Məhkəmə qərarları › İş №1(099)-142/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-142/2022

11.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-142/2022 11.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Musayev Aqil Əlisa oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili X3, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi Beyləqan rayon vəkil bürosunun vəkili X4 iştirakı ilə xx xxxx 1988-ci ildə Füzuli rayonunun Bala Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində 13 oktyabr 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci ildə, saat 15 radələrində idarə etdiyi ağ rəngli, “VAZ 21074” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Füzuli rayonu, Qarabulaq qəsəbəsi, kərpic şəhərciyi adlanan yerdə olarkən həmkəndlisi və tanışı Zərərçəkmiş şəxs özünün qardaşı X5 arvadı X10 ilə sevgi münasibətlərində olmasını bilib ondan qisas almaq qərarına gələrək bu məqsədilə onu öldürmək üçün idarə etdiyi avtomobili qəsdən Zərərçəkmiş şəxs üzərinə sürərək sonuncunu arxadan avtomobillə vurub ona sağ bud sümüyü cisminin fraqmentləri yerinidəyişən qapalı sınığından ibarət, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirdikdən sonra, avtomobildən düşüb avtomobilinin ön alın şüşəsində qalmış Zərərçəkmiş şəxs boyun nahiyəsindən tutaraq yerə saldıqdan sonra əvvəlcədən Zərərçəkmiş şəxs öldürmək məqsədilə özü ilə götürüb üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən, təsərrüfat-məişət təyinatlı turistik bıçağı ilə əvvəlcə Zərərçəkmiş şəxs boyun nahiyəsinin ön səthini kəsmiş, sonra yerdə uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq sonuncuya sağlamlığa yüngül və az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs hərəkətsiz vəziyyətdə olduğunu görüb öldüyünü düşünərək avtomobilindən götürdüyü kəndirin bir ucunu Zərərçəkmiş şəxs boyun nahiyəsinə bağlamış, digər ucunu isə öz avtomobilinə bağlayarkən səs-küyə hadisə yerinə toplaşmış kənar şəxslərin müdaxiləsi nəticəsində buna nail ola bilməmiş, nəticədə Zərərçəkmiş şəxs öldüyünü düşünərək və ətrafa çoxsaylı şəxslərin toplaşmasını görərək avtomobilinə əyləşib hadisə yerindən uzaqlaşmış, lakin Zərərçəkmiş şəxs dərhal Füzuli rayon Mərkəzi xəstəxanasına çatdırılaraq orada ona ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini şəxsi iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qəsdən Zərərçəkmiş şəxs öldürməyə, yəni qəsdən onu həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmkəndisi kimi tanımış, onunla qohumluq münasibəti olmuşdur. Qardaşı Ruhimin arvadı Arzu Əsədovanın həmkəndisi Zərərçəkmiş şəxs arasında sevgi münasibətlərinin olduğunu eşidib qardaşıgilə getmiş, evdə olan Arzuya əşyalarını toplayıb atası evinə getməsi demiş, Arzu onun Ceyhunla olan münasibətlərini bildiyini başa düşüb heç nə demədən evdən çıxıb atası evinə getmiş, sonra Arzunun hərəkətləri barədə sonuncunun atasına demiş, həmin gün Ceyhunla söhbət etmək üçün onu axtarmış, lakin tapa bilməmiş, bir neçə gün sonra Ceyhunun Füzuli rayonu, Fin qəsəbəsində yerləşən digər evində qalmasını eşidib 12 oktyabr 2021-ci ildə günorta evdə yemək yeyib 200 qram spirtli içki içərək saat 15 radələrində evində olan qatlanan cib bıçağını qolsuz gödəkçənin cibinə qoyub özünə məxsus, ağ rəngli VAZ-2107 markalı, **-BK-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib Fin qəsəbəsinə getmiş, “Qarabağ qaziləri” kafesinin yaxınlığından keçərkən Ceyhunun çay evində, çöldə tanımadığı 3-4 nəfər şəxslə oturmasını görüb avtomobilini kafenin yaxınlığında saxlayaraq onun çayxanadan çıxmasını gözləmiş, 15-20 dəqiqədən sonra sonuncu çölə çıxaraq taksi avtomobilinə əyləşib “Kərpic evlər” qəsəbəsi deyilən əraziyə gedərək orada düşüb piyada hərəkət etməyə başlamış, avtomobillə Ceyhunu asta sürətlə təqib etməyə başlamış, ona az qalmış təxminən 50-60 km/saat sürətlə avtomobilinin sağ ön tərəfi ilə arxadan Ceyhunun sağ ayaq nahiyəsindən vurmuş, zərbədən Ceyhun maşınının ön alın şüşəsinə çırpılmış, sonra avtomobili saxlayıb düşərək Ceyhuna yaxınlaşarkən Ceyhun əlləri ilə onun maşınının üzərində olan yük yerindən yapışmış, ona “gəl söhbət edək” demiş, ona çağırdım gəlmədib deyib onun boynunun arxasından tutub yerə ataraq özü ilə götürdüyü bıçaqla yerdə uzanıqlı vəziyyətdə olan Ceyhunun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, sonra Ceyhunu avtomobilin arxasına bağlamaq istəyərkən sonuncunun hadisə yerinə gələn qohumları buna imkan vermədiyindən oradan uzaqlaşaraq evinə gedib ailə üzvləri ilə sağollaşıb sonra könüllü olaraq Füzuli rayon polis şöbəsinə getmiş, hadisə barədə ətraflı izahat verməklə cinayət törədərkən istifadə etdiyi bıçağı polis əməkdaşına təhvil vermişdir. Ceyhunu öldürmək niyyəti ilə vurmamış, məqsədi onu qorxutmaq olmuş, cinayəti sonuncunun əxlaqsız hərəkətlərinə son qoyması üçün törətmişdir. Himayəsində valideynləri, heç bir yerdə işləməyən arvadı və üç azyaşlı uşaqlarının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Müşfiq və Ruhim Əsədov qardaşlarını həmkəndlisi kimi tanımış, eləcə də onlarla qohumluq münasibətləri olmuşdur. 12 oktyabr 2021-ci ildə saat 15 radələrində qaynı Cahidin yaşadığı evə tərəf piyada gedərkən gözləmədiyi halda avtomobilin onu sağ ayağının arxa tərəfindən vurması nəticəsində üzü üstə yerə yıxılmış, zərbənin təsirindən bir neçə saniyə keçdikdən sonra sağ ayağında kəskin ağrılar hiss etmiş, sağ ayağının sındığını başa düşmüş, onu vuran avtomobilin sürücüsü avtomobili onun yanında saxlamış, avtomobildən düşən şəxsin Ruhimin qardaşı Müşfiqin olduğunu görmüş, o, avtomobilin salonundan bıçaq götürüb onun yanına gələrək “sən bizim namusumuza sataşmısan, ona görə də səni öldürəcəm” demiş, Müşfiq əlində olan bıçaqla bədəninin müxtəlif nahiyələrindən xeyli sayda zərbələr vurmuş, əlindəki bıçaqla onun boğazını kəsmiş, sonuncuya yalvararaq onu öldürməməsini demiş, sonuncu isə onu nalayiq ifadələrlə təhqir edərək öldürəcəyini bildirmiş, sonra avtomobilin yük yerindən kəndir gətirərək bir ucunu onun boğazına, digər ucunu isə avtomobilin arxa buferinə bağlamış, həmin vaxt yaşadığı evdən səs-küyə çıxaraq onların yanına gələn qayını Cahid bunu görüb dayısı Vaqifə zəng etmiş, dayısı Vaqif tez bir vaxtda avtomobili ilə hadisə yerinə gəlmiş, dayısı avtomobildən düşüb ona tərəf gəlib Müşfiqə ondan nə istədiyini bildirmiş, sonuncu “bu bizim namusumuza sataşıb, bunu öldürəcəm” demiş, sonra Müşfiq avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun bacısının əridir. 12 oktyabr 2021-ci ildə saat 15 radələrində Qarabulaq qəsəbəsində kirayədə yaşadığı evdə olarkən küçədən səs-küy gəldiyini eşidib küçəyə çıxmış, sonradan adını bildiyi Müşfiq adlı şəxsin yeznəsi Ceyhunu kəndirlə ağ rəngli dövlət qeydiyyat nişanını xatırlamadığı “VAZ-2107” markalı avtomobilin arxa buferinə bağladığını, avtomobilə əyləşərək Ceyhunu avtomobillə sürümək üçün avtomobilin mühərrikini işə saldığını görmüş, həmin anda dərhal avtomobilin arxa tərəfinə yaxınlaşaraq avtomobil hərəkətə başlamadan kəndiri Ceyhunun boğazından çıxarıb avtomobilin üzərinə tullamış, Ceyhunu ayağa qaldırmaq istədikdə sonuncu “məni qaldırma, ayaqlarım sınıb, hərəkət edə bilmirəm” demiş, sonra Ceyhunu qucağına götürərək onu oradan uzaqlaşdırmaq istəmiş, həmin vaxt avtomobilin sükanında əyləşən Müşfiq avtomobildən düşərək “Bu qeyrətsizin biridir, əgər sən qeyrətlisənsə, gəl bunu aparaq öldürək, qeyrətimizi təmizləyək” demiş, həmin vaxt Müşfiq yenidən Ceyhunun yanına gəlib sonuncunun ünvanına nalayiq ifadələr işlədərək təpiklə bir neçə dəfə onun baş nahiyəsindən vurmaqla kəndiri yenidən Ceyhunun boğazına, kəndirin digər ucunu isə avtomobilin arxa buferinə bağlamış, Müşfiqin ona nəsə edəcəyindən qorxduğu üçün Ceyhuna heç bir köməklik edə bilməyərək kənara çəkilmiş, dərhal dayısı Vaqifə telefonla zəng vuraraq ona bu barədə məlumat vermiş, az sonra dayısı Vaqif özünə məxsus “VAZ- 2107” markalı avtomobillə onların yanına gəlmiş, avtomobildən düşərək Ceyhunun yanına yaxınlaşarkən Müşfiq onun qabağına qaçıb şalvarının sağ cibindən bıçaq çıxararaq dayısı Vaqifin üstünə getmiş, ona nalayiq ifadələr “yaxın gəlmə, səni də öldürərəm” demiş, dayısı Müşfiqin bu hərəkətindən qorxduğu üçün kənara çəkilmiş, həmin vaxt qaçaraq kəndiri Ceyhunun boğazından açmış, sonra sonuncunun qollarından tutaraq kənara doğru çəkmiş, Müşfiq hadisə yerinə xeyli sayda kənd sakinlərinin toplaşmasını görüb avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə Şahid1 ifadəsinə uyğun ifadə vermiş və əlavə olaraq ifadəsində göstərmişdir ki, bacısı oğlu Cahidin zəngindən sonra hadisə yerinə gələrək Təqsirləndirilən şəxs yaxınlaşarkən o, əlində bıçaqla ona tərəf gələrək “yaxın gəlmə, səni də doğrayaram, mən namusumu təmizlədim, Ceyhunu öldürdüm” demişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 12 oktyabr 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət hadisəsi Füzuli rayonu, Qarabulaq qəsəbəsi, kərpic evlər şəhərciyi adlanan ərazidə qəsəbəarası asfalt yolda baş vermişdir. Qəsəbənin yolu eni 4 metr, asfalt örtüklü olmaqla yolun sağ və sol tərəfində yaşayış evləri vardır. Yolun sağ ehtiyat hissəsində qəsəbənin içərisinə doğru axan su arxı vardır. Həmin su arxanın üzərindən qəsəbə boyunca uzanan dəmir materialdan olan qaz borusu vardır. Borunun diametri 20 sm olmaqla üzərində ölçüsü 30 sm olan ayaq izi olmuş, borunun üzərində 2.10 metr uzunluğunda, 1.20 metr uzunluğunda, 2.17 metr uzunluğunda avtomobilin sürtünmə izinə bənzər izlər vardır. Qeyd olunan borunun aşağısında su arxının içərisində qəhvəyi rəngli ayaqqabının 1 tayı və onun yanında torpağın üzərində 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon vardır. mobil telefonun olduğu yerdən başlayaraq sözügedən dəmir materialdan olan borunun üzərində 85 sm uzunluğunda sürtünmə izi vardır. Həmin yerdən 12 metr irəlidə yolun sol ehtiyat hissəsində sözügedən ayaqqabının digər tayı aşkar edilmiş, oradan 30 metr irəlidə asfaltın üzərində və yolun sağ ehtiyat hissəsində torpağın üzərində qanabənzər ləkələr aşkar edilmişdir. Qaz borusunun üzərində aşkar edilmiş ilk sürtünmə izinin olduğu yerdən başlayaraq qanabənzər ləkələrin aşkar edildiyi yerə qədər asfaltın üzərində və yolun sol ehtiyat hissəsində “VAZ-2107” markalı avtomobilin ön işıq fənərinin qırıntılarına bənzər 6 ədəd şüşə qırıntıları aşkar edilmişdir. Baxış zamanı 1 cüt qəhvəyi rəngli ayaqqabı, 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon, avtomobilin ön fənərinin qırıntılarına bənzər 6 ədəd şüşə parçaları, 4 ədəd qanabənzər maddə qulaq çöpünə hopdurularaq götürülmüşdür. İş materiallarında olan 12 oktyabr 2021-ci il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd qəhvəyi rəngli gödəkçə, 1 cüt qara rəngli corab, 1 ədəd belində qara rəngli kəmər olan göy cins şalvar və 1 ədəd sarı rəngli üzərində ağ naxışları olan qısaqol köynək götürülmüşdür. İş materiallarında olan 12 oktyabr 2021-ci il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd qara rəngli cins şalvar, 1 ədəd qara rəngli qısaqol köynək, 1 ədəd boz rəngli alt köynəyi və 1 cüt qara rəngli ayaqqabını könüllü olaraq təqdim etmiş, həmin geyim əşyaları rəsmiləşdirilərək götürülmüşdür. İş materiallarında olan 13 oktyabr 2021-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsi videoçəkiliş aparılmaqla yerində yoxlanılarkən o, 12 oktyabr 2021-ci ildə, saat 15 radələrində Füzuli rayonu, 400 evlik Fin qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs gördükdən sonra onu öldürmək məqsədilə təqib etdiyi, eləcə də Füzuli rayonunda kərpic evlər adlanan ərazidə idarə etdiyi avtomobili ilə Zərərçəkmiş şəxs vurduğu və daha sonra üzərində gəzdirdiyi bıçaqla sonuncuya yetirdiyi xəsarətlərin yerləri əyani olaraq göstərərək ifadəsində qeyd etdiklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan 13 oktyabr 2021-ci il tarixli “avtomobilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə baş verən zaman idarə etdiyi, özünə məxsus “VAZ-2107” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonunda bir ədəd qanabənzər maddə pambığa hopdurularaq, eləcə də avtomobilin sağ ön oturacağının ayaqaltısında bir ədəd üzərində qanabənzər ləkələr olan kip kəndir aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Füzuli rayon Polis şöbəsindən daxil olmuş 13 oktyabr 2021-ci il tarixli, 310-15377-1221 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayon Polis şöbəsinə təqdim etdiyi və cinayəti törədərəkən istifadə etdiyi bıçaq rayon prokurorluğuna təqdim edilmişdir. İş materiallarında olan Füzuli rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 10 noyabr 2021-ci il tarixli, 660 nömrəli məktubdan görünür ki, Füzuli rayonunun Bala Bəhmənli kənd sakini Zərərçəkmiş şəxs 12 oktyabr 2021-ci ildə xəstəxanaya müraciət etmiş, xəstənin müayinə olunması barədə ambulator tibbi kitabçasının surəti rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 12 oktyabr 2021-ci il tarixli, 522 nömrəli aktdan görünür ki, müayinə olunan şəxs Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilmişdir. İş materiallarında olan 23 noyabr 2021-ci il tarixli tədqiqat üçün nümunələrin götürülməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs tədqiqat aparılması üçün qan nümunəsi götürülərək müvafiq qaydada qablaşdırılmışdır. İş materiallarında olan məhkəmə-lifli ekspertizasının 12 noyabr 2021-ci il tarixli 6/4691 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Zərərçəkmiş şəxs məxsus şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus şalvarın tərkib liflərinə uyğun gəlirlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 16 noyabr 2021-ci il tarixli, 360/21 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ bud sümüyü cisminin fraqmentləri yerini dəyişən qapalı sınığı, boyun, sağ arxa qoltuqaltı, sağ bel, 3 ədəd olmaqla sağ bud nahiyələrində, döş qəfəsinin sağ ön səthində kəsilmiş-deşilmiş yaralar aşkar olunmuşdur. Qeyd olunan xəsarətlərdən sağ bud sümüyünün sınığı bərk küt əşyanın, digər xəsarətlər isə kəsici-deşici əşyanın (alətin) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni, bud nahiyəsində olan xəsarət avtomaşınla, digər xəsarətlər isə ekspertizaya təqdim edilmiş bıçaqla, o cümlədən oxşar konstruktiv xüsusiyyətlərə malik olan digər bıçaqlarla xx.xx.2021-ci il tarixdə yetirilə bilərdi və dərəcəsinə görə sağ bud nahiyəsində olan xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan məhkəmə-ballistik və trasoloji ekspertizasının 19 noyabr 2021-ci il tarixli 3/1771;3/1772 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfatməişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin, köynəyin və şalvarın üzərində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Gödəkçənin səthindəki “a” “b” “c” “ç” “d” “e” “ə” zədələri, şalvarın səthindəki “b” “c” (“c” zədəsinin 19 mm enlilikdə olan hissəsi) zədələri və köynəyin səthindəki zəif zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim olunmuş gödəkçənin, köynəyin və şalvarın səthində olan deşilmə-kəsilmə zədələrində xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir.Təqdim edilmiş gödəkçənin, köynəyin və şalvarın material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilmə-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmamışdır. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin səthindəki “f” “g” “ğ” “h” zədələri fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik sökülmə, şalvarın səthindəki “a” “c” (“c” zədəsinin 170 mm uzunluqda olan hissəsi) zədələri isə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik cırılma zədələridir. Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından zədələrin əməl gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün olmamışdır.Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir cüt ayaqqabının, bir cüt corabın və üzərində “X6 məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş geyim əşyalarının üzərində trasoloji zədə yoxdur. İş materiallarında olan kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 27 noyabr 2021-ci il tarixli, 2796 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədənədək, cinayət əməlini törətdiyi zaman və törətdiyi əməldən sonra xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əmək barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci, 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərdə iştirak etməsinə, öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları (yaddaş, diqqət, təfəkkür, qavrama, xarakter və s.) normaya uyğundur. İnadkarlıq, çılğınlıq, özünə qarşı hörmət tələb etmək, kinlilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmışdır. Hadisəni törətməsinin psixoloji motivi və keçirdiyi emosional halın yaranması zərərçəkmiş şəxsin qardaşının həyat yoldaşına sataşdığını eşitməsi və bunu qəbul edə bilməməsi ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında affekt (fizioloji və ya kumulyativ), psixi-emosional gərginlik, kəskin stress, qorxu kimi hallar yaranmamışdır. Emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 02 dekabr 2021-ci il tarixli, 874/2021-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu-Abeta(H)/İİ/-dir.Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, 04 ədəd çubuqlu pambıq tampon, 01 ədəd pambıq tampon, ip, Zərərçəkmiş şəxs məxsus mayka tipli kofta, gödəkçə, şalvar, Təqsirləndirilən şəxs məxsus şalvar və 01 cüt ayaqqabı üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda “A” və “H” antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta (H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər.Tədqiqata təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus 01 cüt corab, 01 cüt ayaqqabı, Təqsirləndirilən şəxs məxsus plaş, köynək və alt köynək üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı İş materiallarında olan Füzuli rayon Polis şöbəsinin 25 noyabr 2021-ci il tarixli, 310- 17876-1221 saylı məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Füzuli rayonunun Bala Bəhmənli kənd sakini X5 həyat yoldaşı X9 ilə sevgili, həmçinin yaxın münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında əvvəllər münaqişə, dava-dalaşın olubolmaması barədə məlumat daxil olmamışdır. Zərərçəkmiş şəxs Ruhim Əsədovla yuxarıda göstərilən xüsusatlarla bağlı düşmənçiliyi və ədavəti yaranmışdır. İş materiallarında olan 13 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, hadisə yerinə baxış keçirilərkən aşkar edilmiş qanabənzər ləkələrin hopdurularaq götürüldüyü 4 ədəd qulaq çöpləri, avtomobilin ön fənərinin qırıntılarına bənzər 6 ədəd şüşə parçaları, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus tünd-qəhvəyi rəngli bir cüt ayaqqabı, 1 ədəd qəhvəyi rəngli gödəkçə, 1 cüt qara rəngli corab, 1 ədəd belində qara rəngli kəmər olan göy cins şalvar, 1 ədəd sarı rəngli üzərində ağ naxışları olan qısaqol köynək, Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd qara rəngli cins şalvar, 1 ədəd qara rəngli qısaqol köynək, 1 ədəd alt köynəyi, 1 cüt qara rəngli ayaqqabı, 1 ədəd qatlanan bıçaq, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilməsi zamanı avtomobilin sağ ön qapısında aşkar edilmiş qanabənzər ləkələrin götürüldüyü 1 ədəd pambıq, avtomobilin ön sağ oturacağının ayaqaltısında aşkar edilərək götürülmüş 1 ədəd kip kəndir, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı videoçəkilişdən istifadə edilərək lentə alınmış videogörüntülərin köçürüldüyü 1 ədəd disk və Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilməsi zamanı videoçəkilişdən istifadə edilərək lentə alınmış videogörüntülərin köçürüldüyü 1 ədəd disk maddi sübut kimi tanınaraq Füzuli rayon prokurorluğunda saxlanılar. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədi ilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin “həyat və sağlamlıq əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmuş xüsusuilə ağır cinayətlər kateqoriyasına aiddir. Mövcud cinayət qanunvericiliyinin tələblərinə (mad. 15.5) və ya cinayətlərin təsnifatına görə onlar “xüsusuilə ağır cinayət” hesab olunur. Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin sanksiyasında 9 (doqquz) ildən 14 (on dörd) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həmin cəza başa çatmış cinayətlər üçün nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs isə qeyd olunan maddədə nəzərdə tutulan cinayəti başa çatdırmamış, yəni həmin cinayəti törətməyə cəhd etmişdir. Azərbaycan Respublikası CM-in “başa çatmayan cinayətə görə cəza təyin edilməsi”ndən bəhs edən 63-cü maddəsinin tələblərinə əsasən isə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan təqdirdə Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddəti və ya həcmi CM-in 29, 120.1-ci maddəsinə nəzərdə 14 ilin dörddə üçündən, yəni 10 (on) il 6 (altı) aydan çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cinayət təqibi ilə bağlı ona elan edilmiş ittihamda nəzərdə tutulan ictimai təhlükəli əməlin törədilməsini, həmin əməlin törədilməsində təqsirləndirilən şəxsin qəsdən iştirak etməsini, törədilmiş əməlin ona aid edilməsini təsdiq edən, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayəti zərər çəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində sonuncudan qisas almaq məqsədi ilə törədilməsi qənaətinə gəlir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifini müzakirə edərkən onun hərəkətini Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Kamal Həşimovun əməli Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli cinayət qanununa uyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Çünki o, ittiham olunduğu əməli törədərkən anlaqlı olub öz əməlinin ictimai təhlükəli olduğunu dərk etməsi, bu əməlin təhlükəli nəticələrini görüb həmin nəticələri arzu etməsi sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Eyni zamanda, onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Əsədov X7 Hərbi məhkəməsinin 10 iyun 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 noyabr 2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Lakin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2015-ci il tarixli hökmlə ona təyin olunmuş əsas cəzanı çəkib qurtarsa da 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzanın 02 (iki) il, 1 (bir) ay 16 (on altı) günü çəkilməmiş qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 67-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67-ci maddəsinin tələbinə görə hökmlərin məcmuyu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün o, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 12 oktyabr 2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, Füzuli rayon məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qərarı ilə də həbsetmənin əvvəli 12 oktyabr 2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Əsədov X8 rayonunun Bala Bəhmənli kəndində qeydiyyatda olmaqla valideynləri, heç bir yerdə işləməyən arvadı və üç azyaşlı uşağı ilə birgə həmin ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü, cinayətin zərər çəkmiş şəxsin əxlaqsız hərəkətləri nəticəsində törətməsini CM-in 59.1.8-ci, könüllü olaraq polis şöbəsinə getməsini isə CM-in 59.1.10-cu maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada, eləcə də törətdiyi cinayəti qismən etiraf etməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə cinayətin texniki vasitədən istifadə edilməklə törədilməsini isə Azərbaycan Respublikası CM-in 61.1.10-cu maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə maddi sübutlar barədə məsələni həll edərkən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Füzuli rayon prokurorluğunda saxlanılan – hadisə yerinə baxış keçirilərkən aşkar edilmiş qanabənzər ləkələrin hopdurularaq götürüldüyü 4 ədəd qulaq çöpləri, 6 ədəd avtomobilin ön fənərinin qırıntılarına bənzər şüşə parçaları,zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus tünd-qəhvəyi rəngli bir cüt ayaqqabı, 1 ədəd qəhvəyi rəngli gödəkçə, 1 cüt qara rəngli corab, 1 ədəd belində qara rəngli kəmər olan göy cins şalvar, 1 ədəd san rəngli üzərində ağ naxışları olan qısaqol köynək, Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd qara rəngli cins şalvar, 1 ədəd qara rəngli qısaqol köynək, 1 ədəd alt köynəyi, 1 cüt qara rəngli ayaqqabı, 1 ədəd qatlanan bıçaq, “VAZ-21074” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə baxış keçirilməsi zamanı avtomobilin sağ ön qapısında aşkar edilmiş qanabənzər ləkələrin götürüldüyü 1 ədəd pambıq, avtomobilin ön sağ oturacağının ayaqaltısında aşkar edilərək götürülmüş 1 ədəd kip kəndir hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, ifadənin yerində yoxlanılması zamanı və “VAZ-21074” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə baxış keçirilməsi zamanı videoçəkilişdən istifadə edilərək lentə alınmış videogörüntülərin köçürüldüyü 2 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 304 (üç yüz dörd) manat, 16 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Füzuli Hərbi Məhkəməsinin 10 iyun 2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş 02 (iki) il, 1 (bir) ay 16 (on altı) günü hazırki hökm üzrə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə hökmlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il, 1 (bir) ay 16 (on altı) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni - 12 oktyabr 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış keçirilərkən aşkar edilmiş qanabənzər ləkələrin hopdurularaq götürüldüyü 4 ədəd qulaq çöpləri, avtomobilin ön fənərinin qırıntılarına bənzər 6 ədəd şüşə parçaları, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus tünd-qəhvəyi rəngli bir cüt ayaqqabı, 1 ədəd qəhvəyi rəngli gödəkçə, 1 cüt qara rəngli corab, 1 ədəd belində qara rəngli kəmər olan göy cins şalvar, 1 ədəd san rəngli üzərində ağ naxışları olan qısaqol köynək, Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd qara rəngli cins şalvar, 1 ədəd qara rəngli qısaqol köynək, 1 ədəd alt köynəyi, 1 cüt qara rəngli ayaqqabı, 1 ədəd qatlanan bıçaq, “VAZ-21074” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə baxış keçirilməsi zamanı avtomobilin sağ ön qapısında aşkar edilmiş qanabənzər ləkələrin götürüldüyü 1 ədəd pambıq, avtomobilin ön sağ oturacağının ayaqaltısında aşkar edilərək götürülmüş 1 ədəd kip kəndir hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, ifadənin yerində yoxlanılması zamanı və “VAZ-21074” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə baxış keçirilməsi zamanı videoçəkilişdən istifadə edilərək lentə alınmış videogörüntülərin köçürüldüyü 2 ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 304 (üç yüz dörd) manat 16 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:

1. (sədrlik edən) Cəlil Nəbiyev 2 . Aqil Musayev

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar