Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-144/2025 13.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 17 avqust 1984-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 1-1-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi 3,387 qram olmaqla külli miqdar təşkil edən psixotrop maddə olan metamfetamini əldə edib, 1,733 qram və 1,654 qram olmaqla 2 ədəd bükümlərə ayıraraq avtomobilində saxlamaqla daşımış və Şirvan Şəhər Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən şübhəli bilindiyi üçün 01 iyul 2024-cü il tarixdə saat 20:10-da Şirvan şəhəri, Heydər Əliyev prospektində idarə etdiyi “Nissan Sunny” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə saxlanılıb Şirvan Şəhər Polis Şöbəsinin inzibati binasının həyətinə gətirilərək avtomobilinə videoçəkilişlə baxış keçirilən zaman avtomobildə olan çantanın içərsindən satış məqsədi olmadan saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,733 qram və bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,654 qram, ümumi təmiz çəkisi 3,384 qram psixotrop maddə olan metamfetamin avtomobildə olan çantanın içindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, bu yaşına kimi narkotiklərdən və psixotrop maddələrdən istifadə etməmişdir. Hadisə günü dönər yeyirmiş Şirvan şəhərində, görmüş ki, kimsə zibilliyə nəsə qoymuş, o da gedib həmin şeyi götürmüşdür. Lakin əvvəlcədən ora nəsə qoyulacağını bilməmiş, görmüş ki, orada nəsə eşələyir yeri. Ona həmin şəxsin orada nə etməsi maraqlı gəlmiş, getmiş götürmüşdür. Açıb baxmış ki, iki büküm nəsə var. Həmin vaxt qonşusuna zəng vurmuş, videogörüntüdə bükümləri göstərmişdir. Qonşusu isə demişdir ki, “gətir onu mənə sənə pul verəcəm”. Qonşusuna zəng vurmaqda məqsədi o olmuşdur ki, tapdığı bükümlərin nə olduğunu öyrənsin, o isə demişdir ki, “yaxşı şeydir, gətir mənə”. Lakin qonşusu polislə əlaqəyə keçib xəbər vermişdir. Həmin bükümləri aparıb qonşusuna vermək istəyəndə yolda polislər onu tutmuşdur. Qonşusu ona bükümləri gətirsə pul verəcəyini desə də, nə qədər pul verəcəyini deməmişdir. Saxlanılarkən və şöbədə olarkən onu heç kim döyməyib, incitməyib. Tapdığı bükümlərin isə nə olduğunu bilməmişdir. Əməlindən peşmandır, kaşki həmin bükümləri götürməzmiş. Özü narkotikin nə olduğunu isə bilmir. Himayəsində dörd uşağı var, ayaqları şişdir, özü xəstədir, axsayır, bir uşaqda bacısınındır özü baxır, o olmasa uşaqlara, xəstə ata və anasına kim baxar, ailədə tək işləyən şəxs özüdür, məhkəmədən əlindən nə gəlirsə onu etməyi xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nın 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ağrıları olduğu üçün narkotik vasitələrdən və psixotrop maddələrdən arabir istifadə edir. 1-ci qrup əlillik dərəcəsi vardır. 2 gün əvvəl yaşadığı Şirvan şəhəri, H.Z.Tağıyev küçəsində olarkən sosial şəbəkədə tanımadığı İran vətəndaşı ilə tanış olmuş, həmin İran vətəndaşı ilə aralarında olan danışıq zamanı sonuncudan istifadə etmək üçün psixotrop maddə metamfetamin istəmiş, o da, ona 700 manat müqabilində üç bükümdə psixotrop maddə metamfetamin verə biləcəyini bildirmiş, onunla razılaşmış, sonra həmin tanımadığı İran vətəndaşı ona Bakı şəhərində ünvan bildirmiş, 3 ədəd bükümdə psixotrop maddə metamfetamini ora qoyacağını yazmışdır. 01 iyul 2024-cü il tarixdə saat təxminən 10-11 radələrində Bakı şəhərinə getmiş, İran vətəndaşının ona konum atdığı yerə çatmış, oradan 3 ədəd bükümdə psixotrop maddə metamfetamini götürmüş, həmin vaxt həmin 3 bükümdən 1 bükümün istifadə etmiş, qalan 2 bükümü avtomobilində olan əl çantasının içərisinə qoymuşdur. Bakı şəhərində qaldıqdan sonra günortadan sonra Şirvan şəhərinə gəlmiş, saat təxminən 20 radələrində şəhərin H.Əliyev prospektində idarə etdiyi Nissan Sunny markalı **-BG-*** d.q.n-lı avtomobilimlə hərəkətdə olarkən polis əməkdaşı onun idarə etdiyi avtomobili saxlatmışlar. Həmin vaxt onu polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməmiş, onu idarə etdiyi avtomobillə birlikdə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində olarkən ona nitq qüsuru olduğu üçün mütəxəssis təyin edilmiş, sonra ona psixotrop maddə saxlamaqda şübhəli olmağı mütəxəssis vasitəsi ilə izah edilmiş, hüquqlarını müdafiə etmək üçün vəkil seçmiş, bir qədər keçdikdən sonra vəkil gəlmiş, ona müdafiəçi təqdim edilmişdir. Bundan sonra üzərində razılığı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı əynində olan açıq qəhvəyi rəngli şalvarının sağ yan cibindən 1 ədəd avomobil açarını və sol yan cibindən isə 1 ədəd Samsung markalı mobil telefonunu təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən heç bir qanunla qadağan olmuş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Şifahi suallara mütəxəssisin iştirakı ilə cavab olaraq bildirmişdir ki, idarəetdiyi “Nissan Sunny” markalı 18- BG-797 d.q.n-lı avtomobilimdə “patı” (metamfetamin) vardır. Bundan sonra onun, müdafiəçisi X7, mütəxəssis X1 və polis əməkdaşlarının iştirakı ilə Şirvan Şəhər Polis Şöbəsinin inzibati binasının həyətində “Nissan Sunny” markalı **-BG-*** d.q.n-lı avtomobilə baxış keçirilmiş, baxış zamanı özü könüllü olaraq avtomobilimin salonunda olan ötürücü qutunun yanında bir ədəd əl çantasın təqdim etmişdir. Həmin əl çantası açıldıqda, içərisindən 02 ədəd sellofan büküm, 3 ədəd şüşə materialdan olan predmet, 1 ədəd qələm, 1 ədəd qayçı, 1 ədəd kağız paketdə içərisində boş kağızlar, 1 ədəd dəmir parçası və 1 ədəd alışqan aşkar edilmişdir. Sonra iştirakı ilə sellofan bükümlər açılaraq içərisinə baxış keçirilmiş, həmin 2 ədəd sellofan bükümün içərisindən ağ rəngli maddə aşkar edilmişdir. Bundan sonra iştirakı ilə iki ədəd sellofan bükümdə olan kütlə və 3 ədəd şüşə materialdan olan predmetlər qablaşdırılmışdır. Psixotrop maddəni istifadə etmək üçün avtomobilində saxladığını, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, polis şöbəsinə gətirilərkən və polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyini, avtomobilindən aşkar olunmuş içərsində psixotrop maddənin izləri olan 3 ədəd şüşə boru ilə psixotrop maddə istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, iran vətəndaşı ilə danışmadığını, Bakıya gedib narkotik götürməyinin yanlış yazıldığını və təsdiq etmədiyini bildirmişdir. Əlavə olaraq göstərmişdir ki, telefonda görüntülü danışa bilir, lakin iranlı ilə heç vaxt danışmamışdır. Həmin gün isə Bakıya gedib-gəlmişdir. Mebel işində olduğundan material almağa getmişdir. Heç vaxt narkotik vasitələr istifadə etməmişdir. Lakin qonşusu istifadə edərkən onu görmüş, qonşusu əladı demişdir. Qonşusu da ona mebel işlərində ağır şeylər qaldırarkən həmişə kömək etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Şirvan ŞPŞ-də CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 01 iyul 2024-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz yolla külli miqdarda psixotrop maddələrin satış məqsədi ilə əldə edib Şirvan şəhər ərazisində dövriyyəsi ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə axşam saat səkkiz-doqquz radələrində əməliyyat qrupu yaradılmış, qrupa özü, Şirvan ŞPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Şahid2 və Şirvan ŞPŞ-nin YPX-nin, inspektoru, polis baş serjantı X10 daxil edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Şirvan şəhəri, Heydər Əliyev prospektində “Nissan Sunny” markalı avtomobil ilə hərəkətdə olduğu zaman Şirvan ŞPŞnin YPXB-nin inspektoru Əlihəsən Mailov tərəfindən saxlanılmış, ona saxlanılmasının səbəbi izah edilərək, sonuncunu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində raportla rəhbərliyə müraciət etdikdən sonra raport üzrə araşdırma aparılması İstintaq bölməsinə həvalə olunmuş, istintaq bölməsində Təqsirləndirilən şəxs nitq qüsuru olduğu üçün mütəxəssis təyin edilmiş, mütəxəssis gəldikdən sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz heç bir əşya aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs mütəxəssisə bildirmişdir ki, avtomobilində psixotrop maddə olan metamfetamin vardır. Sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilən zaman sonuncu avtomobilinin ötrücü qutusunun yanından 1 ədəd əl çantası təqdim etmişdir. Həmin əl çantası açıldıqda içərsində 02 ədəd sellofan büküm, 3 ədəd şüşə boru və əşyalar aşkar edilmişdir. 2 ədəd sellofan büküm açıldıqda içərsində psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini İran İslam Respublikasının vətəndaşının Bakı şəhərinə qoyduğunu, həmin bükümü oradan əldə etdiyini göstərmişdir. Təqsirləndirilən şəxs həmin çantanı zibillikdən tapıb, qonşusuna vermək məqsədilə aparması barədə heçnə deməmiş, bunu ilk dəfə məhkəmədə eşidir. Məlumat satışla bağlı olsada, tərəflərindən konkret fakt müəyyən edilməmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Şirvan RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli “Raport”undan görünür ki, Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi ** BG *** dövlət qeydiyyat nişanlı Nissan Sunny markalı avtomobilində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə saxlamaqda, istifadə etməkdə və satışında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (c İ, i.v 3) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2024-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Şirvan RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 4-5) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 21:15-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 25) İşdə olan, Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ona məxsus “Nissan Sunny” markalı ** BG *** d.q.n-lı avtomobilə baxış keçirilməsinə etiraz etmir. (c İ, i.v 34) İşdə olan, xx.xx.2024-cü il tarixli baxış və götürmə protokolundan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilən zaman avtomobildə olan əl çantasının içərsindən 02 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə və içərsində psixotrop maddənin izləri olan 3 ədəd şüşə boru aşkar olunaraq götürülmüşdür. (c İ, i.v 35-37) İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2- 18/636 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs məxsus..avtomobilin .. 2 ədəd sellofan bükümdə olan kütlə ...» sözləri yazılmış kağız paketdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,733 qram, 1,654 qram, ümumi çəkisi 3,387 qram olan ağımtıl rəngli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs məxsus..avtomobildə..3 ədəd şüşə” sözləri yazılmış kağız paketdə 03 ədəd şüşə borunun içərisində psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) iz mikrohissəciklərinin miqdarını müəyyən etmək mümkün deyildir. Metamfetamin ümumi təmiz çəkisi 3,387 qr, tədqiqata sərf edildi 0,20 qr, qalıq 3,187 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat təşkil edir. (c İ, i.v 42-45) İşdə olan, 119047 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli ümumi əlildir. (c İ, i.v 80) İşdə olan, şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il, xx.xx.2011-ci il və xx.xx.2024-cü il təvəllüdlü azyaşlı uşaqları vardır. (c İ, i.v 81-83) İşdə olan, xx.xx.2024-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında Şirvan şəhər prokuroru Kamal Talıbov tərəfindən qəbul edilmiş qərardan görünür ki, Şirvan ŞPŞ-nin İB-nin müstəntiqi Sahil Şıxalıyevin ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur. (c İ, i.v 93-95) İşdə olan, xx.xx.2024-cü il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. (c İ, i.v 97-98) İşdə olan, xx.xx.2024-cü il tarixli, 5(032)-208/2024 nörməli Şirvan Şəhər Məhkəməsinin əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılması haqqında qərardan görünür ki, Şirvan ŞPŞ CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (c İ, i.v 101) İşdə olan, xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar olunmuş “Samsung” markalı mobil telefona baxış keçirtmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar olunmamışdır. (c İ, i.v 102) İşdə olan, qəbzdən görünür ki, “Samsung” markalı mobil telefon Şirvan ŞPŞ-dən Təqsirləndirilən şəxs tərəfindən təhvil alınmışdır. (c İ, i.v 103) İşdə olan, verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan Şəhər Polis Şöbəsinin məktubundan görünür ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs psixotrop maddə əldə etdiyi İran İslam Respublikasının vətəndaşının şəxsiyyətinin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri müsbət nəticə verməmiş, bununla yanaşı Abbasov oğlunun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək üçün müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış, əldə olunmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilmişdir. (c İ, i.v 108) İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 23 avqust 2024-cü il tarixli, 5825 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 119- 120) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 4172 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər-hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl zamanı hər-hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (c İ, i.v 127-129) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsdən daxil olmuş xx.xx.2024-cü il tarixli KEŞ-969 saylı məhkəmə-tibbi ekspert rəyindən görünür ki, 1-3. Təqsirləndirilən şəxs mütəxəssis müayinəsi zamanı aparılmış Tonal audiometriya zamanı onda “İkitərəfli çox ağır dərəcə neyrosensor tip ağır eşitmə; Total karlıq” olduğu müəyyən edilmişdir. 4.5. Təqsirləndirilən şəxs “İkitərəfli çox ağır dərəcə neyrosensor tip ağır eşitmə; Total karlıq”la əlaqədar müaviq mütəxəssisin iştirakı ilə onunla istintaq hərəkətlərinin aparılması mümkündür. (c İ, i.v 138-141) İşdə olan, Şirvan ŞİHB-nın 1 Nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, onun barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. (c İ, i.v 144) İşdə olan, xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi maddəsi ilə Sabunçu RPİ-də araşdırma aparılmış xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM 40.3 CM-nin 73.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. (c İ, i.v 145-146) İşdə olan, xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan danışıqlar və anten məlumatları ilə "xxxx" MMC-nin məktubuna əlavə edilmiş bir ədəd diskə baxış keçirtmiş, həmin mobil telefon nömrəsi ilə narkotik vasitələrin və psixotrop maddələrin satışının həyata keçirilməsi ilə bağlı SMS-lərin daxil olması müəyyən olunmamışdır. (c İ, i.v 153) İşdə olan, xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, metamfetaminin ekspertiza tətqiqatından sonrakı 3,187 qram qalığı və 03 ədəd içərisində psixotrop maddə olan metamfetaminin izləri olan şüşə boru iş üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (c İ, i.v 154-165) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: aşkar edilmiş psixotrop maddəni Şirvan şəhər ərazisində tapdığını, özünün heç vaxt narkotik vasitə və psixotrop maddə istifadə etmədiyini, tapdığı maddəni maraqlı gəldiyi üçün öz qonşusuna görüntülü zəng vuraraq göstərdiyini, qonşusunun isə həmin maddəni ona gətirməsini tapşırmasını, bu məqsədlə tapdığı çantanı avtomobilinə qoyub şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin və mütəxəssisin iştirakı ilə xx.xx.2024-cü ildə şübhəli (cild İ – i.v. 57-59) və xx.xx.2024-cü ildə təqsirləndirilən (cild İ – i.v. 84-86) şəxs qismində verdiyi ifadələrində, eləcə də üzərinə və istifadəsində olan avtomobilə video-çəkiliş vasitəsilə şəxsi axtarış və baxış keçirilərkən jest dili ilə bildirdiklərində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində və istintaq hərəkətlərində təqsirləndirilən şəxs üzərindən çıxan psixotrop maddəni sosial şəbəkədə tanımadığı İran vətəndaşı ilə aralarında olan danışıq zamanı sonuncudan istifadə etmək üçün aldığını, psixotrop maddəni ona iran vətəndaşının konum atdığı yerdən 3 ədəd bükümdə götürdüyünü, həmin vaxt həmin 3 bükümdən 1 bükümün istifadə edib, qalan 2 bükümü avtomobilində olan əl çantasının içərisinə qoyduğunu bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin və mütəxəssisin yanında qeydşərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Şirvan Şəhər Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onun müdafiə hüququ və nitq qüsurlu, yəni eşitmə və danışma qabiliyyətinin olmaması nəzərə alınaraq mütəxəssislə təmin edilmiş, bu məqsədlə prosessual hərəkətdə iştirak etmək üçün müdafiəçi və mütəxəssis dəvət edilmiş, Təqsirləndirilən şəxs icazəsi və onun müdafiəçisinin, mütəxəssisin iştirakı ilə video-çəkilişdən istifadə edilməklə onun avtomobilinə baxış aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobildə olan əl çantasının içərsindən 02 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə və içərsində psixotrop maddənin izləri olan 03 ədəd şüşə boru aşkar olunaraq götürülmüşdür. Baxışın nəticəsinə dair protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və onun müdafiəçisi, mütəxəssis tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründəki ifadələrindən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız özünə qarşı verdiyi həmin ifadələri inkar etmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin və mütəxəssisin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində avtomobilindən aşkar edilmiş psixotrop maddəni öz şəxsi istifadəsi üçün sosial şəbəkədə tanış olduğu İİR-də olan digər şəxsdən, onun Bakı şəhərində göndərdiyi konumdan götürdüyünü və istifadə etmək məqsədilə saxladığını bildirmişdir. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkarlanmış psixotrop maddə ilə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Bununla yanaşı o, xx.xx.2024-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin və mütəxəssisin iştirakı ilə üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilən zaman aşkar olunmuş 02 ədəd bükümdə ümumilikdə 3,387 qram çəkidə psixotrop maddə metamfetamini sosial şəbəkədə tanış olduğu İİR-də olan digər şəxsin Bakı şəhərində qoydurduğu konumdan əldə etdiyini, həmin vaxt 03 ədəd büküm metamfetamindən 01 ədəd bükümünü istifadə etdiyini, digər 02 ədəd bükümdə olan metamfetamini isə istifadə etmək məqsədilə avtomobilində saxlayaraq, daşıdığını, daha sonra isə həmin maddənin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Çünki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməlini törətməsinə dair ittihamın əsasını təşkil edən sübut olaraq keçirilmiş 01 iyul 2024-cü il tarixli şəxsi axtarış və baxışa dair protokollar, həmçinin bu protokolların tərkib hissəsi olan video-görüntülər və maddi sübut, şahid ifadələri və ekspert rəyləri CPM-nin 125-ci maddəsinə uyğun olaraq qiymətləndirildikdə onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında təqdiq edilmiş sənədlərdən görünür ki, 02 iyul 2024-cü il tarixdə cinayət işinin başlanmasından əvvəl Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması haqqında, mütəxəssis təyin edilməsi haqqında və ona dövlət hesabına müdafəçi ayrılmasına dair qərarlar qəbul olunmuşdur. Bununla əlaqədar X3 mütəxəssis qismində, Şirvan Regional Vəkil Bürosunun vəkili Xəqani Salahov Təqsirləndirilən şəxs müdafiəçi qismində təqdim olunmuş, sonuncu isə həmin vəkilin onu müdafiə etməsini ifadə edərək bu barədə tərtib olunmuş protokolu vəkillə birlikdə imzalamışdır. Məhkəmə iclasında tədqiq olunmuş şəxsi axtarış və baxışa dair 01 iyul 2024-cü il tarixli protokollardan və ona əlavə edilmiş video-görüntülərdən görünür ki, mütəxəssisin və müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış həyata keçirilmiş, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs avomobilində psixotrop maddə saxladığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs özünün, mütəxəssisin, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə müstəntiq tərəfindən onun avtomobilinə baxış keçirilmiş, baxış zamanı 02 (iki) ədəd bükülüdə, ayrıayrılıqda təmiz çəkisi 1,733 qr və 1,654 qram, ümumi təmiz çəkisi 3,387 qram çəkidə psixotrop maddə metamfetamin avtomobildə olan çantanın içərsindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 04 mart 2011-ci il tarixli qərarının 28-ci bəndinə əsasən Məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bu protokol məhkəmə tərəfindən CPM 125-ci maddəsinin tələblərinə uyğun qaydada yoxlanıldıqdan sonra mötəbər sübut kimi qəbul edilir. Çünki, Azərbaycan Respublikası CPM-nin 207.4 və 217.1-ci maddələrinin tələblərinə əsasən cinayət işi başlanmazdan şəxsin şübhəli şəxs qismində tutulmasına və şəxsi axtarışının aparılmasına yol verilir, digər tərəfdən isə istər məhkəməyədək icraat zamanı, istər məhkəmə baxışında, Təqsirləndirilən şəxs qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərkətlərə yol verilməsi, habelə ona işgəncə verilməsini, təhdidlər edilməsini, pis rəftara məruz qalmasını təsdiq edən hər-hansı dəlil aşkar edilməmişdir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda onun bütün hüquqları, o cümlədən mütəxəssis və müdafiəçinin iştirakı təmin edilməklə tutulmasına dair protokol tərtib olunduqdan sonra şəxsi axtarışı və baxış həyata keçirilmiş, şəxsi axtarışın və baxışın keçirilməsində hər-hansı qanun pozuntusu müşahidə olunmamışdır. Beləliklə, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən qanunsuz olaraq əldə etdiyi külli miqdarda iki ədəd bükümdə ümumi çəkisi, 3,387 qram olan psixotrop maddə metamfetamini avtomobilində saxlamaqla yaşadığı şəhər ərazisində daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır, eyni zamanda təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri ilə də tam təsdiq edilir. Məhkəmə tərkibi eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxsə istinad edilən əməlin tövsifi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticənin düzgün qiymətləndirilməsi üçün işin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının ona elan olunmuş ittihamın dispozitiv əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsi ilə bağlı ardıcıl və məntiqi təhlil aparılmalıdır. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətlərdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə törədilmədə ifadə olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərinə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin şamil edilməsinə münasibət bildirən məhkəmə tərkibi aşağıdakı dəlillərə görə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olmayaraq həmin maddə ilə tövsif edilmiş, ibtidai istintaq orqanı əməlin hüquqi tövsifində səhvə yol vermişdir. Belə ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda – ümumilikdə iki ədəd olmaq ümumi təmiz çəkisi 3,387 qram olan psixotrop maddə metamfetamin əldə etmə, saxlama və daşıma ittihamı irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə etməyə, saxlamağa və daşımağa görə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edibetməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs saxlandığı andan psixotrop maddəni şəxsi istehlak üçün əldə edildiyini etiraf etmişdir. İbtidai araşdırmanın sonrakı müddəti ərzində də (şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində) təqsirləndirilən şəxs psixotrop maddəni şəxsi istehlak üçün əldə etdiyini bildirməsinə baxmayaraq qeyd olunan ifadənin də Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədildiyini təsdiq etməsi ilə bağlı əsassız qənaətə gəlinmişdir. Bundan başqa, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda psixotrop maddə metamfetamini kiməsə satması, ümumiyyətlə onun həmin maddənin “alqı-satqısı” barədə üçüncü şəxslərlə sövdələşməsi, bu məqsədlə kiminləsə danışıqlar aparması və bu qəbildən sair fəal hərəkətlər etməsi təsdiq edilməmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxsin külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, avtomobilində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Məhkəmə digər məqamı da vurğulamağı zəruri hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən hazırkı cinayət işi təqsirləndirilən şəxs barəsində toplanmış ilkin materiallar əsasında o, CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 25) və şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünü ona CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək, aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi barədə etirafedici ifadə vermişdir. (cild 1, iş vərəqə 57-59, 84-86). İbtidai istintaqın sonrakı gedişində təqsirləndirilən şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dəlalət edə biləcək hər hansı sübut əldə olunmamışdır. Bununla belə, ibtidai istintaqın ilkin mərhələsində əldə edilmiş eyni sübutlara əsaslanmaqla təqsirləndirilən şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddə metamfetaminin çəkisinin külli miqdar təşkil etməsi xüsusatı təqsirləndirilən şəxsin ittiham edildiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən yetərli mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və baxış haqqında protokolları, aşkar edilmiş psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair materialların məhkəmə ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etmə, saxlama və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 8-ci bəndində ifadə olunmuş hüquqi mövqedə göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu qərarda ilk növbədə başqa sübutların və narkotik vasitənin, psixotrop maddənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən külli miqdarda psixotrop maddənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə külli miqdarda psixotrop maddəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun psixotrop maddənin satışı ilə məşğul olması, psixotrop maddənin satışı ilə bağlı üçüncü şəxslərlə danışıq aparması, yazışması, bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitə və psixotop maddələrin satışı ilə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələri və ya psixotrop maddələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, qeyd olunan məqsədlər üçün “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona, eləcə də sonuncunun istifadə etdiyi mobil telefon nömrəsinə dair məlumatlar ələ keçirilmiş, ona məxsus mobil telefon aparatına və müvafiq GSM operatorundan əldə edilmiş mobil telefon nömrəsinə dair məlumatlara baxış keçirilmişdir. Nəticədə isə nə istifadəsində olmuş mobil telefondan, nə də ki, istifadə etdiyi mobil telefon nömrəsi məlumatlarında (ona daxil olmuş, ondan çıxmış sms və digər məlumatlarda) narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə danışıq aparması, yazışması, bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitə və psixotop maddələrin satışı ilə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi ilə bağlı hər hansı bir fakt aşkar edilməmişdir. Bu hal ittiham tərəfinin təqdim etdiyi məhz xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokollarla da öz təsdiqini tapmışdır. Mübahisəsiz olaraq müəyyən edilir ki, mütəmadi olaraq kannabinoidlərin və psixostimulyatorların qəbulundan yaranan asılılıq sindromu olan təqsirləndirilən şəxs şəxsi istifadə üçün psixotrop maddə metamfetamin əldə etmişdir. Belə əməl isə həm də “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqe ilə tam uyğun olmaqla yalnız satış məqsədi olmadan külli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməlidir. Bundan başqa məhkəməyədək icraat zaman toplanmış istintaq materiallarından, o cümlədən “Sübutların qiymətləndirilməsi haqqında” 26 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamin əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittihamın əsasında (arxasında) yalnız sonuncudan aşkar olunmuş ümumilikdə iki ədəd olmaq ümumi təmiz çəkisi 3,387 qram olan psixotrop maddə metamfetaminin külli miqdarda olmaqla, avtomobilində saxlamasından irəli gələn ehtimal və subyektiv mülahizə dayanmışdır. İttiham tərəfi – istintaq orqanı aşkar olunmuş psixotrop maddəyə münasibətdə Təqsirləndirilən şəxs niyyətinin qiymətləndirilməsində hələ cinayət təqibinin əvvəlində irəli sürdüyü ehtimalı və subyektiv mülahizəni CPM-nin 124.1-ci maddəsi baxımından mötəbər dəlillə əsaslandırmaq üçün bir sıra istintaq hərəkətləri (dindirmə) icra etmiş və əməliyyat orqanına yazılı tapşırıq vermişdir. Nə iş üzrə dindirilmiş şəxslərin ifadələri (cild İ şübhəli şəxs – iş v. 57-59; təqsirləndirilən şəxs – iş v. 84-86; Şahid1 – iş v.110-113; Şahid2– iş v. 115-118), nə də ki, əməliyyat tapşırığına alınmış cavab məktubu (xx.xx.2024-cü il tarixli məktub – iş v. 108) ilə Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş psixotrop maddəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Buna baxmayaraq istintaq orqanı dörd ay müddətdə apardığı ibtidai araşdırma dövründə qeyd olunan ehtimalını və subyektiv mülahizəsini hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilmədiyi halda, məhz həmin ehtimal və mülahizə əsasında “Sübutların qiymətləndirilməsi haqqında” 26 oktyabr 2024-cü il tarixli qərarı ilə 03 iyul 2024-cü ildə irəli sürdüyü ittihamı qüvvəsində saxlamışdır. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar olunmuş psixotrop maddə metamfetaminin ümumilikdə iki ədəd olmaq ümumi təmiz çəkisinin 3,387 qram təşkil etməsinə münasibət bildirərək qeyd edir ki, bu hal narkotik vasitələr, psixotrop maddələr qəbul edən və kannabinoidlərin, psixostimulyatorların qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunan Saleh Abbsovun həmin maddəni əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hallar kimi çıxış edə bilməz. Belə ki, təqsirkarın psixotrop maddəni satmaq niyyətində olması müəyyən edilərkən psixotrop maddənin miqdarı ilə yanaşı, yuxarıda qeyd edildiyi kimi istehlakçı ilə əvvəlcədən razlıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 01 iyul 2024-cü ildə aparılan şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs avtomobilindən ümumilikdə iki ədəd metamfetamin və 03 ədəd şüşə boru istisna olmaqla, onun həmin maddənin satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də, narkotik vasitənin və ya psixotrop maddənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Aşkar edilmiş 03 ədəd şüşə borunun içərisində isə psixotrop maddə metamfetamin izlərinin olması da, təqsirləndirilən şəxsin həmz aşkar edilmiş maddəni həmin şüşə borular vasitəsilə istifadə etməsinə dair ifadələrini təsdiq edir. Eləcə də, Təqsirləndirilən şəxs ifadələrində belə ondan aşkar edilmiş psixotrop maddənin ona məxsus olduğunu və həmin maddəni satmaq kimi məqsədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs belə məzmunda ifadələr verməsinə baxmayaraq, ibtidai istintaq orqanı onun dəlillərini nəzərə almamış, həmin dəlilləri digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın əsaslılığını təsdiq edə biləcək heç bir sübutu əldə etməmişdir. Qeyd olunanları, həmçinin Təqsirləndirilən şəxs kannabinoidlər və psixostimulyatorlardan mütəmadi istifadə etməklə narkomaniya xəstəliyinə düçar olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin başqa narkotik vasitə və ya psixotrop maddə “ehtiyatı” olmadığı halda ümumilikdə iki ədəd olmaq ümumi təmiz çəkisi 3,387 qram olan metamfetamin əldə edib, avtomobilində saxlayıb daşımaqda məqsədinin məhz “satış” olması kifayyət qədər ağlabatan və inandırıcı deyil. Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş metamfetamini şəxsi istifadəsi üçün əldə etməsi ilə bağlı bildirdiklərini ittiham tərəfi qəbul etməsə də, CPM-nin 21.3-cü maddəsi baxımından həmin halı təkzib etməli olduğu halda, nə ibtidai araşdırma dövründə, nə də ki, məhkəmə baxışı zamanı qeyd olunan halı təkzib edə bilməmişlər. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində narkomaniya xəstəliyinin aşkar olunmasını, narkotik vasitələrin və psixotrop maddələrin qəbulundan psixi və fiziki asılılığının olmasını, habelə istehlakçı ilə (şərti alıcı ilə) əvvəlcədən razlığının olması və ya buna cəhd etməsi, həmçinin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı üçün zəruri avadanlığa (tərəzi, kağız və ya sellofan kəsiyinə və s.) malik olması hallarının istər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı satış məqsədilə psixotrop maddə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittiham CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar CM-nin 234.1-1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olması, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, özünün İİ dərəcəli əlil və ikitərəfli çox ağır dərəcə neyrosensor tip ağır eşitmə; total karlıq, eyni zamanda lal olması, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsi, ailədə yeganə qazanc gətirən şəxs olması isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını, aşkar edilmiş psixotrop maddənin çəkisini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, yuxarıda qeyd edildiyi kimi özünün ömürlük İİ dərəcəli əlil olub, total karlıq, eyni zamanda lal olması, buna baxmayaraq fərdi əməklə məşğul olub, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, himayəsində böyük bir ailə olmaqla, uşaqlarının azyaşlı olmaları, həmin uşaqların və ailənin maddi təlabatlarını ödəyə biləcək ailədə yeganə şəxs olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ən aşağı həddə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Habelə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs olunmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2cü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, habelə cəzaçəkmə müddətinin əvvəli 13 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 iyul 2024-cü il tarixdən 03 iyul 2024-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməli, həmin müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın təsdiq edilməsi barədə Qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın 3-cü bəndinin (məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər) 3.2-ci maddəsinə əsasən (əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara) məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlillərə tətbiq oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İİ dərəcə əlilliyi olan şəxs olduğu üçün barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,187 qram psixotrop maddə metamfetamin və 03 ədəd şüşə boru məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 31,95 (otuz bir manat, doxan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 01 iyul 2024-cü il tarixdən 03 iyul 2024-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəza müddətinə daxil edilsin, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həmin müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 13 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Lənkəran Şəhər Rayon X11 Saxlama Yerinə göndərilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,187 qram psixotrop maddə metamfetamin və 03 (üç) ədəd şüşə boru məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-31,95 (otuz bir manat, doxan beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-144/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-144/2025
13.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver