Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-14/2023 17.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və müdafiəçi- Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə İmişli şəhərində anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, İmişli şəhəri, Ə.Vahid küçəsi ev 29-da qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 17 dekabr 2021-ci il tarixdə saat 00:30 radələrində İmişli şəhəri, Ə.Vahid küçəsi, ev 40-da yaşayan, tanışı Zərərçəkmiş şəxs1 fərdi yaşayış evinin həyətinə gələrək Zərərçəkmiş şəxs1 yataq otağı tərəfdən pəncərə şüşələrini daşla vuraraq Zərərçəkmiş şəxs1 diqqətini cəlb etməklə evə daxil olmasına çalışmış, lakin sonuncu onu dəmirparçası ilə vuracağı ilə hədələdiyindən, o evin qapısına tərəf gedib evin giriş qapısını açıb qanunsuz olaraq qapıdan evin yaşayış sahəsinə daxil olmuş, mətbəxdə Zərərçəkmiş şəxs1 yataq otağına keçərək onunla cinsi əlaqədə olmasını təklif etmiş, sonuncu isti halda olan çaydanı əlinə götürərək ona yaxınlaşacağı təqdirdə qaynar suyu üstünə tökəcəyini bildirəndən sonra hər ikisi qonaq otağına keçərək Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 Cəlal qızının yanında cinsi əlaqə mövzusunda mübahisə etmişlər, Zərərçəkmiş şəxs1 onunla cinsi əlaqədə olmağa razılaşmadığını gördükdə Təqsirləndirilən şəxs 2021ci ilin iyul ayında özünə məxsus “Mercedes-Benz C klass” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edərək saxlanılması üçün Zərərçəkmiş şəxs1 verdiyi 2000 manat puldan sonuncu tərəfindən qaytarmadığı hissəsini tələb etmiş, bu vaxt sonuncu və anası pulun hissəvi olaraq qaytardıqlarını bildirdikdə, o zor tətbiq etməklə özünə məxsus olmasını ehtimal etdiyi əmlakı tələb etmiş, yəni özbaşnalıq edərək qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq, qaytarılması üçün məhkəmə və ya hüquq mühafizə orqanlarına müraciət etmədən, qanuniliyi vətəndaşlar Səbinə və Zərərçəkmiş şəxs2lar tərəfindən təkzib edilən hərəkəti özbaşına etməklə Zərərçəkmiş şəxs2 əynindəki uzunqol köynəyin və gecə köynəyinin yaxa hissəsini bıçaqla kəsmiş, əli ilə Zərərçəkmiş şəxs2 yaxasından tutub möhkəm silkələyib, başını divara çırparaq, sonuncuya ənsə nahiyəsində yumşaq toxumanın şişkinliyi ilə müşayiət olunan baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travmasından ibarət, sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməsində əks olunan zor tətbiq etdikdən sonra Zərərçəkmiş şəxs1 ona pulun yataq otağındakı gödəkçəsinin cibində olduğunu söylədikdən sonra o, Zərərçəkmiş şəxs1 saxlanılması üçün verdiyi 2000 manat puldan özünə məxsus olmasını ehtimal etdiyi 170 (yüz yetmiş) manat pulu həmin yerdən götürərək zərərçəkmiş şəxslərə mühüm ziyan vurmuş, bundan sonra Zərərçəkmiş şəxs1 yenidən cinsi əlaqədə olmasını təkid etmiş, bu zaman Zərərçəkmiş şəxs2 müdaxilə edərək Təqsirləndirilən şəxs qızı ilə dini kəbin bağlayandan sonra münasibətdə ola bilmələrini bildirdikdə o, razılaşaraq hadisə yerini tərk etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə eyni küçədə yaşayır. Zərərçəkmiş şəxs1 ilə onların evlərinin arasında təxminən 250 metr məsafə vardır. Səbinənin oğlu Şahid1 onun sinif yoldaşıdır. Uzun müddətdir ki, Səbinəyə qarşı cinsi ehtirası yaranmış və Səbinə ilə cinsi əlaqədə olmaq istəmişdir. Mütəmadi olaraq Səbinəgilə qonaq getmiş, aralarında yaxşı münasibətləri olmuşdur. İlk dəfə hadisədən təxminən 3 il əvvəl Səbinəgilin evində ikisi tək olduqları zaman o, Səbinəyə cinsi əlaqədə olmaq istədiyini demişdir. Səbinə isə onunla cinsi əlaqədə olmağa razı olmamışdır. Həmin vaxtdan sonra o, Səbinə ilə danışmamış, 22 yaşında Türkiyə Respublikasına işləmək üçün getmiş, orada bir qədər pul qazanmış, qayıtdıqdan sonra Səbinə ilə yaxınlıq etmiş, Səbinəyə pul xərcləmişdir. Onun pulu qurtardıqdan sonra Səbinə onunla danışmamış və təqribən 3 il müddətində Səbinə ilə əlaqələri olmamışdır. 26 yaşında Müdafiə Nazirliyinin hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəlmiş, 2020-ci ilin sentyabr ayında başlayan İİ Qarabağ muharibəsində iştirak etmişdir. Müharibədən sonra 2021-ci ilin aprel ayında ordu sıralarında təxris olmuşdur. Bu müddət ərzində özünə bir az pul yığmış, həmin puldan ilkin ödəniş etməklə kredit yolu ilə özünə “Mercedes-Benz C klass” markalı avtomobil almışdır. Bundan sonra Səbinə onun avtomobilini görüb, pulunun olduğunu fikirləşərək oğlu Şahid1 sifariş göndərib onu çağırtdırmış və Biləsuvar rayonuna aparmasını istəmişdir. Pərvinə görə Səbinəyə yox deyə bilməmişdir. Sonra 2021-ci ilin iyun ayında Səbinəni özünə məxsus olan “Mersedes” markalı, **-BU-*** nömrəli avtomobili ilə Biləsuvar rayonunun adı yadında qalmayan kəndinə aparmışdır. Bundan sonra yenə də Səbinə ilə barışmışdır. Səbinə onu özünə cəlb etməyə başlamış, Səbinə ilə telefonla tez-tez danışmağa başlamışlar. Səbinə ilə telefonla və üzbəüz danışan vaxt Səbinə hər dəfə vəd verərək evinə çağırıb cinsi əlaqədə olacağını ona demişdir. O, hər dəfə Səbinəyə pul xərcləmiş, Səbinənin mobil nömrəsinə kontur yükləmiş, evinə ərzaq almış, avtomobili ilə Səbinəni istədiyi yerə aparmışdır. 2021-ci ilin iyul ayında avtomobilin kreditini ödəyə bilmədiyi üçün satmış, avtomobilin kreditini bağlamışdır. Krediti bağladıqdan sonra ona 2000 manat pul qalmışdır. O, avtomobilini satdıqdan təxminən iki gün sonra 2000 manat pulu Səbinəyə vermişdir ki, ona pul lazım olduqda Səbinədən özü götürsün, Səbinə pulu aldıqdan sonra da onun hissləri ilə oynamış və onu aldatmışdır. Təxminən 3 ay Səbinə ilə münasibəti yaxşı olmuş, Səbinə onun 2000 manat pulunu xərclədikdən sonra onunla münasibəti kəsmiş, nömrələrini bloka atmış, zənglərinə cavab verməmişdir. Hadisədən təxminən 2 ay əvvəl Səbinəni görmək üçün Səbinəgilin evlərinə getmiş və orada Səbinəni görüb onunla söhbət etmişdir. Söhbət zamanı Səbinəyə: “Bir dəfə cinsi əlaqədə olaq bu söhbətimiz bununlada qutarsın” - demişdir. Səbinə isə and içərək söz vermişdir ki, 3-4 günə onu evinə çağıracaq. Səbinə ilə dəfələrlə əlaqə yaratmağa çalışmış, lakin sonuncu onun zənglərinə cavab verməmişdir. Sonuncu dəfə, 16 dekabr 2021-ci il tarixdə saat 23 radələrində Pərvinə zəng vurub, Səbinənin işlətdiyi nömrəni istəmiş, Pərvin isə anası Səbinənin mobil telefon işlətmədiyini bildirmişdir. Bu səbəbdən də, özü Səbinəgilə getməyi qərara almışdır. 17 dekabr 2021-ci il tarixdə saat 00:15 radələrində Səbinəgilin evlərinin həyətinin hasarının yanına getmiş və hasardan aşıb evin həyətinə daxil olduqdan sonra Səbinənin yatdığı otağın pəncərəsini döymüşdür. Həmin vaxt ona cavab verən olmamış və heç kim evdən çıxmamışdır. Bundan sonra evin giriş qapısını özü açaraq həmin evə girmişdir. Qapı bağlı olsada kilidli olmamış, buna görədə qapını əli ilə dartan kimi açılmışdır. Evə girəndən sonra Səbinə və anası Sonanı evin giriş qapısının açıldığı zalda görmüş, həmin vaxt evdə başqa heç kim olmamışdır. Səbinədən ona niyə söz verib aldatmasının səbəbini soruşmuş, Səbinə onu aldatdığını dolayısıyla boynuna almışdır. Bundan sonra Səbinə ilə bu barədə təxminən 1 saat söhbət etmişlər. Səbinə və anası Sona çörəyə and içərək onunla razılaşmışlar ki, Səbinə ilə kəbin kəsdirəcək və münasibətləri başlayacaq. Səbinə və anası Sonaya inandığına görə onların evindən çıxaraq öz evlərinə getmişdir. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək bildirmişdir ki, Səbinənin evinə gedən zaman əlində bıçaq olmamış, nə Səbinəni, nə də anası Sonanı hədələməmiş, onlardan pul istəməmiş, Səbinəni öldürməklə hədələməmiş, Sonanın boğazına bıçaq dirəməmiş, Sonanın paltarının yaxasını cırmamış, yaxasından tutub sonuncunu itələməmişdir. Nə Səbinəyə, nə də anası Sonayə əl vurmamış, evlərinin pəncərəsinin şüşəsini sındırmamışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs istifadə etdiyi 050 ***-**-** saylı mobil nömrədən 2021-ci ilin sentyabr ayında müxtəlif tarixlərdə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Cavab niye vermirsen”, “Yenə blok”, “Neney vacabda meni blok eledin neney”, “Elediyin hereket (qeyri etik soz) menide blok elemisen mamida”, “Salam menem Elmeddin teze nomremdi bilok eledun diye teze nomre aldim sabah bakiya gedecem gelim senin basu agridacam bi hereketue gore sen bilirsen men deli seyem hemde ki bildyi seyler sene pis serbe vura biler dunen neceb demedun birici sene birakdim sen diyesen demedun men diyerem qoy bakidan gelim sen cox qedar adamsan neney bes meni sobet elemeye cagiracaqdin noldu idide meni bilok edirsen neney”, “Meni bilokdan cixard isim var sene 10 de” məzmunlu mesajları hansı məqsədlə göndərməsi barədə suala cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 2021-ci ilin iyul ayında Səbinə onun 2000 manatını aldıqdan sonra iyul-avqust aylarında Səbinə münasibətləri yaxın olmuş, lakin Səbinə pulu xərcləyərək onu aldatdığını, ünsiyyətdən boyun qaçırdığını görüb məsələni aydınlaşdırmaq üçün qeyd olunan mesajları göndərmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində göstərmişdir ki, İİ Qarabağ Müharibəsi iştirakçısıdır, Qubadlının azad olunması və Füzulinin azad olnmasında iştirak etmiş, «cəsur döyüşçü» meddalı ilə təltif olunmuş, muharibə dövründə «Sağ çiyin və kürək nahiyyəsinin dəlib keçən odlu silah yaralanması» ilə müalicə olunmuşdur. Məhkəmədən günahı olmadığı üçün bəraət verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakının ələ keçirmək məqsədi ilə heç kəsə hücum etməməsi, heç kəsi basqına mərzuz qoymaması, heç kəsin əmlakını ələ keçirməməsi barədə ifadəsi işin faktiki hallarına uyğun olduğundan və digər sübutlarla təsdiqini tapdığından sübut kimi qəbul olunmalıdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 322.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslər, şahidlərin ifadələri, maddi sübutlar, istintaq sənədləri, protokolları və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, İmişli şəhəri, Ə.Vahid küçəsi, ev 40 ünvanında, Təqsirləndirilən şəxs ilə eyni küçədə yaşayır. Elməddin onun oğlu Şahid1 ilə sinif yoldaşı olduğu üçün onların münasibətləri yaxşı olmuşdur. Elməddini uşaq vaxtlarından tanıyır, ilk dəfə 2021-ci ilin sentyabr ayında gündüz saatlarında o, evlərində tək olduğu zaman Elməddin onların evlərinin həyətinə gəlmişdir. O, həmin vaxt həyətə çıxmış, Elməddin isə evə daxil olaraq onu da evə dəvət etmişdir. O, isə Elməddinin sifətinin ağardığını və həyəcanlı olduğunu görüb, Elməddindən qorxmuş və sonuncuya “Nə sözün varsa, gəl həyətdə de” demişdir. Elməddin isə yenə təkidlə onu evə çağıraraq “Bir dəqiqəlik gəl, sənə söz deyirəm” bildirmişdir. O, isə həyətlərinin darvazasından küçəyə çıxmış, sonra Elməddin ona “Bir dəqiqəlik içəri gəl, Allah haqqı söz deyib gedirəm” deyə cavab vermişdir. O, bundan sonra evinin darvazasından həyətə keçmiş, həmin vaxt Elməddin onu evin həyətində arxadan qucaqlamış, o, qışqıraraq qonşuları çağırmış, həmin vaxt Elməddin onu buraxmış, o isə yerə yıxılmışdır. Sonralar Elməddin istifadəsində olan 050 ***-**-** saylı mobil nömrə ilə onun istifadə etdiyi 050 ***-**-** saylı mobil nömrəyə dəfələrlə zəng edərək onunla görüşməyi və cinsi əlaqədə olmağı təklif etmiş, o, Elmədinin təklifini hər dəfə rədd etmişdir. Elməddinin ona qarşı etdiyi bütün hərəkətlər barəsində əvvəlcə Elməddinin anası Gülşən, sonra isə atası Vidadiyə demişdir. Valideynləri Elməddindən narazı olduqlarını bildirsələr də, hər hansı tədbir görməmişlər. 2021-ci ilin sentyabr ayının axırlarında o, Bakı şəhərinə gedərək orada yaşamağa başlamış və 2 oktyabr 2021-ci il tarixdə rayona qayıdaraq evində yaşamağa davam etmişdir. Oktyabr ayının sonlarında yenidən Bakı şəhərinə gedərək təxminən 8 gün orada qaldıqdan sonra İmişli şəhərinə qayıtmışdır. Elməddinin ona zəng etməməsi üçün həmin ərəfələrdə mobil nömrəsini dəyişdirmiş, ***-***-**-** saylı mobil nömrəni işlətməyə başlamışdır. Həmin vaxtdan sonra Elməddinlə heç bir əlaqəsi olmamışdır. 17 dekabr 2021-ci il tarixdə saat 00:30 radələrində yaşadığı evdə yataq otağında uzanaraq mobil telefondan istifadə etmiş, anası Sona isə zalda yataq yerində uzanmışdır. Bu vaxt onun yataq otağının pəncərəsinin döyüldüyünü eşitmiş, əvvəlcə bu səsə fikir verməsədə, pəncərə təkrar döyülən zaman pərdəni çəkərək telefonun işığını pəncərədən bayıra yönəltmiş və Elməddinin pəncərənin qarşısında dayandığını görmüşdür. Elməddin onu bayıra çağırsada, o, bayıra çıxmamışdır. Elməddin həmin pəncərənin 2 ədəd şüşəsini vurub sındırmış, lakin, o, Elməddinin həmin şüşələri nə ilə vurub sındırdığını görməmişdir. O, Elməddinə “Əgər içəri girsən başına dəmirlə vuracam” sözlərini demişdir. Bundan sonra çarpayının yanında olan dəmir parçasını əlinə götürmüş və mətbəxə keçmişdir. Həmin vaxt Elməddin onun evin içərisindən dəmir süzgəcli çömçə keçirərək bağladığı giriş qapısını dartıb açaraq, evin zalına daxil olmuş, Elməddinin əlində bıçaq olmuşdur. Bundan sonra Elməddin mətbəxdə onun üzərinə gəlmək istəmiş, o, isti halda olan çaydanı əlinə götürərək Elməddinə “Əgər üstümə gəlsən qaynar suyu üstünə tökəcəm” demiş, Elməddin ona tərəf gəlməmiş, Elməddin divanda oturulu vəziyyətdə olan anası Sonanın yaxasından tutub möhkəm silkələyərək divara tərəf itələmişdir. Bu vaxt anası Sonanın əynində olan paltarların yaxası cırılmış və başı divara dəymişdir. Bundan sonra Elməddin əlində olan bıçağı divanda oturulu olan anası Sonanın boğazına dirəyib hədələyərək Sonaya “Pensiyanı almısan, mənə pul ver” demişdir. Sona Elməddinə pulunun olmadığını deyəndən sonra Elməddin onu yataq otağına çağırmışdır. O, isə Elməddinə “Məni öldürsəndə mən ora gəlməyəcəm. Əgər pulu götürmək istəyirsənsə pul yataq otağımda gödəkçəmin cibindədir” deyə bildirmişdir. Elməddin onun yataq otağında stulun başına keçirdiyi paltarları yerə tökərək sarı rəngli qolsuz gödəkçəsinin yan cibində olan cəmi 170 (yüz yetmiş) manat pulunu götürmüşdür. Bundan sonra Elməddin anasının yanında stulda oturaraq ona “Anan burda otursun, gedək sənin otağında cinsi əlaqədə olaq. Ondan sonra bir daha səninlə işim olmayacaq. Səninki səndə, mənimki məndə” demişdir. O, isə Elməddinə “Ölsəmdə səninlə cinsi əlaqədə olmayacam” deyə cavab vermişdir. Elməddin onu “Mənimlə cinsi əlaqədə olmasan atamın tüfəngi ilə səni öldürəcəm” deyə hədələmişdir. X7 əl çəkmədiyini görüb sonuncuya “Elməddin, bala görürəm sən Səbinədən əl çəkmirsən. Onda sabah get Səbinə ilə kəbin kəsdir, ondan sonra Səbinə ilə halallıqla bir yerdə ol” demişdir. Bundan sonra Elməddin “Allah köməyin olsun, Sona nənə heç kəbin yadıma düşmürdü. Mən sabah gedib Səbinə ilə kəbin kəsdirəcəm və Səbinəyə təzə nömrə alıb gətirəcəm” deyə cavab verib, onun bu barədə kiməsə deyəcəyi halda boğazını üzəcəyini deyərək evdən çıxıb getmişdir. Hazırda Elməddinlə barışmış, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxsla “Whatsapp” vasitəsi ilə aralarında çoxsaylı mesajlar və aralarında nə kimi münasibətlərin olması barədə verilən suala cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Elməddinlə münasibətləri yaxşı olmuş, bu səbəbdən də onlar “Whatsapp” vasitəsi ilə ünsiyyət saxlamışlar, bir neçə dəfə yemək bişirərək Elməddini evinə qonaq çağırmış, Elməddindən xahiş edərək onun avtomobili ilə bir neçə dəfə özünə lazım olan yerlərə getmiş, Elməddinin xətrini çox istəmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs avtomobili satılmasından əldə etdiyi 2000 manat pulu saxlanılması üçün ona verməsi barədə suala Səbinə Qasımova cavabında bildirmişdir ki, Elməddinin avtomaşını olmuş, həmin maşınla onun xahişi ilə Elməddin onu lazım olanan yerlərə aparmış, lakin Elməddinin maşından əldə etdiyi pul, 2000 manat almamışdır. Elməddinə borcu olmamışdır. Elməddinlə aralarında pul məsələsi olmamış, sadəcə qonşu kimi münasibətləri və ünsiyyətləri olmuşdur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmədə ilk dəfə dindirilərkən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatlara uyğun ifadə vermişdir. Lakin Zərərçəkmiş şəxs2 növbəti dəfə məhkəmədə dindirilərkən ifadəsinə əlavə olaraq göstərmişdir ki, həqiqətən də, Elməddin qızı Səbinəyə 1500-2000 manat saxlaması üçün vermişdir, Elməddin Səbinəyə demişdir ki, maşının satışından əldə olunan pulu ailəsi xərcədiyi üçün Səbinəyə vermiş, bildirmişdir ki, özünə lazım olduqca Səbinədən pulu alar. Sonradan Elməddin mütəmadi olaraq Səbinəyə verdiyi puldan hissə-hissə almışdır. Səhv etmirsə sonda 200 manatı borc qalmış, həmin pulu da, Səbinə deyil şəxsən özü kredit götürərək Elməddinə vermişdir, lakin tarixləri xatırlamır. Elməddin də, hadisə günü gələndə, pul tələb etmirmiş, Səbinəyə cinsi əlaqədə olmasını təklif etmiş, aralarında mübahisə yaranmış, Səbinə cinsi əlaqəyə girməkdən imtina etmişdir. Bundan sonra Elməddin Səbinə ilə mübahisə etmiş, verdiyi pulu istəmiş, biz onda dedik ki, pulunu vermişik, Elməddin isə deyirdi ki, pulu tam verməmisiz, bundan sonra mənə xəsarət yetirdi, Səbinə bildirdi ki, gödəkçəsinin cibində pul var, Elməddin də göbəkçənin cibindən 170 manatı götürdü, sonra yenə də Səbinəyə cinsi əlaqəyə girməyi təklif etmiş, yenə mübahisə etməyə başlayanda, o, təklif etmişdir ki, Elməddin Səbinə ilə dini kəbin bağlasın və bundan sonra yaxınlıq etsinlər, Elməddin də onunla razılaşaraq çıxıb getmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmışlar, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 16 dekabr 2021-ci il tarixdə Goranboy rayonuna istirahətə getmişdir. Həmin gün saat 24 radələrində sinif yoldaşı və qonşusu Təqsirləndirilən şəxs zəng edərək harada olduğunu və nə etdiyini soruşmuş, o, da cavabında Goranboy rayonunda olduğunu və gəzməyə getdiyini demişdir. Bundan sonra Elməddin ona heç bir söz deməyib onunla sağollaşmışdır. Elməddin ilə sağollaşdıqdan sonra dostunun Goranboy rayonunda olan evinə getmiş və gecəni orada keçirmişdir. 17 dekabr 2021-ci il tarixdə səhər saatlarında anası Zərərçəkmiş şəxs1 ona “Whatsapp” vasitəsi ilə mesaj yazaraq başlarına iş gəldiyini demiş, o da dərhal anasına zəng vurmuşdur. Anası Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs etdiyi hərəkətlər barəsində danışmışdır. O, Elməddinə zəng edib nə baş verdiyini soruşmaq istəmiş, Elməddinin əvəzinə zəngə anası Şahid3 cavab verib, oğlu barəsində gileylənmişdir. Bundan sonra dərhal İmişli rayonuna qayıtmış, anası ilə söhbətdən sonra ona məlum olmuşdur ki, Elməddin evlərinə gələrək zorla anasından pul almışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayında oğlu Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin hərbi hissələrinin birində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəlmişdir. Elməddin işlədiyi müddət ərzində aldığı maaşdan özünə pul toplamış, həmin puldan onlarada xərclik üçün vermiş, özü üçün xərcləmişdir. 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində Elməddin də iştirak etmiş və yaralanmışdır. Elməddin hospitalda müalicə olunmuş, müalicədən sonra Şuşa şəhərində yaradılmış hərbi hissədə xidmətinə davam etmişdir. Səhhətində olan problemlərə görə 2021-ci ilin aprel ayında Elməddin ordu sıralarından təxris olmuşdur. Döyüşlərdə iştirak etdiyinə görə bir neçə dəfə təltif olunmuşdur. Elməddin işlədiyi müddət ərzində 10000 (on min) manata yaxın pul toplamış, 2021-ci ilin may ayında kredit yolu ilə “Mercedes-Benz C klass” markalı avtomobil almış, avtomobil üçün 6000 manat ilkin ödəniş etmiş, yerdə qalan 4000 manat pulu isə özü üçün xərcləmişdir. Elməddin ordu sıralarında təxris olduqdan sonra tez-tez Zərərçəkmiş şəxs1 evnə getmişdir. Elməddin həmin evə gedəndə onlara ərzaq almış, pulunu Səbinəyə xərcləmiş, hətta 2021-ci ilin yay aylarında Səbinəni Biləsuvar rayonuna, molla yanınada aparmışdır. Səbinə ilə Elməddinin münasibətləri həmin vaxtlar daha da yaxın olmuş, Səbinə və anası Sona tez-tez onların evinə gəlirmiş. 2021-ci ilin iyul ayında Elməddin kreditini ödəyə bilməyib avtomobili satmış və kredit borcunu bağlamış, özünə 2000 manat pul da qalmışdır. Elməddin həmin pulu saxlaması üçün anası Gülşənə vermiş, təxminən 2021-ci ilin iyul ayında, gecə saatlarında ailə üzvləri və Səbinənin ailə üzvləri ilə birlikdə onların evinin həyətində oturmuşlar. Elməddin qardaşı Zöhrabın telefonda qumar oynamasına görə Zöhrabın 2000 manat pulu götürüb xərcləyəcəyindən qorxaraq, pulu anasının vasitəsi ilə Səbinəyə vermişdir. Elməddinin pulu qurtardıqdan sonra Səbinənin Elməddinə qarşı münasibəti dəyişmişdir. 2021-ci ilin sentyabr ayında Səbinə onlara gəldiyi vaxt Elməddin onun sifətinə bir sillə vuraraq nə üçün onu aldatdığını soruşmuş, Səbinə küsərək oradan getmişdir. Elməddinin Səbinəni vurmağına səbəb, Səbinənin Elməddinin pulunu alaraq aldatması və Elməddinin hisləri ilə oynaması olmuşdur. Bu hadisədən sonra onların münasibətləri əvvəlki kimi olmasada, yenə azda olsa gediş-gəlişləri olmuşdur. 16 dekabr 2021-ci il tarixdə gecə saatlarında onlar evdə olmuşlar. Elməddin həmin günü saat 23 radələrində Səbinəgilə getmişdir. Elməddin Səbinəgilə gedən vaxt əsəbləri sakit və normal vəziyyətdə olmuşdur. Səhəri gün ona məlum olmuşdur ki, Elməddin Səbinə ilə mübahisə etmişdir, lakin Elməddin heç bir cinayət törətməmişdir, sadəcə mübahisə etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Qulamirzə qızı Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1 oğlu Şahid1la ailə quraraq onların evinə gəlin köçüb. Bir müddət Pərvinlə ər-arvad kimi yaşadıqdan sonra aralarında nikah müqaviləsi bağlanmadığına görə 2021-ci ilin avqust ayında münaqişə olduğu üçün o, evdən çıxaraq atası evinə qayıdıb. O, Səbinənin evində yaşadığı müddətdə Elməddinin Səbinə ilə munasibətlərinin yaxşı olduğunu, onların evlərinə tez-tez gedib-gəlmələrini görmüşdür. Elməddinin Səbinəyə 2000 manat pul verməsindən məlumatı olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 18 dekabr 2021-ci il tarixli 554 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunan - ənsə nahiyəsində yumşaq toxumasının şişkinliyi ilə müşayət olunan baş beyin silkələnməsi halında kəllə-beyin tramvası bərk küt əşyanın təsirindən törənmişdir, xx.xx.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-trasoloji ekspertizasının 08 aprel 2022-ci il tarixli 3/344 saylı rəyindən göstərilmişdir ki, təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs2 götürülmüş...” yazıları olan bağlamadan aşkar edilmiş bir ədəd bej rəngli uzunqol köynəyin və bir ədəd gecə köynəyinin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Həmin zədələr (uzunqol köynəyin səthindəki “b” zədəsi istisna olmaqla) istiağızlı kəsici predmetin (qayçı və s.) təsiri nəticəsində yaranmağa xarakterik kəsilmə və bu zədənin davamı kimi fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik cırılma zədələridir. -Təqdim edilmiş uzunqol köynəyin səthində “b” zədəsi itiağızlı kəsici predmetin (qayçı və s.) təsiri nəticəsində yaranmağa xarakterik kəsilmə zədəsidir.-Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs1 götürülmüş...” yazıları olan bağlamadan aşkar edilmiş bir ədəd qısaqol köynəyin, bir ədəd maykanın, bir ədəd qısa maykanın, bir ədəd alt şalvarın səthində zədə yoxdur. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 80 (səksən) manatdır. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 19 mart 2022-ci il tarixli 713 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəlik qeyd olunmamışdır.O, həmin dövrdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş və törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəlikdən əzab çəkmir, hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb dərk etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. İş materiallarında olan “baxış keçirilməsi” haqqında 17 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri İmişli şəhəri, Ə.Vahid küçəsi 40 ünvanında yerləşən Zərərçəkmiş şəxs1məxsus fərdi yaşayış evidir. Ev bir eyvan və iki otaqdan ibarətdir. Zərərçəkmiş şəxs1 evin eyvanındakı qapını göstərərək, həmin qapını dəmir süzgəcli çömçəylə bağladığını və Təqsirləndirilən şəxs qapını zorla açan zaman çömçənin əyildiyini bildirməklə, həmin çömçəni təqdim etmişdir. Yataq otağında pəncərənin 2 ədəd şüşəsi sınmış vəziyyətdədi, şüşə qırıqları pəncərə altının və döşəmənin üzərinə səpələnmişdir. Qonaq otağındakı masanın üzərində olan nəlbəkinin içərisində iki ədəd siqaret kötüyü və siqaretə aid kül vardır. Zərərçəkmiş şəxs1 pəncərənin şüşəsini Təqsirləndirilən şəxs vuraraq sındırdığını və evdə iki dəfə siqaret çəkib külünü və kötüyünü masa üzərindəki nəlbəkiyə qoyduğunu qeyd etməklə, dəmir parçası təqdim edərək, hadisə vaxtı Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün həmin dəmir parçasından istifadə etdiyini bildirmişdir. Hadisə yerinə baxış zamanı bir ədəd çömçə, bir ədəd dəmir parçası, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd uzunqol köynək və bir ədəd gecə köynəyi, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd qısaqol köynək, bir ədəd mayka, bir ədəd qısa mayka, bir ədəd alt şalvarı müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan 31 mart 2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, mobil telefon danışıqlarına dair məlumatlar təhlil olunarkən, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iş üçün əhəmiyyət kəsb edən aşağıdakı qısa mesajlar (sms) müəyyən olundu: - xx.xx.2021-ci il tarixdə saat 23:47:09-da +**********28 saylı mobil telefon nömrəsindən +**********26 saylı mobil telefon nömrəsinə “Neney vacabda meni bolok eledun neney” məzmunlu qısa mesaj yazılmışdır. - xx.xx.2021-ci il tarixdə saat 23:47:09-da +**********28 saylı mobil telefon nömrəsindən +**********26 saylı mobil telefon nömrəsinə “Cavab niye vermirsen” məzmunlu qısa mesaj yazılmışdır. - xx.xx.2021-ci il tarixdə saat 23:47:09-da +**********28 saylı mobil telefon nömrəsindən +**********26 saylı mobil telefon nömrəsinə “Yene bilok” məzmunlu qısa mesaj yazılmışdır. - 19.09.2021-ci il tarixdə saat 08:22:13-də +**********28 saylı mobil telefon nömrəsindən +**********26 saylı mobil telefon nömrəsinə “Elediyin hereket qehbeliydi menide bilok elemisen mamida”- məzmunlu qısa mesaj yazılmışdır. - 19.09.2021-ci il tarixdə saat 09:29:08-də +**********09 saylı mobil telefon nömrəsindən +**********26 saylı mobil telefon nömrəsinə “Salam mene elmeddin teze nomremdi biliok eledun diye teze nomre aldim sabah bakiya gedecem gelim senin basu agridacam bi hereketue gore sen bilirsen men deli seyem hemde ki bildyi seyler sene pis serbe vura biler dunen neceb demedun birici sene birakdim sen diyesen demedun men diyerem qoy bakidan gelim sen cox qedar adamsan neney bes meni sobet elemeye cagiracaqdin noldu idide meni bilok edirsen neney” - məzmunlu qısa mesaj yazılmışdır. - 20.09.2022-ci il tarixdə saat 19:42:06-da +**********28 saylı mobil telefon nömrəsindən +**********26 saylı mobil telefon nömrəsinə “Meni bilokdan cixad isim var sene 10 de” - məzmunlu qısa mesaj yazılmışdır. - xx.xx.2021-ci il tarixdə saat 23:47:09-da +**********28 saylı mobil telefon nömrəsindən +**********26 saylı mobil telefon nömrəsinə “Neney vacabda meni bolok eledun neney” məzmunlu qısa mesaj yazılmışdır. Baxış zamanı “abuneci melumatları-5416.xls” adlı fayla daxil olaraq ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinin İmişli şəhəri, Ə.Vahid küçəsi ev 29 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs adına qeydiyyatda olduğu müəyyən edilmişdir. Bundan başqa Bakcell MMC-dən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli CDdiskdə olan məlumatlarda SMS tarixcəsinə dair hissədə xx-xx-2021 19:25:08 **********44 saylı mobil telefon nömrəsindən **********46 Pervin mamon qurban Bular neqeder dese verme pulu.Elmeddinin oz eline verhaa..ozu kime verir versin. qısa mesaj yazılmışdır. İş materiallarında olan “İmişli rayon mərkəzi xəstəxanası”-nın xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada ruhi-əsəb, narkoloji kabinetlərində qeydiyyatda durmur. İş materiaallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi Şəxsinin Mil-Muğan regional filialının 17 mart 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs hər ay muharibə veteranlarına görə xx.xx.2022-ci il tarixdən müddətsiz olaraq 80 (səksən) manat məbləğində prezident təqaüdü alır. İş materiallarında olan istintaq orqanının 20 may 2022-ci il tarixli “maddi sübutun tanınması” haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs1 hadisə günü xəsarət alan zaman onun əynində olan 1 ədəd alt geyimi, 1 ədəd mayka, 1 ədəd idman köynəyi və 1 ədəd şalvar, Zərərçəkmiş şəxs2 Cəlal qızı xəsarət alan zaman onun əynində olan 1 ədəd xalat və 1 ədəd jaket iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün İmişli rayonu polis şöbəsinin saxlanc otağına təhvil verilmişdir. İş materiallarında olan 17 dekabr 2021-ci il tarixli protokolla Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 19 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 17 dekabr 2021-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarında olan 14 mart 2022-ci il tarixli İmişli şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, Ə.Vahid küçəsi ev 29-da qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayar, ailə tərkibi atası, anası və və qardaşından ibarətdir, yaşadığı məhəllədə qonşuları ilə mehriban dolanmış, özündən böyüklərinə və həmyaşıdlarının daima hörmətini qazanmışdır. İş materiallarında olan İ-5978 nömrəli xx.xx.2020-ci il tarixli “Qubadlının azad olunmasına görə”, İ-9437 nömrəli xx.xx.2020-ci il tarixli “Füzulinin azad olunmasına görə” və İ-3548 nömrəli xx.xx.2020-ci il tarixli “Cəsur döyüşçü” medallarının verilməsinə dair vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 5543 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikada «Sağ çiyin və kürək nahiyyəsinin dəlib keçən odlu silah yaralanmasından sonrakı çapıqların» diaqnozu ilə müalicə olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Lakin, Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 181.2.3 və 181.2.5-ci maddələri ilə ittiham düzgün verilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 1 saylı qərarının 1ci bəndində göstərilir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, tamah məqsədi olmadan özgənin əmlakının əldə edilməsinə yönəlmiş hüquqazidd hərəkətlər, məsələn, əmlakı sonradan mülkiyyətçiyə qaytarmaq, yaxud əmlaka ehtimal olunan hüquqla bağlı həmin əmlakı götürmək niyyətilə törədilmiş hərəkətlər oğurluq və ya soyğunçuluq cinayətlərinin tərkibini yaratmır. İşin hallarından asılı olaraq, buna əsaslar olduqda, belə hərəkətlər CM-in 322-ci maddəsi və ya digər maddələri ilə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxslər, o cümlədən şahidlərin ifadələrini dinləyib, cinayət işi üzrə toplanmış sübutları tədbiq edərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hadisə vaxtı Zərərçəkmiş şəxs1 pul tələb edərkən onun niyyəti tamah məqsədi güdməyib, özgənin əmlakının əldə edilməsinə yönəlmiş hüquqazidd hərəkətlər, əmlaka ehtimal olunan hüquqla bağlı olmuşdur, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vermiş özünə məxsus 2000 manat pulunun qalan hissəsini tələb etmişdir. Bu hal da, Təqsirləndirilən şəxs əməllərində quldurluq (CM-in 181.2.3 və 181.2.5-ci maddələri) cinayətinin törədilməsini istisna etməklə, həmin əməllərdə özbaşınalıq (CM-in 322.2-ci maddəsi) cinayətinin baş verməsinə dəlalət edir. Eyni zamanda, məhkəmə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları tədqiq etmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 “Təqsirləndirilən şəxs avtomaşının satışından əldə etdiyi 2000 manat pulu Elməddindən almamış, həmin pul vəsaitini özündə saxlamamış” xüsusatını göstərmişdir. Məhkəmə qeyd olunan xüsusata qiymət verərək hesab edir ki, həmin xüsusat işin faktiki hallarına və iş materiallarına uyğun deyil, iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayında saxlanılması üçün Zərərçəkmiş şəxs1 2000 manat pul verməsi, Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, hətta Zərərçəkmiş şəxs1 anası- Zərərçəkmiş şəxs2 ifadəsi ilə öz təsdiqini tapır. Odur ki, məhkəmə Zərərçəkmiş şəxs1 ifadəsində “saxlanılması üçün Təqsirləndirilən şəxs hər hansı bir məbləğdə pul almaması” xüsusatını sübut kimi qəbul etmir. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “Səbinənin evinə gedən zaman üzərində bıçaq olmamış, nə Səbinəni, nədə anası Sonanı hədələməmiş, onlardan pul istəməmiş, Sonanın paltarının yaxasını cırmamış, yaxasından tutub sonuncunu itələməmiş” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, ifadənin həmin hissəsi obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X3rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X8 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinin müddəalarına əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-in 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il, №15-li Qərarının 23-cü bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 37-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs zor tətbiq etmə hədəsi ilə özbaşınalıq etməsi nəticəsində zərərçəkmişlərə mühüm ziyan vurmaqda təqsirli olması qismən onun öz ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslər və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və məhkəmə iclasında tədqiq edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli CM-in 181.2.3 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilməmiş və onun quldurluq cinayəti törətməsi sübuta yetirilmədiyindən onun törətmiş olduğu cinayət əməli CM-in 322.2-ci maddəsinə tövsif edilməli o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddədə müəyyən edilmiş həddə cəzalanmalıdır. Həmçinin, Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 evinə orada yaşayanların, yəni Səbinə və Zərərçəkmiş şəxs2ların iradəsinə zidd daxil olmuş, bu hal da CM-in 157-ci (mənzil toxunulmazlığını pozma) cinayətinin əlamətlərini özündə ehtiva edir. Lakin, Məhkəmə həmin əməlin Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 322.2 (özbaşınalıq) maddəsi ilə əhatə olunduğunu nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs əməli əlavə olaraq CM-in 157-ci maddəsinə tövsif edilmədən yalnız CM-in 322.2 maddəsinə tövsif edilməlidir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, ilk məhkumluğunu, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən İİ Qarabağ döyüşlərində iştirak etməsini, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2369 nömrəli sərəncamına əsasən «Qubadlının azad olunmasınıa görə», xx.xx.2020-ci il tarixli 2362 nömrəli sərəncamına əsasən «Füzulinin azad olnmasına görə», xx.xx.2020-ci il tarixli 2353 nömrəli sərəncamına əsasən «cəsur döyüşçü» meddalları ilə təltif olunmasını, muharibə dövründə Sağ çiyin və kürək nahiyyəsinin dəlib keçən odlu silah yaralanması ilə müalicə olunmasını, gənc olmasını, məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1.7-ci maddəsinə əsasən cinayəti qoca şəxsə qarşı törətməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesablanır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Elməddin Məmmədova CM-nin 322.2-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. CM-in 69.3-cü maddəsinə əsasən onun 17 dekabr 2021-ci il tarixdən 17 yanvar 2023-cü il tarixdək həbsdə və ev dustaqlığında olduğu 1 (bir) il 1 (bir) ay müddət ona təyin olunan azadlıqdan məhrum etmə müddətinə hesablanmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 357.0.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Elməddin Məmmədovun barəsində qətimkan tədbiri qaydasında faktiki həbsdə və ev dustaqlığında olduğu müddətdən artıq olmayan müddətə azadlıqdan məhrum edilməklə ittiham hökmü çıxarıldığından onun barəsində seçilmiş “həbs”növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə iş üzrə maddi sübut olub - İmişli rayon polis şöbəsində saxlanılan Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd alt geyimi, 1 ədəd mayka, 1 ədəd idman köynəyi və 1 ədəd şalvar və Zərərçəkmiş şəxs2 Cəlal qızına məxsus 1 ədəd xalat və 1 ədəd jaketin onların özlərinə qaytarılmasını, iş üzrə 80 (səksən) manat məbləğində ekspertiza xərcinin ondan tutularaq dövlət nəfinə keçirilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 322.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 1 (bir) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 dekabr 2021-ci il tarixdən 17 yanvar 2023-cü il tarixdək həbsdə və ev dustaqlığında olduğu 1 (bir) il 1 (bir) ay müddət ona təyin edilmiş 1 (bir) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və cəzasını çəkib qurtarmış hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, saxlanıldığı istintaq təcridxanasından həbsdən dərhal azad edilsin. İş üzrə 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan - İmişli rayon polis şöbəsində saxlanılan Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd alt geyimi, 1 ədəd mayka, 1 ədəd idman köynəyi və 1 ədəd şalvar, Zərərçəkmiş şəxs2 Cəlal qızına məxsus 1 ədəd xalat və 1 ədəd jaket onların özlərinə qaytarılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-14/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-14/2023
17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver