Məhkəmə qərarları › İş №1(099)-140/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-140/2022

08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-140/2022 08.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili X5 iştirakı ilə 12 avqust 1989-cu ildə Sabirabad rayonunun Yaxa- Dəllək kəndində doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sabirabad rayonunun Yaxa-Dəllək kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb əldə etməklə saxlamışdır. Belə ki, o, 2021-ci ilin mart ayında Sabirabad rayonunun Yaxa-dəllək kəndində yaşadığı evin həyətyanı sahəsində torpağı şumlayıb əkinə yaralı hala gətirməklə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkib, onlara aqrotexniki qaydada qulluq edərək, xeyli miqdarda-13 ədəd çətənə (kannabis) bitkisini yetişdirib kultivasiya etmiş, həmin bitkilərin hissələrini toplayıb, satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda-1145,17 qram narkotik vasitə olan qurudulmuş marixuana hazırlayaraq, yaşadığı evdə və həyətyanı sahəsində qanunsuz saxlamış, 20 avqust 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis X9 Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxlanılıb üzərində şəxsi axtarış zamanı, əynindəki şalvarının cibindən bir ədəd sellofan torbacıqda 0,79 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub götürülmüş, daha sonra həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonunun Yaxa-dəllək kəndində olan evin və həyətyanı sahəsinə baxış keçirilən zaman, evin yataq otağındakı stolun üstündə qoyulmuş səbətin içərisində 8,45 qram, həmin otaqda pəncərənin qarşısında olan meyvə vazasının içərisindəki bir ədəd kibrit qutusunda 2,11 qram, evin mətbəxində pəncərənin qarşısındakı çemodanın içərəsində bir ədəd gümüşü rəngli kağız bükümdə 0,35 qram, evə girişdən sağ tərəfdə kərpicin arasında bir ədəd kağız bükümdə 3,47 qram, evin tavan hissəsində bir ədəd qırmızımtıl rəngli polietilen torbada 30,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də həyətyanı sahədəki tövlədə xeyli miqdarda-13 ədəd narkotik tərkibli çətənə bitkiləri və həmin bitkilərin altında torpaq üzərinə sərib qurutduğu 1100,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində üç azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Sabirabad rayonunun Yaxa-Dəllək kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi əməklə, yəni daş karxanasında fəhləliklə məşğul olmuşdur.Təxminən iki ildir ki, “nəşə” adlanan narkotik maddədən, yəni marixuanadan (qurudulmuş marixuanadan) istifadə etməyə başlamış və hərdənbir marixuanadan istifadə etmişdir. Marixuanadan istifadə edərkən toxumları yığıb saxlamış, sonradan həmin toxumları evinin həyətyanı sahəsində əkmək qərarına gələrək 2021-ci ilin fevral ayında yaşadığı evin həyətyanı sahəsində olan, tövlə kimi istifadə etdiyi üstüaçıq tikilinin içərisində torpağı şumlayıb əkmişdir.Əkdiyi toxumlardan 13 ədəd çətənə kolu çıxmış, onlara su verməklə qulluq etmişdir. Həmin çətənə bitkiləri özünün şəxsi istifadəsi üçün əkib-yetişdirmişdir.Bir neçə aydan sonra çətənə bitkilərin aşağıdan yuxarıya doğru yarpaqlarını qayçı ilə kəsmişdir ki, yaxşı inkişaf etsin. Həm də kəsib topladığı yarpaqlardan quru halda olanları bir neçə sellofana yığıb evin müxtəlif yerlərində gizlətmişdir sonradan istifadə etsin.Həmin vaxt bitkilərin aşağısına-yerə tökülmüş yarpaqlar torpağın üzərində qalmaqla qurumuşdur.20 avqust 2021-ci il tarixdə evdə gizlətdiyi marixuanadan bir büküm götürüb cibinə qoymuşdur ki, istifadə etsin.Sonra o, evdən çıxmışdır ki, kənar bir yerdə marixuanadan istifadə etsin.Yaşadığı kənddə yolla piyada hərəkət edərkən bir neçə polis əməkdaşı onu saxlayıb üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğu bildirilib polis bölməsinə aparılmışdır.Polis bölməsində polis əməkdaşları tərəfindən vəkilin iştirakı ilə axtarış aparılmış və əynindəki şalvarının cibində saxladığı bir ədəd sellofan bükümdə olan marixuana aşkar edilib götürülmüşdür.Şifahi sorğu zamanı o, yaşadığı evdə marixuana saxladığını, həm də həyətyanı sahəsində çətənə kolu əkdiyini bildirmişdir.Bundan sonra polis əməkdaşları tərəfindən kənd bələdiyyəsinin sədri, kənd icra nümayəndəliyinin işçisinin və özünün iştirakı ilə yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilmişdir.Baxış zamanı yaşadığı evin yataq otağındakı masanın üzərində olan səbətin içərisində, pəncərənin qarşısındakı meyvə vazasının içərisində, evin mətbəxin pəncərəsinin qarşısında olan çantanın içərisində, pilləkənin sol küncündə kərpic divarın arasında və evin damından bir ədəd sellofan torbada qurudulmuş marixana kütlələri aşkar edilib götürülmüşdür.Bundan sonra həyətyanı sahəyə baxış zamanı həyətyanı sahədə olan heyvan damı kimi istifadə etdiyi yerdən 13 ədəd çətənə bitkiləri aşkar edilib götürülmüşdür.Həmçinin çətənə bitkilərinin altına, torpaq üzərinə tökülmüş çətənə kollarının yarpaqları da qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür.Bundan sonra sənədləşmə aparılmışdır.O, özünün şəxsi istifadəsi məqsədilə 13 ədəd çətənə bitkiləri əkib-yetişdirmiş, həmçinin çətənə bitkilərindən yığıb qurudub saxladığı marixuana təxminən 100-200 qram olmuş, onları ayrı-ayrı bükümlərə və qablara qablaşdırıb özünün şəxsi istifadəsi üçün yaşadığı evdə ayrı-ayrı yerlərdə gizlədib saxlamışdır.O, heç kimə marixuana satmamışdır.O, özünün istifadəsi üçün həyətyanı sahədə çətənə bitkiləri əkibyetişdirmiş, həmçinin az miqdarda quru vəziyyətdə olan marixuananı evində saxlamış və buna görə də əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı şahid X10 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin Qaragüney PB-nin əməkdaşıdır.20 avqust 2021-ci il tarixdə Sabirabad rayonunun Yaxa-Dəllək kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində çətənə bitkisi əkməsi və narkotik vasitə əldə edib üzərində saxlaması barədə məlumat daxıl olmuş və o, həmin məlumatın yoxlanması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etmişdir.Belə ki, həmin gün əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs yaşadığı kənddə küçədə saxlanılıb narkotik maddələr əldə edib üzərində gəzdirməkdə şübhəli olduğu bildirilib polis bölməsinə aparılmışdır.Polis bölməsində müstəntiq tərəfindən müdafiəçinin və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində bir ədəd bükümdə marixuanaya oxşar kütlə aşkar edilib götürülmüşdür.Bundan sonra həmin gün axşam saatlarında müstəntiq tərəfindən müdafiəçinin və Təqsirləndirilən şəxs, mütəxəssisaqronomun və iki hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə ayrı-ayrı yerlərdə qabların və bükümlərin içərisində qurudulmuş marixuanaya oxşar kütlələr, habelə həyətyanı sahədə tövlə adlanan yerin içərisində 13 ədəd çətənə bitkiləri aşkar edilib götürülmüşdür. Sonra keçirilmiş tədbirlə bağlı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Sabirabad rayonunun İHB-nın Minbaşı kənd İƏD üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. 20 avqust 2021-ci il tarixdə, axşam saatlarınada X2 bildirilmişdir ki, nümayəndəliyin ərazisində yaşayan bir nəfər şəxs narkotiklə bağlı tutulub polis bölməsinə gətirilmişdir.Sonra o, polis bölməsinə getmiş və orada nümayəndəliyin ərazisinə aid Yaxa-Dəllək kənd sakini Təqsirləndirilən şəxs tutulmasını bilmişdir.Sonra polis bölməsində onun və Minbaşa bələdiyyəsinin işçisi Rəhimin (Şahid4) iştirakları ilə (hal şahidliyi ilə) polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmasında, sonra Yaxa-Dəllək kəndində Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxışın keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Polis bölməsində üzərində axtarış zamanı Təqsirləndirilən şəxs üzərində bir ədəd bükümdə marixuanaya oxşar kütlə aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış zamanı isə Təqsirləndirilən şəxs yaşadığı evdə ayrı-ayrı yerlərdə qabların və bükümlərin içərisində qurudulmuş marixuanaya oxşar kütlələr, habelə həyətyanı sahədə tövlə adlanan yerin içərisində 13 ədəd çətənə bitkiləri aşkar edilib götürülmüşdür. Sonra keçirilmiş tədbirlə bağlı sənədləşmə aparılmışdır. İşdə olan, Sabirabad RPŞ-nin Qaragüney PB-nin əməkdaşının 20 avqust 2021-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Sabirabad rayonunun Yaxa-Dəllək kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində çətənə bitkiləri əkibyetişdirməsi və narkotik vasitələr əldə edib üzərində saxlaması və X4 dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanılması ilə bağlı 20 avqust 2021-ci il tarixdə, saat 16 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yaşadığı kənddə saxlanılıb Sabirabad RPŞ-nin Qaragüney PB-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış aparılması haqqında” 20 avqust 2021-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, həmin tarixdə Sabirabad RPŞ-nin İB-nin müstəntiqi Nurlan Mirzəyev tərəfindən müdafiəçinin və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində bir bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilib götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin marixuana olduğunu və həmin marixuananı həyətində əkib-yetişdirdiyi çətənə bitkisindən əldə etdiyini, özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İşdə olan, “Baxış keçirilməsi haqqında” 20 avqust 2021-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, həmin tarixdə Sabirabad RPŞnin İB-nin müstəntiqi Nurlan Mirzəyev tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonunun Yaxa-Dəllək kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəsinə Təqsirləndirilən şəxs, aqranom-mütəxəssisin və hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı masanın üzərində olan səbətin içərisində, pəncərənin qarşısındakı meyvə vazasının içərisində, evin mətbəxin pəncərəsinin qarşısında olan çantanın içərisində, pilləkənin sol küncündə kərpic divarın arasında və evin damından bir ədəd sellofan torbada qurudulmuş marixanaya oxşar kütlələri aşkar edilib götürülmüşdür. Habelə həyətyanı sahəyə baxış zamanı həyətyanı sahədə olan tövlənin içərisində çətənə bitkilərinə oxşar 13 ədəd bitkilər aşkar edilib götürülmüşdür. İşdə olan, 20 avqust 2021-ci il tarixli “Mütəxəssis rəyi”nə əsasən həmin tarixdə Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən aşkar edilmiş, Sabirabad rayonunun Yaxa- Dəllək kəndində, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahədə olan yardımçı tikilinin içərisində aşkar olunmuş 13 ədəd bitkilər tərkibində narkotik maddələr olan çətənə kollarıdır və həmin bitkilər aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 21 avqust 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “.Təqsirləndirilən şəxs üzərində ” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd sellofan torbacıqda təmiz çəkisi 0,79 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş üzərində “ Təqsirləndirilən şəxs...səbətin içərisində ” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 8,45 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş üzərində“ Təqsirləndirilən şəxs meyvə vazasının içərisində .” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi 2,11 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş üzərində“..Təqsirləndirilən şəxs...mətbəxdəki çemodanın içərisində ” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,35 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş üzərində “.Təqsirləndirilən şəxs evə girişdə .sözləri və imzalar olan kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi 3,47 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş üzərində “.Təqsirləndirilən şəxs evə girişdə.sözləri və imzalar olan polietilen torbadakı 1 ədəd qırmızımtıl rəngli poletilen torbada təmiz çəkisi 30,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “.Təqsirləndirilən şəxs həyətyanı sözləri və imzalar olan 1 ədəd sintetik torbada təmiz çəkisi 1100,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “... Təqsirləndirilən şəxs həyətyanı ...” sözləri və imzalar olan 1 ədəd sintetik torba bağlamada 10 ədəd (yaş vəziyyətdə ümumi təmiz çəkisi 2700,0qram), 1 ədəd sintetik torba bağlamada 2 ədəd (yaş vəziyyətdə ümumi təmiz çəkisi 2900,0 qram) və 1 ədəd sintetik torba bağlamada 1 ədəd (yaş vəziyyətdə təmiz çəkisi 3000,0 qram) olmaqla, 3 ədəd sintetik torba bağlamadakı cəmi 13 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 8600,0 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürüldüyü qeyd edilən çətənə bitkiləri ilə yaşadığı evdən və həyətindən götürüldüyü qeyd edilən marixuanalar eyni tərkiblidir. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq marixuana 1145,03 qramdır.Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 18 noyabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, “Maddi sübut hesab edilməsi haqqında” 22 avqust 2021-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 13 ədəd çətənə (kannabis) bitkisi və 1145,03 qram qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (üzərində və yaşadığı evdə aşkar olunmuş qurudulmuş marixuananın cəmi çəkisinin təxminən 100-200 qram olması, əkib-yetişdirdiyi çətənə bitkilərindən toblayıb hazırlayaraq əldə etdiyi qurudulmuş marixuananı yalnız özünün şəxsi istifadəsi üçün saxlaması, həmin narkotik maddəni kiməsə satmaq niyyətinin olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni üzərində və yaşadığı evdə aşkar olunmuş qurudulmuş marixuananın cəmi çəkisinin təxminən 100-200 qram olması, əkib-yetişdirdiyi çətənə bitkilərindən toblayıb hazırlayaraq əldə etdiyi qurudulmuş marixuananı yalnız özünün şəxsi istifadəsi üçün saxlaması, həmin narkotik maddəni kiməsə satmaq niyyətinin olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması, yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsi ilə bağlı protokollarla (həmin protokollarda ittihamda göstərilən hallar təsdiq olunur), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkmə, yetişdirmə və hissələrini toplamaqla kultivasiya etməsi, satış məqsədi ilə qanunsuz olaraq narkotik və psixotrop maddələri əldə etmə, daşıma, saxlama və satma cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ və İİ Siyahıya əsasən kimi beynəlxalq adı “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddə narkotik vasitədir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, qurudulmuş marixuananın 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Habelə həmin Qanunun “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər”ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan “Çətənə növlü bitkilər”in sayı 3-15 ədəd olduqda xeyli miqdar hesab olunur. Həmçinin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 13 ədəd çətənə (kannabis) bitkilərinin sayı xeyli miqdardadır, habelə ondan götürülmüş 1145,17 qram narkotik vasitə olan qurudulmuş marixuana, şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir.Həmçinin Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib-yetişdirdiyi çətənə bitkilərindən toplayıb hazırlamaqla əldə etdiyi qurudulmuş marixuananı çoxsaylı xırda bağlamalara büküb yaşadığı evdə ayrı-ayrı yerlərdə gizlədib saxlaması, eləcə də həmin bükümlərdən birini üzərində saxlamaqla gəzdirməsi onun həmin maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşaması kimi qiymətləndirilməyə əsas verən hallardan biri kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş və satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış və satmışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə tövsif edilmişdir. İşdə olan, Sabirabad Rayon Məhkəməsinin 22 avqust 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, tutulduğu tarixdən-20 avqust 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Sabirabad rayonu İHB-nın Minbaşı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 avqust 2021-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Sabirabad rayonunun Yaxa-Dəllək kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (yaşadığı müddətdə ondan şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Minbaşı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 avqust 2021-ci il tarixli arayış, nikahın bağlanması və doğum haqqında şəhadətnamələrin surətləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində uşaqlar: 11 may 2012-ci il təvəllüdlü X11, 26 may 2014-cü il təvəllüdlü X12 və 29 avqust 2020-ci il təvəllüdlü X13 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxsa cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cazanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, və təyin edilmiş cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 20 avqust 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Sabirabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan 13 ədəd çətənə (kannabis) bitkisi və 1145,03 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X4 X7 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 20 avqust 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 13 ədəd çətənə (kannabis) bitkisi və 1145,03 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar