Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-146/2025 08.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1995-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri Fizuli küçəsi ev 4/14-də qeydiyyatda olan, Lənkəran şəhəri H.Əskərov küçəsi dalan 4, ev 14-də olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.2.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında olarkən 2021-ci ildən sevgi münasibəti saxladığı ünvan 2 Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul tələb etmək qərarına gələrək, bu məqsədlə mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq, ona əvvəllər Lənkəran şəhərində görüşüb könüllü cinsi əlaqədə olduqları vaxtlar mobil telefonu ilə çəkdiyi birgə çılpaq fotoşəkillərini, yəni haqqında rüsvayedici məlumatları yaxın qohumlarına göndərəcəyi və sosial şəbəkələrdə paylaşacağı ilə hədələyərək ondan 21 fevral 2024-dü ildən 02 mart 2024-cü ilədək olan müddət ərzində vahid niyyətlə hədə-qorxu ilə 600 manat məbləğində pul tələb etmiş, onun tələbi ilə razılaşan Zərərçəkmiş şəxs tərəfindən yaşadığı Biləsuvar rayonu, Ağayrı kəndində olarkən "xxxx"ASC-dən adına verilmiş 4169 7387 8341 4042 saylı plastik kartın hesabından 21 fevral 2024-cü il tarixdə saat 22:25-də 20 manat 27 qəpik, 22 fevral 2024-cü il tarixdə saat 10:05-də 20 manat, saat 19:25-də 200 manat, 23 fevral 2024-cü il tarixdə saat 01:41-də 10 manat, saat 09:57-də 90 manat, 24 fevral 2024-cü il tarixdə saat 02:06-da 1 manat, saat 03:55-də 2 manat, saat 14:12-də 100 manat, 26 fevral 2024-cü il tarixdə saat 20:31-də 1 manat, 4169 73xxxxxx1531 saylı plastik kartın hesabından 27 fevral 2024-cü il tarixdə saat 15:05-də 35 manat, saat 15:54də 10 manat, 29 fevral 2024-cü il tarixdə saat 15:03-də 20 manat, saat 21:44-də 6 manat, 4169 7387 8341 4042 saylı plastik kartın hesabından 01 mart 2024-cü il tarixdə saat 11:30-da 5 manat, saat 13:09-da 5 manat, saat 20:49-da 3 manat 54 qəpik, saat 21:36-da 20 manat, 02 mart 2024-cü il tarixdə saat 03:32-də 3 manat, saat 14:41-də 3 manat, 4169 73xxxxxx9636 saylı plastik kartın hesabından 02 mart 2024-cü il tarixdə saat 16:22-də 14 manat və 4169 73xxxxxx7582 saylı plastik kartın hesabından 02 mart 2024-cü il tarixdə saat 18:27-də 20 manat olmaqla, ümumilikdə 588 manat 81 qəpik məbləğində pul vəsaitinin istifadəsində olmuş mobil telefonunda olan Kapital Bank mobil tətbiqi proqramı vasitəsi ilə "xxxx"ASC-dən öz adına verilmiş 5239 1517 2839 8895 saylı plastik kartın hesabına göndərilməsinə nail olmaqla, Zərərçəkmiş şəxs hədə-qorxu ilə 600 (altı yüz) manat məbləğində pul tələb etmişdir. Bundan başqa, o, təkrarən 06 aprel 2024-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında olarkən Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul tələb etmək qərarına gələrək, bu məqsədlə mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq, ona əvvəllər Lənkəran şəhərində görüşüb könüllü cinsi əlaqədə olduqları vaxtlar mobil telefonu ilə çəkdiyi birgə çılpaq foto şəkillərini, yəni haqqında rüsvayedici məlumatları yenidən yaxın qohumlarına göndərəcəyi və sosial şəbəkələrdə paylaşacağı ilə hədələyərək ondan 06 aprel 2024-dü ildən 07 aprel 2024-cü ilədək olan müddət ərzində vahid niyyətlə hədə-qorxu ilə təkrar 700 manat məbləğində pul tələb etmiş, onun tələbi ilə razılaşan Zərərçəkmiş şəxs tərəfindən yaşadığı Biləsuvar rayonu, Ağayrı kəndində olarkən "xxxx"ASC-dən adına verilmiş 4169 7387 8341 4042 saylı plastik kartın hesabından 06 aprel 2024-cü il tarixdə saat 16:13-də 50 manat, saat 07 aprel 2024-cü il tarixdə saat 12:44-də 100 manat və saat 15:15-də 15 manat olmaqla, ümumilikdə 165 manat məbləğində pul vəsaitinin istifadəsində olmuş mobil telefonunda olan Kapital Bank mobil tətbiqi proqramı vasitəsi ilə "xxxx"ASC-dən öz adına verilmiş 5239 1517 2839 8895 saylı plastik kartın hesabına göndərilməsinə nail olmaqla, Zərərçəkmiş şəxs təkrar hədə-qorxu ilə 700 (yeddi yüz) manat məbləğində pul tələb etmişdir. Bundan başqa, o 27 aprel 2024-cü il tarixdə saat 16 radələrində Lənkəran şəhəri, H.Əskərov küçəsində yerləşən “Böyük Bazar” qəbiristanlığının yanında satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd bükümdə, ağ rəngli kristallardan ibarət, təmiz çəkisi 2,340 qram olan külli miqdarda psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatı əldə etmiş Lənkəran şəhərrayon polis şöbəsinin əməkdaşlarının 27 aprel 2024-cü il tarixdə keçirdikləri əməliyyat tədbiri nəticəsində həmin gün saat 20:50 radələrində yaşadığı Lənkəran şəhəri, H.Əskərov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq, ünvan 3 ünvanında yerləşən rayon polis şöbəsinin inzibati binasına aparılıb, orada üzərində şəxsi axtarış keçirilərkən 2,340 qram çəkidə olan külli miqdarda həmin psixotrop maddə metamfetamin əynində olmuş şalvarın sağ yan cibindən şəffaf sellofan kəsiyinə bükülmüş halda aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə CM-in 234.1-1-ci maddəsinə münasibətdə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis şöbəsindən ona zəng gələrək onu CM-nin 182-ci maddəsi polis şöbəsinə dəvət etmişlər. O polis şöbəsinə getdikdən sonra ona barəsində şikayət olduğunu, onu CM-nin 182-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağını deyib onun üzərinə 1 bükümdə psixotrop maddə qoymuşlar. Polis şöbəsində onu CM-nin 182-ci maddəsindən azad edəcəklərini bu səbəbdən narkotik vasitəsini üzərinə götürməsini demişlər, o da polislərə inanıb sənədlərə imza etmişdir. Bundan sonra polis əməkdaşları onun ayağında elektron nəzarət vasitəsinin olduğunu görüb onu yaşadığı əraziyə aparıb yenidən polis şöbəsinə gətirərək üzərinə baxış keçirmişlər. O polis şöbəsinə gedərkən onun üzərində heç bir psixotrop maddə olmamış. Polislər tərəfindən döyülməmiş, fizki təsirlərə məruz qalmamışdır. Bundan başqa o, CM-nin 182.2-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ildə Zərərçəkmiş şəxs ilə tanış olmuşlar, həmin vaxtdan 2024-cü ilin mart-aprel ayına kimi aralarında intim münasibətlər olmuşdur, mütəmadi olaraq cinsi əlaqədə olmuşlar. Yataqda olarkən fotoşəkillər çəkmişlər. 2024-cü ilin aprel ayında münasibətləri pisləşmişdir. Aygül artıq nişanlanmışdır. O, da Ayğüllə aralarında olan intim münasibətləri, həmçinin ozündə saxladığı Aygülün rüsvayedici şəkillərin nişanlısına göstərəcəyi ilə hədələyərək müxtəlif məbləğlərdə pullar tələb edərək almışdır. Törətdiyi əməldən peşimandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında CM-nin 234.1-1-ci maddəsinə münasibətdə ziddiyyətlər olduğu üçün, onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, o, 27 aprel 2024-cü il tarixdə saat təxminən 20 radələrində yaşadığı Lənkəran şəhəri H.Əəgərov küçəsində 20 manat müqabilində bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin almışdır. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “polis əməkdaşları metamfetamini üzərinə götürdüyü halda onu CM-nin 182-ci maddəsindən azad edəcəklərini bildirdiklərinə görə, polislərə inanıb sənədlərə imza edərək, metamfetaminin ona məxsus olmasınna dair etirafedici ifadələr verməsi” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edir və sübut kimi qəbul edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin yay fəslində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. 2021-ci ilin sentyabr ayında yenidən Lənkəran şəhərinə təhsilini davam etdirməkdən ötrü qayıtmışdır. Həmin vaxtdan Əli ilə mütamadi olaraq görüşməyə başlamışdır. İlk dəfə Əli ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, daha sonra isə təbii yolla cinsi əlaqədə olmuşdur. Beləliklə onun Əli ilə sevgi münasibətləri yaranmışdır. İlk vaxytalar Əli ona subay olduğunu demişdir. Lakin sonradan o Əlinin evli olduğunu bilmişdir. Əlini sevdiyi üçün ondan ayrılmamış və demək olar ki, ər-arvad münasibətlərində yaşamağa başlamışlar. Lənkəran şəhərində yerləşən otellərdə və evdə görüşmüşlər. Onların münasibətləri o Universiteti bitirənədək yəni 2024-cü ilədək davam etmişdir. Daha sonra o Biləsuvar rayonuna getsədə Əli ilə görüşməyə Lənkəran şəhərinə gəlmişdir. Əlidə onun çılpaq şəkilləri də olmuşdur. 2024-cü ilin fevral ayından sonra Dəyanət adlı şəxs ilə nişanlanmışdır. Əli də bunu biləndən sonra ona hədə-qorxu gəlməyə başlamış ki, ona pul göndərməsə çılpaq şəkillərini Dəyanətə, qardaşına və yaxın qohumlarına göndərəcəkdir. Bunun müqabilində Əli ondan ilk dəfə 2024-cü ilin fevral ayının 21-də 600 manat pul istəmişdir. O da həmin zaman Biləsuvar rayonunda olmuşdur. Pulu olmadığı üçün Əlidən vaxt istəmişdir. Lakin Əli onun şəkillərini yayacaq hadəsi ilə qorxutmuşdur. Beləliklədə Biləsuvar rayonunda olan zaman yəni 21 fevral 2024-cü il tarixdə öz hesab kartından 20 manat 27 qəpik, 22 fevral 2024-cü il tarixdə 20 manat və 200 manat, 23 fevral 2024-cü il tarixdə 10 manat, 90 manat, 24 fevral 2024-cü il tarixdə 1 manat, 2 manat, 100 manat, 26 fevral 2024-cü il tarixdə 1 manat, 27 fevral 2024-cü il tarixdə 35 manat, 10 manat, 29 fevral 2024-cü bil tarixdə 20 manat, 6 manat, 01 mart 2024-cü il tarixdə 5, manat, 5 manat, 3,54 manat, 20 manat, 02 mart 2024-cü il tarixdə 3 manat, 3 manat, 14 manat, 20 manat pulları Əlinin ona göndərdiyi kapital Bank kartına göndərmişdir. Daha sonra Əliyə yalvarmış ki, ondan əl çəksin. Əli isə ona nalayiq ifadələr işlədərək əl çəkməyəcəyini bildirmişdir. 2024-cü ilin mart ayının əvvəllərinə kimi onu hədələyərək pullarını almış, daha sonra o çalışmış ki, Əli ilə münasibətini yaxşılaşdırsın. Əli onun nişanını pozmaq istəmişdir. O da bu səbəbdən Əli ilə Lənkəran şəhərinə gəlib görüşürmüş ki, Əli onun şəkillərini yaxın qohumlarına və nişanlısı Dəyanətə göndərməsin. Beləliklə o Əli ilə 2024-cü ilin mart aynın sonuna kimi münasibətləri normal saxlaya bilmişdir. Onunla mütəmadi əlaqə saxlamış, yəni telefonda görüntülü danışırmış və görüşmüşdür. Bir sözlə Əli nə vaxt istəmiş, o Biləsuvar rayonundan Lənkəran şəhərinə gəlib Əli ilə görüşmüşdür ki, ona qarşı aqressiv olmasın. Münasibətləri yenidən 2024-cü ilin aprel ayının əvvəllərində pisləşməyə başlamışdır. Əli ondan yenidən 700 manat pul tələb etmişdir. O da 06 aprel 2024-cü ildə 50 manat, 07 aprel 2024-cü il tarixdə isə 100 manat bir, 15 manat da bir göndərmişdir. Daha sonra Əli onu hədələməklə pul tələb etsə də o, Əliyə pul göndərə bilməmişdir. Əliyə konkret olaraq pulunun olmadığını demişdir. Əli isə ona bildirmiş ki, əgər pul gəlməsə şəkillərini yayacaqdır. O da artıq Əliyə pul göndərə bilmədiyi üçün Əli onun çılpaq şəkilimi nişanlım Dəyanətə göndərəcəyini bildirmiş və ona iki ədəd onunla birlikdə çəkdirdiyi foto şəkillərini yollamışdır. Bundan sonra o da məcbur qalıb bu barədə şikayət etmişdir. Əli ona ümumilikdə 753 manat maddi ziyan vurmuşdur. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Əlidən şikayətçidir, ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 27 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin, psixotrop maddələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən əldə etdiyi məlumat daxil olmuş bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Həmin gün təxminən saat 21 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri H.Əskərov küçəsində yaşadığı evinin yaxınlığında yolla piyada hərəkət etməsi müəyyən olunmuş, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini ona təqdim edərək onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Şöbədə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir bükümdə ağ rəngli kristial formalı, psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları Şahid2, Şahid3 oğlu eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə kimyəvi ekspertizasının 28 aprel 2024-cü il tarixli 19/371 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 2,340 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindir. Tədqiqatdan sonrakı qalıq metamfetamin psixotrop maddəsi 2,240 qram. Ekspertiza xərclərinə dair arayışa əsasən aparılmış tədqiqatın dəyəri 60 (altmış) təşkil edir. İş materiallarında olan 29 aprel 2024-cü il tarixli 391 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2023-cu ildən “toksikoman” diaqnozu ilə qeydiyyatda durur. İş materiallarında olan 29 aprel 2024-cü il tarixli 398 nömrəli məhkəmə tibb iekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan 10 iyun 2024-cü il tarixli 1704 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görürür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman üzvi şəxsiyyət pozuntusu müəyyən edilir. Onda müəyyən edilən üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmamamışdır ki, o, qeyd olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respubliksı CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarında olan 27 aprel 2024-cü-cü il tarixli videoçəkilişlə «şəxsi axtarış aparılması və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin psixotrop maddənin özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində saxladığını göstərmişdir. İş materiallarında olan 08 aprel 2024-cü il tarixli Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus mobil telefonlara baxış keçirilməsi haqqında protokoldan, fotoşəkillərdən və qəbzlərin surətindən görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs Əziz qızına məxsus mobil telefonda Təqsirləndirilən şəxs həmin Aygül Əliyevi onda olan foto və şəkillərlə hədələyərək pul istəməsi öz əksini tapır. Bundan başqa Zərərçəkmiş şəxs məxsus mobil telefonun bir bank tətbiqində də Təqsirləndirilən şəxs məxsus kart hesabına müxtəlif məbləğlərdə pul göndərməsini öz əksini tapır. İş materiallarında olan 27 aprel 2024-cü-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 29 aprel 2024-cü-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 27 aprel 2024-cü-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 05 iyun 2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında Lənkəran Rayon İcra və Probasiya şöbəsinin məktubundan görünürki, Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının 08 ay 26 gününü çəkmiş, 01 il 03 ay çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan 17 may 2024-cü il tarixli Lənkəran şəhər Psixiatriya xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci ildən başbeyinin üzvi xəstəliyi nəticəsində davranış pozuntusu diaqnozu ilə xəstəxanada qeydiyyatdadır. İş materiallarında olan Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan, xasiyyətnamədən və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 adlı azyaşlı uşaqlarından ibarətdir, yaşadığı müddətdə barəsində heç bir şikayət və ya yazılı ərizə daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 28 oktyabr 2024-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, ekspertizadan sonra qalıq qalmış 2,240 qram psixotrop maddə metamfetamin və və şəxsi axtarış və götürmə aparılmasının aparılmasının videogörüntüsünün özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış, 2,240 qram psixotrop maddə metamfetamin bir ədəd elektron tərəzi Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, bir ədəd DVD disk iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 28 oktyabr 2024-cü il tarixli «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda psixotrop maddənin mənbəsinə görə cinayət işinin materiallarından Azəbraycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 182.2.2 və 234.1-1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 182.2.2 və 234.1-1-ci maddələri ilə düzgün ittiham verilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2 və 234.1- 1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, gənc olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli hökmü təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 3 (üç) ay hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə, yəni 7 (yeddi) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən toplanmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2 və 234.1-1-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə taksikomaniyadan məcburi müalicə təyin edilməli və 2023-cü ildən toksikoman” diaqnozu ilə ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan ekspertizadan sonra qalıq qalmış 2,240 qram psixotrop maddə metamfetamin məhv edilməli, iş materiallarında olan – şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdlirən bir ədəd DVD disk icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə eyni zamanda iş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 27 aprel 2024-cü-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.2.2 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin ona CM-in 182.2.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-in 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 7 (yeddi) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 3 (üç) ay günlük hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə, yəni 7 (yeddi) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 aprel 2024-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə taksikomaniyadan məcburi müalicə təyin edilməli və 2023-cü ildən «toksikoman» diaqnozu ilə ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınsın. -İş üzrə maddi sübut kimi tanınmış – Lənkəran Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2,240 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə 60 (altımış) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-146/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-146/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver