Məhkəmə qərarları › İş №1(099)-140/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-140/2023

27.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-140/2023 27.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim - X14 oğlunun sədrliyi ilə, hakimlər - Quliyev Nizami Fərzi oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçilər - Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxxx 1980-cı ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu Mikayıllı kəndində qeydiyyatda olmaqla həmin rayonun Uzuntəpə kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.4.3-cü maddələri ilə və xx xxxxxx 1981-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Mikayıllı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, 10 avqust 2022-ci il tarixdə saat 11 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Cəlilabad şəhərində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,589 qram olmaqla tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar edilib götürülmüşdür. Bundan başqa o, məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi ilə təmiz çəkisi 2,315 qram külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla Cəlilabad rayonu, Uzuntəpə kəndinə daşıyıb 21 oktyabr 2022-ci il tarixdə, saat 18 radələrində 10 (on) manat pulun qarşılığında həmin narkotik vasitənin təmiz çəkisi 0,821 qram çəkidə olan hissəsini tanışı Təqsirləndirilən şəxs2 satmış, 21 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 ilə birlikdə Cəlilabad rayonu, Uzuntəpə kəndində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərilərində şəxsi axtarış aparılarkən iki ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 1,080 qram və 0,414 qram olmaqla, ümumi təmiz çəkisi 1,494 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan boz rəngli şalvarın sağ yan cibindən, onun Təqsirləndirilən şəxs2 10 (on) manat pulun qarşılığında satdığı bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,821 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 21 oktyabr 2022-ci il tarixdə, saat 18 radələrində tanışı Təqsirləndirilən şəxs1 Cəlilabad rayonu, Uzuntəpə kəndində satış məqsədi olmadan özünün istifadə etməsi üçün şəxsi istehlak miqdarından artıq təmiz çəkisi 0,821 qram narkotik vasitə olan heroini 10 (on) manat pulun qarşılığında qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 21 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Uzuntəpə kəndində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 01 ədəd kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,821 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda narkotik vasitə qəbul etdiyi üçün özünü qismən təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, o narkotik vasitə istifadəçisi olmuş, narkotik vasitəni tanımadığı şəxslərdən müxtəlif qiymətlərə alıb istifadə etmişdir. 21 oktyabr 2022-ci il tarixdə əvvəllər tanıdığı və narkotik vasitə istifadəçisi olduğunu bildiyi Təqsirləndirilən şəxs2 ona zəng edib vəziyətinin pis olduğunu, narkotik vasitə istifadə etmək istədiyini demiş, ona görə də gedib narkotik vasitə almış və birlikdə yaşadığı evə gəlmişlər. Evdə narkotik vasitəni istifadə edərkən Elsevər adlı tanışları ora gəlmiş, sonra isə polislər gələrək evi axtarmış, lakin heç nə tapa bilməmişlər. Daha sonra onlar polis şöbəsinə aparılmışlar. Orada ona bir büküm verib sağ cibinə qoymağını və aşkar olunarkən onu yoldan tapdığını deməyini bildirmişlər. Həmin vaxt Ruslana da bir büküm verilmiş və ona həmin büküm onda aşkar olunarkən onu Əlidən, yəni ondan aldığını bildirməsi deyilmişdir. Əvvəl onun barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işinin istintaqı aparılmış, etap olunub qayıtdıqdan sonra isə əməli CM-nin 234.4.3-cü maddəsinə tövsüf edilmişdir. Ruslanla çəkdiyi narkotik vasitəni Raci adlı bir şəxsdən 15 manata almışdır. O sadəcə olaraq narkotik vasitə istifadə etmiş, narkotik vasitə satmamışdır. Bundan əvvəl isə 10 avqust 2022-ci il tarixdə narkotik vasitə istifadəçisi kimi tutulmuş, həmin vaxt ona narkotik vasitəni Cəlilabad şəhərində “İran Bazarı” adlanan ərazidə tapdığını yazdırmışlar. 10 avqust 2022-ci il tarixdə saxlanılarkən onun üzərində narkotik vasitə olmamış, həmin gün marketdən çıxanda saxlanılıb polis şöbəsinə aparılmışdır. Həmin vaxt tutulanda ona zor tətbiq olunmuş, ona zor tətbiq olunması barədə qorxub şikayət etməmişdir. O, Ruslana narkotik vasitə satmamış, sonuncu onun uşaqlıq dostudur, onun üçün narkotik vasitə almış və birlikdə istifadə etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs1 verdiyi ifadəsinə tənqidi yanaşaraq onun ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, o bir neçə il bundan əvvəl narkotik vasitədən istifadə etməyə başlamış, Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanımışdır. Onunla bir neçə dəfə birlikdə narkotik vasitə qəbul etmişdir. O, narkotik vasitə satan şəxs tanımadığından, Əlinin isə belə tanışı olduğundan 21 oktyabr 2022-ci il tarixdə ondan istifadə üçün narkotik vasitə almasını xahiş etmiş, Əli onun verdiyi pul ilə narkotik vasitə almış və həmin gün Əlinin evində narkotik vasitədən istifadə edərkən oraya əvvəl Elsevər adlı tanışları gəlmiş, Əli Elsevərə nə üçün gəldiyini deyib onu evdən çıxarmaq istədiyi zaman polis əməkdaşları gəlmiş və polis əməkdaşları tərəfindən tutulmuşlar. Həmin vaxt narkotik vasitəni tam istifadə etmədiklərindən onda həmin narkotik vasitədən bir az qalmışdır. Polis əməkdaşları onu döyüb təhqir etməmiş, Əlinin döyülməsini isə görməmişdir. Daha sonra isə o, həmçinin ifadəsində göstərmişdir ki, o Əlinin aldığı narkotik vasitədən onun xəbəri olmadan bir hissə götürmüşdür. Polislər Əlinin evinə gəldikdə o qaçmış, ona görə də polis əməkdaşları onu sonra çöldə tutmuşlar. Məhkəmə Təqsirləndirilən şəxs2 21 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadə üçün narkotik vasitə almasını xahiş etməsi, Əlinin onun verdiyi pul ilə birgə istifadələri üçün narkotik vasitə alması və həmin gün Əlinin evində narkotik vasitədən istifadə edərkən polis əməkdaşları tərəfindən tutulmaları, sonra isə onun özünün polis əməkdaşları gəldikdən sonra qaçmaq istərkən çöldə tutulması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq onun bu hissələrdə ifadəsini digər Təqsirləndirilən şəxs1 müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri Təqsirləndirilən şəxs2 qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Cəlilabad RPŞ-nın NMQ-nun baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 10 avqust 2022-ci il tarixdə Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələri qanunsuz olaraq əldə edib üzərində daşımaqda şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumatın yoxlanılması məqsədilə “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” tərəfindən qərar qəbul edilmişdir. Həmin gün saat 11 radələrində əməliyyat qrupu ilə birlikdə Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisində piyada hərəkət edərkən ona yaxınlaşmışlar. Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Ondan üzərində narkotik vasitə və ya psixotrop maddələr olub-olmamasını soruşan zaman Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra onu Cəlilabad rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Onun üzərində şəxsi axtarış aparılan zaman özü əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükülünü təqdim etmişdir. Həmin bükülüyə təhqiqatçı tərəfindən baxış keçirilən zaman xüsusi əlamətlərindən narkotik vasitə heroin olması müəyyən olunmuşdur. Şəxsi axtarış davam etdirilən zaman üzərindən dövriyyəsi qanunla qadağan edilmiş başqa hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni haradan və nə məqsədlə əldə edilməsi soruşularkən o, həmin narkotik vasitəni Cəlilabad şəhəri, İran bazarı adlanan ərazidə yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Polis şöbəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs1 dərhal vəkillə təmin edilmiş, onun üzərinə baxış videoçəkiliş aparılmaqla keçirilmişdir. Təqsirləndirilən şəxs1 ona qarşı hər hansı bir qanunsuz hərəkət olması ilə bağlı şikayət etməmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Cəlilabad RPŞ-nin Post patrul xidməti bölüyünün polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2022-ci il tarixdə o digər polis əməkdaşları ilə birlikdə Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs1 saxlanılması üçün yaradılmış əməliyyat qrupunun tərkibində olmuş, həmin gün saat 19 radələrində Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisində yolun kənarında Təqsirləndirilən şəxs1 və yanında iki nəfər şəxsin dayanıb nəyinsə haqqında müzakirə etdiklərini görmüşlər. Dərhal yaxınlaşıb, Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışında, digər şəxslərin isə narkotik vasitələrin qanunsuz istifadəsində və üzərlərində saxlamalarında şübhəli olduqlarını bildirmişlər. Həmin şəxslərin saxlanıldığı yerdə şəxsi axtarış aparılması üçün şərait olmadığından onları Cəlilabad rayon polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Polis şöbəsində təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini bildirmiş, o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd göy rəngli sellofana və bir ədəd bir ədəd siqaret kağızına bükülmüş iki ədəd bükülünü təqdim etmişdir. Həmin bükülülərdə narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Üzərində şəxsi axtarış davam etdirilərkən əlavə olaraq dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsi bildirilmiş, o, əynində olan şalvarın cibindən bir ədəd siqaret kağızına bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükülüyə təhqiqatçı tərəfindən baxış keçirilən zaman xüsusi əlamətlərindən narkotik vasitə heroin olması müəyyən olunmuşdur. O, narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. X2 üzərində isə qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Onlar həmin şəxsləri Təqsirləndirilən şəxs1 evində deyil, Uzuntəpə kəndi ərazisində yolun kənarında saxlamışlar. Ruslan narkotik vasitəni Əlidən aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, Şahid4 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2022-ci il tarixdə Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində daşımaqda şübhəli olması barədə şöbəyə əməliyyat məlumatı daxil olmuş, bu səbəbdən əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs1 yerini müəyyən etdikdən sonra həmin gün saat 19 radələrində onun Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisində yolun kənarında iki nəfər şəxslə dayanıb mübahisə etdiyini görmüşlər. Dərhal yaxınlaşıb, Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışında, digər şəxslərin isə narkotik vasitələrin qanunsuz istifadəsində və üzərlərində saxlamalarında şübhəli olduqlarını bildirmişlər. Həmin şəxslərin saxlanıldığı yerdə şəxsi axtarış aparılması üçün şərait olmadığından onları Cəlilabad rayon polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Polis şöbəsində təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini bildirmiş, o, əynində olan şalvarın cibindən iki ədəd bükülünü təqdim etmişdir. Həmin bükülülərdə narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Üzərində şəxsi axtarış davam etdirilərkən əlavə olaraq dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsi bildirilmiş, o, əynində olan şalvarın cibindən bir ədəd siqaret kağızına bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükülüyə təhqiqatçı tərəfindən baxış keçirilən zaman xüsusi əlamətlərindən narkotik vasitə heroin olması müəyyən olunmuşdur. O, narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, onu 10 manata Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. X2 üzərində isə qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Onlar Təqsirləndirilən şəxs1 evində tutulmamış, onlara zor tətbiq olunmamış, vəkillə təmin olunmuşlar. Təqsirləndirilən şəxs1 üzərindən 2 büküm, Təqsirləndirilən şəxs2 üzərindən isə 1 büküm aşkar olunmuş, Ruslan narkotik vasitəni Əlidən aldığını, Əli isə tapdığını bildirmişdir. Onlara yaxınlaşanda mübahisə etdiklərini görmüş, nə üçün mübahisə etdiklərini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin Post patrul xidməti bölüyünün polis nəfəri Şahid5 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2022-ci il tarixdə o digər polis əməkdaşları ilə birlikdə Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs1 saxlanılması üçün yaradılmış əməliyyat qrupunun tərkibində olmuş, həmin gün saat 19 radələrində Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisində yolun kənarında Təqsirləndirilən şəxs1 və yanında iki nəfər şəxsin dayanıb nəyisə müzakirə etdiklərini görmüşlər. Dərhal yaxınlaşıb, Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib onları şöbəyə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini bildirmişdir. O, əynində olan şalvarın yan cibindən iki ədəd bükülünü təqdim etmişdir. Həmin bükülülərdə narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuş, üzərində şəxsi axtarış davam etdirilərkən əlavə olaraq dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsi bildirilmiş, o, əynində olan şalvarın cibindən bir ədəd siqaret kağızına bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükülüyə təhqiqatçı tərəfindən baxış keçirilən zaman narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. O, narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, onu həmin gün Əlidən aldığını bildirmişdir. X2 üzərində isə qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Onlar Uzuntəpə kəndi ərazisində yolun kənarında saxlanılmış, saxlanılarkən onlara zor tətbiq olunmamış, üzərlərinə baxış zamanı müdafiəçi ilə təmin olunmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin təlimatçısı Şahid6 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2022-ci il tarixdə Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində daşımaqda şübhəli olması barədə şöbəyə əməliyyat məlumatı daxil olmuş, o bu səbəbdən yaradılmış əməliyyat-təhqiqat qrupunun tərkibində olmuş, həmin gün saat 19 radələrində Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisində yolun kənarında Təqsirləndirilən şəxs1 və yanında iki nəfər şəxsin dayanıb nəyisə müzakirə etdiklərini görmüşlər. Dərhal yaxınlaşıb, Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib onları şöbəyə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini bildirmiş, o, əynində olan şalvarın yan cibindən iki ədəd bükülünü təqdim etmişdir. Həmin bükülülərdə narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuş, üzərində şəxsi axtarış davam etdirilərkən əlavə olaraq dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsi bildirilmiş, o, əynində olan şalvarın cibindən bir ədəd siqaret kağızına bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükülüyə təhqiqatçı tərəfindən baxış keçirilən zaman narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Narkotik vasitələr qablaşdırılmışdır. Əli onun üzərində aşkar olunmuş narkotik vasitəni tapdığını bildirmiş, Ruslan isə üzərində aşkar olunmuş narkotik vasitəni Əlidən aldığını demişdir. Onlar üzərlərinə keçirilən baxış zamanı müdafiəçi ilə təmin olunmuş, Uzuntəpə kəndi ərazisində yolun kənarında saxlamışlar və onlara qarşı qətiyyən zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2022-ci il tarixdə Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində daşımaqda şübhəli olması barədə şöbəyə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu ilə onun yerini müəyyən etmişlər. Təqsirləndirilən şəxs1 həmin gün saat 19 radələrində Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisində yolun kənarında iki nəfər şəxslə dayanıb mübahisə etdiyini görmüşlər. Yaxınlaşıb həmin şəxsləri saxlayaraq Cəlilabad rayon polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Polis şöbəsində təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini bildirmişdir. O, əynində olan şalvarın cibindən iki ədəd bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülülərdə narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Üzərində şəxsi axtarış davam etdirilərkən əlavə olaraq dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsi bildirilmiş, o, əynində olan şalvarın cibindən bir ədəd siqaret kağızına bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükülüyə təhqiqatçı tərəfindən baxış keçirilən zaman xüsusi əlamətlərindən narkotik vasitə heroin olması müəyyən olunmuşdur. O, narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, onu 10 manata Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. X2 üzərində isə qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitəni yoldan tapdığını demişdir. Cinayət işinin icraat materiallarına əlavə edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 10 avqust 2022-ci il tarixli, 19/838 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmişüzərində“vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bir bükümdə olan narkotik vasitəyə bənzər kütlə zərfə qoyuldu...” sözləri və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,589 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin icraat materiallarına əlavə edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 22 oktyabr 2022-ci il tarixli, 19/1103 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlələr...” sözləri və imzalar olan bir ədəd zərfdəki 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,080 qram və 0,414 qram olmaqla, ümumi təmiz çəkisi 1,494 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə fərqlidirlər. Cinayət işinin icraat materiallarına əlavə edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 22 oktyabr 2022-ci il tarixli, 19/1104 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmişüzərində “ Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlə...” sözləri və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,821 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus 1 büküm heroin, Təqsirləndirilən şəxs1 məxsus 2 büküm heroinlərdən 1 bükümü ilə eynidir, digər bükümdən isə xarici görünüşünə və kimyəvi komponent tərkiblərinə görə fəqlidir. Cinayət işinin icraat materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 18 avqust 2022-ci il tarixli 847 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin icraat materiallarına əlavə edilmişməhkəmə-narkoloji ekspertizasının 04 noyabr 2022-ci il tarixli 1147 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində 2018-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Cinayət işinin icraat materiallarına əlavə edilmişCəlilabad rayon Mərkəzi xəstəxanası X8 daxil olan 22 noyabr 2022-ci il tarixli, PHŞ/6-32-2-2022-665 saylı məktubdan görünür ki, Abışov X7 RMX-nın polikinika şöbəsinin psixoloji kabinetində xəstə kimi qeydiyyatda yoxdur. Narkoloji kabinetində xəstə kimi qeydiyyatdadır. Cinayət işinin icraat materiallarına əlavə edilmiş Cəlilabad rayon Mərkəzi xəstəxanası X8 daxil olan 22 noyabr 2022-ci il tarixli, PHŞ/6-32-2-2022-666 saylı məktubdan görünür ki, Məmmədov X6 RMX-nın polikinika şöbəsinin psixoloji kabinetində xəstə kimi qeydiyyatda yoxdur. Lakin narkoloji kabinetində 2018-ci ildən xəstə kimi qeydiyyatdadır. Cinayət işinin materillarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Cəlilabad RİHB-nın Mikayıllı kənd İƏDÜ nümayəndəliyinin 27 oktyabr 2022-ci il tarixli 375 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi həyat yoldaşı V.A.Həsənova, 2010-cu il təvəllüdlü oğlu X5 və 2018-ci il təvəllüdlü qızı X3 ibarətdir. Cinayət işinin materiallarına əlavə edilmiş Cəlilabad RİHB-nın Mikayıllı kənd İƏDÜ nümayəndəliyinin 26 sentyabr 2022-ci il tarixli 328 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi həyat yoldaşı, iki qızı və bir oğlundan ibarətdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 03 noyabr 2022-ci il tarixli tələbnaməyə əsasən Məmmədov X6 rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 66.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 24 yanvar 2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 01 sentyabr 2022-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs1 Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin 07 dekabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, “28 May-Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli qərarına əsasən 30 iyun 2016-cı ildə cəzadan azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2, həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən isə Təqsirləndirilən şəxs1 məhkumluqları ödənilmişdir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: Təqsirləndirilən şəxs2 ifadəsi, şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs1 istinad edilən cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1na cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmaqla ona Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Eyni zamanda məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: Təqsirləndirilən şəxs2 etirafedici ifadəsi, şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs2 istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, həmçinin törətdiyi cinayət əməlini etiraf etməsini, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilmədi) halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə narkoloji ekspertizasıının rəyinə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək“ başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməsi məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs2 haqqında olan hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad RPŞ-nin “maddi sübutların saxlanması otağı”nda saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və təyin edilərək keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasında tədqiqata sərf edildikdən sonra faktiki olaraq təmiz çəkisi 1,539 qram qalmış narkotik vasitə heroinin, Təqsirləndirilən şəxs1 üzərindən iki ədəd bükümdə aşkar olunaraq götürülmüş və təyin edilərək keçirilmiş məhkəmə-fiziki kimyəvi ekspertizasında tədqiqata sərf edildikdən sonra faktiki olaraq təmiz çəkisi 1,394 qram qalmış narkotik vasitə heroinin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş və təyin edilərək keçirilmiş məhkəmə-fiziki kimyəvi ekspertizasında tədqiqata sərf edildikdən sonra faktiki olaraq təmiz çəkisi 0,771 qram qalmış narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi,iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən üç ədəd DVD diskin isə cinayət işinin materiallarında saxlanılması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertiza xərci olan xərci olan cəmi 180 (yüz səksən) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni 90 (doxsan) manat Təqsirləndirilən şəxs1 və 90 (doxsan) manat Təqsirləndirilən şəxs2 alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, hərbi məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti cəza olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 21 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 21 oktyabr 2022-ci il tarixdən 23 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 üzərinə Cəlilabad rayonu ərazisi hüdudlarını tərk etməmək, yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanmasıüçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barələrində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə ekspertiza xərci olan cəmi 180 (yüz səksən) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni 90 (doxsan) manat Təqsirləndirilən şəxs1 və 90 (doxsan) manat Təqsirləndirilən şəxs2 alınaraq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad RPŞ-nin“maddi sübutların saxlanması otağı”nda saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və təyin edilərək keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasında tədqiqata sərf edildikdən sonra faktiki olaraq təmiz çəkisi 1,539 qram qalmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərindən iki ədəd bükümdə aşkar olunaraq götürülmüş və təyin edilərək keçirilmiş məhkəmə-fiziki kimyəvi ekspertizasında tədqiqata sərf edildikdən sonra faktiki olaraq təmiz çəkisi 1,394 qram qalmış narkotik vasitə heroin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş və təyin edilərək keçirilmiş məhkəmə-fiziki kimyəvi ekspertizasında tədqiqata sərf edildikdən sonra faktiki olaraq təmiz çəkisi 0,771 qram qalmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinəşəxsi axtarış keçirilməsini özündə əks etdirən üç ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs1 münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar