Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-144/2023 30.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 6 oktyabr 1952-ci ildə Lənkəran rayonunun Veravul kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Lənkəran şəhər Psixiatriya xəstəxanasının həkim-psixiatrı, şöbə müdiri vəzifəsində işləmiş, ünvan 1 ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 311.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi neməti vahid niyyətlə rüşvət qismində istəməklə almış, vəzifəli şəxs qismində vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 28 oktyabr 1981-ci il tarixli 133 saylı əmrlə Lənkəran şəhəri Psixonevroloji dispanserin həkimi, həmçinin 22 iyun 2021-ci il tarixli 42-K nömrəli əmrlə Lənkəran şəhər Psixiatriya xəstəxanasının şöbə müdiri vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən 12 iyun 2001-ci ildə təsdiq edilmiş “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa və xx.xx.1997-ci ildə təsdiq edilmiş “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həkimlərinin, orta və kiçik tibb heyətinin işinə, o cümlədən, diaqnozların düzgünlüyünə, aparılan müalicənin keyfiyyətinə müntəzəm nəzarəti həyata keçirmək, psixi pozuntusu olan şəxslərə stasionar və ambulator şəraitində məsləhət-diaqnostika, müalicə, psixoprofilaktika, reabilitasiya yardımını həyata keçirmək, pasiyenti zəruri tibbi yardımla təmin etmək, pasiyentə onun şikayətinə baxmaq səlahiyyəti olan vəzifəli şəxslərin ünvanları və telefon nömrələri ilə tanış olmaq imkanı yaratmaq, pasiyentin təhlükəsizliyini təmin etmək, pasiyentləri müalicə etmək, onlara diaqnoz yazmaq, diaqnoza uyğun olaraq epikriz kağızı vermək səlahiyyətlərinə malik, habelə Lənkəran şəhər Psixiatrik Xəstəxanası üzrə 17 iyun 2021-ci il tarixli 15 nömrəli əmrlə həmin xəstəxananın Həkim məsləhət komissiyasının üzvü təyin edilməklə “Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli, 30 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim məsləhət komissiyası haqqında Əsasnamə”yə əsasən, əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar əlilliyin qiymətləndirilməsi (əlillik qrupundan çıxarılması, əlillik dərəcəsinin artırılması), əlilliyin səbəbinin dəyişdirilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə nəzarət edilməsi, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni “orta dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu”ndan əziyyət çəkən qohumu X9 xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin təyin olunmasından ötrü müvafiq tibbi sənədlərin hazırlanmasında köməklik göstərilməsinə dair 2021-ci ilin noyabr ayının sonlarında özünə müraciət etmiş Biləsuvar rayon sakini Şahid1 X11 şəhər, Psixiatriya xəstəxanasında “davranış pozuntusu” diaqnozu ilə stasionar müalicə alması barədə yalan qeydlər daxil etməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş rəsmi sənəd olan xəstəlik tarixi əsasında Səhiyyə Nazirliyi Stasionardan çıxanın statistik kartası № 66 sənədinin və həmin sənəd əsasında, həmçinin Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndəriş TQS № 88 sənədinin hazırlanmaqla göndərilməsinə görə ilkin olaraq maddi nemət olan 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini ünvan 2 ünvanında yerləşən Lənkəran şəhər Psixiatriya xəstəxanasının inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən rüşvət qismində istəyib, razılığını aldıqdan sonra, 2021-ci ilin noyabr ayının sonlarında qeyd edilən inzibati binadakı xidməti otağında Şahid1 maddi nemət olan 800 (səkkiz yüz) manat pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində alıb, Müslüm Müslümzadəyə heç bir stasionar müalicə növü tətbiq etmədən, onda ağır debillik dərəcəsində əqli gerilik, daimi nəzarət və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozunun olmasına dair düzgün, lakin guya onun xx.xx.2021ci ildən xx.xx.2021-ci ilədək stasionar müalicə proseslərində iştirak etməsi barədə bilə-bilə yalan məlumatları rəsmi sənəd olan xəstəlik tarixinin məzmununa həmin inzibati binada 17 dekabr 2021-ci ildə daxil edərək, həmin məlumatlar əsasında Lənkəran şəhər Psixiatrik xəstəxanasında tibb bacısı-operator işləyən cinayətdən xəbərsiz Şahid4 vermiş olduğu göstəriş əsasında sonuncu tərəfindən inzibati binada Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə aid olan www.eservice.e-health.gov.az alt sisteminə göndərilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Stasionardan çıxanın statistik kartası №066 sənədinin xx.xx.2021-ci ildə elektron qaydada tərtib edilməsi, həmçinin həmin tarixdə Lənkəran şəhər Psixiatrik xəstəxanasında tibb bacısı-qeydiyyatçı işləyən cinayətdən xəbərsiz Şahid6 vermiş olduğu göstəriş əsasında sonuncu tərəfindən rəsmi sənəd qismində stasionar xəstələrin qəbulu kitabına guya Müslüm Müslümzadənin 2021-ci ilin dekabr ayının 1-dən 17-dək olan müddətdə guya stasionar müalicədə olmasına dair yalan məlumatların yazılmasına nail olaraq tamah niyyətilə vəzifə saxtakarlığı edib, eyni niyyətlə, 2021-ci ilin dekabr ayının sonlarında Müslüm Müslümzadənin qohumu Şahid1 ünvan 2 ünvanında yerləşən Lənkəran şəhər Psixiatriya xəstəxanasının inzibati binasındakı xidməti otağında maddi nemət qismində əlavə 500 (beş yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində istəyib, razılığını aldıqdan sonra, 2021-ci ilin dekabr ayının sonlarında xidməti otağında Şahid1 maddi nemət olan 500 (beş yüz) manat pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində alıb, eyni niyyətlə Müslüm Müslümzadəyə heç bir stasionar müalicə növü tətbiq etmədən, onda ağır debillik dərəcəsində əqli gerilik, daimi nəzarət və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozunun olmasına dair düzgün, lakin guya onun 2022-ci ilin yanvar ayının 4-dən 25dək stasionar müalicə proseslərində iştirak etməsi barədə bilə-bilə yalan məlumatları rəsmi sənəd olan xəstəlik tarixinin məzmununa həmin inzibati binada xx.xx.2022-ci ildə daxil edərək, həmin məlumatlar əsasında Lənkəran şəhər Psixiatrik xəstəxanasında tibb bacısıoperator işləyən cinayətdən xəbərsiz Şahid4 vermiş olduğu göstəriş əsasında sonuncu tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyində aid olan www.eservice.ehealth.gov.az alt sisteminə göndərilməsi məqsədilə Stasionardan çıxanın statistik kartası №066 sənədinin xx.xx.2022-ci ildə elektron qaydada tərtib edilməsi, həmçinin həmin tarixdə cinayətdən xəbərsiz Lənkəran şəhər Psixiatrik xəstəxanasında tibb bacısıqeydiyyatçı işləyən Şahid6 vermiş olduğu göstəriş əsasında sonuncu tərəfindən rəsmi sənəd olan stasionar xəstələrin qəbulu kitabına guya Müslüm Müslümzadənin 2022-ci ilin yanvar ayının 4-dən 25-dək olan müddətdə stasionar müalicədə olmasına dair yalan məlumatların yazılmasına nail olaraq tamah niyyətilə vəzifə saxtakarlığı edib, bundan sonra verdiyi vədə əməl edərək Müslüm Müslümzadənin adına xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli Stasionardan çıxanın statistik kartası № 066 sənədlərini xx.xx.2022ci ildə Lənkəran şəhər Psixiatrik xəstəxanasının həkim məsləhət komissiyasına təqdim etməklə cinayətdən xəbərsiz komissiya sədri Şahid3 və üzvü Şahid5 Əlibala oğlunda həmin diaqnozların olduğuna qeyd edilən sənədə istinadən əminlik yaradıb xx.xx.2022-ci il tarixli 3716003AADD9 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndəriş TQS № 088 sənədinə ağır debillik dərəcəsində əqli gerilik, daimi nəzarət və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu daxil edilib təsdiq edildikdən sonra həmin Psixiatrik xəstəxanada tibb bacısı-operator işləyən cinayətdən xəbərsiz Şahid4 vermiş olduğu göstəriş əsasında Müslüm Müslümzadənin adına Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin www.eservice.e-health.gov.az alt sistemi vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X20ə rəsmi sənəd olan xx.xx.2022-ci il tarixli 3716003AADD9 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndəriş TQS № 088 sənədinin göndərilməsindən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X21i tərəfindən “Səhiyyə müəssisəsi (poliklinika) tərəfindən verilmiş göndərişlərin qəbulu zamanı xəta baş verdi. Göndərişin mərkəzi rayon (şəhər) xəstəxanaları tərəfindən esistemə daxil edilməsi tövsiyyə olunur.” məlumatları əsasında xx.xx.2022-ci il tarixli 3716003AADD9 nömrəli “Tibbi Sosial Ekspert Komissiyasına göndərişi” üzrə Müslüm Müslümzadəyə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmiş, bundan sonra, eyni niyyətlə 2022-ci ilin aprel ayının sonlarında Müslüm Müslümzadənin qohumu Şahid1 Lənkəran şəhər Psixiatriya xəstəxanasının inzibati binasındakı xidməti otağında maddi nemət qismində əlavə 500 (beş yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində istəyib, razılığını aldıqdan sonra, 2022-ci ilin may ayının 15də xidməti otağında Şahid1 maddi nemət olan 500 (beş yüz) manat pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində alıb, verdiyi vədə əməl edərək Müslüm Müslümzadənin adına xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli Stasionardan çıxanın statistik kartası № 066 sənədlərini 06 may 2022-ci ildə Lənkəran şəhər Psixiatrik xəstəxanasının həkim məsləhət komissiyasına təqdim etməklə cinayətdən xəbərsiz komissiya sədri Şahid3 və üzvü Şahid5 Əlibala oğlunda həmin diaqnozların olduğuna qeyd edilən sənədə istinadən əminlik yaradıb xx.xx.2022-ci il tarixli 3716003AADES nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndəriş TQS № 088 sənədinə ağır debillik dərəcəsində əqli gerilik, daimi nəzarət və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu daxil edilib təsdiq edildikdən sonra Lənkəran şəhər Psixiatrik xəstəxanasında tibb bacısı-operator işləyən cinayətdən xəbərsiz Şahid4 vermiş olduğu göstəriş əsasında sonuncunun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin www.eservice.e-health.gov.az alt sistemi vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X20ə rəsmi sənəd olan xx.xx.2022-ci il tarixli 3716003AADES nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndəriş TQS № 088 sənədini inzibati binada elektron qaydada göndərməsindən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X21i tərəfindən “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: xəstəlik 2007-ci ildən olduğu halda ötən illərə aid müayinə müalicə sənədləri barədə məlumat yoxdur.” məlumatları əsasında xx.xx.2022-ci il tarixli 3716003AADES nömrəli “Tibbi Sosial Ekspert Komissiyasına göndərişi” üzrə Müslüm Müslümzadəyə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmiş, bundan sonra eyni niyyətlə, 2022-ci ilin iyun ayının ortalarında Müslüm Müslümzadənin qohumu Şahid1 Lənkəran şəhər Psixiatriya xəstəxanasının inzibati binasındakı xidməti otağında maddi nemət qismində əlavə pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində istəyib, razılığını aldıqdan sonra, 2022-ci ilin iyun ayının 22-də xidməti otağında Şahid1 maddi nemət olan 500 (beş yüz) manat məbləğində, 2022-ci ilin iyul ayının 1-də maddi nemət olan 500 (beş yüz) manat pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində alıb, eyni niyyətlə, Müslüm Müslümzadəyə ümumiyyətlə heç bir stasionar müalicə növü tətbiq etmədən, onda ağır debillik dərəcəsində əqli gerilik, daimi nəzarət və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozunun olmasına dair düzgün, lakin guya onun xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək stasionar müalicə proseslərində iştirak etməsi barədə bilə-bilə yalan məlumatları rəsmi sənəd olan xəstəlik tarixinin məzmununa həmin inzibati binada xx.xx.2022-ci ildə tamah niyyətilə daxil edərək, həmin məlumatlar əsasında Lənkəran şəhər Psixiatrik xəstəxanasında tibb bacısı-operator işləyən cinayətdən xəbərsiz Şahid4 vermiş olduğu göstəriş əsasında sonuncu tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin www.eservice.e-health.gov.az alt sisteminə göndərilməsi məqsədilə Stasionardan çıxanın statistik kartası №066 sənədinin elektron qaydada inzibati binada xx.xx.2022-ci ildə tərtib edilməsi, həmçinin həmin tarixdə Lənkəran şəhər Psixiatrik xəstəxanasında tibb bacısı-qeydiyyatçı işləyən cinayətdən xəbərsiz Şahid6 vermiş olduğu göstəriş əsasında sonuncu tərəfindən rəsmi sənəd olan stasionar xəstələrin qəbulu kitabına guya Müslüm Müslümzadənin xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək olan müddətdə stasionar müalicədə olmasına dair yalan məlumatların inzibati binada yazılmasına nail olmaqla tamah niyyətilə vəzifə saxtakarlığı edib, bundan sonra eyni niyyətlə Müslüm Müslümzadənin adına xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Stasionardan çıxanın statistik kartası № 066 sənədlərini 10 avqust 2022-ci ildə Lənkəran şəhər Psixiatrik xəstəxanasının həkim məsləhət komissiyasına təqdim etməklə cinayətdən xəbərsiz komissiya sədri Şahid3 və üzvü Şahid5 Əlibala oğlunda həmin diaqnozların olduğuna qeyd edilən sənədə istinadən əminlik yaradıb xx.xx.2022-ci il tarixli H00008732TGF nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndəriş TQS № 088 sənədinə ağır debillik dərəcəsində əqli gerilik, daimi nəzarət və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu daxil edilib təsdiq edildikdən sonra Lənkəran şəhər Psixiatrik xəstəxanasında tibb bacısı-operator işləyən cinayətdən xəbərsiz Şahid4 vermiş olduğu göstəriş əsasında sonuncu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) X20in www.e-tebib.its.gov.az (Tseras) sistemi vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X20ə rəsmi sənəd olan xx.xx.2022-ci il tarixli H00008732TGF nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndəriş TQS № 088 sənədini inzibati binada elektron qaydada göndərilməsini təmin etməklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X21i tərəfindən “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: əlillik AS-ə səhiyyət müəssisəsi tərəfindən göndərilən F88-də, əsas diaqnozun amilləri qeyd olunmayan, stasionar yatışlarında diaqnoz gösrənmir. Araşdırılsın.” məlumatları əsasında xx.xx.2022ci il tarixli H00008732TGF nömrəli “Tibbi Sosial Ekspert Komissiyasına göndərişi” üzrə Müslüm Müslümzadəyə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmiş, bundan sonra Müslüm Müslümzadənin adına 17 dekabr 2021, 25 yanvar 2022 və 01 iyul 2022-ci il tarixli Stasionardan çıxanın statistik kartası № 066 sənədlərini xx.xx.2022-ci ildə Lənkəran şəhər Psixiatrik xəstəxanasının həkim məsləhət komissiyasına təqdim etməklə cinayətdən xəbərsiz komissiya sədri Şahid3 və üzvü Şahid5 Əlibala oğlunda həmin diaqnozların olduğuna qeyd edilən sənədə istinadən əminlik yaradıb xx.xx.2022-ci il tarixli H0001542TTY nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndəriş TQS № 088 sənədinə ağır debillik dərəcəsində əqli gerilik, daimi nəzarət və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu daxil edilib təsdiq edildikdən sonra Lənkəran şəhər Psixiatrik xəstəxanasında tibb bacısı-operator işləyən cinayətdən xəbərsiz Şahid4 vermiş olduğu göstəriş əsasında sonuncu tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) X20in www.e-tebib.its.gov.az (Tseras) sistemi vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X20ə rəsmi sənəd olan xx.xx.2022-ci il tarixli H0001542TTY nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndəriş TQS № 088 sənədinin inzibati binada elektron qaydada göndərilməsinə nail olub, bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X21i tərəfindən “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: əlillik AS-ə səhiyyə müəssisəsi tərəfindən göndərilən F88-də, əsas diaqnozun amilləri qeyd olunmayan, stasionar yatışlarında diaqnoz gösrənmir. Araşdırılsın.” məlumatları əsasında xx.xx.2022ci il tarixli H0001542TTY nömrəli “Tibbi Sosial Ekspert Komissiyasına göndərişi” üzrə Müslüm Müslümzadəyə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmiş, bundan sonra, Müslüm Müslümzadənin adına xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Stasionardan çıxanın statistik kartası № 066 sənədlərini xx.xx.2022-ci ildə Lənkəran şəhər Psixiatrik xəstəxanasının həkim məsləhət komissiyasına təqdim etməklə cinayətdən xəbərsiz komissiya sədri Şahid3 və üzvü Şahid5 Əlibala oğlunda həmin diaqnozların olduğuna qeyd edilən sənədə istinadən əminlik yaradıb xx.xx.2022-ci il tarixli F00022192LAD nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndəriş TQS № 088 sənədinə ağır debillik dərəcəsində əqli gerilik, daimi nəzarət və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu daxil edilib təsdiq edildikdən sonra Lənkəran şəhər Psixiatrik xəstəxanasında tibb bacısı-operator işləyən cinayətdən xəbərsiz Şahid4 vermiş olduğu göstəriş əsasında sonuncu tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) X20in www.e-tebib.its.gov.az (Tseras) sistemi vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X20ə rəsmi sənəd olan xx.xx.2022-ci il tarixli F00022192LAD nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndəriş TQS № 088 sənədinin inzibati binada elektron qaydada göndərilməsinə nail olub, ümumilikdə qeyd edilən qaydada xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan cəmi 2.800 (iki min səkkiz yüz) manat məbləğində pul vəsaitini Şahid1 vahid niyyətlə rüşvət qismində istəməklə alıb şəxsi ehtiyaclarına sərf etmiş, vəzifəli şəxs qismində vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 311.1 və 313-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyədək verdiyi ifadələrini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 1981-ci ildən hazırkı vaxtadək Lənkəran şəhər Psixiatriya xəstəxanasında müxtəlif vəzifələrdə, 2020-ci ildən isə həmin xəstəxanada həkim-psixiatr, şöbə müdiri vəzifəsində işləmiş, vəzifəsi psixi problemləri üzrə müraciət etmiş xəstələrin müayinə edilməsi, xəstəliyi ilə əlaqədar xəstəxanaya ambulator və ya stasionar qəbulun həyata keçirilməsi və sair hallardan ibarət olmuşdur. 2021-ci ilin noyabr ayında Şahid1 qohumu Müslümə əlillik dərəcəsinin təyin edilməsi üçün köməklik etməsini xahiş etmiş, Tofiq sonuncuya əlillik dərəcəsinin təyin edilməsi üçün müəyyən sənədlərin hazırlanmaqla elektron qaydada göndərilməsini təmin etmək, həmçinin Müslümün stasionar müalicədə iştirak etmədiyi halda, sonuncunun adının stasionar müalicə proseslərində iştirak edən şəxs qismində “Ağır debillik dərəcəsində əqli gerilik” diaqnozu ilə yazılmasının təmin edilməsi müqabilində noyabr ayının axırlarında xidməti otağında Şahid1 800 manat pul alaraq Müslümün adına xəstəlik tarixli sənədini hazırlamaqla, sonuncunun adına Forma 66 sənədinin yazılmasını təmin etmiş, elektron sistemdə işləyə bilmədiyindən, bu barədə xəstəxanada tibb bacısı-qeydiyyatçısı işləyən Gülaya göstəriş verərək Müslümün adına Forma 66 sənədinin elektron qaydada yüklənilməsini təmin etmiş, sonuncunun adına əlillik dərəcəsinin təyin edilməsi üçün yenidən stasionar müalicə almasına dair sənədlərin alınması zəruri olduğundan dekabr ayının axırlarında Tofiqdən 500 manat pul almış, Müslümlə bağlı xəstəlik tarixi və Forma 66 sənədinin hazırlanmasını təmin etmiş, həmin sənədlərdə Müslüm stasionar müalicədə olmadığı halda guya 2022-ci ilin yanvar ayı ərzində stasionar müalicədə olması qeyd olunmuş, əlillik dərəcəsinin təyin edilməsi üçün müvafiq Forma 88 sənədini tərtib etməklə Gülay vasitəsilə sistemə yüklənilməsini təmin etməyə çalışmış, sistemdə müəyyən problemlər olduğundan mümkün olmamış, bu proses 2022-ci ilin aprel ayınadək davam etmiş, 2022-ci ilin aprel ayında Forma 88 sənədinin sistemə yüklənilməsi bərpa olunduğundan xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli forma 66 sənədləri və tərəfindən qoyulmuş diaqnoz rəhbər tutulmaqla xx.xx.2022-ci ildə Gülaya vermiş olduğu göstəriş əsasında Forma 88 sənədinin elektron qaydada sistemə yüklənilməsi təmin edilmiş, lakin həmin sənədlər yüklənilməsinə baxmayaraq Müslümə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması barədə cavab gəlmiş, bu barədə Tofiqə dedikdə sonuncu yenidən köməklik etməsini xahiş etmiş, Müslümə əlillik dərəcəsinin təyin edilməsi üçün sonuncunun adına yenidən müvafiq sənədlərin hazırlanması, Forma 88 sənədinin tərtib edilməsi müqabilində 2022-ci ilin iyun ayında və 2022-ci ilin iyul ayında hər birində 500 manat olmaqla ümumilikdə Tofiqdən 1.000 manat pul almış, sonuncu ilə əsasən xəstəxanada xidməti otağında görüşmüş, pulları da orada almış, almış olduğu puldan heç kimə heç bir məbləğdə pul verməmiş, xəstəxananın baş həkimi həkim komissiyasının üzvü Şahid3, həkim Şahid5 Müslümü ilkin olaraq müayinə edərkən sonuncuda sağalmaz əqli gerilik, psixopatabənzər davranış-ağır debillik dərəcəsində əqli gerilik diaqnozunun olmasını gördüklərindən, Müslümün adına Forma 88 sənədinin tərtib edilməklə göndərilməsinə etiraz etməmişlər. Ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı və uşaqlarının olmasını, əməlindən peşman olmasını, uzun illər həkim işləməsini, ilk dəfə cinayət törətməsini, infarkt keçirməsi nəticəsində ürəyinə stend qoyulmasını, sağlamlığının yaxşı olmadığını nəzərə alaraq barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittihamlar üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 2002-ci ildən Lənkəran şəhər Psixiatriya xəstəxanasında həkim, 2009-cu ildən hazırkı vaxtadək həmin xəstəxananın baş həkimi vəzifəsində işləməklə vəzifəsi xəstəxananın fəaliyyətinə ümumi nəzarət, həkimlər arası vəzifə bölgüsünün təmin edilməsi, daxil olmuş xəstələrə ambulator və stasionar müalicə və müayinə tədbirlərinin görülməsinə nəzarət etməkdən ibarət olmuş, gündəlik xəstəxanaya göndəriş, ərizə əsasında xəstələr, onların yaxın qohumları daxil olmuş, xəstəxanada olan vəzifə bölgüsünə əsasən həkimin özü xəstənin müalicə prosesinə cavabdeh olmuş, Müslüm Müslümzadənin müalicə həkimi Nəsrəddin həkim Müslümə aid xəstəlik tarixi sənədini təqdim etmiş, sonuncunun müəyyən müddətlərdə stasionar müalicədə olmasını sənədlər əsasında bildirmiş, əvvəllər Müslümün müayinəyə gəlməsini görmüş, sonuncunun xəstə olmasının əyani şahidi olmuş, Nəsrəddinin 2.800 manat məbləğdə pul almasından məlumatı olmamış, bu barədə sonuncu ona bir söz deməmiş, Müslümü müayinə etməklə xəstə olmasına əmin olduğundan “Forma 88” sənədinin Gülay tərəfindən sistemə göndərilməsinə razılıq vermiş, stasionar xəstənin qəbul edilməsi barədə ilkin qeydiyyat kitabından Müslümün stasionar müalicədə olmadığı məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, 1998-ci ildən hazırkı vaxtadək Lənkəran şəhər Psixiatriya xəstəxanasında həkim vəzifəsində işləməklə xəstəxananın baş həkimi Şahid3, şöbə rəisi isə Təqsirləndirilən şəxs olmuş, həkim kimi vəzifəsi şəxsən və ya göndəriş əsasında müraciət etmiş xəstələrin ambulator, stasionar müayinə və müalicə proseslərini həyata keçirmək olmuşdur. X10 şəxsən tanımamış, lakin həkim komissiyasının üzvü olduğundan əyani olaraq və Təqsirləndirilən şəxs tərtib etdiyi sənədlər əsasında xəstənin müayinə prosesində iştirak etmiş, həqiqətən də Müslümdə “Forma-88” sənədində olan xəstəlik diaqnozu aşkar edilmiş, sonuncunun stasionar müalicədə olub-olmaması prosesi ona aid olmamış, Nəsrəddin müalicə həkimi olduğundan özü bir başa bu prosesə cavabdeh olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, 2014-cü ildən Lənkəran şəhər Psixiatriya xəstəxanasında tibb bacısı-operator vəzifəsində işləməklə vəzifəsi xəstəxana daxilində yeni sistem əsasında müəyyən sənədlərin elektron sistemə yüklənilməsi, sənədlərin tərtib edilməsindən ibarət olmuş, həkim stasionar müalicə apardığı xəstə barədə xəstəlik tarixçəsi gətirməklə həmin şəxsə “Forma-66” sənədinin elektron qaydada yüklənilməsini həyata keçirməyin ona demiş bundan sonra həmin xəstəlik tarixi sənədində göstərilən qeydlər əsasında elektron sistemdə hazır şəkildə olan “Forma-66” sənədinə yüklənilməsini həyata keçirmişdir X10 tanımamış, sonuncu xəstəxananın həkimi Təqsirləndirilən şəxs xəstəsi olmuş, 2021-ci ilin dekabr ayında Nəsrəddin həkim Müslüm barədə xəstəlik tarixi sənədlərini təqdim etməklə həmin xəstə barədə məlumat əsasında “Forma-66” sənədini tərtib etməklə elektron sistemə yüklənilməsini demiş, həkimin göstərişini icra edərək Müslüm barədə məlumatlar əsasında “Forma-66” sənədini tərtib etmiş, 2021-ci ilin dekabr ayında tərtib olunmuş “Forma-66” sənədində Müslüm Müslümzadənin xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək stasionar müalicə alması, “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozunun qoyulduğu qeyd olunmuş, 2021-ci ilin sentyabr ayından 2022-ci ilin aprel ayınadək elektron sistemin fəaliyyəti müvəqqəti olaraq “TƏBİB” tərəfindən dayandırıldığından, Müslüm barədə “Forma-88” sənədinin tərtib edilməsi mümkün olmamış, mümkün olduqda isə əlilliyin təin edilməsi ilə bağlı hər dəfə müxtəlif səbəblərdən imtina edilmiş souncu dəfə xx.xx.2022-ci ildə “Forma- 88” yuxarıda qeyd olunan proseslərlə elektron sistemə yüklənilmiş, nəticə olaraq Müslüm Müslümzadəyə sonuncu “Forma-88” nəzərə alınmaqla əlillik dərəcəsi təyin edilmişdir. İşi həkim və baş həkimin göstərişlərini icra etməkdən ibarət olmuş, onların razılığı və göstərişi əsasında adlarına olan elektron imzadan istifadə edərək əlillik dərəcəsinin təyin edilməsi üçün qeyd olunan “Forma-88” sənədlərinin göndərilməsini təmin etmiş, bu prosesdə hər hansı maddi marağı olmamış, Təqsirləndirilən şəxs Müslüm Müslümzadəyə əlillik dərəcəsinin təyin edilməsi üçün özünə müraciət etmiş sonuncunun qohumu Şahid1 ümumilikdə 2.800 manat pul alması prosesindən məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, 1988-ci ildən hazırkı vaxtadək Lənkəran şəhər Psixiatriya xəstəxanasında tibb qardaşı, 2008-ci ildən hazırkı vaxtadək isə baş tibb qardaşı vəzifəsində işləmiş, vəzifəsi xəstəxana daxilində tibbi işçilərinin ümumi fəaliyyətinə nəzarət etmək, həmçinin növbəli iş rejimini təşkil etməkdən ibarət olmuşdur. X10 şəxsən tanımamış, əlaqəsi olmamış, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlər üzrə də stasionar xəstələrin təhvil-təslimi kitabına baxmış, orada Müslüm Müslümzadənin adı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, 1977-ci ildən Lənkəran şəhər Psixiatriya xəstəxanasında tibb bacısı, 2011-ci ildən qeydiyyatçı işləməklə vəzifəsi ambulator və stasionar müayinə və ya müalicə üzrə göndəriş əsasında müraciət etmiş şəxslərin qeydiyyatını aparmaq, xəstəxana daxili vəzifəli şəxslərin müəyyən göstərişlərini icra etməkdən ibarət olmuş, qeydiyyatçı olaraq xəstələrin adını həkimlərin göstərişi ilə qeydiyyata salmış, xəstə ilə əlaqəsi olmamışdır. 2021-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs Müslümün adını stasionar xəstələr kitabına yazmasını dediyindən həmin şəxsin adını həmin kitaba qeyd etmiş, lakin Müslüm Müslümzadəni görməmiş, Nəsrəddin həkimin göstərişi əsasında Müslüm Müslümzadənin adını xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə, stasionar müalicəyə qəbul olunması kitabına qeyd etmiş Nəsrəddin həkimin xahişi ilə onun əvəzinə xəstəlik tarixi sənədlərini yazmış, Müslüm Müslümzadəyə aid sənədlərdə yazı xətti ona məxsus olmuş, sonuncunun adını Təqsirləndirilən şəxs göstərişi ilə qeydiyyat kitabına yazmış, bunu etməkdə hər hansı maddi marağı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyini və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarından görünür ki, 05 may 2022-ci ildə Biləsuvar rayonunun Bağbanlar kənd sakini Şəmmədov X15 şəhər Psixiatriya xəstəxanasında şöbə rəisi vəzifəsində çalışan Təqsirləndirilən şəxs qohumu Müslüm Müslümzadəyə əlillik dərəcəsinin təyin edilməsi üçün müvafiq sənədləşmələrin aparılması üçün 500 manat pul tələb etməsi barədə ərizə ilə müraciət etmişdir. Həmin müraciət üzrə araşdırma Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə həvalə edilmiş, müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi üçün 06 may 2022-ci il tarixli vəsatət və təqdimatla Binəqədi rayon məhkəməsinə müraciət olunmuşdur. İş materiallarında olan Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xx.xx.1952-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində qərar qəbul edildiyi gündən 6 ay müddətinə texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəkilişlərin aparılması, habelə yaşayış və gəlib-getdiyi əməliyyat marağı kəbs edən yerlərdə, zəruri halda binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış əməliyyat axtarış tədbirinin həyata keçirilməsinə icazə verilmişdir. İş materiallarında olan “Pul vəsaitinin təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim edilməsi üçün Şahid1 5 ədəd A93717003, A401729912, D16386320, C38074341 və B02652004 seriya nömrəli 100 manatlıqdan ibarət pul əskinasları verilmiş, danışıqların audio və video yazısının aparılması məqsədilə Şahid2 üzərindəki paltara “Stayer” markalı xüsusi texniki avadanlıq quraşdırılmışdır. İş materiallarında olan “Pul vəsaitinin təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim edilməsi üçün Şahid1 5 ədəd C65920274, A72686738, A87140601, C53462103 və B13336328 seriya nömrəli 100 manatlıqdan ibarət pul əskinasları verilmiş, danışıqların audio və video yazısının aparılması məqsədilə Şahid2 üzərindəki paltara “Stayer” markalı xüsusi texniki avadanlıq quraşdırılmışdır. İş materiallarında olan “Pul vəsaitinin təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim edilməsi üçün Şahid1 10 ədəd A37709056, A06004137, A75107476, A54076367, A72049714, B19383712, B17332387, B29803999, B24527124 və B14180604 seriya nömrəli 50 manatlıqdan ibarət pul əskinasları verilmiş, danışıqların audio və video yazısının aparılması məqsədilə Şahid2 üzərindəki paltara “Stayer” markalı xüsusi texniki avadanlıq quraşdırılmışdır. İş materiallarında olan “Pul vəsaitinin təqdim edilməsi haqqında” xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli protokollara əlavə edilmiş CD disklərə keçirilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, danışıqlar ünvan 4 ünvanında yerləşən Lənkəran şəhər Psixiatriya xəstəxanasının inzibati binasının 1-ci mərtəbəsində yerləşən kişi şöbəsinin müdiri Təqsirləndirilən şəxs otağında aparılır. Danışıqları Təqsirləndirilən şəxs öz xidməti yerində oturmaqla, Şahid1la Şahid2 isə qarşı tərəfdə oturmaqla aparırlar. Hər 3 görüntüdə də danışıqların ümumi məzmunu X9 əlillik dərəcəsinin təyin edilməsi üçün müvafiq sənədlərin hazırlanmasından ibarətdir. xx.xx.2022-ci ildə keçirilmiş əməliyyat tədbiri zamanı çəkilmiş “REC00002” adlı 5 dəqiqəlik video görüntünün 00:01 saniyəsindən 00:20 saniyəsinədək olan müddətdə Şahid1 100 manatlıqlardan ibarət 500 manat pul əskinaslarını Təqsirləndirilən şəxs təqdim edir, sonuncu da pulları alaraq saymaqla şalvarının cibinə qoyur. xx.xx.2022-ci ildə keçirilmiş əməliyyat tədbiri zamanı çəkilmiş “REC00002” adlı 5 dəqiqəlik video görüntünün 03:01 saniyəsindən 03:25 saniyəsinədək olan müddətdə Şahid1 100 manatlıqlardan ibarət 500 manat pul əskinaslarını Təqsirləndirilən şəxs təqdim edir, sonuncu da pulları alaraq saymaqla şalvarının cibinə qoyur. Həmçinin xx.xx.2022-ci ildə keçirilmiş əməliyyat tədbiri zamanı çəkilmiş “REC00001” adlı 5 dəqiqəlik video görüntünün 02:50 saniyəsindən 03:15 saniyəsinədək olan müddətdə Şahid1 50 manatlıqlardan ibarət 500 manat pul əskinaslarını Təqsirləndirilən şəxs təqdim edir, sonuncu da pulları şalvarının cibinə qoyur. İş materiallarında olan X6 adına olan xəstəlik tarixi, Forma 66 və Forma 88 sənədlərinə xx.xx.2022-ci ildə keçirilmiş baxış üzrə tərtib edilmiş protokoldan görünür ki, X6 adına xx.xx.2021-ci ildə **********66 nömrəli xəstəlik tarixi sənədi yazılmışdır. Həmin sənəd natamam şəkildə yazılmışdır. Həmin sənəd əsasında X6 xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək stasionar müalicə proseslərində iştirak etməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Stasionardan çıxanın statistik kartası №066 sənədi elektron qaydada tərtib edilmişdir. Bundan sonra X6 adına xx.xx.2022-ci ildə **********66 nömrəli xəstəlik tarixi sənədi yazılmışdır. Həmin sənəd natamam şəkildə yazılmışdır. Həmin sənəd əsasında X6 xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək stasionar müalicə proseslərində iştirak etməsi barədə xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Stasionardan çıxanın statistik kartası №066 sənədi elektron qaydada tərtib edilmişdir. xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli Stasionardan çıxanın statistik kartası № 066 sənədləri əsasında xx.xx.2022-ci il tarixli 3716003AADD9 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndəriş TQS № 088 sənədinə ağır debillik dərəcəsində əqli gerilik, daimi nəzarət və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu yazılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X21i tərəfindən “Səhiyyə müəssisəsi (poliklinika) tərəfindən verilmiş göndərişlərin qəbulu zamanı xəta baş verdi. Göndərişin mərkəzi rayon (şəhər) xəstəxanaları tərəfindən e-sistemə daxil edilməsi tövsiyyə olunur.” məlumatları əsasında xx.xx.2022-ci il tarixli 3716003AADD9 nömrəli “Tibbi Sosial Ekspert Komissiyasına göndərişi” üzrə Müslüm Müslümzadəyə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Yenidən xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli Stasionardan çıxanın statistik kartası № 066 sənədləri əsasında xx.xx.2022-ci il tarixli 3716003AADES nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndəriş TQS № 088 sənədinə ağır debillik dərəcəsində əqli gerilik, daimi nəzarət və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu yazılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X21i tərəfindən “Səhiyyə müəssisəsi (poliklinika) tərəfindən verilmiş göndərişlərin qəbulu zamanı xəta baş verdi. Göndərişin mərkəzi rayon (şəhər) xəstəxanaları tərəfindən e-sistemə daxil edilməsi tövsiyyə olunur.” məlumatları əsasında xx.xx.2022-ci il tarixli 3716003AADES nömrəli “Tibbi Sosial Ekspert Komissiyasına göndərişi” üzrə Müslüm Müslümzadəyə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Bundan əlavə X6 adına xx.xx.2022-ci ildə **********66 nömrəli xəstəlik tarixi sənədi yazılmışdır. Həmin sənəd natamam şəkildə yazılmışdır. Həmin sənəd əsasında X6 xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək stasionar müalicə proseslərində iştirak etməsi barədə xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Stasionardan çıxanın statistik kartası №066 sənədi elektron qaydada tərtib edilmişdir.Yenidən xx.xx.2021ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Stasionardan çıxanın statistik kartası № 066 sənədləri əsasında xx.xx.2022-ci il tarixli H00008732TGF nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndəriş TQS № 088 sənədinə ağır debillik dərəcəsində əqli gerilik, daimi nəzarət və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu yazılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X21i tərəfindən “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: əlillik AS-ə səhiyyət müəssisəsi tərəfindən göndərilən F88-də, əsas diaqnozun amilləri qeyd olunmayan, stasionar yatışlarında diaqnoz gösrənmir. Araşdırılsın.” məlumatları əsasında xx.xx.2022-ci il tarixli H00008732TGF nömrəli “Tibbi Sosial Ekspert Komissiyasına göndərişi” üzrə Müslüm Müslümzadəyə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Daha sonra xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Stasionardan çıxanın statistik kartası № 066 sənədləri əsasında xx.xx.2022-ci il tarixli H0001542TTY nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndəriş TQS № 088 sənədinə ağır debillik dərəcəsində əqli gerilik, daimi nəzarət və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu yazılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X21i tərəfindən “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: əlillik AS-ə səhiyyə müəssisəsi tərəfindən göndərilən F88-də, əsas diaqnozun amilləri qeyd olunmayan, stasionar yatışlarında diaqnoz gösrənmir. Araşdırılsın.” məlumatları əsasında xx.xx.2022-ci il tarixli H0001542TTY nömrəli “Tibbi Sosial Ekspert Komissiyasına göndərişi” üzrə Müslüm Müslümzadəyə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Yenidən xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Stasionardan çıxanın statistik kartası № 066 sənədləri əsasında xx.xx.2022-ci il tarixli F00022192LAD nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndəriş TQS № 088 sənədinə ağır debillik dərəcəsində əqli gerilik, daimi nəzarət və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu yazılmışdır. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 18 oktyabr 2022-ci il tarixli və 2773 nömrəli rəyindən görünür ki, X7 orta dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə (F71.1) aşkar olunur. Bunu anamnestik məlumatlar – körpəlikdən psixofiziki inkişafda geri qalması, əqli geriliklə əlaqədar orta məktəbdə təhsil ala bilməməsi, yardımçı məktəb proqramı üzrə bir neçə il təhsil alsa da, elementar biliklərə yiyələnə bilməməsi, Lənkəran MRX-da, X2, həmçinin SN 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə olması, xəstəliyi ilə əlaqədar İİ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər – bələdliyinin tam həcmdə olmaması, ona ünvanlanmış sualları gec başa düşməsi, söz ehtiyatının kasadlığı, əhvaliruhiyyəsinin dayanıqsızlığı, davranışının və emosiyalarının qeyri-adekvatlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, maraq dairəsinin məhdudluğu, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. X13 öz psixi vəziyyətinə görə hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. X6 hər hansı ictimai təhlükəli əməl törətməsi müəyyən edilmədiyindən və cinayət işi üzrə təqsirləndirilən şəxs qismində keçmədiyindən onun anlaqlı/anlaqsız olduğu müəyyən edilə bilməz. X9 qoyulmuş “Ağır debillik dərəcəsində əqli gerilik, daimi nəzarət və müalicə tələb edən ciddi davranış pozuntuları ilə psixopatabənzər davranış pozuntuları” ilə diaqnozu düzgündür. Qeyd olunan diaqnoz “X3”nın 9-cu baxışına əsasən verilmiş, F71.1 kodu “X3”na əsasən düzgün qoyulmuşdur. Qeyd olunmalıdır ki, X9 təyin edilmiş diaqnoz “X3”nın 10-cu baxışına əsasən “orta dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” ilə (F71.1) diaqnozuna müvafiqdir. Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xəstəlik tarixlərində çıxarışlarda təyin olunmuş “Ağır debillik dərəcəsində əqli gerilik, daimi nəzarət və müalicə tələb edən davranış pozuntuları ilə psixopatabənzər davranış pozuntuları” ilə diaqnozu X6 psixi vəziyyətini tam əks etdirir və düzgün olaraq təyin olunmuşdur. Bununla yanaşı qeyd olunmalıdır ki, həmin diaqnoz “X3”nın 9–cu baxışına uyğun verilmiş və halhazırda qüvvədə olan “X3”nın 10-cu baxışına uyğun-laşdırılmamışdır. Lakin təqdim olunmuş digər tibbi sənədlərdə (stasionardan çıxanın statistik kartlarında və TSEK-ə göndərişə əsas verən müayinə vərəqəsində) müasir təsnifata uyğun olaraq F71.1 kodunun qeyd olunması sənədi tərtib edən həkimin “X3”nın 10-cu baxışına uyğun “orta dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə” diaqnozunu nəzərdə tutduğu qənaətinə gəlməyə əsas verir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Lənkəran şəhər Psixiatriya xəstəxanasından daxil olmuş məktuba əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1981-ci il tarixli 133 saylı əmrlə Lənkəran şəhəri Psixonevroloji dispanserin həkimi, həmçinin xx.xx.2021-ci il tarixli 42-K nömrəli əmrlə Lənkəran şəhər Psixiatriya xəstəxanasının (kişilər üçün) şöbə müdiri vəzifəsinə təyin edilmişdir. Lənkəran şəhər Psixiatriya Xəstəxanası üzrə xx.xx.2021-ci il tarixli 15 nömrəli əmrlə həmin xəstəxananın Həkim məsləhət komissiyasının üzvüdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya xəstəxanası” X20in xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicə almamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012ci il tarixli 70 nömrəli əmrindən görünür ki, təsdiq edilmiş “şöbə müdirinin nümunəvi vəzifə təlimatında” vəzifə öhdəliklərinə əsasən şöbə (bölmə) müdiri şöbənin (bölmənin), funksiya və vəzifələrinə uyğun olaraq, fəaliyyətinə rəhbərliyi həyata keçirmək, müasir tibb elminin nailiyyətləri əsasında yeni profilaktika, diaqnostika və müalicə metodlarını, eləcə də müvafiq sahədə qabaqcıl təcrübəni tətbiq etmək, şöbədə (bölmədə) müalicə-diaqnostika prosesinin keyfiyyət və səmərəliliyinin artırılmasına yönəldilmiş işin təşkilati forma və metodlarını təkmilləşdirmək tibb heyətinin və pasiyentlərin təhlükəsizliyinin, infeksiyaların qarşısının alınmasının təmin olunması üçün sanitar-gigiyenik və əksepidemik tədbirləri yerinə yetirmək, əhalinin sanitar maarifləndirilməsi üzrə tədbirlər həyata keçirmək, işin forma və metodlarını, şöbənin fəaliyyətinin planlaşdırılmasını, işçilərin iş yerlərində yerləşdirilməsi və onların ixtisaslarına uyğun istifadəsini təmin etmək, səhiyyə müəssisəsinin digər struktur bölmələri ilə şöbənin fəaliyyətini koordinasiya etməklə, onların qarşılıqlı əlaqəsini təmin etmək, şöbənin (bölmənin) həkimlərinin, orta və kiçik tibb heyətinin işinə, o cümlədən diaqnozların düzgünlüyünə, aparılan müalicənin keyfiyyətinə müntəzəm nəzarəti həyata keçirmək, tibb müəssisəsinin növbətçilik cədvəlinin tərtibatında aidiyyəti üzrə iştirak etmək, şöbənin (bölmənin) işçilərinin əmək qanunvericiliyinin və əməyin mühafizəsinin tələblərinə riayət etməsini təmin etmək, şöbənin (bölmənin) işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görmək, şöbənin (bölmənin) iş planını işləyib hazırlamaqla, onun yerinə yetirilməsinə nəzarəti həyata keçirmək, şöbənin (bölmənin) rüblük, yarımillik və illik işini təhlil etməklə, şöbənin fəaliyyəti barədə müəyyən olunmuş qaydada hesabat təqdim etmək, tibbi sənədləşdirmənin aparılmasının keyfiyyətinə nəzarəti həyata keçirmək, şöbənin (bölmənin) işçilərinin peşə hazırlığının artırılmasına imkan yaratmaq kimi təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxsdir. İş materiallarında olan 12 iyun 2001-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş Psixiatriya yardımı haqqında Azərbaycan Respublikası qanunun Psixiatriya yardımı göstərən müəssisə və şəxslər, onların hüquq və vəzifələri fəslindən görünür ki, psixiatriya yardımını dövlət və qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən özəl psixiatriya (psixonevroloji) müəssisələri, həmçinin ilkin tibbisanitariya yardımı göstərən tibb müəssisələrinin həkimləri və özəl tibbi praktika ilə məşğul olan həkim-psixiatrlar göstərirlər. Psixiatriya (psixonevroloji) müəssisələrinin, yaxud özəl tibbi praktika ilə məşğul olan həkim-psixiatrların göstərdikləri tibbi yardımın bütün növləri onların nizamnamələrində (əsasnamələrində) və ya xüsusi razılıqda qeyd edilir. Psixiatriya yardımı üçün müraciət edənlərin həmin xüsusi razılıqla tanış olmağa imkanı olmalıdır. Ali tibbi təhsili və müvafiq diplomu olan və qanunvericilikdə müəyyən edilmiş qaydada ixtisaslarını təsdiq etmiş həkim-psixiatrlar psixiatriya yardımı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. İlkin tibbi-sanitariya yardımı göstərən tibb müəssisələrinin həkimləri yalnız bu müəssisələrdə müalicəsinə icazə verilən xəstəlikləri (psixi pozuntuları) müalicə edə bilərlər. İlkin tibbi-sanitariya yardımı göstərən tibb müəssisələrində müalicəsinə icazə verilən xəstəliklərin (psixi pozuntuların) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həkim-psixiatrın, digər mütəxəssislərin psixiatriya yardımı göstərilməsinə dair fəaliyyəti professional etika normalarına əsaslanır və qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilir. Psixiatriya yardımı göstərilməsi ilə əlaqədar həkim-psixiatrın hüquq və vəzifələri qanunvericiliklə müəyyən edilir. Psixi pozuntunun diaqnozunun qoyulması, qeyri-könüllü qaydada psixiatriya yardımı göstərilməsi haqqında qərar qəbul edilməsi, yaxud belə yardımın göstərilməsi məsələsinin nəzərdən keçirilməsi üçün rəy verilməsi, bu Qanunda nəzərdə tutulmuş hallardan başqa, həkim-psixiatrın, həkim-psixiatr komissiyasının və ya ərazinin baş psixiatrının müstəsna hüququdur. Şəxsin psixi vəziyyəti haqqında digər ixtisasdan olan həkimin rəyi ilkin xarakter daşıyır və həmin şəxsin hüquqlarının və qanuni mənafelərinin məhdudlaşdırılmasına, habelə psixi pozuntusu olanlar üçün qanunvericiliklə müəyyənləşdirilmiş güzəştlərdən istifadə edilməsinə əsas vermir. Psixiatriya yardımı göstərən həkim-psixiatrların, digər mütəxəssislərin, orta və kiçik tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onlara xüsusi tədbirlərdən (psixi pozuntusu olan şəxsin fiziki məhdudlaşdırılması, onun müvəqqəti təcrid edilməsi, sakitləşdirici köynəklərin tətbiq edilməsi) istifadə etmək hüququ verilir. Bu barədə psixi pozuntusu olan şəxsin tibbi sənədlərində müvafiq qeydlər aparılır və tibb müəssisəsinin müdiriyyətinə məlumat verilir. Psixiatriya yardımı göstərilməsi ilə əlaqədar həkim-psixiatr öz səlahiyyətləri daxilində qərarlar qəbul edərkən müstəqildir və yalnız tibbi göstəriciləri, həkimlik borcunu, professional etika normalarını və Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tutur. Rəyi həkim-psixiatr komissiyasının qərarı ilə uyğun gəlməyən həkim-psixiatr öz rəyini yazılı şəkildə verə bilər, həmin rəy tibbi sənədlərə əlavə edilir. İş materiallarında olan 24 noyabr 2022-ci il tarixli və 28 noyabr 2022-ci il tarixli qərarlardan görünür ki, X6 adına olan xx.xx.2021-ci il tarixdə **********66 nömrəli xəstəlik tarixi, xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Stasionardan çıxanın statistik kartası №066 sənədi, xx.xx.2022-ci il tarixdə **********66 nömrəli xəstəlik tarixi sənədi, xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Stasionardan çıxanın statistik kartası №066 sənədi, xx.xx.2022-ci il tarixli 3716003AADD9 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndəriş TQS № 088 sənədi, xx.xx.2022-ci il tarixli 3716003AADD9 nömrəli “Tibbi Sosial Ekspert Komissiyasına göndərişi” üzrə Müslüm Müslümzadəyə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi barədə sənəd, xx.xx.2022-ci il tarixli 3716003AADES nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndəriş TQS № 088 sənədi, xx.xx.2022-ci il tarixli 3716003AADES nömrəli “Tibbi Sosial Ekspert Komissiyasına göndərişi” üzrə Müslüm Müslümzadəyə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi barədə sənəd, xx.xx.2022-ci il tarixdə **********66 nömrəli xəstəlik tarixi sənədi, xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Stasionardan çıxanın statistik kartası №066 sənədi, xx.xx.2022-ci il tarixli H00008732TGF nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndəriş TQS № 088 sənədi, xx.xx.2022-ci il tarixli H00008732TGF nömrəli “Tibbi Sosial Ekspert Komissiyasına göndərişi” üzrə Müslüm Müslümzadəyə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi barədə sənəd, xx.xx.2022-ci il tarixli H0001542TTY nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndəriş TQS № 088 sənədi, xx.xx.2022-ci il tarixli H0001542TTY nömrəli “Tibbi Sosial Ekspert Komissiyasına göndərişi” üzrə Müslüm Müslümzadəyə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi barədə sənəd, xx.xx.2022-ci il tarixli F00022192LAD nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndəriş TQS № 088 sənədi, “Pul vəsaitinin təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli protokollara əlavə edilmiş video görüntüləri özündə əks etdirən 3 ədəd CD-disk, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən göndərilmiş X9 əlillik dərəcəsinin təyin edilməsinə dair müvafiq Lənkəran şəhər Psixiatriya xəstəxanasından elektron formada göndərilmiş Forma 66 və Forma 88 sənədlərinin çıxarışları maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Səidə İbrahimovanın 26 may 2023-cü il tarixli ərizəsindən, 30 may 2023-cü il tarixli «Elektron notariat» X1 çıxarışdan və MilliÖN elektron ödəmə sisteminin qəbzindən görünür ki, Şahid1 tərəfindən arvadı X4 verilmiş etibarnamədə Təqsirləndirilən şəxs tərəfindən nağd şəkildə 800 manat, karta köçürmə ilə isə 2000 manat pul Şahid1 verilmşdir. İş materiallarına əlavə edilmiş «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X21 «Lənkəran rayon Məkrəzi Xəstəxanası» X20 15 avqust və 21 avqust 2023-cü il tarixli, PHŞ-6-58\2-829\2023 nömrəli sorğunun cavablandırılması haqqında məktublarından görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2023-cü il tarixdə Lənkəran RMX-nın Terapiya şöbəsinə «111.0Durğunluq ürək çatmamazlığı ilə müşayət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertoniya xəstəliyi» diaqnozu ilə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş Lənkəran RMX-nın 09 oktyabr 2023-cü il tarixli, 18-1- 58\3-3265\2023 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2023-cü il tarixdə Təcili Yardım şöbəsinə daxil olmuş, «120.8 Stenokardiyanın digər formaları diaqnozu ilə Terapiya şöbəsində stasionar mülaicəyə götürülmüşdür. İş materiallarına əlavə edilmiş Lənkəran RMX-nın 17 oktyabr 2023-cü il tarixli PHH-i Ürək-damar Mərkəzinin PTKA- protokolundan görünür ki, 6F 3.5 JL kateter vasitəsilə sol koronar dammara oturulara, CX-də olan 90% ilk darlıq soft telə keçilərək 2.0x10 balonla predilatasiya olunmuş, 3.0x16 mm Promus DES stent implantə olunmuşdur. İş materiallarına əlavə edilmiş Lənkəran RMX-nın 04 noyabr 2023-cü il tarixli, 18-1- 58\3-3629\2023 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixdə rayon mərkəzi xəstəxananın Anesteziologiya Reanimasiya və İntensiv Terapiya şöbəsinə «120.0 Qeyri-stabil stenokardiya» diaqnozu ilə daxil olmuş, 04 noyabr 2023-cü il tarixdə Terapiya şöbəsinə köçürülərək, stasionar mülaicəsi davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş ambulator çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə ürək, hipertoniya, şəkər və digər xəstəliklər üzrə ambulator və stasionar müalicələr almışdır. İş materiallarına əlavə edilmiş vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs kürəkəni, hərbi qulluqçu, mayor X14 Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə «Vətən müharibəsi iştirakçısı», «Cəsur döyüşçü», «Xocavəndin azad olunmasına görə», «Füzulinin azad olunmasına görə», «Azərbaycan Ordusunun 100 illiyi münasibətilə», «Qüsursuz Xidmətə görə İ, İİ,İİİ dərəcəli» medalları ilə təltif olunmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə (təqsirləndirilən şəxsin etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 311.1 və 313-cü maddələri ilə düzgün tövsif edilmiş, onun əməlləri qeyd edilən maddələrin dispozisiyası şərtlərinə uyğun gəldiyindən o həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət təqibi ilə bağlı ona elan edilmiş ittihamda nəzərdə tutulan ictimai təhlükəli əməllərin törədilməsini, həmin əməllərin törədilməsində təqsirləndirilən şəxsin qəsdən iştirak etməsini, törədilmiş əməllərin ona aid edilməsini təsdiq edən, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb cinayətin tamah məqsədi ilə törədilməsi qənaətinə gəlir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 %-i dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmiş, hazırda məhkumluğu olmayan şəxs hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58, 59 və 61-ci maddələrinin tələblərini nəzərə alaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cinayətin məqsəd və motivini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli cinayət qanununa uyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə eyni zamanda təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs oğluna təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. İş materiallarında olan qərardan görünür ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs 04 noyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Binəqədi rayon məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas və əlavə cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə və əlavə cəza təyin olunmalı və Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Nuriyev X8 şəhəri, Nizami küçəsi ev 88, mənzil 25-də qeydiyyatda olmaqla himayəsində arvadı və dörd uşağı ilə birgə orada yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tam ödənməsini, ürək, hipertoniya və şəkər xəstəliyindən əziyyət çəkməsini, ürək əməliyyatı keçirərək ürək damarlarına stend qoyulmasını, təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, himayəsində təqaüd yaşında olan arvadının olmasını, və yaşayış yerindən müsbət xarakterizə olunmasını eləcə də hazırda xəstəliyi ilə əlaqədar həkim nəzarətində olmasını, həmçinin kürəkəni Əfran Hüseynlinin Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə «Vətən müharibəsi iştirakçısı», «Cəsur döyüşçü», «Xocavəndin azad olunmasına görə», «Füzulinin azad olunmasına görə», «Azərbaycan Ordusunun 100 illiyi münasibətilə», «Qüsursuz Xidmətə görə İ,İİ,İİİ dərəcəli» medalları ilə təltif olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səhhətini, yaşını, cinayətin törədilmə şəraitini, təqsirləndirilən şəxsin ali təhsilli olmaqla uzun muddət həkim işləməsini, yaşadığı ərazidə cəmiyyət arasında hörmətini - nüfuzunu, təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, yuxarıda qeyd edilən xəstəliklərdən əziyyət çəkməsini, xəstəlikləri ilə bağlı mütamadi olaraq ambulator və stasionar qaydada müalicə almalı olduğunu, kürəkəni Əfran Hüseynlinin Azərbaycan Respublikası Prezidentinin «Vətən müharibəsi iştirakçısı», «Cəsur döyüşçü», «Xocavəndin azad olunmasına görə», «Füzulinin azad olunmasına görə», «Azərbaycan Ordusunun 100 illiyi münasibətilə», «Qüsursuz Xidmətə görə İ,İİ,İİİ dərəcəli» medalları ilə təltif olunmasını, onun cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin onun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcəyi təqdirdə səhhətinə və himayəsində olan şəxslərin gələcək həyatına və sağlamlığına mənfi təsir göstərəcəyini, ailəsinin mənəvi iztirablar çəkəcəyini, eyni zamanda təyin olunacaq cəzanın ailəsinin həyat şəraitinə təsirini, onun hadisədən sonrakı davranışını və yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alaraq onun cəmiyyətdən təcrid etmədən də, yəni ona təyin olunacaq cəzanı çəkmədən də onun islah olunmasını mümkün sayır. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən müəyyən müddətə azalıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi ədalət və humanizm prinsiplərinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən etməklə ona təyin olunacaq cəzanın şərti olaraq tətbiq edilməsini məqsədəuyğun hesab edir. Müəyyən olunmuş sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, xəstəlikləri ilə bağlı müalicə almaq, himayəsində təqaüd yaşında olan arvadının qayğısına qalmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunacağını nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin olunacaq sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası CPM-in 346.1.14-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında göstərilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq, barələrində Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsini tətbiq etməklə, onun dövlət və yerli-özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməsi kimi əlavə cəzanın təyin olunmasını zəruri hesab edir. Təqsirləndirilən şəxs vəzifəli şəxs olmaqla üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməməsini və törətdiyi cinayəti vəzifəsindən sui-istifadə edərək törətməsini əsas götürərək, məhkəmə onun barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzanın təyin edilməsini zəruri hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəza kimi tətbiq olunmalı, həmin cəza azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Azərbaycan Respublikası CM-in 68.2-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə əlavə cəzalar müstəqil icra olunmalıdır. İş üzrə vurulmuş 2800 (iki min səkkiz yüz) manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onu barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan 02 ədəd kompakt disk və ********* nömrəli, 04 mart 2020-ci il tarixli mədaxil qəbzi cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 311.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 311.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası t əyin edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək, yəni – 04 oktyabr 2022-ci ildən 30 noyabr 2023-cü ilədək ev dustaqlığında saxlanıldığı müddət, yəni 1 (bir) il 1 (bir) ay 26 (iyirmi altı) gün ona təyin olunmuş cəzaya hesablanmaqla çıxılsın, üzərində qəti olaraq 3 (üç) il, 4 (dörd) ay 4 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş 3 (üç) il, 4 (dörd) ay 4 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunacaq sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar müstəqil icra olunsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və müəyyən yerlərə getməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirmək onun faktiki yaşadığı yerin – Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Cəlil Nəbiyev Hakimlər: Cavid Səfərli Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-144/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-144/2023
30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver