Məhkəmə qərarları › İş №1(099)-14/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-14/2025

16.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-14/2025 16.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9, onun nümayəndəsi Nümayəndə və müdafiəçi-Bakı şəhəri 5 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Biləsuvar rayonu, Aşağı Cürəli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmamış, subay, işləməyən, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 22 aprel 2023-cü il tarixdə saat 11 radələrində sevgili münasibətində olan Şahid5 ilə evlənmək məqsədilə sonuncunun yaşadığı Cəlilabad şəhərində yerləşən evinə elçiliyə göndərdiyi ailə üzvlərinə valideynləri tərəfindən rədd cavabı verildikdən sonra Şahid5 bibisi oğlu xx.xx.1986-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X12 ona mobil telefon vasitəsilə zəng edərək Şahid5 ilə münasibətdə olmamasını tələb edərək ona qarşı nalayiq ifadələri işlətdikdən sonra sonuncunun təkidi ilə saat 23:50 radələrində Ələt-Astara yolunun Biləsuvar rayonu, Aşağı Cürəli kəndindən keçən hissəsində yol kənarında onunla görüşdükdə aralarında baş vermiş mübahisə və dava-dalaş zamanı onu iki əli ilə tutub qaldıraraq yolun digər hissəsinə aparmaq istəyən Vüsal İlhamlıya müqavimət göstərərək başına və bədəninin müxtəlif nahiyyələrinə yumruqla nizamsız zərbələr endirib sağlamlığa zərər vurmayan dərəcələri təyin edilməyən əlamətlərə malik alının sol yarısında və sol yanaq nahiyəsində hərəsində bir ədəd qançır, burun çəpəri nahiyəsində iki ədəd, burun-dodaq büküşü nahiyəsində bir ədəd və sol bud nahiyəsində üç ədəd sıyrıq xəsarətlərini yetirərək, ardı ilə sonuncudan qisas almaq məqsədi ilə qəsdən öldürmək qərarına gəlib bu niyyətlə əvvəlcədən atası Şahid1 idarə etdiyi və hadisə yerinə gəldiyi “VAZ-2107” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan götürüb üzərində gizlətdiyi bir ədəd qara dəstəkli ümumi uzunluğu 290 mm, tiyəsinin uzunluğu 170 mm, eni 35 mm, qalınlığı 1 mm olan məişət təyinatlı mətbəx bıçağı ilə Vüsal İlhamlıya bir dəfə zərbə endirərək döş qəfəsinin sol yan səthində döş boşluğuna keçməklə, ürək kisəsinin və ürəyin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətini yetirərək onu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində bildirmişdir ki, ailəsi bunlara getmiş, qız da ailəsinə demiş, razılıq olmuş, özü də öz ailəsinə demiş 22 aprel 2023-cü ildə ailəsi onlara elçi getmiş, onların da xəbəri olmuşdur. Lakin qızın anası elçiləri kobud şəkildə qarşılamışdır. Qızın ailəsindən əmisi arvadı da bunu görmüşdür. Sonra qızın anası kobudluq etmiş, suallar vermiş, oğlanın yaşının çox olmasını, tikintidə fəhlə işlədiyini, qızlarının oxuduğunu demişdir. Qızın özü isə onların yanında göz yaşı tökmüş, onu vermələrini, Rüfətə verməsələr qaçacağını bildirmişdir. Anası da bunları eşidib, ailəsinə hədə-qorxu gəlməyə başlamış, demiş ki, “polisə verəcəm, üstünə adam göndərəcəm”. Bunları da normal qarşılamaq olmaz. Ailəsinə kobud şəkildə qızın anası “gedin” demiş, hətta elçi gedəndə əllərində paket aparmışlar, onu da üstlərinə atıb ki, “bunu da aparın, bizə lazım deyil”. Ailəsi və bacısı isə qızla danışmış, qız onlara da demiş ki, “Rüfətlə evlənmək istiyirəm, ailəm verməsə qaçırın məni”. Özünün isə onu qaçırmaq fikri olmamışdır. Qızın mesajları da varki, necə ağlayır, özü isə onu sakitləşdirməyə çalışır, qıza “bir dəfə yox deməklə olmadığını” demişdir. Elçiləri isə qapıdan çıxanda qızın anası demişdir ki, “əgər qızımı qaçırsa, ona baha başa gələcək”. Onlar həm onun, həm də öz oğullarının həyatını məhv etmişlər. Özünü CM-in 120.1-ci maddəsi ilə təqsirli bilmir. Ailəsi isə gəlib məsələnin belə olduğunu demiş, özü isə Nərgizlə danışmış ki, məsələni yoluna qoysun. Həmin gün isə axşamüstü saat səkkiz ərəfələrində Əflatun atasına zəng vurmuş, demişdir ki, “qızımın başından bir tük əksik olsa oğlunun başına gələnlərdən məsuliyyət daşımıram, Lənkəranda da polisə vermişəm”. Atasına hədə-qorxu gəlmiş ki, “bu gün bu işə son qoyduracam”. Atası isə anlamamış, tez onu çağırıb soruşmuşdur ki, “sənin qıza qarşı nəsə bir səhv hərəkətin olub?, bunlar belə hədəqorxu gəlir”. Özü isə atasına qızla danışdığını demiş, atası isə ona uzaq durmasını bildirmişdir. Özü atasına yaxşı demişdir. Axşam saat on bir olarmış ki, başı ağrıdığından uzananda telefonuna zəng gəlmiş, zəngin səsinə oyanmışdır. Telefonunu açmış ki, görə zəng edən kimdir, o an başlamış ki, “sən belə qudurmusan, qızın qabağın kəsmisən, qızın dayısıyam, gələrəm ora, sən haranın küçüyüsən qudurmusan”. Özü isə həmin şəxsə “sənin söhbətdən xəbərin yoxdur, sənə yalnış məlumat veriblər”. Lakin həmin şəxs demiş ki, “gəlirəm ora, səni evindən çıxararam, başını mundarlayaram, kəndində biabır edərəm, telefona çəkərəm”. Özü isə onunla xoş danışmağa çalışmış ki, onun bildiyi kimi deyil, neynəyib ki onlara, elçi göndərib. Belə olanda neynəməliymiş ki, onlar qızın gələcəyin fikirləşsəymişlər heç gəlməzmişlər. Daha sonra o, təhqirə başlayıb, ailəsini də təhqir etmişdir. Bu zaman isə artıq onun sözlərin eyni özünə qaytarmışdır. Həmin şəxs Vüsal olmuş, Əflatun da yanında oturmuşmuş. Vüsalı elə Əflatun onun üstünə yönəldib. Bunu Əflatun eləyib, özü Vüsalda günah görmür. Vüsal həqiqəti bilməyib. Vüsal ona kəndinə çatdığını deyib. Telefonunu söndürdükdən sonra isə, atasına zəng vurublar. Atasına demişlər ki, “oğlun söyüş söyüb, çatırıq ora, söyüşü ona yedirdəciyik”. Atası isə onlara “mən elə oğul böyütməmişəm” demiş, sonra zəng vurub onu çağırmışdır. Bundan sonra evə gəlmiş, Vüsal atasın yığmış, atası isə Vüsala birinci söyüşü siz vermisiz, qapılarının açıq olduğunu demişdir. Vüsal isə atasına gəlib Rüfətin üzr istəməsini, yoxsa onu evdən çıxaracaqlarını, Rüfətin bugün sonunun olduğunu demişdir. Atası isə ona evdə olmağını, getməməsini demişdir. Bundan sonra atası əmisinə demişdir ki, “gedək görək gəliblər, evə gəlmirlər, kəndin girişindədirlər”. Bundan sonra özü də gəlib maşına minmiş ki, atası və əmisi gedir birdən onlara nəsə edərlər. Atası isə ona tapşırmışdır ki, maşından aşağı düşməsin. Gəlib kəndin girişinə çatmışlar, olnlardan Tarıyel və Əflatun orda olmuş, atası, əmisi isə düşüb onlarla görüşmüşdür. Atası söhbət edib Vüsalı sakitləşdirmiş, lakin Əflatun demişdir ki, “bizim namusumuza sataşıblar”. Bu vaxt atası və əmisi irad tutmuş ki, “biz qapınıza gəlmişik, bu nə deməkdir”. Əflatun dediyi sözlərdən Vüsalı yenidən əsəbləşdirmişdir. Vüsal özündən çıxmışdır. Vüsal da atasına demişdir ki, “mən sizlə danışmıram, Rüfət gələcək”. Bundan sonra Vüsal çox dirəşmiş, atasına da dava-dalaş etməyəcəyinə söz vermişdir. Ona görə də atası onu səsləmiş, özü isə maşından düşüb gəlmişdir. Yaxınlaşıb Vüsalla söhbət etmiş, Vüsal ona “səni belə-belə edərəm” demiş, o isə Vüsala “gəlmisən kəndimdəsən, belə danışma, sən məni təhqir etdin, mən səndən niyə üzür istiyirəm” demişdir. Bu zaman Vüsal onun çiyinindən tutmuş, özü isə ona əlsiz danışmasını demişdir. Vüsal ona demişdir ki, “gəlmişəmki sənə kişiliyimi göstərim”. O isə Vüsala “əlsiz danış” demiş, Vüsal aqressivləşmişdir. Vüsala demişdir ki, “sən qızın taleyin düşünsəydin, belə gəlməzdin”. Vüsal bu söznə heçnə deməmiş, bir an durmuş, sonra isə ona şillə vurmuş, arxadan isə qucaqlayıb sıxmış, yolun o biri üzünə aparmağa başlamış və “başına dediklərimi edəcəm” demişdir. Həmin vaxt özü heçnə edə bilməmiş, gücü çatmamış, Vüsalı vurmağa çalışmışdır. Yolun o biri üzünə çatdıqda isə birdən kanala yıxılmışlar. Yıxılmamışdan qabaq isə Tarıyel də ora gəlmiş, üçü birlikdə kanala yıxılmışdır. Özünün əlində isə bıçaq ola bilərmiş, amma Vüsalı vurmamışdır. Yıxılandan sonra isə Vüsal durub qaçmışdır. Özü isə heçnə başa düşməmişdir. Həmin vaxt Tarıyel də üstünə gəlmiş, o an kanalın içi kol-kos olduğundan Tarıyel ilişib yıxılmışdır. Özü isə Tarıyelin boynundan tutmuşdur. Vüsalın isə hara qaçdığın bilməmişdir. Prokurorluqda isə Həmid müəllimdən qarşı tərəfin maşınların yoxlayıb-yoxlamadıqların soruşduqda, yoxlamadıqlarını demişdir. Özünün əlində isə bıçağın olduğunu heç kim görməmişdir. Maşında olanda isə görmüş ki, onlar dava-dalaşa gəliblər, buna görə də maşının “bardaçokundan” özünü qorumaq üçün bıçaq götürmüşdür. Çünki orda Tarıyeli və Vüsalı görmüş, düşünmüş ki, onlar dediklərin etsələr özünü qorusun. Vüsal onu yolun o biri üzünə aparanda bıçağı çıxarmış, özü də heç orada kanalın olduğunu bilməmişdir. Üçü də birlikdə həmin vaxt kanala yıxılmışlar. Bıçağın dəyməsini isə hiss etməmişdir. Həmin bıçaq da tapılıb, üstündə isə qan izi olmamışdır. Cinayət törətdiyi gün gecə saat üç olarmış, onu polislər aparanda. Onunla birinci xoş davranmışlar. Rəisin otağına aparanda isə rəis ona “sən Cəlilabadlını öldürmüsən” demişdir. Özü isə demişdir ki, “bəli, amma mən etməmişəm”, bu zaman rəis onu şillə, yumruqla vurmuşdur. Demişdir ki, “cinayəti üstünə götürəsən, götürməsən bizə problem yoxdur, Kərim atandır, indi sən üstünə götürməsən, atanın maşınından külli miqdarda narkotik çıxaracayıq”. Ona atası və əmisi ilə hədə gəlmişlər. Bıçaq maşında “bardaçokda” olmuş, təsərrüfatda istifadə edirlərmiş. Onlar tərəfdən isə hadisə yerində Əflatun və Tarıyeldən başqa heç kimi görməmişdir. Bıçağı belinə qoymuş, şalvarla belinin arasına. Vüsal onu yolun o biri üzünə aparıb, dediklərin eləyəcəyini deyirmiş, Tarıyelində gəldiyini görüb, bıçağı çıxarmağa çalışmışdır. Bıçağı çıxardandan sonra bir dəqiqə keçməmiş, kanala yıxılmışlar. Özü üzü üstə kanala yıxılmış, Vüsal kürəyi üstə düşmüş, özü də Vüsalın üstünə, Tarıyel isə böyürlərinə düşmüşdür. Həmin an Vüsala bıçaqla xəsarət yetirməmişdir. Məhkəmədən ona ədalətli cəza verilməsini, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində ilkin verdiyi ifadələrində ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, hadisə günü saat 22:40 radələrində istifadəsində olan mobil nömrəyə +99***-***-**-** mobil nömrəsindən zəng daxil olmuş, zəng edən özünü Şahid5 dayısı Vüsal kimi təqdim etmiş, onunla qəzəbli şəkildə danışıb bildirmiş ki, kimdi ki, Nərgizin Lənkəranda yolunu kəsmiş, mobil nömrəsini vermişdir. Ardı ilə Vüsal ona bildirmiş ki, Biləsuvar rayonuna gəlib onunla görüşəcək, etdiyi səhvi ona başa salacaq. O, Vüsala izah etməyə çalışmış ki, ailə üzvləri qızın evinə göndərməklə səhv etməmiş, qıza qarşı hissləri səmimidir. Vüsal da cavabında ona bildirmiş ki, kimi Nərgizin evinə göndərdiyi ona maraqlı deyil, onun Nərgizə nömrə verməyini ona “başa salacaq”. O, bir neçə dəfə Vüsalla danışıb mübahisə etmişdir. Vüsalla telefonda mübahisə etdiyi və fiziki zəif olduğu üçün Vüsalla görüşə özü ilə yaşadığı evinin mətbəxindən iri, qulpu qara rəngdə olan bir ədəd bıçağı özü ilə götürmüşdür. Həmin bıçağı o belində şalvara keçirib gödəkcənin altında gizlətmişdir. Vüsal saat 23:10 radələrində ona zəng edərək bildirmiş ki, Biləsuvar rayonu Aşağı Cürəli kəndinin girəcəyində onu gözləyir. O, atası Kərim və əmisi Səxavətlə atasın idarə etdiyi “VAZ2107” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Aşağı Cürəli kəndinin girişində yolun kənarında görüşmüşdür. Təxminən saat 23:40 radələrində atası və əmisi avtomobildən düşüb Vüsalla, Nərgizin atası Əflatunla söhbət etməyə başlamışlar. Onların yanında üçüncü tanımadığı bir cavan oğlan da olmuşdur. O, avtomobildə oturmuş, aparılan söhbəti eşitmiş, atası və əmisı qarşı tərəfə danışıq zamanı demişlər ki, niyyətləri onlarla qohum olmaqdı və buna görə elçi göndəriblər. Vüsal və Əflatun atasının dediklərini qəbul etməmişlər. Vüsal da əlavə olaraq atasına bildirmiş ki, söhbəti onunladı. Bundan sonra o, avtomobildən düşüb Vüsala yaxınlaşmışdır. Vüsal ona demiş ki, zəng zamanı dediklərini, yəni Nərgizə nömrə verməyini ona “yedizdirəcək”. Bu vaxt Vüsala təkrar izah etmiş ki, heç bir səhv atdım atmamış, onun özünün bu məsələ ilə bağlı gəlməyi səhv hərəkətdi. Həmin vaxt Vüsal üzünə şillə vurmuş və nalayiq sözlər demişdir. O, da bundan qəzəblənib özünü alçalmış hiss etmiş və Vüsalla əlbəyaxa yumruq davasına başlamışdır. Vüsal ondan iri olub fiziki güclü olduğundan belindən tutub qaldırıb yolun digər hissəsinə aparmış və onlar qurumuş su arxına yıxılmışlar. Bu vaxt özü ilə qabaqcadan gətirdiyi və üzərində belində şalvarına keçirdiyi mətbəx bıçağını sağ əli ilə götürüb Vüsalın sinəsinin yan hissəsinə bir dəfə zərbə endirmişdir. Bu zərbədən sonra Vüsal bağıraraq xəndəkdə ondan uzaqlaşıb qaçmağa başlamış və Vüsalın arxasınca qaçmışdır. Bu vaxt yolun digər hissəsində Vüsalla gələn saqqallı cavan oğlan onu tutub saxlamış və o həmin şəxsin boynundan tutmuş, lakin onları ayırlmışlar. Vüsal yolun digər hissəsinə bağıra-bağıra qaçıb gəldiyi avtomobilinin yanında yerə yıxılmışdır. O, da əlindəki bıçağı həmin qurumuş su arxına atmış, bunu görüb yaşadığı evə qayıtmış və bir müddət sonra polis əməkdaşları gəlib onu evdən polis şöbəsinə və rayon prokurorluğuna dəvət edib aparmışlar. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, X10 bıçaqla zərbə endirməkdə məqsədi onu qorxutmaq olmuşdur. O, dava-dalaş zamanı əsəbi olduğu üçün Vüsal İlhamlıya bıçaqla zərbə endirdikdən sonra onun dalınca qaçmışdır. Hadisə vaxtı əynində qara cins şalvar, qısaqol köynək və qara gödəçkə olmuşdur. Vüsal İlhamlının əynindəki paltarları hava qaranlıq olduğu üçün xatırlamır. Hadisə yerində atası, əmisi, Nərgizin atası və yanında bir şəxsdən başqa heç kəs olmayıb, hadisənin kimsə başqa şahidi olmayıb. O, evdən bıçağı ailə üzvlərinin məlumatı olmadan götürmüş və bu barədə kiminsə məlumatı olmayıb. Ümumiyyətlə Vüsal, Nərgizin atası Əflatun və yanlarında gələn şəxslə görüşüb söhbət təxminən 10-15 dəqiqə, Vüsalın onunla dalaşması təxminən 3-4 dəqiqə davam etmişdir. Hadisədən əvvəl və hadisə vaxtı mən spirtli içki, narkotik vasitə istifadə etməmiş, sərxoş olmayıb. Hadisədən sonra onun kürək hissəsi ağrımış, həmin ağrı hesab edir Vüsalın onu sıxmağından və su arxına yıxılmaqdan yaranmışdır. Lakin başı və bədəni üzərində gözlə görünən xəsarət yoxdur. Törətdiyi cinayət barədə kiməsə məlumat verməyib. Təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadələrdə Azərbaycan Respublikası CMnin 120.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisə yerində olduğu avtomobilə atasının yaxınlaşdığını görüb və Vüsaldan başqa orada iki nəfər əlavə olduğunu, onların aqressiv olduqlarını və dava-dalaş olduğu halda yaşlı atasına, əmisinin ona kömək edə bilməməyəcəyini görüb, həmçinin özünü və onları müdafiə məqsədi ilə atasın avtomobilinin “bardaçokundan” bıçağı götürüb belində gizlətmişdir. Qaranlıq olduğundan avtomobilin salonu çöldən görünməmiş və o rahatlıqla arxa oturacaqdan qabağa uzanıb qabaq oturacağın önündə olan “bardaçoku” açmışdır. Adətən həmin bardaçokda atası təsərrüfatda istifadə etdiyi evin mətbəx bıçağını saxlamışdır. Həmin bıçaqla atası çöl sahədə kəndir kəsmək, heyvan kəsmək və sair işlər üçün istifadə etmişdir. Atası onu Vüsalın yanına apardı və Vüsal atamı heç bir problem, söz-söhbət olmayacağını əmin etmiş və təklikdə onunla söhbət etməyini istəmişdir. Atası həmin vaxt əmisinin və orada olan əlavə iki nəfər şəxsin yanına getmişdir. Vüsal ona həmin vaxt telefonda dediklərini təkrarlamış, o da cavabında yenidən bildirmişdir ki, heç bir səhvi yoxdur, el adəti ilə evlərinə elçi göndərmişdir. Bu sözlərdən sonra Vüsal gözləmədiyi halda qəfildən sağ əli ilə üzünün sol hissəsinə şillə ilə güclü zərbə endirmiş və həmin zərbədən o büdrəmişdir. Zərbədən dərhal sonra Vüsal üzərimə gəlib onu qolları arasında sıxıb aşağı əyib qoltuğunun altına almış və onu qaldırıb apararaq sürüyə-sürüyə yolun əks hissəsinə ağaclar olan yerə apararkən bərk sıxıb tərpənişsiz vəziyyətə salıb Vüsal uca səslə təhqiredici küçə sözlərindən istifadə edib ona bildirmişdir ki, indi başına pis oyunlar açıb, başını mundarlayacaq, onu təhqir edəcəkdir. Vüsal yolu keçəndə magistral yolla avtomobillərin hərəkətdə olmasına fikir verməmiş, oradan keçən avtomobillər siqnal etmişlər. O, həmin vəziyyətdə Vüsalın üzünə yumruqla və bədəninin müxtəlif yerlərinə təpiklə zərbələr vurub müqavimət göstərmiş ki, onu buraxsın. Lakin zərbələr Vüsala sanki təsir etməmişdir. O, həmin vaxt Vüsala aşağıdan yuxarıya doğru vurduğu zərbələrin nəticəsi olmadığını görüb üzərində olan bıçağı çıxarıb əlində tutmuş və həmin an orada olan kanala ikisi də yıxılmışlar. Dərin kanala yıxılanda o Vüsalın üzərinə yıxılmış, Vüsal həmin an qışqırmış və o əlindəki bıçağın ona batdığını görmüş və həmin bıçağı çəkib çıxarmışdır. Vüsal qışqıra-qışqıra qaçıb kanaldan çıxıb yolu digər tərəfə keçərək avtomobilinə doğru qaçmışdır. O, bıçağın batması hadisəsini görəndən sonra şoka düşmüş və buna görə bütün detalları xatırlaya bilmir. Atası onu avtomaşına aparmış, evlərinə qayıtmışlar. İlkin ifadələrində bıçağı evdən götürdüyünü bildirmiş, lakin Vüsala xəsarət yetirilən bıçağı atasının avtomobilinin “bardaçokundan” götürmüşdür. Hesab etmişdir ki, bıçağı avtomobildən götürdüyünü desə atası da məsuliyyətə cəlb olunar. Eyni zamanda, hadisə vaxtı Vüsal İlhamlının ölümcül xəsarət almağını bilməmiş, çünki onun özü ayaq üstdə hərəkət edərək yolun digər tərəfinə keçmişdir. Hadisə yerində o, atası və əmisi Səxavət, qarşı tərəfdən Nərgizin atası, Vüsal və yanında bir nəfər saqqallı oğlan olmuşdur. Hadisə yerində başqa kimsə görməmişdir. Lakin cinayət işinin materialları ilə tanış olan zaman ona məlum olmuş ki, Vüsal İlhamlı hadisə yerinə bir-neçə avtomobillə gəlmiş, onlar çoxlu sayda dava-dalaşa gəlmişlər. Hadisə yerində onunla Vüsal İlhamlının dava-dalaşına kimsə qarışmamış və kimsə Vüsala və ya Tariyel Şıxəliyevə xəsarət yetirməmişdir. Cinayət işinin materiallarında olan videgörüntüdən görünür ki, hadisə yerinin yaxınlığında avtomobillər dayanmış, bir-neçə şəxs olmuşdur. Hesab edir ki, həmin avtomobil və adamlar Vüsal İlhamlı ilə birlikdə gəlmiş və ona qarşı təhqiredici hərəkətlər etmək istəyən şəxslər olmuşdur. Vüsal İlhamlının bədənində bıçaq xəsarətindən başqa 8 ədəd dərəcəsi təyin olunmayan xəsarətləri müqavimət göstərib onun əlindən çıxmaqdan ötrü başına yumruqla və bədəninə təpiklə bir-neçə dəfə zərbələr endirərək yetirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi həmin ifadələrini təsdiq etmədiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs Vüsal onun oğludur. Hadisə 22 aprel 2023-cü ildə 23 aprelə keçən gecə baş verib. Rüfətin ailəsi 22 aprel 2023-cü ildə qardaşı qızı Nərgiz üçün onlara elçi gediblər. Elçilər səhər saat 10:30 radələrində gəlib. Həmin gün isə dayısının qara bayramı olduğundan Vüsal orada olub qonaqları qəbul edib, onların isə elçilikdən xəbərləri olmayıb. Elçilərə isə rədd cavabı veriblər, onlar gedib. Bundan sonra qardaşı Vüsala zəng vurub deyib ki, “gəl bunlara zəng elə denən ki, sizinlə bizimki tutmaz”. Oğlu Vüsalın zəng vurmağına da əsas səbəb o olub ki, bunlar elçilikdən rədd cavabı alıb çıxanda, deyiblərki, verməsənizdə qızı qaçırarıq, qızda həftə sonu olduğundan evdə olub, birinci gün rayona dərsə getməli imiş, dayısı da bu səbəbdən deyib ki, “Vüsal gəl danış, qızım məktəbə gedəcək, ondan əl çəksinlər”. Oğlu Vüsal da dayısının sözü ilə Rüfətinin telefonuna zəng vurub. Rüfət həmin vaxt oğluna söyüş söyüb, sonra deyib ki, “oğlansansa gəl”. Oğlunu ora çağıran Rüfət olub. Oğlu Vüsal da gedib ki, “bəli gəlmişəm”. Sonradan telefonu söndürüb oğlu Vüsala cavab verməyib. Oğlu Vüsal isə Rüfətin atası Kərimin telefon nömrəsini tapıb ona zəng vurub deyib ki, “ağsaqqal, oğlun mənə belə sözlər deyib, mən də gəlirəm oğlunu tap gətir, məndən üzr istəsin”. Vüsal dostu Tarıyel və dayısı Əflatun ilə birlikdə ora gediblər. Onların tərəfindən hadisə yerində oğlu Vüsaldan başqa Tarıyel və Əflatun olub. Maşından hadisə yerində düşüblər. Bu Rüfət isə orda maşında gizlənib. Həmin vaxt Rüfətin atası və əmisi orda olub oğlu Vüsaldan üzr istəyiblər. Vüsal isə onalara deyib ki, “siz niyə üzr istəməlisiz, Rüfəti çağırın özü gəlib üzr istəsin”. Bıçağı da bu Rüfət evdən əvvəlcədən götürüb, onun bıçağı guya maşından götürməsi isə yazılmış senaridi. Rüfətgil isə ora fakt dörd maşın adamla gəlib. Bunu Vüsalın dostu Tarıyeldə görüb. Belə ki, oğlu həmin yerə saat 22:30-da yola düşüb. 23:01də isə Rüfət əmisi oğlu və digər şəxslərlə telefonda danışıb ora çoxlu adam yığıb. İttihamda isə göstərilib ki, oğlu Vüsal bu Rüfəti guya qoltuğuna vurub aparırmış nəsə eləməyə. Ondan sonra uşağının üstünə hamısı maşından tökülüşüb gəliblər, onu öldürüblər. Uşağı Vüsal kəfənlənəndə başının qanı dayanmayıb. Çünki yeddi-səkkiz nəfər tökülüb üstünə ona xəsarətlər yetiriblər. Hadisə yerində Rüfətgil tərəfdən çoxlu adam olub, ora magistral yol deyil ki, təsadüfü keçən şəxslər ola, orda Rüfət çoxlu adam yığıb. Atası Kərim isə deyir ki, “Vüsal bağıra-bağıra arxamca gəldi”. Bəs yaxşı uşağını vurublarsa, niyə maşına oturub hadisə yerindən qaçıblar, heç deyilsə ona köməklik edib xəstəxanaya çatdırardılar, bəlkə də o zaman uşağının həyatı xilas olardı.Oğlu Vüsal iri cüssəli biri olub, qardaşı Əflatun ağır asma xəsətisi, yaşlı adamdır, dostu Tarıyelin də oğlunu götürməyə gücü çatmayıb, oğlu köməksiz vəziyyətdə qalıb. Kərim müsahibəsində isə deyib ki, “balamı aparırdı, mən də onun üçün köməyə getdim”. Kərim orda oğlu Vüsala heç bir kömək göstərmədən qaçıb gedib. Bütün bunlar isə yalandı. Əgər oğlu Vüsal Rüfəti qoltuğuna vurub aparıbsa, necə olur ki, oğlunun başında digər yerlərində çoxsaylı xəsarətlər olur, Rüfət o xəsarətləri necə yerinə yetirə bilərdi. Çünki, hadisə yerində çoxlu adam olub, oğlu Vüsalın üstünə çoxlu adam gəlib. Prokurorluq isə bunları araşdırmayıb, həmin şəxsləri müəyyən etməyib. Bu barədə çoxsaylı şikayətlər etmişdir. Hadisə yerində oğlunun və Tarıyelin üstünə çoxlu adam tökülüşüb, Rüfət əmisi oğlu Fərhadla, Rəşadla danışıb ora adam yığıblar. Yalandan deyir ki, hadisə vaxtı gecə guya Rüfət onlarla danışırmış ki, ona rədd cavabı aldığından təsəlli versinlər. Bu yalandı. Çünki elçilərə həmin gün səhər saatlarında artıq rədd cavabı verilmişdir. Rüfət bu barədə nağıl danışır. Bular yazıb ki, guya oğlu Vüsalla süpürləşiblər. Ekspert rəy verir ki, Rüfətin üzərində, paltarlarında heç bir zədə, xəsarət yoxdur. Bəs yaxşı necə olur ki, bunlar süpürləşib amma Rüfətdə bircə dənə də xəsarət olmayıb, ən azından paltarlarında bir zədə olardı. Deməli onun uşağını tutublar, bu Rüfət də gəlib vurub. Bəlkə də başqaları oğlunu öldürüb, söhbət Rüfətin olduğundan bu üstünə götürüb. Hadisə günü axşam saat 23:45-də gəlini Vüsalla telefonda danışıb, Vüsal deyib ki, “yaxşıyam, gələcəm”. Lakin Vüsal evə gəlməyib. 23:50-də isə oğlu vəfat edib. Sonra uşaqlardan maraqlandıqda rayon xəstəxanasında olduğun öyrənib. Özünün isə bütün bunlardan xəbəri olmayıb. Daha sonra xəstəxanaya gedib, orada demişlər ki, Vüsal yaralıdı. Bu Rüfət isə deyir ki, “Vüsal məni sıxdı, içim ağrıyır”. Bəs onun oğlunun əli hardaydı ki, Rüfəti vurmayıb. Rüfət oğlunu öldürməklə, bütün ailənin həyatını alt-üst edib. Uşaqlarının, nəvələrinin psixologiyalarını pozub. Dörd kurs müalicə elətdirib ailəsini. Bütün bunları Həmid müəllimə də Camal müəllimə də deyib. Deyib ki, uşağını Rüfət tək öldürməyib, zəhmət çəkin tapın digərlərini də. Tələbi odur ki, Rüfət oğlunu tək öldürməyib, ordakı digər adamlar da tapılsın. Rüfətə ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edir, ədalət istəyir. Rüfət ömürlük cəza almalıdır, oğlunu o tək öldürməyib. Lazım olsa bununla bağlı beynəlxalq məhkəməyə də çıxacaqdır. Digər oğlu Ülvi də qardaşı Vüsalın arxasınca getmiş, lakin Biləsuvarın girişində gözləmişdir. Çünki oğlu Vüsalın sözündən heç kim ailədə çıxa bilməzmiş, qardaşı Ülvi də Vüsalın qorxusundan hadisə yerinə bu səbəbdən getməmişdir. Kaşki gedərdi də bəlkə bu iş baş verməzdi. Hadisə yerində Rüfət tərəfdən çox adam olub, Tarıyelin üstünə də yeddi-səkkiz nəfər düşüb onu döyüblər, Tarıyel orda nəfəs almaqda da çətinlik çəkib. Rüfətgil tərəfdən heç kim də barışığa gəlməyib. Aralarında barışıqdan söhbət gedə bilməz. Məhkəmə iclasında oğlu Vüsala şər atılıb reket kimi göstərməyə çalışıblar lakin, oğlunun sənədləri icra hakimiyyətində olub, imtahanda 60 baldan 60 bal toplamışmış, komunal təsərrüfat birliyinə rəis vəzifəsinə keçirmiş. Nəyə görə onun uşağı qan itirmədən ölüb. Nəyə görə Rüfətin atası ona kömək etməyib, maşına doluşub gedib. Bəlkə kömək etsəymişlər heç iş bu yerə də gəlib çıxmazmış. Niyə axı qatilin üzərində cırıq-sökük xəsarət olmayıb. O deyir ki, “içim ağrıdı”. Onun pəhləvan oğluna Rüfət necə xəsarət yetirib. Özü isə hazırki ittihamla razı deyil. Barışıq ola bilməz, oğlunun körpələri var ədalət istəyir, Rüfətə ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə arvadı ona demişdir ki, oğlu Rüfət qız istəyir ora getmək lazımdır. Özü isə arvadına maraqlanacağını demişdir. Yarım saat sonra isə arvadı yenidən gəlib demişdir ki, “Rüfət deyir yaxşı qızdı gedək tanıyıram, getmək lazımdı”. O isə oğlu Rüfətə qulaq asmamış, demiş ki, ünvan deyin özü maraqlansın, çünki Cəlilabadı yaxşı tanımışdır, dəqiqləşdirmək istəmişdir ki, kimdilər. Daha sonra oğlu Rüfət gəlmiş, oğluna demişdir ki, “oğul utanmalı bir şey yoxdu, mənə de”. Oğlu Rüfət isə ünvan demiş, ünvanı təqribi demiş, qızın dediyini bildirmişdir. Arvadı isə ona demişdir ki, “həmin qızla özü də qızımız da danışıb, yaxşı qızdı, yoxlamağa ehtiyyac yoxdu, qızın anası da ev eşiyi təmizləyib bizim gəlməyimizi gözləyir, qız razıdır”. Özü isə arvadına səhər gedə biləcəklərini demişdir. Səhəri gün işdən icazə almış lakin, bir qədər evə gecikmişdir. Evə gələndə isə arvadı demişdir ki, “bəs hardasan qızın bağrı çatladı”. Özü isə arvadına demişdir ki, niyə axı qızın bağrı çatlayır qardaşına elçi gedilir, elə düşünmüş ki, öz qızını nəzərdə tutur. Arvadı isə öz qızının yox, Rüfətin sevdiyi qızı nəzərdə tutduğunu, Rüfətə qız zəng vurub elçilərin nəyə görə gəlmədiyini deyib. Özü isə yüz faiz əmin olmuş ki, qız tərəf razıdır. Bundan sonra öz qızı, baldızı, arvadı və qardaşının arvadını götürüb, elçi getmişlər, yolda qonşulardan qızgilin evini dəqiqləşdirib, öz adamlarını düşürüb, özü isə yaxınlıqda çayxanaya getmiş, qızına isə demişdir ki, çıxanda zəng vurarsız. Təxminən yarım saat sonra qızı ona zəng vurmuş, gəlib onları götürmüşdür. Onlar maşına minmiş, görmüş ki, hamısı mısmırıqlıdırlar. Səbəbin soruşduqda onlar demiş ki, “qız tərəf deyir ki, qızı hələ oxudacayıq, razı deyillər, biz də o qədər yol gəldik”. Orada isə öz qızı Nərgizlə söhbət edib, Nərgiz deyib ki, “istəyirəm”. Arvadı da deyib ki, “bir qız bir oğlanındı, verin qızı”. Lakin qızın anası deyib ki, “oxudacayıq”. Eyni zamanda qızın anası bir söz də işlədib ki, “Nərgiz uşaqdı, onun hissini də pozacam”. Bundan başqa demiş ki, “birdən qızımı qaçırarsız, bir elçini burda döymüşük, bir elçiylə də işimiz polisdədir”. Özü isə oğlu Rüfətə demişdir ki, “qızdan çox qız var, bunlar yox deyir”. Oğlu da onunla razılaşmışdır. Bundan sonra evinə gəlmiş, gedib öz işlərini görmüş, bağı suvarmışdır. Həmin vaxt görmüş ki, evdən möhkəm səs gəlir. Evə getmiş, görmüş ki, oğlu arvadı ilə mübahisə edir. Bu zaman Rüfəti vurmuş, Rüfət isə evdən çıxmışdır. Arvadından mübahisənin səbəbin soruşduqda, arvadı demişdir ki, “qız Rüfətə zəng vurub deyib ki, guya anası bizə deyib qızı versək oxudasız?, mən isə dillənməmişəm”. Özü isə arvadına inanmamış, orda olmuş digərlərindən və qızından bir bir soruşmuş, onlar isə elə söhbətin olmadığını demişdir. Özü isə əmin olduqdan sonra Rüfətə demişdir ki, elə söhbət olmayıb, qız səni aldadır. Bu zaman isə oğlu Rüfətlə o qız arasında olan münasibəti xoş qarşılamamışdır. Çünki qız anasının adından istifadə edib, əslində isə onlar elçi gözləməyiblər. Həmin gün axşam tərəfi evə gəldikdə, görmüş ki, oğlu Rüfət telefonda kiminləsə uca səslə danışır. Bu zaman qapını açmış, Rüfət onu görüb, dayanıb, sonra isə çıxıb getmişdir. Həmin vaxt arvadı da evdə olmamış, qızıgilə getmişdir. Üstündən bir saat keçdikdən sonra evdə tək olan zaman ona zəng gəlmişdir. Telefonu açmış, zəng edən demiş ki, Kərim kişi, demiş bəli. Bu zaman demişdir ki, “oğlun Rüfət mənə kobud söz işlədib”, özü isə demiş ki, belə şey ola bilməz. Həmin şəxs özünü qızın dayısı kimi təqdim edib adının Vüsal olduğunu bildirmişdir. Vüsal onunla çox mehriban danışmış, demiş ki, “mən o qabiliyyətin sahibi deyiləm ki, oğlun mənə kobud söz işlətsin”. Özü isə Vüsalla çox mehriban danışıb, oğluna zəng edib çağıracağını demişdir. Vüsal ona on birə qalmış zəng vurmuşdur. Lakin ona ilk dəfə zəng vuran Əflatun olub, otuz dəqiqə telefonda onunla danışmışdır. Əflatun həmin vaxt qızını qaçıracaqları təqdirdə, oğlu Rüfəti öldürməklə, onun üçün pis olacağını demişdir. Özü isə Əflatuna elə bir şeyin ola bilməyəcəyini, özünün də ata olduğunu, ata kimi söz verdiyini bildirib, Əflatunu razı salmışdır. Aradan on-on beş dəqiqə keçmiş, Vüsal ona bir də zəng etmiş, demiş nə oldu. Özü isə Vüsala oğlunu evə çağırdığını, gələndə onunla danışacağını, gecə vaxtı olduğunu, sabah oğlu ilə Cəlilabada gəlib onunla görüşəcəyini, burda heçnə olmadığını, elçi gəldiklərini, razılaşmadıqlarını demişdir. Bundan sonra bir daha ona zəng gəlmiş, özü isə Vüsala demişdir ki, “Vüsal qurban olum, axı razılaşdıq, sizlər cavansız, başa düş ola bilər oğlum biraz əsəbi olar, mən onun əvəzindən üzr istəyirəm”. Vüsal isə demiş ki, “mən artıq çıxmışam, Biləsuvarda sizi gözləyirəm”. O isə demiş ki, “gəlin qonağımız olun”. Vüsal isə oğlunun ona kobud söz işlətdiyini demişdir. O isə Vüsaldan oğlu əvəzindən üzr istədiyini bildirmişdir. Vüsal isə artıq Alardan keçdiyini, Cəlilabad sözü yazılan yerdən Biləsuvar ərazisinə girdiyini, kəndin dayanacağında gözlədiyini demişdir. Vüsala bu zaman evinə gəlməsini təkid etmiş, lakin Vüsal gəlməmişdir. Özü isə Vüsala hörmətlə yanaşmışdır. Demişdir ki, “yaxşı gələrəm”. Getmiş özündən böyük 57-ci il təvəllüdlü qardaşı Səxavəti evindən oyatmış, məsələni demişdir. Orda isə oğlu Rüfət də maşında oturmuş, demiş ki, “ata nolar mən də gəlim”. Özü isə Rüfətə maşından düşməsini demiş lakin, Vüsalın onunla xoş niyyətlə danışdığını görüb, ona ürək-dirək gəlmiş və razılaşmışdır. Daha sonra Vüsalın dediyi yerə gəlmiş, görmüş ki, bir nəfər maşının qabağında, bir nəfə maşının içərisində, bir nəfər də dayanacaqda durub. Evindən dayanacağa beş dəqiqəlik yol olmuş, qardaşı ilə öz evi arasındakı məsafə isə bir dəqiqəlik olmuşdur. Onlardan qızın atası Əflatun dayanacaqda, Tariyel maşının içərisində, Vüsal isə qarşısında olmuşdur. Yaxınlaşıb Vüsalı öpmüş, qucaqlamış, Tariyel də maşından düşmüş, onunla da görüşmüş, onları evinə dəvət etmişdir. Onlar görüşəndə artıq saat on ikiyə qalmış, birə işləmiş olarmış. Vüsal isə uşağı niyə gətirmədiyini soruşmuşdur. O isə Vüsala gətirmədiyini demiş, həmin vaxt qardaşı Səxavət də dayanacaqda Əfaltunla söhbət etmişdir. Özü də Vüsalla iyirmi dəqiqə söhbət etmiş, əllərindən tutmuş, demiş ki, artıq gecdi, siz çıxın gedin, yaxşı deyil, oğlunun əvəzindən də üzr istəyir. Sonra Vüsala “qurban olum, xahiş edirəm” demişdir. Rəhmətlik isə gülmüş, demiş ki, “bir kəlmə söz deyib, gedəcəm”. Özü isə demiş ki, “kişi kimi”, Vüsal isə demiş bəli. Gülə-gülə Vüsalın boynunu qucaqlamış, gedib oğlu Rüfəti maşından düşürüb gətirmişdir. Özü isə səhv edib oğlunu gətirib. Oğlu isə Vüsalla görüşmüş, həmin vaxt Tariyeldə qardaşı Səxavətlə söhbət etmişdir. Vüsal sonra oğlunun qolundan tutub demiş ki, “ayıb olsun mənə sən o sözləri dedin”. Oğlu isə Vüsala demiş ki, “əlini aşağı sal, ayıb sənə olsun ki, sən mənə dedin tüpürüm sənə də, sənin elçilərinə də”. Oğlu Rüfət də ona cavab qaytarıb deyib ki, “sənin nəslinə tüpürüm”. Vüsal isə deyib ki, “mənə dedin bu sözü, başlayıb biədəb sözlər deməyə”. Oğlu həmin vaxt Vüsala demiş ki, “Vüsal sən söydün məni, məndə eyni söyüşü sənə qaytardım, artıq sənə heçnə deməmişəm”. Bu zaman Vüsal dayanmış bir anlıq fikrə getmişdir. Hardasa on saniyə dayandıqdan sonra Vüsal Rüfətə bir-iki şillə vurmuşdur. Özü isə Vüsala demişdir ki, “Vüsal axı sən mənə kişi kimi söz verdin”. Bu zaman istəmiş ki, Vüsalı qucaqlasın, görmüş ki, kimsə onu dartır arxaya. Həmin şəxs isə Tariyel olmuşdur. Tariyel demişdir ki, “gəl özləri söhbət etsin”. Özü isə demişdir ki, “axı biz belə söhbətə gəlməmişdik”. Görmüş ki, Vüsal oğlu Rüfəti qoltuğuna vurub asfaltın digər tərəfinə aparır. Tariyel isə onu dartır. Həmin vaxt Tariyelin əlindən çıxmaq üçün çırpınmışdır. Əlindən çıxmaq üçün Tariyeli vurmuş, paltarlarını dartmışdır. Birtəhər onun əlindən çıxıb, yolu keçmək istəmiş, görmüş yoldan maşınlar keçir, bu səbəbdən bir qədər gecikmiş, maşınların keçməyin gözləmişdir. Yolu keçərkən biraz yubanmışdır. Sonra yolu keçib, həmin yerdə quru kanal olduğunu, kanalın içərisində isə, oğlu Rüfətin, Vüsalın və Tariyelin üzü üstə yerdə olduqlarını görmüşdür. Elə bilmiş ki, oğlunu öldürüblər, tez ona tərəf cummuşdur. Demiş ki, “Rüfət”, bu zaman oğlu durmuş gic kimi imiş həmin vaxt, demiş ki, ata belim və boynum ağrıyır. Bilmiş ki, bunlar süpürləşib, hər üçü kanala yıxılıb. Soruşmuş ki, başqa nəsə var səndə, demiş ki, yox. Lakin oğlu gic toyuq kimi fırlanmışdır. Bu zaman oğlunda arxeyin olmuşdur. Vüsal da ayağa qalxmış, “ay nənə” demişdir. Görmüş Vüsal əli ilə özün tutub, kanaldan çıxır, həmin vaxt projektroun işığı ona tərəf düşmüş, Vüsalın üstündə qan görmüşdür. Düşünmüş ki, kanala yıxılanda kol-kos onu cırıb qanadıb. Tariyeldə kanaldan ayağa qalxıb gedib maşına minmişlər. Özü də oğlunun qoluna girib, gedib maşına minib, evlərinə getmişlər. Evdə 15-20 dəqiqə oturduqdan sonra qardaşı ona zəng vurub demişdir ki, həmin yerdə dava-dalaş olub, təcili yardım gəlib. Durub tez təcili yardımı yığmış, onlar isə demiş ki, Vüsal yolda keçinib. Bu zaman Rüfətə bunun nə haqq-hesab olduğunu soruşmuşdur. Rüfət isə demişdir ki, “bıçağı maşından götürdüm, gördüm ki, sizə qarşı aqresivdir, bıçağı çıxardım, amma vurmaq yadımda deyil”. Özü isə oğluna 65 yaşının olduğunu, 70 yaşı kiminsə keçmədiyini, işi öz boynuna götürəcəyini demişdir. Rüfət razılaşmayanda isə demişdir ki, sən otur yerinə. Bu zaman maşına minib polisə təslim olmağa getmək istəyəndə, ona zəng gəlmiş, həmin şəxs rəis müavini olduğunu demişdir. Bu zaman Rüfəti soruşmuş, demiş ki, “gəlsəm uşağı təslim edərsən”. Demiş ki, bəli. Daha sonra polislər gəlmiş Rüfəti Elnur müəllimə təhvil vermişdir. Hadisədən sonra dəfələrlə barışığa cəhd etmiş, dəfələrlə yaxınları, tanışları vasitəsilə müraciətlər etmiş, lakin demişlər ki, barışıq mümkün deyil. Hadisə yerində üç nəfər olmuşlar, onlardan da üç nəfər gəlmişdir. Evdən çıxarkən isə bıçaqdan məlumatı olmamış, maşınında isə təsərrüfatla məşğul olduğundan həmişə bıçaq olmuşdur. Xəndəkdə isə hadisə vatı bıçaq göməmiş, oğlu Rüfətlə də bu barədə danışmamışdır. Tariyeldə olan xəsarətləri isə onun əlindən çıxmaq istəyərkən yetirmiş ola bilər. Oğlunu kanaldan çıxardıqda isə Tariyel oğluna cummum, onlar süpürləşmiş, daha sonra onları ayırmışdır. Vüsalın isə yerişində heç bir dəyişilik olmamış, onda hiss eləyəsi heçnə görməmiş, düşünmüş ki, xəndəyə yıxılanda qarağac ağacının dikanı batıb ona. Rüfətlə Tariyeli aralaşdırdıqdan sonra da Tariyel Vüsalın arxasınca getmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, özü hadisə günü evində yatmışmış. Saat on ikinin yarısı və ya qalmış olardı, qardaşı Kərim ona zəng edib demişdir ki, “düş aşağı”. Özü evdən çıxıb aşağı düşüb, qardaşından nə məsələ olduğunu soruşmuşdur. Qardaşı isə “bir yer var gedib dəyəcəyik” demişdir. Həmin vaxt Kərimin oğlu Rüfət də maşının yanında dayanmışdır. Qardaşı isə Rüfətə demişdir ki, “gəl otur maşına gedək”. Üç-dörd dəqiqəlik yolları olmuşdur, həmin vaxt qardaşı elçiliyə getmələri haqqında ona məlumat vermişdir, çünki ona qədər bu məsələdən xəbərsiz olmuşdur. Eyni zamanda Kərim ona üç-dörd dəfə elçi getdiklərin adamların zəng etdiyini, onlara yalvardığını bu məsələni danışmışdır. Gəlib hadisə yeri olan dayanacağa çatmışlar. Orada üç nəfər şəxsin yerdə olduğunu, bir ədəd də maşın görmüşdür. Onlar da düşüb aşağı, lakin Rüfət maşında qalmış, yaxınlaşıb həmin üç nəfərlə görüşmüşlər. Qardaşı Kərim hər üçünün boynum qucaqlayıb öpmüş, evinə dəvət etmişdir. Kərim yolda olarkən də ona həmin şəxsləri evlərinə dəvət etməli olduqlarını, əks halda ayıb olduğunu, evdə çay içib danışıb, onları razı salmalarını demişdir. Lakin gələn üç nəfə evə getmək istəmədiklərini bildirmişlər. Həmin vaxt Vüsal Kərimlə çəkilib maşının arxasına söhbət etməyə başlamışdır. Özü isə orda durub Tariyel və Əflatunla söhbət etmişdir. Tariyel həmin vaxt ondan, bu kəndə başqa yolun da olub-olmamasını soruşmuşdur. O isə Tariyelə əsas yolun elə gəldikləri yol olduğunu, lakin digər tərəfdən də yol olduğunu demişdir. Sonra isə Tariyelə demişdir ki, “əgər qızı verməyibsinizsə nə biz adın tutaq nə də siz”. Tariyel isə demişdir ki, “Rüfət üzr istəsəydi, gəlməzdik”. Bundan sonra qardaşı Kərim gəlib yanlarından keçib, maşından Rüfəti gətirmişdir. Həmin vaxt qardaşına Rüfəti hara apardığını soruşmuşdur. Qardaşı isə demişdir ki, “Vüsal and verib ki, bir-iki dəqiqəlik söhbət edəcək”. Nəsə bunlar keçib getmiş, özü isə söhbət etmişdir. Əflatun isə qarşısındsa çox qürurlu dayanmış, siqaret çəkmiş, tüstüsünü də üzünə püləmişdir. Bu zaman isə Vüsalın Rüfətlə bərk səslə danışdığını görüb, ona yavaş danışmaqlarını bildirmişdir. Onların nə danışdığını isə eşitməmişdir. Birdən isə görmüş ki, Vüsal Rüfətə şillə ilə vurur. Vuran kimidə götürüb asfaltı o yana keçib. Vüsal Rüfəti qoltuğuna vurub aparırmış, Rüfətin müqavimət göstərməsini isə görə bilməmişdir. Həmin vaxt Vüsalın arxasınca Tariyel qaçmış, bu zaman qardaşı Kərim asfaltda olmuşdur. Tariyel qardaşını tutub buraxmamış, onlar süpürləşmiş, qaranlığa keçdiklərindən sonrasın görə bilməmişdir. Heç otuz saniyə keçməmiş, görmüş ki, Rüfət ordan çıxıb gəlir. Rüfət atası gedək sözün demişdir. Daha sonra Vüsal ordan çıxmış əli böyründə asfaltı keçmişdir. Tariyel isə onlara tərəf gəlməmişdir. Vüsal maşının qapısına kimi gəlmişdir. Həmin vaxt onlar çıxıb getmişdir. Rüfət demişdir ki, özünü müdafiə etmək üçün bıçaq götürmüşdür. Həmin bıçaq Vüsala dəymişdir, amma necə dəydiyini bilmir. Özü və Əflatun isə hadisə vaxtı yolu o tərəf keçməmişlər. Özü hadisə vaxtı Əflatunla yolun bu üzündə qalmasaymış, hadisə baş verməzdi. Çıxıb getdikdən sonra isə polsilərdən zəng gəlmiş, qardaşı Kərim danışmışdır. Rüfəti aparmaq üçün həmin zənglər gəlmişdir. Bundan sonra onlarda getmişlər polisə, Əflatun da orada olmuşdur. Hava soyuq olduğundan peçi yandırtmışdır. Həmin vaxt Əflatuna Vüsalgili ora gəlmələyə qoymamağını demişdir. Lakin Əflatun da onun sözünə qulaq asmadıqlarını bildirmişdir. Polisdə olarkən isə məlumat almışdır ki, Vüsal rəhmətə gedib. Məhkəmə istintaqı zamanı Şahid8 ifadəsində göstərmişdir ki, hadisə günü Cəlilabad rayonunda gecə saat 22:00-23:00-ə işləmiş Kapitalbankla üzbəüz dostunun yerində çay içirmişlər. Həmin vaxt Vüsal gəlib ona demişdir ki, “otur maşına gedək”. Maşında Əflatun qabaqda oturmuş, Vüsal isə gedə-gedə telefonda danışmışdır. Birlikdə gedib Biləsuvara çatmışlar. Oraya bir maşın gəlmiş, ardınca isə iki maşın gəlib arxada dayanıb gözləmişdir. Sonra isə bir ağ 07 markalı maşın gəlib, onların yanında dayanan maşının arxasında saxlamışdır. Birinci gələn maşından Rüfətin atası və əmisi düşmüşdür. Vüsal maşından yerə düşmüş, özü və Əflatun isə maşında gözləmişlər. Çünki Vüsal demişdir ki, “mən atası ilə danışıramsa siz kənarda dayanın çox olmayaq”. Rüfətin atası və əmisi gəlib onlarla görüşəndə özləri də maşından yerə düşmüşlər. O və Əflatun Rüfətin əmisi ilə söhbət etmiş, Vüsal isə Rüfətin atası ilə söhbət etmişdir. Bir müddət sonra Vüsal Kərimə demişdir ki, “oğlunu gətir”. Həmin vaxt özü isə oradakı maşınları görürmüş. Kərim Rüfəti maşınlarından düşürmüş, Rüfətlə bərabər bir nəfər oğlan da maşından düşmüşdür. Rüfət gəlib yanlarından keçmiş, həmin vaxt Rüfət qara köynək geyinmiş, bıçağı da belində görmüşdür. Bıçağı onun belində Kərim də görmüşdür. Rüfət yaxınlaşan kimi isə dava düşmüşdür. Bu zaman Rüfət əlin bıçağa atmış, özü isə onun qarşısına keçmişdir. Rüfət sonra isə bıçağı belinə qoymuşdur. Bundan sonra isə onlar çoxalmış, daha iki maşın gəlib saxlamış, səkkiz nəfər onun üstünə tökülmüşdür. Gələnlər Vüsalı da döyməyə başlamışlar, onlar çox olmuşdur. Özü isə heçnə görə bilməmişdir. Onlardan biri onu tutmuş, digəri isə təpiklə vurmuş, fırlanıb yolun qırağındakı dərəyə düşmüşlər. Həmin vaxt onlar yolun bu üzünə keçmişlər. Sonra isə onları tanımadığı şəxslər aralamış, dərədən çıxanda isə Vüsal hanı demiş, görmüş ki, Vüsal öz maşınlarının yanında əli ürəyinin üstündə maşına söykənib uzanıqlı vəziyyətdədir, ona 103-ə zəng vur sözün demişdir. Bu zaman özü Orxana zəng vurmuş, çünki onlar arxadan gəlirmişlər. Orxan onlarla birlikdə getməmiş, onlar çıxanda Orxan çay içirmiş, yolda olanda Orxan mesaj yazmış, o isə hara getdiklərini bilmədiyini demişdir. Orxan ondan gəlmək istədiyini soruşduqda isə, o isə Orxana “gəlirsinizsə arxadan gəlin, biryerdə getməyək, problem olar” demişdir. Orxangil gəlmiş, Vüsalı maşına qoyub xəstəxanaya aparmışlar. Yarım saat sonra isə Biləsuvar polisi gəlib onu aparmışdır. Onu şöbədə üç gün saxlamışlar. Lakin Rüfətin atasın və əmisin isə həmin gecə buraxmışlar. Xəstəxanada isə Vüsal rəhmətə getmişdir. Orxan gələndə isə maşındakı kamerə hadisə yerini çəkmiş, həmin görüntüləri Elnura və Həmidə təqdim etmişlər, lakin sonradan görüntülər yoxa çıxmışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Rüfətin valideynləri qızına Orucluq Bayramı günü xx.xx.2023-cü ildə elçi gəlmişdir. Onlar evlərinə iddialı şəkildə gəlmişlər. Gələn kimi isə deyiblər ki, “oğlumuzun 31-32 yaşı var, Şuşada fəhlə işləyir, qıza elçi düşmüşük, bir-iki ay ərzində toy etmək istəyirik”. Yoldaşı da bildirib ki, “mənim qızımın 19 yaşı var, məktbə oxuyur, qabaqda da iki ili var, bizim sizə veriləcək qızımız yoxdur”. Onlar isə bir-iki ay ərzində toy etmək istədiklərini demişlər. Sonra elçiləri yoldaşı yola salanda Rüfətin anası deyib ki, “oğlan bilər”. Yoldaşı isə deyib ki, “nə badə qızımı qaçırar, ya gedib məktəbin qabağında qızımı narahat edər”. Bu isə onları şübhəyə salmışdır. Bunlar gedəndən sonra isə axşam özü evə gəlmişdir. Görmüş ki, evdə gərginlik var. Səbəbin soruşduqda, yoldaşı demişdir ki, “tanımadığım adamlar elçi gəlmişdi, dedim ki, sizə verəcək qızımız yoxdur, son sözləri isə o oldu ki, oğlan bilər”. Yoldaşı eyni zamanda həmin adamların maşınında qonşunun uşağının da gəldiyini bildirmişdir. Özü isə dərhal qonşunun evinə gedib, qapını döymüş, qapını elə qonşu uşağının özü açmışdır. Ona “əmi nə işdir” demişdir. Ondan soruşduqda isə demişdir ki, “küçədə qarşıma çıxdılar, məndən sizi soruşdular, məndə oturdum onların maşınına gəlib sizin evi göstərdim, həmin adam mobil nömrəsini də mənə verib, adı Kərim kişi idi”. O da nömrəni uşaqdan alıb özündə saxlamışdır. Bacısı balası Vüsal isə ziyalı bir şəxs, yaşının az olmasına baxmayaraq ağsaqqal bir şəxsiyyət olmuşdur nəsildə. Bu səbəbdən həyətə gəlib qardaşının arvadına Vüsala zəng etdirmişdir və demişdir ki, “vaxtın olsa gəlib mənə dəyərsən”. Bundan sonra Vüsal özü onu yığmışdır. Onda asma xəstəliyi olduğundan və onu həmişə həkimə Vüsal apardığından, Vüsal ondan yenə nəfəsinin tutulduğunu soruşmuşdur. O isə Vüsala onunla məsləhət eləmək istədiyini, vaxtı olsa gəlməsini xahiş etmişdir. Bundan yarım saat sonra isə Vüsal gəlmişdir. Vüsal gələndən sonra onunla danışıb vəziyyəti demişdir. Vüsal isə demişdir ki, “ narahat olma nömrəsi varsa zəng edib danışıb, qızı qaçırmaq fikirlərindən onları çəkindirərik, bu uşağa yaxın durmasınlar, nömrələrini də nəzarətdə saxlayarıq”. Yəni onları çəkindirib, başa salmaq istəmişdir ki, uşağı incitməsinlər. Bundan sonra Rüfətin nömrəsin yoldaşına deyib qızından almışdır. Sonra nömrəni Vüsala verib, çöldə Vüsal onun yanında Rüfətə zəng etmişdir. Vüsal yığımışdır ki onu başa sala ki, “ora getmə, belə bir iş tutma, nömrəni də nəzarətə götürəcəyik”. Birinci dəfə Vüsal zəng vuranda Rüfət adboy vermiş, ikinci dəfə on dəqiqə sonra yığdıqda isə cavab vermişdir. Vüsal öz adın deyən kimi isə Rüfət onunla aqressiv danışmış, Vüsal isə bir kəlmə demişdir ki, “dinləmə qabiliyyətin olsun”. Lakin Rüfət yenə acıqlı cavab verib telefonu söndürmüşdür. Bundan sonra Rüfətin atasının da nömrəsi onda olduğundan bu dəfə atasının nömrəsini Vüsala vermişdir. Vüsal Kərimi yığmış, hardasa iyirmi dəqiqə danışmışlar. Həmin vaxt Kərim özü onları arxeyin salmış ki, qız qaçırma işi olmaycaq. Bundan sonra onlar rahatlamış, Vüsal maşınına oturmuşdur və demişdir ki, “dayı narahat olma belə bir iş olmayacaq, atası söz verdi”. Vüsal maşını oturub işə salmış, həmin vaxt Vüsala zəng gəlmişdir. Vüsal telefonu açmış, özü də orada durmuşmuş. Həmin vaxt görmüş ki, Vüsalın rəngi dəyişdi. Ondan nə olduğunu soruşduqda isə “oğlu əclafın zəng etdiyini demişdir”. Rüfət həmin vaxt hardasa üç-dörd dəqiqə Vüsala təhqiramiz sözlər demişdir. Vüsal isə ona demişdir ki, “oğlanlığım çatar gəlirəm”. Vüsal bu sözü deyəndə özünü atmış maşına, Vüsala yalvarmışdır ki, getməsin, ayaqlarına düşmüşdür. Vüsala bu işin bittidiyini demişdir. Bu zaman Vüsal onu qapıdan itələmiş ki, tək getsin. Lakin Vüsal nə qədər eləsə də, o maşından düşməmişdir. Maşına mindikdən sonra isə yenidən Kərimə zəng vurmuşdur. Demişdir ki, “ağsaqqal başına dönüm, oğlun söyüş söydü cavandırlar, bir kəlmə yığıb desin ki, əsəbiydim, bilmədim söyüş söydüm”. O isə çox soyuqqanlı şəkildə demişdir ki, “bilmirəm oğlum deyəsən küçəyə çıxdı”. Kərimə demişdir ki, “get oğlunu tap, üzür istəsin, bizi axşam-axşam bəlaya salma, telefonda üzür istəsin Vüsal cavandır, xəta olar birdən”. Lakin Kərim telefonu söndürmüşdür. Bundan sonra Vüsal maşını çayxananın qırağına sürmüş, orada nəyisə qalmışmış. Bu zaman o yenə Kərimə zəng vurmuş, oğlunu tapıb-tapmadığını soruşmuşdur. Kərim isə demişdir ki, “siz gəlin mən sizi qarşılayacam, mənim 65 yaşım var, qardaşımın 62 yaşı var, sizi qarşılıyıb evimə aparacam, orada çay süfrəsində söhbət edəciyik”. Özü isə demişdir ki, “nə söhbət edək, bayaq danışdıq bitti bu məsələ”. Kərim hətta demişdir ki, “maşınınız yoxdursa, mən özüm maşınla gəlim sizi götürüm, aparıb evimdə qəbul edim”. Nəticədə Kərim onu çağırdığından, özü də Vüsalı saxlaya bilmədiyindən ora gedəsi olmuşdur. Sonra isə Vüsal gəlmiş, lakin Vüsalın dostu Tariyel də onun arxasınca gəlib maşına oturmuşdur. Tariyel həmin vaxt gərgin olduqlarını görüb gəlmişdir. Tariyel gələndə onun ayağından tutub demişdir ki, “Vüsalı saxlaya bilmirəm, mənə kömək elə”. Tariyel isə məsələni bilmədiyindən bir-iki kəlmə demiş, lakin xeyiri olmamışdır. Vüsal maşını işə salıb yola düşmüşlər. Yolda bir dəfə də Rüfət zəng edib Vüsala “noldu, harda qaldın” demişdir. Vüsal isə gəldiyini, yolda olduğunu demişdir. Bundan bir az sonra isə atası Kərim yığıb demişdir ki, “sizi gözləyirəm, evimə gedəciyik, çay süfrəsində söhbət edəciyik”. Bundan sonra gedib daş dayanacağı deyilən yerə çatmışlar. Vüsal maşını orada saxlamışdır. Maşından düşdükdə görmüşlər ki, heç kim yoxdu. Sonra isə qarşıdan maşın gəlmiş, Vüsal onlara maşına minmələrini bildirmişdir. O da Tariyel ilə birlikdə qayıdıb maşına minmiş, Vüsal özü tək maşının qabağında dayanmışdır. Bu vaxt Kərim VAZ07 markalı maşınla gəlib onlardan beş metr aralıda saxlamışdır. Özü isə həmin vaxt Tariyellə birlikdə maşında oturmuşdur. Onların maşınından Kərim yanında bir ağsaqqalla birlikdə düşüb gəlmişdir. Gələn kimi də, əl görüşüb Vüsalın üzündən öpmüşdür. Sonra isə Kərim birbaşa maşına boylanmışdır. Boylananda isə onlarda görüşmək məqsədilə Tariyellə birlikdə qapını açıb yerə düşmüşlər. Kərimlə səmimi görüşmüşlər. Bundan sonra Kərim Vüsalın qoluna girib 10-15 metr onlardan aralanmışdır. Kərimin qardaşı Səxavət isə onu söhbətə tutmuş, Petrovkada qohumlarının olduğunu, bu kimi söhbətlər etmişdir. Vüsalla həmin vaxt aralarında 15 metr məsafə olmuş, Tariyel isə onların ortasında dayanmış ki, hər ehtimala birdən nəsə olsa qoymasın. Bu zaman iki dənə VAZ07 markalı maşın, Kərimin maşınının arxasında gəlib dayanmış, sonra isə bir dənə də VAZ010 markalı maşın hardasa 20 metr kənarda gəlib saxlamışdır. VAZ010 markalı maşından bir nəfər qapını açmış və Səxavəti çağırmışdır. Səxavət isə ona “heç elə belə işimiz var” demişdir. Həmin maşının qapısı açılanda isə içərisində işıq yanmış, görmüş ki, maşında çoxlu adam var. Kərim isə Vüsalla iyirmi dəqiqə söhbət etmişdir. Eşitmişdir ki, Vüsal Kərimə deyir ki, “mən səninlə razı, oğlunu çağır gəlib söyüşlərinə görə üzür istəsin”. Bu vaxt isə Kərim etiraz etmədən, birbaşa maşınına tərəf dönüb oğlunu çağırmışdır. Rüfət maşından düşəndə balaca boy bir oğlanda onunla Vüsala tərəf getmişdir. Rüfət Vüsala yaxınlaşanda, Vüsal əlin Rüfətin çiyninə qoyub ondan söyüşlərə görə üzür istəməsini demişdir. Bundan sonra isə Rüfət əlin Vüsalın sinəsinə qoymuş, sanki oradakılara parol vermişdir. Dərhal həmin dayanan üç maşının qapıları açılmış, kütlə hücum etmişdir. Özü isə Səxavətlə dayanmış, Kərimdə orada olmuşdur. Rüfət Vüsalla söhbət edərkən də belindən bıçağın çıxarmış, lakin bunu özü görməmiş, Tariyel və Kərim görmüşdür. Tariyel isə Rüfətə “yekə oğlansan söhbətə bıçaqla gəlmisən” demişdir. Rüfət isə bıçağı yenidən belinə qoymuşdur. Bu kütlə hücuma gəlməzdən qabaq olmuş, həmin vaxt Kərim istəsə imiş, oğluna bir şillər vurub bıçağı ondan ala bilərmiş. Çünki, özü və Tariyel onu etsəymiş, bıçağı ondan ala bilməzlərmiş. Kütlə hücuma gəlib bir kütlə Tariyelin üstünə, bir kütlə isə Vüsalın üstünə düşmüşdür. Həmin yerdə asfaltın qırağından digər tərəfə asfaltın o biri üzündə olan dərəyə qədər məsafə on metr olmuşdur. Bunlar savaşa-savaşa asfaltı o yana dərəyə tərəf keçmişlər və birdə yoxa çıxmışlar. Bu zaman özü tez dərəyə tərəf qaçmışdır. Görmüş ki, bir “talpa” Tariyeli yıxıb üstündədir, bir talpa da Vüsalla savaşır. Vüsal həmin vaxt ayaq üstə olmuşdur. Dərədə onlar tərəfdən üç maşın adam təxminən 16-17 nəfər olmuşdur. Bu vaxt Vüsal Tariyelə kömək etmək məqsədilə ona tərəf getməyə başlamışdır. Həmin anda bir nəfər isə Vüsala tərəf çəkilib əlin yanından qabağa aparıb Vüsala vurub. Elə o anda da görmüş ki, “talpa” dağıldı. O zaman başa düşmüşdür ki, Vüsalı bıçaqla vurdular. “Talpa” dağılan kimi də Tariyel dərədən çıxdı, eləcə də Vüsal əlin sinəsinə qoyub dərədən çıxmışdır. Vüsal öz maşınına tərəf gəlib, maşına çatıb söykənib yerə oturmuş və 103-ə zəng eləməklərin demişdir. Həmin an özün itirmiş nömrəni belə yığa bilməmişdir. Oradakı "talpa” isə kənardan durub onlara baxmışdır. Yalvarmış ki, onlara “bunu elədiz, amma 103-ə yığın, əlim əsir, gözüm görmür”. Lakin heç biri kömək etməmişdir. Tez Vüsalın maşının açıb Tariyel başından, özü isə ayağından qaldırıb maşına qoymağa çalışmışlar, lakin rəhmətlik nəhəng adam olduğundan gücləri çatmamışdır. Bu vaxt isə digər bacısı oğlu Ülvi və Orxan həmin yerə gəlib çatmışlar, köməkləşib Vüsalı maşına qoymuşlar. Həmin vaxt bunlar isə kənardan durub baxmışlar. Maşına qoyanda isə maşında video olub, həmin hadisələri çəkib, çıxarıb onu prokurorluğa da təqdim etmişlər, lakin sonradan yoxa çıxarmışlar. Vüsalı isə dərhal xəstəxanaya çatdırmışlar, orada növbətçi həkim olmamış, Vüsalı cərrahiyyəyə qaldırmışlar, həkim gəlmişdir. Həmin gecədə izahat üçün onu və Tariyeli Biləsuvar polisinə aparmışlar. Tariyeli danışdırıb, özündən isə şifahi izahat almışlar. Orada işi aparan əməkdaş isə Rüfətin atasının yanında demişdir ki, “Rüfət özü etiraf edir ki, bıçağı bilərəkdən öldürmək niyyətilə özündə götürmüşdür”. İzahat verəndən sonra isə səhərə qədər onu, Tariyeli isə üç gün şöbədə saxlamışlar. Səhəri özünü buraxmışlar. Lakin polisdə olarkən xahiş etmiş ki, gecə ilə oradakı maşınları tapsınlar. Hadisə yerində özü heç bir xəsarət almamışdır, gələn kütlə Vüsal və Tariyeli cavan görüb onlara hücum etmişdir. Dərədə Vüsala xəsarət yetirilən anı öz gözləri ilə görmüşdür, həmin vaxt dərənin üstündə iki-üç metr məsafədə olmuşdur, hadisənin şokundan isə boğulurmuş və qışqırırmış. Çünki vuran şəxs əlin aparanda bilmiş ki, Vüsalı bıçaqla vurur. Lakin qaranlıq olduğundan həmin adamın kim olduğunu seçə bilməmişdir. Bu hadisələri isə yandan görmüşdür. Hadisə yerində isə elə bir hal olmayıb ki, Vüsal Rüfəti vursun. Sadəcə əlin Rüfətin çiyninə qoyub, dediyi söyüşlərə görə üzür istəməsini bildirmişdir. Vüsal Rüfəti qucağına alıb aparmayıb, Rüfətin atası da orda olub, etiraf edib ki, ərk yana Vüsala şillə vurub. Vüsalla savaşan kütlənin içində Rüfət olub həmin vaxt. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərmişdir ki, 22 aprel 2023-cü il tarixdə sığorta ofisində oturub çay içirmişlər. Tariyel həmin vaxt ofisdən çölə çıxmış, lakin sonradan geri qayıtmamışdır. Bir müddət sonra isə Orxan demişdir ki, “Tariyel sms atıbki gedirik, amma bilmirəm hara gedirik, üzü Alara tərəf gedirik”. Onlarda Orxanla birlikdə Alara tərəf maşınla arxalarınca getmişlər. Orada hadisə olan yeri keçib, qabaqdan dönüb maşını saxlayıb gözləmişlər. Orxan həmin vaxt maşından çöldə düşüb siqaret çəkirmiş. Birdən Orxan maşına qayıdıb təcili sürmüşdür. Gəlib hadisə yerinə çatmışlar. Orada üçdörd maşının üzü kəndə tərəf dayandığını görmüşdür. Düşüb onlara tərəf qaçanda Tariyelin üstü-başı pis gündə ona tərəf gəldiyini görmüşdür. Tariyel ona “Ülvi qardaşın” sözün demişdir. Bu zaman qardaşının maşınına tərəf dönmüş, qardaşının sürücü tərəfdən arxa təkərin yanında yerdə əlini yarasının üstünə qoyduğunu görmüşdür. Daha sonra qardaşını təcili öz gəldiyi maşına qoyub Biləsuvar xəstəxanasına aparmışdır. Özü hadisə yerinə çatanda artıq qarşı tərəfdən ora gəlmiş adamların öz maşınlarına tərəf qaçdıqlarını görmüş, özü də ona görə onlara tərəf qaçmışdır. Həmin yerdə üç-dörd maşın olmuş, heç qardaşını da görə bilməmişdir, onlara tərəf qaçanda Tariyel qarşısına çıxıb demişdir. Orada nə baş verdiyini isə bilməmiş, olduqları yerdən Orxan geyinib çıxanda birlikdə çıxmışlar, Tariyelin sözünə görə arxalarınca getmişlər. Lakin nə baş verdiyin bilməmişlər. Hadisə yeri qaranlıq olduğundan oradakı adamların üzlərini və maşınların nömrələrini görə bilməmiş, həmin adamlarla arasında əlli metr məsafə olarmış. Məhkəmə istintaqı zamanı Şahid14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisioğludur. 2023-cü ilin aprel ayının 20-siydi Rüfət ona zəng vurub, həmin gün Rüfətə elçi gedilmiş, onlar elçilikdən gələndən sonra özü evdə deyilmiş. Gəlmiş evə Rüfəti təbrik etmək niyyətilə zəng vurmuş ona, Rüfət birinci telefonu açmamış, sonra telefonu açmış demiş “əmioğlu gözlə mən səni yığacam”. Nəsə narahat olmuş biraz keçmiş, hardasa yarım saat, qırx beş dəqiqə keçmiş təzdən onu yenə yığmış, “adboy” vermişdir. “Adboy” eləmiş sonra saat təxminən axşam on-on bir arası birdə Rüfəti yığmışdır. Yenə Rüfət demişdir ki, “əmioğlu sən səbrli ol, mən səni yığacam, mənim indi biraz başım qarışıqdır”. O isə Rüfətə “yaxşı neynək” demişdir. Sonra elə olmuş ki, öz telefonu ilə bir yerə zəng vurası olmuş və balansında konturu qutarmışdır. Narahat olduğundan getmiş, qardaşı Şahid15 telefonundan Rüfətə zəng eləmişdir. Qardaşı ilə ata evində biryerdə olurlar. Qardaşının telefonun götürüb hardasa iki dəfə Rüfətə zəng vurmuş, onun telefonundan istifadə etmişdir. Rüfət yenə telefonu açmamışdır. Sonra dəfələrlə yenə başlamış yığmağa, açmamış telefonu. Elə olmuş ki, qardaşı evdəymiş, sonra getmiş yatmağa, elə özü də yerinə girmiş yatmaq istəmişdir. Birdə görmüş ki, səs-küy, biraz orabura, onda görmüşlər ki, post patrul falan, polislər həyətdədir, əmisigilə gəliblər. Onlar da getmiş ora, əmisigillə məsafələri yaxın olmuşdur. Həmin vaxt valideynləri də atası da yatmışdır. Özü geri qayıtmışdır ki, ata bəs belə-belə, əmigilin həyətində nəsə polis falan var. Biryerdə getmişlər ki, hadisə belədir. Əmisigilin həyətinə əvvəl özü tək getmi, sonra isə bilən qonum-qonşu gəlmişdir. Ora çatmışlar ki, məsələ nədir. Demişlər ki, “belə Rüfət cinayət törədib, adam vurub”. Təbii ki, ondan sonra yığışıb getmişlər hadisə yerinə. Onlar əmisgilin həyətinə gedəndən sonra isə Rüfəti polislər ordan aparmışdır. Rüfəti götürüb maşına mindirib aparmaların görmüşdür. Sonra bəlli olmuş ki, elçiliyə gedib gələndən sonra, hansı ki, Nərgiz xanımın bibisi oğlunun Rüfətlə telefonda danışıqları olub. Bir-birinə təhqiramiz sözlər falan, ordan Cəlilabaddan gəliblər kəndlərinə və hadisə də belə baş verib. Belə bildiyinə görə, Rüfəti təhqir eliyib telefonda, “sən qızı haradan tanıyırsan, necə eləmisən”, o da deyib “qızı tanımışam, yəni ciddi niyyətim olub, el adəti ilə elçi göndərmişəm, atam, anam, bacım, xalam, bibim hamısı ora gedib və yox deyiblər qayıdıblar geri.” Rəhmətlikdə yığanda Rüfət deyib ki, “necə yəni haradan tanıyırsan, tanımadığım bir insana necə elçi göndərə bilərəm”. Belə bunların arasında mübahisə başlayıb telefonda və təhqirəramiz sözlər, o da deyib ki, “gələrəm başa salaram səni”, Rüfət isə “gəlirsən gəl neyniyəsən mənə, burda qəbahətli nəsə bir iş görməmişəm, qıza qarşı nəsə nalayiq bir iş olmayıb, elçi getmişik, qızın da razılığı olub”. Reallıqda odur ki, bir əmioğlu kimi Rüfətin qız istəməyin bilirmiş. Hətta Rüfət bayrama gəlmiş, Bakıya gedəsiymiş, Nərgiz xanım Rüfətə zəng eləmiş ki, “noldu, elçiləri göndərmirsən”. Rüfət Bakıya gedəcəkmiş əslində. Buda gəlib evdə demiş, atası da Rüfətə “səndə gəl, mən tanımıram” demişdir. Rüfət isə “yox ata konumu sənə yönlədirirəm”, yəqin ki konumu da Nərgiz xanım atıbmış, əmisigili orada qarşılayacaqlarmış. Yəni konumla da əmisigil getmişdir, özləri çağırmışdır. Hadisə ilə bağlı da əmisindən soruşmamış, bəllidir ki, Rüfəti yığandan sonra, əmisini də yığıblar, əmisi onları evinə dəvət edib, deyiblər ki, “sən oğlunu gətir beş dəqiqə danışacayıq”. Hadisə yerinə iki əmisi və Rüfət gedib, əmisi də onlarla görüşüb, evinə dəvət edib. Orada Rüfət heç özündə olmayıb, qarma-qarşıq olub, necə olub bilməmişlər, rəhmətlik Rüfəti vurub, Rüfət də fiziki ondan zəif olub. Əmisioğlunun isə heç vaxt davayla əlaqəsi olmayıb, sakit təbiətli olub, heç kim istəməzmiş belə olsun. Rüfət isə bu söhbətlə bağlı danışıqları zaman ona heçnə deməmiş, məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid15 ifadəsində göstərmişdir ki, birincisi özü hadisəylə bağlı heçnə görməmişdir. İkincisi axşam vaxtı qardaşı onun telefonuyla danışmışdır. Ona çağırmalarının da səbəbi telefon nömrəsinin ora düşməsidir. Hadisədən qabaq günorta, əmisioğlu ilə də özü biryerdə Zəngilanda işləmişlər, bayram qatıymış, bayrama görə də rayona gəlmişlər. Rüfət yolda ona demişdir ki, “mən Bakıya gedəcəm işim var”. Rüfət telefonla yazışırmış, sonradan da ona qayıtmış ki, “indi evə gedirəm”. Özü də demiş ki, “lap yaxşı, mənim sözümə görə yox, yəni öz işindir, özün bilərsən”. Gəlmişlər evə. Həmin günün səhərisi, səhər-səhər, günorta Rüfətlə danışmışdır. Həmin gün danışığı çox olub, saat dördə işləmiş, dördün yarısı, elçiliyə gedən vaxtı Rüfət zəng vurmuş ki, “əmioğlu hardasan, işim var”, Rüfət gəlmiş onla söhbət etmiş, əmisi də Rüfətə demiş ki, səndə gəl elçiliyə, amma Rüfət atasına konum vermiş, yəqin ki, konumu da qız atmışdır, Rüfət həmin konumla düz qapının ağzına çıxacaqların demişdir. Bugünə qədər də ona qaranlıq qalan birşey var ki, qız Rüfətə demiş ki, “noldu gəlmirsiz, atam-anam sizi gözdüyür, gəlin də gəlin”. Qız yazıb, bularda gedib elçiliyə. Bəs yaxşı bunlar nə edib ki, hələ orda qızın anası hədə-qorxu gəlib ki, “sizdən qabaq elçi gəlib, polisə vermişik, nağarmışıq”. Özünə çatmayan odu ki, buları çağırıblar, sonu da bu, buda işin axırı. Hadisə günü də əmisigilə getmiş, polislər də Rüfəti aparmışdır. O gedəndə isə polis maşını getmişmiş. Həmin dəyqə nə olub, kim-kimi vurub onlara hələ aydın deyilmiş. Sonradan bilmiş ki, əmisioğlu Rüfət hadisə törədib. Özü hadisə yerində olmamış, eşitmiş ki, “sporlaşıblar”, aralarında söyüş olub, rəhmətlik Rüfətə şillə atıb, o da şillə qarşısında vurub. Hadisə yerinə əmiləri və Rüfət gedib. Deyilənə görə onlar üç-dörd maşın olub, hadisə yerində rəhmətli, Əflatun və Tariyel olub, Ülvi isə sonradan gəlib. Orada bilmir dörd-beş maşın olub, yoldan keçən maşın da olub. Rüfət onlara bu problemlə bağlı da heçnə deməmişdir. İşdə olan, 23 aprel 2023-cü il tarixli hadisə yerinə və meyitə xarici baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yerindən qanabənzər ləkələrdən nümunələr, habelə bir ədəd bıçaq, Vüsal İlhamlının meyitinə xarici baxış keçirilərkən üzərində olan paltarlar və bir ədəd mobil telefon götürülmüşdür. (c İ, i.v 04-22) İşdə olan, şübhəli şəxsin tutulması haqqında 23 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2023-cü ildə saat 01:45-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 31) İşdə olan, əşyanın könüllü təqdim olunması, götürülməsi və baxış keçirilməsi haqqında 23 aprel 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan bir ədəd “Samsung Galaxy” markalı mobil telefon atası Şahid1 götürülərək həmin mobil telefona baxış keçirilmiş, baxış keçirilərkən hadisədən əvvəl X8 istifadəsində olan mobil nömrə ilə danışıqların aparıldığı müəyyən edilmişdir. (c İ, i.v 52-59) İşdə olan, 24 aprel 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və fotoşəkildən görünür ki, Şahid1 istifadəsində mobil telefona baxış keçirilərkən hadisə günü Vüsal İlhamlının və Şahid3 istifadəsində olan mobil telefonlarla danışıldığı müəyyən edilmişdir. (c İ, i.v 71-74) İşdə olan, əşyanın könüllü təqdim olunması, götürülməsi və baxış keçirilməsi haqqında 24 aprel 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan paltarları könüllü istintaqa təqdim etmiş və götürülərək baxış keçirilmiş paltarlar üzərində zədə və qanabənzər izlər aşkar edilməmişdir. (c İ, i.v 76-82) İşdə olan, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(022)-23/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 aprel 2023-cü ildən hesablanmışdır. Təqsirləndirilən şəxs isə izahatında ona elan olunmuş ittihamda özünü tam təqsirli bilmişdir. (c İ, i.v 104-105) İşdə olan, Biləsuvar RPŞ-nin NH-nin məsul növbətçisi Cabbar Həsənov tərəfindən Biləsuvar RPŞ-nin rəisi Nəsib Məmmədova ünvanlanmış raportdan görünür ki, xx.xx.2023cü il tarixdə saat 00:23-də Biləsuvar RMX-nın Acil şöbəsindən Qəribova zəng edərək məlumat vermiş ki, X12 “meyid” diaqnozu ilə RMX-na daxil olmuşdur. Yaxınlarının deməsinə görə bıçaqlanaraq öldürülüb. (c İ, i.v 129) İşdə olan, 25 aprel 2023-cü il tarixli şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs digər şəxslərin fotoşəkilləri arasında Vüsal İlhamlını fotoşəkli əsasında tanımışdır. (c İ, i.v 135- 143) İşdə olan, 25 aprel 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılılarkən ifadəsini qısaca danışaraq Vüsal İlhamlıya bıçaqla xəsarət yetirməsini əyani olaraq göstərmişdir. (c İ, i.v 144-147) İşdə olan, 25 aprel 2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində aşkar edilmiş cinayətin aləti olan bir ədəd bıçağı digər oxşar bıçaqların arasında tanımışdır. (c İ, i.v 148-151) İşdə olan, xx.xx.2023-cü il tarixli mobil telefona təkrar baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs mobil telefonuna özünün və müdafiəçisinin iştirakı ilə təkrar baxış keçirilmiş, Vüsal İlhamlının qohumu Şahid5 ilə birlikdə şəkillərinin, sms yazışmalarının olduğu müəyyən edilmişdir. (c İ, i.v 152-202) İşdə olan, Biləsuvar RPŞ-nin məsul növbətçisi polis polkovnik-leytenantı Daşqın Məmmədov tərəfindən Biləsuvar RPŞ-nin rəisi Nəsib Məmmədova ünvanladığı xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:00-da Cəlilabad RMX-nin qəbul şöbəsindən növbətçi həkim Bayramov zəng edərək məlumat vermiş ki, Şahid8 sağ çiyin və bazu nahiyyəsinin qançırı, hər iki saidin, sol baldırın, sağ əlin arxa səthində sıyrıqlar diaqnozu ilə Cəlilabad RMX-na daxil olmuşdur. Deməsinə görə Biləsuvar rayon Aşağı Cürəli kəndində döyülüb. (c İ, i.v 204) İşdə olan, xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, iş üzrə Şahid3 istifadəsində olan mobil telefona baxış keçirilərmiş, onun hadisə olan gün Şahid1 ilə zəng edib danışdığı müəyyən edilmişdir. (c İ, i.v 225-228) İşdə olan, 12 may 2023-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, X9 zərərçəkmiş şəxs X8 hüquqi varisi qismində tanınmışdır. (c İ, i.v 230) İşdə olan, 12 may 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, iş üzrə Şahid7 mobil telefonuna baxış keçirilmiş, bir ədəd avtomobilin videoqeydiyyat avadanlığından aparılmış videogörüntüdən hadisə yerinə yaxınlıqda küçədə bir-neçə avtomobilin qırmızı rəngli arxa işıqlarının göründüyü müəyyən edilmişdir. Tariyel Şıxəliyevlə hadisə günü “Whatsapp”da yazışmış, Şahid7 Şahid6 ilə Vüsal İlhamlının avtomobilinin arxası ilə hadisə yerinə sürmüş və Biləsuvar şəhəri istiqamətində bir qədər qarşıda saxlamışdır. (c İ, i.v 250-258) İşdə olan, 15 may 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, iş üzrə Şahid8 mobil telefonuna baxış keçirilmiş, Şahid7 hadisə günü “Whatsapp”da yazışmış, həmin yazışmalar Şahid7 mobil telefonunda olan yazışmalarla eynilik təşkil etmişdir. (c İİ, i.v 13-19) İşdə olan, 22 may 2023-cü il tarixli hadisə yerinə təkrar baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, yaxınlıqda yerləşən tikilinin fasadına quraşdırılmış videokameralar tərəfindən hadisənin qeydiyyatı aparılmamışdır. (c İİ, i.v 23- 26) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (c İİ, i.v 45-46) İşdə olan, xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs ilə hadisə olan gün Vüsal İlhamlı arasında bir-neçə dəfə telefon danışıqlarının aparıldığı və hadisə olan vaxt hər iki mobil nömrənin eyni antenn dairəsində olduğu müəyyən edilmişdir. (c İİ, i.v 53-60) İşdə olan, xx.xx.2023-cü il tarixli Biləsuvar RİHB-nın Aşağı Cürəli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası və anasından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (c İİ, i.v 61-62) İşdə olan, məhkəmə-tibbi ekspertizasının 20 may 2023-cü il tarixli 13 nömrəli rəyindən görünür ki, X8 meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər müəyyən edildi: Döş qəfəsinin sol yan səthində döş boşluğuna keçməklə ürək kisəsini və ürəyi zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara, alının sol yarısında və sol yanaq nahiyəsində hərəsində bir ədəd qançır, burunun çəpəri hissəsində iki ədəd, burun-dodaq büküşü nahiyəsində bir ədəd və sol bud nahiyəsində üç ədəd sıyrıq. Müəyyən olunan xəsarətlərdən döş qəfəsinin sol yan səthində döş boşluğuna keçən ürək kisəsini və ürəyi dəzələyən bir ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici alətin, ola bilər ki, bıçağın təsirindən törənmiş, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma əlamətlərinə malikdir, alının sol yarısında və sol yanaq nahiyəsində hərəsində bir ədəd qançır, burun çəpəri nahiyəsində 2 ədəd, burun-dodaq büküşü nahiyəsində bir ədəd və sol bud nahiyəsində üç ədəd sıyrıq bərk küt əşyanın (əşyaların) təsirindən bir qədər əvvəl törənmiş və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən əlmaətlərə malikdirlər. X8 ölümünə döş qəfəsinin sol yan ön stəhinin, döş boşluğuna keçməklə ürək kisəsini və ürəyi zədələyən deşilmiş-kəsilmiş yara nəticəsində əmələ gəlmiş kəskin qanitirmə olmuşdur. Vüsal İlhamlının meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilmədi. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 4-8 saat əvvəl baş vermişdir. (c İİ, i.v 66-70) İşdə olan, məhkəmə-tibbi ekspertizasının 27 aprel 2023-cü il tarixli, 188 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. (c İİ, i.v 71-72) İşdə olan, məhkəmə-tibbi ekspertizasının 26 may 2023-cü il tarixli, 375 nömrəli rəyindən görünür ki, X1 çiyin qurşağı və sağ bazu nahiyəsində qançırlar, sağ əlin arxa səthində, hər iki said və sol baldır nahiyəsində sıyrıqlar müəyyən olunmuşdur. Müəyyən olunan xəsarətlər bər küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilmiş şəraitdə yumruq və təpik vurulma nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixdə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (c İİ, i.v 73-74) İşdə olan, xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD diskə baxış keçirilərkən hadisə olan gün Şahid1 istifadəsində olan mobil nömrə ilə Vüsal İlhamlı və Şahid3 istifadəsində olan mobil nömrələr arasında danışıqlar aparıldığı müəyyən edilmişdir. (c İİ, i.v 77-79) İşdə olan, kompleks məhkəmə-tibbi-bioloji və məhkəmə-tibbi-krimininalistik ekspertizasının 07 iyun 2023-cü il tarixli 227-MTKŞ/2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X10 məxsus ağ rəngli köynəyin ön səthində solda bir ədəd, qara rəngli köynəyin ön səthində solda bir ədəd, maykanın ön səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Vüsal İlhamlıya məxsus şalvar bir cüt corab, bir cüt krosovka üzərində zədə və zədə izləri aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş X10 məxsus köynəyin ön səthində solda bir ədəd, qara rəngli köynəyin ön səthində solda bir ədəd, maykanın ön səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədələr, ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə, şalvar, köynək, mayka və alt tumanı üzərində zədə və zədə izləri aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (c İİ, i.v 84-86) İşdə olan, kompleks məhkəmə-tibbi-bioloji və məhkəmə-tibbi-krimininalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 316/2023-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, X8 ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) (axtarış vərəqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş V.İ.İlhamlıya məxsus şalvar, uzunqol köynək, qolsuz mayka, qəsaqol kofta və bir cüt idman ayaqqabısı Təqsirləndirilən şəxs şalvarı üzərində olan ləkərədən və hadisə yerində dörd ədəd çubuqlu pambıq tampona hopdurulmuş nümunə üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” antigeni, V.İ.İlhamlıya məxsus uzunqol köynək və qolsuz mayka, hadisə yerində dörd ədəd çubuqlu pambıq tampona hopdurulmuş nümunədə həmçinin beta aqqlyutinini də alındı. Bu qan ləkələri A(İİ) qruplu şəxsə, o cümlədən X10 məxsus ola bilər. Təqdim olunmuş bir ədəd bıçaq üzərində qan, V.İ.İlhamlının bir cüt corabı, Təqsirləndirilən şəxs məxsus bir ədəd tuman, qolsuz mayka, qısaqol kofta və uzunqol gödəkçə üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. (c İİ, i.v 88-93) İşdə olan, mobil cihaz üzrə məhkəmə-kompüter-texniki ekspertizasının 22 iyun 2023cü il tarixli, 5/721 nömrəli rəyindən görünür ki, təqdim edilmiş sensor ekran və “Android 13” əməliyyat sistemi ilə təchiz edilmiş “Samsung Galaxy A33 5G” markalı “SM-A336/DSN” modelli “**********689329, **********89329” imei kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Təqdim edilmiş sensor ekran və “Android” əmliyyat sistemi olə təchiz edilmiş “Xiaomi Redmi” markalı arxa məlumat lövhəsinə görə “M2101K9AG” modelli mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Xiaomi Redmi” markalı “M2101K9AG” modelli mobil smartfon istifadəçi tərəfindən “qrafik açarla” mühafizə olunan ekran kilidi tətbiq edildiyindən onun “Menyu” hissəsinə daxil olmaq mümkün olmadığından, arxa tərəfindəki məlumar lövhəsində və “SİM” danışıq kartı yerləşən yuvada imei kodu göstərilmədi üçün onun imei kodunu müəyyən etmək mümükün olmadı. Təqdim edilmiş “Samsung Galaxy A33 G” markalı “SM-A336B/DSN” modelli mobil telefonun yaddaşından toplanmış hal-hazırda mövcud olan məlumatlar (kontaktlar, zəng qeydləri, foto, video, audio fayllar SMS mesajlar və s.) müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (Report- Hesabat) hesabat “Ekspertiza 5-721” adlı iş çantasında dörd ədəd “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olundu. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy A33 G” markalı “SM-A336B/DSN” modelli mobil smartfonun yaddaşında hər hansı bir məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Təqdim edilmiş “Samsung Galaxy A33 5G” markalı “SM-A336B/DSN” modelli mobil smartfonun yaddaşında “+99*** *** ** **” və “ +99*** *** ** **” abonent nömrələri ilə qeydiyyatdan keçmiş aktiv vəziyyətdə olan iki ədəd “Whatsapp” proqram təminatında aparılmış məlumat mubadiləsi müəyyən edilsə də, rəyin tədqiqi hissəsinin 3cü bəndində göstərilən səbəblərə görə həmin məlumatları köçürərərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Təqdim edilmiş “Samsung Galaxy A33 5G” markalı “SM- A336B/DSN” modelli mobil smartfonun yaddaşında “+99*** *** ** **” abonent nörəsi və “Rufet Elizade” istifadəçi alı qeydiyyatdan keçmiş “Telegram” proqram təminatında, “İnstaram” sosial şəbəkəsinə aid “rufet_elizadee” adlı istifadə profilinin “Direct” bölməsində və “Facebook” sosial şöbəkəsinə aid “Rufet Elizade” adlı istifadəçi profilinin “Chats” bölməsində aparılmış məlumatlar mübadiləsi müəyyən edilsə də, rəyin tədqiqi hisssəinin 3-cü bəndində göstərilən səbəblərə görə həmin məlumatları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Təqdim edilmiş “Xiaomi Redmi” markalı arxa lövhəsinə görə “M2101K9AG” modelli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş “qrafik açarla” mühafizə olunan ekran kilidini keçmək üçün “UFED TOUCH 2” markalı qurğuya qoşduqda qurğunun proqram təminatının metodlar bazasında mobil smartfonun yaddaşında olan məlumatları silmədən ekran kilidini sıfırlamaq üçün texniki imkanın olmaması müəyyən edildi. Rəyin “Tədqiqi hissəsi”nin 6-cı bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Xiaomi Redmi” markalı arxa məlumat lövhəsinə görə “M2101K9AG” modelli mobil smartfon\ istifadəçi tərəfindən tətbiq edilmiş “qrafik açarlar” mühafizə olunan (parol-password) ekran kilidini keçmək mümkün olmadığından mobil smartfonun yaddaşından hər hanası bir məlumatın olub-olmaması və pozulub-pozulmamasının müəyyən edilməsi üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 manat təşkil edir. (c İİ, i.v 94-99) İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 24 iyul 2023-cü il tarixli 2032 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental- psixoloji müayinə gedişində onun idrak proseslərinin, dünyagörüşünün, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, bu barədə düzgün məlumat verə bilər. Emosional-iradi sferasında fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs 22 aprel 2023-cü il tarixdı cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq vəə ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs 22 aprel 2023-cü il tarixdə cinayət əməlini törədərkən öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onda hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli mərburi müalicə tədbirləri tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ünsiyyətçillik, emosionallıq, inadkarlıq, özünəməxsus prinsiplərə malik olmaq, adaptivlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qeyd olunan əməli törədən zaman onun psixi-emosional sferasında situasiya ilə əlaqədar qəzəb hirslik kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs 22 aprel 2023-cü il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (c İİ, i.v 102-106) İşdə olan, xx.xx.2023-cü il tarixli işüzrə təyin edilmiş mobil cihaz üzrə məhkəməkompüter-texniki ekspertizasının rəyinə əlavə edilmiş dörd ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, aşkar edilmiş məlumatların Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonuna baxış keçirilərkən aşkar edilmiş məlumatlarla eynilik təşkil etdiyi müəyyən edilmişdir. (c İİ, i.v 100-101) İşdə olan, xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD diskə baxış keçirilərkən hadisə günü Təqsirləndirilən şəxs ilə Vüsal İlhamlının istifadəsində olmuş mobil nömrələr arasında danışıqlar aparıldığı müəyyən edilmişdir. (c İİ, i.v 141-142) İşdə olan, xx.xx.2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Şahid1 hadisə yerində aşkar edilmiş cinayətin aləti olan bir ədəd bıçağı digər oxşar bıçaqların arasında tanıyaraq hadisə olan gün avtomobilinin salonunda “bardaçokda” olduğunu bildirmişdir. (c İİİ, i.v 128-133) İşdə olan, xx.xx.2023-cü il tarixli üzləşdirmənin aparılması barədə protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid8 arasında üzləşdirmənin aparılmış, Şahid1 və Şahid8 üzləşdirmə aparılarkən əvvəl verdikləri ifadələrinə oxşar ifadələr vermişlər. (c İİİ, i.v 152-158) İşdə olan, xx.xx.2023-cü il tarixli üzləşdirmənin aparılması barədə protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid3 arasında üzləşdirmənin aparılmış, Şahid1 və Şahid3 arasında üzləşdirmə aparılarkən əvvəl verdikləri ifadələrinə oxşar ifadələr vermişlər. (c İİİ, i.v 159-165) İşdə olan, videogörüntüyə baxış keçirilməsi haqqına xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, “Youtube.com” internet saytında baxış keçirilərkən “AStar” kanalının “Cəlilabadda nişan qana boyandı” adı ilə 29 dəqiqədə 35 saniyə davam edən videonun paylaşdığını və səsləndirdikdə şahid qismində dindirilmiş Şahid1, Şahid3, Şahid8, Şahid6, Şahid7 X8 ölməsi ilə bağlı hadisəyə dair həmin müsahibənin rayon prokurorluğunda şahid qismində dindirilərkən verdikləri ifadələrə oxşar məzmunda olduğu müəyyən edilmişdir. (c İİİ, i.v 204-205) İşdə olan, xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab olaraq Biləsuvar Rayon Polis Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2023-cü il tarixdə səhər saatlarında Şahid5 Cəlilalabad rayonunda yerləşən yaşadığı evinə evlənmək məqsədi ilə elçi kimi göndərdiyi ailə üzvlərinə imtina cavabı verildikdən ailə üzvlərini elçi göndərmişdir. Ona imtina cavabı verildikdən sonra Şahid5 bibisi oğlu X2 Əlizadəyə zəng edərək Şahid5 narahat etdiyinə qəzəblənib onunla görüşmək istəmişdir. Ələt-Astara yolunun Biləsuvar rayon Aşağı Cürəli kəndindən keçən hissəyə X18 Fərəclinin atası Əflatun Fərəcli və tanışı Şahid8lə gələrək Təqsirləndirilən şəxs və atası Şahid1 gözləmişlər. Biləsuvar şəhəri istiqamətində həmin yerə yaxınlıqda Vüsal İlhamlının arxasınca gələn qardaşı Şahid6 və tanışı Şahid7 onları gözləyərək hadisənin getişatını izləmişlər. Hadisə yerinə bir müddət sonra Təqsirləndirilən şəxs, atası Şahid1 və əmisi Şahid2 gəlmişlər. Hadisə vaxtı Təqsirləndirilən şəxs Vüsal İlhamlı ilə dalaşan zamanı üzərində olan bir ədəd bıçaqla Vüsal İlhamlaya xəsarət yetirərək qəsdən öldürmüşdür. Hadisə baş verərkən hadisə yerində Təqsirləndirilən şəxs, Şahid1, Şahid2, Vüsal İlhamlı, Şahid8, Şahid3 başqa şəxslərin olması müəyyən edilməmişdir. Hadisə yerinə “VAZ-2107” markalı, “VAZ-21099” markalı və ya “VAZ-21010” markalı avtomobillər daxil olmaqla hər hansı avtomobilin gəlməsi müəyyən edilməmişdir. Şahid3 və Şahid8 ifadələrində qeyd etdiyi əlamətlərə uyğun şəxslərin hadisə yerində olması və cinayətin törədilməsində hər hansı rolu müəyyən edilməmişdir. (c İİİ, i.v 209-210) İşdə olan, xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Vüsal İlhamlının sağlamlığına zərər vurmayan dərəcələri təyin edilməyən əlamətlərə malik alının sol yarsısında və sol yanaq nahiyyəsində hərəsində bir ədəd qançır, burun çəpəri nahiyyəsində iki ədəd, burun-dodaq büküşü nahiyyəsində bir ədəd və sol bud nahiyyəsində üç ədəd sıyrıq xəsarətləri yetirdiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraatın başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.2-ci maddələrinin cinayət tərkibi əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmiş, hadisə yerinə baxış keçirilərkən götürülmüş bir ədəd məişət təyinatlı mətbəx bıçağı, qanabənzər ləkələrdən dörd ədəd nümunə, Vüsal İlhamlının meyitinə xarixi baxış keçirilərkən hadisə vaxtı əynində olmuş bir ədəd göy rəngli cins şalvar, bir ədəd sızığlı yun köynək, bir ədəd alt maykası, bir ədəd qoluqısa kofta, bir cüt idman ayaqqabısı, bir cüt corab, sonuncunun üzərində aşkar edilmiş bir ədəd Xiaomi Redmi markalı M2101K9AG modelli mobil smartfon, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş və götürülmüş bir ədəd boz qoluqısa köynək, bir ədəd qara cins şalvar, bir ədəd qara rəngli gödəkçə, bir ədəd alt paltarı mayka və tursik, Təqsirləndirilən şəxs istifadəsində olmuş və götürülmüş Samsung Galaxy A33G markalı SM-A336B/DSN modelli mobil smartfon maddi sübut qismində tanınaraq, rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılması, Şahid8 22 aprel 2023-cü il tarixdə hadisə yerində Şahid1 tərəfindən yetirilmiş sağ çiyin qurşağı və sağ bazu nahiyəsində qançırlar, sağ əlin arxa səthində, hər iki said və sol baldır nahiyəsində sıyrıqları xəsarəti son zərurət vəziyyətində edildiyindən sonuncu barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati icraatın başlanması rədd edilmişdir. (c İİİ, i.v 215-244) İşdə olan, şəhadətnamələrin surətlərindən görünür ki, Vüsal İlhamlı evli olmuş, himayəsində xx.xx.2015-ci il, xx.xx.2016-cı il təvəllüdlü iki azyaşlı uşaqları və ölümündən sonra xx.xx.2023-cü ildə uşağı doğulmuşdur. (c İV, i.v 104-106) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: hadisə zamanı əlindəki bıçaqla məqsədi özünü qorumaq olmuşdur, hadisə zamanı bıçağı çıxardandan sonra bir dəqiqə keçməmiş kanala yıxılmışlar, özü üzü üstə kanala yıxılmış, Vüsal kürəyi üstə düşmüş, özü də Vüsalın üstünə, Tarıyel isə böyürlərinə düşmüş, zərərçəkmiş şəxs Vüsal İlhamlıya heç bir bıçaq zərbəsi vurmamış, yalnız onunla birlikdə hadisə yerində olan kanala yıxılmış, həmin vaxt isə Vüsal İlhamlı ayağa qalxaraq oradan çıxıb yolun digər tərəfinə qaçmışdır, Vüsal İlhamlıya bıçaq xəsarətinin hansı şəraitdə və kim tərəfindən yetirilməsindən isə xəbəri olmamışdır. Təqsirlərdirilən şəxsin irəli sürdüyü dəlillərlə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs irəli sürdüyü yuxarıda göstərilən dəlilərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar, iş materiallarında olan sübutlarla-hadisə yerindən aşkar edilmiş maddi sübut, ekspertiza rəyləri, şahid ifadələri, təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələr arasındakı uyğunsuzluqlar və hadisədən sonrakı davranışları tam təkzib edilir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 45-47) və xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İ – i.v. 95-98) şəxs qismində verdiyi ifadələrində eləcə də, xx.xx.2023-cü ildə ifadənin yerində yoxlanılması və əşyanın tanınmaya təqdim edilməsi (cild İ – i.v 144-147, 148-151) istintaq hərəkətləri zamanı işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində və istintaq hərəkətlərində təqsirləndirilən şəxs hadisə zamanı “Vüsalın ondan iri olub fiziki güclü olduğundan belindən tutub qaldırıb yolun digər hissəsinə apardığını və onların qurumuş su arxına yıxıldığını, bu vaxt özü ilə qabaqcadan gətirdiyi və üzərində belində şalvarına keçirdiyi mətbəx bıçağını sağ əli ilə götürüb Vüsalın sinəsinin yan hissəsinə bir dəfə zərbə endirdiyini, bu zərbədən sonra Vüsalın bağıraraq xəndəkdə ondan uzaqlaşıb qaçmağa başladığını və Vüsalın arxasınca qaçdığını, həmin vaxt yolun digər hissəsində Vüsalla gələn saqqallı cavan oğlanın onu tutub saxladığını və onun həmin şəxsin boynundan tutduğunu, lakin onları ayırdıqlarını, Vüsalın yolun digər hissəsinə bağırabağıra qaçıb gəldiyi avtomobilinin yanında yerə yıxıldığını, özünün isə əlindəki bıçağı həmin qurumuş su arxına atdığını, bunu görüb yaşadığı evə qayıtdığını bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə (cild İİ, i.v 126-130, cild İİİ, i.v 78-81, cild İV, i.v 14-19) təqsirləndirilən şəxs qismində vermiş olduğu əlavə ifadələrində hadisə vaxtı Vüsala aşağıdan yuxarıya doğru vurduğu zərbələrin nəticəsi olmadığını görüb üzərində olan bıçağı çıxarıb əlində tutduğunu və həmin an orada olan kanala ikisinin də yıxıldığını, dərin kanala yıxılanda özünün Vüsalın üzərinə yıxıldığını, Vüsalın həmin an qışqırdığını və o əlindəki bıçağın ona batdığını görüb və həmin bıçağı çəkib çıxardığını bildirmişdir. xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs ifadə verərkən məhz müqavilə əsasında Müdafiəçi3 iştirakı ilə xx.xx.2023-cü ildə, xx.xx.2023-cü il tarixli ifadələri ilə birə-bir eyniməzmunlu ifadə vermiş və dindirmə protokolunun sonunda “ifadəmi müdafiəçimin iştirakı ilə oxudum, mənim sözlərimlə doğru yazılıb, əlavə və düzəlişim yoxdur ifadəmin düzgünlüyünü imzamla təsdiq edirəm” sözləri yazılmış, həmin protokol həm özü, həm də müdafiəçi tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı isə “hadisə zamanı bıçağı çıxardandan sonra bir dəqiqə keçməmiş, kanala yıxıldıqlarını, özünün üzü üstə kanala yıxıldığını, Vüsalın kürəyi üstə düşdüyünü, özünün də Vüsalın üstünə, Tarıyel isə böyürlərinə düşdüyünü, həmin an Vüsala bıçaqla xəsarət yetirmədiyini” bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadələri, daha sonra əlavə ifadələri və məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusatlar arasında kəskin ziddiyətlər mövcuddur. Bununla yanaşı onun barəsində Biləsuvar rayon prokurorluğunda cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün ifadələrində zərərçəkmiş şəxs Vüsal İlhamlıya hadisə zamanı əlindəki mətbəx bıçağı ilə xəsarət yetirdiyini inkar etməmiş, bununla bağlı fikir ifadə etməmişdir. Yalnız ilkin şübhəli və təqsirləndirilən şəxs qismində, eləcədə istintaq hərəkətləri zamanı vermiş olduğu ifadələrində belində şalvarına keçirdiyi mətbəx bıçağını sağ əli ilə götürüb Vüsalın sinəsinin yan hissəsinə bir dəfə zərbə endirdiyini bildirsə də, sonradan vermiş olduğu əlavə ifadələrində dərin kanala yıxılanda özünün Vüsalın üzərinə yıxıldığını, Vüsalın həmin an qışqırdığını və o əlindəki bıçağın ona batdığını görüb və həmin bıçağı çəkib çıxardığını bildirmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin yuxarıda qeyd edilən ifadələrini və iş materiallarında olan sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı vermiş olduğu əlavə ifadələrindəki, istərsə də məhkəmə istintaqı zamanı ifadəsindəki bildirdiklərini məhkəmə inandırıcı saymır. Çünki Təqsirləndirilən şəxs həmin ifadələri Vüsal İlhamlının ölümünə səbəb olmuş döş qəfəsinin sol yan ön stəhinin, döş boşluğuna keçməklə ürək kisəsini və ürəyi zədələyən deşilmiş-kəsilmiş yara nəticəsində əmələ gəlmiş kəskin qanitirmə kimi xəsarəti, həmin xəsarətin məhz həyati vacib orqana vurulması, hadisə yerində bir ədəd mətbəx bıçağının aşkar edilməsi, həmin bıçağın Təqsirləndirilən şəxs tərəfindən tanınaraq, məhz hadisə zamanı əlində tutduğu bıçaq olması isə işin mübahisəsiz halı olması, Vüsal İlhamlının hadisə zamanı əynində olmuş köynəyin ön səthində solda bir ədəd, qara rəngli köynəyin ön səthində solda bir ədəd, maykanın ön səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədələrin, məhz həmin bıçağın tiyəsi ilə törənməsinin inkar olunmaması barədə kompleks məhkəmə-tibbi-bioloji və məhkəmə-tibbikrimininalistik ekspertizasının 07 iyun 2023-cü il tarixli rəyi, Şahid3 ifadəsi (hadisə zamanı kanalda bir nəfərin Vüsala tərəf çəkilib əlin yanından qabağa aparıb Vüsala vurduğunu bilvasitə görmüş), təqsirləndirilən şəxsin ilkin və sonrakı (həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı) ifadələri arasındakı ziddiyyətlər, eləcə də Təqsirləndirilən şəxs hadisədən əvvəlki və sonrakı davranışları ilə (Vüsal İlhamlının ona qarşı nalayiq ifadələr işlədərək, sonuncunun təkidi ilə görüşərkən əvvəlcədən mətbəx bıçağını götürərək, üzərində gizlədib, daha sonra aralarında baş vermiş mübahisə və dava-dalaş zamanı həmin məişət təyinatlı mətbəx bıçağını çıxarması, Vüsal İlhamlının bıçaq xəsarəti aldıqdan sonra Təqsirləndirilən şəxs hadisə yerindən qaçması, zərərçəkmiş şəxsə hər hansı bir kömək çağırmaması, daha sonra izi ört-basdır etməyə çalışması, atası Şahid1 cinayəti öz üzərinə götürmək istəməsi, bu barədə aralarındakı danışıqlar) tam təkzib edilir. Artıq bu hallar təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğunu əlavə ifadələrin və məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ilkin ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı vermiş olduğu əlavə ifadələrindəki, istərsə də məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilmək və ya məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində ilkin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı vermiş olduğu əlavə ifadələrinin, həm də məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ilkin şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əlavə və məhkəmə istintaqında işin faktiki halları ilə bağlı ifadələr verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ilkin şübhəli və təqsirləndirilən şəxs qismind ifadələrlə ibtidai istintaqın sonrakı mərhələlərində verdiyi əlavə və məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ilkin şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Beləliklə, məhkəmə tərkibi yuxarıda aparılmış sübutların müqayisəli təhlili nəticəsində Təqsirləndirilən şəxs ibtidai istintaqın sonrakı mərhələlərində verdiyi əlavə və məhkəmə baxışında verdiyi ifadələrinin: 1. maddi sübutlarla uyğun gəlməməsi, 2. şahid ifadələri ilə ziddiyyətdə olması, 3. ekspertiza nəticələrinin qəsdi göstərməsi, 4. hadisədən sonra təqsirləndirilən şəxsin hərəkətlərinin, onun niyyətini sübut etməsi, 5. təqsirləndirilən şəxsin əvvəlki və sonrakı ifadələrində ziddiyətlərin və uyğunsuzluğun olması ilə tam təkzib edilməsi qənaətinə gəlmişdir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs mərhum Vüsal İlhamlının ona mobil telefon vasitəsilə zəng edərək Şahid5 ilə münasibətdə olmamasını tələb edərək ona qarşı nalayiq ifadələri işlətdikdən sonra sonuncunun təkidi ilə saat 23:50 radələrində Ələt- Astara yolunun Biləsuvar rayonu, Aşağı Cürəli kəndindən keçən hissəsində yol kənarında onunla görüşdükdə aralarında baş vermiş mübahisə və dava-dalaş zamanı onu iki əli ilə tutub qaldıraraq yolun digər hissəsinə aparmaq istəyərkən sonuncudan qisas almaq məqsədi ilə üzərində saxladığı soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə sonuncuya bir dəfə zərbə endirərək döş qəfəsinin sol yan səthində döş boşluğuna keçməklə, ürək kisəsinin və ürəyin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətini yetirərək onu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Qəsdən adam öldürmə cinayəti birbaşa törədilən zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəlmiş olur, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ümumiyyətlə hər bir adamöldürmə əməli insanın həyatdan məhrum edilməsi ilə nəticələnən qəddar və amansız cinayətdir. Odur ki, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətin təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə sanksiyada nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Belə ki, hazırki cinayət işi üzrə yuxarıda qeyd edildiyi kimi cəzanı ağırlaşdıran CM-in 61ci maddəsində göstərilən hallar olmasa belə, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli üzrə işin konkret halları, ədalət və fərdiləşmə prinsipi rəhbər tutulmalıdır. İlkin olaraq cinayət törədilmə şəraiti və ictimai təhlükəlik dərəcəsi ondan ibarətdir ki, Təqsirləndirilən şəxs hadisə yerinə, yəni Vüsal İlhamlı ilə avtomobildən düşüb görüşə gedərkən, artıq silah qismində özü ilə bir ədəd mətbəx bıçağı götürmüş və onu üzərində gizlətməklə məhz cinayəti həmin alətlə törətmiş, hədəf olaraq da ürək kimi həyati vacib nahiyəni seçmişdir. Bu hal özü-özlüyündə təhlükənin dərəcəsini yüksəldir. Cinayətin motiv və səbəbinə gəldikdə isə, onlar arasındakı mübahisə zəif və cüzi səbəbdən baş versədə (X16 Əlizadəyə zəng edərək Şahid5 ilə münasibətdə olmamasını tələb edib, ona qarşı nalayiq ifadələr işlətməsi), Təqsirləndirilən şəxs bu səbəbdən qisas almış, nəticə Vüsal İlhamlının ölümü olmuşdur. Bu hal isə özü-özlüyündə Təqsirləndirilən şəxs artıq mənəvi məsuliyyətsizliyi kimi qiymətləndirilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs cinayətdən sonrakı davranışları, yəni hadisə yerində Vüsal İlhamlıya heç bir yardım etməmiş, əksinə hadisə yerindən qaçmış, Vüsal İlhamlının isə əziyyətinin uzanmasına səbəb olmuş, çünki hadisə yerində olmuş şahidlər Şahid8 və X11 İlhamlını yerdən qaldırıb, avtomobilə qoymağa fiziki gücləri kifayyət etməmişdir. Həmçinin hadisə mərhum zərərçəkmiş şəxsin ailəsi üçün ağır mənəvi iztirablar yaratmış, çünki mərhum Vüsal İlhamlının himayəsində xx.xx.2015-ci il, xx.xx.2016-cı il təvəllüdlü olmaqla iki azyaşlı uşaqları olmuş, sonuncunun ölümündən sonra xx.xx.2023-cü ildə onun üçüncü uşağı doğulmuşdur. Məhkəmə tərkibi xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl nəticəsində isə həm iki azyaşlı uşaqlar öz atalarının qayğı və himayəsindən mərhum olmuş, üçüncü uşaq isə daha doğulmadan atasını itirmiş və bütün bunlar həmin ailənin hansı həddə mənəvi ağrı, mərhumiyyətlər və iztirablar içərisində olmasının sübuta ehtiyyacı olmayan göstərişidir. Bundan başqa Təqsirləndirilən şəxs hadisədən sonra da heç bir peşmançılıq göstərməmiş, valideynləri və yaxınları tərəfindən də mərhum zərərçəkmiş şəxsin ailəsinə istər maddi, isrəsə də, mənəvi heç bir yardım göstərilməmişdir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 23 aprel 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Biləsuvar Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan hadisə yerinə baxış keçirilərkən götürülmüş bir ədəd məişət təyinatlı mətbəx bıçağı, qanabənzər ləkələrdən dörd ədəd nümunə, Vüsal İlhamlının meyitinə xarixi baxış keçirilərkən hadisə vaxtı əynində olmuş bir ədəd göy rəngli cins şalvar, bir ədəd sızığlı yun köynək, bir ədəd alt maykası, bir ədəd qoluqısa kofta, bir cüt idman ayaqqabısı, bir cüt corab, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş və götürülmüş bir ədəd boz qoluqısa köynək, bir ədəd qara cins şalvar, bir ədəd qara rəngli gödəkçə, bir ədəd alt paltarı mayka və tursik məhv edilməli, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Biləsuvar Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan Vüsal İlhamlının üzərində aşkar edilmiş bir ədəd Xiaomi Redmi markalı M2101K9AG modelli mobil smartfon anası X6, Təqsirləndirilən şəxs istifadəsində olmuş və götürülmüş Samsung Galaxy A33G markalı SM-A336B/DSN modelli mobil smartfon isə atası Şahid1 qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-80 (səksən) manat Təqsirləndirilən şəxs alınıb “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 23 aprel 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Biləsuvar Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan hadisə yerinə baxış keçirilərkən götürülmüş bir ədəd məişət təyinatlı mətbəx bıçağı, qanabənzər ləkələrdən dörd ədəd nümunə, Vüsal İlhamlının meyitinə xarixi baxış keçirilərkən hadisə vaxtı əynində olmuş bir ədəd göy rəngli cins şalvar, bir ədəd sızığlı yun köynək, bir ədəd alt maykası, bir ədəd qoluqısa kofta, bir cüt idman ayaqqabısı, bir cüt corab, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş və götürülmüş bir ədəd boz qoluqısa köynək, bir ədəd qara cins şalvar, bir ədəd qara rəngli gödəkçə, bir ədəd alt paltarı mayka və tursik məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Biləsuvar Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan Vüsal İlhamlının üzərində aşkar edilmiş bir ədəd Xiaomi Redmi markalı M2101K9AG modelli mobil smartfon anası X6, Təqsirləndirilən şəxs istifadəsində olmuş və götürülmüş Samsung Galaxy A33G markalı SM-A336B/DSN modelli mobil smartfon isə atası Şahid1 qaytarılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-80 (səksən) manat Təqsirləndirilən şəxs alınıb “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev Əsli ilə düzdür: Hakim: Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar