Məhkəmə qərarları › İş №1(099)-143/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-143/2022

11.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-143/2022 11.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən),Musayev Aqil Əlisa oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X16, tərcüməçi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X17 və Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1962-ci ildə Ukrayna Respublikasının Zakapatye vilayətində anadan olmuş, Ukrayna vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən,məhkum olunmamış, Ukrayna Respublikası, Zakapatye vilayəti, Mukaçevski rayonu, Stroynoye kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İttiham aktına əsasən istintaq orqanı tərəfindən Ukrayna Respublikası vətəndaşı X18 CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o istintaqla müəyyən edilməmiş vaxtda və istintaqla müəyyən edilməmiş yerdə şəxsiyyətləri istintaqla müəyyən edilməmiş bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni İran İslam Respublikasında əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Çexiya Respublikasına daşıma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda, 105 kiloqram 400 qram heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə silindir formalı rezin borunun içərisində yerləşdirib cəmi 101 ədəd düzbucaqlı formalı, üzəri mozaikalı panelin çərçivə hissəsi boyunca daxilində gizlətmiş, İran İslam Respublikasında qeydiyyatda olan “X24”şirkəti tərəfindən Çexiya Respublikasında qeydiyyatda olan “İ am Verto S.R.O. Company”şirkətinə göndərilən “mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəllər və dekorativ məmulatlar” yükü adı ilə25 aprel 2021-ci ildəİran İslam Respublikasının Astara şəhərində onun idarə etdiyi “Volvo FH” markalı, “AO9902Aİ/AO4481XX” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə yüklətmiş, o isə əldə edilmiş razılığa vəümumi cinayətkar niyyətə uyğun olaraq həmin narkotik vasitəni satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq qəsdən əldə etmiş, Azərbaycan Respublikasıərazisindən tranzit keçməklə, İran İslam Respublikasından Çexiya Respublikasına aparmaq üçün idarə etdiyi nəqliyyat vasitəsində saxlamış, daşımış və 26 aprel 2021-ci il tarixdə saat 01 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən X22 Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, postda kinoloji it tətbiq edilməklə 27 aprel 2021-ci il tarixdə saat 11 radələrində aparılmış yoxlama zamanı qeyd edilən narkotik vasitə gömrük əməkdaşları tərəfindən gizlədildiyi yerdən aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, X8 CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyini təsdiq edən sübutlar əldə olunmamışdır. Məhkəmədə müəyyən edilmişdir ki,İran İslam Respublikasında qeydiyyatda olan “X24”şirkəti tərəfindən Çexiya Respublikasında qeydiyyatda olan “İ am Verto S.R.O. Company”şirkətinə göndərilən “mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəllər və dekorativ məmulatlar”olan yük 25 aprel 2021-ci il tarixdə İran İslam Respublikasının Astara şəhərində Ukrayna Respublikası vətəndaşı X8 idarə etdiyi “Volvo FH” markalı, “AO9902Aİ/AO4481XX” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə yüklənmişdir. X28 Respublikasının X22 bağlanaraq blomblanmışdır. Bundan sonra İvan Tomineç Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə, İran İslam Respublikasından Çexiya Respublikasına aparmaq üçün cəmi 101 ədəd düzbucaqlı formalı üzəri mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəllər və dekorativ məmulatlar” yükü idarə etdiyi nəqliyyat vasitəsi ilə 26 aprel 2021-ci il tarixdə saat 01 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən Astara gömrük postuna daxil olmuşdur. 27 aprel 2021-ci il tarixdə saat 11 radələrində X14 idarə etdiyi “Volvo FH” markalı, “AO9902Aİ/AO4481XX” dövlət nömrə nişanlı yük nəqliyyat avtomobilinə kinoloji it tətbiq edilməklə gömrük yoxlaması keçirilmişdir. Aparılmış yoxlama zamanı avtomobilin qoşqusunda olan 101 ədəd düzbucaqlı formalı, üzəri mozaikalı panellər sındırılaraq onların çərçivə hissəsi boyunca daxilində gizlədilmiş, 105 kiloqram 400 qram heroin narkotik vasitəsi aşkar edilib götürülmüşdür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən və özündə cinayət hadisəsinin olmasını ehtiva edən hadisə ilə bağlı X8 ittiham olunduğu cinayət əməlləri törətməkdə təqsirsizliyi onun özünün və şahidlərin ifadələri ilə, həmçinin iş üzrə toplanmış digər təkzibedilməz sübutlarla tam təsdiq olunur. Məhkəmədə dindirilmiş X19 özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o təxminən 30 il olar ki, sürücü işləmiş və ölkələrarası yük daşımaları ilə məşğul olmuşdur. Onun idarə etdiyi “Volvo FH” markalı“AO9902Aİ/AO4481XX” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi Ukraynanın Kuşnitsa şəhərində fəaliyyət göstərən “Ştefko”şirkətinə məxsusdur və o iki ildir ki, həmin şirkətlə işləyir. Ukrayna Respublikası vətəndaşı Kerakeş Vasiliy “Ştefko”şirkətinin sahibidir. Tutulandan təxminən 2 ayəvvəl o idarə etdiyi “Volvo FH” markalı“AO9902Aİ/AO4481XX” dövlət nömrə nişanlı yük avtomobili ilə Kiev şəhərindən Bakı şəhərinə yük gətirmişdir. Bakı şəhərində olduğu zaman ona çalışdığı “Ştefko” şirkətindən zəng edərək İran İslam Respublikasından Ukrayna Respublikasına yük olduğunu və həmin yükü götürmək üçün oraya getməsini dediklərindən o Azərbaycan Respublikasının Astara şəhərinə getmiş və orada Azərbaycan Respublikası vətəndaşı Mehman adlı şəxs ona İranda yük olmadığından, bir müddət gözləməli olacağını demiş,o 1 həftə gözləmiş, bir həftə keçdikdən sonra Mehman ona Ukrayna Respublikasına yük aparmaq üçün İranın Astara şəhərinə getməli olduğunu bildirmişdir. O da İranın Astara şəhərinə getsə də, orada heç bir yük olmamış və o və 2 həftə orada gözləməli olmuşdur. Sonra Mehman ona heç bir yükün olmadığını bildirmişdir. Bundan sonra çalışdığı “Ştefko” şirkətinin sahibi Kerakeş Vasiliy ona zəng edərək İrandan Çexiya Respublikasına yük olduğunu və həmin yükü idarə etdiyi avtomobilə yükləyərək oraya aparmasını tapşırmış və İranda həmin yükün daşınmasına görə ona 4000 ABŞ dolları məbləğində pul verərək, həmin puldan 200 ABŞ dollarını Azərbaycan Respublikası vətəndaşı Şahid5 çatmalı olduğunu bildirmişlər. O Anarı tanımamışdır. İrandan götürdüyü yükün tapılmasında Anar çalışdığı“Ştefko”şirkətinə köməklik göstərdiyi üçün ona bunun müqabilində 200 ABŞ dolları verilmişdir. Bundan sonra 25 aprel 2021-ci il tarixdə İranın Astara şəhərində başqa yük avtomobilindən “Mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəlciklər və digər dekorativ məmulat” olan yüklər onun idarə etdiyi “Volvo FH” markalı “AO9902Aİ/AO4481XX” dövlət nömrə nişanlı avtomobilə yüklənilmişdir. Həmin yük yüklənərkən kinoloji it vasitəsi ilə yoxlanılmışdır. Lakin heç bir şübhəli predmet aşkar olunmamışdır. 26 aprel 2021-ci il tarixdə saat təxminən 01 radələrində o idarə etdiyi avtomobillə Azərbaycan Respublikasının “Astara” gömrük postuna çatmışdır. Orada gömrük əməkdaşları tərəfindən onunla idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilmiş və bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin olub-olmaması barədə barədə sorğu edilmiş və o da idarə etdiyi yük avtomobilində yük sənədlərində göstərilmiş yüklərdən əlavə gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı qanunsuz predmetin olmadığını bildirmişdir. 27 aprel 2021-ci il tarixdə saat 11 radələrində onun idarə etdiyi avtomobil yoxlanılmağa başlanılmışdır. Əvvəlcə avtomobilə kinoloji it tətbiq edilmişdir. İt hərəkətləri ilə avtomobilin qoşqusunun ətraflarına reaksiya vermişdir. Bundan sonra idarə etdiyi yük avtomobilinin qoşqusunda olan plomb açılaraq yüklər gömrük əməkdaşları tərəfindən yerə boşaldılmış və yenidən xidməti itin tətbiqi ilə yoxlanılmışdıır. İt 101 ədəd olan düzbucaqlı formalı üzəri mozaikalı panellərə xüsusi ilə reaksiya vermişdir. Xidməti itin reaksiyasına əsasən gömrük əməkdaşları tərəfindən həmin panellərdən bir ədədinin ətrafı xüsusi alətlə deşilərək daxilinə baxıldıqda panelin çərçivə hissəsi boyunca yerləşdirilmiş silindr formalı rezin borunun olduğu müəyyən edilmişdir. Bundan sonra rezin boru çıxarılaraq uc hissələri kəsici alətlə kəsilmiş və borunun içərisində boru boyunca açıq qəhvəyi rəngli gömrük əməkdaşlarının demələrinə görə heroinə oxşar maddənin yerləşdirildiyi məlum olmuşdur. Bundan sonra avtomobildən boşaldılmış üzəri mozaikalı digər panellərə də gömrük əməkdaşları tərəfindən eyni üsulla baxış keçirilmişdir. Nəticədə idarə etdiyi yük avtomobilinin qoşqusundan boşaldılmış 101 ədəd düzbucaqlı formalı üzəri mozaikalı panellərin hər birinin daxilində-çərçivə hissələri boyunca yerləşdirilmiş silindr formalı rezin borunun içərisində eyni üsulla gizlədilmiş heroinə oxşar maddənin olduğu məlum olmuşdur. 101 ədəd düzbucaqlı formalıüzəri mozaikalı panellərdə aşkar edilmiş heroinə oxşar maddə rezin borularla birlikdə çəkilmiş vəümumi çəkisi 186 kq 817 qram olmuşdur. Daha sonra heroinə oxşar maddənin yerləşdirildiyi rezin borular bir-bir açılaraq daxilində olan maddə boşaldılmış və ayrı-ayrılıqda çəkilmiş və heroinin çəkisi cəmi 107 kq 232 qram olmuşdur. O ifadəsində əlavə olaraq göstərmişdir ki, İranın Astara şəhərində olarkən iran vətəndaşı Səid Bəryaşkar adlı şəxs tərəfindən “Mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəlciklər və digər dekorativ məmulatlar” yükü başqa avtomobildən onun idarə etdityi “Volvo FH” markalı“AO9902Aİ/AO4481XX” dövlət nömrə nişanlı yük avtomobilinə yüklənilmişdir. O narkotik vasitələr və ya psixotrop maddələrdən heç vaxt istifadə etməmişdir.Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinə və ya hər hansı digər cinayətlərə görə əvvəllər məhkum olunmamışdır. Onun avtomobilində aşkar edilmiş narkotik vasitələrdən heç bir məlumatı olmamışdır. Həmin məmulatlar onun yanında istehsal olunmamış və ya həmin məmulatların avtomobilə yüklənməsi zamanı iştirak etsə də onların içərisində narkotik vasitələr olması ağlına belə gəlməmişdir. Həmçinin İran gömrüyü keçərkən də onun idarə etdiyi avtomobilə it tətbiq edilsə də it avtomobildə olan yükə heç bir reaksitya verməmişdir. 5 il olar ki,“Azercell”-ə məxsus ***-***-**-** mobil nömrəsini işlədir. Həmin telefonla yalnız Azərbaycan Respublikasına olarkən yük daşıma ilə əlaqədar istifadə etmişdir. Anar, Mehman və digər şəxslərlə yalnız boş qayıtmamaq üçün telefonla əlaqə yaratmışdır. Mehmanı Ukraynada olan broker Natalya vasitəsi ilə tanımışdır. Mehman Kərimov bundan əvvəl onlara quru meyvələr yükü vermişdir, lakin orada heç bir problem çıxmamışdır. Şahid5 isə əvvəllər heç görməmişdir. Onunla Ukraynada olan broker Olqa vasitəsi ilə tanış olmuşdur. İran İslam Respublikasında olarkən Mehmanın yükləri alınmadığından Olqa ona Anar adlı şəxsin yük tapdığını bildirmiş, İran İslam Respublikasında ona adamların yaxınlaşacağını bildirmişdir. X5 bir nəfər yaxınlaşaraq ondan sənədlərini götürmüş Astara şəhərində yerləşən hansısa şirkətə aparmışdır. Həmin şirkətin qarajında başqa bir yük avtomobilində olan bu yüklər onun idarə etdiyi avtomobilə yüklənmişdir. Həmin vaxt o avtomobilin içərisində olmuşdur. Aşkar olunmuş külli miqdarda narkotik vasitənin idarə etdiyi avtomobildə olan yükün, içərisində olan mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəllər və dekorativ məmulatların içərisində harada, nə vaxt və kimlər tərəfindən qoyulmasını bilməmiş, onun bundan heç bir məlumatı olmamışdır. İranın Astara şəhərində digər avtomobildən içərisində yük olan bağlamalar üzəri tam olaraq əvvəlcə selofanla bağlanaraq karton qutulara qoyulmuş vəziyyətdə taxta yeşiklərə yerlədirilmiş halda yüklənmişdir. Yükə aid sənədlərə əsasən o yeşiklərdə olan mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəllər və dekorativ məmulatlar olduğunu bilmişdir.O, həmin yükü İranın Astara şəhərindən götürdükdən sonra yük heç bir yerdə açılmamış, yalnız Azərbaycanın X22 yoxlama aparılarkən açılmışdır. Həmin yükə İİR-nin Astara şəhərində yerləşən Gömrük Postunda kinoloji it tətbiq edilməklə yoxlandıqdan sonra yük olan hissə gömrükçülər tərəfindən plomblanmışdır. Yükdaşıcı sürücü kimi onun qablaşdırılmış vəziyyətdə maşınına yüklənmiş yükü açıb içərisində sənəddə göstərilən malın olub-olmamasını yoxlamaq ixtiyarı olmamış, yalnız qablaşdırılmış yükün xarici görünüşünü yoxlamaq ixtiyarı olmuşdur. Bu səbəbdən o, maşına yüklənmiş yükün içərisində dəqiq nə olmasını bilməmiş və bunu bilmək üçün praktiki olaraq heç bir imkana malik olmamışdır. O yükün içərisində sənəddə göstərilən maldan başqa bir şeyin, o cümlədən narkotik vasitənin olmasını bilmək imkanı olmamışdır. Ona görə də ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir və barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2011-ci ildən gömrük orqanlarında xidmət edir. Hal-hazırda xidmətini Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara” gömrük postunda böyük inspektor vəzifəsində davam etdirmişdir. Xidməti vəzifəsi yük idxal xəttində İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına daxil olan yük avtomobillərinə gömrük baxışını həyata keçirməkdən ibarətdir. İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında Ukrayna Respublikası vətəndaşı X8 idarə etdiyi “Volvo FH” markalı“AO9902Aİ/AO4481XX” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi 26 aprel 2021-ci il tarixdə İran İslam Respublikasından Çexiya Respublikasına “Mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəlciklər və digər dekorativ məmulatlar” yükü apararkən X22 tərəfindən saxlanılmış və gömrük nəzarətinə cəlb edilmişdir. Gömrük nəzarəti zamanı X10 idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilmiş və eyni zamanda gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin olub-olmaması soruşulmuş o isə idarə etdiyi yük avtomobilində yük sənədlərində göstərilmiş yüklərdən əlavə gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı bir predmetin olmadığını bildirilmişdir. Həmin gün X22 yoxlama qrupuna göndərilmiş nəqliyyat vasitələrinin sayının çox olması, eyni zamanda nəqliyyat vasitələrinin yoxlanmasında növbəlilik prinsipinin qorunması nəzərə alınaraq İvan Tomineçin idarə etdiyi “Volvo FH” markalı “AO9902Aİ/AO4481XX” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə 27 aprel 2021-ci il tarixdə tərəfindən 2 nəfər hal şahidi və İvan Tomineçin iştirakı ilə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı əvvəlcə avtomobilə kinoloq tərəfindən kinoloji xidmət iti tətbiq edilmiş, xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun ətraflarına reaksiya vermiş və avtomobilinin qoşqusunda olan “Mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəlciklər və digər dekorativ məmulat” yükləri tərəfindən yerə boşaldılmışdır. Bu zaman digər kinoloji xidmət iti avtomobilin qoşqusundan yerə boşaltdığı yüklərdən miqdarı 101 ədəd olan düzbucaqlı formalı üzəri mozaikalı panellərə xüsusi ilə reaksiya vermişdir. Ona görə də panellərdən bir ədədinin ətrafları xüsusi alətlə deşilərək daxilinə baxıldıqda panelin çərçivə hissəsi boyunca yerləşdirilmiş silindr formalı rezin borunun olduğunu müəyyən edilmişdir. Bundan sonra rezin boru çıxarılaraq uc hissələri kəsildikdə borunun içərisində, boru boyunca açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddənin yerləşdirildiyi məlum olmuşdur. Bundan sonra avtomobildən boşaldılmış, üzəri mozaikalı digər panellərə də tərəfindən eyni üsulla baxış keçirilmişdir. Nəticədə avtomobilinin qoşqusundan boşaldılmış, 101 ədəd düzbucaqlı formalı üzəri mozaikalı panellərin hər birinin daxilində-çərçivə hissələri boyunca yerləşdirilmiş silindr formalı rezin borunun içərisində eyni üsulla gömrük nəzarətindən gizlədilmiş, heroinə oxşar maddənin olduğu məlum olmuşdur. 101 ədəd panellərdə olan heroinə oxşar maddə rezin borularla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 186 kq 817 qram olduğu və rezin boruların içərisindəki olan heroin çəkilərkən maddənin ümumi təmiz çəkisinin 107 kq 232 qram olduğu müəyyən edilmişdir. Daha sonra X8 üzərində şəxsi yoxlama aparılmış, lakin ondan qanunla qadağan olunmuş heç bir predmet aşkar edilməmişdir. Yoxlama başa çatdıqdan sonra Ukrayna Respublikası vətəndaşı X8 idarə etdiyi “Volvo FH” markalı, AO9902Aİ/AO4481XX dövlət qeydiyyat nişanlı yük avtomobilindən aşkar edilmiş açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə protokol əsasında götürülmüş hal şahidlərinin və Təqsirləndirilən şəxs Mixayloviçin iştirakı ilə qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. O ifadəsində əlavə olaraq göstərmişdir ki, İvan Tomineçin idarə etdiyi avtomobilin qoşqusunda olan X28 Respublikasının X22 plomblanmış vəziyyətdə olmuşdur. Narkotik vasitələrin gizlədildiyi panellər xüsusi alətlərlə sındırıldıqdan sonra çərçivənin içəsinə yerləşdirilmiş rezin boru olması aşkar edilmişdir. Çərçivə sındırılmadan onun içərisində hər hansı bir əşyanın olmasını bilmək mümükünsüzdür. Dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, daimi iş yeri olmadığı üçün müvəqqəti olaraq “Astara” gömrük postunda fəhləlik etməklə günəmuzd işləmişdir. 27 aprel 2021-ci ildə saat təxminən 11 radələrində “Astara” gömrük postunun Şahid1dlı gömrük əməkdaşları onu və onunla birlikdə fəhləlik edən Şahid2 çağıraraq yük maşınını yoxlayacaqlarını və onlara da yoxlamada hal şahidi qismində iştirak etmələrini təklif etmiş və onlar da Ukrayna Respublikası vətəndaşı X8 iştirakları ilə onun idarə etdiyi “Volvo FH” markalı “AO9902Aİ/AO4481XX” dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yoxlamasında iştirak etmişlər. Yoxlama başlamazdan əvvəl X23 gömrük əməkdaşı Şahid1 tərəfindən sürücüsü Ukrayna Respublikası vətəndaşı X11 şifahi sorğu-sual aparılaraq onun idarə etdiyi yük avtomobilində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olub-olmaması soruşulmuşdur. O isə idarə etdiyi yük maşınında heç bir qanunsuz predmetin olmadığını bildirmişdir. Yoxlama zamanı əvvəlcə avtomobilə kinoloq tərəfindən kinoloji xidmət iti tətbiq edilmişdir. Bu zaman xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun ətraflarına reaksiya vermişdir. Bundan sonra “Volvo FH” markalı, AO9902Aİ/AO4481XX dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusunda olan “Mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəlciklər və digər dekorativ məmulat” yükləri yerə gömrük əməkdaşları tərəfindən boşaldılmış və yenidən xidməti itin tətbiqi ilə yoxlanılmışdır. Bu zaman digər kinoloji xidmət iti avtomobilin qoşqusundan yerə boşaldılmış yüklərdən miqdarı 101 ədəd olan düzbucaqlı formalı üzəri mozaikalı panellərə xüsusi ilə reaksiya vermişdir. Xidməti itin reaksiyasına əsasən həmin panellərdən bir ədədinin ətrafları gömrük əməkdaşları tərəfindən xüsusi alətlə deşilərək daxilinə baxıldıqda panelin çərçivə hissəsi boyunca yerləşdirilmiş silindr formalı rezin borunun olduğu müəyyən edilmişdir. Bundan sonra çərçivə sındırılaraq rezin boru çıxarılmış və rezin borunun uc hissələri kəsildikdə borunun içərisində boru boyunca açıq qəhvəyi rəngli, narkotik vasitə heroinəoxşar maddənin yerləşdirildiyi məlum olmuşdur. Bundan sonra avtomobildən boşaldılmış üzəri mozaikalı digər panellərə də eyni üsulla baxış keçirilmişdir. Nəticədə“Volvo FH” markalı, AO9902Aİ/AO4481XX dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusundan boşaldılmış 101 ədəd düzbucaqlı formalıüzəri mozaikalı panellərin hər birinin daxilində-çərçivə hissələri boyunca yerləşdirilmiş silindr formalı rezin borunun içərisində eyni üsulla gömrük nəzarətindən gizlədilmiş, açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddənin olduğu məlum olmuşdur. Narkotik vasitə heroinə oxşar maddə rezin borularla birlikdə elektron tərəzidəçəkilmiş vəümumi çəkisi 186 kq 817 qram olmuşdur. Daha sonra rezin borular bir-bir açılaraq daxilində olan heroinə oxşar maddə boşaldılmış və ayrı-ayrılıqda çəkilmişdir. Hər bir panelin daxilindəki rezin boruların içərisindəki maddənin ümumi təmiz çəkisi 107 kq 232 qram olmuşdur. Yoxlama başa çatdıqdan sonra Ukrayna Respublikası vətəndaşı X8 idarə etdiyi “Volvo FH” markalı, AO9902Aİ/AO4481XX dövlət qeydiyyat nişanlı yük avtomobilindən aşkar edilmiş açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə protokol əsasında gömrük əməkdaşları tərəfindən onların iştirakı ilə götürülərək qablaşdırılmışdır. O ifadəsində əlavə olaraq göstərmişdir ki, İvan Tomineçin idarə etdiyi yük avtomobilinin qoşqusunda olan plombun tamlığı pozulmamışdır. Avtomobildən boşaldılmış düzbucaqlı formalı üzəri mozaikalı panellər zavod üsulu ilə hazırlanmışdır. Həmin panellər əvvəlcə bərk selefon materialla örtülmüş və karton yeşiklərə qoyulmuş sonra da taxta yeşiklərə yerləşdirlmişdir. Dindirilmiş şahid X6 ifadəsində göstrmişdir ki, o 10 ildir ki, Astara şəhərində broker kimi fəaliyyət göstərmiş, İran İslam Respublikasında 4 şirkətlə işləmiş, yəni onlarda yük olanda ona məlumat verilmiş, o da bu barədə Azərbaycan Respublikasında olan və yük axtaran şirkətlərə məlumat vermişdir. Bunun müqabilində ona hər yükə görə 50 manat pul verilmişdir. Ukraynadan Nataliya adlı qadın ona zəng edərək Bakı şəhərində 2 ədəd yük maşınlarının olduğunu bildirib, onlara İran İslam Respublikasından yük tapmasını xahiş etmişdir. O Ukrayna vətəndaşları İvan və Mikola ilə əlaqə yaratmış, Mikola üçün kişmişdən ibarət yük tapıb vermiş, Mikola kişmiş yükünü yükləyib getmişdir. Digər sürücü İvan isə yük tapılmadığından İran İslam Respublikasında gözləmişdir. Daha sonra İran İslam Respublikasından olan Əhməd adlı broker ona zəng edərək İvan Tomineçin başqa tanımadıqları brokerin yükünü yükləyərək İran İslam Respublikasından getdiyini ona demişdir. Ona görə də o İvanla əlaqə saxlamamışdır. Sonradan İvanın idarə etdiyi avtomobildə olan yükdə heroin aşkar edildiyini bilmişdir. Dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o Astara şəhərində yerləşən yeməkxanalardan birində işləyir. Bundan əlavə olaraq həm azərbaycanlı, həm də xarici sürücülərə İran İslam Respublikasından müəyyən pul müqabilində yük təşkil edir. İranın Astara şəhərində yerləşən terminalda çalışan Əlirza adlı şəxs 06 aprel 2021-ci ildə ona “Vatsap” proqramı vasitəsi ilə mesaj göndərərək, Çexiya Respublikasının Praqa şəhərinə göndəriləsi yük olduğunu və boş yük maşınının olub-olmamasını soruşmuşdur. O da ona boş yük maşını taparsa onunla əlaqə saxlayacağını bildirmişdir. Bundan təxminən 10 gün sonra Ukrayna Respublikasında fəaliyyət göstərən tanıdığı şirkət nümayəndəsi Olqa adlı qadın ona zəng edərək İrandan Avropaya aparılmalı olan yükün olub-olmaması barədə ondan soruşmuş, o da X25 şəhərindən Çexiya Respublikasının Praqa şəhərinə yükün olduğunu bildirmişdir. Olqa yükün daşıma qiymətini soruşmuş, o isə yükün daşıma qiymətinin 4 min ABŞ dolları olduğunu demişdir. Olqa daha sonra onunla 3800 ABŞ dollarına razılaşdığını demiş və ona sürücünün sənədlərini göndərmişdir. Daha sonra o həmin sənədləri İranın Astara şəhərində yerləşən terminalda çalışan Əlirzaya göndərmişdir. Əlirza yükün əsl sahibi olmamış, Əlirza da onun kimi Astarada yük taparaq xarici ölkələrə göndərməklə məşğul olmuşdur. Yükün əsl sahibinin kim olması isə ona məlum olmamışdır. O yalnız Əlirza ilə əlaqə saxlamışdır. 27 aprel 2021 ci il tarixdə Ukrayna Respublikasındakı şirkət nümayəndəsi ona zəng edərək İrandan göndərilən yükün içərisindən narkotik vasitə aşkar olunduğunu ona xəbər vermiş, o da Astarada yerləşənn gömrük postuna gedərək hadisə ilə bağlı gömrük əməkdaşlarına izahat vermişdir.Əlirzanı əvvəllr tanımamış, onunla heç bir əlaqəsi olmamışdır. Azərbaycan Respublikasının Astara şəhərində işləyən tanıdığı insanlar vasitəsi ilə onunla əlaqə yaratmışdır. Daha sonra o Əlirza ilə özü də bir neçə dəfə əlaqə yaratmışdır. Bundan qabaq Əlirza ona daha bir yük tapmışdır. Həmin yük qarpız yükü olmuşdur. Lakin həmin yükdə qanunsuz heç bir şey aşkar olunmamışdır. Onun göstərdiyi broker xidmətinə görə ona 50 ABŞ dolları pul qalmışdır. Lakin bu işdə o pul ala bilməmişdir, çünki, onlar pulu adətən xidmətə görə, yəni nəqliyyat vasitəsi ölkə ərazisinə keçəndən sonra verilməli idi. Ümumilikdə bu işlərə görə onlara 200 ABŞ dolları ödənildiyini, həmin məbləğin 100 ABŞ dolları İran İslam Respublikasındakı yükü tapan broker götürmüş, 50 ABŞ dolları ona və 50 ABŞ dolları isə onunla əlaqə yaratmış Ukrayna şirkətinin brokerinə çatmışdır. Məhkəmədə müdafiə və ittiham tərəfin razılığı ilə Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid Elnur Quluyev həmin fadəsində göstərmişdir ki, Astara rayonu Məçitməhəllə kəndində yaşamışdır. Daimi iş yeri olmadığı üçün müvəqqəti olaraq “Astara” gömrük postunda yükləmə-boşaltma əməliyyatlarında fəhləlik etməklə günəmuzd işləmişdir. 27 aprel 2021-ci ildə saat təxminən 11 radələrində“Astara” gömrük postunun Sənan adlı gömrük işçisi onu və onun ilə birlikdə fəhləlik edən Mahiri çağıraraq yük maşınını yoxlayacaqlarını və onlara da yoxlamada hal şahidi qismində iştirak etməyi təklif etmişdir. Onlar onunla razılaşmış və o adı orada onlara məlum olan Ukrayna Respublikası vətəndaşıTəqsirləndirilən şəxs Mixayloviçin idarə edilmiş“Volvo FH” markalı“AO9902Aİ/AO4481XX” dövlət nömrə nişanlı nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama başlamazdan öncə“Astara” gömrük postunun işçisi Sənan tərəfindən “Volvo FH” markalı“AO9902Aİ/AO4481XX” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Ukrayna Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Mixayloviç ilə şifahi formada sorğu-sual aparılaraq onun idarə etmiş olduğu yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olub-olmaması soruşulmuşdur. O isə idarə etdiyi yük maşınında heç bir hüquqpozma predmeti olmadığını bildirmişdir. Yoxlama zamanı ilk öncə avtomobilə kinoloq tərəfindən kinoloji xidmət iti tətbiq edilmişdir. Bu zaman xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun ətraflarına reaksiya vermişdir. Bundan sonra “Volvo FH” markalı, AO9902Aİ/AO4481XX dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusunda olan “Mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəlciklər və digər dekorativ məmulat” yükləri yerə gömrük əməkdaşları tərəfindən boşaldılınmış və yenidən xidməti itin tətbiqi ilə yoxlanılmışdır. Bu zaman digər kinoloji xidmət iti avtomobilin qoşqusundan yerə boşaldılmış yüklərdən miqdarı 101 ədəd olan düzbucaqlı formalı üzəri mozaikalı panellərə xüsusi ilə reaksiya vermişdir. Xidməti itin reaksiyasına əsasən həmin panellərdən bir ədədinin ətrafları gömrük əməkdaşları tərəfindən xüsusi alətlə deşilərək daxilinə baxıldıqda panelin çərçivə hissəsi boyunca yerləşdirilmiş silindr formalı rezin borunun olduğu müəyyən edilmişdir. Bundan sonra panelin daxilində-çərçivə hissəsi boyunca gizlədilmiş silindr formalı rezin boru çıxarılaraq uc hissələri xüsusi kəsici alətlə kəsildikdə borunun içərisində boru boyunca açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddənin yerləşdirildiyi məlum olmuşdur. Bundan sonra avtomobildən boşaldılmış üzəri mozaikalı digər panellərə də eyni üsulla baxış keçirilmişdir. Nəticədə“Volvo FH” markalı, AO9902Aİ/AO4481XX dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusundan boşaldılmış 101 ədəd düzbucaqlı formalı üzəri mozaikalı panellərin hər birinin daxilindəçərçivə hissələri boyunca yerləşdirilmiş silindr formalı rezin borunun içərisində eyni üsulla gömrük nəzarətindən gizlədilmiş, açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddənin olduğu məlum olmuşdur. 101 ədəd düzbucaqlı formalı üzəri mozaikalı panellərin hər birinin daxilində-çərçivə hissələri boyunca yerləşdirilmiş silindr formalı rezin boruların içərisində olan açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə rezin borularla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi təqribi çəkisinin 186 kq 817 qram olduğu müəyyən edilmişdir. Daha sonra açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddənin yerləşdirildiyi rezin borular bir-bir açılaraq daxilində olan narkotik vasitə heroinə oxşar maddə boşaldılmış və ayrı-ayrılıqda çəkilmişdir. Hər bir panelin daxilindəki rezin boruların içərisindəki maddənin ümumi təmiz çəkisinin 107 kq 232 qram olduğu məlum olmuşdur. Yoxlama başa çatdıqdan sonra Ukrayna Respublikası vətəndaşı X12 idarə etdiyi “Volvo FH” markalı, AO9902Aİ/AO4481XX dövlət qeydiyyat nişanlı yük avtomobilindən aşkar edilmiş açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə protokol əsasında gömrük əməkdaşları tərəfindən onların iştirakı ilə götürülərək qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan “malların yoxlanılması haqqında” 27 aprel 2021-ci il tarixli protokoldan görünür ki, “Volvo FH” markalı“AO9902Aİ/AO4481XX” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2021-ci il tarixdə saat 11 radələrində gömrük nəzarətindən keçirilərkən saxlanılmış, yoxlama zamanı kinoloji it tətbiq edilmiş, qoşquda olan 101 ədəd düzbucaqlı formalı üzəri mozaikalı panellərin daxilində çərçivə hissəsi boyunca gizlədilmiş silindir formalı rezin borunun içərisində boru boyunca yerləşdirilmiş ümumilikdə külli miqdarda 105 kiloqram 400 qram heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki kimyəvi ekspertizasnın 28 aprel 2021-ci il tarixli, 1684 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, 101 ədəd bağlamadakı ümumi təmiz çəkisi 105400 qram (105 kg, 400 qr) olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 101 ədəd bağlamada olan heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə (rənginə, hissəciklərin formasına və s.) görə eynidirlər. Həmin bağlamalardakı heroinlərin ayrı-ayrılıqda təmiz çəkiləri 1 №-li cədvəldə verilmişdir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir. Tədqiqat zamanı 105 kiloqram 400 qram heroin narkotik vasitəsindən 0,500 qram tədqiqata sərf olunmuş 105399,5 qram qalmışdır. İşdə olan ibtidai istintaq orqanının 19 may 2021-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən qalıq çəkisi 105399,5 qram heroin narkotik vasitəsi işüzrə törədilmiş cinayətlərin predmeti olduğundan maddi sübut kimi tanınması və məhkəmənin yekun hökmünə qədər Dövlət Gömrük Komitəsinin İstintaq və Təhqiqat İdarəsində saxlanılması üçün təhvil veriləsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 24 may 2021-ci il tarixli, 1581 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı X12 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 14 iyun 2021-ci il tarixli, 9/3354 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd ağ rəngli “Volvo FH” markalı, AO9902Aİ/AO4481XX dövlət qeydiyyat nişanlı, 2004-cü il buraxılışlı və 2003-cü il buraxılışlı göy rəngli tentli qoşqu ilə birlikdə yedəkli, dartıcı yük avtomobilinin 26 aprel 2021-ci il tarixə orta bazar qiyməti təxminən 33800,0 manat müəyyən edillir. İşdə olan Azərbaycan DGK-nin VAİS altsistemindən götürülmüş məlumatlara əsasən X19 Azərbaycan Respublikasının dövlət sərhədini 26 aprel 2021-ci il tarixdə saat 01 radələrində İran İslam Respublikası istiqamətindən Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara“ gömrük postuna daxil olmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına 14 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, X8 ətrafında müvafiq əməliyyat tədbirlərinin keçirilməsini təşkil edərək narkotik vasitəni əldə etdiyi şəxsin, habelə onu satacağı və ya digər formada verəcəyi şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı başqa cinayətlərdə də, iştirakının olub-olmaması, əvvəllər Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirilməsi və satılmasıəməllərində iştirakının olubolmaması, həmçinin işüçün əhəmiyyətli ola biləcək digər xüsusatların müəyyənləşdirilməsi barədə əməliyyat tapşırığına cavab olaraq İvan Tomineçin ətrafında müvafiq əməliyyat tədbirləri həyata keçirildiyi və əldə olunan məlumatlar barədə əlavə məlumatlar veriləcəyi qeyd olunmuşdur. İşdə olan 14 iyun 2021-ci il tarxli telefon məlumatlarına baxış keçirilməsi haqqında istintaq hərəkəti protokollarından görünür ki, İvan Tomineçin istifadəsində olan Azer Sell operatoruna məxsus 050 66792 saylı mobil telefonla müxtəlif vaxtlarda çoxlu sayda danışıqlar aparılmşdır. Lakin iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən ediməmişdir. İşdə olan «Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən və etibarnamədən görünür ki, “Volvo FH” markalı AO9902Aİ/AO4481XX dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sahibi Ukraynanın Kuşnitsa şəhərində fəaliyyət göstərən “Ştefko” şirkətidir. İvan Tomineç həmin yük avtomobilini etibarnamə əsasında idarə edir. İşdə olan ibtidai istintaq orqanının sübutların qiymətləndirilməsi haqqında 03 dekabr 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə qalıq çəkisi 105399,5 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutlar otağında saxlanılır. Habelə cinayət işi ilə bağlı olan “Volvo FH” markalı “AO9902Aİ/AO4481XX” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin Ukraynanın Kuşnitsa şəhərində fəaliyyət göstərən “Ştefko” şirkətinin nümayəndəsi X7ytarılmışdır. İşdə olan “Cinayət işindən başqa cinayət işinin ayrılması haqqında” 03 dekabr 2021ci il görünür ki, bu cinayət işinin materiallarından cinayət əməllərinin törədilməsində iştirakı olan digər şəxslərin barəsində CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan hüquqi sənədlərdən görünür ki, X19 xx xxxxxx 1962-ci ildə Ukrayna Respublikasının Zakapatye vilayətində anadan olmuşdur. Ukrayna Respublikası, Zakapatye vilayəti, Mukaçevski rayonu, Stroynoye kəndində qeydiyyatda olmaqla, orada yaşamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 11 may 2021-ci il tarixli tələbnamədən görünür ki, X19 Azərbaycan Respublikası ərazisində məhkum olunmamışdır. İşdə olan Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərarının surətindən görünür ki, X8 barəsində həbs müddətinin əvvəli 27 aprel 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məkəmə təqsirləndirilən şəxs İvan Tomineçin məhkəmə istintaqı, həm də ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrini məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq edildiyindən, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda məhkəmə heyəti cinayət təqibi orqanı tərəfindən İvan Tomineçə ittiham verilməsi üçün qəbul edilmiş və məhkəmədə tədqiq olunmuş sübutları tədqiq edərək, həmin sübutlara da huquqi qiymət vermişdir. Belə ki, məhkəmə bu baxımdan tədqiq olunmuş sübutları təhlil edib hesab edir ki, iş üzrə dindirilmiş şahidlər Şahid1, Şahid3, X6 və Şahid5h oğlunun ifadələrini və Şahid2 məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsini törədilmiş cinayət hadisələrinə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətinin, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətinin baş verməsini təsdiq edən sübutlar kimi qəbul etməklə yanaşı, həm də bu cinayətlərin törədilməsində İvan Tomineçin iştirakını istisna edən sübutlar kimi də qəbul edir. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs İvan Tomineçin ittihamda göstərilən qaçaqmalçılıq cinayətini və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi tam təkzib olunur. Məhkəmə hesab edir ki, İvan Tomineçin qabaqcadan əlbir olmuş şəxslərlə CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayətləri kimlərlə birlikdə törətməsini təsdiq edən sübutların mövcud olmamasına, habelə həmin ittihamın iş materiallarında olan sübutlarla təkzib olunmasına baxmayaraq ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq İvan Tomineçə CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmiş, eləcə də məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs İvan Tomineçin CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmır. Göründüyü kimi, istintaq orqanı tərəfindən İvan Tomineçin ittiham olunduğu cinayətləri törətməsi heç bir mötəbər hesab edilə bilən sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayət əməllərini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Hazırki iş üzrə istintaq orqanı tərəfindən İvan Tomineçin hərəkətlərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayəti (CM-nin 206.3.2-ci maddəsi), eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayəti (CM-nin 234.4.1 və 234.4.3-cü maddələr) ilə tövsif olunması iş üzrə olan sübutlarla uzlaşmır və belə qiymətləndirmə əsassızdır. Həmçinin iş üzrə İvan Tomineçin qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətlərini törətməsinin əsas sübutu kimi ittiham tərəfi X22 gömrük nəzərəti ilə bağlı aparılan yoxlama zamanı İvan Tomineçin idarə etdiyi “Volvo FH” markalı, “AO9902Aİ/AO4481XX” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsində olan yüklərin, mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəllər və dekorativ məmulatların içərisinə qoyulmaqla gizlədilmiş külli miqdarda narkotik vasitə olan heroinin aşkar edilməsi faktına istinad etsə də, aşkar edilmiş həmin külli miqqdarda narkotik vasitənin şəxsiyyətləri məlum olmayan cinayətkar qrupun üzvləri tərəfindən qanunsuz olarar əldə edilib, saxlanıb, daşınmasında, yəni qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətlərinin törədilməsində İvan Tomineçin iştirakını təsdiq edən heç bir sübut istintaq orqanı tərəfindən əldə edilməmiş və belə sübutlar məhkəməyə də təqdim olunmamışdır. Bundan başqa məhkəmədə dindirilmiş şahidlər Şahid1, Şahid3, X6 və Şahid5h oğlunun ifadələrinə əsasən İvan Tomineçin idarə etdiyi Volvo FH” markalı, “AO9902Aİ/AO4481XX” dövlət nömrə nişanlı avtomobildə olan mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəllər və dekorativ məmulatlarınüzəri də sellofanla tam olaraq bağlanmış vəziyyətdə olmuşdur. Həmin məmulatlar bir-bir sındırılmaqla açılıb yoxlanarkən onların hər birnin içərisindən külli miqdarda narkotik vasitə aşkar edilmişdir. Həmçinin təqsirləndirilən şəxs İvan Tomineç həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, aşkar olunmuş külli miqdarda narkotik vasitənin idarə etdiyi avtomobildə olan yükün, içərisində olan mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəllər və dekorativ məmulatların harada, nə vaxt və kimlər tərəfindən qoyulmasını (gizlədilməsini) bilməmiş, onun bundan heç bir məlumatı olmamışdır. İranın Astara şəhərində digər avtomobildən içərisində yük olan bağlamalar üzəri tam olaraq əvvəlcə selofanla bağlanaraq karton qutulara qoyulmuş vəziyyətdə taxta yeşiklərə yerlədirilmiş halda yüklənmişdir. Yükə aid sənədlərə əsasən o yeşiklərdə olan mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəllər və dekorativ məmulatlar olduğunu bilmişdir. O, həmin yükü İranın Astara şəhərindən götürdükdən sonra yük heç bir yerdə açılmamış, yalnız Azərbaycanın X22 yoxlama aparılarkən açılmışdır. Yükdaşıcı sürücü kimi onun qablaşdırılmış vəziyyətdə maşınına yüklənmiş yükü açıb içərisində sənəddə göstərilən malın olub-olmamasını yoxlamaq ixtiyarı olmamış, yalnız qablaşdırılmış yükün xarici görünüşünü yoxlamaq ixtiyarı olmuşdur. Bu səbəbdən o, maşına yüklənmiş yükün içərisində dəqiq nə olmasını bilməmiş və bunu bilmək üçün praktiki olaraq heç bir imkana malik olmamışdır. Ona görə də yükdaşıcı sürücü kimi onun maşınına yüklənmiş yükün, yəni zavod üsulu ilə tam olaraq üzəri sellofana bağlanmış (karton qutularda üzəri də sellofanla bağlanmışvəziyyətdə olmaqla) olan yükün içərisində sənəddə göstərilən maldan başqa bir şeyin, o cümlədən narkotik vasitənin olmasını bilmək imkanı olmamışdır. Beləliklə, iş üzrə dindirilmiş şahidlərin, eləcə də təqsirləndirilən şəxsin ifadələri, habelə iş üzrə olan digər sübutlarla, o cümlədən X22 İvan Tomineçin idarə etdiyi “Volvo FH” markalı, “AO9902Aİ/AO4481XX” dövlət nömrə nişanlıyük maşının gömrük əməkdaşları tərəfindən yoxlanması ilə bağlı çəkilmiş fotoşəkillər və videoçəkilişə dair materiallara baxış keçirilməsinə dair “malların yoxlanılması haqqında” 27 aprel 2021-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillər və videogörüntülərlə tam olaraq təsdiq olunur ki, maşınına yüklənmiş mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəllər və dekorativ məmulatların hər biri zavod üsulu ilə düzəldilməklə, üzərləri tam olaraq sellofanla bağlanaraq karton qutulara yerləşdirilməklə taxta yeşiklərə qoyulmuşdur. Avtomobil isə yükləndikdən sonra gömrük əməkdaşları tərəfindən bağlanaraq plomblanmışdır. Həmin yüklər X22 yoxlanan vaxtadək açılmamış və avtomobilin üzərində olan plombun pozulması, yüklərin üzərində olan sellofanın cırılması və ya açılması halları aşkar edilməmişdir. Qeyd olunan içərisində mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəllər və dekorativ məmulatlar olan qutular yalnız gömrük postunda açıldıqdan sonra yoxlanılarkən panellər xüsusi alətlərlə sındırıldıqdan sonra panelin çərçivəsi boyu yerlədirilmiş rezin boruların içərisində heroin olması aşkar edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şahidlərin və təqsirləndirilən şəxsin ifadələrini, iş üzrə olan digər sübutlarla, o cümlədən X22 İvan Tomineçin idarə etdiyi “Volvo FH” markalı, “AO9902Aİ/AO4481XX” dövlət nömrə nişanlı yük maşının gömrük əməkdaşları tərəfindən yoxlanması ilə bağlı çəkilmiş fotoşəkillər və videoçəkilişə dair materialları, eləcə də istintaq hərəkətinə dair protokolları sübut kimi qəbul edərək hesab edir ki, İvan Tomineçin idarə etdiyi “Volvo FH” markalı maşında olan yükün üzəri istehsalçı və ya yükgöndərən tərəfindən sellofanla bağlanmış vəziyyətdə yükdaşıyıcı (sürücü) İvan Tomineçə təhvil verilmişdir. Məhkəmə 101 ədəd içərisində mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəllər və dekorativ məmulatların zavod üsulu ilə düzəldilməsini, həmin məmulatların çərçivəsi boyunca əvvəlcədən rezin borular yerlədirilməklə heroin maddəsinin həmin boruların içərisində gizlətdikdən sonra zavod üsulu ilə çərçivənin tam örtülməsi, lövhənin üzərinə əvvəlcə selefon çəkilməsi və təkrarən karton qutularda yerləşdirldikdən sonra taxta yeşiklərə qablaşdırılması, sellofan və kağız örtüyü sökmədən, paneli xüsusi alərlə sındırmadan və onun içərisinə bərkidilmiş rezin borunu uc hissələrini kəsmədən onun içərisində olan kütlənin faktiki olaraq mənsubiyyətinin müəyyən edilməsinin mümkünsüz olmasını, qeyd edilən yükün nəqliyyat vasitəsinə yükləndikdən sonra avtomobilin əvvəlcə İİR-nın Astara şəhərində yerləşən gömrük ərazisində kinoloji it tətbiq edilməklə yoxlanılmasını, bundan sonra maşının yük yerinə İİR-in gömrük orqanına məxsus rəsmi plombun vurulmasını, İvan Tomineçin idarə etidiyi nəqliyyat vasitəsinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postuna daxil olub yoxlama keçirilən ana qədər yük yerinə vurulmuş İİR-ə məxsus rəsmi plombun qırılmamasını və tamlığının pozulmamasını, həmin plombun yoxlama aparan gömrük əməkdaşları tərəfindən açılmasını, yük yerində olan bütün panellərin zavod üsulu ilə çəkilmiş örtüklərin və panellərin tamlığının pozulmamasını nəzərə alaraq hesab edir ki, İvan Tomineç idarə etdiyi nəqliyyat vasitəsində yük bağlamalarının içərisində 101 ədəd panellərin çərçivə boyu yerləşdiril içərisinə yerləşdirilmiş ümumi təmiz çəkisi 105,400 kiloqram olan narkotik vasitə – heroinin oraya harada və necə yerləşdirilməsindən, habelə həmin maddəni Azərbaycan Respublikasına daşımasından məlumatsız olmuşdur. Məhkəmədə bu həm də «Mobil telefon aparatına baxış keçirilməsi haqqında» 06 dekabr 2019-cu il tarixli protokolu ilə də təstiq olunur. Həmin protokoldan görünür ki, İvan Tomineçin istifadəsində olan telefona aid məlumatlara baxış keçirilərkən orada onun narkotik vasitələrə barədə heç bir danışıq qeydə alınmamışdır. Habelə iş üzrə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, yükdaşıyığı (sürücü) İvan Tomineçin daşıdığı yükün, yəni üzəri tam olaraq sellofanla əhatələnərək bağlamalara yığılmış karton qutularda olan məmulatların içərisindəki külli miqdarda narkotik vasitənin gizlədilməsini bilməsi və ya bilməli olması istisna edilir. Eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı, “Beynəlxalq Yükdaşımalar müqaviləsi haqqında” 19 may 1956-cı il tarixli Cnevrə Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsinə görə beynəlxalq yükü qəbul edən sürücü yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamalıdır. Həmin maddəyə əsasən daşınan məhsulun adı barədə məlumatlar beynəlxalq avtomobil daşıyıcısının (sürücüsünün) nəzarət sahəsinə aid deyil. Həmin Konvensiyasının 11-ci maddəsində yükgöndərən yükü göndərməzdən əvvəl lazımi sənədləri fakturaya əlavə etmək və ya daşıyıcının ixtiyarına vermək, gömrük və digər rəsmiyyətlərin icrası üçün tələb edilən bütün məlumatları təqdim etmək vəzifəsi təsbit edilmişdir. Həmin maddənin 2-ci hissəsinə əsasən bu sənədlərin düzgünlüyünün və bütövlüyünün yoxlanılması daşıyıcının vəzifələrinə aid deyil. Habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli qərarı ilə təsdiq edlilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarının 35.1-ci maddəsinə əsasən (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaların təşkili) avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları, o cümlədən tranzit daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq yerinə yetirilir. Həmin Qaydaların 38.3-cü maddəsinə əsasən daşıyıcı yükü qəbul edərkən CMR-də (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəənəqliyyat qaiməsi) olan yük yerlərinin sayı, onların markalanması və nömrələnməsi, həmçinin yükün və onun qablaşdırılmasının xarici vəziyyətinə aid məlumatları yoxlamalıdır. X1 və Qaydalara əsasən hazırki iş üzrə daşıyıcı İvan Tomineçin daşıdığı yükün daxilini yoxlamaq səlahiyyəti, eləcə də yükü müşayət edən sənədlərin düzgünlüyünü və bütövlüyünü yoxlamaq vəzifəsi olmamışdır. Beləliklə, iş üzrə təqsirləndirilən şəxs İvan Tomineçin qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətlərini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla uzlaşmır, yəni həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı onun bu cinayətləri törətməsini təsdiq edən obyektiv sübutlar olmamış, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayətləri törətməsi öz təsdiqini tapmamışdır. Məhkəmə yuxarıda göstərilən sübutları və işin faktiki hallarını, cinayətin ittiham aktında göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki,İvan Tomineçin istintaq orqanı tərəfindən verilmiş ittihamda göstərilən cinayətləri törətməsi yalnız mülahizə (ehtimal) xarakteri daşımaqla məhkəmə istintaqı zamanı sübuta yetməmişdir. Məhkəmə heyəti yuxarıda göstərilən sübutları və işin faktiki hallarını, cinayətin ittiham aktında göstərildiyi kimi, yəni İvan Tomineçin CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddlərində nəzərdə tutulan cinayətləri törətməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, istintaq orqanı tərəfindən verilmiş bu ittihama aid sübutlar ehtimallara əsaslanmaqla yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslığına dair meyarlarla birlikdə götürməklə baxıldıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış) mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslansın. Yalnız belə olduqda, məhkəmə CPM-in 28-ci maddəsində ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki iş üzrə İvan Tomineçin təqsirliliyinə dair istintaq orqanı heç bir əsaslı dəlil-sübut gətirmədən, əməlin qiymətləndirilməsi şablon xarkterli cümlələr yazılmaqla, yəni təqsirləndirilən şəxsin ifadəsi işin faktiki hallarına uyğun gəlmədiyindən, təqsirləndirilən şəxsin gətirdiyi xüsusatlar öz təsdiqini tapmadığından özünü müdafiə kimi qiymətləndirilmişdir yazılmaqla kifayətlənmiş, lakin təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi dəlilləri (törədilmiş cinayətdə onun iştirakını istisna edən halları) təkzib edən sübutların nədən ibarət olmasını göstərməmiş, yalınz ümumi xarakterli əsaslar-narkotik vasitənin killi miqdarda olması və həmin narkotik vasitənin təqsirləndirilən şəxsin idarə etdiyi maşında olan yükün içərisində aşkar olunması, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması, narkotik vasitənin Azərbaycandan tranzit keçməklə Avropa ölkələrinə daşınması faktı, cinayətlərin iştirakçılıqla törədilməsi və işin digər halların (həmin halların nədən ibarət olması məlum deyil) olması göstərilməklə təqsirləndirilən şəxs İvan Tomineçin cinayət əməlinin sübuta yetirilməsi qənaətinə gəlinmiş və onun cinayət məsuliyyətinə cəlb olunması barədə əsassız qərar qəbul etmişdir. Halbuki, İvan Tomineçin təqsirli bilindiyi əməllər iş üzrə faktiki əldə olunmuş sübutlar əsasında CPM-in 143-146-cı maddələrin tələblərini müvafiq olaraq qiymətləndirilərək onun təqsirsizliyi barədə qərar qəbul edilməli idi. Həmçinin ibtidai istintaq natamam aparılmış, cinayət törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində əsaslı araşdırma aparılmamış, yalnız Çexiyanın aidiyyəti orqanına işin mahiyyəti üzrə sorğular göndərilmiş, lakin həmin sorğuların cavabları alınmaqla sonrakı istintaq hərəkətlərin aparılması təmin edilməmişdir. Halbuki istintaqa məlum olmuşdur ki, mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəllər və dekorativ məmulatlar olan yükün İran İslam Respublikasında qeydiyyatda olan “X24” şirkəti tərəfindən Çexiya Respublikasında qeydiyyatda olan “İ am Verto S.R.O. Company” şirkətinə göndərilir və həmin yük Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə aidiyyəti ünvana çatdırımalı olmuşdur. Göründüyü kimi İran şirkəti Çexiya şirkətinə göndərdiyi yükün içərisinə külli miqdarda narkotik vasitə olan heroin yerləşdirib göndərirsə, bu o deməkdir ki, hər iki şirkətdə qarşılıqlı şəkildə cinayət əlaqəsi yaradaraq narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər vardır. Habelə onların qanunsuz dövriyyəsini həyata keçirdikləri narkotik vasitə olan heroinin miqdarının yüz kiloqramdan çox, dəyərinən “qara bazar”da çox yüksək məbləğdə olması cinayətin törədilməsi üçün geniş əlaqəli şəxslərin fəaliyyətinin mövcud olmasına dəlalət edir. Lakin istintaq orqanı bu cinayətkar şəbəkənin üzə çıxarılması istiqamətində araşdırma aparmamış, yalnız yük avtomaşının heç bir məlumatı olmayan (tədqiq olunmuş sübutlara əsasən) sürücüsünü cinayət məsuliyyətinə cəlb etməklə kifayətlənmişdir. İbtidai istintaqın sonunda bu cinayətin törətdilməsində iştirak etmiş şəxsiyyətləri məlum olmayan şəxslərin barəsində cinayət işindən başqa cinayət işi ayrılmış olsa da, İvan Tomineçin bu şəxslərlə hansısa formada əlaqəsinin olmasına dair heç bir sübut yoxdur. Həmçinin istintaq orqanı tərəfindən sürücünü bu işə cəlb etmiş şəxs Şahid5 bu cinayətin törətdilməsində iştirakının olub-olmaması tam araşdırılmaqla huquqi qiymət verilməmişdir. Həmçinin istintaq orqanın gəldiyi nəticəyə əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətkar dəstənin fəaliyyətinin İran və Çexiyanı əhatə etməsi, o cümlədən cinayətkar məqsədin reallaşması üçün Azərbaycan Respublikası və Ukrayna Respublikası ərazilərindən tranzit marşrut kimi istifadə edilməsi cinayətkar dəstənin fəaliyyəti transmilli xarakter daşıması kimi qəbul edilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir k, hazırki iş üzrə İvan Tomineçin CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmamışdır. Eyni zamanda cinayət qanunvericiliyinin və digər hüquqi aktların qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və satma cinayətləri ilə bağlı müddəaları baxımından məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla İvan Tomineçin CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetmir. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törətdilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti, cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və ya heç olmasa birinin mövcud olması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmçinin şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan Hüquqlarının və X4 X2 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəs törədildiyi anda milli və beynəlxalq hüquqla cinayət hesab edilməmiş hər hansı bir hərəkəti və ya hərəkətsizlik təşkil edən əmələ görə təqsirli bilinə bilməz. CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-in 42.1-ci maddəsinə əsasən bəraətin əsasları məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən hallardan biri olduqda, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə (bu Məcəllənin 42.1.4-cü maddəsi) bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmişşəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmün çıxarmalıdır. Beləliklə, məhkəmə heyəti cinayət işi üzrə təqdim olunmuş sübutları əlaqəli şəkildə təhlil edərək hesab edir ki, cinayət təqibi orqanı tərəfindən verilmiş ittihamlar üzrə İvan Tomineçin təqsirliliyi sübuta yetirilmədiyinə görə CPM-in 42.1.4-cü maddəsinə əsasən ona CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməli və onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. CPM-in 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə heyəti İvan Tomineçin təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi qənaətinə gəldiyindən və cinayəti törətmiş şəxslər müəyyən edilməmiş qaldığından cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini əsaslı hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 105399,5 qram olan narkotik vasitə heroin Azərbaycan Respublikası DGK-nin Əməliyyat-İstintaq Başİdarəsinin maddi sübutlar otağında saxlanılmalıdır. Ukraynanın Kuşnitsa şəhərində fəaliyyət göstərən “Ştefko” şirkətinə məxsus olan, “Volvo FH” markalı“AO9902Aİ/AO4481XX” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin ibidai istintaq zamanı həmin şirkətinin nümayəndəsi X7ytarılmas nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərclərinin ödənilməsindən İvan Tomineç azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 344-347, 349, 350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: X15 Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. İvan Tomineçə qarşı seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 105399,5 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutlar otağında saxlanılsın. X19 məhkəmə xərclərinin ödənilməsindən azad edilsin. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxslərin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar