Məhkəmə qərarları › İş №1(099)-144/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-144/2024

16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-144/2024 16.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri X11 və Müdafiəçi2 iştirakı ilə xx xxx 1981-ci ildə Daşkəsən rayonunun Qıyıxlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu olan, işləməyən, Göygöl rayonunun Üçtəpə kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1981-ci ildə Xanlar (Göygöl) rayonun Üçtəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Göygöl rayonunun Üçtəpə kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında, İslam Respublikasının vətəndaşı kimi özünü təqdim etmiş “Baba” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlanması və daşınmasına razılaşaraq, həm də qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan külli miqdarda narkotik vasitələri birgə əldə edib, saxlayıb daşıyaraq cinayətkar qrupun digər üzvlərinə çatdırılmasına qabaqcadan vəd vermiş, bundan sonra əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş bir ədəd bağlamada külli miqdarda-5030,0 qram narkotik vasitə olan heroinin, külli miqdarda-2115,0 qram narkotik vasitə olan qurudulmuş marixuananın və külli miqdarda-200 ədəd narkotik vasitə olan metadon həblərinin Cəlilabad rayonun Əliqasımlı kəndinin ərazisində üzərində 52 rəqəmi yazılmış elektrik dirəyinin yanında gizlədilməsi barədə məlumat verilməsindən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə sonuncunun idarə etdiyi VAZ-21099 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə 17 may 2023-cü il tarixdə, saat 05 radələrində həmin əraziyə gedib qeyd olunan yerdən bir ədəd bağlamada külli miqdarda-5030,0 qram narkotik vasitə olan heroinin, külli miqdarda-2115,0 qram narkotik vasitə olan qurudulmuş marixuananın və təsiredici maddənin ümumi miqdarı külli miqdarda-8,0 qram olmaqla 200 ədəd narkotik vasitə olan metadon həblərini götürüb satış məqsədi ilə qanunsuz olaraq birgə əldə edib, saxlayıb daşıyarkən daxil olmuş əməliyyat məlumatına əsasən Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 17 may 2023-cü il tarixdə, saat 05 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ərazidə saxlanılıb üzərilərində axtarış zamanı onlara məxsus bir ədəd bağlamada külli miqdarda-5030,0 qram (5 kq 30,0 qram) narkotik vasitə olan heroinin, külli miqdarda- 2115,0 qram (2 kq 115,0 qram) narkotik vasitə olan qurudulmuş marixuananın və külli miqdarda-təsiredici maddəsinin ümumi miqdarı 8,0 qram təşkil edən narkotik vasitə olan 200 (iki yüz) ədəd metadon həbləri aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində dörd uşağı vardır və ailəsi ilə birlikdə Göygöl rayonunun Üçtəpə kəndində qeydiyyatda olmaqla yaşamış, heç bir yerdə işləməmiş, təsərrüfat işləri ilə məşğul olmuşdur. Xeyli müddətdir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də “kokos” (heroin) və “nəşə”dən (marixuanadan) istifadə etmişdir. Əvvəllər bir neçə dəfə, sonuncu dəfə narkotiklə bağlı məhkum olunmuşdur. Tutulmamışdan bir müddət əvvəl bir nəfər özünü iranlı kimi təqdim edən “Baba” adlı şəxs İran telefon nömrəsindən votsapla ona zəng edib təklif etmişdir ki, Salyan rayonu ərazisinə bir nəfər çoban vasitəsilə 10 kq narkotik maddə qoyulmuş, gedib həmin narkotik maddəni götürsün, lakin o, razılaşmamışdır. Bir müddət sonra iranlı yenə ona zəng edib Salyan rayonu ərazisində 100 qram “nəşə” olduğunu, gedib özü üçün götürməyi demiş, o da razılaşmışdır. Sonra o, bu barədə qonşusu, Raminə demiş, Ramin də birlikdə Salyana gedib narkotik maddəni götürmək üçün getməyə razılaşmışdır. 16 may 2023-cü il tarixdə, axşam saatlarında o, Raminlə birlikdə, Raminin maşını ilə yaşadıqları ünvandan çıxıb Salyan rayonuna getmişlər. Yolda olarkən o və Ramin votsapla bir neçə dəfə “Baba” ilə danışmış və iranlı 100 qram marixuananın Salyan rayonu ərazisində bir yerə qoyulduğunu, demişdir. Onlar Salyan rayonu ərazisinə çatanda o, yenidən iranlı ilə votsapla əlaqə saxlamış və iranlı ona narkotik maddənin Salyanda yox, Cəlilabad rayonun ərazisində bir yerə qoyulduğunu bildirmiş, bu səbəbdən onlar Cəlilabad rayonu istiqamətində hərəkət etmişlər. Sonra o, yenə də “Baba” ilə danışmış və iranlı ona narkotik maddənin Cəlilabad rayonun Əliqasımlı kəndinin ərazisində üzərində 52 rəqəmi yazılmış işıq dirəyinin altına qoyulduğunu gedib oradan götürmələrini bildirmişdir. Sonra onlar yolda təsadüfən rastlaşdıqları şəxslərdən Əliqasımlı kəndinə gedən yolu soruşub həmin kəndin ərazisinə getmiş, lakin orada 52 rəqəmi yazılmış işıq dirəyini tapa bilməmişlər. Həmin vaxt o, iranlının onları aldatdığını düşünüb geri qayıtmalarını demiş, lakin Ramin razılaşmayıb yenidən Əliqasımlı kəndinə gedib həmin yeri tapıb narkotik maddəni götürməyi bildirmişdir. Sonra o, “Baba” ilə votsapla videogörüntü ilə danışıb dediyi yeri tapa bilmədiklərini bildirmiş, “Baba” da onun telefonuna votsapla narkotik maddənin gizlədildiyi yerin fotoşəkilini göndərmişdir. Bundan sonra o, Raminlə birlikdə yenidən Əliqasımlı kəndinin ərazisinə gedib orada yolun kənarında olan üzərində 52 rəqəmi yazılmış işıq dirəyini tapıb maşını ora yaxın yerdə saxlamışlar. Həmin yerə çatan vaxt gecə saatları (17 may 2023-cü il) olmuşdur. Maşını saxladıqdan sonra o və Ramin maşından yerə düşmüş və Ramin ondan aralanıb yolun kənarına getmişdir ki, orada olan narkotik maddəni götürsün, lakin Ramin narkotik olan bağlamanı götürə bilməmiş, elə həmin vaxt mülki paltarlı polislər onu və Raminə tutmuşlar. Polis əməkdaşları onların yanında narkotik olan bağlamanı götürməmişlər. Sonra polis əməkdaşları onu və Ramini polis şöbəsinə aparmışlar. Polis şöbəsində vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş və üzərindən narkotik və psixotrop maddələr, başqa qadağan edilən əşyalar və predmetlər aşkar edilməmişdir. Həmin vaxt polis əməkdaşları Raminin əlində bir ədəd bağlama olduğunu və həmin bağlamanın içərisindəki narkotik maddələrin onlara məxsus olması və onların həmin narkotik maddələri götürmək üçün Cəlilabada gəlmələrini bildirmişlər. Sonra ona məlum olmuşdur ki, polislərin dediyi bağlamanın içərisindən heroin, marixuana və metadon həbləri aşkar olunmuşdur. Onlar həmin narkotik maddələrin ona və Raminə aid olmadığını, onların 100 qram marixuana götürmək üçün gəldiklərini bildirmiş, lakin polis əməkdaşları ona qarşı təzyiqlər etmiş, o da məcbur qalıb polislərin dediyi kimi izahat və ifadə vermişdir. Əslində isə polislərin təqdim etdiyi bağlamada aşkar olunan narkotik maddələrə ona məxsus deyil və bununla bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin o, Raminlə birlikdə 100 qram marixuana götürmək üçün Cəlilabada gəldiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, təxminən iki aydır narkotik vasitələrdən-heroin, qurudulmuş marixuana və metamfetamin istifadə etməyə başlamışdır. Əvvəllər də mütəmadi olaraq narkotik vasitələrdən istifadə etdiyindən cinayət msuliyyətinə cəlb olunub məhkum edilmişdir. Təxminən 4 gün əvvəl istifadəsində olan 055/955-20-49 saylı mobil nömrəyə votsapla İrana aid +**********62 və +**********17 saylı telefon nömrələrdən tanımadığı bir şəxsin səsli mesajı gəlmişdir. Həmin şəxs onunla tanış olub iranlı olduğunu və adının “Baba” olduğu demiş, sonra ona 100 qram qurudulmuş marixuana vermək istədiyini və həmin narkotik vasitəni satıb onunla işləməyini təklif etmiş, o isə razılaşmamışdır. Həmin şəxs 4 gün mütəmadi olaraq votsapla ona zəng edib səsli mesaj göndərib onunla əlaqə yaradıb Azərbayca Respublikasında onun üçün narkotik və psixotrop maddələr satmağını, pulunun müəyyən hissəsini özünə götürüb müəyyən hissəsini isə ona göndərməyini təklif etmiş, o yenə də razılaşmamışdır. 16 may 2023-cü il tarixdə, saat 12 radələrində qonşusu Təqsirləndirilən şəxs2 ona zəng edib görüşmək istədiyini demiş, sonra onlar görüşıb söhbət edərkən o, Raminə birlikdə pul qoyub haradansa qurudulmuş marixuana tapıb istifadə etmələrini demiş, Ramin də razılaşmış və haradan marixuana tapmağı məsləhət etmişlər. Avtomobildə Raminlə danışdıqları zaman iranlı “Baba” ona votsapla səsli mesaj göndərib yenidən ona Salyan rayonunda qurudulmuş marixuana olduğunu bildirib həmin narkotik vasitəni oradan götürüb satmağını, bunun müqabilində ona (iranlı “Baba” adlı şəxsə) 600 manat pul verməyini və pulun qalan hissəsini özünə götürməyini təklif etmiş, lakin o, razılaşmamışdır. Onların (onun iranlı “Baba” adlı şəxslə) mesajlarını Ramin eşidib ona onunla (iranlı “Baba” adlı şəxslə) razılaşmasını və gedib həmin marixuananı götürmələrini bildirmişdir. Elə həmin vaxt “Baba” onların danışığını eşidib ona danışması üçün telefonu Raminə verməsini demiş, o da telefonunu Raminə vermişdir. Sonra Ramin də “Baba” ilə danışıb Salyan rayonunda olan narkotik maddəni oradan götürəcəyini demiş, “Baba” da Salyan rayonunda yolun kənarına dediyini narkotik maddəni atdıracağını bildirmişdir. Sonra o, Raminə “Baba”ya onun pulunu 10 günə göndərəcəyini deməsini bildirmiş, Ramin də onun sözünü “Baba”ya çatdırmışdır. Bundan sonra Ramin ondan onunla gəlib-gəlməyəcəyini soruşmuş, o da qorxduğunu, onunla gedəcəksə narkotik maddəni götürməyəcəyini demiş, Ramin də razılaşıb narkotik maddəni özünün götürəcəyini bildirmişdir. Həmin gün saat 18 radələrində o, Raminin idarə etdiyi avtomobillə Göygöl rayonundan çıxıb Salyan rayonuna getmişlər. Şirvana çatanda, həmin narkotik vasitəni Ramin götürəcəyi üçün o, Raminə avtomobili idarə etməsi üçün ona verməsini demiş, Ramin də avtomobili salxamış, onlar yerlərini dəyişmiş və o, avtomobili idarə etməyə başlamışdır. Yolda olduqları Ramin onun telefonu ilə “Baba”ya səsli mesaj göndərib gəldiklərini, onları gecikdirməməsini və həmin narkotik maddəni rahat yerə yerləşdirməsini demişdir. Sonra “Baba” onun telefonuna üzərində “Cəlilabad” yazısı olan lövhənin şəkilini atıb narkotik vasitənin həmin lövhənin yanındakı ağacın dibində olduğunu bildirmişdir. Həmçinin “Baba” həmin yerə qurudulmuş marixuana ilə birlikdə heroin də qoyulacağını, heroini də qayıdarkən Şirvan şəhərində yolun kənarına atmalarını və atdıqları yerin şəkilini çəkib ona göndərmələrini demiş, onlar da razılaşmışlar. Sonra o, avtomobili birbaşa Cəlilabad rayonuna sürüb həmin lövhənin yanına çatıb avtomobili saxlamışdır. Sonra Ramin avtomobildən düşmüş, o isə avtomobili təxminən 100 irəli sürüb saxlamışdır ki, onlardan şübhələnən olmasın, əgər nəsə pis bir hadisə olsa oradan dərhal qaçsınlar. Ramin lövhənin yanındakı ərazini axtardıqdan sonra gəlib avtomobilə əyləşib oradan heç nə tapmadığını demişdir. Orada o, Raminlə sözlü mübahisə edib çıxıb getmələri deyib geriyə doğru qayıtmağa başlamış və Biləsuvar rayonunda YDM-də olarkən “Baba” ona zəng edib narkotik maddəni götürüb-götürmədiyini soruşmuş, o da onunla mübahisə etmiş, bu zaman Ramin telefonu ondan alıb onunla danışmağa başlamış və “Baba” Raminə onun telefonuna canlı məkan göndərib narkotik maddənin yerləşdiyi yeri tapa biləcəklərini bildirmişdir. “Baba” Raminə narkotik maddənin Cəlilabad rayonun Əliqasımlı kəndində üzərində 52 yazılmış dirəyin yanında olduğu demiş və həmin dirəyinin şəkilini telefonla göndərmiş və həmin şəkildə narkotik maddə olan bağlamanın dirəyin altında olduğu görsənmişdir. Sonra onlar tanımadığı şəxslərdən Əliqasımlı kəndinin harada olmasını soruşub avtomobillə 17 may 2023-cü il tarixdə, gecə saat 05 radələrində Əliqasımlı kəndinin ərazisinə getmiş və Ramin avtomobili Əliqasımlı kəndində asfalt yolun kənarındakı işıq dirəklərinə baxaraq idarə etmiş və avtomobili saxlayıb üzərində 52 yazılmış işıq dirəyini tapdığını demişdir. Ramin avtomobildən düşüb narkotik maddə oradadırsa götürüb gələcəyini demiş, o isə avtomobildən düşməmişdir. Ramin avtmobildən düşdükdən təxminən 3 dəqiqə sonra mülki geyimdə olan şəxslər ona yaxınlaşıb polis əməkdaşı olduqlarını, X2 dövriyyəsində şübhəli olduğunu bildirmiş və üzərində narkotik və psixotrop maddələr olub-olmamasını soruşmuş, o da üzərində narkotik və psixotrop maddələr olmadığını demişdir. Bu zaman Raminin də polis əməkdaşları tərəfindən saxlanıldığını görmüşdür. Həmin vaxt hava qaranlıq olduğundan Raminin əlində içərisində narkotik maddələr olan bağlamanın olub-olmamasını dəqiq görə bilməmişdir. Bundan sonra polis əməkdaşları onu və Ramini tutub polis şöbəsinə aparmışlar. Cəlilabad RPŞ-də vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş və üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilən hər hansısa bir əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, “Baba” adlı şəxsin onlar üçün qoyulmuş 100 qram marixuananı və Şirvan şəhərində deyiləcək yerə qoymaları üçün heroini götürmək məqsədi ilə Cəlilabada gəldiklərini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı çəkilmiş videoçəkilişlər tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, istifadəsində 055/955-20-49 saylı mobil nömrə olmuş və iranlı iki müxtəlif telefon nömrələri ilə ona votsapla zəng etmişdir. O, əvvəl 10 kq narkotik maddənin götürülməsi ilə bağlı iranlının təklifi ilə razılaşmamış, sonradan isə 100 qram marixuana götürmək üçün Raminlə birlikdə Cəlilabada getmiş, orada narkotik olan bağlamanı tapıb götürə bilməmişlər. Tutulduqdan sonra polis əməkdaşları bir ədəd bağlamanı Raminin əlində olmasını bildirib həmin bağlamanın içərisində olan narkotik maddələrin (heroin, marixuana və metadonun) onlara məxsus olmasını bildirmiş, sonra da ona qarşı təzyiqlər etmiş, o da həmin bağlamanın içərisində olan narkotik maddələrin (heroin, marixuana və metadonun) ona məxsus olmasını və Raminlə birlikdə həmin narkotik maddələri götürmək üçün Cəlilabada gəldiklərini bildirmidir. Əslində isə onlar içərisində 100 qram marixuana olan bağlamanı gizlədildiyi yerdən götürməmişlər. İranlı ilə əvvəl özü telefonla danışmış, sonra Ramin də iranlı ilə danışdıqdan sonra razılaşıb birlikdə 100 qram marixuananı götürmək üçün Cəlilabada getmişlər. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və buna görə ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin özünün istifadəsi üçün 100 qram marixuana götürmək üçün Cəlilabad rayonuna getdiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Həmçinin tutulan vaxt ondan götürülmüş, ozünə məxsus bir ədəd “Samsung” markalı mobil telefonun ailəsinə qaytarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki uşağı vardır və ailəsi ilə birlikdə Göygöl rayonunun Üçtəpə kəndində qeydiyyatda olmaqla yaşamış, özünə məxsus VAZ-21099 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 qonşusudur, münasibətləri yaxşı olmuşdur. Az müddətdir ki, “nəşə”dən (marixuanadan) istifadə etməyə başlamış, Bayram da narkotik maddələrdən istifadə etmişdir. Tutulmamışdan iki gün əvvəl Bayramla söhbət edərkən Bayram ona iranlı ilə danışdığını və iranlının ona 100 qram marixuana göndərdiyini, Salyan rayonuna gedib həmin narkotik maddəni götürmək istədiyini bildirmiş, sonra razılaşmışlar ki, birlikdə Salyan rayonuna gedib istifadələri üçün 100 qram marixuananı götürsünlər. 16 may 2023-cü il tarixdə, axşam saatlarında o, idarə etdiyi avtomobillə Bayramla birlikdə 100 qram marixuananı götürmək üçün Salyan rayonuna getmişlər. Salyan rayonuna gedərkən yolda iranlı zəng edib məlumat vermişdir ki, narkotik maddə Cəlilabad rayonu ərazisindədir, ona görə də onlar Cəlilabad rayonuna getmişlər. İranlı ilə həm Bayram, həm də özü Bayramın mobil telefonu ilə danışıb narkotik maddənin qoyulduğu yeri müəyyən etmişlər. İranlı Bayramın telefonun votsapına narkotik maddənin qoyulduğu yerin fotoşəklini göndərmiş, bundan sonra onlar Cəlilabad rayonun Əliqasımlı kəndinin ərazisinə getmişlər. Ora gecə saatlarında çatmış, hava qaranlıq olmuşdur. Orada üzərində 52 rəqəmi yazılmış işıq dirəyini tapıb maşını həmin yerdə saxlayıb maşından düşmüşlər. Bayram maşının yanında qalmış, özü isə yolun kənarına keçib işıq dirəyinin ətrafına baxmış, orada narkotik olan torbanı görməmiş, tapa bilməmiş və geri qayıdarkən polis əməkdaşları onu tutmuş, həmçinin Bayramı da polislər tutmuşlar. Həmin yerdən o, torbanı götürməmişdir. Sonra polis əməkdaşları onu və Bayramı polis şöbəsinə aparmışlar. Polis şöbəsində polis əməkdaşları onun qarşısına bir ədəd torbanı qoyub həmin torbanın içərisindəki narkotik maddələrin ona və Byrama məxsus olması və onların həmin narkotik maddələri götürmək üçün Cəlilabada gəlmələrini bildirmişlər. Sonra videoçəklişlə həmin torbaya baxış keçirilmiş və torbanın içərisindən heroin, marixuana və metadon həbləri aşkar olunmuşdur. Polis əməkdaşları ona qarzı təzyiqlər etdiyi üçün o, məcbur qalıb polislərin dediyi kimi izahat və ifadə verərək aşkar olunmuş narkotik maddələrin onlara (özünə və Bayrama) məxsus olmasını, həmin narkotik maddələri götürmək üçün Cəlilabada gəldiklərini bildirmişdir. Əslində isə polislərin təqdim etdiyi torbada aşkar olunan narkotik maddələr ona məxsus deyil və bununla bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin Bayramla birlikdə 100 qram marixuana götürmək üçün Cəlilabada getdiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri (CPM-nin 327.1.3-cü maddəsinə əsasən) elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 qonşusudur, münasibətləri yaxşıdır. Təxminən üç ildir ki, heroin, qurudulmuş marixuana və metamfetamindən istifadə etməyə başlamış, narkotik istifadəçisi kimi bir dəfə cinayət məsuliyyətinə cəlb olunub məhkum edilmişdir. 15 may 2023-cü il tarixdə, saat 12 radələrində istifadəsində olan 055/573-29-20 saylı mobil nömrəyə Bayram zəng edib onunla işi olduğunu demiş, o da gedib Bayramla görüşmüşdür. Söhbət zamanı Bayram demişdir ki, təxminən 10 gün olar bir nəfər iranlı ona zəng edib onda narkotik vasitə-qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni ona (Bayrama) vermək istədiyini bildirir. Sonra Bayram təklif etmişdir ki, birlikdə gedib həmin qurudulmuş marixuananı götürsünlər. Elə həmin vaxt Bayramın telefonuna iranlı zəng etmiş və Bayram onunla danışaraq qurudulmuş marixuananı götürmək üçün onunla (Raminlə) birlikdə gələcəyini bildirmiş, həmin iranlı da onun üçün də pay olaraq marixuana verəcəyini demişdir. 16 may 2023-cü il tarixdə, saat 12 radələrində Bayram ona zəng etmiş və onlar görüşüb söhbət etmişlər. Söhbət zamanı Bayram yenə də ona birlikdə gedib həmin narkotik maddəni götürməyi demiş, o isə həmin iranlını tanımadığını, qorxduğunu bildirmiş, Bayram da ona birlikdə getsə, 100 qram marixuana almaq üçün ona 600 manat pul göndərəcəyini demiş, o da razılaşmışdır. Sonra Bayram marixuananın Salyan rayonunda olduğunu və ora gedəcəklərini demişdir. 16 may 2023-cü il tarixdə, saat 18 radələrində o, Bayramla birlikdə özünün avtomobili ilə Salyana yola düşmüşlər, yolda olarkən Bayramdan narkotik maddəni haradan götürəcəklərini soruşmuş, Bayram da iranlı ilə danışdığını, Salyan postuna çatmamış marixuananın ona verəcəyini demişdir. Şirvan şəhərinə çatıb siqaret alarkən Bayram avtomobilin sükanı arxasına keçmiş, Bayramdan nə üçün sükan arxasına keçdiyini soruşmuş, Bayram da Salyanın yolunu yaxşı tanıdığı üçün avtomobili idarə edəcəyini bildirmiş, o da etiraz etməmiş və Bayram avtomobili Salyan rayonu istiqamətində idarə etməyə başlamışdır. Yolda olarkən iranlı yenidən Bayrama zəng edib Cəlilabad rayonuna getmələrini dediyindən Bayram iranlı ilə mübahisə etmişdir. Sonra iranlı Bayramın telefonuna votsapla üzərində Cəlilabad sözləri yazılmış lövhənin şəkilini göndərmiş və marixuananın həmin lövhənin dibində gizlətdiyini demişdir. Onlar gedib Cəlilabad sözü yazılmış lövhəni tapmış və Bayram avtomobildən yerə düşüb ona gözləməsini bildirmişdir. Təxminən 5 dəqiqə sonra Bayram geri qayıdıb gəlmiş və həmin lövhənin dibindən heç nə tapmadığını demişdir. Sonra o, iranlıya zəng etmiş, lakin zənginə cavab verilməmişdir. Bayram avtomobili tanımadığı bir istiqamətdə idarə etməyə başlayıb geri qayıtdıqlarını demiş, Biləsuvar rayonunda YDM-nə daxil olan vaxt iranlı Bayrama zəng edib marixuananın yerləşdirdiyi yerin canlı məkanını onun telefonuna göndərdiyini demişdir. Sonra o, avtomobili idarə edib həmin məkanı telefon vasitəsilə tapacağını demişdir. Yolda olarkən iranlı Bayrama zəng edib marixuananın yanında heroin də olduğunu demişdir. Yolda tanımadığı şəxslərdən soruşub yolu öyrənib Cəlilabad rayonun Əliqasımlı kəndinə, yəni narkotik maddənin qoyulduğu əraziyə getmişlər. Onlar həmin yerə 17 may 2023-cü il tarixdə saat 05 radələrində çatmışlar. Həmin vaxt iranlı Bayrama zəng etmiş, Bayram da hazırda Əliqasımlı kəndində olduqlarını demişdir. Həmin iranlı narkotik maddənin üzərində 52 yazılmış dirəyin dibində olduğunu bildirmiş, Bayram da ona dirəklər olan yerdə avtomobili saxlamağını demişdir. Avtomobili saxladıqdan sonra Bayram avtomobildən düşüb ətrafı axtarmağa başlamış, lakin heç nə tapmamışdır. Sonra onlar yenidən üzərində 52 yazılmış işıq dirəyinin olduğu yeri tapıb avtomobili yolun kənarında saxlamışlar. Həmin vaxt o, təbii ehtiyaclarını ödəmək üçün avtomobildən düşmüş, Bayram da həmin yeri axtarmış, lakin heç nə tapa bilməmişdir. O, təbii ehtiyaclarını ödədikdən sonra yaxınlıqda üzərində 52 rəqəmi yazılan işıq dirəyinin olduğunu görüb həmin işıq dirəyinin yanına getmiş və orada qara rəngli bağlama olduğunu görüb bağalamanı oradan götürüb avtomobilə tərəf qayıtmışdır. Elə bu zaman səs gəldiyini eşitmiş, sonra mülki geyimdə olan polis əməkdaşları onu saxlamış, daha sonra polis əməkdaşları Bayramı və onu tutub avtomobillə birlikdə polis şöbəsinə aparmışlar. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əlindəki bağlamada nə olduğu soruşulmuş, o da əlindəki bağlamanın ona məxsus olmadığını və içərisində nə olduğunu bilmədiyini demişdir. Bundan sonra həmin bağlamaya polis əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı bağlamadan 3 ədəd bükülüdə herion, 1 ədəd bükülüdə qurudlmuş marixuana və 20 ədəd tabletkada 200 ədəd metadon həbləri aşkar olunmuşdur. Həmçinin üzərində və avtomobilində narkotik və psixotrop maddələr, başqa qadağan olunmuş əşyalar aşkar edilməmişdir. Aşkar edilmiş narkotik maddələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, sonra protokol tərtib edilmişdir. Bayram “Baba” adlı şəxslə danışmış və razılığa gəlmişlər ki, narkotik vasitələrin yarısını onun (“Baba”nın) dediyi yerə atsınlar. Onun Bayramla birlikdə həmin narkotik vasitələrin əldə edilməsində iştirakında məqsədi Bayramın əldə edəcəyi marixuananın müəyyən hissəsinin ona verəcəyini vəd etməsi olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı çəkilmiş videoçəkilişlər tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt əlində içərisində narkotik maddələr olan torba olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, polislərin qarşısına qoyduğu torbada aşkar olunmuş narkotik maddələrin özünə məxsus olduğunu və Bayramla birlikdə həmin narkotik maddələri götürmək üçün Cəlilabada gəldiklərini bildirmişdir. Əslində isə torbanın içərisində aşkar olunmuş narktik maddələr onlara məxsus deyil, həmin torbanı polis əməkdaşları onun və Bayramın iştirakı ilə saxlandıqları yerdən götürməmişlər. O, bir gün əvvəldən narkotik maddə götürmək üçün birlikdə getmələrini Bayramla razılaşmış, iranlı ilə telefonla danışmışdır. Polislərin təqdim etdiyi torbanın içərisində aşkar olunmuş narkotik maddələrlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin Bayramla birlikdə maşını ilə 100 qram marixuana götürmək üçün Cəlilabada gəldiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Həmçinin atası Ərşadın 1-ci Qarabağ müharibəsində şəhid olması, ailəsinin şəhid ailəsi olması və himayəsində uşaqlarının olmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin əməkdaşıdır. 17 may 2023-cü il tarixdə ona, Təqsirləndirilən şəxs1 Cəlilabad rayonu ərazisində X2 dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün əməliyyat-axtarış tədbiri keçirilmişdir. 17 may 2023-cü il tarixdə, saat 05 radələrində Təqsirləndirilən şəxs1 olduğu yer müəyyən edilərək onun sərnişin olduğu avtomobil (VAZ- 21099 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı) Cəlilabad rayonun Ocaqlı-Əliqasımlı yolunda əməliyyat müşahidəsinə götürülmüşdür. Az sonra həmin avtomobil yolun kənarında dayanmış və sonradan şəxsiyyəti məlum olan avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 avtomobildən düşüb yolun kənarındakı üzüm bağına daxil olub oradakı elektrik dirəyinin altından bir ədəd bağlamanı götürüb avtomobilə tərəf gedərkən əməliyyat qrupu tərəfindən saxlanılmışdır. Elə həmin vaxt Təqsirləndirilən şəxs1 da əməliyyat qrupu tərəfindən saxlanılmış və onlara X2 dövriyyəsində şübhəli olduqlarını bildirib avtomobillə birlikdə Cəlilabad RPŞ-nə aparılmışlar. Polis şöbəsində təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı onun üzərindən narkotik və psixotrop maddələr, qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Şifahi sorğu Təqsirləndirilən şəxs1 İran vətəndaşının onunla əlaqə saxlayıb ona narkotik maddə təklif etdiyini, sonra Təqsirləndirilən şəxs2la razılaşıb həmin narkotik maddəni götürmək üçün Cəlilabad rayonuna gəldiklərini bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əlindəki bağlamada nə olması soruşulmuş, Ramin də bağlamanı Bayramın tapşırığı ilə işıq dirəyinin altından götürdüyünü, bağlamanın içərisində nə olmasını bilmədiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs2 əlindəki bağlamaya baxış keçirilmiş və bağlamadan bir ədəd sellofan bükülüdə qurudulmuş marixuana, 3 ədəd sellofan bükülüdə heroin və 20 ədəd tabletkada metadon həbləri aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən narkotik və psixotrop maddələr, qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə Cəlilabad rayonuna narkotik maddələr götürmək üçün gəldiklərini bildirmişdir. Aşkar olunmuş narkotik maddələrə aid kütlələr təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən onlara qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərilərində axtarış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər hansı şikayəti və ya narazılığı olmamış, eləcə də Təqsirləndirilən şəxs2 əlində olan bağlamaya baxış zamanı Təqsirləndirilən şəxs2 hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İşdə olan, Cəlilabad RPŞ-nin əməkdaşının 17 may 2023-cü il tarixli “Raport”ları və 17 may 2023-cü il tarixli “Akt”larla müəyyən edilir ki, həmin tarixdə “Bayram” adlı şəxsin Cəlilabad rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama və daşıması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat üzrə 17 may 2023-cü il tarixdə Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs1 (“Bayram” adlı şəxsin) Cəlilabad rayonun Ocaqlı-Əliqasımlı avtomobil yolunda hərəkətdə olan VAZ-2109 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilldə sərnişin qismində olması müəyyən edilib əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin avtomobil Cəlilabad rayonun Əliqasımlı kəndinin ərazisində dayandıqdan sonra sürücü Təqsirləndirilən şəxs2 avtomobildən düşüb yolun kənarındakı üzüm bağına daxil olub oradakı elektrik dirəyinin dibindən bir ədəd bükülünü götürüb avtomobilə əyləşən zaman əməliyyat qurupu tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılıb avtomobillə birlikdə Cəlilabad RPŞ-nə gətirilmişlər. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 17 may 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Cəlilabad RPŞ-nin təhqiqatçısı İbrahim Əsədli tərəfindən müdafiəçi Anar Ağayevin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qadağan olunmuş əşyalar və narkotik maddələr aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 İran vətəndaşı “Baba” adlı şəxslə əvvəlcədən razılaşıb tanışı Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə onunla birlikdə Cəlilabad rayonuna narkotik maddə götürmək üçün gəldiklərini və Cəlilabad rayonun ərazisində Təqsirləndirilən şəxs2 narkotik maddəni götürərkən polis əməkdaları tərəfindən saxladıqlarını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 məxsus bir ədəd mobil telefon aparatı təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 17 may 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Cəlilabad RPŞ-nin təhqiqatçısı İbrahim Əsədli tərəfindən müdafiəçi Elşad Əmişovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qadağan olunmuş əşyalar və narkotik maddələr aşkar edilməmiş, lakin onun əlində olan bağlamanın (torbanın) içərisindən 3 ədəd bükümdə heroinə, 1 ədəd bükümdə qurudulmuş marixuanaya oxşar kütlələr və 20 ədəd tabletkada metadon həblərinə oxşar maddələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə tanışı Təqsirləndirilən şəxs1la birlikdə Cəlilabad rayonuna narkotik maddə götürmək üçün gəldiklərini və Cəlilabad rayonun ərazisində narkotik maddə olan bağlamanı götürüb avtomobilə qayıdarkən polis əməkdaları tərəfindən saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 17 may 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə və Metadon həblərinə bənzər kütlələr ...” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 3 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri-1680,0 qram, 1970,0 qram, 1380,0 qram olmaqla ümumi təmiz çəkisi-5030,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Bir ədəd bükülüdə təmiz çəkisi-2115,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. 20 ədəd konvalyutda ümumi sayı 200 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondurlar və həblərin təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı-8,0 qramdır (bir həbdə 0,04qr). Ekspertiza tədqiqatından sonra qalıq heroin 5029,55 qram, qalıq qurudulmuş marixuana 2114,85 qram və qalıq metadon 183 ədəd həblər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat təşkil edir. İşdə olan, “Maddi sübutun tanınması haqqında” 18 may və 09 iyul 2023-cü il tarixli qərarlarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq-5029,55 qram heroin, 2114,85 qram qurudulmuş marixuana, 183 ədəd metadon həbləri və bir ədəd “Samsung” markalı mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün Cəlilabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd CD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 14 avqust 2023-cü il tarixli, 801 №-li rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 14 avqust 2023-cü il tarixli, 802 №-li rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərdən psixi və fiziki asılılıq olmadan narkotik vasitələrdən istifadə halları olu, lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur və məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məhkəmə-psixatrik ekspertizasının 20 may 2023-cü il tarixli, 1388 və 1389 №-li rəyləri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmçinin onlara ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə onlar öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşlar. Buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdırlar. Onların hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxslər hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadırlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacları yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətlərinə görə özlərinə və ətrafındakılara zərər yetirmək təhlükəsi müəyyən edilmədi. İşdə olan, “Mobil telefona baxış keçirilməsi” haqqında 09 iyul 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəllə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Samsung” markalı mobil telefonun yaddaşında baxış zamanı mobil telefona daxil olan və çıxan zənglərə aid qeydlərdə-İrana aid +**********62 saylı, “baba iranlı”, İrana aid +**********17 saylı, “baba iranlı ot” yazı qeydlərin olması, həmçinin fotoşəkillər və fotoşəkillərdə narkotik vasitələrin gizlədildiyi yerin fotoşəkilləri və İrana məxsus mobil nömrələrlə danışıqlar aparıldığı aşkar olunmuşdur. İşdə olan, “Cinayət işi materiallarından başqa cinayət işi ayrılması və ayrıca icraata qəbul edilməsi barədə” 14 avqust 2023-cü il tarixli il tarixli qərarla müəyyən olunur ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik maddələr əldə etdiyi şəxs və qeyriləri barəsində CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, telefon danışıqlarına dair məlumatları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri (Təqsirləndirilən şəxs1 ifadələrində göstərilən-içərisində narkotik maddələr olan bağlamanın gizlədildiyi yerdən götürülməməsi, tutulduqdan sonra polis əməkdaşlarının bir ədəd bağlamanı Raminin əlində olmasını bildirib həmin bağlamanın içərisində olan narkotik maddələrin (heroin, marixuana və metadonun) onlara məxsus olmasını bildirmələri, polis əməkdaşları ona qarşı təzyiqlər etdiyindən onun bağlamanın içərisində olan narkotik maddələrin (heroin, marixuana və metadonun) onlara məxsus olmasını və Raminlə birlikdə həmin narkotik maddələri götürmək üçün Cəlilabada gəldiklərini bildirməsi, onun Raminlə razılaşıb birlikdə 100 qram marixuananı götürmək üçün Cəlilabada getmələri, narkotik maddələrin satışı ilə məşğul olmamasına aid hallar, eləcə də Təqsirləndirilən şəxs2 ifadələrində göstərilən-içərisində narkotik maddələr olan bağlamanın gizlədildiyi yerdən götürülməməsi, polis əməkdaşları tərəfindən tutularkən əlində torbanın (bağlamanın) olmaması, tutulduqdan sonra polis əməkdaşları bir ədəd torbanı (bağlamanı) qarşısına qoyub həmin bağlamanın içərisində olan narkotik maddələrin (heroin, marixuana və metadonun) ona və Bayrama məxsus olmasını bildirmələri, polis əməkdaşları ona qarşı təzyiqlər etdiyindən onun bağlamanın içərisində olan narkotik maddələrin (heroin, marixuana və metadonun) ona və Bayrama məxsus olmasını və Bayramla birlikdə həmin narkotik maddələri götürmək üçün Cəlilabada gəldiklərini bildirməsi, onun Bayramla razılaşıb birlikdə 100 qram marixuananı götürmək üçün Cəlilabada getmələri, narkotik maddələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni içərisində narkotik maddələr olan bağlamanın gizlədildiyi yerdən götürülməməsi, tutulduqdan sonra polis əməkdaşlarının bir ədəd bağlamanı Raminin əlində olmasını bildirib həmin bağlamanın içərisində olan narkotik maddələrin (heroin, marixuana və metadonun) onlara məxsus olmasını bildirmələri, polis əməkdaşları ona qarşı təzyiqlər etdiyindən onun bağlamanın içərisində olan narkotik maddələrin (heroin, marixuana və metadonun) onlara məxsus olmasını və Raminlə birlikdə həmin narkotik maddələri götürmək üçün Cəlilabada gəldiklərini bildirməsi, onun Raminlə razılaşıb birlikdə 100 qram marixuananı götürmək üçün Cəlilabada getmələri, narkotik maddələrin satışı ilə məşğul olmamasına dair hallar, habelə Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdikləri xüsusatlar, yəni içərisində narkotik maddələr olan bağlamanın gizlədildiyi yerdən götürülməməsi, polis əməkdaşları tərəfindən tutularkən əlində torbanın (bağlamanın) olmaması, tutulduqdan sonra polis əməkdaşları bir ədəd torbanı (bağlamanı) qarşısına qoyub həmin bağlamanın içərisində olan narkotik maddələrin (heroin, marixuana və metadonun) ona və Bayrama məxsus olmasını bildirmələri, polis əməkdaşları ona qarşı təzyiqlər etdiyindən onun bağlamanın içərisində olan narkotik maddələrin (heroin, marixuana və metadonun) ona və Bayrama məxsus olmasını və Bayramla birlikdə həmin narkotik maddələri götürmək üçün Cəlilabada gəldiklərini bildirməsi, onun Bayramla razılaşıb birlikdə 100 qram marixuananı götürmək üçün Cəlilabada getmələri, narkotik maddələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, o cümlədən şəxsi axtarışla bağlı protokollarla, habelə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri qismən etirafedici ifadələri ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddələri əldə etmə, saxlama və daşıma cinayət əməlini, habelə qaçaqmalçılıq cinayətini törətmişlər. Habelə məhkəmə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik maddələri əldə etmə, saxlama və daşıma cinayət əməli törətmələri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən beynəlxalq adı “Heroin”, “Marixuana-Kannabis” və “Metadon” olan maddələr narkotik vasitələrdir. Heroinin 0,15 qramdan, metadonun 0,02 qramdan və qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, heroinin 2 qramı, metadonun 1,6 qramı və qurudulmuş marixuananın 500 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 6-cı bəndində izah verilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Habelə bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, təqsirləndirilən şəxslərdən götürülmüş 5030,0 qram narkotik vasitə olan heroin, 2115,0 qram narkotik vasitə olan qurudulmuş marixuana və təsiredici maddəsinin ümumi miqdarı 8,0 qram təşkil edən narkotik vasitə olan 200 ədəd metadon şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir. Habelə məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, təqsirləndirilən şəxslər öz aralarında və cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onların niyyəti külli miqdarda narkotik vasitələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımış, habelə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələrin Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi qismində iştirak etmişlər. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin bu əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Eyni zamanda dövlət ittihamçısı çıxışında tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında deyil, bu cinayətin tək icraçısı kimi törədilməsində iştirakları təsdiq olunduğunu və buna görə də istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməlinin CM-nin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmadığı qənaətinə gəlib onların bu əməlinin CM-nin 32-ci maddəsinə istinad olunmaqla CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməklə ittiham olunmalı olduğunu və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərə tutulmuş cinayətləri törətməkdə ittiham olunmalarını müdafiə edərək onların həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalı olmalarını bildirmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq dövlət ittihamçısının təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamla bağlı mövqeyini əsaslı hesab edir və belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməlinin CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməklə onlar CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərə tutulmuş cinayətləri törətməkdə təqsirli hesab edilməlidirlər. Belə ki, məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən təqsirləndirilən şəxslər onlara istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin (şəxsiyyəti məlum olmayan iranlının) icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişlər. Həmçinin təqsirləndirilən şəxslərin qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə narkotik vasitənin qaçaqmalçılığını bir nəfər icra etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, şəxsiyyəti məlum olmayan bir nəfər şəxs (“Baba” adlı iranlı) tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsi təmin edilib bu maddələrin qoyulduğu yer barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə həmin maddələri qoyulduğu yerdən götürmüşlər, yəni göstərilən halda narkotik vasitələrin qaçaqmalçılığı yalnız bir nəfər şəxs tərəfindən icra etmişdir. Eyni zamanda müəyyən edilmiş hallara əsasən təqsirləndirilən şəxslər qanunsuz olaraq əldə etdikləri narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin bu maddələri satış məqsədi ilə əldə edilməsi üçün şəxsiyyəti məlum olmayan şəxs tərəfindən həmin maddələrin qaçaqmalçılıq yolu ilə keçiriləcəyini əvvəlcədən bilmiş, həmçinin bu maddələrin İrandan qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra əldə edib, saxlayıb realizə olunmasını təmin edəcəklərinə vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiklərindən onların hərəkətləri CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddələri əldə edib, saxlayıb daşımaqla CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmiş, habelə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdikləri narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçiriləcəyini əvvəlcədən bilməklə bu maddələrin İrandan qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra əldə edib, saxlayıb realizə olunmasını təmin edəcəklərinə vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etməklə CM-nin 32.5,206.2-ci maddəsində nəzərədə tutulan cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və onların təqsirliliyi tam sübuta yetirilmiş, habelə təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Cəlilabad Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qərarları ilə müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 may 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə və məhkəmə hökmünün surətləri ilə müəyyən olunur ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 07 oktyabr 2002-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib maliyə vahidin 200 misl miqdarında cərimə cəzasına məhkum edilmişdir. Cəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 21 oktyabr 2009-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 263.1ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 24 oktyabr 2010-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Beyləqan Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Şirvan Apelyasiya Məhkəməsinin 30 aprel 2021-ci tarixli qərarı ilə hökm dəyişdirilərək 02 il 02 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göygöl Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 22 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 ay 09 gün hissəsi şərti olaraq vaxtından əvvəl azad edilmiş və 16 fevral 2023-cü ildə cəzasını çəkib qurtarmış və qeydiyyatdan çıxarılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin müddəalarına əsasən 07 oktyabr 2002-ci il, 21 oktyabr 2009-cu il və 04 fevral 2021-ci il tarixli hökmlər üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmiş, lakin 24 fevral 2022-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də o, hazırda məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin residivini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin residivi yaratdığından ona CM-nin ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən CM-nin 65.2ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. İşdə olan, Göygöl rayon Üçtəpə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 25 may 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Göygöl rayonunun Üçtəpə kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə kənd sakinlərinin hörmətini qazanmış və ictimai işlərdə iştirak etmişdir) xarakterizə olunur. İşdə olan, Göygöl rayon Üçtəpə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 25 may 2023-cü il tarixli arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2005-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cu il təvəllüdlü X6 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Habelə Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən olunur ki, Göygöl Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Göygöl Rayon Məhkəməsinin 12 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya haqqında qərarının 5-ci bəndinə əsasən 12 mart 2021-ci il tarixli hökmlə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış və o, 14 aprel 2022-ci ildə cəzasını çəkib qurtarmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən (azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir) 12 dekabr 2021-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmiş və hazırda o, məhkumluğu olmayan şəxsdir. İşdə olan, Göygöl rayon Üçtəpə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 25 may 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Göygöl rayonunun Üçtəpə kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə kənd sakinlərinin hörmətini qazınmış və ictimai işlərdə iştirak etmişdir) xarakterizə olunur. İşdə olan, Göygöl rayon Üçtəpə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli arayışla, ölüm haqqında şəhadətnamənin surəti və “Şəhid ailəsinin üzvü”nün 006795 №-li vəsiqənin surəti ilə müəyyən edilir ki, X9 (Təqsirləndirilən şəxs2 atası) 02 may 1992-ci ildə 1-ci Qarabağ müharibəsində şəhid olmuş, ailəsinə şəhid statusu verilmiş və Üçtəpə kənd tam orta məktəbi X1 adını daşıyır. İşdə olan, Göygöl rayon Üçtəpə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 25 may 2023-cü il tarixli arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2002-ci il təvəllüdlü X12 və xx.xx.2005-ci il təvəllüdlü X15 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olması, habelə Təqsirləndirilən şəxs2 atası X1 1-ci Qarabağ müharibəsində şəhid olmaqla ailəsinin şəhid ailəsi hesab edilməsi CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onların CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və Təqsirləndirilən şəxs1 münasibətdə cəzanı ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Habelə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətlərə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindikləri üçün onlara həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 17 may 2023-cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəylərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-nin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onlar cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadıqları ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Cəlilabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan 5029,55 qram heroin, 2114,85 qram qurudulmuş marixuana və 183 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X7 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut olan və Cəlilabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı mobil telefon aparatı (üzərində 055/955-20-49 saylı mobil telefon nömrəsi olmaqla) hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 arvadı X10 təhvil verilməlidir. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-120 (bir yüz iyirmi) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 60 (altmış) manat və Təqsirləndirilən şəxs2 60 (altmış) manat tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 17 may 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 17 may 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Cəlilabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 5029,55 qram (5 kq 29,55 qram) narkotik vasitə olan heroin, 2114,85 qram (2 kq 114,85 qram) narkotik vasitə olan qurudulmuş marixuana və 183 ədəd narkotik vasitə olan metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Cəlilabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd “Samsung” markalı mobil telefon aparatı (üzərində 055/955-20-49 saylı mobil telefon nömrəsi olmaqla) hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 arvadı X10 təhvil verilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-120 (bir yüz iyirmi) manat məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni məhkum Təqsirləndirilən şəxs1 60 (altmış) manat və məhkum Təqsirləndirilən şəxs2 60 (altmış) manat tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar