Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-143/2025 12.03.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri- Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Yardımlı rayonu, Ostair kəndində doğulmuş, orta təhsilli, məhkum olunmamış, işsiz, subay, Yardımlı rayonu, Ostair kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 206.3.2, 234.4-1-ci maddələri ilə, xx xxxxxx 1995-ci il tarixdə Yardımlı rayonu, Dəlləkli kəndində doğulmuş, orta təhsilli, məhkum olunmamış, işsiz, evli, Yardımlı rayonu, Dəlləkli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4-1-ci maddələri ilə xx xxxxxxx 1982-ci il tarixdə Yardımlı rayonu, Ostair kəndində doğulmuş, natamam orta təhsilli, məhkum olunmamış, işsiz, evli, Yardımlı rayonu, Ostair kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə xx xxxx 1992-ci il tarixdə Yardımlı rayonu, Ostair kəndində doğulmuş, orta təhsilli, məhkumluğu olmayan, işsiz, evli, Yardımlı rayonu, Ostair kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 İran İslam Respublikasında (bundan sonra İİR) olan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında İİR-də olan digər şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla, xüsusilə külli miqdarda və xeyli miqdarda narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasında tərəfindən qəbul edilməsi barədə əvvəlcədən vəd verməklə köməklik etmək barədə razılığa gəlmiş, bundan sonra bu barədə digər Təqsirləndirilən şəxs4 ilə danışaraq öz aralarında İİR-də olan digər şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla, xüsusilə külli miqdarda və xeyli miqdarda narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətiriləcək narkotik vasitələri Azərbaycan Respublikasında qəbul edəcəklərinə dair əvvəlcədən vəd verməklə köməklik etmələri barədə razılaşmışlar. Bundan sonra əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq İİR-də olan digər şəxs xüsusilə külli miqdarda narkotik vasitə - təmiz halda çəkisi 60820 qram qurudulmuş marixuananı və xeyli miqdarda - təmiz halda çəkisi 30,046 qram tiryəki İİR-dən qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda keçməklə, qeyd edilən xüsusilə külli miqdarda və xeyli miqdarda narkotik vasitələri daşıyaraq, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə İİR-dən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Yardımlı rayonunun Ostair kəndi ərazisində yerləşən 19-cu sərhəd zastavasının xidməti ərazisində gizlətmişdir. Daha sonra bu barədə Təqsirləndirilən şəxs1 məlumat verildikdən sonuncu Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, satış məqsədilə həmin xüsusilə külli miqdarda və xeyli miqdarda narkotik vasitələri gizlədildiyi yerdən əldə edib, daşımaqla, saxlamaları qarşılığında İİR-də olan cinayətkar qrupun digər üzvi tərəfindən Təqsirləndirilən şəxs1 veriləcək pulu aralarında böləcəkləri barədə razılaşıb birlikdə cinayətkar plana uyğun olaraq 24 dekabr 2023-cü il tarixdə, saat 21 radələrində narkotik vasitələrin gizlədildiyi qeyd olunan istiqamətdə hərəkət edib, mühəndis-texniki çəpərinə çatdıqdan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 həmin çəpərdən çöl istiqamətdə dayanmaları barədə tapşırıq verib, Təqsirləndirilən şəxs3 ilə birlikdə hərəkətini davam etdirib, saat 22 radələrində içərisində xüsusilə külli miqdarda narkotik vasitə - təmiz halda çəkisi 60820 qram qurudulmuş marixuananın olduğu bağlamaları və xeyli miqdarda təmiz halda çəkisi 30,046 qram tiryəkin olduğu ipli çantanı gizlədildiyi yerdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb, daşıyaraq mühəndis-texniki çəpərindən çöl, yəni Azərbaycan Respublikası istiqamətində qayıdıb, onları gözləyən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 köməkliyi ilə içərisində 60820 qram qurudulmuş marixuananın olduğu bağlamaları sonuncuya məxsus ata yükləyərək, içərisində 30,046 qram tiryəkin olduğu ipli çantanı isə özü ilə götürürək Yardımlı rayonunun Ostair kəndi istiqamətində hərəkət etmişlər. Hərəkətdə olarkən 25 dekabr 2023-cü il tarixdə, saat 01 radələrində 19-cu sərhəd zastavasının 26-cı sahəsində, mühəndis-texniki çəpərdən 600 metr çöldə Yardımlı rayonunun Ostair kəndi ərazisində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində "Dayan!" komandası verilməklə saxlanılmış, bu zaman ondan üzərində olan ipli çantanın içərisindən xeyli miqdarda - təmiz halda çəkisi 30,046 qram tiryək, davam etdirilmiş baxış zamanı isə N nömrəli hərbi hissənin Yardımlı rayonunun ərazisində yerləşən 19-cu sərhəd zastavasının 26-27-ci sahələrində, mühəndis-texniki çəpərdən 50 metr çöldə yerə səpələnmiş şəkildə xüsusilə külli miqdarda narkotik vasitə - təmiz halda çəkisi 60820 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Məhəmməd adlı iran vətəndaşı ilə whatsapp vasitəsilə əlaqə saxlayıb danışmışdır. Onunla narkotik vasitələri gətirib atacağı konuma təhvil verəcəyi, özünün isə həmin narkotikləri götürüb kənd ərazisində bir yerə qoyacağı, oradan isə kiminsə gəlib narkotiki götürəcəyi barədə razılığa gəlmişdir. Lakin kənd ərazisindən həmin narkotikləri kimin gəlib götürəcəyin isə bilməmişdir. İranlı bunu pul qarşılığında etməyi təklif etmişdir. Ümumilikdə iyirmi min manat pul olacaqmış, ondan on min manatı özünə, digər on min manatı isə həmin narkotiki kənd ərazisindən götürən şəxsə çatacaqmış. Narkotikləri Yardımlı rayonu “Məceyir” obası adlanan yerdən götürüb, yaşadığı Ostair kəndinə gətirməliymiş. Digər təqsirləndirilən şəxslər isə Sayiq onun qardaşı, Nurlan dayısı oğlu, Cavid isə həmkəndlisidir. Onları da özü ilə kömək etmələri məqsədilə aparmışdır. Hər üçünə əvvəlcədən bu barədə heçnə deməmiş, hadisə günü dönər yemək adı ilə özüylə aparmışdır. Lakin kəndi çıxanda ondan artıq soruşmuşlar ki, burda dönər yoxdu, nə məsələdi. Həmin vaxt digər şəxslərə məsələni demiş ki, “belə bir şey var, mənə kömək edin, ortada da bu qədər pul var, böləciyik”. Əvvəlcə heç biri bunu qəbul etməmiş, daha sonra onlara xahiş etmişdir ki, “birlikdə bu qədər yol gəlmişik, məni tək qoymayın, iranlıyla danışıb ona söz vermişəm”. Bundan sonra razılaşmışlar. 23 dekabr 2023-cü ildə gecə saat doqquz-on arası olarmış, narkotiklərin olduğu yerin konumu da telefonuna göndərilmişdir. Getmişlər birlikdə konum olan yerə orada üç ədəd bağlama olmuş, içərisində isə nə olduğun bilməmişdir. Bağlamaları olduğu yerdən Cavidlə köməkli şəkildə götürmüşlər, digər ikisi isə bir qədər kənarda gözləmişdir. Bağlamaları gətirib hamısı birlikdə köməkli atın belinə yükləyib bağlamışlar. Daha sonra geriyə kəndə qayıtmışlar. Gəlib Ostair kəndi ərazisinə çatmışlar. Dürüs çayı ərazisində kəndin girəcəyində isə sərhədçilər tərəfindən tutulmuşlar. Sərhədçilər atəş açmış, at hürküb qaçmış, lakin sərhədçilər atı tapıb gətirmişlər. Onları Yardımlı rayonu mərkəzində yerləşən idarəyə, sonra isə Çayüzü kəndindəki zastavaya aparmışlar. Bağlamalar açılmış, marixuanalar aşkar edilmişdir. Əməlindən peşmandır. İranlı ilə elə həmin ay hadisədən bir neçə gün əvvəldən bu barədə danışmışdır. İranlı narkotikləri həmin gün gətirib qoymuşdur. Bu yola pula ehtiyyacı olduğundan getmişdir. Narkotiki götürdüyü yerlə isə sərhəd arasında bir-iki km məsafə olmuşdur. İranlı ona ancaq “ot” göndərəcəyini demiş, çəkisi barədə isə heçnə deməmişdir. Bir səhvdir edib, məhkəmədən mümkün qədər aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamlar üzrə özünü CM-in 206.3.2-ci maddəsi ilə təqsirli bilməyib, CM-in 234.4-1-ci maddəsi ilə isə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 dekabr 2023-cü ildə axşam saat altı yeddiyə işləmiş Xaliq ona zəng vurub demişdir ki, “hazırlaş gedək rayona dönər yeməyə”. O isə Xaliqdən kiminlə gedəcəyin soruşduqda, Xaliq ona Cavid və Nurlanın da bir yerdə gedəcəklərini, birlikdə yığışacaqlarını bildirmişdir. Özü hazırlaşmış, sonra isə Xaliq ona dönər yeməyə getməyin alınmadığını, kənd ərazisində olan "Alça bulaq" adlı yerə gəlməyini demişdir. Özü isə həmin yerə getmiş, görmüş ki, orada heçkim yoxdur. Yenidən Xaliqə zəng vurmuş, lakin zəng çatmamışdır. Bundan sonra isə Nurlanı yığmışdır. Nurlandan harada olduqlarını soruşmuş, Xaliqə zəng çatmadığını, özünün isə "Alça bulaq" adlı yerdə gözlədiyini demişdir. Nurlan isə ona beş-on dəqiqəyə çatacaqlarını bildirmişdir. Daha sonra isə Xaliq və Nurlan birlikdə həmin əraziyə gəlmişdir. Xaliqdən nə məsələ olduğunu soruşduqda, demişdir ki, “gözlə Cavid də gəlsin, narahat olma deyəcəm”. Özü isə Xaliqə ona dönər yeməyi dediyini, lakin onları kənd ərazisinə yığdığını demişdir. Xaliq bu zaman onunla birlikdə “Məceyir” obası adlanan yerə getmələrini xahiş etmiş, həmin yer isə ferma ərazisi olmuşdur. Xaliq “ora çataq, orda deyəcəm sizə” bildirmişdir. Bundan sonra Cavid də gəlmiş, birlikdə “Məceyir” obası adlanan yerə saat doqquz-on tamam çatmışlar. Orada Xaliq kənarda telefonla danışmışdır. Beş-on dəqiqə danışdıqdan sonra, yanlarına gəlmiş, yenə ondan nə səbəbə bura gəldiklərini soruşmuşdur. Xaliq isə ona “qoy işimi həll edim sizə deyəcəm” deyib, yenidən kənara gedib telefonla danışmışdır. Danışıb qurtardıqdan sonra isə Cavidi yanına çağırmışdır. Bundan sonra Cavid onun yanına getmiş, onlardan biraz aralanmışlar, kolluq əraziyə getmişlər. Oradan isə üç ədəd bağlamanı kolların dibindən çıxarıb gətirmişlər. Bu zaman həmin bağlamaların nə olduğunu soruşduqda, Cavid nə olduğunu bilmədiyini, heç Xaliqin özünün də nə var, nə yox olduğunu bilmədiyini demişdir. Birdə soruşanda isə Xaliq bağlamalarda “nəşə” olduğunu, iranlıya söz verdiyini demişdir. Eyni zamanda demişdir ki, “əvvəlcədən desəydim siz gəlməyəcəkdiniz, da söz vermişəm, aparaq kəndə, qalanı sizlik deyil, başqası gəlib götürəcək, ortada iyirmi min pul var, ondan on mini bizə çatır, o pulu dördə böləcəyik”. Bu vaxt Cavid və özü onunla razılaşmamışdır. At isə Nurlana məxsus olmuş, Nurlan Xaliqlə razılaşmışdır ki, atın da özü ilə gətirmişdir. Cavidlə özü isə Xaliqə “mənlik deyil” demişdir. Xaliq isə onlara demişdir ki, “da söz vermişəm, kömək edin, atın belinə qoyaq aparaq”. Orada isə köməklik edib, bağlamaları atın belinə qoyub, Cavid və özü isə evlərinə qayıtmışlar. Gecə saat bir ikiyə işləmiş isə Xaliqdən zəng gəlmişdir. Cavab vermiş ona demişlər ki, “sərhədçilərdir, qardaşın tutulub əlimizdədir”. Özü gəlib təslim olacağını bildirmişdir. Bundan sonra isə polislər evinə gəlib, onu aparıb sərhədçilərə təhvil vermişdir. Orada da hadisə necə olub danışmışdır. Onları isə qeyri-bir əraziyə aparmışlar, çünki narkotiki götürdükləri yerə maşın falan getmirmiş, Xaliqin ifadə verdiyini, onlar isə nə desələr onu deməyini tələb edib, çəkiliş getdiyini bildirmişlər. Özü isə sərhədçilər nə deyib onu da demişdir. Onu həmin vaxt sərhədçilər döymüşdür. Narkotikin tutulduğu yer isə evinə yaxın olduğundan, onu təhdid etmişlər ki, nə desələr onu desin, yoxsa narkotikləri aparıb evinə qoyub, ailəsini gətirəcəklər. Qardaşı Xaliqlə heç bir ədavət düşmənçiliyi yoxdur, qardaşı yalan ifadə verir. Kisələri götürəndən sonra Xaliq onlara demiş və təklifi qəbul edib, kömək etmələrini xahiş etmişdir. Özü isə narkotikləri ata yükləməyə köməklik etmişdir. Aralarında isə pulla bağlı heç bir razılaşma olmamışdır. Cavidlə birlikdə isə evinə getmişdir. Müstəntiqə ifadə vermiş, ona heç bir təsir və təzyiq göstərilməmiş, ifadəsini isə oxumadan imza etmişdir. İki qardaşdırlar burda məsuliyyətə cəlb edilən, bir səhvdir eləmişlər, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, 24 dekabr 2023-cü il tarixdə, saat 17-18 radələrində qardaşı Təqsirləndirilən şəxs1 istifadəsində olan “***-***-**- **” saylı mobil nömrədən istifadə etməklə onun istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəsinə zəng edib dönər yeməyə getmək bəhanəsi ilə Yardımlı rayonunun Ostair kəndi ərazisində yerləşən "Alça bulaq" adlı yerə çağırmışdır. 24 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində deyilən yerə getmiş, çox keçməmişdir ki, Xaliq, tanışları Nurlan və Cavid həmin yerə gəlmişlər. Xaliq bildirmişdir ki, İİR-dən Azərbaycan Respublikasına qanunsuz yolla narkotik vasitələr keçirilmişdir və həmin narkotik vasitələri götürüb sonradan deyiləcək yerə qoyulması müqabilində Nurlan və ona 3000 (üç min) manat, Cavidə isə 5000 (beş min) manat pul verəcəkdir. Onlar Xaliqin təklifi ilə razılaşıb sonuncuya göndərilən konum üzrə piyada hərəkət etməyə başlamışlar. Nurlan özü ilə atını da gətirmişdir. Nurlan atın üzərində, onlar isə piyada təxminən 2 saata yaxın yol qət etmişlər. Saat təxminən 21 radələrində çəpərə çatdıqda Xaliq demişdir ki, özü ilə Cavid çəpəri keçəcəklər, o və Nurlan isə çəpərdən çöldə qalacaqlar. Xaliq və Cavid çəpəri keçdiyinə görə Cavidə 5000 (beş min) manat, çəpərdən çöldə qaldıqlarına görə isə Nurlan və ona 3000 (üç min) manat pul verəcəkdir. Beləliklə, Xaliq və Cavid çəpəri aralayıb keçmişlər, bir qədər sonra Xaliq və Cavid əllərində bağlamalarla qayıtmışlar. Həmin yerə çatdıqdan sonra bağlamaları köməklik şəkildə atın belinə yükləyib geri qayıtmışlar. Yolda Cavid onlardan ayrılmış və evə getmişdir. O, Xaliq və Nurlan isə yollarına davam etmişdir. Yolda o, qarşıda getmiş, Xaliq atı dartmış, Nurlan isə atı arxadan qovmuşdur. Hərəkətdə olarkən ucadan "Dayan!" səsləri eşitdikdə hər biri müxtəlif istiqamətlərdə qaçmağa başlamışlar. Xaliq qaçmaq istəyəndə ayağı kolluğa ilişib yıxılmış, at isə üzərində bağlamalarla birlikdə hansısa istiqamətdə qaçmışdır. Nurlan və o isə ərazidən qaçmış, o, evə getmişdir. Təxminən 2 saat sonra, yəni 25 dekabr 2023-cü il tarixdə, saat 1-2 arası evdə olarkən polis əməkdaşları onu evdə saxlayaraq sərhəd zastavasına aparmışdır. Ondan bir qədər sonra Cavid, səhər saatlarında isə Nurlan saxlanılaraq sərhəd zastavasına gətirilmişdir. Narkotik vasitələrin ölkə ərazisinə İİR-dən qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə məlumatı olmuş, bu barədə qardaşı ona, Nurlana və Cavidə demişdir. Narkotik vasitələrin kim tərəfindən keçirilməsi, həmin əraziyə necə, nə vaxt və hansı yolla qoyulmasından məlumatsızdır. Yalnız qardaşı Xaliqin təklifi ilə onunla getməli, bağlamaları gətirməyə kömək etməli və vəd olunan 3000 (üç min) manat pulu almağı fikirləşmişdir. İİR-də yaşayan tanışı və ya həmin ölkənin vətəndaşı olan hər hansı şəxslə münasibəti yoxdur. İİR vətəndaşı keçəl Məmməd adlı şəxsi tanımır, sonuncunun qardaşı Xaliqin tanışı olmasını saxlanıldıqdan sonra bilmişdir. Xaliq onlara demişdir ki, içərisində narkotik vasitələr olan bağlamaları götürdükdən sonra yolda ayrılacaqlar və o, bağlamaları başqa yerə qoyacaqdır. Bağlamaların kimə çatdıracağı barədə ona heç nə deməmiş, bundan Nurlan və Cavidin məlumatının olub-olmamasını isə bilməmişdir. Yardımlı rayonunun Ostair kənd sakini X4 tanımış, həmin şəxsin Bakı şəhərində yaşadığını bilmiş, nə işlə məşğul olmasını isə bilməmişdir. Rəhmanla heç bir münasibəti olmamış, sonuncunu sadəcə olaraq həmkəndlisi kimi tanımışdır. Qeyd olunan bağlamaların X5 çatacağından məlumatı olmamışdır. 07 oktyabr 2024-cü il tarixdə iş üzrə əlavə ifadəsi alınmış Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, istintaqa verdiyi əvvəlki ifadələri təsdiq edir. Belə ki, 24 dekabr 2023-cü il tarixdə, saat 17-18 radələrində qardaşı Təqsirləndirilən şəxs1 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrədən istifadə etməklə onun istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəyə zəng edib onu dönər yeməyə getmək bəhanəsi ilə Yardımlı rayonunun Ostair kəndi ərazisində yerləşən "Alça bulaq" adlı yerə çağırmışdır. Saat 19 radələrində deyilən yerə getmiş və orada qardaşı Xaliq, həmçinin tanışları Nurlan və Cavid ilə görüşmüşdür. Həmin görüş zamanı Xaliq onlara Yardımlı rayonu, Ostair kəndi ərazisində olan “Məceyir” adlı yerə getməli olduqlarını demiş, sonuncudan həmin yerə getmə səbəbini soruşduqlarında, Xaliq “səbirli olun, ora çataq deyəcəm” deyə bildirmişdir. “Məceyir” adlı yerə çatdıqda Xaliq Cavidlə ona gəldikləri yerdən əslində ot, yəni narkotik vasitə olan nəişə götürmək üçün gəldiklərini, bu işdə onunla Cavidin də Nurlanla özünə köməklik etməyə razı olacaqları təqdirdə əldə edəcəyi 10000 (on min) manat pulu hər birinin arasında tən böləcəyini demişdir. Həmin vaxt Cavidlə o qorxduqlarını deyib Xaliqlə razılaşmamış, hətta həmin vaxt Nurlan da qorxduğunu dedikdə Xaliq onlara artıq uzun yol gəldiklərini, onu orada tək qoymamalarını deyib, əgər tutulacaqlarından qorxurlarsa onunla Nurlanın aralıda gözlüyüb Cavidlə özünün narkotik vasitələri gətirdikdən sonra onlara kömək etmələrini demişdir. Həmin vaxt Cavidə isə özünə çatmalı olacaq pul payından bir qədər də Cavidə çatası pula əlavə edəcəyini vəd verməklə sonuncunu razı salmışdır. Beləliklə də, Nurlanla o, atın yanında “Məceyir” deyilən yerdə qalmış, Cavidlə Xaliq isə bağlamaları götürmək üçün Xaliqə göndərilən konum istiqamətində irəliləmişlər. Bir qədər sonra Xaliq və Cavid əllərində bağlamalarla qayıtmış, həmin bağlamaları onunla Nurlanın yanına gətirdikdən sonra köməklik şəkildə ilə qeyd olunan bağlamaları atın üzərinə yükləyib yola düşmüşlər. Yolda olduqları zaman müxtəlif vaxtlarda biri qabağa, digəri arxaya keçməklə irəliləmişlər. Hərəkət etdikləri zaman müxtəlif vaxtlarda biri atın yüyənini dartmış, digəri isə atı irəliləməsi üçün arxadan itələmişdir. Bir qədər yol gəldikdən sonra Cavid onlardan aralanıb, özünün işinin bitdiyini deməklə evinə getmişdir. Beləliklə də o, Nurlan və Xaliq atın üzərində olan narkotik vasitələrlə birlikdə hərəkət etmişlər. Hərəkətdə olarkən ucadan "Dayan!" səsləri eşidib hər biri müxtəlif istiqamətlərdə qaçmağa başlamış, həmin vaxt Xaliq qaçmaq istəyəndə ayağı kolluğa ilişərək yıxılmış, at isə üzərində olan bağlamalarla birlikdə hansısa istiqamətdə qaçmışdır. Nurlan və o isə ərazidən qaçmağa müvəffəq olmuş, o evinə getmişdir. Bir neçə saat sonra, yəni 25 dekabr 2023-cü il tarixdə, gecə saatlarında evində olarkən polis əməkdaşları onu saxlayaraq sərhəd zastavasına aparmışlar. Bir qədər sonra Cavid, səhər saatlarında isə Nurlan saxlanılaraq sərhəd zastavasına gətirilmişdir. Əldə edib daşıdıqları narkotik vasitələrin ölkə ərazisinə İİR-dən qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə qardaşı Xaliq ona, Nurlana və Cavidə məlumat vermişdir. Narkotik vasitələrin kim tərəfindən keçirilməsi, həmin əraziyə necə, nə vaxt və hansı yolla qoyulmasından məlumatsızdır, onun törədilən cinayətdə rolu bağlamaları daşımaqda qardaşı Xaliqə kömək etməli və vəd olunan pulu almaq olmuşdur. İİR vətəndaşı Məmməd adlı şəxsi tanımamış, sonuncunun qardaşı Xaliqin tanışı olmasını saxlanıldıqdan sonra bilmişdir. İçərisində narkotik vasitələr olan bağlamaların kimə çatdırılacağından məlumatı olmamışdır. Heç vaxt narkotik vasitə istifadə etməmişdir. İstintaqa verdiyi əvvəkli ifadələri ilə hazırki ifadələri arasında olan ziddiyyəti tutulduğu və cinayət məsuliyyətinə cəlb edildiyi zaman həyəcanlı olması ilə izah etmiş, hadisənin hazırki ifadəsində qeyd etdiyi kimi baş verdiyini, hazırki ifadəsində qeyd etdiklərini nəzərə alıb rəhbər tutmasını xahiş etmişdir. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, həmin ifadələrin ona məxsus deyil, müstəntiqin sənədlərə qol çək, işin yüngül olacaq sözünə görə oxumadan imzalamışdır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamlar üzrə özünü CM-in 206.3.2-ci maddəsi ilə təqsirli bilməyib, CM-in 234.4-1-ci maddəsi ilə isə təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə belə olub ki, Xaliq ona zəng vurub ki, “gedək dönər yeməyə”. Sonra Xaliq, Nurlan, Sayiq hər üçü birlikdə gəlmişlər "Alça bulaq" adlı yerə. Orda soruşmuş ki, “hara gedirik”, Xaliq isə dönər yeməyə gedəcəklərini bildirmişdir. Birlikdə getmişlər, gedib “Məceyir” adlı yerə çatdıqda Xaliqə “dönər hara, bura hara” demişdir. Xaliq isə “tələsmə bir iş var onu görəciyik” demişdir. Həmin vaxt isə Xaliq telefonla danışmışdır. Sonra isə Xaliq ona “gəl bir bağlama var, gətirib ata yükləyək, sənin işin yoxdu” demişdir. Buna görə də iki min manat pul verəcəyini demişdir. O isə Xaliqə “pulun lazım olmadığını, kömək edəcəyini, başqa bir şey də olar evinin yıxalacağını” demişdir. Bundan sonra Xaliqlə birlikdə yüz metr aralanıb oradakı kolluqdan üç dənə kisəni götürüb gəlib, ata yükləmişlər. Ata köməkli yükləyəndən sonra isə Xaliqə demişdir ki, “pulun lazım deyil, mən getdim evimə, mənim evimi yıxma”. Aralanıb onlardan öz evinə getmiş, evində olarkən gecə saat on iki birin yarısı qapı tıkkıldamışdır. Yoldaşı çıxıb nə olduğunu soruşduqda, polislərin gəldiyini görmüşdür. Polislər ondan Xaliqlə biryerdə olub-olmadığını soruşmuşdur. Özü isə onunla biryerdə olmadığını demişdir. Sonra onu polis idarəsinə aparıb, oradan da hərbiyə təhvil vermişlər. Orada da döyülmüş, sonra qərargaha aparılıb şəkillərini çəkmişlər. Narkotikləri isə komendaturada görmüşlər, daha sonra isə Kürdəxanıya gətirilmişdir. Günahı orda olub ki, narkotiki götürüb, yükləməyə kömək etmiş, xəbər etməmişdir. Hadisə yerindən isə kənarlaşmağına heç kimsə mane olmayıb, elə səhvi də orda edib. Hadisə yerində meşokları görəndə isə Xaliqə ona pulun lazım olmadığını demişdir. Xaliqlə isə həmin yerə gedənə qədər heçnə deməmiş, özündə olmamışdır ki, bura dönər yolu deyil. Hərbiçilər ona təzyiq edib, belə de, belə ol demişlər, özünün də yazıb-oxumağı olmamışdır. Əməlindən peşmandır. Ona təzyiqlər olsada xəsarəti olmayıb. Müstəntiq isə təsir-təzyiq etməyib, özü oxuya bilmədiyindən ifadələri imzalamışdır. Sanksiyada isə bu barədə hakimə heçnə deməmişdir, səbəbin isə özü də bilmir. Himayəsində üç uşağı var, uşaqları yoldaşı saxlaya bilmir barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, 24 dekabr 2023-cü il tarixdə, saat təxminən 18 radələrində Təqsirləndirilən şəxs1 onunla mobil telefon vasitəsilə əlaqə saxlayıb özünün inəklərinin, yəni heyvanının itdiyini bildirmiş və ondan mallarını axtarıb tapmaqda köməklik etməyini istəmişdir. O, Xaliqin təklifi ilə razılaşdıqdan sonra Xaliq onu Yardımlı rayonu, Osyatır kəndi ərazisində yerləşən “Alça bulağı” deyilən yerə çağırmışdır. Xaliqlə “Alça bulağı” deyilən yerdə 24 dekabr 2023-cü il tarixdə, saat təxminən 19 radələrində görüşmüşlər. “Alça bulağı” deyilən yerdə o və Xaliqdən başqa Xaliqin qardaşı Sayiq və Dəlləkli kənd sakini olan Nurlan da olmuşdur. Hamısı bir yerdə olduqdan sonra sərhəd istiqamətində hərəkət etmişlər. Saat təxminən 21 radələrində dövlət sərhədinə yaxınlaşdıqda ərazidə olan mühəndis texniki çəpərə çatmağa təxminən 150 metr qalmış dayanmışlar. Həmin vaxt Nurlanla Sayiq olduqları yerdə dayanmışlar ki, ərazini müşahidədə saxlasınlar. Xaliqlə o isə mühəndis texniki çəpəri keçib sərhəd istiqamətində irəliləmişlər. Bir qədər yol getdikdən sonra isə Xaliq ona əslində olduqları yerə mal, yəni heyvan axtarmaq üçün gəlmədiklərini, yük götürüb özləri ilə aparacaqlarını, bunun qarşılığında isə ona 5000 (beş min) manat pul veriləcəyini demişdir. Həmin vaxt o, Xaliqdən yükün nə olmasını soruşmamış, heç fikirləşməmişdir ki, yük nə ola bilər. Sadəcə olaraq fikirləşmişdir ki, kasıb adam olduğundan Xaliqin verdiyi 5000 (beş min) manatı alıb şəxsi ehtiyacları üçün xərcləyər. Xaliqlə yol getdikləri zaman Xaliq telefonunda nəyəsə baxırmış. Bir qədər getdikdən sonra ərazidə olan daşın dibində, kolluğun içərisində bağlamalar olduğunu görmüşlər. Həmin vaxt o, əlini başına qoyub “siz nə edibsiz?” deyə bildirmiş və həmin bağlamalarda narkotik vasitə olduğunu başa düşsə də, Xaliqlə birlikdə həmin bağlamaları götürüb Sayiqlə Nurlanın olduğu yerə gətirmişdir. Həmin yerə çatdıqda Sayiqlə Nurlan bağlamaların atın üzərinə qoyulmasında köməklik etmiş, hamısı birlikdə Ostayır kəndi istiqamətində yola düşmüşlər. Bir qədər yol gəldikdən sonra o, tutulacaqlarından qorxması səbəbindən onlardan aralanmış və evinə getmişdir. 25 dekabr 2023-cü il tarixdə, saat təxminən 02 radələrində evinə polis əməkdaşları gəlib onu saxlamış, əvvəlcə Yardımlı RPŞ-nə aparılmış, daha sonra isə sərhədçilərə təhvil verilmişdir. Sərhədçilər təhvil verildikdən sonra hər şeyi səmimi olaraq etiraf etməklə tanışları olan Xaliq, Sayiq və Nurlan adlı şəxslərlə birlikdə iranlının göndərdiyi narkotik vasitəni əldə etmək üçün getdiklərini, həmin narkotik vasitəni əldə etdikdən sonra Ostayır kəndi istiqamətində irəlilədiklərini, tutulacaqlarından qorxması səbəbindən bir qədər sonra həmin şəxslərdən ayrılaraq evinə getdiyimi bildirmişdir. 07 oktyabr 2024-cü il tarixdə iş üzrə əlavə ifadəsi alınmış Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, istintaqa verdiyi əvvəlki ifadələri qismən təsdiq edir. Belə ki, 24 dekabr 2023-cü il tarixdə, saat təxminən 18 radələrində Təqsirləndirilən şəxs1 onunla mobil telefon vasitəsilə əlaqə saxlayıb özünün mal-qarasının, yəni heyvanının itdiyini deyib, ona mallarını axtarıb tapmaqda köməklik etməsini istəmiş, Xaliqin təklifi ilə razılaşdıqdan sonra sonuncu, onu Yardımlı rayonu, Osyatır kəndi ərazisində yerləşən “Alça bulağı” deyilən yerə çağırmışdır. Həmin yerə çatdıqda orada Xaliqin qardaşı Sayiq və onların qohumu olan Nurlanla görüşmüş, Xaliq onlara Ostair kəndi ərazisində olan adlı yerə gedəcəklərini dedikdə, onunla Sayiq nə üçün həmin yerə getdiklərini soruşduqda Xaliq onlara “səbirli olun, ora çataq deyəcəm” deyə bildirmişdir. “Məceyir” adlı yerə çatdıqda Xaliq Sayiqlə ona getdikləri yerdən əslində ot-yarpaq, yəni narkotik vasitə olan nəişə götürmək üçün gəldiklərini, bu işdə onların Nurlanla özünə köməklik etməyə razı olacaqları təqdirdə əldə edəcəyi 10000 (on min) manat pulu hər birinin arasında tən böləcəyini demişdir. Həmin vaxt onunla Sayiq qorxduqlarını deyib Xaliqlə razılaşmamış, hətta Nurlan da qorxduğunu dedikdə Xaliq onlara artıq uzun yol gəldiklərini, onu orada tək qoymamalarını deyib əgər tutulacaqlarından qorxurlarsa Nurlanla Sayiqin aralıda gözlüyüb özü ilə onun narkotik vasitələri gətirdikdən sonra kömək etmələrini bildirmişdir. Həmin vaxt onu isə özünə çatmalı olacaq pul payından bir qədər də ona çatası pula əlavə edəcəyini vəd verməklə razı salmışdır. Beləliklə də, Nurlanla Sayiq atın yanında “Məceyir” deyilən yerdə qalmış, onunla Xaliq isə bağlamaları götürmək üçün Xaliqə göndərilən konum istiqamətində irəliləmişlər. Həmin yerə çatıb ərazidə bağlamaları axtardığı zaman Xaliq telefonla kiminləsə nəsə danışmış, bir qədər sonra həmin ərazidə olan bağlamaları görmüşlər. Bağlamaları gördüyü zaman əlini başına qoyub “mənim evimi yıxdız” deyə bildirmiş, lakin qaçaq yolla İİR-dən göndərilmiş bağlamaları daşıyıb Nurlanla Sayiqin olduğu yerə aparılmasında Xaliqə köməklik etmişdir. Çünki fikirləşmişdir ki, artıq bu qədər yol gəlmişlər, imkansızlıqdan Xaliqə kömək edib bunun qarşılığında pul alsın. Həmçinin də Xaliq ona qorxma heç nə olmaz deyə bildirib təsəlli etmişdir. Həmin bağlamaları Sayiqlə Nurlanın yanına gətirdikdən sonra sonuncuların da köməkliyi ilə qeyd olunan bağlamaları atın üzərinə yükləyib yola düşmüşlər. Yolda olduqları zaman müxtəlif vaxtlarda biri qabağa, digəri arxaya keçməklə irəliləmişlər. Hərəkət etdikləri zaman müxtəlif vaxtlarda biri atın yüyənini dartmış, digəri isə atı irəliləməsi üçün arxadan itələmişdir. Bir qədər yol gəldikdən sonra o, digərlərindən aralanıb, özünün işinin bitdiyini deməklə evinə getmişdir. Beləliklə də Xaliq, Nurlan və Sayiq atın üzərində olan narkotik vasitələrlə birlikdə hərəkət etmişlər. 25 dekabr 2023-cü il tarixdə, gecə saatlarında evinə polis əməkdaşları gəlib onu saxlayaraq əvvəlcə Yardımlı RPŞ-nə aparmış, bir qədər sonra isə onu sərhədçilərə təhvil vermişlər. Sərhədçilər təhvil verildikdən sonra hər şeyi səmimi olaraq etiraf etməklə tanışları olan Xaliq, Sayiq və Nurlan adlı şəxslərlə birlikdə iranlının göndərdiyi narkotik vasitəni əldə etmək üçün getdiklərini, həmin narkotik vasitəni əldə etdikdən sonra Ostair kəndi istiqamətində irəlilədiklərini, bir qədər yol gəldikdən sonra isə özünün həmin şəxslərdən aralanıb evinə getdiyini demişdir. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs3 elan olunmuş ifadələrini təsdiq etmədiyini, bağlamaların içərisində narkotik olduğunu yalnız ata çatanda bildiyini, istintaq zamanı ona qol çək dediklərindən ifadələrini imzaladığını, həmin vaxt özündə olmadığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan bir gün qabaq Xaliq ona demişdir ki, “narkotik var, Məceyir ərazisindən götürməyə gedək”. Özü də Xaliqlə razılaşmışdır. Hadisə günü Xaliq ona zəng etmiş, özünə məxsus atı Xaliqlə biryerdə götürmüşlər. “Alçabulaq” ərazisində Cavid və Sayiqi görmüşdür. Ordan isə birlikdə Məceyir deyilən yerə getmişlər. Həmin yerdə Xaliq telefonla danışmışdır. Narkotik barədə isə Sayiq və Cavidə deməmişlər. Cavidlə Xaliq sonradan Xaliq telefonla danışandan sonra birlikdə gedib onlardan aralaşıb meşokları gətirmişlər. Meşokları Xaliq və Cavid birlikdə gətirmiş, özü isə Sayiqlə qalmışdır. Həmin meşokları Cavid və Xaliq birlikdə kol dibindən gətirmişlər, orada isə sərhəd olmamışdır. Sərhəd həmin yerdən uzaq olarmış, sərhədlə məsəfə çox olmuşdur, təxminən üç-dörd km. Meşokları gətirib atına çatdıqda, dördü birlikdə ata yükləmişlər. Ata çatanda isə Cavid və Sayiqə meşoklarda narkotik olduğunu demişdir. Cavid və Sayiq isə onlardan ayrılmışdır. Özü isə Xaliqlə birlikdə kəndə tərəf gəlmişdir. Narkotikləri kəndin ərazisində biryerə qoyub, konum atacaqlarmış, kimsə gəlib aparacaqmış. Xaliq hadisədən bir gün qabaq demişdir ki, on min manat pul var bu işdə, pula görə də razılaşmışdır. Xaliq iyirmi min pul veriləcəyini, on mini narkotiki gəlib kənddən aparana çatmalı, qalan on min isə dördü arasında bölünəcəkmiş. Kəndə çatmağa az qalmış atışma olmuş, özü qaçmış, Xaliqi isə tutmuşlar. Həmin vaxt özü əmisigilə getmiş, onun evində içki qəbul etmiş, səhər-səhər isə öz evinə getmişdir. Sonra isə gəlib onu öz evindən aparmışlar. Onu döyüblər tutulandan sonra, rəis onu döyüb ki, “sən sərhədi yarmısan.” Özü “keçəl Məmmədi” tanımır, həmin adam iran vətəndaşıdır, Xaliq deyəndə eşitmişdir. Əməlindən peşmandır, bir səhvdir edib. Himayəsində xəstə anası və iki uşağı var barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilir. 23 dekabr 2023-cü il tarixdə, saat təxminən 18 radələrində bibioğlusu olan Təqsirləndirilən şəxs1 onunla mobil telefon vasitəsilə əlaqə saxlayıb iranlının “yük” göndərdiyini, həmin yükü götürüb Yardımlı rayon ərazisinə qoymaq lazım olduğunu və həmin yükü qoyulacağı yerdən Rəhman Novruzov adlı Yardımlı rayonu, Ostayır kənd sakininin götürəcəyini bildirib onu görüşə çağırmışdır. Həmin vaxt evində qonağı olduğundan Xaliqlə görüşə gedə bilməmiş, 24 dekabr 2023-cü il tarixdə, saat 18 radələrində Xaliqin evinə gedib orada sonuncu ilə görüşmüşdür. Görüş zamanı Xaliq ona ot, yəni marixuana götürüb gətirəcəklərini, bunun qarşılığında ona 3000 (üç min) manat pul veriləcəyini bildirmişdir. İmkansızlıq səbəbindən Xaliqin təklifi ilə razılaşmış və Xaliqlə birlikdə Yardımlı rayonu, Osyatır kəndi ərazisində yerləşən “Alça bulağı” deyilən yerə 24 dekabr 2023-cü il tarixdə, saat təxminən 19 radələrində getmişlər. Həmin yerə getdikləri zaman Xaliq ona atını da götürməsini, əldə edəcəkləri narkotik vasitəni atın üzərində gətirəcəklərini bildirmişdir. “Alça bulağı” deyilən yerdə o və Xaliqdən başqa sonuncunun qardaşı Sayiq və Yardımlı rayonu, Ostayır kənd sakini olan Cavidlə görüşmüşlər. Hamısı bir yerdə olduqdan sonra iranlı keçəl Məmməd deyilən şəxin Xaliqin mobil telefonuna göndərmiş olduğu konum istiqamətində hərəkət etmişlər. 24 dekabr 2023-cü il tarixdə, saat təxminən 21 radələrində dövlət sərhədinə yaxınlaşdıqda ərazidə olan mühəndis texniki çəpərə çatmağa təxminən 150 metr qalmış dayanmışlar. Həmin vaxt onunla Sayiq ərazini müşahidədə saxlamaq üçün olduqları yerdə dayanmışlar. Cavidlə Xaliq isə iranlının göndərdiyi narkotik vasitəni götürmək üçün getmişlər. Bir qədər sonra Cavidlə Xaliq üzərlərində bağlamalarla yanlarına gəlmişlər. Yanlarına çatdıqda Sayiqlə o, həmin bağlamaları atın üzərinə qoymaqda köməklik etmiş, hamısı birlikdə Ostayır kəndi istiqamətində yola düşmüşlər. Bir qədər yol getdikdən sonra Cavid onlardan aralanmış, o, Xaliq və Sayiqlə birlikdə yanlarında üzərində narkotik vasitə olan atla hərəkət etmişlər. Bir qədər də getdikdən sonra 25 dekabr 2023-cü il tarixdə, saat təxminən 01 radələrində ucadan “Dayan!” deyə səs gəldiyini eşidib tutulacaqlarından qorxub hərəsi bir istiqamətdə qaçmışlar. Həmin vaxt at hürkərək başqa istiqamətdə qaçmağa başlamışdır. Bundan sonra tutulacağından qorxması səbəbindən evinə getməmiş, bir başa Dəlləkli kəndində yaşayan əmisi Möhtəbər Qasımovun evinə getmişdir. Əmisi Bakı şəhərində yaşadığından evinin boş olduğunu, yəni heç kimin yaşamadığını bilmişdir. Əmisinin evinə çatdıqdan sonra orada spirtli içki qəbul etmiş, bir az sonra qardaşı Əmrahın mobil telefonuna zəng etdiyini gördükdə hirsindən mobil telefonunu divara vurub sındırmışdır. 25 dekabr 2023-cü il tarixdə, saat 08 radələrində əmisinin evindən çıxıb öz evlərinə getmiş, evə çatdıqda qardaşı Əmrah ona axşam sərhədçilərin və polis əməkdaşların evlərinə gəlib onu axtardıqlarını demişdir. O, qardaşının sözünə əhəmiyyət verməyərək yatmış, təxminən 1 saat sonra evlərinə polis əməkdaşları gəlib onu saxlamış, əvvəlcə Yardımlı RPŞ-nə aparmış, bir qədər sonra isə onu sərhədçilərə təhvil vermişlər. Sərhədçilərə təhvil verildikdən sonra hər şeyi səmimi olaraq etiraf etməklə tanışları olan Xaliq, Sayiq və Cavid adlı şəxslərlə birlikdə iranlının göndərdiyi narkotik vasitəni əldə etmək üçün getdiklərini, həmin narkotik vasitəni əldə etdikdən sonra Ostayır kəndi istiqamətində irəlilədikləri zaman sərhədçilərin “Dayan!” çağırış komandasını eşidib tutulacaqlarından qorxmaları səbəbindən ərazidən qaçdıqlarını bildirmişdir. Xaliq, Sayiq və Cavidlə birlikdə əldə etmək üçün getdikləri narkotik vasitənin necə, hansı yolla, nə vaxt və kimin tərəfindən Xaliqlə Cavidin əldə etdiyi əraziyə qoyulması barədə hansısa bir məlumatı olmamışdır. Xaliq ona sadəcə olaraq iranlı keçəl Məmmədin “yük” göndərdiyini, həmin yükün ot, yəni marixuana olduğunu demişdir. Həmin marixuananın çəkisi barədə nəsə deməmişdir. Xaliq ona iranlının qaçaq yolla göndərdiyi narkotik vasitəni əldə etmək üçün getməyi və bu işin qarşılığında 3000 (üç min) manat pul veriləcəyini vəd edən şəxdir. Sayiq Xaliqin qardaşı, Cavid isə Ostayır kənd sakini olmuşdur. Sayiqlə Cavid də onun kimi Xaliqin təklifi ilə razılaşıb iranlının göndərdiyi narkotik vasitəni əldə etmək və deyiləcək yerə qoymaq üçün getmişdir. Xaliq ona həmin narkotik vasitənin Rəhman Novruzov adlı Ostayır kənd sakini tərəfindən qoyulacağı yerdən götürüləcəyini demişdir. Xaliqin mobil nömrəsi “***-***-**- **”dir. Xaliq qaçaqmalçılıq işində ona göstərəcəyi köməkliyin müqabilində 3000 (üç min) manat verəcəyini vəd etmişdir. Xaliq ona əldə etdikləri, içərisində narkotik vasitə olan bağlamaları deyiləcək ünvana qoyacaqlarını, həmin yerdən isə Rəhman Novruzov adlı şəxsin götürəcəyini demişdir. Əməlindən çox peşmandır, gərək, Xaliqə inanıb vəd etdiyi 3000 (üç min) manat pula görə narkotik vasitə əldə etmək üçün getməzmiş. 07 oktyabr 2024-cü il tarixdə iş üzrə əlavə ifadəsi alınmış Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, istintaqa verdiyi əvvəlki ifadələri qismən təsdiq edir. Belə ki, saxlanılmasından bir neçə gün əvvəl bibi oğlusu olan Təqsirləndirilən şəxs1 ilə görüşdüyü zaman sonuncu, ona iranlının “yük”, yəni narkotik vasitə olan ot göndərəcəyini, həmin yükü götürüb Yardımlı rayon ərazisinə qoymaq lazım olduğunu və bu işin qarşılığında özünə çatası puldan ona da pay düşəcəyini demiş, həmin vaxt özü Xaliqin təklifi ilə razılaşmışdır. 24 dekabr 2023-cü il tarixdə, saat 17-18 radələrində Xaliqlə birlikdə Ostair kəndi ərazisində olan “Alça bulağı” deyilən yerə getmişlər. Xaliq ona əldə edəcəkləri narkotik vasitələri atın üzərinə yükləyib daşımaq üçün özü ilə atını da götürməsini bildirmişdir. Həmin yerdə Sayiq və Cavidlə görüşdüklərində Xaliq onlara Ostair kəndi ərazisində olan “Məceyir” adlı yerə getmələrini demiş, bu vaxt Sayiqlə Cavid nə üçün həmin yerə getdiklərini soruşduqda Xaliq onlara “səbirli olun, ora çataq deyəcəm” deyə bildirmişdir. “Məceyir” adlı yerə çatdıqlarında X17 gəldikləri yerdən əslində ot, yəni narkotik vasitə olan nəişə götürmək üçün gəldiklərini, bu işdə onların da Xaliqlə ona köməklik etməyə razı olacaqları təqdirdə əldə edəcəyi 10000 (on min) manat pulu hər birinin arasında tən böləcəyini demişdir. Həmin vaxt Cavidlə Sayiq qorxduqlarını deyib Xaliqlə razılaşmamış, hətta özü də qorxduğunu Xaliqə dedikdə sonuncu, onlara artıq uzun yol gəldiklərini, onu orada tək qoymamalarını demiş və əgər tutulacaqlarından qorxurlarsa onunla Sayiqin aralıda gözlüyüb Cavidlə özünün narkotik vasitələri gətirdikdən sonra onlara kömək etmələrini bildirmişdir. Həmin vaxt Cavidi isə özünə çatmalı olacaq pul payından bir qədər də Cavidə çatası pula əlavə edəcəyini vəd verməklə razı salmışdır. Beləliklə də, onunla Sayiq atın yanında “Məceyir” deyilən yerdə qalmış, Cavidlə Xaliq isə bağlamaları götürmək üçün Xaliqə göndərilən konum istiqamətində irəliləmişlər. Bir qədər sonra Xaliq və Cavid əllərində bağlamalarla qayıtmış, həmin bağlamaları onunla Sayiqin yanına gətirdikdən sonra birlikdə köməkləşməklə qeyd olunan bağlamaları atın üzərinə yükləyib yola düşmüşlər. Yolda olduqları zaman müxtəlif vaxtlarda biri qabağa, digəri arxaya keçməklə irəliləmişlər. Hərəkət etdikləri zaman müxtəlif vaxtlarda biri atın yüyənini dartmış, digəri isə atı irəliləməsi üçün arxadan itələmişdir. Birlikdə bir qədər yol gəldikdən sonra Cavid onlardan aralanıb, özünün işinin bitdiyini deməklə evinə getmişdir. Beləliklə də o, Sayiq və Xaliq atın üzərində olan narkotik vasitələrlə birlikdə hərəkət etmişlər. Hərəkətdə olarkən ucadan "Dayan!" səsləri eşidib hər biri müxtəlif istiqamətlərdə qaçmağa başlamış, Xaliq qaçmaq istədikdə ayağı kolluğa ilişib yıxılmış, at isə üzərində olan bağlamalarla birlikdə hansısa istiqamətdə qaçmışdır. Sayiq və o isə ərazidən qaçıb uzaqlaşmışlar. İstintaqa verdiyi əvvəkli ifadələri ilə hazırki ifadələri arasında olan ziddiyyəti tutulduğu və cinayət məsuliyyətinə cəlb edildiyi zaman həyəcanlı olması ilə izah etmiş, hadisənin hazırki ifadəsində qeyd etdiyi kimi baş verdiyini, hazırki ifadəsində qeyd etdiklərini nəzərə alıb rəhbər tutmasını xahiş etmişdir. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs4 elan olunmuş ifadələrini təsdiq etmədiyini, onu sərhəd yardığı üçün döydüklərini bildirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2023cü ilin dekabr ayının 24-dən 25-ə keçən gecə məlumat daxil olmuşdur ki, İİR-dən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu narkotik keçirilməsi barədə məlumat daxil olmuşdur. Bununla bağlı tədbir təşkil olunmuş, "Pusqu" xidməti təşkil edilmişdir. Xidmət təşkil edilərkən gecəgörmə cihazı ilə ərazidə müşahidə aparılan zaman Yardımlı rayonu, Ostair kəndinin meşəlik ərazisində qaraltı şəkildə bir neçə nəfər şəxsin hərəkət etdiyini müəyyən edərək dərhal pusqunu təşkil etdikləri kolluqdan çıxıb həmin şəxslərə tərəf sakitcə hərəkət etmişlər. Müşahidə apararkən hərəkət edən şəxslərlə aralarında təxminən 100 metr məsafə olmuş, daha sonra həmin şəxslər yaxına gəldikdə ani bir qərarla “Dur” komandası vermişlər. Bu zaman həmin şəxslər qaçmağa başalmış, Xaliqin isə ayağı büdrədiyindən onu saxlamışlar. Digərləri isə ərazidən qaçmışdır. At isə belində yük qaçmağa başlamışdır. Səhərə kimi atı axtarmışlar. Atın üstündə isə altmış ədəd bağlama olmuşdur. At qaçdıqca isə həmin bağlamalar yerə səpələnmişdir. Onlar isə həmin bağlamaları toplaya-toplaya gedib atı tapmışlar. Xaliq də altmış ədəd bağlama olduğunu demiş, onlar isə bütün bağlamaları tapmışlar. Xaliqgilin narkotiki götürdükləri yerlə dövlət sərhədi arasında bir km və ya beş yüz metr məsafə olarmış. Müşahidə vaxtı atla bir nəfərin yerdə qabaqda gəldiyini, ümumilikdə üç nəfər olduqlarını görürmüşlər. Xaliq Saxlananda isə ondan bir bel çantası, içərisində isə tiryəkə bənzər kütlə və dərman aşkar edilmişdir. Qaçan şəxslər kəndin üstünə qaçmışlar, onları isə sonradan polislər saxlamışdır. Məhkəmə iclasında şahidlər Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissə komandiri polkovnik Rauf Abdullayevin DSX-nin İTİ rəisi Elçin Abuzərliyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-38/2-16/4586/23 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində N nömrəli hərbi hissənin 19-cu sərhəd zastavasının xidməti ərazisində “Pusqu” sərhəd naryadına təyin edilmiş hərbi qulluqçular tərəfindən 3 nəfər şəxsin hərəkəti müşahidə edilmiş, sərhəd naryadları həmin şəxsləri yaxalamaq üçün əlverişli mövqe seçərək “Dayan!” çağırış komandası vermiş, hadisə yerində qeyd olunan şəxslərdən Təqsirləndirilən şəxs1 saxlanılmış, digərləri isə ərazidən qaçmış, əraziyə baxış keçirilən zaman səpələnmiş halda 60 ədəd bükümdə ümumi çəkisi 64 kiloqram, 300 qram təşkil edən narkotik vasitə olan marixuanaya bənzər maddə aşkar edilmiş, hadisə yerində saxlanılmış Təqsirləndirilən şəxs1 üzərinə baxış zamanı üzərindəki çantadan 10 konvalyut (ümumilikdə 100 ədəd həb) “Dimenhydrinate 50-Jalinous” dərman preparatı və təqribi çəkisi 32 qram təşkil edən narkotik vasitə olan tiryəkə bənzər maddə aşkar edilmişdir. Aparılmış əməliyyyat-axtarış tədbirləri nəticəsində cinayətar qrupun digər üzvləri olan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 saxlanılmışdır. (c 1, i.v 6) xx.xx.2023-cü il tarixli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 01:30-da inzibati qaydada tutulmuşdur. (c 1, i.v 9) xx.xx.2023-cü il tarixli şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, şəxs axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən X21 7 markalı smartfon telefon, 10 konvalyut (ümumilikdə 100 ədəd həb) “Dimenhydrinate 50-Jalinous” dərman preparatı və təqribi çəkisi 32 qram təşkil edən narkotik vasitə olan tiryəkə bənzər maddə aşkar edilmişdir. (c 1, i.v 10) xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, baxış keçirilən yer Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 19-cu sərhəd zastavasının 26-cı sahəsinin arxa hüdududur. Ərazi dağlıq və mürəkkəb relyefə malik seyrək kolluqlardan ibarətdir. Hadisə yeri Azərbaycan Respublikası Yardımlı rayonunun Ostair kəndində yerləşir. 19-cu sərhəd zastavasının 26cı sahəsinin arxa istiqamətində, mühəndis-texniki çəpərdən təqribən 600 metr çöldə, 2-ci hüdudda 3 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadları tərəfindən müşahidə edilmiş, qeyd olunan şəxslərdən biri hadisə yerində sərhəd naryadları tətəfindən saxlanılmış, digər iki nəfər şəxs isə hadisə yerindən Yardımlı rayonu, Ostair kəndi istiqamətində qaçmağa müvəffəq olmuşdur. Hadisə yerinə baxış keçirilən zaman 19-cu sərhəd zastavasının 26- 27-ci sahələrində, dövlət sərhəd xəttindən təqribən 350 metr aralıda, mühəndis-texniki çəpərdən 50 metr çöldə, 94/4 nömrəli köməkçi sərhəd nişanından təqribən 150 metr sağda, ərazidə səpələnmiş şəkildə 60 ədəd bükümlər aşkar edilərək götürülmüşdür. Həmin vaxt hadisə yerində saxlanılmış X11 qeyd olunan bükümlərdə narkotik vasitələr olmalı olduğunu, həmin bükümləri qardaşı X12, qohumu Təqsirləndirilən şəxs4 və həmkəndlisi olan Təqsirləndirilən şəxs3 ilə birlikdə İİR vətəndaşı tərəfindən gizlədildiyi ərazidən götürüb atın üzərinə qoymaqla daşıdıqlarını, sərhədçilər tərəfindən müşahidə olunduqlarından sonra at hürkərək ərazidən qaçdığı zaman üzərində olan bağlamalardan qeyd olunan, hadisə yerindən səpələnmiş şəkildə aşkar edilmiş bükümlərin yerə dağıldığını bildirmişdir. Bundan sonra qeyd olunan 60 ədəd bükümlər baxış keçirilməsi üçün götürülmüşdür. (c 1, i.v 13-15) 25 dekabr 2023-cü il tarixli aşkar edilmiş predmetlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X11 və qeyriləri tərəfindən gizlədildiyi yerdən götürülüb daşındığı zaman sərhəd naryadları tərəfindən saxlanılarkən atın hürküb qaçması nəticəsində əraziyə dağılmış və xx.xx.2023cü il tarixdə N nömrəli hərbi hissənin 19-cu sərhəd zastavasının 26-27-ci sahələrində, dövlət sərhəd xəttindən təqribən 350 metr aralıda, mühəndis-texniki çəpərdən 50 metr çöldə, 94/4 nömrəli köməkçi sərhəd nişanından təqribən 150 metr sağda, ərazidə səpələnmiş şəkildə aşkar edilərək götürülmüş 60 ədəd oval formalı şəffaf yapışqan sellofonla sarınmış halda olan bükümlər açılaraq içərilərinə baxış keçirilən zaman bükümlərin içərilərində ümumi çəkisi 64 (altmış dörd) kq, 300 (üç yüz) qram olan tünd yaşıl rəngli, sıx və qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər maddə aşkar edilmişdir. (c 1, i.v 16-18) 25 dekabr 2023-cü il tarixli vətəndaşın üzərinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşı X7 üzərində olan balaca tünd rəngli ipli çantasından üzərində “Dimenhydrinate 50-Jalinous” sözləri yazılmış 10 konvalyut (hər konvalyutda 10 ədəd həb olmaqla ümumilikdə 100 ədəd həblər) dərman preparatları və kiçik ölçülü 1 (bir) ədəd büküm aşkar olunmuşdur. Həmin büküm açılaraq içərisinə baxış keçirilən zaman qeyd olunan bükümdə tünd qəhvəyi rəngli, spesifik qoxulu, narkotik vasitə olan tiryəkə bənzər maddə olması müəyyən edilmiş, həmin vaxt X11 qeyd olunan narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. (c 1, i.v 19-20) xx.xx.2023-cü il tarixli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 05:47-də inzibati qaydada tutulmuşdur. (c 1, i.v 28) xx.xx.2023-cü il tarixli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 06:35-də inzibati qaydada tutulmuşdur. (c 1, i.v 35) xx.xx.2023-cü il tarixli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 həmin tarixdə saat 09:50-də inzibati qaydada tutulmuşdur. (c 1, i.v 40) «tutulma haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 68) «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2023-cü il tarixdə saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 88) «tutulma haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 106) «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə saat 16:40-da şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 125) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 27 dekabr 2023-cü il tarixli, 3-16-16/2-7/1742 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 04 ədəd ağ rəngli sintetik torbada ayrıayrılıqda təmiz çəkiləri: 14265 qram (on dörd ədəd bağlama); 12130 qram (on iki ədəd bağlama); 14135 qram (on dörd ədəd bağlama); 12185 qram (on iki ədəd bağlama) və bir ədəd qara rəngli sintetik torbada ümumi çəkisi 8105 qram (səkkiz ədəd bağlama) olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın ümumi təmiz çəkisi 60820 qram təşkil edir. Qeyd: marixuananın ümumi təmiz çəkisi 60820 qram, cəmi tədqiqata sərf edildi 3,0 qram (hər bağlamadan 0,05 qram) qalıq 60817,0 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manatdır. (c 1, i.v 139-142) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının 27 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6552 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bükümdə olan narkotik vasitə tiryəkin təmiz çəkisi 30,046 qram təşkil edir. Tədqiqata təqdim edilmiş üzərində “Dimenhydrinate 50- Jalinous” markalanma göstəricisi olan 10 ədəd konvalyutdakı ümumilikdə 100 ədəd açıq çəhrayi rəngli həblərin tərkibində 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na, 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının” və “Zəhərli maddələrin siyahıları”na daxil olan maddələr yoxdur. Qeyd: tiryəkin təmiz çəkisi 30,046 qram, cəmi tədqiqata sərf edildi 0,1 qram qalıq 29,946 qram, 100 ədəd həb, 3 həb tədqiqata sərf edildi, qalıq 97 həb. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır. (c 1, i.v 144-148) Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(009)-872/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 dekabr 2023-cü il tarixdən hesablanmışdır. (c 2, i.v 1-4) Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(009)-873/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 dekabr 2023-cü il tarixdən hesablanmışdır. (c 2, i.v 5-8) Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(009)-874/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 dekabr 2023-cü il tarixdən hesablanmışdır. (c 2, i.v 9-12) Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(009)-871/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 dekabr 2023-cü il tarixdən hesablanmışdır. (c 2, i.v 13-16) 27 dekabr 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus «Redmi» markalı qara rəngli mobil telefonda “Azərfon” operatoruna məxsus “***-***-**-**” saylı mobil nömrə vardır, qeyd olunan mobil telefonda mövcud olan “WhatsApp” proqramının yazışmalar bölümündə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan İran İslam Respublikası operatoruna məxsus “+98-***-***-**-**” saylı nömrə arasında bir neçə dəfə danışıqların olması, həmin nömrə ilə yazışmalar aparılması, daha sonra qeyd olunan yazışmaların silinməsi müəyyən edilmişdir. (c 2, i.v 37) 27 dekabr 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, narkotik vasitə olan 60817 qram qurudulmuş marixuana qalığı və 29,946 qram tiryək qalığı maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin İTİ-nin saxlanc yerinə təhvil verilmişdir. (c 2, i.v 39-41) 28 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Rəhimov X10 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 32.5, 29 318.2-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir. (c 2, i.v 60-61) 28 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. (c 2, i.v 62) 28 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum edilməmişdir. (c 2, i.v 63) 28 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum edilməmişdir. (c 2, i.v 64) Yardımlı RİHB-nın Ostayır kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 subaydır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (c 2, i.v 97-98) Yardımlı RİHB-nın Ostayır kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 evlidir, himayəsində 2014 və 2016-cı il təvəllüdlü uşaqları var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (c 2, i.v 99-101) Yardımlı RİHB-nın Ostayır kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 evlidir, himayəsində 2019 və 2021-ci il təvəllüdlü uşaqları var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (c 2, i.v 102-104) Yardımlı RİHB-nın Ostayır kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 evlidir, himayəsində 2014 və 2021-ci il təvəllüdlü uşaqları var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (c 2, i.v 105-107) Yardımlı rayon prokurorunun Yardımlı RPŞ-nin rəisinə ünvanladığı xx.xx.2024-cü il tarixli 25X-24 saylı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin rəis müavininin Yardımlı rayon prokuroruna ünvanladığı xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs4 aşkar edilmiş sol saidin ön səthində və sol budun arxa-içəri nahiyəsində qərtməkli yara xəsarətlərini, Təqsirləndirilən şəxs3 aşkar edilmiş qarının sağ yan səthində qərtməkli yara xəsarətini sonuncular həbs olunmamışdan əvvəl aldıqlarını bildirmişlər. (c 2, i.v 140-145) Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli 2023 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (c 2, i.v 223-224) Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli 2022 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs4 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (c 2, i.v 225-226) Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli 2024 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (c 2, i.v 227-228) Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli 2025 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (c 2, i.v 229-230) 27 may 2024-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan “***-***-**-**” saylı nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 4 halda “54, 82, 38, 37” saniyəlik, xx.xx.2023-cü il tarixdə 4 halda “68, 40, 22, 32” saniyəlik danışıqlar, Təqsirləndirilən şəxs4 istifadəsində olan “***- ***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 4 halda “15, 34, 5, 35” saniyəlik, xx.xx.2023-cü il tarixdə 1 halda “76” saniyəlik danışıqlar, Təqsirləndirilən şəxs3 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 1 halda “28” saniyəlik danışığın olması, X2 istifadəsində olan “***-***-**-**” saylı nömrə arasında xx.xx.2023-cü il tarixdə 1 halda “361” saniyəlik danışıqların olması aşkar olunmuşdur. (c 3, i.v 106) 27 may 2024-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan “***-***-**-**” saylı nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 2 halda “8, 20” saniyəlik, xx.xx.2023-cü il tarixdə 1 halda “46” saniyəlik, xx.xx.2023-cü il tarixdə 1 halda “99” saniyəlik, xx.xx.2023-cü il tarixdə 1 halda “28” saniyəlik danışıqlar, Təqsirləndirilən şəxs1 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 1 halda “28” saniyəlik danışıqların olması aşkar olunmuşdur. (c 3, i.v 107) 27 may 2024-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 istifadəsində olan “***-***-**-**” saylı nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 1 halda “517” saniyəlik, xx.xx.2023-cü il tarixdə 2 halda “53, 14” saniyəlik, xx.xx.2023-cü il tarixdə 3 halda “26, 39, 12” saniyəlik danışıqlar, Təqsirləndirilən şəxs1 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 4 halda “15, 34, 5, 35” saniyəlik, xx.xx.2023-cü il tarixdə 1 halda “77” saniyəlik danışıqların olması aşkar olunmuşdur. (c 3, i.v 108-109) 29 may 2024-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan “***-***-**-**” saylı nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 2 halda “30, 24” saniyəlik, xx.xx.2023-cü il tarixdə 3 halda “53, 82, 38” saniyəlik, xx.xx.2023-cü il tarixdə 4 halda “68, 39, 22, 32” saniyəlik, xx.xx.2023-cü il tarixdə 2 halda “44, 16” saniyəlik danışıqlar, Təqsirləndirilən şəxs4 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 1 halda “517” saniyəlik, xx.xx.2023-cü il tarixdə 2 halda “53, 14” saniyəlik, xx.xx.2023-cü il tarixdə 3 halda “26, 39, 12” saniyəlik danışıqlar, Təqsirləndirilən şəxs3 istifadəsində olan “***-***- **-**” saylı nömrə arasında xx.xx.2023-cü il tarixdə 1 halda “46” saniyəlik, xx.xx.2023-cü il tarixdə 1 halda “99” saniyəlik, xx.xx.2023-cü il tarixdə 1 halda “28” saniyəlik danışıqların olması aşkar olunmuşdur. (c 3, i.v 110) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 25 iyun 2024-cü il tarixli, 3-16-16-2-7/941 №-li rəyindən görünür ki, qərarda göstərilən birinci sual məhkəmə-bioloji ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyil. Tədqiqata təqdim edilmiş narkotik vasitə olan marixuana xüsusilə külli miqdar və xüsusilə külli miqdarın aşağı həddindən artıq miqdar ayrı-ayrılıqda qablaşdırılaraq möhürlənmiş vəziyyətdə müstəntiq R.Bayramova 04 iyun 2024-cü il tarixdə qaytarıldı. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manatdır. (c 3, i.v 165-167) 16 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həbs olunarkən xəsarət alması barədə Bakı İstintaq Təcridxanasından daxil olmuş məlumat əsasında Xidməti araşdırmalar idarəsində araşdırma aparılmışdır. Toplanmış 55-C-24 saylı material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (c 3, i.v 207-209) 16 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həbs olunarkən xəsarət alması barədə Bakı İstintaq Təcridxanasından daxil olmuş məlumat əsasında Xidməti araşdırmalar idarəsində araşdırma aparılmışdır. Toplanmış 54-C-24 saylı material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (c 3, i.v 210-212) Yardımlı Rayon Polis Şöbəsinin rəisi tərəfindən Yardımlı rayon prokuroruna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktublarından, xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 əlyazma qaydasında icra etdikləri izahatlarından, Yardımlı RPŞ-nin İTB-nin rəisi tərəfindən Yardımlı RPŞ-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs4 izahatında aldığı xəsarətin həbs olunmamışdan əvvəl həyətdə odun doğrayan zaman odunun dəyməsi nəticəsində aldığını, Təqsirləndirilən şəxs3 isə həbs olunmamışdan əvvəl çobanlıq edərkən meşədə ağaclara və kollara sürtünməsi nəticəsində yarandığını, həmin vaxt xəsarətləri ilə bağlı heç bir xəstəxanaya müraciət etmədiklərini göstərmişlər. (c 3, i.v 243-250) 18 oktyabr 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd Redmi markalı qara rəngdə mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınmış və DSX-nin İTİ-də saxlanılmışdır. (c 4, i.v 1-2) 22 oktyabr 2024-cü il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 bədəni üzərində xəsarət əlamətlərinin aşkar edilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasından daxil olmuş müraciət əsasında Yardımlı RPŞ-də araşdırma aparılması nəticəsində Təqsirləndirilən şəxs3 fiziki ağrıya, işgəncəyə, qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmadığından və sonuncunun bədəni üzərində olan xəsarət əlamətlərinin cinayəti törətməzdən əvvəlki vaxtlarda meşədə çobanlıq etdiyi zaman ağaclara və kollara sürtünməsi nəticəsində alması müəyyənləşdirildiyi üçün həmin faktla bağlı araşdırma materiallarında hüquqzidd əməl olunmadığından toplanmış materialların işə alınması, Təqsirləndirilən şəxs4 bədəni üzərində xəsarət əlamətlərinin aşkar edilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasından daxil olmuş müraciət əsasında Yardımlı RPŞ-də araşdırma aparılması nəticəsində Təqsirləndirilən şəxs4 fiziki ağrıya, işgəncəyə, qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmadığından və sonuncunun bədəni üzərində olan xəsarət əlamətlərinin cinayəti törətməzdən əvvəlki vaxtlarda yaşadığı evin həyətində odun doğrayarkən ağac parçasının dəyməsi nəticəsində alması müəyyənləşdirildiyi üçün həmin faktla bağlı araşdırma materiallarında hüquqzidd əməl olunmadığından toplanmış materialların işə alınması nəzərə alınmışdır. (c 4, i.v 6-32) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçiləri vasitəsi ilə suallar vermiş, habelə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara elan olunmuş ittihamın faktiki tərəfini qismən mübahisələndirdikləri və özlərinin müdafiəsi üçün dəlillər irəli sürdükləri üçün, məhkəmə tərkibi hesab edir ki, həmin ittihamlar üzrə hüquqi tövsifə qiymət verilməmişdən öncə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəsi üçün irəli sürdükləri dəlillər yoxlanılmalıdır. Məhkəmə ilk öncə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 elan olunmuş ittihamlara münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 xüsusilə külli miqdarda və xeyli miqdarda narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirməsinə əvvəlcədən vəd etməklə köməkçi qismində iştirak etmələri, eləcədə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə xüsusilə külli miqdarda və xeyli miqdarda narkotik vasitələri əldə edib, saxlamaqla daşımaları iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özlərinin səmimi etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 (yalnız ona qarşı fiziki təsirlərlə bağlı bildirdiklərinə dair) elan olunmuş ittihamın faktiki tərəfinə dair müdafiələri üçün gətirdiyi dəlillər: 1. Hər üç təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən onlara fiziki təsirlər və təhdidlər edilmiş; 2. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə narkotikləri ata yükləməyə köməklik etmiş, aralarında isə pulla bağlı heç bir razılaşma olmamış, daha sonra birlikdə evlərinə getmişlər. Təqsirləndirilən şəxslərin irəli sürdükləri birinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxslərin müdafiəsi üçün gətirdiyi birinci dəlilin- Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 sərhəd xidməti əməkdaşları tərəfindən fiziki təzyiqlərə və təhdidlərə məruz qalmaları barədə bildirdiklərinin qiymətləndirilməsi: Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillərlə təmsil edilmələrinə baxmayaraq, istər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özləri, istər onların vəkilləri ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda onlar bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Bundan başqa hər iki təqsirləndirilən şəxslərdə aşkar edilmiş xəsarətlər ibtidai istintaq zamanı araşdırılarkən xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 əlyazma qaydasında icra etdikləri izahatlarında da Təqsirləndirilən şəxs4 aldığı xəsarətin həbs olunmamışdan əvvəl həyətdə odun doğrayan zaman odunun dəyməsi nəticəsində, Təqsirləndirilən şəxs3 isə həbs olunmamışdan əvvəl çobanlıq edərkən meşədə ağaclara və kollara sürtünməsi nəticəsində yarandığını, həmin vaxt xəsarətləri ilə bağlı heç bir xəstəxanaya müraciət etmədiklərini göstərmişlər. Eyni zamanda məhkəmə araşdırması zamanı da hər iki təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müstəntiq tərəfindən ifadələri alınarkən onlara qarşı heç bir təsir və təzyiqin edilmədiyini, bu kimi vasitələrlə etirafedici ifadələr alınmadığını bildirmişlər. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, qeyd olunan təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə onlara qarşı fiziki təzyiq və hədə-qorxuya məruz qalmalarına dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxslərin tutulduqdan sonra sərhəd xidməti əməkdaşları tərəfindən fiziki təzyiqlərə və təhdidlərə məruz qalmaları ilə bağlı göstərdikləri xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onlardan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Təqsirləndirilən şəxs4 müdafiəsi üçün gətirdiyi dəlilin-sərhəd xidməti əməkdaşları tərəfindən saxlanıldıqdan sonra fiziki təzyiqlərə və təhdidlərə məruz qalmasının qiymətləndirilməsi: Azərbaycan Respublikası CPM-nin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə tərkibi qanunvericiliyin qeyd olunan normasında əks olunan halların, xüsusilə də zorakılıq və işgəncə hərəkətlərinin təqsirləndirilən şəxsə münasibətdə tətbiq edilib-edilməməsinin müəyyən edilməsi istiqamətində araşdırma aparılmasını zəruri hesab edir. Məhkəmə ilk olaraq Təqsirləndirilən şəxs4 zorakılıq, fiziki təzyiqə və təhdidə məruz qalmasına münasibət bildirərək qeyd edir ki, bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsi tərəfindən cinayət təqibi aparılmış, müvafiq olaraq 16 fevral 2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın surəti təqsirləndirilən şəxsə və onun müdafiəçisinə göndərilsə də, nə sonuncu, nə də ki, onun müdafiəçisi tərəfindən həmin qərar mübahisələndirilməmişdir. X16 Məhkəməsi «X1rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxs4 tutulduqdan sonra zorakılıq, fiziki təzyiqə məruz qalması ilə bağlı göstərdikləri xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, eyni zamanda ibtidai istintaq zamanı vermiş olduğu ifadələrini məhz bu kimi təsir və ya təzyiqlər nəticəsində verməsini mübahisələndirməməklə yanaşı, məhkəmə istintaqı zamanı da etirafedici ifadələr vermişdir. Bununla da, ondan şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən “Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür”. Müdafiə tərəfi cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş təqsirləndirilən şəxsin ilkin ifadələrini CPM-nin 124-ci maddəsi baxımından sübut hesab etməsə də, işin məhkəmə baxışı zamanı həmin sübutların yolverilməzliyini əsaslandıra bilməmişlər. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 işin məhkəmə baxışı zamanı tutulduqdan sonra zorakılıq, fiziki təzyiqlərə məruz qalmaları ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadə vermələri isə əsassız olaraq cinayət məsuliyyətini yüngülləşdirməyə hesablanmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 müdafiəsi üçün gətirdiyi ikinci dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdikləri ifadəsində yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən onların özlərinin ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 vermiş olduqları ifadələri, şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onların bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçilərinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 113-115), xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 195-197) və xx.xx.2024-cü, xx.xx.2024cü ildə təqsirləndirilən şəxs qismində əlavə (cild İİİ – i.v. 230-232, cild İV – i.v. 72-74), xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 130-133), xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 183-185) və xx.xx.2024-cü, xx.xx.2024-cü ildə təqsirləndirilən şəxs qismində əlavə (cild İİİ – i.v. 237-239, cild İV – i.v. 62-64) verdikləri ifadələrində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Xaliq Rəhimovun təklifi ilə narkotik vasitələrin qoyulduğu yerdən götürülməsi, daşınaraq kənd ərazisinə gətirilib orada gizlədilməsi, qarşılığında isə sonuncuya çatacaq pulun aralarında bölmələri barədə qabaqcadan razılıq əldə etdiklərini bilvasitə öz seçimləri əsasında cəlb edilmiş peşəkar vəkillərinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişlər. Buna baxmayaraq məhkəmə istintaqı zamanı da qeyd edilənləri mahiyyəti üzrə təsdiq etsələr də, narkotikləri ata yükləməyə köməklik etmələrinə baxmayaraq, aralarında pulla bağlı heç bir razılaşma olmadığını, narkotikləri ata yüklədikdən sonra hadisə yerini tərk edib birlikdə evlərinə getmələrini göstərməklə özlərinə qarşı verdikləri həmin ifadələri inkar etmişlər. Lakin məhkəmə baxışı zamanı onların irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamış, bu hallar digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4, eləcədə şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə də tam təkzib edilmişdir. Ümumiyyətlə təqsirləndirilən şəxslər məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə vermələrini hər hansı bir mötəbər dəlillə əsaslandırmamışlar. Artıq bu hallar təqsirləndirilən şəxslərin məhkəmə baxışı dövründə irəli sürdükləri dəlillərin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdikləri ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətlərini yüngülləşdirmək məqsədilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxslər bu formada ifadə verməklə özlərinin məsuliyyətini yüngülləşdirməyə çalışırlar. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 cinayət əməli iş üzrə dindirilmiş digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4, eləcə də şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı vermiş olduqları ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Bununla yanaşı onlar xx.xx.2024-cü il və xx.xx.2024-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan izahat və dindirmə protokolları ilə tanış olsalar da, həmin izahat və protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişlər. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai araşdırma dövründə verdikləri ifadələrlə məhkəmə baxışında verdikləri ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onların ibtidai araşdırma dövründə verdikləri qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Bu ifadələrin təhlili göstərir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 öz aralarında və digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə xüsusilə külli miqdarda və xeyli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitələrin realizə edilməsi istiqamətində fəal hərəkətlər etmişlər. Belə ki, həm cinayət işinin materialları əsasında yuxarıda tətqiq edilmiş təkzibedilməz sübutlarla, həm də təqsirləndirilən şəxslərin həm məhkəmə, həm də məhkəməyədək icraat zamanı vermiş olduqları (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi) ifadələri əsasında təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxslər öz aralarında və digər şəxslə cinayət əlaqəsinə girərək artıq ölkə ərazisində mövcud olmuş xüsusilə külli miqdarda və xeyli miqdarda narkotik vasitələrin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin narkotik vasitə ilə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdələrinə götürmüşlər. Məhkəmə Təqsirləndirilən şəxs1 icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onun digər şəxslə (Məmməd adlı şəxs, lakin onun şəxsiyyəti ibtidai isitntaq zamanı müəyyən edilməmiş, bu səbəbdən də məhkəmə Məmməd adını şərti olaraq qəbul edir) cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdiyi şəxslə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə razılıq əldə etməsini, cinayət əlaqəsinə girdiyi şəxsin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Yardımlı rayonunun Ostair kəndi ərazisində yerləşən 19-cu sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələr qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin etməsini, bu barədə təqsirləndirilən şəxsə dəqiq məlumatlar ötürməsini, cinayət əlaqəsinə girdiyi şəxsin niyyətinin ölkə ərazisində xüsusilə külli miqdarda və xeyli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək olmasını, ən əsası isə Təqsirləndirilən şəxs1 həmin şəxslə və digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdiyi şəxsin məqsədinin xüsusilə külli miqdarda və xeyli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdi Təqsirləndirilən şəxs1 cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduğu başqa şəxsin qəsdi ilə əhatə olunur. Bununla da təqsirləndirilən şəxslər CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Habelə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdikləri cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsbit edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 109.1 və 111-ci sətrlərinə əsasən qurudulmuş marixuana və metadon narkotik vasitə hesab edilir, həmin vasitələrin xeyli miqdarının aşağı həddi 5 qram, 0,02 qram, külli miqdarının aşağı həddi 500 qram, 1,6 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 50000 qram və 160 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 6-cı bəndində qeyd olunur ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 6 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 9-cu bəndinə görə, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə tövsif edilmişdir. Eyni zamanda dövlət ittihamçısı çıxışında tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi qismində iştirakları təsdiq olunduğunu və buna görə də istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməlinin CM-in 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmadığı qənaətinə gəlib onun bu əməlinin CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməklə ittiham olunmalı olduqlarını və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 CMin 32.5, 206.2 və 234.4-1-ci maddələrində nəzərə tutulmuş cinayətləri törətməkdə ittiham olunmasını müdafiə edərək onun həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalı olmasını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 84.6.9-1-ci maddəsinə görə dövlət ittihamçısının şəxsə qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini və ya şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını təklif etmək hüququ vardır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq dövlət ittihamçısının ittihamla bağlı mövqeyini əsaslı hesab edir və belə nəticəyə gəlir ki, dövlət ittihamçısı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini təklif etdiyindən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar da Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onların əməli Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 əməlləri Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməklə onlar Azərbaycan Respublikası CM-in 32.5,206.2 və 234.4.-1ci maddələrində, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-in 234.4.-1-ci maddəsində nəzərdə tutulmuş cinayətləri törətmişlər. Ona görə də, təqsirləndirilən şəxslər CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlini etiraf edərək, səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, törətmiş olduğu cinayət əməlindən səmimi peşmançılıq çəkməsini, ailəni dolandıran yeganə şəxs olmasını isə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs3 himayəsində üç azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, törətmiş olduğu cinayət əməlindən səmimi peşmançılıq çəkməsini, ailəni dolandıran yeganə şəxs olmasını isə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs4 himayəsində iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, törətmiş olduğu cinayət əməlini etiraf edərək, səmimi peşmançılıq çəkməsini, ailəni dolandıran yeganə şəxs olmasını isə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Habelə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olması müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitələrin çəkisini, müxtəlif növlərə aid olmasını, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, törədilmiş cinayətlərdən birinin (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 münasibətdə qaçaqmalçılığa nisbətdə) transmilli cinayət kateqoriyasına aid edilməsini, aşkarlanmış narkotik vasitələrin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, eləcədə Təqsirləndirilən şəxs4 ümumi cinayətkar məqsədin əldə edilməsindəki rolunun cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs1 ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə müqayisədə daha az əhəmiyyətli olmasını nəzərə alaraq hesab edir ki, onlara təqsirləndirildikləri maddələrin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 münasibətdə) yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməli və onlar həmin cəzanı çəkməlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 bir neçə cinayətdə təqsirli bilindiyindən onlara CM-in 66.3-cü maddəsinə əsasən cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 CM-in 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər, onların cəza çəkmə müddətinin başlanğıcı 25 dekabr 2023cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 60817,0 qram qurudulmuş marixuana, 29,946 qram tiryək, “Dimenhydrinate 50-Jalinous” dərman preparatı olan 97 ədəd həb məhv edilməli, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd Redmi markalı qara rəngdə mobil telefon cihazı cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 270 (iki yüz yetmiş) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 bərabər məbləğdə (hər birindən 67,50 (altmış yeddi manat, əlli qəpik) manat olmaqla) alınaraq “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsinə əsasən) yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5,206.2 və 234.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 25 dekabr 2023-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 32.5,206.2 və 234.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 cinayətlərin məcmusu üzrə qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 25 dekabr 2023-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 25 dekabr 2023-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 25 dekabr 2023-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 60817,0 qram qurudulmuş marixuana, 29,946 qram tiryək, “Dimenhydrinate 50-Jalinous” dərman preparatı olan 97 ədəd həb məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş 01 (bir) ədəd Redmi markalı mobil telefon cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdikdiyi müəssisədə olan şəxsi işinə əlavə edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 270 (iki yüz yetmiş) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 bərabər məbləğdə (hər birindən 67,50 (altmış yeddi manat, əlli qəpik) manat olmaqla) alınaraq “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-143/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-143/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver