Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-145/2024 16.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abışoğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Talışlı Röyalə Mirsaleh qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi, Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1966-cı ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Hacıqabul şəhəri, Z.Tağıyev küçəsi 258 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 7,22 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 10 iyun 2023-cü il tarixdə saat 11 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi, 258 saylı evin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib, üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunun içərsində həmin miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan sonra o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 5,477 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 04 iyul 2023-cü il tarixdə saat 09 radələrində Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsinə həmin narkotik vasitənin 0,112 qramını 10 manat pul müqabilində tanışı Şahid5 satmış, sonuncu həmin gün saat 11 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, M.Əsədov küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs aldığı, bir ədəd bükümdə 0,112 qram narkotik vasitə heroin üzərindən aşkar olunaraq götürülmüş, sonra isə həmin gün saat 13 radələrində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib, üzərində şəxsi axtarış aparılarkən iki ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 3,457 qram və 1,908 qram-ümumi çəkisi 5,365 qram olan narkotik vasitə heroin onun əynindəki şalvarın sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, narkotik vasitədən istifadə edir. Polis işçisi Şahid4 ona özünə məxsus «malı» satmasını təklif etmiş, lakin o, razılaşmamışdır. Polis işçiləri onu birinci dəfə 10 iyun 2023-cü il tarixdə yaşadığı Hacıqabul şəhərində tutduqları zaman üzərində bir «çet», yəni bir dəfə istifadəlik «kokos», yəni heroin olmuşdur. Polis işçi Şahid4 onun cibində olan heroinin yerinə qurudulmuş marixuna qoyaraq sənədləşmə aparmışlar. Həmin vaxt barəsində cinayət işi başlanılmışdır. Şübhəli şəxs kimi tutulsa da, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən buraxılmışdır. 10 iyunda tutulması epizodu üzrə özünü təqsirli bilir. Polis əməkdaşları onu ikinci dəfə 4 iyul 2023-cü il tarixdə qardaşının evində tutmuşlar. Həmin vaxt qaraşının evində özünə norkotik varmaqla məşğul olmuşdur. Ona polislər demişlər ki, gedək evində olan narkotiki ver. O, polis işçiləri ilə birlikdə evinə gedərək evindən iki ədəd bükümdə narkotik vasitələri polis işçilərinə təqdim etmişdir. Lakin öz üzərində hər hansı narkotik vasitə olmamışdır. Polis işçiləri onun üzərinə narkotik vasitə qoymuşlar. Onu xəstə qardaşı ilə təhdid etmişlər. Yəni qardaşını da tutmaqla hədəlmişlər. Ona görə də məcbur olub narkotikin özünə məxsus olmasını etiraf etmişdir. Hacıqabul rayonu Pirsaat kəndində yaşayan Şahid5 tanıyır, onunla münasibətləri yaxşı olmuşdur. 4 iyul 2023-cü il tarixdə Şahid5lə Hacıqabul şəhərində görüşmüşlər. Həmin vaxt üzərində 3 bükümdə heroin olmuşdur. Heroinin bir bükümünü pay kimi, pulsuz olaraq Gülqardaşa vermişdir. İki bükümdə heroin isə özündə qalmışdır. Polis işçiləri onu CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə verəcəklərini vəd etmişlər. Ona görə də 5 qram narkotik vasitə heroinin özünə məxsusluğu barədə ifadə vermişdir. Onun evində də iki istifadəlik heroin olmuşdur. Onda faktiki olaraq 0,2 qram narkotik vasitə heroin olmuşdur. Ancaq 5 qram heroini boynuna qoymuşlar. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, ona elan olunan ittiham üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. 10 iyun 2023-cü il tarixdə saat 10 radələrində yaşadığı Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi 258 №-li evdən çıxıb piyada gedən zaman yerdə bir ədəd kibrit qutusunu görmüş, kibrit qutusunu yerdən götürüb açıb içrəsinə baxarkən kibrit qutusunun içərsində preslənmiş vəziyyətdə, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləni tapmış, qəbul etmək məqsədi ilə əynində olan şalvarının sağ cibinə qoymuşdur. Həmin gün saat 10:30 radalərində yaşadığı Hacıqabul şəhəri,H.Z.Tağıyev küçəsi,258 №-li evin yaxınlığında polis əməkdaşlarını görmüş və üzərində narkotik vasitə olduğuna görə özünü narahat hiss etmişdir. Polis əməkdaşları onu saxlayaraq, üzərində narkotik vasitə saxlamaqda şübhəli olmasını bildirmiş və onu polis şöbəsinə aparmışlar. Orada müdafiəçinin iştirakı ilə və videoçəklişlə üzərində şəxsi axtarış keçirilərkən, əynində olan alvarının sağ yan cibində saxladığı bir ədəd kibrit qutusunun içərsində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləni təqdim etmişdir. Həmin maddə qablaşdırılaraq götürülmüşdür. Bundan başqa 03 iyul 2023-cü il tarixdə saat 18 radələrində Hacıqabul şəhərində dəmiryol xəttinin yaxınılığında 1 ədəd kağız bükülünü görmüş, götürüb baxdıqda orada 5 ədəd kağız bükümlərdə narkotik vasitə heroin olduğunu görüb, qəbul etmək məqsədi ilə özündə saxlamışdır. Həmin günü 1 ədəd kağız bükümdə olan karkotik vasitə heroini qəbul etmişdir. Qalan 4 ədəd kağız bükümdə olan narkotik vasitə heroinləri əynində olan qara rəngli şalvarının qabaq sağ cibinə qoymuşdur. 04 iyul 2023-cü il tarixdə saat 08:30 radələrində Hacıqabul rayonu Pirsaat qəsəbə sakini Şahid5 istifadə etdiyi ***-***-**-** saylı nömrə ilə onun istifadə etdiyi 055.725-84-02 saylı nömrəsinə zəng edib 10 manat pulu olduğunu, 10 manat pul müqabilində ona 2 büküm narkotik vasitə heroin tapmasını demişdir. Gülqardaşa narkotik vasitə heroin olmasını, gəlib aparmasını bildirmişdir. Həmin günü saat 09:30 radələrində yaşdığı evin yaxınlığında 10 manat pul müqabilində 2 kağız bükümlərində narkotik vasitə heroini Gülqardaşa satmışdır. Heroinin qalan hissəsi isə üzərində olmuşdur. 04 iyul 2023cü il tarixdə saat 12:50 radələrində Hacıqabul şəhri, H.Z.Tağıyev küçəsində yaşadığı evin yaxınlığında polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə dəvət olunmuş, müdafiəçinin iştirakı ilə və videoçəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilərkən o, əynindəki qara rəngli şalvarının sağ cibində saxladığı 2 ədəd kağız bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sorğu zamanı polis əməkdaşlarına 2 ədəd kağız bükümündə narkotik vasitə heroinin Şahid5 10 pul müqabilində satdığını səmimi etiarf etmişdlir. Təqsirləndirilən şəxs cinayət əməlləri özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən, Hacıqabul Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, Şahid4 göstərdi ki, 10 iyun 2023-cü il tarixdə Hacıqabul rayon sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə onu həmin günü saat 10:30 radələrində Hacıqabul şəhərində saxlamaqla şəhər polis şöbəsinə dəvət etmişlər. Müdafiəçinin iştirakı ilə və videoçəklişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya başqa qanunsuz əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibində saxladığı bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Qutunun içərisinə baxıldıqda narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Həmin gütlə qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. O, Təqsirləndirilən şəxs onun “malını” satmasını deməmişdir. Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdə saxlanılan zaman özü şalvar cibində olan marixuananı təqdim etmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs üzərinə marixuana qoymamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Hacıqabul Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 iyul 2023-cü il tarixdə Hacıqabul rayon sakini Şahid5 üzərində narkotik vasitə olması barədə əməliyyat əməliyyatı almışdır. Şahid5 ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməklə onu həmin gün saat 10:30 radələrində Hacıqabul şəhəri, M.Əsədov küçəsinə saxlamaqla polis şöbəsinə dəvət etmişlər. Müdafiəçinin iştirakı ilə videoçəklişdən istifadə edilməklə Şahid5 üzərində şəxsi axtarış aparılmamışdan əvvəl ona üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin varsa, təqdim etməsi təklif olunmuşdur. Şahid5 əynindəki şalvarının qabaq sağ cibindən 1 ədəd kağız bükümü çıxarıb təqdim etmiş, bükümün içərsində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 04 iyul 2023-cü il tarixdə Hacıqabul şəhəri, Z.Tağıyev küçəsində 1 bükümü 5 manat olmaqla 2 bükümdə 10 manat pul müqabilində tanışı Hacıqabul şəhər sakini Adil adlı şəxsdən aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə heroin qablaşdırılıb götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən polis əməkdaşı Şahid2 da Şahid1lə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 göstərdi ki, təxminən 5 ildir narkotik vasitə qəbul edir. Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs tanıyır, onunla hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. X6 narkotik vasitə qəbul etməsini bilmişdir. 04 iyul 2023-cü il tarixdə narkotik vasitə lazım olduğuna görə saat 08:30 radələrində istifadəsində olan 055.447-01-83 saylı nömrəli telefonu ilə Adilin istifadəsində olan 055.725-84-02 saylı nömrəsinə zəng edib 10 manat pul müqabilində narkotik vasitə heroin lazım olmasını demişdir. Adil də etiraz etməyib onun yaşadığı evin küçəsinə gəlməsini və verəcəyi narkotik vasitənin müqabilində ona iki paçka siqaret almasını demişdir. Həmin günü saat 09:30 radələrində Adilin yaşadığı evə yaxınalşmış, küçədə Adil ona 2 bükümdə narkotik vasitə olan heroin vermişdir. Lakin ona siqaret alıb aparmadığından iki paçka siqaretin pulu olaraq Adilə 10 manat pul vermişdir. Adildən aralaşdıqdan sonra aldığı narkotik vasitə olan heroinin 1 bükümünü qəbul etmiş, ikinci bükümdə olan narkotik vasitə heroini isə əynində olan şalvarın qabaq sağ cibinə qoyub yoluna davam etmişdir. Həmin günü, yəni 04 iyul 2023-cü il tarixdə saat 10:30 radələrində Hacıqabul şəhəri, M.Əsədov küçəsində olan zaman Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Rayon polis şöbəsinə aparılmış, müdafiəçinin iştirakı ilə videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl ona üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa, təqdim etməsi təklif olunmuşdur. O, əynindəki şalvarının qabaq sağ cibində gizlətdiyi 1 ədəd kağız bükümün içərsində narkotik vasitə heroini çıxarıb təqdim etmiş və həmin narkotik vasitəni 04 iyul 2023-cü il tarixdə Hacıqabul şəhəri, Z.Tağıyev küçəsində 1 bükümü 5 manat olmaqla 2 büküm narkotik vasitə heroini 10 manat pul müqabilində tanışı Adildən aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə heroin bir ədəd poçt zərfinə qoyularaq qablaşdırılmış bu barədə tərtib edilmiş protokola imza etmişdir. 10 iyun 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan və protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən o, cibindən bir ədəd kibrit qutusu təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Kibrit qutusu açıldıqda içərisində qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş qurudulmuş marixuananı Hacıqabul şəhəri, Z.Tağıyev küçəsində yolun kənarından tapdığını və öz istifadfəsi üçün üzərində saxladığını bildirmişdir. Materialların məhkəmə ekspertizasının 10 iyun 2023-cü il tarixli, 18/616 saylı rəyimndə göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,22 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vastə qurudulmuş marixuanadır. 04 iyul 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan və protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, Şahid5 üzərində şəxsi axtarış aparılarkən o üzərində olan bir ədəd bükümü təqdim edərək bükümdə narkotik vasitə heroin olduğunu, həmin maddəni 04 iyul 2023-cü il tarixdə Hacıqabul şəhəri Z.Tağıyev küçəsində 10 manat pul muqabilində Adil adlı şəxsdən aldığını bildirmişdir. 04 iyul 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan və protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən o cibindən iki ədəd kağız bükümü təqdim edərək bükümlərdə narkotik vasitə heroin olduğunu, həmin maddəni 03 iyul 2023-cü il tarixdə Hacıqabul rayonunda dəmir yol xəttinin kənarından tapdığını, 04 iyul 2023-cü il tarixdə X3 2 ədəd kağız bükümdə heroini 10 manat pul müqabilində satdığını bildirmişdir. Materialların məhkəmə ekspertizasının 4 iyul 2023-cü il tarixli, 18/693 saylı rəyində göstərilmişdir ki, Şahid5 üzərindən aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 0,112 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,457 və 1,908 qram, ümumi çəkisi 5,365 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Şahid5 və Təqsirləndirilən şəxs üzərlərindən aşkar olunmuş heroinlər xarici əlamətlərinə və kimyavi tərkiblərinə görə eynidirlər. Məhkəmə-tibb ekspertinin xx.xx.2023-cü il tarixli, 205 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin gün müayinə edilərkən onun bədəni üzərində sağ daban sümüyünün sınığı xəsarəti aşkar edilmişdir. Həmin xəsarət küt əşyanın təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti 1-2 gün əvvələ uyğundur, sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərər vurmaya aiddir. Rəydən görünür ki, Təqsirləndirilən şəxs həmin xəsarəti 4 iyul 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən tutulmasından əvvəl yıxılaraq almasını göstərmişdir. Təqsirləndirilən şəxs tutulmazdan əvvəl hasardan yıxılıb sağ ayağından xəsarət alması ilə əlaqədar olaraq Hacıqabul Rayon Prokurorluğu tərəfindən araşdırma aparılmış və cinayət hadisəsi müəyyən edilmədiyindən prokurorluğun15 iyul 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 25 iyun 2023-cü il tarixli, 4083 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görünür. X1 Təqsirləndirilən şəxs əldə etdiyi 0,112 qram heroin cinayət məsuliyyəti yaratmadığından ibtidai istintaq zamanı müstəntiqin 21 avqust 2023-cü il tarixli qərarı ilə Şahid5 barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Hacıqabul Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 11.10. 2023-cü il tarixli qərarı ilə Gülqardaş Zalıyev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməklə 20 gün müddətə inzibati həbs olunmuşdur. Lakin ondan götürülmüş, ekspertiza tədqiqatından sonra qalmış, iş üzrə maddi sübut kimi tanınmaqla Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 0,062 qram narkotik vasitə heroinlə bağlı qərar qəbul olunmamışdır. Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışıdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji xəstəliklə bağlı qeydiyyatdadır, ruhi-əsəb xəstəliyi ilə qeydiyyatda deyildir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 14 saylı Cəzaçəkmə Müəssisəsindən daxil olmuş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində «8 noyabr zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü hissəsi tədbiq edilməklə 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 10 ay 28 gün azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılmış və xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Ailə tərkibi haqqında 23 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, xx.xx.1995 və xx.xx.1994-cü ildə doğulmuş uşaqları vardır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. Təqsirləndirilən şəxs birinci iş üzrə 10 iyun 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, ona 12 iyun 2023-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. İkinci iş üzrə 04 iyul 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, ona 05 iyul 2023-cü il tarixdə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmaqla barəsində Hacıqabul Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün 7,22 qram çəkidə, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vastə olan qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşıması, 10 iyun 2023cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmaqla həmin narkotik vasitənin üzərində aşkar olunması, bununla əlaqədar olaraq barəsində cinayət işi başlanılaraq ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib, azadlıqda olduğu müddətdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən 5,477 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşıması, 04 iyul 2023-cü il tarixdə saat 09 radələrində 10 manat pulun qarşılığında həmin narkotik vasitənin 0,112 qram çəkidə olan hissəsini tanışı Şahid5 satması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs Polis işçisi Şahid4 ona özünə məxsus «malı» satmasını təklif etməsi, lakin onunla razılaşmaması, bundan sonra 10 iyun 2023-cü il tarixdə polis işçiləri tərəfindən tutularkən üzərində faktiki olaraq bir «çet», yəni bir dəfə istifadəlik «kokos», yəni heroin olması, polis işçi Şahid4 onun cibində olan heroinin yerinə qurudulmuş marixuna qoyması, 4 iyul 2023-cü il tarixdə ikinci dəfə tutulduğu zaman polis işçiləri ilə birlikdə evinə gedərək evindən iki ədəd bükümdə narkotik vasitələri polis işçilərinə təqdim etməsi, lakin üzərində hər hansı narkotik vasitənin olmaması, polis işçilərinin onun üzərinə narkotik vasitə qoymaları, onu xəstə qardaşı ilə təhdid etmələri, bu səbəbdən də məcbur olub narkotikin özünə məxsus olmasını etiraf etməsi, 4 iyul 2023-cü il tarixdə tanışı Şahid5 bir bükümdə heroini pay kimi, pulsuz olaraq verməsi, pul müqabilində satmaması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə onun ibtidai istintaqda verdiyi ifadəsini işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CMnin 234.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi, əməlində cinayətlərin residivinin olmasını isə CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti cəza müəyyən edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun 2023-cü il iyun ayının 10-dan 12-dək həbsdə saxlanıldığı 2 (iki) gün bir günə bir gün hesabı ilə azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalı, CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 04 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə alır. Yəni residivə görə cəzanın müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddə cəza növünün son həddinin yarısından az ola bilməz. Belə ki, ona CM-nin 234.1-ci maddəsi ilə təyin edilən cəzanın müddəti 01 il 06 aydan, 234.4.3-cü maddəsi ilə isə 06 ildən az ola bilməz. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 7,20 qram narkotik vasitə qurudulmuş marixuana, 5,265 qram və 0,062 qram çəkilərdə narkotik vasitə heroin məhv edilməli, 03 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 81 manat 69 qəpik (səksən bir manat altımış doqquz qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.3cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 63.9-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə 10 iyun 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün təyin edilməş cəza müddətinə hesablanmaqla çıxılsın və onun üzərində 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04 iyul 2023-cü il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 7,20 qram narkotik vasitə qurudulmuş marixuana, 5,265 qram və 0,062 qram çəkilərdə narkotik vasitə heroin məhv edilsin, 03 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 81 (səksən bir) manat 69 (altmış doqquz) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-145/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-145/2024
16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver