manatlıq və bir ədəd 1 manatlıq olmaqla 6 manat pul aşkar edilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən dövriyyəsi qanunla qadağan edilmiş başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək qutu ilə birlikdə ümumi çəkisinin 7,07 qram olması müəyyən edilmiş, daha sonra iştirakçıların və müdafiəçinin iştirakı ilə götürülmüş, protokollaşdırılmış, ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və üzərinə iştirakçılar tərəfindən imzalar edilmişdir. Daha sonra ondan üzərindən aşkar edilmiş həmin kibrit qutusunda olan kütləni də haradan əldə etməyi soruşulduqda o, üzərindən aşkar edilmiş kütlələrin hamısını Teymur adlı şəxsdən əldə etdiyini bildirmişdir. X4 üzərindən aşkar edilərək götürülmüş kütlələri Teymur adlı şəxsdən nəyin qarşılığında əldə etdiyini soruşmuşdur. O, Teymur adlı şəxsə hər kibrit qutusunda olan kütlələr üçün 80 manat, hər büküm üçün isə 10 manat pul, ümumilikdə 220 manat pul ödədiyini bildirmişdir. Şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilmiş, tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, doğruluğu iştirakçılar tərəfindən təsdiq edilərək imzalanmışdır. Polis əməkdaşları ona yaxınlaşan vaxt və üzərinə şəxsi axtarış aparılan zaman ona qarşı heç bir fiziki güc və zor tətbiq etməmişlər. O, iki aya yaxındır ki, Teymur adlı şəxsdən narkotik vasitə qurudulmuş marixuana əldə edib istifadə edir. O, hər dəfə Teymura bir kibrit qutusu marixuana üçün 80 manat pul ödəmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Şəxsi axtarış zamanı əynində olan paltarlar hamısı onundur. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş kütlələrin hamısını o, Beyləqan şəhər sakini Teymur adlı şəxsdən almışdır. O, Teymurdan ümumilikdə 3 dəfə bir kibrit qutusunda olmaqla qurudulmuş marixuana almışdır. O, həmin kibrit qutularından birini öz istifadəsi üçün rahat olması məqsədilə bir neçə bükümə bölmüş və üzərində daşımışdır. Axırıncı dəfə o, 31 mart 2024-cü il tarixdə, saat 15 radələrində şəxsi istifadəsi üçün 80 manat pul qarşılığında Teymurdan bir kibrit qutusu qurudulmuş marixuana almış və üzərində daşımışdır. Teymurla iki ay bundan öncə Beyləqan rayonu, Təzəkənd kəndində keçirilən toy şənliyində tanış olmuşdur. Həmin vaxtdan onunla münasibəti yaranmışdır. Bundan sonra da ondan qurudulmuş marixuana əldə edib istifadə etmişdir. Lakin sonuncu dəfə aldığı marixuananı istifadə edə bilməmiş, polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirib aldığı qurudulmuş marixuananı üzərindən aşkar edib götürmüşdür. Onun Teymurla arasında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Şəxsi axtarış zamanı həyəcanlı olduğu üçün Teymurdan 06 ədəd bükümün hərəsini 10 manat pul qarşılığında aldığını bildirmişdir. Əslində isə o, Teymurdan narkotik vasitələri hər dəfə kibrit qutusunda almışdır və hər kibrit qutusunun qarşılığında Teymura 80 manat pul verməklə ona cəmi 240 manat pul vermişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək törətdiyi cinayət əməlini etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilmədiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı çəkilmiş videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini təsdiq etmədiyini, üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın bir kibrit qutusundan başqa, digərlərinin polis əməkdaşları tərəfindən cibinə qoyularaq götürüldüyünü, polis əməkdaşları tərəfindən ona hədəqorxular gəlinərək üzərinə qoyulmuş narkotik vasitə qurudulmuş marixuanaları qəbul etməsə evindən avtomat çıxaracaqlarını bildirmələrini demişdir. Polis əməkdaşları tərəfindən hədələndiyi üçün üzərinə qoyulmuş narkotik vasitə qurudulmuş marixuananın da özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın bir kibrit qutusundan başqa, digərlərinin polis əməkdaşları tərəfindən cibinə qoyularaq götürüldüyünü, polis əməkdaşları tərəfindən ona hədə-qorxular gəlinərək üzərinə qoyulmuş narkotik vasitə qurudulmuş marixuanaları qəbul etməsə evindən avtomat çıxaracaqlarını bildirmələri səbəbindən etirafedici ifadə verdiyini dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan yekdil ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs kibrit qutusunun yarısında «nəşə» kimi adlandırdığı narkotik vasitə qurudulmuş marixuana vermişdir, ancaq satmamışdır. Əvvəllər hərbi xidmətdə olmuş, işdən çıxmış, sonra isə pulsuz qalmışdır. Sadiq özü ondan narkotik vasitə istəmiş və işdən çıxdığı üçün pulsuz olduğunu bildirmişdir. Sadiqin qurudulmuş marixuana çəkdiyini ona demişdilər, ancaq Sadiqlə bir yerdə narkotik vasitə qurudulmuş marixuana istifadə etməmişlər. Sadiq ondan xahiş etdiyi üçün o da Sadiqə kibrit qutusunun yarısında narkotik vasitə qurudulmuş marixuana vermişdir. Axşam tərəfi saat 16-17 radələrində dostları ilə çayxanada oturduqları vaxti polis əməkdaşları gələrək onu saxlamışlar. Sadiq ondan dəfələrlə narkotik vasitə qurudulmuş marixuana istəmiş, o da kibrit qutusunun yarısında olan qurudulmuş marixuananı pulsuz vermişdir. Sadiq onun işləmədiyini bildiyi üçün cibinə siqaret alıb qoymuşdur. Çayxanada oturan zaman polis əməkdaşları gəlib qolunu qandallayıb aparmışlar, yolda polis şöbəsinə gedən zaman polis əməkdaşları cibinə qurudulmuş marixuana qoymuşlar. Sağ cibindən iki kibrit qutusu, iki büküm qurudulmuş marixuana, sol cibinə isə bir kibrit qutusunda qurudulmuş marixuana qoymuşlar. RPŞ-də onu Mahirin otağına aparmışlar. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Sadiqə narkotik vasitə qurudulmuş marixuana satmamışdır. Sadiqdən pul istəməmiş, işləmədiyinə görə Sadiq özü ona pul vermişdir. Sadiq cibinə pul qoyanda Sadiqin cibinə hansı məbləğdə pul qoymasını bilməmiş, sonradan baxanda Sadiqin cibinə 80 manat pul qoyduğunu görmüşdür. Axırıncı dəfə Sadiqə 31 mart 2024-cü il tarixdə kibrit qutusunun yarısında qurudulmuş marixuana vermişdir. Sadiqə qurudulmuş marixuana vermiş, Sadiq də onun cibinə 80 manat pul qoymuşdur. Sadiqə verdiyi qurudulmuş marixuananın çəkisini bilməmiş, çünki həmin narkotik vasitəni çəkməmişdir. Sadiqin dediyi ilə razıdır, Sadiqə kibrit qutusunun yarısında qurudulmuş marixuana vermişdir. Polis əməkdaşları Sadiqlə onu eyni vaxtda saxlamamışlar, polis əməkdaşları əvvəl Sadiqi saxlamışlar, daha sonra onu saxlamışlar. Polis əməkdaşları onu «dubinka» ilə döymüşlər, həmçinin 4-5 nəfər polis əməkdaşını düzərək həmin polis əməkdaşlarının ona «sənin dalını şey edəcəyik» edəcəklərini demişlər. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 31 mart 2024-cü il tarixdə Teymurla çayxanada oturmuş, sonra isə ayrılmışlar. Aradan 3-4 saat keçəndən sonra Teymurun tutulduğunu demişlər. Həmin vaxt evdə olmuş, marketə ət almağa gedən zaman polis əməkdaşları onu tutub RPŞ-nə aparmışlar. Polis şöbəsində 2 sutka onu döyəndən sonra Toğrul adlı əməliyyatçı ümumilikdə üç kibrit qutusunda olmaqla bir cibinə iki kibrit qutusunda, digər cibinə də bir kibrit qutusunda qurudulmuş marixuana qoymuşlar. Teymura narkotik vasitə verməmişdir. Başını otaqda kombiyə vurmuşlar, nəticədə huşu başından çıxmış, döyülməsi ilə bağlı şikayət etmiş, ancaq onu heç bir rəhbər şəxs qəbul etməmişdir. Polis şöbəsində verdiyi ifadəni təsdiq etməmişdir. Verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Sadiqi ümumiyyətlə tanımamış, Teymuru müharibədən tanımışdır. Evinə ət almaq üçün marketə gedərkən, yolda polis əməkdaşları onu saxlamışlar. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 31 mart 2024-cü il tarixdə əməliyyat müvəkkili Şahid4 məlumat verib demişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsin üzərində dövriyyəsi qanunla qadağan olunmuş narkotik vasitə vardır. Əməliyyat qurupu yaradılmış, Sərdar İmralıyev küçəsində Təqsirləndirilən şəxs saxlamışlar və onu RPŞ-nə dəvət etmişlər. RPŞ-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun üzərindən iki büküm kibrit qutusunda və altı büküm qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitəni Çinar kafesində Teymur adlı şəxsdən aldığını bildirmişdir. Verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən kibrit qutusunda qurudulmuş marixuana aşkarlanmışdır. Təqsirləndirilən şəxs axşam tərəfi saxlamışlar, həmin vaxtı saat neçə olduğunu xatırlamamışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirdikdən sonra Rəşad müəllimin xidməti otağına qaldırmışlar, sonra müdafiəçi Fərhad müəllimin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə satması ilə bağlı onda məlumat olmamışdır. Dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 31 mart 2024-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Beyləqən şəhəri, Sərdar İmralıyev küçəsində tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxladıqları yerdə əlverişli şərait olmadığı üçün üzərinə şəxsi axtarış keçirilməsi üçün RPŞ-nə dəvət edilmişdir. RPŞ-də müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun üzərindən kibrit qutusunda və bükümlərdə olan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Narkotik vasitəni hardan və kimdən əldə etməsini soruşanda Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olmadığını, üzərindən aşkarlanan narkotik vasitəni şəxsi istifadəsi üçün pul ödəməklə əvvəllər tanıdığı Şahid1 adlı şəxsdən bir karopkasını 80 manata aldığını bildirmişdir. Verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, məlumat Təqsirləndirilən şəxs Beyləqan rayonuna narkotik vasitə almağa gəldiyi barədə olmuşdur. Təqsirləndirilən şəxs narkotik satması barədə məlumat daxil olmamışdır. X10 RPŞ-də əməliyyat işləri üzrə rəis müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs saxlayan zaman ona heç bir təziq və ya təsir olmamışdır. Təqsirləndirilən şəxs üzərinə polis şöbəsində narkotik vasitə qoyulmamışdır. İş təcrübəsində ən rahat şəkildə və ən səmimi şəkildə üzərində narkotik vasitə olmasını etiraf edən şəxslərdən biri Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs RPŞ-nə gətirildikdən 20 dəqiqə sonra vəkil gəlmişdir. Dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, 31 mart 2024-cü il tarixdə Beyləqan RPŞ-nin əməliyyat müvəkkili Şahid4 əməliyyat məlumatı daxil olmuşdu və məlumat RPŞnin rəisinə raportla məruzə edilmiş və əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Beyləqan şəhəri, Sərdar İmralıyev küçəsində saxlayaraq üzərində narkotik vasitənin olması və daşıması şübhəsi olduğundan onu Beyləqan RPŞ-nə aparmışlar və polis şöbəsində üzərinə baxış keçirilən zaman üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid5 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik satması ilə bağlı onda məlumat olmamışdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işi başlanması və icraata götürülməsi barədə» 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Şahid1 ümumi təmiz çəkisi 10 qram narkotik vasitə olan qurudulmuş marixuananı 2024-cü ilin mart ayında 3 dəfə olmaqla Təqsirləndirilən şəxs qanunsuz olaraq satması, 31 mart 2024-cü il tarixdə Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxladığı həmin 10 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın aşkar olunması və 31 mart 2024-cü il tarixdə Şahid1 üzərində keçirilən şəxsi axtarış zamanı onun üzərindən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxladığı üç ədəd kibrit qutusunda və 01 ədəd büküm halında ümumi təmiz çəkisi 9,93 qram narkotik vasitə olan qurudulmuş marixuananın aşkar olunması faktına görə Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(cild 1, i.v.1-93) -Beyləqan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 tərəfindən Beyləqan RPŞ-nin rəisinə ünvanlanmış 31 mart 2024-cü il tarixli «raport»dan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlayıb daşımaqda və satışını həyata keçirməkdə şübhəli olması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin zəruri olması bildirilmişdir.(cild 1, i.v.4) -«şübhəli şəxsin tutulması haqqında» 31 mart 2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.18) -«şəxsi axtarış və götürmə haqqında» 31 mart 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində Beyləqan RPŞ-nin inzibati binasında şəxsi axtarış aparılarkən əynində olan boz rəngli qış gödəkçəsinin sağ yan cibindən iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri müvafiq olaraq 6,79 qram və 7,07 qram, həmin gödəkçənin sol yan cibindən isə altı ədəd qızılı rəngli kağız bükümdə ayrı-ayrılıqda çəkiləri müvafiq olaraq 0,66 qram, 0,77 qram, 0,47 qram, 0,69 qram, 0,77 qram və 0,57 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitələri Beyləqan rayon sakini Teymur adlı şəxsdən əldə etdiyini, istifadə etmək məqsədi ilə üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs Teymur adlı şəxsə hər kibrit qutusunda olan kütlələr üçün 80 manat, hər büküm üçün isə 10 manat pul ödədiyini bildirmişdir.(cild 1, i.v.27-29) -«məhkəmə-bioloji ekspertizası»nın 01 aprel 2024-cü il tarixli, 3-16-16/2-18/358 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən..» sözləri və imzalar olan kağız paketdə 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi -3,91 qram, 4,04 qram, ümumi çəkisi -7,95 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən» sözləri və imzalar olan kağız paketdə 06 ədəd qızılı rəngli kağız bükümdə ayrıayrılıqda təmiz çəkisi -0,45 qr, 0,16 qr, 0,45 qr, 0,38 qr, 0,34 qr, 0,27 qr, ümumi çəkisi -2,05 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkiblidir.(cild 1, i.v.84-88) -«məhkəmə-bioloji ekspertizası»nın 01 aprel 2024-cü il tarixli, 3-16-16/2-18/359 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Şahid1 üzərindən..» sözləri və imzalar olan kağız paketdə 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi - 3,03 qr, 4,76 qr, 1,89 qr, 01 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi -0,25 qr, ümumi çəkisi - 9,93 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Şahid1 aşkar edilmiş narkotik vasitə marixuanalar ilə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkiblidir.(3-16- 16/2-18/358 №li ekspert rəyinə əsasən birgə tədqiqat aparılıb).(cild 1, i.v.89-93) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur.(cild 1, i.v.126-127) -«polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında» 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(cild 1, i.v.140-141) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, Şahid1 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. Beyləqan Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 4(020)-6/2024 nömrəli qərarından görünür ki, Şahid1 barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Beyləqan Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 4(020)-9/2024 nömrəli qərarından görünür ki, Şahid1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş və dərhal həbsdən azad olunmuşdur.(cild 1, i.v.146-147, 170-175, cild 2, i.v.99-105) -«məhkəmə-bioloji ekspertizası»nın 03 aprel 2024-cü il tarixli, 3-16-16/2-18/370 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Şahid2 üzərindən..» sözləri və imzalar olan kağız paketdə 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi- 4,0 qr, 3,82 qr, 1,47 qr, ümumi çəkisi- 9,29 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində «Şahid2 üzərindən..» sözləri və imzalar olan kağız paketdə 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi -5,06 qr, 4,32 qr, ümumi çəkisi -9,38 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Şahid2 aşkar edilmiş narkotik vasitə marixuanalar, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə marixuanalar və Şahid1 aşkar edilmiş narkotik vasitə marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkiblidir.(cild 1, i.v.248-253) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 04 aprel 2024-cü il tarixli qərardan görünür ki, Şahid2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. Beyləqan Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 4(020)-7/2024 nömrəli qərarından görünür ki, Şahid2 barəsində 3 (üç) ay həddində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir.(cild 2, i.v.17-18, 42-51) -«maddi sübut hesab edilmə haqqında» 09 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,68 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Beyləqan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, şəxsi axtarış protokoluna əlavə olunmuş 1 (bir) ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur.(cild 2, i.v.89-90) -«ambulator məcburi-narkoloji tibbi yoxlama»nın 02 may 2024-cü il tarixli, 2882 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.(cild 2, i.v.173- 174) -«cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında» 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrindən həmin Məcəllənin 234.4.2-ci maddəsinə tövsif edilmişdir.(cild 2, i.v.215- 216) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 23 iyul 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Şahid1 Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir.(cild 3, i.v.30-31) -«cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə» 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 03 ay- 07 ayadək, yəni 01 avqust 2024-cü il tarixdən 01 noyabr 2024-cü il tarixədək uzadılmışdır.(cild 3, i.v.47-49) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Şahid2 Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir.(cild 3, i.v.50-51) -«cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» 05 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Şahid1 Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilmişdir.(cild 3, i.v.136-138) -«cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» 05 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Şahid2 Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilmişdir.(cild 3, i.v.140-142) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 14 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihama dəyişiklik edilərək, o, Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir.(cild 3, i.v.144-145) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində, üzərində aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın bir kibrit qutusundan başqa, digərlərinin polis əməkdaşları tərəfindən cibinə qoyularaq götürülməsi, polis əməkdaşları tərəfindən ona hədə-qorxular gəlinərək üzərinə qoyulmuş narkotik vasitə qurudulmuş marixuanaları qəbul etməsə evindən avtomat çıxarmalarını bildirməklə polis əməkdaşları tərəfindən hədələndiyi üçün üzərinə qoyulmuş narkotik vasitə qurudulmuş marixuananın da özünə məxsus olduğunu bildirməsi məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi bildirir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir, təqsirləndirilən şəxs belə hərəkətləri qanunsuz etməlidir və narkotik vasitələri satmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın müvafiq bəndlərinə əsasən qurudulmuş marixuana narkotik hesab edilir. Siyahılara əsasən qurudulmuş marixuanın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar, 50000 qramı (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs əynində olan boz rəngli qış gödəkçəsinin sağ yan cibində daşıdığı iki ədəd kibrit qutusunda qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkisi 3,91 qram və 4,04 qram, həmin gödəkçənin sol yan cibindən 06 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,45 qram, 0,16 qram, 0,45 qram, 0,38 qram, 0,34 qram, 0,27 qram, ümumi təmiz çəkisi 10,00 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra-961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 6 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilmişdir ki, 2024cü ilin mart ayının ortalarında ünvan 2 ünvanının yaxınlığında tanışı Şahid1 80 manat pulun qarşılığında satış məqsədi ilə qanunsuz olaraq içərisində tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kibrit qutusunu əldə edib üzərində saxlamaqla daşımış, bundan sonra o, təkrarən 2024-cü ilin mart ayının axırlarında ünvan 2 ünvanının yaxınlığında tanışı Şahid1 80 manat pulun qarşılığında satış məqsədi ilə qanunsuz olaraq içərisində tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kibrit qutusunu əldə edib təmiz çəkiləri 0,45 qram, 0,16 qram, 0,45 qram, 0,38 qram, 0,34 qram, 0,27 qram olan xırda bükümlərə böldükdən sonra qablaşdırıb üzərində saxlamaqla daşımış, bundan sonra o, təkrarən 31 mart 2024-cü il tarixdə ünvan 2 ünvanının yaxınlığında tanışı Şahid1 80 manat pulun qarşılığında satış məqsədi ilə qanunsuz olaraq içərisində tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kibrit qutusunu əldə edib üzərində saxlamaqla daşımışdır. Verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs Şahid1 2024-cü ilin mart ayının ortalarında və 31 mart 2024-cü il tarixdə alması qeyd edilən narkotik vasitə qurudulmuş marixuana müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs verilmiş itthamda onun Şahid1 2024-cü ilin mart ayının ortalarında və 31 mart 2024-cü il tarixdə narkotik vasitə qurudulmuş marixuana almasının yazılmasına tənqidi yanaşaraq bildirir ki, şəxsin özünə qarşı verdiyi ifadə digər sübutlarla təsdiq olunmamış, həmin narkotik vasitələrə dair maddi sübut aşkar olunmamışdır. Faktiki olaraq mövcud olmayan və müvafiq məhkəmə ekspertizasından keçməyən maddi sübuta görə şəxsin cinayət məsuliyyətinə cəlb olunması absurtdur. Təqsirləndirilən şəxs yalan danışa da bilər, öz məsuliyyətini yüngülləşdirmək üçün faktiki olmayan halları bildirə də bilər. Göründüyü kimi Təqsirləndirilən şəxs bildirdiyi halları ibtidai istintaq orqanı sübut edə bilmədiyi halda ona ittiham irəli sürmüşdür. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə uyğun olaraq, cinayət o zaman başa çatmış hesab olunur ki, şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olsun. Müvafiq olaraq, əgər tərkib əlamətlərindən biri olmazsa, törədilmiş əməl başa çatmış cinayət kimi tövsif oluna bilməz. «Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Həmin qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, bu kateqoriyadan olan işlərə baxılarkən nəzərə almaq lazımdır ki, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair əməlləri təsbit edən Cinayət Məcəlləsinin 26-cı fəslində yer alan cinayət hüquqi normalar əsasən blanket quruluşa malik olmaqla əməlin cinayət xarakterli olduğunu göstərmək üçün onunla müvafiq normativ hüquqi aktların müddəalarının müqayisə edilməsini, bu müddəalar nəzərə alınmaqla əməlin hüquqi qiymətləndirilməsinin aparılmasını tələb edir. O, cümlədən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, şəxsin Cinayət Məcəlləsinin 234-240cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən cinayətin predmetinin narkotik vasitə, psixotrop maddə, prekursor, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddə olmasının, onların tibbi məqsədlər üçün istifadəyə yararlı olub-olmamasının, bitkilərin tərkibində narkotik maddələr olan bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən, həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Predmetin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, bitkinin tərkibində isə narkotik maddələr olması, habelə onların miqdarı dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Şərh edilənlərdən göründüyü kimi Təqsirləndirilən şəxs verilmiş ittihamda 2024-cü ilin mart ayının ortalarında və 31 mart 2024-cü il tarixdə Şahid1 alması yazılmış narkotik vasitə qurudulmuş marixuana mövcud olmamış, mövcud olmayan narkotik vasitəyə görə ittiham verilməsi cinayət-prosessual qanunvericliyin tələblərinə zidddir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona hədə-qorxular gəlinməsi və üzərinə qoyulmuş narkotik vasitə qurudulmuş marixuanaları qəbul etməsə evindən avtomat çıxarmalarını bildirməklə polis əməkdaşları tərəfindən hədələndiyi üçün etirafedici ifadə verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş materillarından göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı dövründə hədələnməsi barədə hər hansı orqana müraciət etməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilən zaman belə Təqsirləndirilən şəxs hədələnməsi barədə məhkəməyə hər hansı bir məlmat verməmişdir. «İ.H.Avstriyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Məhkəmə istintaqı nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaları satış məqsədi ilə əldə etməsi sübuta yetməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində «miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər» şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində «digər şəxsi maraq» dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X2rşı» iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. «X7 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı bir məlumatın olmadığını bildirmişlər. Məhkəmə tərkibi hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: -həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, -onun üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaların ayrıayrılıqda təmiz çəkisi 3,91 qram və 4,04 qram, 06 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,45 qram, 0,16 qram, 0,45 qram, 0,38 qram, 0,34 qram, 0,27 qram, ümumi təmiz çəkisinin 10,00 qram olması, -onun ibtidai istintaq zamanı verdiyi ilkin izahat və ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı satış deyil, istifadə etməsi üçün üzərində saxlaması və daşımasını göstərməsi, məhkəmə istintaqında narkotik vasitələrdən istifadə etdiyini, üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın bir kibrit qutusunun yarısının özünə məxsus olmasını, digər narkotik vasitə qurudulmuş marixuanaların isə polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu deməsini, -ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı mötəbər məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), narkotik vasitə qurudulmuş marixuananı hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, -göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin narkotik vasitə qurudulmuş marixuanadan şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütlələrə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Təqsiri qanun əsasında sübut edilənədək şəxsin təqsirsiz hesab edilməsi prinsipi cinayət prosesinin ən vacib təminatlarından biridir. Bu pirinsip dövlətimizin hüququnda, eləcə də beynəlxalq hüquqda və əksər dövlətlərin hüququnda tanınan prinsipdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində göstərilmişdir ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İnsan Avropa Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. X3 Hüquqlar haqqında Xartiyasının 48-ci maddəsinə əsasən ittiham edilən hər bir kəs təqsiri qanuna əsasən sübuta yetirilməyənə qədər təqsirsiz hesab edilir. Məhkəmə tərkibi hesab edir ki, təqsirsizlik prezumpsiyası bütövlükdə cinayət prosesini tənzimləyir. Şəxsin cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan onun cinayət törətməsi barədə yekun qərarın qəti müəyyən edilməsinə qədər cinayət prosesinin bütün mərhələlərində tətbiq edilir. Şəxs cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan, hətta şəxs bu şübhə barədə məlumat verilməmişdən əvvəl, o təqsirsiz hesab edilməlidir. Ölkəmizin və beynəlxalq qanunvericliyin tələblərindən göründüyü kimi şəxs barəsində hüquq mühafizə orqanlarına hər hansı inzibati və ya cinayət xarakterli məlumat daxil olduğu andan həmin şəxsin təqsirsizlik prezumpsiyası hüququ vardır, həmin hüquq dövlət tərəfindən qorunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Barbera, Messegi və Cabardo İspaniyaya qarşı» və «Yanoseviç İsveçə qarşı» işləri üzrə qərarlarında qeyd edilmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimə olunması üçün yetərli sübut təqdim etməlidir. Məhkəmə tərkibi qeyd edir ki, təqsirsizlik prezumpsiyası icraatın ümumi ədalətliliyini təmin etməyə çalışan geniş anlayışdır. Prosessual təminat kimi təqsirsizlik prezumpsiyası sübutetmə yükünə, şübhəli və ya təqsirləndirilən şəxsin təqsirinə ictimai istinadlara, təqsirləndirilən şəxsin təqdimatına və özünü ittiham etməmək hüququna təsir göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Frumkin Rusiyaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, təqsir məsələlərinə dair hər hansı şübhə şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə olmalı, yəni «in dubio pro reo prinsipi» tətbiq edilməlidir. Məhkəmənin bu mövqeyindən də tam aydın olduğu kimi təqsir məsələlərinə dair hər hansı şübhənin şəxsin xeyrinə olması cinayət prosesinin bütün mərhələsinə aiddir, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul olunarkən müəyyən edilmiş faktlarda şübhəli hallar olduqda, həmin şübhələrin aydınlaşdırılması mümkün olmadıqda həmin şübhələr şəxsin xeyrinə həll olunmalı, yekun qərarda bu hala hüquqi qiymət verilməlidir. Həmin Məhkəmənin «Karelin Rusiyaya qarşı» iş üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin təqsirinin müəyyən edilməsi üçün sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür. Həmin Məhkəmənin «Telfner Avstriyaya qarşı» iş üzrə qərarından görünür ki, sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. Həmin Məhkəmənin «Yanoseviç İsveçə qarşı» və «Falk Niderlanda qarşı» işlər üzrə qərarlarında qeyd edilmişdir ki, cinayət hüququnda prezumspiyaların tətbiqi zamanı iştirakçı Dövlətlərdən baxılan işin əhəmiyyəti ilə müdafiə hüququ arasında balansa nail olmaq tələb olunur; başqa sözlə, istifadə olunan vasitələrə nail olunmağa çalışılan legitim məqsədə ağlabatan mütənasiblikdə olmalıdır. «Ambulator məcburi-narkoloji tibbi yoxlama»nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma əməllərini törətməsini təsdiq etmir. Əksinə həmin rəy Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini təsdiq edir. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 14-cü maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət əməlində ittiham olunan hər bir şəxs, günahı qanuna uyğun olaraq sübut edilməyənə qədər günahsız hesab edilmək hüququna malikdir. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin «məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır» tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Məhkəmə tərkibi göstərilənlərə əsasən ibtidai istintaq orqanı tərəfinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi ilə bağlı irəli sürdüyü dəlilləri əsassız, Təqsirləndirilən şəxs dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili isə əsaslı və işin faktiki halları ilə uzlaşan obyektiv nəticə hesab edir. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və obyektiv nəticəni özündə ehtiva edən mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaq və məhkəmə istintaqı zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, məhkəmə-ekspertizasının rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitə qurudulmuş marixuananın qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə tərkibi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(cild 2, i.v.116) -Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Təzəkənd kənd İƏD-i üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 may 2024-cü il tarixli arayış, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Beyləqan rayonu, Təzəkənd kədində ailəsi ilə birlikdə yaşayır, himayəsində- xx.xx.2010-cu il təvəllüdlü Səma Əhmədova, xx.xx.2012-ci il təvəllüdlü Suna Əhmədova, xx.xx.2015-ci il təvəllüdlü Yusif Əhmədov və xx.xx.2022-ci il təvəllüdlü Aysu Əhmədova adlı uşaqları var və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(Cild 2, i.v.188-189) Məhkəmə tərkibi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşaqlarının olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, ilk məhkumluğunu, ailə, maddi və sosial vəziyyətini, ailəsində tək qazanc gətirən şəxs olmasını, yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə tərkibi Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «V.Bayramov və qeyrilərinin şikayətləri üzrə» 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.(CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X12rşı və Hacianastassion Yunanıstana qarşı» işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X11 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalandırılmalı, üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2024-cü il tarixdən 02 aprel 2024-cü il tarixədək 2 (iki) gün müddətə şübhəli şəxs kimi tutulmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, 1(099)-761/2024 nömrəli qərarı ilə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan olunmuşdur. Təqsirləndirilən şəxs 09 dekabr 2024cü il tarixdə Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən tutularaq həbsə alınmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün, həbsdə saxlanıldığı 2 (iki) ay 17 (on yeddi) gün müddətin bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla ona təyin olunmuş cəzadan 05 (beş) ay 8 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası çıxılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdən azad edilməlidir. “Ambulator məcburi-narkoloji tibbi yoxlama”nın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Beyləqan RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 9,68 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli, «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 mart 2024-cü il tarixdən 02 aprel 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün və 09 dekabr 2024-cü il tarixdən 26 fevral 2025-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 17 (on yeddi) gün müddətin bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla ona təyin olunmuş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 05 (beş) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın. Təyin edilən cəzanın icrası Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyatda alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Beyləqan Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 9,68 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar