Məhkəmə qərarları › İş №1(099)-146/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-146/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-146/2023 14.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X2 oğlunun sədrliyi ilə, hakimlər – Quliyev Nizami Fərzi oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, Rəhimov Emil Vəliağa oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx xxxxx 2006-cı il tarixdə Salyan rayonu Arbatan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olmaqla Salyan şəhəri N.Babayev küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 2022-ci il sentyabr ayının 25-də saat 22 radələrində yaşadığı Salyan şəhəri Nazim Babayev küçəsində qaz borusunun üzərində oturduğu vaxt velosipedlə yaxınlığından keçən Salyan şəhər sakini Zərərçəkmiş şəxs ona nə səbəbə gülməsinə görə irad bildirdiyi üçün aralarında sözlü mübahisə yaranmış, bundan sonra təkrar belə halın ola biləcəyini düşünüb bu məqsədlə yaşadığı evdə saxladığı zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağını özü ilə götürüb üzərində saxlamış, növbəti gün, yəni sentyabr ayının 26-da saat 22 radələrində yaşadığı küçədə qeyd olunan qaz borusunun üzərində əyləşdiyi vaxt həmin yerdən eyni qaydada velosipedlə keçən Zərərçəkmiş şəxs yenidən nə səbəbə gülməsini ona irad bildirib mübahisə edən zaman yaxasından tutduğu üçün şalvarının cibindən çıxardığı bıçaqla Zərərçəkmiş şəxs sağ döş qəfəsinə və sağ qoluna qəsdən iki zərbə vuraraq ona sağ saidin yuxarı 1/3-nin, başın təpə və sol qulaq sırğalarının yaraları ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid və sağ döş qəfəsinin daxilə keçib ağciyərinin yuxarı payını zədələyən hemopnevmatoraks ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, o 25 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində küçələrindəki qaz borusunun üzərində oturduğı zaman oradan keçən Zərərçəkmiş şəxs içgili vəziyyətdə ona yaxınlaşıb boğazından yapışaraq nə üçün ona güldüyünü deyərək onu vurmaq istəmiş, həmin vaxt yoldan keçən tanımadığı bir şəxs sonuncunu ondan ayırmışdır. Sonra Məxsud onu söyəsöyə oradan getmiş, həmin vaxt onların arasında başqa heç nə olmamışdır. Ertəsi gün, yəni 26 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində o yenə də məhəllədəki qaz borusunun üzərində tək oturan zaman Məxsud velosipedlə həmin yerdən keçərkən onu görən kimi velosipeddən düşüb yaxınlaşaraq heç bir səbəb olmadan onun yaxasından tutmuş, yenə də nə üçün ona güldüyünü deyərək mübahisə etmişdir. Həmin vaxt Məxsud onu vurmaq istədiyi üçün tez cibindəki bıçağı çıxarıb onunla Məxsuda iki zərbə vurmuşdur. Birinci dəfə onun üstündə bıçaq olmamış. Birinci hadisədən sonra təkrar belə halın ola biləcəyini fikirləşib özünü qorumaq üçün evdən bıçaq götürüb üstündə saxlamış, Məxsudla ədavəti, düşmənçiliyi olmamış, onu əvvəllər məhəllədə bir-iki dəfə görmüşdür. Hadisə zamanı onların yanında heç kim olmamış, hadisədən sonra piyada polis şöbəsinə gedərək adam bıçaqladığımı bildirərək bıçağı polis əməkdaşlarına təqdim etmişdir. O, daha sonra öz ifadəsində bildirdi ki, əməlimdən səmimi peşmandır, hadisədən sonra zərər çəkmiş şəxsdən üzr istəyərək onunla barışmışdır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş iş materialları, zərər çəkmiş şəxsin və şahidin ifadələri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, 25 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində velosipedlə mağazaya çörək almağa gedərkən küçədə qaz borusunun üzərində əyləşən cavan bir oğlanın ona baxıb güldüyünü görmüş və bu ona toxunduğundan yaxınlaşıb "mən sənin atan yaşdayam, mənim nəyimə gülürsən?" demiş, sonuncu isə ona gülmədiyini bildirmişdir. Sonra bir söz deməyib mağazaya getmiş, həmin vaxt onları heç kim ayırmamışdır. Ertəsi gün, yəni 26 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində balıq tutmaq üçün velosipedlə küçədə gedərkən yenə də həmin oğlanın dünənki yerdə qaz borusunun üzərində oturduğunu görmüş, onun bərabərinə çatanda həmin oğlan yenə də ona baxıb gülmüş, buna görə də yaxınlaşıb ondan yenidən ona baxıb gülməsinin səbəbini soruşmuş və əsəbindən onun boğazından yapışmışdır. Həmin vaxt hava qaranlıq olmuş, birdən boğazından yapışdığı oğlanın əlindəki bıçaqla ona iki zərbə vurduğunu hiss etmişdir. Sonra həmin şəxs qaçıb getmişdir. Hadisədən sonra o bacısı əri Rahilə zəng vurub bıçaqlandığını demiş və gəlib onu maşınla xəstəxanaya aparmasını xahiş etmişdir. Rahil də gəlib onu bir yol maşını ilə Salyan rayon Mərkəzi Xəstəxanasına aparmış və orada əməliyyat olunmuşdur. Bıçaq zərbələrindən biri onun sinəsinə, digəri isə sol qoluma dəymiş, təqsirləndirilən şəxs əlbəyaxa olduqları zaman onu vurmuşdur. Hadisədən sonra təqsirləndirilən şəxslə barışmışdır, ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin sentyabr ayının axırlarında axşam vaxtı yaşadığı evdə olarkən saat 22 radələrində qaynı Məxsud ona zəng edib onu bıçaqla vurduqlarını, bu səbəbdən xəsarət aldığını bildirib hazırda olduğu yerə gəlib onu maşınla xəstəxanaya aparmağını xahiş etmiş, ona görə də tez tanımadığı bir yol maşını ilə Məxsudun dediyi yerə gəlmişdir. Orada Məxsudun əli ilə sinəsini tutduğunu görmüşdür. Ondan nə baş verdiyini soruşmuş, Məxsud ona tanımadığı cavan bir oğlanla arasında mübahisə yarandığını və həmin şəxsin onu bıçaqla vurduğunu demişdir. Onu tez gəldiyi yol maşını ilə Salyan rayon Mərkəzi Xəstəxanasına aparmış və Məxsud orada əməliyyat olunmuşdur. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibb ekspertzasının xx.xx.2022-ci il tarixli, 636 A saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ döş qəfəsinin daxilə keçib ağ ciyərinin yuxarı payını zədələyən hemopnevmatoraks, sağ saidin yuxarı 1\3-nin, başın təpə və sol qulağın sırğalığının yaraları deşici-kəsici alətin təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə təqdim olunmuş bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi. Bu xəsarətlərdən sağ döş qəfəsinin daxilə keçib ağciyəri zədələyən yarası həyat üçün təhlükəli olan ağır zərərvurmaya, sağ saidin yuxarı 1/3-nin, başın təpə və sol qulaq sırğalığının yaraları sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. Cinayət işinə əlavə edilmiş məhkəmə trasoloji, ballistik ekspertizasının 3/1417, 3/1430 nömrəli rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Təqdim edilmiş maykanın, köynəyin ön, puloverin isə ön və sol qol hissələrində rəyin tədqiqi hissəsində təsvir edilmiş, yəni maykanın ön hissəsində, ətəyin sol kənarından 380 mm yuxarıda, 18 mm uzunluğunda, köynəyin ön hissəsinin sol tərəfində, ətəyin sol kənarından 280 mm yuxarıda, sol yan tikişdən 40 mm sağda 16 mm uzunluğunda, puloverin ön hissəsində, ətəyin sol kənarından 322 mm yuxarıda, sağ yan tikişdən 267 mm solda 23 mm uzunluğunda, puloverin ön hissəsinin sol tərəfində, ətəyinin sol kənarından 308 mm yuxarıda, sol yan tikişdən 50 mm sağda 14 mm uzunluğunda, puloverin sol qol hissəsində, qolun aşağı sol kənarından 25 mm yuxarıda, sol qolun dairə tikişindən 490 mm aşağıda 23 mm uzunluğunda zədə vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən maykanın, köynəyin və puloverin səthində olan zədələrin təqdim edilmiş bir ədəd bıçağın (bıçaq tiyəsinin) da təsirindən yaranması mümkündür. Lakin, həmin zədədə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədənin hər hansı konkret bıçaqla, o cümlədən tədqiqata təqdim edilmiş bıçaqla təsir nəticəsində yaranıb yaranmadığını müəyyən etmək mümkün deyildir. Cinayət işinə əlavə edilmiş ambulator məhkəmə psixatrik ekspertizasının xx.xx.2022ci il tarixli, 3000 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materillarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmişdir. Cinayət işinə əlavə edilmiş Salyan rayon İcra Hakimiyyəti başçısının Arbatan kənd İƏD nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 569 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası, anası, iki bacısı və iki qardaşından ibarətdir. Eyni zamanda iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs bir bacısı və bir qardaşı lal və kardır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: Təqsirləndirilən şəxs etirafedici ifadəsi, zərər çəkmiş şəxsin və şahidin ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayəti yetkinlik yaşına çatmadan törətməsini, 59.1.8-ci maddəsinə əsasən cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətinin təsiri altında törətməsini, 59.1.10-cu maddəsinə əsasən hadisədən sonra könüllü gəlib təqsirini boynuna almasını, 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə etməsini, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, həmçinin törətdiyi cinayət əməlini etiraf edib hərəkətindən səmimi peşman olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını, ailədə beş uşaq olmaqla bir bacısı və bir qardaşının lal və kar olmalarını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilmədi) halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə yuxarıda şərh olunan cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs ailə vəziyyətini, çoxuşaqlı ailədən olmaqla bir bacısı və bir qardaşının lal və kar olmalarını, təyin olunan cəzanı çəkərsə bunun ailə üzvlərinin maddi və psixoloji vəziyyətinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, eləcə də, onun şəxsiyyətcə təyin olunan cəzanı çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə ona təyin edilən cəzanın şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs haqqında olan hökmün icrası Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Salyan RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən tətbiq olunmuş bir ədəd turist bıçağının, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd mayka, bir ədəd köynək və bir ədəd puloverin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərarına gəlir. İş üzrə keçirilmiş ekspertiza xərci olan 160 (yüz altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, hərbi məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Bu müddət ərzində Təqsirləndirilən şəxs öz davranışı ilə islah olunmasını sübut etməlidir. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs haqqında olan hökmün icrası Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Salyan RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən tətbiq olunmuş bir ədəd turist bıçağı, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd mayka, bir ədəd köynək və bir ədəd pulover hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza xərci olan 160 (yüz altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar