Məhkəmə qərarları › İş №1(099)-140/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-140/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-140/2024 27.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X36 oğlunun sədrliyi ilə, hakimlər – Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin hüquqi varisi X14, müdafiəçi- Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Biləsuvar rayonu, Çinarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Çinarlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4, 228.1 və 229.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs ilə bacısı X4 əri X17 arasında əvvəllər Təqsirləndirilən şəxs istifadə üçün Şahid3 verdiyi çöl torpaq sahəsini geri istəməsi səbəbindən 2022-ci ilin təxminən noyabr-dekabr aylarında mübahisə yaranmış, mübahisə zamanı Əsgərin qəfildən ona keçmiş arvadı Şahid1 ilə uzun illər öncə cinsi əlaqədə olmasını deməsini və daha sonra bu səbəbdən ailədə yaranmış söz-söhbətlərin nəticəsində arvadı ilə boşanmasında Əsgər Abdullayevi təqsirkar bilib onun əməllərini şəxsi və ailə ləyaqətinə toxunan, onları camaat arasında nüfuzdan salan qəbuledilməz hərəkət kimi qiymətləndirib qisas almaq üçün onu xüsusi amansızlıqla qəsdən öldürmək qərarına gəlib uzun müddət cinayətkar niyyətini həyata keçirməyi planlaşdırmış, bu məqsədlə istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə edib özündə saxladığı keçmiş SSRİ-də zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, “İJ-58” modelli, Ə 2397 №-li, daxili çaxmaqlı, qoşalüləli, yivsiz, odlu ov tüfənginin lüləsini 2023-cü ilin aprel ayının sonlarında kustar üsulla kəsib qısaldaraq və qundağını ağac materialdan kəsibsürtüb qısaltmaqla ilkin təyinatını dəyişdirməklə qanunsuz olaraq odlu silah hazırlayıb saxlamış və gəzdirmiş, 24 may 2023-cü il tarixdə saat 09 radələrində əvvəlcədən istintaqa məlum olmayan mağazadan aldığı və üzərində gəzdirdiyi 6 ədəd patronlardan 2 ədədini həmin odlu silahın patronluğuna yerləşdirib və yaşadığı evin mətbəx otağında istifadə olunan zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı, mətbəx bıçağını da götürərək Əsgər Abdullayevin orda olduğunu güman etdiyi Biləsuvar rayonu Çinarlı kəndində yerləşən əkin sahəsinə doğru yolda gedərkən qarşı tərəfdən idarə etdiyi motosikletlə gələn Əsgər Abdullayevin qarşısında dayanmış, sonuncunun motosikletdən endiyini görüb niyyətini həyata keçirmək məqsədilə dərhal gödəkçəsinin altında saxladığı qoşalüləli tüfənglə onun baş nahiyyəsinə yaxın məsafədən atəş açaraq, açıq kəllə-beyin travması, alın sümüyünün qəlpəli, təpə sümüyünün xətti sınıqları, başın alın-nahiyəsinin kəllə boşluğuna keçən sonradan ölümünə səbəb olan baş beyin toxumasının və qişalarının əzilib-dağılması ilə nəticələnən odlu silah (qırma) yaralanmaları kimi sağlamlığa ağır zərər vurmaya aid, alın və təpə nahiyəsinin, burun nahiyəsinin və sağ yanaq nahiyəsinin kor odlu silah (qırma) yaralanmaları kimi sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, zərərçəkmiş şəxsə xüsusi əzab verdiyini dərk edib arzulayaraq qəddarlıq və rəhmsizlik göstərib üzərində olan mətbəx bıçağı ilə sonuncunun xaya kisəsini, penisini, hər iki qulaq seyvanını kəsməklə və odlu silahdan təkrar atəş açaraq döş qəfəsinin və qarının ön divarının boşluqlara keçməyən, sol said nahiyəsinin kor odlu silah (qırma yaralanmaları) kimi xəsarətlər yetirib hadisə yerindən uzaqlaşmışdır. Bundan sonra, oraya gələn şəxslərin köməkliyi ilə ilkin tibbi yardım göstərilmək üçün avtomobillə xəstəxanaya aparılarkən Əsgər Abdullayev yolda ölmüş, bununla da Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir . Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.4, 228.1 və 229.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməsə də qismən etirafedici ifadə verərək göstərmişdir ki, arvadı Şahid1 hadisədən bir müddət əvvəl ondan boşanmış, yeznəsi Əsgər Abdullayev öz oğluna onun qayını qızını, yəni arvadı Güllünun qardaşı qızını almaq istəmiş, Güllü ona bu işdə vasitəçilik etməməyi demişdir. Əsgər Güllinin bu işə maneçilik törətdiyini bilib ona «Cavidə sənə təcavüz etməyimi deyəcəm» demişdir, Bu səbəbdən də arvadı Güllü onunla boşanmaq qərarına gəlib məhkəməyə müraciət etmiş və məhkəmədə aralarında pis münasibət olduğunu bildirmişdir. Əsgər Abdullayev arvadı Güllüyə təcavüz etdiyini ona deyəndən sonra Bakı şəhərinə gedib Güllüdən bu barədə maraqlanmış, Güllü ağlayaraq hadisəni etiraf etmişdir. Bundan sonra Əsgəri öldürmək qərarına gəlmiş və hadisəni törətmişdir. Əsgərin sahədə olduğunu bilib sahəyə gedib özündə olan tüfənglə Əsgərin başından və qarnından atış açmış, həmin vaxt tək olmuş, heç bir köməyi olmamışdır. Əsgər hadisə yerində ölmüşdür. Əsgər öləndən sonra əsəbi soyumadığı üçün onun orqanlarını kəsmişdir. Əsgər ondan qüvvətli olduğuna görə sağ ikən ona yaxınlaşa bilməmişdir. Həmin tüfəngi əvvəllər Əsgərin özündən əldə etmişdir. Hadisəni eşidəndən sonra tüfəngin lüləsini laqonda ilə kəsməklə Əsgəri vurmaq üçün hazırlamış, borclarını ödədikdən sonra hadisəni törətmişdir. Əsgəri bir ay ərzində güdmüş, sonuncunun sahədə olmasını ona heç kim deməmişdir. Həmin sahəyə piyada gedərkən yolda traktorun gəldiyini görüb işarə edib saxlatmaqla traktora minib sahəyə getmişdir. Hadisədən sonra da bir az piyada gəldikdən sonra yenə traktor gəldiyini görüb həmin traktora minib qayıtmışdır. Sahəyə getmək üçün heç kim ona motosiklet verməmişdir. Törətdiyi əməlindən peşman deyildir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Əsgər Abdullayevə odlu silahdan iki dəfə atəş açdıqdan və sonuncunun öldüyünə əmin olduqdan sonra onun xaya kisəsini, penisini, hər iki qulaq seyvanını kəsməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəsini qeyri səmimi və özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə araşdırılmış mötəbər sübutları, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsini, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4, 228.1 və 229.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X26 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla qardaşı Əsgər Abdullayev arasında torpaq sahəsinə görə narazılıq yaranmışdır. Belə ki, hadisədən 6-7 ay qabaq qardaşı Əsgər Təqsirləndirilən şəxs və onun qardaşlarına məxsus torpaq sahəsini 6000 manata almaq barədə Cavidlə razılaşmış, qardaşı Əsgər Təqsirləndirilən şəxs 2000 manat pul vermiş, pulun qalan hissəsini isə sonra verəcəyini bildirmiş, aralarında sənədləşmə olmamış, sonra pulun qalan hissəsini verə bilməmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs həmin torpaq sahəsini başqasına satmaq istədiyini bildirmişdir. Bununla bağlı icra nümayəndəsi Habil İbayev ona zəng edərək onunla görüşmüş, Təqsirləndirilən şəxs həmin torpaq sahəsini başqa şəxsə satıb getmək istədiyini, lakin qardaşı Əsgərin onunla razılaşmadığını bildirmişdir. O bu barədə qardaşı Əsgərə bildirmiş, Əsgər Təqsirləndirilən şəxs həmin torpaq sahəsinə görə pul verdiyini və torpaq sahəsində əkin əkdiyini demişdir. 15 yanvar 2023-cü ildə Təqsirləndirilən şəxs kənd sakini Müqabil Kişiyev və qardaşı Əsgər Abdullayevlə birlikdə toyda olduqları zaman Cavid qardaşı Əsgərə böhtan ataraq qızı və digər şəxslərlə “gəzdiyini” ona demiş, qardaşı Əsgər Təqsirləndirilən şəxs vurmuşdur. Səhərisi gün onlar polis şöbəsinə dəvət olunmuş və orada barışaraq buraxılmışlar. Təqsirləndirilən şəxs dəfələrlə qardaşı Əsgərin heyvanlarını sahədə açaraq buraxmışdır. 24 may 2023-cü il tarixdə, saat 08:50-də maşını ilə öz sahəsinə getmiş, yolda Təqsirləndirilən şəxs görmüş, aralarında 250 metr məsafə olmuşdur. Təqsirləndirilən şəxs isə qardaşı oğlundan motosikleti alaraq sahəsinə getmişdir. Sahədə olduğu zaman qardaşı ona zəng edərək Təqsirləndirilən şəxs sahəyə gedərək özünü yandırmaq istədiyini bildirmişdir. Qardaşına «mən nə edim?» sözünü demişdir. Sonra sahəsindən qayıdaraq evə getmişdir. Saat 10:13-də qardaşı Ələkbər ona zəng edərək Təqsirləndirilən şəxs qardaşı Əsgəri sahədə güllələdiyini və sahəyə gəlməyini demiş, sahəyə getmək üçün evdən çıxmışdır. Qardaşı Əsgərin xəstəxanaya aparıldığını eşidib Təqsirləndirilən şəxs həyətinə getmişdir. Təqsirləndirilən şəxs həyətdə olduğunu və polis şöbəsinin əməkdaşları tərəfindən aparıldığını görmüşdür. Sonra xəstəxanaya getmiş, xəstəxananın cərrahına zəng etmişdir. Cərrah ona qardaşı Əsgərin öldüyünü demişdir. Qardaşı Ələkbərin dediyinə görə onlar hadisə yerinə çatdıqdan sonra Əsgərin ölmədiyini görüb onu Şahid5 maşını ilə Şahid4la birlikdə xəstəxanaya aparmışlar, xəstəxanaya təxminən 2 km qalmış qardaşı Əsgər vəfat etmişdir. Qardaşı Ələkbər hadisədən 45 dəqiqə sonra hadisə yerinə gedərək Əsgərin ölmədiyini görüb Məhəmmədin maşını ilə Vüsal ilə birlikdə onu xəstəxanaya aparmışlar. Əsgərin Ələkbərə həmin vaxt nəsə deməsini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Əsgər Abdullayevi namus üstündə, ona qarşı olan haqsızlığa görə öldürmüşdür. X29 arasında hər hansı bir münasibət olmamış, 21 yaşı olarkən Əsgər Abdullayev ona təcavüz etmiş, bunu qaynanası da bilmişdir. Lakin qaynanası həmin vaxt bu hadisəni heç kimin bilməməsini tapşırmış, əgər bu hadisə bilinsə ailədə qan düşcəyini demişdir. Bu səbəbdən də heç kimə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs Bakı şəhərində ustalıqla məşğul olmuşdur. Hadisədən təxminən 19 il sonra Təqsirləndirilən şəxs bacısı evini, yəni Əsgər Abdullayevin evini təmir etmək üçün Bakı şəhərindən Biləsuvar rayonuna gəlmişdir. X7 atasının ona qarşı etdiyi əxlaqsız hərəkətlər barədə Cavidin telefonuna səslər atmış, həmin səslərə Cavid və o qulaq asmışlar. Cavid bu barədə Əsgərə bildirdikdə Əsgər «öz qızımdı özüm bilərəm» cavabını vermişdir. Bundan sonra Əsgər Cavidə söz atmağa başlamışdır. 2022-ci ilin noyabr ayında Bakı şəhərində evdə olduğu zaman Cavid evə gələrək Əsgərin ona “sən kişi deyilsən, sənin arvadın Güllü ilə cinsi əlaqədə olmuşam” deməsini bildirərək belə bir hadisənin olub-olmadığını soruşmuş, o da məcbur qalıb hadisəni ona danışmışdır. Bundan sonra boşanma ərizəsini məhkəməyə o vermiş, bəlkə boşanacağı halda Cavidin Əsgərlə işi olmayacağını fikirləşmişdir, boşanma zamanı səbəbini göstərməmiş, sadəcə ayrılmaq istədiklərini bildirmişdir. Hazırda Bakı şəhərində yaşayır, hadisə barədə məlumatım olmamış, həmin gün hadisə barədə eşitmişdir. Əsgər 2003-cü ilin sentyabr-oktyabr aylarında ona təcavüz etmişdir. Kəndə gəldikləri zaman o Əsgərin oğlu üçün onun qardaşının qızını istədiyini bilib buna razı olmamış, həmin vaxt Əsgər qarşısını kəsərək bu işə mane olarsa Cavidə hər şeyi deyəcəyini bildirmiş, Əsgərin ona etdiyi hədəyə görə boşanma ərizəsi vermişdir. Eşitdiyinə görə Əsgər Cavidi toyda döymüş və ona etdiyi təcavüzü toyda olduğu vaxt Cavidə demişdir. X23 arasında torpaq üstə də mübahisə olmuş, sonradan isə Əsgərin qızına və ona qarşı etdiyi təcavüzə görə Cavidlə aralarında söz-söhbət başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, dayısı Cavidlə xalası əri Əsgərin arasında torpaq üstə mübahisələrinin olduğunu bilmişdir. 24 may 2023-cü il tarixdə səhər saatlarında özü üçün kontur almaq üçün dükana gedərkən dayısı Cavid ona zəng edərək pivə istədiyini bildirmiş və onun üçün pivə almasını tapşırmışdır. Dükana getdikdən sonra orada dayısı Cavidin xalası əri Əsgəri öldürdüyünü eşitmişdir. Sonradan isə eşitmişdir ki, dayısı Cavid xalası əri Əsgəri torpaq sahəsi üstündə deyil, namus üstündə öldürmüşdür. Hadisəni eşitdikdən sonra pivə alıb dayıısı gilə getmiş, dayısı Cavid ona «get burdan» demişdir.O polislər dayısı gilə gələndən sonra ov tüfəngi olan silahı görmüş, Cavid polislərə Əsgəri namus üstə öldürdüyünü bildirmişdir. O dayısına sahəyə getmək üçün özünə məxsus motosikleti verməmiş, Cavidin onun motosikleti ilə sahəyə getməsindən xəbərim olmamışdır.Motosikleti həmişə qapılarının yanında olmuşdur. Dayısı ona Əsgəri arvadına və bacısı qızına, yəni Əsgərin öz qızına qarşı əxlazsız hərəkətlər etdiyinə görə öldürdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Əsgər Abdullayev qardaşı, Təqsirləndirilən şəxs isə qardaşı Əsgərin qaynı olmuşdur. 24 may 2023-cü ildə başqasının sahəsində işlədiyi zaman Şahid4 yanına gələrək ona Təqsirləndirilən şəxs qardaşı Əsgəri öldürdüyünü bildirmişdir. O Rəşad Bağırov, Şahid4, Rəsul Məmmədov, Şahid5 və Sehran Ağayevlə birlikdə hadisə yerinə getmişdir. Həmin vaxt Əsgərin sağ olduğunu görüb onu xəstəxanaya çatdırmaq üçün köməkləşib maşına qoymuşlar. Bu zaman polis əməkdaşları iki polis maşını ilə hadisə yerinə gəlmişlər. Polis maşınının biri qabaqda, digəri isə arxada onların olduğu maşını müşahidəyə götürərək yolları təmizləyə-təmizləyə təcili xəstəxanaya yola düşmüşlər. Xəstəxanaya çatmağa təxminən 2 km qalmış qardaşı Əsgər ölmüşdür. Xəstəxanaya çatandan sonra Əsgəri cərrahiyyə bölməsinə götürmüşlər və cərrahın verdiyi məlumata əsasən Əsgərin artıq öldüyünü bilmişlər. Hadisə yerində qardaşı Əsgərin şalvarının aşağı çəkilmiş vəziyyətdə olduğunu, onun cinsiyyət üzvünün kəsildiyini, qulağının kəsildiyini, alnından güllə dəydiyini görmüş, onun xayası görünməmişdir. Qardaşı Əsgər xırıldayaraq heç nə deyə bilməmişdir. O, hadisədən sonra qardaşını Təqsirləndirilən şəxs öldürdüyünü bilmişdir. Onlar 4 nəfər olumuşlar. İttiham aktı ilə tanış olduqdan sonra şahidlərlə birlikdə Baş prokuroluğa gedib hadisə barədə danışaraq qardaşının xəstəxanaya aparılarkən yolda öldüyünü bildirmişdir. Orada ona Təqsirləndirilən şəxs qardaşı öləndən sonra və ya ölməmişdən əvvəl onun cinsiyyət üzvünü və qulağını kəsməsinin fərqi olmadığı, onsuz da qardaşı Əsgərin öldüyünü bildirmişlər. Səhərisi gün Baş prokurorluqda işləyən Fəqan müəllim onu qəbul etmiş, ona Təqsirləndirilən şəxs hadisə zamanı tək olmadığını, qardaşı Əsgərin hadisədən dərhal sonra ölmədiyini, xəstəxanaya aparılarkən yolda öldüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 24 may 2023-cü il tarixdə, səhər saat 10 radələrində sahələrində Şahid3lə «pres» bağlayarkən Şahid4 ora gələrək hadisə barədə məlumat vermiş, Təqsirləndirilən şəxs ona Əsgəri güllələdiyini dediyini bildirmişdir. Dərhal hadisə yerinə getmişlər və Əsgəri idarə etdiyi avtomobilə qoyub xəstəxanaya aparmışdır. Həmin vaxt X22 ağzı köpüklənib qalmış, onun nəfəs aldığını görməmişdir. X22 üzündə qan olmuş, o, tərpənməmişdir. Əsgər Abdullayevin şalvarı əynində olmuş, onun şalvarının qabaq hissəsinin açıq olduğunu görməmiş, amma qulaqları kəsilmişdir. Onlar hadisə yerinə gedəndə Cavidi orada görməmişdir. O, daha sonra tərəflərin suallarına cavab olaraq ifadəsində göstərmişdir ki, istintaq zamanı müstəntiqə verdiyi ifadəsini oxumadan imza etmiş, həmin vaxt hadisə yadında olmuşdur. Vüsal onların yanına gəlib hadisə barədə bildirdikdə onlar VAZ 2106 markalı avtomobillə hadisə yerinə getmiş, köməkləşib Əsgəri maşına qoymuşlar. Onun xırıltısı bazarın qarşısında kəsilmişdir. Əsgər həmin vaxt azca xırıldamış, ağzında köpük olmuşdur. Hadisə yeri çöl sahəlik olmuşdur. O Əsgərin şalvarının aşağı çəkilib cinsiyyət üzvünün kəsildiyini görməmiş, onun bir qulağının kəsildiyini görmüşdür. Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs və X9 uzun illərdir tanıyır, onların hər ikisi ilə münasibəti normal olmuşdur, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 24 may 2023-cü il tarixdə, səhər saat 10 radələrində Çinarlı kənd tam orta məktəbinin arxasında yerləşən onlara məxsus olan sahədə Şahid3 Rəşad Bağırova məxsus traktorla pres bağlayrkən həmin vaxt sahədə onunla birlikdə atası Rəsul Məmmədov, həmkəndlisi Rəşad Bağırov olmuşdur. Həmin ərəfədə Rəşadın qardaşı Şahid4 təlaşlı halda onların yanına gələrək həmkəndliləri Təqsirləndirilən şəxs Əsgər Abdullayevi əkin sahələrinə gedən torpaq yolda tüfənglə vurub öldürdüyünü bildirmişdir. Həmin vaxt Ələkbər dərhal Rəşadla birlikdə onun idarə etdiyi “Niva” markalı avtomobillə və onların arxasınca özü atasına məxsus olan “VAZ-2106” markalı, ** BS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yola çıxaraq hadisənin baş verdiyi yerə getmişlər. Əkin sahələrinə gedən torpaq yolla hərəkət edərkən həmin yolun ortasında Əsgərin motosikletinin dayandığını, motosikletin sərnişin əyləşən hissəsinə ot yığıldığını, orada bir ədəd dəryaz və bir ədəd yaba olduğunu, Əsgərin motosikletdən təxminən iki metr aralıda yolun sağ hissəsindən keçən su kanalına yaxın hissəsində arxası üstə yerə uzanmış vəziyyətdə olduğunu, Əsgərin baş, qarın və qol nahiyəsindən güllə yarası aldığını, əynində olan şalvarın aşağıya doğru yarım çəkilmiş vəziyyətdə olduğunu, onun cinsiyyət orqanının və hər iki qulağının kəsildiyini görmüşdür. Əsgərin kəsilmiş qulağının biri və cinsiyyət orqanı orada yerə atılmışdı. Həmin vaxt ondan xırıltı səsi gəlmiş, atası Rəsul dərhal Ələkbərlə birlikdə Əsgərə yaxınlaşmış və onu avtomobilin arxa oturacağına uzandırdqdan sonra Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmışlar. Yolda olarkən Əsgərin xırıltısı kəsilmiş və Əsgər ölmüş olduğu üçün onun meyiti Biləsuvar RMX-nın həyətində yerləşən meyitxanaya aparılmış, meyit orada müayinə edildikdən sonra ailəsinə təhvil verilmişdir. Hadisə yerində Əsgəri ilk dəfə görən zaman onun əynində krem rəngli, varatnikli yaxası düyməli yarımqol köynək, sarımtıl və yaşımtıl rəngli hərbi naxışlı beli ipli şalvar və ayaqlarında qara corab olmuşdur. Həmin vaxt onun əynində olan paltarlar qana bulaşmışdır. Hadisədən sonra ona məlum olmuşdur ki, Cavid uzun illər bundan əvvəl Əsgər Abdullayevin onun arvadı Güllünün namusuna sataşdığını öyrənəndən sonra onu yaxın məsafədən tüfənglə vurub öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 24 may 2023-cü il tarixdə, səhər saat 10 radələrində mağazaya siqaret almağa gedərkən yolda Təqsirləndirilən şəxs görmüş, Cavid ona Əsgər Abdullayevi güllələdiyini bildirmişdir. Həmin vaxt onu həyəcan basmış, Cavidin əlindəki tüfəngi görməmişdir. Cavid DİN-nin 102-xidmətinə məlumat verdiyini deyib çıxıb getmişdir. Əsgərin qardaşı Ələkbər onların traktorunu sürdüyü üçün onun hansı sahədə işlədiyini bilmişdir. İdarə etdiyi Niva markatı avtomobili ilə həmin sahəyə gedib Ələkbərə hadisə barədə məlumat vermişdir. Ələkbər və Məhəmmədlə birlikdə hadisə yerinə getmişlər. Əsgərin ağzından köpük gəldiyini görüb qorxub geri çəkilmiş, sonra Əsgəri Məhəmmədin maşınına qoyub özü qabaqda oturaraq xəstəxanaya aparmışlar. O Əsgəri görüb qorxduğundan geriyə çəkilmiş, onu maşına qoyanda köməklik etməmiş və qulağının kəsildiyini görməmişdir. Cavidi gördüyü yerlə hadisə yerinin arasında 1-2 km məsafə olmuş, Ələkbər yaxınlıqda işlədiyi üçün gedib ona xəbər vermişdir. Əsgərin ağzından köpük gəlmiş, onun xırıldadığını görməmişdir. Məhkəmə iclasında zərər çəkmiş hüquqi varisinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o dayısı Cavidə atasının ona qarşı əxlaqsız hərəkət etməsi barədə heç nə deməmişdir, bu sözləri yalandan qurmuşlar. Atası ona qarşı əxlaqsızlıq etməmişdir. Onun dayısı ilə telefon danışığı olmuş, lakin başqa söhbətlər etmişlər. Atasının dayısı arvadına qarşı nə etdiyini isə bilmir. Məhkəmə iclasında zərər çəkmiş hüquqi varisinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, təxminən mart-aprel aylarında dayısı Təqsirləndirilən şəxs sahəyə gələrək ona malları sahədən çıxarmağını bildirmiş, malları sahədən çıxarmayacağını dedikdə Cavid üzərində olan tüfəngi çıxarıb həmin tüfənglə onun başına zərbə vurmuşdur. Bu zaman qonşu Röyal Şahverənov gəlib ona «nə edirsən bacın oğludur» demişdir. Sonra Cavid onu nalayiq söyüşlərlə təhqir etmiş, Röyal ona «Orxan çıx get» demiş, ona «bura mənim anamın torpağıdır» cavabını vermişdir. Sonra atasına zəng etmiş, atası gəlib ona torpaqdan çıxmasını demişdir. Sonra atası buranın Aygünün pay torpağı olduğunu deyərək tüfəngin kimin olduğunu soruşmuş, o, yeznəsi Şahin İbayevin olduğunu bildirmişdir. Həmçinin atası ona «dayındır səni vurar da, söyərdə» sözlərini demişdir. Məhkəmə iclasında zərər çəkmiş hüquqi varisinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Cavid onun əri Əsgəri torpaq üstə öldürmüşdür. Onlar istədiklərinə çata bilmədilərindən başqa sözlər ortaya atıb onu öldürmüşlər. Cavid onlara torpaq satmış, onlar həmin torpağı əkib-becərmişlər. Torpaqda əkin əkməyə görə kreditə pul götürmüşlər. Əsgər torpaqdan məhsul yığıb krediti ödəmək niyyətində olmuş, Cavid isə torpağı başqasına satacağını bildirmişdir. Əsgər ona torpağı verməyəcəyini, əziyyət çəkdiyini demişdir. Əsgər torpaq mübahisəsi üstündə şər atılaraq öldürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 24 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Biləsuvar rayonu, Çinarlı kəndi ərazisində əkin sahələrinə gedən torpaq yolun Çinarlı kənd sakini X27 məxsus olan X18 əkib-becərdiyi torpaq sahəsinin yaxınlığından keçən hissəsidir. Həmin yolun rəsmi adı yoxdur, yol torpaq örtüklüdür, qurudur, üzərində heç bir işarə yoxdur, eni 4 metrdir, hər iki kənarları əkin sahələri ilə əhatə olunmuş və sağ tərəfdə yolla əkin sahəsi arasında içərisində sıx və hündür qamış bitmiş su kanalı vardır. Sol tərəfdə yerləşən əkin sahəsi biçilmişdir. Həmin ərazidə Əfqan Əliyevin torpaq sahəsinin olduğu yerdə yolun ortasında sərnişin hissəsinə ot tayası yığılmış və üzərinə bir ədəd yaba və bir ədəd dəryaz qoyulmuş motosiklet vardır. Baxışda iştirak edən Biləsuvar rayonu, Çinarlı kənd sakini Şahid3 bildirmişdir ki, həmin motosiklet qardaşı Əsgər Abdullayevə məxsusdur. Həmin ərazinin ətraflı baxışı zamanı motosikletlə üzbəüz durduqda yolun sağ tərəf kənarında su kanalına yaxın hissədə motosikletdən 2 metr aralıda yerdə torpaq üzərində oval formalı üç ədəd biri-birindən 30-40 sm ara məsafədə olan qanabənzər ləkələr və həmin qanabənzər ləkələrin yaxınlığında kəsilmiş insan qulağı vardır, torpaq üzərində qanabənzər ləkələrin olduğu yerdən su kanalına tərəf 2 metr aralı məsafədə otların arasında kişi cinsiyyət üzvü olan kəsilmiş penis aşkar edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş meyitə baxış keçirilməsi haqqında 24 may 2023-cü il tarixli protokoldan görünür ki, xarici müayinə zamanı meyitin əynində 1 ədəd köynək, 01 ədəd idman tipli şalvar, 01 ədəd tuman və 1 cüt corab olmuşdur. Meyitin əynində olan qarışıq materialdan hazırlanmış krem rəngli, varatnikli yaxası düyməli yarımqol köynəyin yaxası açıq vəziyyətdədir, üç ədəd yuxarı düyməsi yoxdur, digər düymələr yerindədir. Köynəyin çox hissəsi fasiləli şəkildə tünd qırmızı rəngdə tam qurumamış qanabənzər ləkələrə bulaşmış, arxa hissəsi müvafiq hissədə 2.5 sm uzunluğunda 18 sm-dək 13 ədəd boylama istiqamətində yerləşmiş kənarlarında parça lifləri nahamar olan zədələr, sağ və sol, orta və aşağı hissəsinə müvafiq nahiyyədə çox sayda parça difekti ilə müşayiət olunan 0.2x0.2 sm daimetrindən 0.3x0.7 diametrədək zədələr vardır. Qarışıq materialdan hazırlanmış sarımtıl və yaşımtıl rəngli hərbi naxışlı beli ipli kamuflyaj şalvarın önündə yuxarı kəmər hissəsinə müvafiq nahiyənin sağ hissəsində bir ədəd 1x0.5 sm ölçüdə və sol yuxarı ön hissəsinə müvafiq nahiyədə 4.1x1.5 sm ölçüdə bucaq şəkilli deşib keçən zədə vardır. Şalvarın sağ yuxarı ön hissəsinə müvafiq nahiyədə 5 ədəd oval formalı 0.2x0.1 sm ölçüdə və bir ədəd 0.5x0.5 sm ölçüdə dairə şəkilli deşib keçən zədə vardır. Şalvarın yuxarı ön hissəsinin sağ tərəfində və arxa hissəsində 22x15 sm və 17x10 sm ölçüdə tam qurumamış fasiləli qan ləkələr vardır. Baxış zamanı meyitin əynində olan şalvarın sağ cibindən 1 ədəd “İTEL” markalı mobil telefon aşkar edilmişdir. Meyitin əynindəki qarışıq materialdan hazırlanmış qara və boz rəngli naxışları olan tursik tamamilə qana bulaşmış vəziyyətdədir, nəmdir, sağ yuxarı ön hissədə 23 ədəd 0.3x0.2 sm-dən 1x0.7 sm-dək oval və dairəvi şəkilli deşib keçən zədələr vardır. Meyitin ayaqlarında olan bir cüt qara corabın üzərində heç bir zədə və sökük yoxdur. Paltarlar soyundurulduqdan sonra aydın oldu ki, meyit kişi cinsli olub, düzgün bədən quruluşlu, kafi qidalıdır, uzanmış vəziyyətdə boyunun uzunluğu 178 sm-dir. Meyitdə başın alın və təpə nahiyəsində 03x03 sm-dən 2.2x1 sm-dək dairə şəkilli və oval formalı çoxlu sayda zədələr vardır. Sağ qulaq seyvanının çox hissəsi kəsilmiş və yerində yoxdur. Sol qulaq seyvanı qulaq sırğalığınadək kəsilərək sallanmış vəziyyətdədir, burun belində 1 ədəd, sağ yanaq nahiyəsində iki ədəd eyni xarakterli 0.7x0.5 sm və 1x0.4 sm ölçüdə zədə vardır. Döş qəfəsinin sağ yarısının aşağı ön hissəsində qarının sağ yarısının ön divarında çoxlu sayda kənarları qaramtıl-qəhvəyimtil rəngdə olan 03-02 sm-dən 4.2x05 sm-dək biri düz xətt şəkilli olmaqla oval formalı zədələr vardır. Xarici cinsiyyət üzvü olan penis dibindən kəsilmişdir və xayaların dərisi soyulmuş vəziyyətdədir. Sol saidin yuxarı 3-1 hissəsinin ön bayır səthində çoxlu sayda eyni xarakterli zədələr vardır. Meyitin üzərində başqa digər zədə və izlər aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tüfəngə baxış keçirilməsi haqqında 25 may 2023-cü il tarixli protokoldan görünür ki, cinayətin aləti olan odlu silah “İJ 58” markalı, 16 çaplı yivsiz Ə 2397 nömrəli qoşalülə tüfəngdir. Tüfəng qundaq, top, para qundaq və lülə hissədən ibarətdir, lülələr yanbayandır, kəsilərək güdəldilmişdir, lülələrin uc hissəsinə qara rəngli yapışqan lent bağlanmışdır, qundağı və para qundağı açıq qəhvəyi rəngli olmaqla taxta materialdan hazırlanmışdır, qundağı güdə və aval formadadır, lülədən qundağa bərkidilmiş yaşıl və bozumtul rəng qarışığı olan sıx toxmalı kəməri vardır. Tüfəngin qundağı və lüləsi üzərində onun təyinatını dəyişdirən əlavə və dəyişiklik edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş patronlara baxış keçirilməsi haqqında 25 may 2023-cü il tarixli protokoldan görünür ki, 06 ədəd patron şəffav ağ rəngə çalan plastmas materialla qablaşdırılmışdır, barıt və piston hissəsi sarı rəngli dəmir materialdandır. Patronlardan 4 ədədinin plastmas hissənin üzərində “ZuBer, 28gr, 0, 4,25 mm, 70 mm” yazıları və 2 ədədinin plastmas hissənin üzərində “ZuBer, 28gr, 2, 3,75 mm, 70 mm” yazıları, həmçinin piston hissədə “16” rəqəmi qeyd edilmişdir. Həmin patronlardan 4 ədədi dolu və 2 ədədi işlənmişdir, yəni barıt və qırma hissəsi boşdur. İşlənmiş 2 ədəd gilizin üzərində “ZuBer, 28gr, 0, 4,25mm, 70mm” yazıları qeyd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş bıçağa baxış keçirilməsi haqqında 25 may 2023-cü il tarixli protokoldan görünür ki, cinayətin aləti olan bıçaq qatlanmayan, tiyə və dəstək hissədən ibarətdir, tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malikdir, tiyənin üzərində qana bənzər ləkələr vardır, tiyənin üzərində “Ulduz və aypara şəkli, Stanles Steel, Shanoxing” yazısı zavod işarələrinin fraqmentləri əks olunmuşdur, tiyənin uzunluğu 145 mm, orta hissəsində eni 23 mm, qalınlığı 1.3 mm-dir, dəstəyin üzərinə qırmızı, göy və ağ rəngli plastmas materialdan üzlüklər bərkidilmişdir, dəstəyin uzunluğu 115 mm, orta hissədə eni 22 mm, həmin hissədə qalınlq 15 mm-dir, bıçaq zavod üsulu ilə hazırlanmışdır, deşici-kəsici xassəyə malik mətbəx bıçaqlarına uyğundur, bıçağın tiyəsi və dəstəyi üzərində onun təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023cü il tarixli, 15 saylı rəyindən görünür ki, X8 ölümünə səbəb baş beyin toxumasının və qişalarının əzilib dağılması olmuşdur. İlkin meyit əlamətlərinə əsasən ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 3-6 saat əvvəl baş vermişdir. Meyitin bədəni üzərində açıq kəllə-beyin travması, alın sümyünün qəlpəli, təpə sümüyünün xətti sınıqları, baş beyin toxumasının və qişalarının əzilib-dağılması, başın alın-nahiyəsinin kəllə boşluğuna keçən odlu silah (qırma yaralanmaları), alın və təpə nahiyəsinin, döş qəfəsinin və qarının ön divarının boşluqlara keçməyən, sol said nahiyyəsinin, burunun və sağ yanağın kor odlu silah (qırma yaralanmaları), hər iki qulaq seyvanının, xaya kisəsinin və penisin kəsilməsi xəsarətləri vardır. Müəyyən edilmiş xəsarətlərdən açıq kəllə-beyin travması, alın sümüyünün qəlpəli, təpə sümüyünün xətti sınıqları, baş-beyin toxumasının və qişalarının əzilib-dağılması, başın alın nahiyəsinin kəllə boşluğuna keçən odlu silah (qırma yaralanmaları), gilizli qırma ilə doldurulmuş odlu silah (ov tüfəngindən) açılan 1-ci atəşin təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma əlamətlərinə malikdir. Müəyyən olunan xəsarətlərdən başın alın və təpə nahiyəsinin kəllə boşluğuna keçməyən, burun nahiyəsinin və sağ yanaq nahiyəsinin kor odlu silah (qırma yaralanmaları), gilizli qırma ilə doldurulmuş odlu silah (ov tüfəngindən) açılan birinci atəşin təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, qərarda göstərilən vaxtda və şəraitdə yəni ov tüfəngindən açılan 1-ci atəş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya malikdir. X2 bədəni üzərində olan xəsarətlərdən xaya kisəsinin, penisin və hər iki qulaq seyvanının kəsilməsi kəsici əşyanın, ola bilər ki, bıçağın təsirindən, sol saidin, döş qəfəsinin və qarının ön divarının boşluqlara keçməyən kor odlu silah yaralanmaları isə gilizi qırma ilə doldurulmuş odlu silahdan (ov tüfəngindən) açılan 2ci atəşin təsirindən törənmişdir. Müəyyən olunan xəsarətlər qeyri həyati olub onun ölümündən bir qədər sonra törənmişdir, (yara nahiyələrində qansızmanın olmaması bunu sübut edir) bu səbəbə görə onlara dərəcə verilmir. Əsgər Abdullayevin bədəni üzərində aşkar edilmiş xəsarətlərin onun özü-özünə yetirməsi mümkün deyil və meyitin bədəni üzərində əlbəyaxa vuruşmaya aid xəsarətlər aşkar edilməmişdir. Həmin xəsarətlərlə hadisə vaxtı zərərçəkmişin əynində olan paltarlardakı zədələrin yerləşmə nahiyələri birbirinə uyğun gəlir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 358/2023-MTBŞ saylı rəyindən görünür ki, zərərçəkmiş X8 qan qrupu-B/İİİ/. Təqdim olunan bıçaq, torpaq nümunəsi, 05 ədəd çubuqlu pambıq tampon, 04 ədəd pambıq tampon, Təqsirləndirilən şəxs məxsus uzunboğaz çəkmənin sağ tayı, Əsgər Abdullayevə məxsus şalvar, tursik və köynək üzərində insan qanı ləkələri aşkar olunmuş, bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “B” və “H” antigenləri, bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini alınmışdı. Bu qan ləkələri Balfa (H) /İİİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Əsgər Abdullayevə məxsus ola bilər, əgər onun qanında müşayiətçi H antigeni varsa. Təqsirləndirilən şəxs məxsus gödəkçə, uzunboğaz çəkmənin sol tayı və Şahid3 məxsus bir cüt corab üzərində isə qana şübhəli ləkələr aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə ballistik-trasaloji-daktiloskopik ekspertizasının 21 iyul 2023-cü il tarixli 3/920;921;924;933;6/3237 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silah - keçmiş SSRİ-də, zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, “İj-58” modelli, Ə 2397 №-li, daxili çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov tüfənginin kəsiyidir, sonradan lüləsi kustar üsulla kəsilib qısaldılaraq və qundağı həmçinin sonradan başqa ağac materialdan kustar üsulla kəsilib və sürtülüb qısaldılmaqla hazırlanaraq, ilkin təyinatı dəyişdirilmişdir, patronluqlarında və lülələrində patron, giliz, başqa atəş komponenti və digər hər hansı predmet yoxdur - odlu silah hesab edilir, saz vəziyyətdədir, hər iki lüləsindən atəş açmaq üçün yararlıdır, döyüş vəziyyətinə gətirib tətiyini çəkmədən, ondan öz-özünə atəş açılmır. 4 (dörd) ədəd patron- zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 70 mm olan, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar, atəşə (istifadəyə) yararlıdırlar və kalibrlərinə və təyinatlarına uyğun olaraq, həmçinin tədqiqata təqdim edilmiş 16 kalibrli, “İJ -58” modelli, Ə 2397 №-li qoşalülə ov tüfənginin kəsiyində də istifadə oluna bilərlər. Həmin patronların üzərlərində istismar prosesində müəyyən bərk predmetə dəymə və öz kalibrlərinə və təyinatlarına uyğun silahlara doldurub-boşaldılma prosesində yaranmağa xarakterik olan, bir-birinə qarışmış səthi sıyrılma və batıq izləri vardır, lakin həmin izlər az və zəif əks olunduqlarından, eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, patronların üzərindəki izlərin bilavasitə tədqiqata təqdim edilmiş 16 kalibrli, “İJ -58” modelli, Ə 2397 №-li qoşalülə ov tüfənginin kəsiyinin, yaxud da başqa hansısa konkret bir bir silahın patronluğuna doldurub-boşaldılması prosesində əmələ gəlib-gəlmədiklərini müəyyən etmək mümkün deyildir. “1” və “2” rəqəmləri ilə işarələnmiş 2 (iki) ədəd giliz zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş 16 kalibrli patronların atəşlə ayrılmış hissələridirlərgilizləridirlər. Həmin gilizlərdən: “1” rəqəmi ilə işarələnmiş giliz, təqdim edilmiş 16 kalibrli, “İJ-58” modelli, Ə 2397 №-li qoşalülə ov tüfənginin kəsiyinin sağ lüləsindən, “2” rəqəmi ilə işarələnmiş giliz isə həmin tüfəng kəsiyinin sol lüləsindən atılmışdır. 5 (beş) ədəd metal predmetlər-zavod üsulu ilə hazırlanmış, müxtəlif kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, atəş komponentinin atəşlə ayrılmış hissələridir-diametrləri təxminən 4 mm olan qırmalarıdırlar, döyüş sursatı hesab olunmurlar, hazırlanma üsuluna, təyinatlarına və təxmini ölçülərinə görə bir-birlərinə uyğun gəlirlər. Təyinatlarına uyğun olaraq, həmin qırmaların, təqdim olunmuş 2 (iki) ədəd 16 kalibrli gilizlərin hər hansı birinə digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış patronlardan istifadə olunmaqla, təqdim edilmiş 16 kalibrli, “İJ-58” modelli, Ə 2397 №-li qoşalülə ov tüfənginin kəsiyindən də atəş açılması mümkündür, lakin qırmaların üzərində doldurulduqları gilizin daxili divarlarından və atıldıqları silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, onların, təqdim edilmiş 2 (iki) ədəd 16 kalibrli gilizlərin hər hansı birinə və ya başqa hansısa konkret bir gilizə atəş komponenti kimi doldurulub-doldurulmadıqlarını, o cümlədən həmin gilizlərin hansındansa və eləcə də təqdim edilmiş 16 kalibrli, “İJ-58” modelli, Ə 2397 №-li qoşalülə ov tüfənginin kəsiyindən, yaxud başqa hansısa konkret bir gilizdən və ya silahdan atılıb- atılmadıqlarını müəyyən etmək mümkün deyildir. 1 ədəd bıçaq - zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. 16 Kalibrli, “İJ-58” modelli, Ə 2397 №-li qoşalülə ov tüfənginin kəsiyinin lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, həmin silahlardan atəş (atəşlər) açılmışdır, lakin müvafiq elmi metodika olmadığından, sonuncu dəfə açılan atəşin vaxtını müəyyən etmək mümkün deyildir. X13 məxsus olduğu qeyd edilən 1 ədəd şalvarın, 1 ədəd köynəyin, 1 ədəd alt tumanın rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin formasına, morfoloji quruluşuna görə 1 ədəd şalvarın, 1 ədəd köynəyin və 1 ədəd alt tumanın üzərində olan zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin və metal izinin aşkar edilməməsinə əsasən, həmin zədələr təqribən 16 kalibrli, yivsiz (hamarlüləli) odlu ov tüfəngindən açılan atəşlər nəticəsində, 2 m-dən yuxarı məsafədən yerinə yetirilməyə xarakterikdir. Bıçağın səthi üzərində kənar lif mikrohissəcikləri və həmçinin Əsgər Abdullayevə məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib lif mikrohissəcikləri yoxdur. Qısaqol köynəyin və şalvarın səthində rəyin tədqiqi hissəsində yerləşmə sahəsi təsvir edilən zədələr vardır. Həmin zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik cırılma, şalvarın səthində olan zədələr ilişmə nəticəsində yaranmağa xarakterik cırılma zədələridir. Tumanın və bir cüt corabın səthində trasoloji zədə yoxdur. Beş ədəd metal predmet arasında vahid bölünmə xətti aşkar edilmədiyindən onlar əvvəl vahid bütövlük təşkil etməmişdir, eyni bir tamın hissələri deyildir. Cinayət işinin materiallarına əlavə edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1867 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur, əməli Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malikdir, onunla istintaq hərəkətləri aparılması mümkündür. Təqsirləndirilən şəxs ünsiyyətçillik, emosionallıq, başqalarının hiss və yaşantılarına qarşı biganə olmamaq, söz götürəmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, hadisə zamanı emosional halından aşlı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur, hadisədən əvvəlki dövrdə həmkəndlisi X8, onun arvadı Şahid1 zor tətbiq edərək cinsi əlaqədə olmasını öyrəndikdən sonra həyat yoldaşı ilə münasibətləri pozulmuş, qeyd olunanlara görə Əsgər Abdullayevə qarşı qəzəbli olmuş, ondan qisas almaq məqsədi ilə əvvəlcədən planlaşdıraraq qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Biləsuvar RPŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-69/2-18744/2023 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Biləsuvar rayonu, Çinarlı kənd sakini Təqsirləndirilən şəxs yeznəsi X8 onun arvadı Şahid1 namusuna sataşaraq onu zorladığı barədə 2022-ci ilin son aylarında məlumatı olandan sonra Əsgər Abdullayevi öldürmək qərarına gəlmiş və bu məqsədlə uzun illər bundan əvvəl istifadəsində olan qoşalülə ot tüfəngini üzərində rahat daşıması üçün lülələrni, həmçinin qundağını kəsmişdir. Bundan sonra Əsgəri dəfələrlə izləmiş və onu öldürmək üçün şərait axtarmışdır. 24 may 2023-cü il tarixdə X24 kəndi ərazisində yerləşən özünə məxsus əkin sahəsindən idarə etdiyi motosikletlə tək qayıdarkən Cavid əkin sahələrinə gedən torpaq yolda onun qarşısını kəsərək özü ilə apardığı lüləsini və qundağını kəsdiyi tüfənglə Əsgər Abdullayevə iki dəfə atəş açmış və həmin vaxt üzərində götürdüyü bıçaqla onun cinsiyyət orqanını, qulaqlarını kəsmişdir. Təqsirləndirilən şəxs hadisəni törədəndən sonra istifadəsində olan mobil telefonla Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək Əsgər Abdullayevi tüfəngdən atəş açaraq öldürdüyünü bildirmişdir. Həmçinin yaşadığı evin yaxınlığında yerlşən mağazanın qarşısından keçərkən qarşısına çıxan həmkəndlisi Şahid4 Əsgər Abdullayevi güllələdiyini bildirmişdir. Bundan sonra Şahid4 həmin vaxt kənddə əkin sahəsində işləyən Əsgərin qardaşı Şahid3 bu barədə bildirdikdən sonra həmin vaxt sahədə olan Rəsul Məmmədov, Şahid5 və Ələkbər birlikdə hadisənin baş verdiyi yerə getmişlər. Hadisənin baş verdiyi yerdə ilkin olaraq onlar olmuşlar. Cavid həmin hadisəni özü öz istəyi ilə arvadının intiqamını almaq məqsədi ilə törətmişdir. Hər hansı bir şəxsin onu həmin hadisəni törətməyə təhrik və sövq etməsi halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hadisədən əvvəl və hadisəni törədəndən sonra kimlərlə əlaqə saxlaması, həmin şəxslərlə nə barədə söhbət etməsi ilə bağlı məlumat əldə edilməmişdir. O, usta olduğundan və son vaxtlar Çinarlı kəndində yaşadığı evin yaxınlığında yaşayan bacısı Kəsirənin evində təmir işləri apardığı üçün onların evinə gediş-gəlişi olmuş, hadisə baş verən gün səhər saatlarında bacısı Kəsirənin evinə getmiş, səhər yeməyi yedikdən sonra işi olduğunu bildirərək evdən çıxmışdır. Cavid həmin cinayəti tək törətmiş, cinayəti törətməkdə ona heç kəs köməklik göstərməmiş və belə bir şəxslərin dairəsi müəyyən edilməmişdir. Nə qohumlarının, nə dostlarının və nə də dəgər başqa şəxslərin onun hadisə törədəcəyi ilə bağlı əvvəlcədən məluamtlarının olması halları müəyyən edilməmiş və bu barədə heç kəsin heç bir məlumatı olmamışdır. Eləcədə Cavid hadisə baş verən günə kimi heç kəsin yanında belə bir hadisə törətmək niyyəti və istəyini olması ilə bağlı heç vaxt heç bir söz danışmamışdır. X25 arasında son 7-8 ay ərzində torpaqla bağlı sözsöhbətləri yaranmışdır. Hadisə baş verən gün gecə saat 1-3 aralığında Cavid Əsgərin əkin sahəsinə tək getmiş və orada yığılmış ot tayalarını dağıtmışdır. Hadisəni görən olmamış və hadisə barədə əvvəlcədən məlumatı olan şəxslərin olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayəti törətdiyi tüfəng əldə edilmiş məlumata əsasən uzun illərdir onun özündə olmuş, lakin həmin tüfəngin qeydiyyatı olmamış, cinayəti törətmək üçün silahı heç kəs görməsin və üzərində rahat daşısın deyə Cavid özü həmin tüfəngin lülələrini kəsmiş və qundağını çıxardaraq yerinə özünün düzəltdiyi qısa qundaq bağlamışdır. Cavid son vaxtlar heç kəslə yaxınlıq və dostluq etməmiş, ailəsindən ayrılandan sonra Çinarlı kəndində ata evində tək yaşayaraq ustalıq etmişdir. Onun konkret olaraq hər hansı bir şəxslə yaxınlıq və dostluq etdiyi hallar müəyyən edilməmişdir. Hadisə baş verən gün və ya ondan əvvəlki günlər Təqsirləndirilən şəxs Əsgər Abdullayevi öldürmək istəməsi, belə bir hadisəni törətməyi planlaşdırması ilə bağlı hər hansı bir şəxsə bildirməsi, kiminləsə söhbət etməsi halları müəyyən edilməmiş və bununla bağlı hər hansı bir məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs hadisədən əvvəl və sonra yaşadığı evdə olmuş, hadisəni törədəndən sonra özü polisə məlumat vermiş, evinə qayıdandan sonra bacısı oğlu Şahid2 zəng edərək mağazadan onun üçün pivə alıb gətirməsini bildirmiş, sonuncu pivəni alıb Cavidin yaşadığı evə gedərkən həyətdə stolun üzərində tüfəng və bıçaq görmüş, Cavidin mobil telefonla polis əməkdaşları ilə danışaraq yaşadığı ünvanı bildirdiyini eşitmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-96/2023 saylı qətnaməsindən görünür ki, X19 ilə Təqsirləndirilən şəxs arasında 22 iyun 2015-ci il tarixdə Biləsuvar RİHB-nın Çinarlı və Aranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 nömrəsi ilə qeydə alınmış nikah pozulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” xx.xx.2023-cü il tarixli 452 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs müayinə olunan zaman sərxoş vəziyyətdə olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Biləsuvar rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli № 05/Q-926/69 nömrəli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X15 beyin qanaxmasından xx.xx.2018-ci ildə vəfat etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Biləsuvar rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli № 05/Q-927/69 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X5 ağciyər-ürək çatışmamazlığından xx.xx.2021-ci ildə vəfat etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Biləsuvar RPŞ-nin xx.xx.2023-cü il tarixli, 3-13-69/2-15668/23 saylı məktubundan görünür ki, Biləsuvar rayonu, Çinarlı kənd sakini Təqsirləndirilən şəxs adına ov silahı və həmçinin “İJ58” markalı, 16 çaplı, Ə 2397 nömrəli, yivsiz ov silahı RPŞ-nin “Odlu silahın uçotu və qeydiyyatı” kitabında qeydiyyata alınmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Biləsuvar RİHB-nın Çinarlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, hadisənin baş verdiyi ünvan ünvan 2n kənd sakini X27 məxsus və X20 istifadəsində olan pay torpağının yaxınlığıdır, yolun rəsmi adı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran şəhər Psixiatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli, 408 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Salyan rayonlararası Psixiatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli, 133 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi Respublika X6 hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 7887 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Biləsuvar RMX-nın xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Biləsuvar rayonu, Çinarlı kənd sakinləri Təqsirləndirilən şəxs və X1 RMX Publik hüquqi şəxsin poliklinika şöbəsinin Ruhi-əsəb və Narkoloji kabinetlərində qeydiyyatda olmamışlar, həmçinin hər hansı bir xəstəliklə bağlı xəstəxanaya müraciət etməmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə DİN-nin BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Biləsuvar RİHB-nın Çinarlı və Aranlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materillarında olan Biləsuvar RİHB-nın Çinarlı və Aranlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli 5-39-7/2- 120/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı, 2001,2003,2005 və 2006-cı il təvəllüdlü dörd övladından ibarət olmuşdur, Təqsirləndirilən şəxs və arvadı Şahid1 təqribən 6 ay müddətdir ki, məhkəmə yolu ilə rəsmi boşşanmışlar və bu müddət ərzində ayrı yaşamışlar. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: Təqsirləndirilən şəxs qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 228.1 və 229.1-ci maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını, cinayətin açılmasına kömək etməsini, həmçinin yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.10-cu maddəsinə əsasən cinayəti odlu silahdan istifadə etməklə törətməsidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-ci maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Biləsuvar rayon prokurorluğunun arxivində saxlanılan zərərçəkmiş şəxs X13 məxsus 1 ədəd krem rəngli, varatnikli yaxası düyməli qısaqol köynək, 1 ədəd kamuflyaj şalvar, 1 ədəd tursik, bir cüt qara corab, Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli sinəsində və aşağı hissəsində qapaqlı ciblər yerləşən, çiyinlərində düyməli paqonları olan, yaxası zamoklu və boyunu rezin parçalı, boyun hissəsində “Angelo Litrico” sözləri qeyd edilmiş müxtəlif nahiyələrində ləkələri olan cins tipli materialdan hazırlanmış gödəkçə, 1 cüt qara rəngli, ipli, əsgər çəkməsi, cinayətin aləti olan 1 ədəd qatlanmayan, tiyə və dəstək hissədən ibarət olan dəstəyin üzərinə qırmızı, göy və ağ rəngli plastmas materialdan üzlüklər bərkidilmiş 1 ədəd bıçaq, 05 ədəd predmet (qırma), 09 ədəd tamponlar, 01 ədəd bağlamada üzərində qanabənzər ləkələrin olduğu torpaq, 04 ədəd patron və 2 ədəd gilizin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-nin saxlancına təhvil verilmiş cinayətin aləti olan 16 kalibrli, “İJ-58” modelli, “Ə 2397” nömrəli qoşalülə tüfəngin isə hökm qanuni qüvvəyə mindikdən sonra Daxili İşlər Nazirliyinin silah anbarına təhvil verilməsi qərarına gəlir. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 550 (beş yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4, 228.1 və 229.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 229.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 24 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Biləsuvar rayon prokurorluğunun arxivində saxlanılan zərərçəkmiş şəxs X13 məxsus 1 ədəd krem rəngli, varatnikli yaxası düyməli qısaqol köynək, 1 ədəd kamuflyaj şalvar, 1 ədəd tursik, bir cüt qara corab, Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli sinəsində və aşağı hissəsində qapaqlı ciblər yerləşən, çiyinlərində düyməli paqonları olan, yaxası zamoklu və boyunu rezin parçalı, boyun hissəsində “Angelo Litrico” sözləri qeyd edilmiş müxtəlif nahiyələrində ləkələri olan cins tipli materialdan hazırlanmış gödəkçə, 1 cüt qara rəngli, ipli, əsgər çəkməsi, cinayətin aləti olan 1 ədəd qatlanmayan, tiyə və dəstək hissədən ibarət olan dəstəyin üzərinə qırmızı, göy və ağ rəngli plastmas materialdan üzlüklər bərkidilmiş 1 ədəd bıçaq, 05 ədəd predmet (qırma), 09 ədəd tamponlar, 01 ədəd bağlamada üzərində qanabənzər ləkələrin olduğu torpaq, 04 ədəd patron və 2 ədəd giliz hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-nin saxlancına təhvil verilmiş cinayətin aləti olan 16 kalibrli, “İJ-58” modelli, “Ə 2397” nömrəli qoşalülə tüfəng hökm qanuni qüvvəyə mindikdən sonra Daxili İşlər Nazirliyinin silah anbarına təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza xərci olan 550 (beş yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar