Məhkəmə qərarları › İş №1(099)-146/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-146/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-146/2024 06.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1996-cı ildə Lənkəran rayonu, Port-İliç (hazırkı Liman şəhəri) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 08 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş N ay 24 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməklə məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1984-cü ildə Lənkəran rayonu, Port-İliç (hazırkı Liman şəhəri) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma barədə tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı «Rza» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Rza» adlı şəxs və qeyriləri tərəfindən külli miqdarda -1933,459 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin (bundan sonra – heroin), külli miqdarda - 4200 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana (bundan sonra – qurudulmuş marixuana) istintaqa məlum olmayan vaxtda Lənkəran rayonu, Göyşaban kəndi ərazisində bir ədəd idman çantasında yerləşdirilib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs1 məlumat verildikdən sonra külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlanması, daşınması və satılması ilə bağlı qabaqcadan razılıq əldə etdiyi tanışı Təqsirləndirilən şəxs2la birlikdə istintaqa məlum olmayan vaxtda Lənkəran rayonu, Göyşaban kəndi ərazisinə gedib şəxsiyyəti istintaqa məlum olmayan «Rza» adlı şəxsin tapşrığına əsasən istintaqa məlum olmayan şəxs tərəfindən həmin yerə qoyulmuş külli miqdarda 1933,459 qram çəkidə heroini və külli miqdarda 4200 qram qurudulmuş mariuxananı əldə edib üzərində saxlamaqla daşımış, əvvəlcədən satışa hazırlamaq məqsədi ilə heroinin bir bükümdə olan 21,269 qramını Təqsirləndirilən şəxs2 verib, heroinin qalan 22,190 qramını bir bükmüdə olmaqla üzərində, qalan 1890 qramını və 4200 qram qurudulmuş marixuananı ayrı-ayrı iki ədəd bükümdə bel çantasında saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəsinin (bundan sonra - DİN BNMİ CBRŞ) əməkdaşları tərəfindən 23 fevral 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 00:35-də Lənkəran rayonu, Göyşaban kəndində yerləşən “Panorama” restoranının yaxınlığında narkotik vasitə heroinin 21,269 qramını üzərində saxlamaqla daşıyan Təqsirləndirilən şəxs2la birlikdə saxlanılaraq ünvan 3 ünvanında yerləşən DİN BNMİ-nin CBRŞ-yə aparılaraq həmin tarixdə saat 02:00-dan etibarən üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 22,190 qram olan qəhvəyi rəngli heroin, üzərində gəzdirdiyi idman bel çantasının içərisindən bir ədəd bükümdə külli miqdarda 1890 qram heroin və bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4200 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüş, eyni zamanda onunla birlikdə saxlanılmış Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 02:00-dan etibarən üzərində şəxsi axtarış keçirilən zaman əynində olan idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 21,269 qram heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 22 fevral 2023-cü il tarixdə Səbuhinin evinə gedib onunla görüşmüş və Göyşaban kəndində yerləşən “Panorama” restoranında futbola baxmaq üçün getmişlər. Orada oturub çay içmişlər, gecə saat 12 radələrində oradan çıxarkən polis əməkdaşları onları saxlamış, həmin vaxt həmin şəxslərin polis əməkdaşları olduqlarını bilmədikləri üçün onlarla əlbəyaxa olmuşlar. Sonra isə onları qandallayıb Niva markalı avtomobilin arxa oturacağında əyləşdirmişlər. Sonra isə Mehdi və Aqşin adlı polis əməkdaşları gəlmiş, orada olan “çeşka” markalı avtomobildən bir çanta gətirib ona vermişlər ki, guya onundur və ona təzyiqlər göstərdikləri üçün həmin çantadakı narkotik barədə etirafedici ifadə vermişdir. Təqsirləndirilən şəxs1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, iran vətəndaşı “Rza” adlı şəxsi tanımamış, onunla heç vaxt əlaqə saxlamamışdır. O, yolun ortasında çiynində 6 kq narkotiklə hərəkət etməmişdir. Şəxsi axtarış 4 saat sonra keçirilmiş, Mehdinin başa saldığı kimi ifadə vermişdir. Guya ki, iranlı şəxslə sosial şəbəkədə tanış olmuş, iranlı şəxs ona narkotik göndərmiş və Bakı şəhərinə aparmağı təklif etmişdir. Onu 4 saat döydükləri üçün belə bir ifadə vermişdir. O, toylarda kamera çəkməklə məşğul olmuş, ayda 500-600 manat gəliri olmuşdur. Üzərində olan narkotik vasitənin qara bazarda qiymətinin çox olmasını bilir. Onu saat on ikiyə qalmış, on ikidə saxlamış, üzərinə isə saat 03 radələrində baxış keçirmişlər. Saxlanılarkən üzərinə baxış keçirlməmiş, şəkli çəkilməmişdir. Mehdi və Aqşin adlı polis əməkdaşları onu döymüşlər. Çay evindən çıxarkən polislərin onları saxlamasını heç kim görməmişdir. Özü tutulmamışdan əvvəl narkotik vasitə istifadə etmiş, lakin narkotiki iranlı şəxsdən almamışdır. Polis əməkdaşları bir neçə dəfə onu tutmağa çalışmış, lakin qaçmışdır. Əvvəllər məhkum olunduğuna görə polislər onu saxlamışlar. Üzərinə polislərin qoyduğu narkotik vasitənin böyük çəkidə olduğunu, buna görə ciddi məsuliyyətə cəlb ediləcəyini bilmiş, lakin onu təkcə döydükləri üçün yox, anasını da polis şöbəsinə gətirəcəkləri ilə hədələdiklərindən etirafedici ifadə vermişdir. İstintaq təcridxanasına daxil olarkən bədəni üzərində xəsarətlər olmaması qeyd edilməsi ilə bağlı deyə bilər ki, onu hədələdikləri üçün etirafedici ifadə vermişdir. Polis əməkdaşlarının ona hədə-qorxu gəlmələri, fiziki zor tətbiq etmələri ilə bağlı hər hansı sübut təqdim edə bilmir. Təqsirləndirilən şəxs1 məhkəməyə ünvanladığı son sözündə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı müvafiq olaraq 24 və 25 fevral 2023-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü, məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə qismən təqsirli bilmiş və göstərmişdir ki, təxminən 5-6 aydır heroindən burnuna çəkməklə qəbul edir və başqa növ narkotik vasitədən istifadə etmir. Narkotik vasitəni “instagram” sosial şəbəkəsində İİR vətəndaşı kimi tanıdığı “Rza” adlı şəxsdən alıb istifadə etmişdir. Onunla sosial şəbəkədə tanış olduqdan sonra onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olduğunu bilmiş və “WhatsApp” ani mesajlaşma mübadiləsi sistemində onunla danışmağa başlamış, Rzanın dediyi bank kartında ondan aldığı narkotik vasitənin qramına uyğun olaraq pullar yükləmiş, Rza isə Lənkəran şəhərində ayrı-ayrı yerlərə narkotik vasitələri qoydurmuş və həmin yerin şəkillərini ona göndərmişdir. Lakin həmin maddələri ora kimin, hansı şəraitdə qoymasını görməmiş və Rza bu barədə ona məlumat verməmişdir. Təxminən 10 gün əvvəl Rza ilə danışan zaman ona etibar etdiyini və Bakı şəhərinə çatacaq narkotik vasitənin olduğunu deyərək həmin maddələri onun Bakı şəhərinə çatdırmağını istəmiş, narkotik vasitələri Bakı şəhərinə aparıb deyəcəyi ünvana qoyduracağı müqabilində ona karta köçürmə üsulu ilə 500 manat pul verməli, həmçinin şəxsi istifadəsi üçün təxminən 50 qram narkotik vasitə verməli olmuşdur. İlk başlarda onunla razılaşmasa da, sonradan razılaşmış və ondan cavab gözləməyə başlamışdır. 22 fevral 2023-cü il tarixdə Rza onunla əlaqə saxlayaraq narkotik vasitəni Lənkəran rayonu, Göyşaban kəndində yerləşən “Panorama” restoranının yaxınlığına bir ədəd bel çantasında qoydurduğunu, onun içərisində olan maddələri Bakı şəhərinə aparıb çatdırmalı olduğunu, çantanın balaca cibində 02 ədəd bükümdə 50 qrama yaxın çəkidə heroin olduğunu və onları da istifadəsi üçün ona göndərdiyini bildirmişdir. Onunla razılaşmış və narkotik vasitəni götürüb Bakı şəhərinə çatdıracağını demişdir. Həmin vaxt əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 qabağına çıxmış və həmin yerə tək getməməsi üçün ona bu barədə demiş, Səbuhi onunla birlikdə gedib kənardan onu müşahidə etməsi və lazım olarsa kömək etməsi müqabilində ona 20-25 qram narkotik vasitə heroin verəcəyini demişdir, çünki Səbuhinin narkotik vasitə istifadə etdiyini bilmişdir. Səbuhi onunla razılaşmış və onlar birlikdə sözü gedən ünvana getmişlər. Orada şəkillərə uyğun olaraq çantanı tapmış və həmin yerdə çantanın kiçik cibini açan zaman orada həqiqətən də 02 ədəd bükümün olmasının şahidi olmuşdur. Bükümün birini Səbuhiyə vermiş, digərini özü əynində olan gödəkçənin sağ yan cibinə qoymuşdur. Məqsədi narkotik vasitədən istifadə etmək olmuş, Səbuhiyə narkotik vasitəni satmamış, satmaq məqsədi də olmamışdır. Narkotik vasitəni Səbuhiyə onunla birlikdə gəldiyi üçün onun şəxsi istifadəsi üçün vermişdir. Oradan çıxıb bir qədər hərəkət etdikdən sonra bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq kim olduqlarını soruşmuş, bu zaman onların hər biri özlərini təqdim etdikdən sonra həmin şəxslər polis əməkdaşları olduqlarını deyərək onları polis şöbəsinə aparmışlar. Orada vəkillərlə təmin olunduqdan sonra təhqiqatçı tərəfindən saxlanılmalarının səbəbi izah edilmiş, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış başlanılmış, bu zaman ilkin olaraq Səbuhi əynində olan idman şalvarının sağ yan cibindən bir ədəd bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddənin onun tərəfindən Səbuhiyə verildiyini, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitəni İİR vətəndaşının ona göndərdiyini və həmin maddələri götürmək üçün birlikdə deyilən yerə getdiklərini bildirmişdir. Sonra Səbuhinin üzərinə şəxsi axtarış aparılmış, lakin qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmış və bu zaman əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümü, qəpik və kağız pullarını və mobil telefonunu təqdim etmiş, sorğu zamanı üzərindən aşkar edilmiş maddənin heroin olduğunu, onları 5-6 aydır narkotik vasitə aldığı və sosial şəbəkədə tanıdığı İİR vətəndaşı Rza adlı şəxsin dediyi yerdən götürüb Bakı şəhərinə deyəcəyi ünvana çatdırdıqdan sonra ona 500 manat pul, həmçinin narkotik vasitə verdiyini, pulu işi qurtardıqdan sonra çatdıracağını, narkotik vasitəni isə çanta ilə birlikdə göndərdiyini demişdir. Rzanın dediyi qaydada edib narkotik vasitələri Səbuhi ilə birlikdə götürmək üçün deyilən yerə getmiş, bunun müqabilində Səbuhiyə bir ədəd bükümdə narkotik vasitə vəd vermiş, ona verdiyi narkotik vasitənin müqabilində pul almadığını, həmçinin almaq barədə sonradan aralarında razılaşma olmadığını və üzərində olan çantanın içərisində də, həmin maddələrdən olduğunu bildirmişdir. Bundan sonra büküm qablaşdırılaraq götürülmüş, mobil telefonu götürülsə də, pullar özünə geri qaytarılmışdır. Daha sonra çantaya baxış keçirilən zaman oradan iki ədəd skoçla bağlanmış formada narkotik vasitə aşkar edilmiş, bükümlər də, qablaşdırılaraq götürülmüşdür. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, müstəntiq tərəfindən ona fiziki zor tətbiq edilməmiş, həd-qorxu gəlinməmişdir, lakin elan olunmuş ifadələrini təsdiq etmir, təzyiq altında olduğundan ifadəyə imza etmişdir. Müstəntiq tərəfindən ona təzyiq göstərilmədiyi halda ona necə zor tətbiq edilməsi barədə suala cavab verə bilməmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 22 fevralda Arzuman ona zəng edib evinə gəlmiş, onunla birlikdə futbola baxmaq üçün “Panorama” çay evinə getmişlər, futbola baxdıqdan sonra çölə çıxıb evlərinə gedərkən bir neçə şəxs onlara yaxınlaşmış, həmin şəxslərin kənd uşaqları olduğunu fikirləşib onlarla əlbəyaxa olmuşlar. Lakin sonra onların polis əməkdaşları olduğunu bilmişlər. Polislər onlara qandal vurub “Niva” markalı avtomobilin arxasına otuzdurmuşlar. Az sonra “çeşka” markalı avtomobil gəlmiş, həmin maşından polislər qara idman çantasını götürüb Arzumana vermişlər və onları şöbəyə aparmışlar. İlk öncə heç onun adını soruşmamışlar. Orada Arzumanı döymüşlər və narkotik vasitənin ona aid olmasını etiraf etməsini tələb etmişlər. Kamera görüntüləri olsa əllərində çanta olmadığı görünərdi. Sonradan onun adını soruşmuşlar və izahat qol çəkdirmişlər. Sonra onları banditizmə göndərmişlər, lakin “banditizm” onu qəbul etməmiş, lakin ondan kağız almışlar ki, guya ona heç kim təzyiq göstərməmişdir, bundan sonra “banditizm” onu qəbul etmişlər. Regionalda onun əlini qolunu bağlayıb döymüşlər, sonra böyük büküm, az sonra balaca büküm gətirib üzərinə götürməsini tələb etmişlər. Saxlanıldıqdan sonra 4 saat üzərinə baxış keçirilməmiş, döyüldükdən sonra üzərinə baxış keçirilmişdir. Üzərində narkotik vasitə olmamış, Aqşin adlı polis əməkdaşı üzərinə narkotik vasitə qoymuşdur. Təqsirləndirilən şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, saxlanılarkən polislər ona təzyiq göstərməmiş, lakin regionala şöbənin inzibati binasında fiziki təzyiq göstərildiyi üçün etirafedici ifadə verib narkotikin ona aid olmasını demişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən ondan fiziki zora məruz qaldığı soruşulmadığından hakimə bu barədə heç nə deməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən narkotik vasitəni Arzumanın ona pay verməsini bildirməmişdir, qərarda bu barədə qeyd edilənlər düzgün deyil, ondan ifadə almamışlar. Heroini polislər özləri cibinə qoymuş, özləri də cibindən götürmüşdür. “Rza” adlı şəxsi tanımamış, heç onun telefonu belə olmamışdır. Saxlanıldıqdan sonra Lənkəran rayonunda məhkəmə tibbi ekspertizasına səhər saat 11 radələrində aparılmışdır. Saxlanılana qədər onun və Arzumanın üzərində narkotik vasitə olmamışdır. Aqşin və Mehdi adlı polislər onu döymüş, hansı formada ifadə verəcəyini ona demişlər. Onları təxminən saat 12 radələrində saxlamışlar, üzərilərinə şəxsi axtarış isə 03:30 radələrində və ya 04:00 radələrində keçirmişlər və həmin vaxtadək onları Aqşin və Mehdi döymüşlər. Arzumanın da “Rza” adlı şəxslə danışmasının şahidi olmamışdır. Təqsirləndirilən şəxs2 məhkəməyə ünvanladığı son sözündə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı müvafiq olaraq 23 və 24 fevral 2023-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə qismən təqsirli bilmiş və göstərmişdir ki, təxminən 5-6 aydır narkotik vasitə olan heroindən istifadə edir, başqa növ narkotik vasitədən istifadə etmir. Narkotik vasitəni Lənkəran şəhərində, təsadüfən tanış olduğu şəxslərdən almış, lakin həmin şəxslərin mobil nömrələrini və anket məlumatlarını bilmədiyi üçün qeyd edə bilmir. 23 fevral 2023-cü il tarixdə tanışı Arzumanla birlikdə olan zaman Arzuman İİR vətəndaşının ona narkotik vasitə göndərəcəyini, onu dediyi yerdən götürüb Bakı şəhərinə deyəcəyi ünvana qoymalı olduğunu, Arzumana köməklik edəcəyi halda ona bir ədəd bükümdə narkotik vasitə verəcəyini demişdir. Onunla razılaşmış və köməklik edəcəyini demişdir. Həmin gün Arzuman Lənkəran rayonu, Göyşaban kəndində olan “Panorama” restoranının yanına getməli olduqlarını, narkotik vasitənin orada olduğunu demiş, onlar yol maşını ilə həmin ünvana getmişlər. Orada olan zaman Arzumanın yanında hərəkət etmiş və restoranın yaxınlığında olan bir ədəd çantanı Arzuman götürmüş, çantanın ciblərinin birinin içərisini açmış və orada olan iki ədəd bükümdən birini ona vermiş, bir ədəd bükümü isə özü cibinə qoymuşdur. Bundan sonra onlar oradan uzaqlaşan zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq kim olduqlarını soruşmuş, hər biri özlərini təqdim etdikdən sonra həmin şəxslər də, özlərini təqdim edib polis əməkdaşları olduqlarını deyərək onları polis şöbəsinə aparmışlar. Orada vəkillərlə təmin olunmuşlar və təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə edilməklə üzərilərinə şəxsi axtarış keçirilməyə başlanılmış, bu zaman ilkin olaraq özü əynində olan idman şalvarının sağ yan cibindən bir ədəd bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, ona həmin maddəni Arzumanın təmənnasız verdiyini, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitəni İİR vətəndaşının Arzumana göndərdiyini və həmin maddələri götürmək üçün birlikdə deyilən yerə getdiklərini bildirmişdir. Daha sonra Arzumanın üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, bu zaman o əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd bükümü, qəpik və kağız pullarını və mobil telefonunu təqdim etmişdir. Sorğu zamanı Arzuman üzərindən aşkar edilmiş maddənin narkotik vasitə heroin olduğunu, onları 5-6 aydır narkotik vasitə aldığı və sosial şəbəkədə tanıdığı İİR vətəndaşı Rza adlı şəxsin dediyi yerdən götürüb Bakı şəhərinə deyəcəyi ünvana çatdırdıqdan sonra ona 500 manat pul, həmçinin narkotik vasitə verdiyini, pulu işi qurtardıqdan sonra verəcəyini, narkotik vasitəni isə çanta ilə birlikdə göndərdiyini, onun dediyi qaydada edib narkotik vasitələri onunla birlikdə götürmək üçün getdiklərini, bunun müqabilində ona bir ədəd bükümdə narkotik vasitə vəd verdiyini, ona verdiyi narkotik vasitənin müqabilində pul almadığını, həmçinin almaq barədə sonradan aralarında razılaşma olmadığını və üzərində olan çantanın içərisində də, həmin maddələrdən olduğunu bildirmişdir. Bundan sonra büküm qablaşdırılaraq götürülmüş, mobil telefonu götürülsə də, pullar özünə geri qaytarılmış, daha sonra çantaya baxış keçirilən zaman oradan iki ədəd skoçla bağlanmış formada narkotik vasitə aşkar edilmişdir. Həmin bükümlər də, qablaşdırılaraq götürülmüşdür. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, həmin ifadələrini oxumadan və fiziki təzyiqlər nəticəsində imza etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in BNMİ-nin CBRŞin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 22 fevral 2023-cü il tarixdə Lənkəran şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona tapşırılmış, bundan sonra həmin şəxslərin ola biləcəyi yerlər tərəflərindən müşahidəyə götürülmüş, həmin şəxslərin Lənkəran rayonu, Göyşaban kəndi ərazisində yerləşən “Panorama” restoranının yaxınlığında olmaları barədə məlumat daxil olmuş və həmin istiqamətdə yola düşmüşlər. xx.xx.2023-cü il tarixdə saat 12-01 arasında həmin yerə getmişlər və həmin şəxslərin piyada hərəkətdə olduqları müəyyən edilib saxlanılmış, sonra həmin şəxslərə özlərini təqdim etdikdən sonra onlardan adlarını və soyadlarını soruşub dəqiqləşdirmişlər və daha sonra onları CBRŞ-nin inzibati binasına aparıb təhqiqatçıya təhvil vermişlər. Bundan sonra təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə hər ikisinin üzərinə şəxsi axtarış keçirilmiş, hər ikisinin üzərindən heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərindəki çantadan isə heroinə və marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 şifahi sorğu zamanı bildirmişdir ki, üzərində olan narkotik vasitəni ona Təqsirləndirilən şəxs1 vermişdir. Belə ki, həmin narkotik vasitəni iranlı şəxs Arzumana göndərmiş, narkotik vasitə istifadə etdiyi üçün həmin narkotiki Arzuman ona pay vermişdir. Təqsirləndirilən şəxs1 isə şifahi sorğu zamanı bildirmişdir ki, narkotik vasitəni iranlı şəxs göndərmiş və deyilən yerə çatdırdıqdan sonra ona 500 manat pul verilməsi vəd olunmuşdur. Həmçinin üzərində olan 22 qram heroini ona istifadə etmək üçün həmin iranlı “Rza” adlı şəxs göndərmişdir. Bundan sonra hər ikisinin üzərində olan telefonlara baxış keçirilmiş, Arzumanın iranlı şəxslə olan yazışmaları, danışıqlarının da olması təsdiqini tapmışdır. Bu hallar sənədləşdirildikdən sonra material DİN-nin BMCMİ-nin istintaq şöbəsinə göndərilmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Arzuman və Səbuhi piyada hərəkətdə olarkən Göyşaban kəndi ərazisində birlikdə saxlanılmışlar. Həmin vaxt ətrafda heç kim olmamış, lakin onlarla şifahi sorğu aparılarkən həmin şəxslər bildirmişlər ki, onları həmin əraziya maşın gətirmiş, həmin maşın getdikdən sonra narkotik vasitələri əldə etmişlər, sonra yenidən maşına minib geri qayıdacaqlar. Onlar narkotik vasitəni Göyşaban kəndindən götürdüklərini bildirmişlər. Həmçinin Arzuman bildirmişdir ki, bundan əvvəl bir-iki dəfə iranlı şəxs ona narkotik vasitə göndərmiş, o, da Bakı şəhərinə çatdırmışdır. Narkotik vasitələr bir ədəd idman çantasında olmuş, çanta da Arzumanda olmuşdur. Şəxsi axtarış istintaq hərəkəti videoçəkilişlə keçirilmiş, Arzuman və Səbuhi hər hansı hala etiraz etməmişlər. Həmin şəxsləri saxlayarkən 4 nəfər olmuşlar. Arzumana və Səbuhiyə hər hansı fiziki və ya psixi zor tətbiq edilməyib, hər ikisi də məhkəmə tibbi ekspertizadan keçirilmiş, bədənlərində xəsarət olmaması barədə rəy alınmışdır. Həmin şəxslər təxminən birin yarısında saxlanılmışlar və regional şöbəyə aparılmışlar. Vəkil dəvət edildikdən sonra şəxsi axtarış aparılmış, şəxsi axtarış onlar saxlanıldıqdan 4 saat sonra yox daha tez keçirilmişdir. Həmin vaxt vəkillərin dəvət edilməsini təhqiqatçı Famil Həsənov həyata keçirilmiş, necə dəvət edilməsini bilməmişdir. Həmin əməliyyat tədbirinə o, rəhbərlik etmiş, həmin şəxslərin tutulmasında iştirak etmişdir. 2023-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs2 anası ilə hər hansı əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxslərin onun saxlanıldıqları yerə Aqşinlə sonradan gəlməsi barədə dedikləri yalandır, tədbirə özü rəhbərlik etmiş, həmin vaxt da orada olmuşdur. Məxfiçiliyin qorunması üçün tədbirə gedərkən mobil nömrələri şöbədə saxlayırlar. Narkotik vasitəni polis əməkdaşları Arzumana verməmişlər. Nə Arzumanı, nə Səbuhini saxlanılarkən və daha sonra heç kim döyməmiş, təzyiq göstərməmişdir. Arzuman və Səbuhi onlara müqavimət göstərməmiş, saxlanılarkən əllərində hər hansı bıçaq olmamışdır. Həmin məlumat şəxsən ona daxil olmuşdur. Saxlanıldıqları yerin relyefinin mürəkkəbliyi, kənd yeri olduğunda görə həmin yerdə üzərlərinə şəxsi axtarış keçirilməmişdir. Həmin şəxslərin hər ikisi narkotik vasitələrin alqsatqısı ilə məşğul olmaları barədə məlumat olmuş, bunu yaşadıqları yerdə sorğu keçirməklə də müəyyən etmək olar. Arzumanın telefonunda iranlı şəxslə danışıqları şəxsən görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in BNMİ-nin CBRŞ-in əməliyyat müvəkkilləri Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermiş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, Arzuman və Səbuhiyə qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Onların saxlanılmasında özü və digər 3 nəfər polis əməkdaşı iştirak etmişlər. Saxlanılarkən Arzuman və Səbuhi onlara hər hansı müqavimət göstərməmişlər. Həmin şəxslərin narkotik vasitələri hardan götürmələrini görməmişlər, lakin çanta Arzumanın üzərində olmuşdur. Həmin vaxt üzərində telefon olub-olmaması tam yadında deyil. Həmin şəxslərin saxlanılması zamanı orada olmuşdur. Həmin şəxslər piyada hərəkətdə olarkən saxlanılmışlar. Onun və Mehtinin sonradan həmin yerə gəlməsi barədə təqsirləndirilən şəxslərin dedikləri yalandır, belə hal olmamışdır. Həmin şəxslərə qarşı fiziki zor tətbiq etməmiş, təhqiramiz ifadələr işlətməmişdir. Arzumanın üzərində olan çanta idman çantasına oxşar bir çanta olmuş, Arzuman onu çiynində saxlamışdır. Həmin şəxslərin saxlanıldıqları yerə xidməti avtomobillə getmişdir, lakin dəqiq xatırlamır. Narkotik vasitə çantanın içində sellofan bükümlərdə olmuşdur. Həmin vaxt Səbuhi nazik paltar geymiş, Arzumanın əynində səhv etmirə “kapuşonka” olmuşdur. Həmin şəxsləri saxladıqdan az sonra üzərilərinə şəxsi axtarış keçirmişlər. Həmin şəxslərin üzərilərində telefon olub-olmamasını xatırlamır. Həmin şəxslərin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları barədə onda həmişə məlumatlar olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in BNMİ-nin CBRŞ-in əməliyyat müvəkkilləri Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermiş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, Arzuman və Səbuhiyə qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Həmin vaxt da iranlı şəxs dayanmadan Arzumanın mobil nömrəsinə zəng etmişdir. Həmin vaxt orada Aqşin, Mehti, Seymur və özü olmaqla 4 nəfər olmuşlar. Aqşin və Mehtinin orada olmaması barədə təqsirləndirilən şəxslərin dedikləri düz deyildir. Həmin çanta Arzumanın çiynində olmuşdur. Arzumanın Səbuhiyə nə vaxt heroin verməsini görməmişdir. Onların üzərində tərəzi aşkar edilməsi yadında deyil. Arzumanın üzərində telefon olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in BNMİ-nin CBRŞ-in əməliyyat müvəkkilləri Şahid4 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermiş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanılan şəxslər narkotik vasitəni iran vətəndaşından əldə etdiklərini bildirmişlər. Səbuhi isə Arzumanın ona narkotik verdiyini bildirmişdir. Həmin şəxslərdə heroinə və marixuanaya bənzər kütlələr olmuş, çəkisi yadında qalmamışdır. İran vətəndaşının narkotik vasitə barədə dediklərini edəcəyi təqdirdə Arzumana pul veriləcəyini bildirmişdir. Səbuhi isə istifadəçi olduğu üçün Arzuman ona pay olaraq narkotik vasitə vermişdir. Saxlanılan şəxslərin üzərilərində hərəsində bir büküm heroin olmuş, qalan narkotik Arzumanın üzərində olan çantanın içində olmuşdur. Aqşin və Mehti adlı şəxslər Səbuhinin və Arzumanın saxlanılmasında iştirak etmişlər, əməliyyat məlumatı da Mehti adlı əməkdaşa daxil olmuşdur. Həmin şəxslər saxlanıldıqdan sonra regional şöbəyə aparılmış, az sonra üzərilərinə baxış keçirilmişdir. Həmin şəxslərin üzərində hər hansı tərəzi aşkar edilməmişdir. Həmin hadisənin üstündən çox vaxt keçdiyindən bir çox şeylər yadında qalmamışdır. Arzumana və Səbuhiyə qarşı hər hansı fiziki zor tətbiq edilməmişdir. Aqşin və Mehdi adlı əməkdaşlar və digərləri saxlanılan şəxslərə qarşı fiziki zor tətbiq etməmişlər, belə hal olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində tərtib edilmiş, onların birlikdə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 22 fevral 2023cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə şəxsi axtarış keçirilməsi barədə protokol və həmin istintaq hərəkəti zamanı sonuncuların şifahi ifadələrində bildirdikləri onlar barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə şəxsi axtarış keçirilərkən narkotik vasitələri könüllü olaraq təqdim etdikləri, hər hansı hala etiraz etmədikləri müəyyən edilir. (İ cild, i.v. 4-10; 46- 50) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 23 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 01:30-dan, Təqsirləndirilən şəxs2 isə həmin gün saat 01:45-də şübhəli şəxs qismində tutulmuşlar. (İ cild, i.v. 21;38) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 23 fevral 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılan zaman külli miqdarda narkotik vasitə heroin, belində olan çantaya baxış keçirilən zaman külli miqdarda narkotik vasitə heroin və külli miqdarda narkotik vasitə marixuana, həmçinin Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılan zaman külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 narkotik vasitələri sosial şəbəkədə tanış olduğu Rza adlı İran İslam Respublikası vətəndaşı tərəfindən göndərildiyini bildirmişdir. (İ cild, i.v. 46-50) - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 23 fevral 2023-cü il tarixli, 19/224 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Səlimzadə Arzuman Etiram oğlunun təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi ” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi - 22,190 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Vət. Səlimzadə Arzuman Etiram oğlundan aşkar edilərək götürüimüş 01 ədəd bükümdə heroin və 01 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə çantada qablaşdırıldı və möhürləndi” sözlər və imzalar olan bir ədəd çantadakı, 1 ədəd bükümdə təmiz çəkisi - 1890,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış heroindir və 1 ədəd bükümdə təmiz çəkisi - 4200,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsula hazırlanmış qurudulmuş marixuanadır. Üzərində “Vət. Bağırov Səbuhi Manşalla oğlunun təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi ” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi - 21,269 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış heroindir. Səlimzadə Arzuman Etiram oğlunun üzərindən və üzərindəki çantadan aşkar olunaraq götürülmüş ümumi sayı 2 büküm, ümumi təmiz çəkisi - 1912,19 qram olan heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Səlimzadə Arzuman Etiram oğluna məxsus ümumi sayi 2 büküm olan heroinlərlə, Bağırov Səbuhi Manşalla oğluna məxsus 1 büküm olan heroin, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. (İ cild, i.v. 81- 85) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 24 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( İ cild, i.v. 146-147) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 24 fevral 2023-cü il tarixli qərardan görünür ki, Səlimzadə Arzuman Etiram oğlu Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( İ cild, i.v. 156-157) - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 247/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 177-182) - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 248/2023 saylı qərarından görünür ki, Səlimzadə Arzuman Etiram oğlu barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 183-187) - “mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında” 28 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Səlimzadə Arzuman Etiram oğlunun üzərindən aşkar edilmiş “Realme” markalı mobil telefona baxış keçirilən İran İslam Respublikasının mobil operatorları ilə danışıqların və ya mesaj mətnlərinin olması, həmçinin narkotik vasitələrin və ya psixotrop maddələrin alqı-satqısına dair danışıqların aparılması müəyyən edilməmişdir. (İ cild, i.v. 188) -10 mart 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat zamanı aşkar edilərək götürülmüş və ekspert tədqiqatından sonra qalıq çəkisi 4199,95 qram qurudulmuş marixuana və 1933,159 qram heroin iş üzrə maddi sübut kimi tanınmış, DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilməsi qərara alınmışdır. (İ cild, i.v. 197-198) - Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(049)-59/2023 saylı qərarından görünür ki, Səlimzadə Arzuman Etiram oğlu və Təqsirləndirilən şəxs2 barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair DİN-in BNMİ CBRŞ-nin baş əməliyyat müvəkkili Şahid1 22 fevral 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (İ cild, i.v. 202) - 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 7353 saylı məktubla müşayiət olunan 01 ədəd diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, Səlimzadə Arzuman Etiram oğlunun istifadəsində olan ***-***-**-** saylı GSM mobil nömrəsinə 01 yanvar 2022-ci il tarixdən 24 fevral 2023-cü il tarixədək olan dövrdə daxil olan və çıxan zənglərə , sms mətnlərinə baxış keçirilmiş lakin iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. Lakin məhkəmə istintaqı zamanı həmin diskdə olan məlumatlara baxılarkən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı GSM mobil mobil nömrəsinə müxtəlif vaxtlarda və müxtəlif nömrələrdən - “Ay qaqam halaldı kulturnu evezın cxırsana Ela demek kola 6,8 dır masın qabaqi 7,4 dur”, “Qaqam ölcmısıme allaha and olsun kola hec öbürü 7,4 dur” “men bibamcl torpaq verde qaqa sen canun”, “brat varundlsa addelni bidenede 5 wuwe ela”, “Arzu salam qaqa aqrlram evde lomkadan clxarda bilersen emin”, “Qaqa neyisen falqada 5.6 tl tusdu mal olsa vezieden clxardlm emin”, “salam qaqas noldu men lomkada cxmsam yola gece evde olacam menim emanetimi saxla gelb gece gotrecem duran kimi mene vzb at 45 manatda verecem sene varsa eger dermanda wey ederen yoxdsa hamna kofe yoldayam gelrem 3 saata ordayam”, “, brat salyandayam yolda 1 saat yarma ordayam duz 70 manatm var mene qara koynek yada derman hell ede bilersen?”, “qaqa bu pati hec axmadi zay di ) weydi 20 manata mene bidene yari verde“, “alnrsa 20 m da ayrca verirem mene 2 dene de qara koynek ver”, “1 qram yarim ele beyaqkikimi”, “qaqa tebrizdi 20m var yari emele geler xeber de” “, Mene yari saxla 1 saata gelecem dunen borcmda var idi 25 verecem”, “İsiqlar Sonde kola isdiyirem 5 mat diq”, “Qaqa yari mal 5 m pati.2 m dunen b orcdu qalmiwam onuda verecem.cixim?”, “1dene butov saxla mene” kimi narkotik vasitələrin istənilməsi ilə bağlı şübhələr yaradan mesajlar göndərilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı GSM mobil mobil nömrəsindən müxtəlif vaxtlarda və müxtəlif nömrələrə - “Ayib dor bu ne sozdu kola ola bilər amma patı ola bilməz dube duzdu o zey vurdun dedimki sabah kola i hel eliyeruy o ne sozdu evez cix irsan”, “Qaqa hemnki yere qoyuram gel salmanın yanı kent kutusu sende pulu q oy hemnki kent kutusuna qoy ora hele”, “Gör ne deyirem torpaq 25 p 27 ye razı olarsan danişim onuda birdefliy”, “Dərman yoxdu qaqa vallah qara köynək var 10m” kimi narkotik vasitələrin satışını ehtimal etməyə əsaslı şübhələr yaradan mesajlar göndərilmişdir. (İ cild, i.v. 222) - “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 06 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 saxlanılarkən polis əməkdaşları tərəfindən işgəncə verilməsi, fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalmasını bildirməsi barədə müraciəti Azərbaycan Respublikası Baş Prokurorluğundan Bakı şəhər, Nərimanov rayon prokurorluğuna göndərilmiş və həmin fakt üzrə rayon prokurorluğunda araşdırma aparılmış və Təqsirləndirilən şəxs1 bədəni üzərində xəsarətin olmamasına dair məhkəmə tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli rəyi, polis əməkdaşlarının izahatları və digər sənədlər əsasında, yəni toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. (İ cild, i.v. 224-226) -Ambulator məcburi Narkoloji tibbi yoxlamanın 23 fevral 2023-cü il tarixli, 221 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2016-cı ildən “opium narkomanlığı” diaqnozu ilə qeydiyyatdadır. Təqsirləndirilən şəxs1 ambulator məcburi-narkoloji yoxlama zamanı bildirmişdir ki, narkotik vasitə olan heroini 1 ildir ki, intranazal yolla qəbul edir. (İİ cild, i.v. 18) -Ambulator məcburi Narkoloji tibbi yoxlamanın 23 fevral 2023-cü il tarixli, 222 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs2 ambulator məcburi-narkoloji yoxlama zamanı bildirmişdir ki, narkotik vasitə olan heroini 1 ildir ki, intranazal yolla qəbul edir. (İİ cild, i.v. 19) - Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-ci il tarixli, 173 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. (İİ cild, i.v. 21-22) - Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-ci il tarixli, 174 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. (İİ cild, i.v. 23-24) -“cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 03 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 saxlanılarkən polis əməkdaşları tərəfindən işgəncə verilməsi, fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalmasını bildirməsi barədə müraciəti Bakı şəhər Prokurorluğundan Bakı şəhər, Nərimanov rayon prokurorluğuna göndərilmiş və həmin fakt üzrə rayon prokurorluğunda araşdırma aparılmış və Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarətin olmamasına, sonuncunun adına tərtib edilmiş məhkumun tibbi kartasında qeyd olunan xəsarətlər- sol kürəküstü və sol qol nahiyyəsinin qançırlarının küt əşyanın təsirindən müxtəlif şəraitlərdə, o cümlədən şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gələ bilməsinə dair məhkəmə tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli rəyi, polis əməkdaşlarının izahatları və digər sənədlər əsasında, yəni toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. (İİ cild, i.v. 80-83) - “sübutların qiymətləndirilməsi haqqında” 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs1 məxsus “Realme” markalı mobil telefonun təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkillərinə və ya ailə üzvlərinə geri qaytarılması qərara alınmışdır. (İİ cild, i.v. 84-95) - 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından külli miqdarda heroinin və külli miqdarda qurudulmuş marixuananın əldə edilməsi, saxlanması, daşınması və satılması faktlarına görə ayrıca icraatda CM-in 234.4.1 və 234.4.2-cü maddəsi ilə cinayət işi ayrılmışdır. (İİ cild, i.v. 97-98) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş məhkəmə istintaqı materiallarından, yəni; - Məhkəmənin sorğusuna əsasən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktub və məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs2 məxsus 2311/2023 nömrəli “məhkumun tibbi kitabçası”ndan görünür ki, sonuncu 24 fevral 2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş, müayinə zamanı bədəni üzərində sol kürək sümüyü üstündə və sağ qoltuq altı nahiyədə bənövşəyi rəngli qançırlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həbs edilən zaman xəsarət aldığını bildirmişdir. - Məhkəmənin sorğusuna əsasən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktub və məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs1 məxsus 2310/2023 nömrəli “məhkumun tibbi kitabçası”ndan görünür ki, sonuncu 24 fevral 2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş, müayinə zamanı bədəni üzərində xəsarət aşkar edilmiş, izahatında xəsarət almadığını bildirmişdir. Həmçinin bədəni üzərində sol saidin ön səthində çoxsaylı çapıq toxuması müşahidə olunmuşdur. - Məhkəmənin Lənkəran RMX-ya sorğusuna cavab olaraq göndərilmiş 16.03.23-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Lənkəran RMX PHŞ-in X5 Yardım Stansiyasına “praktiki sağlam” diaqnozu ilə müraciəti qeydə alınmışdır. Təqsirləndirilən şəxs2 adına isə Lənkəran RMX PHŞ-nin TTTYS-nə heç bir çağırış daxil olmamışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: - məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən üzərilərində narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən fiziki təzyiq edilməsi və hədə-qorxu gəlinməsinə görə polis əməkdaşlarının onlara verdiyi narkotik vasitə barədə etirafedici ifadələr verdiklərini bildirmələri barədə məhkəmə istintaqı zamanı verdikləri ifadələri həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadə vermələri əsassız olaraq törətdikləri cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Təqsirləndirilən şəxslər tərəfindən qeyd edilən ifadələr özlərini müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində, eləcə də video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilərkən verdiyi şifahi izahatında narkotik vasitəni “instagram” sosial şəbəkəsində İİR vətəndaşı kimi tanıdığı “Rza” adlı şəxsdən alıb istifadə etmiş, saxlanılmamışdan 10 gün əvvəl Rza ilə danışan zaman ona etibar etdiyini və Bakı şəhərinə çatacaq narkotik vasitənin olduğunu deyərək həmin maddələri onun Bakı şəhərinə çatdırmağını istəmiş, bunun müqabilində ona 500 manat pul, 02 ədəd bükümdə 50 qrama yaxın çəkidə verəcəyini demiş, iranlı şəxslə razılaşmış, bu barədə Təqsirləndirilən şəxs2 da demiş, ona kömək etməsi müqabilində 20-25 qram heroin verəcəyini demiş, Səbuhi onunla razılaşmış və onlar birlikdə sözü gedən ünvana getmişlər. Orada şəkillərə uyğun olaraq çantanı tapmış və həmin yerdə çantanın kiçik cibini açan zaman orada həqiqətən də 02 ədəd bükümün olmasının şahidi olmuşdur. Bükümün birini Səbuhiyə vermiş, digərini özü əynində olan gödəkçənin sağ yan cibinə qoymuşdur. Həmçinin Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində, eləcə də video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilərkən verdiyi şifahi izahatında Təqsirləndirilən şəxs1 iranlı “Rza” adlı şəxsdən narkotik vasitə aldığını, həmçinin Arzumana narkotik vasitəni götürməkdə köməklik etməyə razılaşdığı üçün ona istifadə etmək üçün bir bükümdə heroin verdiyini bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin CBRŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Lənkəran rayonu Göyşaban kəndi ərazisində “Panorama” çay evinin yaxınlığında saxlanılmış, həmin vaxt Təqsirləndirilən şəxs1 çiynində idman çantası olmuşdur. Saxlanılan şəxslərin üzərilərinə baxış keçirilərkən hər iki şəxs üzərilərində olan bir bükümdə heroini təqdim etmişlər, həmçinin Təqsirləndirilən şəxs1 çantanın içində olan narkotik vasitəni təqdim etmiş, şifahi sorğu zamanı narkotik vasitələrin ona məxsus olmasını, iranlı şəxs tərəfindən həmin əraziyə qoyulduğunu və s. halları tam etiraf etmiş, hər hansı etirazları olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onların məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdüyü digər dəlilləri - saxlanılarkən polis əməkdaşları tərəfindən onlara qarşı fiziki təzyiqlər edildiyi üçün həmin narkotik vasitələr barədə etirafedici ifadələr vermələri barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimləri ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilmələrinə baxmayaraq, istər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özləri, istərsə də onların vəkilləri ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarış istintaq hərəkəti zamanı müdafiəçilərinin sualına cavab olaraq söylədikləri səsli nitqlərində onlara qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətlərinin olmadığını bildirmiş, eyni zamanda onların saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 06 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində xəsarətin olmamasına dair məhkəmə tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli rəyi, polis əməkdaşlarının izahatları və digər sənədlər əsasında, yəni toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktub və məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs1 məxsus 2310/2023 nömrəli “məhkumun tibbi kitabçası”ndan görünür ki, sonuncu 24 fevral 2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş, müayinə zamanı bədəni üzərində xəsarət aşkar edilmiş Bundan əlavə cinayət işinin materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 03 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarətin olmamasına, sonuncunun adına tərtib edilmiş məhkumun tibbi kartasında qeyd olunan xəsarətlər- sol kürəküstü və sol qol nahiyyəsinin qançırlarının küt əşyanın təsirindən müxtəlif şəraitlərdə, o cümlədən şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gələ bilməsinə dair məhkəmə tibbi ekspertizanın xx.xx.2023cü il tarixli rəyi, polis əməkdaşlarının izahatları və digər sənədlər əsasında, yəni toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs2 məxsus 2311/2023 nömrəli “məhkumun tibbi kitabçası”ndan görünür ki, sonuncu 24 fevral 2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş, müayinə zamanı bədəni üzərində sol kürək sümüyü üstündə və sağ qoltuq altı nahiyədə bənövşəyi rəngli qançırlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həbs edilən zaman xəsarət aldığını bildirmişdir. Məhkəmə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 06 aprel 2023-cü il tarixli və 03 avqust 2023-cü il tarixli qərarlarındakı göstərilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onların hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldıqlarını göstərmələrini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxslər tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə özlərinə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxslərin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmaları ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onlardan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Hazırki cinayət işinə məhkəmədə baxılanadək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərində aşkar edilmiş narkotik vasitənin çəkisini mübahisələndirməmiş, ibtidai istintaq dövründə dəfələrlə ifadə verərək özlərini onlara irəli sürülmüş ittiham üzrə təqsirli bilmişlər. Lakin onlar məhkəmə istintaqında fərqli məzmunda ifadə verərək onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçiərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiklərinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, CM-nin 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitəni satış məqsədi ilə əldə etmək üçün şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Ələt-Astara magistral yolunun Lənkəran rayonu Göyşaban kəndi ərazisindən keçən hissəsində - “Ponaroma” restoranının yanında gizlədilmiş narkotik vasitələri əldə etmək üçün Təqsirləndirilən şəxs2la razılaşmış, Təqsirləndirilən şəxs2 cinayətin digər iştirakçıları ilə aralarında olan rol bölgüsünə uyğun olaraq həmin narkotik vasitənin Təqsirləndirilən şəxs1 tərəfindən təhlükəsiz əldə edilməsi üçün ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 isə narkotik vasitələri əldə etmişdir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin pul qarşılığında külli miqdarda – narkotik vasitə olan heroin və qurudulmuş marixuana əldə edib, saxlamaq və daşımaqla digər şəxsin deyəcəyi ünvana çatdırmaq niyyətində olmaları, onların məhz həmin maddələrin qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə “şəxsi axtarış keçirilməsi haqqında” 23 fevral 2023-cü il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, “mobil nömrələrə daxil olan və çıxan zənglərə baxış keçirilməsi haqqında” protokol və həmin məlumatların olduğu CD disk, digər istintaq hərəkəti protokolları, məhkəmə kimyəvi ekspertizasının 23 fevral 2023-cü il tarixli, 19/224 nömrəli rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələr yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidirlər. Təqsirləndirilən şəxslərin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də onlar Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 08 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Masallı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə N ay 24 gün vaxtından əvvəl cəzadan şərti azad edilib. (İ cild,i.v. 210-211, İİ cild,i.v. 2-13; 14-16) Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivi sayılır. Həmin Məcəllənin 83.3.4-cü maddələrinə əsasən müvafiq olaraq ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində məhkumluq onların cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə ödənilmiş hesab olunur. Beləliklə, Təqsirləndirilən şəxs1 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015ci il tarixli hökmü ilə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş altı illik müddətin keçmədiyi dövrdə yaxud məhkumluğu ödənilmədən və ya götürülmədən törətdiyinə görə Təqsirləndirilən şəxs1 hazırki iş üzrə məhkumluğu olan şəxsdir və əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyasında 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğundan Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən ona 8 ildən aşağı həddə cəza təyin edilə bilməz. Bundan əlavə cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının sonu 28 fevral 2023-cü il tarixə hesablanmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə N ay 24 gün vaxtından əvvəl cəzadan şərti azad edilib. Göründüyü kimi Təqsirləndirilən şəxs1 ona ittiham elan edilən əməli, yəni CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli 23 fevral 2023-cü il tarixdə, yəni cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi cəzanın bitməsindən 05 gün əvvəl törətmişdir. Azərbaycan Resublikası CM-in 15.4-cü maddəsinə əsasən həmin Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Resublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulduğundan həmin maddələrdə nəzərdə tutulan əməl ağır cinayət hesab edilir. Azərbaycan Resublikası CM-in 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Buna görə də Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasından N ay 24 gün müddətə şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv olunmalı və ona Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş 08 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş N ay 24 gün hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə qəti cəza təyin olunmalıdır. -Lənkəran rayon Liman şəhər Mənzil təsərrüfatının təmir istismar təsərrüfat hesablı sahəsinin rəisi tərəfindən verilmiş 29 mart 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 evlidir, ailə tərkibi həyat yoldaşı və bir azyaşlı oğlundan ibarətdir. Yaşayış yeri üzrə normal səciyyələndirilir. (İ cild, i.v. 248-249) -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Qazax Hərbi Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə 335.1-ci maddəsi ilə təqsirli bilinib N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum olunmuş, CM-in 70-ci maddəsi tətbiq edilməklə həmin cəza 6 ay sınaq müddəti təyin edilməklə şərti hesab edilmişdir. (İ cild,i.v. 212-213) -Lənkəran rayon Liman şəhər Mənzil təsərrüfatının təmir istismar təsərrüfat hesablı sahəsinin rəisi tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 evlidir, ailə tərkibi həyat yoldaşı və iki azyaşlı övladından ibarətdir. Yaşayış yeri üzrə normal səciyyələndirilir. (İ cild, i.v. 246-247). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3 və 65.2-ci maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdikləri cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilmələrindən ibarət şəxsiyyətlərini xarakterizə edən halı, himayələrində azyaşlı uşaqlarının olması ilə bağlı cəzalarını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən), Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halların olmadığını, Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətləri təhlükəli residivinin Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal olduğunu nəzərə alıb təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara, cinayətin törədilməsində iştirak dərəcələrinə əsasən təyin edilməlidir. Buna görə də onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən isə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonunculara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onların ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduqları 23 fevral 2023-cü il tarixdən hesablanmalı və Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli qərarları ilə barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Eləcə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq qəti cəza təyin edilməlidir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 221 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və 2016-cı ildən “opium narkomanlığı” diaqnozu ilə ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 222 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altımış beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 65 (altımış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına narkotik vasitələr - ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 4199,95 qram qurudulmuş marixuana, 1933,159 qram təşkil edən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “şəxsi axtarış və götürmə” aparılması haqqında protokollara əlavə edilmiş 01 (bir) ədəd, "xxxx" MMC-dən daxil olmuş 01( bir) ədəd CD disklər iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 52-1, 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan N ay 24 gün hissəsinin Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddələrinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş və çəkilməmiş qalan N ay 24 gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökm üzrə təyin olunmuş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 23 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və 2016-cı ildən “opium narkomanlığı” diaqnozu ilə ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 23 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 65 (altımış beş) manat məbləğində pul bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına saxlanılan ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 4199,95 qram olan qurudulmuş marixuana və 1933,159 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, “şəxsi axtarış və götürmə” aparılması haqqında protokollara əlavə edilmiş 01 (bir) ədəd, "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd CD disklər iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar