Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-145/2025 07.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1975-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Lənkəran rayonu Liman şəhəri S.Vurğun küçəsi ev 23-də qeydiyyatda olmaqla tutulanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayının əvvəlində digər şəxs və qeyriləri ilə satış məqsədi ilə xüsusilə külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satışından qazanc əldə etmələri ilə bağlı əvvəlcədən razılığa gəlib sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişdir. Bu məqsədlə əldə edilmiş razılığa və ümumi niyyətə uyğun olaraq qrup üzvü olan digər şəxslərin satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri 03 (üç) ədəd bağlamada, eyni tərkibli, ayrıayrılıqda təmiz çəkiləri 5650,0 qram, 5720,0 qram, 5275,0 qram olmaqla ümumi təmiz çəkisi 16645,0 qram olub külli miqdar təşkil edən, bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd bağlamada, təmiz çəkisi 1065,0 qram olub xüsusilə külli miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini 09 avqust 2024-cü il tarixdə Lənkəran rayonu Göyşaban kəndi ərazisində, avtomobil yolunun kənarında olan kolluq ərazidə gizlətdikdən sonra, qrup üzvündən həmin narkotik vasitənin gizlədildiyi yer barədə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə ona göndərilən fotoşəkillər əsasında məlumat almışdır. Əvvəlcədən razılaşdıqları kimi qeyd olunan tarixdə saat 14 radələrində narkotik vasitənin gizlədildiyi, Lənkəran rayonu Göyşaban kəndindəki ona məlum olan həmin əraziyə gedərək qeyd olunan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və xüsusilə külli miqdarda narkotik vasitə heroini götürərək onları satış məqsədi ilə qanunsuz olaraq əldə edib əlində tutmaqla saxlayaraq yolun kənarı ilə yaşadığı Lənkəran rayonu Liman şəhərindəki evi istiqamətində piyada daşıyarkən bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Liman polis bölməsinin əməkdaşlarının həmin gün saat 14:50 dəqiqədə Lənkəran rayonu Göyşaban kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı saxlanılmışdır. Saxlanıldığı yerdə üstü yoxlanılarkən əlində tutduğu narıncı rəngli torbadan 03 (üç) ədəd bağlamada, eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 5650,0 qram, 5720,0 qram, 5275,0 qram olmaqla ümumi təmiz çəkisi 16645,0 qram olub külli miqdar təşkil edən, bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qara sellofana və 01 (bir) ədəd bağlamada, təmiz çəkisi 1065,0 qram olub xüsusilə külli miqdar təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin qəhvəyi sellofana bükülmüş halda aşkar edilib qablaşdırılaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə nə vaxt olub yadında deyil. Birinci dəfə onu polislər götürüb şöbəyə gətirmiş, ona 234.1-1-ci maddə ilə üzərinə 2,5 qram metamfetamin qoyub çəkiliş edib sənədləşdirmişlər. Sonra isə onu prokurorun yanına aparmışlar. Prokuror həmin vaxt gözünün altında göy görmüş, xəsarətləri olduğunu bilib, həmin ərəfədə işinə xitam vermişlər və onu buraxmışlar. Bu hadisənin üstündən beş-on gün keçmiş, ona iran nömrəsindən zəng gəlmişdir. Həmin nömrəni tanımamış, iranla ünsiyyəti olmamışdır. Əvvəlcə yazmış salam, o da yazmış salam. Sonra isə demişdir ki, “səni yaxşı tanıyıram sənə lazım olan şeylər məndə var”. Özü isə mal eliyən olduğundan meyilli olmuşdur. Sonra demişdir ki, “məndə narkotik var”. Özü isə demişdir ki, “lazım deyil”. Ona həmin narkotiki ata biləcəyini, onun isə götürəcəyini demişdir. Bu zaman iranlıya pulunun olmadığını demiş, o isə elə belə atacağını bildirmişdir. Üstündən üç gün keçdikdən sonra ona konum atmış, ağır cinayətlərin yanında zibilxananı. Lakin ora getməmiş, iranlıya yalandan ora gedib tapmadığını demişdir. Bundan iki gün sonra isə demişdir ki, “sən hara deyirsən ora atım”. Bu zaman ona narkotiki port ərazisinə atmasını demişdir. Səhərisi isə ona konum gəlmiş, açıb baxmışdır ki, port ərazisidir, tanıdığı yerdir. Səhər evdən çıxıb həmin yerə getmişdir. Polislər onu orada çəkiliş etmədən tutub, şöbəyə aparmışlar. Bundan sonra isə çəkilişlə həmin yerə gətirmişlər. Orada görmüş ki, həmin yerdə əvvəl gördüyü yox başqa şey qoyulub. Onlara bunun bir saat bundan qabaq gördüyü şey olmadığını demişdir. Onlar isə demişdir ki, “sənin üçün fərqi nədir”. Özü də demişdir ki, “düzdür mənim üçün fərqi nədir”. Bundan sonra çəkiliş olmuşdur. Özü həmin narkotiki götürüb getmiş, polislər isə ordan burdan gəlib onu saxlayıb, şöbəyə aparmışlar. Cəlal adlı şəxsi tanımır, evdən çıxıb ona atılmış konuma-Liman ərazisinə getmişdir ki, narkotiki götürsün. Konum əsas yolun üstün göstərmişdir. Lakin o, öz istifadəsi üçün narkotik götürməyə getmiş, aşkar edilmiş qədər yox. Ona iki-üç qram heroin göndərilməli imiş. Əlavə isə heçnə deyilməmişdir. Həmin yerə avtobusla gedib düşmüş, orada qoyulmuş bağlamanı əlini atıb götürmüş, biraz qabağa gedib ki, içərisinə baxsın nələr var, həmin an isə tutulmuşdur. Götürdüyü bağlama yekə bir meşok olmuşdur. Lakin polislər onu saxlayandan sonra meşok qarışıq şöbəyə aparmışlar, sonra yenidən hadisə yerinə gətirib çəkiliş etmişlər, baxmış ki, hadisə yerindəki bağlama götürdüyü bağlama deyil, özü də polislərə bunu bildirmiş, demişlər ki, “nə fərqi var”. Özündə isə çatışmamazlıq olduğundan həmin bağlamanı üstünə götürmüşdür. Ona qarşı heç bir təsir və təzyiq edilməmişdir. Özü təxminən yeddi-səkkiz kqlıq meşok götürmüş, lakin ikinci dəfə hadisə yerinə gətiriləndə oradakı meşok daha ağır olmuşdur. Birinci dəfə əlinə götürdüyü meşok isə eyni ikinci dəfə ora qoyulmuş meşok rəngində olmuşdur. Himayəsində uşağı, anası var, özü narkotik istifadəçisidir, satışı ilə heç vaxt məşğul olmamışdır, barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən, 5 gün bundan əvvəl istifadəsində olan ***-***-**-** saylı telefonun vatsap hesabına tanımadığı nömrədən ismarıc gəlmişdir. İsmarıc yazan nömrə İİR nömrəsi imiş. Yazan şəxs özünü Cəlal kimi təqdim etmişdir. O, nömrəni Saleh adlı şəxsdən aldığını, onu yaxşı tanıdığını bildirmiş, o isə elə bir adam tanımadığını demişdir. Həmin şəxsə zəng etmişdir. Danışmağa başlamışlar. Həmin şəxs onun narkotik vasitə aludəçisi olduğunu bildiyini demiş və ona istədiyi narkotik vasitədən təşkil edə biləcəyini qeyd etmişdir. O, əvvəlcə qorxmuş, razılıq verməmişdir. Lakin onlar hər gün mesajlaşırmışlar. Hətta görüntülü də danışırmışlar. Həmin şəxs İİR Parsabad adlı vilayətindən, yumrusifət bir şəxs imiş. Özü həmin yerdə mağaza işlədirmiş. 08 avqust 2024-cü il tarixdə, axşam saatlarında Cəlal ona zəng etmişdir. Həmin şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı Lənkəran rayonu Göyşaban kəndində yerləşən zibilxanaya qoydurduğunu demiş və onun gedib oradan götürüb saxlamağını istəmişdir. Lakin o, gecə olduğu üçün qorxmuş, getməmiş, həmin şəxs də getməyəcəyini bildirmişdir. Həmin axşam Cəlala narkotik vasitəni oraya qoyan şəxsin ismarıcını ona göndərmişdir. Həmin ismarıcda yazılmışdır ki, sabah yenidən başqa yerə narkotik vasitə qoyacaq, əgər götürməsə, onunla əlaqəni kəsəcəklər. O da sabah götürəcəyini demişdir. 09 avqust 2024cü il tarixdə, saat 14 radələrində Cəlal ona ismarıc yazmışdır. Cəlal külli miqdarda narkotik vasitə marixuana və heroin olan bağlamanı Lənkəran rayonu Göyşaban kəndində yolun kənarında qoydurduğunu bildirmişdir. Sonra isə ona narkotik vasitə olan torbanın qoyulduğu yerin şəkillərini atmış, torbanın şəkli, qırmızı, balaca tikilinin şəkillərini göndərmişdir. Həmçinin həmin narkotik vasitəni oraya qoyan adamın mesajlarını da ona atmışdır. Ona demişdir ki, həmin bağlamanı götürüb özündə saxlasın, dediyi vaxtda dediyi yerdə qoysa, onun göndərəcəyi karta istədiyi qədər pul köçürəcək, lakin pulun nə qədər olacağı ilə bağlı hər hansı bir danışıq aparmamışdır. O da razılaşmışdır. 09 avqust 2024cü il tarixdə, saat 14 radələrində həmin şəxs ona bağlamanı qoydurduğu yerin koordinatlarını vatsap vasitəsilə atmışdır. O da həmin şəxsin dediyi ünvana getmiş və orada bir ədəd böyük torba olduğunu görmüşdür. Ətrafda başqa adamların olmadığına əmin olduqdan sonra torbanı götürmüş, ağır olduğu üçün sürüyərək aparmağa başlamışdır. Torbanı tapdığı yerdən, təxminən, 10 metr uzaqlaşmışdır ki, bir neçə şəxsin qaçaraq ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslərdən biri onu kamera ilə çəkirmiş. Həmin şəxslərdən biri ona suallar verməyə başlamışdır. Kim olduğunu, harada yaşadığını, bağlamada nə olduğunu, haradan əldə etdiyini soruşmuşdur. Sonra isə onun icazəsi ilə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Ona məxsus olan “Samsung” markalı mobil telefon götürülmüş, pul və siqaret qutusu isə özünə qaytarılmışdır. Sonra isə onun götürdüyü torba açılmışdı. Torbada üç ədəd, içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlama və bir ədəd, içərisində narkotik vasitə heroin olan büküm olmuşdur. Həmin bağlamaların hamısı açılmış, içərisində nə olduğuna baxmışlar, həmçinin ondan da soruşmuşlar. O da İİR vətəndaşından əldə etdiyini demişdir. Sonra isə həmin bağlamalar elektron tərəzidə çəkilmiş, sonra isə həmin bağlamalar yenidən torbanın içərisinə qoyulmuş, torba möhürlənmiş, qablaşdırılmış, çəkiliş yekunlaşmışdır. Oradan çıxıb Liman polis bölməsinin inzibati binasına getmişlər. Müdafiəçinin iştirakı videoçəkiliş müşayiəti ilə Mahir adlı polis əməkdaşı onu dindirməyə başlamışdır. Mahir ona suallar verir, o da cavablandırırmış. Sonra isə çəkiliş yekunlaşmışdır. Həmin bağlamaları Cəlal adlı şəxsin dediyi vaxtda dediyi məkanda qoyub pul əldə etmək istəmiş və o məqsədlə əldə etmişdir. İndiyə qədər narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, amma bu dəfə isə o məqsədlə əldə etmiş, lakin polis əməkdaşları tərəfindən saxlanılmışdır. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs elan olunmuş ifadələri təsdiq etmədiyini, həmin sözləri ona necə deyiblərsə, elə də danışdığını, ifadələrini oxumadan imza etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Lənkəran ŞRPŞ Liman polis bölməsinin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələri qəbulu, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə məlumatlar şəxsən özünə daxil olmuşdur. Bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatlarının realizə edilməsi üçün 09 avqust 2024-cü il tarixdə, saat 14:00-15:00 arasında nəqliyyat vasitəsilə Lənkəran rayonu Göyşaban kəndinə getmişlər. Əməliyyat tədbiri vidoegörüntüyə alınırmış. Həmin kənddə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs yolun sağ ehtiyat hissəsində əlində böyük bir bağlama ilə hərəkətdə olan zaman aşkar etmişlər. Maşını saxlayıb cəld şəkildə ona yaxınlaşmışlar. Özlərini təqdim edib, yaxınlaşmaqlarının səbəbini izah etmişlər. Elşəndən əlində olan bağlamada nə olduğunu soruşmuşdur. Sonuncu da həmin narıncı rəngli bağlamanın içərisindən 3 ədəd bağlamada narkotik vasitə marixuanayabənzər kütlə və 1 ədəd bağlamada narkotik vasitə heroinəbənzər kütlə, arxa cibindən isə bir ədəd “Samsung” markalı mobil telefon çıxarıb təqdim etmişdir. Təqdim edilmiş narkotik vasitəyə bənzər kütlələr tərəzidə çəkilərək, ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs həmin narkotikləri 3-4 gün bundan əvvəl tanımadığı İİR vətəndaşından əldə etiyini, telefonunda da yazışmaların qaldığını, Bakıya göndərəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlayıb əvvəlcə polis bölməsinə aparıb daha sonra hadisə yerinə gətirməmişlər, bu barədə onun bildirdikləri yalandır. Ona qarşı heç bir təsir təzyiq tərəflərindən edilməmişdir. Təqsirləndirilən şəxs çiynində bağlama hərəkətdə olarkən saxlamışlar, bütün proses isə videoçəkilişlə qeydə alınmışdır. Məhkəmə iclasında şahidlər Şahid3, Şahid6, Şahid7 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin Liman PB-nın rəisi Şahid1 xx.xx.2024cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 5-6) İş materiallarında olan «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2024-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Lənkəran ŞRPŞ-nin Liman PB-nın rəisi Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 4-5) İş materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan və video-çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14:50 radələrində tərəflərindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Lənkəran rayonun Göyşaban kəndi ərazisində tək piyada hərəkət etdiyi zaman saxlanıldı. Təqsirləndirilən şəxs əlində olan kisə, içərisində üç bağlama narkotik vasitə marixuanaya bənzər kütlə və bir bağlama narkotik vasitə olan heroinə bənzər kütləni və Samsung markalı mobil telefonu çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs deməsinə görə ondan aşkar olunmuş üç bağlama narkotik vasitə marixuanaya bənzər kütlə və bir bağlama narkotik vasitə olan heroinə bənzər kütləni üçdörd gün bundan əvvəl tanımadığı İİR vətəndaşı ilə whatsapp vasitəsilə danışdığını və burdan götürdüyünü bildirmişdir. (c İ, i.v 11-13) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:20-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 32) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X2 Bölməsinin 10 avqust 2024-cü il tarixli 19/604 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Lənkəran şəhəri, Liman şəhəri S.Vurğun küçəsi, ev 23 sakini Təqsirləndirilən şəxs üzərində, əlindəki torbadan aşkar edilmiş bir ədəd bükümdə heroinəbənzər kütlə və üç ədəd bükümlərdə marixuanaya bənzər kütlə.....” sözlər və imzalar olan 1 (bir) ədəd bükülüdə, təmiz çəkisi 1065,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 03 (üç) ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 5650,0 qram, 5720,0 qram, 5275,0 qram olmaqla ümumi təmiz çəkisi 16645,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroinin təmiz çəkisi 1065,0 qram, cəmi təhqiqata sərf edildi 0,1 qram, qalıq 1064,9 qram, marixuananın ümumi təmiz çəkisi 16645,0 qram, cəmi təhqiqata sərf edildi 0,3 qram (hər ob-0,1qr), qalıq 16644,7 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 120 (bir yüz iyirmi) manatdır. (c 1, i.v 56-59) İş materiallarında olan 10 avqust 2024-cü il tarixli mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus olan ***-***-**-** saylı nömrə ilə İİR vətəndaşı, istintaqa adı Cəlal adı ilə məlum olan şəxsə məxsus +98-***-***-**-** nömrə ilə sonuncunun yazışmaları aşkar edilmiş, yazışmaların məzmunu qeyd edilərkən Təqsirləndirilən şəxs A, İİR vətəndaşı kimi qeyd etdiyi şəxs isə B kimi qeyd edilmişdir. Həmin yazışmaların və səsli ismarıcların məzmunu aşağıdakı kimidir: - B (xx.xx.2024, 23:38) – Sabah qoyduracağam Liman ərazisinə, yenə belə sözlər deyəcək? - A (xx.xx.2024, 23:42) – İnşallah biz, siz istədiyimiz kimi olar hər şey Allahın izni ilə. - A (səsli ismarıc) (xx.xx.2024, 23:44) – Yaxşı, baba, yaxşı, gecən xeyrə qalsın, inan Allaha çox yorğunam, Allah and olsun. Heç zad, vatsapdayam, qızla yazışıram, qızım yanımdadır, bir də bacımla söhbət edirəm. Birazdan mən də dincələcəyəm. Gecən xeyrə qalsın, sən də o işləri həll elə. Səhər, inşəallah, sübhdən olar, nə bilim günorta olar, nə bilim axşamtərəfi olar, yoluna qoyarıq onu. - B (səsli ismarıc) (xx.xx.2024, 23:46) – Xeyir qabağına çıxsın, Allah sənin köməyin olsun. Vallah bu yazıda bilmirəm sən nə yazırsan, o nə yazır, başa düşmürəm onu. - B (xx.xx.2024, 23:56) – X6 and olsun aparıb qoyacağam, əgər onu da bəhanə eləsə, Allah şahiddir ki, gedib o sumkanı oradan götürüb heç bir yerə ünvan, konum etməyəcəyəm, deyim xəbərin olsun. - A (səsli ismarıc) (xx.xx.2024, 00:17) – Tamam, baba, tamam, bildim, başadüşdüm. Yaxşı qardaşım, yaxşı. Sən də apar uşaqları gəzdir bir az, gecən xeyrə qalsın. Səhər inşallah danışarıq, davay, yaxşı, gecən xeyrə. - B (səsli ismarıc) (xx.xx.2024, 00:19) - Bura nə mənə yazıb? Onu mənə başa sal görüm. - A (səsli ismarıc) (xx.xx.2024, 08:02) – Salam qaqa, sabahın xeyir. - B (səsli ismarıc) (xx.xx.2024, 08:10) – Salam, mənim gözəl qardaşım, nə təhərsən, nə edirsən, nə kefdəsən. Qadan alım? - A (xx.xx.2024, 08:12) – Salam, salam, sabahın xeyir olsun, nə edirsən, necəsən, kefin, əhvalın? - A (səsli ismarıc) (xx.xx.2024, 08:14) – Gör nə deyirəm, sabahın xeyir olsun. Yazıb ki, sabah siz istəyən yerə, yəni siz istəyən kimi qoyacağam da. Yəni həminki kimi olmayacaq ki? Dünənki kimi olmayacaq ki? Deməyəcəksən ki, getmirəm? Nə bilim, belə filan da. Belə yazıb ora. - B (səsli ismarıc) (xx.xx.2024, 10:53) – Sənin qadanı alım, Allah köməyin olsun, Allah balanı saxlasın. Nə edirsən, yatmışdın? Vallah, mənə yuxu yoxdur ki, sübh saat 7dən oyağam. Bax qaçıram o yana, bu yana. Bəxtəvər başınıza, yata bilirsiniz. - B (səsli ismarıc) (xx.xx.2024, 11:02) – Yox, yox yox. Orada belə bir şeyimiz yoxdur, sən nə deyirsən, o olacaq. Bax sənə nə yazıb, sən ona nə yazıbsan, o cür olacaq. Mən sizin yazınızı oxuya bilmirəm ki. - A (səsli ismarıc) (xx.xx.2024, 11:05) – Salam, sənin də hər vaxtın xeyir olsun. Allah sənin də balalarını saxlasın. O gözəl balalarını xoşbəxt eləsin. Sən dünən onun yazdığını mənə atmırdın? Mən də oxuyurdum, ona cavab verirdim də. Yazmışdı ki, haçandan anbar kuryeri öz istədiyini edir? Bir də ki, səhər, inşallah, deyir götürüb sən deyən əraziyə atacağam, qoyacağam, yəni yenə də həminki kimi olmasın da, belə. Mən də yazdım ki, əgər belədirsə, dediyin kimidirsə, problem yoxdur, qalanı mənlikdir. Belə yazdım, göndərdin də sən də ona. Nə edirsən, necəsən, nə var, nə yox? - B (səsli ismarıc) (xx.xx.2024, 11:08) – Nə edək, qadanı alım sənin, nə edək, başına dolanım. Oldu, qadan alım, sağol. - A (səsli ismarıc) (xx.xx.2024, 11:22) - Gör nə deyirəm, bir xəbər-ətər öyrən, yaxşı? Heç nə, sən də dincəl biraz. Nə bilim, hara gedirsən, işlərini gör. Yenə də “svyaza” çıxarıq, inşallah. - B (səsli ismarıc) (xx.xx.2024, 11:22) - Mənim heç işim yoxdur, elə güdürəm ki, bu qardaş yuxudan dursun. Zəng vurmuşdum, dedi əl-üzümü yuyuram, çörək yeyirəm. Yeyim, danışaq. Dedi oldu. İndi onu güdürəm, o, çörək yesin, qurtarsın, vəsaiti götürsün. İndi siz necə danışmısınız, o cür aparsın qoysun orada, şəkil, konum versin mənə, mən verim sənə, get götür. Sən də öz haqqını götür, indi biz haçan onu çıxartdıq Bakıda çatdırdın, mənə onu deyəcəksən. Ondan o yana mənim işim yoxdur. Mənim işim odur ki, vəsaiti götürək tam sağ-salamat qoyaq Bakıda. Ondan sonra əlimizi ataq qulağımızın dibinə, bir qurban kəsək. Allah sənin ölənlərini rəhmət eləsin. - A (səsli ismarıc) (xx.xx.2024, 11:23) – Hə, qaqa, hə. Bildim, başa düşdüm. Bir də gör nə deyirəm. Ona elə demək lazımdır ki, hava, sən deyən, çox da qaranlıq da olmasın da. Mən də gecənin bir aləmi şey eləməyim. Açıq-aydın olanda adam o yanına baxır, bu yanına baxır. Kim gəlir, kim gedir. Yəni görünür, başa düşürsən? Gecə qaranlıqdır, heç kim görünmür, fikrim çatır nə demək istəyirəm? Yəni münasib bir vaxt olsun, vəssəlam da. Özüm gedib götürüb gətirib həll edəcəyəm. - B (səsli ismarıc) (xx.xx.2024, 11:32) - Yox, yox, ertə edəcəksən, gündüz. - B (səsli ismarıc) (xx.xx.2024, 11:36) - Amma, sən balanın canı, sən Əbəlfəzl, sən onu götürüb maşına qoyunca, evə gətirincə setdə olacaqsan da. Çünki mən bilmədiyin şeyi ondan soruşub yolda kömək alıb sənə verə bilim. - A (səsli ismarıc) (xx.xx.2024, 11:38) - Əbəlfəzlə canım qurban, Əbəlfəzlə balalarım qurban. Sən, yəqin, məni düz başa düşərsən. Yəni problem yoxdur, heç nə üçün problem yoxdur, narahat da olmağa dəyməz, başa düşürsən? Həqiqətən, narahat olmağa dəyməz, hər şey də öz qaydasında olacaq. - B (səsli ismarıc) (xx.xx.2024, 11:41) - Balam canı, balan canı, mən sənə narahat deyiləm, heç zada narahat deyiləm. Deyirəm ki. vəsaiti götürüncə, maşına qoyunca setdə ol mənimlə. Elə ki maşına qoydun telefonu bağla, çıx get evə. Evə gedib çatandan sonra açarsan. - A (səsli ismarıc) (xx.xx.2024, 11:42) - Yaxşı, qardaş, yaxşı. Başa düşdüm səni, narahat olma, yaxşı. - B (səsli ismarıc) (xx.xx.2024, 12:40) - Ata, sənin qadanı alım, saat 3-əcən əlindədir. Denən niyə, 3-də də bilirsən niyə? Hava qızsın, cammat evə girib yatışır istinin dərdindən. O qədər istifadə qoyum ki, rahat gedib götürə biləsən, heç kəs bilməyə. Başa düşdün, qadanı alım sənin? - B (səsli ismarıc) (xx.xx.2024, 13:22) - Qardaşım, setdə ol, bizdə saat 1-dir, sizdə də bir yarımdır. İndi Allahın ümidinə saat bir yarıma, ikiyəcən verəcəyəm sənə. Dedi indi dururam ayağa yavaş-yavaş, qoyuram maşınnı baqajına, çıxam bir çölə, fırlanam ərazini. Görüm, yaxşı yer olsa, elə o ətrafda dediyi yerdə qəşəng yer olsa, qoyacağam atacağam ora, verəcəyəm sənə, ver ona deyir. - A (səsli ismarıc) (xx.xx.2024, 13:32)– Yaxşı, qardaşım, yaxşı, başa düşdüm səni, başa düşdüm. Mən də bir dənə qırağa çıxım, həyət bacaya zada düşəcəyəm. Bir az gəzim, belə də setdəyəm, problem yoxdur, narahat olma, yaxşı, başa düşdüm səni, oldu. - A (səsli ismarıc) (xx.xx.2024, 13:33)– Bir də gör nə deyirəm. Ona denən 2-3 dənə şəkil çəksin, görünən bir yer olsun. Yəni o telefonda çəkəndə elə bir yer olsun ki, görünsün, başa düşürsən? Mən də ki o ünvana, o istiqamətə gedim çıxım yəni. Fikrim çatdı, sənə nə demək istəyirəm? Belə, ona demək lazımdır bunu, belə də. - B tərəfindən narkotik vasitə və psixotrop maddə qoyulacaq yerin fotoşəkilləri və koordinatları göndərilmişdir (xx.xx.2024, 14:02) - B (xx.xx.2024, 14:04) – Qırmızı tikili ilə üzbəüz, yolun əks tərəfində, köklüyün arxasında ağac kötüyü var yerdə, onun dibində, gedib götürsün, xeyirli olsun. Götürən kimi mənə de, mən silim hər şeyi telefondan. - B (səsli ismarıc) (xx.xx.2024, 14:05) – Qardaş, qadanı alım sənin, görürsən? Bu sənin şəklin, konumun, zadın. Bax, arxayın yerdədir. Yaxşı? Bu yazını da oxu gör bura nə qədər yolun var, ciyərinin qadasını alım? - B (səsli ismarıc) (xx.xx.2024, 14:13) – Telefona cavab verə də qadanı alım sənin qardaş. Bax, gördün? Sənə mən deyirəm telefonun əlində olsun, çölə çıxırsan, bayıra çıxırsan, telefonunu qoy cibinə, qoy əlində olsun. B (səsli ismarıc) (xx.xx.2024, 14:18) – Qadan alım, sən hardasan? Sənin telefonunu da yığıram, səsə də atıram. Buna bir cavab ver, hara çıxırsan telefonunu qoy cibinə. (c İ, i.v 65-83) İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(049)-128/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 09 avqust 2024-cü ildən hesablanmışdır. (c İ, i.v 101-105) İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 739 saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hərhansı bir xəsarət aşkar edilməmişdir. (c İ, i.v 106-107) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 10 avqust 2024-cü il tarixli 647 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2024-cü ilin iyul ayından “Polinarkomaniya” diaqnozu ilə qeydiyyatda durur. (c İ, i.v 109) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmişdir. (c İ, i.v 122-123) İş materiallarında olan Lənkəran ŞİHB-nın Liman ŞİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri anası, qardaşı və qızından ibarətdir. Yaşadığı müddətdə nümayəndəliyə hər hansı şikayət və narazılıq daxil olmamışdır. (c İ, i.v 132-133) İş materiallarında olan 10 oktyabr 2024-cü il tarixli əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd bükülüdə, təmiz çəkisi 1065,0 qram olan narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 1064,9 qram qalığı, 03 ədəd bağlamada, təmiz çəkisi 16645,0 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspetizadan qaytarılmış 16644,7 qram qalığı, şübhəli şəxsin üstünün yoxlanılmasında dair və şübhəli şəxsin dindirilməsi protokollarına əlavə edilmiş ümumilikdə 02 ədəd DVD disk, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı təqdim etdiyi 01 (bir) ədəd “Samsung” markalı mobil telefon, həmin telefona baxış zamanı aşkar edilmiş səsli ismarıcları özündə əks etdirən CD disk maddi sübut qismində tanınmışdır. Narkotik vasitələrin qalığı və 01 ədəd mobil telefon saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, 03 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmışdır. (c İ, i.v 155-156) İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(022)-133/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. (c İİ, i.v) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamın faktiki tərəfini qismən mübahisələndirdiyi və özünün müdafiəsi üçün dəlillər irəli sürdüyü üçün, məhkəmə tərkibi hesab edir ki, həmin ittihamlar üzrə hüquqi tövsifə qiymət verilməmişdən öncə, Təqsirləndirilən şəxs müdafiəsi üçün irəli sürdüyü dəlillər yoxlanılmalıdır. Təqsirləndirilən şəxs elan olunmuş ittihamın faktiki tərəfinə dair müdafiəsi üçün gətirdiyi dəlillər: İİR-də olan sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin ona şəxsi istifadəsi üçün narkotik vasitə heroin göndərdiyini, həmin narkotik vasitəni götürmək məqsədilə göndərilmiş konuma getdiyini, sellofan torbanı götürdüyünü, həmin vaxt polis əməkdaşları tərəfindən saxlanılaraq, əlində olan bağlama ilə birlikdə bölməyə aparıldığını, daha sonra isə hadisə yerinə gətirilib ora daha ağır çəkidə olan bağlamanı qoyub videoçəkiliş etdiklərini, buna etiraz etdikdə isə, bunun heç bir fərqinin olmadığını dediklərindən, özünün də psixoloji vəziyyətinin yaxşı olmaması səbəbindən həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən onun özünü ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri (şübhəli-videoçəkilişlə və təqsirləndirilən şəxs qismində), şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2024-cü ildə (videoçəkilişlə), xx.xx.2024-cü ildə şübhəli (cild İ – i.v. 42-46, 62-64), xx.xx.2024-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 93-95) qismində verdiyi ifadələrində, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatında, (cild İ – i.v. 101-105) eləcə də əməliyyat-axtarış tədbirinin keçirilməsi və üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində və istintaq hərəkətində Təqsirləndirilən şəxs Lənkəran rayonu Göyşaban kəndi ərazisinə İİR vətəndaşı olan Cəlal tərəfindən narkotik vasitənin qoyulduğunu, həmin bağlamanı ətrafda başqa adamların olmadığına əmin olduqdan sonra götürüb, ağır olduğu üçün sürüyərək aparmağa başladığını, torbanı tapdığı yerdən təxminən 10 metr uzaqlaşdıqda bir neçə şəxsin qaçaraq ona yaxınlaşdığını gördüyünü, bağlamanı Cəlal adlı şəxsin dediyi vaxtda dediyi məkanda qoyub pul əldə etmək məqsədilə götürdüyünü bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bundan başqa iş materiallarında olan Təqsirləndirilən şəxs hadisə zamanı istifadəsində olan mobil telefonuna baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə İİR operatoruna məxsus “+98-***-***-**-**” nömrə arasında aşkar edilmiş narkotik vasitələrin göndərilməsi, Təqsirləndirilən şəxs tərəfindən gizlədilmiş yerdən əldə edilərək, saxlanılması, daha sonra digər şəxsin deyəcəyi ünvana çatdırılması, narkotik vasitələrin qoyulduğu yerin konumu və fotoşəkillərin göndərilməsi barədə çoxsaylı səsli danışıqlar və fotoşəkillər aşkar edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hadisə yerinə öz istifadəsi üçün narkotik vasitə heroin götürmək məqsədilə getməsi, oradakı bağlamanı götürdüyünü, daha sonra isə polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb, sonra yenidən hadisə yerinə gətirilib daha ağır çəkidə narkotik vasitələr olan bağlama qoyduqlarını və çəkiliş apardıqları barədə ifadəsində göstərdiyi xüsusatlar, yuxarıda göstərilən neytral sübutla (İİR məxsus mobil operatora göndərdiyi və ona göndərilən səsli mesajlar, narkotik vasitələr olan bağlamanın fotoşəkilləri, halbuki həmin fotoşəkillərdə açıq-aşkar bağlamanın həcminin böyüklüyünün əvvəlcədən ona məlum olması, eləcədə onun hadisə yerində saxlanılmasında iştirak etmiş şahid ifadələri (şahidlər Şahid1, Şahid3, Şahid6 və Şahid7 həmin ifadələrində Təqsirləndirilən şəxs bilavasitə hadisə yerindən bir ədəd bağlamanı götürdükdən sonra tərəflərindən saxlanılmasını, bütün tədbirin isə videoçəkilişlə qeydə alındığını bildirmişlər) ilə tam təkzib edilmişdir. Bundan başqa, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Göyşaban kəndi ərazisində polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, hadisə yerində üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində tutduğu narıncı rəngli torbadan 03 (üç) ədəd bağlamada, eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 5650,0 qram, 5720,0 qram, 5275,0 qram olmaqla ümumi təmiz çəkisi 16645,0 qram narkotik vasitə qurudulmuş marixuana qara sellofana və 01 (bir) ədəd bağlamada, təmiz çəkisi 1065,0 qram xüsusilə külli miqdarda narkotik vasitə heroin qəhvəyi sellofana bükülmüş halda aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilən zaman əlində tutduğu narıncı rəngli torbadan aşkar edilmiş narkotik vasitələrin çəkisini, olduqları bükümlərin sayını, eləcə də aşkarlanmış narkotik vasitələrin növünü mübahisələndirməmişdir. Əksinə Təqsirləndirilən şəxs şəxsi axtarışın nəticələrini özündə əks etdirən protokolu imzalamaqla yuxarıda sadalanan narkotik vasitələrin özünə məxsus olmasını təsdiq etmişdir. İbtidai istintaqın sonrakı mərhələlərində də Təqsirləndirilən şəxs aşkarlanmış narkotik vasitələrin çəkisini, həmin kütlələrin olduğu bükümlərin sayını və onların növünü mübahisələndirməmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə irəli sürdüyü dəlillərin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin (şübhəli-videoçəkilişlə və təqsirləndirilən şəxs qismində) isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Bu ifadələrin təhlili göstərir ki, Təqsirləndirilən şəxs digər şəxs(lər)lə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli və xüsusilə külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitələrin realizə edilməsi istiqamətində fəal hərəkətlər etmişdir. Belə ki, həm cinayət işinin materialları əsasında yuxarıda tətqiq edilmiş təkzibedilməz sübutlarla, həm də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu (şübhəli və təqsirləndirilən şəxs qismində) ifadələri əsasında təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxs digər şəxs(lər)lə cinayət əlaqəsinə girərək artıq ölkə ərazisində mövcud olmuş xüsusilə külli miqdarda narkotik vasitələrin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin narkotik vasitələr ilə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdəsinə götürmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onun digər şəxs(lər)lə (Cəlal adlı şəxs, lakin onun şəxsiyyəti ibtidai isitntaq zamanı müəyyən edilməmiş, bu səbəbdən də məhkəmə Cəlal adını şərti olaraq qəbul edir) cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdiyi şəxslə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə razılıq əldə etməsini, cinayət əlaqəsinə girdiyi şəxsin Lənkəran rayonu, Göyşaban kəndinə narkotik vasitə qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin etməsini, bu barədə təqsirləndirilən şəxsə dəqiq məlumatlar ötürməsini, cinayət əlaqəsinə girdiyi şəxsin niyyətinin ölkə ərazisində külli və xüsusilə külli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək olmasını, ən əsası isə təqsirləndirilən şəxsin həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdiyi şəxsin məqsədinin külli və xüsusilə külli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdi onun cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduğu başqa şəxs(lər)in qəsdi ilə əhatə olunur. Bununla da təqsirləndirilən şəxs CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsbit edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 83, 109.1-ci sətrinə əsasən heroin və qurudulmuş marixuan narkotik vasitə hesab edilir, həmin vasitələrin müvafiq sətr ardıcılığı ilə xeyli miqdarının aşağı həddi 5 qram, 5 qram, külli miqdarının aşağı həddi 2 qram, 500 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 800 qram və 50000 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 6-cı bəndində qeyd olunur ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 9-cu bəndinə görə, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olması müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların və cəzanı ağırlaşdıran halın olmamasını aşkar edilmiş narkotik vasitələrin çəkisini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələrin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, narkotik vasitələrin aşkar olunmayacağı təqdirdə məhz çəkilərinin külli və xüsusi ilə külli miqdar təşkil etməsi səbəbindən satış məqsədilə əldə edilən 1065,0 qram heroin və 16645,0 qram qurudulmuş marixuananın ondan istifadə edəcək böyük əksəriyyəti gənc olmaqla yüzlərlə Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını, son nəticədə isə əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərin, eyni zamanda ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyətinin, konkret müəyyən qrup insan və fərdin sağlamlığının ciddi şəkildə pozulmasına səbəb olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində, yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o həmin cəzanı çəkməlidir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(022)-133/2024 saylı hökmü ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökm qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Hazırki cinayət işi üzrə verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirli bilindiyi xüsusilə ağır cinayət olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini onun barəsində Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə əsasən hazırki hökm üzrə ona təyin ediləcək cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxshəbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 09 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1064,9 qram heroin, 16644,7 qram qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd Samsung markalı mobil telefon aparatı cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilməli, iş materiallarında olan videogörüntüləri özündə əks etdirən 03 ədəd DVD və CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs alınaraq, “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsinə əsasən) yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 1(022)-133/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 09 avqust 2024-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1064,9 qram heroin və 16644,7 qram qurudulmuş marixuana məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd Samsung markalı mobil telefon aparatı cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan videogörüntüləri özündə əks etdirən 03 (üç) ədəd DVD və CD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutulub “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-145/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-145/2025
07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver