Məhkəmə qərarları › İş №1(099)-143/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-143/2024

19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-143/2024 19.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X23 oğlunun sədrliyi ilə, hakimlər – Məmmədov Neymət Hüsən oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Sabirabad rayonunun Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Sabirabad rayonu, Məmişlər kəndində qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-254/2021 nömrəli hökmü ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün barəsində qətimkan tədbiri seçilməyən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 10 yanvar 2020-ci il tarixədək olan müddətdə, Bakı şəhərində olduğu vaxt telefon vasitəsi ilə İran İslam Respublikasında şəxsiyyəti istintaqa məlum olmayan şəxslər və həmin şəxslərin vasitəsi ilə Azərbaycan Respublikası vətəndaşı Şahid1 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasında qəsdən qanunsuz olaraq satış məqsədilə külli miqdarda əldə etmə, saxlama, İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərmə və daşıma, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə ölkə ərazisində satma barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək razılaşmış, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvü İran İslam Respublikasında istintaqla müəyyən edilməmiş yerdə və mənbədən külli miqdarda, 1443,706 qram heroin narkotik vasitəsi, külli miqdarda, 89,550 qram metamfetamin psixotrop maddəsi və 18,344 qram tiryək narkotik vasitəsi satış məqsədilə qəsdən qanunsuz olaraq əldə etmiş, heroin narkotik vasitəsini ayrı-ayrılıqda təmiz çəkiləri 111,093 qram, 108,920 qram, 107,464 qram, 106,171 qram, 105,191 qram, 103,442 qram, 108,697 qram, 100,482 qram, 105,587 qram, 107,228 qram, 109,765 qram, 76,281 qram, 88,069 qram və 105,316 qram olmaqla, cəmi 14 ədəd polietilen bükümdə qablaşdırılıb malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə üzərində “X25” yazısı olan 14 ədəd xama qutusunun içərisinə, təmiz çəkisi 49,389 qram olan metamfetamin psixotrop maddəsini 1 ədəd polietilen bükümdə üzərində “Mihan white cheese” yazısı olan 1 ədəd pendir qutusunun içərisinə, təmiz çəkisi 40,161 qram olan metamfetamin psixotrop maddəsini və təmiz çəkisi 18,344 qram olan tiryək narkotik vasitəsini müvafiq olaraq 2 ədəd polietilen bükümdə eyni növdən olan başqa bir pendir qutusunun içərisinə yerləşdirərək Şahid1 və cinayətlərin törədilməsindən xəbərsiz olan X8 təhvil vermiş, Şahid1 öz növbəsində narkotik vasitə və psixotrop maddəni özü və cinayətdən xəbərsiz Namid Kərimovun vasitəsi ilə qanunsuz olaraq tamah niyyəti və satış məqsədilə qəsdən əldə edib saxlamış, Biləsuvar rayonuna gətirib gömrük postunun yaxınlığında ona (Təqsirləndirilən şəxs) təhvil vermək üçün İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, 10 yanvar 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda (indiki Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində) Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün saat 16 radələrində gömrük əməkdaşları tərəfindən onların əl yüklərinə keçirilmiş gömrük yoxlaması zamanı Şahid1 müşayiət etdiyi əl yükünün içərisindən 7 bükümdə külli miqdarda, 750,978 qram heroin narkotik vasitəsi, Namid Kərimovun müşayiət etdiyi əl yükünün içərisindən isə 7 bükümdə külli miqdarda, 692,728 qram heroin narkotik vasitəsi, 2 bükümdə külli miqdarda, 89,550 qram metamfetamin psixotrop maddəsi və 1 bükümdə 18,344 qram tiryək narkotik vasitəsi aşkar edilərək götürülmüş və bu barədə cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvü tərəfindən məlumatlandırıldıqdan sonra o, həmin narkotik vasitələri və psixotrop maddələri qəbul etmək üçün gözlədiyi “Biləsuvar” gömrük postunun yaxınlığından qaçaraq oranı tərk etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda təqsirli bilməyərək öz ifadəsində göstərmişdir ki, Şahid2 Bakı İstintaq Təcridxanasında onunla bir kamerada olmuş, Bəhruz təcridxanada qalmış, ona isə cəza vermişlər. Bir ay yarımdan sonra isə onu Bakı İstintaq Təcridxanasına gətirib Şahid1 tanıyıb tanımadığımı soruşmuşlar, onu tanımadığını demişdir. Həmin şəxslər qonşu olmaqla ona qarşı oyun oynamış, Fəridin ona sumka gətirdiyini demişlər. Onun həmin şəxslərlə telefon əlaqəsi olmamışdır, belə olan halda həmin şəxslər onun üçün necə sumka gətirə bilərdilər. Bəhruz da ifadəsində onun heç bir günahı olmadığını bildirmişdir. Fəridin nə üçün onun əleyhinə belə ifadə verdiyini bilmir. O Şahid1 2021-ci ilin oktyabr ayından, Ağır Cinayətlər Məhkəməsində görəndən tanımışdır. Əvvəllər Fəridi tanımamışdır. Fərid Bəhruzla qonşudur. Bakı İstintaq Təcridxanasında onların davası olmuş, ona görə onun saxlandığı kameranı ayırmışlar. Onların nə söhbət edib onun əleyhimə ifadə verdiklərini bilmir, məhkumluğu narkotik vasitələrə görə olmuşdur, həmin məhkumluğa görə isə təqsiri olmuşdur.O Şahid4 Fəridin barəsində olan cinayət işi üzrə məhkəmə iclasında, Şirvan Apelyasiya Məhkəməsində görmüşdür. Fərid ona iki dəfə yük gətirməmişdir. Şahid1 Şahid2 ilə qonşudur. Fərid Bəhruza onun adını verməsini, belə olduğu halda onları buraxacaqlarını demişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmış və tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o heç bir yerdə işləmir, iş olanda fəhləlik edir. Şahid1 və X9 qonşu küçə sakinləri kimi tanımışdır. 2020-ci ilin yanvar ayında qonşulardan X20 İslam Respublikasından gələn zaman çantalarında narkotik maddə aşkar edildiyinə görə tutulduqlarını eşitmişdir. O ayda bir dəfə 20 manat müqabilində Fəridlə yük gətirmək məqsədilə İrana getmiş, əl yüklərini gömrük nəzarətindən keçirib postun qarşısında Təqsirləndirilən şəxs təhvil vermişlər. Onları qonşusu Fərid yük gətirmək üçün İrana aparmış, ayda bir dəfə 20 manat müqabilində onun üçün yük gətirmişlər. O Fəridlə Təqsirləndirilən şəxs nə əlaqəsi olduğunu bilmir, Fəridin Elnura əl yükü verməsini 10 metrdən görmüşdür. Təqsirləndirilən şəxs Fəridin gətirdiyi malları təhvil almışdır. Onlara istintaq zamanı bir neçə şəkil göstərilib Fəridin yükü kimə verdiyi soruşulmuş, Elnurun şəklini görən kimi onu tanımışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hal hazırda 6 saylı CÇM-də cəza çəkir, o 2020-ci ilin yanvar ayınadək ayda bir dəfə müxtəlif şəxslərə məxsus olan ərzaq yüklərini İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirib dolanışığımı təmin etmişdir. Təqsirləndirilən şəxs gətirdiyi yükün içərisindən narkotik vasitə çıxdığına görə tutulmuşdur, həmin vaxt Təqsirləndirilən şəxs orada olmamışdır. İrandan yük gətirmiş, iranlının verdiyi yükü iki dəfə gətirmiş, üçüncü dəfə gətirdiyi yükün içərisindən narkotik vasitə çıxmışdır. O yükü Rəşadın adına gətirmiş, Təqsirləndirilən şəxs ona Rəşad adı ilə təqdim etmişlər. Elnura iki dəfə yük vermiş, üçüncü dəfə tutulmuşdur. Ona yuklərin içərisində ərzaq malları və şampun olduğu deyilmiş, narkotik vasitə olduğunu bilməmişdir.Üçüncü dəfə İrandan yük gətirərkən manitordan keçəndə tutulmuşdur. Elnuru əvvəllər tanımamış, ona 2019-cu ilin dekabr ayında gətirib yük vermişdir. Üçüncü dəfə yük gətirəndə həmin yükü Elnura vermək üçün gətirmiş, lakin tutulduğu vaxt çölə çıxdıqda Elnuru görməmişdir. İrana gedib yük gətirirərkən iranlı Möhsüm adlı şəxsdən yük götürmüşlər. Möhsüm Elnuru ona Rəşad kimi təqdim etmiş,əvvəl iki dəfə Elnura yük gətirmiş, yükü 20 manat müqabilində gətirmişlər. O Rəşad adı ilə tanıyıb Elnura iki dəfə yük gətirmiş, üçüncü dəfə ona yük gətirəndə tutulmuş, həmin vaxt Elnuru görməmişdir. İranlı ona yükü Rəşada verməsini demiş, iki dəfə Elnura yük verərkən onun adının Rəşad olduğunu bilmiş, üçüncü dəfə ona yük gətirəndə tutulmuş və sonra onun adının Elnur olduğunu bilmişdir. Birinci dəfə yük gətirəndə iranlı ona yükü Rəşada verməsini demiş, gömrük yoxlanışından keçəndən sonra hazırda təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs qarşısına çıxmış, ondan adının Rəşad olub-olmamasını soruşmuş, o, adının Rəşad olduğunu demiş və yükü ona vermişdir. İkinci dəfə də yük gətirəndə iranlı ona yükü həmin şəxsə verməsini demiş, bu dəfə də gətirib yükü ona vermiş, 3-cü dəfə yük gətirəndə isə tutulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cənab Ərazi baş Gömrük İdarəsinin «Biləsuvar» gömrük postunda inspektor vəzifəsində işləyən Şahid5 ifadəsində göstərmişdir ki, o 2020-ci ilin yanvar ayında növbədə olan zaman Şahid1 və bir nəfər digər şəxs piyada keçid xətti ilə gömrük nəzarəti həyata keçirilən salona daxil olub özləri ilə gətirdikləri əl yüklərini yoxlanması üçün rentgen yük yoxlama qurğusuna qoymuşlar. Həmin yüklər rentgen yük yoxlama qurğusunda yoxlanılan zaman Şahid1 yoxlanılması üçün rentgen qurğusuna qoyduğu içərisində müxtəlif ərzaq malları olan 1 ədəd sellofan torbada şübhəli cizgilərin olması monitorda əks olunmuş, baxış zamanı həmin torbada psixotrop maddə aşkar edilmişdir. Aşkar olunmuş hüquqpozma ilə əlaqədar, yəni baş vermiş hadisə ilə bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar protokolu imzalamışlar. Aşkar olunmuş psixotrop maddənin neçə bağlamada olmasını və çəkisini xatırlamır, həmin yükdən metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Psixotrop maddə Şahid1 yükündən aşkar olunmuş, Təqsirləndirilən şəxs saxlanılan şəxslərin içərisində olmamışdır,saxlanılan şəxslərin həmin vaxt nə dediklərini xatırlamır, həmin vaxt iki nəfəri, Fərid adlı şəxsi və bir nəfər digər şəxsi saxlamışlar, digər şəxsin adı yadında qalmamışdır, saxlanılan şəxslərlə psixotrop maddəni kimə çatdırmalı olmaları barədə söhbəti olmamışdır, Namid Kərimov adlı şəxsi tanımır, tərtib etdiyim protokol əsasında istintaq zamanı verdiyim ifadəni təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hal hazırda 10 saylı CÇM-də cəza çəkir, Elnurla birlikdə Kürdəxanıda həbsdə olmuşdur, onu oradan tanıyır, əvvəllər tanımamışdır. O İrandan yük gətirməmiş, Elnuru Kürdəxanıdan tanımış, onunla bir kamerada qalmışlar. Həmçinin iranlı Möhsümü tanımır. Elnurun onunla narkotiklə bağlı söhbəti olmamışdır. Əvvəl Elnurun bu cinayətdə iştirakı olduğunu zənn etdiyinə görə istintaq zamanı düzgün ifadə verməmişdir, sonra onun bu cinayətdə iştirakı olmadığını bilmişdir, istintaq zamanı verdiyi ifadəni oxuyub imza etmişdir. Məhkəmə, şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq, hesab edir ki, həmin ifadə Təqsirləndirilən şəxs müdafiə xarakteri daşıyır və həmin ifadə şahidin məhkəməyədək icraat zamanı verdiyi ifadə və işin faktiki halları ilə tam təkzib edilir. Belə ki, Şahid2 istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı isə elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İran İslam Respublikası vətəndaşı “Mirzə” kimi tanıdığı şəxsin Azərbaycan Respublikasına göndərdiyi narkotik vasitəni əldə etdiyi üçün 2021-ci ilin fevral ayından həbs edilmişdir. Şahid1 və X9 Biləsuvar şəhəri sakinləri kimi tanıyır, eyni məhəllədə yaşamışlar, onlarla münasibəti yaxşı olmuşdur, aralarında şəxsi-qərəzlik, düşmənçilik və ya ədavəti olmamışdır. 2020-ci ilin yanvar ayında qonşu kimi eşitmişdir ki, Namid və X27 Respublikasından yük gətirən zaman həmin yükün içərisindən narkotik vasitə aşkar edildiyi üçün həbs edilmişlər. Özü də həbs edildikdən sonra bir neçə dəfə həm Namid və Fəridlə təsadüfən görüşmüşlər. Təqsirləndirilən şəxs isə 2021-ci ilin fevral ayından tanıyır. Həbs edilib Bakı İstintaq Təcridxanasına göndərildikdən sonra kamerada Elnurla tanış olmuş və təxminən 8 ay eyni kamerada saxlanılmışlar. Elnur ondan əvvəl tutulmuşdur. Elnur həbs edilməsinin təfərrüatı barədə heç vaxt onunla danışmamış, sadəcə əlbir olduğu şəxsin narkotik vasitə ilə tutulduğunu və onu da evində olan zaman istintaq orqanına aparıb həbs etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxslə münasibətləri salam-sağol çərçivəsində olmuş, aralarında şəxsi-qərəzlik, düşmənçilik və ya ədavət olmamış, hazırda da yoxdur. 2021-ci ilin yay aylarında, barəsində seçilmiş həbs qətimkan tədbiri müddəti uzadıldığı vaxt, səhv etmirsə, iyun ayının əvvəlində onunla eyni cinayət işi üzrə həbs edilən əmisi oğlu Sirus Rufullazadə ilə video konfransla məhkəmə prosesinə qatılmışlar. Həmin dövr pandemiya ilə bağlı məhdudiyyətlər olduğu üçün məhkəmə prosesləri video konfrans formatında keçirilirmiş və Sirusla Fərid eyni kamerada saxlanılmışlar. Həmin vaxt Fərid və Namid də Lənkəran Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclasına qoşulmuşlar. Məhkəmə prosesinə qoşulmazdan əvvəl iclas başlayanadək saxlanılan şəxslər ayrıca ümumi otaqda saxlanılmış, hər dustağın növbəsi çatdıqda konfrans otağına salınmışdır. Fərid və Namidlə ümumi rayondan və şəxsi məsələlərdən danışdıqdan sonra hər ikisi kamera yoldaşlarına salamlarını çatdırmağını xahiş etmişdir. Ümumiyyətlə, saxlama yerlərində, təcridxanalarda saxlanılan şəxslər arasında belə bir adət vardır ki, birbirlərini tanımalarından asılı olmayaraq hamı bir-birinin kamerasında saxlanılanlara salam göndərir. Məhkəmə prosesindən sonra saxlanıldığı kameraya aparılmış və orada olan şəxslərə Fərid və Namidin salamlarını çatdırmış, onların Biləsuvar şəhərində, onunla eyni məhəllədə yaşadıqlarını demişdir. Elə həmin vaxt Təqsirləndirilən şəxs onu kənara çəkib Fərid və Namid barədə, hansı işlə əlaqədar tutulduqlarını soruşmuşdur. Elnura Fərid və X24 Respublikasından gələn zaman yüklərində olan pendir qutularının içərisindən narkotik vasitə aşkar edildiyinə görə tutulduğunu demişdir. Təqsirləndirilən şəxs isə əslində həmin yükü özünün qəbul edəcəyini, həmin yükü qəbul etmək üçün Biləsuvar rayon Təzəkənd kəndi yaxınlığında gözlədiyini, sonradan ona narkotik vasitənin aşkar edildiyi barədə İran tərəfdən məlumat verildiyi üçün çıxıb getdiyini demişdir. Bundan sonra əmisi oğlu Sirusa bu barədə məlumat vermiş və Təqsirləndirilən şəxs əməlləri barədə Fəridə deməsini xahiş etmişdir. Sonradan ona məlum olmuşdur ki, Şahid1 və Namid Kərimovun ailə üzvləri, vəkilləri Təqsirləndirilən şəxs onların gömrük nəzarətindən keçirdikləri narkotik vasitələri qəbul edəcək şəxs olmasını məhkəməyə bildirmişlər. Həmin faktla bağlı Şirvan Apelyasiya Məhkəməsində keçirilən iclasa çağırılmış və məsələni olduğu kimi, yəni Elnurun ona Namid və Fəriddən aşkar edilərək götürülmüş narkotik vasitəni qəbul etmək üçün Biləsuvar şəhərinə getdiyini, narkotik vasitə saxlanıldığı üçün çıxıb getməsini dediyini iclasda hakimlərə bildirmişdir. Bundan sonra məhkəmə hökmü ilə Namid Kərimov azadlığa buraxılmış, Fəridin isə cəzası azaldılmışdır. İran İslam Respublikası vətəndaşı “Möhsüm” və ya “Mövsüm” adlı şəxsin yalnız adını eşitmişdir. Elnurun tutulduğu işdəki Mövsümlə Fərid və Namidin tutulduğu işdəki Mövsüm adlı şəxsin eyni olmasını bilmiş, Mövsümlə heç bir əlaqəsi olmamışdır. Özü də, Təqsirləndirilən şəxs də həbs edilmişlər və həbs olunan şəxslər arasında üzləşməyə mənfi baxdıqları üçün ifadəsində qeyd etdiklərini məhkəmə prosesi zamanı Elnurun üzünə qarşı deməmişdır. Lakin ifadəsində qeyd etdikləri tamamilə doğrudur. Elnuru görən, Biləsuvar şəhərində yaşayan Amid, Rövşən, Fərhad adlı şəxslər də əvvəllər həmin şəxsə yük verdiklərini bildirib, Elnurun əslində özünü “Rəşad” kimi təqdim edən, Namid və Fəridin əl yükündən aşkar edilmiş narkotik vasitəni qəbul edəcək şəxs olmasını təsdiq etmişlər. Təqsirləndirilən şəxs, Şahid1 və Namid Kərimovla birlikdə Hacıqabul rayon polis şöbəsinin müvəqqəti saxlama yerində, Fərid və Namidin Şirvan Apelyasiya Məhkəməsində məhkəmə iclası olan ərəfədə görüşmüşlər. Həmin vaxt Fərid Elnuru tanımış və ona əvvəllər də İran İslam Respublikasından məhsullar gətirdiyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs özü də Fərid və Namid tutulan vaxt gətirdikləri yükü qəbul edəcəyini, yükün içərisində narkotik vasitə olduğundan xəbəri olduğunu, İran İslam Respublikasında yaşayan Mövsüm adlı şəxslə bu barədə sövdələşdiyini etiraf etmişdir. Lakin sonradan Elnur fikrini dəyişmiş və həbs müddətinin artacağını əsas gətirib məhkəmə iclasında Namid və Fəridi tanımadığını, onların gətirdiyi yüklə hər hansı bir əlaqəsinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona Mövsüm adlı şəxsin Şahid1 və Namid Kərimov vasitəsilə Azərbaycan Respublikasına göndərdiyi narkotik vasitənin satışı ilə bağlı digər şəxslərlə hər hansı bir əlaqəsinin olması barədə məlumat verməmiş, Elnur həmin narkotik vasitənin özünə məxsus olduğunu, ona çatmalı olduğunu bildirmiş, başqa şəxsin adını çəkməmişdir. X14 “Fəxi” kimi tanımış, Elnurun həbs edildiyi iş üzrə əlbir olmuşdur, onunla eyni, yəni 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Onunla hər hansı bir münasibəti yoxdur. F.Abbasovun Şahid1 və Namid Həsənovun təqsirləndirildiyi cinayət işi üzrə istintaqı aparılan cinayət hadisəsi ilə əlaqəsi barədə ona heç nə məlum deyil. Ona görə də, məhkəmə hesab edir ki, Şahid2 məhkəmədə verdiyi ifadəsi sübut kimi qəbul edilməməli və işin tam və obyektiv həlli üçün nəzərə alınmamalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda tərtib edilmiş 10 yanvar 2020-ci il tarixli malların yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsi Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşı Şahid1 özü ilə gətirdiyi əl yükləri “Heiman X-Ray” markalı rentgen yük yoxlama qurğusunda yoxlanılan zaman onun rentgen qurğusuna qoyduğu yüklərdən içərisində müxtəlif ərzaq malları olan 1 ədəd qara rəngli sellofan torbada şübhəli predmetlərin olması qurğunun müşahidə monitorunda əks olunması səbəbindən onunla sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılmış, onun təqdim etdiyi əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin olub-olmaması barədə sual verilmiş, o isə öz növbəsində təqdim etdiyi əl yüklərində gömrük nəzarətindən gizlədilmiş heç bir predmetin olmadığını bildirmiş, Şahid1 təqdim etdiyi yüklərin yoxlanması zamanı onun yüklərinə daxil olan 1 ədəd qara rəngli sellofan torbadakı müxtəlif ərzaq mallarının yanında olan 7 ədəd üzərində “X25” yazısı olan xama qutularının hər birinin içərisində bir ədəd olmaqla gömrük nəzarətindən gizlədilmiş, rezin şarlarda qablaşdırılmış ümumilikdə 7 bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə aşkar edilmiş, həmin 7 bükümdə olan açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, 7 bükümdə olan maddənin çəkiləri müvafiq olaraq 110 qram, 120 qram, 118 qram, 126 qram, 122 qram, 120 qram və 116 qram olmaqla qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 832 qram olduğu müəyyən edilmiş, Azərbaycan Respublikası vətəndaşı Şahid1 gömrük nəzarətinə təqdim etdiyi 1 ədəd qara rəngli sellofan torbadan aşkar edilmiş ümumi çəkisi 832 qram təşkil edən açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə protokol əsasında götürülərək 1 ədəd 005845 nömrəli sellofan paketdə qablaşdırılmışdır. Bundan başqa fakt aşkar olunan zaman Şahid1 şifahi olaraq İrandan gətirdiyi içərisindən narkotik vasitə aşkar olunan sellofan torbanı İran İslam Respublikasının vətəndaşı Möhsüm adlı şəxsin ona verdiyini, həmin torbanın içərisində narkotik vasitə olmasından xəbərsiz olduğunu və həmin torbanı gömrük sərhədini keçdikdən sonra Biləsuvar gömrük postunun qarşısında “Hikmət” adlı şəxsə təhvil verəcəyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda tərtib edilmiş 10 yanvar 2020-ci il tarixli malların yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsi Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşı X6 özü ilə gətirdiyi əl yükləri “Heiman X- Ray”markalı rentgen yük yoxlama qurğusunda yoxlanılan zaman onun rentgen qurğusuna qoyduğu yüklərdən içərisində müxtəlif ərzaq malları olan 1 ədəd qara rəngli sellofan torbada şübhəli predmetlərin olması qurğunun müşahidə monitorunda əks olunması səbəbindən onunla sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi sorğusual aparılmış, onun təqdim etdiyi əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin olub-olmaması barədə sual verilmiş, o isə öz növbəsində təqdim etdiyi əl yüklərində gömrük nəzarətindən gizlədilmiş heç bir predmetin olmadığını bildirmiş, X6 təqdim etdiyi yüklərin yoxlanması zamanı onun yüklərinə daxil olan 1 ədəd qara rəngli sellofan torbadakı müxtəlif ərzaq mallarının yanında olan 7 ədəd üzərində “X25” yazısı olan xama qutularının hər birinin içərisində bir ədəd olmaqla gömrük nəzarətindən gizlədilmiş, rezin şarlarda qablaşdırılmış, ümumilikdə 7 bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə aşkar edilmiş, aşkar olunmuş 7 bükümdə olan açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, 7 bükümdə olan maddənin çəkiləri müvafiq olaraq 113 qram, 107 qram, 117 qram, 88 qram, 120 qram, 121 qram və 121 qram olmaqla qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 787 qram olduğu müəyyən edilmiş, həmin torbada olan 2 ədəd üzərində “Mihan white cheese” yazısı olan pendir qutularının içərisindən də hər birində bir ədəd olmaqla gömrük nəzarətindən gizlədilmiş, rezin şarlarda qablaşdırılmış 2 büküm aşkar edilmiş, həmin bükümlərə baxış zamanı isə bükümlərin birində qablaşdırması ilə birlikdə çəkisi 64 qram təşkil edən ağ rəngli, kristallik formalı, psixotrop maddə sayılan metamfetaminə oxşar, digərində isə qablaşdırması ilə birlikdə çəkisi 53 qram təşkil edən ağ rəngli, kristallik formalı, psixotrop maddə sayılan metamfetaminə oxşar və bundan əlavə polietilenə bükülü 1 bükümdə qablaşdırması ilə birlikdə çəkisi 21 qram təşkil edən tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə oxşar maddə aşkar edilmiş, Azərbaycan Respublikası vətəndaşı X6 gömrük nəzarətinə təqdim etdiyi 1 ədəd qara rəngli sellofan torbadan aşkar edilmiş qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 787 qram təşkil edən açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə, qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 117 qram təşkil edən ağ rəngli, kristallik halda, psixotrop maddə sayılan metamfetaminə oxşar maddə və qablaşdırması ilə birlikdə çəkisi 21 qram təşkil edən tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə oxşar maddə protokol əsasında götürülərək 1 ədəd 005846 nömrəli sellofan paketdə qablaşdırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizası xx.xx.2020-ci il tarixli 588 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “005845 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsi AR vətəndaşı Şahid1” yazısı olan polietilen paketdəki 7 (yeddi) ədəd bağlamada, ayrıayrılıqda təmiz çəkiləri 111,093 qram, 108,920 qram, 107,464 qram, 106,171 qram, 105,191 qram, 103,442 qram, 108,697 qram, ümumi təmiz çəkisi 750,978 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqata təqdim edilmiş, üzərində: “005846 Azərbaycan Respublikası DGK Cənub Ərazi Baş Gömrük İdarəsi AR vətəndaşı X15” yazısı olan polietilen paketdəki 7 (yeddı) ədəd bağlamada, ayrı- ayrılıqda təmiz çəkiləri 100,482 qram, 105,587 qram, 107,228 qram, 109,765 qram, 76,281 qram, 88,069 qram, 105,316 qram, ümumi təmiz çəkisi 692,728 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 (iki) ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 40,161 qram və 49,389 qram, ümumi təmiz çəkisi 89,550 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 18,344 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Vət. Şahid1 götürülmüş 7 ədəd bağlamadakı heroinlər vət. X5 götürülmüş 7 ədəd bağlamadakı heroinlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. X6 və Şahid1 müşayiət etdikləri əl yüklərindən aşkar edilərək götürülmüş heroin və tiryək narkotik vasitələrinin, metamfetamin psixotrop maddəsinin aparılmış tədqiqatdan sonra qalıq çəkiləri müvafiq olaraq 1443,286 (750,768+692,518) qram, 18,244 qram və 89,350 qram təşkil etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 3 iyun 2020-ci il tarixli, 1429 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən periodik istifadə etmə halları olmuşdur, lakin hal hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmuq, o, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş ********* nömrəli cinayət işi üzrə ələ keçirilmiş telefon danışıqları məlumatları olan diskə baxış keçirilməsi haqqında 03 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***- **-** və (055) ***-**-** nömrələr ilə X12 istifadəsində olan (050) ***-**-** nömrə arasında danışıqlar olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** ilə Fəhrad Abbasovun istifadəsində olan (050) ***-**-** nömrə arasında xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixlərdə 4 dəfə, xx.xx.2020-ci il tarixdə 1 dəfə, xx.xx.2020-ci il tarixdə 2 dəfə, xx.xx.2020-ci il tarixdə 5 dəfə, xx.xx.2020-ci il tarixdə 1 dəfə, xx.xx.2020-ci il tarixdə 3 dəfə, xx.xx.2020-ci il tarixdə 6 dəfə, xx.xx.2020ci il tarixdə 3 dəfə, xx.xx.2020-ci il tarixdə 18 dəfə, xx.xx.2020-ci il tarixdə 7 dəfə, xx.xx.2020-ci il tarixdə 4 dəfə, xx.xx.2020-ci il tarixdə 9 dəfə, xx.xx.2020-ci il tarixdə 1 dəfə, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixdə uzun müddətli danışıq aparılmışdır. Fəhrad Abbasovun istifadəsində olan mobil nömrə ilə (055) ***-**-** saylı mobil nömrə arasında narkotik vasitə və psixotrop maddənin alğı-satqısı ilə bağlı ismarışların mövcuddur, həmçinin 15 yanvar 2020-ci il tarixli ismarışların mətni ilə X3 vəziyyətdən çıxarmasını xahiş etmiş, sonuncu da cavabında O. Osmanova “uşaqların tutduqları” barədə məlumat vermişdir. 1 noyabr 2019-cu ildən 22 fevral 2020-ci ilədək olan dövr ərzində Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** və (055) ***-**-** nömrələri üzrə mobil telefondan ötürücü stansiyaları göstərilməklə daxil və xaric olan zənglərin siyahısının, zənglərə dair dislokasiyanın, göndərilən və qəbul edilən SMS-lərin mətnlərinin, daxil və xaric olan zənglərin edildiyi, SMS-lərin qəbul edildiyi və ötürüldüyü nömrələrin məxsus olduğu şəxslərə dair anket məlumatları mövcuddur. Həmin məlumatlara əsasən aşağıda qeyd edilən xüsusatlar müəyyən edildi: 1.Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** saylı mobil nömrə xx.xx.2019-cu il tarix, saat 14:54-dən həmin gün saat 20:56-a qədər Biləsuvar rayonunda yerləşən anten dairəsində aktiv olmuşdur. 2. Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** saylı mobil nömrə xx.xx.2019-cu il tarix, saat 14:43-dən həmin gün saat 18:26-a qədər Biləsuvar rayonunda yerləşən anten dairəsində aktiv olmuşdur. 3.Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** saylı mobil nömrə xx.xx.2019-cu il tarix, saat 22:05-dən xx.xx.2019-cu il tarix, saat 00:16-a qədər Biləsuvar rayonunda yerləşən anten dairəsində aktiv olmuşdur. 4.Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** saylı mobil nömrə xx.xx.2019-cu il tarixdə, yəni Şahid1 və Namid Həsənovun külli miqdarda narkotik vasitə və psixotrop maddəni gömrük sərhədindən keçirdikləri gün saat 15:54-dən həmin gün saat 18:16-a qədər Biləsuvar rayonunda yerləşən anten dairəsində aktiv olmuşdur. 5.Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** saylı mobil nömrə xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə Biləsuvar rayonunda yerləşən anten dairəsində aktiv olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs hər iki nömrəsi ilə atası Baloğlan Quliyevin adına rəsmiləşdirilmiş nömrələrlə danışıqlar baş tutmuş, ona adı ilə xitab edən ismarışlar daxil olmuşdur. Baxış nəticəsində Şahid1 və X6 müvafiq olaraq istifadələrində olan (070) ***-**-** və (070) ***-**- ** saylı mobil nömrələrlə Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** və (055) ***-**-** nömrələr ilə, həmçinin X12 istifadəsində olan (050) ***-**-** nömrə arasında danışıqların olması müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ********* nömrəli cinayət işi üzrə X12 istifadəsində olmuş “Samsung A70” markalı mobil telefon cihazına əlavə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, cinayətkar qrupun “Mövsüm” adlı İran İslam Respublikasında yaşayan üzvü Fərhad Abbasova “Whatsapp Messenger” vasitəsilə 14 fevral 2020-ci il tarixdə “Elnura görə çox göz önünə keçmə. Çox gömrüyə yaxınlaşmayın, kənarda durun”, “Keçən il bir partiya da Elnura göndərmişdim”, 14 fevral 2020-ci il tarixdə “Gömrüyün çayxanaları var, gedin bir dənə oradan fırlanın, Elnur həmişə saxlayırdı orada” məzmunlu ismarışlar göndərmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 12 avqust 2023-cü il tarixli baxış keçirilməsi haqqında 12 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə və “GetContact” proqramına keçirilmiş baxış nəticəsində (055) ***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs, (055) ***-**-** saylı mobil nömrənin isə onun atası X11 adına rəsmiləşdirilməsi, həmin nömrələrin müvafiq olaraq “Elnur Kira 300m” və “Elnur Salon 1” kimi qeydə alınması məlum olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, BKC/LGL-9634/23 qeydiyyat nömrəli məktuba əlavə edilmiş məxsusluq tarixçəsindən görünür ki, (055) ***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs, (055) ***- **-** saylı mobil nömrə isə onun mərhum atası X11 adına rəsmiləşdirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilməsi haqqında 04 may 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşları Şahid1, Şahid3 və Əlizadə X13 Dövlət Sərhəd Buraxılış Məntəqəsindən istifadə etməklə eyni vaxtda, yəni 15 dekabr 2019-cu il tarixdə, saat 14:24-də Azərbaycan Respublikası ərazisini İran İslam Respublikası istiqamətində tərk etmişlər və yenə eyni vaxtda, həmin gün saat 18:51-də Azərbaycan Respublikası ərazisinə daxil olmuşlar. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-254/2021 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 18 fevral 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş əşyanın maddi sübut hesab edilməsi haqqında 14 yanvar 2020-ci il tarixli qərardan görünür ki, X6 və Şahid1 müşayiət etdikləri əl yüklərindən aşkar edilərək götürülmüş, aparılmış tədqiqatdan sonra çəkiləri müvafiq olaraq 1443,286 qram, 18,244 qram və 89,350 qram qalan heroin və tiryək narkotik vasitələri, metamfetamin psixotrop maddəsi və qeyd edilən hüquqpozma predmetlərinin gizlədildiyi, üzərində “X25” yazısı olan 14 ədəd xama qutusu və üzərində “Mihan white cheese” yazısı olan 2 ədəd pendir qutusu, həmçinin Şahid1 götürülmüş, 2 ədəd 20, 1 ədəd 10 və 1 ədəd 5 nominallı əsginaslardan ibarət olmaqla, cəmi 55 manat məbləğində pul maddi sübut kimi tanınmış, heroin və tiryək narkotik vasitələri, metamfetamin psixotrop maddəsi Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına, hüquqpozma predmetlərinin gizlədildiyi qutular Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə, təqsirləndirilən şəxs Şahid1 götürülmüş pullar isə Dövlət Gömrük Komitəsinin Xəzinəsinə təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhvetmə Komissiyasının 26 aprel 2023cü il tarixli 25 nömrəli aktından və pul vəsaitinin təhvil verilməsi haqqında aktdan görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1 noyabr 2021-ci il tarixli, 1(099)-95/2021 nömrəli hökmünün icrası barədə göstərişə əsasən, heroin və tiryək narkotik vasitələri, metamfetamin psixotrop maddəsi, həmçinin hüquqpozma predmetlərinin gizlədildiyi qutular 26 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Narkomanlığa və X1rşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən məhv edilmiş, Şahid1 götürülmüş, 2 ədəd 20, 1 ədəd 10 və 1 ədəd 5 nominallı əsginaslardan ibarət olmaqla, cəmi 55 manat məbləğində pul isə 20 iyul 2023-cü il tarixdə onun atası X16 qaytarılmışdır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-254/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona CM-nin 66-cı maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu cinayəti birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyinə görə ona cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən və hal hazırda cəza çəkdiyindən onun barəsində qətimkan tədbiri seçilməsi zərurəti yaranmamışdır. Hazırki cinayət işinin ayrıldığı ********* nömrəli cinayət işi üzrə maddi sübutlar –10 yanvar 2020-ci il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda X6 və Şahid1 müşayiət etdikləri əl yüklərindən aşkar edilərək götürülmüş, aparılmış tədqiqatdan sonra çəkiləri müvafiq olaraq 1443,286 qram, 18,244 qram və 89,350 qram qalan heroin və tiryək narkotik vasitələri, metamfetamin psixotrop maddəsi və qeyd edilən hüquqpozma predmetlərinin gizlədildiyi, üzərində “X25” yazısı olan 14 ədəd xama qutusu və üzərində “Mihan white cheese” yazısı olan 2 ədəd pendir qutusunun Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1 noyabr 2021-ci il tarixli, 1(099)-95/2021 nömrəli hökmünün icrası barədə göstərişə əsasən 26 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Narkomanlığa və X1rşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən məhv edilməsi, Şahid1 götürülmüş, 2 ədəd 20, 1 ədəd 10 və 1 ədəd 5 nominallı əsginaslardan ibarət olmaqla, cəmi 55 manat məbləğində pulun isə 20 iyul 2023-cü il tarixdə onun atası X16 qaytarılması nəzərə alınsınmalıdır. Eyni zamanda hazırki cinayət işinin ayrıldığı ********* nömrəli cinayət işi üzrə məhkəmə ekspertizası xərcini təşkil edən 175,17 manat (yüz yetmiş manat on yeddi qəpik) məbləğində pul vəsaitinin Şirvan Apelyasiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Şahid1 tutularaq dövlət büdcəsinə ödənilməli olması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası ona Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-254/2021 nömrəli hökmünə əsasən təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla 18 fevral 2020-ci il tarixdən hesablansın. Hazırki cinayət işinin ayrıldığı ********* nömrəli cinayət işi üzrə maddi sübutlar –10 yanvar 2020-ci il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda X6 və Şahid1 müşayiət etdikləri əl yüklərindən aşkar edilərək götürülmüş, aparılmış tədqiqatdan sonra çəkiləri müvafiq olaraq 1443,286 qram, 18,244 qram və 89,350 qram qalan heroin və tiryək narkotik vasitələri, metamfetamin psixotrop maddəsi və qeyd edilən hüquqpozma predmetlərinin gizlədildiyi, üzərində “X25” yazısı olan 14 ədəd xama qutusu və üzərində “Mihan white cheese” yazısı olan 2 ədəd pendir qutusunun Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1 noyabr 2021-ci il tarixli, 1(099)-95/2021 nömrəli hökmünün icrası barədə göstərişə əsasən 26 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Narkomanlığa və X1rşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən məhv edilməsi, Şahid1 götürülmüş, 2 ədəd 20, 1 ədəd 10 və 1 ədəd 5 nominallı əsginaslardan ibarət olmaqla, cəmi 55 manat məbləğində pulun isə 20 iyul 2023-cü il tarixdə onun atası X16 qaytarılması nəzərə alınsın. Hazırki cinayət işinin ayrıldığı ********* nömrəli cinayət işi üzrə məhkəmə ekspertizası xərcini təşkil edən 175,17 manat (yüz yetmiş manat on yeddi qəpik) məbləğində pul vəsaitinin Şirvan Apelyasiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Şahid1 tutularaq dövlət büdcəsinə ödənilməli olması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar