Məhkəmə qərarları › İş №1(099)-147/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-147/2023

31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-147/2023 31.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1976-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olmuş, Neftçala şəhəri, M.Ə.Sabir küçəsində qeydiyyatda olmaqla orada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1975-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 8,566 qram çəkidə narkotik vasitə olan heroin (bundan sonra – heroin), külli miqdarda 67,715 qram çəkidə narkotik vasitə olan tiryək (bundan sonra – tiryək) və 1,596 qram çəkidə psixotrop maddə olan metamfetamini (bundan sonra – metamfetamin) əldə edib həmin narkotik vasitələr və psixotrop maddəni 2022-ci ilin sentyabr ayının əvvəlinə kimi ünvan 2 ünvanında yerləşən evində saxlamış, 2022-ci ilin sentyabr ayının əvvəlində - günü istintaqa məlum olmayan tarixdə yaşadığı evində tanışı Təqsirləndirilən şəxs1 ilə görüşərək həmin narkotik vasitələr və psixotrop maddənin onun müəyyən etdiyi şəxslərə satılması ilə bağlı razılığa gəlib, qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək həmin ünvanda satması üçün Təqsirləndirilən şəxs1 1 ədəd elektron tərəzi ilə birlikdə külli miqdarda, 8,566 qram çəkidə heroin, külli miqdarda 67,715 qram çəkidə tiryək və 1,596 qram çəkidə metamfetamin vermiş, Təqsirləndirilən şəxs1 onun tapşırığına əsasən 2022-ci ilin sentyabr ayının əvvəlində günü istintaqa məlum olmayan tarixdə saat 21 radələrində Neftçala şəhəri, M.Əsədov küçəsində tanışı Şahid1 ilə görüşüb əvvəlcədən Təqsirləndirilən şəxs2 ilə 62,400 qram çəkidə, külli miqdarda tiryəkin 500 manat məbləğində pul müqabilində satılması və pulunun gələcəkdə verilməsi ilə bağlı sonuncu ilə aralarında olan razılıq əsasında müəyyən edilmiş həmin çəkidə tiryəki Şahid1 vermiş, Təqsirləndirilən şəxs1 09 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri, Kimyaçılar şəhərciyində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sol yan üst cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı 1 ədəd bükümdə təmiz çəkisi-8,566 qram, külli miqdarda kustar üsulla hazırlanmış heroin, 1 ədəd bükümdə təmiz çəkisi-5,315 qram olan tiryək, təmiz çəkisi-1,596 qram metamfetamin, həmçinin üzərində heroinin və metamfetaminin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, bundan başqa Şahid1 11 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri ərazisində “Avtovağzal” adlanan yerin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sol yan cibindən qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı 1 ədəd bükümdə təmiz çəkisi-62,400 qram tiryək aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən 1 ədəd bükümdə 7-8 qram, heroin, 1 ədəd bükümdə 5 qram tiryək, 1 qramdan çox metamfetamin, həmçinin 1 ədəd elektron tərəzi onda olmuşdur. Tərəzi işləməyən tərəzi olmuşdur. Həmin kütlələri və tərəzini 2022-ci ilin sentyabr ayının əvvəllərində uzaq bir tanışı ona saxlamaq üçün vermiş, həmin şəxs də çoxdan rəhmətə getmişdir. Verən şəxs də ona həmin kütlələri saxlamağı və rayona qayıtdığı təqdirdə ona qaytarmağı xahiş etmiş, lakin həmin şəxs də rəhmətə getmişdir. Həmin kütlələri atmaq üçün bir yerə qoymaq istəyərkən polislər onu saxlamışlar. Heroin və metamfetamin istifadəçisi olmamış, tiryəkdən arada bir istifadə etmişdir. Həmin kütlələri istifadə etməsə də bilməməzlikdən bir adamdan götürüb saxlamışdır. Həmin kütlələri Təqsirləndirilən şəxs2 ona verməmişdir. Nail ona Bakı şəhərində olarkən kibrit qutusunda tiryək vermiş, həmin tiryəki də Qənbərə çatdırmışdır, həmin qutudakı tiryəkdən bir az öz istifadəsi üçün götürmüşdür. X10 xahişi ilə çatdırmış, hər hansı təmənnası olmamışdır. Polis əməkdaşları onu saxlayarkən üzərində heroin və metamfetamin olmuş, tiryək və tərəzini isə evindən könüllü götürüb polis əməkdaşlarına vermişdir. Heç vaxt heç kimə narkotik satmamışdır. Heroin və metamfetamini hansı məqsədlə üzərində gəzdirməsi barədə sualı cavablandıra bilmir. Üzərində həmin narkotik vasitləri və psxotrop maddəni saxladığı üçün əməlindən peşmandır, himayəsində üç uşağın olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı müvafiq olaraq 10 və 11 sentyabr 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində və sonuncu dəfə müqavilə əsasında hüquqlarını müdafiə edən müdafiəçisinin iştirkı ilə 15 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü, məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə qismən təqsirli bilmiş və göstərmişdir ki, cavan yaşlarından narkotik vasitə tiryəkdən arabir istifadə etmiş, Təqsirləndirilən şəxs2 tanımış, əvvəllər aralarında hər hansı ədavət və ya qərəzli münasibət olmamış, həmişə münasibətləri normal olmuşdur. Nail təxminən 2022-ci ilin sentyabr ayının əvvəlində Neftçala şəhərində onu görərək özündə narkotik vasitə və psixotrop maddə olduğunu, bir neçə günlük şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərinə getdiyini, həmin narkotik vasitə və psixotrop maddələri saxlamağını və lazım olan yerlərə çatdırmağı xahiş etmiş, bunun müqabilində isə Nail ona istifadə etməsi üçün tiryək verəcəyini demiş, o, da razılaşmışdır. Nail bundan sonra onu Neftçala şəhəri, Kimyaçılar şəhərciyində yerləşən öz evinə apararaq orada hərəsi ayrı-ayrı bükümlərdə olan heroin, tiryək, metamfetamin və 1 ədəd elektron tərəzini saxlamağı üçün ona vermiş, gələcəkdə ona dediyi vaxtlarda həmin narkotiklərdən və psixotrop maddədən elektron tərəzidə çəkib dediyi yerə qoymağı tapşırmış, bu vaxt Nail ona Qənbər adlı şəxsə çatdırması üçün 1 ədəd bükümdə tiryək də vermiş, Nail təxminən 3 gün sonra, 2022-ci ilin sentyabr ayının əvvəlində ***-***-**-** nömrəli mobil telefonla onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək 9 qram narkotik vasitə olan heroini və 1 qram psixotrop maddə olan metamfetamini elektron tərəzidə çəkib öz evlərinin yaxınlığında, yəni Neftçala şəhəri, Kimyaçılar şəhərciyində işıq dirəyinin yaxınlığına qoymağını demiş, o, Nailin dediyini etmiş, həmin günü saat təxminən 23 radələrində Nailin dediyi miqdarda heroini və metamfetamini bükümlərdə həmin yerə qoymuş, bundan sonra səhəri günü, 2022-ci ilin sentyabr ayının əvvəlində Nail ona zəng edərək Neftçala şəhəri, M.Əsədov küçəsində işiqforun yanında Qənbərin onu gözlədiyini və 1 ədəd bükümdəki tiryəki aparıb verməyini demiş, o, həmin günü saat təxminən 21 radələrində deyilən yerdə Qənbərlə görüşüb 1 ədəd bükümdə olan tiryəki ona vermişdir. Nail 09 sentyabr 2022-ci il tarixdə saat təxminən 16 radələrində ona zəng edərək özündə olan narkotik vasitələrin və psixotrop maddələrin hamısını və elektron tərəzini yenə həmin yerə aparıb qoymağını demiş, 1 ədəd bükümdə olan heroini, 1 ədəd bükümdə olan tiryəki, 1 ədəd bükümdə olan metamfetamini və 1 ədəd elektron tərəzini əynindəki şalvarının sol yan üst cibinə qoyub saat təxminən 17 radələrində Neftçala şəhəri, Kimyaçılar şəhərciyinə getmiş, Nailin dediyi yerə çatarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, polis əməkdaşları olduqlarını bildirib onu Neftçala RPŞ-yə aparmış, orada üzərində şəxsi axtarış keçirilmiş, bu vaxt əynində olan şalvarının sol yan üst cibində bükümlərdə olan heroin, tiryək, metamfetamin və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin narkotik vasitələr və psixotrop maddə, həmçinin elektron tərəzi qablaşdırılmış, zərfə qoyularaq möhürlənmişdir. Bildirmişdir ki, yalnız bir dəfə Nailin dediyi yerə heroini və metamfetamini daşıyaraq aparıb qoymuş, daha sonra da Qənbərə Nailin verdiyi tiryəki çatdırmışdır. Nail bunlardan başqa kimə nə satıb məlumatı yoxdur. Hazırda etdiyi əməldən peşmandır. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş ifadələrini qismən təsdiq edir, o, yalnız Qənbərə bir bükümdə tiryək verib. Qalan yazılanlar doğru deyil, həmin ifadəsini təsdiq etmir, polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyindən qorxduğu üçün belə ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittihamda 67 qram tiryək əldə etdiyi göstərilsə də o, həmin miqdarda tiryək əldə etməmişdir. O, Bakı şəhərindən 50 qram tiryək almış, həmin tiryəki də həmyerlisi Qənbərə vermək üçün almış, Təqsirləndirilən şəxs1 Bakı şəhərində olarkən kibrit qutusunda olan 50 qram tiryəki Qənbərə verməsi üçün Elxana vermişdir. İlk öncə həmin kibrit qutusunda nə olmasını Elxan bilməmişdir. Həmin qutudakı tiryəki Qənbərə verməsi müqabilində qutudakı tiryəkdən bir-iki çəkimlik (şəxsi istifadəsi üçün) götürməyi Elxana demiş, Elxan da onunla razılaşmış və tiryəki Qənbərə vermiş, deməsinə görə həmin tiryəkin üstündən təxminən 2 qrama yaxın tiryəki də Elxan götürmüşdür. Qənbərin xahişi ilə Bakı şəhərində olarkən onun üçün tiryək almış, Qənbər də 500 manat pulunun olmadığını demiş lakin razılaşmışdır ki, həmin pulu sonra verəcəkdir. Bundan başqa Təqsirləndirilən şəxs1 hər hansı narkotik vasitə verməmişdir. O, Təqsirləndirilən şəxs1 tutulan ərəfədə Neftçala rayonunda olmamışdır. Elxan saxlanılarkən üzərində olan narkotik vasitələr Elxanın özünə aid olmuş, lakin Elxandan onun adını çəkməyi tələb etmişlər. Təqsirləndirilən şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, tiryəki Lütvəli adlı şəxs yolun kənarına qoymuş və Bakı şəhərində götürmüşdür. Həmin şəxs 50 qram tiryək qoymuş, onun üstündən bir çəkimlik özü götürmüş, tiryəkin 50 qramdan çox olması mümkün deyil, belə ki, satan adam onu 50 qram adı ilə satmışdır, lakin həmin tiryəki çəkib dəqiq çəkisini bilməmişdir. Həmin tiryəki 500 manata almağa razılaşmış, Qənbər həmin pulu göndərdikdən sonra pulu narkotik aldığı Lütvəliyə verməyə razılaşmışdır. Lütvəlini tanımasa da o, 500 manatlıq tiryəki ona etibar edərək nisyə vermişdir. Aldığı tiryəkin üstündən özü də “fındıq” boyda götürmüş, qalan hissəsini kibrit qutusuna qoyub Qənbərə çatdırması üçün 2022-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhərində Təqsirləndirilən şəxs1 vermişdir. Qənbərə tiryək verilməsi ilə bağlı onun özü razılaşmış, bundan Elxanın məlumatı olmamışdır. Elxan siqaret qutusundakı tiryəki Qənbərə çatdırdıqdan sonra bu barədə ona da məlumat vermişdir. Elxan saxlanılarkən üzərində olan heroin və metamfetaminin ona aidiyyatı olmamışdır. Elxanı sentyabr ayının əvvəlində saxlamışlar, o, isə Bakı şəhərində olmuşdur. Lakin onu polisdən heç kim axtarmayıb, nə zəng edib, nə də evinə gediblər. Elxan tutulduğundan təxminən 1 aydan çox vaxt keçmiş 2022-ci ilin oktyabr ayında Bakı şəhərində, Mərdəkan qəsəbəsində saxlamışlar. Heroin, metamfetamin və elektron tərəzi ona aid olmayıb, həmin kütlələri və tərəzini Elxana verməmişdir, bunu Elxan da təsdiq edə bilər. Qənbərə tiryək alıb verməsində hər hansı qazancı və marağı olmamışdır. Tiryək əldə etməkdə, saxlamaqda özünü təqsirli bilir, lakin heç kimə tiryək satmamışdır. Hazırkı əməlindən peşmandır, onkoloji və digər xəstəliklərdən əziyyət çəkməsini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı müvafiq olaraq 19 və 20 oktyabr 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə qismən təqsirli bilmiş və məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Şahid1 onun tanışlarıdır. Həmin şəxslərlə hər hansı ədavəti və qərəzli münasibəti yoxdur. Həmişə normal münasibətləri olmuşdur. Elxanın və Qənbərin narkotik vasitələrdən istifadə etdiyini bilir. O, 2022-ci ilin sentyabr ayının əvvəlində işləmək üçün Bakı şəhərinə getmiş, o,Bakı şəhərində müxtəlif ünvanlarda qalıb fəhləlik etmiş, bir dəfə Elxan ona mobil telefonla zəng edərək özü üçün tiryək istədiyini demiş, o, Elxana tapa biləcəyini demişdir. Həmin ərəfələrdə o, Qənbərlə də hal əhval tutmaq üçün mobil telefonda danışmış, danışıq vaxtı Qənbərdən tiryək istəyib istəmədiyini xəbər almış, Qənbər də bir müddətdir tiryək tapa bilmədiyini ona demiş, o, Elxanı nəzərdə tutaraq Qənbərə bir nəfərin gələcəyini, həmin şəxslə ona tiryək göndərəcəyini demiş, Qənbərlə 50 qram tiryək müqabilində 500 manata razılaşmışdır. O, bundan sonra hazırda nömrəsini xatırlamadığı əvvəl narkotik vasitə aldığı iranlı Lütvəli ilə “WhatsApp” nömrəsi ilə əlaqə saxlamış, həmin şəxsdən təxminən 60 qram tiryək istəmiş, həmin şəxs Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Sumqayıt yolu deyilən yerdə yolun kənarına tiryəki qoyduğunu ona yazmış, o, Qənbərdən pulu aldıqdan sonra həmin şəxsin pulunu göndərəcəyini də demiş, həmçinin yerdə qalan 10 qram tiryəki də Elxana pay verməyi fikirləşmiş, çünki Elxan bir müddət əvvəl onun həyətində usta işi görmüş, pulunu verməmişdir. Elxan danışıqlarından təxminən 3 gün sonra 2022-ci ilin sentyabr ayının əvvəlində Bakı şəhərinə gəlmiş, onlar saat təxminən 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində Elxanla görüşmüş, Elxana Qənbərə çatdırması üçün 1 ədəd bükümdə olan 50 qram tiryəki vermiş, həmçinin özünə istifadə etmək üçün ayırıb 1 ədəd bükümdə 10 qram tiryək vermişdir. Elxan çıxıb getmiş, daha sonra Elxan həmin günü axşam tərəfi ona zəng edərək Neftçala şəhərində olduğunu və Qənbərlə görüşə biləcəyini demiş, o, Qənbərə zəng edib evlərinin yaxınlığına çıxmasını bildirmiş, daha sonra da Elxana zəng edərək Qənbərin durduğu yeri başa salmış, Elxan həmin yerdə görüşüb tiryəki Qənbərə vermiş və bu barədə ona telefonla məlumat vermişdir. O, bundan bir neçə gün sonra eşitmişdir ki, Elxan və Qənbər Neftçala RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. O, Elxana yalnız Qənbərə çatdırması üçün tiryək vermiş, Elxanın üzərindən əlavə hansı predmmetin aşkar olunması barədə onun heç bir məlumatı olmamış, o, ilk dəfə Qənbərə çatırması üçün, həm də özü istifadə etməsi üçün Elxana tiryək vermişdir. Başqa heç kimə narkotik vasitə satmamışdır. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş ifadələrini qismən təsdiq edir, oxuya bilmədiyi üçün həmin ifadələrini oxumadan imza etmişdir, Elxana 50 qram çəkidə tiryək vermiş, həmin tiryəkin üzərindən də çəkmək üçün götürməyə ona icazə vermişdir. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki zor tətbiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Neftçala şəhər sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyatı məlumat yoxlanıldıqdan sonra Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, 09 sentyabr 2022-ci il tarixdə saat təxminən 17 radələrində daxil olan əməliyyat məlumatı əsasında Əsgərov X4 şəhəri, Kimyaçılar şəhərciyində tərəflərindən saxlanılıb polis şöbəsinə gətirilmiş, üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol yan üst cibindən üç ədəd bükümü təqdim edib içərisində narkotik vasitə olduğunu bildirmiş, eləcə də həmin cibindən bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükülülər açılıb-baxıldıqda birinin içində heroin, birinin içində tiryək, birinin içində isə metamfetaminə bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin maddələri və elektron tərəzini ona tanışı Təqsirləndirilən şəxs2 verdiyini bildirmiş, həmçinin Təqsirləndirilən şəxs1 narkotik vasitə olan tiryək satdığı Şahid1 da 11 sentyabr 2022-ci il tarixdə Neftçala şəhəri ərazisində avtovağzal adlanan yerin yaxınlığında tərəflərindən saxlanılıb RPŞ-yə gətirilmiş, şəxsi axtarış aparılan zaman üzərindən təxminən 60 qrama yaxın narkotik vasitə olan tiryək və 10 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin əməkdaşları Şahid5, Şahid3 və Şahid4 Fizuli oğlu Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 11 sentyabr 2022-ci il tarixdə mobil telefonuna edilmiş zəngə əsasən toylara aşpaz kimi getdiyi üçün sifariş götürmək məqsədi ilə Neftçala rayonunda yerləşən avtovağzala getmişdir. Həmin zaman polis əməkdaşları onu saxlamış və Neftçala RPŞ-yə aparmışlar. Orada ilkin izahatı alındıqdan sonra yaşadığı evdə saxladığı narkotik vasitə olan 50 qram tiryəki polis əməkdaşlarına təqdim edilməsi məqsədi ilə onlarla birlikdə evinə getmişlər. Polis əməkdaşlarına bir bükümdə olan tiryəki təqdim etdikdən sonra yenidən polis şöbəsinə gətirilmişdir. Sorğu-sual zamanı həmin tiryəki Naildən 500 manat müqabilində, onun vasitəsi ilə tanıdığı Elxan adlı şəxsdən götürdüyünü bildirmişdir. Belə ki, Nail ilə aralarında olan telefon danışığı zamanı sonuncu Elxanın tiryəki ona verməsi üçün svetaforun yanında gözləyəcəyini demişdir. Elxan ilə aralarında bu məzmunda telefon danışığı olmamış, o yalnız Nail ilə telefon əlaqəsi saxlamışdır. Elxanı ümumiyyətlə tanımamış, Nailin vasitəsi ilə tiryəki götürdüyü zaman görmüşdür və bunun müqabilində sonuncuya heç bir pul məbləği verməmişdir. Nail isə Elxana 50 qram tiryəkin ona çatdırılması müqabilində həmin tiryəkdən şəxsi istifadəsi üçün az miqdarda götürməsinə dair təklif etmişdir. Daha sonra üzərinə keçirilmiş baxış zamanı qurudulmuş marixuana aşkar edilmiş və həmin narkotik kütləni dəniz kənarından tapdığını polis əməkdaşlarına bildirmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid1 ibtidai araşdırma zamanı 12 sentyabr 2022-ci il tarixdə verdiyi ifadəsində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, müxtəlif məclislərdə aşbazlıq etməklə dolanmışdır. O, narkotik vasitələrdən arabir olanda təxminən 7 ildir ki, istifadə edir. Təqsirləndirilən şəxs2 onun tanışıdır. Əvvəllər aralarında hər hansı ədavət və ya qərəzli münasibət olmamış, həmişə münasibətləri normal olmuşdur. Nail təxminən 2022-ci ilin sentyabr ayının əvvəlində onun istifadəsində olan dəqiq yadında qalmayıb hansına, ***-***-**-** və ya ***-***-**-** nömrəli mobil telefonlardan birinə öz istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək narkotik vasitə olan tiryək olduğunu, istəyib istəmədiyini xəbər almış, o, istədiyini demişdir. Nail təxminən 70 qram tiryək müqabilində ondan 500 manat pul istəmiş, o, da razılaşmışdır. Nail ona Bakı şəhərində olduğunu, Elxan adlı tanışının tiryəki gətirib çatdıracağını demişdir. Pulu isə o, Nailə özü gələndə Neftçala şəhərində görüşüb verəcəyini demiş, təxminən 2022-ci ilin sentyabr ayının əvvəlində Nail ona zəng edərək Neftçala şəhəri, M.Əsədov küçəsində işiqforun yanına gedib gözləməyini demiş, o, həmin günü saat təxminən 21 radələrində Neftçala şəhəri, M.Əsədov küçəsinə deyilən yerə getmiş və bir qədər sonra Elxan gələrək 1 bükümdə olan tiryəki ona vermişdir. O, həmin tiryəki şalvarının cibinə qoyub saxlamışdır. 11 sentyabr 2022-ci il tarixdə Neftçala RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, Elxanın verdiyi tiryək də üzərindən çıxmışdır. Məhkəmə Şahid1 məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 göndərdiyi 50 qram çəkidə tiryək aldığını, həmin tiryəki alıb ona verməsini Naildən özü xahiş etdiyini bildirməsi barədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü və təqsirləndirilən şəxsləri müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə şahidin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Şahid1 məhkəmə istintaqında belə ifadə verməklə özünü və hazırkı təqsirləndirilən şəxsləri cinayət məsuliyyətindən və cəzadan yayındırmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Təqsirləndirilən şəxs1 barəsində tərtib edilmiş, onun qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində saxlaması və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 09 sentyabr 2022-ci il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 şifahi ifadələrində bildirdikləri o və Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi narkotik vasitələri və psixotrop maddələri könüllü olaraq təqdim etdiyi, hər hansı hala etiraz etmədiyi müəyyən edilir. (səh. 3-5; 9-11; 29-30;) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 09 sentyabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb içərisində heroin, digər sellofan bükümdə tiryək, digər sellofan bükümdə metamfetamin və həmin cibindən bir ədəd elektron tərəzini təqdim edir. Həmin kütləni tanışı, Neftçala şəhər sakini Təqsirləndirilən şəxs2 ona verdiyini bildirir. (i.v. 29-30) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 09 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 36 ) -Materialların məhkəmə ekspertizasının 10 sentyabr 2022-ci il tarixli, 18/999 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-8,566 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində “...Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-5,315 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, üzərində: “...Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd sellofana bükülmüş polietilen kəsiyi bükümündə təmiz çəkisi-1,596 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində: “...Təqsirləndirilən şəxs1...” sözləri yazılmış və imzalar olan kağız paketdəki açdıqda 01 ədəd boz rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri və psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən də müqayisəli tədqiqatın aparılması mümkün olmadığından iz mikrohissəciklərinin miqdarını və digər maddələrlə eyniliyini müəyyən etmək mümkün deyildir. (i.v. 41-45) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 11 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 55-56) - Neftçala rayon Məhkəməsinin xx.xx.2022-ci il traixli, 4(053)-45/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v. 69-71) - xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılması haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Neftçala RPŞ-nin keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şahid1 saxlanılmış, şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol cibindən 1 ədəd bükümdə 62,400 qram olan tiryək, 4 ədəd bükümdə ümumi təmiz çəkisi 12 qram olan qurudulmuş marixuana aşkar olunmuş, həmin fakt üzrə CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. (i.v. 74) - 19 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, cinayət işi ilə əlaqədar xx.xx.2022ci il tarixli məcburi gətirmə qərarına əsasən Neftçala şəhər sakini Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 17:45-də Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində müəyyən edilərək həmin gün 20:00-da Neftçala RPŞ-nin İstintaq Qrupuna təhvil verilmişdir. (i.v. 96) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 19 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 21:10-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 115 ) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 20 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 118-119) - Neftçala rayon Məhkəməsinin xx.xx.2022-ci il traixli, 4(053)-57/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 2 (iki) ay 10 (on) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v. 154-156) - xx.xx.2022-ci il tarixli diskə baxış protokolundan görünür ki, Azercell MMC-dən 10 noyabr 2022-ci il tarixli, 23417 nömrəli məktubla daxil olmuş diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həqiqətən Təqsirləndirilən şəxs1 narkotik vasitə heroini, narkotik vasitə tiryəki, psixotrop maddə metamfetamini və 1 ədəd elektron tərəzini Təqsirləndirilən şəxs2 aldığını göstərdiyi tarixdə, yəni 2022-ci ilin sentyabr ayının əvvəllərində onun istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi arasında müxtəlif günlərdə və müddətlərdə olmaqla bir neçə dəfə telefon danışığı olmuşdur. ( i.v. 175-177) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X3 Məhkəmə Narkoloji Ekspertizasının 05 noyabr 2022-ci il tarixli, 6633 saylı rəyində rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixostumlyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 185-186) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X3 Məhkəmə Narkoloji Ekspertizasının 05 noyabr 2022-ci il tarixli, 6635 saylı rəyində rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 187-188) - Neftçala RPŞ-dən daxil olan 14 dekabr 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə Neftçala RPŞ-yə son dövrlər mütəmadi olaraq məlumatlar daxil olmuşdur. (i.v. 189) - 15 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 206-207) - 15 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 223-224) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 üzərində olan heroin, metamfetamin, tiryək və elektron tərəzinin ona vəfat etmiş tanışı tərəfindən saxlaması üçün verilməsini, həmin predmetlərdən Təqsirləndirilən şəxs2 xəbərinin olmadığı, Təqsirləndirilən şəxs2 ona bir bükümdə verdiyi tiryəki Şahid1 çatdırması və bunu heç bir təmənnası olmadan etməsi, bundan başqa Təqsirləndirilən şəxs2 hər hansı narkotik vasitə almadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını deməsi, Təqsirləndirilən şəxs2 isə heç bir təmənnası olmadan Təqsirləndirilən şəxs1 bir ədəd kibrit qutusunda 50 qram tiryəki Şahid1 çatdırmaq üçün verməsi, bundan başqa Elxana hər hansı narkotik vasitə və ya psixotrop maddə verməməsi, Elxan saxlanılarkən üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin ona aid olmaması, nə tək, nə də Təqsirləndirilən şəxs1la birlikdə narkotik satışı ilə məşğul olmadığı barədə məhkəmə istintaqı zamanı verdikləri ifadələri həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadə vermələri əsassız olaraq törətdikləri cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Təqsirləndirilən şəxslər tərəfindən qeyd edilən ifadələr özlərini müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində narkotik vasitələri və psixotrop maddəni, elektron tərəzini Təqsirləndirilən şəxs2 ona verdiyini, Nailin dediyi yerlərə həmin predmetləri qoyduğunu, Şahid1 da Nailin istəyi ilə tiryək verdiyini, bu hərəkətlərinin müqabilində Nailin ona şəxsi istifadəsi üçün narkotik verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 bu ifadəsini həm saxlanılarkən, həm də saxlanıldıqdan 2 aydan çox müddət keçdikdən sonra müqavilə əsasında hüquqlarını müdafiə edən müdafiəçisinin iştirakı ilə də vermişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı üzərində aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin ona aid olmasını, istintaq zamanı isə həmin predmetlərin Təqsirləndirilən şəxs2 tərəfindən ona verildiyini göstərsə də məhkəmə baxışı dövründə verdiyi ifadəsində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif etdiyi müəyyən edilmiş, üzərində olan kütlələri vəfat etmiş bir şəxsin ona verdiyini göstərmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə yuxarıda qeyd edilən kimi verdiyi ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs1 saxlanılarkən üzərində aşkar edilmiş predmetlərin ona Təqsirləndirilən şəxs2 tərəfindən verildiyini, Təqsirləndirilən şəxs2 tapşırığı ilə narkotik vasitələri onun dediyi yerlərə qoyduğunu, bir bükümdə tiryəki Şahid1 verdiyini və s. halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Bundan əlavə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 qismən etirafedici ifadə verərək bir siqaret qutusunda olan tiryəki Şahid1 verməsini ondan xahiş etdiyini, həmin tiryəkin üstündən çəkmək üçün götürə biləcəyini dediyini, Elxanın da həmin tiryəki Nailə verdiyini və həmin tiryəkin üstündən də şəxsi istifadəsi üçün götürdüyünü, lakin həmin tiryəkin 50 qram olduğunu bildirmişdir. Məhkəmə istintaqı və ibtidai istintaq zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs2 dediklərini təsdiq etmiş, Qənbərə verdiyi tiryəkdən şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 tapşırığı ilə ona 50 qram tiryək verdiyini bildirmişdir. Lakin Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə Təqsirləndirilən şəxs1 ona 62 qramdan bir qədər çox tiryək verdiyini etiraf etmişdir. Buna görə də Şahid1 məhkəmə istintaqında verdiyi ifadəsi həm özünü, həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 məsuliyyətdən kənarda saxlamaq üçün bu yöndə ifadə vermişdir. Həmçinin məhkəmənin sorğusu əsasında cinayət işi materiallarına əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Şahid1 üzərində 62,400 qram tiryək saxlaması ilə bağlı CM-in 234.1-1-ci maddəsi ilə ona ittiham elan edilmiş və həmin ittiham məhkəmə tərəfindən əsaslı sayıldığından Şahid1 həmin maddə ilə təqsirli bilinərək CM-in 234.1-1-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökm xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş, Şahid1 da həmin hökmdən şikayət verməmişdir. Yuxarıda qeyd edilən bu hal Şahid1 üzərində saxladığı 62,400 qram tiryəki Təqsirləndirilən şəxs1 aldığını təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs2 və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Bundan əlavə məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında və ibtidai istintaqda Təqsirləndirilən şəxs1 Şahid1 çatdırması üçün 50 qram tiryək verdiyini, bundan başqa hər hansı narkotik vasitələr və psixotrop maddələr vermədiyini göstərməsini, beləliklə ona elan olunmuş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında və ibtidai istintaq zamanı verdiyi ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında və ibtidai istintaqda belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 müdafiəsi üçün gətirdiyi digər dəlil: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının fiziki təzyiqi ilə üzərində olan narkotik vasitələr və psixotrop maddənin, elektron tərəzinin Təqsirləndirilən şəxs2 tərəfindən ona verilməsi barədə göstərdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq Təqsirləndirilən şəxs2 törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs1 tərəfindən qeyd edilən formada ifadə verilməsi Təqsirləndirilən şəxs2 müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində, həmçinin saxlanıldıqdan 2 aydan çox müddət sonra müqavilə əsasında hüquqlarını müdafiə edən vəkilinin iştirakı ilə verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 ona müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr verdiyini, onun tapşırığı ilə həmin kütlələri Nailin dediyi yerlərə qoyduğunu, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki zor, hədə-qorxu tətbiq edilmədiyini bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin yuxarıda adı qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilərkən, saxlanılarkən ona qarşı hər hansı fiziki zor tətbiq edilməmiş, hədə qorxu gəlinməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da fiziki təzyiqə məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini, istintaq təcridxanasına daxil olarkən bədəni üzərində nhər hansı xəsarət olmadığını bildirməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, CM-nin 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələri, psixotrop maddələri və elektron tərəzini Təqsirləndirilən şəxs1 vermiş və onunla razılığa gəlmişdir ki, həmin kütlələri dediyi yerlərə qoymaqla həmin kütlələrin satışında ona köməklik edəcəkdir. Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs2 dediklərinə ona görə razılaşmışdır ki, həmin hərəkətləri görməsi müqabilində Təqsirləndirilən şəxs2 ona şəxsi istifadəsi üçün narkotik vasitə vermişdir. Yəni Təqsirləndirilən şəxs1 həmin hərəkətləri etməsində şəxsi marağı narkotik qəbul etmək olmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 həmin hərəkətləri narkotik vasitə istehlakçısının mənafelərinə deyil, narkotik vasitə satıcısının, yəni Təqsirləndirilən şəxs2 mənafelərinə uyğun olmuş, həmin hərəkətlər nəticəsində həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 mənfəət əldə etmişdir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin külli miqdarda – narkotik vasitə olan heroin, metamfetamin, tiryək əldə edərək, saxlamaq və daşımaqla digər şəxsin deyəcəyi ünvana çatdırmaq niyyətində olması, onların məhz həmin maddələrin qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri özlərinin ibtidai araşdırma zamanı verdiyi tam və qismən (Təqsirləndirilən şəxs2 münasibətdə) etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid5, Şahid3 və Şahid4 Fizuli oğlu və Şahid1 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” 09 sentyabr 2022-ci il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının 10 sentyabr 2022-ci il tarixli, rəyi, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, Neftçala RPŞ-nin səlahiyyətli əməkdaşının tərtib etdiyi 14 dekabr 2022-ci il tarixli raport, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələr yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də onlar Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. (i.v. 81) -Neftçala rayon İcra Hakimiyyəti Başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 evlidir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Ailə tərkibi arvadı, xx.xx.2008 oğlu, xx.xx.2010-cu il təvəllüdlü əkiz oğlu olmaqla himayəsində üç azyaşlı uşağı vardır. (i.v. 161-162). -məhkumluq haqqında tələbnamələrdən görünür ki, Əliyev X9 rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-in 318.2-ci maddəsi ilə məhkum olunsa da məhkumluğu ödənilmişdir. (i.v.171-172) -Neftçala rayon MKTB tərəfindən verilmiş 14 dekabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 evlidir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Ailə tərkibi arvadı, xx.xx.2010-cu il tarixdə anadan olmuş oğlu olmaqla himayəsində bir azyaşlı uşağı vardır. (i.v. 182-184) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdikləri cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilmələrindən ibarət şəxsiyyətlərini xarakterizə edən halı, himayələrində azyaşlı uşaqlarının olması ilə bağlı cəzalarını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən), cəzalarını ağırlaşdıran halların olmadığını, həmçinin Təqsirləndirilən şəxs2 onkoloji və digər xəstəliklərdən əziyyət çəkdiyini nəzərə alıb təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara, cinayətin törədilməsində iştirak dərəcələrinə əsasən təyin edilməlidir. Buna görə də onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onların ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə müvafiq olaraq şübhəli şəxs qismində tutulduqları 09 sentyabr 2022-ci il və 19 oktyabr 2022-ci il tarixdən hesablanmalı və Neftçala Rayon Məhkəməsinin müvafiq qərarları ilə barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 05 noyabr 2022-ci il tarixli, 6633 saylı nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 05 noyabr 2022-ci il tarixli, 6635 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Neftçala RPŞ-də saxlanılan ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 8,516 qram təşkil edən heroin, 5,215 qram təşkil edən tiryək, 1,546 qram təşkil edən metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 52-1, 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 09 sentyabr 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 19 oktyabr 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Neftçala RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 8,516 qram təşkil edən heroin, 5,215 qram təşkil edən tiryək, 1,546 qram təşkil edən metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar