Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-141/2022 09.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ ALənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Nuriyev Xamməd Abış oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxxx 1975-ci ildə Lerik şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Lerik şəhəri, N.Gəncəvi küçəsi, ev 15-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində 27 sentyabr 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 25 sentyabr 2021-ci ildə, saat 20 radələrində sərxoş vəziyyətdə Lerik şəhəri, Nizami küçəsində yerləşən parka gəlmiş, orada qohumu, Lerik şəhər sakini Zərərçəkmiş şəxs ilə görüşərək əvvəllər aralarında şəxsi münasibətlər zəminində mövcud olan narazılığa görə söhbət etdikləri zaman sonuncu onun ünvanına nalayiq ifadələr işlətdiyindən yenidən mübahisələri yaranmış, mübahisə zamanı üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs sol qol nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona sol bazu arteriyasının tam kəsilməsi, kəskin qanitirmə, sol bazu nahiyəsində kəsilmiş yara ilə nəticələnən və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, qohumu Zərərçəkmiş şəxs əvvəllər onunla kobud zarafatlar etdiyindən aralarında sözlə mübahisələri olmuş, həmin zarafatlara son qoymaq üçün onunla söhbət etmək məqsədi ilə 25 sentyabr 2021-ci ildə saat 20 radələrində Lerik şəhərinin “Şeytantəpə” adlanan ərazisində yerləşən parka getmiş, orada sonuncu ilə görüşüb söhbət edərkən Vaqif onun ünvanına nalayiq söyüşlər söydüyündən o, da üzərində gəzdirdiyi bıçağı cibindən çıxarıb Vaqifin sol qolundan vurmuş, sonuncu qolunu tutub qaçmış, o isə evinə gedərkən polislər onu saxlayaraq polis şöbəsinə aparmış, orada sorğu-sual zamanı cinayəti Vaqifin onunla mütamadi olaraq kobud zarafatlar etməsi nəticəsində yaranmış mübahisə zamanı törətdiyini bildirmişdir. Hazırda təqsirini səmimi etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, onunla qohum olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki göstərmişdir ki, qohumu Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə sərxoş vəziyyətdə ona sataşıb söz atmış, lakin Rasifə əhəmiyyət verməmişdir. 25 sentyabr 2021-ci ildə, saat 20 radələrində Lerik şəhərinin “Şeytantəpə” adlanan ərazisində yerləşən mağazadan siqaret alıb parkla işlədiyi bərbərxanaya gedərkən sonuncunun nəsə deyinə-deyinə gəldiyini görmüş, və onun içkili olduğunu hiss etmiş, Rasif ona yaxınlaşaraq əlində olan bıçaqla onun sol qolunun iç səthinə bir dəfə zərbə vurub ona xəsarət yetirmiş, o da Rasifi təpiklə vurmuş, Rasifin ona yenidən bıçaqla zərbələr vurmaması üçün oradan yola tərəf qaçarkən əmisi oğlu Şahid1 görüb ona Rasif tərəfindən bıçaqlandığını deyib onu xəstəxanaya çatdırmasını xahiş etmiş, sonuncunun köməkliyi ilə xəstəxanaya çatdırılmış, bir müddət orada müalicə olunmuşdur. Hazırda səhhətinin yaxşı olmasını, qohumu Təqsirləndirilən şəxslə barışmasını və onu bağışlamasını nəzərə alaraq sonuncuya yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə təqsirləndirilən və zərər çəkmiş şəxsin ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, iş üzrə zərər çəkmiş şəxs Vaqif əmisi oğludur. 25 sentyabr 2021-ci ildə saat 20 radələrində Lerik şəhəri, Nizami küçəsində yerləşən mağazadan siqaret alıb evinə qayıdarkən, şəhərin “Şeytantəpə” adlanan ərazisində yerləşən parkda Rasifin ucadan söyüşlər söydüyünü, əmisi oğlu Vaqifin isə “məni bıçaqla vurdu” deməsini eşidib parka doğru qaçmış, ora çatarkən Vaqifin qolunu özünə sıxdığını və qolundan qan axdığını görüb Vaqifdən nə baş verdiyini soruşduqda Rasifin onu bıçaqla vurduğunu deyərək onu xəstəxanaya çatdırmasını xahiş etmiş, sonuncunu yola tərəf apararkən yolda Lerik rayon polis şöbəsinin əməkdaşını görmüş, onun idarə etdiyi avtomobillə Vaqifi Lerik rayon mərkəzi xəstəxanasına aparmış, orada Vaqifə ilk tibbi yardım göstərildikdən təcili tibbi yardım avtomobili ilə Lənkəran RMX-na aparılaraq orada əməliyyat olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 25 sentyabr 2021-ci ildə axşam saat 20 radələrində Lerik şəhəri, Nizami küçəsində olarkən tanışı Vaqifin qolunu tutaraq gəldiyini, arxasınca isə sonuncunun əmisi oğlu Şahid1 gəldiyini görmüş, Vaqif ona yaxınlaşıb onu xəstəxanaya aparmasını xahiş etmiş, ondan nə baş verdiyini soruşduqda Vaqif bıçaqlandığını demiş, Vaqifi polis işçisi Şahid3 avtomobilinə mindirib xəstəxanaya aparmış, xəstəxanada olarkən dayısı Vaqifi qohumları Rasifin bıçaqla vurduğunu bilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan Lənkəran məhkəmə-tibbi ekspertizasının 14 oktyabr 2021-ci il tarixli, 131 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol bazu arteriyasının tam kəsilməsi, kəskin qanitirmə, sol bazu nahiyəsində kəsilmiş yara aşkar edilmiş, Qeyd olunan xəsarət kəsici-deşici əşyanın təsirindən törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci ildə ekspertizaya təqdim edilmiş bıçaqla sol bazu nahiyəsinə vurma nəticəsində əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə-trasoloji ekspertizasının 10 dekabr 2021-ci il tarixli, 3/1936 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 13 dekabr 2021-ci il tarixli, 2972 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçübbiçmək, idarə etmək qabiliyyətinə malikdir. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin etirafedici, zərər çəkmiş şəxsin və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və işdə olan digər sənədləri də sübut növü kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Rasif Şi riyevin cinayət təqibi ilə bağlı ona elan edilmiş ittihamda nəzərdə tutulan ictimai təhlükəli əməlin törədilməsini, həmin əməlin törədilməsində təqsirləndirilən şəxsin qəsdən iştirak etməsini, törədilmiş əməlin ona aid edilməsini təsdiq edən, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayəti zərər çəkmiş şəxslə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun əməlini Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından Təqsirləndirilən şəxs əməli cinayət qanununa uyğun cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi, eyni zamanda onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Xəzər rayon məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə islah işləri cəzasına məhkum olunmuş, məhkumluğu qanunla müəyyən olunmuş ödənildiyindən, hazırda Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lerik şəhəri, N.Gəncəvi küçəsi, ev 15-də qeydiyyatda olmaqla orada yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada, eləcə də zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və təqsirini etiraf etməklə əməlindən peşmanlıq keçirməsini isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ağır cinayət törətdiyini nəzərə alaraq onun cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir və ona azadlıqdan məhrum etmə cəzasını təyin etməklə çəkiləcək bu cəzanın maksimum dərəcədə onun islah olunması məqsədinə xidmət edəcəyini əsas götürür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin izah və tələblərinə əsasən (mad. 41.2) “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs kimi tutulduğu gündən, yəni 26 sentyabr 2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, Lerik rayon məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 26 sentyabr 2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Lerik rayon polis şöbəsində saxlanılan bir ədəd turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Qeyd edilənlərlə yanaşı, Təqsirləndirilən şəxs 64 (altmış dördı) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26 sentyabr 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Lerik rayon polis şöbəsində saxlanılan bir ədəd turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 64(altmış dörd) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cəlil Nəbiyev Hakimlər: Xamməd Nuriyev Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-141/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-141/2022
09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver