Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-146/2022 13.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müvafiq olaraq onların müdafiəçiləri olan Lənkəran rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi4 iştirakları ilə, xx xxxxxxx 1994-cü il tarixdə Cəlilabad rayonu, Sabirabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 144.2.3-cü maddəsi ilə, xx xxxxxx 1980-cı il tarixdə Cəlilabad rayonu, Sabirabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 və əmisi oğlu Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 həmkəndlisi Zərərçəkmiş şəxs ilə evlənməsinə nail olmaq məqsədilə sonuncunu oğurlamaq barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra göstərilən məqsədlə, 03 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 atası Şahid2 məxsus “VAZ-2106” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobildə Zərərçəkmiş şəxs Cəlilabad rayonu, Sabirabad kəndində yerləşən, Şahid4 məxsus gözəllik salonundan çıxmasını gözləyərkən saat 13 radələrində sonuncunun həmin salondan çıxıb yaşadığı ev istiqamətində piyada getdiyini gördükdə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tapşırığı ilə avtomobili idarə edib Zərərçəkmiş şəxs yanında saxlamış, razılaşdıqları rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 avtomobildən düşüb Zərərçəkmiş şəxs qollarından tutmaqla iradəsinə zidd olaraq avtomobilin salonuna mindirmək istədikdə sonuncu onların niyyətini başa düşüb qaçmaq istəyərkən yıxılmış, bu zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qollarından tutub yerdən qaldırdıqdan sonra qucağına alıb, qollarını sıxıb saxlamaq üsulu ilə müqavimətini qırarkən sağ bazu, sağ said və bel-oma nahiyələrində qançır, sol kürək, sol dirsək və sol said nahiyələrində sıyrıqlardan ibarət, sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə iradəsinə zidd olaraq avtomobilin arxa salonuna əyləşdirməyə nail olduqdan sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tapşırığı ilə avtomobili Cəlilabad rayonu, Günəşli kəndində yerləşən, Təqsirləndirilən şəxs1 əmisi X2 məxsus, yaşayış olmayan evin həyətinə doğru idarə etmiş, Zərərçəkmiş şəxs həmin evə gətirmişlər. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamışlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 sərbəst qaydada verdiyi ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, həmkəndlisi Zərərçəkmiş şəxs (bundan sonra – Zeynəb) sevdiyinə görə valideynləri bir neçə dəfə Zeynəbin yaşadığı evə elçiliyə getmiş, lakin Nümayəndə qızı Zeynəbin ona ərə getməsinə razılıq verməmişdir. Buna görə də Zeynəbi evlənmək məqsədilə qaçırmaq qərarına almışdır. 03 iyul 2021-ci il tarixdə sonuncunu yaşadıqları kənddə yerləşən, Şahid4 (bundan sonra – Türkanə) məxsus gözəllik salonuna gedərkən gördükdə oradan yaşadığı evə qayıdanda qaçırmağı planlaşdırmış, buna görə də mobil telefonla əmisi oğlu Təqsirləndirilən şəxs2 (bundan sonra - Ramil) atası Şahid2 (bundan sonra – atası) məxsus “VAZ-2106” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib olduğu yerə gəlməsini xahiş etmişdir. Buna görə də Ramil həmin avtomobili idarə edib onun olduğu yerə gəlmiş, lakin onun Zeynəbi qaçırmaq istəməsindən məlumatlı olmamışdır. Göstərdiyi gözəllik salonunun yaxınlığında Ramillə birlikdə avtomobildə oturub Zeynəbin gəlməsini gözləmişlər. Saat 13 radələrində sonuncu gözəllik salonundan tək çıxıb yaşadığı evə doğru getmək üçün onların olduqları yerin yaxınlığından keçərkən avtomobildən düşüb Zeynəbi qolundan tutmaqla iradəsinə zidd şəkildə avtomobilin salonuna mindirmişdir. Bu zaman sonuncuya başqa hərəkət etməmiş və xəsarət yetirməmişdir. Ramil onun xahişi ilə avtomobili Cəlilabad rayonu, Günəşli kəndində yerləşən, onun əmisi X2 məxsus, yaşayış olmayan ev istiqamətində idarə etmiş, Zeynəbi həmin evə gətirmişlər. Bir neçə saat sonra polis əməkdaşları olduqları yerə gəlib onu və Ramili saxlamışlar. Göstərdiyi əməli törədərkən Zeynəbin nişanlı olmasından məlumatı olmamışdır. İş üzrə ibtidai istintaq zamanı ona hər hansı məzmunda ifadə verməsi ilə əlaqədar qanunsuz hərəkət, o cümlədən zor tətbiq edilməmiş, lakin fikirli olduğuna görə verdiyi ifadələrində Ramilin onun Zeynəbi zorla qaçırmaq niyyətindən qabaqcadan məlumatının olması və Zeynəbə qaçırarkən xəsarətlər yetirdiyini göstərmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşimandır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, 03 iyul 2021-ci il tarixdə Zeynəbin gözəllik salonuna getdiyini gördükdən sonra yaşadığı evin həyətinə gedib Ramilə Zeynəbi qaçırmaq istədiyini demiş, Ramildən bunun üçün atasına məxsus avtomobili idarə etməsini xahiş etmiş, Ramil onunla razılaşmışdır. Hadisə yerində Zeynəbi qucağına götürüb avtomobilin salonuna qoymaq istəyəndə sonuncu ona müqavimət göstərərkən yıxılmış və qışqırmışdır. Pakizə, Türkan və Zeynəbin bacısı Gülarə səs-küy eşidib hadisə yerinə gəlsələr də, o, israrla Zeynəbi avtomobilə mindirmiş, Ramildən avtomobili Bakı şəhəri istiqamətində sürməsini istəmişdir. Zeynəb qışqıraraq onu Bakı şəhərinə aparmamalarını xahiş etmiş, buna görə də Ramil avtomobili onun istəyilə əmisi Azərə məxsus, Cəlilabad rayonu, Günəşli kəndində yerləşən evin həyətinə sürmüşdür. Orada da Zeynəb onlardan yaşadığı evə aparılmasını tələb etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyində Zeynəbin bədənində aşkar edildiyi göstərilmiş xəsarətləri ola bilsin ki, sonuncunu avtomobilə mindirmək istəyərkən yetirmişdir (İ cild, səh. 56-58). Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən və Zərərçəkmiş şəxs dindirildikdən sonra verilmiş müvafiq suallara cavab olaraq həmin ifadələrin məzmununu təsdiq etdiyini göstərmiş və ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 verdiyi ifadəsində əvvəlcə müvafiq suala cavab olaraq ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini göstərsə də, sonradan dindirmə zamanı bunun əksinə olaraq qeyd etmişdir ki, 03 iyul 2021-ci il tarixdə yaşadığı kəndin ərazisində piyada gedərkən əmisi oğlu Təqsirləndirilən şəxs1 (bundan sonra – Kənan) ona qonşuluğunda yaşayan, sevdiyi Zərərçəkmiş şəxs (bundan sonra – Zeynəb) gözəllik salonundan çıxıb yaşadığı evə tərəf gedərkən razılığı ilə, evlənmək məqsədilə qaçırmaq istədiyini demiş, bunun üçün ondan Zeynəbi qaçıracağı, atasına məxsus “VAZ-2106” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsini xahiş etmişdir. Kənanın təklifi ilə razılaşıb həmin avtomobili yaşadıqları kəndin ərazisində sonuncunun göstərdiyi gözəllik salonunun yanında saxlamışdır. Bu zaman avtomobildən Kənan düşsə də, o, düşməmişdir. Bir neçə dəqiqə sonra Zeynəb gözəllik salonundan çıxıb onların olduğu yerə tərəf gələndə Kənan Zeynəbi qollarından tutub avtomobilə mindirmək istəmiş, sonuncu bunun qarşısını almaq üçün Kənana müqavimət göstərmiş, bu zaman Zeynəb yıxılmış, sonra Kənan Zeynəbi avtomobilin arxa oturacağına mindirmişdir. O, hadisə yerində avtomobildən düşməmiş, Zeynəbin avtomobilə zorla mindirilməsi üçün hər hansı hərəkət etməmiş, Pakizə, Gülarə, Türkanə adlı şəxsləri görməmiş, onlara qarşı hər hansı hərəkət etməmişdir. Avtomobili Kənanın ondan Bakı şəhəri istiqamətində sürməsini tələb etməsinə baxmayaraq, Cəlilabad rayonu, Günəşli kəndi istiqamətində sürmüşdür. X10 “ay şərəfsiz, məni hara aparırsan, mən səni istəmirəm” sözünü deyəndə Kənanın ona yalan dediyini başa düşmüşdür. Lakin buna görə Kənana irad bildirməmiş, Zeynəbi qaçırdıqları avtomobili idarə etməkdə davam etmiş və Kənandan Zeynəbi azad etməyi tələb etməmişdir. Bunun səbəbləri barədə verilmiş suala cavab verə bilmir. Kənanın tapşırığı ilə avtomobili sonuncunun əmisi Azərə məxsus, Cəlilabad rayonu, Günəşli kəndində yerləşən, yaşayış olmayan evin həyətinə sürmüş, orada Kənan Zeynəbi avtomobildən düşürüb həmin evə aparmışdır. Bir neçə saat sonra polis əməkdaşları olduqları yerə gəlib onu və Kənanı saxlamışlar. İş üzrə törətdilmiş hadisəyə görə peşimandır, Zeynəbin atası Nümayəndə üzr istəyir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs dindirildikdən sonra verilmiş müvafiq suala cavab olaraq sonuncunun verdiyi ifadəsinin məzmununu təsdiq etdiyini göstərmiş və ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində həmçinin, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxs1 (bundan sonra – Kənan) valideynləri yaşadığı evə iki dəfə elçi gəlsə də, o və ailə üzvləri onun Kənana ərə getməsinə razı olmamışlar. 03 iyul 2021-ci il tarixdə saat 13 radələrində yaşadığı kənddə yerləşən, bibisi qızı Şahid4 (bundan sonra – Türkanə) məxsus gözəllik salonundan çıxıb yaşadığı evə doğru gedərkən “VAZ-2106” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobil yanında saxlanılmış, avtomobildən düşmüş Kənan ona yaxınlaşıb arxadan hər iki qolundan tutmuş, onu avtomobilə mindirmək üçün avtomobilə tərəf aparmaq istəmişdir. Kənanın onu zorla qaçırmaq istədiyini başa düşdüyünə görə qışqırmış və Kənana müqavimət göstərmişdir. Sonuncu onu zorla avtomobilə mindirmək istəyəndə o, yıxılmışdır. Qışqırıq səsini eşitdiklərinə görə yaxınlıqda yaşayan Şahid5 (bundan sonra – Pakizə), həmin vaxt gözəllik salonunda olmuş Türkanə və bacısı Gülarə müvafiq ardıcıllıqla hadisə yerinə gəlmişlər. Əvvəlcə Pakizə onu Kənanın əlindən almağa çalışmış, bu zaman avtomobilin sükanı arxasında əyləşmiş, əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs2 olmasını bildiyi şəxs (bundan sonra - Ramil) avtomobildən düşüb Pakizəni kənara itələmiş, bu zaman Kənan onu qucağına alıb, qollarını sıxıb saxlamaq üsulu ilə müqavimətini qırmış, avtomobilin arxa oturacağına zorla mindirib yanında oturmuşdur. İş üzrə məhkəmə-tibbi müayinədən keçirilərkən bədənində aşkar edilmiş xəsarətlər ona hadisə zamanı Kənanın zor tətbiq etməsi nəticəsində yaranmışdır. Türkanə həmin avtomobilə yaxınlaşmış, onun qaçırılmasının qarşısını almaq məqsədilə avtomobilin arxa qapısından çöldə qalmış ayaqlarından tutmuş, Kənan Türkanəni itələmiş və Ramilə avtomobili sürməsini tapşırmışdır. Bu zaman hadisə yerinə çatmış Gülarə olduğu avtomobilin qarşısını kəsmək istəsə də, Ramil onlara maneə olmaması üçün avtomobili Gülarənin üzərinə sürmüş və sonuncu geri çəkildikdən sonra avtomobili sürətlə idarə etmişdir. Yolda olanda da Kənan və Ramildən onu yaşadığı evə qaytarmalarını xahiş etsə də, bunun nəticəsi olmamışdır. Kənan Ramilə avtomobili Bakı şəhəri istiqamətində idarə etməyi tapşıranda o, Kənandan Bakı şəhərinə aparılmamasını xahiş etmiş, buna görə də Kənan fikrini dəyişib Ramilə avtomobili Cəlilabad rayonu, Günəşli kəndində yaşayan qohumunun evinə tərəf sürməsini tapşırmışdır. Ramil avtomobili həmin evin həyətinə sürdükdən sonra Kənan onu avtomobildən düşürüb həmin evə aparmışdır. Orada da qışqırıb kömək istəsə də, köməyə gələn şəxs olmamışdır. Orada da Kənandan onu buraxmasını xahiş etsə də, bunun da nəticəsi olmamışdır. Bir neçə saat sonra polis əməkdaşları olduqları evə gəlib Kənan və Ramili saxlamış, onu atasına təhvil vermişlər. Təqsirləndirilən şəxslərlə barışmır, onlara qarşı şikayət və tələbi vardır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3, Şahid4, Şahid5 və Nümayəndə Zərərçəkmiş şəxs ifadəsində onlarla bağlı göstərdiyi müvafiq hallar barədə sonuncu ilə eyni məzmunda ifadə vermiş, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nümayəndə ifadəsində əlavə olaraq göstərmişdir ki, 2021-ci ilin mart ayında qızı Zeynəb (bundan sonra – Zeynəb) başqa şəxslə nişanlanmışdır. Bunu Təqsirləndirilən şəxs1 valideynləri də bilmişdir. 03 iyul 2021-ci il tarixdə qızı Gülarə ona Zeynəbin Kənan və Təqsirləndirilən şəxs2lar tərəfindən qaçırılması barədə məlumat verildikdən dərhal sonra Kənanın atası Fərhadın yaşadığı evə getmiş və sonuncudan oğlu Kənanın mobil nömrəsinə zəng edib Zeynəbi yaşadığı evə qaytarmağı tələb etməsini xahiş etmiş, belə olarsa, şikayətçi olmayacağını demişdir. Fərhad ona Kənanın guya mobil nömrəsini və olduğu yeri bilmədiyini deməklə, sözünə məhəl qoymamış, ona qarşı hörmətsizlik etmişdir. Buna görə də DİN-nin “102” xidmət mərkəzinə zəng edib hadisə barədə məlumat vermişdir. Polis əməkdaşlarının göstərdiyi səy nəticəsində bir neçə saat sonra Zeynəbin olduğu yer müəyyən edilmiş və sonuncu azad edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxslərə qarşı barışmaz mövqedə olduqlarına görə dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxslərə təyin edilməsi təklif edilmiş cəza həddi ilə razı olduğunu göstərmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - 03 iyul 2021-ci il tarixdə Cəlilabad RPŞ-nin məsul növbətçisi tərəfindən tərtib edilmiş məlumat, Nümayəndə və Zərərçəkmiş şəxs tərəfindən Cəlilabad RPŞ-yə təqdim edilmiş yazılı müraciətlərdən görünür ki, həmin tarixdə Nümayəndə DİN-nin “102” xidmət mərkəzinə zəng etməklə, özü və qızı Zərərçəkmiş şəxs Cəlilabad RPŞ-yə yazılı qaydada müraciət etməklə sonuncunun Təqsirləndirilən şəxs1 tərəfindən Ramil adlı qohumunun iştirakı ilə zorla avtomobilə mindirilərək qaçırıldığı barədə məlumat vermişlər (İ cild, səh. 3, 4, 7). - Cəlilabad RPŞ-nin baş əməliyyat müvəkkili Akif Abasov tərəfindən tərtib edilmiş 03 iyul 2021-ci il tarixli raportda göstərilmişdir ki, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və Ələkbərov X4 rayonu, Günəşli kəndində yerləşən, X2 məxsus evdə aşkar edilmiş, ibtidai istintaq orqanına təqdim edilmişlər (İ cild, səh. 6). - “Baxış keçirilməsi haqqında” 04 iyul 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs 03 iyul 2021-ci il tarixdə Cəlilabad rayonu, Sabirabad kəndi ərazisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən zorla “VAZ-2106” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindirilib qaçırıldığı yeri göstərmişdir (İ cild, səh. 16-17). - Məhkəmə-tibbi ekspertizasının 10 iyul 2021-ci il tarixli, 448 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş sağ bazu, sağ said və bel-oma nahiyələrində qançır, sol kürək, sol dirsək və sol said nahiyələrində sıyrıqlardan ibarət xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir, bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, törənmə müddəti 03 iyul 2021-ci il tarixə uyğun gəlir (İ cild, səh. 28, 29). - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 iyul 2021-ci il tarixli, 1545 nömrəli və 1546 nömrəli rəylərində müvafiq olaraq göstərilmişdir ki, hazırda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 (bundan sonra – onlar) hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onlarda təqsirləndirildikləri əməl dövründə hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və s. psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Onlar həmin əməl barəsində anlaqlı hesab olunmalıdırlar. Onların hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddənin təsiri altına düşmür. Onlar hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadırlar. Onların məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 113-116). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu cinayət əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs1 özünü müdafiə etmək üçün dəlil irəli sürməmiş, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs dindirildikdən sonra verilmiş müvafiq suala cavab olaraq sonuncunun verdiyi ifadəsinin məzmununu təsdiq etdiyini göstərsə də, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs zorla qaçırılmasından məlumatının olmadığını təkidlə bildirməklə bu barədə özünü müdafiə etmək üçün dəlil irəli sürmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 özünü müdafiə etmək üçün irəli sürdüyü həmin dəlil məhkəmə istintaqı zamanı dindirilmiş özünün ifadəsi ilə yanaşı, ümumilikdə Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs, şahidlər X3, Şahid4 və Şahid5 ifadələrində göstərdikləri kimi, hadisə yerində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs avtomobilə zorla mindirməsinə aşkar xarakterik olan hərəkətləri Təqsirləndirilən şəxs2 gözü qarşısında törətməsi, sonuncunun hadisənin qarşısını almaq istəmiş Gülarə Abasova, Şahid4 və Şahid5 qarşı onların ifadələrində göstərdikləri məzmunda maneəçilik yaradan hərəkətlər etməsi, bundan sonra avtomobili yüksək sürətlə idarə edib hadisə yerindən uzaqlaşmalarını təmin etməsi, avtomobildə olanda da Zərərçəkmiş şəxs Kənan və Təqsirləndirilən şəxs2lardan ona qarşı etdikləri qanunsuz hərəkətlərə son qoymağı və onu azad etməyi tələb etdiyi halda, Kənan və Təqsirləndirilən şəxs2ların buna məhəl qoymamaları, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 etdiyi qanunsuz hərəkətlərə görə irad bildirməməsi, cinayət əməlindən könüllü imtina etmək imkanı olduğu halda, bunu etməməsi, sonuncunun tələbi ilə idarə etdiyi avtomobildə Zərərçəkmiş şəxs Cəlilabad rayonu, Günəşli kəndində yerləşən, X2 məxsus, yaşayış olmayan evə gətirməsindən ibarət işin faktiki halları ilə tam təkzib edilir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələrinin Təqsirləndirilən şəxs2 özünü müdafiə etmək üçün dəlillə əlaqəli olan hissələrini müvafiq olaraq cinayət məsuliyyətindən yayınmaq və ya yayındırmaq məqsədilə, özünü müdafiə etmək və ya yaxın qohumuna qarşı ifadə verməmək hüququndan irəli gələn dəlil kimi qiymətləndirərək əsassız hesab edir, sübut kimi nəzərə almır, işin faktiki hallarına uyğun gələn digər hissələrini isə sübut kimi qiymətləndirir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik norması və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 144.2.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətmələri məhkəmə istintaqı və ibtidai istintaq zamanı özlərinin verdikləri ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş X3, Şahid4, Şahid5 və Nümayəndə ifadələri, eləcə də cinayət işi materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 iyul 2021-ci il tarixli protokol və digər istintaq hərəkəti protokolları, məhkəmə-tibbi ekspertizasının 10 iyul 2021-ci il tarixli, 448 nömrəli rəyi, ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 iyul 2021-ci il tarixli, 1545 nömrəli və 1546 nömrəli rəyləri, digər sənədlərlə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də onlar Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidirlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (İ cild, səh. 110, 111). - Cəlilabad RİHB-nın Sabirabad KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 avqust 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 subaydır, valideynləri və qardaşı ilə birlikdə yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (İ cild, səh. 134, 135). - Cəlilabad RİHB-nın Sabirabad KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 avqust 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 evlidir, arvadı, 2009, 2011 və 2012-ci il təvəllüdlü azyaşlı uşaqları ilə birlikdə yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (İ cild, səh. 136, 137). Məhkəmə Təqsirləndirilən şəxs1 iş üzrə məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş cinayət əməlini törətdiyini etiraf etməklə əməlindən səmimi peşiman olması, əvvəllər məhkum olunmaması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində üç nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-ci maddəsinə, əvvəllər məhkum olunmaması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş cinayət əməlini törətmədiyini israrla bildirməsinə görə məhkəmə istintaqı zamanı dəfələrlə Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə üzr istəməklə onu bağışlamalarını xahiş etməsini ona daha aşağı həddə cəza təyin edilməsinə əsassız olaraq göstərdiyi səy kimi qiymətləndirərək səmimi qəbul etmir və onun cəzasını yüngülləşdirən hal kimi qəbul etmir. Göstərilənlərə əsasən məhkəmə: - Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun iş üzrə törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, xüsusilə də cinayət əməlini Zərərçəkmiş şəxs ilə evlənməyə nail olmaq niyyəti ilə törətməsini, şəxsiyyətini, əməlindən səmimi peşiman olması, əvvəllər məhkum olunmaması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini, - Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun iş üzrə törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, xüsusilə də cinayət əməlini Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qızı ilə evlənməsinə nail olmaq niyyəti ilə törətməsini, himayəsində üç nəfər azyaşlı uşağının olması, əvvəllər məhkum olunmaması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara, xüsusilə də zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərlə barışmamasına görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün cinayətin törədilməsindəki rolları nəzərə alınaraq, Təqsirləndirilən şəxs1 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs2 isə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası CM-in 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPMin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onların ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə barələrində həbs qətimkan tədbirinin seçildiyi 13 iyul 2021-ci il tarixdən hesablanmalı və barələrində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə barəsində həbs qətimkan tədbirinin seçildiyi 13 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə barəsində həbs qətimkan tədbirinin seçildiyi 13 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-146/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-146/2022
13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver