Məhkəmə qərarları › İş №1(099)-147/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-147/2022

18.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-147/2022 18.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X17, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Balabəy oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zərərçəkmiş şəxs, onun nümayəndəsi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 15 avqust 1991-ci il tarixdə Kürdəmir rayonu, Axtaçı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Dayıkazımlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs həmkəndlisi X12 ilə aralarındakı münasibətlərin sonuncunun 2021-ci ilin əvvəllərində qohumu X2 onunla münasibətdə olmasını bilməsinə görə pozulmasından sonra 30 iyul 2021-ci il tarixdə saat 14:30 radələrində arvadı Şahid2 (bundan sonra - arvadı) barəsində nalayiq sözlərin yazıldığı kağızın yaşadığı evin yaxınlığındakı elektrik dirəyinə yapışdırıldığını ona deməsi səbəbindən həmin mətni yazmış şəxsi müəyyən edib öldürmək qərarına gəlmiş, bu məqsədlə özünə məxsus, “HUQLU DİTRO BEAST” markalı, 12 kalibrli, “14A0432” nömrəli, yivsiz odlu ov silahı olan təklüləli tüfəngini patron yatağına beş ədəd patron yerləşdirərək yaşadığı evdən götürüb atası Şahid1 evinə gedərkən yolda rastlaşdığı Bəhmən Hümbətovdan arvadı barəsində nalayiq sözlərin olduğu mətni yazıb-yazmadığını soruşarkən Bəhmən Hümbətov həmin mətni yazdığını təsdiq etdikdən dərhal sonra tüfəngdən sonuncuya qəsdən öldürmək məqsədilə bir dəfə atəş açmaqla başın üz hissəsi, alnın sol və sol gicgah nahiyəsinin çoxsaylı deşilmiş qırma yaraları, sol gicgah və üz skeleti sümüklərinin sınıqlarından ibarət olan, beyin qişası altına və mədəciklərinə qansızma və kütləvi qanitirmə ilə nəticələnməklə ölümə səbəb olan, yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Bəhmən Hümbətovu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində, həmçinin iş üzrə ibtidai istintaq zamanı yalnız 21 dekabr 2021-ci il tarixdə verdiyi ifadəsinin məzmununu təsdiq etmiş və ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 122 və ya 124-cü maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, 29 iyul 2021-ci il tarixdə atasının əmisi nəvəsi X3 onun yaşadığı evin yaxınlığındakı elektrik dirəyinə kağız yapışdırıldığını eşitsə də, həmin kağızın üzərinə nə yazılmasından məlumatı olmamışdır. 30 iyul 2021-ci il tarixdə saat 14:30 radələrində yaşadığı evdə olarkən arvadı Şahid2 (bundan sonra - arvadı) ona həmin kağızın üzərinə özü haqqında nalayiq sözlərin yazıldığını, atası Aydının həmin yazını araşdırılması üçün hansısa polis əməkdaşına verdiyini deyəndə bundan əsəbiləşmiş, yaşadığı evdən özünə məxsus, əvvəlcədən patron yuvası dolu olmuş “DİTRO BEAST” markalı ov tüfəngini əsəbi halda götürüb küçəyə çıxmışdır. Bu zaman arvadına qarşı nalayiq sözlərin yazıldığı mətnlə bağlı hər hansı şəxsə, o cümlədən X8 (bundan sonra - Bəhmən) qarşı şübhəsi olmadığına görə məqsədi Bəhmənlə görüşmək deyil, yaxınlıqda yaşayan atasıgilə getmək olmuşdur. Atasıgilə getməkdə məqsədi atasından arvadı barəsində nalayiq sözləri yazmış şəxsi müəyyən edib-etməməsini öyrənmək olmuşdur. Belə olan halda, atasıgilə gedərkən tüfəngi də özü ilə götürməsi hər hansı şəxsə atəş açmaq istəyi ilə deyil, yalnız əsəbi olması ilə əlaqədar olmuşdur. Tüfəngi üfüqi vəziyyətdə, qarın səviyyəsində və barmağını tətiyin üzərində tutub atasına məxsus evə tərəf gedərkən təsadüfən X5 (bundan sonra - Bəhmən) göy rəngli “Niva” markalı avtomobildən düşüb getdiyini görmüşdür. Sonuncunu bundan əvvəl toyda gördüyünə görə oradan qayıtdığını ehtimal etmişdir. Lakin ona Bəhmənin toydan çıxdığı barədə hər hansı şəxs tərəfindən məlumat verilməmişdir. Yəni, Bəhmənin gəlməsini gözləməmiş, sonuncu təsadüfən qarşısına çıxmışdır. 2021-ci ilin yaz aylarında Bəhmənin yaşadığı evin həyətində olarkən mobil telefonunun oğurlanmasından sonra onunla Bəhmənin arvadı Pərvanənin bacısı qızı Tünzalə İsmayılova arasında baş vermiş səs yazılarının yayılması səbəbindən Bəhmənlə arasında ədavət yaransa da, sonradan mobil telefonunun Şahid9 tərəfindən oğurlandığını, həmçinin sonuncunun ona etdiyi etirafı əsasında bu halı dəqiqləşdirdiyinə görə Bəhmənlə aralarındakı münasibətlər normallaşmışdır. Buna görə də iş üzrə hadisənin baş verdiyi ərəfədə Bəhmənlə aralarında ədavət olmamışdır. Sonuncudan yaşadığı evin yaxınlığındakı elektrik dirəyinə yapışdırılmış kağıza arvadı haqqında nalayiq sözlərin yazılmasından məlumatının olub-olmadığını soruşmuşdur. Həmin vaxt da tüfəngi yuxarıda göstərdiyi eyni vəziyyətdə tutmuş, bunun səbəbi barədə verilmiş suala cavab vermək istəmir. Bəhmən cavabında yazdığı həmin kağızı elektrik dirəyinə yapışdırdığını, bu formada onun namusuna toxunduğunu demişdir. Bu sözlərdən əsəbiləşdiyinə, həyəcanlandığına və stress keçirdiyinə görə özünü itirmiş, dərhal sonra yuxarıda göstərdiyi eyni vəziyyətdə tutduğu tüfəngdən bilmədən, ehtiyatsızlığından atəş açılmışdır. Bu zaman onunla Bəhmən arasında təxminən 10-20 metr məsafə olmuşdur. Həmin tüfəngdən tətiyini basmadan atəş açmaq mümkün olmadığına görə atəşin hansısa barmağının təsadüfən tətiyə dəyməsi nəticəsində baş verdiyini hesab edir. Atəş anında barmağının tətiyin üzərində olduğunu xatırlasa da, barmağının tətiyə necə dəydiyini xatırlamır. Bəhmən baş nahiyəsinə dəymiş atəş zərbəsindən yerə yıxılmışdır. Lakin sonuncunu qəsdən öldürmək niyyəti olmamış, atəşdən əvvəl tüfəngi Bəhmənə tuşlamamışdır. Həm bu, həm atəşdən əvvəl tüfəngi yuxarıda göstərdiyi eyni vəziyyətdə tutduğu, həm də Bəhmənlə təxminən eyni boyda olduğu hallarda, atəş zərbəsinin sonuncunun məhz baş nahiyəsinə necə dəyməsinin səbəbi barədə verilmiş suala cavab verə bilmir. Baş vermiş hadisədən qorxmuş və həyəcanlanmışdır. Hadisə yerində olarkən “102” və “103” xidmətlərinə zəng edib hadisə barədə məlumat vermək istəsə də, mobil telefonunun üzərində olmaması səbəbindən bunu edə bilməmişdir. Hadisə yerinə yaxınlaşmış atasından “103” xidmətinə zəng etməsini istəmiş, ov tufəngini də götürüb yaşadığı evə getmişdir. Orada arvadına və öz mobil nömrəsindən zəng etməklə DİN-nin “102” xidmətinə əlindəki tüfəngdən ehtiyatsızlığından açılmış atəş nəticəsində Bəhmənin öldüyü barədə məlumat vermişdir. Bundan sonra Bəhmənin meyitinin yolun ortasında qalmaması üçün cinayətin aləti olmuş ov tufəngini də götürüb hadisə yerinə qayıtmış, meyiti sürüyüb yolun kənarındakı yulğun kollarının yanına gətirmiş, ov tüfəngini meyitin yanına qoyub atasının yaşadığı evə getmişdir. Atası ona təcili tibbi yardıma və onu Kürdəmir RPŞ-yə aparmaları üçün polisə zəng etdiyini demişdir. Buna görə də atası evində qalıb polislərin gəlməsini gözləmişdir. Bundan bir neçə dəqiqə sonra arvadı da uşaqları ilə birlikdə atası evinə gəlmişlər. Polis əməkdaşları onu atasının yaşadığı evdə saxlayıb Kürdəmir RPŞ-yə gətirmişlər. Əvvəllər bütün hallarda ova gedəndə tüfəngi çiynindən asdığı halda, 30 iyul 2021-ci il tarixdə yaşadığı evdən çıxarkən və əlindəki tüfəngdən Bəhmən istiqamətində atəş açılmasından əvvəl həmin tüfəngi çiynindən asılmış vəziyyətdə deyil, üfüqi vəziyyətdə saxlaması, barmağını tətiyin üzərində tutmasının səbəbini arvadı haqqında göstərdiyi mətnin kim tərəfindən yazılmasını müəyyən etmək olmuşdur. İş üzrə ibtidai istintaq zamanı ona hər hansı məzmunda ifadə verməsi ilə əlaqədar qanunsuz təsir və ya hərəkət edilməmiş, müstəntiqin kompüterdə adından tərtib etdiyi ifadələrə oxumadan imza etmişdir. İş üzrə ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələr arasında ziddiyyətlərin mövcud olmasını ilkin ifadələrini verərkən əsəbi olmasına görə öz əleyhinə danışması ilə izah edir. Buna görə də iş üzrə ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrinin hazırki ifadəsi ilə ziddiyyət təşkil edən hissələrini təsdiq etmir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə barəsində özünü təqsirli bildiyi əməl üzrə ədalətli qərar qəbul edilməsini və mülki iddianın təmin edilməməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə: - 30 iyul 2021 və 01 avqust 2021-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilərək göstərmişdir ki, 2021-ci ilin yaz aylarında mobil telefonu oğurlandıqdan sonra X5 (bundan sonra – Bəhmən) onun həmin telefonun yaddaşında saxladığı, onunla yaxın münasibətdə olmuş baldızı qızı Tünzalə İsmayılova arasında baş vermiş səs yazısını sonuncunun ailə üzvlərinə göstərməsi və həmin telefonu sındırması səbəbindən Bəhmənlə arasında ədavət yaranmışdır. 30 iyul 2021-ci il tarixdə sonuncu ona yaşadığı evin yaxınlığındakı elektrik dirəyinə yapışdırılmış kağıza arvadının ünvanına nalayiq sözləri yazdığını dediyinə və Bəhmənin bu hərəkəti onu kənd sakinləri arasında rüsvay etmək məqsədilə etdiyini qəbul etdiyinə görə əsəbiləşərək Bəhməni öldürməyi qərara almış və sonuncuya qəsdən öldürmək məqsədilə əlindəki tüfəngdən tuşlayıb atəş açmış, atası və arvadına da bu barədə demişdir. - 01 avqust 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinin sonuna “Bəhmən Hümbətovu özümə məxsus ov tüfəngindən bir dəfə atəş açaraq özüm öldürmüşəm” məzmununda şəxsən yazmaqla qeyd daxil etmişdir (İ cild, səh. 44-49, 97- 102). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 30 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs (bundan sonra - Vurğun) planlaşdırdığı şəkildə qardaşı Bəhmən Hümbətovun (bundan sonra – Bəhmən) qarşısına çıxıb qəsdən öldürdüyünü hesab edir. İş üzrə hadisənin baş verməsindən əvvəl Vurğunun itmiş mobil telefonunun Bəhməngildə olması səbəbindən sonuncunu döydüyünü, həmin telefonun yaddaşında X11 arasında səs yazılarının olduğunu eşitmişdir. Hadisə yerinə gələndə Bəhmənin meyitini görmüşdür. Vurğunla barışmamış, sonuncuya qarşı şikayət və tələbi vardır. Buna görə də Vurğuna azadlıqdan məhrum etmə cəzasının ən yuxarı həddə təyin olunması və verdiyi mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, iş üzrə hadisənin baş verməsindən təxminən bir il əvvəl Şahid9 tapdığı, Təqsirləndirilən şəxs (bundan sonra - Vurğun) məxsus mobil telefonu yaddaşında sonuncu ilə onun bacısı qızı Tünzalə İsmayılova arasında olmuş səs yazılarını aşkar etdiyinə görə ona vermiş, həmin telefonu müvafiq səs yazılarını Tünzalənin ailə üzvlərinə dinlətdikdən sonra sındırıb atmışdır. Vurğunla əri X12 (bundan sonra – əri) arasındakı münasibətlər Vurğunun mobil telefonunun əri tərəfindən götürülməsindən şübhələnməsi və X11 arasında olmuş səs yazıları ilə əlaqədar pozulmuş, Vurğun mobil telefonunun əri deyil, Şahid9 tərəfindən götürüldüyünü bildikdən sonra Vurğunla əri arasındakı münasibətlər normallaşmışdır. Bundan sonra iş üzrə hadisənin baş verməsinə qədər əri ilə Vurğun arasında mübahisə baş verməmişdir. 30 iyul 2021-ci il tarixdə Vurğuna ərinin toydan çıxdığı barədə mobil telefon vasitəsilə məlumat verildikdən sonra Vurğunun ərini yaşadığı evə tərəf gedərkən ona məlum olmayan səbəbdən qəsdən öldürdüyünü hesab edir. Vurğunun yaşadığı evin yaxınlığındakı elektrik dirəyinə yapışdırılmış kağızda sonuncunun arvadı barədə nalayiq sözlərin olduğu mətni əri yazmamışdır. Çünki həmin kağızdakı mətn ərinin yazıb-oxuya bilmədiyi latın qrafikalı Azərbaycan əlifbası ilə yazılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, sonradan anası Pərvanədən eşitdiyinə görə Təqsirləndirilən şəxs (bundan sonra - Vurğun) ilə Tünzalə İsmayılova arasında səs yazısının və yaxın münasibətin olmasına görə Vurğunla atası X12 (bundan sonra - atası) arasında ədavət olmuş, Vurğun atasına hədəqorxu gəlmişdir. Sonradan Vurğunla atası arasında münasibətlər normallaşmış, Vurğun atası və ondan üzr istəmişdir. Hesab edir ki, Vurğun iş üzrə cinayət hadisəsini atasının yaşadığı evə tərəf gedəndə deyil, planlaşdırdığı şəkildə, yəni sonuncunun yaşadığı evlə əks istiqamətdə gedərkən qəsdən törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, iş üzrə hadisənin baş verməsindən təxminən bir il əvvəl Təqsirləndirilən şəxs (bundan sonra - Vurğun) ilə dayısı X12 (bundan sonra – Bəhmən) arasındakı münasibətlər Vurğunun Bəhmənin baldızı qızı Tünzalə İsmayılova ilə yaxın münasibətdə olması səbəbindən pozulmuşdur. Lakin bununla əlaqədar Bəhmənlə Vurğun arasında mübahisə baş verdiyini eşitməmişdir. Vurğun ona Tünzalə ilə münasibətinin olmadığını bildirsə də, sonradan Vurğunun tapdığı mobil telefonunda aşkar etdiyi, sonuncu ilə Tünzalə arasında olmuş səs yazıları əsasında onların yaxın münasibətdə olduqlarını sübut etmiş, həmin telefonu Bəhmənin arvadı Pərvanə Hümbətovaya vermişdir. Sonuncu Tünzalənin ailə üzvlərinə müvafiq səs yazılarını dinlətdikdən sonra həmin telefonu sındırmışdır. Vurğunun Bəhməni hər hansı söz soruşmadan və səbəb olmadan qəsdən öldürdüyünü hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, iş üzrə hadisənin baş verməsindən təxminən bir il əvvəl Təqsirləndirilən şəxs (bundan sonra - Vurğun) ilə qardaşı X12 (bundan sonra – Bəhmən) arasındakı münasibətlər Vurğunun Bəhmənin baldızı qızı Tünzalə İsmayılova ilə yaxın münasibətdə olması səbəbindən pozulmuşdur. İş üzrə hadisənin baş verməsinə qədər Vurğun Bəhmən və Şahid9 güllələyəcəyini demiş, idarə etdiyi avtomobili mal-qaranı otlaqdan gətirmiş Bəhmənin üzərinə sürdükdən sonra özünə məxsus tüfəngdən sonuncuya atəş açmaqla öldürməyə cəhd etmiş, lakin atəş zərbəsi Bəhmənə dəymədiyinə görə məqsədinə buna nail ola bilməmiş, yenə də sonuncunu öldürəcəyini demişdir. O, bu hadisənin baş verməsini Bəhməndən eşitmişdir. Vurğunun atası onlara Vurğunun bir daha belə etməyəcəyinə söz verdiyinə görə sonuncu barədə hüquq mühafizə orqanlarına şikayət etməmişlər. 16 iyul 2021-ci il tarixdə toyda Vurğun Şahid9lə mübahisə edərkən kənddə adının pis hallandığına görə onun toylara videoçəkən kimi dəvət edilmədiyini, buna görə də Bəhməni öldürəcəyini demişdir. Vurğuna cavabında əgər belə hadisəni törədərsə, ailəsinin dağılacağını, uşaqlarının başsız qalacağını demiş, Vurğun onunla razılaşıb Şahid9lə barışmışdır. 30 iyul 2021-ci il tarixdə saat 14:30 radələrində yaşadığı evin həyətində olarkən atəş səsi gəldiyini eşitmiş, bir neçə dəqiqə sonra oğlundan Vurğunun Bəhməni tüfəngdən atəş açmaqla öldürdüyünü eşitmiş, hadisə yerinə çatanda Bəhmənin meyitinin dərədə olduğunu görmüşdür. Vurğunun yaşadığı evin yaxınlığındakı elektrik dirəyinə sonuncunun arvadının ünvanına nalayiq sözlərin yazıldığı kağızın yapışdırılması və X11 arasında səs yazılarının olmasından iş üzrə hadisənin baş verməsindən sonra məlumatı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, iş üzrə hadisənin baş verməsindən əvvəl oğlu Təqsirləndirilən şəxslə (bundan sonra - Vurğun) X12 (bundan sonra – Bəhmən) arasında ədavət və ya düşmənçilik olmasını, X11 arasında yaxın münasibətin olmasını eşitməmişdir. 29 iyul 2021-ci il tarixdə səhər saatlarında qohumu Şahid5 mobil telefon vasitəsilə ona və oğlu Bəyalıya yaşadıqları evin yaxınlığında yerləşən elektrik dirəyinə barələrində nalayiq sözlərin yazıldığı kağızın yapışdırıldığını dediyinə görə Bəyalıya həmin kağızı ona gətirməsini tapşırmışdır. Buna görə də Bəyalı gedib elektrik dirəyinə yapışdırılmış kağızı ona gətirmişdir. Kağızda latın qrafikalı Azərbaycan əlifbası ilə yazılmış mətni oxuyarkən onun gəlini Şahid2 barəsində nalayiq sözlərin yazıldığını görmüşdür. Bu barədə Vurğuna deməmiş və sonuncu həmin kağızı görməmişdir. Gəlini Fidanı diş həkiminə apararkən həmin kağızı sonuncuya göstərmiş, sonra da Fidanla Cəlilabad RPŞ-yə gedib həmin kağızı hansısa polis əməkdaşına göstərmiş və sonuncudan müvafiq tədbir görülməsini xahiş etmişdir. Həmin kağızı özü ilə götürüb yaşadığı evə qayıtmış, iş üzrə hadisənin baş verməsindən sonra isə müstəntiqə təqdim etmişdir. 30 iyul 2021-ci il tarixdə yaşadığı evdə olarkən gəlini Fidan mobil telefonuna zəng edib ona Vurğunun həmin kağızın kim tərəfindən yazılıb elektrik dirəyinə yapışdırdığını öyrənmək üçün həyəcanlı şəkildə tüfəngini götürüb evdən çıxdığını və onun yaşadığı evə tərəf getdiyini demişdir. Buna görə də dərhal yaşadığı evin eyvanına çıxanda atəş səsi eşidib həyətdən çölə çıxmış, bu zaman kənardan Bəhmənin meyitinin kəndarası yolun ortasında olduğunu görmüşdür. Vurğun ona Bəhmənin elektrik dirəyinə yapışdırılmış kağızdakı mətni yazdığını deməsi anında əlindəki tüfəngdən təsadüfən atəş açıldığını, atəş zərbəsinin sonuncuya dəydiyini demiş, mobil telefonu üzərində olmadığına görə ondan “103” xidmətinə zəng etməsini xahiş edib yaşadığı evə getmişdir. Buna görə də öz mobil nömrəsindən “103” xidmətinə zəng edib kömək istəmişdir. Vurğun onun yaşadığı evə gəldikdən sonra mobil nömrəsindən Kürdəmir RPŞ-nin əməkdaşı Emin Bəxtiyarlının mobil nömrəsinə zəng edib sonuncudan yaşadığı evə gəlib Vurğunu Kürdəmir RPŞ-yə aparmalarını xahiş etmişdir. Bunu etməkdə məqsədi Vurğunu polisə təslim etmək olmuşdur. Hesab edir ki, iş üzrə hadisənin baş verməsindən az əvvəl Bəhmənin Vurğunun qarşısına çıxması təsadüfən baş vermişdir. X26 qəsdən öldürmək istəsəydi, onun yaşadığı evə tərəf deyil, Bəhmənin onun yaşadığı evin arxa tərəfində yerləşən yaşadığı evə tərəf gedərdi. Cinayət işi materiallarından görünür ki, Şahid1 Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai istintaq zamanı 31 iyul 2021-ci il tarixdə şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, 30 iyul 2021-ci il tarixdə yaşadığı evin eyvanında olarkən atəş səsi eşitdiyinə görə həyətindən çölə çıxıb kəndarası yolun ortasında kiminsə uzandığını görəndə qışqıraraq “Vurğun, sən nə etdin?” demiş, oğlu Vurğun Mehdiyev (bundan sonra - Vurğun) ona “vurdum” sözünü demişdir. Vurğun bundan sonra yaşadığı evdə olanda Bəhmən Hümbətovu silahdan açdığı atəşlə öldürdüyünü demişdir. Hesab edir ki, sonuncu Vurğuna arvadı haqqında nalayiq sözlərin olduğu mətni yazdığını dediyinə görə X20 öldürmək qərarına gəlib silahla sonuncuya tərəf bir dəfə atəş açmışdır (İ cild, səh. 58-62). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Təqsirləndirilən şəxs və Şahid1 ifadələrində barəsində dedikləri müvafiq hallar barədə sonuncularla eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 29 iyul 2021-ci il tarixdə kənd sakinlərindən Təqsirləndirilən şəxs (bundan sonra - Vurğun) arvadı barəsində nalayiq sözlərin yazıldığı kağızın elektrik dirəyinə yapışdırıldığını eşitdiyinə görə Vurğundan həmin məsələdən məlumatının olub-olmadığını soruşmuş, sonuncu cavabında həmin məsəldən məlumatının olmadığını demişdir. İş üzrə cinayət hadisəsinin baş verməsindən Vurğunun qardaşı Bəyalı ilə yaşadıqları kənddə keçirilmiş toydan çıxdıqdan sonra eşitmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 şahidlər Şahid1 və Şahid6 ifadələrində barəsində dedikləri müvafiq hallar barədə sonuncularla eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 şahidlər Şahid1 və Şahid3 ifadələrində barəsində dedikləri müvafiq hallar barədə sonuncularla eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin PPXB-nin komandiri vəzifəsində işləyən X14 ifadəsində göstərmişdir ki, iş üzrə cinayət hadisəsinin baş verdiyi zaman Kürdəmir RPŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş, Kürdəmir rayonu, Dayıkazımlı kəndi xidməti ərazisinə daxil olmuşdur. 29 iyul 2021-ci il tarixdə Şahid1 (bundan sonra - Aydın) Kürdəmir RPŞ-yə gəlib ictimai təhlükəsizlik bölməsinin rəisi olan Ozan adlı polis əməkdaşına yaşadığı evin yaxınlığındakı elektrik dirəyinə yapışdırılmış, gəlini barədə nalayiq sözlərin yazıldığı kağız barədə məlumat vermişdir. Həmin ərazi onun xidməti ərazisinə aid olduğuna görə Ozan Aydının müraciətini ona yönəltmişdir. Amma Aydın ona həmin kağızı göstərməmiş, verməmiş, kimdən şübhələndiyini deməmişdir. Ona görə ki, Aydın həmin halın məxfi qalmasını, oğlu Təqsirləndirilən şəxs bunu bilməməsini istəmişdir. 30 iyul 2021-ci il tarixdə saat 15 radələrində Aydın mobil nömrəsinə zəng edib ona oğlu Vurğunun (bundan sonra - Vurğun) dediyi kağızdakı yazı ilə bağlı şübhələndiyi şəxsi öldürdüyünü, hazırda Vurğunun yaşadığı evdə olduğunu demiş, ondan yaşadığı evə gəlib Vurğunu Kürdəmir RPŞ-yə aparmasını xahiş etmişdir. Buna görə də Kürdəmir RPŞ-nin əməkdaşları ilə birlikdə hadisə yerinə gəlib Vurğunu atası Aydının yaşadığı evdə saxlamış və Kürdəmir RPŞ-yə gətirmişlər. Vurğun iş üzrə törətdiyi cinayət hadisəsini etiraf etmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 30 iyul 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, iş üzrə Kürdəmir rayonu, Dayıkazımlı kəndi ərazisində baş vermiş hadisə yerinə baxış keçirilərkən kəndarası yolda qanabənzər axıntılar, bir ədəd 12 kalibrli giliz, yolun kənarındakı yulğun ağaclarının altında X5 meyiti və meyitin arxa tərəfində bir ədəd “HUQLU DİTRO BEAST” markalı, 12 kalibrli ov tüfəngi aşkar edilmiş, həmin qanabənzər axıntılardan nümunələr, tüfəng və bir ədəd giliz qablaşdırılıb götürülmüşdür (İ cild, səh. 4-12). - “Meyitə baxış keçirilməsi haqqında” 30 iyul 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, X5 meyitinin xarici müayinəsi keçirilərkən meyitin üzərində məhkəmə-tibbi ekspertizasının 30 avqust 2021-ci il tarixli, 09 nömrəli rəyində göstərilmiş xarici müayinəyə aid xəsarətlər aşkar edilmiş, hadisə zamanı sonuncunun əynində olmuş bir ədəd şalvar, bir ədəd köynək və meyitin bədənindən çıxarılmış dörd ədəd qırmalar qablaşdırılıb götürülmüşdür (İ cild, səh. 13-19). - “Götürmə aparılması və baxış haqqında” 30 iyul 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd köynək və şalvar qablaşdırılıb götürülmüşdür (İ cild, səh. 54-57). - “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 31 iyul 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi halları hadisə yerində göstərmişdir (İ cild, səh. 71-79). - “Götürmə aparılması və baxış haqqında” 31 iyul 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı yaşadığı evdə təqdim etdiyi 19 ədəd patronlar qablaşdırılıb götürülmüşdür (İ cild, səh. 80-83). - Şahid1 təqdim etdiyi, üzərində “Ay kişi olmayan Vurğun...” sözləri ilə başlayıb, “...Səni gözləyəcəm ama kişisənsə tək gəl oğraş” sözləri yazılmış kağızdakı mətnin məzmunundan görünür ki, orada Təqsirləndirilən şəxs arvadı Şahid2 ünvanına nalayiq sözlər yazılmışdır (İ cild, səh. 65). - Məhkəmə-tibbi ekspertizasının 30 avqust 2021-ci il tarixli, 09 nömrəli rəyində göstərilmişdir ki, X5 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş başın üz hissəsi, alnın sol və sol gicgah nahiyəsinin çoxsaylı deşilmiş qırma yaraları, sol gicgah və üz skleti sümüklərinin sınıqlarından ibarət, beyin qişası altına və mədəciklərinə qansızmanın kütləvi qanitirmə ilə nəticələnən xəsarətlər ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, meyitin müayinəsindən 2-4 saat əvvəl yetirilməyə, quruluşu, mexanizmi və yerləşməsinə görə uzun lüləli odlu silahdan uzaq məsafədən atılmış atəşdən əmələ gəlməyə uyğundur. Atəş xəsarətlərin yetirilməsi anında şaquli duruş vəziyyətində, bədənin sağ yan hissəsindən atılmağa daha çox uyğundur. Meyitin bədən səthi üzərində atəşin əlavə faktorları, qırma yaralarından başqa hər hansı xəsarət və onun izi, ölümündən sonra yetirilməyə xarakterik xəsarətlər yoxdur. Bəhmən Hümbətovun ölümünə səbəb kəllə boşluğuna nüfuz edən və kəllə daxili qanaxmaya səbəb olan qansızma olmuşdur. Meyitin müayinəsi zamanı kəllə daxilində kəskin qanaxma əlamətlərinin olmaması onu göstərir ki, xəsarət aldıqdan sonra bir müddət sağ qalmışdır (İ cild, səh. 269-274). - Məhkəmə-lifli materialların kriminalistik ekspertizasının 17 sentyabr 2021-ci il tarixli, 6/3588 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, X12 və Təqsirləndirilən şəxs məxsus paltarların üzərində aşkar edilmiş kənar lif mikrohissəciklərinin arasında Bəhmən Hümbətovun köynəyinin üzərindən aşkar edilmiş göy-boz rəngli poliester liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs köynəyinin tərkib liflərinə uyğun gəlir. Sonuncunun köynəyinin üzərindən aşkar edilmiş boz rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Bəhmən Hümbətovun köynəyinin tərkib liflərinə uyğun gəlir. Aparılmış ekspert tədqiqatının dəyəri 114 manatdır (İİ cild, səh. 13-16). - Məhkəmə-bioloji ekspertizasının 29 sentyabr 2021-ci il tarixli, 643/2021-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, X5 ABO sistemi üzrə qan qrupu Abeta(H)/İİ/-dir. Təqdim olunmuş, hadisə yerindən götürülmüş altı ədəd çınqıl daşı, Bəhmən Hümbətova məxsus köynək və şalvar üzərindən insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda “A” və “H” antigenləri, köynək üzərindəki ləkələrdə, həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Bəhmən Hümbətova məxsus ola bilər. Təqdim olunmuş, Təqsirləndirilən şəxs məxsus şalvar və köynək üzərindəki ləkələrdə qan aşkar olunmadı (İİ cild, səh. 37-41). - Kompleks məhkəmə-ballistik və atəş izləri ekspertizasının 17 sentyabr 2021-ci il tarixli, 3/1440-3/1441 nömrəli rəyində göstərilmişdir ki, təqdiqata təqdim edilmiş bir ədəd silah Türkiyə Respublikasında zavod üsulu ilə istehsal edilmiş, “HUGLU DİSTRO BEAST” modelli, 12 kalibrli, “14A0432” nömrəli, təklüləli tüfəngdir – yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, tətiyini çəkmədən ondan atəş açılmır və üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş on doqquz ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 12 mm. kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində, həmçinin təqdim edilmiş ov tüfəngində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patrondur, istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş bir ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 12 kalibrli patronların atəşlə ayrılmış hissəsidir – gilizidir, istifadəyə yararsızdır. Həmin gilizin dib hissəsinin üzərində silahın vurucusunun izi vardır. Təqdim edilmiş giliz “14A0432” nömrəli ov tüfəngindən atılmışdır. Tədqiqata təqdim edilmiş dörd ədəd metal müxtəlif kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, atəş komponentlərinin atəşlə ayrılmış hissələridir – qırmalarıdır və döyüş sursatı hesab edilmirlər. Həmin qırmaların üzərində atəşədək doldurulduqları gilizin daxili divarlarından və atıldıqları silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri, qırmaların hədəfə dəyməsi prosesində əmələ gəlmiş çoxsaylı, müxtəlif istiqamətli və formalı batıqlar, çıxıntılar xaotik quruluşlu sıyrıqlarla qarışdığına, öz ilkin forma və ölçülərini itirdiklərinə, habelə az və zəif əks edildiklərinə, eyniləşdirmə tədqiqatı üçün yararsız olduqlarına görə dörd ədəd qırma və bir ədəd gilizin bir patronun hissəsi olub-olmadığı, eləcə də həmin qırmaların 12 kalibrli, “HUGLU DİSTRO BEAST” modelli, 14A0432 nömrəli ov tüfəngindən və ya hər hansı başqa silahdan atılıbatılmadığını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş on doqquz ədəd patronun üç ədədindən tədqiqat zamanı istifadə edildi. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus bir ədəd qısaqol köynək və cins şalvar, X8 məxsus olmuş bir ədəd qısaqol köynək və cins şalvarın üzərində atəşin əlavə faktoru olan tam yanmamış, tüstüsüz barıt hissəcikləri aşkar edildi. Həmin köynəklər və şalvarların üzərindən odlu silahdan açılan atəş nəticəsində qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. Ekspert tədqiqatının dəyəri 128 manatdır (İİ cild, səh. 2-6). - Məhkəmə-xətşünaslıq ekspertizasının 15 dekabr 2021-ci il tarixli, 4/1588 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş vərəqdə “ay kişi olmayan Vurğun...” sözləri ilə başlayıb, “...Səni gözləyəcəm ama kişisənsə tək gəl oğraş” sözləri ilə bitən yazılar X12, Təqsirləndirilən şəxs, Şahid7, Şahid4, Şahid9, Şahid5, X6, Şahid1, Şahid3, Zərərçəkmiş şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin yazılarda qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müəyyən edilmədi. Ekspert tədqiqatının dəyəri 112 manatdır (İİ cild, səh. 195-197). - Əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş sübut kimi qəbul edilən Kürdəmir RPŞ-nin 25 avqust 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 2021-ci ilin yaz aylarında Təqsirləndirilən şəxs və X12 arasında şəxsi münasibətlər zəminində ədavət yaranmışdır. Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixdə yaşadığı evdə olarkən bir neçə gün əvvəl yaşadığı evin yaxınlığındakı elektrik dirəyinə arvadı Şahid2 barəsində nalayiq sözlərin yazıldığı kağızın yapışdırıldığını öyrəndikdən sonra onun kim tərəfindən edildiyini müəyyən etmək üçün özünə məxsus ov tüfəngini götürüb atası Şahid1 evinə gedərkən yolda həmkəndlisi Bəhmən Hümbətovla rastlaşmış, sonuncu müvafiq sualına cavab olaraq arvadı barəsində nalayiq sözlərin olduğu mətni şəxsən yazdığını dedikdən sonra Təqsirləndirilən şəxs tüfəngdən bir dəfə atəş açaraq Bəhmən Hümbətovu öldürmüşdür (İ cild, səh. 180). - Kürdəmir Rayon Mərkəzi X16 şəxsinin 05 avqust 2021-ci il tarixli, 643 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın poliklinika şöbəsində həkim psixiatr və psixoloqun qeydiyyatında durmur (İ cild, səh. 124). - Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 06 oktyabr 2021-ci il tarixli, 597/199 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs (bundan sonra - o) ittiham edildiyi əməlin törədildiyi dövrdə və hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq keçirməmiş və keçirmir. O, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, hazırda da bu iqtidardadır, ittiham olunduğu əməl barəsində anlaqlı hesab olunur. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. O, fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, şəxslərarası konflikt probleminin olması və başqaları ilə anlaşmaya çətin daxil olma fərdi-psixi xüsusiyyətlərə malikdir. O, cinayət hadisəsini törədərkən patoloji və yaxud fizioloji affekt vəziyyətində olmamış (keçirməmişdir), bu zaman onda hərəkətlərinə mühüm təsir göstərə bilən fərdi-psixoloji xüsusiyyətlər (həyəcan və s.) aşkar edilməmişdir (İİ cild, səh. 60-62). Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraatın ilkin mərhələsində 30 iyul 2021 və 01 avqust 2021-ci il tarixlərdə verdiyi ifadələri, xüsusilə də onların 30 iyul 2021-ci il tarixdə X5 Vurğun Mehdiyevə yaşadığı evin yaxınlığındakı elektrik dirəyinə yapışdırılmış kağıza arvadının ünvanına nalayiq sözləri şəxsən yazdığını deməsindən əsəbiləşmiş Təqsirləndirilən şəxs Bəhmən Hümbətovu öldürməyi qərara aldığı və sonuncuya qəsdən öldürmək məqsədilə tüfəngdən tuşlayıb atəş açdığı barədə olan hissələri Təqsirləndirilən şəxs hazırki ifadəsində göstərdiyi kimi, göstərilən məzmunda ifadə verməsi ilə əlaqədar ona hər hansı qanunsuz təsir göstərilməməsi, göstərilən məzmunda ifadələr verməsini yalnız əsəbi olması barədə, özü-özlüyündə əsassız olan halla izah etməsi, həmin ifadələrini müdafiəçisi ilə birlikdə şəxsən imzalaması və 01 avqust 2021-ci il tarixli ifadəsinin sonuna “Bəhmən Hümbətovu özümə məxsus ov tüfəngindən bir dəfə atəş açaraq özüm öldürmüşəm” məzmununda şəxsən yazmaqla qeyd daxil etməsi və işin cinayət işi materialları ilə müəyyən edilmiş faktiki halları ilə təsdiq edildiyinə görə sübut kimi qiymətləndirilməlidir. Məhkəmə bu hüquqi mövqeyə uyğun olaraq, Şahid1 məhkəməyədək icraat zamanı 31 iyul 2021-ci il tarixdə şahid qismində verdiyi ifadəsinin yuxarıda məhkəmə istintaqı zamanı elan edilib tədqiq edildiyi göstərilmiş hissələrini iş üzrə sübut kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı 21 dekabr 2021-ci il tarixdə verdiyi ifadələrinin məzmunundan görünür ki, o, iş üzrə cinayət hadisəsini gah ehtiyatsızlıqdan, gah da zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsirindən onda qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində törətdiyi barədə özünü müdafiə etmək üçün dəlillər irəli sürmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü həmin dəlillərin əsassız olmasının ilkin göstəricisi onun iş üzrə törətdiyi cinayət əməlinə dair psixi münasibətinin təqsirin müvafiq olaraq ya ehtiyatsızlıq, ya da qəsd növündə olmasını bir-birini istisna edən şəkildə ifadə etməsindən ibarətdir. Ona görə ki, Azərbaycan Respublikası CM-in 122-ci maddəsinə əsasən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində adam öldürmə əməlində təqsirkarın törətdiyi əmələ psixi münasibəti təqsirin yalnız qəsd formasında olduğuna görə zərərçəkmiş şəxsin ölümündən ibarət baş vermiş nəticəyə təqsirkarın psixi münasibətinin təqsirin həm ehtiyatsızlıq, həm də qəsd növündə olması mümkün deyildir. Digər tərəfdən, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər məhkəməyədək icraatın ilkin mərhələsində özünün 30 iyul 2021 və 01 avqust 2021-ci il tarixlərdə, atası Şahid1 31 iyul 2021-ci il tarixdə verdikləri ifadələrində Vurğun Mehdiyevin iş üzrə cinayət hadisəsini qəsdən törətdiyini göstərmələri, cinayət işi materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 06 oktyabr 2021-ci il tarixli, 597/199 nömrəli rəyinin Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən patoloji və yaxud fizioloji affekt vəziyyətində olmadığının göstərilməsi, kompleks məhkəməballistik və atəş izləri ekspertizasının 17 sentyabr 2021-ci il tarixli, 3/1440-3/1441 nömrəli rəyinin “HUGLU DİSTRO BEAST” modelli, 12 kalibrli, “14A0432” nömrəli tüfəngin atəş açmaq üçün yararlı olması və ondan tətiyini çəkmədən atəş açılmasının mümkün olmadığının göstərilməsi, iş üzrə cinayət hadisəsinin X5 Vurğun Mehdiyevin müvafiq sualına cavab olaraq arvadının ünvanına nalayiq sözlərin olduğu mətni yazdığını və həmin kağızı elektrik dirəyinə yapışdırdığını dedikdən dərhal sonra baş verməsi, Vurğun Mehdiyevin hadisə yerindən yaşadığı evə gedib yenidən hadisə yerinə qayıtdıqdan sonra cinayətin aləti olmuş tüfəngi hadisə yerində olmuş X5 meyitinin yanına qoymaqla sonuncunu qəsdən öldürüldüyünü ifadə etməsi və işin digər faktiki halları ilə tam təkzib edilir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı 21 dekabr 2021-ci il tarixdə verdiyi ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olan hissələrini, eləcə də məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 verdikləri ifadələrinin Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillə bağlı olan hissələrini müvafiq olaraq cinayət məsuliyyətindən yayınmaq və ya yayındırmaq məqsədilə, özünü müdafiə etmək və ya yaxın qohumuna qarşı ifadə verməmək hüququndan irəli gələn dəlil kimi qiymətləndirərək əsassız hesab edir, sübut kimi nəzərə almır, qalan hissələrini isə sübut kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində qəsdən adam öldürmə cinayət əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə cinayət əməlini məhkəmənin müəyyən etdiyi məzmunda törətməsi əməlində Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik norması və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi məzmunda cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəməyədək icraatın ilkin mərhələsində özünün 30 iyul 2021 və 01 avqust 2021-ci il tarixlərdə verdiyi tam etirafedici ifadələri, məhkəmə istintaqı və ibtidai istintaq zamanı 21 dekabr 2021-ci il tarixdə verdiyi ifadələrinin sübut kimi qiymətləndirilən hissələri və Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, yuxarıda adları göstərilmiş bütün şəxslərin verdikləri ifadələr, “Hadisə yerinə baxış keçirilməsi haqqında”, “Meyitə baxış keçirilməsi haqqında” və “Götürmə aparılması və baxış haqqında” 30 iyul 2021-ci il tarixli protokollar, “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” və “Götürmə aparılması və baxış haqqında” 31 iyul 2021-ci il tarixli protokollar, məhkəmə-tibbi ekspertizasının 30 avqust 2021-ci il tarixli, 09 nömrəli rəyi, məhkəmə-lifli materialların kriminalistik ekspertizasının 17 sentyabr 2021-ci il tarixli, 6/3588 nömrəli rəyi, məhkəmə-bioloji ekspertizasının 29 sentyabr 2021-ci il tarixli, 643/2021-MTBŞ nömrəli rəyi, kompleks məhkəmə-ballistik və atəş izləri ekspertizasının 17 sentyabr 2021-ci il tarixli, 3/1440- 3/1441 nömrəli rəyi, Kürdəmir RPŞ-nin 25 avqust 2021-ci il tarixli məktubu, vərəqin üzərində “Ay kişi olmayan Vurğun...” sözləri ilə başlayıb, “...Səni gözləyəcəm ama kişisənsə tək gəl oğraş” sözləri yazılmış mətn, Kürdəmir Rayon Mərkzi X16 şəxsinin 05 avqust 2021-ci il tarixli, 643 nömrəli məktubu, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 06 oktyabr 2021-ci il tarixli, 597/199 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə maddi sübut qismində tanınmış predmetlərlə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 179). - Kürdəmir RİHB-nın Mehdili kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs arvadı, 2015 və 2016-cı il təvəllüdlü iki nəfər azyaşlı uşaqları ilə birlikdə yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (İ cild, səh. 192, 193). Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin məzmunundan görünür ki, məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın məzmunundan təqsirləndirilən şəxsin xeyrinə göstərilmiş müddəaları çıxara bilməz. Məhkəmə buna görə də Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin tələbinə uyğun olaraq, ibtidai istintaq orqanının da Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın məzmununda göstərdiyi kimi, sonuncunun məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələri, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş sübut kimi qəbul edilən Kürdəmir RPŞ-nin 25 avqust 2021-ci il tarixli məktubu əsasında müəyyən edilmiş, Təqsirləndirilən şəxs iş üzrə cinayət əməlini sonuncuya müvafiq sualına cavab olaraq arvadının ünvanına nalayiq sözlərin olduğu mətni yazması və həmin kağızı elektrik dirəyinə yapışdırdığını dedikdən dərhal sonra törətməsindən ibarət işin faktiki hallarını Azərbaycan Respublikası CM-in 59.1.8-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlin zərərçəkmiş şəxsin qanunsuz hərəkətinin təsiri altında törətməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası təqsirkar şəxsin hər hansı psixi və ya fiziki təsir və təzyiq tədbirlərinin nəticəsində deyil, hər hansı məcburiyyət olmadan, azad və könüllü surətdə, öz təşəbbüsü ilə özünü istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə bu orqanlara yazılı və ya şifahi şəkildə düzgün məlumat verməsi kimi qəbul edilməlidir. Cinayət prosesini həyata keçirən orqan, o cümlədən məhkəmə hər bir halda təqsirkar şəxsin hüquq mühafizə orqanına gəlib təqsirini boynuna alması halında “könüllülük” məsələsini ciddi araşdırmalı və yoxlamalıdırlar. Məhkəmə göstərilən hüquqi mövqeyə uyğun olaraq, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonrakı hərəkətlərində “könüllü gəlib təqsirini boynuna alma”nın əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 204.7-ci maddəsinin məzmununa görə həmin Məcəllənin 204.2-ci maddəsinə uyğun olaraq, şəxs təqsirini könüllü boynuna aldığı barədə şifahi məlumatı istintaq hərəkətlərinin aparılması və ya məhkəmə baxışı zamanı verdikdə bu hal istintaq hərəkəti və ya məhkəmə iclası protokoluna yazılır. Digər hallarda isə bu barədə ayrıca protokol tərtib edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarında göstərilmişdir ki, təqsirkar şəxsin könüllü gəlib təqsirini boynuna alması haqqında şifahi məlumatı Azərbaycan Respublikası CPM-in 204.2-ci maddəsinə uyğun rəsmiləşdirilməzsə, cinayət prosesini həyata keçirən orqan həmin faktın mövcud olub-olmadığını icraatlarında olan cinayət işində və ya cinayət təqibi ilə bağlı digər materiallarda olan sübutlar əsasında araşdırıb müəyyən etməlidir. Cinayət hadisəsi və onu törədənin şəxsiyyətinin hüquqmühafizə orqanlarına məlum olmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilə bilər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, Kürdəmir RPŞ-nin məsul növbətçisi Azər Əliyev tərəfindən tərtib edilmiş raportda göstərilmişdir ki, 30 iyul 2021-ci il tarixdə saat 14:48-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən DİN “102” xidmətinə zəng edib içərisində patron olmasını bilmədiyi əlindəki silahdan ehtiyatsızlığından açılmış atəş nəticəsində X5 ölməsi barədə məlumat vermişdir (İ cild, səh. 119). Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində həmin raportda göstərilən məlumatın məzmununu təsdiq etmişdir. Buradan aydın olur ki, hüquq mühafizə və ya hər hansı dövlət orqanına iş üzrə cinayət hadisəsinin törədilməsi məlum olmadığı halda, Təqsirləndirilən şəxs hüquq mühafizə orqanlarına könüllü şəkildə təslim olmaq məqsədilə 30 iyul 2021-ci il tarixdə saat 14:48-də öz mobil nömrəsindən DİN “102” xidmətinə zəng edib iş üzrə törətdiyi cinayət hadisəsi barədə məlumat vermişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Kürdəmir RPŞ-nin əməkdaşı X7 ifadələri ilə müəyyən edilir ki, 30 iyul 2021-ci il tarixdə saat 15 radələrində Şahid1 Kürdəmir RPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləmiş Emin Bəxtiyarlının mobil nömrəsinə zəng edib sonuncuya Təqsirləndirilən şəxs onun yaşadığı evdə olduğunu demiş və Emin Bəxtiyarlıdan gəlib Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-yə aparmasını xahiş etmişdir. Həmçinin, cinayət işi materialları, xüsusilə də “Hadisə yerinə baxış keçirilməsi haqqında” 30 iyul 2021-ci il tarixli protokol əsasında müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən və yaşadığı evə gedib DİN “102” xidmətinə zəng edərək cinayət hadisəsi barədə məlumat verdikdən sonra hadisə yerinə qayıtmış, cinayətin aləti olmuş tüfəngi hadisə yerində X5 meyitinin yanına qoymuşdur. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixdə saat 14:48-də mobil nömrəsindən DİN “102” xidmətinə zəng edib iş üzrə törətdiyi cinayət hadisəsi barədə hər hansı hüquq mühafizə orqanının bilmədiyi halda məlumat verməsi, eləcə də atası Şahid1 Vurğun oğlunun da həmin tarixdə saat 15 radələrində Kürdəmir RPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləmiş X7 mobil nömrəsinə zəng edib cinayət hadisəsi barədə məlumat verdikdən sonra sonuncunu yaşadığı evdə olan oğlu Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-yə aparmaq üçün çağırması, sonuncunun atasının yaşadığı evdə polis əməkdaşlarının gəlməsini gözləməsi, polis əməkdaşları ilə birlikdə Kürdəmir RPŞ-yə gəlməsi, cinayətin aləti olmuş tüfəngi hadisə yerində X5 meyitinin yanına qoyması, iş üzrə məhkəməyədək icraatın ilkin mərhələsində 30 iyul 2021 və 01 avqust 2021-ci il tarixlərdə verdiyi ifadələrində törətdiyi cinayət əməlini tam etiraf etməsini Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini odlu silahdan istifadə etməklə törətməsini cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.10-cu maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində həmin Məcəllənin 59.1.8 və 59.1.10cu maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilsə də, həmin Məcəllənin 61.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edildiyinə görə ona cəza təyin edilərkən həmin Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, onun iş üzrə törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, himayəsində iki nəfər azyaşlı uşağının olması, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətinin təsiri altında törətməsi, könüllü gəlib təqsirini boynuna alması, əvvəllər məhkum olunmaması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cinayət əməlini odlu silahdan istifadə etməklə törətməsindən ibarət cəzasını ağırlaşdıran halın olduğunu, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, göstərilən cinayət qanunu normalarının tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPMin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 30 iyul 2021-ci il tarixdən hesablanmalı və Kürdəmir Rayon Məhkəməsinin 01 avqust 2021-ci il tarixli qərarı ilə (İ cild, səh. 114-117) barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-in: - 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə bağlı mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. - 181.3.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin dəfninə çəkilmiş xərclər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş maddi ziyan hesab olunur. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddiasında mərhum qardaşı X5 dəfn mərasiminə 5000 manat, sonuncunun ölümündən sonra ailəsinin zəruri təlabatlarına isə 25000 manat məbləğində pul xərclədiyini, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində ona və Bəhmən Hümbətovun ailə üzvlərinə mənəvi ziyan vurduğunu göstərərək bu səbəblərdən Vurğun Mehdiyevdən iş üzrə vurduğu maddi ziyana görə 30000,00 manat, mənəvi ziyana görə 20000,00 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin göstərilən müddəalarında nəzərdə tutulmuş müvafiq prosessual əsasların olması və cinayət işi materialları əsasında belə qənaətə gəlir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia həm maddi, həm də mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsin dəfninə çəkilmiş xərclər şəklində vurduğu maddi ziyana görə 5000,00 manat, vurduğu mənəvi ziyana görə ağlabatan və ədalətli olması meyarları əsasında 5000,00 manat olmaqla, cəmi 10000 (on min) manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs ödənilməli, mülki iddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə 354 (üç yüz əlli dörd) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat Anbarına təhvil verilmiş, hadisə yerindən götürülmüş, cinayətin aləti olmuş, 02 oktyabr 2020-ci il tarixli, 2369 nömrəli şəhadətnamə (İ cild, səh. 51) əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsində Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış “HUQLU DİTRO BEAST” markalı, “14A0432” nömrəli, 12 kalibrli, təklüləli tüfəng və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı götürülmüş 16 (on altı) ədəd patronlar xüsusi müsadirə edilməklə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut qismində tanınaraq Kürdəmir Rayon Prokurorluğunda saxlanılan, hadisə yerindən götürülmüş bir ədəd giliz, üzərində qan nümunələri olan predmetlər və meyitin bədənindən çıxarılmış dörd ədəd qırma, hadisə zamanı X5 əynində olmuş bir ədəd köynək və bir ədəd şalvar, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd köynək və bir ədəd şalvar məhv edilməlidir (Azərbaycan Respublikası CPM-in 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən). İş üzrə maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığındakı dirəyə yapışdırıldığı müəyyən edilmiş kağız parçası cinayət işi materiallarında saxlanılmalıdır (Azərbaycan Respublikası CPM-in 132.1.6-cı maddəsinə əsasən). Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-354, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 30 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia həm maddi, həm də mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilsin. Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsin dəfninə çəkilmiş xərclər şəklində vurduğu maddi ziyana görə 5000,00 manat, vurduğu mənəvi ziyana görə 5000,00 manat olmaqla, cəmi 10000 (on min) manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissələrdə təmin edilməsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 354 (üç yüz əlli dörd) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. Azərbaycan Respublikası CM-in 99-1.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat Anbarına təhvil verilmiş, hadisə yerindən götürülmüş, cinayətin aləti olmuş “HUQLU DİTRO BEAST” markalı, “14A0432” nömrəli, 12 kalibrli, təklüləli tüfəng və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı götürülmüş 16 (on altı) ədəd patronlar xüsusi müsadirə edilməklə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut qismində tanınaraq Kürdəmir Rayon Prokurorluğunda saxlanılan, hadisə yerindən götürülmüş bir ədəd giliz, üzərində qan nümunələri olan predmetlər və meyitin bədənindən çıxarılmış dörd ədəd qırma, hadisə zamanı X5 əynində olmuş bir ədəd köynək və bir ədəd şalvar, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd köynək və bir ədəd şalvar məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığındakı dirəyə yapışdırıldığı müəyyən edilmiş kağız parçası cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar